Məhkəmə qərarları › İş №1(101)-1422/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1422/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1422/2022 28.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi-mütəxəssis X4 iştirakları ilə, xx xxxxxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 9-cu Mikrorayon, ev 66, mənzil 8-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, vahid niyyətlə ona etibar olunmuş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib xüsusi ilə külli miqdarda mənimsəməklə talamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X6 İdarəsində xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 5, mənzil 22 olan Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN №**********) 2015-ci ilin yanvar ayından 01 avqust 2018-ci il tarixədək şifahi razılıq əsasında, 01 avqust 2018-ci il tarixdən 31 avqust 2021-ci il tarixədək olan müddət ərzində rəsmi müqavilə əsasında satıcısı vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, cəmiyyətlə arasında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, o cümlədən təsdiq edilmiş vəzifə təlimatına əsasən, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəsəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığın qarşısını almaq, müəssisənin, idarənin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq, icazə verilən və verilməyən istənilən əmlaka, avadanlıq, cihaz, ləvazimat, sənədlə ehtiyatlı, səliqəli davranmaq, həmin əşyaların istifadə qaydalarına riyayət etmək, zədələnməsinə, məhv olunmasına şərait yaradan şəkildə istifadəyə özü tərəfindən və ya onun tərəfindən üçüncü şəxsə təqdim edildiyi təqdirdə həmin üçüncü şəxs tərəfindən yol verilməməsini təmin etmək, ona etibar edilmiş inventarın, görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada sənədləşməsini tərtib olunan yerlərə təqdim etmək, ona etirab edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etmək və sair səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs kimi, cəmiyyətin 01 iyul 2020-ci il tarixədək ünvan 2 ünvanında yerləşən «X9» olan anbar mağazasında, 01 iyul 2020-ci il tarixdən 20 avqust 2021-ci il tarixədək Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096 məhəllə ünvanında yerləşən «Keşlə» anbar mağazasında müxtəlif ölçülü ağaclifli plitələrini (MDF) qəbul edib, saxlanılmasını və satışını həyata keçirən zaman 17 avqust 2018-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək olan müddət ərzində daxil olmuş hər birinin dəyəri 15 manat olmaqla, ümumi dəyəri 28.800 manat təşkil edən 1920 ədəd 3x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 19 manat olmaqla, ümumi dəyəri 58.273 manat təşkil edən 3067 ədəd 4x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 21 manat olmaqla, ümumi dəyəri 40.320 manat təşkil edən 1920 ədəd 5x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 26 manat olmaqla, ümumi dəyəri 267.800 manat təşkil edən 10.300 ədəd 6x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 30 manat olmaqla, ümumi dəyəri 240.000 manat təşkil edən 8.000 ədəd 8x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 39 manat olmaqla, ümumi dəyəri 170.352 manat təşkil edən 4.368 ədəd 10x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 4 manat olmaqla, ümumi dəyəri 62.920 manat təşkil edən 1.430 ədəd 12x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 55 manat olmaqla, ümumi dəyəri 35.750 manat təşkil edən 650 ədəd 16x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 60 manat olmaqla, ümumi dəyəri 459.000 manat təşkil edən 7.650 ədəd 18x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 93 manat olmaqla, ümumi dəyəri 465 manat təşkil edən 5 ədəd 22x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 103 manat olmaqla, ümumi dəyəri 2.575 manat təşkil edən 25 ədəd 25x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 115 manat olmaqla, ümumi dəyəri 8.050 manat təşkil edən 70 ədəd 28x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 120 manat olmaqla, ümumi dəyəri 18.000 manat təşkil edən 150 ədəd 30x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 163 manat olmaqla, ümumi dəyəri 11.084 manat təşkil edən 68 ədəd 38x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 25 manat olmaqla, ümumi dəyəri 5.625 manat təşkil edən 225 ədəd 6x2800x2200 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 48 manat olmaqla, ümumi dəyəri 336 manat təşkil edən 7 ədəd 12x2800x2200 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 67 manat olmaqla, ümumi dəyəri 47.101 manat təşkil edən 703 ədəd 16x2800x2200 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 65 manat olmaqla, ümumi dəyəri 1.300 manat təşkil edən 20 ədəd 18x2800x2200 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 45 manat olmaqla, ümumi dəyəri 34.515 manat təşkil edən 767 ədəd 16x1830x2440 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 47 manat olmaqla, ümumi dəyəri 6.956 manat təşkil edən 148 ədəd 18x1830x2440 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 53 manat olmaqla, ümumi dəyəri 34.609 manat təşkil edən 653 ədəd 16x1830x2440 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 54 manat olmaqla, ümumi dəyəri 3.240 manat təşkil edən 60 ədəd 18x1830x2440 mm ölçüdə ağaclifli plitələrini (MDF), cəmi 1.537.072 (bir milyon beş yüz otuz yeddi min yetmiş iki) manat dəyərində müxtəlif ölçüdə ağaclifli plitələrini (MDV) qəbul edib, 01 iyul 2020-ci il tarixdən 20 avqust 2021-ci il tarixədək olan müddət ərzində həmin mallardan anbarda 946.419 (doqquz yüz qırx altı min dörd yüz on doqquz) manat dəyərində müxtəlif ölçülərdə ağaclifli plitələrinin (MDF) faktiki mal qalığının və 35.052 (otuz beş min əlli iki) manat dəyərində müxtəlif ölçülərdə ağaclifli plitələrinin (MDF) yararsız olduğu müəyyən edilməklə, hər birinin dəyəri 26 manat olmaqla, ümumi dəyəri 57.200 manat təşkil edən 2200 ədəd 6x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 30 manat olmaqla, ümumi dəyəri 98.400 manat təşkil edən 3100 ədəd 8x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 39 manat olmaqla, ümumi dəyəri 54.600 manat təşkil edən 1400 ədəd 10x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 44 manat olmaqla, ümumi dəyəri 57.200 manat təşkil edən 1300 ədəd 12x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 60 manat olmaqla, ümumi dəyəri 276.000 manat təşkil edən 4600 ədəd 18x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 120 manat olmaqla, ümumi dəyəri 12.000 manat təşkil edən 100 ədəd 30x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), cəmi 555.600 (beş yüz əlli beş min altı yüz) manat dəyərində müxtəlif ölçülü ağaclifli plitələrini (MDF) götürərək öz şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xüsusilə külli miqdarda mənimsəməklə talamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun illər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan qurumlarda zabit kimi xidmət etmiş və 2002-ci ildə təqaüdə çıxmışdır. O, 2011-ci ildən Zərərçəkmiş şəxs QSC-də işləməyə başlamışdır. O, 2015-ci ildən həmin müəssisənin Bakı şəhəri, Nərimanov rayonu ərazisində «Keşlə» yük stansiyasında yerləşən anbarında satış üzrə menecer vəzifəsində işləmişdir. O, anbara rəhbərlik etməyə başladıqda, anbardakı malların təhvil-təslimi həyata keçirilməmiş, eləcə də həmin vaxt anbarda olan malların qalıqları barədə heç bir sənəd tərtib edilməmişdir. Onun fəaliyyəti anbardakı ağaclifli plitələrə, yəni «MDF» adı ilə tanınan mallara nəzarət etməkdən, eləcə də anbara gətirilən malları qəbul etməkdən, həmin malların satışını həyata keçirməkdən, günün sonunda isə satılmış mallara dair sənədləri müəssisənin xəzinədarına təhvil verməkdən ibarət olmuşdur. Anbarda ümumi nəzarət ona həvalə olunmuşdur. Ondan başqa həmin anbara nəzarət edən şəxs olmamışdır. Ona görə də o, bütün işlərə, yəni fəhlələrə, malların boşaldılmasına, malların maşınlara yığılmasına nəzarət etmiş, satılan mallara dair qaiməfaktura tərtib edərək alıcılara təhvil vermişdir. 02 iyul 2020-ci ildə cəmiyyətin «Keşlə» yük stansiyasında yerləşən anbarı söküldüyündən həmin anbarda olan mallar Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096 ünvanında yerləşən Dərnəgül taxta bazarındakı «Keşlə» anbarına köçürülmüşdür. Həmin vaxt o, malların daşınmasına nəzarət etmiş və mallar onun rəhbərliyi altında daşınmışdır. Mallar yeni anbara köçürülən zaman hər şey qaydasında olmuşdur. Lakin bu anbara mallar daşındıqdan sonra malların sayı, dəyəri və ümumilikdə qalıq mallara dair heç bir sənəd tərtib edilməmişdir. Onun işi anbara daxil olan malların hesabatını aparmaq və malların satışına nəzarət etmək olmuşdur. Müəssisənin rəhbərliyinin verdiyi məlumata əsasən həmin vaxt yeni anbardakı malların dəyəri təxminən 1.500.000 manat olmuşdur. Yeni anbar bağlı obyekt olmuş, ərazisi təxminən 1000 kv.m-dən ibarət olmuşdur. Anbarın giriş qapısı dəmir darvazadan olmuş, həmin qapının açarları isə ancaq onun özündə olmuşdur. Anbara adətən hər ay təxminən 700 ədəddən 1800 ədədək 3-4 dəfə «MDF» malları gətirilmiş, o da həmin malları sayaraq anbar-mağazaya qəbul etmişdir. Adətən anbara gələn mallar yük maşınının sürücüsü tərəfindən ona təqdim edilən qaimələrlə təhvil verilmişdir. Qaimələrdə malların sayı doğru olduğu halda o, həmin malları qəbul etmiş, əskik olduqda isə bu barədə rəhbərliyə məlumat vermişdir. 02 iyul 2020-ci ildən 19 avqust 2021-ci ilədək olan müddət ərzində malların təhvil verilməsində problem olmamış, olduğu halda isə həmin problem rəhbərlik tərəfindən həll edilmişdir. 19 avqust 2021-ci ildə muəssisənin təsisçisi Safalan müəllim müəssisənin digər əməkdaşları Zeynalabdin və Rüstəm ilə birlikdə anbara gələrək onun iştirakı ilə malları saymış və nəticədə anbarda təxminən 550.000 manat dəyərində malın əskik olması, həmçinin 35.000 manat dəyərində malın xarab olması müəyyən edilmişdir. Lakin malların yoxlanılması və nəticədə əskik gələn və xarab olan mallara dair ona rəsmi sənəd verilməmiş, sadəcə sözlü şəkildə ona deyilmişdir ki, 550.000 manat dəyərində mal əskikdir, 35.000 manatlıq mal isə xarab olmuşdur. Rəhbərlik tərəfindən bu barədə ondan soruşulduqda, o, onun tərəfindən qanun pozuntusuna yol verilmədiyini və bu qədər iri məbləğdə malın əskik olmasının mümkün olmadığını bildirmişdir. O, anbarda 550.000 manat dəyərində olan ağaclifli plitələrin aşkar edilməməsi ilə əlaqədar heç nə deyə bilmir, çünki özü də bunun səbəbini bilmir. Ümumiyyətlə yoxlamadan sonra ona qalıq malların hesabatına imza etdirsələr də, o, həmin vaxt qalıq malların həcmini görməmişdir. Rəhbərlik tərəfindən sonradan ona deyilmişdir ki, əskik olan malların dəyəri 500.000 manatdan çoxdur. Əslində isə təftiş nəticəsində anbarda malların əskikliyi 550.000 həcmində deyil, təxminən 10.000 manat həcmində olması aşkar edilmişdir. Lakin müəssisənin rəhbərliyi onunla prinsip aparmağa başladığından onun ayağına 500.000 manatdan çox borc yazılmışdır. Həqiqətdə isə o, heç kəsə sənədsiz mal satmamış, satdığı malların pulunu isə mənimsəməmişdir. O, ona qarşı irəli sürülmüş ittihamla razı deyil. O, hər iki anbarda işlədiyi zaman onunla müəssisənin rəhbərliyi arasında malların qalığı sayılmamış, bu barədə təhvil-təslim aparılmamışdir. O, həmin anbarlara kustar şəkildə rəhbərlik etmişdir. O, kustar şəkildə rəhbərlik etdiyini dedikdə, işə başlayan kimi ona anbarın açarlarının verilərək «buranın müdiri sənsən» deyilməsini, həmin vaxtdan da onu işə başlamasını nəzərdə tutumuşdur. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-yə vurulmuş ziyanın onun yaxın qohumları tərəfindən ödənildiyini, nəticədə zərərçəkmiş hüquqi şəxsin onunla barışdığını və ona qarşı şikayət/tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözlə məhkəmədə çıxış edərkən törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-yə vurulmuş ziyanın tam şəkildə ödənildiyini, hələ ibtidai istintaq zamanı onunla zərərçəkmiş hüquqi şəxsin rəhbərliyi arasında barışığın əldə edildiyini və uzun müddət vərəm xəstəliyindən əziyyət çəkdiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmədiyini, məhkəmə tərəfindən verilmiş və rus dilinə tərcümə edilmiş ittiham aktı ilə tanış olarkən ibtidai istintaq zamanı ifadə verərkən təqsirini etiraf etdiyini bildiyini bildirmişdir. İbtidai istintaq zamanı müstəntiq tərəfindən ona təzyiq göstərildiyi üçün o, etirafedici ifadə vermişdir. Müstəntiq ona vərəm xəstəsi olduğu üçün fiziki təzyiq göstərməmiş, lakin «sən etiraf etməsən, bütün ailə üzvlərini, yəni oğlunu, qızını səninlə əlbirliyə görə tutub həbs edəcəyik» deyərək ona psixi təsir göstərmişdir. O, sabiq hərbçi kimi ailəsini zərbə altına qoymamaq üçün müstəntiqin psixoloji təzyiqi nəticəsində ibtidai istintaq zamanı təqsiri olmadığı halda təqsirini etiraf etmişdir. Onun ailə üzvlərindən heç kəs anbarda onunla birlikdə işləməmişdir. Qeyd etdiyi səbəblərdən o, ibtidai istintaq zamanı ifadələrində etirafla bağlı hissələri təsdiq etmir, məhkəmədə verdiyi ifadəsi doğrudur. O, verilmiş ittihamla razı olmasa da, ibtidai istintaq zamanı yaxın qohumları tərəfindən zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan ödənilmiş və ziyanın ödənilməsində məqsəd onun vəziyyətini yüngülləşdirmək istəmələri olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və təhlil nəticəsində əldə edilmiş nəticəni nəzərə alaraq, habelə qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, o, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməyərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-yə məxsus xüsusilə külli miqdarda malları mənimsəmədiyini, bununla da zərərçəkmiş hüquqi şəxsə ittiham üzrə müəyyən edilmiş həddə maddi ziyan vurmaması ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi inkaredici ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSCnin nümayəndəsi kimi izahatı alınmış Nümayəndə izahatında göstərdi ki, Təqsirləndirilən şəxs onun nümayəndəsi olduğu Zərərçəkmiş şəxs QSC-də uzun müddət işləmiş və işlədiyi vaxt ərzində məsul şəxs olmuşdur. Şirkətdə yeyinti olması ilə bağlı şübhələr yarandığından Təqsirləndirilən şəxs işlədiyi anbarlarda audit yoxlaması həyata keçirilmiş və nəticədə böyük məbləğdə yeyintinin olması aşkar edilmişdir. Audit rəyində göstərilən məbləğ doğrudur. Şirkətin rəhbərliyi tərəfindən yeyinti barədə müvafiq orqanlara edilmiş şikayət əsasında araşdırma aparılmış və bundan sonra Təqsirləndirilən şəxs istintaqa cəlb edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən Zərərçəkmiş şəxs QSC-yə dəymiş ziyan tam şəkildə ödənildiyi üçün şirkətin səlahiyyətli şəxsi tərəfindən vurulmuş ziyanın ödənilməsi, habelə şirkətin təqsirləndirilən şəxsə qarşı şikayət və ya tələbinin olmaması, tərəflər arasında barışığın əldə olunması barədə notarial qaydada təsdiq edilmiş ərizə verilmişdir. O, Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi qismində həmin ərizədə qeyd edilmiş halları təsdiq edərək bildirdi ki, təmsil etdiyi Zərərçəkmiş şəxs QSC Təqsirləndirilən şəxsla barışmış, Zərərçəkmiş şəxs QSC-nin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə izahatında göstərilmiş halların nəzərə alınmasını və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, müxtəlif yerlərdə fəhlə kimi işləmişdir. O, uzun illər Zərərçəkmiş şəxs QSC-də satıcı işləyən Təqsirləndirilən şəxs yanında fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs illərdir ki, «Bakmil» metro stansiyasının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs QSC-yə məxsus anbar mağazada satıcı vəzifəsində işləmiş, bütün malları qəbul etmiş və mallara cavabdehlik daşımışdır. O, fəhlə kimi Rəşidə köməklik etmiş, əvəzində ya Rəşid, ya da onun işlədiyi anbar mağazadan mal alan şəxslər ona malların yüklənməsi və ya boşaldılması zamanı pul vermişlər. O, hər ağaclifli plitələri, yəni MDF adı ilə tanınan malları yük maşınına yükləyən zaman ona 20 qəpik pul verilmişdir. 2018-ci ilin aqust ayında onun xahişi ilə Zərərçəkmiş şəxs QSC-nin rəhbərliyi onu cəmiyyətdə müqavilə əsasında fəhlə vəzifəsinə işə qəbul etmiş və bundan sonra o, cəmiyyətdə rəsmi qaydada işləməyə başlamışdır. 2020-ci ilin yay aylarında «Bakmil» metro stansiyasının yaxınlığında təmir işləri aparıldığından anbar mağaza Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospekti, 2096 məhəllədə yerləşən «Keşlə» adlanan anbara köçürülmüş, bu zaman bütün mallar da həmin anbara daşınmışdır. Ona görə də o, Zərərçəkmiş şəxs QSC-nin hər iki anbarında fəhlə işləmişdir. Mallar daşınan zaman sayılmış və bütün malların öz yerində olduğu aşkar edilmişdir. O, təxminən 5 ay yeni anbarda işlədikdən sonra, 23 oktyabr 2020ci il tarixdə ərizə yazaraq işdən çıxmışdır. Zərərçəkmiş şəxs QSC-yə məxsus «Keşlə» anbar mağazada satıcı işləyən Təqsirləndirilən şəxs başqa orada məsul şəxs olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs anbar mağazada həm satıcı, həm də rəhbər şəxs olmuşdur. Rəşid malları qəbul etmiş, malların saxlanılmasına nəzarət etmiş, eləcə də malların satışı ilə məşğul olmuşdur. Ümimiyyətlə Rəşid anbar mağazanın bütün işinə rəhbərlik etmiş və sonuncudan başqa mağazada rəhbər şəxs olmamışdır. Zərərçəkmiş şəxs QSC-yə məxsus «Keşlə» anbar mağazada yalnız ağaclifli materialların satışı aparıldığından və buna nəzarət etmək çətin olmadığından Rəşid bu işi təkbaşına aparmağı bacarmışdır. Anbar mağazanın açarları yalnız Rəşiddə olmuşdur. Həmin anbar mağazadan Rəşidin icazəsi olmadan və ya Rəşidə məlumat verilmədən heç kim mal götürə bilməzdi. Rəşid bütün günü anbar mağazada olmuş, anbara nəzarət etmiş, gətirilən və aparılan malları özü qəbul etmiş və təhvil vermişdir. Fəhlələr yalnız Rəşidin göstərişi ilə malları maşınlara yükləmişlər və bu işə Rəşid şəxsən nəzarət etmişdir. Axşamlar evə gedən zaman Rəşid anbar mağazanın qapılarını açarla bağlayıb açarları özündə saxlamışdır. O, işlədiyi vaxt orada heç bir oğurluq hadisəsi olmamışdır. Həmçinin o, anbar mağazada gizlin şəkildə kiməsə mal satılmasının şahidi olmamışdır. O, anbar mağazada işlədiyi müddətdə orada malların sayımı keçirilməmişdir. O, audit zamanı orada olsa da, həmin prosesdə iştirak etməmişdir. Yoxlama nəticəsində yeyinti faktı aşkarlanmış, Təqsirləndirilən şəxs isə bununla razılaşmayaraq əskik gələn maldan xəbəri olmadığını bildirmişdir. Şahid3 cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq ağaclifli plitələrin (MDF) çəkisinin 17-195 kiloqram arasında olduğunu, tək adam tərəfindən aparılmasının mümkün olmadığını, malların vaqonla gətirilməsini, əksəriyyətinin MDF-dən ibarət olmasını, müştərilərin bəzən çox, bəzən az mal aldıqlarını, müştərilərin adətən Təqsirləndirilən şəxs yaxınlaşaraq qiymətlə bağlı suallar verdiklərini, obyekti Rəşidin açıbbağladığını, Rəşiddən icazəsiz içəri keçməyin mümkün olmadığını, anbarda olan malların Rəşid tərəfindən pulsuz kiməsə verilməsinin və ya satılmasının şahidi olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 2018-ci ildən Zərərçəkmiş şəxs QSC-də sürücü işləyir. Onunla həmin müəssisə arasında müqavilə bağlandıqdan sonra o, cəmiyyətə məxsus «Mercedes-Benz» markalı, «1828» modelli, «Furqon-Tentli» tipli, 99-C0-545 dövlət qeydiyyat nişanlı maşını idarəyə etməyə başlamış və hazırda da həmin maşını idarə edir. Onun işi müəssisənin rəhbərliyin göstərişi əsasında Zərərçəkmiş şəxs QSC-yə məxsus malların Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Lökbatan» loqistik mərkəzində olan dəmir yolu yükboşaltma məntəqəsindən götürüb gətirərək anbara təhvil verməkdən ibarətdir. Bundan başqa, o, rəhbərliyin icazəsi ilə bəzi hallarda müştərilərin xahişi ilə malları anbardan müştərilərin ünvanlarına çatdırır. O, malları anbara gətirən zaman həmin malları Təqsirləndirilən şəxs təhvil verib çıxıb getmişdir. Əvvəllər anbar «Bakmil» metro stansiyasının yaxınlığında yerləşmiş, 2020-ci ilin yay aylarında isə «Bakmil» metro stansiyasının yaxınlığında təmir işləri aparıldığından həmin anbar Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospekti, 2096 məhəllədə yerləşən «Keşlə» adlanan anbara köçürülmüşdür. Həmin anbara köçən zaman bütün mallar «Bakmil» metro stansiyasının yanında yerləşən anbar mağazadan «Keşlə» anbar mağazaya daşınmış və həmin vaxt bütün malların öz yerində olması aşkar edilmişdir. Həmin mallar Təqsirləndirilən şəxs nəzarəti altında yeni anbara aparılaraq orada yığılmışdır. Bundan sonra onlar yenə köhnə qayda ilə işləməyə başlamışlar. 2021-ci ildə anbarda çatışmazlıqların olması müəyyən olunmuşdur. Lakin o, bunun hansı səbəbdən baş verdiyini bilmir. Zərərçəkmiş şəxs QSCdə mallar dəmir yolu vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Lökbatan» loqistik mərkəzində olan dəmir yolunun yükboşaltma məntəqəsinə gətirildikdən sonra cəmiyyətin rəhbərləri Şahid2 və Zeynalabdin Cəfərovun göstərişi ilə sürücülər həmin yükboşaltma məntəqəsinə gedib, orada malları təhvil alaraq iki nüsxədə qaimələr tərtib olunmuşdur. Həmin qaimələrin birini imza edib yükboşaltma məntəqəsinə, ikinci nüsxəsini mallarla birlikdə götürüb anbara gətirib təhvil vermişlər. Orada Təqsirləndirilən şəxs malları qəbul edib saymış, sonra qaimələri qəbul edib rəhbərliyə malların çatdığını bildirmiş və bundan sonra sürücülər çıxıb getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs mallara özü nəzarət edərək hesabat aparmışdır. Malların yükboşaltma məntəqəsindən anbara gətirilməsinə göstərişi yalnız cəmiyyətin rəhbərləri Şahid2 və sonuncunun qohumu Zeynalabdin Cəfərov vermişdir. «Keşlə» anbar mağazada Təqsirləndirilən şəxs başqa malları heç kim qəbul etməmiş, Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs QSC-yə məxsus «Keşlə» anbar mağazada məsul şəxs olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs anbar mağazada həm satıcı, həm də rəhbər olmuş, malları qəbul edib saxlanılmasına nəzarət etmişdir. Müştəriləri Təqsirləndirilən şəxs qarşılayıb qəbul etmişdir. Zərərçəkmiş şəxs QSC-yə məxsus «Keşlə» anbar mağazasının açarları həmişə Təqsirləndirilən şəxs olmuşdur. Həmin anbar mağazadan Təqsirləndirilən şəxs icazəsi olmadan və ya Təqsirləndirilən şəxs məlumat verilmədən heç kim mal götürə bilməmişdir. Fəhlələr yalnız Təqsirləndirilən şəxs göstərişi ilə malları maşınlara yükləmişlər. MDF-i iki nəfər apara bilərdi, nazik olanda bir nəfər də götürə bilərdi. Axşamlar evə gedən zaman isə Təqsirləndirilən şəxs anbar mağazanın qapılarını açarla bağlayıb açarları özündə saxlamışdır. O, «Keşlə» anbar mağazada 555.600 manat dəyərində malların çatışmadığını sonradan bilmiş, çünki onun anbara heç bir aidiyyatı olmamışdır. Təqsirləndirilən şəxs heç vaxt mallar olmadan qaimələri imza etməmiş, yalnız real olaraq mallar gələn zaman qaimələri imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 və Şahid6 ifadələrində digər Şahid4 göstərdiklərini eyni ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs QSC-nin təsisçilərindən biridir və eyni zamanda həmin şirkətin rəhbəridir. O, uzun müddət xaricdə yaşamışdır. Təqsirləndirilən şəxs onun rəhbəri olduğu şirkətdə uzun müddət ərzində işləmişdir. Günlərin birində şirkətin Təhlükəsizlik Xidmətinin səlahiyyətli şəxsləri onlara (şirkətin rəhbərliyinə) məlumatla müraciət edərək bildirmişlər ki, Təqsirləndirilən şəxs cavabdeh olduğu anbarda ciddi nöqsanlar və mal əskikliyi var. O, həmin məlumat əsasında komissiya yaratmış və bundan sonra Təqsirləndirilən şəxs məsul olduğu anbarda bütün mallar sayılmışdır. Nəticədə 550.000 manata yaxın malın əskik olması müəyyən edilmişdir. Gündəlik hesabatda nə qədər mal alındığı, nə qədər mal satıldığı qeyd olunduğundan bunların hamısı hesablanmış və nəticədə məlum olmuşdur ki, 550.000 manata yaxın mal əskikdir. Həmin yoxlamada Təqsirləndirilən şəxs və Rəşidin qızı da iştirak etmişdir. O, Təqsirləndirilən şəxs ilə ailəvi tanış olduğundan Rəşidin qızını yoxlamada iştirak etməsi üçün dəvət etmişdir. Daxili araşdırma aparılmış və sonra müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs vəzifəsini icra etməsi tələb olunan zaman spirtli içki qəbul etmiş və nəticədə məsuliyyətsizlik etmişdir. Təqsirləndirilən şəxs spirtli içki içməsi ilə səhlənkarlıq etmiş və nəticədə şirkətə məxsus 550.000 manatdan çox malın aqibəti məlum olmamışdır. O, dəfələrlə Təqsirləndirilən şəxs bu qədər dəyərdə olan mallarla nə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs bu suala heç vaxt cavab verməmişdir. Lakin sonradan o, Təqsirləndirilən şəxs bağışlamışdır. Təqsirləndirilən şəxsjn yaxın qohumları tərəfindən onun rəhbəri olduğu şirkətə vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Şirkətin rəhbəri olaraq o, Təqsirləndirilən şəxs bağışlamış, bununla da onlar barışmışlar və şirkətin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs QSC-nin təsisçilərindən biridir və həmin müəssisədə maliyyə direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onların şirkətində uzun müddət işləmiş və nümunəvi işçilərdən biri olmuşdur. Təqsirləndirilən şəxs həmin şirkətdə işlədiyi müddət ərzində heç bir problem olmamışdır. Lakin son vaxtlar Təqsirləndirilən şəxs məsuliyyətsizlik etmişdir. Təqsirləndirilən şəxs anbardar olmuş və anbarda olan bütün mallara görə cavabdeh olan yeganə şəxs olmuşdur. Şirkətlə Təqsirləndirilən şəxs arasında əmək müqaviləsi bağlanmış və Təqsirləndirilən şəxs vəzifəsi anbardar-satıcı olmuşdur. Rəşidin həm nağdsız qaydada, həm də nağd qaydada satışla məşğul ola bilməsi ilə bağlı səlahiyyəti olmuşdur. Sonradan şirkətin rəhbərliyi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məsul olduğu anbarda böyük məbləğdə mallar əskikdir. Bundan sonra onlar Rəşidi hesabat aparmaq üçün çağırmışlar, lakin Rəşid hesabat aparmağa gəlməmiş və hər dəfə müxtəlif bəhanələr ilə hesabat etməkdən yayınmışdır. Daha sonra Rəşid bir dəfə şirkətə gəlmiş və həmin vaxt hesabat aparılmışdır. Hesabatlar ilə bağlı araşdırma aparıldıqdan sonra Rəşid gələcəyini desə də, bununla bağlı şirkətə yaxınlaşmamışdır. Ən sonda Zərərçəkmiş şəxs QSC-nin direktoru anbara getmiş və anbarda əskikliyin olmasını bilmişdir. Belə ki, anbarda malların qalıqları sayıldıqda, həqiqətən də anbarda çatışmamazlıq aşkar edilmişdir. Sonra onlar Təqsirləndirilən şəxs özünü dəvət etmişlər və Rəşidin iştirakı ilə o, əskik malların hesabatını çıxarmışdır. Həmin vaxt Rəşid onların rəqəmləri ilə razılaşmamışdır. Rəşid onlara öz hesabatını təqdim etmişdir. Rəşidin hesabatına əsasən isə çatışmayan fərq çox cüzi olmuşdur. Şirkətin hesabatına görə çatışmayan malların ümumi dəyəri 500.000 manatdan yuxarı məbləğ olmuşdur. Anbarda müşahidə kamerası olsa da, həmin kameralarda videogörüntülər yalnız 15 gün yaddaşda qalır. Təəssüf ki, Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi bütün dövr kameraların yaddaşında saxlanılmamışdır. Onlar Təqsirləndirilən şəxs rəhbərlik etdiyi anbarda gec-gec hesabat aparmışlar. Şirkətin əvvəlki anbarı Keşlə qəsəbəsində olmuşdur. Keşlədəki anbarda hər şey qaydasında olmuşdur. Lakin sonradan Keşlədəki anbar başqa ərazidə olan anbara köçürülmüşdür. Təqsirləndirilən şəxs rəhbərlik etdiyi anbar təzə yerə köçürüldükdən sonra Rəşidin fəaliyyətində problemlər yaranmış və nəticədə 500.000 manatdan çox şirkətə maddi ziyan dəymişdir. Ona görə də bununla bağlı audit yoxlaması keçirilmişdir. Həmin yoxlamada Təqsirləndirilən şəxs və Rəşidin qızı da iştirak etmişdir. Kənar şəxs tərəfindən audit keçirildikdən sonra Təqsirləndirilən şəxs audit rəyində müəyyən edilmiş ziyanla razılaşmış və bundan sonra Təqsirləndirilən şəxs ailəsi tərəfindən şirkətə vurulmuş ziyanın bir hissəsi dərhal ödənilmişdir. Sonradan şirkətin rəhbərliyi Təqsirləndirilən şəxsla barışmış və onun bildiyinə görə şirkətin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid7 Əbülqasım oğlunun məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 1996-cı ildə "xxxx" MMC-ni təsis etmiş və həmin vaxtdan cəmiyyətə rəhbərlik edərək auditor kimi fəaliyyət göstərir. 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs MMC-nin rəhbəri Şahid2 rəsmi olaraq müraciət edərək cəmiyyətin «Keşlə» anbarında audit yoxlaması keçirilməsini xahiş etmişdir. "xxxx" MMC-nin rəhbəri kimi onunla Zərərçəkmiş şəxs MMC-nin rəhbəri Şahid2 arasında 20 avqust 2021-ci il tarixdə 19 saylı müqavilə bağlanmışdır. Bundan sonra onun tərəfindən Zərərçəkmiş şəxs MMC-nin «Keşlə» anbarında audit aparılmışdır. Qeyd edilən ünvanda fəaliyyət göstərən anbar həm də mağaza kimi fəaliyyət göstərmişdir. Anbar-mağazada satış meneceri Təqsirləndirilən şəxs işləmişdir. Təqsirləndirilən şəxs başqa həmin mağazada 2 (iki) nəfər fəhlə işləmişdir. Mağazada maddi məsul şəxs satış meneceri Təqsirləndirilən şəxs olmuşdur. Satış meneceri kimi Təqsirləndirilən şəxs 17 avqust 2018-ci ildən mağazanın bütün işinə rəhbərlik etmiş, eləcə də mağazanın bütün hesabatını aparmış, malları qəbul etmiş və satmışdır. Satış meneceri Təqsirləndirilən şəxs məsul şəxs olduğu mağazada Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları tərəfindən 19 avqust 2021-ci il tarixdə daxili audit keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hesabında 555.600 (beş yüz əlli beş min altı yüz) manat dəyərində mal çatışmamışdır. Bununla əlaqədar Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları tərəfindən audit rəyi və aktı tərtib edilmiş, Təqsirləndirilən şəxs da qeyd edilən audit rəyini və aktı öz imzası ilə təsdiq etmişdir. Bundan sonra ona təqdim edilmiş sənədlər əsasında onun tərəfindən audit yoxlaması keçirilmiş və müvafiq rəy tərtib edilərək Zərərçəkmiş şəxs MMC-nə təqdim edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin) ifadələri ilə yanaşı, auditor və ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 10 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs QSC-nin təsisçisinin müraciəti əsasında toplanmış 479-c-21 nömrəli material üzrə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 01, i.v. 01). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs QSCnin direktoru və cəmiyyətin təsisçilərinin 22 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, «Keşlə» obyektində işləyən satıcı-menecer Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSCnin 555.600 (beş yüz əlli beş min altı yüz) manat dəyərində ağaclifli plitələrini (MDF mallarını) satmış, satışdan hasil olunmuş pulu kassaya mədaxil etməmiş, bununla əlaqədar Təqsirləndirilən şəxs izahatı alınmış və o, həmin çatışmazlığı yaxın müddət ərzində aradan qaldıracağını bildirmiş, lakin sonradan verdiyi vədindən yayınaraq gizlənmişdir (akt, izahat, audit rəyi ərizəyə əlavə olunmuş, cild 01, i.v. 04-08). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqəsi, ərizə, şəxsi vərəqə, kadrlar uçotunun şəxsi vərəqəsi, hərbi bilet, diplom, əmək müqaviləsi, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi, əmək müqaviləsinə əlavə razılaşma, tam maddi məsuliyyət haqqında müqavilə, satıcının vəzifə təlimatı baradə sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs QSC-də satıcı vəzifəsinə işə qəbul edilmiş və həmin vəzifədə işləmişdir (cild 01, i.v. 19-38). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 sentyabr 2021-ci və 20 dekabr 2021-ci il tarixli tələbnamələrindən, Sumqayıt Hərbi Məhkəməsinin 253/2001-ci il nömrəli, 25 oktyabr 2001-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) ilə təqsirli bilnərək 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilmiş və 6 (altı) ay müddətə sınaq müddəti təyin edilmişdir (cild 01, i.v. 42-43, cild 02, i.v. 03-04, 207- 208). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs QSC-nin təsisçisinin şikayət ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon prokurorluğuna göndərilmişdir (cild 01, i.v. 44-47). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş nizamnamə, dövlət reyestrindən çıxarış, şəhadətnamə, qərar, icazənin kserosurətlərindən görünür ki, Zərərçəkmiş şəxs MMC (sonrakı adı Zərərçəkmiş şəxs QSC) Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X6 idarəsi tərəfindən ********** dövlət qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır (cild 01, i.v. 53-70). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin auditor rəyindən görünür ki, həmin cəmiyyətin auditoru Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş 28 dekabr 2018-ci il tarixli AT/106 saylı icazə (lisenziya) əsasında fəaliyyət göstərən Zərərçəkmiş şəxs QSC ilə 20 avqust 2021-ci il tarixli 19 saylı müqaviləyə əsasən cəmiyyətin «Keşlə» anbar mağazasının maddi məsul şəxsi olan satıcımenecer Təqsirləndirilən şəxs mədaxil qaimələri ilə satılmaq üçün təhvil verilmiş əmtəə qiymətlərinin ağaclifli-plitilər (MDF) hesabı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə əmtəə qiymətlərinin mədaxili, məxarici və qalığına dövriyyə çıxarılmış alınmış yekunların nəticələrinin qiymətləndirilməsi işləri üzrə audit yoxlamasını aparmış, tərtib edilmiş dövriyə cədvəlləri və mühasibat uçotunun üzləşmə aktının surətləri rəyə əlavə edilmişdir (cild 01, i.v. 72-87). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məktubdan görünür ki, Zərərçəkmiş şəxs QSC-nin direktoru cəmiyyətin ağaclifli-plitilər (MDF) 2021-ci il üzrə hərəkət cədvəlini Bakı şəhəri Nərimanov rayon prokurorluğuna təqdim etmiş (cədvəllər, gömrük bəyannamələri və səyyar vergi yoxlaması aktının kserosurətləri məktuba əlavə edilmiş, cild 01, i.v. 88-185). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 16 dekabr 2021-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işi (210066006 nömrəli) üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 179.4-cü maddəsinə tövsif edilmişdir (cild 01, i.v. 229- 230). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/116 nömrəli 14 yanvar 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs QSC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmamazlıq 555.600,00 manat məbləğində müəyyən edilir, aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir (cild 01, i.v. 242- 246). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 01 fevral 2022-ci il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulmuşdur (cild 02, i.v. 17-18; 21-22). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 03 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş, habelə hüquq və vəzifələri elan edilməklə qərarın surəti ona təqdim edilmişdir (cild 02, i.v. 43-44). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-127/2022 nömrəli 03 fevral 2022-ci il tarixli qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 01 fevral 2022ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 76-78). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X10 11 fevral 2022-ci il tarixli xx/xx-2288 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən mərkəzdə müalicədə olmayıb (cild 02, i.v. 94). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X10 11 fevral 2022-ci il tarixli 1460 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 02, i.v. 95). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin 4(103)-74/2022 nömrəli 25 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-127/2022 nömrəli 03 fevral 2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair yuxarıda göstərilən qərar dəyişdirilmədən saxlanılmışdır (cild 02, i.v. 99-103). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 mart 2022-ci il tarixli **********954200 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs (VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcuddur (cild 02, i.v. 185). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 31 mart 2022-ci il tarixli xx/xx-1034 nömrəli məktubu və tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il tarixdə 03 saylı İstintaq Təcridxanasından "xxxx" diaqnozu ilə X3 daxil olmuş və onda «sol ağciyərin yuxarı payının ocaqlı vərəmi, VM+ pozitiv» dioqnozu təsdiqlənmiş, 03 mart 2022ci il tarixdə XHK-nın qərarına əsasən 1-ci sıra vərəməleyhinə preparatlarla müalicəyə cəlb edilmiş, vəziyyəti kafidir, hazırda müalicəsi davam etdirilir (cild 02, i.v. 147-148). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X10 02 aprel 2022-ci il tarixli 799 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnetik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kamıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş və buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərinin tətbiqinə ehtiyac yoxdur (cild 02, i.v. 167-169). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-397/2022 nömrəli 05 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 3 (üç) ay müddətə, yəni 06 iyul 2022-ci il tarixədək uzadılmışdır (cild 02, i.v. 158-160). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 13 may 2022-ci il tarixli protokolundan görünür ki, ibtidai istintaq zamanı Şahid4 ifadəsində göstərdiklərini üzləşdirmə zamanı Təqsirləndirilən şəxs qarşı eyni ilə təsdiq etmişdir (cild 02, i.v. 192-195). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 13 may 2022-ci il tarixli protokolundan görünür ki, ibtidai istintaq zamanı Şahid5 ifadəsində göstərdiklərini üzləşdirmə zamanı Təqsirləndirilən şəxs qarşı eyni ilə təsdiq etmişdir (cild 02, i.v. 196-199). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 13 may 2022-ci il tarixli protokolundan görünür ki, ibtidai istintaq zamanı Şahid6 ifadəsində göstərdiklərini üzləşdirmə zamanı Təqsirləndirilən şəxs qarşı eyni ilə təsdiq etmişdir (cild 02, i.v. 200-203). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməklə ona həmin maddə ilə yeni məzmunda ittiham elan olunması, onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır (cild 02, i.v. 215-224). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 18 iyun 2022-ci il tarixli qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməklə ona həmin maddə ilə yeni məzmunda ittiham elan olunmuş, hüquq və vəzifələri elan edilməklə qərarın surəti ona təqdim edilmişdir (cild 03, i.v. 03-06). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş Zərərçəkmiş şəxs QSC-nin **********234 nömrəli 21 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC ilə Təqsirləndirilən şəxs arasında barışıq əldə edilmiş, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs QSC-yə vurulmuş ziyan tam şəkildə zərərçəkmiş hüquqi şəxsə ödənilmiş, Zərərçəkmiş şəxs QSC-nin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (cild 03, i.v. 42). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində müdafiəçisi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəmə qarşısında müxtəlif vəsatətlər qaldırmışdır. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermişdir. Məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxs öz etirazını bildirməmiş və həmin sübutları mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi özgənin əmlakını talamanın iki müstəqil formasını nəzərdə tutur: mənimsəmə və israf etmə. Özgənin əmlakını talamanın bu iki müstəqil formasının hər birinin özünəməxsus obyektiv xüsusiyyətləri vardır. Bu obyektiv xüsusiyyətlər özgənin əmlakını ələ keçirmənin üsulunda ifadə olunur. Cinayət hüququ nəzəriyyəsinə görə - mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli əşyaların ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar (məsələn, anbardar, təchizatçı, xəzinədar, mühasib və sair) özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə və ya digər formada sahibliyinə keçirir. Əgər şəxs tutduğu vəzifə ilə əlaqədar olaraq sərəncam vermə, idarəetmə, tədarük və sair səlahiyyətlər verilməklə etibar edilmiş əmlakı qanunsuz və ya əvəzsiz olaraq öz mülkiyyətinə keçirərsə, onda onun əməli Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, mənimsəmə və israfetmə cinayətin başa çatma anına görə birbirindən fərqlənirlər. Talamanın bir forması kimi mənimsəmə özgənin etibar edilmiş əmlakı təqsirkar tərəfindən onun qalan əmlakından ayrılaraq ələ keçirildiyi andan başa çatmış cinayət hesab edilir. İsraf etmə isə - həmin əmlaka qanunsuz sərəncam verildiyi, yəni əmlakın bu və ya digər formada istehlak edildiyi, sərf edildiyi, satıldığı və ya başqa üsulla özgəninkiləşdirildiyi andan başa çatmış hesab olunur. Şəxs öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş mənimsəmə və ya israf etmə o halda mövcud olur ki, həmin əməllər əmlakın etibar edildiyi və öz qulluq mövqeyinə görə həmin əmlak barəsində müəyyən səlahiyyətlərə malik maddi məsul şəxs tərəfindən törədilmiş olsun. Bu zaman şəxs təhlil edilən cinayəti törədərkən məhz öz qulluq səlahiyyətlərindən istifadə edir. Belə subyektlər sırasına anbardar, təchizatçı, mühasib və dövlət və ya fərdi müəssisələrdə bu kimi vəzifələri tutan digər şəxslər aid edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə ona etibar olunmuş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib xüsusi ilə külli miqdarda mənimsəməklə talamışdır. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin həm təsisçisi, həm də rəhbəri olan Şahid2 arasında etibarlı münasibətlər olmuş və bu münasibətlərin nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-də işləmək məqsədi ilə Şahid2 tərəfindən dəvət edilmişdir. Təqsirləndirilən şəxs də bu dəvəti qəbul etmişdir. Nəticədə Təqsirləndirilən şəxs 2015-ci ilin yanvar ayından 01 avqust 2018-ci ilədək tərəflər arasında əldə edilmiş şifahi razılıq əsasında, 01 avqust 2018-ci ildən 31 avqust 2021-ci ilədək isə rəsmi müqavilə əsasında Zərərçəkmiş şəxs QSC-yə aid anbarlarda məsul şəxs qismində işləmişdir. Təqsirləndirilən şəxs 2018-ci ildən xx.xx.2020-ci ilədək Zərərçəkmiş şəxs QSC-yə aid «Keşlə» yük stansiyasında olan anbar mağazasında, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci ilədək isə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096 məhəllə ünvanında yerləşən «Keşlə» anbar mağazasında satıcı-menecer vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs işlədiyi hər iki anbarda məsul şəxs kimi anbarlardakı bütün işlərə həm hüquqi cəhətdən, həm də faktiki olaraq rəhbərlik etmiş, bu fəaliyyətlə əlaqədar onun səlahiyyətlərinə - anbara daxil olan malları qəbul etmək, qəbul edilmiş malların satışını həyata keçirmək (həm nağd, həm də nağdsız qaydada), malların satışından hasil olunmuş pulları kassaya ödəmək şərti ilə şəxsən qəbul etmək, sifarişçilərə satılmış malları anbardan buraxmaq və ya başqa qaydada təhvil vermək, habelə bu qəbildən sair məsələlər daxil olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-yə aid hər iki anbarın rəhbəri kimi xidməti vəzifələrini həyata keçirərkən öz qulluq mövqeyinə, habelə onunla Zərərçəkmiş şəxs QSC arasında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrdə, o cümlədən ona aid təsdiq edilmiş vəzifə təlimatında göstərilmiş tələbləri kobud şəkildə pozaraq, xx.xx.2020-ci ilədək ünvan 2 ünvanında yerləşən «Keşlə» yük stansiyasında olan anbar mağazasında, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096 məhəllə ünvanında yerləşən «Keşlə» anbar mağazasında müxtəlif ölçülü ağaclifli plitələrini (MDF) qəbul edib, saxlanılmasını və satışını həyata keçirən zaman xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək olan müddət ərzində daxil olmuş hər birinin dəyəri 15 manat olmaqla, ümumi dəyəri 28.800 manat təşkil edən 1920 ədəd 3x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 19 manat olmaqla, ümumi dəyəri 58.273 manat təşkil edən 3067 ədəd 4x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 21 manat olmaqla, ümumi dəyəri 40.320 manat təşkil edən 1920 ədəd 5x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 26 manat olmaqla, ümumi dəyəri 267.800 manat təşkil edən 10300 ədəd 6x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 30 manat olmaqla, ümumi dəyəri 240.000 manat təşkil edən 8000 ədəd 8x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 39 manat olmaqla, ümumi dəyəri 170.352 manat təşkil edən 4368 ədəd 10x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 4 manat olmaqla, ümumi dəyəri 62.920 manat təşkil edən 1430 ədəd 12x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 55 manat olmaqla, ümumi dəyəri 35.750 manat təşkil edən 650 ədəd 16x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 60 manat olmaqla, ümumi dəyəri 459.000 manat təşkil edən 7650 ədəd 18x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 93 manat olmaqla, ümumi dəyəri 465 manat təşkil edən 5 ədəd 22x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 103 manat olmaqla, ümumi dəyəri 2.575 manat təşkil edən 25 ədəd 25x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 115 manat olmaqla, ümumi dəyəri 8.050 manat təşkil edən 70 ədəd 28x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 120 manat olmaqla, ümumi dəyəri 18.000 manat təşkil edən 150 ədəd 30x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 163 manat olmaqla, ümumi dəyəri 11.084 manat təşkil edən 68 ədəd 38x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 25 manat olmaqla, ümumi dəyəri 5.625 manat təşkil edən 225 ədəd 6x2800x2200 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 48 manat olmaqla, ümumi dəyəri 336 manat təşkil edən 7 ədəd 12x2800x2200 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 67 manat olmaqla, ümumi dəyəri 47.101 manat təşkil edən 703 ədəd 16x2800x2200 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 65 manat olmaqla, ümumi dəyəri 1.300 manat təşkil edən 20 ədəd 18x2800x2200 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 45 manat olmaqla, ümumi dəyəri 34.515 manat təşkil edən 767 ədəd 16x1830x2440 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 47 manat olmaqla, ümumi dəyəri 6.956 manat təşkil edən 148 ədəd 18x1830x2440 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 53 manat olmaqla, ümumi dəyəri 34.609 manat təşkil edən 653 ədəd 16x1830x2440 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 54 manat olmaqla, ümumi dəyəri 3.240 manat təşkil edən 60 ədəd 18x1830x2440 mm ölçüdə ağaclifli plitələrini (MDF), cəmi 1.537.072 (bir milyon beş yüz otuz yeddi min yetmiş iki) manat dəyərində müxtəlif ölçüdə ağaclifli plitələrini (MDV) qəbul edib, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində həmin mallardan anbarda 946.419 (doqquz yüz qırx altı min dörd yüz on doqquz) manat dəyərində müxtəlif ölçülərdə ağaclifli plitələrinin (MDF) faktiki mal qalığının və 35.052 (otuz beş min əlli iki) manat dəyərində müxtəlif ölçülərdə ağaclifli plitələrinin (MDF) yararsız olduğu müəyyən edilməklə, hər birinin dəyəri 26 manat olmaqla, ümumi dəyəri 57.200 manat təşkil edən 2200 ədəd 6x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 30 manat olmaqla, ümumi dəyəri 98.400 manat təşkil edən 3100 ədəd 8x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 39 manat olmaqla, ümumi dəyəri 54.600 manat təşkil edən 1400 ədəd 10x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 44 manat olmaqla, ümumi dəyəri 57.200 manat təşkil edən 1300 ədəd 12x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 60 manat olmaqla, ümumi dəyəri 276.000 manat təşkil edən 4600 ədəd 18x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), hər birinin dəyəri 120 manat olmaqla, ümumi dəyəri 12.000 manat təşkil edən 100 ədəd 30x2800x2070 mm ölçüdə ağaclifli plitələrini (MDF), cəmi 555.600 (beş yüz əlli beş min altı yüz) manat dəyərində müxtəlif ölçülü ağaclifli plitələrini (MDF) götürərək öz şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş Zərərçəkmiş şəxs QSC-yə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 555.600 (beş yüz əlli beş min altı yüz) manat dəyərində müxtəlif ölçülü ağaclifli plitələrini (MDF) rəhbəri olduğu anbar mağazasından götürərək mənimsədiyini bildirməklə qeyd edilən məbləğdə özgə əmlakını mənimsəmə yolu ilə taladığını etiraf etmiş, habelə vəd verərək göstərilən məbləğdə pul vəsaitini qısa müddət ərzində zərərçəkmiş hüquqi şəxsə qaytaracığını bildirmiş, lakin sonradan verdiyi vədlərdən müxtəlif bəhanələrlə yanınmışdır. İbtidai istintaqın sonunda isə Zərərçəkmiş şəxs QSC-nin rəhbəri ibtidai istintaq orqanına notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə vurulmuş ziyanın tam şəkildə ödənildiyini, nəticədə tərəflərin barışdığını, habelə Zərərçəkmiş şəxs QSC-nin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həqiqətən də Zərərçəkmiş şəxs QSC-yə aid anbarlarda məsul şəxs kimi işləmiş, həmin anbarların rəhbəri kimi anbara daxil olan malları qəbul etmiş, daxil olmuş malların satışını həyata keçirmiş, satılan malların pulunu şəxsən alaraq sonradan kassaya mədaxil etmiş, anbardan malların buraxılmasını təşkil etmiş, habelə həmin anbarlarda işləyən fəhlələrə nəzarət etməklə bötüvlükdə anbarın rəhbəri kimi bütün işləri həll etmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs həqiqətən də işlədiyi hər iki anbarın işinə rəhbərlik etməklə həmin anbarlardakı bütün işlərin həyata keçirilməsinə nəzarət etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək, həmçinin işlədiyi sonuncu anbarda malların əskik gəldiyini, yəni malların anbarda çatışmadığını etiraf etmiş, lakin ona qarşı irəli sürülmüş ittihamda iddia edilən 555.600 (beş yüz əlli beş min altı yüz) manat həddində maddi ziyanla razılaşmayaraq, onun Zərərçəkmiş şəxs QSC-yə vurduğu ziyanın 10.000 manat həddində olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında qeyd edilən hissədə verdiyi ifadəsini inandırıcı saymır və belə hesab edir ki, təqsirləndirilən şəxs belə məzmunda ifadə verməklə məsuliyyətdən yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi halın inandırıcı olmaması nəticəsinə (10.000 manat məbləğində ziyanın vurulması) gələrək 3 (üç) obyektiv əsasa (dəlilə) istinad etmişdir. Bunlardan birincisi "xxxx" MMC-nin auditor rəyidir. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin auditor rəyi əsasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs QSC-nin «Keşlə» anbar mağazasının maddi məsul şəxsi olan satıcı-menecer Təqsirləndirilən şəxs mədaxil qaimələri ilə satılmaq üçün təhvil verilmiş əmtəə qiymətlərinin ağaclifli-plitilər (MDF) hesabı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə əmtəə qiymətlərinin mədaxili, məxarici və qalığına dövriyyə çıxarılmış alınmış yekunların nəticələrinin qiymətləndirilməsi işləri üzrə audit yoxlaması aparılmış və yoxlama nəticəsində Zərərçəkmiş şəxs QSC-yə 555.600 (beş yüz əlli beş min altı yüz) manat məbləğində maddi ziyanın vurulması təsdiq edilmişdir. İkinci əsas odur ki, hazırki cinayət işi üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/116 nömrəli 14 yanvar 2022-ci il tarixli ekspertiza rəyi əsasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs QSC üzrə Təqsirləndirilən şəxs hesabında çatışmamazlıq aşkarlanmış və bu çatışmamazlıq 555.600 (beş yüz əlli beş min altı yüz) manat məbləğində müəyyən edilmişdir. Üçüncü əsas odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlindən ibtidai istintaqın sonunadək işlədiyi anbarda aşkar edilmiş çatışmamazlığa və bu çatışmamazlığın nəticəsində yaranmış ziyanın məbləğinə dair öz etirazını bildirməmiş, əksinə göstərilən həddə çatışmamazlığı etiraf edərək qısa müddət ərzində ziyanı tam şəkildə zərərçəkmiş hüquqi şəxsə ödəyəcəyini bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-yə 555.600 (beş yüz əlli beş min altı yüz) manat məbləğində ziyan vurması ilə razılaşmış, seçdiyi bir neçə müdafiəçi tərəfindən hüquqları müdafiə olunsa da, bu məsələ ilə əlaqədar dəfələrlə etirafedici ifadə verərək 555.600 (beş yüz əlli beş min altı yüz) manat məbləğində vurulmuş ziyanı qəbul etmiş, bircə dəfə də olsun qeyd edilən məbləğdə ifadə olunmuş çatışmamazlığın həddini və əsaslarını mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən 3 (üç) əsas məcmu halda ona imkan verir ki, Təqsirləndirilən şəxs işlədiyi anbarda çatışmamazlığın müəyyən edilməsi və həmin çatışmamazlıq nəticəsində Zərərçəkmiş şəxs QSC-yə ümumilikdə 555.600 (beş yüz əlli beş min altı yüz) manat məbləğində maddi ziyanın vurulması nəticəsinə gəlinsin. Eyni zamanda qeyd edilən nəticə onunla təsdiq olunur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında faktiki olaraq qismən etirafedici ifadə verərək işlədiyi anbarda malların çatışmamazlığını etiraf etmişdir. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən vahid qəsdlə törədilən mənimsəmə cinayəti nəticəsində Zərərçəkmiş şəxs QSC-yə ümumilkdə 555.600 (beş yüz əlli beş min altı yüz) manat məbləğində maddi ziyan vurulsa da, ibtidai istintaqın sonunda təqsirləndirilən şəxs həbsdə saxlandığından onun yaxın qohumları tərəfindən Zərərçəkmiş şəxs QSC-yə 100.000 (yüz min) manat məbləğində pul vəsaiti ödənilmişdir. 100.000 (yüz min) manat məbləğində pulun Zərərçəkmiş şəxs QSC-yə ödənilməsi həmin cəmiyyətin təsisçisi və rəhbəri Şahid2 tərəfindən məhkəmə istintaqında verilmiş ifadə ilə təsdiq olunmuşdur. Başqa sözlə, 555.600 (beş yüz əlli beş min altı yüz) manat məbləğində maddi ziyanın əvəzi kimi 100.000 (yüz min) manat məbləğində pulun ödənilməsi tərəflər arasında əldə edilmiş razılıq kimi qəbul edilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin Zərərçəkmiş şəxs QSC-nin təsisçisi və rəhbəri Şahid2 məhkəmə istintaqında təqsirləndirilən şəxsin yaxın qohumları tərəfindən rəhbəri olduğu cəmiyyətə 100.000 (yüz min) manat məbləğində pulun ödənilməsini təsdiq etməklə onun rəhbəri olduğu cəmiyyətə vurulmuş ziyanın tam şəkildə ödənilməsi faktını qəbul etmiş və nəticə kimi Zərərçəkmiş şəxs QSC-yə vurulmuş ziyanın tam şəkildə ödənilməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs QSC-nin təsisçisi və rəhbəri Şahid2 bu hissədə mövqeyini onun təqsirləndirilən şəxsi və sonuncunun ailə üzvlərini uzun müddət ərzində tanıması və aralarındaki etibarlı münasibətlərlə əlaqələndirməklə əsaslandırmışdır. Bu səbəbdən də məhkəmə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin səlahiyyətli şəxsinin qəti mövqeyini məqbul hesab edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs QSC-yə vurulmuş 555.600 (beş yüz əlli beş min altı yüz) manat məbləğində maddi ziyan təqsirləndirilən şəxsin yaxın qohumları tərəfindən Zərərçəkmiş şəxs QSC-yə tam şəkildə ödənilmişdir. Başqa nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri məcmu halda təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində həqiqətən də Cinayət Məcəlləsinin 179.4-cü maddəsində tutulmuş cinayət əməlinin bütün zəruri təkib əlamətləri var. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna və mexanizminə hüquqi qiymət verərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə tövsif edir və belə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini vahid niyyətlə qəsdən törətmişdir. Onun törətmiş olduğu əməl başa çatmış cinayətdir, Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Onun tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsinin sanksiyasında 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli və ali təhsilli olmasını, törətdiyi cinayət nəticəsində vurulmuş ziyanın yaxın qohumları tərəfindən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-yə ödənilməsini təmin etməsini, nəticədə qeyd edilən cəmiyyətə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, onunla zərərçəkmiş hüquqi şəxs arasında barışığın əldə edilməsini, həmin cəmiyyətin ona qarşı şikayət və tələbinin olmamasını, ələlxüsus təqsirləndirilən şəxsin uzun müdddət ərzində ağır vərəm xəstəliyindən əziyyət çəkməsini və yaşlı olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və dəymiş ziyanın zərərçəkmiş şəxsə (zərərçəkmiş hüquqi şəxsə) tamamilə ödənilməsi (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə) təqdirdə təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni evli və ali təhsilli olmasını, törətdiyi cinayət nəticəsində vurulmuş xüsusilə külli miqdarda ziyanın yaxın qohumları tərəfindən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-yə ödənilməsini təmin etməsini, nəticədə qeyd edilən cəmiyyətə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, onunla zərərçəkmiş hüquqi şəxs arasında barışığın əldə eidlməsini, həmin cəmiyyətin ona qarşı şikayət və tələbinin olmamasını, ələlxüsus təqsirləndirilən şəxsin uzun müdddət ərzində ağır vərəm xəstəliyindən əziyyət çəkməsini və yaşlı olmasını, eyni zamanda Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər, ələlxüsus əziyyət çəkdiyi ağır vərəm xəstəliyinin daha da proqressivləşməsinə, nəticədə təqsirləndirilən şəxsin sağlamlığının daha çox pozulmasına səbəb ola bilər, bu kimi hallar isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Tibbi elmi nəzəriyyəyə görə vərəm - yoluxucu xəstəlikdir və hal-hazırda dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır, əsasən də əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Bu hissədə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə bu hissədə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən ona göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalı, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və məhkəmə hökmü qanuni qüvvəsini alanadək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun 01 fevral 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 9 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddət nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 9 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddət nəzərə alınmaqla, ona təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və məhkəmə hökmü qanuni qüvvəsini alanadək onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 150 (yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar