Məhkəmə qərarları › İş №1(101)-142/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-142/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-142/2025 22.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X24 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X28, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 22,461 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 09:30-da ünvan 2 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından ünvan 20i RPİ-nin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, ünvan 20i rayonu, Mirqasımov küçəsi 3 ünvanında yerləşən ünvan 20i RPİ-nin 20-ci polis bölməsinə aparılmış və orada barəsində şəxsi axtarış keçirilən zaman üzərindəki qadın kosmetika çantasının içərisindən 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,245 qram, 1,825 qram, 2,048 qram, 1,480 qram və 1,863 qram olmaqla ümumi təmiz çəkisi 22,461 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 63, mənzil 32 ünvanında ailəsi, anası və qardaşı ilə birlikdə yaşamışdır. Həmin ünvandakı həyətlərində bir otaqlı evi isə kirayəyə vermişlər. Qardaşı Taleh kuryerliklə məşğul olduğundan istifadə etdiyi motosiklet xarab olmuşdur. Usta kimi tanıdığı Şahid5 Güləhməd oğlu xx.xx.2022-ci il tarixdə onların həyətində motosikleti düzəltməyə başlamış, lakin həmin vaxt düzəldib qurtara bilmədiyindən gecə onun təklifi ilə həyətlərində olan, onlara məxsus otaqda qalmış, səhər tezdən o və Elşən evlərinin arxasında, həyətdə motosikleti təmir etməyə davam etmişlər. Həmin zaman qardaşı Taleh, anası Rəmziyyə, arvadı Afət və uşaqları evdə olmuşlar. Onların olduğu yerdən evin qabaq həyət qapısı görsəndiyindən, saat təxminən 09:30 radələrində o, Rahim adlı polis əməkdaşının qapının üstündən atlanıb həyətə girməklə həyətin qapısını açmasını görmüşdür. Onun polis əməkdaşları ilə heç bir problemi olmamış, buna görə də onun arxa qapıdan qaçmaq imkanı olsa belə qaçmamış, əksinə qapıya tərəf getmişdir. O, qapıya çatana kimi təxminən 10-15 nəfər polis əməkdaşı onun həyətinə daxil olmuş, həmin şəxslərin içərisində üzdən tanıdıqları İzzət, Fərhad və Rahim də olmuşlar. Həmin polislər onu əvvəllər də saxladıqlarından onları tanımışdır. Polislərdən biri ona “Şamxal sənsən” deyə soruşmuş, o, “bəli” dedikdə polislər ona “bizimlə gəlməlisən” deyə cavab vermişlər. Həmin vaxt ona qarşı fiziki təsir olmamış, evə baxış keçirilməmiş, yalnız tutmuşlar və arxadan əlinə qandal vurmuşlar. Polislər onu evin arxasına tərəf aparmış, Fərhad və əməliyyata birbaşa rəhbərlik edən İzzət adlı polis əməkdaşları “əl damı” kimi adlanan yerə girmiş və “buradadı tapdıq” deyərək əlində, içərisində təsərrüfatda istifadə etmək üçün alətlər yığdığı üzərində güllər olan kiçik qadın kosmetika çantası ilə onlara tərəf gəlmişdir. Bu zaman motosikleti düzəldən Elşən də səsi eşidib onlara yaxınlaşmış, polis əməkdaşları Elşəni də tutaraq qollarına qandal vurub onu və Elşəni ayrı-ayrı avtomobillərə mindirib 20-ci Polis Şöbəsinə aparmışlar. Həmin vaxt həyətdə anası Rəmziyyə, arvadı Afət, qardaşı Taleh və kirayədə yaşayan Nailə olmuş, onlar səsə oyanmış, hətta qardaşı onlara tərəf gəlsə də polislər geri çəkilməsini tələb etmişlər. Polis əməkdaşları onun həyətinə yalnız onu tutmaq üçün gəlmiş, lakin Elşəni görüb onu da tutub aparmışlar. Şöbədə onu və Elşəni ayrı-ayrı otaqlara salmışlar. Onu Fərhadın, Elşəni isə İzzətin otağına salmışlar. O, İzzətin Elşənə 105 manat müqabilində heroini ondan almasını deməsini təkid etdiyini, Elşənin qışqırtısını eşitmiş, sonradan bölmənin həyətində Elşəni görən zaman sonunucunun sağ qaş nahiyəsinin çapıldığını görmüş, Elşənə onu satmadığı üçün təşəkkür etmiş, Elşən isə ona “mən sənin üzünə necə durum?” deyə cavab vermişdir. Polis şöbəsində ona “narkotik sənindir” demişlər, o isə bunu etiraf etmədikdə polislərdən biri ona “sən özün bilirsən ki, biz nə istəsək edə bilərik. Şükür elə ki, 22 qramdır, kilo deyil. Hansı maddəni qoysaq, onunla da işinə baxacaqlar, lazım olsa şahid də gətirərik, evinə də narkotik qoyarıq” deyə cavab vermişlər. Həmçinin ondan bu işin həlli üçün pul da tələb olunmuşdur. Belə ki, şöbədə ona “yığımdır, ona görə səni tutduq” deyilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülməsi və ya qonşular gördüyü üçün inzibati həbs olunmağı üçün 10.000 manat pul verməsi təklif olunmuş, o, əvvəl pul verməyə razılaşmış, lakin sonra anası və qardaşı ilə məsləhətləşdikdən sonra pul verməkdən imtina etmişdir. Polis şöbəsində İzzət və Fərhad tərəfindən döyülmüş, ona “tok” verilmiş, edilən təzyiqlərdən sonra polislərlə razılaşmağa məcbur olmuşdur. Çəkilişdən əvvəl ona istifadə etməsi üçün narkotik vasitə belə verilmişdir. Həmin zaman orada vəkil olmamış, vəkili yalnız barəsində “həbs” qətimkan tədbiri seçilən zaman məhkəmədə görmüşdür. Elşənin döyülməyini görməsə də səsini eşitmiş, Rahim və Elxan isə döymədə iştirak etməmiş, ümumiyyətlə Rahimi şöbəyə gələndən sonra görməmiş, Elxan isə ümumiyyətlə onların həyətlərinə belə gəlməmiş, yalnız onu bölmədə görmüşdür. Həmin gün ondan qan nümunəsi götürülmüş və təxminən saat 22:00 radələrində onu müvəqqəti saxlama yerinə aparmışlar. Orada Elşən növbətçi hissənin qarşısında olmuş, ona məhkəmə tərəfindən inzibati cəza verildiyini bilmişdir. Səhərisi günü onu məhkəməyə aparmışlar, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin zaman hakimə heç bir söz deməmiş, ümumiyyətlə ona sual verilməmiş və onu Bakı İstintaq Təcridxanasına aparmışlar. Vizual görünən zədələri olmamış, belə ki, görünən yerlərinə vurmamışlar, lakin bədənində göyərmələr olmuş, təcridxanada həmin xəsarətlər qeydə almışlar və ondan yenidən qan nümunəsi götürmüşlər. İbtidai istintaq zamanı ona əlində qadın çantası ilə narkotik satması ittihamı verilmiş, o, həmin ittihamları qəbul etmir, o, küçədə əlində qadın kosmetika çantası gəzdirməmiş, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Polislərin onların həyətində olan “əl damı” kimi adlanan yerdən götürdükləri həmin qadın kosmetika çantasının içərisində ləvazimatlar və alətlər olan köhnə bir çantadır və gündəlikdə istifadə olunmamışdır. Ailə üzvlərinin heç biri əvvəllər məhkum olunmamış, ailəsi ilə şantaj edildiyi üçün qorxmuş, ailəsinin də narkotik ittihamı ilə həbs olunacağından ehtiyat etmiş və məcbur qalaraq törətmədiyi cinayəti boynuna götürmüşdür. İlkin mərhələdə verdiyi həmin ifadələri təsdiq etmir, yalnız müdafiəçisi Müdafiəçi1 iştirakı ilə verdiyi ifadəsini təsdiq edir. Onun üzərində narkotik vasitə və tərəzi olmamış, narkotik vasitələrdən istifadə etsə də bunu mütəmadi etməmişdir. O, adətən narkotik vasitənin beş qramını iki günə falqada çəkməklə istifadə etmişdir. Tanışı Fərruxla bir yerdə istifadə etmək üçün pul qoyub narkotik vasitə almağa görə 140 manat pulu o, vermiş, Fərrux həmin pulu kiməsə göndərmiş, lakin onları aldatmış və narkotik vasitə verməmişlər. Narkotik vasitəni alacaqları adamla Fərrux əlaqə saxladığından və narkotik vasitə ala bilmədiyindən Fərrux onun verdiyi 140 manatı geri qaytaracağını bildirmişdir. Fərruxa məxsus şəxsiyyət və sürücülük vəsiqələri Fərrux onların həyətində maşın yuyarkən təsadüfən yerə düşüb qalmış, Fərrux sənədləri gəlib götürməmiş, yalnız o, həbs olunandan sonra gəlib istədiyi üçün qardaşı həmin sənədləri Fərruxa qaytarmışdır. İlk məhkumluğu zamanı da narkoloji qeydiyyata alınsa da onda narkomaniya xəstəliyi aşkar olunmamışdır. Ona qarşı verilmiş ittihamla özünü təqsirli bilmir və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər ünvan 20i rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs ilə ədavət, düşmənçilik və qohumluğu olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini tam xatırlamır. Həmin ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs küçədə, yəni yaşadığı evinin qarşısında, qapılarından təxminən 30 metr aralıda bir arıq oğlanla birlikdə saxladıqlarını və sonradan həmin şəxsin inzibati qaydada həbs olunduğunu dəqiq xatırlayır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 63 ünvanın qarşısında, yəni küçədə saxlayıb, ünvan 20i rayon Polis İdarəsnin 20-ci Polis Şöbəsinə gətirmiş, orada onun üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şamxalı saxladıqları küçə onların xidməti ərazisinə aiddir. Həmin küçənin yuxarı tərəfdən sərhədi, yəni az bir hissəsi, yəni köhnə “Papanin” adlanan hissəsi Nərimanov rayonu ərazisinə, lakin zavod olan hissəsi isə ünvan 20i rayonu ərazisinə düşür. Əməliyyatla bağlı rəhbərliyə şifahi məlumat vermiş, yazılı raport yazmamış, əməliyyata rəhbərliyi o etməmiş, rəhbərin kim olmasını xatırlamır, həmin vaxt yanında adlarını xatırlamadığı üç nəfər iş yoldaşı olmuşdur. Bundan bir neçə vaxt öncə hətta Şamxalın narkotik vasitə satması barədə konkret məlumatları olmuş, məlumatda onun “Papanin” ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması qeyd olunmuş, məlumatla bağlı Şamxal saxlanılmamışdan bir həftə əvvəl gecə ayrı-ayrı maşınlarda gedib onların qapısını güdmüş, onu videoya çəkməmiş, sadəcə müşahidə etmiş, qapısına gəlib-gedən adamlar olmuş, hətta onlar həmin adamları da tutmuş, adlarını hazırda xatırlamadığı həmin şəxslərdən narkotiki kimdən aldıqlarını soruşduqda Şamxaldan aldıqlarını bildirmişlər. O, bir müddət buna fikir verməmiş, hətta bir-iki adamdan Şamxala “özünü yığışdırsın, ya da buradan çıxıb getsin” deyə xəbər də göndərmişdir. O, ərazinin əməliyyat müvəkkili olduğundan ərazidə baş verən hadisələrdən xəbərdar olması üçün bunu etmiş, “Əməliyyat-axtarış fəaliyyatı haqqında” Qanununun tələblərini pozmamış, ərazidə xidmətdə olarkən məlumatı olduğundan Şamxalı kənardan güdmüş, onun əməli ağır və xüsusilə ağır cinayət olmadığından bu barədə rəhbərliyə məruzə etməmişdir. Onlar Şamxalı tutanda özü tutulacağını bildiyini, belə cinayətlərlə bağlı məhkum olunduğunu, həbsdən yeni çıxdığını və borcu var deyə narkotik satdığını etiraf etmişdir. Həmin vaxt hətta onun ailəsi və qardaşı da çölə çıxmış, o, Şamxalın uşaqlarını görüb pis olmuşdur. Şamxalın ailəsi ilə bağlı problemi olmamış, bundan əvvəl qardaşı ilə neçə dəfə görüşmüş, hal-əhval tutmuş, Şamxalın qardaşı motosikletlə kuryerliklə məşğul olmuş, hətta qardaşı da ona “bilirəm qardaşım tutulacaq” demişdir. Onun tərəfindən nə Şamxala, nə də onun ailə üzvlərinə qarşı hər hansı bir təhqir, təhdid və ya tələb olmamışdır. Şamxalın qardaşı şöbəyə Şamxal üçün yemək və siqaret gətirmiş, lakin o, ondan pul tələb etməmişdir. Şöbədə olan zaman Şamxal özünü çox mədəni aparmış, ona qarşı fiziki təsir, heç bir kobud söz belə işlətməmiş, hətta o, Şamxala “sənin belə mədəni danışığınla əməlin heç üst-üstə düşmür, sənin belə olmağını bilmirdim, elə bilirdim sən də o biri avaralardansan” demişdir. Belə ki, o, əvvəllər Şamxalla üzbəüz qarşılaşmamış, lakin onu tanımış və uzaqdan görmüşdür. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi təsir olmamışdır. Ümumiyyətlə narkotik alıcıları ya səhər, ya da axşam narkotik almağa getdikləri üçün onlar da Şamxala məhz səhər saatlarında yaxınlaşmışlar. Ümumiyyətlə əməliyyat məlumatı daxil olan kimi onu araşdırmadan əməliyyata getmək düzgün deyildir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, ünvan 20i rayonu, Xan Şuşinski küçəsi 63 saylı ünvanda yəni ünvan 20i RPİ-nin 20-ci PB-nin inzibati ərazisində ünvan 20i RPİ-nin 20-ci PB-nin sahə inspektoru, polis leytenantı Şahid2la birlikdə xidmətdə olan zaman həmin ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxs özünü Şamxal kimi təqdim etmişdir. Onlar Şamxal adlı şəxsə özlərini təqdim etmiş və üzərində qanunla qadağan olunmuş hər hansı əşya olub olmadığını soruşmuşdurlar. Daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı şübhəli olduğunu bildirib üzərinə baxış keçirilməsi məqsədilə ünvan 20i RPİ-nin 20-ci PB-yə dəvət etmişlər. Şəxsiyyəti sonradan onlara məlum olan xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, ünvan 9 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan vətəndaş Təqsirləndirilən şəxs ünvan 20i RPİ-nin 20-ci PB-nin inzibati binasındakı xidməti otaqların birində ünvan 20i RPİ-nin 20-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Nazim Qədirov tərəfindən müdafiəçi təyin edilmiş və həmin şəxsin üzərinə baxışın keçirilməsi və şəxsi axtarışın aparılmasını video qeydiyyata almaq üçün mütəxəssis dəvət edilmişdir. Onun ünvan 20i RPİ-nin 20-ci PB-nin sahə inspektoru, polis leytenantı Şahid2 ünvan 20i RPİ-nin 20-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Nazim Qədirovun və video qeydiyyata almaq üçün çağırılmış mütəxəssisin iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynində olan mavi rəngi cins şalvarın sağ cibindən bir ədəd göy rəngli dəri əvəzedici materialdan ibarət pul kisəsini və qabaq sağ cibindən 01 ədəd **********02023/01 və **********02021/01 İMEİ kodlu, üzərində ***-***-**- ** və ***-***-**-** GSM nömrələri olan Samsung A12 markalı mobil telefonunu, əlində olan üzərində güllər təsvirli dəri əvəzedici materialdan ibarət qadın kosmetika çantasını təqdim elmişdir. Pul kisəsinin içində 01 ədəd 1 ABŞ dolları əskinası, 01 ədəd 4098 5844 6478 1374 hesab nömrəli Leo banka aid, 01 ədəd 5213 6751 9659 2472 hesab nömrəli Azər- Türk banka aid, 01 ədəd 5103 0714 3172 7268 hesab nömrəli Kapital banka aid plastik kartlar olmuşdur. Üzərində güllər təsvirli dəri əvəzedici materialdan ibarət qadın kosmetika çantasında 01 ədəd elektron tərəzi, 01 ədəd tibbi iynə, 01 ədəd maqqaş, 01 ədəd qırmızı rəngli şüşə kəsən, 01 ədəd qayçı, 01 ədəd kağız kəsən (rezak), habelə içərisində 02 ədəd dəmir metal borular, 01 ədəd maqqaş, 01 ədəd Baksell GSM nömrə kartı, 04 ədəd kiçik həcmdə və 01 ədəd böyük həcmdə şəffaf selofan kəsiyinə bükülmüş qəhvəyi rəngli yumşaq formalı, şəkilli spesifik iyə malik maddəni təqdim edərək üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirmişdir. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə soruşduqda, həmin şəxs üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır: İlk öncə əynində olan şalvarının yan və arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin narkotik vasitə “heroin” olmasını bildirmiş və həmin bükülüləri Bakı şəhəri, Böyükşor adlanan yerdən Whatstapp sosial şəbəkəsi vasitəsilə göstərilmiş yerdən götürdüyünü bildirmişdir. Daha sonra aşkar olunmuş bükümlər təhqiqatçı Nazim Qədirov tərəfindən qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır (cild 1, i/v 93-96). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu verdiyi ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadəni tam xatırlamır, lakin həmin ifadəni təsdiq edir. Şamxalı şübhəli şəxs kimi yaşadığı evinin qarşısında saxlayıb bölməyə dəvət etdiklərini və o, cinayət törətdiyini etiraf etməsini xatırlayır. Şamxala qarşı heç bir təsir olmamış, onun evində olmamış, təhqiqatçının otağında üzərinə baxış keçirən zaman da o, cinayətini etiraf etmiş və üzərindən narkotik vasitə tapılmış, lakin üzərində, yəni konkret harasından aşkar edildiyini unutmuşdur. Şamxalın həmin narkotik vasitəni hardan aldığını deyib-demədiyini xatırlamır, lakin özünün istifadə üçün aldığını deməsini xatırlayır. Həmib vaxt Şamxalın ayağında elektron bilərzik görməmişdir. Şamxal haqqında və onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əvvəllər onlarda məlumat olmamış, məlumat daxil olan kimi raportla rəhbərliyə məruzə etmiş və tədbirlər görülmüşdür. O, ünvan 20i RPİ-nin 20-ci polis şöbəsində sahə müvəkkili işləyir, Təqsirləndirilən şəxs yaşadığı ev və evin qarşısı onun inzibati ərazisinə daxildir. Lakin evin içi, evin arxası Nərimanov rayonunun inzibati ərazisi ola bilər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısı, yol, küçə onun inzibati ərazisidir. Evin arxası və yaxud da hansısa ağac Nərimanov rayonunun inzibati ərazisinə düşürsə onu dəqiq bilmir. Şəxsin üzərinə baxşı keçirilən zaman iştirak etmiş, üzərindən hansı narkotik vasitə çıxdığını isə dəqiq xatırlamır Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, onunla ədavət, düşmənçilik və qohumluğu olmamışdır. 2019-cu ildən 2023-cü ilin yanvar ayına kimi Bakı şəhəri, ünvan 20i rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, 2023-cü ilin yanvar ayından Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman, eləcə də onun üzərinə şəxsi axtarış keçirilən zaman o iştirak etməmişdir. Ola bilsin ki, Təqsirləndirilən şəxs onun adını polis şöbəsində saxlanılan zaman digər əməkdaşlardan eşitmişdir. O, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır. Bəlkə də həmin şəxsi bölmənin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilən zaman görmüş, Təqsirləndirilən şəxs qeyd etdiyi ünvanı isə o, ümumiyyətlə tanımır. Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlar tamamilə yalandır. Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq məqsədilə belə yalanlar uydurmuşdur. Şamxalın yaşadığı yer onun xidməti ərazisinə aid olmadığından onunla bağlı onda əməliyyat məlumatı olmamışdır. Lakin Təqsirləndirilən şəxs adını eşitmişdir, belə ki, üzərində elektron nəzarət cihazı olanların bəzilərinin kimliyi ilə maraqlanmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı məhəllədən tanıyır, onunla ədavət, düşmənçilik və qohumluğu yoxdur. 2018-ci ildən etibarən “kakos”dan və “patı”dan tüstüsünü çəkmək yolu ilə istifadə etmiş, lakin sonradan tamamilə narkotik vasitələrdən istifadə etməyi tərgitmişdir. Şamxal həbs olunan günü ondan narkotik vasitə almamış, ümumiyyətlə həmin günü Şamxal ilə heç bir ünsiyyəti olmamışdır. ***-***-**-** GSM nömrəsi arvadı Minarə İsmayılovanın iş nömrəsi olmuş, lakin 2022-ci ilin iyul və avqust aylarında həmin nömrə onun mobil telefonunun üzərində olmuş və o, həmin nömrədən istifadə etmişdir. O, Şamxalla birlikdə narkotik vasitə qəbul etmiş, bir neçə dəfə Şamxal ona narkotik vasitə almaqda kömək etmiş, həmçinin Şamxalın özündə olan zaman birlikdə istifadə etmişlər. Şamxal ona narkotik vasitə satmasa da onun verdiyi pulla Şamxal ona narkotik vasitə alıb vermiş, bir neçə dəfə də o Şamxaldan narkotik vasitəni götürəndə ona pul vermişdir. Belə ki, Şamxal həmin narkotik vasitəni onun üçün öz pulu ilə almışdır. O, heç vaxt Şamxala narkotik vasitə satmamış, lakin bir dəfə məcbur olub Şamxalla birlikdə narkotik almağa getmişdir. Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə onun istifadəsində olan nömrədən yazılmış “10 cixarda bidene 5 de das” sms mətnini o yazmış, Şamxaldan “10 çıxarda” sözü ilə heroin, “bidene 5 de daş” sözü ilə patı isətmişdir. Şamxal tutulmamışdan əvvəl birlikdə istifadə etmələri üçün təxminən 2-3 qram narkotik vasitə almaq istəmişlər, lakin onun pulu olmadığından Şamxala cəmi 15 manat vermiş, Şamxal isə 140 manat həmin pulun üstünə qoyub narkotik satan İranlı kimi tanıdıqları adamın bank kartına pul köçürmüşlər, lakin həmin şəxs onları aldatmış, narkotik vasitənin olacağı yeri deməmiş, həmin şəxsi o tapdığı üçün Şamxala 140 manat borcu yaranmışdır. O, taksi fəaliyyəti ilə məşğul olduğu vaxt öz həyətlərinə maşın daxil ola bilmədiyi üçün dəfələrlə Şamxalgilin həyətində avtomaşınını yuyurmuş, təxminən 2022-ci ilin iyun ayında yenə avtomaşını Şamxalgilin həyətində yuyarkən ona məxsus sürücülük və şəxsiyyət vəsiqələri və pul qabı onların həyətində cibindən düşmüşdür. O, bununla bağlı Şamxala dedikdə Şamxal həqiqətən də sürücülük və şəxsiyyət vəsiqələri və pul qabının yerə düşdüyünü təsdiqləmişdir. Şamxal həbs olunandan bir müddət sonra sənədləri ona lazım olduğundan o, onların həyətinə getmiş, Şamxalın qardaşı Taleh sürücülük və şəxsiyyət vəsiqələri və pul qabını ona qaytarıb Şamxala borcu olub-olmadığını soruşmuş, o isə Şamxala 140 manat borcu olduğunu və qaytaracağını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə ortaq dostları və tanışları vardır, onu Şamxalla da məhəllədə yaşayan bir nəfər tanış etmişdir. Təqsirləndirilən şəxsla heç bir qohumluğu və ya ədavəti yoxdur. O, əvvəllər motosiklet idarə etmiş, onların təmiri ilə məşğul olmuş və hazırda da motosiklet təmiri ilə məşğuldur. Dostları ona Şamxalın qardaşının motosikletini təmir etdirmək üçün onu axtardığını demişlər. O, razı olub təxminən iki-üç gün ərzində Şamxalın həyətində motosikleti təmir etmiş, lakin işini tamamlaya bilməmişdir. Şamxalın qardaşı ona motosikleti kirayəyə götürdüyünü və səhərisi günü mütləq işə getməli olduğunu bildirdiyindən o, işini bitirmək, yəni mühərriki tam yığmaq üçün həmin gecə onlarda qalıb işini bitirməyə çalışmışdır. Şamxalgilin arxa həyətində ağacların altında tutuquşular olmuş, səhər Şamxal quşlara yem vermiş, o isə motosikletin üzərində son işlərini tamamlamaqla məşğul olmuşdur. İşini yekunlaşdırdıqdan sonra qabaq həyətdə olan hamama keçmiş, əllərini yuyub çöndükdə arxadan bir adamın keçdiyini görmüş, lakin onun kim olmasını bilməmişdir. O, arxa həyətə gəldikdə, polislərin Şamxalı tutduqlarını görmüş, o, onlara tərəf yaxınlaşan zaman onu da tutmuşlar. Həyətdə polislər ilk olaraq Şamxalın, sonra da onun üstünə baxış keçirmiş, lakin heç nə aşkar olunmadığından onu həyətin ön tərəfinə sürüyərək aparmışlar, az sonra Şamxalı da oraya gətirib onları eyni anda, lakin ayrı-ayrı avtomaşınlarla ünvan 20i rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə aparmışlar. Həyətdə olan zaman polislər tərəfindən Şamxalın üzərinə hər hansısa bir narkotik vasitənin qoyulduğunu görməmiş, qadın kosmetik çantası ilə bağlı heç nə xatırlamır. Polis Şöbəsində onları ayrı-ayrı otaqlarda saxlamışlar və şöbədə Şamxalın üzərinə baxış keçirilib-keçirilməməsindən xəbəri olmamışdır. Şöbədə ona narkotik vasitələri Şamxaldan aldığını deməsi təklif olunmuş, o, razı olmadıqda ona qarşı zorakılıq olmuş, onu çox pis döymüşlər, alın nahiyəsi partlamış, bədəninin bir neçə yerində əziklər əmələ gəlmişdir. Sonra ona müəyyən miqdarda narkotik verərək bunların ona məxsus olmasını kamera qarşısında etiraf etməyini tələb edib hədə-qorxu gəlmişlər. Həmin ərəfədə o, narkotik vasitələrdən istifadə etsə də hazırda narkotikdən istifadə etmir. Onun iki övladı olduğundan illərlə ailəsindən uzaq cəza çəkmə müəssisəsinə düşməsindən ehtiyat etmiş, lakin hədəqorxu gəlmələrinə baxmayaraq polislərin təklifi ilə razı olmamış, onun razı olmadığını görüb onu 45 sutkalıq həbs etdirib İnzibati qaydada X14 məntəqəsinə göndərmişlər. Orada həkimlər onun bədənində olan yara izləri ilə bağlı protokol tərtib etmişlər. O, əvvəllər iki dəfə məhkum olunmuş, adətən “kakos” adlı maddə qəbul etmiş, Şamxalın narkotikdən istifadə edib-etməməsini bilmir. İnzibati xəta törətməyi ilə bağlı məhkəmədə ona ətraflı sual verilməmişdir. O, inzibati cəzasını çəkib çıxdıqdan bir müddət sonra onu ünvan 20i RPİ-nin 20-ci Polis Şöbəsinə dəvət edib, bəzi sənədlərin çatışmadığını, məhkəmədə işlərin uzandığını deyib onu başqa bir yerə göndərmişlər və orada ondan təqdim olunan bir neçə sənədə imza etməsi tələb olunmuşdur. O, latın qrafikası ilə oxuyub-yazmağı bilmir. Ona görə də imza etdiyi sənədin nə ilə bağlı olduğunu bilməmişdir. O müstəntiq tərəfindən dindirilməmiş, yalnız Şamxalın qardaşı ilə birlikdə vəkilin yanında öz xətti ilə ərizə yazmış, həmin vaxtda ona qarşı heç bir yönəltmə və təsir olmamışdır. Həmin ərizədə yazılanları təsdiq edir. Məhkəmə iclasında elan edilmiş ifadə ona məxsus deyil, o belə bir ifadə verməmişdir. İmza ona məxsus olsa da xətt ona məxsus deyildir. Saxlanılan zaman döyülməsi və qanunsuz saxlanılmağı ilə bağlı heç bir orqana şikayət etməmiş, hətta məhkəmənin barəsində olan qərarı belə ona təqdim edilməmiş, o, həmin qərardan apellyasiya şikayəti verməmişdir. Sahid Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 20 ilə yaxındır ki, avtomobil mühərrik ustası işləyir. Şamxal adlı cavan oğlanı 2022-ci ilin yay aylarında tanımışdır. Belə ki, Şamxalın qardaşı Talehin motosikleti vardır, onu bir neçə dəfə həyətlərinə dəvət edib ki, motosikletin mühərrikini təmir etsin, o da onun motosikletinin mühərrikini təmir etmişdir. O da Talehin motoskiletin mühərrikini təmir edəndə Şamxalı tanımış, münasibətləri yaranmışdır. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə Şamxal onunla telefon əlaqəsi saxlayıb qardaşı Talehin motosikletinin mühərrikini təmir etmək üçün həyətlərinə dəvət etmişdir. O da buna görə Şamxalın yaşadığı evin həyətinə getmişdir. Şamxalın yaşadığı ev həyətin ortasında yerləşir. O, Talehin motosikletinin mühərrikini evin arxasında həmin gün təmir etmişdir. Lakin iş yarımçıq qaldığından gecə Şamxalın evində qalası olmuşdur. Şamxal həmin evdə anası, qardaşı arvadı və uşaqları ilə birlikdə yaşayırmışlar. O isə gecəni həmin həyətdə olan bir otaqlı evdə qalmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 08 radələrində o, yuxudan qalxıb Şamxalın yaşadığı evin arxasında mühərrikini təmir eldiyi motosikletə yaxınlaşmış, motosikletin mühərrikini təmir edib qurltarmış, Şamxalı isə görməmişdir. O, motosikletin mühərrikini təmir etdikdən sonra təxminən saat 09 radələrində işini bitirdiyi üçün siqaret yandırıb küçəyə çıxmışdır. Fikirləşmişdir ki, siqaretini yandırıb həyətə keçib Şamxalı səsləyib motosikletin mühərrikini təmir etdiyini bildirsin. Həmin vaxt, yəni Şamxalın yaşadığı evin həyətinin qarşısında küçədə olduğu zaman küçə ilə keçən iki nəfər polis əməkdaşı ona yaxınlaşmışlar. O, gecə gec yatdığı, yorğun olduğu üçün sir-sifəti şişmiş, gözləri qızarmışdır. Onun bu halı isə polislərdə şübhə yaratmışdır. Həmin polislər onun yaşadığı ünvanı və adını soruşmuşlar. O, həmin polislərə adını və yaşadığı ünvanı bildirmişdir. Polis əməkdaşları ondan narkotik vasitə qəbul edib-etməməyi barədə soruşanda onlara səmimi olaraq demişdir ki, narkotik vasitə "kakos” qəbul edir, ancaq üzərində heç bir narkotik vasitə yoxdur. Buna görə də polis əməkdaşları onu 20-ci PB-nə dəvət etmişlər, o da onlarla birlikdə PB-nə getmişdir. Daha sonra onu Məştağa qəsəbəsində yerləşən narkoloji ekspertizaya aparıb həkimdən keçirtmişlər, analiz cavabından sonra məlum olmuşdur ki, sidiyində narkotik vasitə heroin qalıqları olmuşdur. Bundan sonra onu yenidən 20-ci PB-nə gətirmişlər, PB-də ona inzibati protokol yazılmışdır. O, 20-ci PB-də olarkən Şamxalı da orada görmüşdür, lakin onunla hər hansı bir ünsiyyət yarada bilməmişdir. Daha sonra onu ünvan 20i Rayon Məhkəməsinə aparmışlar, məhkəmədə ona 45 gün inzibati həbs verilmişdir. İnzibati həbsdən çıxdıqdan sonra isə o, narkotik vasitə qəbul eləməyi tərgitmişdir. İnzibati həbsdən çıxdıqdan sonra isə ona məlum olmuşdur ki, Şamxalın üzərindən narkotik vasitə aşkar olunduğu üçün onu həbs ediblər. Təqsirləndirilən şəxs anası Rəmziyyə Yusifovanın, həyat yoldaşı Afət Yusifovanın, qardaşı Taleh Yusifovun, qonşusu Nailə Axverdiyevanın dedikləri yalandır. Onu heç kim zorla Şamxalın yaşadığı evin həyətindən aparmayıb. O, yuxarıda qeyd etdiyi kimi Şamxalın yaşadığı həyətdə motosikletin mühərrikini təmir etdikdən sonra həyətdən küçəyə çıxıb siqaret çəkmiş, həmin vaxt da, küçə ilə keçən iki nəfər polis əməkdaşı ona yaxınlaşmışlar, gecə gec yatdığı, yorğun olduğu üçün sir-sifəti şişdiyindən, gözləri qızardığından polislər onu sorğu sual elmişlər və onu 20-ci PB-nə dəvət etmişlər. O, da onlarla birlikdə PB-nə getmişdir. O, Şamxalı xx.xx.2022-cı ildə həyətdə və ya evdə görməmiş, onu heç kim döyməmişdir, həmçinin onun gözünün qarşısında Şamxalı heç kim döyməyib və ya qoluna qandal vurmayıb. Həmin gün o, narkoloji ekspertizadan qayıdandan sonra Şamxalı PB-də görmüşdür. O, 45 gün inzibati həbsdən çıxdıqdan sonra onun mobil telefonuna bir nəfər zəng edib Şamxalın vəkili olduğunu bildirib onunla görüşmək istədiyini bildirmişdir. O da buna görə 20 saylı Vəkli Bürosuna gedib Rövşən adlı vəkil ilə görüşmüşdür. Vəkil ona demişdir ki, Şamxalı həbs ediblər, Kürdəxanıda həbsdə yatır, ona kömək etmək lazımdır. O da vəkilidən soruşmuşdur ki, o, Şamxala necə kömək edə bilər. Vəkil ona demişdir ki, onun izahatını alacaq, o, izahatında yazsın ki, onu Şamxalın yaşadığı həyətdən Şamxal ilə birlikdə zorla döyə-döyə aparıblar, onu polis bölməsində döyüblər. O, vəkilə demişdir ki, yalandan izahat yazmağa görə onu həbs edərlər, yalan izahat verə bilməz, qorxur. Vəkil də ona demişdir ki, narahat olmasın, Şamxalın ailə üzvləri də ona dediyi formada izahat yazacaqlar, onu heç kim həbs edə bilməz. O da Şamxalı tanıdığı üçün, oina kömək etmək üçün vəkilin dedikləri ilə razılaşmış, vəkil ona nə dedisə onun dediklərim ağ vərəqə yazmışdır. Lakin indi ifadə verəndə yalan ifadə vermək barədə məsuliyyət daşımağı barədə xəbərdarlıq edilmişdir. Buna görə də o, indi həqiqəti danışmışdır. O, ifadəsində göstərdiklərini hər bir kəsin üzünə qarşı deyə bilər. Lakın o, Şamxalın ailəsində çörək kəsmişdir, buna görə də o, ifadəsində göstərdikləri ilə bağlı Təqsirləndirilən şəxs, Rəmziyyə Yusifova, Afət Yusifova, Taleh Yusifov, Nailə Axverdiyeva ilə üzləşməkdən imtina edir (cild 3, i/v 34-37). Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur, Şamxal, digər oğlu Taleh və onların ailəsi birlikdə ünvan 9 ünvanında yerləşən evdə yaşayırlar. Evləri həyət evidir. Ev həyətin ortasında yerləşir, həm arxa, həm də ön hissədə boş yer var, arxada bağ yerləşir, evin arxasına keçmək üçün isə evin yanında təxminən bir metr uzunluğunda yer var. Şamxal əvvəl bir dəfə məhkum olunmuş, o, məhz həmin vaxt Şamxalın narkotik vasitələrdən istifadə etdiyini bilmiş, lakin istifadə etməsini görməmişdir. 13 sentyabr 2023-cü il tarixdə özünü pis hiss etdiyi üçün işə getməmiş, evdə olarkən səhər təxminən saat 9-10 radələrində həyətdən səs eşidib bayıra çıxdıqda həyətdə təxminən 7-8 nəfər adam görmüşdür. Həmin vaxt həyətin qapısı bağlı olmuş, həmin şəxslərin həyətə hasardan keçib daxil olduqlarını isə ona həyətdə kirayədə yaşayan şəxs demişdir. Onlardan 2-3 nəfəri polis formasında, qalanları isə mülki geyimdə olmuş, onlar ondan Şamxalı soruşmuşlar. Həmin vaxt oğlu Şamxal və Elşən adında usta həyətin arxasında digər oğlunun motosikletini təmir etmişlər. Şahid5 həmin gündən bir gün əvvəl onlara gəlmiş, işi çox olduğundan gecəni də onlarda qalmışdır. Belə ki, oğlu Taleh günəmuzd kuryer işləyir, səhəri gün işə getməli olduğundan Elşəndən motosikleti düzəldib qurtarmasını xahiş etmiş, bu səbəbdən də gecə Elşən onlarda qalmışdır. Həmin vaxt digər oğlu Taleh nə baş verdiyini soruşanda, ona Şamxalın üzərində narkotik vasitə olduğunu bildirmişlər. O, həmin polis əməkdaşlarını əvvəllər tanımamış, lakin oğlu onlardan birininin İzzət olduğunu demişdir. Taleh onlardan Şamxalda aşkar edilən narkotiki göstərmələrini tələb etdikdə, onlar heç nə göstərməmiş və “gələrsən bölməyə orda göstərərik” demişlər. Həyətin oğlu olan hissəsindən gələn səsdən Şamxala fiziki təzyiq göstərdiklərini anlamış və daha sonra Şamxalın əli qandallı aparıldığını görmüşdür. Səsə evdən Şamxalın ailəsi və uşaqları çıxdıqda o, polislərdən Şamxal ilə uşaqlarının görüşməsinə icazə vermələrini xahiş etmiş, lakin onlar bunu qəti şəkildə rədd etmiş, Şamxal və Elşəni evdən götürüb aparmışlar. O oğlunun ünvan 20i rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə aparıldığını bilib oraya getmiş, orada olan zaman Elşəni görmüş, Elşən qəddarcasına döyülməkdən tanınmaz halda olmuş, üzü qanlı vəziyyətdə, alında xəsarət olmuşdur. Elşəndən niyə döyüldüyünü soruşanda Elşən ona polis əməkdaşları tərəfindən döyüldüyünü, Şamxaldan narkotik vasitə almasını deməyə məcbur edildiyini, lakin belə bir şey olmadığından demədiyini demişdir. Sonra Elşənin inzibati qaydada həbs olunduğunu bilmişdir. O, Elşənin narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X18 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır, anası, ailəsi və qardaşının ailəsi ilə birlikdə ünvan 9-də yerləşən həyət evində yaşayır. Hər hansı bir neqativ halla bağlı müraciət etmək lazım olduqda ərazi üzrə Nərimanov rayon Polis İdarəsini 6-cı Polis Bölməsinə müraciət edir. Kuryerlik edərək ailəsini dolandırır. 2022-ci ilin sentyabr ayında motosikleti xarab olduğundan işə çıxa bilməmiş, Şahid5 də təxminən üç gün ərzində gəlib motosikleti təmir edib getmişdir. İş yerindən ondan işə çıxması tələb olunmuş, ona görə də hadisədən əvvəlki gün Elşəndən gecəni də onlarda qalıb işini yekunlaşdırmasını xahiş etmişdir. Elşənin narkotik istifadəçisi olduğunu bilməmiş, Elşəni motosiklet ustası kimi Şamxalın vasitəsilə tanımış, Şamxalla Elşənin münasibətinin necə olduğunu bilmir. Şamxalla bir həyətdə qalsalar da ayrı evlərdə yaşamışlar. Hadisə günü, yəni 13 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında səs-küyü eşidib evdən çölə çıxmış, evin yanından arxasına keçən cığırda həyətdə təxminən 20 nəfərə yaxın polis əməkdaşının olduğunu görmüşdür. Polislər Elşəni və Şamxalı tutub darvazaya tərəf gətirmişlər. Həmin vaxt o, onları tanımasa da İzzəti tanımış, İzzətə nə baş verdiyini, məhkəmə qərarı olmadan niyə evə daxil olduqlarını dedikdə, ona Şamxaldan 50 qram narkotik vasitə tapıldığını demişlər. O, tapılan narkotiki göstərmələrini istədikdə isə ona bölməyə gəldikdə göstərəcəklərini demişlər. O, buna etiraz etdikdə onun da qolundan tutmuşlar və “bölməyə gələndə sənlə də danışarıq” deyib Elşən və Şamxalı birlikdə aparmışlar. O, ünvan 20i rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə getmiş, içəri girəndə səs-küy eşidib, etiraz edərək “onları döyməyin, əgər cinayət törədiblərsə aidiyyəti üzrə həll edilsin, barələrində cinayət işi açılsın” demiş, dəfələrlə etiraz etdikdə isə onu binadan kənarlaşdırmışlar. Həyətdə yaxınlarını gözləyən şəxslər ona polislərin Elşən və Şamxalı döydüklərini bildirmişlər. O, bir neçə dəfə qışqıraraq etirazını bildirmiş, sonra ona şöbənin inzibati binasına daxil olmağa icazə verilmiş, orada ona Şamxaldan 50 qram narkotik vasitə aşkar olunduğu bildirilmiş və ona narkotiki göstərdikdə o, “bəs bunu niyə aşkar etdiyiniz anda göstərmirdiniz” deyə sual vermiş, ancaq ona cavab verməmişlər. Həmin vaxt Elşən başqa otaqda olmuş, o, Elşəni gördükdə ilk olaraq onu tanımamış, belə ki, o, çox pis döyülmüş vəziyyətdə olmuşdur. Onu döyərək Şamxalın əleyhinə ifadə verməyə məcbur etmişlər. O sonra çıxıb getmiş, bir müddət sonra bir neçə dəfə şöbədən ona zənglər gəlmiş, istifadəsində olan iki nömrəsinə də zəng olunmuş, oraya gələndə Nazim adlı polis əməkdaşı ilə danışmış, ondan bu işin həll olunmasının bir yolu olub-olmadığını soruşmuş, Nazim ondan 10.000 manat pul istəmiş, bunun müqabilində Şamxalın barəsində ictimai asayişin pozulması ilə bağlı inzibati protokol tərtib edəcəklərini, buna görə də 1.000 manat da əlavə olaraq bir ay ərzində ödəməli olduğunu, lakin 10.000 manatı saat 16:00-a qədər verməli olduğunu bildirmişlər. Bundan sonra o, şöbədən çıxıb evə gəlmiş, səhəri gün saat 12:00-da zəng edəndə artıq ona Şamxalın müvəqqəti saxlama yerinə göndərildiyini demişlər. Şahid4 tanıyır, bacısı sinif yoldaşı olmuş, son dəfə onu məhkəmədə şahid qismində ifadə verdikdən sonra görmüş, Fərrux “Niaqara” restoranının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şamxal tutulandan sonra Samir adlı müstəntiq onu çağırıb “sən özündə sənəd saxlayırsan, Fərrux sənə 150 manat pul borcludur?” deyə sual vermiş, o, isə Fərruxun ona borclu olmadığını demiş və Fərruxdan da soruşduqda o da borclu olmadığını demişdir. Fərruxun övladı dünyaya gəldikdə gəlib həyətdəki damda qalan sənədlərini götürmüş, pul qabını isə tapmadığı və tələsdiyi üçün götürməmiş və sənədi götürüb xəstəxanaya getmişdir. Fərruxla Şamxalın nə əlaqəsi olmasını bilmir. Şahid5 həbsdən çıxandan sonra onunla əlaqə saxlamış, Elşən onunla birlikdə vəkilin yanına gedərək baş verənlərə dair ərizə yazmışdır. Ondan sonra Elşənlə əlaqə saxlaya bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X19 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Şamxalla on iki ildir ki, ailəli olsa da onun narkotik vasitələrdən istifadə etdiyini bilməmiş, yəni evdən kənarda olanlardan xəbəri olmamış, evdə və ailədə isə Şamxalın narkotik vasitələrdən istifadə etdiyini görməmişdir. Şamxalın qardaşı Taleh kuryer işləmiş və istifadəsində olan motosiklet xarab olmuşdur. Təmir üçün sonradan usta kimi tanıdığı Elşən onlara gəlmiş, evin arxasında motosikleti təmir etmiş, gecə isə Elşən həyətdə yerləşən bir otaqlı evdə qalmışdır. Səhəri gün səhər saatlarında Elşən evin arxasında motosikletin təmirini davam etmiş, Şamxal isə ona kömək etmişdir. Bu zaman evin qapısı bağlı olsa da polislər həyətə daxil olmuş, Şamxalın harada olduğunu soruşub, bir neçə dəfə onu çağırmışlar. Şamxal səsləri eşidib gələndə qolunu qandallayıb aparmışlar. Həmin vaxt Elşəni də görüb onu da tutub özləri ilə aparmışlar. Sonradan Şamxal həbs olunmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən ünvan 9 ünvanda yerləşən həyətdə bir otaqlı evdə kirayədə yaşamışdır. Həmin vaxtdan Rəmziyyə Yusifovanı və onun ailə üzvlərini, həmçinin Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxsla qohumluğu və ya ədavəti yoxdur. 13 sentyabr 2022-ci il tarixdə, səhər saat 09 radələrində evdə olarkən həyətdə səs-küy eşitmiş, pəncərədən çölə doğru baxmış, lakin pəncərənin şüşəsinin qarşısında tor olduğundan toru çıxarıb baxdıqda qapının üstündən həyətə adam tullandığını görmüşdür. Təxminən səkkiz-doqquz nəfər adam tullanıb onların həyətlərinə doğru irəliləmiş, mətbəxin şüşəsi aydın olduğu üçün oradan baxdıqda ilk olaraq Şamxallın yanında olan usta kimi motosiklet təmir edən Elşən adlı oğlanı və Şamxalı apardıqlarını görmüşdür. Bu vaxt Şamxalın anası və uşaqlar evdən çıxıb qışqırmağa başlamış, həmin vaxt əlləri arxadan qandalla bağlanmış Şamxalın da “ay mama” deyə qışqırdığını eşitmişdir. Gördüyü qanunsuzluqlar barədə polisə məlumat verməmiş, Şamxalın valideyini və ailəsi olduğundan onların yerinə qanunsuz hərəkətlərlə bağlı polisə şikayət verməyinə ehtiyac olmamış, müstəntiqə də nə görmüşsə elə də ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli, ünvan 20i rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş, bölmənin sahə inspektoru Şahid2 tərəfindən imzalanmış raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində bölmənin sahə inspektoru Şahid2 ilə birlikdə bölmənin inzibati ərazisində xidmət apardığı zaman ünvan 10 ünvanın qarşısında bir nəfər şəxsin səntələyərək getdiyini görərək ona yaxınlaşıb özlərini təqdim etməklə ondan səhhəti barədə maraqlandıqda, o hal-hazırda narkotik vasitə qəbul etdiyindən narkotik maddənin təsiri altında olduğu üçün səntələdiyini və üzərində “kokos” kimi tanınan narkotik maddə saxladığını bildirdiyindən onlar onu bölməyə dəvət etmişlər, bölmədə məlum oldu ki, həmin şəxs xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsini xahiş edirlər (cild 1, i/v 3). - Şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə, saat 10:16-da sorğu edilmişdir (cild 1, i/v 4-5). - “Dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan, Bakı şəhəri, 36 saylı Vəkil Bürosunun xx.xx.2022-ci il tarixli, 000081 nömrəli vəkil orderindən, xx.xx.2022-ci il tarixli “müdafiəçini təqdim etmək barədə” protokoldan görünür ki, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olan, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 63, mənzil 32-də qeydiyyatla yaşayan vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, habelə satışı ilə məşğul olmasında şübhəli bilinərək ünvan 20i RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində ünvan 11 ünvanın qarşısında saxlanılaraq 20-ci Polis Bölməsinə gətirildiyindən onun cinayət prosesində hüquqlarının dövlət hesabına müdafiə edilməsi məqsədi ilə 36 saylı Vəkil Bürosundan vəkil dəvət olunması qərara alınmış, qərarın icrası ilə əlaqədar həmin büronun vəkili X11 təyin edilmiş, müdafiəçi Ceyhun Bayramov şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu hüquqlarının Ceyhun Bayramov tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmişdir. Həmin protokol şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır (cild 1, i/v 9-14). - xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlamaqla daşıması, istifadə etməsi, habelə satışı ilə məşğul olmasında şübhəli bilinərək ünvan 20i RPİ-nin 20ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində ünvan 11 ünvanın qarşısında saxlanılaraq 20-ci Polis Bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:10-da şübhəli şəxs qismində tutulmuş, tutma qərarı ona və müdafiəçisinə saat 11:30-da elan edilmiş və saat 11:40-da şəxsin tutulması ilə bağlı sonuncunun anası X1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə məlumat verilmişdir. Qeyd olunan qərar və protokol şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır (cild 1, i/v 16-17, 19-20). - Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri ünvan 20i Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin baş təhqiqatçısı Nazim Qədirova ünvanlanmış, müdafiəçi X11 tərəfindən də imzalanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə ona məlumat verildi. Dövlət hesabına hüquqlarını müdafiə edən 36 saylı Vəkil bürosunun vəkili X8 iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etiraz və vəsatəti yoxdur (cild 1, i/v 39). - Bakı şəhəri ünvan 20i Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin baş təhqiqatçısı X29 tərəfindən tərtib olunmuş, Bakı şəhəri, ünvan 20i Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 və 20-ci Polis Bölməsinin sahə inspektoru Şahid2, mütəxəssis X25 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 13 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyətinə malik ola biləcək əşyaların, yəni narkotik vasitənin olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan onun paltarlarında, əşyalarında və ya bədənində ola biləcək qanunla əldə edilməsi, saxlanması, gəzdirilməsi, həmçinin istifadə edilməsi qadağan edilmiş əşyanın aşkar edilərək götürülməsi məqsədilə xx.xx.2022-cü il tarixdə, saat 12:10 dəqiqədən etibarən Bakı şəhəri, ünvan 20i rayonu, Mirqasımov küçəsi 3 ünvanında yerləşən ünvan 20i RPİ-nin 20ci PB-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd göy rəngli dəri əvəzedici materialdan ibarət pul kisəsini və qabaq sağ cibindən 01 ədəd **********02023/01 və **********02021/01 İMEİ kodlu, üzərində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan “Samsung A12” markalı mobil telefonu, əlində olan üzərində güllər təsvirli dəri əvəzedici materialdan ibarət qadın kosmetika çantasını təqdim etmişdir. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsinin içərisində 01 ədəd 1 ABŞ dolları əskinası, 01 ədəd 4098 5844 6478 1374 hesab nömrəli “Leo bank”a aid, 01 ədəd 5213 6751 9659 2472 hesab nömrəli “Azər-Türk” banka aid, 01 ədəd 5103 0714 3172 7268 hesab nömrəli “Kapital bank”a aid plastik kartlar var idi. Üzərində güllər təsvirli dəri əvəzedici materialdan ibarət qadın kosmetika çantasında 01 ədəd elektron tərəzi, 01 ədəd tibbi iynə, 01 ədəd maqqaş, 01 ədəd qırmızı rəngli şüşə kəsən, 01 ədəd qayçı, 01 ədəd kağız kəsən (rezak), habelə içərisində 02 ədəd dəmir metal borular, 01 ədəd maqqaş, 01 ədəd “Bakcell” GSM nömrə kartı, 04 ədəd kiçik həcmdə və 01 ədəd böyük həcmdə şəffaf selofan kəsiyinə bükülmüş qəhvəyi rəngli yumşaq formalı, şəkilli spesifik iyə malik maddəni təqdim edərək üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar edilməmişdir. Vətəndaş Təqsirləndirilən şəxs üzərində daşıdığı narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamaqla yanaşı narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirmişdir. O, həmçinin, üzərindən aşar olunmuş narkotik maddəyə oxşar kütlənin heroin olmasını, həmin narkotik maddəyə oxşar kütləni tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını bildirmiş, həmin şəxslə “Votsap” ani yazışma sistemi vasitəsilə əlaqə saxlayaraq onun qeyd olunan kütləni qoyduğu yerdən onunla təmasda olmadan xx.xx.2022-ci il tarixdə axşam saatlarında Böyük Şor qəsəbəsində “Arzu” marketin yaxınlığından götürdüyünü qeyd etmişdir. O, təxminən 2 il əvvəldən narkotik maddələrdən istifadə etdiyini və təxminən 2 ay əvvəldən narkotik vasitələrin satışı ilə məşğul olduğunu vurğulamış, təqdim etdiyi tərəzini sözügedən narkotik vasitələri çəkməkdə istifadə etdiyini, dəmir boruları isə narkotik vasitələrdən özü istifadə etmək üçün saxladığını qeyd etmişdir. Şəxsi axtrarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında, videoçəkilişdən istifadə edilməklə, saat 12:10-da başlamış və 13:20-də başa çatdırılmışdır (cild 1, i/v 40-46). - Qeyd olunan hərəkətləri özündə əks etdirən DVD diskə məhkəmədə baxış keçirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5152 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə...” yazı və imzalar olan zərfdə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 15,245 qram, 1,825 qram, 2,048 qram, 1,480 qram və 1,863 qram olmaqla, ümumi təmiz çəkisi 22,461 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi çəkisi – 22,461 qram, tədqiqata sərf edilən ümumi miqdar 0,25 qr, qalıq 22,211 qram (cild 1, i/v 53-54). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X33 Şəxsi Ambulator X2 xx.xx.2022-ci il tarixli, 5705 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 101-102). - “Sübutların qiymətləndirilməsi haqqında” 02 yanvar 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs aşkar olunmuş 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 15,245 qram, 1,825 qram, 2,048 qram, 1,480 qram, və 1,863 qram olmaqla, ümumi təmiz çəkisi 22,461 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 01 ədəd elektron tərəzi, 01 ədəd şpris, 01 ədəd boru maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 22,211 qram qalığı, 01 ədəd elektron tərəzi, 01 ədəd şpris, 01 ədəd boru Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış edildikdən sonra saxlanılması üçün Bakı şəhəri ünvan 20i RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarışın video görüntülərini əks etdirən 01 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i/v 129-136). - “Sübutların qiymətləndirilməsi haqqında” 07 aprel 2023-cü il tarixli, həmçinin 18 noyabr 2023-cü il tarixli qərarlardan görünür ki, 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,245 qram, 1,825 qram, 2,048 qram, 1,480 qram və 1,863 qram olmaqla, ümumi təmiz çəkisi 22,461 qram olan narkotik vasitə - heroinin, eləcə də 01 ədəd elektron tərəzi, 01 ədəd şpris, 02 ədəd metal boruların maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 22,211 qram qalığının, eləcə də 01 ədəd elektron tərəzinin, 01 ədəd şprisin, 02 ədəd metal boruların saxlanması üçün Bakı şəhəri ünvan 20i RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd 4098 5844 6478 1374 hesab nömrəli Leo banka aid, 01 ədəd 5213 6751 9659 2472 hesab nömrəli Azər-Türk banka aid, 01 ədəd 5103 0714 3172 7268 hesab nömrəli Kapital Banka aid plastik kartların yaxın qohumlarına qaytarılması üçün ünvan 20i rayon Pİ-nin Növbətçi Hissəsində saxlanılması nəzərə alınmış, həmçinin qeyd olunan narkotik vasitə və əşyaların aşkar edilərək götürülməsi faktını özündə əks etdirən 01 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i/v 260-273, cild 3, i/v 75-94). - xx.xx.2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A12” markalı mobil telefona baxış keçirildikdə, həmin telefonda narkotik vasitə və psixotrop maddələrin alışı, satışı, istifadəsi ilə bağlı sübut əhəmiyyətli hər hansı bir material aşkar edilməmişdir (cild 1, i/v 97). - “Diskə baxış keçirilməsi barədə” 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********99; +**********41; +**********34 saylı mobil telefon nömrələrinə daxil olmuş mesaj mətnlərinə baxış keçirildi. Həmin mesaj mətnlərinə baxış zamanı aşağıdakı məzmunda mesajların yazılması müəyyən edildi: Giriş: xx.xx.2022-ci il, saat 19:11:57, ********** nömrəsindən ********** nömrəsinə: “alafan ne qalinda hele bde bawligi ne boyda.qaqa bele baxanda noluc ola olmuyadi.men yarini alib 4defie elirem.sen verende 2fiso getdi 20,30manat”. Giriş: xx.xx.2022-ci il, saat 19:11:52, ********** nömrəsindən ********** nömrəsinə: “normal kayfimda yoxdu.qaqa xahiw elirem belesin verme day mene.birdeki hec omaya temiz0,4ver.qaqa pisive gelmesin sozum mende risk elrem pul tapiram.s”. Giriş: xx.xx.2022-ci il, saat 19:11:46, ********** nömrəsindən ********** nömrəsinə: “Qaqa bu tema dunenkinen deyil.dunenki falqada narmalni axirdi day bele token kimi yanmirdi.bu cox qatqilidi and ola ALLAHA.neynirem bunu yari uje qurtardi”. Giriş: xx.xx.2022-ci il, saat 23:44:09, ********** nömrəsindən ********** nömrəsinə: “Qaqa menem vusal yat tapmaq olar agriyram”. Giriş: xx.xx.2022-ci il, saat 22:46:38, ********** nömrəsindən ********** nömrəsinə: “Bir cekimlik kola lazimdi”. Giriş: xx.xx.2022-ci il, saat 14:52:52, ********** nömrəsindən ********** nömrəsinə: “Qardawim alinirsa vzv at gelim.xahiw elirem komek ele mene bilsenki hereket elirem uzagi 1 gun cetinliyim olur. ”. Giriş: xx.xx.2022-ci il, saat 20:23:17, ********** nömrəsindən ********** nömrəsinə: “Qaqaw bu quyrugun qoyub beline mehleden mal yoxdu deye .deyir 35den awagi vermerem.ozde bew dene qalib.ne edek?”. Giriş: xx.xx.2022-ci il, saat 02:06:10, ********** nömrəsindən ********** nömrəsinə: “rem 1 eded yarım denede 5 patı samxal. Sene 20 manad gönderirem sabah verecem qalanını sabah vererem ne deyirrsen önderim gellısin”. Giriş: xx.xx.2022-ci il, saat 02:06:09, ********** nömrəsindən ********** nömrəsinə: “samxal resuldu usagı sene teref gönderirem 10 manatıvda gönderi”. Giriş: xx.xx.2022-ci il, saat 00:23:41, ********** nömrəsindən **********nömrəsinə: “Brat qırmızı dükanın qabağındayam keşə bilirsən bura 10nux daş götü”. Giriş: xx.xx.2022-ci il, saat 22:18:13, ********** nömrəsindən ********** nömrəsinə: “Cixda olurem axi lomkadan”. Giriş: xx.xx.2022-ci il, saat 06:42:17, ********** nömrəsindən ********** nömrəsinə: “Qaqaw gorursense sen baalavon cani tersdiu elemeue pisdi vezuetim gelim pulvu verim meni cixsrt vezueyde bele duwmeciliy elemede qawaw”. Giriş: xx.xx.2022-ci il, saat 06:22:34, ********** nömrəsindən ********** nömrəsinə: “Wamxal menem behruz varyixun sikin pisdi vezueyim pulivi verrem artiqkamasiynan gellik mene tema ver anamin cani yaxwi deilemde qaqaw bele duwmencilkh elene”. Giriş: xx.xx.2022-ci il, saat 17:54:58, ********** nömrəsindən ********** nömrəsinə: “Samxal mende smert tema var”. Giriş: xx.xx.2022-ci il, saat 22:43:54, ********** nömrəsindən ********** nömrəsinə: “10 cixarda bidene 5 de das”. Giriş: xx.xx.2022-ci il, saat 14:48:04, ********** nömrəsindən ********** nömrəsinə: “az kola 1de biraz daw qoy ki hereket elye bilim/borcumda opwi ne olacag di axwama inwallah hel edim.ya pul ya aparaturadan zadan getrim razbilacia eliyek”. Giriş: xx.xx.2022-ci il, saat 14:47:58, ********** nömrəsindən ********** nömrəsinə: “Qardasim vallah dilim gelmedi ocun yazdim.nolar qaqa mene komek ele agridan cixim hereket edib nese tutuzdurum artiqlamasica qaytarim.cox yox 1vurumlug 1”. Giriş: xx.xx.2022-ci il, saat 14:20:03, ********** nömrəsindən ********** nömrəsinə: “qaqa men behruz bir yar gotimek ol”. Giriş: xx.xx.2022-ci il, saat 14:05:04, ********** nömrəsindən ********** nömrəsinə: “Arada iynemek ucun quruduram.o ozume saxladigimdi.onu ele birazdan birazdan vermerem sene”. Giriş: xx.xx.2022-ci il, saat 14:03:07, ********** nömrəsindən ********** nömrəsinə: “Ay blet deyiwiy duwub mal”. Giriş: xx.xx.2022-ci il, saat 07:58:06, ********** nömrəsindən ********** nömrəsinə: “Qaqaw kolaya El catir.istiyirsen yoxsa uje tapmisan?”. Giriş: xx.xx.2022-ci il, saat 04:14:36, ********** nömrəsindən ********** nömrəsinə: “Yox qaqaw.Ctinciliydi”. Giriş: xx.xx.2022-ci il, saat 21:02:42, ********** nömrəsindən ********** nömrəsinə: “Var ol ataşhecne danisariq birazcin bir ballaca isim var”. Bundan başqa, həmin diskə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə ayrı-ayrı mobil nömrələrdən zənglər daxil olmuş və danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs öz ifadəsində bildirmişdir ki, həmin mobil nömrələr onun şəxsi istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirdi ki, həmin nömrələrin sahiblərini xatırlamır və həmin sms-ləri unutmuşdur (cild 1, i/v 199-200). - Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN Baş İnformasiya- Kommunikasiya İdarəsi tərəfindən 20/146414 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilən zaman “Diskə baxış keçirilməsi barədə” 24 yanvar 2023-cü il tarixli protokolda qeyd olunanlar öz əksini tapmışdır. - xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan, həmin tarixli protokoldan, həmçinin məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, ünvan 20i rayon məhkəməsinin 4(006)-490/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, sonuncu dəfə həbsdə saxlanılma müddəti Bakı şəhəri ünvan 20i Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)- 569/2023 nömrəli qərarı ilə 16 dekabr 2023-cü il tarixinədək uzadılmışdır (cild 1, i/v 16-17, 19-20, 87-91, 173-175, 233-237, 307-310, cild 2, i/v 216-219). - Bakı şəhəri ünvan 20i rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən istintaq orqanına ünvanlanmış xx.xx.2022-ci il tarixli, 084-17232-1222 nömrəli məktubdan görünür ki, ünvan 9 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan vətəndaş Təqsirləndirilən şəxs mütəmadi olaraq ünvan 20i rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Tərəflərindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmiş və bu barədə dəfələrlə qərəzsiz mənbədən şöbəyə məlumat daxil olmuşdur. Odur ki, həmin şəxs ərazidə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan arzuolunmaz şəxs kimi xarakterizə olunur. Tərəflərindən həmin şəxsin narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin dairəsinin müəyyən edilməsi ilə əlaqədar əməliyyat axtarış tədbirləri davam etdirilir. Gələcəkdə müsbət nəticə əldə olunarsa bununla bağlı məlumat veriləcəkdir (cild 1, i/v 108). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri ünvan 20i Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-150/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 1, i/v 201-202, 204-211). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-3464/2023 nömrəli məktubundan və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixdə açılmış, 47-518246/2022 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Tibbi müayinə zamanı Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirir. Baxış zamanı hər iki yuxarı ətrafda trafiki yaralar aşkarlanıb (cild 2, i/v 47-51). - Bakı şəhəri, ünvan 20i rayon prokurorunun böyük köməkçisi vəzifəsi üzrə stajoru tərəfindən qəbul edilmiş 04 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalması, ona hər hansı xəsarət yetirilməsi, ona işgəncə verilməsi, həmçinin polis əməkdaşlarının Təqsirləndirilən şəxsovun qardaşı Taleh Yusifovdan pul tələb etməsi xüsusatları öz təsdiqini tapmadığından 143-c-23 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 1, i/v 241-244). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 verilmiş xx.xx.2023-cü il tarixli, 1/1706 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X6 müraciət etməyib (cild 1, i/v 259). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 18170 nömrəli məktubundan görünür ki, ünvan 15 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müailəcədə olmayıb (cild 3, i/v 60). - Bakı şəhər Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən və Bakı şəhəri, 1 saylı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X20 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmış, atası Təqsirləndirilən şəxs, anası X21 olan X22 və X26 xx.xx.2019-cu il tarixdə doğulmuşlar (cild 1, i/v 213-214). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-21/2-31167/2024 nömrəli məktubundan görünür ki, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00:17-dən saat 09:09-dək, saat 13:44-dən saat 20:50-dək, saat 22:52-dən xx.xx.2022-ci il tarixdə saat 12:06-dək, xx.xx.2022-ci il tarixdə saat 00:12dən saat 04:44-dək, saat 05:33-dən saat 10:17-dək, saat 13:19-dan saat 14:48-dək yaşayış yerində olmuş, digər vaxtlarda isə elektron nəzarət vasitələrini (mobil nəzarət qurğusunu) gəzdirmək və işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək vəzifələrinə əməl etmədiyindən onun coğrafi yerdəyişməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixədək məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri ünvan 20i rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın 04 ay 02 gün hissəsini çəkmişdir. - Bakı şəhəri, ünvan 20i rayon məhkəməsinin 3(006)-3417/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şahid5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 01 (bir) ay 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilmişdir. - Qeyd olunan qərardan həmçinin görünür ki, Şahid5 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 20i rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İnzibati X14 Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-36/2-4914/2025 nömrəli məktuba əlavə edilmiş Şahid5 Mərkəzə qəbul edilərkən tibbi müayinədən keçirilməsi barədə tərtib edilmiş tibbi kitabçanın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə mərkəzə gətirilmiş Şahid5 tibbi müayinədən keçirilmiş və sol qaş nahiyəsində çapılmış açıq yara xəsarəti aşkar edilmişdir. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 20215 nömrəli məktuba əlavə ediliş 1 ədəd CD diskdə olan məlumatlardan görünür ki, ***-***-**-** mobil nömrə Təqsirləndirilən şəxs, ***-***-**-** mobil nömrə X12, ***-***-**-** mobil nömrə X15 adlarına qeydiyyata alınmışdır. Həmin nömrələrlə danışıq xx.xx.2022-ci il tarixdə, saat 09:05-09:45 aralıqlarda Bakı şəhəri, ünvan 20i rayonu, Novruzov Qardaşları ünvanı üzrə anten qeydlərinə alınmışdır. - “Bakcell MMC” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, BKC/LGL-12770/24 nömrəli məktuba əlavə edilmiş 1 ədəd CD diskdə olan məlumatlardan görünür ki, Şahid3 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten dairəsi xx.xx.2022-ci il tarixdə, saat 09:20:19, 09:28:06 radələrində LBBK107107/LBB1071 MASHZAVOD/Narimanov/(40.401xx/xx.83017), Şahid5 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten dairəsi xx.xx.2022-ci il tarixdə, saat 21:31:53, 21:35:01 radələrində GBBK1071D/GBBK1071 MASHZAVOD/Bakı şəhəri, ünvan 20i rayonu, Mərdanov Qardaşları, 137/Narimanov/ (40.401xx/xx.83017), xx.xx.2022-ci il tarixdə, saat 08:24:39 radələrində GBBK1055D/GBBK1055 A.Salamzadeh/Bakı şəhəri, ünvan 20i rayonu, R.Səfərli küçəsi 151/Narimanov/ (40.404xx/xx.82724), Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten dairəsi xx.xx.2022-ci il tarixdə, saat 01:39:00 radələrdə GBBK1055D/GBBK1055 A.Salamzadeh/Bakı şəhəri, ünvan 20i rayonu, R.Səfərli küçəsi 151/Narimanov/ (40.404xx/xx.82724), Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten dairəsi xx.xx.2022-ci il, saat 12:25:40 radələrində UBBK3218F F.Qasımzade 47F/Bakı şəhəri, ünvan 17, xx.xx.2022-ci il tarixdə, saat 13:46:53 radələrində UBBK3218F F.Qasımzade 47F/Bakı şəhəri, ünvan 17 ünvanları üzrə qeydə alınmışdır. - “Azerfon MMC” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, AZF/LGL-9751/24 nömrəli məktuba əlavə edilmiş 1 ədəd CD diskdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten dairəsi xx.xx.2022-ci il tarixdə, saat 09:48:04, 10:49:49 radələrində UBBK3218F F.Qasımzade 47F/Bakı şəhəri, ünvan 17, saat 11:05:58 radələrində UBBBK6221B/UBBK6221 Med-Univers/Bakı şəhəri, ünvan 20i rayonu, S.Vurğun küçəsi 165/Nasimi/ (40.396xx/xx.8327), saat 13:18:23, 13:18:48, 13:32:12, 13:44:14, 13:47:39 radələrində UBBK3218F F.Qasımzade 47F/Bakı şəhəri, ünvan 17 ünvanları üzrə qeydə alınmış, mobil nömrə ilə sonuncu danışıq 13:54:35 radələrində aparılmışdır. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 10086 nömrəli məktubdan və ona əlavə edilmiş 1 ədəd CD dskdə olan məlumatlardan görünür ki, 70-645-11-11 mobil telefon nömrəsi xx.xx.2017-xx.xx.2023-cü il tarixlərində Azercell şəbəkəsində olmuşdur. 51-612-96-05 mobil telefon nömrəsinin xx.xx.2022-xx.xx.2022-ci il müddətində istifadəsi aşkar edilməmişdir. 70-645-11-11 mobil telefon nömrəsi Ceyhun Bayramovun adına qeydə alınmışdır. Həmin mobil nömrə üzrə anten dairəsi xx.xx.2022-ci il tarixdə, saat 09:00:08 radələrində Qobustan r-nu, Cengi, saat 12:32:39 radələrində Şamaxı r-nu, Sheredi Otel, saat 14:50:01 radələrində Samed Vurğun kuc., saat 16:30:28 radələrində Nesimi icra hak.Mirkasimov kuc., xx.xx.2022-ci il tarixdə saat 16:34:23 radələrində Baki şh., Nesimi r-nu, Tagizade kuc., 15, saat 17:52:28 radələrində 3mkr, Javadaxan kuç. ünvanları üzrə qeydə alınmışdır. - “Azerfon MMC” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, AZF/LGL- 3264/25 nömrəli məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. Həmin mobil nömrə xx.xx.2016-cı il tarixdə Azerfon şəbəkəsindən Bakcell şəbəkəsinə daşınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 50/2-21786/23 nömrəli məktubundan görünür ki, ünvan 18 ünvanı Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin inzibati ərazisinə aiddir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, ittiham və müdafiə tərəfinin tədqim etdiyi sübutları tədqiq edərək və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. - 28-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. - 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. - 136-cı maddəsinə əsasən əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. - 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 09:30-da ünvan 2 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından ünvan 20i RPİ-nin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, ünvan 20i rayonu, Mirqasımov küçəsi 3 ünvanında yerləşən ünvan 20i RPİ-nin 20-ci polis bölməsinə gətirilmiş, hüquqlarını müdafiə etmək məqsədi ilə 36 saylı Vəkil Bürosunun vəkili X11 ona müdafiəçi kimi təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının vəkil Ceyhun Bayramov tərəfindən müdafiə edilməsini istəmiş, bundan sonra təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə həmin gün saat 11:10-da şübhəli şəxs qismində tutulmuş, ona hüquqları izah edilmiş, şübhəli şəxs qismində tutulma qərarı ona və müdafiəçisinə saat 11:30-da elan edilmiş, tutulması ilə bağlı anası X5 (***-***-**-**) saat 11:40-da məlumat verilmiş, daha sonra Təqsirləndirilən şəxs barəsində axtarış və götürmə haqqında qərar qəbul edilmiş, saat 12:10-da müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd göy rəngli dəri əvəzedici materialdan ibarət pul kisəsini və qabaq sağ cibindən 01 ədəd **********02023/01 və **********02021/01 İMEİ kodlu, üzərində ***-***-**- ** və ***-***-**-** GSM nömrələri olan “Samsung A12” markalı mobil telefonu, əlində olan üzərində güllər təsvirli dəri əvəzedici materialdan ibarət qadın kosmetika çantasını təqdim etmiş, pul kisəsinin içərisində 01 ədəd 1 ABŞ dolları əskinası, 01 ədəd 4098 5844 6478 1374 hesab nömrəli “Leo bank”a aid, 01 ədəd 5213 6751 9659 2472 hesab nömrəli “Azər- Türk” banka aid, 01 ədəd 5103 0714 3172 7268 hesab nömrəli “Kapital bank”a aid plastik kartlar, üzərində güllər təsvirli dəri əvəzedici materialdan ibarət qadın kosmetika çantasında 01 ədəd elektron tərəzi, 01 ədəd tibbi iynə, 01 ədəd maqqaş, 01 ədəd qırmızı rəngli şüşə kəsən, 01 ədəd qayçı, 01 ədəd kağız kəsən (rezak), habelə içərisində 02 ədəd dəmir metal borular, 01 ədəd maqqaş, 01 ədəd “Bakcell” GSM nömrə kartı, 04 ədəd kiçik həcmdə və 01 ədəd böyük həcmdə şəffaf sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli yumşaq formalı, şəkilli spesifik iyə malik maddə aşkar edilmiş, aşkar edilmiş həmin əşyalar zərfə yerləşdirilərək qablaşdırılmış və götürülmüşdür. Cinayət işinin istintaq materiallarına əsasən Bakı şəhəri, 36 saylı Vəkil Bürosunun vəkili X11 xx.xx.2022-ci il tarixdə, saat 11:10-dan başlayaraq şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməyə başlamış, yalnız şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldığı dövrdə, yəni saat 12:10-dan saat 13:20-dək olan müddətdə şübhəli şəxsin ərizəsinə əsasən iştirak etməmiş, daha sonra digər prosessual hərəkətlərdə (şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi barədə tərtib edilmiş protokolla, videogörüntü ilə tanış olma haqqında, ekspertiza təyin edilməsi haqqında qərarı şübhəli şəxsə elan etmək haqqında) Təqsirləndirilən şəxsla birlikdə iştirak etmiş və müvafiq sənədləri imza etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında vəkil Ceyhun Bayramovun istifadəsində olan mobil telefon nömrəsinin anten dairəsinə dair məlumatlar məhkəmə baxışı zamanı tədqiq edilən zaman vəkil Cehyun Bayramovun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, ünvan 20i rayon Polis İdarəsinin 20-ci Polis Bölməsini əhatə edən anten dairəsində deyil, fərqli, kifayət qədər uzaq (Qobustan və Şamaxı rayonları) ərazilərdə müəyyən edilmiş, yalnız Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilən zamana uyğun Bakı şəhəri, ünvan 20i rayon məhkəməsinin inzibati binasına yaxın ərazidə anten məlumatları qeydə alınmışdır. Bundan əlavə məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini özündə əks etdirən CD diskə baxış keçirilən zaman cinayət işinin materiallarında olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd edilən saatların fərqli olması müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan protokolda şəxsi axtarış aparılması və maddi sübutun götürülməsinə xx.xx.2022-ci il tarixdə saat 12:10-da başlanması, saat 13:20-də qurtarması qeyd edilsə də CD diskə baxış zamanı təhqiqatçı Nazim Qədirovun qolunda olan saatın əqrəblərinin baxışın başlanması zamanı saat 14:06-da, baxışın qurtarması zamanı 14:50-da olması müəyyən edilmişdir. Bundan əlavə baxışın sonunda Təqsirləndirilən şəxs məxsus mobil telefonun söndürülərək qablaşdırılması görüntüdə öz əksini tapır. Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərə, anten dairələrinə dair müvafiq operatorlardan məhkəməyə təqdim edilmiş məlumatlar tədqiq edilən zaman Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefon ilə arvadı Afət Yusifovanın istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon arasında xx.xx.2022-ci il tarixdə, saat 13:18:48 radələrində 748 saniyəlik, qardaşı Taleh Yusifovun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon arasında xx.xx.2022-ci il tarixdə, saat 13:32:12 radələrində 25 saniyəlik danışıq qeydə alınmış, həmçinin həmin mobil nömrə üzrə xx.xx.2022-ci il tarixdə, saat 13:54:35 radələrindən sonra hər hansı məlumat qeydə alınmamışdır. Qeyd olunanlar Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı vaxtdan təxminən 4 saatdan artıq müddətdən sonra, cinayət işinin materiallarına əlavə edilmiş prosessual sənədlərdə qeyd olunan vaxtdan fərqli saatda axtarış aparılması nəticəsinə gəlməyə əsas verir. Bundan əlavə videogörüntüdə Təqsirləndirilən şəxs təqdim etdiyi və üzərindən aşkar edilmiş bütün əşyaların (pul qabının içərisinə 01 ədəd ABŞ dolları və 3 ədəd bank kartının yerləşdirilərək həmin pul qabı, 01 ədəd plastik qab, 01 ədəd elektron tərəzi, 01 ədəd tibbi iynə, 02 ədəd maqqaş, 01 ədəd qırmızı rəngli şüşə kəsən, 01 ədəd qayçı, 01 ədəd kağız kəsən (rezak), 01 ədəd kağız kəsən üçün içlik, 02 ədəd dəmir metal borular, 01 ədəd “Bakcell” GSM nömrə kart qadın kosmetik çantasının içərisinə yerləşdirilməklə, 01 ədəd mobil telefonla birlikdə iri ölçülü zərfdə, 5 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli bükümlər bir ədəd kiçik ölçülü zərfə qoyulmaqla möhrülənir) qablaşdırılmaqla götürülməsi öz əksini tapsa da, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla 05 ədəd bükümdə, ümumi təmiz çəkisi 22,461 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, 01 ədəd elektron tərəzinin, 01 ədəd şprisin, 01 ədəd borunun maddi sübut kimi tanınması və Bakı şəhəri, ünvan 20i RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla 5 ədəd bükümdə, ümumi təmiz çəkisi 22,461 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, 01 ədəd elektron tərəzinin, 01 ədəd şprisin, 02 ədəd metal borunun maddi sübut kimi tanınması və Bakı şəhəri, ünvan 20i RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsinin nəzərə alınması, təqsirləndirilən şəxsdən aşkar olunmuş 3 ədəd plastik kartın yaxın qohumlarına qaytarılması üçün ünvan 20i RPİ-nin Növbətçi Hissəsində saxlanılmasının nəzərə alınması, 18 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla 05 ədəd bükümdə, ümumi təmiz çəkisi 22,461 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, 01 ədəd elektron tərəzinin, 01 ədəd şprisin, 02 ədəd metal borunun maddi sübut kimi tanınmasının və Bakı şəhəri, ünvan 20i RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsinin, təqsirləndirilən şəxsdən aşkar olunmuş 3 ədəd plastik kartın yaxın qohumlarına qaytarılması üçün ünvan 20i RPİ-nin Növbətçi Hissəsində saxlanılmasının nəzərə alınması qərara alınmışdır. İş üzrə keçirilmiş 13 sentyabr 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, tədqiqat obyektləri Mərkəzə üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 188” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş maddə....” yazı və imzalar olan 1 ədəd ağ rəngli kağız zərfdə təqdim edilmiş, zərf açıldıqda içərisində 5 ədəd şəffaf sellofan kəsikləri bükümü aşkar edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Bakı şəhəri, ünvan 20i rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan maddi sübutların məhkəməyə təqdim edilməsi təmin edilmiş və həmin maddi sübutlara baxış zamanı yalnız 5 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və elektron tərəzinin Növbətçi Hissəyə təhvil verilməsi və orada saxlanılması müəyyən edilmişdir. Digər maddi sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş, lakin cinayət işinin istintaq materiallarında olmayan 07 aprel 2023-cü il tarixli, narkotk vasitənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 22,461 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış edildikdən sonra məhkəmə-kimyəvi ekspertizasının keçirilməsindən sonra qalıq qalmış 22,211 qram olan narkotik vasitə heroninin və 01 ədəd elektron tərəzinin saxlanılması üçün ünvan 20i RPİnin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportla 01 ədəd zərfdə qablaşdırılmış halda 22,211 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi ünvan 20i RPİ-nin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək müvafiq qaydada qablaşdırılmış digər əşyalarla bağlı hər hansı qərarın qəbul edilməsi, maddi sübut hesab edilmiş 01 ədəd şprisin, 02 ədəd metal borunun harada olması müəyyən edilməmiş, məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin anası Rəmziyyə Yusifova isə Şamxala məxsus olan telefonun müstəntiq tərəfindən ona qaytarıldığını bildirmişdir. Bundan əlavə cinayət işinin materiallarında əməliyyatçılar tərəfindən tərtib edilmiş raportda Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 20i rayonu, X.Şuşinski küçəsində, lakin Nərimanov rayonu, X.Şuşinski küçəsi 63 saylı ünvanın qarşısında səntələyərək getdiyini görərək ona yaxınlaşıb özlərini təqdim etməklə ondan səhhəti barədə maraqlandıqda onun hal-hazırda narkotik vasitə qəbul etdiyindən narkotik maddənin təsiri altında olduğu üçün səntələdiyini və üzərində “kokos” kimi tanınan narkotik maddə saxladığını bildirdiyindən bölməyə dəvət etdiklərini göstərsələr də, şübhəli şəxsin tutulması haqqında qərarda və protokolda, şəxsi axtarış və götürmə haqqında qərarda, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda, o cümlədən xx.xx.2025-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlamaqla daşıması, istifadə etməsi, habelə satışı ilə məşğul olmasında şübhəli bilinərək ünvan 20i RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 09:30-da Bakı şəhəri, ünvan 20i rayonu, X.Şuşinski küçəsi 63 saylı ünvanın qarşısında saxlanılaraq ünvan 20i RPİ-nin 20-ci PB-nin inzibati binasına gətirildiyi göstərilmişdir. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs barəsində ünvan 20i rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hər hansı əməliyyataxtarış tədbirlərinin keçirilməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmazdan bir neçə vaxt öncə onda Şamxalın narkotik vasitə satması barədə konkret məlumatların olduğunu, məlumatda Şamxalın “Papanin” ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmasının qeyd olunduğunu, məlumatla bağlı Şamxal saxlanılmamışdan bir həftə əvvəl gecə ayrı-ayrı maşınlarda gedib onların qapısını güddüyünü, onu videoya çəkmədiyini, sadəcə müşahidə etdiyini, qapısına gəlib-gedən adamları da tutduğunu, adlarını hazırda xatırlamadığı həmin şəxslərdən narkotiki kimdən aldıqlarını soruşduqda Şamxaldan aldıqlarını bildirdiklərini, bir müddət buna fikir vermədiyini, hətta bir iki adamdan Şamxala “özünü yığışdırsın, ya da buradan çıxıb getsin” deyə xəbər də göndərdiyini göstərmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən verilmiş sorğuya Bakı şəhəri, ünvan 20i rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 51-2/2-7603 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində PŞ-nin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları məxfi olduğu üçün tədqim olunması mümkün olmamışdır. Bundan əlavə Bakı şəhəri, ünvan 20i rayon prokurorunun böyük köməkçisi vəzifəsi üzrə stajoru tərəfindən qəbul edilmiş 04 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalması, ona hər hansı xəsarət yetirilməsi, ona işgəncə verilməsi xüsusatları öz təsdiqini tapmadığından 143-c-23 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilsə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətnin Bakı İstintaq Təcridxanasına xx.xx.2022-ci il tarixdə daxil olan zaman tibbi müayinədən keçirilmiş və müayinə zamanı hər iki yuxarı ətrafda trofiki yaralar aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bədən xəsarətlərini həbs olunan zaman aldığını bildirmişdir. Lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan Təqsirləndirilən şəxs xəsarətləri ilə bağlı hər hansı araşdırma aparılması və aldığı xəsarətlərlə bağlı tibbi ekspertizanın keçirilib-keçirilməməsi və bunlara hüquqi qiymət verilməsi müəyyən edilmir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 latın qrafikası ilə yazıb oxuya bilmədiyi müəyyən edilmiş, sonuncu istintaq orqanında ifadə vermədiyini, istintaq orqanına barəsində olan inzibati işlə bağlı dəvət edilərək oxumadığı sənədlərə imza etdiyini bildirmişdir. Bundan əlavə məhkəmə araşdırılması zamanı tədqiq edilmiş Şahid5 barəsində olan inzibati xəta haqqında materiallardan və qərardan, həmçinin Şahid5 barəsində inzibati həbs haqqında qərarın icrası zamanı saxlanılma yerində aparılmış tibbi müayinəyə dair kitabçadan görünür ki, Şahid5 xx.xx.2022-ci il tarixdə, ünvan 23 ünvanın qarşısında saxlanılaraq ünvan 20i rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə gətirilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 01 (bir) ay 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilmiş, İnzibati X14 Mərkəzinə daxil olan zaman xx.xx.2022-ci il tarixdə tibbi müayinədən keçən zaman sol qaş nahiyəsində çapılmış açıq yaranın olması qeydə alınmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs və onun qardaşı verdikləri ifadələrində 20-ci Polis Şöbəsinin əməkdaşı Şahid3 Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etdiyini, məhkəmədə dindirilmiş Şahid3 isə belə bir halın olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Şahid3 Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini, Təqsirləndirilən şəxs saxlanıldığı ünvanı isə ümumiyyətlə tanımadığını bildirsə də müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş Şahid3 məxsus mobil telefon nömrəsi üzrə anten məlumatları tədqiq edilərkən sonuncunun xx.xx.2022-ci il tarixdə, saat 09:20:19 radələrində telefon danışığının Təqsirləndirilən şəxs yaşadığı ünvan üzrə, yəni LBBK107107/LBBK1071 MASHZAVOD/Narimanov/(40.401xx/xx.83017) ünvanda anten dairəsi üzrə qeydə alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. - 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. - 90.7.2-ci maddəsinə əsasən şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq hüququna malikdir. - 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, qanunverici Cinayət-Prosessual Məcəlləsinin 92.3-cü maddəsində xüsusi hallar müəyyən edərək müdafiəçinin cinayət prosesində iştirak etməsinin vacibliyini nəzərə almış və onun iştirakı olmadan cinayət prosesinin həyata keçirilməsini qadağan etmişdir. Həmin hallar mövcud olduqda, cinayət təqibini həyata keçirən orqan və ya məhkəmə müdafiəçinin mütləq iştirakını təmin etdikdən sonra istintaq və ya digər prosessual hərəkətləri həyata keçirə bilər. Eyni zamanda, qanunverici şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin mümkünlüyünü də nəzərdə tutmuşdur. Lakin Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 92.3-cü maddəsində göstərilmiş bəzi hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur. Müdafiəçinin cinayət prosesində mütləq iştirakının təmin olunmaması cinayət-prosessual qanunvericiliyinin pozulması kimi qiymətləndirilə və müvafiq prosessual hərəkətin və onun nəticələrinin qanunsuz hesab edilməsinə səbəb ola bilər. Sözügedən qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 242.3-cü maddəsinə əsasən toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər. Göründüyü kimi götürmənin aparılması barədə qərar yalnız sübut əhəmiyyətinə malik ola biləcək əşyaların kimdə və harada olduğu məlum olduqdan sonra qəbul edilir. Təhqiqatçının narkotik vasitənin və psixotrop maddənin dövriyyəsi ilə bağlı şübhələndiyi üçün əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş şəxsin üzərində qanunla qadağan olunmuş əşyanın olması barədə qabaqcadan məlumatı olması və bu əşyanın götürülməsi barədə qərar verməsi özlüyündə həmin şəxsin üzərində şəxsi axtarışın mötəbərliyinə şübhə doğuran bir haldır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda göstərildiyi kimi ünvan 11 ünvanın qarşısında deyil, yaşadığı ünvanda, yəni ünvan 26ndə, Şahid5lə birlikdə saxlanılaraq polis bölməsinə aparılmış, xx.xx.2022-ci il tarixdə, saat 14:06-ya kimi həmin bölmədə saxlanılmış, müdafiəçi ilə təmin edilməmiş, müdafiəçinin iştirakı olmadan faktiki saxlanıldığı vaxtdan 4 saatdan artıq müddət keçdikdən sonra üzərinə baxış keçirilməklə sonuncunun satış məsqədi ilə üzərində saxlamaqda ittiham olunduğu narkotik vasitənin aşkar edilməsi rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müdafiə hüququnun pozulması ilə əldə edilmiş sübutlar şübhəli sübutlardır və ittiham tərəfi həmin sübutların qanuni yolla əldə edilməsini təsdiq edən mötəbər və əsaslı sübutları məhkəməyə təqdim edə bilmədiyindən onlar ittihamı təsdiq edən sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 33-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 - 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. - 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. - 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilsə idi belə iştirakı zəruri olduğu halda onun öz ərizəsinə əsasən müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarışın keçirilməsi və ittihamın əsasını təşkil edən narkotik vasitə heroinin aşkar edilməsi və götürülməsi məhkəmə tərəfindən həm qanun tələblərinin pozulması, həm də anlaşılmaz və şübhə doğuran hal kimi qiymətləndirilə bilərdi. Bundan əlavə “Sakit Zayidov Azərbaycana qarşı” Avropa Məhkəməsinin Qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdikdən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçinin tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması, bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. İşgəncə ilə bağlı Avropa Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir ki, nəinki işgəncənin mövcudluğu, hətta işgəncə barədə iddiaların araşdırılmaması, təqsirləndirilən şəxsin Avropa Konvensiyasının 3-cü maddəsi ilə təsbit edilən hüququnu pozur, yəni artıq özü-özlüyündə müdafiə tərəfinin işgəncə və digər qanunsuz metodlardan istifadə olunmaqla, əldə olunması kimi dəlillə mübahisələndirdiyi sübutların mümkünlüyü, kifayətedənliyi üzrə məhkəmə qənaətini, ümumiyyətlə aparılan icraatın nəticələrini şübhə altına alan ciddi pozuntu kimi çıxış edir. Avropa Məhkəməsinin şərh olunan məsələ ilə bağlı hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq "Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, "Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı göstərmək olar. Birinci işdə Assenov və onu təmsil edən valideynləri iddia edirdilər ki, Assenov polis əməkdaşları tərəfindən qəddarlıqla döyülmüşdür. Bolqarıstan höküməti bu iddiaya etiraz etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə qədər məsələni araşdıran Avropa Komissiyası hadisələrin üstündən dörd ildən artıq vaxt keçdiyinə və Bolqarıstanın dövlət orqanları tərəfindən vaxtında kifayət qədər müstəqil istintaq aparılmadığına görə iddiaçının, və yaxud Bolqarıstan hökümətinin mülahizələrinin daha mötəbər olduğunu müəyyən edə bilməmişdir. Avropa Məhkəməsi də Komissiya kimi ona təqdim olunmuş sübutlar əsasında ərizəçiyə xəsarətlərin polis tərəfindən yetirilibyetirilməməsinin müəyyən edilməsini qeyri-mümkün hesab etmişdir. Buna baxmayaraq, Avropa Məhkəməsi Assenovun iddiasının əsaslı olması, Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gəldi, və belə nəticə üçün əsas yaradan hal olaraq xüsusilə onu qeyd etdi ki, "polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyriqanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin "yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, effektiv rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istintaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə qeyri-effektiv olacaqdır və bəzi hallarda Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. "Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirdi (Konvensiyanın 13-cü maddəsində deyilir: "Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etdi ki, "3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. İşgəncə verdikləri iddia edilən əməliyyat-axtarış tədbirini aparmış əməkdaşlar və bir çox hallarda onlarla etibarlı münasibətlərdə olan hal şahidləri əslində işgəncə barədə iddia ilə əlaqədar maraqlı şəxslər qismində çıxış edirlər. Bu səbəbdən də Avropa Məhkəməsi Üzv Dövlətlərə tövsiyyə etmişdir ki, məhkəmələr işgəncə, pis rəftar barədə iddialar irəli sürüldükdə, yalnız maraqlı şəxslərin ifadələri ilə kifayətlənməyib, daha dərin və ətraflı araşdırma aparmalı, o cümlədən təqsirləndirilən şəxsi tibbi ekspertlərin müayinəsindən keçirməli, onun tutulana qədər (əməliyyat axtarış tədbirinədək) və bundan sonraki sağlamlıq vəziyyəti barədə məlumat verə biləcək şəxslərin dairəsini müyyən edib onların (məsələn qohumların, təqsirləndirilən şəxslə birlikdə müvəqqəti saxlama, istintaq təcridxanalarında olmuş şəxslərin, digər kənar müşahidəçilərin) dindirilməsini təmin etməli, tutulması (həbs edilməsi) ilə əlaqədar tərtib edilmiş şəxsi işi təcridxanadan tələb edib onun materiallarını, o cümlədən MSY-nə, istintaq təcridxanasına daxil olarkən şəxsin sağlamlıq vəziyyətinə dair sənədləri tədqiq etməlidirlər. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün ciddi əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn “Tomasi Fransaya qarşı iş”də (1992-ci il) Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Təqsirləndirilən şəxs tutulana qədər hər hansı xəsarət almasına dair məhkəməyə sübut təqdim olunmadığından, əksinə sonuncunun məhz tutulduqdan sonra üzərində xəsarətlərin yaranması tibbi müayinə zamanı aşkar olunduğundan və bu hal tibbi kitabla öz təsdiqini tapdığından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də tutulduqdan sonra, yəni faktiki olaraq dövlətin nəzarətində olduğu vaxt zorakılığa, işgəncəyə, qəddar və qeyri-insani rəftara məruz qalmışdır. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsdən ibtidai araşdırmanın ilkin mərhələsində alınmış etirafedici ifadələr sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Cinayət işi üzrə ibtidai araşdırma zamanı ibtidai istintaq orqanı tərəfindən yol verilmiş daha çox qanun pozuntularını göstərib sadalamaq mümkündür. Lakin məhkəmə hesab edir ki, yuxarıda göstərilən hüquqi məsələlər və dəlillər Təqsirləndirilən şəxs barəsində aparılmış istintaq və prosessual hərəkətlərin qanunsuz olmasına və onun elan edilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi nəticəsinə gəlməyə əsas verir. Beləliklə də, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində, yəni iş üzrə maddi sübut kimi tanınmış, çəkisi 22,461 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib, üzərində saxlamaqla daşımasına və üzərindən aşkar edilməsinə aidiyyəti və təqsirliliyi sübuta yetirilməmiş, müdafiə tərəfindən təqdim edilmiş və məhkəmə tərəfindən həqiqiliyi şübhə doğurmayan sübutlarla təkzib edilmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən sübutlar qanunun tələblərinin kobud surətdə pozulması ilə əldə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. - 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. - 42.2 və 42.2.4-cü maddələrinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. - 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. - 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona elan edilmiş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə həmçinin cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, ondan məhkəmə xərcləri tutulmamalı, Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanılması və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərci 88 (səksən səkkiz) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri, ünvan 20i rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 22,211 qram çəkidə narkotik vasitə heroinin və 01 ədəd elektron tərəzinin Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və buna görə də, maddi sübut kimi tanınmış 22,211 qram heroin həmin fakta görə aparılan cinayət təqibi ilə əlaqədar ünvan 20i rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlaklar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352- 353, 357-358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanılması və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. İş üzrə ekspertiza xərci 88 (səksən səkkiz) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan, ekspertiza tədqiqatından sonra qalıq qalan 22,211 qram çəkidə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, ünvan 20i rayon Prokurorluğuna göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 22,211 qram olan narkotik vasitə heroin və 01(bir) ədəd elektron tərəzinin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Bakı şəhəri ünvan 20i Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar