Məhkəmə qərarları › İş №1(101)-1420/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1420/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1420/2021 21.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X4, X11, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 7 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1, Zərərçəkmiş şəxs1 Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsi: Nümayəndə1, Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsi: Bakı Şəhər 17 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə2 iştirakları ilə xx xxxxxx 1969-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “X1” MMC-nin direktor müavini vəzifəsində işləyən, Tovuz rayonu, Yanıxlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakına hüquqları külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 01.12.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış Zərərçəkmiş şəxs1 21.01.2019-cu ildən 07.06.2019-cu ilədək direktoru, 07.06.2019-cu ildən 19.12.2019-cu ilədək direktor müavini vəzifəsində işlədiyi müddətdə, həmçinin Cəmiyyətin təsisçisi Yaponiya Krallığı vətəndaşı Takuya Yamaşige tərəfindən verilmiş 07.11.2018-ci il tarixli etibarnamə əsasında cəmiyyətin təmsilçisi kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni Zərərçəkmiş şəxs1 MMC-nin tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olan “X21” MMC-də olan 70 faiz hissələrini ələ keçirmək, habelə qulluq mövqeyindən istifadə edərək saxta sənəd əsasında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakına olan hüquqları ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 MMC tərəfindən 13 iyun 2018-ci il tarixdə “X21” MMC-yə məxsus 70 faiz payların alınmasını, tütünçülüyün inkişafı üçün Zərərçəkmiş şəxs1 MMC tərəfindən investisiya təyinatı ilə 09.07.2018-ci il tarixdə 16.780 manat, 01.08.2018-ci il tarixdə 33.560 manat, 16.11.2018-ci il tarixdə 100.000 manat və 70.000 manat olmaqla, ümumilikdə 220.340 (iki yüz iyirmi min üç yüz qırx) manat məbləğində pul vəsaitinin “X21” MMC-nin "xxxx" ASC-də olan hesablaşma hesabına köçürülməklə həmin vəsaitin İtaliya və Belorusiya Respublikasından tütün istehsalı avadanlıqlarının alınmasına və Oğuz rayonu, Sincan kəndi ərazisində quraşdırılaraq əlavə tikinti işlərinin aparılmasına sərf edilməklə investisiya yatırıldığını bilməklə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə 2019-cu ilin iyun ayında Cəmiyyətin təsisçisi Koyama Taşiyuki və Cəmiyyətin direktoru vəzifəsində işləyən Hotto Hisaşiyə “X22” MMCyə əlavə investisiya yatırılmayacağı təqdirdə 70 faiz hissələrinin dövlət tərəfindən müsadirə edilməklə əllərindən alınacaqlarını yalandan bildirərək törədəcəyi cinayət əməli üçün əlverişli zəmin yaradıb, həmin niyyətlə qeyd edilən payları özünün təmsilçisi olduğu “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmasını həyata keçirmək üçün Cəmiyyətin 01 noyabr 2018-ci il tarixli nizamnaməsinin 4.3-cü bəndinə əsasən, Cəmiyyətin başqa təşkilatlarda iştirakı, habelə hüquqi şəxsləri, filialların və nümayəndəliklərin yaradılması, yenidən təşkili və ləğvi cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğu halda, payların satılmasına razılıq verilməsi ilə bağlı məzmununa görə hüquq verən rəsmi sənəd hesab olunan Zərərçəkmiş şəxs1 20.06.2019-cu il tarixli qərarını Cəmiyyətin ünvan 2 ünvanında yerləşən ofisində kompüterdə hazırlayıb Cəmiyyətin təsisçisi Koyama Taşiyuki və direktoru olan Hotto Hisaşinin adından tamah niyyətilə məzmununa Zərərçəkmiş şəxs1 MMC-nin “X22” MMC-də olan 70% payını və Nizamnamə kapitalında pul şəklində qoyulmuş 700 (yeddi yüz) manat məbləği “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmasının qərara alınması və satışda “Connect Azerbaijan” MMC-ni etibarnamə ilə Təqsirləndirilən şəxs, yəni özünün təmsil edəcəyinə dair bilə-bilə yalan məlumatları daxil edib, həmin qərarı imzası ilə təsdiq etməklə vəzifə saxtakarlığı törədib, həmin sənədi cinayətdən xəbərsiz olan “X21” MMC-nin digər təsisçiləri Şahid1 və Şahid3 göstərməklə həmin şəxslərə Zərərçəkmiş şəxs1 təsisçisi olan yapon vətəndaşlarının guya artıq müflis olduğunu, buna görə də, “X21” Məhdud Məsuliyyətli Cəmiyyətinə hər hansı məbləğdə investisiya qoya bilməyəcəklərini, bu səbəbdən də paylarını digər Yapon investisiyalı hüquqi şəxs olan “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə satmaq istədiklərini yalandan bildirib inandıraraq özü barəsində formalaşdırdığı inam və etibardan istifadə edərək payların satılmasına onların razılıqlarını aldıqdan sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqdlərin bağlanmasına yol verilmədiyi halda Zərərçəkmiş şəxs1 MMC-ni 07.11.2018-ci il tarixli, “X1” MMC-ni isə 12 iyun 2019-cu il tarixli etibarnamələr əsasında hər iki tərəfin nümayəndəsi kimi təmsil edərək 24 iyun 2019-cu il tarixdə ünvan 3 ünvanında yerləşən 54 saylı Notariat ofisində Zərərçəkmiş şəxs1 MMC-nin “X21” MMC-də olan 700 manat 70 faiz təşkil edən 70 faiz payını 700 manat ödəməklə həmin payların “X1” MMC-yə satışına nail olmaqla qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 MMC-nin 220.340 (iki yüz iyirmi min üç yüz qırx) manat investisiya qoyuluşu üzrə əmlaka olan hüquqlarını külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs1 MMC-nin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması, rentabelli və qarşıya qoyulmuş məqsədlərinə uyğun normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, 05.02.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 22, mənzil 13-də fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 05.02.2018-ci il tarixdən 01.09.2019-cu il tarixədək qanuni təmsilçisi və direktoru vəzifəsində işləyərkən, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəməklə talamaq məqsədilə, Cəmiyyətin 05 fevral 2018-ci il tarixdə təsdiq olunmuş nizamnaməsinə əsasən cəmiyyətin fəaliyyətinə cari nəzarətin həyata keçirilmək, cəmiyyətin təmsil etmək, cəmiyyətin istənilən növ bank hesabını açmaq, maliyyə-təsərüffat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək və digər təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək ünvan 4 ünvanında fəaliyyət göstərən "xxxx" ASC-də olan Cəmiyyətin 2-1676017-2 №-li hesablaşma hesabından 03.01.2019-cu il tarixdə 6.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 10.200 manat, 30.01.2019-cu il tarixdə 5.400 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 9.180 manat, 01.03.2019-cu il tarixdə 6.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 10.200 manat, 04.04.2019-cu il tarixdə 8.600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 14.620 manat, 02.05.2019-cu il tarixdə 6.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 11.050 manat, 13.05.2019-cu il tarixdə 4.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6.800 manat, 29.05.2019-cu il tarixdə 7.100 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 12.070 manat, 19.06.2019-cu il tarixdə 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat, 25.06.2019-cu il tarixdə 3.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.100 manat, 28.06.2019cu il tarixdə 6.200 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 10.540 manat, 01.07.2019-cu il tarixdə 1.400 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 2.380 manat, 15.07.2019-cu il tarixdə 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat, 17.07.2019-cu il tarixdə 1.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 manat, 30.07.2019-cu il tarixdə 8.700 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 14.790 manat, 14.08.2019-cu il tarixdə 2.200 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.740 manat olmaqla, qeyd edilən dövr ərzində ümumilikdə cəmi 70.100 (yetmiş min bir yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 119.170 (bir yüz on doqquz min bir yüz yetmiş) manat pul vəsaiti nağd olaraq məxaric edib, həmin vəsaitin 93.901,92 manatını (doxsan üç min doqquz yüz bir manat doxsan iki qəpiyini) Cəmiyyətin nəzərdə tutulmuş xərclərinə istifadə edərək hesabatını təqdim etməsinə baxmayaraq, cəmiyyətin qeyd olunan bank hesabından məxaric etdiyi 25.268,08 manat məbləğində Zərərçəkmiş şəxs2nə məxsus olmaqla ona etibar edilmiş əmlakı, öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs2 rentabelli və qarşıya qoyulmuş məqsədlərinə uyğun normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 1990-cı ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsini bitirdikdən sonra həmin ildə Yaponiya dövlətinin Ota şəhərinə köçərək 2002-ci ilin noyabr ayınadək həmin şəhərdə yaşamışdır. 1996-cı ildə isə Yaponiya dövlətində “Tokai Daigaku” institutunu marketoloq ixtisası üzrə bitirmişdir. 2012-ci ildə Bakı şəhərinə qayıdaraq tərcüməçilik və yaradıcılıqla məşğul olmuşdur. Bundan başqa, o, Yapon dilini yaxşı bildiyi üçün uzun illər Azərbaycan Respublikasına gələn Yapon vətəndaşlarına tərcümə xidmətlərini göstərməklə yanaşı onun təşəbüsü ilə Yapon dövləti tərəfindən Azərbaycan Respublikasına külli miqdarda investisiya qoyulmuşdur. Bakı şəhərində keçirilən sərgi ilə əlaqədar həmin ərəfələrdə Yapon vətəndaşı Şahid5 adlı şəxslə sonuncuya tərcüməçilik xidmətləri göstərərkən tanış olmuşdur. Şahid5 Azərbaycan Respublikasına investisiya qoymaq qərarına gəldiyindən bu məqsədlə Zərərçəkmiş şəxs1 MMC şirkəti təsis edilmişdir. Şirkətin ilk təsisçisi Yapon vətəndaşı Tanyu Munecika olmuşdur. Daha sonra paylar 2018-ci il yay aylarında Takuya Yamaşigeyə, 2019-cu ilin mart-aprel aylarında isə Şahid5 satılmışdır. 2019-ci ilin mart-aprel aylarından etibarən şirkətin direktoru Yapon vətəndaşı olan Şahid6 olmuşdur. Özü 2017-ci ilin təxminən son aylarından 2019-cu ilin yay aylarınadək həmin şirkətin direktor müavini vəzifəsində işləmiş, 2019-cu ilin təxminən mart ayında 1 nömrəli notariusda Şahid5 tərəfindən ona ümumi etibarnamə verilmişdir. 2018-ci ilin təxminən noyabr ayında Azərbaycan Respublikası Kənd Təsərrufatı Nazirliyində aparat müdiri vəzifəsində işləmiş Şahid4 Yapon vətəndaşları T.Mineçika, T.Yamashige və Şahid5 ilə görüş zamanı Oğuz rayonu ərazisində tütünçülüyn inkişafı ilə bağlı layihələrdə iştirak etmək təklifini vermişdir. Bu təklif Şahid5 maraqlandırdığından sonuncu bu sahədə işləmək istədiyini bildirmiş, buna görə də Şahid4 təklifi ilə "xxxx" MMC bu sahədə çalışmaq məqsədi ilə yaradılmış “X21” MMC şirkətinin 70 faiz payını almışdır. Şirkətin qalan 20 faiz payı Şahid1, 10 faiz payı isə Şahid3 olmuşdur. 2019-cu ilin mart ayında o, Şahid5 ilə görüşərkən sonuncu ona sahibi olduğu Yaponiyada fəaliyyət göstərən “Connect Corporation” şirkəti müflis olduğundan “X21” MMC şirkətinə artıq investisiya yatıra bilməyəcəyini bildirmiş, buna görə də Azərbaycandakı sahibkarlıq fəaliyyətinə son qoymaq istədiyini demişdir. Həmin ilin iyun ayında Koyamanın dedikləri ilə bağlı Şahid1 ilə danışaraq birlikdə şirkətin 70 faiz payını digər Yapon şirkətinə nominal qiymətə satmağı qərarı almışlar. Həmin ərəfələrdə o, yeni investor cəlb etmək niyyətlərini T.Muneçika danışdıqda sonuncu ona Yaponiyada fəaliyyət göstərən “X1” şirkəti “X21” MMC-nin tütünçülüklə bağlı fəaliyyətinə investisiya etməkdə maraqlı ola biləcəyini bildirmişdir. Ümumi razılıq olduqdan sonra 2019-cu uluin iyun ayının təxminən 16-ı tarixində təsis olunmuş “X1” MMC X21” MMC-nin 70 faiz payını "xxxx" MMC-dən almışdır. O, həmin vaxt özü “X1” MMC-nin etibarnamə əsasında direktor müavini vəzifəsində işləmişdir. Alqı-satqı prosessində Şahid1 və Şahid3 də iştirak etmişlər. Şahid1 təklifi ilə o, 54 saylı notariusa gedərək, etibarnaməsi olduğundan Şahid5 adından, həmçinin “X1” MM-nin təsisçilərinin və direktorunun adından alqı-satqı müqaviləsi bağlamışdır. Alqı-satqı olarkən Zərərçəkmiş şəxs1 MMC-nin təsisçisi Şahid5 və direktoru Şahid6 Azərbaycan Respublikası ərazisində olmamışlar. Qeyd olunan tarixdə müqavilə bağlandıqdan sonra “X21” MMC-nin “X1” MMC idarə etməyə başlamışdır. Alqı-satqıdan sonra 6 ay müddətində cəmiyyətin ditektoru Şahid1 olmuş, 6 aydan sonra Tamara direktor vəzifəsindən azad edilmiş və 2020-ci ilin yanvar ayının 31 tarixindən cəmiyyətin direktoru Taro Savada olmuşdur. Zərərçəkmiş şəxs1 MMC-nin möhürü 2019-cu ilin iyun ayında onda olmuşdur. 20.06.2019-cu il tarixli qərarı o, Cəmiyyətin ofisində hazırlamışdır. Belə ki, Yapon vətəndaşlarının ona verdiyi etibaramə əsasında və sonuncuların ona dediyi şifahi razılaşmaya əsasən qeyd olunan qərarı hazırlayaraq təsisçi K.Toshuyukinin onda olan etibarnaməsinə əsasən sonuncunun əvəzindən özü imza etmiş, lakin həmin vaxt Hotto Hisaşinin qrafası qarşısında kimin imza etdiyini xatırlamır. Hotto Hişaşi həmin vaxt Respublika hüdudlarından kənarda olduğu, eləcə də sonuncunun adından verilən etibarnaməni göstərilmədiyi halda nə səbəbə qeyd olunan qərarı möhürlə təsdiq etdiyini hazırda dəqiq xatırlamır. Zərərçəkmiş şəxs1 ASC tərəfindən “X21” MMC-nin paylarını alındıqdan sonra həmin Cəmiyyətə təxminən 220.000 manat invesisiya bank hesabı vasitəsi ilə yatırılmışdır. Həmin vəsait təxminən 180.000 manatı avadanlıqların alınması məqsədilə bank hesabları vasitəsi ilə İtaliya Respublikasına köçürülmüşdür. Qalan 40.000 manat isə Cəmiyyətin Oğuz rayonu Sincan kəndindəki tütün qurutma məntəqəsinin tikintisinə sərf edilmişdir. Tikinti işləri ilə Tamara Yusufova məşğul olduğundan bankdan çıxarılan pullar da sonuncu tərəfindən xərclənmişdir. Onun qeyd olunan vəsaitin xərclənməsindən məlumatı olmamışdır. Cəmiyyətin payları “Tet” şirkətinə satılandan sonra “X21” MMC-nin bütün sənədləri, o cümlədən yatırılan vəsaitin xərclənməsini təsdiq edən sənədlər Şahid1 saxlanılmış və “Tet” şirkətinə təhvil verilməmişdir. Onun qeyd olunan sənədlərdən, hazırda harada və kimdə olmasından heç bir məlumatı yoxdur. Onun bildiyinə görə vəsait köçürülmə yolu ilə xaricə avadanlıq alınmasına göndərilmiş və tikinti quraşdırma işlərinə sərf edilmişdir. 2017-ci ilin son aylarında Yapon vətəndaşı Koyama tərəfindən Bakı şəhərinə dəvət edilərək gələn Takuro Uhara ilə tanış olmuşdur. X14 dövlətində kripto valyutanın alıqsatıqısı ilə məşğul olmuşdur. Bakı şəhəri ilə tanış olduqdan sonra Takuro Uhara Azərbaycan Respublikasına investisiya qoymaq qərarına gəlmişdir. Yapon vətəndaşı Takuro Uhara tərəfindən 05 fevral 2018-ci il xarici vətəndaşlara Azərbaycan Respublikasında internet üzərindən maliyyə xidmət göstərən Zərərçəkmiş şəxs2 MMC təsis edilmiş, o da həmin cəmiyyətin qanuni təmsilçisi, yəni direktoru təyin edilmişdir. Cəmiyyətin hüquqi ünvanı ünvan 5ığı gündən 2019-cu ilin yanvar ayınadək heç bir fəaliyyəti olmamışdır. 2019-cu ilin yanvar ayından etibarən cəmiyyətə ilk dəfə vəsait yatırılmış və həmin vəsait aidiyyatı üzrə Yaponiya dövlətinə köçürülmüşdür. Qeyd olunan vəzifədə 01.09.2019-cu ilədək işləmiş və həmin tarixdə tutduğu vəzifədən azad edilmiş, işdən edilməsinə səbəb isə ona “X1” MMC-də yeni işin təklif edilməsi olmuşdur. Cəmiyyətin direktoru kimi onun əmək haqqı məbləği 2.000 ABŞ dolları olmuşdur. “C X30” MMC-də işlədiyi müddətdə bəzi xərclərə nəzarət etmədiyi üçün və cəmiyyətlə bağlı xərclədiyi müəyyən məbləğlərlə bağlı sənədləri cəmiyyətə təqdim edə bilmədiyi üçün 25.268,08 manat məbləğində çatışmazlıq yaranmışdır. 2019-cu ilin sentyabr ayında Cəmiyyətin direktoru Takuya Yamaşige təyin edildikdən sonra audit keçirərək cəmiyyətdə təxminən 25.268,08 manat çatışmazlıq olduğunu bildirirək ondan qeyd olunan xərclərlə bağlı sənədləri təqdim etməsini tələb etmiş, o isə həmin vaxt qeyd olunan hesabatları sənədlə təqdim edə bilmədiyi üçün Takuya Yamaişige və Takuro Uharaya müxtəlif bəhanlər gətirməyə başlamışdır. Qeyd olunan vəsaitin bir hissəsini o, hazırda xatırlamadığı şəxsi ehtiyacarına xərcləmiş, müəyyən hissəsini isə bununla bağlı hər hansı sənəd təqdim edə bilmədiyi cəmiyyətlə bağlı xatırlamadığı xərclərə sərf etmişdir. 25.268,08 manat məbləğindən 10.318 ABŞ dolları, yəni 17.540,6 manat məbləğini şəxsi ehtiyaclarına xərcləmiş, qalan vəsaiti isə cəmiyyətin xərclərinə sərf etsə də bununla bağlı hazırda hər hansı sənəd təqdim edə bilmir. “C X30” MMC tərəfindən cinayət işinin istintaq materiallarına əlavə edilmiş 1 ədəd fleşkartda olan 6 ədəd yapon dilində onunla Yaponiya vətəndaşı Takua Uhara ilə aparılan telefon danışıqlarının səs yazılarında Takua Uahara ondan çatışmayan vəsait barədə mütəmadi olaraq soruşmuş, o isə vəsaitin xərcləndiyini və guya 5.000 ABŞ dollarını isə Vergilər Nazirliyinin əməkdaşına rüşvət qismində verildiyini bildirsə də faktiki olaraq heç kimə rüşvət verməmiş, çatışmayan vəsaiti şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi cinayət işi üzrə olan aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, MMC-yə vurulmuş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışlar, heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, MMC-yə vurulmuş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışlar, heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 1980-ci ildə Yusifov Fəxrəddin ilə ailə həyatı qurmuş, birgə nikahdan Yusifov Yusif və Yusifov Fuad adlı 2 övladları olmuşdur. 1996-ci il də “X15” MMC-ni təsis etmişdir. İlk vaxtlarda “X15” MMC-nin səhmlərinin 50 faizli payı onun, digər 50 faizlik payı Əliyev Məzahir adına olmuşdur. Lakin sonradan Məzahir Əliyev vəfat etdiyindən hal hazırda “X15” MMC-nin səhmlərinin 100 faizlik payı onun adına olmuşdur. Aprel ayının sonlarında təsisçilərin yığıncağı zamanı “X21” MMC təsis olunması qərar verilmişdir. 05 may 2017-ci ildə o, 60 faiz, Şahid3 35 faiz və Tofiq Əlizadə isə 5 faiz payla birgə “X21” MMC-ni 1.000 manat nizamnamə kapitalı ilə təsis etmişlər. Şirkətin yaradılmasında məqsəd tütünçülük sahəsini inkişaf etdirmək, bu məqsədlə Oğuz rayonu, Sincan kəndi ərazisində müasir tütün qurutma məntəqəsinin yaradılması olmuşdur. Oğuz rayonunun seçilməsinə onun həmin rayonun qazlaşdırılması zamanı sahibkar kimi iştirak etməyi və rayonu yaxşı tanımağı səbəb olmuşdur. 2017-ci ildə “X25” MMC-nin qurulması prosessində o və digər təsisçilər ümumilikdə təxminən 500.000 manata yaxın investisiya qoymuşlar. Belə ki, şirkətin avadanlıqlarının alınması, komunikasiya xətlərinin çəkilməsi və digər infrastrukturun yaradılmasından başqa onun təşəbbüsüylə şirkətin adına İqtisadiyyat Nazirliyindən təşviq sənədi verilmişdir. 2018-ci ilin may-iyun aylarında sabiq kənd təsərrüfatı Nazirliyində işləyən onun uzaq qohumu Şahid4 ona Yaponiya vətəndaşı Şahid5 Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyət ilə məşğul olmaqla ölkəyə investisiya yatırmaq niyyətində olduğunu bildirmişdir. Belə ki, X6 “Connect” şirkətinin təsisçisi olmaqla, həmçinin Azərbacan Respublikasında da "xxxx" MMC şirkətinə rəhbərlik etmişdir. Həmin ərəfələrdə o, bir neçə dəfə Şahid5 ilə görüşmüş, nəticədə birgə sahibkarlıq fəaliyyət ilə məşğul olmaq qərarına gəlmişdir. Bu məqsədlə Şahid5 "xxxx" MMC şirkətinin “X21” MMC-nin 70 faiz səhmini almaq təklifini vermişdir. Bundan başqa razılaşmaya görə paylar nominal qiymətdə satılsa da, "xxxx" MMC şirkəti tərəfindən “X21” MMC-yə təxminən 500.000 ABŞ dolları məbləğində investisiya yatırmalı olmuşdur. Bu razılaşma barədə digər təsisçilərə məlumat verdikdə onlar da bu məqsədlə öz paylarını nominal qiymətə satmaq barədə razılıqlarını vermişlər. 13 iyun 2018-ci il tarixdə razılaşmaya uyğun olaraq "xxxx" MMC şirkətinə “X21” MMC 70 faiz səhimlərini nominal qiymətə yəni, 700 manata satmış, 40 faiz payı özünün, 25 payı Şahid3, 5 payı isə Tofiq Əlizadənin olmuşdur. Səhimlərin alqı-satqısı baş verdikdən sonra 2018-ci ilin iyun ayından dekabr ayına qədər "xxxx" MMC şirkəti “X21” MMC şirkətinə təxminən 130.000 ABŞ dolları məbləğində investisiya yatırmış, bu məğbləğdə pul köçürmələrinin hamısı "xxxx" ASC vasitəsi ilə olmuşdur. Həmin vəsaitin 170.096,5 manatı konvertasiya edilərək tütün istehsalı avadanlıqlarının alınması məqsədi ilə İtaliya Respublikasına köçürülmüş, 2120,58 manat bank xidmətinə silinmiş, 4.431,51 manat Fövqaladə Hallar Nazirliyinə köçürülmüş, 443,15 manat Dövlət Ekspertiza Baş İdarəsinə köçürülmüşdür. Köçürülən vəsaitdən cəmi 43.000 manatı bankdan onun tərəfindən məxaric edilmiş, 430,0 manat vəsaitin nağd çıxarılması üçün vergi tutulmuşdur. Nağd çıxarılan vəsait isə onun tərəfindən Oğuz rayonu, Sincan kəndində tütün qurutma məntəqəsinin tikintisinə sərf edilmişdir. Belə ki, o, 43.000 manatdan əlavə tikinti işlərinə 500.000 manatdan artıq vəsait sərf etmişdir. Həmin pula məntəqədə anbar, 0,85 ha torpaq sahəsinin çox hissəsinə asfalt və beton döşəmə, 0,85 ha torpaq sahəsinin ətrafına üzərində dəmir olmaqla daş hasar, içməli su çəni, yanğın su çəni, asfalt döşəmə və 400 kv transformator quraşdırılmışdır. 2018-ci ilin may-iyun aylarında Yapon vətəndaşları ilə görüşləri zamanı o, həmin şəxslərin arasında olan və tərcüməçilik fəaliyyət ilə məşğul X7 ilə tanış olmuşdur. Namiq tərcüməçilik fəaliyyət ilə məşğul olmaqla yanaşı "xxxx" MMC-nin nümayəndəsi qanuni təmsilçisi, direktoru olmuşdur. Həmin ilin iyun ayında bağlanmış alqısatqı müqaviləsini "xxxx" MMC tərəfindən Namiq imzalamışdır. Müqavilə bağlandıqdan sonra Şahid5 təklifi ilə Takuya Yamaşige “X21” MMC-nin dirketoru vəzifəsinə təyin olunmuşdur. 2018-ci ilin iyun ayından 2019-cu ilin iyun ayına kimi İtaliya Respublikasından tütün qurutma avadanlıqlar və kameraları alınmışdır. Həmin vəsait həm onun, həmdə investisiya yatıran şirkətə məxsus olmuşdur. 2019-cu ilin iyun ayında Təqsirləndirilən şəxs onunla görüşərək həmin vaxt Yaponiyada olan Şahid5 "xxxx" MMC-yə satılmış payları digər Yapon mənşəli “X1” MMC-yə satmaq istədiyini və bundan sonra adı çəkilən şirkət “X26” MMC-yə investisiya yatırımını davam etdirəcəyini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona Şahid5 və H.Hotto-nun imzalarının əks olunduğu payların satılması barədə qərarı təqdim etmiş, həmin qərarı gördükdən sonra Təqsirləndirilən şəxs inanmış və paylarını digər şirkətə satılmasına razılıq vermişdir. Daha sonra "xxxx" MMC şirkəti “X21” MMC-də olan 70 faiz payları “X1” MMC-yə satılması Təqsirləndirilən şəxs təklifi ilə Bakı şəhəri 54 saylı notariat ofisində rəsmiləşdirilmişdir. Həmin vaxt o, və digər təsisçi Şahid3 Təqsirləndirilən şəxs sözünə və onun təqdim etdiyi digər təsisçi Şahid5 və H.Hisasinin adında olan 20 iyun 2019-cu il tarixli qərara inanaraq Zərərçəkmiş şəxs1 MMC-nin 70 faiz payını “X2” MMC-yə satılmasına razılıq verilməsina dair ərizə vermişlər. 2019-cu ilin dekabr ayında o, "xxxx" MMC şirkətinin ofisində olarkən təsadüfən Hotto Hisashi-ni görmüş və payları nəyə görə “X1” MMC-yə satılması barədə maraqlananan zaman sonuncu ona payların satılmadığını, həmin payların Azərbaycan Respbulikası tərəfindən müsadirə olunmasını bildirmişdir. O, isə Təqsirləndirilən şəxs təklifini və baş verənləri Hisashiyə danışmışdır. Bundan sonra Təqsirləndirilən şəxs payların satılması barədə ona göstərdiyi 20.06.2019-cu il tarixli qərarı saxtalaşdırmaqla, onları aldatdığı və payları dələduzluq yolu ilə ələ keçirməsi məlum olmuşdur. Belə ki, payların satılmasına razılıq qərarında olan Şahid5 və Şahid6-nin imzaları saxtalaşdırılmış, sonuncular heç biri qeyd olunan sənədi imzalamamışlar. Onun tərəfindən Zərərçəkmiş şəxs1 MMC tərəfindən “X21” MMC-yə köçürülən vəsaitin 170.096,5 manat vəsaitinə 10 ədəd tütün qurutma avadanlığı və hissələri alınmış, həmin avadanlıqlar hazırda Oğuz rayonu, Sincan kəndində məntəqədə quraşdırılmış və hazırda “X1” MMC-nin istifadəsindədir. Həmin vəsaitə dair alınan avadanlıqların sənədləri, gömrük və digər sənədlər sonuncu dəfə Sincan kəndində ofisdə saxlanılmışdır. Hazırda həmin mənətəqə “X1” MMC-nin nümayənədləri tərəfindən idarə olunduğu üçün sonuncularda saxlanılmalıdır, özündə bununla bağlı hər hansı sənəd yoxdur. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 4-cü cildinin 10-14-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, hazırda Yaponiyanın Tokio şəhərində yaşayır. 2017-ci ilin oktyabr ayında onun daşıma xidmətləri ilə məşğul olan Yaponiyada qeydiyyatda olan “Connect Logistic” adlı şirkətlərindən biri həmin ərəfələrdə Bakı şəhərində təşkil olunan sərgiyə tələb olunan malların çatdırılmasını təşkil etmiş, bundan başqa həmin vaxt Bakı şəhərində təşkil olunan sərgini maliyyələşdirən şəxsləndən biri də özü olmuşdur. Göstərilənlərlə əlaqədar 2017-ci ilin oktyabr ayında ilk dəfə Bakı şəhərinə gəlmiş və mövcud iqtisadi şərait yaxşı olduğundan Azərbaycan Respublikasına investisiya yatırmaq, həmçinin “Silk Way” şirkəti ilə iş birliyi yaratmaq fikri yaranmış, daha sonrakı vaxtlarda da adı çəkilən şirkətlə iş birliyi yaranmış və birgə layihələrə investisiya yatırmışdır. Həmin ərəfələrdə də Yapon dilində tərcüməçilik fəaliyyət ilə məşğul olan Təqsirləndirilən şəxsla tanış olmuş, sonuncu təkcə tərcüməçiliklə deyil, həmçinin bəzi sənədlərin hazırlanmasında iştirak etmişdir. Bundan başqa həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 MMC-ni təsis edərkən onun Yaponiyada olan “Connect” şirkətinin rəhbəri Tanio Munichika da iştirak etmişdir. Lakin şirkət yaradıldıqdan sonra onun direktoru Takuya Yamaşige təyin olunmuşdur. 2018-ci ilin təxminən noyabr ayında Tanio Munecika və Təqsirləndirilən şəxs onunla söhbət edərkən tütünçülük işi ilə məşğul olan “X21” MMC-nin 70 faiz payını almağı təklif edərək, bu sahə gəlirli olduğundan həmin sahəyə investisiya yatırmağın məqsədə müvafiq olduğunu bildirmişlər. O da həmin təkliflə razılaşaraq adı çəkilən şirkətin paylarını almaq qərarını vermiş, alqı-satqı baş verdikdən sonra “X21” MMC-yə ümumilikdə 130.000 ABŞ dolları məbləğində investisiya yatırmışdır. Sonrakı aylarda Təqsirləndirilən şəxs yatırılan pulların taleyi barədə maraqlanmış, hesabat istədikdə o, “X21” MMC-yə əlavə investisiya yatırmaq öhdəliyinin olmasını, əks təqdirdə Azərbaycan Respublikasının şirkətdə olan paylarını müsadirə edəcəyini söyləmişdir. Həmin vaxtda qədər artıq adı çəkilən şirkətə yatırdığı investisiyanın taleyi barədə Namiqdən maraqlandıqda sonuncu cavab verməkdən yayınaraq təkidlə yenidən investisiya etməyini tələb etmişdir. Lakin qeyd olunan ərəfədə onun əlavə investisiya qoymaq üçün əlavə pulu olmadığından Namiq dediklərinə inanaraq paylarının Azərbaycan dövlətinin qanunlarına uyğun olaraq dövlətə keçirilməsinə razılaşmışdır. Bundan başqa Təqsirləndirilən şəxs işdən çıxıb ofisi tərk etmişdir. Lakin 2019-cu ilin dekabr ayında “X21” MMC-nin digər təsisçisi Şahid1 ilə təsadüfi telefon danışığı zamanı sonuncu şirkətin paylarının onun və Zərərçəkmiş şəxs1 MMC-nin direktoru Hottanın imzalarının əks olunduğu 20.06.2019-cu ilin qərar əsasında “X1” MMC şirkətinə satılması barədə məlumat vermişdir. Daha sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayıb, 20.06.2019cu il tarixli qərarın kim tərəfindən hazırlanması və imzalanması barədə öyrənməyə cəhd etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək baş verənləri izah edə bilməmişdir. 20.06.2019-cu il tarixli qərarda “Şahid5” sözləri qarşısında imza onun tərəfindən icra olunmamışdır, həmin vaxt özü Yaponiyada olmuşdur. Şahid qismində dindirilmiş Hotto Hisashi ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 4-cü cildinin 11-13-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, ilk dəfə 2018-ci ilin oktyabr ayında Bakı şəhərinə gələrək təşkil olunmuş sərgidə iştirak etmişdir. Həmin sərgidə ilk dəfə Şahid5 iştirak etmişdir. 2018-ci ilin oktyabr ayında Bakı şəhərində olarkən artıq yaradılmış Zərərçəkmiş şəxs1 MMC-nin direktoru Yamaşige olmuşdur. Lakin 2019-cu ilin iyul ayında Şahid5 ona Zərərçəkmiş şəxs1 MMCnin direktoru olmaq təklifini vermişdir. Koyama ilə razılaşaraq Bakı şəhərinə gəlmiş, həmin vaxta artıq Yamaşige artıq şirkətdən getmişdir. Buna görə o, şirkət haqqında ondan ətraflı məlumat ala bilməmiş və məlumatların əksəriyyətini direktor müavini Təqsirləndirilən şəxs almışdır. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs tez–tez “X21” MMC haqqında danışmaqla şirkətə bəzi avadanlıqların, tütün qurutma aparatının alınması zərurətini bildirməklə, bu məqsədlə əlavə investisiyanın yatırılmasını, əks təqdirdə payların Azərbaycan dövləti tərəfindən müsadirə olunacağını bildirmişdir. Bu sözləri şəxsən Namiq şəxsən onun özünə demiş və Tanio Munechika ilə hər hansı əlaqəsi olduğunu və cəmiyyətin paylarının onun tərəfindən almaq istədiyi barədə heç bir məlumat verməmişdir. Lakin sonradan ona məlum olmudşur ki, Təqsirləndirilən şəxs ona yalandan payların Azərbaycan Respublikası tərəfindən müsadirə edilməsini bildirməklə, saxta qərar hazırlayaraq imzalar çəkmiş və qanunsuz alqı-satqı müaviləsi bağlamışdır. 09.07.2018-ci il tarixdə 16780 manat, 01.08.2018-ci il tarixdə 33560 manat, 16.11.2018-ci il tarixdə 170.000 manat, ümumilikdə 220.340 manat məbləğində pul vəsaitləri bank köçürmələri vasitəsi ilə “X27” MMC investisiya edilmişdir. Göstərilən məbləğ “X27” MMC-yə Zərərçəkmiş şəxs1 MMC-dən bank köçürmələri vasitəsi ilə həyata keçirilmişdir. 20.06.2019-cu il tarixli qərarda “Şahid6” sözləri qarşısında imza onun tərəfindən icra olunmamışdır. Məhkəmədə dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 2015-ci ildən hal-hazıradək ünvan 3 ünvanında yerləşən 54 saylı notariat ofisinin xüsusi notariusu vəzifəsində işləyir. 24 iyun 2019-cu il tarixdə 54 saylı notariat ofisində tərəfindən Zərərçəkmiş şəxs1 MMC-nin “X21” MMC-yə məxsus nizamnamə kapitalında 70 faiz pul şəklində olan payını 700 manata “X1” MMC-yə satılması ilə bağlı alıq-satqı müqaviləsi bağlanmış və 3 M/363 nömrəsi ilə qeydiyyatda alınmışdır. Satıcı "xxxx" MMC və alıcı/cavabdeh "X1" MMC arasında 24 iyun 2019-cu il tarixdə Bakı şəhəri 54 saylı notariat ofisində bağlanmış "xxxx" MMC-nin pay alqı- satqı müqaviləsinə əsasən, "xxxx" MMC, "X23" MMC-nin nizamnamə kapitalında ona məxsus otan 70 payın hamısını alıçı "TET İnternational Developmenf MMC-yə 700 manat müqabilində satmışdır. Müqavilənin bağlanmasında həm satıcı, həm də alıcı hüquqi şəxsi etibarnamə əsasında nümayəndə Təqsirləndirilən şəxs təmsil etmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-ni Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiqlənmiş AR-İ seriyalı, 691102 saylı, 07 noyabr 2018-ci il tarixli etibamamə əsasında təmsil etmiş, etibamaməni "xxxx" MMC-nin adından qanuni təmsilçi Yamashige Takuya imzalamışdır. Təqsirləndirilən şəxs "X1" MMC-ni Bakı şəhəri 1 saylı notariat ofisində təsdiqlənmiş AR-İ seriyalı, 798064 saylı, 12 iyun 2019-cu il tarixli etibamamə əsasında təmsil etmiş, etibarnaməni "X1" MMC-nin adından qanuni təmsilçisi Sawada Taro imzalamışdır. "xxxx" MMC, özünə məxsus payı "X1" MMC-yə satarkən iddiaçı Şahid1 21 iyun 2019-cu il tarixdə 54 saylı notariat ofisində ərizə yazaraq buna etiraz etmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 3-cü cildinin 155-158-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin fevral ayında Zərərçəkmiş şəxs2 MMC-ni təsis etdiyi zaman Azərbaycana gəlmişdir. Təqsirləndirilən şəxs da həmin vaxt işlədiyi Connect Azerbaijan şirkətinin rəhbərliyi vasitəsilə tanımışdır. Onun təsisçisi olduğu Zərərçəkmiş şəxs2 MMCnin Azərbaycandakı fəaliyyəti xarici maliyyə xidmətlərinin göstərilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs da təsisçi olduğu cəmiyyətin Azərbaycanda maliyyə xidmətlərinin göstərilməsi, işin təşkili və aparılması ilə bağlı öhdəlikləri icra etmək bacarığının olduğunu, bununla bağlı təcrübələrinin olduğunu ona bildirmiş, öz növbəsində Namiqə inandığı üçün notariusa gedərək etibarnamə vermiş və direktor vəzifəsinə təyin etmişdir. Təqsirləndirilən şəxs bir müddət işlədikdən sonra ona cəmiyyətin fəaliyyəti və xərcləri ilə bağlı düzgün məlumat vermədiyini görüb şübhələnərək mühasiblər vasitəsilə Namiqin bank çıxarışlarını və digər əməliyyatlarını yoxlatdırmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs şirkətdən mənimsədiyi, ələ keçirdiyi bütün məbləğlər müəyyən edilmiş və o, bununla bağlı sonuncuyla telefon əlaqəsi yaradaraq, həmin telefon danışığını da səs yazıcı tətbiq vasitəsilə qeydə almışdır. Zərərçəkmiş şəxs2 MMC-nin rəsmi mühasibi olmadığı üçün bütün maliyyə əməliyyatlarını Təqsirləndirilən şəxs özü həyata keçirmişdir. Belə ki, ilk vaxtlar cəmiyyətin o qədər də işləri olmadığı üçün mühasibə ehtiyac olmadığından Təqsirləndirilən şəxs mühasibin vəzifələrini icra etmiş və gördüyü işlər barədə özünün kiçik dəftərçəsinə qeydlər aparmışdır. Hazırda onun həmin dəftərin harada olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs işlədiyi 01.01.2019-cu il tarixdən 01.09.20190-cu il tarixədək cəmiyyətin hesabına 149.595 manat pul vəsaiti mədaxil olmuş, həmin məbləğdən 124.227 manat pul vəsaiti sənədlərlə müxtəlif yerlərə xərclənməsi öz təsdiqini tapsada, qalan 25.268 manatı Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. Bununla bağlı cəmiyyətə audit dəvət edərək yoxlama aparmış və auditin rəyi ilə qeyd olunan vəsaitin mənimsənilməsi öz təsdiqini tapmışdır. Audit rəyində göstərilənlər barədə Təqsirləndirilən şəxs ilə danışaraq yaranmış əskik məbləği hara xərcləməsini soruşmuş, Namiqin deməsinə görə gələn qonaqların yol xərcləri, şəxsi maşınına lazım olan ehtiyyat hissələrini alınması və Vergilər Nazirliyində işləyən adını ona demədiyi şəxsə rüşvət ödəməsi ilə bağlı xərclərə sərf edilmişdir. Onunla Namiq arasında 09 sentyabr 2019-cu il tarixdə başqa səs yazılarında Təqsirləndirilən şəxs ona hazırda xatırlamadığı məbləğdə olan pul vəsaitini rüşvət olaraq Vergilər Nazirliyinin əməkdaşına verdiyini deyən zaman o, sonuncuya şirkətin şəffaf işlədiyini, heç kimə rüşvət vermək lazım olmadığını bildirmiş, eləcə də onu həmin şəxslə görüşdürməsini özü həmin məbləği geri alacağını demişdir. Lakin Namiq həmin şəxsin dövlət adamı olduğunu bildirərək onu həmin şəxslə görüşdürməkdən imtina etmişdir. Məhkəmədə dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2014-2020-ci illər ərzində Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və idarəetmə fakültəsinin, Yaponiya şünaslıq ixtisası üzrə oxuyub bitirmişdir. 2016-2017-ci illər ərzində akademik məzuniyyət vaxtından istifadə edərək Yaponiya Krallığı, Tsukuba şəhərində təhsilini inkişaf etdirmişdir. 01 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 MMC-də müştəri xidmətləri üzrə kiçik menecer vəzifəsinə işə qəbul olunmuşdur. Müştəri xidmətləri üzrə kiçik menecer kimi onun əsas vəzifələri müştərilərin suallarını cavablandırmaq, alqı-satqı əməliyyatları ilə bağlı texniki problemləri servisə yönləndirmək, yapon dili üzrə zəruri tərcümələri etmək olmuşdur. Zərərçəkmiş şəxs2 MMC şirkəti 05.02.2018-ci il tarixdə Yapon vətəndaşı Şahid2 tərəfindən təsis edilmiş, fəaliyyəti isə bir qayda olaraq xarici hüquqi və fiziki şəxslərə maliyyə xidmətləri və texniki problemlərlə bağlı müştəri xidmətləri göstərməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 MMC-nin direktoru kimi tanımış sonuncu ilə aralarında heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs 05.02.2018-ci il tarixdə təsisçinin qərarı ilə direktor vəzifəsinə təyin olunmuş və sonuncuya şirkətin tam olaraq idarə olunması tapşırılmaqla, maliyyə hesabları etibar edilmişdir. Təqsirləndirilən şəxs 01.09.2019-cu ilədək şirkətin direktoru vəzifəsində işləmiş, həmin tarixdə təsisçi Şahid2 qərarı ilə direktor vəzifəsindən kənarlaşdırılmışdır. Şahid2 Təqsirləndirilən şəxs maliyyə məsələləri ilə bağlı şəfaflığını təmin etməməsi, ayrıayrı vaxtlarda ona yalan məlumatları verməsi, yersiz maliyyə xərcləmələrinin həyata keçirməsi və bu barədə hesabatları təqdim etməməsi səbəbindən həmin qərarı qəbul etmişdir. Təqsirləndirilən şəxs direktor vəzifəsindən kənarlaşdırıldıqdan sonra yerinə direktor vəzifəsinə təsisçi qərarı ilə Takuya Yamaşige təyin olunmuşdur. Sonuncu direktor təyin olunduqdan sonra şirkət daxilində maliyyə yoxlaması keçirmiş və Təqsirləndirilən şəxs hesabında 01.01.2019-cu il tarixdən 01.09.2019-cu il tarix aralığında 25.268,082 manat çatışmazlıq aşkar olunmuşdur. Bununla əlaqədar dəfələrlə Namiq aşkar olunmuş çatışmazlıqla bağlı aydınlıq gətirməsi məqsədi ilə şirkətə dəvət olunsa da, şirkətə gəlməmiş və çatışmazlığa aydınlıq gətirməmişdir. Təqsirləndirilən şəxs hesabında olan çatışmazlığın müəyyən edilməsi məqsədi ilə şirkətlə müstəqil audit X8 arasında 03.02.2020-ci il tarixdə müqavilə bağlanmış və 03.02.2020-ci il tarixdən 28.02.2020-ci il tarix aralığında şirkətdə audit yoxlaması keçirilmişdir. Bu müddət ərzində şirkətin meneceri Xəyal Abdullayev ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**- ** mobil nömrəsinə zəng etmiş və şirkətdə audit yoxlaması keçirilməsi barədə məlumat verərək yoxlama zamanı iştirak etmək zərurətini izah etmişdir. Təqsirləndirilən şəxs isə audit yoxlaması zamanı iştirak etməkdən imtina etmişdir. Yekunda 03.03.2020-ci il tarixdə müstəqil audit X8 rəy verərək Təqsirləndirilən şəxs hesabında 25268,082 manat çatışmazlığın olmasını təsdiq etmişdir. Şirkət daxili araşdırma zamanı Təqsirləndirilən şəxs direktor vəzifəsində işlədiyindən öz vəzifə səlahiyyətlərindən və qulluq mövqeyindən suiistifadə etməklə şirkətin bank hesabından və kredit kartından şəxsi məqsədləri üçün nağdlaşdırma aparmaqla, şirkətin 25268,08 manat pulunu mənimsədiyi müəyyən edilmişdir. Şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-cü cildinin 225-228-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, «X21» MMC-nin direktor müavini işləyir. «X21» MMC tütünçülük fəaliyyəti ilə məşğul olmaqla yapon investorlarının investisiyası ilə fəaliyyət göstərir. Şirkətin Oğuz rayonunun Sincan kəndi ərazisində tütün qurutma məntəqəsi vardır. «X21» MMC-nin direktoru Taro Savadadır. Hazırda T.Savada Yaponiyada olduğundan və pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə görə Azərbaycan Respublikasına gələ bilmədiyindən «X21» MMC-nin direktoru vəzifəsini faktiki olaraq özü icra edir. «X21» MMC-nin səhmlərinin 70% «X1» MMC-yə məxsusdur. «X1» MMC-nin də direktoru Taro Savadadır. «X21» MMC-nin səhmlərinin 20% payı Şahid1, 10% payı isə Şahid3 məxsusdur. Şahid1 bir müddət «X21» MMC-nin direktoru vəzifəsində işləmiş, işlədiyi müddətə dair hesabatları və şirkətə məxsus sənədlərin əsllərini bu günə qədər özündə saxlamaqla şirkətin normal fəaliyyət göstərməsinə mane olmuşdur. 2019-cu ilin iyun ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 MMC "xxxx" MMC-də olan 70 faiz payını müflis olduğu üçün satmaq niyyətində olduğunu eşitmiş və bu səbəbdən də həmin payları almaq qərarına gəlmişdir. Qeyd olunan alqı-satqını həyata keçirilməsini isə Namiq Əlsəgərova etibarnamə əsasında özü həvalə etmişdir. Lakin onun Təqsirləndirilən şəxs "xxxx" MMC-nin “X22” MMC-də olan 70 faiz payını Yapon Krallığı vətəndaşları Şahid5 və Hotto Hisashini aldadaraq sonuncuların adından Zərərçəkmiş şəxs1 MMC-nin “X22” MMC-də olan 70% payını və Nizamnamə kapitalında pul şəklində qoyulmuş 700 (yeddi yüz) manat məbləği “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmasının qərara alınması və satışda “Connect Azerbaijan” MMC-ni etibarnamə ilə özünün təmsil edəcəyinə dair bilə-bilə yalan məlumatları daxil edərək 21.06.2019-cu il tarixli qərarı tərtib edərək öz imzası ilə təsdiq etməklə 24 iyun 2019-cu il tarixdə 54 saylı notariusda qeyd olunan cəmiyyəti təmsil edərək payların alqısatqısının həyata keçirməsindən onun heç bir məlumatı olmamışdır. Hazırda o, qeyd olunan “X22” MMC-yə tütünçülüyün inkişafı məqsədi ilə 3 milyon manatdan artıq investisiya qoymuşdur. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 05 may 2017-ci ildə “X21” MMC təsis olunmuşdur. Şahid1 60 faiz, o, 35 faiz, Tofiq Əlizadə isə 5 faiz payla birgə “X21” MMC-ni 1000 manat nizamnamə kapitalı ilə təsis etmişlər. Şirkətin yaradılmasında məqsəd tütünçülük sahəsini inkişaf etdirmək, bu məqsədlə Oğuz rayonu, Sincan kəndi ərazisində müasir tütün qurutma məntəqəsinin yaradılması olmuşdur. 2017-ci ildə “X25” MMC-nin qurulması prosessində o, təxminən 50.000 manat yaxın vəsait xərcləmişdir. Belə ki, təsisçilərlə birgə şirkətin avadanlıqlarının alınması, komunikasiya xətlərinin çəkilməsi və digər infrastrukturun yaradılmasından başqa şirkətin adına İqtisadiyyat Nazirliyindən təşviq sənədi verilmişdir. 2018-ci ilin may-iyun aylarında onun tanışı kənd təsəruffatı Nazirliyində işləyən Şahid4 ona Yaponiya vətəndaşı Şahid5 Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyət ilə məşğul olmaqla ölkəyə investisiya yatırmaq niyyətində olduğunu bildirmişdir. Belə ki, Koyama Yaponiyada “Connect” şirkətinin təsisçisi olmaqla, həmçinin Azərbacan Respublikasında da "xxxx" MMC şirkətinə rəhbərlik etmişdir. Həmin ərəfələrdə o, Tamara ilə birgə bir neçə dəfə Şahid5 ilə görüşmüş, nəticədə birgə sahibkarlıq fəaliyyət ilə məşğul olmaq qərarına gəlmişdir. Bu məqsədlə Şahid5 "xxxx" MMC şirkətinin “X21” MMC-nin 70 faiz səhmini almaq təklifi vermiş, bundan başqa razılaşmaya görə paylar nominal qiymətdə satılsa da, "xxxx" MMC şirkəti “X21” MMC-yə təxminən 500.000 ABŞ dolları məbləğində investisiya yatırmalı olmuşdur. 13 iyun 2018-ci il tarixdə razılaşmaya uyğun olaraq "xxxx" MMC şirkətinə “X21” MMC 70 faiz səhimlərini nominal qiymətə yəni, 700 manata satmışdır. Sonuncuların 40 faiz payı Şahid1, 25 payı onun, 5 payı isə Tofiq Əlizadənin olmuşdur. Səhimlərin alqı-satqısı baş verdikdən sonra 2018-ci ilin iyun ayından dekabr ayına qədər "xxxx" MMC şirkəti “X21” MMC şirkətinə təxminən 130.000 ABŞ dolları məbləğində investisiya yatırmış, həmin vəsaitə əsasən tütün istehsalı avadanlıqları alınmışdır. Bu məğbləğdə pul köçürmələrinin hamısı rəsmi köçürmələr olmaqla "xxxx" ASC vasitəsi ilə olmuşdur. 2018-ci ilin may-iyun aylarında Yapon vətəndaşları ilə görüşləri zamanı o, sonunucuların arasında olan və tərcüməçilik fəaliyyət ilə məşğul X7 ilə tanış olmuşdur. Namiq tərcüməçilik fəaliyyət ilə məşğul olmaqla yanaşı "xxxx" MMC-nin nümayəndəsi olmuşdur. Həmin ilin iyun ayında bağlanmış alqısatqı müqaviləsini "xxxx" MMC tərəfindən Namiq imzalamışdır. Müqavilə bağlandıqdan sonra Şahid5 təklifi ilə Takuya Yamaşige “X21” MMC-nin direktoru vəzifəsinə təyin olunmuşdur. 2018-ci ilin iyun ayından 2019-cu ilin iyun ayına kimi İtaliya Respublikasından tütün qurutma avadanlıqları, kameraları alınmışdır. Lakin sonradan yaponlar əlavə investisiya yatırımı eləmədiyi üçün o, öz payını satıb çıxmaq istəmişdir. 2019-cu ilin iyun ayında Təqsirləndirilən şəxs onunla görüşərək həmin vaxt Yaponiyada olan Şahid5 "xxxx" MMC-yə satılmış payları digər Yapon mənşəli “X1” MMC-yə satmaq istədiyini və bundan sonra adı çəkilən şirkət “X22” MMC-yə investisiya yatırımını davam etdirəcəyini bildirmişdir. Bundan başqa Namiq ona Şahid5 və H.Hotto-nun imzalarının əks olunduğu payların satılması barədə qərarı təqdim etmişdir. O, həmin qərarı gördükdən sonra Təqsirləndirilən şəxs inanmış və paylarını digər şirkətə satılmasına razılıq vermişdir. Daha sonra “X21” MMC 70 faiz payları "xxxx" MMC şirkəti “X1” MMC-yə satmışdır. 2019-cu ilin dekabr ayında isə "xxxx" MMC təsiçilərinin məlumatı olmadan Təqsirləndirilən şəxs sonuncuların adından qərarı saxtalaşdıraraq və onları aldadaraq payları “X1” MMC-yə satılmasını təşkil etdiyi məlum olmuşdur. Belə ki, payların satılmasına razılıq qərarında olan Şahid5 və Şahid6-nin imzaları saxtalaşdırılmışdır. Həmin şəxslərin heç biri qeyd edilən sənədi imzalamamışlar. Payların satılması əqdi 54 nömrəli Notariusda baş vermişdir. Məhkəmədə dindirilmiş Şahid4 Üzeir oğlu ifadəsində göstərdi ki, 2014-2018-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləmişdir. 2004-cü ildə o, Kənd Təssərrüfatı elməri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Şahid1 və Şahid3 onun qohumları və tanışlarıdır. Sonuncular 2017-ci ilin may ayında ona müraciət edərək, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq niyyətlərini bildirərək, bu sahədə dərin elmi biliklərə malik olduğu üçün ondan məsləhət istəmişlər. Həmin şəxslərə tütünçülük sahəsinin inkişafı üzrə dövlət proqramlarının olmasını nəzərə alaraq bu sahədə fəaliyyət göstərmələrini tövsiyyə etmişdir. Adı çəkilən şəxslər də onun tövsiyəsinə uyğun olaraq bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə "xxxx" MMC şirkətini təsis etmişlər. O, həmin şirkətdə kimin hansı payla təsisçi olmasını bilməmişdir. Sonrakı vaxtlarda təxminən 2018-ci ilin ortalarında Yapon Dövlətindən Azərbaycan Respublikasına gəlmiş investorlarla onun Kənd Təsərrüfatı Nazirliyində rəsmi görüşü olmuş və görüş zamanı o, həmin şəxslərin də tütünçülük və dövlətin prioritetində olan digər aqrar sahələrinə investisiya yatırımları etmələrinə məsləhət vermişdir. Bundan başqa görüş zamanı o, hazırda bu sahədə fəaliyyət göstərən etibarlı şirkətlər, o cümlədən "xxxx" MMC şirkəti ilə bağlı da məlumat vermişdir. Bundan sonra hazırda adlarını xatırlamadığı Yapon vətəndaşları özləri "xxxx" MMC şirkətinin vəzifəli şəxləri ilə əlaqə yaratmış və aralarında iş birliyi olmuşdur. Bundan sonrakı vaxtlarda o, bir neçə dəfə Şahid1 və Şahid3lə görüşərkən işlərin necə getdiyini soruşduqda hər şeyin qaydasında olduğunu və Yapon investorlarından razı qaldıqdarını öyrənmişdir. Bundan sonra onun bu iş birliyindən məlumatı olmamışdır. Cinayət işinin 1-ci cildinin 97-ci vərəqində olan 20.06.2019-cu il tarixli, payların satılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 MMC-nin təsisçisi Şahid5 Zərərçəkmiş şəxs1 MMC-nin “X21” MMC-də olan 70 faiz payını və Nizamnamə kapitalına pul şəklin qoyulmuş 700 (yeddi yüz) manat məbləği “X1” MMC-ə satılması qərara alınmışdır. Satışda Zərərçəkmiş şəxs1 MMC-ni Təqsirləndirilən şəxs təmsil etmişdir. Cinayət işinin 1-ci cildinin 93-95-ci vərəqlərində olan 07 oktyabr 2020-ci il tarixli, 4/771 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 20.06.2019-cu il tarixli qərarda “Şahid5” sözləri qarşısındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuş, “Şahid6” sözləri qarşısındakı imza - Şahid6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Qeyd edilən qərarda “Şahid5” və “Şahid6” sözləri qarşısındakı imzalarda eyni konfiqurasiyaslı hərflərin olmaması müqayisə vaxtı eyniləşdirici əlamətlər külliyatını seçib ayırmağa imkan verməməsinə görə tədqiq olunan imzaların eyni şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək olmamışdır. “Şahid6” sözləri qarşısındakı imzanın Təqsirləndirilən şəxs imza nümunələri ilə müqayisə etdikdə imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, imza ilə möhür əksinin cizgilərinin üst-üstə düşməməsi, həmçinin həmin imzanın şəxsin imzasına oxşadılmaqia icra olunması eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq üçün mümkün olmaması imzanın Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 4-ci cildinin 225-230-cu vərəqlərində olan 21 may 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 01.01.2019-cu il tarixdən 01.09.2019-cu il tarixədək olan dövrdə “C X31” MMC-nin "xxxx" ASC-də olan hesablaşma hesabından 70100.0 ABŞ dolları (rəsmi məzənnə ilə 119170 manat) məbləğində pul vəsaiti nağd olaraq məxaric edilmişdir. "xxxx" ASC-də olan Zərərçəkmiş şəxs2 MMC-nin biznes kart hesabından çıxarışa əsasən 15.03.2019-cu il tarixdən 23.08.2019-cu il tarixədək olan dövr ərzində 113056,47 ABŞ dolları (=132276,07 manat) mədaxil, 54994,36 ABŞ dolları (=64343,40 manat) məxaric əməliyyatları edilmiş. 58062,11 ABŞ dolları (=98705.59 manat) qalıq qalmışdır. 01.01.2019-cu il tarixdən 01.09.2019-cu il tarixədək olan dövr ərzində cəmiyyətin bankda olan hesablaşma hesabından manat ekvivalentində 119.170 manat nağd vəsait çıxarıldığı halda, cəmiyyət tərəfindən istintaqa cəmi 24.385,51 manat pul vəsaitinin xərclənməsi vəziyyətinə dair qəbzlər təqdim edilmiş, 94.784,49 manat pul vəsaitinin xərc sənədləri təqdim edilməmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndələrinin ifadələrində, audit rəyində. cəmiyyət tərəfındən Baş idarəyə ünvanlanmış məktublarda Təqsirləndirilən şəxsnıın cəmiyyətin 25.268,08 manat pul vəsaitini mənimsədiyi göstərildiyindən, Zərərçəkmiş şəxs2 MMC-nin sabiq direktoru Təqsirləndirilən şəxs isə istintaqa verdiyi ifadəsində direktor işlədiyi dövr ərzində cəmi 10.318 ABŞ dolları (=17540,60 manat) vəsaiti şəxsi ehtiyyacları üçün xərclədiyini bildirdiyindən, araşdırmaya isə 94.784,49 manat pul vəsaitinin xərc istiqamətlərini əks etdirən sənədlər təqdirm edilmədiyindən, Zərərçəkmiş şəxs2 MMC-də gəlir və xərclərin hesabatı lazımi qaydada aparılmadığından, araşdırmaya hesablaşma hesabından çıxarılmış nağd pul vəsaitinin xərclənməsi haqqında sənədlər qismən təqdim edildiyindən. ifadələrdə göstərilən məlumatlarda, habelə həmin məlumatlarla sənədlər arasında olan ziddiyətlər olduğundan bununla bağlı hər hansı bir nəticə əldə edilə bilməmişdir. Zərərçəkmiş şəxs1 MMC tərəfindən “əlavə investisiya” təyinatı ilə 09.07.2018-ci il tarixdə 1.6780,0 manat, 01.08.2018-ci il tarixdə 33.560,0 manat, 16.11,2018-ci il tarixdə 100.000,0 və 70.000.0 manat olmaqla. cəmi 220.340,0 manat pul vəsaiti “X21” MMC-nin "xxxx" ASC-də olan hesablaşma hesabına köçürülmüşdür. “X21” MMC-nin "xxxx" ASC-də olan manat hesablaşma hesabından görünür ki, hesabda 09.07.2018-ci il tarixə 1.112,62 manat qalıq olmuşdur. 09.07.2018ci il tarixdən 20.02.2019-cu il tarixə kimi hesaba Zərərçəkmiş şəxs1 MMC tərəfindən 220.340,0 manat investisiya təyinatlı pul vəsaiti mədaxil olunmuşdur. Dövr ərzində 116.096,50 manat konvertasiya edilərək 59.000.0 avro alınmış, 54.000,0 manat konvertasiya edilərək 31.718,06 ABŞ dolları alınmış, 43.000,0 manat nağd olaraq məxaric edilmış, 2.120,58 manat bank xidmətinə silinmiş, 430,0 manat vəsaitin nağd çıxarılması üçün vergi tutulmuş, 4.431,51 manat Fövqaladə Hallar Nazirliyinə köçürülmüş, 443,15 manat Dövlət Ekspeıtiza Baş İdarəsinə köçürülmüş, 600,0 manat "xxxx" MMC-yə köçürülmüş, hesabda 330,88 manat qalıq qalmışdır. Hesablaşma hesabından nağd olaraq məxaric edilmiş 43.000,0 manat pul vəsaitinin xərclənməsi barədə sənədlər təqdim edilmədiyindən həmin vəsaitin faktiki olaraq hara xərclənməsini müəyyən etmək mümkün olmamışdır. “X21” MMC-nin "xxxx" ASC-də olan avro hesablaşma hesabından görünür ki, hesabda 18.07.2018-ci il tarixinə 32.0 avro qalıq olmuşdur. 18.07.2018-ci il tarixdən 23.11.2018-ci il tarixə kimi hesaba “Şahid1 nizamnamə kapitalının artırılması” təyinatlı ilə 6.500,0 avro və manat hesabından konvertasiya edilərək 59.000,0 avro mədaxil olunmuşdur. Dövr ərzində 63.764.0 avro “De Cloet S.R.L” şikkətinə hesab fakturalar əsasında köçürülmüş, hesabda 1.768.0 avro qalıq qalmışdır. “X21” MMC-nin "xxxx" ASC-də olan ABŞ dolları hesablaşma hesabından görünür ki, 13.02.2019-cu il tarixdə hesaba “Şahid1 nizamnamə kapitalınm artırılması” təyinatlı ilə 20.000.0 ABŞ dolları və manat hesabından konvertasiya edilərək 31.718,06 ABŞ dolları mədaxil olunmuş, 51.350.0 ABŞ dolları “OAO Metz” şirkətinə hesab faktura əsasında köçürülmüş, hesabda 368,06 ABŞ dolları qalıq qalmışdır. Cinayət işinin 2-ci cildinin 128-237-ci vərəqlərində olan "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 MMC-nin "xxxx" ASC-də olan hesablaşma hesabından 03.01.2019-cu il tarixdə 3.000 ABŞ dolları, 30.01.2019-cu il tarixdə 5.400 ABŞ dolları, 01.03.2019-cu il tarixdə 6.000 ABŞ dolları, 04.04.2019-cu il tarixdə 8.600 ABŞ dolları, 02.05ş2019-cu il tarixdə 6.500 ABŞ dolları, 13.05.2019-cu il tarixdə 4.000 Baş dolları, 29.05.2019-cu il tarixdə 7.100 ABŞ dolları, 19.06.2019-cu il tarixdə 2.000 ABŞ dolları, 25.06.2019-cu il tarixdə 3.000 ABŞ dolları, 28.06.2019-cu il tarixdə 6.200 ABŞ dolları, 01.07.2019-cu il tarixdə 1.400 ABŞ dolları, 15.07.2019-cu il tarixdə 2.000 ABŞ dolları, 17.07.2019-cu il tarixdə 1000 ABŞ dolları, 30.07.2019-cu il tarixdə 8.700 ABŞ dolları və 14.08.2019-cu il tarixdə 2.200 ABŞ dolları olmaqla qeyd edilən dövr ərzində ümumilikdə 70.100 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 119.170 manat pul vəsaiti nağd olaraq məxaric edilmişdir. Cinayət işinin 4-ci cildinin 104-183-cü vərəqlərində olan Zərərçəkmiş şəxs2 MMCnin 05.05.2021-ci il tarixli məktubla daxil olmuş 62 ədəd qəbzlərdən görünür ki, əks olunan xərclərin məbləği 24.385,51 manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 120-126-cı vərəqlərində olan 03.02.2020-ci il tarixli audit rəyindən görünür ki, 01.01.2019-cu il tarixdən 01.09.2019-cu il tarixədək cəmiyyətin bank hesablarından xəzinəyə ümumilikdə 149595,08 manat pul vəsaiti mədaxil olmuş, ondan 124327,0 manat müxtəlif məqsədlərlə məxaric edilmiş, pul qalığı 25268,08 manat olduğu halda xəzinədə faktiki olaraq vəsait qalmamışdır. Cinayət işinin 3-cü cildinin 03-21-ci vərəqində olan "xxxx" ASC-dən daxil olmuş sənədlərdən və Çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 MMC tərəfindən “əlavə investisiya” təyinatı ilə 09.07.2018-ci il tarixdə 16.780 manat, 01.08.2018-ci il tarixdə 33.560 manat, 16.11.2018-ci il arixdə 100.000 və 70.000 manat olmaqla, cəmi 22340 manat pul vəsaiti “X21” MMC-nin "xxxx" ASC-də olan hesablaşma hesabına köçürülmüşdür. Cinayət işinin 1-ci cildinin 30-32-ci vərəqlərində olan 01 noyabr 2018-ci il tarixli Zərərçəkmiş şəxs1 Nizamnaməsindən görünür ki, Cəmiyyətin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağrılan Ümumi Yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o Ümumi Yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. Ümumi Yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və möhür vurulur. Ümumi yığıncağın cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişikliklər etmək, onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması hallarını və qaydasını müəyyən etmək, cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini, müəyyənləşdirmək, cəmiyyətin başqa təşkilatlarda iştirakı, habelə hüquqi şəxsləri, fılialların və nümayəndəliklərin yaradılması, yenidən təşkili və ləğv edilməsi, cəmiyyətin icra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi, cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasının müəyyən etmək kimi müstəsna səlahiyyətləri vardır. Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək, cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişiklər etmək, onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, cəmiyyətin başqa təşkilatlarda iştirakı, habelə hüquqi şəxsləri, filialların və nümayəndəliklərin yaradılması, yenidən təşkili və ləğvi cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Cinayət işinin 2-ci cildinin 120-123-cü vərəqlərində olan 04 may 2017-ci il tarixli “X21” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, Cəmiyyətin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağrılan Ümumi Yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o Ümumi Yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. Ümumi Yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və möhür vurulur. Ümumi yığıncağın cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişikliklər etmək, onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması hallarını və qaydasını müəyyən etmək, cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən orqanın üzvlərini təyin etmək və geri çağırmaq onların səlahiyyət müddətini müəyyənləşdirmək, cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək, cəmiyyətin başqa təşkilatlarda iştirakı, habelə hüquqi şəxslərin, törəmə müəssisələrin, fılialların və nümayəndəliklərin yaradılması, yenidən təşkili və ləğv edilməsi, cəmiyyətin icra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi, cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasının müəyyən etmək kimi müstəsna səlahiyyətləri vardır. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Direktor Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, Ümumi Yığıncağın təsdiqinə sənədlər hazırlayır, Cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, Cəmiyyətin işçilərini vəzifəyə təyin edir, başqa işə keçirir, vəzifəsindən azad edir, onların vəzifə maaşlarını müəyyən edir, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər verir. Cinayət işinin 2-ci cildinin 120-123-cü vərəqlərində olan 05 fevral 2018-ci il tarixli Zərərçəkmiş şəxs2 Nizamnaməsindən görünür ki, Cəmiyyətin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağrılan Ümumi Yığmcağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o Ümumi Yığıncağın səlahiyyətlərini təkbaşıa həyata keçirir. Ümumi Yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və möhür vurulur. Ümumi yığıncağın cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişikliklər etmək, onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması, bunun hallarını və qaydasını müəyyən etmək, cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq (və ya səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək) onların səlahiyyət müddətini, səlahiyyət dairəsini müəyyənləşdirmək, cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqmda qərar qəbul etmək, cəmiyyətin başqa təşkilatlarda iştirakı, habelə hüquqi şəxslərin, törəmə müəssisələrin, fılialların və nümayəndəliklərin yaradılması, yenidən təşkili və ləğv edilməsi, cəmiyyətin icra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi, cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasının müəyyənləşdirilməsi, Cəmiyyətin ştat vahidlərinin yuxarı həddinin təsdiq edılməsi, Cəmiyyətin Baş direktoru məzuniyyətdə, ezamiyyətdə olduqda və ya digər səbəblərlə görə öz vəzifə səlahiyyətlərini icra edə bilmədikdə onun səlahiyyətlərinin başqa şəxs tərəfindən icra edilməsi (və ya başqa şəxsə həvalə edilməsi) barədə qərarın qəbul edilməsi kimi müstəsna səlahiyyətləri vardır. Cinayət işinin 1-ci cildinin 131-ci vərəqində olan 05.02.2018-ci il tarixli Zərərçəkmiş şəxs2 MMC-nin təsisçisi Şahid2 qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Zərərçəkmiş şəxs2 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 132-ci vərəqində olan 01.09.2019-cu il tarixli Zərərçəkmiş şəxs2 MMC-nin təsisçisi Şahid2 qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Zərərçəkmiş şəxs2 MMC-nin direktoru vəzifəsindən azad edilərək yerinə Yamashige Takuya təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 125-ci vərəqində olan 19.12.2019-cu il tarixli 12 nömrəli Zərərçəkmiş şəxs1 MMC-nin direktoru Hotta Hishashinin qərarından görünür ki, Təqsirləndirilən şəxs öz ərizəsi ilə həmin tarixdən Zərərçəkmiş şəxs1 MMC-nin direktorunun müavini vəzifəsindən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan Bakı şəhəri 54 saylı notariat ofisində 3M-363 reyestr nömrəsi ilə qeydiyyata alınmış 24 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 MMC-ni 07.11.2018ci il tarixli, “X1” MMC-ni isə 12 iyun 2019-cu il tarixli etibarnamələr əsasında hər iki tərəfin nümayəndəsi kimi təmsil edərək 24 iyun 2019-cu il tarixdə ünvan 3 ünvanında yerləşən 54 saylı Notariat ofisində Zərərçəkmiş şəxs1 MMC-nin “X21” MMC-də olan 700 manat 70 faiz təşkil edən 70 faiz payını 700 manat ödəməklə həmin payların “X1” MMC-yə satışını həyata keçirmişdir. Cinayət işinin 2-ci cildinin 118-119-cu vərəqlərində olan 13 iyun 2018-ci tarixli ünvan 3 ünvanında yerləşən 54 saylı Notariat ofisində 3M-244 reyestr nömrəsi ilə qeydiyyata alınmış “X21” MMC-nin pay alqı-satqı müqaviləsindən görünür ki, 13 iyun 2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 54 saylı Notariat ofisində X12, “X21” MMC-nin nizamnamə kapitalında ona məxsus 50 (əlİi) manat, 5 (beş) pay, 5( beş)% pul şəklində payını 50 (əlli) manata, X13 “X21» MMC-nin nizamnamə kapitalında ona məxsus 350 (üç yüz əlii) manat, 35 (otuz beş) pay, 35 (otuz beş) % pul şəklində payının 250 (ikl yuz əlil) manat, 25 (iyirmi beş) pay, 25 (iyirmi beş) % pul şəklində hissəsini 25 (iyirmi beş manata, Şahid1 “X21” MMC-nin nizamnamə kapitalında ona məxsus 600 (altı yuz) manat, 60 (altmış) pay, 60 (altmış) % pul şəklində payının 400 (dörd yüz) manat, 40 (qırx) pay, 40 (qırx) % pul şəklində hissəsini 400 (dörd yüz) manata təmsilçisi Təqsirləndirilən şəxs olan Zərərçəkmiş şəxs1 MMC-yə satmışdır. Cinayət işinin 4-cü cildinin 14-28-ci vərəqlərində olan Bakı şəhər 1 saylı notariat kontorunda təsdiq edilmiş AR-İ seriyalı, 798064 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamədən görünür ki, “X1” MMC-nin adından Sawada Taro Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, təşkilat və idarələrdə, həmçinin nazirliklərdə, bütün vergi orqanlarında, Vergilər İdarəsində, Sosial Müdafiə Fondunda, Dövlət Statistika Komitəsində, eləcə də notariat ofislərində, bütün dövlət və kommersiya banklarında, ASAN xidmət mərkəzlərində, “Azercell”, “Nar”, “Bakcell” şirkətində, arxivlərdə təmsil etmək, həmçinin “X1” MMC adından Azərbaycan Respublikası Vergilər X3 Xidmətiəri Mərkəzində elektron imza üçün sertifikat əldə etmək məqsədi ilə təmsil etməyi, şirkət adından ərizə verməyi, bütün lazımi sənədləri və elektron imza vasitələrini ASXM-ə təqdim etməyi, ona təqdim edilən sənədləri qəbul etməyi, həmin sənədləri aldığına dair imza etməvi və elektron imza üçün sertifikatın əldə etməyi, şirkət adından ASAN imza almağı , bununla bağlı müqavilə bağlamağı, o cümlədən “Azercell”, “Nar”, “Bakcell” nömrə almağı, istənilən bankda şirkətin adına olan hesablairdan istiiadə etməyi, sərəncam verməyi, hesab açmağı, bağlamağı, hesab üzrə bütün bank əməliyyatlannı aparmağı, pul məbləği almağı qoymağı, nəğd hesablaşma etməyi. həmçinin depozitin (əmanətin) feizlərini və ya əsas raəbləğini almağı, adından hesab açmağı, pul köçürmələri həyata keçirməyi, bank kartlannı və onlara aid olan PİN kodları götürməyi və ya dəyişməyi, şirkət adından depozit məbləği yatırmağı, əmanətin müddəti bitdikdə onu yeni müddətə yerləşdirməyi, şirkətə aid olan bütün hesabiar haqqında arayışları təiəb etməyi və aimağı, adına VÖEN, kod, lisenziya, kassa aparatı aimağı, bağiamağı, hesabat verməyi, post teminal almağı, adından istənilən arayışı, qeydiyyat vəsiqəsini, şəhadətnamələri və sənədləri almagı, toplamağı, istənilən orqana təhvil verməyi, sənədləşmə işiərini aparmağı, adından ımza etməyi, rüsumlarnı, həmçinin vergiləri və digər xərcləri ödəməyi və bu tapşınğın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Cinayət işinin 4-cü cildinin 51-78-ci vərəqlərində olan Bakı şəhər 11 saylı notariat kontorunda təsdiq edilmiş AR-İ seriyalı, 691102 saylı, 07 noyabr 2018-ci il tarixli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs1 MMC-nin adından qanuni təmsilçi Yamashige Takuya Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, təşkilat və idarələrdə, həmçinin nazirliklərdə, bütün vergi orqanlarında, Vergilər İdarəsində, Sosial Müdafiə Fondunda, Dövlət Statistika Komitəsində, eləcə də notariat ofislərində, bütün dövlət və kommersiya banklarında, ASAN xidmət mərkəzlərində, “Azercell”, “Nar”, “Bakcell” şirkətində, arxivlərdə təmsil etmək, həmçinin “X1” MMC adından Azərbaycan Respublikası Vergilər X3 Xidmətiəri Mərkəzində elektron imza üçün sertifikat əldə etmək məqsədi ilə təmsil etməyi, şirkət adından ərizə verməyi, bütün lazımi sənədləri və elektron imza vasitələrini ASXM-ə təqdim etməyi, ona təqdim edilən sənədləri qəbul etməyi, həmin sənədləri aldığına dair imza etməvi və elektron imza üçün sertifikatın əldə etməyi, şirkət adından ASAN imza almağı, bununla bağlı müqavilə bağlamağıistənilən bankda şirkətin adına olan hesablairdan istiiadə etməyi, sərəncam verməyi, hesab açmağı, bağlamağı, hesab üzrə bütün bank əməliyyatlannı aparmağı, pul məbləği almağı qoymağı, nəğd hesablaşma etməyi. həmçinin depozitin (əmanətin) feizlərini və ya əsas raəbləğini almağı, adından hesab açmağı, pul köçürmələri həyata keçirməyi, bank kartlannı və onlara aid olan PİN kodları götürməyi və ya dəyişməyi, şirkət adından depozit məbləği yatırmağı, əmanətin müddəti bitdikdə onu yeni müddətə yerləşdirməyi, şirkətə aid olan bütün hesabiar haqqında arayışları təiəb etməyi və aimağı, adına VÖEN, kod, lisenziya, kassa aparatı aimağı, bağiamağı, hesabat verməyi, post teminal almağı, adından istənilən arayışı, qeydiyyat vəsiqəsini, şəhadətnamələri və sənədləri almagı, toplamağı, istənilən orqana təhvil verməyi, sənədləşmə işiərini aparmağı, adından ımza etməyi, rüsumlarnı, həmçinin vergiləri və digər xərcləri ödəməyi və bu tapşınğın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Cinayət işinin 3-cü cildinin 141-150-ci vərəqlərində olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-170/2021 nömrəli, 17.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Şahid1 54 saylı Notariat Ofisində təsdiqlənmiş 21.06.2019-cu il tarixdə 8İ-3499 nömrəsi ilə reyestrdə qeydə alınmış Zərərçəkmiş şəxs1 MMC-nin “X21” MMCdəki 70 faiz payının “X1” MMC-yə satılmasına etiraz etməməsi barədə ərizəsi, Zərərçəkmiş şəxs1 MMC və “X1” MMC arasında 24 iyun 2019-cu il tarixdə Bakı şəhəri 54 saylı Notariat Ofisində bağlanmış Zərərçəkmiş şəxs1 MMC-nin pay alqı-satqı müqaviləsi, “X21” MMC-nin təsisçilərinin 24 iyun 2019-cu il tarixli qərarı və 28 yanvar 2020-ci il tarixli qərar etibarsız hesab edilmiş və həmin qərarlar əsasında kommersiya hüquqi şəxslərinin dövlət reyestrində aparılmış müvafiq qeydlər etibarsız hesab edilmiş, həmçinin “X1” MMCnin “X21” MMC-nin təsisçisi olması barədə kommersiya hüquqi şəxslərinin dövlət reystrində aparılmış qeyd etibarsız hesab edilmiş və Zərərçəkmiş şəxs1 MMC-nin “X21” MMC-nin təsisçisi (70 faiz payın sahibi) olmasına dair kommersiya hüquqi şəxslərinin dövlət reyestrində mövcud olmuş qeyd bərpa edilmişdir. Cinayət işinin 1-ci cildinin 29-cu vərəqində olan 01.12.2017-ci il tarixli şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 Məhdud Məsuliyətli Cəmiyyəti hüquqi şəxs kimi 01.12.2017-ci il tarixdə qeydiyyata alınmış, ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 2, mənzil 13-də yerləşir, ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 126-cı vərəqində olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 05.02.2018-ci il tarixli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyətli Cəmiyyət hüquqi şəxs kimi 05.02.2018-ci il tarixdə qeydiyyata alınmış, Nizamnamə kapitalının miqdarı 10 manatdır, təsisçisi Uhara Takurodur, hüquqi ünvanı – Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 22, mənzil 13 yerləşir, ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüşdür. Cinayət işinin 2-ci cildinin 33-cü vərəqində olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər idarəsi tərəfindən verilmiş 05.05.2017-ci il tarixli şəhadətnamədən görünür ki, “X21” Məhdud Məsuliyətli Cəmiyyət hüquqi şəxs kimi 05.05.2017-ci il tarixdə qeydiyyata alınmış, ünvanı Oğuz rayonu, Sincan kəndində yerləşir, ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüşdür. Cinayət işinin 4-cü cildinin 214-216-cı vərəqində olan qərardan görünür ki, 20.06.2019-cu il tarixli, Zərərçəkmiş şəxs1 MMC-nin paylarının satılması haqqında qərar, 24 iyun 2019-cu il tarixli, 3M-363 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi, 13 iyun 2018-ci tarixli, 3M-244 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi, AR-İ seriyalı, 798064 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamə, AR-İ seriyalı, 691102 saylı, 07 noyabr 2018-ci il tarixli etibarnamə, Zərərçəkmiş şəxs2 MMC-nin 05 may 2021-ci il tarixli məktubuyla Şahid2 tərəfindən təqdim edilən ödəniş əməliyyatlarını təsdiq edən qəbzlər, "xxxx" ASC-dən daxil olmuş 15.03.2021-ci il tarixli məktuba əlavə edilmiş bank hesabları məlumatları, "xxxx" ASC-dən daxil olmuş 17.03.2021-ci il tarixli məktuba əlavə edilmiş bank əməliyyatlarının əks edildiyi sənədlər maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun ifadəsi cinayət işi üzrə şahidlərin ifadələri, bank sənədləri və digər sənədlərlə təkzib olunduğundan məhkəmə iş üzrə şahid ifadələrini və qeyd olunan sənədləri iş üzrə ittihamın həlli üçün kifayət edən sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidlər Yaponiya Krallığının vətəndaşları Şahid2, Şahid5, Şahid6, Şahid7 ifadələri də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin nümayəndələrinin və şahidlərin ifadələrini, maddi sübutları, eləcə də, iş üzrə sübut əhəmiyyətinə malik sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli və ona CMnin178.3.2, 179.2.2, 179.2.3, 179.2.4, 308.2 maddələri ilə cəza təyin edilməli, CM-nin 15.2-ci maddəsinə əsasən onun CM-nin 313-cü maddəsi ilə olan cinayət əməlləri böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, həmin Məcəllənin 75.1.1-ci maddəsinə müvafiq olaraq bu cinayət törədilən gündən iki il keçdiyindən, eyni zamanda, Təqsirləndirilən şəxs özünü bu maddə ilə təqsirli bilmədiyindən və Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsi belə halda cinayət təqibini istisna etdiyindən, həmin Məcəllənin 44.2.1-ci maddəsinə müvafiq olaraq X9 CM-nin 313-cü maddəsi ilə təqsirli bilinsə də bu maddə ilə ona cəza təyin edilməməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 5-ci cildinin 7-10 və 33-36-cı vərəqlərində olan qərarlardan görünür ki, 25 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 178.3.2, 179.2.2, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 160-cı vərəqində olan 23.12.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 5-ci cildinin 40-42-ci vərəqlərində olan Zərərçəkmiş şəxs2 MMC-nin 26 may 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 MMC-yə vurulmuş 25.268,08 manat məbləğində ziyan tam şəkildə ödənilmişdir. Hazırda heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs1nın nümayəndəsi Nümayəndə1 məhkəməyə təqdim etdiyi yazılı ərizəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1MMC-nin paylarının geri qaytarılması ilə araşdırılan cinayət əməli ilə dəymiş bu günə məlum olan ziyan ödənilmiş hesab olunur. Vurulmuş maddi ziyanın könüllü olaraq tam ödənilib aradan qaldırılması, əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxslərlə barışması CM-in 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. CM-in 61.1.1-ci maddəsinə əsasən CM-in 308.2-ci maddəsində nəzərdə tutulan əməlləri təkrarən törətməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə, CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsində deyilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 308.2-ci maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi nəzərdə tutulsa da, ittiham olunduğu əməllər maliyyə vəsaitləri ilə əlaqədar olduğundan CM-nin 178 və 179-cu maddələri üzrə olan ittihamlar üzrə də CM-nin 46.2-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi - məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər, onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Maddi ziyanın tam həcmdə ödənilməsi nəzərə alınmalıdır. Maddi sübutlar olaraq 20.06.2019-cu il tarixli, Zərərçəkmiş şəxs1 MMC-nin paylarının satılması haqqında qərar, 24 iyun 2019-cu il tarixli, 3M-363 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi, 13 iyun 2018-ci tarixli, 3M-244 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi, AR-İ seriyalı, 798064 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamə, AR-İ seriyalı, 691102 saylı, 07 noyabr 2018-ci il tarixli etibarnamə, Zərərçəkmiş şəxs2 MMC-nin 05 may 2021-ci il tarixli məktubuyla Şahid2 tərəfindən təqdim edilən ödəniş əməliyyatlarını təsdiq edən qəbzlər, "xxxx" ASC-dən daxil olmuş 15.03.2021-i il tarixli məktuba əlavə edilmiş bank hesabları məlumatları, "xxxx" ASC-dən daxil olmuş 17.03.2021-ci il tarixli məktuba əlavə edilmiş bank əməliyyatlarının əks edildiyi sənədlər CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 178.3.2-ci maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1(bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6(altı) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 179.2.2, 179.2.3, 179.2.4-ci maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1(bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2(iki) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 1(biri) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkem edilsin, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 2(iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7(yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2(iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməsin. Maddi ziyanın tam həcmdə ödənilməsi nəzərə alınsın. Maddi sübutlar - 20.06.2019-cu il tarixli, Zərərçəkmiş şəxs1 MMC-nin paylarının satılması haqqında qərar, 24 iyun 2019-cu il tarixli, 3M-363 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi, 13 iyun 2018-ci tarixli, 3M-244 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi, AR-İ seriyalı, 798064 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamə, AR-İ seriyalı, 691102 saylı, 07 noyabr 2018-ci il tarixli etibarnamə, Zərərçəkmiş şəxs2 MMC-nin 05 may 2021-ci il tarixli məktubuyla Şahid2 tərəfindən təqdim edilən ödəniş əməliyyatlarını təsdiq edən qəbzlər, "xxxx" ASC-dən daxil olmuş 15.03.2021-i il tarixli məktuba əlavə edilmiş bank hesabları məlumatları, "xxxx" ASC-dən daxil olmuş 17.03.2021-ci il tarixli məktuba əlavə edilmiş bank əməliyyatlarının əks edildiyi sənədlər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər, apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar