Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1422/2023 31.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X9 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2amış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,515 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 28 noyabr 2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:10-da Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi, dalan 2 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,515 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 11,769 qram çəkidə narkotik vasitə heroini əldə edib, 20 büküm halında ayıraraq satış məqsədilə üzərində saxlamaqla daşımış, 18 yanvar 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01:30-da Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi 63 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın üzərində olan kəmərin altındakı qutunun içərisindən 20 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 9,902 qram, 0,862 qram, 0,202 qram, 0,134 qram, 0,232 qram, 0,033 qram, 0,038 qram, 0,021 qram, 0,032 qram, 0,034 qram, 0,021 qram, 0,037 qram, 0,031 qram, 0,034 qram, 0,031 qram, 0,023 qram, 0,025 qram, 0,021 qram, 0,036 qram, 0,020 qram olmaqla ümumi təmiz çəkisi 11,769 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür, ona görə ki, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,515 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 28 noyabr 2022-ci il tarixdə Nəsimi rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:10-da ünvan 5 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,515 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 11,769 qram çəkidə narkotik vasitə heroini əldə edib, 20 büküm halında ayıraraq satış məqsədilə üzərində saxlamaqla daşımış, 18 yanvar 2023-cü il tarixdə Nəsimi rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01:30-da Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi 63 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın üzərində olan kəmərin altındakı qutunun içərisindən 20 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 9,902 qram, 0,862 qram, 0,202 qram, 0,134 qram, 0,232 qram, 0,033 qram, 0,038 qram, 0,021 qram, 0,032 qram, 0,034 qram, 0,021 qram, 0,037 qram, 0,031 qram, 0,034 qram, 0,031 qram, 0,023 qram, 0,025 qram, 0,021 qram, 0,036 qram, 0,020 qram olmaqla ümumi təmiz çəkisi 11,769 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, uşaqlığı ağır keçmiş, televiziya verlişlərindən birində anasını tapmışdır. Əvvəllər məhkum olunmuş, cəzasını çəkdikdən sonra 2021-ci ildə azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra müxtəlif yerlərdə, müxtəlif işlərdə işləyərək gündəlik həyatını təmin etmişdir. X3 narkotik vasitədən istifadə etməyi öyrətmişdi. Belə ki, bacısı Tünzalə ona “patı” verərək “istifadə et, narkotik deyil, adama enerji, güc verir” demişdir. Həqiqətən narkotik vasitədən istifadə edərkən işləməkdən yorulmamışdır. Hazırda bacısı narkotik vasitə ilə bağlı məhkum edilmişdir və cəza çəkir. Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi, dalan 2-də yerləşən bibisi Tomaya məxsus evdə faktiki nikah münasibətində olduğu Nailə ilə birlikdə yaşamış, Nailəni narkotik vasitə aldığı “Mehman” adlı şəxsin yanında olan “Züleyxa” adlı qızın rəfiqəsi kimi tanımışdır. Nailə əvvəldən narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni bəzən o, bəzən də Nailə almış və birlikdə istifadə etmişlər. Gündəlik qazancı avtoyuma məntəqəsində işləməklə 18- 20 manat təşkil etmişdir. 28 noyabr 2021-ci il tarixdə, axşam saat 19:00 radələrində evdə yatmışdır. Narkotik maddə istifadə edən insan gec-gec yatır, 6-7 gündən bir yatırlar, yatanda da dərin yatırlar. Həmin gün də yatmış, yuxudan gözünü açanda görmüşdür ki, əlləri qandallı vəziyyətdə yerdə uzanmış və başında da ayaq var. Polis əməkdaşları evini axtarsalar da, heç nə tapmamış və onu Nəsimi rayon Polis İdarəsinə gətirmişlər. Orada Səməd adlı əməkdaş 01 büküm “mal”ı qarşısına qoyaraq “sənindir, buna qol çəkməlisən, çəkiliş olacaq, sonra səni buraxırıq sabah çıxıb gedirsən” demişdir. O Polis İdarəsinə gəlib çıxana kimi polis əməkdaşları tərəfindən döyüldüyündən məcbur qalaraq razılaşmışdır. 2 gün sonra onu prokurorluğa aparmışlar, prokurorluqda adını bilmədiyi bir nəfər ona “səni buraxıram, 300 manat pul verərsən müstəntiqə” demişdir. O da “baş üstə, nömrənini verin, gələ bilməsəm də, karta atdıraram” demişdir. Bundan sonra onu buraxmışlar. Evə gələn zaman bibisi Toma ona demişdir ki, qardaşı 1000 manat pulu ondan alaraq Səmədlə Asimə vermişdir ki, onu buraxsınlar. Ona görə də 1000 manatı qaytarmalıdır. Toma qardaşına 1000 manatı verərkən şəkillərini də çəkmişdir. 17 yanvar 2023-cü il tarixdə axşam saatlarında “Namiq” adı ilə tanıdığı narkotik vasitə satan şəxsdən 160 manat pul verərək 3,5 qrama yaxın, 9 bükümdə heroin almışdır. Həmin pulun 30 manatını isə metamfetamin üçün vermişdir. Namiqdən heroini alsa da, metamfetamini almamış, Namiq ona yarım qram metamfetamin borclu qalmışdır. Namiqdən aldığı 9 büküm heroini evə gətirmiş və həmin heroindən təxminən yarım qram Nailə ilə birlikdə istifadə etmişdir. Təxminən saat 12-dən sonra Namiq ona zəng edərək metamfetamini vermək üçün “Bolmart”ın qarşısına gəlməsini demişdir. Evdən çıxanda Nailə ona aldığı heroini üstündə götürməməsini, evdə qoyub getməsini demiş, o da heroin bükümlərini Nailənin üstünə ataraq evdən çıxmışdır. Yaşadığı evdən Namiqlə görüşmək üçün gedən zaman bağçanın qarşısında “Rang Rover” markalı maşın onun yanında saxlamış, həmin maşında İlkin və Ruslan adlı polis əməkdaşları olmuşlar. İlkin və Ruslan maşından düşmədən ondan üzərində narkotik vasitənin olub-olmamasını soruşmuşlar. O da olmadığını demişdir. Həmin vaxt Ruslandan şəxsiyyət vəsiqəsinin ona qaytarılmasını istəmişdir. Ruslan maşından düşərək “baqaj”dan şəxsiyyət vəsiqəsini gətirmiş, bir əlində isə yaşıl rəngdə qab göstərərk “bu sənindir” demişdir. O isə “yox, mənim deyil” demişdir. Ruslan isə ona “səni apararam bölməyə yaxşı olmaz” demiş və psixi təzyiqlər nəticəsində həmin qabın ona aid olduğunu demişdir. Həmin vaxt onun üzərini tam şəkildə axtarsalar da, heç nə tapmamışlar. Ondan evdə narkotik vasitənin olub-olmamasını soruşanda olmadığını demişdir. Bundan sonra onu idarəyə aparmışlar. İdarədə olan zaman Ruslanın ona verdiyi qabda olan narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. İlkin izahatlarında narkotik vasitənin ona məxsus olmasını etiraf etməkdə məqsədi 1-2 il cəza alacağını, bununla da narkotik asılılığından azad oluna biləcəyini düşünməsi olmuşdur. Lakin sonradan ona ağır ittiham irəli sürüldüyünü bilmiş və ona görə də ifadə verməkdən, imza etməkdən imtina etmişdir. Narkotik vasitələrdən əsasən heroindən istifadə etmiş və heroinin Kubinka adlanan ərazidən müxtəlif qiymətlərə “Fəridə”, “Namiq”, “Mehman” adlı şəxslərdən alımışdır. Bəzən heroinin yarım qramı üçün 25 manat, bəzən 30 manat pul ödəmişdir. Sonuncu dəfə “Namiq”dən aldığı 3,5 qram heroinə və 0,5 qram metamfetaminə görə 160 manat pul ödəmiş və həmin pul ona məxsus olmuşdur. Nailə də hərdən narkotik vasitənin alınması üçün anasından pul alıb ona vermişdir. Cəzaçəkmə müəssisəsindən çıxandan sonra tanış olduğu Sənan adlı dostu da onun kimi narkotik vasitələrdən istifadə edir. Onda narkotik vasitə olmayanda Sənanın ona, Sənanda olmayanda isə onun Sənana adətən narkotik vasitəni təmannasız verdiyi hallar olmuşdur. Hər iki halda saxlanan zaman üzərində narkotik vasitə olmamışdır. Birinci dəfə polis əməkdaşları tərəfindən döyülsə də, hər hansı xəsarəti hal-hazırda qalmamışdır və bununla bağlı şikayət və tələbi yoxdur. İkinci dəfə isə döyülməmiş, ona xəsarət yetirilməmişdir. Qeyd olunanları nəzərə alaraq onun barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 28 noyabr 2022-ci il tarixdə ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılmasından ötrü Nəsimi rayon Polis İdarəsinin rəisinə raportla məruzə etmişdir. Nəsimi RPİ-nin NBM-nin kiçik inspektoru, Şahid2 iştirakı ilə 28 noyabr 2022-ci il tarixdə, saat 13:10-da ünvan 8 ünvanın qarşısında keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılmışdır. İdarənin təhqiqatçısı Zaur Hacızadənin xidməti iş otağında videoçəkilişlə Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyub təqdim etmiş və üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Ona üst-başını səliqəyə salması tələb edilmişdir. Daha sonra həmin şəffaf sellofana bükülmüş maddə bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan onlara oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokola, eləcə də zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs özü könüllü olaraq bildirmişdir ki, onun üzərindən aşkar olunmuş maddə narkotik maddə olan heroindir, o, həmin heroini 28 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən tanımadığı şəxsdən 5 (beş) manata şəxsi istifadəsi üçün almışdır. Elçin Əsədulayev barəsində daxil olmuş əməliyyat məlumatında sonuncunun narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, gəzdirməsi və istifadəsi bildirilmişdir. Onlarda narkotik vasitələrin qanunsuz satışı barədə məlumat olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman, həmçinin İdarədə olan zaman ona hər hansı formada təzyiq olmamışdır. Təqsirləndirilən şəxs ünvan 8 ünvanın qarşısında saxlamışlar, mənzilinə daxil olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin NMB-nin kiçik inspektoru Şahid2 da Şahid1 ifadəsinə oxşar məzunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 18 yanvar 2023-cü il tarixdə ona “Qaraçı Elçin” ləqəbli Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Polis İdarəsinin əməkdaşı Şahid4 iştirakı ilə 18 yanvar 2023-cü il tarixdə, saat 01:30-da ünvan 9 ünvanın qarşısında keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılmışdır. İdarənin təhqiqatçısı Saleh Salahzadənin xidməti iş otağında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk olaraq Təqsirləndirilən şəxs papağına baxılmış, lakin heç nə aşkar edilməmişdir. Sonra əynindəki gödəkçəsinə baxılmış, gödəkçənin cibindən Təqsirləndirilən şəxs məxsus bir ədəd şəxsiyyət vəsiqəsi götürülmüşdür. Sonra isə Elçinin əynindəki şalvarında olan kəmərin altına baxılarkən üzərində "İMPACTS MİNTS” sözləri yazılmış bir ədəd qutu aşkar edilmişdir. Sonra Elçinin ayaqqabılarına baxılmış, lakin heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd üzərində “İMPACTS MİNTS” sözləri yazılmış qutuya baxış keçirilən zaman 5 ədəd şəffaf sellofana bükülmüş və 15 ədəd siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli toz şəkilli maddələr aşkar edilmişdir. Daha sonra həmin şəffaf sellofana və siqaretin gümüşü kağızına bükülmüş maddələr bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan onlara oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokolu, eləcə də zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə narkotik maddə olan heroindir, o, həmin heroini 18 yanvar 2023-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Zabitlər” bağında “Namiq” adlı şəxsdən 160 manata satmaq üçün almışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi “Namiq” adlı şəxsi müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı olmuşdur. Təqsirləndirilən şəxs narkotik maddə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman, həmçinin İdarədə olan zaman ona hər hansı formada təzyiq olmamışdır. Təqsirləndirilən şəxs adını çəkdiyi “Fəridə” adlı şəxslə bağlı İdarədə əməliyyat məlumatı var və bununla bağlı tərəflərindən əməliyyat tədbirləri həyata keçirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid4 da Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Zaur Hacızadə tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 137-138). - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı Zaur Hacızadə tərəfindən tərtib olunmuş, Nəsimi Rayon Polis İdarəsinin NMB-nin kiçik inspektoru Şahid2 və Nəsimi Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1, Nəsimi RPİ-nin mütəxəssis qismində dəvət edilmiş X10, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, “Şəxsi axtarış və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Nəsimi rayon Polis İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif olunmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs ayağa qalxaraq bildirmişdir ki, əynində olan boz rəngli idman şalvarının sağ yan cibində narkotik vasitə olan “heroin” var və o könüllü olaraq narkotik vasitəni təhqiqata təqdim etmək istəyir. Bundan sonra masaya yaxınlaşaraq əynində olan idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 (bir) ədəd bükümü çıxararaq təqdim etdi və bildirdi ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə olan “heroin”dir. Həmçinin verilən suallara cavab olaraq təqdim etdiyi narkotik vasitəni istifadə məqsədi ilə xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yasamal rayonu, “Sovetski” kimi tanınan ərazidə tanımadığı şəxsdən 5 manata almasını bildirdi. Daha sonra vətəndaş Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirildi, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmadı. Vətəndaş Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, içərisində qəhvəyi rəngli dənəvari maddəni boş zərf görütülərək həmin zərflərin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərflərin içərisinə qoyularaq qablaşdırıldı və üzəri imzalandı. Videoçəkiliş hər bir iştitakçıya nümayiş etdirildi. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadı və vəsatət qaldırılmadı. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edildi. Şəxsi axtarış aparılması və sübutların götürülməsi saat 16:20-də başladı, 17:00-da qurtardı (cild 1, i/v 161-163). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2022-ci il tarixli, “Şəxsi axtarış və maddi sübutun götürülməsi barədə” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6803 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №186» dairəvi möhür əksi, «şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs..» sözləri soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,515 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0,515 qr, tədqiqata sərf edildi – 0,05 qr, 0,465 qr. qalıq qalmışdır (cild 1, i/v 171-172). - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 199). - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X5 tərəfindən tərtib olunmuş, Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid3, NMB-nin əməliyyat müvəkkili Şahid4, mütəxəssis qismində dəvət edilmiş Babaşov Rəşad Mahir oğlu və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, “Şəxsi axtarış aparılması və maddi sübutların götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində ünvan 9 ünvanın qarşısında saxlanılaraq saat 01:45-də Nəsimi rayon Polis İdarəsinə gətirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs öncə üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında, habelə bədənində ola biləcək əşyaları təqdim etmək təklif edildi və Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı. İlk öncə baş geyimi qara rəngli dimdikli papağına baxıldı, hər hansı bir əşya aşkar edilmədi və sonra onun geyindiyi əynindəki qara rəngli gödəkçənin sol yan cibinə baxıldı və 01 ədəd özünə məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi aşkar edilərək masanın üzərinə qoyuldu və gödəkçənin digər yerlərinə baxıldı, hər hansı bir əşya aşkar edilmədi, sonra əynində olan bənövşəyi rəngli köynəyinə baxıldı və hər hansı bir əşya aşkar edilmədi, sonra əynində olan mavi rəngli cins şalvarın ciblərinə baxıldı, hər hansı bir əşya aşkar edilmədi, əynində olan mavi rəngli cins şalvarın qara rəngli kəmərinə baxıldıqda kəmərin altında 01 ədəd üzərində “İMPACT MİNTS” sözləri yazılmış dəmir metaldan hazırlanmış qutu aşkar edildi və həmin qutuya baxdıqda içərisində 05 ədəd poletelin selofana bükülmüş böyük büküm və 15 ədəd siqaretin gümüşü kağızına bükülmüş kiçik büküm aşkar edilərək masanın üzərinə qoyuldu. Sonra ayağında qara rəngli idman üslublu ayaqqabısına baxıldı və hər hansı bir əşya aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs ayaqqabısını geyinməsini, üst başını səliqəyə salması xahiş olundu. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs mavi rəngli cins şalvarının kəmərinin altından götürülmüş 01 ədəd üzərində “İMPACT MİNTS” sözləri yazılmış dəmir metaldan hazırlanmış qutunun içərisindən aşkar edilmiş 05 ədəd polietelin sellofana bükülmüş böyük büküm və 15 ədəd siqaretin gümüşü kağızına bükülmüş kiçik bükümə baxış keçirildi və həmin bükümün içərisində olan maddənin narkotik maddəyə bənzədiyi məlum oldu. Bu zaman Təqsirləndirilən şəxs həmin 05 ədəd poletelin sellofana bükülmüş böyük büküm və 15 ədəd siqaretin gümüşü kağızına bükülmüş kiçik bükümlərin nə zaman və haradan aldığını və içərisində nə maddə olduğunu soruşduqda o, xx.xx.2023-cü il tarixdə, təxminən saat 00:30 radələrində S.Vurğun küçəsində yerləşən “Zabitlər” bağında “Namiq” adlı şəxsdən 160 manata öz şəxsi istifadəsi üçün aldığını və arada satdığını və bükümün içərisində" heroin olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilən narkotik maddəyə bənzər 05 ədəd poletelin sellofana bükülmüş böyük büküm və 15 ədəd siqaretin gümüşü kağızına bükülmüş kiçik bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürüldü və 01 ədəd özünə məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi özünə geri qaytarıldı. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edildi. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadı və vəsatət qaldırılmadı. Şəxsi axtarış aparılması və maddi sübutların götürülməsi saat 03:10-da başladı və 03:55-də başa çatdırıldı (cild 1, i/v 48-50). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı 18 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutların götürülməsi barədə” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/295 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №186» dairəvi möhür əksi, “...Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlər...” sözləri, soyad və imzalar olan bir ədəd zərfdə metal qabın içərisində 20 (iyirmi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,902 qram, 0,862 qram, 0,202 qram, 0,134 qram, 0,232 qram, 0,033 qram, 0,038 qram, 0,021 qram, 0,032 qram, 0,034 qram, 0,021 qram, 0,037 qram, 0,031 qram, 0,034 qram, 0,031 qram, 0,023 qram, 0,025 qram, 0,021 qram, 0,036 qram, 0,020 qram, ümumi təmiz çəkisi 11,769 qram olan qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin ümumi təmiz çəkisi – 11,769 qr, tədqiqata sərf edildi – 0,2 qr, 11,569 qram qalıq qalmışdır (cild 1, i/v 61-62). - “Sübutların qiymətləndirilməsi haqqında” 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,515 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 0,465 qram qalığı ibtidai istintaqın yekununda saxlanıması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 20 (iyirmi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,902 qram, 0,862 qram, 0,202 qram, 0,134 qram, 0,232 qram, 0,033 qram, 0,038 qram, 0,021 qram, 0,032 qram, 0,034 qram, 0,021 qram, 0,037 qram, 0,031 qram, 0,034 qram, 0,031 qram, 0,023 qram, 0,025 qram, 0,021 qram, 0,036 qram, 0,020 qram, ümumi təmiz çəkisi 11,769 qram olan qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 11,569 qram qalığı ibtidai istintaqın yekununda saxlanıması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 2, i/v 96-106). - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-43/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 24-25, 97-101). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 761 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i/v 59-60). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 fevral 2023-cü il tarixli tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-163/2014 nömrəli hökmünün surətindən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli, 1(103)- 98/2015 nömrəli hökmünün surətindən, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(002)-147/2021 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 01 (bir) il 03 (üç) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 07 (yeddi) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ona təyin edilmiş 7 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının 03 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır (cild 2, i/v 9-10, 25-34, 47-51). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə CM-nin 234.4.2-ci maddəsinin tərkibini yaradır. İş materialları ilə X2 28 noyabr 2022-ci il tarixdə üzərində saxlayaraq daşıdığı 0,515 qram təşkil edən narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi məhkəmə baxışı zamanı sübuta yetirilmir. Belə ki, iş materiallarından da göründüyü kimi Nəsimi RPİ NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərar “Elçin” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi, dalan 2 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması, gəzdirməsi və istifadəsi barədə daxil olmuş məlumat əsasında qəbul edilmiş (cild 1, i/v 115), həmin məlumat əsasında əməliyyat qrupu təşkil edilmiş (cild 1, i/v 116) və 28 noyabr 2022-ci il tarixdə, saat 13:10 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi, dalan 2 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması, gəzdirməsi və istifadəsində şübhəli bilinərək saxlanılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş (cild 1, i/v 133-134, 137-138), xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, i/v 184-185). Məhkəmə icraatında şahid qismində dindirilmiş polis əməkdaşları və əməliyyat tədbirlərini həyata keçirmiş Şahid2 və Şahid1 da verdikləri ifadələrində Təqsirləndirilən şəxs məhz narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması, gəzdirməsi və istifadəsində şübhəli bilinərək saxlanıldığını, onun narkotik vasitələrinin qanunsuz satışı ilə bağlı hər hansı məlumata malik olmadıqlarını bildirmişlər. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X4 üzərində aşkar edilmiş həmin narkotik maddə heroini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. X2 qeyd edilən narkotik maddənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə həmin narkotik maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, X2 qeyd edilən əməli Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni 18 yanvar 2023-cü il tarixdə 20 bükümdən ibarət, çəkisi 11,769 qram olan narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq üzərində daşıyaraq saxlaması özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə icraatında verdiyi ifadəsini özünü müdafiə xarakterli və cəzadan yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından təxminən 78 dəfə, külli miqdarından təxminən 5 dəfə artıq olması, 20 ədəd bükümdə, bükümlərin əksər hissəsinin təxminən eyni miqdarda olması onun narkotik vasitənin məhz satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə törətdiyi əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. - 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. - 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarının 12ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi xx.xx.2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi barəsində cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün tutulduğu və həbsdə saxlanıldığı müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 135 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Növbətiçi Hissəsində saxlanılan ümumilkdə qalıq çəkisi 0,465 qram və 11,569 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1422/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddiavə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün tutulduğu və həbsdə saxlanıldığı müddət bir günə bir gün hesablanmaqla ona təyin olunmuş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 135 (yüz otuz beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ümumilikdə qalıq çəkisi 0,465 qram və 11,569 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1422/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1422/2023
31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver