Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-142/2024 05.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X5, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2,Müdafiəçi1, “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 avqust 2020-ci ildə Bakı şəhəri, Qaradağ Rayon Məkəməsinin qərarı ilə barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 01 may 2020-ci il tarixli qanunu tətbiq edilərək cəzası 09 il 10 aya endirilmiş, 22 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ Rayon Məkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 24 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və ünvan 2 ünvanında yaşamış, Bakı şəhəri Xətai rayon məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, xx xxx 1985-ci ildə Göyçay rayonunda anadan olmuş, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4ı şəhəri Xətai rayon məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 15 iyul 2022-ci il tarixdə, saat 02:30-da X15 Alayının 7-ci Patrul Bölüyünün ve Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən 146 nömrəli tam orta məktəbin yaxınlığında sərnişin qismində əyləşdiyi 'Kia Rio" markalı 77DK620 dövlat qeydiyyat nişanlı avtomobildə saxlanılıb, ünvan 6 ünvanda yerləşən Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış va götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,338 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ve 01 ədəd bükümdə təmiz çəkisi 0,550 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə satma barədə əvvəlcədən razılaşma əldə edərək həmin razılaşmaya əsasən təkrarən qanunsuz otaraq külli miqdarda ümumilikdə 35,91 gram çəkidə narkotik vasitə heroin əldə edib yaşadığı ünvan 8 ünvana qanunsuz daşıyaraq, həmin narkotik vasitə heroini özündə olan 01 ədəd elektron tərəzi ilə çəkib 15 ədəd xırda bükümlərə ayırmaqla üstündə saxlamış, qrup üzvləri arasında əldə edilmiş cinayətkar razılaşmaya əsasən o, həmin külli miqdarda narkotik vasita heroinin satışının təşkil edilməsi üçün müştəri tapılmasında qrupun digər üzvü Təqsirləndirilən şəxs2 tapşırıq verib, hamin narkotik vasitənin 01 qramının 30-35 manata satışı təşkil edildiyi halda, bunun müqabilində özü üçün 25 manat pul tələb edib, pulun qalan hissəsinin gəlir qismində özü tərəfindən götürülməsini təklif etmiş, Təqsirləndirilən şəxs2 onun təklifini qəbul edib, bu məqsədlə sonuncudan külli miqdarda 02 bükümdə ümumilikdə təmiz çəkisi 10,434 qram narkotik vasitə heroin əldə edib, hamin narkotik vasitə heroinin 5,481 qramını 01 ədəd bükümdə olmaqla üstündə, narkotik vasitə heroinin qalan 4,953 qram hissəsini 01 ədəd bükümdə olmaqla yaşadığı ünvan 19 ünvanda yərləşən fərdi yaşayış evinə daşıyaraq evin qonaq otağındaki dolabın içərisində gizlədərək qanunsuz saxlamış, Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə Xətai rayon Polis İdarəsinin 37 -ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 06 sentyabr 2022-ci il tarixdə saat 17:30da Bakı şəhəri Xətai rayonu, S.Vəzirov küçəsi 49 saylı binanın qarşısında saxlanılıb, ünvan 10 ünvanda yerləşən Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılan zaman əynindəki köynəyin sinə nahiyəsindəki cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 5,481 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, ardınca Təqsirləndirilən şəxs2 yazılı razılığı əsasında yaşadığı ünvan 19 ünvanda yerləşən fərdi yaşayış evinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı, polis əməkdaşlarının təklifinə əsasən sonuncunun evin qonaq otağındaki dolabın içərisindən çıxarıb təqdim etdiyi külli miqdarda təmiz çəkisi 4,953 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ve 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 06 sentyabr 2022-ci il tarixdə saat 18:45-də Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsi 17 saylı binanın qarşısında saxlanılıb, ünvan 12 ünvanda yerləşən Xətai rayon Polis İdarəsinin 37 -ci Polis Şöbəsinə gətirilərək müdafıəçinin iştiraki ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılan zaman əynindəki şalvarın qabaq sol yan cibindən külli miqdarda 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 19,055 qram, 0,035 qram, 0,282 qramı 0,852 gramı 0,431 gram, 0,404 gram, 0,806 qram, 0,499 qram, 0,889 gram, 0,433 qram, 0,803 qram, 0,495 qram, 0,492 qram, ümumi təmiz çəkisi 25,476 gram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin va həmin şalvarın arxa sağ cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs şəklində Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən narkotik vasitənin satışı barədə razılığa gələrək satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə satma barədə əvvəlcədən razılaşma əldə edərək həmin razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 qanunsuz otaraq külli miqdarda ümumilikdə 35,91 gram çəkidə narkotik vasitə heroin əldə edib yaşadığı ünvan 14 ünvana qanunsuz daşıyaraq, həmin narkotik vasitə heroini özündə olan 01 ədəd elektron tərəzi ilə çəkib 15 ədəd xırda bükümlərə ayırmaqla üstündə saxlamış, qrup üzvləri arasında əldə edilmiş cinayətkar razılaşmaya əsasən o, həmin külli miqdarda narkotik vasitə heroinin satışının təşkil edilməsi üçün müştəri tapılmasında qrupun digər üzvü Təqsirləndirilən şəxs2 tapşırıq verib, hamin narkotik vasitənin 01 qramının 30-35 manata satışı təşkil edildiyi halda, bunun müqabilində özü üçün 25 manat pul tələb edib, pulun qalan hissəsinin gəlir qismində özü tərəfindən götürülməsini təklif etmiş, Elnure İsmayılova onun təklifini qəbul edib, bu məqsədlə sonuncudan külli miqdarda 02 bükümdə ümumilikdə təmiz çəkisi 10,434 qram narkotik vasitə heroin əldə edib, həmin narkotik vasitə heroinin 5,481 qramını 01 ədəd bükümdə olmaqla üstündə, narkotik vasitə heroinin qalan 4,953 qram hissəsini 01 ədəd bükümdə olmaqla yaşadığı ünvan 19 ünvanda yərləşən fərdi yaşayış evinə daşıyaraq evin qonaq otağındaki dolabın içərisində gizlədərək qanunsuz saxlamış, Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə Xətai rayon Polis İdarəsinin 37 -ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 06 sentyabr 2022-ci il tarixdə saat 17:30da Bakı şəhəri Xətai rayonu, S.Vəzirov küçəsi 49 saylı binanın qarşısında saxlanılıb, ünvan 10 ünvanda yerləşən Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılan zaman əynindəki köynəyin sinə nahiyəsindəki cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 5,481 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, ardınca Təqsirləndirilən şəxs2 yazılı razılığı əsasında yaşadığı ünvan 19 ünvanda yerləşən fərdi yaşayış evinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı, polis əməkdaşlarının təklifinə əsasən sonuncunun evinin qonaq otağındaki dolabın içərisindən çıxarıb təqdim etdiyi külli miqdarda təmiz çəkisi 4,953 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ve 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 06 sentyabr 2022-ci il tarixdə saat 18:45-da Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsi 17 saylı binanın qarşısında saxlanılıb, ünvan 12 ünvanda yerləşən Xətai rayon Polis İdarəsinin 37 -ci Polis Şöbəsinə gətirilərək müdafiəçinin iştiraki ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılan zaman əynindəki şalvarın qabaq sol yan cibindən külli miqdarda 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 19,055 qram, 0,035 qram, 0,282 qram, 0,852 qram, 0,431 gram, 0,404 gram, 0,806 qram, 0,499 qram, 01889 gram, 0,433 qram, 0,803 qram, 0,495 qram, 0,492 qram, ümumi təmiz çəkisi 25,476 gram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin va həmin şalvarın arxa sağ cibindan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadələri tamamilə inkar edərək bildirmişdir ki, ona elan edilmiş ittihama daxil olan birinci epizod üzrə onu deyə bilər ki, Suraxanı rayonu ərazisində taksi ilə hərəkət edərkən tutulmuşdur. Belə ki, 146 nömrəli məktəbin qarşısında içərisində olan taksi saxlanılmış, o, maşından çıxarılaraq bölməyə aparılmış, üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı üzərindən heç nə aşkar edilməmişdir. Yol Patrul Xidmətinin əməkdaşları idarə etdikləri öz avtomobilindən gətirdikləri narkotik vasitəni ona verərək özünün olması barədə ifadə verməsini ondan tələb etmiş, o isə cavabında narkotik vasitə istifadəçisi olmadığını bildirmişdir. Ona irəli sürülmüş ittihama daxil olan ikinci epziod üzrə isə o, ittihamda göstərildiyi kimi NZS-də deyil, övladlarına ticarət mərkəzindən məktəb ləvazimatları almaq üçün getdiyi “Laçın” ticarət mərkəzinin qarşısında tutulmuşdur. Həmin vaxt da üzərində heç bir narkotik vasitə olmamışdır. Elnurə ilə onu “Hacı” adlı şəxs tanış etmişdir. Elnurəni yalnız bir dəfə görmüşdür. Hacı ona həmin qadının İranlı tərəfindən aldadıldığını, narkotik vasitə istifadəçisi olduğunu, ona narkotik vasitə tapa bilib-bilməyəcəyini soruşmuş, o da həmin xanım üçün heroin tapmağa razılıq verdiyini bildirmişdir. Heroin adlı narkotik vasitəni ətrafda olan narkotik vasitə istifadəçilərindən əldə etməyi düşünmüşdür. Narkotik vasitə istifadəçisi deyildir, onda narkotik vasitə olmamışdır. Elnurənin onun əleyhinə yalan ifadə verməsinin səbəbini başa düşmür. Nə sonuncu, nə də Elnurə ilə narkotik vasitə barədə danışığı, sms yazışması olmamışdır, Elnurə ilə telefon vasitəsilə cəmi bir dəfə danışmışdır. Elnurəyə cəmi bir dəfə kömək məqsədilə, Hacının vasitəsilə 2 qram narkotik vasitə vermişdir. Həmin narkotik vasitənin öz satış qiymətini Elnurədən istəmişdir. Hacının da narkotik vasitə verənləri tanımasına baxmayaraq niyə özünün şəxsən Elnurəyə kömək etməməsini, kömək üçün ona müraciət etməsinin səbəbini bilmir. Elnurənin ona borcu yoxdur. Ona borcu olan şəxs Hacıdır, Hacı ona idarə etdiyi avtomobilə görə borc şəklində aldığı 300 manat pul verməli idi. Əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif ediləcəyi barədə müstəntiqin vədinə inanaraq ibtidai istintaq dövründə verdiyi ifadələri oxumadan imzalamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, heç bir yerdə işləməmiş, əvvəllər yəni, 2012-ci il tarixdə törətdiyi qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq cinayətinə görə Azərbaycan Respublikası CM-in 126.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib, 10 İl müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2021-ci ilin aprel ayında azadlığa buraxılmış, azadlığa buraxıldıqdan sonra dolanmaqdan ötrü özünə iş axtarmış, lakin məhkumluğu səbəbindən münasib iş tapa bilməmiş, bir neçə ay olar ki, işsizliyi səbəbindən özünü və ailəsini dolandırmaqda çətinlik çəkdiyindən, mövcud vəziyyətdən qurtulmaq üçün məcbur olub narkotik vasitələrin alqı-satqısını həyata keçirməklə qazanc əldə etmək qərarına gəlmiş, buna baxmayaraq özü heç vaxt narkotik vasitə istifaçəsi olmamış, həmin vasitələrdən istifadə etməmiş, bununla belə onun yanında hazırda adlarını xatırlamadığı şəxslər bir neçə dəfə müxtəlif növ narkotik vasitələrdən istifadə etdikləri üçün, onlardan tam olaraq məlumatlı olmuş, ilkin vaxtlarda o, narkotik vasitələri müxtəlif yerlərdə tanımadığı şəxslərdən az miqdarda almış, üstünə müəyyən məbləğdə pul qoyaraq tanımadığı, xarici görünüşlərini və əlamətlərini xatırlamadığı, anket məlumatlarını bilmədiyi ayrı-ayrı şəxslərə satışını həyata keçirməklə, qazanc əldə etmiş, bir müddət bu şəkildə fəaliyyət göstərdikdən sonra, narkotik vasitələri internet üzərindən əldə etməyə başlamış, belə ki, təxminən 2022-ci ilin iyun ayının əvvəllərində təsadüfən internet saytlarının birindən tanımadığı İran İslam Respublikası vətəndaşının hazırda xatırlamadığı mobil nömrəsini əldə etmiş, həmin ərəfədə istifadəsində olan ***-***-**-** saylı mobil nömərədən “whatsapp” mobil tətbiqi ilə həmin şəxslə əlaqə saxladığında, özünü Baba kimi təqdim etmiş, habelə danışıq və ləhcəsindən həqiqətən də, İİR vətəndaşına oxşatdığı şəxs, istənilən növ narkotik vasitə təşkil edə biləcəyini, belə ki, narkotik vasitə heroin və qurudulmuş marixuananın 1 qramını 40 manatdan olmaqla satışını həyata keçirdiyini deyib, narkotik vasitələr istədiyi tədqirdə onun kart hesabına pul göndərməli olduğunu, pul hesabına oturduqdan sonra, bunun müqabilində narkotik vasitələr təşkil etməklə müxtəlif ünvanlara qoyulmasını təşkil edəcəyini, onun da, deyilən həmin ünvanlara gedib, narkotik vasitəni götürə biləcəyini bildirmiş, bundan sonra o, Baba adlı şəxsin dediyi kimi edib, onun “whatsapp” mobil tətbiqi ilə istifadəsində olan mobil nömrəyə göndərdiyi hazırda xatırlamadığı kart hesabına müxtəlif ünvanlarda yerləşən “Pay Pal” və ya ’’Milliön” aparatları vasitəsi ilə müəyyən məbləğdə pul göndərir, bundan sonra həmin şəxs ona göndərilmiş pul müqabilində narkotik vasitələr təşkil etməklə müxtəlif ünvanlara qoyulmasını həll edir, bu barədə ona ətraflı məlumat verdikən sonra o, deyilən ünvana gedib, orada qoyulmuş narkotik vasitələri götürməklə, satışını həyata keçirirmiş, bu minvalla həmişə oluğu kimi 13 iyul 2022-ci il tarixdə səhər saatlarında hazırda xatırlamadığı ünvanda yerləşən ’’Million” aparatı vasitəsi ilə Baba adlı şəxsin kart hesabına 40 manat pul göndərməklə, ona 0,5 qram narkoitk vasitə heroin və 0,5 qram narkotik vasitə qurudulmuş marixuana sifariş vermiş, həmin gün günorta saatlarında Baba adlı şəxs “whatsapp” mobil tətbiqi ilə onunla əlaqə saxlayıb, sifariş etdiyi narkotik vasitə heroin və qurudulmuş marixuananı Sumqayıt şəhərində, Avtovağzal adlanan yerdə oturacaqların birinin alt hissəsinə qoyulduğunu deyib, həmin yerin fotoşəkilini ona nümayiş etdirmiş, həmin gün o tək halda deyilən əraziyə gedib, baxış keçirdikdə Baba adlı şəxsin dediyi ərazini tapıb, oradakı oturacaqların birinin altına qoyulmuş 02 ədəd bükümdə olan narkotik vasitə heroin və qurudulmuş marixuananı götürmüş, daha sonra həmin narkotik vasitələrin satışını həyata keçirmək üçün müştəri axtarmağa başlamış, narkotik vasitələrə müştəri tapılanadək isə adi qaydada həyat tərzini davam etdirib, həmin vasitələri üzərində saxlamış, bu minvalla 14 iyul 2022-ci il tarixdə axşam saatlarında Qaraçuxur qəsəbəsində tanışları Səməd, Məcid və Kənanla görüşmüş, onlarla çay içib bir qədər söhbətləşdikdən sonra, Səmədin idarə etdiyi markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşib, qəsəbə ərzisində hərəkətə başlamış, xx.xx.2022-ci il tarixdə təxminən saat 02:30-da Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsi 146 nömrəli məktəbin yanında hərəkətdə olduqları zaman polis əməkdaşları avtomobili saxlamış, Səməd avtomobili saxladıqdan sonra, polis əməkdaşları onlara yaxınlaşıb, şəxsiyyətləri barədə soğru etməyə başlamış, onlar özlərini itirib polis əməkdaşlarının sorğularını doğru-dürüst cavablandıra bilmədikləri üçün, polis əməkdaşları onların narkotik vasitə qəbul etməklərindən şübhələnib, onları Polis Bölməsinə dəvət etmiş, onlar etiraz bildirməyib, polis əməkdaşlarının müşayiəti ilə Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gəlmiş, Polis Bölməsinə gəldikdən sonra verilən suallara cavab olaraq üstündə narkotik vasitə heroin və narkotik vasitə qurudulmuş marixuana olması barədə bildirmiş, belə olan halda ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah edilmiş, ardınca videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparalıcağı barədə xəbərdar edilmiş, bundan sonra isə şəxsi axtarışına başlanmış, belə ki, polis əməkdaşları şəxsi axtarışını aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması barədə sorğu etmiş, həmin zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdəki narkotik vasitə heroini və bir ədəd bükümdəki narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, eyni zamanda polis əməkdaşları təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda, o, təqdim etdiyi bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, həmin narkotik vasitələri 2 gün əvvəl internet üzərindən 40 manat pul müqabilində tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını bildirmiş, eyni zamanda faktiki olaraq həmin nakotik vasitələri satmaq üçün əldə etməsinə baxmayaraq özünü müdafiə etmək üçün həmin narkotik vasitələri özünün istifadəsindən ötrü əldə etdiyini demiş, polis əməkdaşları təqdim etdiyi 02 ədəd bükümə baxış keçirib, qablaşdırıb, möhürləyərək götürmüş, ardınca şəxsi axtarışı, aparılmış, lakin üstündən başqa qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, daha sonra aşkar edilənlərlə bağlı hamının iştirakı ilə protokol yazılmış, protokol ucadan oxunduqdan sonra, o özü, müdafiəçi və baxışda iştirak edən digər iştirakçılar tərəfindən imzalanmış, törədiyi bu cinayətə görə barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, bundan sonrakı günlərdə o, mütəmadi olaraq yaşadığı evdə olmaqla, narkotik vasitələrin alqı-satqısından uzaq olmağa çalışırmış, lakin keçirdiyi maddi sıxıntı səbəbindən, narkotik vasitələrin alqı-satqısı ilə bağlı əməllərini davam etdirib, qazanc əldə etmək niyyətinə gəlmiş, artıq həmin ərəfədə ona narkotik vasitələr təşkil etmiş Baba adlı şəxslə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamış, belə olan halda, 2022-ci ilin avqust ayının sonlarında Sumqayıt şəhərinə gəlib, tanımadığı şəxslərdən ona nakotik vasitə sata biləcək şəxs barədə soraqlaşmağa başlamış, həmin zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb, özünü təqdim etməyib, yalnız İran İslam Respublikasının vətəndaşı olduğunu bildirməklə, ona yaxşı bir təklif etmək istədiyini demiş, tanımadığı şəxsin kimiliyi barədə soruşsa da, o kimliyi barədə məlumat verməyib, onun təklifini dinləməyi məsləhət bilmiş, danışıq və ləhcəsindən həqiqətən də İran İslam Respublikasının vətəndaşına oxşatdığı həmin şəxs danışığını davam etdirib, özündə küllü miqdarda narkotik vasitə heroin olduğunu deyib, həmin heroini ona dəyərindən ucuz qiymətə sata biləcəyini bildirmiş, belə olan halda İran İslam Respublikası vətəndaşının təklifini qəbul edib, ondan narkotik vasitə heroini hansı qiymətə təşkil edəcəyi barədə maraqlanmış, həmin vaxt o, heroinin 1 qramının bazar dəyərindən ucuz qiymətə yəni, 18 manatdan satacağını deyib, daha çox narkotik vasitə heroin alacağı halda, ona bir qədər də, endirim edəcəyini demiş, belə olan halda, o, üstündə 500 manat pul olduğunu deyib, həmin pul müqabilində ona hansı miqdarda narkotik vasitə təşkil edəcəyini sorğuladıqda, o həmin pul müqabilində ona ümumilikdə 40 qrama yaxın narkotik vasitə heroin təşkil edə biləcəyini demiş, o da, həmin heroini təxminən 18 manatdan alıb, 25 manatdan satışını həyata keçirdiyi halda, yaxşı qazanc əldə edəcəyini düşünmüş, bu səbəbdən onun təklifini qəbul edib, alqı-satqını həyata keçirməkdən ötrü, bir saat sonra həmin ünvanda görüşmək barədə razılaşmış, təxminən 1 saat sonra danışılan ünvanda görüşdükdə, İran İslam Respublikası vətəndaşı özü ilə gətirdiyi bir ədəd bağlamanı ona verib, bağlamadakı 01 ədəd iri və 01 ədəd xırda bükümdə vəd verdiyi narkotik vasitə heroin olduğunu bildirmiş, o da, bükümləri açıb, gözəyarı şəkildə içərilərinə nəzər saldıqda həqiqətən narkotik vasitə heroinin orada olduğunu görmüş, hər halda İran İslam Respublikası vətəndaşını tanımadığı üçün tez bir şəkildə özü ilə götürdüyü 500 manatı ona verib, bükümləri götüməklə cəld şəkildə oradan uzaqlaşıb yaşadığı evə gəlmiş, evə gəldikdə, aldığı narkotik vasitə heroin özündə olan elektron tərəzi ilə çəkdikdə, iri bükümdəki heroinin çəkisinin təxminən 34 qram, digər xırda bükümdəki heroinin çəksinin isə təxminən 6 qram olduğunu müəyyən etmiş, bundan sonra, heroinin satışını həyata keçirməkdən ötrü iri bükümdəki heroini xırda bükümlərə ayırmış, bu minvalla ayırdığı narkotik vasitə heroinin bükümlərinin sayı 14 olmuş, digər bükümüdəki heroini isə ayırmayıb olduğu kimi saxlamış, bundan sonra isə narkotik vasitənin satışı həyata keçirmək üçün müştəri axtarmağa başlamış, təxminən 2022-ci ilin ortalarında taksi sürücüsü kimi tandığı Hacı adlı şəxsin vasitəsi ilə Elnurə adlı qadınla tanış olmuş, Elnurə ilə tanışlıqları zamanı o, narkotik vasitə heroin istifadəçisi olduğunu, əvvəllər İran İslam Respublikası vətəndaşından 1 qramı 20 manatdan olmaqla narkotik vasitə heroin alıb, satışını 30-35 manatdan olmaqla həyata keçirməklə yaxşı qazanc əldə etdiyini, narkotik vasitənin satışını həyata keçirmək üçün müştərilərinin olduğunu, sonuncu dəfə İran İslam Respublikası vətəndaşının heroin təşkil etmək adı ilə ondan pul alıb ələ keçirdiyini, bu səbəbdən onunla əlaqəsini kəsdiyini, hazırda isə narkotik vasitə əldə etməkdə, özünü və övladlarını dolandırmaqda çətinlik çəkdiyini deyib, narkotik vasitənin alqı-satqısında ona köməklik etməyi xahiş etmiş, belə olan halda, onun xahişini qəbul edib, köməklik məqsədi ilə nisyə olaraq ona narkotik vasitə heroinin 1 qramını 25 manatdan olmaqla verə biləcəyini, onun da, həmin həmin heroinin 1 qramını 30-35 manatdan olmaqla satşını həyata keçirib həm gəlir əldə edə, həm də, narkotik vasitəyə görə ona çatacaq pulu verə biləcəyini deyib, bu şərtlərlə aralarında razılaşma əldə etmiş, həmin vaxt ona satışını təşkil etmək məqsədi ilə tanımadığı şəxsdən əldə etdiyi 02 ədəd bükümdə olan təxminən 2 qrama yaxın narkotik vasitə heroin vermiş, o da, səhəri gün həmin nakotik vasitənin satışını həyata keçirib, müqabilində ona 50 manat pul verərək etibar qazanmış, bu minvalla 2022-ci ilin sentyabr ayının əvvəllərində Elnurə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp" mobil tətbiqi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub, razılaşdıqları şərtlər əsasında satışını təşkil etmək məqsədi ilə narkotik vasitə heroin istəmiş, həmin vaxt İran İslam Respublikası vətəndaşından aldığı narkotik vasitə heroinə müştərisi olmadığı üçün onunla razılaşıb, həmin gün axşam saatlarında Elnurənin yaşadığı Xətai rayonu, S.Vəzirov küçəsində yerləşən fərdi yaşayış evinə gəlməklə, ona 02 ədəd bükümdə qablaşdırılmış təxminən 12 qram çəkidə olan narkotik vasitə heroini verib, heroinin qısa müddətdə satışını həyata keçirməklə, müqabilində ona 300 manat pul verməli olduğunu demiş, Elnurə də, öz növbəsində təklifini qəbul edib, həmin bükümləri ondan götürmüş, bundan təxminən bir neçə gün keçməsinə baxmayaraq, Elnurə ona verdiyi narkotik vasitə müqabilində ona hər hansı pul verməyib yayınmağa başlamış, həmin ərəfədə onu Elnurə ilə tanış etmiş Hacı adlı şəxsə zəng vurub Elnurə ilə aralarındakı sövdələşmə barədə məlumat verməklə, tanışlıqlarında səbəbkar olduğu üçün, ona çatacaq 300 manat pulu ondan tələb etməyə başlamış, Hacı adlı şəxs də, bu məsələni həll edəcəyini desə də, sonradan o da, telefonunu söndürərək yayınmış, bununla belə 06 sentyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində özündə qalan 13 ədəd bükümdəki narkotik vasitə heroinin satışını həyata keçirməkdən ötrü həmin bükümləri, habelə heroinin satışını həyata keçirdiyi zaman istifadə etdiyi kiçik elektron tərəzini özü ilə götürüb evdən çıxmış, bu məqsədlə həmin gün saat təxminən 18 radələrində UPD qəsəbəsi deyilən yerə gəlib, narkotik vasitəni satmaq üçün müştəri axtarmağa başlamış, həmin zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim edərək şəxsiyyəti ilə bağlı sorğu etmiş, o özünü təqdim etdikdən sonra, onlar barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu bildirib, bununla bağlı onu yaxınlıqdakı Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət etmiş, o, etiraz etmədən polis əməkdaşlarının müşayiəti ilə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gəlmiş, xidməti otaqların birinə dəvət edilmiş, polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib, vidoçəkilişdən istifadə edilməklə şəxsi axtarışa məruz qalacağını izah etmiş, ardınca isə ona müdafiəçi təqdim edilmiş, polis əməkdaşları şəxsi axtarış aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması barədə sorğu edib, müsbət halda həmin əşyaları könüllü olaraq təqdim etməsini təklif etmiş, artıq həmin vaxt polis əməkdaşlarının onun qanunsuz əməlləri barədə məlumatlı olduqlarını bildiyi üçün, əynindəki şalvarın sol yan cibindəki ümumilikdə 13 ədəd bükümü, habelə şalvarının arxa cibindəki 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim edib, təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini 2022-ci ilin avqust ayının sonunda tanımadığı X13 vətəndaşından 500 manat pul müqabilində aldığını bildirmiş, eyni zamanda əvvələr narkotik vasitə satdığı Elnurə adı qadının tutulması barədə məlumatlı olmadığı üçün məsuliyyətini yüngülləşdirmək məqsədi ilə həmin narkotik vasitə heroini öz istifadəsi üçün əldə etdiyini deyib, narkotik vasitənin satışını həyata keçirmək niyətində olması ilə bağlı heç bir məlumat verməmiş, habelə şəxsi axtarışı zamanı o, üzərindəki özünə məxsus 02 ədəd “Samsung" markalı mobil telefefonu, habelə 98 manat pulu da, polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi 02 ədəd mobil telefonun iş üzrə əhəmiyyət kəsb etməsi izah edildikdən sonra götürülmüş, 98 manat pul isə özünə qaytarılmış, bundan sonra aşkar edilənlərlə bağlı hamının iştirakı ilə protokol tərtib olunmuş, ucadan oxunmuş, şikayət, ərizə və təkliflər daxil olmadığından doğruluğunu təsdiq etmək üçün o, özü və digər iştirakçılar tərəfindən protokola imza edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ittiham aktında göstərilən yerdə yox, evində tutulmuşdur. Belə ki, o, 14,15,16 yaşlarında olan üç uşağı ilə birlikdə kirayədə yaşayır, boşanmışdır. 06 sentyabr 2022-ci il tarixdə yaşadığı evin qapısı döyülmüş, qapını uşaq açmış, polislər onu tutaraq bölməyə aparmışlar. Bölmədə izahat verərək narkotik vasitə istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirmişdir. Videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən isə üzərindən guya aşkar edilən narkotik vasitənin ona məxsus olmasını, həmin narkotik vasitənin şəxsi istifadə məqsədilə əldə etdiyini bildirmişdir.Çox az müddətdir ki, narkotik vasitə istifadə etməyə başlamışdır, narkotik vasitənin heroin növündən üfürməklə istifadə edir. Yoldaşı tutulduğuna görə narkotik vasitə aludəçisinə çevrilmişdir. Uşaqlar onun himayəsindədir, ev təmizləyərək pul qazanır, bundan başqa ayda 400 manat aliment alır. Günlük olaraq yarım büküm narkotik vasitə istifadə edir, yarım qram narkotik vasitənin qiyməti 5-10 manat təşkil edir. Atası və qardaşı da maddi cəhətdən onlardan köməyini əsirgəmir. Hacını taksi sürücüsü kimi tanıyır, sonuncu onunla bir məhlədə qonşuluqda yaşayır,onun narkotik vasitədən istifadə edib-etmədiyini bilmir, Vüsalı ona narkotik vasitə verməsi üçün Hacı vasitəsilə tanımışdır. Belə ki, o, Hacıdan şəxsi istifadəsi üçün narkotik vasitə istəmiş, o da Vüsalla onu əlaqələndirmişdir. Vüsalla 1 dəfə görüşmüş, Vüsal həmin görüşdə ona narkotik vasitə vermişdir ki, başqasına versin. Polislər gələndə Vüsalın verdiyi həmin 10 qram narkotik vasitəni götürmüşlər, həmin 10 qram narkotik vasitəyə görə Vüsala 300 manat pul vəsaiti ödəməli olsa da hər hansı pul vəsaiti ödəməmişdir. Götürdüyü 10 qram narkotik vasitənin çox az qismini istifadə etmiş,həmin narkotik vasitədən heç kimə verməmiş, narkotik vasitələri bükümlərə ayırmamış, narkotik vasitəni əldə etdiyi günün ertəsi günü isə tutulmuşdur. ********** mobil nömrəsindən istifadə edir, istifadəsində olan +**********80 mobil nömrəsini isə itirmişdir. Vüsalla telefon danışıqlarının məzmunu sonuncudan əldə etdiyi narkotik vasitəyə görə 300 manat borcun qaytarılması ilə əlaqədar olmuşdur. Vüsal ona verdiyi borcu Hacı vasitəsilə alacaqdı. İbtidai istintaq dövründə verdiyi ifadələrin məzmununu xatırlamır.Ümumiyyətlə rus dilli olması səbəbindən həmin ifadələrdə nə yazıldığını bilmir, ifadələrini oxumadan imzalamışdır.İstintaq zamanı tərcüməçi ilə təmin edilməmişdir. İfadələrini dəqiqləşdirərkən isə Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona narkotik vasitə vermək üçün məhləyə gələrkən narkotik vasitəni taksi şoferinə vermiş , sonuncu isə həmin narkotik vasitəni ona vermişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadədən görünür ki, artıq bir ilə yaxındır ki, narkotik vasitənin heroin növündən inyeksiya yolu ilə istifadə edir, narkotik vasitələrdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyinə tutulmuş, hazırda bu xəstəlikdən əziyyət çəkir, belə ki, narkotik vasitələri vaxtı-vaxtında qəbul etmədiyi tədqirdə bədənində möhkəm ağrıları olur, yuxusuzluqdan, nəfəs darlığından və baş ağrılarından əziyyət çəkir, əvvəllər narkotik vasitə heroini internet üzərindən tanımadığı İran İslam Respublikası vətəndaşından alaraq istifadə etmiş, belə ki, həmin İran İslam Respublikası vətəndaşının hazırda xatırlamadığı mobil nömrə kartını internet saytlarının birindən əldə etmişdir. Həmin ərəfədə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi “Whatsapp" mobil tətbiqi ilə İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığında, həmin şəxs ona narkotik vasitə heroin təşkil edə biləcəyini, belə ki, narkotik vasitə heroinin 1 qramını 20 manatdan olmaqla satışını həyata keçirdiyini deyib, narkotik vasitə heroin istədiyi tədqirdə onun kart hesabına pul göndərməli olduğunu, pul hesabına oturduqdan sonra, bunun müqabilində narkotik vasitə heroin təşkil etməklə müxtəlif ünvanlara qoyulmasını təşkil edəcəyini, onun da, deyilən həmin ünvanlara gedib, narkotik vasitə heroini götürməklə istifadə edə biləcəyini bildirmiş, bundan sonra o, həmin şəxsin dediyi kimi edib, onun “whatsapp" mobil tətbiqi ilə istifadəsində olan mobil nömrəyə göndərdiyi kart hesabına hazırda xatırlamadığı ünvanlarda yerləşən “Pay Pal" və ya "Million” aparatları vasitəsi ilə müəyyən məbləğdə pul gödərir, bundan sonra həmin şəxs ona göndərilmiş pul müqabilində narkotik vasitə heroin təşkil etməklə müxtəlif ünvanlara qoyulmasını həll edir, bu barədə ona ətraflı məlumat verdikən sonra mən deyilən ünvana gedib, orada qoyulmuş narkotik vasitə heroini götürməklə istifadə edirmiş, bununla belə bir müdət sonra işsizliyi səbəbindən narkotik vasitə heroini satın almaqda, habelə övladlarını dolandırmaqda çətinlik çəkmiş, bu minvalla təxminən 2 ay əvvəldən başlayaraq əldə etdiyi narkotik vasitə heroinin satışını həyata keçirməklə qazanc əldə etmək qərarına gəlmiş, bu minvalla əvvəl olduğu kimi İİR vətəndaşına 1-2 qram deyil, bir qədər artıq narkotik vasitə heroin sifariş verməklə əldə edir, daha sonra isə əldə etdiyi həmin narkotik vasitə heroinin bir hissəsini istifadə edir, digər hissəsini isə özündə olan tərəzi vasitəsi ilə çəkib, xırda bükümlərə ayırımaqla, heroinin 1 qramını 35 manatdan olmalqa tanımadığı şəxslərə satışını həyata keçirib, müəyyən məbləğdə gəlir əldə edirmiş, təxminən bir ay əvvəl İran İslam Respublikasının vətəndaşının kart hesabına hazırda xatırlamadığı məbləğdə pul göndərməsinə baxmayaraq, o göndərdiyi pul müqabilində sifariş verdiyi narkotik vasitənin göndərilməsini təşkil etməmiş, belə ki, həmin ərəfədə İran İslam Respublikası vətəndaşının istifadəsində olan mobil nömrəyə də, zəng çatmamış, bununla da həmin İran İslam Respublikası vətəndaşı ilə təmamilə əlaqəsi kəsilmiş, bundan sonrakı vaxtlarda ona narkotik vasitə təşkil edəcək digər şəxsin axtarışına başlamış, bu minvalla 2022-ci ilin avqust ayının ortalarında təsadüfən taksi sürücüsü kimi tanıdığı Hacı adlı şəxslə söhbət edən zaman, ondan narkotik vasitənin satışını həyata keçirən şəxs tanıyıb-tanımaması barədə maraqlanmış, söhbət zamanı o, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan Vüsal adlı şəxs tanıdığını dedikdə, ondan həmin şəxslə onu əlaqləndirməsini xahiş etmiş, Hacı adlı şəxs də, öz növbəsində bununla bağlı Vüsalla danışdıqdan sonra, ona məlumat verəcəyini demiş, bundan sonra Hacı istifadəsində olan hazırda xatırlamadığı nömrədən “Vhatsapp" mobil tətbiqi ilə İstifadəsində olan mobil nömrəyə zəng edib, təklfi ilə bağlı söhbət etməkdən ötrü Vüsalla görüşməli olduğunu demiş, o da, öz növbəsində razılaşıb, onları yaşadığı evə dəvət etmiş, 2022-ci ilin avqust ayının sonlarında Hacı Vüsalla birgə yaşadığı evə gəlmiş, həmin zaman Vüsal avtomobildən düşüb öz tək halda, evinə daxil olmuş, Hacı isə idarə etdiyi avtomobildə qalmış, Vüsalla tanışlıq zamanı ona narkotik vasitə heroin istifadəçisi olduğunu, əvvəllər İran İslam Respublikası vətəndaşından narkotik vasitə alıb, satışını həyata keçirməklə qazanc əldə etdiyini, sonuncu dəfə İran İslam Respublikası vətəndaşının pulunu alıb ələ keçirməsi səbəbindən əlaqələrinin kəsildiyini, hazırda isə narkotik vasitə əldə etməkdə, özünü və övladlarını dolandırmaqda çətinlik çəkdiyini deyib, narkotik vasitənin alqı-satqısında ona köməklik etməsini xahiş etmiş, Vüsal da həmçinin maddi çətinlik çəkməsi səbəbindən narkotik vasitə heroinin satışını həyata keçirməklə qazanc əldə etdiyini deyib, köməklik məqsədi ilə ona nisyə olaraq narkotik vasitə heroinin 1 qramını 25 manatdan olmaqla verə biləcəyini, onun da, həmin heroinin 1 qramını 30-35 manatdan olmaqla satşını həyata keçirib həm gəlir əldə edə biləcəyini, həm də, narkotik vasitəyə görə pulu ona verə biləcəyini demiş, Vüsalın bu təklifi onu qane etdiyi üçün, razılaşmış, həmin zaman Vüsal ilkin olaraq üstündə 02 ədəd bükümdə təxminən 2 qrama yaxın narkotik vasitə heroin olduğunu bildirməklə, həmin nakotik vasitələri ona vermiş, o da, həmin bükümləri ondan aldıqdan sonra sağollaşaraq ayrılmış, aldığı narkotik vasitənin bir hissəsini özü istifadə edib, digər hissəsinin isə xırda bükümlərə ayırmaqla, tanımadığı şəxslərə satışını həyata keçirmiş, səhəri gün narkotik vasitələri satışı müqabilində əldə etdiyi hazırda xatırlamadığı məbləğdə puldan 50 manatını Vüsala vermiş, bundan 2-3 gün sonra yəni, təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərində Vüsala zəng edib, yenidən narkotik vasitə heroin sifariş vermiş, həmin gün axşam saatlarında Vüsal yaşadığı evə gəlməklə, 02 ədəd bükümdə təxminən 12 qrama yaxın narkotik vasitə heroini nisyə olaraq ona verməklə, bir neçə günə narkotik vasitələrin satışını həyata keçirib, müqabilində ona 300 manat pul verməli olduğunu bildirmiş, o da razılşıb, 02 ədəd bükümdə olan narkotik vasitələri ondan götürmüş, təmxinən bir neçə gün müddət ərzində həmin narkotik vasitəyə müştəri axtarsa da, tapa bilməmiş, həmin müddət ərzində isə narkotik vasitənin az bir hissəsini inyeksiya yolu ilə qəbul etmiş, 06 sentyabr 2022-ci il tarixdə 17 radələrində özündə olan 02 ədəd bükümdə narkotik vasitə heroindən 01 ədəd bükümünü götürüb, satışını həyata keçirməkdən ötrü evdən çıxmış, evdən çıxıb bir qədər aralanmışdır ki, bu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim edərək şəxsiyyəti ilə bağlı sorğu etmiş, o özünü təqdim etdikdən sonra, onlar barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu bildirib, bununla bağlı onu yaxınlıqdakı Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət etmiş, o etiraz etmədən polis əməkdaşlarının müşayiəti ilə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gəlmiş, Polis Şöbəsinə gəldikdə, onu xidməti otaqların birinə dəvət etmiş, polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib, vidoçəkilişdən istifadə edilməklə şəxsi axtarışa məruz qalacağını izah etmiş, ardınca isə ona müdafiəçi təqdim edilmiş, polis əməkdaşları şəxsi axtarış aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması barədə sorğu edib, müsbət halda həmin əşyaları könüllü olaraq təqdim etməsini təklif etmiş, artıq həmin vaxt polis əməkdaşlarının onun qanunsuz əməllərini ifşa etdiklərini bildiyi üçün, əynindəki köynəyin sinə nahiyəsindəki cibində saxladığı 01 ədəd bükümü polis əməkdaşlarına təqdim edərək, bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini bir neçə gün əvvəl yaşadığı evin qarşısında Vüsal adiı şəxsdən aldığını bildirmiş, eyni zamanda özünü müdafiə etmək və vəziyyətini yüngülləşdirmək üçün narkotik vasitəni özünün istifadəsi üçün əldə etdiyini qeyd etmiş, polis əməkdaşları onlara təqdim etdiyi bükümü açıb, içərisinə baxış keçirdikdən sonra, həmin bükümü elektron tərəzi vasitəsi ilə ölçərək, qablaşdırmaqla götürmüş, ardınca üstündə şəxs axtarış aparılmış, lakin üstündən qanunla qadağan edilmiş digər əşya aşkar edilməmiş, polis əməkdaşları üstündə şəxsi axtarış apardıqdan sonra onların yaşadığı evdə də, axtarış aparacaqlarını fikirləşdiyindən işini bir qədər yüngülləşdirmək üçün, şifahi sorğularına əsasən yaşadığı evdə də, narkotik vasitə heroin saxladığını deyib, həmin narkotik vasitəni təqdim edə biləcəyini demiş, polis əməkdaşları bu barədə məlumat aldıqdan sonra, yaşadığı evə baxış keçirməli olduqları deyib, bununla bağlı razılıq istəmiş, o artıq əməllərini səmimi etiraf etdiyi üçün etiraz etməyib, razılaşmış, bundan sonra müdafiəçi və polis əməkdaşları ilə birgə şöbədən çıxaraq, yaşadığı ünvan 19 ünvanda yerləşən fərdi yaşayış evinə gəlmiş, yaşadığı evə keçirilən baxış zamanı o, qonaq otağındakı dolabdan 01 ədəd bükümü və 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim edib, təqdim etdiyim bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitə heroini də, Vüsaldan aldığını demiş, polis əməkdaşları onlara təqdim etdiyi bükümün içərisinə baxış keçirib, tərəzi vasitəsi çəkisini müəyyən etdikdən sonra, həmin bükümü və elektron tərəzini qablaşdıraraq götürmüş, bundan sonra keçirilən baxışla əlaqədar hamının iştirakı ilə protokol tərtib olunmuş, ucadan oxunmuş, şikayət, ərizə və təkliflər daxil olmadığından doğruluğunu təsdiq etmək üçün o, özü və digər iştirakçılar fərəfindən protokola imza edilmiş, qeyd edilən hərəkətlər bitdikdən sonra, polis əməkdaşları Vüsalın şəxsiyyəti barədə onu ətraflı sorğu etmiş, soğru zamanı o, Vüsal haqqında bildiyi bütün məlumatları verdikdən sonra, onlar onun şəxsiyyətinin Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etmişlər. Məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti izah edərkən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, narkotik vasitəni bükümlərə o ayırmamış, elektron tərəzini isə tapmışdır. Heç vaxt satışla məşğul olmamış, Vüsala narkotik vasitəni satmağı barədə vədlər versə də , sonuncunu aldatmışdır. Həmin narkotik vasitənin dəyəri olan 300 manat pul vəsaitini qaytarmağa isə pulu olmamışdır. Elektron tərəzi isə ona şəxsi istifadə məqsədilə narkotik vasitə əldə edərkən aldanılmaması üçün lazım olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı ona daxil olmuş, əməliyyat qrupunun rəhbəri o olmuşdur. Əməliyyat məlumatı üzrə hadisə yerinə getmiş, Yasamal rayonunda olan adını xatırlamadığı küçənin qarşısında market tərəfdə Təqsirləndirilən şəxs2 yaxınlaşmaqla özlərini təqdim etdikdən sonra onu polis şöbəsinə dəvət etmiş, bölmədə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, üzərindən aşkar edilmiş narkotik vasitə müvafiq qaydada qablaşdırılmışdır. Üzərinə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilərkən müdafiəçinin iştirakı təmin edilmiş, icraat üzrə müvafiq hərəkətlərin Azərbaycan dilində həyata keçirilməsinə ilə bağlı etirazını bildirməmişdir. Əməliyyat məlumatının məzmunu ilə onun başqa şəxslərlə cinayət əlaqəsinə girməsinə dair informasiya ehtiva edilməmişdir. Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etməmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 narkotik vasitəni özü təqdim etmiş, onun çəkisini isə mübahisələndirilməmişdir. Üzərindən aşkar edilən narkotik vasitəni tanışından əldə etdiyini bildirmiş, sonra da həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərkən ifadə verən Şahid5 bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Taksi fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Elnurəni banka apararkən burnunun axdığını görmüş, səbəbini soruşduqda narkotik vasitənin istifadəçisi olduğunu, himayəsində üç övladının olduğunu, pis vəziyyətdə qaldığını bildirmişdir. Ondan kömək göstərilməsini xahiş etsə də ona söz verməmiş, imkanı olacağı təqdirdə kömək edəcəyini bildirmişdir. Bu söhbətin üzərindən iki gün keçdikdən sonra Elnurə onun nömrəsinə zəng edərək yenidən kömək istəmiş, o da bu məsələ ilə bağlı maraqlanmağa adam olmadığını Elnurəyə demişdir. Elnurə ona sağalmaq istədiyini və bir dərmanın olduğunu onu atdıqda ağrıların keçdiyini və bir müddət sonra narkotik vasitəni istifadədən çəkindiyini bildirmişdir. Ona narkoloji dispanserdə müalicə alması təklifini versə də Elnurə bunun üçün maddi imkanının olmadığını qeyd etmişdir. Bundan sonra bu məsələni Vüsalın diqqətinə çatdırmış, Vüsal ona kömək edəcək şəxsin olduğunu, lakin həmin qadınla üzbəüz danışmalı olduğunu və onun hazırki vəziyyətini görmək istədiyini bildirmişdir. Beləliklə Elnurə və Vüsalı bir-biri ilə tanış etdikdən sonra, Elnurə öz vəziyyətini Vüsala başa salmışdır. Geriyə qayıdarkən Vüsal ona bir şəxsin olduğunu və köməklik etmək alınsa Elnurəyə kömək edəcəyini bildirmişdir. Bundan sonra Elnurənin Vüsala 300 manat pul məbləğində borcu yaranmışdır. X2 telefon zənglərinə cavab vermədiyini,onların danışmasının təmin etməsini ondan xahiş etmişdir. O, Elnurənin yanına gəlib, onu bu söhbətə qatmamasını və özünün bu söhbəti həll etməsini, bir daha onu narahat etməməsini bildirmiş, Elnurənin nömrəsini isə bloka atmışdır. Bir müddətdən sonra Elnurə başqa bir nömrə ilə ona zəng edərək 170 manat pul düzəltdiyini və Vüsala verməli olduğunu qeyd etmişdir. Elnurəyə pulu Vüsalın kartına ata biləcəyini və ya başqa şəxslə göndərməsini təklif edərək onu bu söhbətə qatmamasını xahiş etmişdir. Elnurə bu sözləri polis əməkdaşlarının yanında ona demişdir. Bundan sonra o yenə taksi kimi hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmış, bölməyə gətirilərkən Elnurənin də orada olduğunu görmüşdür. Polis əməkdaşları ona Vüsalı tutmaq üçün onunla danışmağını bildirmişlər. O da Vüsala zəng edərək Elnurənin ona verməli olduğu 300 manat puldan 170 manatın hazır olduğunu, qeyd edilən pul vəsaitini 7 manat pul vəsaiti müqabilində ona çatdıra biləcəyini bildirmiş, yer təyin edərək görüşmüşlər. Beləliklə polis əməkdaşları Vüsalı da saxlamışlar. Şahid5 həmçinin bildirmişdir ki, Vüsaldan Elnurə üçün çatdırdığı maddənin əvvəlcə dərman olduğunu hesab etmiş,Elnurənin sağalması üçün həmin maddənin verilməsinə razılıq vermiş, lakin sonradan həmin maddənin narkotik vasitə olduğunu bildiyinə görə onu həmin söhbətə qatmamalarını xahiş etmişdir. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq dövründə elan edilərək tədqiq edilən ifadələrindən görünür ki, Şahid5 ifadəsində göstərmişdir ki, hazırda fərdi qaydada etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi sürücüsü işləyir, Vüsal adlı şəxsi təxminən 3 aya yaxındır ki, tanıyır, onunla tanışlıqları metronun Neftçilər stansiyası yaxınlığında ortaq tanışlarının vasitsəsi ilə təsadüfən olmuş, tanışlıqdan sonra bir neçə dəfə ona taksi xidməti göstərdiyindən aralarında normal münasibətlər formalaşmış, bununla belə, Vüsalla tanışlıqdan bir müddət sonra, adlarını xatırlamadığı tanışlarından Vüsalın narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə məlumat almış, özü narkotik vasitəçisi olmadığından, habelə Vüsal heç vaxt yanında narkotik vasitə istifadə etmədiyindən deyilənlərə əhəmiyyət verməmiş, təxminən 2022-ci ilin avqust ayının sonlarında Elnurə adlı qadın ona zəng vuraraq ona taksi xidməti göstərməsini xahiş etmiş, o, Elnurəni qonşu məhəllənin adamı kimi bir ilə yaxındır ki, tanımış, aralarında normal münasibəiər olmuş, o, idarə etdiyi avtomobillə Elnurəni NZS qəsəbəsindən götürüb, hazırda xatırlamadığı ünvan istiqamətdə apardığı zaman, yolda Elnurə ağlayaraq, narkotik vasitə heroin istifadəçisi olması ilə əlaqədar bədənində möhkəm ağrıları olduğunu və narkotik vasitəyə ehtiyyacı olduğunu deyib, ona narkotik vasitə təşkil edə biləcək tanışının olub-olmaması ilə bağlı maraqlanmış, həmin ərəfədə Vüsal adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat aldığı üçün, bu barədə Elnurəni məlumatlandırmış, Elnurə də, yalvarıb, ona köməklik məqsədi ilə Vüsalla onu əlaqələndirməsini xahiş etmiş, Elnurənin 3 övladı olduğunu bildiyi üçün ona yazığı gəlmiş, bu barədə Vüsalla danışdıqdan sonra ona bir söz deyəcəyini bildirmiş, bundan bir neçə gün sonra, yəni 2022-ci ilin avqust ayının sonlarında təsadüfən Vüsalla görüşdüyündə, Elnurənin vəziyyəti barədə ona məlumat verib, köməklik etməsini xahiş etmiş, Vüsal da, öz növbəsində etiraz etməyib, ona köməklik edə biləcəyini dediyi üçün, “Whatsapp” mobil tətbiqi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Elnurənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurub, Vüsalla birgə onun yaşadığı evə gəlməsi barədə məlumatlandırmış, bundan sonra Vüsalla birgə idarə etdiyi avtomobillə Elnurənin yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində yerləşən evinə gəlmiş, evin qarşısına gəldiyində, Vüsal tək halda avtomobildən düşərək Elnurənin yaşadığı evə daxil olmuş, belə ki, Vüsalın Elnurəyə narkotik vasitə verəcəyini bildiyi üçün, bu məsələyə qarışmayıb, idarə etdiyi avtomobildən düşməyərək, onun gəlməsini gözləməyə başlamış, təxminən 30 dəqiqə sonra Vüsal avtomobilə qayıdıb, Elnurəyə köməklik göstərdiyini deyərək, getməli olmalarını demiş, həmin vaxt o, Vüsalın Elnurəyə konkret olaraq hansı miqdarda narkotik vasitə verdiyini və aralarında nə söhbət getdiyini bilməmiş, bundan sonra isə baş verənlər barədə məlumatı olmamış, bununla belə 2022-ci ilin sentyabr ayının əvvəlləri olarmış, Vüsal istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” mobil tətbiqi ilə istifadəsində olan nömrəyə zəng vurub, Elnurə adlı qadına satışını təşkil etmək məqsədi ilə 12 qrama yaxın nakrotik vasitə heroin verdiyini,Elnurənin də, həmin narkotik vaitsənin satışını həyata keçirib ona 300 manat pul verməli olduğunu, lakin bir neçə gün keçməsinə baxmayaraq onun həmin narkotik vasitə müqabilində hər hansı məbləğdə pul verməyib, aldatdığını bildirmiş, eyni zamanda onların tanışlıqlarında məhz o, vasitəçlik etdiyi üçün, həmin pulu ondan tələb etməyə başlamış, bu barədə məlumat aldıqdan sonra, o, Elnurə ilə danışıb, məsələni həll edəcəyini demiş, artıq həmin vaxt Vüsalla Elnurənin narkotik vasitənin alqı-satqısı ilə məşğul olduqlarını məlum etdiyində onları tanış etməsinə ciddi peşman olmuş, Vüsalın narkotik alverçisi olduğu üçün, ona problem yaşadacağından ehtiyat edib, məsələyə yekun vuraraq onlardan kənarlaşımaq üçün, Elnurənin yaşadığı mənzilə gedərək, Vüsala borcu olduğu pulu verməsini xahiş etmiş, həmin zaman aralarında sözlə mübahisə yarandığından, onun yaşadığı mənzili tərk edib çıxmış, ardınca Vüsala zəng vuraraq, aralarındakı məsələnin ona aidiyyəti olmadığını deyib, onu narahat etməməsini xahiş etmiş, daha sonra isə onlarla heç bir əlaqəsi olmamış, hadisə ilə əlaqədar bildikləri bundan ibarət olmuşdur. İbtidai istintaq dövründə və məhkəmə iclasında şahid qismində verdiyi ifadələr arasındakı ziddiyyəti izah edərkən Şahid5 bildirmişdir ki, Vüsalla Elnurəni o tanış etsə də narkotik vasitəni ona necə verdiyini bilməmiş, onların orada sadəcə söhbət etdiklərini düşünmüşdür. Vüsal Elnurənin evinə girdikdən sonra o maşında oturmuş, Vüsalın əlində nə isə apardığını görməmişdir. Elnurənin insanları aldatmamasını, aldığı pulu qaytarmasını demək üçün onun evinə getsə də sonuncu evdə olmadığından uşaqlarına aldatdığı adamların onun üstünə gəlməmələri üçün məsələnin aydınlaşdırılmalı olduğunu bildirmişdir. Vüsal bir dəfə Elnurə ilə özü tək görüşmüş, bir dəfə isə onun vasitəsilə Elnurəyə bağlama vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadələri təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barəsində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Dərhal əməliyyat qrupu ilə birlikdə Xətai rayonu ərazisinə getmiş və orada Təqsirləndirilən şəxs2 saxlayaraq onu 34-cü polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs2 saxlanıldığı yer onun yaşadığı evin həyətinə yaxın olmuşdur. Təqsirləndirilən şəxsi saxladıqda onun yanında uşaqları olmuşdur. Təqsirləndirilən şəxsə özlərini təqdim etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə baxış keçirən zaman onun üzərindən narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Şahid3 Təqsirləndirilən şəxs1 tanımadığını bildirdiyinə görə məhkəmə iclasında ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadələr elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrdən görünür ki, o, Təqsirləndirilən şəxs1 tutulmasında iştirak etmişdir. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti izah edərkən Şahid3 keçirilmiş əməliyyat axtarış tədbirlərinin çoxluğu ilə əlaqədar hadisələri unutduğunu göstərərək ibtidai istintaq dövründə verdiyi ifadələri təsdiq etdiyini qeyd etmişdir. Həmin ifadələrlə əlaqədar həmçinin izahatı alınan Təqsirləndirilən şəxs1 Şahid3 tanıdığını, onun tutulmasında iştirak etdiyini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs2 narkotik vasitələrin əldə etməsi, satması və daşıması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən əməliyyat tədbiri həyata keçirilərkən sonuncu yaşadığı evin qarşısında saxlanılmış, 37-ci polis şobəsinə dəvət edilmiş və şöbədə təhqiqatçının otağında onun üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitələr növü və çəkisi müəyyən edilməsi məqsədilə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı narkotik vasitəni aldığı şəxs barədə verdiyi məlumatlar əsasında həmin şəxsin şəxsiyyəti müəyyən edilərək Təqsirləndirilən şəxs1 olduğu aydınlaşdırılmaqla saxlanılmış və 37-ci Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs2 onlara uşaqlarını saxlamaq üçün narkotik vasitələrini satdığını bildirmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tarixini xatırlamasa da Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmişdir. Onlara daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 da olduğu avtomobil Post Patrul Xidmətinin əməkdaşlarının dəstəyi ilə saxlanılmış, avtomobilin içərisində olan bütün şəxslər Polis İdarəsinə dəvət edilmiş, İdarədə üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X21 Yol Patrul Xidmətinin inspektorları Şahid8 və Şahid9, Şahid6 da ibtidai istintaq dövründə verdikləri ifadələri təsdiq etməklə Şahid7 verdiyi ifadələrlə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, 06 sentyabr 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs2 barəsində narkotik vasitələrin satışı ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılaraq Polis Şöbəsinə gətirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə olan bir bükümdə “heroin” aşkar olunaraq götürülmüşdür. Elnurə narkotik vasitəni Vüsal adlı şəxsdən aldığını bildirmişdi. Hacı adlı şəxsin köməkliyi ilə Təqsirləndirilən şəxs1 yeri müəyyən edilmiş, sonuncu Xətai rayonu ərazisində saxlanılmış, sonra onunla əlaqəli olan digər şəxsin müəyyən edilməsi məqsədilə Laçın yarmarkası ərazisinə gedilmiş, lakin gəlməsi gözlənilən şəxs gəlməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, anası ilə görüşə gedərkən sonuncu ona polis əməkdaşları məhkəmə iclasında guya çöldə tutulduğunu söyləmişdir. Halbuki, anası günorta saat 12-1 aralığında o, evdə yatdığı zaman üç polis əməkdaşının onların evinə girdiyi üçün o evdə olan səs küyə oyanmışdır. Polis əməkdaşları anası olan otağı yoxlamışlar. Anası evdən özünə lazımı əşyalar aparsın deyə polis əməkdaşları ilə axşam saatlarında yenidən yaşadıqları evə gəlmişlər. Videoçəkilişlə evdə baxış və götürmə yalnız anası ilk dəfə polis əməkdaşları ilə birgə gələrkən həyata keçirilmişdir. O, polis əməkdaşları ilə anasının evə girdiyi anı görməmiş, həmin vaxt yatmışdır. Anasının ağlamaq səslərinə oyanmış, evdə 3 nəfər polis əməkdaşı görmüşdür. Polis əməkdaşları onlara gələrkən Nazxanım adlı anasının tanışı da evdə olmuşdur. Lakin Nazxanımın hansı vaxtdan onlarda olmasını bilməmiş, belə ki, yuxudan gözünü açdıqda evdə anası, Nazxanım və polis əməkdaşları olmuşdur. Verilmiş sualları cavablandırarkən X18 Ələkbərovu tanımadığını, Hacı adlı şəxsi tanıdığını, anasının Hacı adlı şəxsə borclu olduğunu bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 15 iyul 2022-ci il tarixli raportlardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X21 9760 və 288 çağırışlı avtopatrulu ilə birlikdə 77 DK -620 dövlət qeydiyyat nişanlı avtomobil saat 02:30-da saxlanılmış, X3, X6, X8 və Təqsirləndirilən şəxs1 şöbəyə gətirilmiş, növbətçi hissədə sonuncu üzərində narkotik vasitə olduğunu bildirmişdir (Cinayət işi cild 1, iş vərəqə 243-244). 15 iyul 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 15 iyul 2022-ci il tarixdə saat 02:30-da X15 Alayının 7-ci Patrul Bölüyünün və Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 X20 əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən 146 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılıb, ünvan 17 ünvanda yerləşən Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilərək videoçəkilişdən istifadə edilməkdə üzərində şəxsi axtarış aparılan zaman, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər və 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, həmçinin 1 ədəd 100 ABŞ dolları, 1 ədəd 1 ABŞ dolları, 1 ədəd 200 manatlıq əskinaz, 2 ədəd 20 manatlıq əskinaz, 4 ədəd 1 manatlıq əskinaz 2 ədəd Leo Banka, 1 ədəd Kapital Banka məxsus plastik kart, 3 ədəd Milliön ödəmə qəbzi aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlərdən birinin içərisindəki maddənin heroin, birinin marixuana olduğunu qeyd edərək həmin bükümləri 13 iyul 2022-ci il tarixdə 500 manat pul müqabilində özünün istifadəsi üçün tanımadığı İran İslam Respublikası vətəndaşından Sumqayıt şəhərində əldə etməsini, üzərindən aşkar edilən qəbzlərin isə İran İslam Respublikasının vətənadaşı kimi tanıdığı şəxsdən narkotik vasitə əldə edilməsi üçün onun hesabına pul vəsaitinin köçürülməsi ilə əlaqədar olmasını göstərmişdir (Cinayət işi cild 1, iş vərəqə 265-266) 15 iyul 2022-ci il tarixli məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “.... Təqsirləndirilən şəxs1 ...” yazıları və imzalar olan kağız paketdəki sellofan bükülünün içərisində 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,338 qram olan bitki mənşəli kütlə təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan- qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra marixuananın qalıq çəkisi 0, 318 qram təşkil etmişdir (Cinayət işi cild 1, iş vərəqə 280-282). 15 iyul 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün 196 nömrəli “ dairəvi möhür əksi olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,550 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 0,500 qram təşkil etmişdir (Cinayət işi cild 1, iş vərəqə 283-287). 06 sentyabr 2022-ci il tarixli raportdan və eyni tarixli əməliyyat qrupunun yaradılması haqqında qərardan görünür ki, Elnurə adlı şəxsin narkotik vasitə əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən həmin şəxsin əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. (Cinayət işi cild 1, iş vərəqə 4-5) 06 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, istifadəsi və onların satışı ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 06 sentyabr 2022-ci il tarixdə saat saat 17:30- da ünvan 19 binanın qarşısında saxlanılıb, ünvan 12 ünvanda yerləşən Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman, əynində olan köynəyin sinə nahiyəsindəki cibindən 01 ədəd bükümdə qablaşdırma ilə birilikdə çəkisi 6,23 qram qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin və kola olduğunu bildirmişdir. Əvvəllər narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirsə də hal-hazırda üzərindən aşkar edilən narkotik vasitəni şəxsi istifadəsi üçün 3-4 gün əvvəl yaşadığı ünvanın qarşısında Vüsal adlı şəxsdən əldə etdiyini bildirmişdir. O, həmçinin bildirmişdir ki, Vüsal adlı şəxsdən ikinci dəfədir ki, narkotik vasitə əldə edir. Daha sonra isə yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir(Cinayət işi cild 1, iş vərəqə 32-33). 06 sentyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs2 yazılı ərizəsinə əsasən həmin tarixdə onun yaşadığı ünvan 19 ünvanda yerləşən fərdi yaşayış evinə keçirilən baxış istintaq hərəkətinin məzmununu özündə əks etdirən “baxış keçirmə və götürmə haqqında" protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, polis əməkdaşlarının təklifinə əsasən sonuncunun evin qonaq otağındakı dolabdan çıxarıb təqdim etdiyi 01 ədəd bükümdə bağlamada qablaşdırma ilə birlikdə çəkisi 6,24 qram qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür O elektron tərəzidən əldə etdiyi narkotik vasitənin miqdarı barədə aldadılıb-aldadılmamasının müəyyən edilməsi məqsədilə istifadə etdiyini bildirmişdir. Evindən aşkar edilən narkotikin də üstündən aşkar edilən narkotik vasitəni əldə etdiyi şəxsdən aldığını, polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi zor təzyiqə məruz qalmadığını bildirmişdir (Cinayət işi cild 1, iş vərəqə 34-36). 07 sentyabr 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus” Zərflər üçün № 153 möhür əksi, “Təqsirləndirilən şəxs2 ”və.s yazılar və imzalar olan 02 ədəd kağız paketdən birindəki 01 ədəd bükümdə təmiz çəkisi 5,481 qram açıq qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, həmçinin digər paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,953 qram tünd qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir, 1 və 2 nömrəli paketdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə biri digərindən fərqlidir və ümumilikdə təmiz çəkiləri 10,434 qram təşkil edir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 10, 334 qram təşkil etmişdir(Cinayət işi cild 1, iş vərəqə 48-50) 08 sentyabr 2022-ci il tarixli “Videogörüntülərə baxış keçirilməsi haqqında" protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarışı, habelə yaşadığı ünvan 19 ünvana yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 02 ədəd “DVD-R” formatlı diskə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin inzibati binasında xidməti İş otağında baxış keçirilmiş, baxış zamanı Elnurə İsmalyılovanın əynində olan köynəyin sinə nahiyəsindəki cibindən 01 ədəd bükümdə qablaşdırma ilə birilikdə çəkisi 6,23 qram qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər maddənin aşkar edilməsi, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Vüsal adlı şəxsdən almasını və yaşadığı evdə narkotik vasitə saxlamasını qeyd etməsi, ünvan 19 ünvana yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı, polis əməkdaşlarının təklifinə əsasən sonuncunun evin qonaq otağındakı dolabdan çıxarıb təqdim etdiyi 01 ədəd bükümdə bağlamada qablaşdırma ilə birlikdə çəkisi 6,24 qram qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər maddəni və 01 ədəd elektron tərəzini təqdim etməsi, həmçinin həmin narkotik vasitəni də, Vüsal adlı şəxsdən əldə etməsini bildirməsi müəyyən edilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs2 videgörüntüdə əks olunan, yəni şəxsi axtarışı aparılarkən əynindəki köynəyin cibindən 01 ədəd bükümdə narkotik vasitə heroini, habelə yaşadığı ünvan 19 ünvanda yerləşən fərdi yaşayış evinə baxış zamanı evin qonaq otağındakı dolabdan 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim edən şəxsin özü olduğunu, həmin narkotik vasitələrin özünə məxsusluğunu bildirib, videogörüntüdə əks olunan xüsusatların həqiqiliyini təsdiq etmişdir. (Cinayət işi cild 1, iş vərəqə 151-152) 06 sentyabr 2022-ci il tarixli raportdan və eyni tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə heroin istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şəxsin olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, yaşayış yerinə baxış keçirilməsi və başqa növ əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. 06 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, istifadəsi və onların satışı ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 06 sentyabr 2022-ci il tarixdə saat saat 18:45-də Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, R,Bağırov küçəsi 17 saylı binanın qarşısında saxlanılıb, ünvan 12 ünvanda yerləşən Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək videoçəkilişdən istifadə edilməkdə üzərində şəxsi axtarış aparılan zaman, əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibindən 13 ədəd bükümdə qablaşdırma ilə birilikdə ümumi çəkiləri 30,90 qram qəhvəyi rəngli maddə narkotik vasitə heroinə bənzər maddə, həmin şalvarın sağ yan cibindən 02 ədəd “Samsung" markalı mobil telefon, 98 manat əskinzala pul və şalvarın arxa sağ cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 həmin maddələri 31 avqust 2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən şəxsi istifadə məqsədilə qramı 18 manat olmaqla 500 manat pul vəsaiti ödəməklə aldığını bildirmişdir. (Cinayət işi cild 1, iş vərəqə 78-79) 07 sentyabr 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-ə məxsus” Zərflər üçün № 153 möhür əks/, “Təqsirləndirilən şəxs1 üzərindən... "və.s yazılar, imzalar olan kağız paketdəki 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 19,055 qram, 0,035 qram, 0,282 qram, 0,852 qram, 0,431 qram, 0,404 qram, 0,806 qram, 0,499 qram, 0,889 qram, 0,433 qram, 0,803 qram, 0,495 qram, 0,492 qram, ümumi təmiz çəkisi 25,476 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. 13 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; elektron tərəzinin səthində heroin izləri müəyyən edilmişdir. Elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 25,346 qram təşkil etmişdir (Cinayət işi cild 1, iş vərəqə 87-91) . 08 sentyabr 2022-ci il tarixli “Videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində 07 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “DVD- R” formalı diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər və 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə kütlənin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs1 videgörüntüdə əks olunan, yəni şəxsi axtarışı aparılarkən əynindəki şalvarın sağ cibindən 01 ədəd bükümdə narkotik vasitə heroini və 01 ədəd bükümdə narkotik vaistə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim edən şəxsin özü olduğunu bildirib, videogörüntülərdə əks olunan xüsusatların həqiqiliyini təsdiq etmişdir (Cinayət işi cild 1, iş vərəqə 132-133). 08 sentyabr 2022-ci il tarixli “telefon danışıqlarına baxış keçirilməsi haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş, “Samsung” markalı mobil telefonlara baxış keçirilmiş, “WhatsApp”, “Mesajlar” və “Kontaktlar” qovluğunda iş üçün əhəmiyyət kəsb edəcək hallar müəyyən edilməmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 hər dəfə narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar istər Təqsirləndirilən şəxs2, istərsə də digər şəxslərlə əlaqə yaratdıqdan sonra aparılan yazışmaları və zəngləri sildiyini , bu səbəbdən danışıqla bağlı mobil telefonunda hər hansı qeydiyyatının olmadığını bildirmişdir(Cinayət işi cild 1, iş vərəqə134). 20 dekabr 2022-ci il tarixli “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan və həmin daşışıqları əks etdirən CD diskdən görünür ki, istintaq zamanı iş üzrə əhəmiyyət kəsb edəcək məlumatların əldə edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartlarına dair məlumatları əks etdirən "BAKCELL” MMC-dən daxil olmuş 01 ədəd diskə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin inzibati binasında xidməti iş otağında baxış keçirilmiş, baxış zamanı Vüsal Ələkərovun faktiki olaraq istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə kart ilə soğru edilən 01 avqust 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055- ***-**-** saylı mobil nömrə kartı ilə əlaqə saxlamaqla danışıqlar aparması müəyyən edilmişdir. Həmçinin ***-***-**-** saylı saylı mobil nömrə kartına daxil olan və çıxan sms-lərə baxış zamanı, Təqsirləndirilən şəxs1 soğru edilən tarixlərdə yəni, 01 avqust 2022-ci il tarixdən başlayaraq 06 sentyabr 2022-ci il tarixədək olan müxtəlif şəxslərlə narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqlar aparması, əvvəlcədən sifariş əsasında onlar üçün narkotik vasitələr təşkil edərək, satışını həyata keçirməsi müəyyən edilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə bağlı tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşma əldə edib, bu məqsədlə ona narkotik vasitə verdiyi üçün istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə kartı ilə E.lsmayılovanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nörmə kartı, habelə "vhatsapp” mobil tətbiqi vasitəsi ilə sonuncunun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb, işin gedişatı ilə maraqlandığını, eyni zamanda özünün də müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə narkotik vasitələrin satışını həyata keçirməsi ilə əlaqədar mobil nömrəsinə daxil olan və çıxan sms mətinlərində məhz həmin xüsusatların öz əksini tapdığını, narkotik vasitələrin satışını həyata keçirdiyi şəxsləri isə tanımadığını, onların xarici görünüşlərini və əlamətlərini xatırlamadığını bildirmişdir(Cinayət işi cild 2, iş vərəqə 138-149). Həmin diskdəki olan məlumatlara məhkəmə baxış iclasında baxış keçirilərkən digər xüsusatlar bir daha təsdiqlənmiş, həmçinin 31 avqust 2023-cü il tarixdə Vüsal Ələkərovun faktiki olaraq istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055- ***-**-** saylı mobil nömrəyə daxil olmuş “ İndi alinib sebrli ol men ddeyende hamiya de gelsin” məzmunda məsajin məzmunu barədə hər iki təqsirləndirilən şəxslərə izahat verilməsi təklif olunsa hər iki təqsirləndirilən şəxs qeyd olunan məsajin mətnini açıqlamaqdan imtina etmişlər. Həmçinin Təqsirləndirilən şəxs2 055- ***-**-** saylı mobil nömrəsinin ona məxsus olduğunu bildirmişdir. “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokolun məzmunundan görünür ki, istintaq zamanı iş üzrə əhəmiyyət kəsb edəcək məlumatların əldə edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartlarına dair məlumatları əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə Bakı şəhəri Xətai RPl-nin inzibati binasında xidməti iş otağında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051-477- 39-80 saylı mobil nömrə kartına narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı məlumatları əks etdirən sms mətinlərinin daxil olması müəyyən edilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs2 müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə narkotik vasitələrin satışını həyata keçirməsi ilə əlaqədar mobil nömrəsinə daxil olan və çıxan sms mətnlərində məhz həmin xüsusatların öz əksini tapdığını, narkotik vasitələrin satışını keçirdiyi isə şəxsləri tanımadığını, onların xarici görünüşlərini və əlamətlərini xatırlamadığını bildirmişdir (Cinayət işi cild 2, iş vərəqə 154-156). “Sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,338 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, 01 ədəd bükümdə təmiz çəkisi 0,550 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, 13 ədəd bükümdə ümumi təmiz çəkisi 25, 476 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinin, 01 ədəd elektron tərəzinin, Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 5,481 qram açıq qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, sonuncunun yaşadığı ünvan 19 ünvanda yerləşən fərdi yaşayış evinə baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 4,953 qram tünd qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 01 ədəd elektron tərəzinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş şəxsi axtarış, ünvan 19 ünvanda yerləşən fərdi yaşayış evinə baxış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 04 ədəd “DVD-R” formatlı diskin, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olan mobil nömrə kartlarına dair məlumatları əks etdirən "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd diskin maddi sübut kimi tanınması, tədqiqat zamanı sərf olunduqdan sonra müvafiq olaraq qalıq çəkiləri 0,318 qram narkotik vasitə qurudulmuş marixuananın; 0,500 narkotik vasitə heroinin, ümumi qalıq çəkisi 25,364 qram narkotik vasitə heroinin, ümumi qalıq çəkisi 10, 334 qram narkotik vasitə heroinin, 02 ədəd elektron tərəzinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maddi sübutun talehi həll edilənədək müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai rayon polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, ümumilikdə 06 ədəd diskin isə cinayət işi materiallarına əlavə edilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 157-182). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heorin , 12-ci bəndində əsasən 500 qram və dahar artıq çəkidə qurudulmuş marixuana, 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Cinayət işi materiallarına əlavə edilən və məhkəmə iclasında bilavasitə tədqiq edilən Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama daxil olan hər iki epizod üzrə üzərində şəxsi axtarış aparılmasına dair video görüntüləri özündə əks etdirən DVD disklərdən görünür ki, tutulan zaman onun üzərindən birinci epizod üzrə marixuana və heroindən ibarət bükümlər, ikinci epizod üzrə heroindən ibarət büküm və 1 ədəd elektron tərəzi aşkar edilmiş, həmin tərəzinin, heroin və marixuanadan ibarət bükümlərin özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa hər iki epizod üzrə o, şəxsi axtarış zamanı verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadə məqsədilə əldə etdiyini bildirsə də ekinci epizod üzrə həmin iş üzrə ifadə verən digər Təqsirləndirilən şəxs2 istər ibtiai istintaq dövründə üzərinə şəxsi axtarış keçirilərkən və şübhəli, eləcə də təqsirləndirilən şəxs qismində dindirilərkən, istərsə də məhkəmə iclasında həmin narkotik vasitələri Vüsal adlı şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında o, həmçinin Vüsalla satış barədə razılığa gəlmələrini, əldə etdiyi narkotik vasitələrə görə ödəməli olduğu pul vəsaitini ödəmədiyinə görə 300 manat məbləğində pul borclu olduğunu bildirmişdir. Digər tərəfdən o, həmçinin bildirmişdir ki, Vüsal adlı şəxsdən ikinci dəfədir ki, narkotik vasitə əldə edir. Əvvəlki narkotik vasitələrə görə razılaşdırılmış məbləği ödəmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 faktiki olaraq istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə vasitəsilə 01 avqust 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində aparılan danışıqların və sms-lərin məzmununu özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı sonuncunun müxtəlif şəxslərlə narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqlar aparması, əvvəlcədən sifariş əsasında onlar üçün narkotik vasitələr təşkil edərək, satışını həyata keçirməsi müəyyən edilmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadələrlə məhkəmə iclasında verdiyi ifadələr arasındakı ziddiyyəti, həmçinin yalnız birinci epizod üzrə üzərində ittiham aktında göstərilən miqdarda marixuana olmamasını, digər narkotik vasitələrin ona aid olmamasını, polis bölməsində üzərinə qoyulmasını bildirsə də həmin halları təsdiq etmək və müvafiq sübutların mötəbərliliyini şübhə altına almaq üçün tutarlı dəlillər gətirə bilməmişdir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə isə məhkəmə qeyd edir ki, sonuncu aşkar edilərək ondan götürülmüş narkotik vasitə olan heroin bükümlərinin və elektron tərəzinin ona məxsus olmasını mübahisələndirməsə də ittiham aktında göstərildiyi kimi, əvvəl şəxsi axtarışa məruz qaldığı zaman evində narkotik vasitə olduğunu dediyinə görə evinə baxış keçirildiyini təkzib edərək, həmin narkotik vasitələri bükümlərə ayırmadığını, ümumiyyətlə həmin bükümlərin hər birinin onun yaşadığı evdən aşkar edilərək götürüldüyünü, əməlində satış məqsədi olmadığını, Vüsala narkotik vasitə satmaq barədə yalan vəd verdiyini , əslində həmin narkotik vasitələri özü üçün istifadə edəcəyini bildirsə də ibtidai istintaq dövründə həm təqsirləndirilən şəxs qismində dindirilərkən, həmçinin Təqsirləndirilən şəxs1 üzləşdirilərkən həmin narkotik vasitələri Vüsaldan satış məqsədilə əldə etdiyi bildirmiş, satışını hıəyata keçirmək üçün Təqsirləndirilən şəxs1 əldə etdiyi bükümlərdən birini götürərək evdən çıxsa da polis əməkdaşları tərəfindən tutulduğunu bildirmiş, məhkəmə iclasında isə həmin ifadələri latın qrafikasını bilməməsi səbəbindən oxuya bilməməsi ilə əlaqədar izah etməyə çalışsa da həmin istintaq hərəkətinin protokollarından görünür ki, müvafiq istintaq hərəkətləri ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə aparılmışdır ki, bu da həmin sübutların Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən mötəbərliliyinin şübhə altına alınmasına əsas vermir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə aparılan danışıqların və sms məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitənin satışı ilə bağlı məlumatları əks etdirən sms mətnlər aşkar edilmişdir. Bundan başqa müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu polis əməkdaşlarının evə iki dəfə gəldiyini bildirsə də evdə baxış istintaq hərəkətinin videoçəkiliş vasitəsilə polis əməkdaşlarının ilk gəlişi zamnaı keçirilməsini qeyd etmiş, ikinci dəfə yalnız anası üçün zəruri əşyalar götürülməsini üçün polis əməkdaşlarının təkrarən onların evinə gəldiyini bildirmişdir. Bundan başqa o, səsə küyə ayıldığını və ayılarkən artıq polis əməkdaşlarının evdə olduğunu bildirmiş, anasının evdən tutularaq aparılması barədə müdafiə tərəfinin dəlil kimi gətirdiyi xüsusatı təkzib etmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Qeyd edilən cinayət əməlləri təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edərkən həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 27 noyabr 2011-ci il, 03 yanvar 2011-ci il təvəllüdlü azyaşlı övladları və 02 yanvar 2010-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı var. Ailənin yeganə qazanc mənbəyidir. Həmçinin məhkəmə iclasında əməlindən peşmançılıq hissi keçirtməsini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsi 59.1.4-cü maddəsinə əsasən, peşmançılıq hissi keçirməsini, ailənin yeganə qazanc mənbəyi olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri, Qaradağ Rayon Məkəməsİnin qərarı ilə barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qanunu tətbiq edilərək cəzası 09 il 10 aya endirilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ Rayon Məkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qatan 08 ay 24 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl azad etmə müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır, məkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmişdir (Cinayət işi cild 1, iş vərəqə 223-228). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğun ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmədən, yəni məhkumluğunun ödənilmədiyi dövrdə isə yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətin təhlükəli residivi vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat mövcud deyildir. (Cinayət işi cild 1, iş vərəqə 229-130) Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2 yetkinlik yaşına çatmayan, bir yetkinlik yaşına çatmış övladı var. Ailənin yeganə qazanc mənbəyi Təqsirləndirilən şəxs2dır. Həmçinin məhkəmə iclasında əməlindən peşmançılıq hissi keçirtməsini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, peşmançılıq hissi keçirməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 , 234.4.2 və 234.4.3-cü maddəsinin sanksiyası həddində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsininin tələbləri nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər isə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivi olduğu və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzasını ciddi , Təqsirləndirilən şəxs2 isə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 15 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş(cild 1, iş vərəqə 258), lakin 16 iyul 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina edilmiş və elə həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 26-32). 06 sentyabr 2022-ci il tarixdə o, hazırki cinayət işi üzrə ikinci epizod üzrə yenidən şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 68), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəllinin 06 sentyabr 2022ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 172-176). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 15 iyul 2022-ci il tarixdən 16 iyul 2022-ci il tarixədək tutulduğu müddət ona təyin ediləcək cəzadan çıxılmalı, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 06 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 21), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəllinin 06 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 177-181). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. 30 sentyabr 2022-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Kannaboidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 Narkomaniya xəsatəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür (Cinayət işi cild 2, iş vərəqə 109-110). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. 30 sentyabr 2022-ci il tarixli məhkəmə-narkoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqə 111-112). Məhkəmə qeyd edilən rəyi və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10, 334 qram, 25,346 qram, 0,500 qram təşkil edən heroin, qalıq çəkisi 0, 318 qram təşkil edən marixuana, Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı üzərindən, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 19 ünvanda yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı aşkar edilmiş 2 ədəd elektron tərəzilər məhv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış, habelə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 19 ünvanda yerləşən fərdi yaşayış evinə baxış və götürmə istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 4 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrə və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarını özündə əks etdirən iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə elan edilmiş ittihama daxil olan Təqsirləndirilən şəxs1 hər iki epizod üzrə ondan aşkar edilən narkotik vasitələrin ekspertizasına çəkilmiş 276 (iki yüz yetmiş altı)manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı üzərində və yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitənin ekspertizasına çəkilmiş 110 manat ekspertiza xərci isə sonuncudan tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 87-93). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmə mərhələsində göstərilmiş 205 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına hər birinə ödənilməsi üçün 1230 (min iki yüz otuz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 8(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 iyul 2022-ci il tarixdən 16 iyul 2022-ci il tarixədək tutulduğu 1 (bir ) gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində 7 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri 5(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10, 334 qram, 25,346 qram, 0,500 qram təşkil edən heroin, qalıq çəkisi 0, 318 qram təşkil edən marixuana, 2 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış, habelə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 19 ünvanına baxış və götürmə istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 04 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarını özündə əks etdirən iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. 386 (üç yüz səksən altı) manat məbləğində ekspertiza xərci təqsirlilik dərəcəsinə uyğun bölünməklə Təqsirləndirilən şəxs1 276 (iki yüz yetmiş altı), Təqsirləndirilən şəxs2 110 (yüz on) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 205 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 1230 (min iki yüz otuz) manat və vəkil Müdafiəçi2 üçün 1230 (min iki yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-142/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-142/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver