Məhkəmə qərarları › İş №1(101)-142/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-142/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-142/2023 06.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X12, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X21, müdafiəçi Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi Nümayəndə1 iştirakları ilə xx.xx.1973-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, «X33» MMCnin baş direktoru işləmiş, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 38/16, mənzil 22-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 İşgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun İnam və etibarını qazanmış, L.Zərərçəkmiş şəxs5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəlməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs5 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-cİ ilin oktyabr ayının sonlarında sonuncunun işlədiyi ünvan 1 ünvanda yerləşən «Sevgi Qadın və Uşaq Sığınacağı» evininin inzibati binasında Zərərçəkmiş şəxs5 9000 (doqquz min) manat, daha sonra həmin gün qeyd edilən yerdə əlavə olaraq 500 (beş yüz) manat olmaqla ümumilikdə sonuncuya məxsus 9500 (doqquz min beş yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 qızma xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o. təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Şah verdi oğluna guya “X23”nun səlahiyyətli nümayəndəsi kimi işgüzar və şəxsi əlaqələrinin geniş olması, işğaldan azad olunmuş torpaqlarda tikinti və yenidənqurma işləri ilə bağlı layihələrin icra olunmasında iştirak etmək istəyən tikinti şirkətlərinə köməklik etmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış. Zərərçəkmiş şəxs1 rəhbəri olduğu "xxxx" MMC-nin Ağdam şəhərində tikinti və yenidənqurma işlərində iştirak etməsinə, həmçinin tikinti işlərinin həyata keçirilməsinə dair xüsusi lisenziyanın alınmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı yəni, "xxxx" MMC-ni tenderin qalibi kimi göstərəcəyi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən adma tikinti işlərini həyata keçirməsinə dair xüsusi lisenziyanı alacağı və Ağdam şəhərində tikinti işi apararaq yüksək gəlir əldə edəcəyini yalandan bildirib öncədən xüsusi proqramla tərtib etdiyi "X9 dəstəyi ilə Ağdam rayonu üzrə dövlət sifarişli Layihələr” adlı sənədi təqdim edib əslində Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri Binəqədİ rayonu Biləcəri qəsəbəsində yerləşən adsız çay evində 2000 (iki min) manat. xx.xx.2021-ci il tarixdə Xətai rayonu R.Bağırov küçəsində yerləşən “Milli Ön” elektron ödəmə terminalı ilə adma olan kart hesab nömrəsinə köçürülən 500 (beş yüz) manat, 2021-ci ilin aprel ayının əvvəllərində Nərimanov rayonu Təbriz küçəsində yerləşən “Nərimanov” metrostansiyasının yaxınlığında 8000 (səkkiz min) manat. 2021-ci ilin may ayının əvvələrində Yasamal rayonu H.B.Zərdabi küçəsində 2000 (iki min) manat olmaqla Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 12500 (on İki min beş yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və sonuncu pul vahidini alarkən şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqla müəyyən olunmayan tarixdə və qaydada istifadə etmək məqsədi ilə saxtalaşdırılmaqla qanunsuz hazırlanmış hüquq verən 02 Aprel 2021-ci i! tarixli El-145/2021 qeydiyyat nömrəli "xxxx" MMC-nin tikinti aparılmasına icazə verən xüsusi lisenziya və onun əlavəsini, yəni rəsmi sənədi Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə satmışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 guya “X23”nun səlahiyyətli nümayəndəsi kimi işgüzar və şəxsi əlaqələrinin geniş olması, işğaldan azad olunmuş torpaqlarda tikinti və yenidənqurma işləri ilə bağlı layihələrin icra olunmasında iştirak etmək istəyən tikinti şirkətlərinə köməklik etmək imkanına malik olması barədə biləbilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 şəriki Zərərçəkmiş şəxs3 rəhbəri olduğu "xxxx" MMC-nin Ağdam şəhərində tikinti və yenidənqurma işlərində iştirak etməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs2 və sonuncunun vasitəsi ilə Zərərçəkmiş şəxs3 qeyd edilən məsələ ilə bağlı yəni, "xxxx" MMC-ni tenderin qalibi kimi göstərəcəyi və Ağdam şəhərində tikinti İşləri apararaq yüksək gəlir əldə edəcəklərini yalandan bildirib öncədən xüsusi proqramla tərtib etdiyi “X9 dəstəyi İlə Ağdam rayonu üzrə dövlət sifarişli Layihələr” adlı sənədi təqdim edib əslində Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məxsus külli miqdarda pulu ələ keçirmək məqsədi İlə onları aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan 2021-ci ilin fevral ayında Bakı şəhəri Binəqədİ rayonu Biləcəri qəsəbəsindəki adsız çay evində 30000 (otuz min) manat, 2021-ci ilin mart ayınm ortalarında Yasamal rayonu Alatava qəsəbəsinin ərazisində 20.000 (iyirmi min) manat, 2021-ci ilin aprel ayının ortalarında Nərimanov rayonu Təbriz küçəsində yerləşən N.Nərimanov metrostansiyasının yaxınlığında 22.000 (iyirmi iki min) manat. 2021-ci ilin may ayının əvvəllərində Yasamal rayonu H.B.Zərdabi küçəsində 10.050 (on min əlli) manat. 2021-ci ilin may ayının sonlarında Yasamal rayonu Alatava qəsəbəsinin ərazisində 12.000 (on iki min) manat pulu alıb Zərərçəkmiş şəxs2 məxsus 32050 (otuz iki min əlli) manat və Zərərçəkmiş şəxs3 məxsus 62.000 (altmış iki min) manat olmaqla ümumilikdə 94050 (doxsan dörd min əlli) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 guya “X23”nun səlahiyyətli nümayəndəsi kimi işgüzar və şəxsi əlaqələrinin geniş olması, işğaldan azad olunmuş torpaqlarda tikinti və yenidənqurma işləri ilə bağlı layihələrin icra olunmasında iştirak etmək İstəyən tikinti şirkətlərinə köməklik etmək imkanına malik olması barədə biləbilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs4 rəhbəri olduğu "xxxx" MMC-nin Ağdam şəhərində tikinti və yenidənqurma işlərində iştirak etməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı yəni, "xxxx" MMC-ni tenderin qalibi kimi göstərəcəyi və Ağdam şəhərində tikinti işləri apararaq yüksək gəlir əldə edəcəyini yalandan bildirib öncədən xüsusi proqramla tərtib etdiyi “X9 dəstəyi ilə Ağdam rayonu üzrə dövlət sifarişli Layihələr” adlı sənədi təqdim edib əslində Zərərçəkmiş şəxs4 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi İlə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun xx.xx.2021-ci il tarixdə saat 19:17 və 19:21-də Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi D.Bünyadzadə küçəsində yerləşən "Milli Ön” elektron ödəmə terminalı vasitəsi ilə adma olan kart hesabına iki dəfəyə köçürdüyü 5000 (beş min) manat və 2000 (iki min) manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 7000 (yeddi min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu İlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ilk öncə Vahidi tanımış, Aftandili isə tanımamış, onunla nə görüşüm nə də telefon danışığı olmamışdır. İlk dəfə Vahid ona Nərimanov metrosunun yanında 8000 manat pul verib, sonra 4000 manat və öz yaşadığı evin yanında 4000 manat pul verib, ümumilikdə 3 şirkətə görə ona 16000 manat pul verib. Vahid Zərərçəkmiş şəxs3la tanış olanda onunla tanış olmamşdır. Vahid Aftandillə 2020-ci ilin dekabr ayında, onunla 2021-ci ilin fevral ayında tanış olmuşdur. Vahid Aftandildən aldığı pulları hara xərclədiyini bilmir, o Aftandili ilk dəfə məhkəmədə görmüşdür. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr-dekabr aylarında bir məclisdə Zərərçəkmiş şəxs2 ilə tanış olmuş, onu sahibkar kimi tanımış və yaxın təmas qurduqdan sonra ona demişdir ki, çox yuxarı təbəqələrdə yüksək vəzifə daşıyan tanışlarının köməyi ilə X9 xətti ilə işğaldan azad olunmuş ərazidə tikinti-quraşdırma işləri ilə əlaqədar 55 milyonluq layihə götürüb, amma həmin layihəni həyata keçirmək üçün tikinti şirkəti və xüsusi olaraq tikintini həyata keçirmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş lisenziyası yoxdur. Vahidə tikinti şirkətinin sahibi olduğunu və xüsusi lisenziyasının olduğunu bildirmişdir. Həmin vaxt Vahid təklif etmişdir ki, tikinti şirkəti olaraq şərikli bu işə qoşulsunlar və bu layihəni birlikdə həyata keçirsinlər. Növbəti günlərin birində Vahid X23 tərəfindən tərtib edilmiş bir neçə lahiyə də göstərmişdir. Layihələrə baxanda həqiqətən də görmüşdür ki, həmin Fondun maliyyəsi əsasında Ağdam rayonunda geniş miqyaslı tikinti işlərinin aparılması nəzərdə tutulmuşdur. Vahidlə şərik olmağa razılaşdıqdan sonra 2020-ci ilin dekabr ayında şirkətə aid bəzi nizamnaməni və lisenziyanı Vahidə vermişdir. Təxminən 10- 15 gün sonra Vahid zəng etmiş, ilkin sənədləşmə üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. Həmin məbləği 2021 -ci ilin yanvar ayında Binəqədi rayonu Sulutəpə qəsəbəsində Vahidə vermişdir. Vahid ilk dəfə onunla söhbət edəndə özünü həmin layihədə tenderin qalibi kimi təqdim etmişdir. 2021-ci ilin yanvar-fevral ayında, yenə də Vahidin istəyi üzrə həmin layihə ilə bağlı Binəqədi rayonu Sulutəpə qəsəbəsində 7000 manat pulu Vahidə vermişdir. Hərdən Vahidə zəng edərək işin gedişatı ilə maraqlandıqda gah telefona cavab vermir, gah da cavab verəndə işğaldan azad olunmş ərazilərdə yüksək vəzifəli məmurlarla birlikdə olduğunu və onların yanından danışıq apara bilmədiyini və sonra zəng edəcəyini bildirirmiş. Sonradan hər dəfə Vahidlə danışdıqda onu arxayın etmişdir ki, işlər qaydasındadır. Bu münvalla Vahid hər 15-20 gündən bir qeyd edilən layihə ilə bağlı müəyyən məbləğlərdə, belə ki, 2021-ei ilin yanvar ayının axırlarında, həmin ilin fevral ayını əvvəllərində, mart ayının əvvəllərində, aprel ayının ortalarında və 2021 -ci ilin may ayının sonlarına kimi olan müddətdə ondan ümumilikdə hissə-hissə 62.000 manat pulu Binəqədi rayonu Sulutəpə qəsəbəsinin ərazisində ondan almışdır. Nəhayət 2021-ci ilin may ayında telefonuma sms gəlmiş və mətnində “siz 2021-ci ilin may-iyun aylarında saat 15.30-da İqtisadiyyat Nazirliyində olmalısınız” kimi yazılar gəlmişdir. Həmin günə bir neçə gün qalmış həmin nömrədən təkrar sms gəlmiş və sms-də görüş vaxtının tarixi dəyişdirilmişdir. İqtisadiyyat Nazirliyinə tək getmiş, orada olan əməkdaşlara X15 gəldiyimi və görüşə çağırıldığını bildirmişdir. Tanımadığı şəxs bildirmişdir ki, İqtisadiyyat Nazirliyi tərəfindən görüşlə bağlı heç bir sms göndərilməyib, eləcə də burada Qarabaq Dirçəliş adında belə bir Fond da yoxdur. Bundan sonra Vahidə zəng etmiş və danışıq zamanı təklif etmişdir ki, sms gələn GSM nömrəsinə zəng edərək daha ətraflı məlumat alsın. Həmin nömrəyə zəng etdikdə bir qadın cavab vermiş və bildirmişdir ki, düzgün olan qapıya yaxınlaşmamışlar. Qadından aldığı məlumat üzrə o, bir qədər aralıda olan digər bir otağa yaxınlaşmış və oradakı əməkldaşlardan da öyrənmişdir ki, burada X23 adında heç bir təşkilat yoxdur. Əsəbləşərək Vahidə zəng edərək “mən bu təşkilatda kimə yaxınlaşmalıyam, görüşəcəyim şəxsin adı nədir” deyə ifadə işlətmişdir. Həmin vaxt Vahid demişdir ki, “sən orada de ki, Etibar müəllimlə görüşməliyəm”. Ona orada demişlər ki, burada Etibar adlı şəxs yoxdur və işləmir. Təkrar Vahidi yığdıqda ona demişdir ki, Etibar müəllimdə koronoviris infeksiyası aşkar olunduğu üçün onun təcili tibbi yardım ambulansı ilə xəstəxanaya aparmışlar. Vahidə demişdir ki, 2 saatdan artıqdır ki, buradadır və buraya heç bir təcili yardım avtomobili yaxınlaşmamışdır. Vahid onu inandırmışdır ki, Etibar adlı şəxsi həmin infeksiya şübhəsi ilə xəstəxanaya aparıblar və 10-15 gün gözləmək lazımdır. Sonrakı 10-15 günlər ərzində, Vahidlə danışanda artıq aldandığını görmüş və bu baxımdan verdiyi 62000 manat pulunu Vahiddən tələb etməyə başlamışdır. Vahid də Etibarın pulları qaytaracağını, gah da Etibarı tapa bilmədiyi üçün bu məsələnin gecikdiyini bildirmişdir. Nəhayət Vahiddən pulunu ala bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hazıda tikinti şirkəti olaraq Aspekt İnşaat MMC-nin direktorudur və rəhbərlik etdiyi şirkətin əsas fəaliyyət istiqaməti tikinti işləridir. 2021-ci ilin iyul ayında tikinti sahəsində mühəndis kimi işləyən Elmar adlı tanışım ilə söhbət edəndə həyata keçirdiyim tikinti işləri ilə maraqlanmış, o da Elmara işlərinin zəif olduğunu bildirdikdə ona Təqsirləndirilən şəxs barədə danışmış və bildirmişdir ki, Təqsirləndirilən şəxs Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində yenidənqurma ilə bağlı tikinti işlərinə nəzarət edir və müəyyən şəxlərə pul müqabilində həmin ərazidə tikintini həyata keçirməsinə şərait yaradaraq layihələr əsasında iş verir. O, Etibarın mobil nömrəsini götürmüş və onunla əlaqə saxlamışdır. Etibar Ağdamda olduğunu və tikinti aparılan ərazilərə nəzarət etdiyini bildirmişdir. Etibar Ağdamda tikinti işini aparmaq və layihəni qazanmaq üçün İqtisadiyyat Nazirliyinə müraciət etmək üçün gərək onun tikinti şirkətimin və lisenziyasının olmasını bildirmişdir. X27 MMC-nin direktoru və tikinti sahəsində xüsusi lisenziyasının olduğunu da demişdir. Bundan sonra o, şirkətə aid sənədlərin və lisenziyasının surətlərini Etibarın vhatsappına göndərmiş, Etibar bir qədər sonra ona zəng edərək tikintiyə aid sənədlərinin qaydasında olduğunu və Ağdamda tikinti işi aparmaq üçün heç bir maneənin olmadığını bildirmişdir. Etibarla razılaşmışlar ki, Bakı şəhərinə gəldikdə onunla görüşərək ətraflı söhbət edək. Etibarla telefonla danışan zaman bildirmişdir ki, Ağdamda aparılan abadlıq və quruculuq sahəsindəki 2 layihəni almaq üçün İqtisadiyyat Nazirliyində müəyyən ilkin qeydiyyatla bağlı rüsümlara görə ödəniş edilməlidir. Etibarın təklifini qəbul etdikdə bildirmişdir ki, 7000 manat pulu rüsumlarla bağlı İqtisadiyyat Nazirliyində danışacağı şəxsə verməlidir ki, tikinti işinə razılıqla bağlı işlərinə start verilsin. Etibar onu çox arxayın etmişdir. Razılaşdıqdan sonra Etibar demişdir ki, 7000 manat pulu onun kart hesabına vursun, pul kartına yükləndikdən sonra şirkətinin adından X9 Müşahidə Şurasının sədri kimi nazir Mikayıl Cabbarova hesabat mətkubu hazırlayaraq göndərəcəkdir. 02 avqust 2021-ci il tarixdə saat 19 radələrində Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Bünyadzadə küçəsində tək olduğu zaman orada yerləşən ödəmə terminalı ilə iki dəfəyə 5000 və 2000 manat, cəmi 7000 manat pulu Təqsirləndirilən şəxs vhatsappla göndərdiyi Kapital Banka aid kart hesab nömrəsinə göndərmişdir. Bundan sonra Etibarla bir neçə dəfə danışsada hər dəfə Ağdam rayonunda olduğunu bəhanə edərək görüşdən qaçmışdır. O, Etibarın sözlərinə inanaraq 2022-ci ilin yanvar ayına kimi gözləsə də Etibarın onu aldatdığını anlamış və sonradan telefon nömrəsinə zəng etdikdə ona zəng çatmamışdır. Başa düşmüşdür ki, Etibar artıq onu aldadaraq 7000 manat pulunu ələ keçirib. O, Etibarı axtarmaq üçün Mingəçevir şəhərinə getmiş, lakin orada onu tapa bilmədikdə barəsində Yasamal RPİ-də istintaq aparıldığını öyrənərək o da polis idarəsinə Etibar barəsində şikayət yazmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdə "xxxx" MMC-ni təsis edərək həmin şirkət altında tikinti və müəyyən tender əsasında söküntü işlərini həyata keçirir. 2021-ci ilin yanvar-fevral aylarında köhnə tanışı Cəmaləddin Babayev zəng edərək Təqsirləndirilən şəxs barəsində ona danışmıh və bildirmişdir ki, Təqsirləndirilən şəxs “X23”nun səlahiyyətli nümayəndəsidir və işğaldan azad olunmuş ərazilərdə tikinti, quraşdırma işlərini həyat keçirir və müəyyən lahiyələr əsasında Ağdam rayonu ərazisində tikinti işləri görəcək şəxslər axtarır. Sonra Biləcəri qəsəbəsində Cəmaləddin onu Təqsirləndirilən şəxs ilə görüşdürərək tanış etmiş və söhbət zamanı Etibar bildirmişdir ki, o, “X9 səlahiyyətli nümayəndəsidir”, işğaldan azad olunmuş ərazilərdə tikinti və quraşdırma işlərini həyat keçirir və müəyyən lahiyələr əsasında Ağdam rayonu ərazisində tikinti işləri görəcək şəxsləri axtarır. Etibar söhbət zamanı bildirmişdir ki, 3000 manat versə müqabilində Ağdam şəhəri ərazisində təsdiq etdirəcəyi layihə əsasında tendiri ona verdirəcək. O demişdir ki, əvvəlcədən pul verməyi xoşlamır. Sonra yenə aralarında söhbətlər olmuş, o, dostu Şahid3 Etibarı araşdırmasını tapşırmışdır. Səxavət də demişdir ki, Etibarı yaxşı tanıyır və Etibarın ona düzəltdiyi lahiyə əsasında Ağdam rayonunda 2 ədəd dəmiryolu vağzalı tikmişdir. Səvaxətin belə danışığı Etibarla iş görməyi üçün zəmin yaratmış, 2021-ci ilin fevral ayında ümumilikdə Etibara 12500 manat pul vermiş, lakin sonra müəyyən olunmuşdur ki, bütün işlər saxta imiş. Sonra Etibar telefonları söndürmüş, zənglərə cavab verməmiş və bu səbəbdən də onun barəsində şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin sədri Zərərçəkmiş şəxs1 vasitəsi ilə Etibarla tanış olmuş, Etibarı X9 səlahiyyətli nümayəndəsi kimi tanımışdır. Etibar işğaldan azad olunmuş ərazilərdə tikinti, quraşdırma işlərini həyata keçirir və müəyyən lahiyələr əsasında Ağdam rayonu ərazisində tikinti işləri görəcək şəxsləri axtarmışdır. Hidayət söhbət zamanı Ağdam şəhəri ərazisində 2 layihə üzrə tikinti işini aparması ilə əlaqədar İqtisadiyyat Nazirliyindən lisenziya alınması üçün Etibara müəyyən məbləğdə pul verdiyini və lisenziya alınan kimi Ağdamda işə başlayacağını bildirmişdir. 2021-ci ilin fevral ayında Biləcəri qəsəbəsindəki çay evində Təqsirləndirilən şəxslə görüşmüşlər. Söhbət zamanı Təqsirləndirilən şəxs özünü "X9 səlahiyyətli nümayəndəsi kimi təqdim edərərk türk vətəndaşları ilə müəyyən lahiyələr əsasında Ağdam rayonu ərazisində tikinti və quraşdırma işlərini həyata keçirdiyini bildirmiş və ona bir vəsiqə də göstərmişdir. Söhbət zamanı Etibar Ağdam şəhərinin ərazisində smeta dəyəri 120.000.000 manat təşkil edən bağça, polis idarəsi, icra hakimiyyəti, təhsil idarəsi, poçt şöbəsi və müxtəlif tikinti işləri aparılacaq layihələr göstərmiş və bildirmişdir ki, əgər tikinti şirkəti varsa 120.000 manat pulun müqabilində onu həmin layihələr üzrə İqtisadiyyat Nazirliyində keçiriləcək tenderin qalibi edə bilər, yəni tikinti işini ona həvalə etdirə bilər. Sonra Etibar bildirmişdir ki, layihəni ona vermək üçün ilkin olaraq 80.000 manat, layihə təsdiq olunduqdan sonra tikintiyə başlayarkən isə 40.000 manat pul verməlidir. Sonra Etibarla yenə də eyni çay evində görüşərərk ona Aftandil adlı tanışı barədə danışmış və göstərmək üçün Etibardan tikinti işi aparılacaq layihələrdən bir neçəsinin kserosurətini almışdır. O, həmin layihələri Aftandilə göstərdikdə o, Etibarla iş görə biləcəyinə müsbət yanaşmış və bildirmişdir ki, bu işlə bağlı ona 62.000 manat pul verə bilər. Sonra Aftandildən bu işlə bağlı aldığı 10.000 manat pulun üzərinə özündən 20000 manat pul qoyaraq, cəmi 30000 manat pulu 2021-ci ilin fevral ayında Biləcəri qəsəbəsindəki çay evində Zərərçəkmiş şəxs1 yanında Təqsirləndirilən şəxslə görüşərək ona vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Könül xanımın «Sevgi Qadın və Uşaq Sığınacağı» evində işləmişdir. Eyni zamanda özünə əlavə iş axtarmışdır. Həmin vaxt Könül xanım Etibar müəllimi çağırmış və onu göstərərək demişdir ki, bu xanım işə düzəlmək istəyir. Onu sosial Müdafiə nazirliyinə baş məsləhətçi kimi işə düzəlməsi üçün ondan Etibar müəllim 9500 manat pul istəmişdir. O, da razılaşaraq səhərisi günü 2020-ci ilinin oktyabr ayının axırlarında evdən 9000 manat pulu götürüb iş yerinə gəlmiş, Şahid4 xidməti otağında onun yanında Etibara vermişdir. O, Etibara 9000 manatı verəndə demişdir ki, işi tam həll olunandan sonra əlavə olaraq 500 manatda verəcək. Etibar razılaşmamış, məcbur qalaraq həmin günü evə gedib 500 manat pulu götürərək 1 saatdan sonra yenidən iş yerinə qayıdıb həmin pulu Şahid4 otağında Etibara vermişdir. Bundan sonra Etibar bu gün sabah deyə-deyə onu aldatmış vaxtın uzandığını görüb onu aldatdığını başa düşmüşdür. Ona dəymiş ziyandan 4500 manatı qaytarılmış, lakin 5000 manatı ödənilməmişdir. Qalan pulunu tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə cəza çəkən dövürdə tanış olmuş, həmin ərəfədə Etibar özünü Nərimanov rayonu ərazisində yerləşən İdman Federasiyasının prezidenti və jurnalist kimi tanıtmışdır. 2021-ci ilin yanvar-fevral aylarında Etibar zəng edərək “X23”nun səlahiyyətli nümayəndəsi olduğunu və hazırda işğaldan azad olunmuş ərazilərdə tikinti, quraşdırma işlərini həyat keçirdiyini və müəyyən lahiyələr əsasında Ağdam rayonu ərazisində tikinti işləri görəcək şəxslər axtardığını bildirmişdir. Etibara belə işlərə qoşulmaq istəmədiyini bildirmiş, lakin Etibar ondan əl çəkməmişdir. Sonradan uşaqlıqdan tanıdığı "xxxx" MMCnin rəhbəri Zərərçəkmiş şəxs1 zəng edərək Etibar barədə danışmışdır. Hidayət xahiş etmişdir ki, Etibarla onu tanış etsin, çünki özü tikinti işi ilə məşğuldur və həmin tikintini Ağdam rayonunda həyata keçirə bilər. Bundan sonra Hidayətlə birlikdə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən çay evinə gedərək Etibarla tanış etmişdir. Söhbət zamanı Etibar özünü “X23”nun səlahiyyətli nümayəndəsi kimi təqdim edərək işğaldan azad olunmuş ərazilərdə türk vətəndaşları ilə birlikdə tikinti və quraşdırma işlərini həyat keçirdiyini və müəyyən lahiyələr əsasında Ağdam rayonu ərazisində tikinti işləri görəcək şəxsləri axtardığını bildirmiş, sonra tikinti ilə bağlı Ağdam rayonu üzrə dövlət sifarişli layihəni göstərmiş və həmin Fondda işləməsinə dair vəsiqəsini də təqdim etmişdir. Lahiyədə smeta dəyərləri müxtəlif olan bir neçə iş yerləri barədə müvafiq qeydləri və smeta dəyəri 25.000.000 manat olan Ağdam şəhəri 2 saylı orta məktəbin də tikintisinin nəzərdə tutulmasını görmüşdür. Etibar söhbət zamanı Hidayətə bildirmişdir ki, əgər iki dəfəyə 60000 manat pulu verərsə Etibar Ağdam şəhəri ərazisində təsdiq etdirəcəyi layihə əsasında xeyli sayda bir mərtəbəli fin evlərinin tikintisini Hidayətə həvalə etdirə bilər. Həmçinin Etibar orada Hidayətə demişdir ki, tikinti işlərini həyata keçirmək üçün mütləq qaydada İqtisadiyyat Nazirliyindən lisenziya almalıdır. Hidayət də lisenziya alması üçün heç bir tanışının olmadığını bildirdikdə Etibar əgər istəsə bu işi də həll edə bilərə demişdir. Bir müddət sonra Hidayət zəng edərək Yasamal rayonu ərazisində görüşüb söhbət edərkən demişdir ki, Etibara lisenziya alması üçün müəyyən məbləğdə pul verib, lakin lisenziya saxta çıxıb və Etibar iş vədi ilə aldadaraq pulu ələ keçirib. Bundan sonra Etibarı axtarmış, nömrələri bağlı olmuşdur. Sonradan eşitmişdir ki, Hidayət Etibardan polisə şikayət edib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasını işğaldan öncə Ağdam rayonunda yaşadıqları vaxtdan lap yaxşı tanımış və sonradan Etibarla münasibəti yaranmışdır. Etibar həmin dövrlər jurnalist kimi fəaliyyət göstərib və işğaldan sonra Etibarı sadəcə cəza çəkdiyi 14 saylı Cəzaçəkmə müəssisəsində görmüşdür. Eyni zamanda Zərərçəkmiş şəxs1 və Şahid2 da həmin cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdən tanıyır. 2021-ci ilin aprel ayında Binəqədi rayonu Biləcəri qəsəbəsində kirayəyə ev tutaraq orada yaşamağa başlamış və həmin dövrdə işsiz olduğu üçün iş axtarmışdır. Kimdənsə eşitmişdir ki, həmyerliləri Ağdam rayonunda böyük miqyasda tikinti işi görürlər və işçiyə ehtiyac vardır. Həmyerliləri toplaşdığı yeri öyrənib Binəqədi rayonu Biləcəri qəsəbəsindəki çay evinə getdikdə orada Təqsirləndirilən şəxs müəyyən sayda şəxslərlə söhbət apardığını görmüş və Ağdamdakı işi görən şəxsin Etibar olduğunu öyrənmişdir. Həmin şəxslər ayrılıb getdikdən sonra, Etibara yaxınlaşaraq işsiz olduğu üçün ona da Ağdamda aparılan iş yerlərin birində iş verməsini xahiş etmişdir. Etibar söhbət zamanı demişdir ki, firma və şirkəti olmadığı üçün Ağdamda ona aid iş yerləri yoxdur. Etibardan öyrənmişdir ki, Ağdan rayonunda tikinti işini ancaq şirkətləri olan şəxslər müvafiq layihə əsasında apara bilərlər. 2021 -ci ilin iyun ayında Hidayət zəng edərək Etibarı axtardığını bildirib mobil telefon nömrəsi və yaşadığı yer barədə soruşmuşdur. O, Hidayətə Etibarın Sumqayıt şəhərində yaşadığını, amma evinin yerləşdiyi yeri bilmədiyini deyib onun mobil telefon nömrələrini Hidayətə vermişdir. Danışıqdan sonra özü də zəng etmiş və telefonların bağlı olmasını görmüşdür. 10-15 gün sonra Hidayət yenidən zəng edərək Etibarın ondan layihə əsasında Ağdam rayonunda tikinti işləri aparacağına şərait yaradacağı adı ilə pul alıb, hazırda Etibarı tapa bilmədiyini demişdir. Hidayət xahiş etmişdir ki, bir yerli kimi Etibarın tapılmasında köməklik göstərsin. Həmçinin Camaləddin də zəng edərək Etibarı axtardığını bildirmişdir. 2021-ci ilin dekabr ayında eşitmişdir ki, Etibarı sirkə turşusu içdiyi üçün X28 yerləşdirmişlər. Sonradan ona məlum olmuşdur ki, Etibarı tutmuşlar və o da həmin işlə bağlı dəvət olunub ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2020-ci il tarixdən "Sevgi Qadın və Uşaq Sığınacağının təsisçisi və rəhbəridir. Zərərçəkmiş şəxs5 uzun müddətdir ki, tanıyır. Zərərçəkmiş şəxs5 2 aya yaxın müddətdə 2020-ci ilin oktyabr ayının əvvəllərindən həmin ilin noyabr ayının sonuna kimi "Sevgi Qadın və Uşaq Sığınacağında aşbaz kimi işləmişdir. Eyni zamanda o, Təqsirləndirilən şəxs həmyerlisi kimi bir neçə ildir ki, jurnalist kimi tanıyır. Təxminin 2020-ci ilin oktyabr ayının əvvələrində Təqsirləndirilən şəxs "Sevgi Qadın və Uşaq Sığınacağında onun xidməti otağında olan zaman Samirə ilə tanış olmuşdur. Samirə dövlət qulluğunda işləmək istəmişdir, Etibar da Samirəyə kömək edə biləcəyini demişdir. İki aydan sonra Samirə işdən çıxmış, artıq işdən çıxandan sonra Samirə Etibarla nə danışıb nə danışmadıqlarını bilmir, eşitdiyinə görə Etibar Samirədən işə düzəlmək üçün 9500 manat pul almış, sonradan yarısını qaytarmışdır. Artıq hazırda qaytarıb qaytarmadığını bilmir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci İl tarixli 5/819 saylı rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş "xxxx" MMC adma xx.xx.2021-ci il tarixli EL-145/2021 qeydiyyat nömrəli Lisenziya sənədinin surəti elektrofotoqrafık çoxaldıcı qurğuda çap edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/60-5/51 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 02 Aprel 2021-ci il tarixli El-145/2021 qeydiyyat nömrəli lisenziyadakf’Rİ-145/2021 02 Aprel 2021" əlyazmaları ilə həmin lisenziyanın əlavəsindəkİ "'EL-145/2021 02 Aprel 2021 EL-145/2021” əlyazmaları - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 02 Aprel 2021-ci il tarixli El-145/2021 qeydiyyat nömrəli lisenziyada "Vəzifəsi” qrafasından aşağıda yerləşən imza ilə həmin lisenziyanın əlavəsində “Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov” qrafasındakı imza -EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Ağdam rayonu üzrə dövlət sifarişli Layihələr adla sənədin kserosurətinin 1 -cİ vərəqində ‘T.Ağdam səhəri (2 saylı ərazi)” və “2.Ağdam şəhəri (4 saylı ərazi)” qrafalarında “18.600.000 və 15.680.000” əlyazmaları qrafasında əks olunmuş “Hidayət” əlyazmaları; 2-ci vərəqində “Yusifcanlı kəndi” və “İlxıçılar kəndi” qrafasında “25.200.000 və 25.350.000” əlyazmaları qrfasmda əks olunmuş “Vahid Geokon MMC” və "Geokon MMC” əlyazmaları - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 02 Aprel 2021-ci il tarixli El-145/2021 qeydiyyat nömrəli Lisenziyadakı “Rl-145/2021 02 Aprel 2021” əlyazmaları ilə və “Vəzifəsi” qrafasından aşağıda yerləşən imza; həmin lisenziyanın əlavəsində "EL-145/2021 02 Aprel 2021 02 Aprel 2021 EL-145/2021” əlyazmaları və “Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox. Zərərçəkmiş şəxs1 tərəfindən yox, Zərərçəkmiş şəxs2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Ağdam rayonu üzrə dövlət sifarişli Layihələr adla sənədin kserosurətinin 1 -ci vərəqində "1.Ağdam səhəri (2 saylı ərazi)” və "2.Ağdam şəhəri (4 saylı ərazi)” qrafalarında "18.600.000 və 15.680.000” əlyazmaları qrafasında əks olunmuş "3000” əlyazmaları Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş "xxxx" MMC-yə verilmiş El-145/2021 nömrəli 02 Aprel 2021-cİ il tarixli Lisenziyanın blankı və çap mətni, həmin lisenziyanın əlavəsinin çap mətni elektrofotoqrafık qurğuda (lazer printer, surətçıxaran) çap edilmişdir. Təqdim edilmiş "xxxx" MMC-yə verilmiş El-145/2021 nömrəli 02 Aprel 2021-ci il tarixli Lisenziyada və həmin lisenziyanın əlavəsində olan möhür əksləri hər hansı bir sənəddən texniki qurğu (skaner və s.) vasitəsi ilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə edilməklə elektrofotoqrafık qurğuda (lazer printer, surətçıxaran) çap edilmişdir. Həmin möhür əksində “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi” məzmunlu mətn vardır. Təqdim edilmiş "xxxx" MMC-yə verilmiş El-145/2021 nömrəli 02 Aprel 2021-ci il tarixli Lisenziyanın və həmin lisenziyanın əlavəsinin mətnləri eyni növ elektrofotoqrafik çap qurğuda (lazer printervə s.) çap edilmişdir. Tədqiqata təqdim edilmiş "xxxx" MMS-yə verilmiş El-145/2021 nömrəli 02 Aprel 2021-ci il tarixli Lisenziyanın üzərində olan möhür əksinin təqsviri həmin lisenziyanın əlavəsinin üzərindəki möhür əksinin təsviri ilə eynilik təşkil edir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixli KEŞ-01 saylı rəydən görünür ki, X25 Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən onun “Ürəyi işemik xəstəliyi. İnfarkdan sonrakı kardioskleroz, Hipertoniya xəstəliyi, İİİ dərəcə Şəkərli diabet tip 2, orta ağır forma, insulin tələbli. Qastroptoz. Hipertrofık qastrit” xəstəliklərdən əziyyət şəkdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs düçar olduğu xəstəliklərlə əlaqədar onun orqanlar sistemində funksional olaraq ağır fəsad müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hazırki sağlamlıq durumu ilə əlaqadar onunla istintaq hərəkətlərinin aparılması məqsədəmüvafiq hesab edilir. İbtidai istintaq zamanı toplanmış sübutlara əsasən, istintaq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs, istintaqla müəyyən edilməsi mümkün olmayan qaydada saxtalaşdırılmaqla qanunsuz hazırlanmış hüquq verən və vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə satmış, həmçinin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını təkrarən ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs öz əlyazması ilə şahid qismində verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 500 manat, Zərərçəkmiş şəxs2 hissə-hissə 16000 manat, sonuncudan Zərərçəkmiş şəxs1 əvəzinə 1000 manat pul almasını, eləcə də onlara verdiyi layihələri özünün kompyuterdə gəlir əldə etmək məqsədi ilə tərtib etdiyini etiraf etmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılan zaman ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək ümumilikdə 12500 manat pul vəsaitini Təqsirləndirilən şəxs verdiyi Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsindəki adsız çay evini. Nərimanov rayonu Təbriz küçəsini və Yasamal rayonu H.B.Zərdabi küçəsini əyani olaraq göstərmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşmə zamanı Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsini təsdiq edərək bir daha həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılan zaman ümumilikdə 94.050 manat pulu Təqsirləndirilən şəxs verdiyi Binəqədi rayonu Biləcəri qəsəbəsindəki adsız çay evini, Yasamal rayonu Alatava qəsəbəsi, Nərimanov rayonu Təbriz küçəsində yerləşən N.Nərimanov metrostansiyasının yaxınlığını, Yasamal rayonu H.B.Zərdabi küçəsini əyani olaraq göstərmişdir. Azercell MMC-dən zəng, sms və antenaya aid məlumatlar köçürülərək təqdim edilmiş 1 ədəd diskə baxış protokolundan müəyyən edilmişdir ki, ********* saylı GSM nömrəsi X32 MMC-nin, ********* saylı GSM nömrəsi Zərərçəkmiş şəxs1, ********* saylı GSM nömrəsi Zərərçəkmiş şəxs3 adına qeydiyyatdadır. Danışıq bölməsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** sayı GSM nömrəsi ilə xx.xx.2021 tarixdən xx.xx.2021 tarixədək olan müddətdə 8 dəfə, eləcə də sonuncunun istifadəsində olan digər ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2021 tarixdə 2 dəfə, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2021 tarixdən xx.xx.2021 tarixədək olan müddətdə 5 dəfə, Şahid3 istifadəsində olan ***-***-**-** sayı GSM nömrəsi ilə xx.xx.2021 tarixdən xx.xx.2021 tarixədək olan müddətdə 166 dəfə, Şahid2 istifadəsində olan 051 -778-89-89 sayı GSM nömrəsi ilə xx.xx.2021 tarixdən xx.xx.2021 tarixədək olan müddətdə 107 dəfə qarşılıqlı olaraq danışıq aparmışdır. Eyni zamanda baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** sayı GSM nömrəsi ilə xx.xx.2021 tarixdən xx.xx.2021 tarixədək 17 dəfə qarşılıqlı olaraq danışıq aparmışlar. Antena üzrə cədvələ baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsindən istifadə edərkən (danışıq apararkən və sms göndərərkən) xx.xx.2021 tarixdən xx.xx.2021 tarixədək olan müddətdə Hacıqabul, Ağcabədi, Yevlax və Gəncə şəhərinin, eləcə Bakı şəhəri Yasamal rayonu Zərdabi kucəsi, Yasamal rayonu H.Zerdabi prospekti 3161-ci meh, Yasamal rayonu S.Mehdiyev 83/23 Lider TV, Aile ve Saglamliq Mərkəzi “20 Yanvar" küçəsinin, Binəqədi rayonu Biləcəri qəsəbəsinin, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin və Sumqayıt şəhərinin ərazisində yerləşən Azercell MMC-yə məxsus antenanın dairəsində olmuşdur. SMS üzrə cədvələ baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Əhmədli, Sarayevo küçəsi ev 15 mənzil 11-də yerləşən "xxxx" MMC-nin adına qeydiyyatda olan 50- 209-41-31 saylı GSM nömrədən xx-xx-2021 tarixdə saat 10:22:00-da Zərərçəkmiş şəxs3 istifadəsində olan 050-363- 63-30 saylı GSM nömrəsinə “Hormetli "GEOKON” MMC-nin sədri Aftandil Esedov, sizin 29 mart 2021-ci il tarixli muraciətinizə "X17"nun rehberliyi terefinden baxildi ve musbet qerar qebul olundu. Siz 12 aprel 2021 ci il tarixinde saat 15:00 da müqavilə bağlamaq uchun MMC-nin mohuru ve ozunuzun shexsiyyet vesiqenizle birlikde Fondun incibati binasina dəvət olunursuz. Ünvan: Baki scheri, U.Hacibeyli kuch.84. Hokumet Evi", eləcə də 50-209-41-31 saylı GSM nömrədən xx.xx.2021 tarixdə saat 09.24.57-də Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə "Hormetli "xxxx" MMC-nin sedri Aftandil Esedov, sizinlə bu gunki tarixde bağlanacaq muqavile, layihenin bashqa layihe ile evez olunduğu sebebinden 14 aprel 2021-ci il, saat ll:00-a deyishdirilib. Xahish olunur hemin tarixde "X17"nun inzibati binasında olasiz. MMCnin mohuru ve ozunuzun shexsiyyet vesiqenizle birlikde gelmeniz mutleqdi. Ünvan: Baki shheri, U.Hacibeyli kuch.84, Hokumet Evi" kimi sms göndərmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2021 tarixdə saat 10.24-də və xx.xx.2021 tarixdə saat 09.35-də 50-209-41-31 saylı GSM nömrəsinə “Salam. Oldu təşəkkür edirəm" kimi sms göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə daxil olan sms-lərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid1 istifdəsində olan **********17 saylı GSM nömrəsi xx/xx/2021 tarixdə saat 15:40:13-də “Mellim karti diyersiz 500 atariq karta, qalan 2 gunde atariq". **********81 saylı GSM nömrəsi xx/xx/2021 tarixdə saat 19:41:58-də "Melİİm salam bunlar 1000 manat pul verir qalanin sonra" kimi Təqsirləndirilən şəxs sms göndərilmişdir. İstintaq zamanı Bakcell MMC-dən zəng, sms və antenaya aid məlumatlar köçürülərək təqdim edilmiş İ ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir kİ, ***-***-**-** saylı GSM nömrəsi Təqsirləndirilən şəxs, ***-***-**-** saylı GSM nömrəsi Zərərçəkmiş şəxs1, ***-***-**-** saylı GSM nömrəsi Şahid3 adına qeydiyyatdadır. Danışıq bölməsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** sayı GSM nömrələri ilə xx.xx.2021 tarixdən xx.xx.2021 tarixədək olan müddətdə 4 dəfə, Şahid3 istifadəsində olan ***-***-**-** sayı GSM nömrəsi ilə xx.xx.2021 tarixdən xx.xx.2021 tarixədək olan müddətdə 28 dəfə danışıq aparmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** sayı GSM nömrəsinin bir-biri ilə danışıq aparmadığı müəyyən edilmişdir. Antena üzrə cədvələ baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsindən istifadə edərkən (danışıq apararkən və sms göndərərkən) xx.xx.2021 tarixdən xx.xx.2021 tarixədək olan müddətdə dəfələrlə Hacıqabul, Ağcabədi, Tovuz, Şəmkir rayonlarının və Gəncə şəhərinin, eləcə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsinin, Binəqədi rayonu Biləcəri qəsəbəsinin, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin və Sumqayıt şəhərinin ərazisində yerləşən Bakcell MMS-yə məxsus antenanın dairəsində olmuşdur. SMS üzrə cədvələ baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsindən xx-xx-2021 tarixdə saat 07:15:41-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə “Salam Ehtibar, Hidayətdi teleton ac sözüm var” kimi sms göndərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə daxil olan sms-lərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, **********72 saylı GSM nömrəsi xx-xx-2021 tarixdə saat 18:38:55-də “Etibar müəllim salam. Belə şey olmaz. Mən dolanasi adam deyiləm”, Şahid4 Zülfi qızınını adına olan **********08 saylı GSM nömrəsi xx-xx-2021 tarixdə saat 20:ll:26-da “Etibar müəllim, necə saatdı bizdə oturub əriylə girgindi. İntiqamda da məni biabır elədi. Çatsın sabah, günortadan keçməsin”. Şahid4 Zülfi qızınını adına olan **********08 saylı GSM nömrəsi xx-xx-2021 tarixdə saat 18:07:23-də ‘'Etibar müəllim bu nə hərəkətdir siz edirsiz, durub Sumqayıta evinizə gələk”, **********72 saylı GSM nömrəsi xx-xx-2021 tarixdə saat 19:05:11-də “Pulu bu dəqiqə vurun karta”, Şahid4 Zülfi qızınını adma olan **********08 saylı GSM nömrəsi xxxx-2021 tarixdə saat 16:55:22-də “Etibar müəllim Salam. Necəsiz? Bu gün məni 13 bölmənin rəisi çağırıb, İntiqamda əsəbləşib, sizə görə mən niyə cagrilmaliyam. Sizi veriblər Samirənin yoldaşı polisə. Təcili onların pulunu çatdırın. Bu haqsızlıqdır, isə duzəltməmisiz qaytarilmalidir. Çox ciddi prablem olacaq sizə. Mən xəbərdarlıq etdim. Day özünüz bilin” kimi Təqsirləndirilən şəxs sms göndərmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsindən çıxan sms-lərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx-xx-2021 tarixdə saat 15:18:,36-da Şahid4 Zülfi qızınını adına olan **********08 saylı GSM nömrəsinə “Daha sonra zəng edə bilərsinizmi?”. xx-xx-2021 tarixdə saat 20:10:15-də Şahid4 Zülfi qızınını adına olan **********08 saylı GSM nömrəsinə “Salam sabah günorta nahar vaxtı amati götürəcəm danismisam”, xx-xx-2021 tarixdə saat ll:02:19da Bakı şəhəri Əhmədli, Sarayevo küçəsi ev 15 mənzil 11-də yerləşən "xxxx" MMC-nin adına qeydiyyatda olan **********09 saylı GSM nömrəsinə "xxxx" kimi sms göndərmişdir. İstintaq zamanı Azerfon MMC-dən zəng, sms və antenaya aid məlumatlar köçürülərək təqdim edilmiş 1 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 70-268-89-28, 70-668-89-28, 70-261-27- 20 və 70-330-29-09 saylı GSM nömrələri Təqsirləndirilən şəxs adına qeydiyyatdadır. Danışıq bölməsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** sayı GSM nömrəsi ilə xx.xx.2021 tarixdən xx.xx.2021 tarixədək olan müddətdə 3 dəfə, eləcə də sonuncunun istifadəsində olan digər ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2021 tarixdən xx.xx.2021 -ci il tarixədək 3 dəfə qarşılıqlı olaraq danışıq aparmışlar. Eyni zamanda baxış keçirilən zaman müəyyən edilmişdir ki. Şahid2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə xx.xx.2021 tarixdə zəng edərərk 1 dəfə danışıq aparmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A20” markalı mobil telefonun “Mənim fayllarım” adlı proqram bölməsində “Şəkillər” adlı fayla baxış keçirilərkən orada Ağdam rayonunun ərazisində abadlıq və quruculuq işlərinin aparlması ilə bağlı öhtəlİklə əlaqədar "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs4 adından X26 Müşahidə Şurasının sədri cənab Mikayıl Cabbarova ünvanlanmış xx.xx.2021-ci il tarili № Aİ-18 nömrəli məktubun fotogörüntüsü, eləcə də “Mənim fayllarım” adlı proqram bölməsində “Yükləmələr” adlı fayla baxış keçirilərkən orada Ağdam şəhərində fərdi ev, mənzil, məktəb, rabitə evi, poçt, şəhər və kənd icra nümayəndəliyində tikinti işlərinin aparılması ilə əlaqədar “Ağdam-layihə-son” adlı 19, 20, 21-ci layihənin “word proqram” təminatı ilə hazırlanmış versiyasının olması aşkar edilmişdir, həmin məlumatlar 01 ədəd CD diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə vhatsapp proqramı üzərindən apardığı audio yazı və mesaj mətni köçürülərək təqdim etdiyi 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakı audio yazı və mesaj mətni aşkar edilmişdir; - (Audio yazı) Təqsirləndirilən şəxs: müəllim salam. O. sənədlərlə tanış oldum. Sabah saat 9-da sənədləri fonda göndərəcəm, bir dənə mənfi cəhət odur ki, sizin nizamnamə kapitalınız çox aşağıdır, 10 manatdır. Görək onu nətəhər edək ki, ona göz yumsunlar. Kapital az olanda 10-15 milyonluq böyük layihələr vermirlər, qoy görüm xahiş edəcəm, əgər mümkün olsa onun üstündən keçərlər. -Təqsirləndirilən şəxs: heçnə müəllim. İnşallah problem olmaz. Sabah səhər 9-da sənədləri göndərəcəm fonda. -Təqsirləndirilən şəxs: emeilə göndərdim müəllim, görün gəldi. -(mesaj mətni) Təqsirləndirilən şəxs: Sabahınız xeyr. Sizin sənədləri aydiyyatı şəxsə göndərdim. İnşallah müsbət cavab olar. Xahiş eləmişəm ki, gələn həftəyə saxlamasınlar bu gün ərzində cavab verilsin. -Təqsirləndirilən şəxs: Mən hazırda Ağdamdayam burda kompüter yoxdu. Bura göndərə bilsəz yaxşı olar -Təqsirləndirilən şəxs: Fondan mesaj hansı nömrəyə gəlsin? Yuxarıdakı nömrəyə, yoxsa aşağıdakı nömrəyə? Aşağıdakı. Tamam. -Təqsirləndirilən şəxs: Bunu təstiqləyin amma tarixi 02 avqust tarixin qoyun və mənim emailimə göndərin zəhmət olmasa. 1-ci gün göndərəcəm məktubu aydiyyəti şəxsə. Təqsirləndirilən şəxs: Axşam inşallah Mingəçevirə dönüm növbəti prosesi də vatsapda danışarıq. Mən indi danışıb məktubu göndərirəm. O birini necə çatdıracaqsız. onu müəyyənləşdirək. - Təqsirləndirilən şəxs: Kimlə desəniz görüşərəm. Onu bəlkə onlayin həll edək? Onda mən hesab kartımı atım sizə siz həmin hesaba ödəyin. - Təqsirləndirilən şəxs: Mən məktubu göndərdim və dedim ki o birində göndərirəm. Kapital Bank 4169 7413 9186 7700 Təqsirləndirilən şəxs - Nümayəndə1: Salam Etibar m. Bir yenilik varmı. - Təqsirləndirilən şəxs: Salam müəllim. Bəli proses gedir hər şey qaydasındadı. Sizə sms gələcək. - Nümayəndə1: Salam Etibar m. Necəsiniz? Vəziyyət nə yerdədir. - Təqsirləndirilən şəxs: Şükür yaxşılıqdı. Hər şey qaydasındadı. Sizdən 1 həftə əvvəl məktub göndərən şirkətlə bu gün müqavilə bağlandı. İnşallah yaxın günlərdə sizinlə də müqavilə bağlanacaq. - Təqsirləndirilən şəxs: məktubunuz bu gündən icra mərhələsindədir. Müqavilə və digər sənədlər hazırlanır. Sizə mesaj göndərəcəklər bu barədə. - Təqsirləndirilən şəxs: Sabahınız xeyr. İclas olduqda dərhal sizə mesaj gələcək və sizi dəvət edəcəklər görüşə. Bu həfətə nöqtəsi qoyulacaq. - Təqsirləndirilən şəxs: Salam. İclas bəli çox böyük ehtimal gələn həftə olacaq. Dəqiqi məlumat budur ki, Ağdam da beynəlxalq konfrans olacaq. Cənab özü həmin konfransda iştirak edəcək. Elə həmin gün sizin və digər 3 şirkət öz işinə başlayacaq. - E.Əİiyev: Olacaq müəllim. Cənabın Ağdama gedəcəyi pratakolu təstiq olunan gün sizə xəbər edəcəklər. -Təqsirləndirilən şəxs: Sabahınız xeyr. Her şey plan üzre gedir danışdığımız kimi heç bir dəyişiklik yoxdu. İstintaq zamanı Bakı şəhəri Əhmədli. Sarayevo küçəsi ev 15 mənzil 11-də yerləşən "xxxx" MMC-nin adına qeydiyyatda olan +99***-***-**-** saylı GSM nömrəsindən Zərərçəkmiş şəxs5 göndərilmiş sms-in mətninə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakı yazı mətnləri müəyyən edilmişdir; +99***-***-**-** saylı GSM nömrəsindən xx.xx.2020-ci İl tarixdə saat 12.20-də göndərilmiş sms-in mətnində "X1.xx.xx.2020-ci il saat 15:00 sa sizin onlayn imtahandır. Şəxsi kabinetinizi yaradarkən istifadə etdiyiniz ********** saylı asan nömrəyə video zəng ediləcək. Odur ki, həmin nömrənin aktiv olmasına və imtahan zamanı olduğunuz mekanın suretli İnternetlə təmin olunmasına emin olun”. +99***-***-**-** saylı GSM nömrəsindən xx.xx.2020-ci il tarixdə saat 11.45-də göndərilmiş sms-in mətnində "X1, bəzi bölgələrdən onlayn İmtahana qatılması namizədlərin sürətli internetin bərpa olunmamasına dair müraciətlərini nəzərə alaraq, onlayn imtahan sonuncu dəfə xx.xx.2020-ci il tarixində saat 15:00-a keçirilib. Sizə uğurlar”. +99***-***-**-** saylı GSM nömrəsindən xx.xx.2020-ci il tarixdə saat 16.45-də göndərilmiş sms-İn mətnində "X1, sizin xx.xx.2020-ci il tarixli işə qəbul üçün onlayn ərizəniz qəbul edilərək ƏƏSMN-nin Kadrlarla iş Şöbəsinə təqdim edilib. Sizə əlavə məlumat veriləcək. Təbrik edirik”. +99***-***-**-** saylı GSM nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 12.54-də göndərilmiş sms-in mətnində "X1, dövlət qulluğuna qəbul üçün teleb olunan aşağıdakı sənədləri hazır etməniz lazımdır: 1) yaşayış yeri haqqında arayış: 2)ailə tərkibi haqqında arayış; 3) tibbi arayış;”. +99***-***-**-** saylı GSM nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 09.32-də göndərilmiş sms-in mətnində "X1, sız İşə qəbul üzrə onlayn qaydada iştirak etdiyiniz imtahanın uğurlu nəticəsi İle AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadrlar ve sənədlərlə iş şöbəsinin məsləhətçi vəzifəsinə təstiq edilmisız. İş gunleri: Həftənin 1-5 günleri iş saati: 09-18:00 Məzuniyyət: İlde 30 iş günü aylıq maaş: 1050 AZN (Məzuniyyət ödenişi və mükafatlardan başqa) start vahidi ile işə başlama tarixi xx.xx.2021 -ci il. Onlayn imtahanın nəticəsinin təstiq edildiyi tarixdən işə başlanan tarixə kimi ayliq maaşın 40 faizi miqdarında elavə hesabiniza daxil edilecek. Təbrik edirik. Uğurlu iş fəaliyyəti arzu edirik. Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov tərəfindən xx.xx.2021-ci il tarixdə İmzalanmış EL-145/2021 nömrəsi ilə "xxxx" MMC-nin adına qeydiyyata alınaraq razılıq verilmiş İ ədəd lisenziya və 1 ədəd lisenziyanın əlavəsini istintaq orqanına təqdim edərək həmin sənədləri Təqsirləndirilən şəxs sonuncuya verdiyi pulun müqabilində əldə etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş qəbzin surətindən görünür ki, xx.xx.2021 -ci il tarixdə Xətaİ rayonu R.Bağırov küçəsində yerləşən milli ön ödəmə terminalından Təqsirləndirilən şəxs adma olan Kapital Bank tərəfindən verilmiş ******************** saylı kart hesab nömrəsinə 500 (beş yüz) manat pul köçürülmüşdür. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim edilmiş (Təqsirləndirilən şəxs onlara verdiyi) kompyuter vasitəsi ilə çap edilmiş “Ağdam rayonu üzrə dövlət sifarişli Layihələr” qeyd edilmiş kserosurətdindən görünür ki. Ağdam şəhəri 2 saylı və 4 saylı ərazi 465 və 392 f/e smeta dəyərləri 18.600.00 və 15.680.000 rəqəminin qarşısında 2 dəfə əlyazma ilə yazılmış “3000 Hidayət”, eləcə də Ağdam şəhəri (9 saylı ərazi). Ağdam rayonu Sarıclı kəndi 648 f/e, 300 ş/v 3 mər. orta məktəb binası, 2 mərtəbəli u/m məktəbi. 1 mərtəbəli uşaq baxçası və sair olan smeta dəyərləri 25.350.000, 19.750.000 və 25.200.000 rəqəminin qarşısında 3 dəfə əlyazma ilə yazılmış “Vahid” sözləri vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən alınmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyerstrində Atalı” MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikintiquraşdırma işləri fəaliyyəti üzrə lisenziyanın verilməsinə dair məlumat qeydə alınmamışdır. X7 təqdim edilmiş xx.xx.2022-cİ il tarixli məktubun məzmunundan görünür ki. Təqsirləndirilən şəxs adında şəxs və həmin Fondun arasında əmək və ya hər hansı bir təmsilçilik və ya məsləhətçilik üzrə müqavilə bağlanmamışdır. Təqsirləndirilən şəxs heç bir zaman X18 danışıqlarda təmsil etmək səlahiyyətinə malik olmamışdır. X19 Fondu tərəfindən Ağdam şəhərində həyata keçirilən və ya maliyyə dəstəyi göstərdiyi hər hansı bir tikinti və ya digər layihə ümumiyyətlə mövcud olmamış, həmçinin ATALİ və GEOKON MMC-lə Fondun heç bir əlaqəsi olmamışdır. X11 həyata keçirdiyi vəya maliyyə dəstəyi göstərdiyi bütün layihələr Azərbaycan Respublikası Dövlət satınalmaları haqqında Qanunu və Azərbaycan Respublikası Qrant haqqında Qanunun şərtlərinə uyğun olaraq tərtib olunan və Fondun Müşahidə Şurasının təsdiq etdiyi Qrantın (maliyyə dəstəyinin) verilməsi Qaydalarına uyğun olaraq həyata keçirilir. Fondun adından yalnız onunla rəsmi əmək müqaviləsi olan və həmin müqaviləyə əsasən bu səlahiyyətlərə malik olan əməkdaşlar çıxış edə bilərlər. İstintaq zamanı Zərərçəkmiş şəxs4 xx.xx.2021 -ci il tarixdə saat 19.19 və 19.21-də Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi D.Bünyadzadə küçəsində yerləşən ödəmə terminalı ilə Təqsirləndirilən şəxs Kapital Banka məxsus ******************** saylı hesab nömrəsinə iki dəfəyə 5000 (beş min) manat və 2000 (iki min) manat, cəmi 7000 (yeddi min) manat pulu köçürməsinə dair qəbzi təqdim etmişdir, həmin qəbz cinayət işinin materillarma əlavə edilmişdir. İstintaq zamanı Kapital Bankdan alınmış ödəniş kartı üzrə çıxarıhşdan görünür ki. Təqsirləndirilən şəxs məxsus VSDC Electron adlı 416974******7700 saylı kartına xx.xx.2021-ci il tarixdə Milli Ön ödəmə terminalı ilə 5000 (beş min) manat və eyni tarixdə təkrarən 2000 (iki min) manat, cəmi 7000 manat pul köçürülmüş, sonuncu köçürülən pulun 2000 manatını xx.xx.2021-ci il tarixdə, 2099 manatını xx.xx.2021-cİ i] tarixdə. 1999 manatım xx.xx.2021 -ci il tarixdə ünvan 2 ünvanda yerləşən Makromariın yaxınlığında olan bankomatdan, 98 manatını xx.xx.2021-ci il tarixdə və 38,99 manatım isə xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvandakı bankomatdan çıxarmışdır. İstintaq zamanı Zərərçəkmiş şəxs3 İqtisadiyyat Nazirliyinə görüşə gəlməsi İlə bağlı istifadəsində olan GSM nömrəsinə sms göndərilən 50-209-41-31 saylı GSM nömrəsi, Təqsirləndirilən şəxs istifadəsində olan GSM nömrəsindən "xxxx" kimi sms göndərilən 50- 209-41-09 saylı GSM nömrəsi və Zərərçəkmiş şəxs5 qızma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə qəbul olması ilə bağlı sonuncunun istifadəsində olan GSM nömrəsinə sms göndərilən ***-***-**-** saylı GSM nömrəsinin hər üçü də Bakı şəhəri Əhmədli, Sarayevo küçəsi ev 15 mənzil 11-də yerləşən "xxxx" MMC-nin adma qeydiyyatdadır. İşin faktiki halları ilə təhlil olunarkən, istintaq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs öz əməllərinin (hərəkətlərinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. O, talama cinayət əməlini birbaşa qəsdlə törətdiyi və niyyətinə nail olduğu üçün cinayət başa çatmış cinayətdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü qismən təqsirli bilməsinə dair ifadələri özünümüdafiə xarakteri daşımaqla, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, eləcə də iş üzrə toplanmış digər mötəbər sübutlarla təkzib edilmiş, həmin dəlilləri özünümüdafiə kimi qiymətləndirilməklə məhkəmə tərəfindən onun vermiş olduğu ifadə inandırıcı hesab olunmur. Belə ki, istintaq zamanı zərərçəkmiş şəxslər və şahid ifadələri, üzləşdirmə protokolları ekspertizə rəyləri və digər dəlillərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayətləri törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iistintaqı zamanı da öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İstintaq zamanı DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əliyev X13 rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin 06 iyul 2009-cu il tarixli qərarı ilə 02 il islah işləri cəzası ilə əvəz edilmiş, eyni zamanda Səbail rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 49.3-cü maddələri təqsirli bilinərək 01 il 10 ay 21 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş. xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2013-cü il tarixli “Amnistiya" qərarının 1.4-cü bəndinə əsasən islah işləri cəzasından azad edilmişdir. Eyni zamanda alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 05 ay 15 gününü çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə çəkilməmiş qalan cəzasının 02 ay 5 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış və məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin əməllərində onların cəzalarını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 vurduğu maddi ziyandan 4500 manat hissəsini könüllü olaraq ödəməsi onun məsuliyyətini yüngülləşdirən haldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il tarixdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu, 03 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 vurulmuş 9500 (doqquz min beş yüz) manat maddi ziyanın 5000 manatından, Zərərçəkmiş şəxs1 vurulmuş 12500 manatdan, Zərərçəkmiş şəxs2 vurulmuş 32.050 manatdan, Zərərçəkmiş şəxs3 vurulmuş 62.000 manatdan, Zərərçəkmiş şəxs4 vurulmuş 7000 manat ziyandan Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı müddətində heç bir məbləğ ödənilməmişdir. Odur ki, hal-hazırda iş üzrə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə ödənilməmiş maddi ziyan qalmışdır. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinin tələblərinə əsasən zərər çəkmiş şəxslərin məhkəmədə mülki iddia vermə hüquqları vardır. Zərər çəkmiş şəxslər tərəfindən məhkəmə istintaqı zamanı mülki iddia verilməmişdir. Odur ki, zərər çəkmiş şəxslər, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilməlidir. İş üzrə məhkəmə xərcləri 312 (üç yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanmış EL- 145/2021 nömrəsi ilə "xxxx" MMC- nin adına qeydiyyata alınaraq razılıq verilməklə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd lisenziya və 1 ədəd lisenziyanın əlavəsi. Təqsirləndirilən şəxs kompyuter vasitəsi ilə hazırlayıb çap etməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqdim etdiyi və üzərində Ağdam şəhəri 2 saylı və 4 saylı ərazi 465 və 392 f/e smeta dəyərləri 18.600.00 və 15.680.000 rəqəminin qarşısında əlyazma ilə "Hidayət” sözü yazıldığı, eləcə də Ağdam şəhəri (9 saylı ərazi), Ağdam rayonu Sarıclı kəndi 648 f/e, 300 ş/v 3 mər. orta məktəb binası, 2 mərtəbəli u/m məktəbi, 1 mərtəbəli uşaq baxçası və sair olan smeta dəyərləri 25.350.000, 19.750.000 və 25.200.000 rəqəminin qarşısında əlyazma ilə “Vahid” sözləri yazdığı X9 Ağdam rayonu üzrə dövlət sifarişli Layihəsi, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A20” markalı mobil telefonundan baxış zamanı X9 Ağdam rayonu üzrə dövlət sifarişli Layihəsinin “Ağdam-İayihə-son” adlı 19. 20, 21 adı ilə “word proqram” təminatı ilə hazırlanmış versiyası və "xxxx" MMC-nİn direktoru Zərərçəkmiş şəxs4 adından X26 Müşahidə Şurasının sədri cənab Mikayıl Cabbarova ünvanlanmış xx.xx.2021 -ci il tarili № Aİ-18 nömrəli məktubun fotogörüntüsü köçürülmüş fayllar olan 01 ədəd CD disk, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A20” markalı mobil telefon, eyni zamanda "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs4 adından X26 Müşahidə Şurasının sədri cənab Mikayıl Cabbarova ünvanlanmış xx.xx.2021-ci il tarixli № Aİ-18 nömrəli məktubun çıxarışı. Zərərçəkmiş şəxs4 vhatsapp proqramı üzərindən Təqsirləndirilən şəxs ilə apardığı səs yazısı və mesajların köçürülərək təqdim etdiyi 1 ədəd CD disk. Zərərçəkmiş şəxs4 xx.xx.2021-ci il tarixdə saat 19.19 və 19.21-də Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi D.Bünyadzadə küçəsində yerləşən ödəmə terminalı ilə Təqsirləndirilən şəxs Kapital Banka məxsus ******************** saylı hesab nömrəsinə iki dəfəyə 5000 (beş min) manat və 2000 (iki min) manat, cəmi 7000 (yeddi min) manat pulu köçürməsini təsdiq edən qəbzin surəti. Zərərçəkmiş şəxs1 xx.xx.2021 -ci il tarixdə Xətai rayonu R.Bağırov küçəsində yerləşən milli ön ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan Kapital Bank tərəfindən verilmiş ******************** saylı kart hesab nömrəsinə 500 (beş yüz) manat pulu köçürməsini təsdiq edən qəbzin surəti, Bakcell, Azerfon və Azercell MMC-dən təqdim edilmiş zəng, sms və antena üzrə məlumatlar köçürülmüş 03 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. 01 ədəd “Samsung Galaxy A20” markalı mobil telefon Təqsirləndirilən şəxs oğlu X8 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 510 (beş yüz on) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəcinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 03 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxslər, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 510 (beş yüz on) manat məbləğində pul ödənilsin. İş üzrə məhkəmə xərcləri 312 (üç yüz on iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanmış EL- 145/2021 nömrəsi ilə "xxxx" MMC- nin adına qeydiyyata alınaraq razılıq verilməklə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd lisenziya və 1 ədəd lisenziyanın əlavəsi. Təqsirləndirilən şəxs kompyuter vasitəsi ilə hazırlayıb çap etməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqdim etdiyi və üzərində Ağdam şəhəri 2 saylı və 4 saylı ərazi 465 və 392 f/e smeta dəyərləri 18.600.00 və 15.680.000 rəqəminin qarşısında əlyazma ilə "Hidayət” sözü yazıldığı, eləcə də Ağdam şəhəri (9 saylı ərazi), Ağdam rayonu Sarıclı kəndi 648 f/e, 300 ş/v 3 mər. orta məktəb binası, 2 mərtəbəli u/m məktəbi, 1 mərtəbəli uşaq baxçası və sair olan smeta dəyərləri 25.350.000, 19.750.000 və 25.200.000 rəqəminin qarşısında əlyazma ilə “Vahid” sözləri yazdığı X9 Ağdam rayonu üzrə dövlət sifarişli Layihəsi, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A20” markalı mobil telefonundan baxış zamanı X9 Ağdam rayonu üzrə dövlət sifarişli Layihəsinin “Ağdam-İayihə-son” adlı 19. 20, 21 adı ilə “word proqram” təminatı ilə hazırlanmış versiyası və "xxxx" MMC-nİn direktoru Zərərçəkmiş şəxs4 adından X26 Müşahidə Şurasının sədri cənab Mikayıl Cabbarova ünvanlanmış xx.xx.2021 -ci il tarili № Aİ-18 nömrəli məktubun fotogörüntüsü köçürülmüş fayllar olan 01 ədəd CD disk, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A20” markalı mobil telefon, eyni zamanda "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs4 adından X26 Müşahidə Şurasının sədri cənab Mikayıl Cabbarova ünvanlanmış xx.xx.2021-ci il tarixli № Aİ-18 nömrəli məktubun çıxarışı. Zərərçəkmiş şəxs4 vhatsapp proqramı üzərindən Təqsirləndirilən şəxs ilə apardığı səs yazısı və mesajların köçürülərək təqdim etdiyi 1 ədəd CD disk. Zərərçəkmiş şəxs4 xx.xx.2021-ci il tarixdə saat 19.19 və 19.21-də Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi D.Bünyadzadə küçəsində yerləşən ödəmə terminalı ilə Təqsirləndirilən şəxs Kapital Banka məxsus ******************** saylı hesab nömrəsinə iki dəfəyə 5000 (beş min) manat və 2000 (iki min) manat, cəmi 7000 (yeddi min) manat pulu köçürməsini təsdiq edən qəbzin surəti. Zərərçəkmiş şəxs1 xx.xx.2021 -ci il tarixdə Xətai rayonu R.Bağırov küçəsində yerləşən milli ön ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan Kapital Bank tərəfindən verilmiş ******************** saylı kart hesab nömrəsinə 500 (beş yüz) manat pulu köçürməsini təsdiq edən qəbzin surəti, Bakcell, Azerfon və Azercell MMC-dən təqdim edilmiş zəng, sms və antena üzrə məlumatlar köçürülmüş 03 ədəd CD disk iş materiallarında saxlanılsın. 01 ədəd “Samsung Galaxy A20” markalı mobil telefon Təqsirləndirilən şəxs oğlu X8 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar