Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1422/2024 31.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X5 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-cİ ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X10 küçəsi 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs (Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmiş) qəsdən satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə adı istintaqa “İrac” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları külli miqdarda 1401,4 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 9800 qram çəkidə qurudulmuş marixuananı, külli miqdarda 1207,851 qram çəkidə psixotrop maddə metamfetamini və “Methadone 40” əmtəə göstəriciləri olan 99 ədəd blisterlərdə üzərlərində “F/M40” yazısı həkk olunmuş tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 39,6 qram təşkil edən külli miqdarda ümumilikdə 990 ədəd bozumtul-qəhvəyimtil-boz rəngli həbləri deyiləcək yerlərə yerləşdirmək üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla xalası Şahid4 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi ev 32 ünvanına daşımış, bundan sonra əldə etdiyi həmin maddələrdən bir bükümdə 48,751 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış üçün qablaşdıraraq üzərində, qalan maddələri isə həmin evdə gizlətməklə saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 18 noyabr 2023-cü il tarixdə, saat 15:15-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilərək orada xidməti otaqların birində həmin tarixdə saat 16:45-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 48,751 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 18 noyabr 2023-cü il tarixdə saat 18:00-dan etibarən xalası Şahid4 yaşadığı ünvan 3 ünvanda yerləşən evə özünün və Şahid4 razılığı və icazəsi ilə keçirilən baxış zamanı isə evin yataq otağında yerləşən gizli saxlanc yerində saxladığı bir ədəd qara rəngli sintetik torbanın içərisindən on beş ədəd bağlama və bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 985 qram, 1010 qram, 975 qram, 960 qram, 665 qram, 950 qram, 960 qram, 515 qram, 935 qram, 95 qram, 855 qram, 315 qram, 70 qram, 125 qram, 385 qram ümumi təmiz çəkisi 9800 qram külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd qabda 1401,4 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 99 ədəd “Methadone 40” əmtəə göstəriciləri olan blisterlərdə tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 39,6 qram təşkil edən külli miqdarda ümumilikdə 990 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyimtil-boz rəngli həblər və bir ədəd polietilen torba ilə bir ədəd plastik butulkada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 184,5 qram, 974,6 qram olmaqla ümumi təmiz çəkisi 1159,1 qram külü miqdarda kimyəvi komponent tərkiblərinə görə həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə eyni tərkibli olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, “İrac” adlı İran vətəndaşını bir ilə yaxındır ki tanıyır, onu “İrac”-la yaxın bir adam tanış etmiş, onun telefonu ilə “İrac”-a zəng etmişdir. O, iranlıdan bir-iki dəfə narkotik vasitə almış, amma onun üzünü canlı görməmişdir, telefonla danışmışdır. O, sonuncu dəfə “İrac”-dan şəxsi istifadəsi üçün 300 qram “nəşə” istəmiş, bunun müqabilində onun kartına 150 manat atmalıymış. “İrac” ona zəng vurmuşdur ki, nəşəni konumunu atacağı yerdən götürsün. O, həmin yerə gələndə torbada olan narkotik vasitənin 300 qramdan çox olduğunu görüb onu götürmədən oradan getmişdir. Bundan sonra “İrac” ona zəng etmiş, narkotik vasitəni niyə götürmədiyini soruşmuş, o isə danışdıqları miqdardan çox olduğu üçün götürmədiyini bildirmişdir. “İrac” həmin narkotik vasitəni adamının gəlib götürməli olduğunu, lakin işi çıxdığı üçün götürə bilmədiyini bildirmiş, ona narkotik vasitənin orada qalmaması üçün götürməyi tapşırmışdır. O, qorxduğunu, götürə bilməyəcəyini bildirmişdir. Bu zaman “İrac” ona hədə-qorxu gəlmiş, özündə ona aid səs yazılarının olduğunu bildirmişdir. Lakin onun İracla narkotikin satışı ilə bağlı danışığı olmamışdır. İracın onu narkotik vasitəni götürməsə, əlindəki görüntüləri polisə verəcəyi barədə hədələməsinə dair onda heç bir sübut yoxdur, aralarında telefon danışığı olmuşdur. O, “İrac”-ın hədələməsindən qorxmuş, qayıdıb həmin narkotik vasitəni götürmüş, yaşadığı evə aparmışdır. Həmin torbada ittiham aktında qeyd edilən qədər narkotik vasitə olmuşdur. O, daha sonra narkotik vasitələri xalasının evinə yerləşdirmişdir. O, polis əməkdaşları tərəfindən evdə tutulmuş, bu zaman üzərində heç nə olmamışdır. Polis əməkdaşları onun üzərinə 60 qram narkotik vasitəni qoyanda ona qarşı təzyiq göstərmişlər. İdarədə üzərinə baxış vəkilin iştirakı ilə, videoçəkilişlə keçirilmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs elan ediimiş ittiham üzrə ifadəsində bildirmişdir ki, təxminən bir həftə olar ki, özünə “nəşə” almaq istədiyi üçün maraqlanıb tanışlardan eşitmişdir ki, “İnstagram” sosial şəbəkədə müəyyən ad altında olan şəxslər narkotik vasitə təşkil edə bilər. O da həmin şəxslərin biri ilə tanış olmuş və beləliklə həmin şəxs özünü ona “İrac” kimi təqdim edib İran İslam Respublikasının vətəndaşı olduğunu və pul müqabilində o, narkotik vasitə təşkil edə biləcəyini demişdir. O da həmin şəxsə özü üçün "nəşə'' almaq istədiyini deyib həmin şəxsə 100 qram “nəşə” sifariş vermiş və və həmin şəxs buna görə ondan 400 manat pul istəmişdir. O, həmin şəxsə demiş ki, pulu əvvəlcədən verməyəcək, birdən onu aldadar. Odur ki, həmin şəxs də ona həmin maddənin gizlədilmiş yeri demiş ki, gedib götürsün və əmin olduqdan sonra pulunu ona verəcək kart hesabına yükləsin. O da tutulmamışdan təxminən 4-5 gün əvvəl həmin şəxsə verdiyi sifariş əsasında həmin şəxsin ona bildirdiyi yerdən bir bükümdə olan “nəşə”-ni götürmüş, lakin bir qədər sonra həmin maddənin dadına baxan zaman müəyyən etmiş ki, həmin maddə elə də yaxşı deyil, bəyənmədiyi üçün “İrac”-a bu barədə fikrini bildirmiş və bu maddəni geri qaytarılmasını və imkan varsa dəyişməsini tələb etmişdir. “İrac” ona demişdir ki, problem yoxdur və yaxın günlərdə ayrı bir maddə qoyduracaq ki, gedib götürsün və köhnəni də elə oradaca qoysun, o da bu cür etmişdir. Qeyd etmiş ki, “İrac”la o, “Whatsapp” mobil tətbiqində danışırmış. “İrac”-ın əlaqə nömrəsi hazırda onun istifadəsində olan mobil telefonda vardır. Odur ki, növbəti dəfə həmin şəxs ona saxlanılmamışdan iki gün əvvəl yığaraq Abşeron rayonu ərazisində “nəşə” qoydurduğunu demişdir. O da həmin şəxsin bildirdiyi koordinatlarla göstərilən yerə ünvanlanmış lakin gizli yerə nəzər salan zaman görmüş ki, orada deyildiyindən xeyli artıq miqdarda narkotik maddələr vardır. Bu barədə “İraca” zəng vurub demiş və sonuncu ona bildirmişdir ki, narahat olmasın, oradakı maddələri götürüb özündə saxlasın və dediyi vaxtda aparıb lazım olan yerə qoysun ki, əvəzində ona 5000 manat pul və əlavə də özü üçün orada olan “nəşə”-dən götürə bilər. O da pula ehtiyacı olduğu üçün həmin şəxsin bu təklifini qəbul etmişdir. Qeyd edilən maddələri götürüb yaşadığı ünvana tərəf yola düşmüşdür. Yolda ikən düşünmüş ki, evdə həmin maddələri gizlətsə ailə üzvləri, qeyri-rəsmi olaraq yaşadığı qadın, yaxud sonuncunun iki qızı həmin maddələri görə bilər, o cümlədən də birdən kimsə onu izləyib güdər, odur ki maddələri evə aparmaqdan qorxmuş və yadına düşmüşdür ki, qonşuluqda yaşayan xalasının evinə aid olan açarlar özündə var və ilk əvvəl maddələri öz evinə qoysa da, bir neçə saat sonra xalasının həkimə getməsi səbəbindən evdə olmamasından istifadə edərək özündə olan açarla evi açıb içəri daxil olaraq yataq otağında olan qarşısında açılan çarpayı qoyulmuş və içərisində mürəbbə və turşu konservantları saxlamaq üçün nəzərdə tutulmuş balaca ölçülü qapını açıb bir ədəd torbada olan maddələri elə oraca qoymuş və qapısını bağlayıb çarpayını qarşısına çəkmiş ki, kimsə şübhələnməsin. 18 noyabr 2023-cü il tarixdə saat təxminən 15 radələrində o, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanın yaxınlığında olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Orada o, müdafiəçi ilə təmin edilmişdir. Baş İdarədə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın videoçəkiliş əsasında aparılması barədə ona məlumat verilmiş və o, buna heç bir etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və o, əynində olan gödəkçənin sol yan cibində saxladığı bir bükümdə olan “patı” adlı maddəni çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə baxış davam etdirilmiş, əlavə olaraq bir ədəd mobil telefon, iki ədəd açar, siqaret qutusu və nağd pul aşkar edilmişdir. Təqdim etdiyi bükümə baxılmış, içərisində ağ rəngli kristal şəkilli kütlənin olması müəyyən edilmişdir. Təqdim etdiyi büküm tərəziyə qoyularaq çəkilmiş və sonra həmin maddə içi boş olan zərfə qoyularaq möhürlənmiş və o, həmin zərfin üzərini imzalamışdır. Ona iş üzrə əhəmiyyət kəsb etdiyi izah olunaraq mobil telefonu götürülmüşdür. Açarlarla nağd pul və siqaret qutusu isə özünə qaytarılmışdır. Şifahi sorğu zamanı o, həmin bükümün özünə məxsus olduğunu, “İrac” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsilə iki gün əvvəl Abşeron rayonu ərazisindən gizlədilmiş ünvandan götürdüyü narkotik maddələrin üstüdən götürüb üzərində saxladığını, həmin maddələrin qalan hissəsini xalasının yaşadığı ünvanda gizlətdiyini, “İrac” adlı şəxsin göndərdiyi həmin maddələri aralarında razılaşdırdıqları pul müqabilində lazım olan yerlərə qoymaq məqsədi ilə götürdüyünü bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etirazı olmadığı üçün həmin protokolu imzalamışdır. Bundan sonra ona bildirilmişdir ki, xalasının yaşadığı evə baxış keçirilməlidir və o, ərizə yazaraq buna etiraz etmədiyini bildirmişdir. Ona görə də onlar elə həmin tərkibdə xalasının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi ev 32 ünvanında yerləşən evə yollanmışlar. Ora çatanda xalası Sabirəyə baş vermiş hadisə barədə məlumat verilmiş və evə baxış keçirilməsinə zərurət olduğu izah edilmişdir. Xalası Sabirə də buna etiraz etmədən ərizə yazmış və bundan sonra əlavə xalasının da iştirakı ilə videoçəkilişlə evə baxış keçirilməyə başlanmışdır. Həmin vaxt ona təklif edilmişdir ki, bir qədər öncə bildirdiyi maddələri təqdim etsin. Ona görə də o, evin yataq otağında olan yuxarıda izahını verdiyi gizli saxlanc yerini iştirakçılara göstərmiş və orada gizlətdiyi torbda olan maddələri təqdim etmişdir. Həmin sellofan torba açılmış və içərisindəkilərə baxış keçirilmişdir. Torbada ayrı-ayrılıqda açılaraq içərilərinə baxış keçirilən zaman məlum olmuşdur ki, on iki bağlamada “nəşə” adlandırılan narkotik vasitə, üç ədəd qablarda “kakos”, 99 ədəd metadon dərman yarpaqları, bir ədəd plastik su qabında “patı” adlı maddə, bir ədəd pistolet və həmin pistoletə aid olan metal balon aşkar olunmuşdur. Sonra həmin maddələr ayrılıqda olaraq elektron tərəzidə çəkilmiş və elektron tərəzi ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Orada iştirak edən şəxslər də onunla birlikdə həmin bağlamanın üzərində aparılan qeydi imzalamışlar. Əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet maddə aşkar olunmamışdır. Həmin maddələr barədə sorğu edilən zaman o, bir daha qeyd etmişdir ki, sözügedən maddələri “İrac” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsilə əldə etmiş, sonradan ona deyiləcək yerə qoymalı imiş və bunun müqabilində pul əldə edəcəkmiş. Bu barədə protokol tərtib edilərək tərəflərindən imzalanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs yaşadığı evin yaxılığında saxlanılıb, qaydalara uyğun olaraq idərədə üzərinə baxış keçirilib, üzərindən metanfetamin aşkar olunub. Bundan sonra isə baxış zamanı xalasının yaşadığı evdə külli miqdarda narkotik vasitə saxladığını bildirib və onu 5000 manat müqabilində başqa şəxslərə satacağını bildirmişdir. Şahid əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış baş idarədə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilib. Bundan əlavə evə baxış zamanı da müdafiəçi iştirak etmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və ya psixoloji təzyiq və ya təsir göstərilməmişdir. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 18 noyabr 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunan, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X10 küçəsi 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S,ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhərinin Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyataxtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilib əməliyyataxtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri kimi isə Baş İdarənin əməliyyat müvəkkilləri polis mayoru Şahid2 və polis mayoru Şahid3 təyin edilmişlər. 18 noyabr 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı saat 15:15-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 7 ünvanının yaxınlığında piyada hərəkət edən zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsi görüb yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini həmin şəxsə təqdim etmişlər. Bundan sonra həmin şəxsin şəxsiyyəti barədə sorğu etmişlər və həmin şəxs özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə Bakı şəhərinin Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirilmiş və beləliklə də həmin şəxs BNMİyə dəvət olunmuşdur. Saxlanılmış şəxsin hüquq və vəzifələrinin müdafiə edilməsi məqsədi ilə Baş İdarənin Təhqiqat qrupunun baş təhqiqatçısı tərəfindən ona dövlət hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkil təyin edilərək təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Bundan sonra saxlanılmış şəxsin paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 noyabr 2023-cü il tarixli qərara əsasən üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmasından əvvəl müvafiq olaraq həmin qərarla tanış edilmişdir. Həmin şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış əməliyyat müvəkkili Şahid2 tərəfindən “Sony” markalı videokamera vasitəsilə video çəkilişdən istifadə edilməklə aparılırmış. Şəxsi axtarışda yuxarıda qeyd olunan tərkibdə əməliyyat tədbirində iştirak etmiş əməkdaşlar, saxlanılmış şəxs və vəkili iştirak edirmiş. Bundan sonra saxlanılmış şəxsin paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan ağ rəngli zahirən psixotrop maddə metamfetaminə bənzər maddə kütləsini çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən bir ədəd mobil telefon, siqaret qutusu və nağd pul aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra iş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüş, siqaret qutusu ilə nağd pul isə özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bir bükümdə olan maddəni İran İslam Respublikası vətəndaşı olan “İrac” adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazidə ona vəd edilən 5.000 manat pul müqabilində müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə iki gün əvvəl əldə etmiş, təxminən 2 ildir ki, özünün də həmin “şüşə” adlandırdığı qanunsuz maddələrdən istifadə etdiyini, ilk dəfədir ki, həmin şəxslə belə bir iş gördüyünü bildirərək yaşadığı Biləcəri qəsəbəsindəki evin qonşuluğunda yerləşən xalasına məxsus evdə də narkotik maddələr saxladığını və həmin maddələri də təqdim edə biləcəyini qeyd etmişdir. Qeyd olunanlar barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs xalasının yaşadığı ünvana baxış keçirilməsi zərurəti yarandığından sonuncuya bu barədə məlumat verilərək bu barədə qəbul edilmiş qərarla tanış edilərək buna etiraz etməmişdir. Odur ki, həmin tarixdə Təqsirləndirilən şəxs xalasının yaşadığı ünvan 9 ünvana gedilərək həmin ünvanın giriş qapısı döyülmüşdür. Bu vaxt evin qapısını sonradan onlara məlum olduğu kimi Təqsirləndirilən şəxs xalası Səbirə Əliyeva açmışdır. Bu vaxt Şahid4 Təqsirləndirilən şəxs saxlanması barədə məlumat verilərək yaşadığı ünvana baxış keçirilməsinə zərurət yarandığı izah edilmiş və Şahid4 buna etiraz etməmişdir. Bu vaxt həmin ünvanda yerləşən evə yuxarıda qeyd olunan tərkibdə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmışdır. Həmin zaman Təqsirləndirilən şəxs təklif edilmişdir ki, evdə bildirdiyi kimi saxlanılan narkotik maddələri təqdim etsin və bu vaxt Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin maddələri evin yataq otağında saxlayır və onlar evin yataq otağına keçmişlər. Bu vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, otaqda yerləşən dolabı kənara çəkmək lazımdır, belə ki, bildirdiyi maddələr dolabın arxasındadır. Beləliklə, həmin dolab kənara çəkilərək arxasında qapısı olan kiçik ölçülü zirzəmi tipli saxlanc yeri müəyyən olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs həmin yerin qapısını açaraq oradan bir ədəd qara rəngli torbanı çıxarıb təqdim edərək içərisində narkotik maddələr olduğunu bildirmişdir. Həmin torba açılaraq içərisindən on iki ədəd bükümlərdə yaşıl rəngli qurudulmuş ota bənzər zahirən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd plastik qabda tünd qəhvəyi rəngli və iki ədəd plastik qablarda açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, bir ədəd torbada və bir ədəd plastik butulka qabında ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddə, 99 ədəd metadon həbləri yarpaqlarında ümumilikdə 990 ədəd dərman həbi və bir ədəd qara rəngli üzərində “Voltran” yazısı olan tapançaya oxşar predmetin olması müəyyən olunmuşdur. Həmin tapançaya oxşar predmet barədə Təqsirləndirilən şəxs bildirmişdir ki, sözügedən predmet qaz tapançasıdır və işləmir. Bundan sonra Təqsirləndirilən şəxs xalasının yaşadığı evə baxış davam etdirilmiş lakin əlavə heç bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş maddələr barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs həmin maddələri “İrac” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsilə Abşeron rayonu ərazisindən götürüb əldə etdiyini, “İrac” adlı şəxsin göstərişi ilə həmin maddələri deyiləcək yerlərə yerləşdirmək müqabilində 5.000 manat pul verəcəyini bildirmişdir. Qeyd olunan kütlələr qablaşdırılaraq götürülmüş, qablaşmanın üzərində hamı imza etmişdir. Baxışın nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuş və o, evinin ətrafında saxlanılaraq idaryə gətirilmiş, idarədə üzərinə vəkilin iştrakı ilə baxış keçirilmiş və üzərində metanfetamin aşkar olunmuşdur. Şahid əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və ya psixoloji təzyiq və ya təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 və Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadələrindən görünür ki, onlar, şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bacısı oğludur. Zaur onun digər bacısının evində yaşasa da, Zaur arada onun yaşadığı evə də gəlirmiş. 2023-cü ilin noyabr ayının 18-də o, evdə tək olan zaman qapı döyülmüş, bir neçə mülki şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər və Zaurun narkotik vasitələrə görə saxlanması barədə ona məlumat verərək bildirmişlər ki, Zaur onun evinə bir ədəd torbada maddələr qoyub və ondan evə baxış keçirlməsinə icazə istəyirlər, o da, etiraz etməmişdir. Şahid əlavə olaraq bildirmişdir ki, Zaurun belə işlərlə məşqul olmasını heç vaxt eşitməmişdir. Evə baxış keçirilən zaman ona Zaurla danışmağa imkan verməmişlər. İbtidai araşdırma zamanı Şahid4 ifadəsində bildirmişdir ki, cinayət işi üzrə saxlanılmış Təqsirləndirilən şəxs onun bacısın oğludur. Zaur evlidir, lakin nikahda olsa da faktiki ayrı yaşayırmış. Zaur əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu məhkumluğundan isə təxminən il yarım əvvəl azadlığa buraxılmışdır. Bundan sonra hər hansı bir işlə məşğul olmurmuş. Bir neçə yerə müraciət etsə də heç bir yerdə işə düzələ bilmirmiş. Qeyd etmiş ki, Zaur onun digər bacısın evində faktiki olaraq yaşayırmış, buna baxmayaraq arada onun da yaşadığı evə gəlirmiş, ona evin işləri ilə bağlı köməklik edirmiş. O da Zaura ara-bir maddi cəhətdən köməklik edirmiş. Onu da qeyd etmişdir ki, huşsuz olduğundan evinin açarının nüsxəsi həm Zaurda, həm də Zaurun birlikdə yaşadığı digər bacısında da var imiş. Tez-tez evin açarlarını itirdiyinə görə açarların bir nüsxəsini də onlara verirmiş. Mahiyyəti üzrə qeyd etmişdir ki, Zaur saxlanılmamışdan təxminən bir gün əvvəl o, sistem qoydurmaq üçün həkimə getməli imiş. Bu vaxt da onlara Zaur gəlmişdir. O da Zaura demişdir ki, həkimə getməlidir, istəyirsə evdə qala bilər, bir az dincələr. Beləliklə də evdən çıxıb həkimə getmiş, Zaur da evdə qalmışdır. Bir neçə saat sonra isə evə gələndə artıq Zaur evdə yox imiş. Odur ki, o, həmin maddələrin Zaur tərəfindən ola bilsin məhz həmin vaxt evə qoyulduğundan şübhələndiyini vurğulamışdır. Beləliklə də 2023-cü ilin noyabr ayının 18-də o, evdə tək olan zaman qapını döymüşlər. Bu vaxt qapısına gələn bir neçə mülki şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Onların yanında Zaur da var imiş. Bu vaxt ona Zaurun narkotik vasitələrə görə saxlanması barədə ona məlumat verilmiş və ona bildirmişlər ki, Zaur onun evinə bir ədəd torbada həmin maddələrdən qoyub və ondan evə baxış keçirlməsinə icazə istəmişlər. O da buna etiraz etməmiş, evdə belə bir şeyin olmasından tam məlumatsız olduğunu bildirib evə baxış keçirilmələrinə şərait yaratmış və vidcoçəkilişlə evinə baxış keçirilmişdir. Həmin vaxt Zaura təklif etmişlər ki, həmin maddələri özü təqdim etsin və Zaur evin yataq otağında olan kiçik qapısı olan saxlanc yerini açaraq oradan bir ədəd iri torba çıxarıb təqdim etmişdir. Torba açılanda içərisindən çoxlu sayda torbalar və kisələrdə müxtəlif növ maddələr aşkar edilmişdir. Həmin maddələr barədə Zauru sorğu edəndə Zaur demişdir ki, həmin maddələri bir neçə gün əvvəl hansısa İranlıdan əldə edib ondan xəbərsiz saxlanması üçün yaşadığı evdə gizlədib qoymuşdur, bunu pula ehtiyacı olduğuna görə etdiyini qeyd etmişdir. Aşkar olunan bağlamalardakı maddələrə baxış keçirilmiş, sonra isə ayrıca olaraq elektron tərəzi ilə çəkilərək götürülüb qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. O da həmin protokola imza atmışdır. Faktiki olaraq yaşadığı evdən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələrin orada olmasından xəbərinin olmadığını, polis əməkdaşları tərəfindən evə baxış keçirilən zaman Zaur tərəfindən həmin maddələr təqdim olunarkən elə bir şeyin orada olmasından xəbərinin olmadığını, həmin yərə ümumiyyətlə çox az nəzər saldıqlarını, adətən lazımsız əşyaları və bankaları yığdıqlarını, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə tam olaraq məlumatsız olduğunu, Zaurun işləmədiyini, yəqin pulsuzluqdan məcbur bu yola əl atdığını, polis əməkdaşları Zauru saxlayanadək tam olaraq Zaurun bu işlərindən məlumatsız olduğunu, özünün narkotik vasitələrdən istifadə etmədiyini, “İrac” adlı İran İslam Respublikasının vətəndaşım tanımadığını, ilk dəfədir həmin şəxsin adını eşitdiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkcənin sol yan cibindən 1 bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 40 AZN pul, içində siqaret dənələri olan siqaret qutusu, 2 ədəd açar aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 53 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi, təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüş, digər əşyalar və pul sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “İrac” adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Abşeron rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb 5000 AZN pul qazanmaq məqsədi ilə əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yolanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, ***-***-**-** nömrəsini işlətdiyini, metamfetamindən istifadə etdiyini, əlavə olaraq Binəqədi rayonunda yerləşən xalasının yaşadığı, özünün sərbəst daxil olduğu, mütəmadi olaraq açarının onda olduğu evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Bağırov X6 rayonu ərazisində yerləşən evin girişindən sağ tərəfdə yerləşən yataq otağındakı ağ rəngli, taxta konstruksiyalı dolabın arxasında olan gizlin saxlanc yerindən 1 ədəd qara rəngli polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən 12 bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1 ədəd plastik qabda tünd qəhvəyi rəngli, 2 ədəd plastik qabda isə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 1 ədəd torbada, 1 ədəd isə plastik su qabında ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 990 ədəd metadon həbinə bənzər, 1 (bir) ədəd qara rəngli, “Voltran” markalı, odlu silaha bənzər tapança açkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 10 kq 345 qram olmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 3 kq 805 qram olmuşdur. Sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 1 kq 285 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər 3 ədəd torbada əlverişli işıqlı şəraitdə qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “İrac” adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Abşeron rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb 5000 AZN pul qazanmaq məqsədi ilə əldə etdiyini, xalası Sabirənin aşkar olunan narkotiklərdən məlumatı olmadığını, həmin evə narkotikləri gizlin gətirdiyini bildirmişdir. Şahid4 evdən aşkar olunan narkotik vasitələrdən heç bir məlumatı olmadığını qeyd etmişdir. Evə baxış keçirilməsinin görüntülərini (axtarış-götürmə) özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 18 noyabr 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli “Mobil telefon aparatına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı “Abi” kimi qeyd olunmuş +**********67 saylı, “İ Əli” kimi qeyd olunmuş +**********20 saylı, “İra” kimi qeyd olunmuş +**********66 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edilmişdir. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs adı kontaktlar siyahısında “Rəhman” kimi qeyd olunmuş ***-***-**-** saylı nömrədən qeydiyyatdan keçmiş istifadəçi arasında danışıq dialoq pəncərəsində həmin istifadəçinin 16 noyabr 2023-cü il tarixdə saat 21:12-də Təqsirləndirilən şəxs “Ay zaur nətər eliyim...varındısa bir dənə xırda daş...gör nə edirsən...5 qr neçəyə götürə bilərik bir az aşağı” yazdığı mesaja cavab olaraq “xırda...başa düşmədim sən hansından deyirsən?” səsli mesaj yollamış, bundan sonra həmin şəxs Təqsirləndirilən şəxs “kola” yazaraq, “hər ikisindən qardaşım, hərəsindən beş-beş də elə bil, aşağı edər? Neçəyə edər?” səsli mesaj yollamış, Təqsirləndirilən şəxs da ona cavab olaraq “Rəhman, lap pataloku 45-ə də, elə bil hərəsindən beş-beş götürsən 450-dən...10 dənə götürəndə belə verər” səsli mesaj, 18 noyabr 2023-cü il tarixdə saat 12:47-də həmin istifadəçinin Təqsirləndirilən şəxs “metiyə əlin çatır?” mətnli mesaj yazması məlum olmuşdur. Daha sonra mobil telefonun daxili yaddaşında olan mobil tətbiq vasitəsilə göndərilmiş fotogörüntülərə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixdə saat 20:00 radələrində istifadəsində olan sözügedən mobil telefon cihazının fotoaparat funksiyası vasitəsilə çəkilmiş və istintaqa məlum olmayan istifadəçi(lər)ə ünvanlandırılmış elektron tərəzinin üzərinə qoyulmuş vəziyyətdə olan içərisində zahiri əlamətlərinə görə 21 qram çəkisi göstərilən bir bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, çəkisinin 61 qram olması göstərilən bir bükümdə narkotik vasitə heroinə bənzər maddə və çəkisinin 51 qram olması göstərilən bir ədəd bükümdə metamfetaminə oxşar maddə kütlələrinin fotogörüntülərinin olması müəyyən olunmuşdur. Sübut əhəmiyyətli yuxarıda qeyd olunan yazışmanın və görüntülərin müvafiq hissələrinin skrinşot qaydasında şəkli çəkilərək fotocədvəl formasında çap edilməklə protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli BKC/LGL- 16645/23 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə +**********67 saylı, xx.xx.2023-cü il tarixdə isə +**********46 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrələrdən Təqsirləndirilən şəxs müvafiq zənglərin daxil olduğu, o cümlədən də Təqsirləndirilən şəxs özü tərəfindən xx.xx.2023-cü il tarixdə +**********67 saylı və xx.xx.2023-cü il tarixdə isə +**********46 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrələrə zəng etməsi məlum olmuşdur. Baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 noyabr 2023-cü il tarixli 3- 16-16/2-7/1586 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış qara rəngli sintetik torbada skoçla bağlanmış 09 ədəd göy rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 985 qr, 1010 qr, 975 qr, 960 qr, 665 qr, 950 qr, 960 qr, 515 qr, 935 qr, bir ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 95 qr və onun içərisində olan bir ədəd şəffaf sellofanda təmiz çəkisi 855 qr, sellofanın içərisində bir ədəd göy rəngli sellofanda təmiz çəkisi 315 qr, sellofanın içərisində iki ədəd şəffaf paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 70 qr, 125 qr, bir ədəd göy rəngli sellofan bağlamada təmiz çəkisi 385 qr bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-9800 qramdır. Tədqiqata təqdim olunmuş qara rəngli sintetik torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 noyabr 2023-cü il tarixli 3- 16-16/2-6/6069 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərinə “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...” və s. yazılar, imzalar olan paketin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 48,751 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi evdən aşkar olunan...” və s. yazılar, imzalar olan sintetik torbanın içərisində 01 ədəd polietilen torbada təmiz çəkisi 184,5 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi və 01 ədəd plastik butulkada təmiz çəkisi 974,6 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 ədəd torbada üzərlərində “Methadone 40...” əmtəə göstəriciləri olan 99 ədəd blisterdə üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 990 ədəd bozumtul-qəhvəyimtil-boz rəngli həblər narkotik vasitə metadondur, 990 ədəd bozumtulqəhvəyimtil-boz rəngli həblərin tərkibində təsiredici maddəsinin ümumi 39,6 qram (01 tabletdə 0,04 qram) müəyyən edilmişdir; bir ədəd qara rəngli polietilen torbanın içərisində 01 ədəd qabda təmiz çəkisi 1401,4 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 02 ədəd qabda ayrı-ayrılıqda təmiz çəkiləri 987,2 qr, 758,1 qr, ümumi təmiz çəkiləri 1745,3 qram ağımtıl rəngli, tozşəkilli maddələr asetominofendir. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, ümumi təmiz çəkiləri 1207,851 qramdır. Təqsirləndirilən şəxs üzərindən və evdən - mənzildən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1401,3 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 9799,25 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 1207,551 qram olan psixotrop maddə metamfetamin və qalıq sayı 970 ədəd olan metadon (Methadone 40; M/40) həbləri, maddi sübut kimi saxlanmasından ötrü Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2023-cü il tarixli 3- 16-16/2-3/1964 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tapança zavod üsulu ilə istehsal edilmiş, 4,5 mm kalibrli, “VOLTRAN ES24 MAGNUM” modelli, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tapançadır, yivli odlu silah, qaz silahı hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə hazırlanmış, “Walther PPK/S”, “MP- 654 K”, “MP- 655 K”, “PM”, “GLETCHER SW MP”, “UMAREX XBG” və s. pnevmatik tapançalarda, habelə digər sıxılmış hava təzyiqi iş prinsipinə malik olan, təlim-məşq təyinatlı pnevmatik silahlarda istifadə olunmaq üçün nəzərdə tutulmuş hava balonudur, təyinatı üzrə istifadəyə yararsızdır. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 7930 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı eyni zamanda bir neçə narkotik vasitələrin və psixotrop maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin və narkotik vasitənin ona məxsus olmadığını, üzərinə qoyulduğunu, narkotik vasitələri və psixotrop maddələri satmaq fikri olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş və axtarışın nəticəsinə görə müvafiq protokollar tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı müvafiq İstintaq Təcridxanasından onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı gövdənin sol səthinin aşağı 1/3-də və sol biləyin arxa nahiyəsində 2-3 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara müşahidə edilmişdir. Bundan başqa, iş materiallarında olan BMCMİ-nin məktubundan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs Müvəqqəti Saxlama Yerinə qəbul edilərkən bədəni üzərində xəsarət və xəzarət izlərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında olan Nərimanov Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq müvafiq tibbi sənədlər və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin üzərindən aşkar olunmuş psixotrop maddənin və narkotik vasitənin ona məxsus olmaması, üzərinə qoyulması, narkotik vasitələri və psixotrop maddələri satmaq fikri olmaması, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitələrin və psixotrop maddələrin miqdarının külli və ya xeyli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş psixotrop maddənin və narkotik vasitənin müxtəlif növlərdə olmaqla yanaşı şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmçinin təqsirləndirilən şəxsin telefonuna baxış zamanı “Whatsapp” mobil tətbiqində aşkarlanmış mesajların məzmununu nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi) ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib (CM-nin 66.5) qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin əməlini (təqsirini) qismən etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin növünü çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini, cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 1401,3 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 9799,25 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 1207,551 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 1745,3 qram ağımtıl rəngli, tozşəkilli maddə asetominofen və qalıq sayı 970 ədəd olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumuna təhvil verilməli (qaytarılmalı), təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), mənzilə - evə baxış (axtarış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 4,5 mm kalibrli, “VOLTRAN ES24 MAGNUM” modelli, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tapança, və 01 ədəd zavod üsulu ilə hazırlanmış, “Walther PPK/S”, “MP- 654 K”, “MP- 655 K”, “PM”, “GLETCHER SW MP”, “UMAREX XBG” və s. pnevmatik tapançalarda, habelə digər sıxılmış hava təzyiqi iş prinsipinə malik olan, təlimməşq təyinatlı pnevmatik silahlarda istifadə olunmaq üçün nəzərdə tutulmuş hava balonu məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 99-1.1-ci maddəsinə görə xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 99-1.3. Cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin (Müdafiəçi1) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 1401,3 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 9799,25 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 1207,551 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 1745,3 qram ağımtıl rəngli, tozşəkilli maddə asetominofen və qalıq sayı 970 ədəd olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumuna təhvil verilsin (qaytarılsın), təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), mənzilə - evə baxış (axtarış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 4,5 mm kalibrli, “VOLTRAN ES24 MAGNUM” modelli, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tapança, və 01 ədəd zavod üsulu ilə hazırlanmış, “Walther PPK/S”, “MP- 654 K”, “MP- 655 K”, “PM”, “GLETCHER SW MP”, “UMAREX XBG” və s. pnevmatik tapançalarda, habelə digər sıxılmış hava təzyiqi iş prinsipinə malik olan, təlimməşq təyinatlı pnevmatik silahlarda istifadə olunmaq üçün nəzərdə tutulmuş hava balonu məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə ekspertiza xərci 233 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1422/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1422/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver