Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1420/2025 01.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri, "UNİVERSAL" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Şəhriyar kəndində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2025ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 180.2.2, 181.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 5 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası çəkilməmiş qalan, Naxçıvan MR, Şərur rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, 03 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə saat 02:00 radələrində metropolitenin «20 Yanvar» stansiyasından «Şamaxinka» adlanan istiqamətdə Zərərçəkmiş şəxs1 ilə təsadüfən tanış olub, onunla 50 manata görüşməyə razılaşaraq, sonuncu ilə birlikdə onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 205 №-li evin 40-cı mənzilinə qonaq qismində gəldikdən sonra Zərərçəkmiş şəxs1 ona 20 manat pul verdiyi üçün aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs1 hücum edib, ondan mənzildə olan pul və qızıl-zinət əşyalarını tələb etmiş, sonuncu ona mənzildə pul və qızıl-zinət əşyalarının olmadığını bildirmiş, bundan sonra o, əvvəlcə Zərərçəkmiş şəxs1 üz nahiyəsinə yumruqla zərbə vurmuş, daha sonra istədiyinə nail olmadığını görüb qonaq otağındakı masanın üzərində olan mətbəx bıçağını götürüb silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 boğaz nahiyəsinə dirəyərək yenə də ondan pul və qızıl-zinət əşyalarının yerini tələb etmiş, Zərərçəkmiş şəxs1 müqavimət göstərərək onun əlindən çıxmağa nail olsa da, o, masanın üzərindən götürdüyü silah qismində itstifadə edilən əşya ilə, yəni pivə bakalı ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə vuraraq hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək basqın edib, Zərərçəkmiş şəxs1 alın nahiyəsinin səthi əzilmiş yarası, sol qaşüstü nahiyənin sıyrığı ilə müşaiyət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, baş beyin silkələnməsi, eləcə də sağ gözün ağlı qişasına qansızma ilə nəticələnən sağ gözün üst və alt göz qapaqlarının qançırları ilə müşaiyət olunan, dərəcəsinə görə həm ümumilikdə, həm də ayn-aynlıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül zərər vurmaya aid, sol almacıq sümüyünün sınığı ilə müşaiyət olunan sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi ilə müşaiyət olunan, dərəcəsinə görə sağalamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməsi nəticəsində Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərin təsirindən huşunu itirmiş, bundan sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağında olan paltar dolabından Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin iç yan cibində olan 200 manat, şalvarın sağ yan cibində olan 108 manat və kamotun üzərində olan 20 manat pul vəsaitini, 2 manat dəyərində mətbəx bıçağını, Zərərçəkmiş şəxs1 gəlini Zərərçəkmiş şəxs2 məxsus, üzərində «Banderas» yazısı olan S ölçülü 200 manat dəyərində göy rənli zolaqlı qadın şubasını, 20 manat dəyərində qadın şalvarını, hər biri 80 manat olan 160 manat dəyərində 2 ədəd ətirləri, üzərində «ZZMY» yazısı olan 15 manat dəyərində qadın əl çantasını, 20 manat dəyərində kosmetikanı, 25 manat dəyərində 1 ədəd qadın koftasını, 20 manat dəyərində 1 ədəd qadın koftasını, 5 manat dəyərində 1 ədəd üzərində «SWEET X5 94 ml» yazılan olan bədən spreyini və soyuducudan 50 manat dəyərində ərzaq məhsullarını ələ keçirərək Zərərçəkmiş şəxs1 330 manat, Zərərçəkmiş şəxs2 isə 515 manat olmaqla, ümumilikdə 845 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, verilmiş ittihamla razı deyildir. Hadisənin necə baş verməsini xatırlamır, ancaq bilir ki, polis işçiləri onu saxlamışlar. Həmin vaxt o, Bakıxanov qəsəbəsində yaşamışdır. Bundan əvvəl də bir dəfə soyğunçuluğa görə Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məhkum olunmuşdur. Hadisə zamanı kiminsə üstünə bıçaq çıxarması yadında deyildir. Zərərçəkmiş şəxslə «20 Yanvar» metrostansiyasının yaxınlığında tanış olmuşdur, həmin şəxsə o, yaxınlaşmamış, əksinə zərərçəkmiş özü ona yaxınlaşmışdır. Polis işçilərinin onu saxladıqdan sonra yaşadığı evə gəlib baxmalarını xatırlamır. İfadələri arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə 23:50 radələrində Yasamal rayonu, «20 Yanvar» dairəsi yaxınlığında yaşlı bir insan ona yaxınlaşaraq görüş təklifi edəndə o, razılaşmış, onunla bərabər evinə gedərək görüşmüş, görüşdən sonra həmin şəxs 50 manat pul verməli olduğu halda verməmiş, 20 manat pul verib dava salaraq qapını kilidləyib ona hücum etmişdir. Kişi mətbəxdə olan bıçağı götürüb onun üstünə gəlmiş, o da, özündən çıxaraq onun üzünə yumruq zərbəsi endirmişdir. Həmin adamın cinsi azlıq olduğunu görmüş və sonra o, özünü doğramışdır. Ondan qorxaraq polis əməkdaşlarını çağırmaq istəmiş, lakin o, buna imkan verməyib üstünə hücum etmişdir. Həmin şəxs pulunu vermədiyindən 2 saat sonra onun evindən şuba, qadın çantası və qadın ətiri götürüb ondan qorxaraq qaçıb getmişdir. 2 gün sonra 29-cu polis şöbəsinin əməkdaşları onu saxlamışlar. İstintaq zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini, yəni ondan qızıl və pullar tələb etməsini, evdə pul və qızılların olmadığını bildirdikdə onu yumruqla vurmasını, daha sonra isə masanın üzərində olan bıçaqla onun boğazına dirəyərək yenə pul və qızılları tələb etməsini, daha sonra masanın üzərində olan pivə bakalı ilə onu vurmasını, zərbənin təsirindən huşunu itirdiyini, ayıldıqda isə mənzilində paltar şkafında olan gödəkçənin cibində olan 200 manat pulunu, şalvarının sağ cibində olan 108 manat pulu, kamotun üzərində olan ona məxsus 20 manatı, şəxsi vəsaiti hesabına gəlininə aldığı 200 manat dəyərində göy rəngli paltonu, 20 manat dəyərində qadın şalvarını, 3 ədəd hər biri 20 manat olmaqla 60 manat dəyərində qadın ətirləri, 15 manat dəyərində qadın əl çantasını, 50 manat dəyərində olan kosmetika ləvazimatlarını, 70 manat dəyərində qadın donunu, 2 manat dəyərində mətbəx bıçağını oğurlamasını təsdiq etməyərək, onun 50 manatını vermədiyinə görə şəxsin evindən 1 ədəd qadın şubası, 1 ədəd qadın çantası, 1 ədəd qadın ətiri götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib dindirilən zaman elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmədə izahat verərkən ittihamda özünü təqsirli bildiyini göstərmişdir (cild 1, iş vərəqi 252-255). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında oğlu Abdulla və gəlini Zərərçəkmiş şəxs2, həmçinin nəvələri ilə birlikdə yaşayır. 15 yanvar 2025-ci ü tarixdə oğlu Abdulla İbrahimov işləri ilə əlaqədar Qətər dövlətinə getmiş, 30 yanvar 2025-ci il tarixdə isə gəlini nəvələri ilə birlikdə qızı Əfsanəgilə qonaq getmişlər. Onlar orada bir-iki gün qalmışlar. O da, evdə tək darıxdığı üçün 31 yanvar 2025-ci il tarixdə saat 20 radələrində evdən çıxmışdır. Əvvəllər bir neçə dəfə «20 Yanvar» metrosu tərəfdə “Azərsu” nun yanından qabaqda xanımların dayandığını gördüyündən həmin yerə getmək qərarına gəlmişdir. Saat 01 radələrində «20 Yanvar” metrosunun çıxışından “Şamaxinka”ya tərəf piyada gedərkən bir qadının ona baxdığını görmüş və yaxınlaşıb onunla söhbət etmişdir. Söhbətləri alındığı üçün həmin xanımı yaşadığı evə dəvət etmiş və taksi sifariş verib xanımla birlikdə yaşadığı evə gəlmişlər. Evdə o, mətbəxdən xanıma çaşkada çay, özünə isə kofe süzərək otağa gətirmiş, çay içərkən həmin xanım cinsi münasibətə görə ondan 20 manat pul istəmiş, o da, xanıma 20 manat pul vermişdir. Bundan sonra əynini soyunub yerdə olan döşəyə uzanaraq xanıma yanına gəlməyi təklif etmiş, saat 02 radələrində xanım anidən evdə olan qızıl və pulların yerini soruşmuşdur. O, təəcübləndiyi üçün ayağa qalxıb evdə pul və qızıl olmadığını bildirmiş, həmin anda xanım onun üzünə yumruq zərbəsi endirmiş, zərbənin təsirindən yerə yıxılmışdır. Yerdə olarkən xanımın otaqda olan paltar şkafında nəsə axtardığını görüb, əyninə idman şalvarını geyinib ona hücum etmiş, onunla əlbəyaxa olmuşlar. Birbirlərini qarşılıqlı vurarkən otaqda olan masa tərəfə yaxınlaşdıqda həmin xanım masanın üzərində olan mətbəx bıçağını götürərək boğazına dirəyib pul və qızılların yerini soruşmuş, həmin vaxt onu dirsəyi ilə vurub arxaya itələyəndə onun başında olan pariki yerə düşmüşdür. Bundan sonra həmin şəxs masanın üzərində olan pivə bakalı ilə onun baş nahiyəsinə vurmuş, daha sonra baş verənlərdən onun xəbəri olmamışdır. Səhər saat 07 radələrində ayılmış, otaqlarda olan şkafların dağınıq olmasını görüb əsəbləşmiş, hirsini yatırmaq üçün evdə olan zoğal arağından 100 qram içərək sakitləşmiş və yenidən yatmışdır. Zərərçəkmiş şəxs1 ifadəsinə görə, 01 fevral 2025-ci il tarixdə təxminən saat 14 radələrində nəvələri və gəlini qapını döyəndə yuxudan ayılıb qapını açmış, gəlini evə kimin gəldiyini soruşduqda, nə deyəcəyini bilməyib, axşam evə oğru girdiyini demişdir. Evə baxan zaman özünə məxsus paltar şkafında olan gödəkçənin yan cibində saxladığı 200 manat pulun, şalvarının sağ yan cibində olan 108 manat pulun, kamotun üzərində olan özünə məxsus 20 manatın, gəlininə aldığı 200 manat dəyərində göy rəngli paltonun, 20 manat dəyərində qadın şalvarının, 3 ədəd hər biri 20 manat olmaqla 60 manat dəyərində qadm ətirlərinin, 15 manat dəyərində qadın əl çantasının, 50 manat dəyərində olan kosmetikanın, 70 manat dəyərində qadın donunun, 2 manat dəyərində mətbəx bıçağının həmin şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Ümumilikdə bu hadisə zamanı onlara 795 manat maddi ziyan dəymişdir. Özündə olmadığından və hadisənin şokunda olduğundan bu barədə DİN-in 102 xidmətinə bir müddət sonra məlumat vermişlər. Hadisə zamanı özü sifətindən və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alsa da, heç bir tibb müəssəsinə müraciət etməmişdir. Zərərçəkmiş şəxsə qarşı tələbi yoxdur, ancaq cəza təyin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, ailəsi və qaynatası Zərərçəkmiş şəxs1la birlikdə eyni ünvanda yaşayırlar. xx.xx.2025-ci il tarixdə həyat yoldaşı X2 işi ilə əlaqədar Qətər dövlətinə getmişdir. 30.0L2025-ci il tarixdə o, uşanqları ilə birlikdə istirahət məqsədilə baldızı Əfsanəgilə getmiş, qaynatası Əkbər İbahimov evdə tək qalmışdır. 01 fevral tarixdə saat 14 radələrində uşaqları ilə evə gəlmiş, evin dağınıq vəziyyətdə, qaynatasınm isə üzündən və bədəninin başqa yerlərindən xəsarət aldığını görüb ondan nə baş verməsini soruşmuşdur. Qaynatası demişdir ki, bir nəfər tanımadığı şəxs mənzilin qapısını döymüş, o da, qapını açmış, həmin şəxs ona hücum edib bıçaqla onu hədələyərək ondan evdə olan qızılların və pulun yerini deməsini tələb etmişdir. Lakin qaynatası ona evdə qızıl və pul olmadığını dedikdə, həmin şəxs qaynatasını vuraraq ona xəsarət yetirmiş, aldığı xəsarətlərdən qaynatası huşunu itirmişdir. Həmin şəxs evdən 328 manat pul, ona məxsus 200 manata aldığı göy rənli zolaqlı qadın şubası, 20 manata aldığı qadın şalvarı, 2 ədəd hər biri 80 manat olan ətirləri, 15 manata aldığı qadın çantası, 20 manata aldığı kosmetika, 1 ədəd 25 manata aldığı qadın koftası, 1 ədəd 20 manata aldığı qadın koftası, 50 manat qiymətində ərzaq məhsullarını oğurlamışdır (cild 1, iş vərəqi 151- 152). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan şəxsin tanınmaya təqdim edilməsi haqqında 03 fevral 2025-ci il tarixli protokola əsasən, hadisədən sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq istintaqa təqdim edilmiş və şəxsin tanınması keçirilmişdir. Tanınma zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş şəxslərin arasında Təqsirləndirilən şəxs tanıyaraq həmin gecə ona qarşı quldurluq etmiş şəxsin məhz həmin şəxs olduğunu bildirmişdir (cild 1, iş vərəqi 42-44). İş materiallarına əlavə edilmiş 03 fevral 2025-ci il tarixli protokola əsasən, istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində göstərdiyi xüsusatlan Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmiş, sonuncu isə onun dediklərini qismən təsdiq etmişdir (cild 1, iş vərəqi 46-50). Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 106 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində sol almacıq sümüyünün sınığı ilə müşaiyət olunan sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, sağ gözün ağlı qişasına qansızma ilə nəticələnən sağ gözün üst və alt göz qapaqlarının qançırları, alın nahiyəsinin səthi əzilmiş yarası, sol qaşüstü nahiyənin sıynğı küt əşyanın təsirindən törənmişdir, qərann təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə insan bədəninin hissələri, eləcə də pivə bakalı ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağalamlığm uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər (cild 1, iş vərəqi 82-85). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025 tarixli 9/1525 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd zolaqlı, üzərində «Banderas» yazısı olan, S ölçülü qadın üst geyiminin istifadədə olması nəzərə alınmaqla, hadisə baş verən tarixə, yəni 2025-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 50.00 manat müəyyən edilir. Tədiqiqata təqdim edilən digər istifadədə olmuş 2 adda malların satışı və qiyməti barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı (cild 1, iş vərəqi 189-192). Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2025 tarixli 105-2025/MKTŞ №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 məxsus şalvarın ön səthinin sol yarısının yuxarı hissəsində küt yaranma mexanizminə malik 3 (üç) ədəd məhdud cırılma zədələri vardır. Bu zədələr şalvarın müvafiq nahiyəsinin hər hansı küt əşyaya (əşyalara) ilişİb-cırılması nəticəsində əmələ gələ bilərdilər, zədələrin müxtəlif şəraitlərdə, o cümlədən qərarda göstərilən şəraitdə əmələ gəlməsinin mümkünlüyü inkar olunmur.
1. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 məxsus şalvarın üzərində deşici-kəsici alətin təsirindən törənməyə xarakterik zədə yoxdur.
2. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 məxsus şalvarın üzərində aşkar edilmiş məhdud cırılına xarakterli zədələr onun bədənində öz əksini tapmamışdır. Eyni zamanda, Zərərçəkmiş şəxs1 bədən səthində müəyyən edilmiş sol almacıq sümüyünün sınığı ilə müşaiyət olunan sol gözaltı-almaçıq nahiyəsinin qançır-şişkinliyi, sağ gözün ağlı qişasına qansızma ilə nəticələnən sağ gözün üst və alt göz qapaqlarının qançırları, alın nahiyəsinin səthi əzilmiş yarası, sol qaşüstü nahiyənin sıyrığı xəsarətləri geyim əşyaları ilə örtülmədiyi üçün ona məxsus və ekspertizaya təqdim edilmiş şalvarda öz əksini tapmamışdır.
3. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 şalvarının sağ ayaqlığının ön səthinin yuxarı və orta (dizlik) hissələri, sol ayaqlığının ön səthinin orta (dizlik) və aşağı hissələrində, həmçinin sol ayaqlığının arxa səthinin orta (dizlik) hissəsində aşkar edilmiş qan ləkələri qan mənbəyi və ya qanlı səthlə dinamik (hərəkəti) kontakt nəticəsində əmələ gəlmişdir və yaxma xarakterlidir. Şalvarın ön səthinin sağ və sol yarısının yuxan hissələri, sol ayaqlığının sol yarısının yuxarı hissəsində və ön səthinin orta və aşağı hissələrində, o cümlədən sağ yan cibinin tikiş kənarlarında olan qan ləkələri (qanlı səthdən) bir-birinin üzərinə düşən damcılar, bəzi ləkələr isə bucaq altında düşən nəticəsində əmələ gəlməyə uyğun gəlirlər (cild 1, iş vərəqi 193-198). Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2025 tarixli 172/2025-TBŞ №-li rəyindən görünür ki: - Zərərçəkmiş şəxs1 A BÖ sistemi üzrə qan qrupu-B/İİİ/ (Təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən), - Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd idman şalvarı üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrup mənsubiyyəti təyin olunduqda yalnız «B» antigeni alındı. Bu qan ləkələri B/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər (cild 1, iş vərəqi 199-203). Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2025-ci il tarixli 3/381 №-li rəyindən görünür ki: - Təqdim edilmiş 1 saylı daktiliolentin səthindəki "a” və «b» əl-barmaq izləri, 2, 3, 4 saylı daktilolentlərin səthiərindəki "a" əl-barmaq izləri, 5,6 saylı daktilolentlərin səthlərindəki ovuc izləri, 7 saylı daktiiolentin səthindəki ''a" əl-barmaq izi, 8 saylı daktilolentin səthindəkı "a", "b" əl-barmaq izləri. 9 saylı daktilolentin səthindəki "a” əlbarmaq izi, 10 saylı daktilolentin "a" əl-barmaq. !'b”, "c" papilyar naxış izləri, 11 saylı daktilolentin səthindəki "a", "b" əl-barmaq izləri, 12 saylı daktilolentin səthindəki "a" əlbarmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 2,3,4,6-9,13-18 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki "a", "b" əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin şəhadət və orta barmağından, 2,3 saylı daktilolentlərin səthlərindəki "a" əl-barmaq izləri onun sağ əlinin adsız barmağından, 4 saylı daktilolentin səthindəki "a" əl-barmaq izi onun sağ əlinin böyük barmağından, 5,6 saylı daktilolentlərin səthlərindəki sağ əlinin ovcunun hipotenar hissəsindən qalmışdır. Təqdim edilmiş 7 saylı daktilolentin səthindəki "a" əl-barmaq izi, 8 saylı daktilolentin səthindəki "a", əl-barmaq izi, 10 saylı daktilolentin "a" əl-barmaq izi. 11 saylı daktilolentin səthindəki "a", "b" əl-barmaq izləri, 12 saylı daktilolentin səthindəki "a" əl-barmaq izləri 1 saylı d/l "a" əl-barmaq izi nis. nis. - - İlgəkvari yararlı "b" əl-barmaq' izi - - - - qovsvarı yararlı 2 saylı d/l "a" əl-barmaq izi nis nis. - nis. qovsvarı yararlı papilyar naxış izi - - - - - yararsız 3 saylı d/l "a" əl-barmaq izi - nis. - - - yararlı papilyar naxış izləri - - - - - yararsız 4 saylı d/l "a" əl-barmaq izi nis. - - - - yararlı papilyar naxış izləri - - - - - yararsız 5 saylı d/l ovuc ızı - - - - - yararlı 6 saylı d/l ovuc ızı, - - - - - yararlı papilyar naxış izləri yararsız 7 saylı d/l "a" əl-barmaq izi + nis. - - İlgəkvari yararlı papilyar naxış izləri yararsız 8 saylı d/l "a" əl-barmaq izi nis. - - - llgəkvari yararlı "b" əl-barmaq izi - - - + - yararlı
papilyar naxış izi yararsız 9 saylı d/l "a" əl-barmaq izi - nis. - - - yararlı papilyar naxış izləri yararsız 10 saylı d/l "a" əl-barmaq izi nis. - - - dairəvari yararlı "b" papilyar naxış izi yararlı "c" papilyar naxış izi yararlı 11 sayhd/l "a" əl-barmaq izi nis. + - - - yararlı "b" əl-barmaq izi nis. - sag - - yararlı 12 saylı d/l "a" əl-barmaq izi nis. + - - - yararlı papilyar naxış izi yararsız 13-18 saylı d/lər papilyar naxış izləri yararsız
Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq izlərinin tədqiqi aşağıdakı cədvəldə ümumiləşdirildi:
Soyadı, adı, atasının adı Naxış növləri İlgəkvari Dairəvari qövsvari qeyd Təqsirləndirilən şəxs 2,5,6,7,10 1,8,9 3,4
Sonra, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki «a» və "b" əl-barmaq izlərinin 2,3,4 saylı daktilolentlərin səthlərindəki "a" əl-barmaq izlərinin, 5,6 saylı daktilolentlərir səthlərindəki ovuc izlərinin, 7 saylı daktilolentin səthindəki "a" əl-barmaq izinin, 8 sayl daktilolentin səthindəki "a", f,b" əl-barmaq izlərinin, 9 saylı daktilolentin səthindəki "a" əl barmaq izinin, 10 saylı daktilolentin "a” əl-barmaq, "b", "c" papilyar naxış izlərinin, 11 saylı daktilolentin səthindəki "a", "b" əl-barmaq izlərinin, 12 saylı daltilolentin səthindəki "a" əl barmaq izinin Təqsirləndirilən şəxs əl-barmaq və ovuc izləri ilə müqayisəli tədqiqatı aparıldı. Müqayisəli tədqiqat zamanı müəyyən oldu ki, təqdim edilmiş i saylı daktilolentin Təqsirləndirilən şəxs əl-barmaq izlərindən və ovuc izlərindən qalmamışdır. Qeyd: Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağı daktiloxəritəyə tam və aydın köçürülmədiyindən 8 saylı daktilolentin səthindəki "b" əl- barmaq izinin, 9 saylı daktilolentin səthindəki "a" əl-barmaq izinin, 10 saylı daktilolentlərm səthlərindəki "b”, "c" papilyar naxış izjlərinin eyniləşdirmə tədqiqatı aparılmadı (cild 1, iş vərəqi 204-216). Əlavə məhkəmə tibbi ekspertizanın xx.xx.2025-ci il tarixli 09/106 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sol almacıq sümüyünün sınığı ilə müşayiət olunan sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, baş beyin silkələnməsi, eləcə də sağ gözün ağlı qişasına qansızma ilə nəticələnən sağ gözün üst və alt göz qapaqlarının qançırları, alın nahiyəsinin səthi əzilmiş yarası, sol qaşüstü nahiyənin sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə insan bədəninin hissələri, eləcə də pivə bakalı ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilmələri mümkündür. Vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərdən: - sol almacıq sümüyünün sınığı ilə müşayiət olunan sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi dərəcəsinə görə sağalamlığm uzun müddətə pozulmasına səbəb ssağlamlığa az ağır zərər vurmaya aiddir. - baş beyin silkələnməsi, eləcədə sağ gözün ağlı qişasına qansızma ilə nəticələnən sağ gözün üst və alt göz qapaqlarının qançırları dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül zərər vurmaya aiddir. - alın nahiyəsinin səthi əzilmiş yarası, sol qaşüstü nahiyənin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 217- 221). Kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1311 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə törətdiyi əməllə bağlı özünü müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldərək yalan danışa bilər. O, cinayət törədən zaman fizioloji affekt (güclü ruhi həyəcan) vəziyyətində olmamışdır (cild 1, iş vərəqi 222-225). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 9 ay 11 gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 4 ay 20 gün azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs cəzasının sonu ilə azadlığa buraxılmışdır (cild 1, is vərəqi 173-175, 178-183). “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarının 5-ci maddəsinin «a» bəndində göstərilmişdir ki, islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər sonradan AR CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzalar məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətməsi cinayətin residivini yaratmır. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirmədi. Şərh olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə hazırkı hökmlə təyin olunacaq cəzaya Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4 və 221.3-cü maddələri ilə qəti olaraq təyin olunmuş 5 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalar nəzərə alınmaqla təqsirləndirilən şəxsin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən, iş üzrə maddi sübutlar – bir ədəd qadın şubasının, bir ədəd qadın əl çantasının, bir ədəd şampunun, bir ədəd sınıq bakalın və bir ədəd kişi şalvarının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 61 (altmış bir) manat 29 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, bununla bağlı vəkil 33 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Gülnarə Hacıyevaya ödənilməli olan 365 (üç yüz altmış beş) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «UNİVERSAL» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 5 (beş) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasını qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qadın şubası, bir ədəd qadın əl çantası, bir ədəd şampun, bir ədəd sınıq bakal, bir ədəd kişi şalvarının zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 61 (altmış bir) manat 29 (iyirmi doqquz) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 365 (üç yüz altmış beş) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «UNİVERSAL» Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov,Səbuhi Hüseynov