Məhkəmə qərarları › İş №1(101)-1422/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1422/2025

11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1422/2025 11.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X15 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, fərdi vəkil fəaliyyəti göstərən Müdafiəçi2 və Bakı şəhəri 25 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə müxtəlif kriptovalyutaların alqı-satqısının həyata keçirildiyi “Binance" kriptovaiyuta birjasında öz adına tanışı Zərərçəkmiş şəxs vasitəsilə onlayn qaydada qeydiyyatdan keçirilmiş hesab üzrə gəlirlərinin aşağı düşməsində sonuncunu günahlandıraraq 21 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsindəki "Yasamal parkı” ilə üzbəüz yerləşən arvadı X9 məxsus ofisdə, növbəti gün 22 yanvar 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən özünə məxsus ofisdə Zərərçəkmiş şəxsla görüşərək onu və ailə üzvlərini öldürəcəyi, habelə azyaşlı övladını oğurlatdıracağı hədəsi ilə ondan Azərbaycan manatının həmin dövrə aid məzənnəsi ilə külli miqdarda 75.000 (yetmiş beş min) manat təşkil edən 45.000 (qırx beş min) ABŞ dolları məbləğində pul tələb etmiş, bununla kifayətlənməyərək hədə-qorxu ilə tələb etdiyi həmin pulu əldə etməyə nail olmaq məqsədi ilə Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq 10.000 ABŞ dolları pul və 35.000 ABŞ dolları ekvivalentində bir bitkoindən ibarət olmaqla, ümumilikdə 45.000 ABŞ dolları borcunun olmasına dair həqiqətəuyğun olmayan məzmunlu etirafedici qəbz yazmağa məcbur etmiş, sonrakı müddətdə isə vahid cinayətkar niyyətindən çıxış etməklə hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsinə cəlb etdiyi şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2023-cü ilin may ayının sonlarında sonuncunun Türkiyə Respublikasının mobil operatoruna aid +**********96 mobil telefon nömrəsindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxs kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanında olarkən onun istifadəsində olan +**********00 mobil telefon nömrəsinə zəng edərək onu öldürməklə hədə-qorxu gəlib təcili 45.000 ABŞ dolları məbləğində pulu ödəməsini tələb etməyə nail olmuş, daha sonra cinayətkar məqsədinə çatmaq üçün 2024-cü ilin oktyabr-noyabr aylarında özünün istifadəsində olan +**********34 mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 215, mənzil 98 ünvanında olduğu zaman onun istifadəsində olan +**********00 mobil telefon nömrəsinə '‘Whatsapp" ani mesajlaşma mübadilə sistemi vasitəsilə bir neçə dəfə zəng edərək azyaşlı övladının oxuduğu məktəbi bildiyini söyləyib sonuncunu və digər ailə üzvlərini öldürəcəyi hədəsi ilə həmin pul vəsaitini tələb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə tələb etmə cinayətini törətmiş və bu müddət ərzində hədə-qorxu ilə tələb etdiyi külli miqdarda pul vəsaitindən 6.800 (altı min səkkiz yüz) manat məbləğində pulu alaraq ələ keçirməyə nail olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2016- 2017-ci illərdən tanımışdır. Onlar eyni siyasi təşkilatda üzv olmuşlar. Zərərçəkmiş şəxs onların siyasi partiyasının ofisinə gələrək tez-tez kriptovalyutalar haqqında danışmışdır. Daha sonra o, sosial şəbəkədə Qurbanəlinin kriptovalyuta ilə bağlı çıxışlarını görmüşdür. Anlamışdır ki, Qurbanəli, həqiqətən də bu sahə üzrə mütəxəssisdir. Həmçinin, Zərərçəkmiş şəxs tez-tez bitcoin almalı olduqlarını, kriptovalyutaya yatırım etmələrini ona tövsiyə etmişdir. 2020-ci ilin aprel ayında Zərərçəkmiş şəxsla qarşılaşmışdır. Qurbanəli ona bitcoininin dünya bazarında qiymətinin düşdüyünü, bir bitcoin alaraq əla yatırım etməyin mümkün olduğunu demişdir. Qurbanəlinin dediyinə görə, 2020-ci ilin sonunadək bir bitcoin 50.000-70.000 ABŞ dolları məbləğində olacaqmış. O, evə gedib bu məsələni araşdırmış, daha sonra bir bitcoin almağa qərar vermişdir. Zərərçəkmiş şəxsla görüşərək onun üçün hesab açmasını, bitcoin almasını xahiş etmişdir. Həmin illərdə o, bizneslə məşğul olmamış, bu sahə üzrə heç məlumatı olmamış, daha çox ictimai fəaliyyətlə məşğul olmuşdur. Həmin dövrlərdə bir bitcoin 8.000-10.000 ABŞ dolları məbləğində imiş. O, Zərərçəkmiş şəxs 10.000 ABŞ dolları vermiş, Qurbanəli də onun iştirakı ilə dünyaca tanınmış Binance platformasında hesab açmış, bitcoin almışdır. O, 10-20 gün sonra qiymətin həqiqətən yüksəldiyini görmüş və ikinci bitcoini almağa qərar vermişdir. Beləliklə, Zərərçəkmiş şəxsla görüşərək sonuncuya 10.000 ABŞ dolları vermiş, ikinci bitcoini almasını istəmişdir. Zərərçəkmiş şəxs onun hesabının şifrəsini bilirmiş, o, həmin kodu dəyişməmişdir. Necə ki, sosial şəbəkə hesabı açan zaman həm “login”, həm də “password” kodu tələb olunur, kriptovalyuta hesabında da qayda belədir. Tək fərq odur ki, kriptovalyuta hesabında daha sonra əlavə bir şifrə də tələb olunur, bu da telefona gəlir. Hesabda əməliyyatlar etmək lazım olanda yenə əlavə parol tələb olunur, həmçinin şifrə mailə göndərilir. Mailə göndərilən şifrə yazıldıqdan sonra hesabdan pul çıxarışı etmək, bitcoini başqa hesaba göndərmək mümkündür. Zərərçəkmiş şəxs da hesabda əməliyyat etmək istəyəndə ona əvvəlcədən məlumat vermiş, daha sonra mailə gələn kodu istəmiş, o da demişdir. İkinci bitcoin almaq istəyəndə Qurbanəli ona bildirmişdir ki, “sənə bitcoin yatırımında xeyli gəlir əldə etmək mümkün olduğunu demişdim, indi isə təklif edirəm ki, birinci aldığın bitcoini saxlayaq, ikinci bitcoin almaq əvəzinə altcoinlər alaq, daha sonra onları sataq, həmin coinlərin satışından çox yüksək məbləğdə gəlir əldə edə bilərik”. O, Qurbanəli ilə razılaşmış, amma əvvəlcədən bildirmişdir ki, birinci aldığı bitcoin onun yatırımıdır, ona əl vurulmasın, altcoinlər alındıqdan sonra onların satışından əldə edilmiş gəlirdən ikinci bitcoin alınsın. Onların razılaşması bu qaydada olmuşdur. O, bitcoinləri 8.000-10.000 ABŞ dolları məbləğində almış, sonuncu dəfə televizora baxanda bitcoinin dəyərinin 125.000 ABŞ dollarınadək yüksəldiyini görmüşdür. İyun-avqust aylarında coinlərin satışından həqiqətən də yaxşı gəlir əldə etmişdir. Avqust ayında hesabına daxil olanda orada nə bitcoinlərin, nə coinlərin olduğunu görmüşdür, sadəcə 3.000 ABŞ dolları pul olmuşdur. O, Qurbanəliyə zəng edərək nə baş verdiyini soruşmuş, sonuncu da üzbəüz görüşməyi təklif etmişdir. Səhv xatırlamırsa, onun evində Qurbanəli ilə görüşmüşdür. Qurbanəli ona Rəvan adlı şəxsin adını çəkmişdir. O, həmin şəxsi ümumiyyətlə tanımamışdır. Rəvan Qurbanəli ilə görüşərək ona yüksək qazanc əldə etdirə biləcəyini demiş, daha sonra da hesabın şifrəsini istəmişdir. Qurbanəli də ona zəng edərək şifrəni istəmiş, amma həmin kodu kimə verəcəyini deməmişdir. Qurbanəli onun icazəsi olmadan hesabın şifrəsini Rəvan adlı şəxsə vermişdir. Qurbanəli ilə danışan zaman düzgün hərəkət etmədiyini bildirmişdir. O da Rəvan ilə görüşərək hesabı tez bir zamanda bərpa edəcəyini demişdir. O da razılaşmışdır. Bir müddət sonra hesab az da olsa, bərpa edilmişdir. Hesabdakı məbləğ 10.000 ABŞ dollarınadək yüksəlmişdir. 2020-ci ilin noyabr ayında bitcoinin dəyəri təxminən 60.000 ABŞ dolları olmuşdur. İlk bitcoini aldığı məbləğlə artıq yeni bitcoin almaq heç cür mümkün olmamışdır. O, səbrli olmuş, Qurbanəli ilə heç bir mübahisə etməmişdir, aralarındakı münasibət hələ də pozulmamışdır. Səbrlə hesabın bərpa olunmasını gözləmişdir. Bir il sonra, təxminən 2021-ci ilin yanvar ayında Qurbanəli ona tez-tez səsli mesajlar yollamışdır. Həmin mesajlarda hesabı tez bir zamanda bərpa edəcəyini demiş, həmçinin plan cədvəli hazırlamağı, ona dəymiş zərəri 2 il ərzində hissə-hissə ödəməklə geri qaytarmağı təklif etmişdir. Çünki Qurbanəli ona dəymiş zərəri tam şəkildə bir dəfəyə ödəyə bilməyəcəyini demişdir. O da Qurbanəli ilə ofisdə görüşərək plan cədvəli hazırlamasını bildirmiş, demək olar ki, bütün səlahiyyəti Qurbanəliyə vermişdir. Qurbanəli də ona təklif etmişdir ki, bitcoini ABŞ dollarına çevirsinlər, pul şəklində dəyərləndirsinlər, ikinci bitcoin üçün verdiyi 10.000 ABŞ dollarını da olduğu kimi qaytarsın. Söhbət zamanı o anlamışdır ki, Qurbanəli ona dəymiş zərəri ödəyə bilməyəcək, çünki məbləğ 70.000 ABŞ dollarına çatmışdır. Bu səbəbdən ona müəyyən məsələlərdə güzəştə getmək qərarına gəlmişdir. O, Qurbanəlidən birinci aldığı bitcoin üçün 36.000 ABŞ dolları tələb etmişdir, çünki həmin dövr üçün bir bitcoin 36.000 ABŞ dolları dəyərində imiş. İkinci bitcoin üçün verdiyi 10.000 ABŞ dollarını da istəmişdir, lakin ikinci bitcoini tələb etməmişdir. Beləliklə, ən sonda razılığa gəlmişlər və aralarında müqavilə imzalanmışdır. Həmin müqavilə onun ofisində imzalanmışdır. Həmin vaxt ofisdə Şahid5 adlı şəxs də olmuş, lakin müqavilə imzalanan zaman Nəriman yanlarında olmamışdır. Nəriman kabinetinin yanındakı otaqda olmuş, arabir mətbəxə getmək üçün otağından çıxmışdır. Hətta müqavilə bağladıqdan sonra Nərimandan həmin müqavilənin kserosurətini çap etməsini, daha sonra da Qurbanəliyə verməsini xahiş etmişdir. Beləliklə, müqavilənin əsli onda, surəti isə Qurbanəlidə qalmışdır. Nəriman ibtidai istintaq zamanı da ifadə vermişdir. Qurbanəli ilə ofisdə müqavilə bağlayan zaman heç bir zor tətbiq etmə, hədə-qorxu gəlmə kimi halları baş verməmişdir. Əvvəlki məhkəmə iclasında Qurbanəli bu hadisədən sonra bir daha onun ofisinə gəlmədiyini demişdir. Lakin daha sonra öz ifadəsində ziddiyyətli şəkildə danışaraq 500 ABŞ dollarını vermək üçün onun ofisinə gəldiyini, balkonda pulu verdiyini demişdir. Qurbanəli fevral ayında ona 1.500 ABŞ dolları, mart ayında 500 ABŞ dolları vermişdir. Bundan sonra heç bir ödəniş olmamışdır. Qurbanəliyə tez-tez zəng edərək heç bir təhdid, hədə-qorxu olmadan pulun nə zaman geri qaytarılacağını soruşmuş, Qurbanəli də hər dəfə bir bəhanə demiş, gah ailə problemləri olduğunu, gah atası ilə mübahisə etdiyini bildirmişdir. Atasının dəlixanaya düşdüyünü dedikdən sonra 1 ay müddətində Qurbanəliyə zəng etməmişdir. Daha sonra Qurbanəli gənc yaşda olan xalasıoğlunun rəhmətə getdiyini demişdir. Bundan sonra da bir müddət Qurbanəliyə zəng etməmişdir. Hər dəfə Qurbanəli bir bəhanə irəli sürmüşdür. Daha sonra Qurbanəli ona zəng edərək bu işi təkbaşına edə bilməyəcəyini, Antalyada dostları olduğunu, onlarla birlikdə işləyib pul qazanacağını demişdir. Hətta ona olan borcunu tam şəkildə ödəyəcəyini, hesabı bərpa edəcəyini demişdir. O da Qurbanəlinin Antalyaya getməsinə razılıq vermişdir. Beləliklə, Qurbanəli Antalyaya getmişdir, bir müddət keçmiş, lakin ona heç bir məbləğdə ödəniş edilməmişdir. Daha sonra o, Qurbanəlinin Antalyadakı kafelərdən, restorantlardan şəkillər paylaşdığını görmüş, Qurbanəliyə zəng edib pul barədə soruşmuşdur. Qurbanəli də heç cürə pulu geri qaytara bilmədiyini demişdir. O, böyük qızını İtaliyada təhsil üçün göndərmək istəmiş, Qurbanəliyə demişdir ki, “kimdən borc ala bilirsənsə, bu pulu al, çünki qızımı İtaliyaya təhsil üçün göndərmək istəyirəm, heç olmasa, 10.000 ABŞ dollarına yaxın məbləğdə pul tap ver, çünki bu pula, həqiqətən də, ehtiyacım var”. Qurbanəli də heç cürə bu məbləği verə bilməyəcəyini demişdir. O da ona son çarə olaraq məhkəməyə müraciət edəcəyini demişdir. Bundan sonra Qurbanəli onu bütün sosial şəbəkə hesablarında bloklamışdır. Ən birinci Facebookda bloklamışdır. O, Qurbanəlinin sosial şəbəkədə paylaşdıqlarına baxmaq üçün tanışlarından həmin hesablara daxil olmalarını xahiş etmişdir. Qurbanəli barəsində heç bir sosial şəbəkə hesabında paylaşım etməmişdir. O, ortaq dostları ilə əlaqə saxlamışdır. Həmin hadisələr baş verdikdən sonra da Qurbanəli barəsində dostlarına heç nə deməmişdir. O, həmin dövrdə də Qurbanəlinin əməlində dələduzluq olduğunu düşünməmişdir. Sadəcə pulu olmadığı üçün ona olan borcunu geri qaytara bilmədiyini fikirləşmişdir. Bir müddət sonra Qurbanəlinin Londondan şəkillər paylaşdığını görmüş, bu ona çox pis təsir etmişdir. Çünki o, Londondan gəzib əylənməyə pul tapmış, ona olan borcunu ödəməmişdir. Ortaq dostu olan Fikrətə zəng etmiş, daha sonra Tehranla danışmış, onlardan Qurbanəli barəsində məlumat almağa çalışmışdır. 2023-cü ilin dekabr ayında Tehranla sonuncu dəfə telefonda danışan zaman ona Qurbanəlinin Londonda olduğundan xəbərinin olduğunu, borcu ödəməsi üçün son dəfə şans verdiyini, əks halda məhkəməyə müraciət edəcəyini demişdir. Həmin müddətdə Qurbanəlinin özünə də yazmış, pulu ödəməsi üçün son şansı olduğunu, məhkəməyə müraciət edəcəyini bildirmişdir. Hətta onu polis orqanına müraciət edəcək qədər çarəsiz qoyduğunu demişdir. Qurbanəliyə yazdığı mesajlar ibtidai istintaqda cinayət işi materiallarına əlavə olunmuşdur. Tehran Qurbanəli ilə danışmış, sonra ona zəng edərək Qurbanəlinin dediklərini bildirmişdir. Söhbət zamanı Qurbanəli Tehrana demişdir ki, “mən Azərə çox hörmət edirəm, ona yüksək məbləğdə maddi ziyan vurulduğunu bilirəm, lakin həmin pulu ödəməyə imkanım yoxdur, qısa müddətdə pulu geri qaytaracağam”. Bundan sonra o, vəkillə müqavilə bağlamışdır. Vəkildən Qurbanəlinin məhkəmə iclaslarına gəlmədiyi halda pulunu necə geri ala biləcəyini soruşmuşdur. Vəkil də ona demişdir ki, Qurbanəlinin əmlakı varsa, ona həbs qoyulacaq, daha sonra icra yolu ilə əmlak satılacaq və ona dəymiş zərər tam şəkildə ödəniləcəkdir. Qurbanəlinin əmlakı olub-olmaması barədə məlumat əldə etmək üçün vəkil müvafiq quruma sorğu göndərmişdir. 2023-cü ilin avqust ayının sonunda sorğularına cavab gəldiyi üçün nəticədə Qurbanəlinin 30 sota yaxın torpaq sahəsi olduğunu öyrənmişdir. Yanvar ayında Mingəçevir Şəhər Məhkəməsində məhkəmə iclası keçirilmişdir. İclas zamanı hakimdən Zərərçəkmiş şəxs əmlakına həbs qoyulması ilə bağlı vəsatət təqdim etmişdir. Nəticədə Qurbanəlinin əmlakına həbs qoyulmuşdur. Sonradan öyrənmişdir ki, Qurbanəli həmin əmlakını məhkəmə iclasından 3 gün əvvəl ASAN Xidmət yolu ilə anasının adına keçirtmişdir. Aprel ayında məhkəmədə onun xeyrinə qərar qəbul olunmuşdur. Qurbanəli məhkəmə iclaslarına gəlmədiyi üçün bir neçə dəfə təxirə salınmış, daha sonra Qurbanəlinin atası iclaslarda iştirak etmişdir. Mingəçevir Şəhər Məhkəməsində bu məsələ ilə bağlı Zərərçəkmiş şəxs barəsində iddia qaldırılmışdır. Hətta o Qurbanəlinin ona yolladığı səsli mesajları, öhdəlik sənədini, yazışmaları da sübut qismində məhkəməyə təqdim etmişdir. Qurbanəlinin atası məhkəmə iclasında oğlunun ona borcu olduğunu etiraf etmiş, həmçinin onların şərikli işlədikləri, ortada 20.000 ABŞ dolları ilə bağlı mübahisə yarandığını, həmin puldan 10.000 ABŞ dollarının ona aid olduğunu, 10.000 ABŞ dolların da 1.500 ABŞ dolları və 500 ABŞ dolları olmaqla iki dəfə qaytarıldığını, geridə isə 8.000 ABŞ dolları məbləğində borc qaldığını, həmin pulu qısa zaman geri qaytaracaqlarını bildirmişdir. O, bu deyilənlərlə razı olmamışdır. Məhkəmə də onun xeyrinə qərar çıxarmışdır. Lakin hakim həmin qərarı növbəti məhkəmə iclasında elan edəcəyini demişdir. Hətta hakim ona demişdir ki, “növbəti məhkəmə iclasınadək Qurbanəlinin atası sənə pulu ödəyəcək, pul ödənildikdən sonra sən də şikayətini geri götürərsən”. O da razılaşmış, hakimə isə heç olmasa 10.000 ABŞ dolları ödənilməsini bildirmişdir. Beləliklə, 1 həftə sonra növbəti məhkəmə iclası keçirilmişdir. Qurbanəlinin atası onun kartına 2.000 ABŞ dolları köçürmüş, pulun qalan hissəsini imkanı olmadığı üçün ödəyə bilmədiyini, qısa müddətdə həmin məbləği də ödəyəcəyini bildirmişdir. Hətta ondan şikayətini geri götürməsini xahiş etmişdir. O şikayətini geri götürməmiş, beləliklə hakim qərar vermək üçün müşavirə otağına getmişdir. Qayıtdıqdan sonra onun xeyrinə olan qərar elan edilmişdir. Hələ məhkəmə iclası sonlanmamış hakimdən qərarın icrasının nə zaman həyata keçiriləcəyini soruşmuşdur. Hakim də torpaq sahəsinin satışının ən çoxu 6 ay ərzində həyata keçiriləcəyini bildirmişdir. Həmin müddətdə torpaq sahəsinin Qurbanəli tərəfindən anasının adına keçirildiyini bilməmişdir. Məhkəmə iclasında Qurbanəlinin atasına 6 ay ərzində pulunu geri qaytarmalarını bildirmiş, hətta pul geri qaytarıldıqdan sonra məhkəməyə müraciət edərək əmlak üzərinə qoyulmuş həbsin sonlandırılmasını xahiş edəcəyini demişdir. Qurbanəlinin atasından iclasın sonunda dəfələrlə Qurbanəlinin onunla əlaqə saxlamasını xahiş etmişdir. O, Qurbanəli ilə heç cür əlaqə saxlaya bilməmiş, çünki onun nömrəsini, sosial şəbəkə hesablarını bloklamışdır. Qurbanəli onun təhdid etdiyini deyirmiş, halbuki o, Qurbanəli ilə heç əlaqə saxlaya bilməmiş, qaldı ki, təhdid etsin. O, 2024-cü ilin avqust ayında ailəsi ilə birlikdə İtaliyaya getmiş, pasportunda, sənədlərində heç bir problem yaranmamışdır. 1 sentyabr tarixində akademik proqram qalibi olduğu üçün Almaniyaya getmişdir. 7 sentyabr tarixində ona Qurbanəlinin statusunu göstərmişlər. Həmin statusda Qurbanəli onun erməni lobbisi ilə əlaqəsi olduğunu bildirmişdir. Onu tanıyan şəxslər yaxşı bilirlər ki, belə bir halın baş verməsi mümkün deyildir. Hətta Qurbanəli onun dövlətçiliyə qarşı olduğunu, ölkədən qaçdığını, polislər tərəfindən axtarıldığını da demişdir. X13 Nazirliyinə göndərdiyi məktubda Qurbanəli özünü onun dövlətçilik əleyhinə olmağa sövq etdiyini, bunu bacarmadığı üçün daha sonra pulla təhdid etdiyini demişdir. O, Qurbanəli barəsində sosial şəbəkə hesablarında heç bir paylaşım etməmiş, dediyi məsələlər barədə açıqlama verməmişdir. Bu hadisələr baş verərkən o, Almaniyada olmuşdur. Noyabrın əvvəli Bakıya qayıtmışdır. Həmin ərəfələrdə həbs olunacağını bilmişdir, çünki hakimiyyəti tənqid edən şəxslərdən çoxu həbs olunmuş, tənqidçilərdən biri də o imiş. Lakin ölkəyə qayıtdıqdan sonra heç bir həbs məsələsi baş verməmişdir. 26 noyabr tarixində yenidən Almaniyaya geri qayıtmalı imiş. Hava limanında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu demişlər. Bundan sonra o, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyevlə əlaqə saxlamış, sonuncu da bu məsələni araşdırması üçün ondan 1 saat vaxt istəmişdir. Uzun müddət keçsə də, Elşad Hacıyevdən cavab gəlməmişdir. O, ilk olaraq mətbuat xidmətinin rəhbərindən cavab gəlməsini gözləmişdir ki, bu məsələni ictimailəşdirsin. Cavab gəlmədiyi üçün Facebook hesabında yazı paylaşmış, ölkədən çıxışına qadağa qoyulduğunu bildirmiş, sözügedən məsələ ilə bağlı ona məlumat verilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinə yaxınlaşacağını demişdir. Beləliklə, Bakı Şəhər Baş Polis İdarəsinə getmiş, həmin vaxt jurnalistlər də gəlmişdir. Ondan ərizə yazmağı xahiş etmişlər, həmin ərizəyə baxıldıqdan sonra rəislə görüşəcəyini bildirmişlər. Beləliklə, ərizəsini yazıb İdarədən çıxmışdır. 2 gün sonra ona zəng gəlmiş, istintaqı davam edən cinayət işi ilə bağlı dəvət edilmişdir. İdarədə 2 saat ifadəsi alınmışdır. Ona də heç əlaqəsi olmadığı, qeyri-hökümət təşkilatı tərəfindən törədilmiş cinayət işi üzrə şahid qismində dindirildiyi, bu səbəbdən ölkədən çıxışına qadağa qoyulduğu bildirilmişdir. Ona ictimai fəaliyyəti, rəhbəri olduğu X10 ilə bağlı suallar verilmişdir. Həmin sualları cavablandırmışdır. Daha sonra 300 nəfərə yaxın şəxsin cinayət işi ilə bağlı şahid olduqlarından ölkədən çıxışlarına qadağa qoyulduğunu, əksəriyyəti barədə həmin qadağanın ləğv olunduğunu bildirmişlər. Müstəntiq ona tez-tez əlaqə yaratmağı tövsiyə etmişdir, o isə dəfələrlə zəng etsə də, cavab verilməmişdir. 08 dekabr tarixində saat 9-10 radələrində oğlunu futbola aparan zaman əməliyyat tədbiri keçirərək saxlanılmışdır. Polis əməkdaşları onu saxladıqdan sonra oğlu hadisə yerində qalmış, ailəsi ilə əlaqə saxlamağa belə icazə verməmişlər. Daha sonra barəsində cinayət işi açılmışdır. Cinayət işi ilə tanış olanda öyrənmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən barəsində ilk olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə şikayət edilmiş, lakin heç bir sübut aşkar olunmadığından cinayət işinə xitam verilmişdir. Bundan sonra Qurbanəli 7 dekabr tarixində Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Nəticədə 8 dekabr tarixində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əvvəl ölkədən çıxışına qadağa qoyulmuş, sonra saxlanılmışdır. Hətta bir ara həyat yoldaşının da ölkədən çıxışına qadağa qoyulmuşdur. Bunun səbəbi hələ də məlum deyildir. Bir müddət sonra üzrxahlıq edərək bir səhvlik olduğunu demişlər, qadağanı aradan qaldırmışlar. Zərərçəkmiş şəxs şikayətində siyasi çalarlar mövcuddur. Belə ki, Qurbanəli onun barəsində erməni lobbisi ilə əlaqəsi olduğunu, dövlətçilik əleyhinə olduğunu demişdir. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Həmin maddənin iki ünsürü vardır: hədə-qorxu ilə tələb etmə və özgənin əmlakını tələb etmə. Onun əməllərində, ümumiyyətlə, özgənin əmlakını tələb etmə halı yoxdur. Hətta Qurbanəli məhkəmədə sərbəst ifadə verərkən ona sual verərək öz pulundan əlavə onun gəlirini tələb edibetməməsini soruşmuşdur. O da belə bir hal baş vermədiyini demişdir. İttiham aktında Rəvan adlı şəxs şahid kimi göstərilmişdir. O, bu şəxsi tanımamışdır. Rəvanın ibtidai istintaqda verdiyi ifadəsini oxuyarkən tamamilə onun xeyrinə ifadə verdiyini görmüşdür. Həmçinin, Fikrət də şahid qismində təqdim olunmuşdur. O, Fikrətin Qurbanəlinin xeyrinə ifadə verəcəyini düşünmüşdür, çünki onlar uzun müddətdir ki, dostluq edirlər. Lakin Fikrət ibtidai istintaqda hadisələri olduğu kimi danışmışdır. O, ifadəsində ofisdə olan zaman başqa şəxslərin də olduğunu demiş, həmin şəxslər tərəfindən Qurbanəliyə qarşı heç bir təzyiq göstərilmədiyini bildirmişdir. Ofisdə Qurbanəliyə qarşı hər hansı təzyiq göstərilməsi halı baş verməmişdir, bu mümkün deyildir. Təhdid məsələsinə gəldikdə isə, o, heç bir vaxt Qurbanəlini hədələməmiş, ailə üzvləri ilə təhdid etməmişdir. Qurbanəlini təhdid etdiyinə dair heç bir sübut təqdim olunmamışdır. Əgər belə bir hal baş versəydi, ən azı səsyazması, bir nəfər şahid olardı. Lakin qarşı tərəf buna dair heç bir sübut təqdim etməmişdir. Qurbanəli Mingəçevir Şəhər Məhkəməsində ifadə verərkən ona Antalyada olan zaman Türkiyə nömrəsindən zəng gəldiyini demişdir. Lakin əvvəlki məhkəmə iclasında ona Türkiyə nömrəsindən zəng gələn zaman Bakı şəhəri, Şərifzadə küçəsində olduğunu bildirmişdir. Ona gələn zənglə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qurbanəli zəngin şəklini təqdim edəcəyini desə də, hələ də heç bir addım atılmamışdır. O, daim Qurbanəli ilə uzlaşmağa çalışmış, ona, ailəsinə qarşı təhdidlər etməmiş, hədə-qorxu gəlməmişdir. Ofisdə Qurbanəliyə qarşı heç bir təzyiq göstərilməmişdir. Şahid5 həmin gün ofisdə olmuş, bütün hadisələrə şahidlik etmişdir. Bu hadisə 3 epizoddan ibarət olmuşdur. Birinci epizod onun Qurbanəliyə qarşı hədə-qorxu ilə pul tələb etməsi barədədir. İkinci epizod isə onu ailəsi ilə təhdid etməsidir. Üçüncü epizodda isə ona ofisdə təzyiq göstərməsi barədədir. Bu halların heç biri baş verməmişdir. Cinayət işi materiallarında da bu halları sübuta yetirən heç bir fakt yoxdur. O, təqsirləndirilən şəxs olaraq öz günahsızlığını sübut etmək məcburiyyətində deyildir. Lakin Zərərçəkmiş şəxs olaraq onun həqiqətən də təqsirkar olduğunu sübut etməli, bunun üçün məhkəməyə sənədlər təqdim etməlidir. Qarşı tərəf buna dair heç bir addım atmamış, əsaslı sübut təqdim etməmişdir. Qurbanəli gah Antalyada, gah Bakıda olan zaman ona Türkiyə nömrəsindən zəng gəldiyini demişdir. Əmisioğlu isə Qurbanəli İstanbulda olan zaman ona zəng gəldiyini bildirmişdir. Qurbanəli müharibə olduğu üçün hesabda əməliyyatlar apara bilmədiyini demişdir. Halbuki, hesabda avqust ayından problemlər yaranmağa başlamışdır. Hətta onun Binance platformasındakı hesabından çıxarışlar əldə edilsə, aparılan əməliyyatların hamısı görünə bilər. Həmçinin müharibə zamanı yalnız sosial şəbəkələrə daxil olma məhdudlaşdırılmış, Binance platformasının buna heç bir aidiyyatı olmamışdır. Qurbanəli onun hesabını Rəvan adlı şəxsə verdiyini demişdir. Həmin şəxsin daha sonra hesabda uğursuz əməliyyatlar apardığını, nəticədə xeyli azalma olduğunu bildirmişdir. Qurbanəli may ayında Antalyaya ayaqyalın vəziyyətdə qaçdığını demişdir. Təhdid olunan adam bir ay sonra şənliklərdə iştirak edərək şəkillər paylaşmazdı. Qurbanəli Mingəçevir Şəhər Məhkəməsində ifadə verərkən ona 41.000 ABŞ dolları məbləğində deyil, 6.000 ABŞ dolları məbləğində borcu olduğunu demişdir. O, Qurbanəlinin 6.000 ABŞ dollarını ödəməsinə belə razı olmuş, daha sonra onunla danışaraq bu məsələni həll yoluna qoya bilərmişdir. Lakin Qurbanəli ondan qaçmağı seçmişdir. Qurbanəli öz ifadəsində gah Nərimanın müqavilə imzaladıqları gün ofisdə olmadığını, gah da “ola bilsin ki, mətbəxdə olmuşdur” demişdir. X19 Nazirliyinə məktub yazarkən müqavilə bağlanılan gün ofisdə tanımadığı şəxslərin olduğunu demişdir. Daha sonra isə ofisdə heç kəsin olmadığını bildirmişdir. Qurbanəli ofisdə öhdəlik sənədi imzalanan zaman təzyiqə məruz qaldığını bildirmişdir. Halbuki səsyazmasında da eşidilir ki, plan cədvəlini Qurbanəlinin özü təklif etmişdir. Qurbanəli tərəfindən 3 dəfə ödəniş edilmişdir. Birinci ödəniş 2022-ci ilin fevral ayında, sonuncu ödəniş isə 2024-cü ilin aprel ayında olmuşdur. Arada 2 il müddət fərqi vardır. Əgər ortada bir təhdid məsələsi var idisə, nə üçün bu qədər uzun müddət fərqi ilə pullar ödənilmişdir? Qurbanəlinin atası onun barəsində Mingəçevir Şəhər Məhkəməsində çox gözəl danışmışdır. Qurbanəli bu işdə heç bir qazanc əldə etmədiyini bildirmişdir, halbuki yolladığı səsli mesajda da demişdir ki, “siz də, mən də çox gözəl qazanc əldə etdik”. Həmçinin bitcoin almadığını bildirmişdir. Onun Binance platformasındakı hesabından çıxarış əldə olunarsa, bitcoin aldığı, orada əməliyyatlar apardığı görünə bilər. Qurbanəli ona yolladığı səsli mesajların birində demişdir ki, “sizə olan borcumu ödəyəcəyəm, lakin hal-hazırda müəyyən ailəvi problemlərim var, sizinlə əlaqəsi yoxdur”. Lakin əvvəlki məhkəmə iclasında Qurbanəli keçmiş həyat yoldaşından onun ona tez-tez zəng etməsi səbəbindən boşandığını demişdir. Qurbanəlinin ata və anası ibtidai istintaq dövründə şahid qismində dindirilmişlər. Halbuki onlar öz ifadələrində hadisə barədə, ümumiyyətlə, məlumatları olmadığını bildirmişlər. Qurbanəlinin əmisioğlu da hadisə barədə məlumatı olmadığını demişdir. Onlar şahid qismində məhkəmədə ifadə versələr, oğulları Qurbanəlinin zəng edərək onun tərəfdən təhdid olunduğunu onlara bildirdiyini deyəcəklər. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, Qurbanəli ilə şərik olmamışdan öncə onun bu işin mahiyyəti barədə məlumatı olmamışdır. O, həmin işlə bağlı çox uzun vaxt sərf etməmişdir. O, biznes qurmamış, sadəcə yatırım etmişdir. Belə ki, 20.000 ABŞ dolları yatırım etmiş və həmin pul il sonunadək 140.000 ABŞ dollarına yüksəlmişdir. Hal-hazırda isə həmin pul 250.000 ABŞ dollarına çatmışdır. Bitcoin hesabda yatırım kimi qalmalı idi, lakin onu batırmışlar. O, düşünmüşdür ki, öhdəlik kağızı ilə bağlı məsələni notarial qaydada həyata keçirsin, lakin Qurbanəli plan cədvəli tərtib etməyi təklif etmişdir. Bu səbəbdən Qurbanəlinin təklifi ilə razılaşmışdır. Həmçinin o, düşünmüşdür ki, əgər Qurbanəliyə məsələni notarial qaydada həll etmək istədiyini desə, Qurbanəli ondan inciyər, ona güvənmədiyini düşünər. Məhkəməyə müraciət etmək üçün müqavilə bağladığı vəkil ona demişdir ki, “Azər, sən ali təhsilli, savadlı adamsan, bu işlər notarial qaydada həyata keçirilməli idi”. O, hal-hazırda sevinir ki, bu məsələ alınmamışdır, çünki öhdəlik kağızı notarial qaydada təsdiqlənsəydi, Qurbanəli məhkəmədə ona hədə-qorxu gələrək notariusa apardığını deyəcəkmiş. Qurbanəlinin atası məhkəmədə onun haqqında müsbət rəylər bildirmişdir, bir yandan da onları hədələdiyini demişdir. O, yatırım etdiyindən hesabındakı bitcoinin dəyəri düşsəydi, bu onun riskinə aid olardı. Lakin orada bitcoin satılmışdır. Belə ki, Rəvan adlı şəxs hesabına daxil olaraq müəyyən əməliyyatlar aparmış, uğursuz olduğu üçün yüksək məbləğdə pul itmişdir. Əvvəlki məhkəmə iclasında nümayəndə Qurbanəliyə sual verərək demişdir ki, “sizin hesabdan pul çıxarışı etməyiniz mümkün idimi?” Burada söhbət hesabdan pul çıxarışından getmir. Onun hesabındakı bitcoinlə əlaqədar icazəsi olmadan tanımadığı üçüncü şəxs olan Rəvan uğursuz əməliyyat aparmış və nəticədə həmin bitcoin batmışdır. Halbuki, Qurbanəli ilə danışarkən həmin bitcoinə əl vurulmaması tapşırılmışdır. O, hesabına daxil olan zaman bitcoin olmadığını görmüşdür. Bunu anlamaq üçün savada ehtiyac olmamışdır, sadəcə gözlə görmək kifayət etmişdir. Qurbanəli demişdir ki, həmin bitcoin Rəvan adlı şəxs tərəfindən uğursuz əməliyyat aparma nəticəsində batmışdır və hətta Rəvanla danışıb hesabı bərpa etdirəcəyinə söz vermişdir. Hesabındakı bitcoinin batırılmasının səbəbi etinadsızlıq və qeyri-peşəkar yanaşma olmuşdur. Burada söhbət qeyri-peşəkar şəkildə əməliyyatların aparılmasından getmişdir, öhdəlik kağızında isə onların razılaşması ondan ibarət imiş ki, hesabındakı bitcoinə əl vurulmayacaqdır. Lakin həmin bitcoinlə əlaqədar onun icazəsi olmadan uğursuz əməliyyatlar aparılmış və daha sonra batırılmışdır. O, Qurbanəlini ofisində işlətməmişdir. Sadəcə ona yardımçı olmaq məqsədilə təklif etmişdir ki, əməliyyatları həyata keçirmək üçün onun ofisində gəlsin və işləsin. Çünki ofis çox böyük imiş, ona hər cür şərait yaratmağa hazır imiş, hətta çay, kofe, şirniyyat verməyi də təklif etmişdir. Onun tək istəyi bu məsələni həll yoluna qoymaq imiş. Qurbanəli bu dediklərindən sonra sadəcə bir-iki dəfə ofisdə gəlib işləmiş, onunla söhbət etmiş və sonra heç gəlməmişdir. Bu hadisələr, səhv etmirsə, 2022-ci ilin yanvar ayında baş vermişdir. Rəvan adlı şəxsi əvvəlcədən tanımamışdır. O, Qurbanəliyə təklif etmişdir ki, Rəvanla birlikdə ofisinə gəlsinlər, söhbət etsinlər və məsələni həll yoluna qoysunlar. Qurbanəli bildirmişdir ki, Rəvan ondan qaçır və hətta yolladığı mesajların şəkillərini göstərmişdir. Həmin şəkillərdə Qurbanəli Rəvana “sən məni aldatdın, qaçdın” deyə mesaj yazmışdır. O, Rəvanla üzbəüz şəkildə söhbət etməyi çox istəmiş, lakin alınmamışdır. Son çarə olaraq Qurbanəli barəsində məhkəməyə müraciət etmişdir. Yekunda məhkəmənin qətnaməsi olmuşdur. O, pulunu birinci dəfə sakit şəkildə Qurbanəlidən istəmiş, lakin Qurbanəli onun nömrəsini bloklamışdır. Bu səbəbdən ona mesaj yaza bilməmişdir. Təxminən bir ilə yaxın müddət blokda qalmışdır. Ən son çarə olaraq, onun barəsində məhkəməyə müraciət etmişdir. O, heç bir zaman Qurbanəliyə hədə-qorxu gəlməklə, təhdid etməklə onun şəxsi əmlakını tələb etməmişdir. O, yatırım edərək bitcoin almış və həmin bitcoin hesabda qalmalı imiş. Qurbanəli ilə alver etməmiş, biznes qurmamışdır, iqtisadi risk bu məsələnin, ümumiyyətlə, predmeti ola bilməzmiş. O, Qurbanəli barəsində sosial şəbəkə hesablarında nəinki status paylaşmamış, hətta şərh belə yazmamışdır. Bununla yanaşı, ona edilən zənglərin nə zaman, kim tərəfindən edildiyi barədə məlumatı olmamışdır. Onun yadına gəlmir ki, kiməsə Qurbanəliyə Türkiyə nömrəsi ilə zəng etməsini bildirmiş olsun, belə hal baş verməmişdir. O, hadisələr baş vermədən öncə Qurbanəlinin evli olduğunu bilməmişdir. Onun evinə getməmiş, atasını, anasını görməmiş, uşaqları olub-olmadığı barədə məlumatı olmamışdır. Qurbanəli də ailəsi haqqında ona heç nə danışmamışdır. Qurbanəli onun ofisində işləməmişdir. Bir neçə dəfə ofisə gəlib kompüteri açmış, sonra da çıxıb getmişdir. O, Qurbanəlidən heç bir zaman faiz qazancı tələb etməmişdir, münasibətlərinin predmeti olmamışdır. O, investisiya etmiş, daha sonra investisiyası batırılmışdır. Qurbanəlidən də bunu tələb etmişdir. Tələb hədə-qorxu gəlməklə, təhdid etməklə həyata keçirilməmişdir. Hətta Qurbanəli könüllü şəkildə səsyazmalarda bunu bərpa edəcəyinə dair söz vermişdir. 20 səhifəlik ittiham aktının 8 səhifəsi demək olar ki, onun təqdim etdiyi sübutlar və səsyazmalar əsasında yazılmışdır. Həmin səsyazmalarda Qurbanəli investisiyanı bərpa edəcəyinə dair söz vermişdir. O, heç vaxt Qurbanəliyə ailəsi barədə suallar verməmişdir. Qurbanəli ilə əvvəllər dost münasibəti qədər olmasa da, yaxın münasibətləri olmuşdur. Qurbanəli onun evində çörək yemiş, çay içmişdir. Bu məsələnin siyasi tərəfi mövcuddur. Belə ki, baş verən hadisələrlə əlaqəsi olmadığı halda onun ölkədən çıxışı qadağan edilmişdir. Daha sonra avqust ayında öyrənmişdir ki, ölkədə olmadığı zaman barəsində Mingəçevir Şəhər Polis Şöbəsinə şikayət edilmişdir. Məsələ araşdırılmış, heç bir əsaslı sübut olmadığından işə xitam verilmişdir. O, baş verən hadisələr barədə, yəni Mingəçevir Şəhər Məhkəməsinin onun xeyrinə qərar çıxarması haqqında status paylaşmış, qarşı tərəf bundan istifadə etmişdir. Qurbanəli ona pul borclu imiş və bu borcu geri qaytarmamaq üçün hər yola əl atmışdır. Mingəçevir Şəhər Məhkəməsində onun xeyrinə qərar çıxarıldıqdan sonra Qurbanəli məsələni siyasiləşdirmişdir. Status yazaraq onun erməni lobbisi ilə əlaqəsi olduğunu, dövlətçiliyə qarşı olduğunu bildirmişdir. O, Qurbanəliyə iki dəfə 10.000 ABŞ dolları məbləğində, ümumilikdə 20.000 ABŞ dolları pul vermişdir. Qurbanəli həmin 20.000 ABŞ dollarını onun üçün Binance platformasında açdığı hesaba köçürmüşdür. Qurbanəli heç bir gəlir əldə etməyəcəkdi, sadəcə bitcoini alıb onun üçün hesaba yatıracaqdı. Qurbanəli birinci dəfə bitcoin alanda 8.000 ABŞ dollarına yaxın məbləğdə almış, ikinci dəfə də ona 10.000 ABŞ dolları pul verilmişdir. Qurbanəli pulları hesaba yatırmış, sonra da birjadan bitcoin almışdır. Qurbanəli bitcoini almışdır. Birinci dəfə 10.000 ABŞ dolları 2020-ci ilin may ayında verilmiş, iyun ayında isə ikinci dəfə 10.000 ABŞ dolları verilmişdir. Hesabda nə qədər pul olduğunu görə bilmişdir. Hesabda artma-azalma olduğunu təxmini görə bilmişdir. Hadisələr baş verməmişdən öncə hesabındakı 20.000 ABŞ dolları artmamış, avqusta yaxın ərəfələrdə isə artmağa başlamışdır. Səhv etmirsə, bitcoinin dəyəri təxminən 15.000 ABŞ dollarına qədər artmışdır. Avqust ayının sonu, sentyabrın əvvəlində hesabına daxil olan zaman bitcoin olmadığını görmüş, digər coinlərin dəyəri isə 3.000 ABŞ dollarına yaxın məbləğdə imiş. Bunu gördükdən sonra Qurbanəliyə zəng etmiş, ondan nə məsələ olduğunu soruşmuşdur. Qurbanəli üzbəüz görüşəndə danışacağını bildirmişdir. Görüş zamanı Qurbanəli onun hesabının şifrəsini tanımadığı Rəvan adlı şəxsə verdiyini demiş, həmin şəxs hesabda uğursuz əməliyyatlar aparmış və nəticədə hesabdakı bitcoin yox olmuşdur. Qurbanəli hesabı bərpa edəcəyinə dair söz vermişdir. Bitcoin coindən daha yüksək məbləğdə imiş. Hesabında da 3.000 ABŞ dollarına yaxın məbləğdə coin var imiş, bitcoin yox imiş. Qurbanəli onun hesabında istənilən əməliyyatı, yəni bitcoin alıb-satmağı, üçüncü şəxsə göndərməyi nəzəri olaraq həyata keçirə bilərmiş, lakin ilk öncə ondan kodu öyrənməli imiş. Qurbanəli ona zəng edib hesabda filan əməliyyatı aparacağını deyərək kodu soruşsaydı, ona şifrəni verəcəkmiş. Daha sonra onun icazəsi olmadan həmin şifrə üçüncü şəxsə də verilə bilərmiş. Qurbanəlinin belə hərəkət etdiyini demir, sadəcə izah edir ki, nəzəri olaraq onun hesabda əməliyyat aparması mümkün imiş. O, həbs olunandan sonra həyat yoldaşı mütəxəssis dəvət edərək hesabına daxil olmuş, hesabda aparılan bütün əməliyyatlara baxmışdır. Bitcoin alınması da orada öz əksini tapmışdır. Lakin Qurbanəliyə 20.000 ABŞ dolları verdiyinə baxmayaraq, hesaba bir dəfə 10.000 ABŞ dolları, bir dəfə də 6.000 ABŞ dolları köçürülmüşdür. 4.000 ABŞ dollarını Qurbanəli özünə götürmüşdür. Bu məlumatdan həbs olunmadan öncə ümumiyyətlə xəbərsiz imiş. Hesaba daxil olarkən bitcoin açıqca görünmüş, artma-azalma da izlənilmişdir. Lakin coinlərdə bunu etmək mümkün deyilmiş. Hesaba coin alınan zaman 4-5 ədəd deyil, 30- 40 ədəd alınmış, onlar siyahı şəklində olmuş, hər birinin qiyməti yazılmışdır. Coinlər alındıqdan sonra qiymətlər oturub hesablanmamışdır. Ola bilsin ki, burada onun da səhlənkarlığı olmuşdur, lakin Qurbanəli özü də məhkəmədə ona 20.000 ABŞ dolları verdiyini təsdiq edir. Buna baxmayaraq, hesabına 20.000 ABŞ dolları deyil, 16.000 ABŞ dolları köçürülmüşdür. Qurbanəli hesabı bərpa edəcəyinə dair söz verdikdən sonra maksimum 17.000 ABŞ dollarınadək yüksəldə bilmişdir. Qurbanəli ona pulu çıxardıb verməyi təklif etməmişdir. Evinə gəlib-getdiyi ərəfədə ondan heç bir yanlış hərəkət görməmişdir. Depozitə pul daxil olan zaman mailə bildiriş gəlirmiş, lakin o, çox diqqət etmirmiş, ola bilsin ki, gözündən yayınmışdır. Sonradan hesaba 20.000 ABŞ dolları deyil, 16.000 ABŞ dolları məbləğində pul köçürüldüyünü öyrənmişdir. Atası məhkəmədə ifadə verərkən demişdir ki, “oğlunun Təqsirləndirilən şəxs borcu var, onlar kriptovalyuta işi ilə məşğul olublar, oğlu sonradan Azərin hesabını bir şəxsə verib, aparılan uğursuz əməliyyatlar əsasında hesab batırılıb, onlar şərikli iş görmüşdür, Azər 20.000 ABŞ dolları pul vermişdir, oğlu bu pulun yarısını, yəni 10.000 ABŞ dollarını Azərə qaytarmalıdır, 4.000 ABŞ dollarını qaytarıb, 6.000 ABŞ dollarını da yaxın müddətdə ödəyəcəkdir”. Atası bu işdən anlayışı olmadığı üçün bu şəkildə başa düşmüşdür. Qurbanəlinin atası ona “bu ev bizim ata-baba yurdumuzdur, burada satılmalı heç nə yoxdur” tərzində ifadələr işlətməmişdir. Məhkəmədə ifadə verərkən bildirmişdir ki, “məhkəmə əvəllər yanlış qərar verib, torpaq sahəmizə həbs qoyulub, həmin torpaq sahəsi Qurbanəlinin deyil, həyat yoldaşının adınadır, çıxarışı da təqdim edirəm”. Amma məhkəmə iclasında üç gün öncə Qurbanəli torpaq sahəsini öz adından çıxardıb anasının adına keçirtmişdir. Qurbanəliyə Türkiyə nömrəsindən heç bir zaman zəng etdirməmişdir. O, Antalyada olan zaman ofisdə imiş, orada olanda ona zəng etmiş, qızının təhsil haqqı üçün pul lazım olduğunu demişdir. Hətta borc-xərclə də olsa, həmin pulu tapmağı xahiş etmişdir, ona da təklif etmişdir ki, həmin pulu aldıqdan 8-9 ay müddətində ödəyə bilər. O, Antalyaya getməmişdən öncə məlumat vermişdir ki, hesabı bərpa edə bilməyib, Türkiyədə mütəxəssislərlə əlaqə saxlayaraq bərpa məsələsini həll edəcəkdir. Qızının təhsil haqqı üçün pul istəyəndə danışıq zamanı ona “məni məcbur etmə ki, sənin barəndə məhkəməyə müraciət edim” demişdir. Bundan sonra onun nömrəsini bloklamış, heç bir mesajına, zənginə cavab verməmiş, sosial şəbəkə hesablarından da bloklamışdır. Bir müddət sonra dostlarının göstərdiyi şəkillər sayəsində onun Londonda olduğunu öyrənmişdir. O, Qurbanəliyə sosial şəbəkə hesablarına daxil ola bilmədiyi üçün dostlarının göstərdiyi şəkillərə baxmışdır. Qurbanəli sözügedən statusu paylaşdığı zaman 2024-cü ilin sentyabr ayının ortaları imiş. Həmin vaxt o, ölkədə olmamış, akademik proqram ilə əlaqədar Almaniyaya getmişdir. Qurbanəli statusunda onun Qurbanəlini dövlətçilik əleyhinə olmağa sövq etdiyini, lakin buna nail olmadığı üçün hədə-qorxu gələrək pul tələb etdiyini demişdir. Hətta onun erməni lobbisi ilə əlaqəsi olduğunu da yazmış, bu məsələni tamamilə siyasiləşdirməyə çalışmışdır. Daxili İşlər Nazirliyinə təqdim etdiyi şikayət ərizəsində də deyilənləri qeyd etmişdir. Bu hadisələr baş verən zaman ölkədə xeyli sayda şəxsi həbs edirmişlər, Qurbanəli də artıq həbs olunacağını düşünmüşdür. O, həbs oluna biləcəyini nəzərə alaraq ölkəyə qayıtmışdır. 26 noyabr tarixində xarici ölkəyə getmək istəyəndə onun çıxışına qadağa qoyulduğunu öyrənmişdir. Baş Polis İdarəsinə gedəndə ona heç bir əlaqəsi və məlumatının olmadığı işdə şahid qismində adının qeyd olunduğunu, bununla bağlı ölkədən çıxışına qadağa qoyulduğunu demişlər. Onu 2 saat dindirmişlər, ictimai fəaliyyəti ilə bağlı suallar vermişlər. Dindirmə bitdikdən sonra evə gedə biləcəyini, yaxın müddətdə ölkədən çıxışına qoyulmuş qadağanın aradan qaldırılacağını demişlər. O, bu hadisələrdən qısa müddət sonra müsahibə vermişdir. Həmin müsahibəsində yaxın müddətdə həbs olunacağını bildiyini, lakin bunun hansı səbəbdən baş verəcəyindən xəbərsiz olduğunu demişdir. Nəticədə, Zərərçəkmiş şəxsla aralarında baş verənlər onun həbs olunmasına bəhanə olmuşdur. Qurbanəli öz əməllərini ört-basdır etmək məqsədilə hakimiyyətə pas ötürmüşdür. Belə ki, onu müxalifətçi, erməni lobbisi ilə əlaqəsi olan bir şəxs kimi təqdim edərək özünü xilas etməyə çalışmışdır. Məhkəmə onun xeyrinə qərar çıxardıqdan sonra Qurbanəli artıq pis vəziyyətdə qaldığını başa düşmüş, eləcə də ona olan borcunu ödəmək fikrində olmamışdır. Həmin pulu ödəməkdən yayınmaq üçün şikayət ərizəsi ilə barəsində məhkəməyə müraciət etmişdir. O, Şahid1 Qurbanəlidən acığını çıxmadığını demişdir. Onların aralarında belə söhbət olmamışdır. Qurbanəlinin danışdıqları tamamilə yalan olmuşdur. Şahid1 Mingəçevir Şəhər Məhkəməsində ifadə verərkən onun barəsində “oğlumla Təqsirləndirilən şəxs şərikli iş görüblər, daha sonra oğlunun ona borcu yaranıb, ailəlikcə Təqsirləndirilən şəxs böyük hörmətimiz var, o, ziyalı adamdır” demişdir. Bu sözləri deməsi üçün onu məcbur etməmişdir. Əgər ortada hədə-qorxu məsələsi olsaydı, Şahid1 onun barəsində belə sözlər deməzmiş. Mingəçevir Şəhər Məhkəməsində Vidadi Qurbanovun növbəti məhkəmə iclasına qədər 10.000 ABŞ dolları məbləğində pul ödəyəcəyi bildirilmışdir. O, növbəti məhkəmə iclasına qədər 10.000 ABŞ dolları ödəniş edildiyi halda şikayətini geri götürəcəyini demişdir. Lakin növbəti iclasadək yalnız 2.000 ABŞ dolları ödənilmişdir. Torpaq sahəsi ilə bağlı bildirilmişdir ki, iclas müddətinə qədər Qurbanəli həmin torpaq sahəsini anasının adına keçirmişdir. O, kart nömrəsini məhkəmə iclas zalında Şahid1 vermişdir, bu, məhkəmə iclas qərarında da öz əksini tapmışdır. Hakim ondan neçə manat ödənildiyini soruşduqda, o, 2.000 ABŞ dolları məbləğində ödəniş edildiyini demişdir. Şikayətini geri götürüb-götürməyəcəyi soruşulduqda, geri götürməyəcəyini bildirmişdir. Məhkəmədə torpaq sahəsi ilə əlaqədar icra sənədlərinin hazırlanmasının neçə ay çəkəcəyini soruşduqda, 5-6 ay müddətində tamamlanacağını demişlər. Daha sonra Şahid1 bildirmişdir ki, bu 5-6 ay ərzində pulu ödəsin və Qurbanəliyə onun nömrəsini blokdan çıxarmasını, əlaqə saxlamasını desin. İşdə cavabdeh Qurbanəli olmuşdur. Vidadi demişdir ki, Qurbanəli Londondan pul göndərəcək və həmin pulu sonradan ona verəcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsi qətnaməni Şəki Kommersiya Məhkəməsinə göndərmişdir. Şəki Kommersiya Məhkəməsində onun iştirakı olmadan absurd qərar qəbul edilmişdir. Hadisələr baş verən zaman o, təcridxanada olmuşdur. Hətta onun nümayəndəsinə belə məhkəmə iclası barədə məlumat verilməmişdir. Nümayəndəsi məhkəmə iclasına gedən zaman artıq qərarın qəbul olunduğunu görmüşdür. Qərarda qeyd edilmişdir ki, İİ Qarabağ Müharibəsi ilə əlaqədar yaranmış hərc-mərclik səbəbindən Zərərçəkmiş şəxs işləri idarə edə bilməmişdir. 2023-cü ilin avqust ayında sorğu göndərilmiş, sentyabr ayının 8-də sorğunun cavabı alınmışdır. Sözügedən sorğuya cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 01 saylı Bakı Ərazi İdarəsinin məlumatına əsasən, Zərərçəkmiş şəxs adına ölkə üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlaklara dair müraciətə baxılmışdır. Mingəçevir şəhəri, Sahil küçəsi, 22 saylı evin yerləşdiyi 0,30364 ha torpaq sahəsi (ümumbirgə) xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs adına dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətində olduğu bildirilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə REAL Partiyasında Cumhuriyyətçi platformasında olan zaman tanışlıqları yaranmışdır. O, Partiyadan ayrılsa belə, dostluqları davam etmişdir. Təqsirləndirilən şəxs ona borcu olduğunu bildirmişdir, halbuki, o, Azərdən heç vaxt pul almamışdır, bu səbəbdən Azərə borcu ola bilməzmiş. Kommersiya Məhkəməsində də dəfələrlə Təqsirləndirilən şəxs borcu olmadığını bildirmişdir. Onların sadəcə iş birlikləri olmuş, sonradan kriptovalyutaların dəyəri düşdüyündən o da ziyan etmişdir. Pandemiya dövründə onun Mingəçevir şəhərində kriptovalyutalarla bağlı çıxışları olmuşdur. Hətta çıxışlarında risklərlə bağlı izah vermiş, bu işdə qazanc olduğu qədər, itkilərin də baş verə biləcəyindən danışmışdır. Təqsirləndirilən şəxs da kriptovalyuta işinə daxil olmaq istəmiş, onların iş birlikləri yaranmışdır. Onun heç bir zaman Təqsirləndirilən şəxs hesabından pul çıxarmaq şansı olmamışdır, çünki hesablar 3D təhlükəsizlik kodu ilə qorunmuşdur. Onların Azərlə münasibətləri çox yaxşı olmuşdur. Bir-birilərinin evinə qonaq getmiş, şəhərdə oturub çay da içmişlər. Müharibə dövründə onun internetə girişi məhdudlaşdırıldığından kriptovalyuta hesabına nəzarət edə bilməmişdir. Bu səbəbdən ilk gündən kriptovalyutanın dəyəri 500 ABŞ dolları məbləğində aşağı düşmüşdür. Nəticədə müəyyən narazılıqlar yaranmışdır. Kriptovalyuta elə imiş ki, eyni hesabda müxtəlif cüzdan ola bilərmiş. Lakin hər cüzdan üçün də şəxsi mail var imiş, beləliklə, hesabdan hər hansı çıxarış olan zaman mail sahibinin özünə təhlükəsizlik kodu göndərilirmiş, həmin şəxs də hesabdan hər hansı çıxarış edildiyini anlamışdır. O, bunu bildiyi halda, heç vaxt Təqsirləndirilən şəxs hesabından çıxarış etməzmiş. Bir sıra məhkəmələrdə Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən onun pul mənimsəməsinə dair iddialar ortaya atılmışdır. Halbuki, onların arasında heç vaxt belə bir məsələ olmamışdır. Təqsirləndirilən şəxs özü də yaxşı bilmişdir ki, hesabdan hər hansı çıxarış olan zaman ona məlumat verilir. Şəki Rayon Məhkəməsində də bu iddia ortaya atılmışdır. Kommersiya Məhkəməsində aparılan iş üzrə sonuncu məhkəmə iclasınadək Təqsirləndirilən şəxs ilə onun arasında pul mənimsənilməsinə dair məsələ qaldırılmamışdır. Azər kriptovalyuta hesabını onun üçün alqı-satqını həyata keçirməsi ilə bağlı vermiş, bu səbəbdən həmin hesabda sadəcə alqı-satqını həyata keçirmişdir. Kriptolvalyutada pulun dəyərdən düşməsinin əsas səbəbi müharibə dövründə VPN-nin ölkəmizdə ilk dəfə tətbiqi ilə bağlı olmuşdur. Bundan sonra o, Azərlə görüşmüş, ona hesabını əvvəlki vəziyyətinə qaytaracağına dair söz vermişdir. Nəticədə, həqiqətən də, Azərin hesabını əvvəlki vəziyyətinə geri qaytarmışdır. Azərin ondan tələbi daim bitcoin üzərindən olmuşdur, heç bir zaman onu pulunun mənimsənilməsi ilə ittiham etməmişdir. O, Azərə ona qarşı olan bitcoin tələbində haqsız olduğunu izah etmişdir. Belə ki, əgər Azər cüzdanda bitcoin saxlamaq istəmişsə, ona ehtiyacı olmamış, istədiyi qədər bitcoin alıb cüzdanda saxlaya bilərmiş. Birjada alqı-satqı olan zaman gəlir əldə etməklə yanaşı müəyyən itkilər də baş verə bilərmiş. Lakin Azər ona qarşı olan tələbində inadkar davranmış, bitcoini istəmişdir. Bitcoinlərin dəyəri müxtəlif zaman kəsiklərinə uyğun olaraq dəyişmişdir, yəni, ilk vaxtlarda 15.000 manat dəyərində olmuşsa, sonradan ya azalmış, ya da artmış, sabit məbləğdə qalmamışdır. Onun Azərdən bu bitcoin məsələsinədək heç bir narazıçılığı olmamışdır. Hətta aralarında heç bir zaman düşmənçilik olmamış, sadəcə pul məsələsi olmuşdur. Təqsirləndirilən şəxs ona bitcoini hansı yolla olursa-olsun alacağını demişdir. Həmin dövrlərdə bitcoinin bir ədədinin qiyməti 35.000 ABŞ dolları imiş, Təqsirləndirilən şəxs isə qoyduğu pulun məbləği maksimum 20.000 ABŞ dolları olmuşdur. Ondan tələb etdiyi məbləğ də 45.000 ABŞ dollar imiş. O, Azərbaycan Respublikasında bitcoinlərlə məşğul olan, demək olar ki, ilk şəxslərdən biri olmuşdur, vaxtı ilə də 300-dən çox bitcoini olmuşdur. Heç bir zaman gedib kiminsə yaxasından yapışmamışdır ki, “vaxtı ikən mənə düzgün məlumat verdim, amma mənə maddi ziyan dəydi, pulumu geri tələb edirəm”. Təqsirləndirilən şəxs 5 il müddətində bu məsələni davam etdirərək belə yerə gəlib çıxartmışdır. Onu əsas narahat edən məsələ ailəsi olmuşdur, çünki ailəsi onun üçün qorxmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri səbəbindən o, xaricdə yaşamış, Azərbaycana gəlməmişdir. 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ilə söhbət edən zaman ona dəymiş ziyanı ödəyəcəyinə dair söz vermişdir. Lakin heç bir zaman bitcoindən söhbət açmamışdır, çünki hesabda bitcoin olmamışdır. 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ona zorla sənəd imzalatmışdır, həmin sənəddə də onun Azərə 45.000 ABŞ dolları məbləğində borcu olduğunu təsdiq etdiyi yazılmışdır. Həmin hadisədən bir gün əvvəl Azərlə sonuncunun arvadı Samirə Qasımlının ofisində görüşmüşlər. Həmin ofis Yasamal parkının yaxınlığında yerləşmişdir. Orada Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlmiş, təhdidlə sənədi imzalamağa məcbur etmişdir. Səhərisi gün Axundov parkının yaxınlığında yerləşən ofisdə Azərlə görüşmüşlər, o, sənədi imzalamışdır. Təqsirləndirilən şəxs və müdafiəçiləri məhkəmədə ofisdə sənəd imzaladığı gün İsmayıl Nərimanlı da orada olduğunu, bu ana şahidlik etdiyini bildirmişlər. Halbuki, həmin gün ofisdə heç kim olmamışdır, sadəcə o və Təqsirləndirilən şəxs iştirak etmişdir. İsmayıl Nərimanlını şəxsən tanıyır, aralarında heç bir mübahisə də olmamışdır. Sənədi imzaladıqdan sonra Azər ona qarşı daha mülayim davranmağa başlamışdır. Hətta “bu sadəcə bir sənəddir, heç nədən narahat olma, mən səni sıxmayacağam, əlinə pul keçdikcə bu məbləği hissə-hissə ödəyərsən” demişdir. Onun bu sözləri az da olsa, ürəyini rahatlatmışdır. Sənəddəki 45.000 ABŞ dolları məbləğini görən zaman çox narahat olmuşdur. Lakin heç də Azərin dediyi kimi olmamışdır. Bir dəfə ofisin önündə 500 ABŞ dolları, bir dəfə də Azərin arvadı Samirənin ofisinin önündə Samirəyə 1.500 ABŞ dolları vermişdir, özləri də bu məbləğləri təsdiq etmişlər. Sonradan onun məbləği ödəmək qabiliyyəti olmamışdır. Belə ki, kriptovalyuta sistemi tam idarə oluna bilməmişdir, hər daim nəzarət etmək mümkün deyilmiş. Bunu Azərin özünə də izah etmiş, lakin sonuncu anlamaq istəməmişdir, səhəraxşam demədən zəng etmiş, hətta səhər saat 06:00-da zəng etdiyi vaxtlar da olmuşdur. Yeni ilin ilk günü, 01 yanvar tarixində ona mesaj yollamışdır ki, “gedəcəyəm Mingəçevirə, sənin evini, torpağını satdıracağam, atana hər şeyi deyəcəyəm”. Bundan sonra o, Türkiyəyə getmişdir. Həmin ərəfədə Cambridge universitetindən qəbul almışdır, viza və bir sıra sənədlərin düzəldilməsi ilə bağlı Azərbaycana gəlmişdir. Azərə həmin müddətdə Azərbaycanda olduğunu deməmişdir. Bu ərəfələrdə tanımadığı Türkiyə nömrəsindən ona zəng gəlmişdir. Həmin şəxs ona “bizim əlimiz hər yerə çatır, hər şeyi edə bilərik” deyə hədə-qorxu gəlmişdir. Hədə-qorxusunun səbəbi isə o imiş ki, mesajı yazdığı gün 8.000 ABŞ dolları, növbəti günlərdə idə 43.000 ABŞ dolları məbləğində ona pul göndərsin. O, imzaladığı sənəddə pulu avqust ayınadək ödəyəcəyini bildirmişdir. Bir müddət Azərdən yaxasını xilas etmək üçün gizlənməyə yer axtarmışdır, ən yaxşı yerin Türkiyə ola biləcəyini düşünmüşdür. Həm böyük yer imiş, Azərin də onun orada olması heç ağlına gəlməzmiş. Beləliklə, birinci Ankaraya getmiş, orada tanışlarının ofisində işləmişdir. Sonradan Azərin onun ölkədə olmasından xəbəri olmuşdur. Azərin ilk təhdidi ona 45.000 ABŞ dolları məbləğində borcu olduğunu təsdiq edən sənədi imzaladan zaman olmuşdur. Daha sonra Azərbaycanda olan zaman Türkiyə nömrəsindən zəng gəlmişdir, həmin zəngdə də hədə-qorxu olmuşdur. Azər onu ailəsi ilə, valideynləri ilə, oğlu ilə, arvadı ilə hədələmişdir, hədəsinin məzmununda isə onları öldürtmək, həyatlarını məhv etmək var imiş. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ilə tanışlığı 2016–2017-ci illərdən yaranmışdır. Təqsirləndirilən şəxs ilə əməkdaşlığı 2020-ci ilin noyabr ayında başlamışdır. Belə ki, karantin dövründə o, Mingəçevirdə kriptovalyuta ilə əlaqədar tədbirlərdə iştirak etmişdir. Daha sonra Azər onunla əlaqə saxlayaraq görüşmək istədiyini demişdir. Azərin təklifi əsasında Portaldan icazə alaraq Bakıya gəlmişdir. Azər ona yeni hesab yaratmasını, həmin hesaba müəyyən məbləğdə pul köçürməsini, onun da alqı-satqını həyata keçirməsini təklif etmişdir. Azər 10.000 ABŞ dolları ilə onun diqqətini cəlb edə bilməyəcəyini başa düşmüşdür, bu səbəbdən vaxt keçdikcə pulun məbləğinin də artacağını vəd etmişdir. O, kriptovalyuta işi ilə məşğul olmuşdur, hətta bu sahə ilə bağlı televiziyada maarifləndirici çıxışlar etmişdir. O, lap əvvəldən internetdən işləmişdir, magistr təhsili aldığı müddətdə isə müəllimlik etmişdir. Artıq 11 ilə yaxın müdət imiş ki, real olaraq, kriptovalyuta işi ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs hesabını Binance platforması üzərindən açmışdır. Azər ilkin olaraq 10.000 ABŞ dolları pul qoymuşdur. Yay aylarında Azərin qazancı 3.000 ABŞ dolları məbləğində olmuşdur. Həmin qazancın bir hissəsini Azər götürmüş, digər hissəsi isə hesabında qalmışdır. Daha sonra Azər yenidən hesaba yatırım etmişdir. Sentyabr ayında VPN çıxandan sonra hesaba nəzarət etmək mümkün olmamışdır. İlkin olaraq, 500 ABŞ dolları məbləğində azalma olmuşdur. Azərin özü ona zəng edərək “deyəsən, bu pul azala-azala gedəcək” deyə fikir bildirmişdir. Bu hadisə ondan asılı olmayan səbəblərdən baş vermişdir. Azərin özünə də ona dəymiş ziyanı geri qaytaracağını söz vermişdir. VPN çıxan dövrdə kriptovalyutada alqı-satqı ilə bağlı müəyyən problemlər yaranmışdır. Həmin hesab cüzdan deyilmiş, daim nəzarət altında saxlayaraq idarə etməyə ehtiyac var imiş, bunu Azərin özünə də izah etmişdir. Lakin yaranmış nasazlıq səbəbindən nəzarət mümkün olmamışdır. Beləliklə, kriptovalyutada azalma baş vermişdir. İnvestisiyada yaranmış problemi Azərə də izah etmişdir. Azər də onu başa düşdüyü üçün heç vaxt pulun mənimsənilməsi ilə bağlı ittiham etməmişdir. Yollar açıldıqdan sonra Bakıya gəlmiş, Azərlə də üzbəüz görüşüb bu məsələni danışmışdır. Problem məhz bitcoin üzərindən olmuşdur, belə ki, Azər onu xeyirsiz biri olması ilə ittiham etmişdir, həmişə bildirmişdir ki, “bitcoin alsam, daha sərfəli olardı, qazanc əldə edərdim”. Halbuki, həmin ərəfədə bitcoinin məbləği 10.000 ABŞ dolları olmuşdur. Onun xəbəri olmadan Mingəçevir şəhərində mülki məhkəmə aparılmışdır. Məhkəmə proseslərində Təqsirləndirilən şəxs onun pulu ilə Londona getməklə ittiham etmişdir, halbuki, o, Azərin bir manatından belə istifadə etməmişdir. Anlamadığı məqam da bu imiş ki, Azərin bir manatını belə xərcləmədiyi halda nə üçün ona borcu olduğunu demişdir. 2022-ci ilin yanvar ayında X14 parkının yaxınlığında yerləşən ofisinə getmiş, orada Azərlə görüşmüşdür. O, ofisə tək gəlmişdir. Ofisdə studiyaya bənzər yerə girmişlər. Orada söhbət etmişlər. Azərin özü də tək imiş, yanında heç kəs olmamışdır. Azər onu birinci dəfə atası ilə hədələmişdir. Belə ki, bu hadisələr baş verən zaman atası ağır xəstəlik keçirmişdir, Azər də onu baş verən hadisələr barədə Mingəçevirə gedərək atasına məlumat verməklə hədələmişdir. O da atasının bu hadisələr barədə məlumatı olmasını, stress keçirməsini istəməmişdir. Azər onu məhv etməklə hədələmişdir. Azər o, xaricdə olan zaman atası ilə görüşmüşdür. Azərlə telefonla danışan zaman onu oğlunu qaçırdacağı ilə hədələmişdir. O, bu barədə atasına məlumat vermiş, atası Mingəçevirdən Bakıya gələrək oğlunu da özü ilə aparmışdır. Azərin ilk ciddi təhdidi ona sənədləri imzaladan zaman olmuşdur, bir də ki, sənəddəki vaxt bitəndə “ay sonu yaxınlaşır, sənin də vaxtına az qalıb” deyərək hədə-qorxu gəlmişdir. Antalyada olanda şəkil paylaşmışdır, Azər də ona “səni Antalyada da tapa bilərəm” demişdir. Sonradan ona tanımadığı nömrədən zəng gəlmişdir, həmin adam özünü kriminal aləmdən biri olaraq təqdim etmişdir. Azər ondan 45.000 ABŞ dolları tələb etmişdir. Sənəd imzalanan ərəfədə ona 500 ABŞ dolları, daha sonra da 1.500 ABŞ dolları ödəmişdir. Bir müddət keçəndən sonra sakit qalması, ailəsinə dəyib-dolaşmaması üçün də 2.000 ABŞ dolları ödəmişdir. Azər atası ilə də görüşmüşdür. Atası Azəri “Allahdan qorx, belə əməllər törətmə” deyərək fikrindən daşındırmağa çalışmışdır. O, Türkiyədən Azərbaycana gəlmiş, amma bu barədə Azərə heç nə deməmişdir, Azər hələ onun xaricdə olduğunu düşünmüşdür. Sonradan Türkiyə nömrəsindən ona zəng gəlmişdir. Həmin şəxs özünü oğru aləmindən biri kimi təqdim etmişdir. Söyüş söyərək həmin gün ərzində 8.000 ABŞ dolları pul köçürməsini tələb etmişdir. Ümumilikdə isə, 43.000 ABŞ dolları tələb etmişdir. O, zəng edən şəxsə Təqsirləndirilən şəxs adlı şəxsi tanımadığını demişdir. Bu söhbətdən sonra Azərlə yenidən əlaqəsi olmuşdur. Azərə artıq polisə şikayət edəcəyini, hüquqi yollara əl atacağını demişdir. Nəticədə, Azər ondan qabağa düşərək məhkəməyə müraciət etmişdir. Azərlə bu hadisələrdən sonra şəxsi görüşləri olmamışdır. X28 və Təqsirləndirilən şəxs ilə şəxsi görüşü olmamışdır. Ofisdə sənəd imzaladıqdan sonra Azərlə heç vaxt görüşməmişdir. Azərlə əlaqə yaradaraq məsələni həll yoluna qoymağa çalışmış, lakin sənəd imzalandıqdan sonra ölkədən çıxıb getdiyi üçün üzbəüz şəkildə onunla görüşməmişdir. Sənədi imzalayan zaman ofisdə Azər və ondan başqa heç kəs olmamışdır. Samirə Qasımlı tərəfindən ona qarşı hər hansı hədə-qorxu olmamışdır. Rəvan ona bu işlərdə kömək etməyi təklif etmişdir, ibtidai istintaqda ifadə verən zaman da bunu bildirmişdir. VPN-nin çıxması ilə hesabda müəyyən məbləğdə azalmalar olmuşdur. Tez-tez Azərə bir yolla halallaşmağı təklif etmişdir. Azərə vermiş olduğu məbləği ondan tələb etməsini bildirmişdir. Halbuki, Azər sadəcə bitcoin söhbəti etmişdir. Təqsirləndirilən şəxs tərəfindən hədələndiyi ərəfədə ailəsi Bakı şəhəri, Yasamal rayonunda yaşayırmış. O, bu barədə atasına məlumat vermiş, təhdid altında olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs birinci dəfə onu internetdə biabır etməklə hədələmişdir. İkinci dəfə pul məsələsi ortaya çıxmışdır. Azər ondan evini, torpağını sataraq ona pul verməsini istəmişdir. O, bu məsələni həll yoluna qoymağa, Azərlə uzlaşmağa çalışmışdır. Azərə dəymiş zərəri ödəməyə hazır imiş. Lakin Azər ondan ona dəymiş zərərin qat-qat artığını istəmiş, yəni bitcoin tələb etmişdir. O da buna razı olmamışdır, nəticədə Azər daha da qəzəblənmişdir. O, məcbur qaldığı üçün Azərə Türkiyədə olduğunu demişdir. Halbuki həmin vaxt viza məsələsi ilə bağlı Bakıya gəlmişdir. Bakıda olan zaman ona Türkiyə nömrəsindən zəng gəlmişdir. Daha sonra atası ilə danışmışdır, ona burada qala bilməyəcəyini, getməli olduğunu demişdir. Azərdən də evdəkiləri özü ilə birlikdə Mingəçevir şəhərinə aparmasını xahiş etmişdir. Çünki onların Mingəçevir şəhərində, atasının yanında olarkən daha güvəndə olacağını düşünmüşdür. Təqsirləndirilən şəxs onu sosial şəbəkələrdə rüsvay etməklə hədələmiş, torpaq sahəsini satmasını istəmişdir. Bundan sonra o, bütün sosial şəbəkə hesablarını bağlamışdır, bir müddət internetdən istifadə etməmişdir. Hətta Azər onun sosial şəbəkədəki bir-iki şəklinin şərh bölməsində “sənin işin çətinə gedir” deyərək yazılar yazmışdır. Azərə onun barəsində hüquqmühafizə orqanlarına şikayət edəcəyini demişdir. Nəticədə, Azər ondan qabağa düşüb barəsində məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Azər öz sosial şəbəkə hesablarında onun barəsində rüsvayedici məlumatlar paylaşmamışdır, lakin şəkillərin aşağısında “sənin işin çətinə gedir” deyərək yazılar yazmışdır. O, ölkədən gedən zaman ayaqyalın imiş. Lakin notebook-u özü ilə aparmışdır. Onun işi onlayn olduğu üçün xarici ölkədə işləmiş, pul qazanmışdır. O, Azərlə işləməyi 2020-ci ilin sentyabr ayından sonlandırmışdır. Azərlə sonuncu dəfə may ayının əvvəlində söhbət etmişdir. Daha sonra Azər ona mesajlar yazaraq “ay sonuna az qalıb” demiş, hədə-qorxu gəlməyə başlamışdır. Azərə olduğu ünvanları bəlli etməmişdir. Məhkəməyə təqdim olunan fotoşəkillərdəki məkanlar arasında xeyli məsafə fərqi var imiş. O, İngiltərədə proqram çərçivəsində iki həftə qalmışdır. Lakin Azər onun ibtidai istintaqda görüşdükləri müddətək İngiltərədə olduğunu düşünmüşdür. Yaşadığı ünvanları heç kəs bilməmişdir. O, iki dəfə ailə qurmuşdur. Azər onun birinci ailəsinin dağılmasına səbəb olmuşdur. Daha sonra yenidən ailə həyatı qurmuşdur. Azər bütün gün ona zəng etmişdir, gecə-gündüz, bayram demədən zəng edib narahat etmişdir. Evdəkilər də ondan bu zənglərin səbəbini soruşmuşdur, ailəsinə vəziyyəti izah edə bilmədiyi üçün dava düşmüşdür, keçmiş həyat yoldaşının qohumları evinə gəlmişdir. Bu davalar nəticəsində boşanmışdır. Hətta Azərin məhkəməyə təqdim etdiyi səsyazmada da o, Azərə “bu bayramın günü, səhər-səhər nə üçün zəng edibsiniz?” demişdir, Azər də cavab vermişdir. Ona Türkiyə nömrəsindən 2023-cü ilin may ayının sonlarında zəng gəlmişdir. Həmin vaxt o, Bakı şəhəri, Yasamal rayonunda imiş. Zəng gəlməmişdən bir müddət əvvəl o, həqiqətən də, Türkiyədə imiş, heç bir şəkil paylaşmamışdır. Məhkəməyə təqdim olunan şəkillərin heç birini düzgün bir vaxtda sosial şəbəkəsində paylaşılmamışdır. Belə ki, noyabr ayında o, artıq İngiltərədə deyil, Batumidə imiş. Azər ona zəng edən zaman harada olduğunu soruşmuşdur. O da həmin vaxt Antalyadan şəkil paylaşmışdır, Azərin də Antalyada olduğunu düşünməsi üçün Bakıda ola-ola Antalyada olduğunu demişdir. Bundan sonra ona Türkiyə nömrəsindən zəng gəlmişdir. Zəng edən şəxs Azərbaycan dilində danışmışdır. Ona zəngdə “bu axşam 8.000 ABŞ dolları çatdırmalısan” demişdir. Ümumilikdə isə, 43.000 ABŞ dolları verməli olduğunu demişdir. Zəng edən şəxsə nə Azər adlı şəxsi tanıdığını, nə də bu deyilən məbləğləri verməli olduğunu demişdir. Həmin şəxs də ona əl-qollarının hər yerə çatdığını deyib hədə-qorxu gəlmişdir. Xalasıoğlu, ola bilsin ki, şəhərləri səhv salmışdır. O, Ankaraya getməmişdir, sadəcə oradan keçərək Antalyaya getmişdir. İstanbulda isə Antalyadan əvvəl olmuşdur. Xalasıoğlu Ramazanda onun telefonu olmamışdır, sadəcə sosial şəbəkə hesabları olmuşdur. İstanbulda olmamışdır, ancaq Antalyada olmuşdur. Ramazan da onunla birlikdə Antalyada qaldığı üçün hadisələrdən məlumatı var imiş. Məbləğlər arasında ziddiyyət yaranmasının səbəbi ondan ibarət imiş ki, o, həmin vaxta qədər Azərə 10.000 ABŞ dollarından 2.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Daha sonra Azər ondan bitcoin də tələb etmişdir. Hansı ki, həmin bitcoini 35.000 ABŞ dollarından dəyərləndirmişdir. Hansı ki, sonradan bitcoinin dəyəri 15.000 ABŞ dollarına düşmüşdür. Türkiyə nömrəsindən zəng edən şəxs həmin günün axşamınadək Azərə 8.000 ABŞ dolları ödəməsini tələb etmişdir. Lakin, ümumilikdə, ondan 45.000 ABŞ dolları tələb etmişdir. Türkiyə nömrəsindən edilən zənglə bağlı şəkli istintaqda təqdim etmişdir. O, heç vaxt Azərə 45.000 ABŞ dolları ödəməyə razı olmamışdır, bununla bağlı sənədə imza çəkməmişdir. Lap əvvəldən onlara dəymiş ziyanı, yəni 20.000 ABŞ dollarını ödəməsi ilə bağlı razılaşmışlar. Hətta Azərin hesabındakı pul 17.000 ABŞ dollarına qalxanda “siz də qazanırsınız” tərzində bir ifadə işlətmişdir. Lakin daha sonra Azər dəymiş zərəri ödəməsinə razı olmamışdır. O vaxtki dövr üçün Azərə 20.000 ABŞ dolları ödəməyə razı imiş. Lakin Azər onunla razılığa gəlməmişdir. İndi həmin məbləği ödəməyə razı deyil. Azərlə hələ aralarındakı münasibətlər yaxşı olan dövrdə o, “yaxşı ki, mafyanın əlinə düşməmisən, mənə xəyanət etdin, bundan sonra ortaqlıq yoxdur, mənə dəymiş zərəri tam şəkildə geri qaytar” demişdir. Həmin vaxt onların arasında heç bir problem yox imiş, lakin Azər ona bu cümlələri demişdir. Azər ona şərikliyin pozulması ilə bağlı şərt qoymuşdur. Azərlə görüşüb hesabındakı bitcoinlərin məbləğinə uyğun son qərara gələcəkmiş. Yekun məbləği Azərə ödəməyə hazır imiş. Lakin bundan sonra Azər bir canavara çevrilmişdir. Onun hesablamasına görə Azərə 17.000 ABŞ dolları məbləğində ziyan dəymişdir. Mingəçevir Şəhər Məhkəməsində iş gedən zaman atası Azərə 10.000 ABŞ dolları məbləğində pul verməyi təklif etmişdir, lakin Azər bunu qəbul etməmişdir. Atası da ağlaya-ağlaya ona görüntülü zəng etmişdir. Azərlə 2020-ci ildən şərikli işləməyi sonlandırmışdır, 2021-ci ildən Azərin hesabını səliqəyə salmağa çalışmışdır, 2022-ci ildə isə Azər bu işi düşmənliyə qədər çatdırmışdır. Mingəçevir Şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edən zaman çox diqqətli yanaşmamışdır, çünki özü də ölkə xaricində imiş, onlayn şəkildə ərizə ilə müraciət etmişdir. Şikayət ərizəsində hər detala diqqət yetirməmişdir. Türkiyə nömrəsindən gələn zəngin şəklini çəkmişdir. Hal-hazırda telefonunu dəyişmişdir, lakin növbəti məhkəmə iclasında həmin görüntünü təqdim edə bilərmiş. İstintaq dövründə təqdim etmişdir. Onun Təqsirləndirilən şəxs hesabından pul çıxarışı etməsi heç bir zaman mümkün olmamışdır. Belə ki, Azərin hesabında 3D təhlükəsizlik kodu var imiş, pul çıxarılan zaman Azərə bildiriş getmişdir, həmin bildirişdə “sizin hesabınızda filan məbləğdə pul çıxarılmaq istənilir, razısınızsa, təsdiq kodunu daxil edin” yazılmışdır. Onun dəstəyi ilə Azərin hesabına 20.000 ABŞ dolları pul köçürülmüşdür. Həmin məbləğ iki dəfəyə daxil edilmişdir, belə ki, birinci dəfə may ayında 10.000 ABŞ dolları daxil edilmişdir, daha sonra da qalan 10.000 ABŞ dolları daxil edilmişdir. Hesaba pul daxil edilən zaman hər hansı icazəyə ehtiyac olmamışdır. Lakin pul çıxarılan zaman qarşı tərəfə bildiriş getmişdir. Bu səbəbdən, hesabdan hansı məbləğlərdə çıxarışlar edilibsə, hamısı Təqsirləndirilən şəxs razılığı əsasında həyata keçirilmişdir. Verilən 10.000 ABŞ dollarının hər ikisi hesaba köçürülmüşdür. Əgər hesabda 4.000 ABŞ dolları deyil, 50 ABŞ dolları olmasaydı, Azər onu öldürərmiş. İki dəfə hesabda 500 ABŞ dolları azalma olan kimi Təqsirləndirilən şəxs dəliyə dönürmüş. 4.000 ABŞ dolları çatışmasa, həmin vaxtda Təqsirləndirilən şəxs ilə düşmən olarmış. Rəvan adlı şəxs ona Binance platformasındakı hesablarda məbləğlərin artırılmasında, əməliyyatların həyata keçirilməsində kömək etmişdir. Rəvan yalnız Təqsirləndirilən şəxs hesabında əməliyyatların aparılmasında deyil, həmçinin digər işlərində də ona kömək etmişdir. Təqsirləndirilən şəxs hesabındakı məbləğin 140.000 ABŞ dollarına yüksəldiyini demişdir, halbuki həmin məbləğ real deyilmiş, sadəcə onlar hesabda süni şəkildə məbləğ artırılması etmişlər, daha sonra bağlamağı unutduqları üçün hesabda məbləğ elə görünmüşdür. Rəvan tərəfindən uğursuz əməliyyat aparıldıqdan sonra hesab, demək olar ki, bərpa olunmuşdur. Hesabda məbləğin aşağı düşməsi tez-tez baş verən hal imiş. Belə ki, noyabr ayında məbləğ 400 ABŞ dollarından 2 ABŞ dollarına qədər düşmüşdür. O, Yasamal rayonunda yaşamışdır, lakin bitcoinlə bağlı əməliyyatlar Həsən bəy Zərdabi küçəsi tərəfdə aparılmışdır. O, Təqsirləndirilən şəxs evində də, ofisində də olmuşdur. Sonradan Azərin özü ona demişdir ki, “ofisə gəl, gözümün önündə ol”. O, 2022-ci ilin yanvar ayından fəaliyyət göstərmişdir. Problemlər 2020-ci ilin sentyabr ayından yaranmışdır. Belə ki, hesabda məbləğ aşağı düşmüşdür. 2020-ci ilin sentyabr ayınadək Təqsirləndirilən şəxs ofisində bu işlə bağlı fəaliyyət göstərməmişdir, sadəcə bir dost, yoldaş kimi ofisinə gedib-gəlmişdir. Əvvəllər ofisə gəlibgetdiyi vaxtlarda orada tanıdığı şəxslər olmuşdur. Lakin aralarında ziddiyyət yaranan vaxtlarda ofisdə kimsə gördüyünü xatırlamamışdır. Bitcoinlə bağlı risklər barədə əvvəlcədən Azərə məlumat vermişdir. Dünən bitcoin 108.000 ABŞ dolları məbləğində imiş, bugün evdən çıxanda onun dəyəri 116.800 ABŞ dollarına yüksəlmişdir. Əgər Təqsirləndirilən şəxs, həqiqətən də, yatırım etmiş olsaydı, bitcoini alıb saxlayarmış. Hesabdakı bitcoinin batırılması qəsdən edilməmişdir. Çünki Təqsirləndirilən şəxs bu iş uğurlu alındığı halda daim məbləği artıracağına dair söz vermişdir. Onun da bu səbəbdən marağı yaranmış, şərikli işləməyə razılaşmışdır. Azərlə ilk mübahisələri ondan bitcoin tələb etməsi ilə başlamışdır. Azərə həmişə ondan sadəcə dəymiş zərəri tələb etməsini demişdir, lakin Azər ondan bitcoin tələb etmişdir. Ona Türkiyə nömrəsindən edilən zənglə artıq son həddə çatmışdır, Təqsirləndirilən şəxs barəsində polis orqanına müraciət etmişdir. Təqsirləndirilən şəxs heç bir yatırım etməmişdir, əgər yatırım etmiş olsa, heç ona ehtiyac duymazmış. Azər sadəcə alqı-satqını həyata keçirmişdir. Azərin dediklərini qismən təsdiq edir. Hesabda nə alınıbsa, yarım saat, bir saat sonra qazanc əldə etmək məqsədilə satılmışdır. Məqsəd balansı artırmaq olmuşdur. Onun əsas funksiyası alqısatqı etməklə Azərin hesabdakı balansını artırmaq olmuşdur. Azərin ona bitcoin alması üçün 20.000 ABŞ dolları verdiyinə dair dedikləri yalandır. Əməliyyatları sadəcə bitcoin üzərindən aparmaq üçün gərək robot olasan, belə hal mümkün deyilmiş. Təqsirləndirilən şəxs ilk dəfə bitcoini 10.000 ABŞ dollarına almışdır. Onların münasibətləri korlandıqdan sonra bitcoin 45.000 ABŞ dollarına yüksəlmişdir. Azər də ondan bitcoin tələb etmişdir, heç bir təklifinə razılıq verməmişdir. Onun Mingəçevir Şəhər Polis Şöbəsinə təqdim etdiyi şikayət ərizəsi iki dəfə geri qaytarılmışdır, çünki həmin müddətlərdə Təqsirləndirilən şəxs ölkə xaricində olmuşdur. Əgər burada siyasi məsələ olsa imiş, şikayət ərizəsinə həmin anda baxılarmış. Onun heç bir zaman məsələni siyasiləşdirmək məqsədi olmamışdır. Sadəcə Təqsirləndirilən şəxs sadəcə pul üçün onu bu qədər incitməsini anlaya bilməmişdir, inanmağı gəlməmişdir. Şikayət ərizəsində də Təqsirləndirilən şəxs onu, həqiqətən də, pul üçün mü bu qədər narahat etdiyini, yoxsa başqa məqsədləri ilə bağlı ondan istifadə etmək istədiyini anlamağa çalışdığını yazmışdır. Sonra atası ona demişdir ki, Azər ona “Qurbanəli mənə xəyanət edib, ona görə də, prinsip aparıram” deyə cavab vermişdir. Mingəçevir Şəhər Məhkəməsində qərar çıxarıldıqdan sonra o, apelyasiya şikayəti vermişdir, nəticədə onun xeyrinə qərar qəbul olunmuşdur. Belə ki, torpaq sahəsinin üzərinə qoyulmuş həbsi aradan qaldırmışdır. Atası məhkəmədə aparılan işin mahiyyətini bilmədiyi üçün düzgün ifadə verməmişdir. Onun məhkəməyə müraciət etməsinin əsas səbəbi çox çarəsiz qalması olmuşdur, Azər ona Türkiyə nömrəsindən zəng etdirmişdir, həm atası, həm o çox narahat olmuşlar, o da son çarə olaraq məhkəməyə müraciət etmişdir. Əgər məsələni siyasiləşdirmiş olsa, şikayətinə həmin an baxılar, geri qaytarılmazmış, halbuki, Azərin ölkədə olmaması səbəbindən şikayət ərizəsinə baxılmamış, iki dəfə geri qaytarılmışdır. Hadisələrin gedişatı barədə atasına çox məlumat verməmişdir. Sadəcə hədə-qorxular səbəbindən oğlu üçün narahat olduğunu demişdir. Bunu eşitdikdən sonra atası Yasamala gəlib oğlunu aparmışdır. O, həmin ərəfələrdə ölkə xaricində olduğu üçün vəkillə onlayn qaydada müqavilə bağlamışdır. 2020-ci ilin yanvar ayında, pandemiya dövründə pul haqq-hesabı ilə bağlı məsələlər yaranmışdır. Ola bilsin ki, 2022-ci ilin yanvar ayında boşanma ilə bağlı müraciət etmişdir. Birinci həyat yoldaşı ilə qarşılıq razılaşma əsasında boşanmışlar, səhv etmirsə, 2022-ci ilin fevral-mart aylarında rəsmi şəkildə boşanmışlar. 2023-cü ilin sonlarında atası oğlu Uğuru özü ilə birlikdə Mingəçevir şəhərinə aparmışdır. Həyat yoldaşı ilə rəsmi şəkildə boşansalar da, bir yerdə yaşamışlar. Onlar tam olaraq, aralarındakı münasibətlər kəskin şəkildə pisləşdikdə ayrılmışlar. Həmin vaxta qədər bir yerdə yaşamışlar. 2023-cü ilin may ayında viza məsələsi ilə bağlı Bakıya gəlmişdir. Bu zaman Həsən bəy Zərdabi küçəsində evdə Təqsirləndirilən şəxs ona sonuncu dəfə hədə-qorxu gəlmişdir. Həmin ev də onun birinci həyat yoldaşının atasına məxsus imiş. Həmin ərəfələrdə birinci həyat yoldaşı ilə bir yerdə yaşadıqları üçün Azərlə onun qayınatasının evində görüşmüşlər. Onlar müqaviləni Təqsirləndirilən şəxs ofisində imzalamışlar. Amma Təqsirləndirilən şəxs onu söhbət etmək üçün həyat yoldaşı Samirə Qasımlının ofisinə dəvət etmişdir. Samirə Qasımlının ofisində Azərlə söhbət etmişlər. Ərizəsində Təqsirləndirilən şəxs ofisi ilə məlumat verməmişdir, çünki onlar həmin ofisdə sadəcə müqavilə imzalamışlar, əsas müzakirə Samirə Qasımlının ofisində olmuşdur. xx.xx.2024-cü il tarixli ərizəsini yazmamışdan bir gün öncə Təqsirləndirilən şəxs ofisində görüşmüşlər. Atası ilə onun Mingəçevir Şəhər Məhkəməsindəki proseslərdən xəbərləri olmamışdır. Belə ki, həmin ərəfələrdə o, xaricdə imiş. Məhkəmə iclasları yanvar ayından getmişdir, lakin onların mart ayında xəbəri olmuşdur. Xaricdə olduğu üçün məhkəmə iclaslarına atası getmişdir. Atası baş verən hadisələr barədə çox məlumatlı olmadığı üçün Təqsirləndirilən şəxs ilə barışıq əldə etməyə çalışmışdır ki, məsələ çox uzanmasın. 10.000 ABŞ dolları ilə bağlı məsələyə gəldikdə isə, Azərlə şərikli işlədikləri üçün hər ikisi 10.000 ABŞ dolları məbləğində vəsait qoymuşlar. Bu məbləğdən 4.000 ABŞ dolları Azərə qaytarılmışdır. Atası da məhkəmə iclası gedişatında Azərə 6.000 ABŞ dolları məbləğində pul verərək mübahisəni sonlandırmaq istəmişdir, lakin qarşı tərəf razılaşmamışdır. Məhkəmə iclaslarının vaxtı barədə bildiriş atasıgilin lap əvvəllər qeydiyyatda olduqları Günəş küçəsi 25 ünvanına göndərilmişdir. Onlar isə Sahil küçəsi 22 ünvanında yaşamışlar. Ona görə, məhkəmə iclasları barədə gec məlumat əldə etmişlər. Atası məhkəmə iclasına mart ayında getmiş, ifadə vermişdir. Aprel ayında məhkəmə iclasına gedən zaman artıq qərar qəbul olunduğunu görmüşdür. Bu qərara etiraz etsə də, heç bir nəticə əldə etməmişdir. Onlar son vaxta qədər Azərlə sülh razılığı əldə edəcəklərinə inanmışlar. Bu səbəbdən, atası məhkəmə iclaslarında onun Azər tərəfindən hədələndiyinə dair heç nə deməmişdir. Azərin həyat yoldaşı Samirə Qasımlı sosial şəbəkələrdə onun barəsində vulqar ifadələr yazsa da, onunla bağlı heç bir orqana şikayət ərizəsi ilə müraciət etməmişdir. Məhkəmə iclasları barədə Azərlə sosial şəbəkədəki ortaq dostları vasitəsilə məlumat əldə etmişdir. Bunu öyrənən kimi də atasına zəng etmişdir. Onların torpaq sahəsinə yanvar ayında həbs qoyulmuşdur, atası isə məhkəmə iclasına ilk dəfə mart ayında getmişdir. Atasının kriptovalyuta məsələsi barədə məlumatı yox imiş. Lakin Azər tərəfindən hədələndiyini bilmişdir. Atası Azər tərəfindən hədələndiyini ona görə məhkəmə iclası gedişatında bildirməmişdir ki, son ana qədər məsələni sülh yolu ilə həll edəcəklərini düşünmüşdür. Atasına Azərlə şərikli iş qurduqlarını, lakin alınmadığı üçün Azərə maddi ziyan dəydiyini demişdir. Hətta ibtidai istintaq zamanı təqdim etdiyi səsyazmasında da Azərə dəymiş zərəri ödəməyə razı olduğunu bildirmişdir. Hansı məbləğdə zərər dəymişsə, onu ödəməyə hazır imiş. Bircə məsələnin sülh yolu ilə həll olunmasına çalışmışdır. Mingəçevir şəhərindəki üzərinə həbs qoyulmuş əmlak atası ilə anasının mülkiyyətində olmuşdur. Onlar həmin əmlakı 1989-cu ildə almışdır. Kənd yerlərində yaşayan şəxslər yaxşı bilmişdir ki, bir övlad kimi onun atası ilə anasının mülkiyyəti üzərində 25%-lik payçılıq hüququ var imiş. Ofisdə Azərin ona hədə-qorxu gəldiyini sübuta yetirəcək hər hansı sənədi yoxdur. Azərlə ofisdə televeziya çəkilişi aparılan otağın arxa tərəfində söhbət etmişlər. Azər ona Türkiyə nömrəsi ilə WhatsApp-dan zəng etmişdir. Bu faktı təsdiq edəcək səsyazmalar yoxdur. O, həmin zəngin edilməsini heç gözləməmişdir. Lakin zənglə bağlı ekran görüntüsü almışdır. Həmin ekran görüntüsünü də ibtidai istintaq zamanı təqdim etmişdir. Azərlə ofisdə görüşən zaman koridorda xeyli sayda insan var imiş. Onların görüşdükləri ofisin çoxlu otaqları var imiş. Azərlə oturub söhbət edən zaman yanlarında heç kəs olmamışdır. Azərin təqdim etdiyi sənədlərə imza çəkən zaman otaqda tək olmuşlar. Azər yanlarındakı şəxslərə göz-qaş edərək getmələrini bildirmişdir, çünki otaqda tək qalmalarını istəmişdir. 31 may tarixində o, Antalyada olmuşdur. Həmin vaxtdan 01 həftə öncə Bakıda imiş. Bakı şəhəri, Yasamal rayonunda olan zaman Təqsirləndirilən şəxs ona Türkiyə nömrəsindən zəng etmişdir. O, Antalyaya getdikdən sonra da bir dəfə ona Türkiyə nömrəsindən zəng gəlmişdir. Təqsirləndirilən şəxs ondan heç cürə əl çəkməmişdir. 2022-ci ilin dekabr ayında ikinci dəfə ailə qurmuşdur. O, atasına da öncədən öz payından imtina edəcəyini demişdir. Belə ki, həmin torpaq sahəsi atasının mülkiyyətində olmuşdur. O, atası ilə anasının yaşadığı mülkiyyətlə bağlı kimsə nəsə mübahisələndirməsinə razı ola bilməzmiş. Şahid6 tanıyır, onu Təqsirləndirilən şəxs yanında görmüşdür. Tehranla əsgərlik yoldaşı olduqlarını sonradan öyrənmişdir. Tehran ona zəng etməmiş, sadəcə mesaj yazmışdır. Mesajda baş verənlərin nə məsələ olduğunu soruşmuşdur. O da Təqsirləndirilən şəxs ondan pul tələb etdiyini bildirmişdir. Tehran da nə qədər pul tələb etdiyini soruşmuşdur. 40.000 ABŞ dollarından çox pul tələb etdiyini bildirmişdir. Bu zaman Tehran zarafat edərək mesaj yazmışdır ki, “əşşi, istəyirsə, 400.000 ABŞ dolları tələb etsin, sən xaricdəsən”. Həmin mesajları o, telefonunda saxlamamışdır. Tehranla yazışan zaman Azərin ondan 45.000 ABŞ dolları məbləğində pul tələb etdiyini bildirmişdir. Bu məbləğ Azərə dəymiş zərərin qat-qat artığı imiş. Tehran da gülüş emojisi göndərərək ona “Azər istəyirsə, 450.000 ABŞ dolları tələb etsin, sən onsuz da ölkədə yoxsan” deyə bildirmişdir. Tehrana da, Azərlə ortaq dostlarına da bildirmişdir ki, Azər ona dəymiş zərərin qat-qat artığını tələb edir. Hətta Tehranla danışan zaman 45.000 ABŞ dolları məbləğində pulu da bu səbəbdən vurğulamışdır. Bununla yanaşı, Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ildən tanıyır, Azərlə əvvəllər münasibəti normal olmuş, ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs birja ilə məşğul olduğunu, bununla bağlı spiker kimi mühazirələr dediyini bilmişdir. Bir neçə dəfə Azər və həyat yoldaşı Samirə birja ilə bağlı onunla söhbətlər aparmış, onlara maraqlı olan sualları vermiş və cavablar almışlar. 2020ci ilin mart ayında “Covid 19" pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş məhdudiyyətlərə görə valideynlərinin yaşadığı Mingəçevir şəhərində olduğu zaman Azər istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək işinin olduğunu bildirərək görüşməyi təklif etmişdir. O, Azərə pandemiya ilə əlaqədar Mingəçevir şəhərində olduğunu və Bakı şəhərinə gəlməyin çətin olduğunu bildirmişdir. Lakin, Azər təkidlə Bakıya gəlməyini ona deyərək təcili onunla işinin olduğunu bildirdikdə o, Azərlə razılaşaraq bir müddət sonra portaldan qeydiyyatdan keçərək Bakı şəhərinə gəlmiş və Azərin həyat yoldaşı Samirənin Bakı şəhəri, Yasamal rayonunda, “Yasamal parkı” kimi tanınan parkla üzbəüz yerləşən ofisinin qarşısında Azərlə görüşmüşdür. Görüş zamanı Azər Türkiyə, Çexiya və Rusiyada bizneslərinin, Belçikada qeyri-hökümət təşkilatının, həmçinin Fransada donorunun, yəni ona maliyyə yardımı edən təşkilatın olduğunu bildirərək köçürmələr etməyi təklif etdikdə o, Azərə pul köçürmələri həyata keçirmədiyini, bu İşlə məşğul olmadığını, yalnız kriptovalyuta alışsatışını həyata keçirə biləcəyini bildirmişdir. Sonra Azər pul köçürmələrini kriptovalyuta üzərindən həyata keçirməyi ona təklif etmiş, lakin o, Azərə heç bir formada pul köçürməsi etmədiyini deyərək öz adına birja hesabı açmağı, həmin hesaba pul qoyduqdan sonra həmin pulla hesabında birja alış-verişləri edə biləcəyini demişdir. Azər onun pul köçürmə təklifi İlə razılaşmadığını gördükdən sonra onunla razılaşmış, Azərə özünün adına birja hesabı açmağı təklif etmişdir. Azər həmçinin birja hesabını yalnız “Binance" birjasında açmağını ona dedikdə o. Azərlə razılaşmışdır. Azərin şəxsiyyət vəsiqəsi ilə sonuncunun adına “Binance” platformasında hesab açmış və sonra Azər haradan əldə etməsini bilmədiyi 10.000 ABŞ dolları məbləğində pulu ona təqdim etmişdir. O, həmin pulu Azərin "Binance” platformasında hesabına yerləşdirmiş, Azər həmin hesabla alış-verişlər etməyə başlamışdır. Azər ona yalnız “Binance” platformasında hesabının login və parolunu, həmçinin "Autotenticator” şifrəsini vermiş, ancaq pul nağdlaşdırılması, eyni zamanda əlavə cihazla hesabına daxil olmaq "gizlİlik maili" kimi tanınan “proton” mailinə yönləndirmişdir. Yəni, Azərin məlumatı və istəyi olmadan hesabından heç kim pulu nağdlaşdıra, həmçinin əlavə bir cihazla hesaba daxil ola bilməzmiş, Azər "Binance” platformasındakı hesabına pulu qoyduqdan sonra Azərin özünün apardığı alqı-satqı əməliyyatları nəticəsində Azər bir aya 3.000 ABŞ dolları məbləğində qazanc əldə etmiş, lakin həmin qazancdan Azər ona pul verməyərək demişdir ki, gələcəkdə işlərinin daha yaxşı getməsi nəticəsində əldə ediləcək gəlirdən ona pul verəcəkdir. O, Azərlə razılaşmış və 2020-ci ilin avqust ayında Azər yenidən 10.000 ABŞ dolları məbləğində pul gələcəyini bildirərək həmin pulu da onun hesabına qoymağını, həmin pulu sabit bitkoin ekvivalentində hesabında saxlamağını ona dedikdə o, Azərə bitkoinin qiymətinin tez-tez dəyişdiyini, sabit saxlamağın mümkün olmadığını bildirmişdir. Bu zaman Azər ona televiziya proqramlarında müsahibə verdiyi zaman bitkoinin dəyərinin 50.000 ABŞ dolları olacağını dediyini əsas gətirdikdə, o, Azərə bitkoinin dəyərinin gələcəkdə 50.000 ABŞ dolları olacağını bildirdiyini, lakin bu fikrin qiymətin daim eyni səviyyədə qalacağı anlamına gəlmədiyini demişdir. Sonra Azər onunla razılaşmış, onlar əlavə 10.000 ABŞ dolları məbləğində pulu Azərin "Binance" platformasındakı hesabına yerləşdirmişdir. Azər yenidən əməliyyatlar etməyə başlamışdır. Həmin ərəfədə tanışı X11 onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 11 ünvanına gəlmiş, Rəvan ilə yemək yeyib söhbət etdiyi zaman kompyuterinin ekranında hesabı görmüşdür. Rəvan birja ilə maraqlandığı üçün həmin hesaba daxil olmaq üçün icazə verməyini, gələn gəlirdən gəlir qazanmasını xahiş etmişdir. Birjalar günün müxtəlif saatlarında açıldığı üçün tək birjalara nəzarət etməyin fiziki cəhətdən çətin olması səbəbindən o, Rəvana icazə vermək qərarına gəlmiş, lakin Azərin hesabına başqa cihazla daxil olmaq üçün özündən icazə almalı olduğuna görə Azərə zəng etmişdir. Azərə onun hesabına başqa bir cihazla daxil olmaq üçün “proton” mailinə kod gələcəyini bildirmiş, ancaq Azərə tanışı Rəvana da onun hesabına daxil olmaq üçün icazə verəcəyini deməmişdir. Azər isə digər cihazla daxil olmaq üçün kodu ona vermiş, onun özü isə Rəvana digər cihazla hesaba daxil olmağa şərait yaratmışdır. Bir müddət sonra, yəni 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başladığı üçün ölkə ərazisində internet verilməsi məhdudlaşdırılmış, bu səbəbdən o, hesaba nəzarət edə bilməmiş, həmçinin həmin ərəfədə Rəvanla da əlaqə saxlaya bilmədiyi üçün Rəvanın idarə etdiyi hesaba nəzarət edə bilməmişdir. Bu səbəbdən Azərin hesabındakı pul məbləği 2-4 min ABŞ dolları həddinə qədər aşağı düşmüşdür. Bundan sonra Azərlə münasibətlərində ziddiyyətlər yaranmışdır. Azər mütəmadi olaraq “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə zəng edərək onu təhqir etməyə, onunla kobud danışmağa başlamışdır. Hər dəfə Azər ona zəng etdikdə Azərə hesabındakı pulu birjaların alqı-satqısı ilə yüksəldə biləcəyini, ancaq internetdə yaranmış problemlərə görə işləyə bilmədiyini desə də, Azər onun dediklərini qəbul etməmişdir. 2020-ci ilin təqribən noyabr ayının əvvəllərində Vətən müharibəsi ilə əlaqədar onu Mingəçevir Şəhər Səfərbərlik İdarəsinə çağırdıqda o, bu çağırışı sosial şəbəkələrdə paylaşmışdır. Bu paylaşımını görən Azər onunla əlaqə saxlamış, ilk əvvəl Azər onunla kobud formada danışaraq ona etibar etdiyini, uğurlu olduğu halda hesabına 100-500 min arası pul qoymağa imkanının olduğunu, müharibəyə gedəcəyi təqdirdə pullarının taleyinin hansı formada olacağını ondan soruşmuş, o, isə Azərə hər şeyin yaxşı olacağını bildirdikdə Azər ona ailəsinin, uşağının olduğunu, onları düşünərək müharibəyə getməməyini demişdir. Ancaq o, Azərə müharibəyə getməyin istəkdən asılı olmadığını bildirərək Mingəçevir şəhərinə getmiş, səfərbərlik idarəsində qeydiyyatdan keçdikdən sonra ona məlumat veriləcəyi bildirilmişdir. Lakin, bir neçə gün sonra müharibə bitmiş, onun müharibəyə çağırılmağı qalmışdır. Sonra Azər onunla əlaqə saxlayaraq təcili Bakı şəhərinə qayıtmağını və hesabında olan pulun bərpa olunmasını təmin etməyini ondan tələb etdikdə Azərə Bakı şəhərinə gəlib onunla görüşəcəyini demişdir. Azərlə danışıqdan sonra Bakı şəhərinə gəlib Azərin həyat yoldaşı Samirənin Bakı şəhəri. Yasamal rayonu, “Yasamal parkı” ilə üzbəüz yerləşən ofisində görüşmüşdür. Oraya gəldiyi zaman Azərin yanında bir neçə nəfər tanımadığı şəxsin olduğunu görmüşdür. Azər onu arxa otağa keçirmiş, orada onun qolundan tutub dartaraq otuzdurmuş, ondan hesabında olan pulu bərpa etməyini tələb etmiş, bərpa etməyəcəyi halda ona problemlər yaşadacağım, ailəsinin, uşağının başına “oyun” açacağını bildirdikdə o, Azərə bildirmişdir ki, “mənim sənə hər hansı bir məbləğdə borcum yoxdur, səninlə ilkin olaraq danışdığımız zaman bildirmişdim ki, bu işdə udmaq da var, uduzmaq da". Lakin, Azər onun bu sözündən daha da hiddətlənərək bildirmişdir ki, “tez bir zamanda hesabımda olan pulu bərpa edəcəksən”. O, Azərin bu sözlərindən qorxub Azərə onun pulunu bərpa edəcəyini demişdir. Bu danışıqdan 2-3 ay sonra Azərin hesabında olan pulu 17.000 ABŞ dolları həddinə qədər qaldırmış, Azərə məlumat verərək əvvəllər götürdüyü 3.000 ABŞ dolları qazancı çıxdıqdan sonra qalan məbləğinin artıq yerində olduğunu bildirərək iş birliyini dayandırmağı Azərə təklif etmişdir. Ancaq Azər onunla razılaşmamış, qazanc əldə etmək üçün həmin pulu hesaba qoyduğunu dedikdə o, Azərə heç bir söz deməmişdir. Bundan bir neçə gün sonra o, Türkiyə Respublikasının Antalya şəhərində baş tutacaq tədbirə getmişdur. Orada olduğu zaman Azər zəng edərək əsəbi halda onu tapa bilmədiyini, hesabında olan pulun 3.000 ABŞ dollarına qədər düşdüyünü bildirdikdə o, Azərə narahat olmamasını, hesabında olan pul məbləğini düzəldəcəyini demişdir. Onun apardığı əməliyyatlar nəticəsində 2021-ci ilin noyabr ayınadək Azərin hesabında olan pul məbləğini 13.000 ABŞ dollarına qədər qaldırmış, Azərlə danışaraq məbləği 13.000 ABŞ dollarına qədər qaldırdığını, 3.000 ABŞ dolları qazancını da nəzərə aldıqdan sonra qalan 4.000 ABŞ dollarını düzəldib özünün Azərə verəcəyini bildirərək iş birliyini yekunlaşdırmağı təklif etdikdə, Azər yenidən onunla razılaşmamış, ona qazanc verməyini tələb etmişdir. O, artıq Azərin onunla təhqirlə, hədə ilə danışmağından bezdiyi üçün tez bir zamanda Azərdən uzaqlaşmaq istəmişdir. Həmin ərəfədə onun atası “Covid 19” virusuna yoluxmuş, xəstəlik nəticəsində atasında psixi pozuntular əmələ gəlmiş, bu səbəbdən Mingəçevir şəhərinə gedərək atasının müalicəsi ilə məşğul olmağa başladığına görə hesaba nəzarət edə bilməmişdir. Azərin hesabındakı məbləğ yenidən 2.000 ABŞ dollarına qədər düşmüş, bu səbəbdən Azər ona zəng edərək pulunun aşağı düşdüyünü, buna görə ailəsinə problem yaradacağını, əlinin uzun olduğunu, uşağını oğurlatdıracağını bildirmişdir. O, Azərə atasının vəziyyətini izah etdiyi zaman isə Azər ona atasının onsuz da öləcəyini, atasına məxsus evi satdıracağını, pulunu artıqlaması ilə ondan alacağını demişdir. Telefon danışığının sonunda Azər Mingəçevir şəhərinə gələrək onun ailəsini tapacağını deyərək telefonu söndürmüşdür. Azərin artıq təhlükəli bir insan olduğunu başa düşüb yenidən Azərə zəng edərək Bakı şəhərinə gəlib onunla görüşəcəyini demişdir. Həmin günün səhəri Mingəçevir şəhərindən çıxaraq Bakı şəhərinə gəlib Azərlə telefonla danışdıqda Azər onu həyat yoldaşı Samirəyə məxsus ofisə çağırmışdır. Həmin ofisə getdikdən sonra Azər onu yenidən arxa otağa salaraq 45.000 ABŞ dollar pulunu bərpa etməyəcəyi və ya qaytannayacağı halda ona oğlunu oğurladacağını bildirmişdir. Stres vəziyyətində olduğu zaman Azərə bu işlərdə ona Rəvan adlı tanışının kömək etdiyini bildirərək Rəvandan kömək almaq istədiyini demişdir. Bu zaman Azər bunun heç bir formada maraqlı olmadığını, pulunu bərpa etməyini ondan tələb etdikdə o, Azərə ona vaxt verməsini xahiş etmişdir. Azər səhər özünə məxsus olan “Axundov bağı”nın yaxınlığındakı ofisə gəlməyini ondan tələb edərək onun dediklərini yazacağını demişdir. O, artıq qorxduğu üçün nə desə yazacağını Azərə bildirərək oradan çıxaraq getmişdir. Həmin günün səhəri Azərin “Axundov bağı”nın yaxınlığında yerləşən ofisinə getmiş, ofisdə Azər onun üstünə gələrək bildirmişdir ki, “mən sənin uşağını, ailəni oğurlatdıracam və sənə ağır işgəncələr verdirtdirəcəm”. O, Azərin dediklərini başa düşməmiş və bildirmişdir ki, “sən niyə belə edirsən?". Azər isə ona bildirmişdir ki, “yaxşı edirəm" və onun qarşısına ağ kağız qoyaraq dediklərini yazmağı tələb etmişdir. Azərin bu sözlərindən bərk qorxduğu üçün Azərin dediklərini yazmağa başlamış, Azər həmin kağıza ona məcburi şəkildə yazdırmışdır ki, guya onun Azərə 10.000 ABŞ dolları və bir bitkoin borcu vardır. Azər kağızı ona yazdırıb imzalatdırdıqdan sonra özünə götürmüş, sonra hər gün gələrək onun ofisində işləməyini, pulu bərpa etməyini ondan tələb etmişdir. Ancaq o, Azərin ofisində işləmək istəmədiyi üçün Azərlə razılaşmamış, tez bir zamanda pulu düzəldib verəcəyini Azərə demişdir. Bir neçə gün sonra o, 2.000 ABŞ dolları məbləğində pul taparaq gətirib Azərə vermişdir. Azər ondan qalan pulu nə vaxt verəcəyini soruşduqda hazırda dünyada gedən proseslərdən dolayı işlərinin yaxşı olmadığını, ödəmə qabiliyyətinin olmadığını, qısa zamanda pulu ödəyəcəyini Azərə demişdir. Azər isə pulu tez bir zamanda ödəməyini ondan tələb edərək ailəsini, uşağını düşünməsini demişdir. Sonra Azər mütəmadi olaraq zəng edib onu hədələməyə, ailəsini və uşaqlarını düşünməyinin onların həyatı üçün yaxşı olacağını bildirmişdir. Azərdən hər dəfə ona vaxt verməsini xahiş etsə də, Azər sözünə məhəl qoymayaraq ailəsini onun düşünməyəcəyi halda özünün nə üçün onun ailəsini düşünməli olduğunu demişdir. Azər əsasən bayram günlərində, səhər saatlarında, gecə yarısında ona zəng edərək psixoloji olaraq təsirlər etmiş, hədələmişdir. 20 may 2023-cü il tarixdən sonra Azər ona zəng edərək “ayın axırına və sənin axırına az qalıb” sözlərini deməyə başlamışdır. O, artıq qorxu içərisində yaşadığı üçün telefon danışığı zamanı Azərə Türkiyə Respublikasında olduğunu dedikdə, Azər əlinin uzun olduğunu, pulu verməyəcəyi halda orada onu tapdıracağını bildirmişdir. 2023-cü ilin may ayının sonunda Azər bütün sosial şəbəkələrdə olan şəkillərinin altına onun üçün çox çətin olacağını, işinin daha da çətinləşəcəyini qeyd edərək “Whatsapp”, “Siqnal”, “Telegram” və “Messenger” üzərindən ona zənglər etməyə başlamışdır. Azərə Azərbaycanda olmadığını, tez bir zamanda onun pulunu düzəldib qaytaracağını bildirmişdir. Azərlə danışıb telefonu söndürdükdən bir neçə dəqiqə sonra “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən +90-***-***-**-** türk nömrəsindən ona zəng gəlmiş, zəngə cavab verdiyi zaman zəng edən şəxsin danışığından azərbaycanlı olduğunu bilmişdir. Həmin şəxs ona bu gün Azərin 8.000 ABŞ dolları məbləğində pulunu qaytarmağını və sonra 37.000 ABŞ dolları pulunu qaytarmağını, əks təqdirdə onun yerini taparaq onu və yanında olan ailə üzvlərini öldürəcəklərini bildirdikdə o, həmin şəxsə Azər adlı şəxsi tanımadığını bildirdiyi zaman həmin şəxs oğru aləminin üzvü olduğunu, hər şeyi yaxşı bildiyini bildirərək 8.000 ABŞ dolları məbləğində pulu bu gün ödəməyəcəyi təqdirdə Azərbaycanda olan atasını, anasını girov götürərək onlardan 45.000 ABŞ dolları pul alacaqlarını deyərək telefonu söndürmüşdür. O, hədələrdən qorxduğu üçün ilk əvvəl özünü öldürmək qərarına gəlmiş, lakin sonradan ailəsi və uşaqlarını düşünərək fikrindən daşınmışdır. Stres vəziyyətində olduğu zaman Azər yenidən ona zəng etmiş, telefona cavab verdikdə Azər “görürsən də bizim adamlarımız hər yerdə var, mənim pulumu verməsən səni və ailə üzvlərini öldürtdürəcəm” deyərək telefonu söndürmüşdür. Hədələrdən qorxduğu üçün Azərin adamlarının Azərbaycanda olmasını düşünərək ölkədən qaçmaq qərarına gəlmiş, təcili olaraq bilet alıb təyyarə ilə Antalya şəhərinə dostlarının yanına getmişdir. Həmin vaxt çox qorxduğu üçün sosial şəbəkələri mobil telefonundan silmiş, nömrəsini telefonundan çıxarmış, sonradan ailə üzvləri ilə danışdığı zaman Azərin sosial şəbəkələrdə “sənin işin gedir bandotdelə və məhkəməyə” paylaşımı etdiyini bildirmişlər. Bİr müddət sonra Azərin Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək atası Şahid1 və anası Şahid2 məxsus evin həyətyanı sahəsinə həbs qoydurduğunu öyrənmişdir. Bu xəbərdən sonra o, atasından Mingəçevir Şəhər Məhkəməsinə gedib bu barədə maraqlanmasım xahiş etmişdir. Sonra atası onunla danışdıqda baş verənləri atasına başa salmış, atası bank vasitəsilə Azərin adına 2.000 ABŞ dolları, yəni 3.400 manat pul göndərmişdir. Pulu ödədikdən sonra atası Azərlə görüşüb pulu mal-qaranı sataraq ödədiyini, qalan pulu da hissə-hissə ödəyəcəyini Azərə bildirmişdir. Lakin, Azər pulunun tam şəkildə, həm də ödənilən pullar çıxıldıqdan sonra qalan 41.000 ABŞ dolları ona ödənilməli olduğunu demiş, atası isə Azərə borcun 6.000 ABŞ dolları qaldığını bildirmişdir. Azər pulu vaxtında ödəmədiyi üçün ondan hər yolla 41.000 ABŞ dolları pul alacağını, verməyəcəkləri halda isə böyük problemlər yaşayacaqlarını atasına bildirmişdir. Bu danışıqdan bir neçə gün sonra atasının və onun xəbəri olmadan Mingəçevir Şəhər Məhkəməsi Təqsirləndirilən şəxs xeyrinə qərar qəbul etmişdir. Atası məhkəməyə gəldikdə isə artıq qərar qəbul edildiyini öyrənmişdir. Sonra onlar Mingəçevir Şəhər Məhkəməsinin qərarından Şəki Apellyasiya Məhkəməsinə şikayət vermişlər. Əvvəlcə torpaq sahəsinin üzərinə qoyulmuş qanunsuz həbs götürülmüş, daha sonra isə mübahisələndirilən 45.000 ABŞ dolları ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ləğv olunmuşdur. Sonra Azər yenidən onun atası ilə əlaqə saxlayaraq bildirmişdir ki, “oğlun nə fikirləşir”. Azərin ondan əl çəkmədiyini görüb Azəri özündən uzaqlaşdırmaq üçün sosial şəbəkələrdə və mediada da paylaşımlar etmiş, ancaq bundan sonra Azər yenidən onunla əlaqə saxlayaraq paylaşımlar edərək əlindən qurtarmayacağını, 41.000 ABŞ dollarının ödənilməyəcəyi halda ailəsinə, uşağına, valideynlərinə problemlər yaradacağını bildirmişdir. Sonra o, Azərin qanunsuz əməlləri ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etmək qərarına gələrək ərizə ilə Yasamal rayon Polis İdarəsinə müraciət etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs dindirmə zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, onun bu işlə məşğul olmağını Təqsirləndirilən şəxs bildiyindən sonuncu ona bir neçə dəfə təklif etsə də o, Azərlə razılaşmamış, lakin sonradan Azərin də ona təkidi ilə sözlərinə inanıb Azərlə razılaşmışdır. Həmin vaxt Azərə bildirmişdir ki, “birjada udmaq da var, uduzmaq da” və Azər onun bu sözləri ilə razılaşmışdır. Azər onu “Axundov bağı”nın yanında yerləşən ofisə çağıran zaman orada qolundan tutaraq məcburən stolda otuzduraraq, ailəsini oğurlatdıracağını bildirib onu hədələyərək məcbur etmişdir ki, Azərə 10.000 ABŞ dolları və bir bitkoin (həmin günün məzənnəsinə əsasən 35.000 ABŞ dolları) borcu olması barədə kağız yazsın. O, da Azərin bu sözlərindən və ailəsinin üzərinə hədə-qorxu gəlməsindən qorxaraq məcbur olub kağızı yazmışdır. Azər ilk dəfə, yəni müharibə bitdikdən sonra onu həyat yoldaşı Samirənin Bakı şəhəri, Yasamal rayonu “Yasamal parkı” ilə üzbəüz yerləşən ofisinə çağırarkən ofisdə Azərin yanında bir neçə nəfər tanımadığı şəxs olmuş, o, həmin şəxsləri tanımır, həmin şəxslər ona hədə-qorxu gəlməmiş, heç bir formada təzyiq göstərməmişlər. Samirənin ofisində arxa otaqda Azərin ona hədə-qorxu gəlməsini heç kim görməmişdir. Azər onu öz ofisinə çağıran zaman heç kim olmamış, Azər mütəmadi olaraq konkret xatırlamadığı vaxtlarda hədə-qorxu gələrək ondan pul tələb etmiş, sonuncu dəfə o, əvvəl yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 11 ünvanında olarkən Azər ona hədə-qorxu gəlmişdir. Belə ki, həmin ərəfədə o, birjada alqı-satqı ilə məşğul olduğundan demək olar ki, daima yaşadığı həmin mənzildə olmuşdur. Azərin onu hədə-qorxu ilə pul tələb etməsindən xalası oğlu Şahid3 və tanışı Şahid4 məlumatı olmuşdur (cild 1, iş vərəqi 40-46). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, elan olunmuş ifadəsini təsdiq edir, göstərilən imzalar da ona məxsusdur. O, sosial şəbəkə hesablarını sildiyi üçün Türkiyədə xalasıoğlu Şahid3 ilə görüşmüşdür. Ramazana əvvəlcədən telefon işlətmədiyini, sosial şəbəkələrini sildiyini demişdir. Baş verən hadisələr barədə ona xəbər verməsini istəmişdir. Görüş zamanı Ramazan sosial şəbəkədə onun şəklinin aşağısında bir yazı yazıldığını demişdir. Hətta ona sosial şəbəkədən “sənin işin məhkəməyə gedir” məzmununda mesaj gəlmişdir. Həmin mesajı da xalasıoğluna demişdir. Düzü, o, tez-tez özünü öldürmək istəmişdir, bu baş verənlər onu çox yorduğu üçün özünü maşının altına atmağı belə düşünmüşdür. Azər onların ortaq dostu Şahid4 zəng edib onu soruşmuşdur. Fikrət də ona bu barədə məlumat vermişdir. Bir gün Fikrət Azərin onu nə üçün axtardığını, tez-tez ondan soruşma səbəbini öyrənmək istəmişdir. O da Fikrətə Azərin onu hədələdiyini, bitcoin tələb etdiyini demişdir. Bir müddət xalasıoğlu ilə bir yerdə yaşamışlar. Ona baş verənləri danışmışdır. Xalasıoğlunun yanında Azər ona zəng edib hədə-qorxu gəlmişdir. Zəngi sonlandırdıqdan sonra xalasıoğlu nə baş verdiyini soruşmuşdur. İlk əvvəl Ramazana heç nə danışmaq istəməmiş, lakin üstünə çox gəldiyindən danışmaq məcburiyyətində qalmışdır. Ailəsinin Azər tərəfindən hədələndiyindən xəbərləri olmasa da, onun əhvali-ruhiyyəsindən yaxşı vəziyyətdə olmadığını başa düşmüşlər, bu vəziyyətdə olmasının səbəbini soruşmuşlar. Fikrət Azərlə onun ortaq dostu olmuşdur, sadəcə arada vasitəçi kimi iştirak etmişdir, Azərin sözünü ona çatdırmışdır. Bir gün ondan Azərin niyə bayram-seyran demədən, gecə-gündüz onu axtardığını soruşmuşdur. O da Fikrətə Azərin onu hədələdiyini, bitcoin tələb etdiyini demişdir. Fikrət Azərin onu bu qədər anormal bir şəkildə axtarmasının səbəbinin siyasi bir məsələ olduğunu düşünmüşdür. Lakin Fikrətə ciddi bir təhdid altında olduğunu izah etmişdir. Azərin kriptovalyuta hesabında ticarət etmək hüququnu Rəvan adlı şəxsə vermişdir. Lakin digər şifrə Azərin mailinə bağlı imiş. Eynilə ona verdiyi kimi ticarət etmək hüququnu Rəvana vermişdir. Azərin hesabında heç bir zaman bitcoin olmamışdır. Rəvana kriptovalyuta hesabında ticarət etmək hüququnu verən zaman dövriyyədə 19.500-20.500 ABŞ dolları arasında bir məbləğdə pul olmuşdur. Azərlə şərikli işləməyə başladıqdan sonra aralarında şifahi razılıq əldə olunmuşdur ki, hər dəfəsində Azər qoyduğu məbləği yüksəldəcək, ən sonda əldə olunan gəlir ikisi arasında bölünəcəkmiş. Bu fikir ağlına batmışdır, çünki yüksək məbləğdə gəlirlər əldə edə bilərmişlər. Hətta ortaq olduqları müddət ərzində hər dəfəsində Azərə “əgər bu işdə mənim səbəbimdən hər hansı bir problem yaranarsa, ziyana da, xeyirə də şərikəm” demişdir. Sonradan o, Azərlə ortaq işləməyi sonlandırmaq qərarına gəlmişdir. Çünki Azər ortaq işləmək üçün uyğun bir xarakterə sahib deyilmiş. Mingəçevir Şəhər Məhkəməsində də Azərə ona dəymiş zərəri ABŞ dolları valyutasında ödəməyə hazır olduğunu demişdir. Lakin Azər heç cürə razılaşmamışdır, ondan olmayan bir şeyi, yəni bitcoin istəmişdir. Sadəcə “sənlə işləməsəydim, bitcoin ala bilərdim” demişdir. Əgər başqa bir cihazdan hesaba daxil olsa, bu zaman icazə kodu istəyirmiş. İlk dəfə başqa cihazdan Azərin kriptovalyuta hesabına daxil olanda ondan icazə kodu istəmişdir. Bu barədə Azərə məlumat vermişdir. Azərin də ona verdiyi şifrə başqa hesabdan kriptovalyuta hesabına daxil olmağa icazə verilməsi üçün imiş. Burada pul çıxarışından söhbət gedə bilməzmiş. Çünki hesabdan pul çıxaran zaman əlavə bir şifrə də tələb etmişdir. Hətta şəxsin mailinə “sizin hesabınızdan filan məbləğdə pul çıxarılmaq istənilir, icazə verirsinizmi?” tərzində mesaj getmişdir. Azərin mail adresi onun şəxsi istifadəsi, işləri ilə bağlı olduğundan bu maildən heç bir zaman məlumatı olmamışdır. Kredit hesabı açılan zaman orada məbləğ yüksək görünə bilərmiş, çünki burada kredit çəkilirmiş. Azərin heç bir zaman bitcoini olmamışdır, əgər belə bir hal olsa, Azər cüzdanında saxlayarmış. Kredit hesabı olduğu üçün müxtəlif vaxtlarda fərqli məbləğlər göstərilmişdir. Burada əsas məqsəd alqı-satqı yolu ilə balansın artırılması olmuşdur. Bitcoinlə bağlı ticarət may ayında olmuşdur. Əgər may ayında Azərlə onun arasında hər hansı mübahisə, anlaşılmazlıq yaransa, Azər avqust ayında onunla yenidən əməkdaşlıq etmək istədiyini deməzmiş. Söz vermək məsələsinə gəldikdə isə, bu 17.000 ABŞ dolları və 13.000 ABŞ dolları ilə əlaqəli olmuşdur. Onda bütün səsyazmalar var. Lakin onları ibtidai istintaqda o deyil, Azər təqdim etmişdir. Onun Azərə verdiyi söz borcun ödənilməsi ilə bağlı olmamışdır, sadəcə qoyduğu pula düzəliş edilməsi ilə bağlı olmuşdur. Bu sözünü də yerinə yetirmişdir, lakin Azər razı olmamışdır. Dediyi hadisə 2021-ci ildə baş vermişdir, 2022-ci ilə heç bir aidiyyatı yox imiş. Azərin kriptovalyuta hesabında ona aid heç bir vəsait yox imiş. Azərin hesabına heç bir yatırım etməmişdir. Hesabda batırılan pullardan əlavə ondan heç bir zaman şəxsi pulunu istəməmişdir. Qəbz yazılan zaman yanlarında heç kəs olmamışdır. O, bütün səsyazmalarında da Azərə dəymiş zərəri ödəməyə hazır olduğunu demişdir. Halbuki, Azər ondan bitcoin tələb etmişdir. Azərin tələb etdiyi məbləğ 35.000 ABŞ dolları, eləcə də, 10.000 ABŞ dolları, ümumilikdə, 45.000 ABŞ dolları olmuşdur. Bu məbləğ Azərə dəymiş zərərin 04 qatı imiş. Qəbz yazılan zaman Azərin səsini yazmamışdır. Lakin bütün telefon danışıqlarında Azər ondan 45.000 ABŞ dolları məbləğində bitcoin istəmişdir. Azər dəymiş zərərin 4 qatını tələb etmişdir, bu çox insafsızcasına bir hərəkət imiş. Qəbzi imzaladıqdan sonra onun surətini çap edib Azərə vermişdir. Onlar ofisdə qəbzlə bağlı danışan zaman Şahid5 harada olduğunu bilməmişdir, onu ofisdə görməmişdir, olubsa da, mətbəxdə olmuşdur. Bu barədə məlumatı yoxdur. Nərimanla üzləşdirmə keçirilən zaman özü də onların heç bir işinə qarışmadığını deyərək ifadəni təkzib etmişdir. Ona Türkiyədən nömrəsindən edilən zəngin şəklini çəkib təqdim etmişdir. Həmin vaxtlarda telefonla danışanda Azərə Antalyada olduğunu demişdir, halbuki, viza məsələləri ilə əlaqədar Bakıya gəlmişdir, Yasamalda imiş. Yasamalda olan zaman da Türkiyə nömrəsindən zəng gəlmişdir. Zəng “WhatsApp”dan edildiyindən səsyazmasını həyata keçirə bilməmişdir. Onun tək məqsədi Azərdən uzaqlaşmaq, özünü qorumaq olmuşdur. Hətta Türkiyəyə də Azərdən uzaq olmaq üçün getmişdir. Telefon danışıqlarında Azərin yerini bilməməsi üçün Bakıda olduğu halda Antalyada olduğunu demişdir. Çünki Azərdən özünü müdafiə etməyə çalışmışdır. Azər kimi başqa məqsədləri olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona neçə dəfə hədə-qorxu gəlindiyini dəqiq saymamışdır, lakin bir dəfədən çox olduğunu dəqiq deyə bilər. Azər ona “WhatsApp”dan zənglər etdiyi üçün telefon danışıqlarının səsyazmasını həyata keçirə bilməmişdir. O, Türkiyəyə çıxıb getdikdən sonra Təqsirləndirilən şəxs yaxa qurtaracağını düşünmüşdür, bu səbəbdən hədə-qorxu gəlməsini çox üstələməmişdir. Lakin sonradan ailəsinin çox narahat vəziyyətdə olduğunu görmüşdür, nəticədə hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, oğlu Zərərçəkmiş şəxs ona zəng edərək, Təqsirləndirilən şəxs bir gün ərzində pulu ödəməsini tələb etdiyini, hətta hədə-qorxu gəldiyini bildirmişdir. Onun bu pulun nə məsələ olduğunu soruşduqda, Qurbanəli demişdir ki, Azərlə birgə işləyiblər, daha sonra borcu yaranıb və Azər ondan bu pulu tələb edir. Narahatlığı səbəbindən o, gəlinini və nəvəsini Mingəçevirə aparmışdır. Hətta onları bağçaya aparanda belə narahat olmuşdur ki, kimsə oğurlaya bilər. Azər onu Mingəçevir Şəhər Məhkəməsində gedən prosesə çağırmadığı halda, o, özü getmişdir, pul məsələsini həll edəcəyini və hədə-qorxu gəlməməsini bildirmişdir. Azər də “hər şey yaxşı olacaq” deyə cavab vermişdir. O, 10 ildir işləmir və buna görə təsərrüfatla məşğul olmuş, həyətində mal-qara saxlamışdır. Azərin pulunu ödəmək üçün 3.400 manatlıq bütün mal-qarasını satmışdır. Sonradan Şəki Rayon Məhkəməsində öyrənmişdir ki, əslində burada borc pul məsələsi mövcud deyilmiş. Əvvəlcədən bilsəydi, heç Mingəçevir Şəhər Məhkəməsinə getməz, mal-qarasını satmaz və pulu Azərə verməzmiş. Azərə pulu verərkən ona demişdir ki, “bu pul heç nədir, sən ilk olaraq 10.000 manat ver, sonra bir dəfə də 10.000 manat verərsən, növbəti ödənişlərə də baxarıq”. O, bunun düzgün olmadığını izah etməyə çalışmışdır. Məhkəmə prosesində iştirak edərkən Qurbanəlinin səsyazmalarını dinləyib və həmin səsyazmalardan aydın olmuşdur ki, Qurbanəlinin Azərə borcu yoxdur və bugünkü gündə həmin pul birjada aşağı məbləğdə durur. Məhkəmə qərar çıxarmışdır ki, Qurbanəlinin Azərə 41.000 ABŞ dolları məbləğində borcu olduğundan evinə həbs qoyulsun. O, əsəbindən ağlayaraq məhkəmədə Azərə “Allahın bəlasına rast gələcəksiniz” demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Azər onun oğlundan ədalətsiz şəkildə pul tələb etmişdir. Mingəçevir Şəhər Məhkəməsində də heç bir əsas olmadan Azərə 41.000 ABŞ dolları məbləğində borcu olduğuna dair qərar çıxarılmış və evinə həbs qoyulmuşdur. O, oğlunu xilas etmək üçün çarə axtarmış, borcu ödəyərək onu bu vəziyyətdən çıxarmaq istəmişdir. Azər oğlundan olmayan pulu tələb etmişdir. Qurbanəli sonradan ona izah etmişdir ki, o, Azərlə birgə işləyib. Belə ki, Azər ona pul verib, Qurbanəli bu pulu idarə edərək həm özü, həm də Azər üçün gəlir əldə etməyi planlaşdırmışdır. Daha sonra dəyər aşağı düşdüyü üçün gəlir əldə edə bilməmişlər. O, bir dəfə Azərə “belə etmə, niyə edirsən” deyə sual vermiş, Azər isə “mən heyif alıram” deyə cavab vermişdir. Ona dünyanın müvəqqəti olduğunu və pislik etməməsini izah etmişdir. O, həyətindəki iki dananı 3.400 manata satmış və həmin məbləği bank vasitəsilə Azərə göndərmişdir, bunu təsdiq edəcək sənədləri də mövcuddur. Pulu ona görə Azərin kartına köçürmüşdür ki, oğluna nəsə olmasından qorxmuşdur. Qurbanəlini döyüb qaçırtmalarından, ona nəsə etmələrindən ehtiyat etmişdir. Qurbanəli ona demişdir ki, ona bir nəfər zəng edib özünü Azərin adamı kimi təqdim etmiş və 8 saat ərzində pulu köçürməsini tələb etmişdir. Hadisələrin gedişatı zamanı Qurbanəli harada olduğu barədə onlara məlumat vermirmiş, qorxduğu üçün sağ-salamat yaşaması üçün pulu ödəməsini bildirmişdir. Qurbanəliyə mesaj yazmış, o isə uzun müddət sonra mesaja baxıb cavab vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin qərarından sonra o, bir yolla pulu ödəməyə çalışmışdır. Evi elə bir ərazidə yerləşdiyi üçün torpaq sahəsini ayırmaqla satış həyata keçirmək mümkün olmamışdır. 30 sot torpaq sahəsi olmuş, geniş ərazidə tərəvəz əkmiş və mal-qara saxlamışdır. Pulu ödəmək üçün mal-qaranı satmağa qərar vermişdir. Qurbanəli oğluna görə narahat olduğunu bildirmişdir. Nəvəsini məktəbə özü aparmış, bu müddətdə evin yandırılmasından və uşağın oğurlanmasından qorxmuşdur. Mingəçevir şəhərinə getmişdir ki, orada qardaşları və qohum-tanışları olduğundan müəyyən müdafiə təmin edə bilsin. Qurbanəli təhdid olunduğu üçün o da çox qorxmuşdur. Qurbanəli təhdid olunduğu üçün nəvəsinə nəsə ediləcəyindən narahat olmuş və içində qorxu yaşamışdır. Hər hansı polis orqanına müraciət etməmişdir. Sonradan Polis İdarəsindən bir əməkdaş gəlib izahat almış və çıxıb getmişdir. Telefon zənglərində Qurbanəlidən pulun təcili ödənilməsi tələb edilmişdir. Məhkəmədən çıxdıqdan sonra Azər ona Qurbanəli ilə yaxşı münasibətləri olduğunu bildirmişdir. Azərə bu dostluq münasibətini qorumasını demişdir. Azər isə demişdir ki, “Qurbanəli mənə xəyanət edib, mən acığımı çıxıram”. Ona burada xəyanətlə bağlı heç bir hal olmadığını izah etmişdir. Qurbanəli çox uzun müddət öncə birinci həyat yoldaşından boşanmışdır. Onun ikinci həyat yoldaşı ilə münasibətindən onun xəbərdar olmadığı bildirilmişdir. Qurbanəlinin birinci həyat yoldaşından ayrılması Azərlə əlaqəli olmuşdur, çünki oğlunun qayınanası ona ev vermişdir. Bu söhbətlər zamanı qorxmuşlar ki, Qurbanəli evi satıb Azərin borcunu ödəyəcək. Onlara Qurbanəli ilə həyat yoldaşını boşatdırmaqda düzgün hərəkət etmədiklərini demişdir. Qurbanəlinin ona hansı tarixdə təhdid olunduğunu xatırlamadığı bildirilmişdir. O, məhkəməyə müraciət etdikdən sonra təhdid barədə məlumatlı olmuşdur. Nəvəsini hansı tarixdə Yasamal rayonundan götürüb Mingəçevir şəhərinə apardığını xatırlamır. Bununla yanaşı, Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2023-cü ilin təxminən oktyabr və ya noyabr aylarında oğlu Qurbanəli xaricdə olduğu zaman ona zəng edərək tanışı Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə 45.000 ABŞ dolları pul tələb etdiyini, lakin Təqsirləndirilən şəxs həmin məbləğdə verəcəyinin olmadığını, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs Qurbanəlini və ailəsini öldürəcəyi hədəsi ilə həmin məbləğdə pulu alacağını dediyini bildirmişdir. 2023-cü ilin dekabr ayında Azər ünvan 6 ünvanında yerləşən evin həyətyanı sahəsinin üzərinə həbs qoyulması ilə bağlı müraciət etmişdir. Həmin ərəfədə Azərin məhkəməyə müraciət etməsindən onun məlumatı olmamışdır. 2024-cü ilin yanvar ayında Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qeyd olunan həyətyanı torpaq sahəsinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulmuş, lakin onun bundan heç bir xəbəri olmamışdır. 2024-cü ilin mart ayının sonunda onu Mingəçevir Şəhər Məhkəməsinə dəvət etmişlər və o, məhkəməyə gedərkən Təqsirləndirilən şəxs orada görüb tanımışdır. Məhkəmə prosesi zamanı oğlu Qurbanəli Azərə 45.000 ABŞ dolları borcunun olmadığını demişdir. Həmin məhkəmə prosesi zamanı Qurbanəlinin Azər ilə olan səs yazısını dinlətdirmişlər. Həmin səs yazısında Qurbanəli qeyd etmişdir ki, Təqsirləndirilən şəxs borcu yoxdur. Məhkəmə zamanı Təqsirləndirilən şəxs onun oğlu Qurbanəlidən 45.000 ABŞ dolları pulu nə yolla olursa olsun alacağını, əks halda ona məxsus evin həyətyanı sahəsini ələ keçirəcəyini demişdir. Bu səbəbdən o, məcbur olub özünə məxsus malqaranı dəyər-dəyməzə sataraq 15 aprel 2024-cü il tarixdə "Zolotaya Korona” pul köçürmə vasitəsilə Azərin şəxsiyyət vəsiqəsi əsasında sonuncunun hesabına 3.410,20 manat pul köçürmüşdür. Lakin, buna baxmayaraq 2024-cü ilin aprel ayında ünvan 7 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmasına və oğlu Qurbanəlinin Azərə 41.000 ABŞ dolları borcunun olmasına dair qərar qəbul edilmişdir. Həmin qərardan sonra o, Azər ilə söhbət edərkən Azər 41.000 ABŞ dolları puldan ilkin olaraq 10.000 ABŞ dolları ödəməli olduğunu, əks halda torpaq sahəsini satıb pulunu götürməklə hədələmişdir. Həmçinin, Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, oğlu Qurbanəli ona zəng edərək Təqsirləndirilən şəxs borcunun olmadığı halda sonuncunun onun özünü və ailə üzvlərini öldürəcəyi ilə hədələdiyini, hətta oğlu Qurbanəli Türkiyə Respublikasında olarkən özünü oğru aləminin üzvü kimi təqdim edən Azərin tanışının da Qurbanəliyə zəng edərək eyni qaydada onu hədələdiyini bildirmişdir (cild 1, iş vərəqi 204-206). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, elan olunmuş ifadəsini təsdiq edir. O, ibtidai istintaqda verdiyi ifadəsini unutduğu üçün bəzi məqamları bildirməmişdir. Orada yazılanları ona oğlu Qurbanəli demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır, Qurbanəli isə onun xalası oğludur. O, Niderlandda təhsil almış, daha sonra bir firmada işə qəbul edilmişdir və həmin firmanın Türkiyədəki işlərini həyata keçirmişdir. İşlərlə əlaqədar Antalyada yaşamışdır. Bir müddət sonra Qurbanəli də onun yanına gəlmiş və onunla bir evdə yaşamışdır. O, 2023-cü ilin mart ayında Antalyaya köçmüş, may ayında isə Qurbanəli yanına gəlmiş və səhv etmirsə sentyabr ayının ortalarına kimi Antalyada yaşamışdır. Qurbanəlidən tez-tez zənglər gəlirmiş və o, bütün narahatçılıq içərisində olmuşdur. Nə baş verdiyini soruşduqda, Qurbanəli üstü örtülü şəkildə problemlər yaşadığını demiş və Azər bəyin adını çəkmişdir. Azərin kim olduğunu soruşduqda ona heç nə deməmişdir. Qurbanəlinin ona dediyinə görə, Azərlə arasında pul məsələsi mövcud imiş və bununla əlaqədar tez-tez zənglər alırmış, kefi pozulmuşdur. Həmin vaxtlarda Qurbanəlinin maddi durumu da yaxşı olmamışdır. O, həm stajı, həm də işi eyni anda idarə etdiyi üçün yüksək gəliri olmamışdır, buna baxmayaraq Qurbanəliyə maddi cəhətdən dəstək olmağa çalışmışdır. Qurbanəli ilə arasında pərdə olduğu üçün ona Azər barəsində ətraflı danışmamışdır. Sadəcə aralarındakı pul məsələsinin kriptovalyuta ilə əlaqədar olduğunu demişdir. Məsələnin mahiyyəti hələ də ona tam aydın deyil. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirdi ki, Qurbanəlinin yaşı ondan çox olduğu üçün onlar bir-birlərinə qarşı məsafəli davranmışlar. Qurbanəli Təqsirləndirilən şəxs tərəfindən ona zənglər edildiyini demişdir. Onun tək bildiyi odur ki, Azərlə Qurbanəli arasında kriptovalyuta ilə əlaqədar problem mövcud imiş. İbtidai istintaqda verdiyi ifadəni xatırlayır. İfadəsində Qurbanəli ilə Azər arasında kriptovalyuta ilə əlaqədar problem olduğunu, Qurbanəlinin ailəsi ilə və uşağının oğurlanması ilə hədələndiyini, bu hədələrin telefon zəngləri vasitəsilə Təqsirləndirilən şəxs tərəfindən edildiyini qeyd etmişdir. Bununla yanaşı, Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. 12 mart 2023-cü il tarixdə o, Türkiyə Respublikasının Antalya şəhərinə getmiş, 17 sentyabr 2023-cü il tarixdə ölkəyə geri qayıtmışdır. 23 sentyabr 2024-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, 27 sentyabr 2024-cü il tarixdə Ölkəyə geri qayıtmışdır. 2023-cü ilin may ayının sonlarında o, xalası oğlu Qurbanəli ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərində olduğu zaman onun yanında Qurbanəlinin mobİl telefonuna "Whatsapp" tətbiqi vasitəsilə hazırda xatırlamadığı türk nömrəsindən zəng gəlmiş, Qurbanəli bir neçə dəqiqə telefonla danışdıqdan sonra halının pisləşdiyinin şahidi olmuşdur. Qurbanəlidən nə baş verdiyini soruşsa da Qurbanəli ona heç nə deməmişdir. Bundan təxminən 1-2 gıin sonra o, Qurbanəlidən təkidlə qeyd olunan telefon danışığı barədə soruşduqda Qurbanəli tanışı Təqsirləndirilən şəxs Ağaqasıın oğlu barədə məlumat vermiş, sonuncunun ondan özünü və ailəsini ölümlə hədələyərək 45.000 ABŞ dolları pul tələb etdiyini, lakin Təqsirləndirilən şəxs borcunun olmadığını bildirmişdir, Qurbanəli ilə həmçinin 1-2 gün əvvəl birlikdə olduqları zaman da Təqsirləndirilən şəxs adamlarından birinin Qurbanəliyə zəng edərək atasını və anasını girov götürərək onlardan 45.000 ABŞ dolları pulu alacaqlarını deyərək telefonu söndürdüklərini ona demişdir. O, Bakı şəhərinə gəldikdən sonra da xalası oğlu Qurbanəli ona Azərin Bakı şəhərində də dəfələrlə ona hədə-qorxu gəlməsini bildirmişdir (cild 1, iş vərəqi 213-215). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq Şahid3 bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadədə Bakıya gələn zaman Qurbanəli ona Azər tərəfindən hədələndiyini deməsi barədə də bildirmişdir. Bakıya gələn zaman Qurbanəlinin kefsiz olduğunu gördüyü üçün ondan nə baş verdiyini soruşmuş, Qurbanəli cavabında Təqsirləndirilən şəxs tərəfindən hədələndiyini demişdir. 23 və 27 sentyabr 2024-cü ildə şəxsi işləri ilə əlaqədar Türkiyəyə getmişdir. İstanbulda deyil, Antalyada Qurbanəli ilə bir yerdə olan zaman onun telefonuna təhdidlə bağlı zənglər gəlmişdir. İbtidai istintaqda verdiyi ifadədə Antalya şəhərinin qeyd olunması ola bilsin ki, texniki səhv imiş. Antalyada olanda Qurbanəliyə Türkiyə nömrəsindən zəng gəlmiş, lakin Bakıda olduğu zaman onun yanında olmamış, sadəcə ondan nə baş verdiyini soruşmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Azərlə Qurbanəlini REAL Hərəkatından tanımışdır. Onun Azərlə çox öncədən dostluq münasibəti olmuşdur. Azərbaycanın rifahı üçün yeni layihələr planlaşdırmışdır. Azər onun çox hörmət etdiyi siyasətçilərdən biridir. Qurbanəli tez-tez Azərin ofisinə gəlirmiş və o, Qurbanəlini orada görmüşdür. Eşitdiyinə görə, onların ortaq işi varmış. O, heç bir zaman Azər tərəfindən Qurbanəliyə qarşı hər hansı təhqiramiz ifadələrin işlədilməsinə və hədəqorxu gəlməsinə şahid olmamışdır. Ofisdə olduğu müddətdə onlar daim fikir mübadiləsi aparmış, kriptovalyuta ilə bağlı müzakirələr etmişlər. Həmin dövrlərdə nə Azərin, nə də Qurbanəlinin bir-birinə qarşı mənfi münasibətləri olmuşdur. Bir həftə bundan öncə Qurbanəlinin müsahibəsi ilə tanış olmuşdur. Həmin müsahibədə Qurbanəli onun ofisdə onun üçün bir sənəd çap etdiyini demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid5 bildirdi ki, ibtidai istintaqda ifadə verən zaman ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir, sərbəst şəkildə ifadə vermişdir. Azərin ofisi Axundov parkının yanında yerləşmişdir. Qurbanəli ilə Azər arasındakı münasibəti tam ətraflı şəkildə bilməmişdir. Sadəcə, onların ofisdə kriptovalyuta ilə bağlı söhbətlərinə şahid olmuşdur, hətta Qurbanəli bu barədə onunla da söhbət etmişdir. Ofisdə olan zaman Qurbanəli ilə Azər bir-birilərinə qarşı çox mehriban davranmış, aralarındakı münasibət səmimi olmuşdur. O, Azərin Qurbanəli barəsində məhkəməyə şikayət ərizəsi ilə müraciət etdiyini eşitmişdir. Həmin məhkəmə prosesi nəticəsində, səhv etmirsə Azərin xeyrinə qərar çıxarılmışdır, çünki Qurbanəli tərəfdən heç kəs gəlməmişdir. O, Azərlə birlikdə sadəcə bir dəfə məhkəmə prosesinə getmişdir. Azərlə Qurbanəli arasındakı münasibətin niyə pozulduğundan xəbərsiz olmuşdur. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. O, mediada Qurbanəlinin müsahibəsini oxuduqdan sonra ofisdəki həmin günü xatırlamağa çalışmışdır. Ofisdə olduğu müddətdə Təqsirləndirilən şəxs ona çox iş buyuran biri olmamış, hər işini özü görmüşdür. Sadəcə bircə dəfə ona sənəd vermişdir ki, onu kseroks edib Qurbanəliyə versin. O da sənədi çap edib Qurbanəliyə vermişdir. Həmin sənəddə nə yazıldığını oxumamış, bu barədə məlumatı olmamışdır. Onlar ofisdən çıxdıqdan sonra şaurma yeməyə getmişlər. Qurbanəli bu zaman Azər tərəfindən hədələndiyinə dair heç nə deməmişdir. Qurbanəli ofisdə qəbz imzalayan zaman o da yanlarında olmuşdur. Həmin gün onlar arasında heç bir mübahisə baş verməmişdir. Qurbanəli ilə ofisdən çıxıb şaurma yeməyə gedən zaman onun əhvali-ruhiyyəsi pis olmamış, ona Azərlə bağlı heç nə deməmişdir. Bununla yanaşı, Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2016-cı ilin yanvar ayından, Zərərçəkmiş şəxs təxminən 2017-ci ildən tanımış, onlarla heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Təxminən 2022-ci ildə o, Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Yasamal rayonundakı "Axundov parkı”nın yaxınlığında yerləşən ofisində Təqsirləndirilən şəxs ilə görüşmək məqsədilə getdiyi zaman Qurbanəlinin təxminən 5-6 dəfə həmin ofisə gəldiyini görmüşdür. Belə ki, Qurbanəli ofisə gələndə özü ilə kompyuter də gətirmiş və Azər ilə bitkoin barədə müzakirələr aparmışdır. Hazırda tarixini xatırlamadığı vaxtda o, Azərin təklifi ilə bir dəfə Mingəçevir Şəhər Məhkəməsinə getmiş, məhkəmə vaxtı ona məlum olmuşdur ki. Qurbanəlinin Azər üçün aldığı bitkoinə görə Azərə 40.000 ABŞ dolları verəcəyi vardır. Belə ki, Azərin kriptovalyuta hesabı olmuş, Qurbanəli Azərdən bitkoin almaq üçün pul almış və həmin ərəfədə Qurbanəlinin Azərə 40.000 ABŞ dolları verəcəyi yaranmışdır. Həmçinin, Şahid5 verilən suallara cavab olaraq ifadəsində onun yanında Azərin ofisində Qurbanəli ilə Azərin arasında müzakirə və sənədləşmə aparıldığını, lakin onların işi ilə maraqlanmadığından həmin əlyazmalarda nə yazılmasından məlumatının olmadığını bildirmişdir (cild 2, iş vərəqi 2-4). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq Şahid5 bildirmişdir ki, səhv etmirsə, şaurma yedikləri gündən sonra da Qurbanəlini Azərin ofisində görmüşdür. Həmin vaxtlarda da onların münasibətləri əvvəlki qaydada imiş. Onlar arasında mübahisə baş verdiyinə heç bir zaman şahid olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş musiqiçi Şahid4 ifadəsində göstərdi ki, o, baş verən hadisələrdən çox sonradan xəbər tutmuşdur. Təxminən iki il bundan öncə Azər ona zəng edərək Qurbanəlini axtardığını demiş və onun harada olduğunu soruşmuşdur. Azərin Qurbanəlini axtarması ona çox təəccüblü gəlmişdir. Tez Qurbanəliyə zəng edərək harada olduğunu soruşmuş, Qurbanəli isə ona “mənim harada olduğumu niyə soruşursan ki?” deyə cavab vermişdir. O, uzun müddətdir Qurbanəlini görmədiyi üçün harada olduğunu soruşduğunu demişdir. Lakin Qurbanəli ona harada olduğunu deməmişdir. Onun telefon danışığı zamanı Qurbanəli çox həyəcanlı və stressli olmuşdur. Həmçinin Azərin onu axtardığını demiş və aralarında nə baş verdiyini soruşmuşdur. Qurbanəli ona aralarında kriptovalyuta işi olduğunu, birjada yaranan problemlə bağlı işin uğursuz olduğunu və Azər tərəfindən hədələndiyini demişdir. Bunu eşidən zaman o, Qurbanəliyə təklif etmişdir ki, özləri Azərlə danışaraq məsələni bir həll yoluna qoysunlar. Lakin Qurbanəli razılaşmamış, o da onların məsələsinə qarışmamışdır. Azər də, Qurbanəli də çox humanist insanlar imiş və onların arasında belə problem olması ona təəccüblü gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, o, Qurbanəlini məktəb illərindən tanıyır. Azərlə Qurbanəli vasitəsilə 2018-ci ildə tanış olmuşdur. Azərin Qurbanəli ilə yaxın olduğunu bildiyi üçün onun vasitəsilə Qurbanəlini axtarmağa çalışmışdır. Azər ona Qurbanəlini niyə axtardığını deməmişdir. O, Qurbanəliyə zəng etsə də, cavab almamış, daha sonra Qurbanəli özü onunla əlaqə saxlamışdır. Qurbanəli onun yerinə başqasına deyə biləcəyindən qorxduğu üçün harada olduğunu gizlətmişdir. Qurbanəli ilə dost deyillər, sadəcə uşaqlıqdan bir-birlərini tanıyırlar. O, baş verən hadisələrdən tədricən xəbər tutmuşdur. Qurbanəli ilk başda ona heç nə danışmamışdır. Sonradan kriptovalyuta məsələsi olduğunu, Azərin onu hədələdiyini və tez-tez narahat etdiyini demişdir. Qurbanəlinin Azər tərəfindən nə ilə təhdid olunduğunu bilmir, bu barədə məlumatı yoxdur. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. İşin içində olmadığı üçün təhdid məsələsini sadəcə Qurbanəlidən eşitmişdir. O, Qurbanəliyə demişdir ki, “Azərlə aranızda olan maliyyə məsələsinə qarışa bilmərəm, özünüz həll edərsiniz”. İbtidai istintaqda təzyiq altında ifadə verməmişdir, sərbəst şəkildə ifadə vermişdir. İbtidai istintaqda ifadə verən zaman müstəntiq ondan təhdid məsələsi barədə soruşduqda, cavab olaraq bildirmişdir ki, Qurbanəli ona Azər tərəfindən təhdid olunduğunu demişdir. Təhdid məsələsini sadəcə Qurbanəlidən eşitmişdir. İfadəsində təhdid məsələsi barədə niyə qeyd etmədiyini bilmir, tam xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, həyat yoldaşı yanına gələrək məhkəməyə çağırıldıqlarını demişdir. Eşitdiyinə görə, oğlunun Azərə 45.000 ABŞ dolları məbləğində borcu var. Bu barədə həyat yoldaşı oğluna, Qurbanəliyə zəng edərək soruşmuş, o da Təqsirləndirilən şəxs borcu olmadığını bildirmişdir. Bir müddət sonra həyat yoldaşı məhkəməyə getmişdir. Məhkəmə prosesindən qayıtdıqdan sonra ona məhkəmənin Təqsirləndirilən şəxs xeyrinə qərar çıxardığını bildirmişdir. Nəticədə, onlar Azərə 45.000 ABŞ dolları məbləğində pul ödəməli olmuşlar. Hətta evlərinə həbs qoyulmasına da qərar verilmişdir. Onlar 40 ildir ki, ailə qurmuş və evlərini öz əməyilə tikmişlər. Bircə həyətyanı sahələri var imiş. Evlərinə həbs qoyulduqdan sonra çöldə qalacaqdılar. Həyat yoldaşı Qurbanəliyə zəng edərək məhkəmənin Azərin xeyrinə qərar çıxardığını və ona 45.000 ABŞ dolları məbləğində pul ödəməli olduqlarını demişdir. Qurbanəli isə Azərə heç bir borcu olmadığını bildirmişdir. Onun həyat yoldaşı heç bir yerdə işləmirmiş, sadəcə mal-qarası var imiş, həmin mal-qaranı sataraq pulu ödəməyə başlamışlar. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, o, ali təhsillidir, Gəncə Dövlət Universitetinin məzunudur, Mingəçevir şəhəri 13 saylı orta məktəbdə 40 ilə yaxın müddətdir ki, müəllim işləyir. Qurbanəli ali təhsillidir. Qurbanəli 2023-cü ildə xaricdə təhsil almaq üçün getmiş, faktiki olaraq hansı işlə məşğul olduğunu bilməmişdir. O, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır. Həyat yoldaşı Azəri məhkəmədə görmüşdür. Oğlu Qurbanəli də atasına zəng edərək Azər adlı şəxsin onu məhkəməyə verdiyini və 45.000 ABŞ dolları məbləğində pul ödəməli olduqlarını demişdir. Qurbanəlidən Azərlə aralarındakı münasibət barədə və Azərin kim olduğu barədə soruşmamışdır, lakin oğlunun atasına bu barədə danışdığını eşitmişdir. Onlar məhkəmədən öncə öyrənmişlər ki, oğlunun Azərə 45.000 ABŞ dolları məbləğində borcu var imiş. Məhkəmə qərarına əsasən, evlərinə həbs qoyulmuş və Azərə 45.000 ABŞ dolları məbləğində pul ödəməli olması barədə qərar vermişdir. O, Bakı şəhərində Polis İdarəsində ifadə vermişdir. İbtidai istintaqda ifadə verən zaman ona qarşı fiziki və psixi təzyiq göstərilməmiş, sərbəst şəkildə ifadə vermişdir. İbtidai istintaqda ifadə verən zaman həyat yoldaşı ilə oğlunun öz aralarında danışdıqlarını eşitdiyini, Azərin onlardan 45.000 ABŞ dolları məbləğində pul tələb etdiyini və daha sonra Azərin oğlunu təhdid etdiyini, bu təhdid nəticəsində malqaralarını satdıqlarını bildirmişdir. Mal-qaranı satdıqdan sonra Azərə 3.000 manatdan çox pul vermişlər. Mal-qaranı satdıqları ərəfədə Qurbanəli xaricdə imiş, lakin onunla əlaqə saxlaya bilmişlər. Pulu ödədikdən sonra oğlu atasına bildirmişdir ki, Azər yenidən pul tələb edir. Bu barədə Azər Qurbanəliyə demiş, oğlu atasına xəbər vermişdir. Həyat yoldaşı evlərini satmalı olduqlarını və çöldə qalacaqlarını demişdir. Qurbanəlidən nəvələri var. Həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən nəvələrinə hər hansı xəsarət yetiriləcəyindən qorxduğu üçün Bakı şəhərinə gəlib, nəvələri də götürərək Mingəçevir şəhərinə qayıtmışdır. Hadisələr baş verən ərəfədə Qurbanəli xaricdə imiş, onunla əlaqə saxlamışlar. Qurbanəli təhsil aldığı müddət ərzində Oksfordda imiş, daha sonra Türkiyəyə qayıtmışdır. Oğlunun hadisə baş verən ərəfədə Oksfordda, yoxsa Türkiyədə olduğunu xatırlamır. Oğlu Türkiyədə olduğu zaman həyat yoldaşı nəvələri Bakı şəhərindən götürüb Mingəçevir şəhərinə gətirmişdir. Oğlu atasına zəng edərək Türkiyədə olarkən Təqsirləndirilən şəxs və onun adamları tərəfindən təhdid olunduğunu, uşaqlar üçün də narahat olduğunu demişdir. Həyat yoldaşı həmin təhdidlərdən qorxduğu üçün nəvələri Mingəçevir şəhərinə gətirmişdir. Mingəçevir Şəhər Məhkəməsinin önündə Azərlə həyat yoldaşı arasında söhbət olmuşdur. Bundan sonra həyat yoldaşı Azərin nəvələrə və evə zərər verə biləcəyindən narahat olmuşdur. Onların Azərin tələb etdiyi məbləği ödəməyə imkanı olmamış, evlərinə də həbs qoyulmuş, başqa gedəcək yer tapmamışlar. Ev əllərindən alındığı halda çöldə qalacaqdılar. Oğlundan hadisələr barədə soruşduqda, Azərlə birgə işlədiyini və ona borcu olmadığını demişdir. Təhdid sözünün mənasını bilmir. Təhdid dedikdə, sadəcə Azərin onlardan pul tələb etməsini nəzərdə tutmurmuş. Mingəçevir Şəhər Məhkəməsinin önündə Azərlə həyat yoldaşı söhbət edən zaman Azər müddət qoyaraq ilk 10.000 ABŞ dolları məbləğində pulun ona verilməsini tələb etmişdir. Azərlə həyat yoldaşı arasında Mingəçevir Şəhər Məhkəməsinin önündəki söhbətlərdən sonra həyat yoldaşı Azərin evlərini yandırmasından və uşaqları oğurlamasından narahat olduğunu demişdir. 2023-cü ilin noyabr ayında Azərin onları məhkəməyə verdiyindən xəbər tutmuşlar. 2024-cü ilin mart ayının sonları-aprel ayının əvvəllərində təhdid məsələsi ortaya çıxmışdır. Elə həmin ərəfələrdə həyat yoldaşı nəvələrini Mingəçevir şəhərinə gətirmişdir. Onlar məhkəmənin qətnaməsi çıxmamışdan öncə Azərə pulu ödəmişlər. Pulu ödədikdən sonra evlərinin üzərinə həbs qoyulmuşdur. Nəvələri Mingəçevir şəhərinə gətirməkdə məqsəd gözlərinin önündə olmaları imiş. Qurbanəlinin birinci həyat yoldaşından hansı tarixdə boşandığını bilmir. Onlar boşansalar da, Qurbanəli xaricə getdiyi müddətədək bir yerdə yaşamışlar. Qurbanəlinin birinci həyat yoldaşı ilə boşanma səbəbi borc məsələsi ilə bağlı olmuşdur. Evdə tez-tez külli miqdarda borc məsələsi barədə mübahisələr yaranmışdır. Qurbanəlinin ikinci həyat yoldaşı ilə nə zaman evləndiyini bilmir, çünki onun ikinci həyat yoldaşı ilə evlənməsinə razılıq verməmişdir. İkinci nəvəsi 2024-cü il təvəllüddür, 1 yaşı var. Qurbanəli atasına zəng edərək Azər tərəfindən təhdid olunduğunu demişdir. Həyat yoldaşı da ona bu barədə məlumat vermişdir. Hadisənin neçənci ildə baş verdiyini xatırlamır. 2023-cü ilin aprel-may aylarında Qurbanəlinin harada olduğunu xatırlamır. Oğlunun birinci həyat yoldaşından bu söz-söhbətə görə ayrıldığı məlum olmuşdur. Qayınatası tez-tez gəlib oğluna külli miqdarda borcu olduğunu deyib mübahisə edirmiş, bu mübahisələr səbəbindən onlar ayrılmışlar. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid6 Fildiman oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tədbirlərdən, “REAL” partiyasından tanımışdır. Qurbanəli ilə əsgərlik yoldaşı olmuşlar, daha sonra siyasi partiyada birgə iştirakları nəticəsində daha yaxından tanışlıqları yaranmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid6 Fildiman oğlu bildirdi ki, Təqsirləndirilən şəxs ondan Qurbanəli ilə əlaqəsi olub-olmadığını soruşmuş, o da arada “Facebook”dan yazışdıqlarını bildirmişdir. Azər ondan xahiş etmişdir ki, Qurbanəliyə borc məsələsi ilə əlaqədar onu məhkəməyə verəcəyi barədə məlumat versin. Hətta Azər demişdir ki, “Qurbanəli hal-hazırda London şəhərindədir, həmin şəhərin özü çox bahalı yerdir, Qurbanəli mənə olan borcunu ödəmir, lakin həmin şəhərdə istirahət edir”. O, Azərin bütün dediklərini olduğu kimi Qurbanəliyə çatdırmışdır. Qurbanəli isə cavabında London şəhərində dostlarının hesabına yaşadığını bildirmişdir. O, həmin hadisələrin dəqiq tarixini xatırlamır, lakin 2-3 il öncə baş verdiyini deyə bilər. Qurbanəli bildirmişdir ki, Azərə borcu var, lakin aralarında başqa söhbət olmamışdır. Qurbanəli həmişə borclarını geri qaytarırmış, heç kimə borclu qalmazmış. Hətta ona olan borclarını da geri qaytarmışdır. Söhbət zamanı Qurbanəli ona Azərin onu və uşaqlarını öldürməklə hədələdiyi barədə heç nə deməmişdir. Həmçinin Qurbanəli söhbət əsnasında ailəsi və uşaqları ilə bağlı hər hansı problem olduğunu deməmişdir. Qurbanəli ona demişdir ki, Təqsirləndirilən şəxs hesabını bir şəxsə verib və həmin şəxs hesaba icazəsiz müdaxilə etmişdir. X7 borcu yaranmışdır. Borcu verməkdən hansı səbəbdən yayınması barədə isə aralarında söhbət olmamışdır. Qurbanəli xarici ölkədə olduğu üçün onunla “Facebook”dan yazışmışdır. Onların aralarında borc məsələsinə dair yumoristik tərzdə hər hansı yazışma olmamışdır. Qurbanəli ona demişdir ki, Azərlə ortaq iş görüb, lakin ona zərər dəymişdir. O, Qurbanəliyə qarşı tərəfin də razılığı ilə məsələnin orta yola qoyula biləcəyini demişdir. Azərlə söhbət zamanı Qurbanəli ilə aralarındakı məsələ barədə ona ətraflı məlumat verməmişdir, yalnız onun dediklərini Qurbanəliyə çatdırmağı xahiş etmişdir. Qurbanəli ilə söhbət zamanı son sözü “mən hamıya olan borcumu geri qaytarıram, heç kəsə borclu qalmayacağam” olmuşdur. Azərlə Qurbanəli arasındakı məsələ barədə ətraflı məlumata malik deyildir. Sadəcə uzun müddət öncə Qurbanəli ona demişdir ki, Azərin hesabını bir şəxsə verib və həmin şəxs hesaba icazəsiz müdaxilə etmişdir, nəticədə aralarında borc məsələsi yaranmışdır. Azər də ona demişdir ki, Qurbanəli onu hər yerdən bloklayıb və əlaqə saxlaya bilmir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş: - vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, 2020-ci ilin mayında Təqsirləndirilən şəxs özünə məxsus birjadakı 10 min dollarlıq hesabına “trade” etmək üçün ona giriş icazəsi vermişdir. Həmin ilin avqustunda isə hesaba daha bir 10 min dollar əlavə olunmuşdur. Ümumilikdə isə 2020-ci il boyu 3.200 dollar qazanc götürüb, çıxarmışdır. Hesabın emaili (protonmail) onun şəxsi emaili olduğundan, Təqsirləndirilən şəxs icazəsi olmadan heç bir vaxt oraya giriş imkanı ola bilməzdi. Oradan hər hansı bir pul çıxarışı email kod təsdiqi olmadan mümkün deyil. Müharibə dövrü, VPN məsələsi olduqdan sonra hesabda hər hansı bir alqı-satqı əməliyyatı mümkün olmamışdır. Növbəti il balans 2-4 min ABŞ dollarına düşüb, 17 min dollara qalxdığında o, Azərə ana məbləğini götürüb, çıxarmağı təklif etsə də, sonuncu, “hər gün qalxır”, deyib, razı olmamış, ondan sonrakı il isə “düşüş sezonu” gəlmiş, bu zaman bəzi altcoinlərdən alıb, uzunmüddətli saxlamaq qərarı vermişlər. 2021-ci ildə onun atası koronovirus xəstəliyindən sonra ağır psixoterapik xəstəlik keçirmişdir. Onun həyatının çox ağır günləri olmuş, bütün işlərini, hər şeyini atıb, atasının səhhəti ilə məşğul olmuşdur. Evin yeganə oğlu olduğundan maddi və mənəvi bütün yük onun üzərində olmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs onu yığır, görüşmək istədiyini deyirmiş. O isə bir neçə dəfə durumu izah etmiş, sonra isə xəstəxanada olduğu vaxtları mobil telefon demək olar ki, istifadə etməmiş, internetə girməmişdir. Təqsirləndirilən şəxs onu yığaraq hədələmiş, “get dədənin evini, torpağını sat, mənə dəymiş ziyanı ödə” demişdir. Hətta Yeni il günü, 1 yanvarda belə Azərdən təhdid zəngi gəlmişdir. Azər ad günü kimi sanki ələmatdar günləri seçib, ona psixoloji şiddət və təsir etməyə çalışmışdır. 2022-ci ilin əvvəli Azər onu yığaraq atası ilə hədələmiş, Mingəçevirə gələcəyini, “atan onsuz da xəstədir, dəlidir, evinizi və torpağınızı satdıracam” demişdir. O isə Bakıya gələrək Azərlə görüşmüşdür. Azər həyat yoldaşı Samirə xanımın ofisində, videoçəkilişlər olan studionun arxa hissəsində, onun qolundan tutaraq onu fırladıb, yerə oturtmuş, daha sonra “pullar bərpa edilməyəcəyi halda ailəvi, uşalqarıvı məhv edəcəm" demişdir. Azər onun gözünü qorxutduqdan sonra öz ofisində onun qarşısına kağız vǝrǝq qoyub, “yaz” demişdir. O, Azər deyənləri yazmış, imzalamışdır. O, bir tərəfdən atası, ailəsi ilə təhdid edilmiş, digər tərəfdən isə özü təklənmiş və psixoloji şiddət görmüşdür. Çox pis sarsıntı keçirmiş və bu bütün işlərinə, şəxsi həyatına təsir etmişdir. Azərin hədələrindən qorxduğu üçün sonuncunun həyat yoldaşı Samirə Qasımlının ofisinin önündə görüşüb, Azərə ümumilikdə 2 min dollar vermişdir. Daha sonra isə ödəmə gücü olmamış, Azər Bitcoin istəyincə isə bütün ümidləri azalmışdır. 2022-ci ilin sonları 2023-cü ildə isə vəziyyət daha da gərginləşmişdir. Onun nömrəsinə qəribə nömrələrdən zənglər gəlməyə başlamışdır. 2023-cü ilin may ayında Azər yığanda da o, Antalyada olduğunu demiş, Azər “Bu gecə 45 min dollar çatmalıdır” demişdir. Daha sonra Türkiyə nömrəsindən zənglər gəlməyə başlamışdır. Birində bir azərbaycanlı kişi olmuş, o, “Azəri tanımıram” demişdir. Çünki Azərin onu Türkiyədə reketlərə, mafiaya verəcəyi ağlının ucundan keçməmişdir. Düşünmüşdür ki, bu günə qədər olanlar sadəcə güc göstəricisi olmuşdur. Telefondakı şəxs ona bu gecə pulun ona çatmalı olduğunu demiş, onun yerini bildiyini və tapıb başına oyun açacağını bildirmişdir. Azərin hədələrindən bezdiyi üçün dəfələrlə özünü öldürmək istəmiş, lakin özünü öldürəcəyi halda Azərin onun ailəsindən əl çəkməyəcəyini düşündüyü üçün özünü öldürməmişdir. Azərin hədələri dözülməz hal olduğu üçün sonunda şikayət etmək qərarına gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs əməllərinin araşdırılmasını və məsuliyyətə cəlb olunmasına dair müvafiq göstəriş verilmədini xahiş etmişdir (cild 1, iş vərəqi 4-5). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 34). - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin çıxarışından görünür ki, ünvan 8 ünvanında yerləşən xüsusi mülkiyyət olan ümumi sahəsi 104.70 kv.m fərdi yaşayış evi üzərində hüquq sahibləri – Şahid1 (1/4 hissə), X6 (1/4 hissə), Şahid2dır (2/4 hissə) (cild 1, iş vərəqi 49). - xx.xx.2024-cü il tarixli Mingəçevir şəhər Polis Şöbəsinin məktubundan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-ə etmiş olduğu müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 51). - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-630/2024-009 saylı məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-878/2024-013 saylı qərardadı qəbul edilmişdir. Həmin qərardad Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmişdir (cild 1, iş vərəqi 52). - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir (cild 1, iş vərəqi 54-55). - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi Dairəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair daşınmaz əmlak aşkar edilməmişdir (cild 1, iş vərəqi 58). - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(051)-630/2024 saylı qətnaməsindən cavabdeh Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X12 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir (cild 1, iş vərəqi 59). - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(051)-16/2024 saylı qərardadından Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (cild 1, iş vərəqi 60-61). - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Zərərçəkmiş şəxs 41000 (qırx bir min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) məbləğində pul tutulub iddiaçı Təqsirləndirilən şəxs verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (cild 1, iş vərəqi 62-66). - iddiaçı Təqsirləndirilən şəxs pul tələbinə dair xx.xx.2024-cü il tarixli iddia ərizəsindən görünür ki, o, cavabdeh Zərərçəkmiş şəxs ona olan 45.000 ABŞ dolları (məhkəmə qətnaməsinin icra anına AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğunlaşdırılmaqla) məbləğində borc pulun ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir (cild 1, iş vərəqi 73-83). - Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, əlyazma şəklində tərtib edilmiş sənəddən görünür ki, Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayınadək Təqsirləndirilən şəxs 45.000 ABŞ dolları ödəməyi öhdəsinə götürür (cild 1, iş vərəqi 77). - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, cavabdeh Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(051)-630/2024 saylı qətnaməsi ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir (cild 1, iş vərəqi 84-88). - işin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, iddiaçı Təqsirləndirilən şəxs və vəkili Müdafiəçi2 tərəfindən tərtib edilmiş kassasiya şikayəti icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 90). - xx.xx.2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hədə-qorxu ilə ondan 45.000 ABŞ dolları pul tələb etməsi, öz ofisində görüşərkən kənar şəxslərin iştirakı olmadan onun iradəsinə zidd olaraq 10.000 ABŞ dolları pul və 35.000 ABŞ dolları ekvivalentində bir bitkoindən ibarət olmaqla, ümumilikdə 45.000 ABŞ dolları borcunun olmasına dair həqiqətəuyğun olmayan məzmunlu etirafedici qəbz yazmağa məcbur etməsi və hədə-qorxu ilə tələb etdiyi külli miqdarda pul vəsaitindən 6.800 manat məbləğində pulu alaraq ələ keçirməsi ilə bağlı ifadəsində göstərdiklərini onun üzünə qarşı bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 92-104). - Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Daxili X27 Eyvazova ünvanladığı şikayət ərizəsindən görünür ki, o, Azərbaycan dövləti və dövlətçiliyi uğrunda çalışmış bir şəxs kimi, başına gələnlərin səbəbindən ailəsindən və vətənindən didərgin düşmüşdür. Belə ki, 2020-ci ilin mayında Təqsirləndirilən şəxs birjadakı 10 min dollarlıq hesabına “trade” etmək üçün ona giriş icazəsi vermiş, həmin ilin avqustunda isə hesaba daha bir 10 min dollar əlavə etmiş, ümumilikdə isə 3200 dollar qazanc götürüb, çıxarmışdır. Hesabın emaili (protonmail) şəxsi email olduğundan, Təqsirləndirilən şəxs icazəsi olmadan heç bir vaxt oraya onun giriş imkanı ola bilməzdi. Oradan hər hansı bir pul çıxarışı email kod təsdiqi olmadan mümkün deyil. Müharibə dövrü, VPN məsələsi olduqdan sonra hesabda hər hansı bir alqı-satqı əməliyyatı mümkün olmamışdır. Növbəti il balans 2200 dollara düşmüş, 17 min dollara qalxdığında o, Azərə ana məbləğini götürüb, çıxarmağı təklif etsə də, o hər gün qalxır, deyib, razı olmamışdır. Ondan sonrakı il isə ayı sezonu deyilən düşüş sezonu gəlmiş, bu zaman bəzi altcoinlərdən alıb, uzunmüddətli saxlamaq qərarı vermişlər. 2021-ci ildə onun atası koronovirus xəstəliyindən sonra ağır psixoterapik xəstəlik keçirmiş, onun həyatının çox ağır günləri olmuş, bütün işlərini, hər şeyini atıb, atasının səhhəti ilə məşğul olmuşdur. Evin yeganə oğlu olduğundan maddi-mənəvi bütün yük onun üzərində olmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs onu yığıb, görüşmək istədiyini demiş, o isə, bir neçə dəfə durumu izah etmişdir. Sonra isə xəstəxanada olduğu vaxtları mobil telefon demək olar ki, istifadə etməmiş, internetə girməmişdir. Təqsirləndirilən şəxs onu yığaraq hədələmiş, “get dədənin evini, torpağını sat, mənə dəymiş ziyanı ödə” demişdir. Hətta yeni il günü, 1 Yanvarda belə Azərdən ona təhdid zəngi gəlmişdir. Ad günü kimi sanki əlamətdar günləri seçib, ona psixoloji şiddət və təsir etməyə çalışmışdır. Düşünür ki, müharibə dövründə Azərin əksinə gedərək, onun dövləti dəstəkləməyi və Azəri tanıdıqdan sonra ondan uzaqlaşaraq kömək etməyəcəyini anlayıb, canavara dönmüşdür. Təqsirləndirilən şəxs dəfələrlə ona İstanbulda, Moskvada evi olduğunu, Çexiyada işi, Belçikada QHT-si, Fransada donoru olduğunu vurğulamışdır. Görünür birjada “trade” bir bəhanə, bir tələ imiş və onu öz çirkin məqsədləri üçün tələyə salmaq istəyirmiş ki, buna nail, ola bilməyincə təhdidlərə keçmişdir. 22-ci ilin əvvəli onu yığaraq atası ilə hədələmiş, Mingəçevirə gələcəyini, “atan onsuz da xəstədir, dəlidir, evinizi və torpağınızı satdıracam” demişdir. O isə Bakıya gələr-gəlməz görüşmüş, Azərin həyat yoldaşı Samirə xanımın ofisində, videoçəkilişlər olan studionun arxa hissəsində Azər onun qolundan tutaraq onu fırladıb, yerə oturtmuş, daha sonra “sən yaxşı ki, mafianın əlinə düşməmisən” demişdir. Gözünü qorxutduqdan sonra öz ofisində normal şəkildə görüşmək istədiyini demişdir. O, Azərin öz ofisinə gəlmiş və üzbəüz oturduqda yanında bəzi qəribə geyimli adamlar olmuşdur, lakin kim olduqlarını bilməmişdir. Azər onun qarşısına kağız vərəq qoyub, yaz demiş, sonra adamlara gözü ilə uzaqlaşmağı demişdir. Onlar deyəsən mətbəxə keçmişlər. O, Azər deyənləri yazmış, imzalamışdır. Nə olduğunu xatırlamayacaq qədər stress içində olmuşdur. Bir tərəfdən atası, ailəsi ilə təhdid edilir, digər tərəfdən isə özü təklənmiş və psixoloji şiddət görmüşdür. Kağızı aldıqdan sonra Azər 180 dərəcə dəyişmiş, “mənim də balalarım var, Mingəçevirə də gələcəm ee amma gəmidə gəzməyə” deyib, üzündə saxta gülüş əks etdirmişdir. Bu hadisədən sonra Azərin üzünü görmək istəməmiş, çox pis sarsıntı keçirmiş və bu bütün işlərinə, şəxsi həyatına təsir etmişdir. Ümumiyyətlə, bu hadisə ailəsinin dağılmasına qədər gətirib, çıxarmışdır. Azərin yoldaşı Samirə Qasımlı ilə onun ofisinin önündə, yaşadığı yerə yaxın olduğundan görüşüb, ümumilikdə 2 min dollar vermişlər. Daha sonra isə ödəmə gücü olmamış, Azər Bitcoin istəyincə isə bütün ümidləri azalmışdır. 22-ci ilin sonları 23-cü ildə isə vəziyyət daha da gərginləşmiş, onun nömrəsinə qəribə nömrələrdən zənglər gəlməyə başlamışdır. O, ağlaya-ağlaya ölkədən çıxmış, Antalyaya gəlmişdir. 23-cü ilin mayında, Azər ad günü günü yığanda da Antalyada olduğunu demişdir. “Bu gecə 8 min dollar çatmalıdır, böyrəyini sat, mən bilmirəm” demişdir. Sabahı gün Azər yığınca aça bilməmiş, internetsiz ərazidə olmuşdur. Qaldığı evə gəlincə isə Türkiyə nömrəsindən zənglər gəlməyə başlamışdır. Birində bir azərbaycanlı kişi olmuş, yanında çoxlu adam səsi gəlirmiş, o, “Azəri tanımıram” demişdir. Çünki onu Türkiyədə reketlərə, mafiaya verəcəyi ağlının ucundan keçməmişdir. Düşünmüşdür ki, bu günə qədər olanlar sadəcə güc göstərişi olmuşdur. Telefondakı şəxs ona bu gecə pulun ona çatmalı olduğunu demiş, yerini bildiyini və tapıb başına oyun açacağını bildirmişdir. O, WhatsAppı silib, qaldığı yeri dəyişməli olmuşdur. Həmin ilin iyulunda isə İngiltərədən fotolar paylaşınca isə Azər onun haqqında qarayaxmalara başlamışdır. Hətta, məhkəmədə də bildirmişdir ki, guya o, Azərin puluyla İngiltərəyə getmişdir. Halbuki, o, ölkədən çıxanda əynində bir cırıq ayaqqabı və köhnə paltar olmuş, ev geyimində aeroporta gəlmiş, bir ay Antalyada tanış adamların evində qalmışdır. Düşünür ki, Azər başdan bəri onun ödəmə gücünün olmadığını bilmişdir. Hətta, balansının ana məbləğini belə, nəinki Bitcoin filan. Azər bütün bunları onu öz çirkin əməllərinə alət etmək üçün tələ olaraq qurmuş və istədiyinə nail olmayınca da, hədə-qorxu ilə ondan əldə edilmiş etirafını əsas gətirərək məhkəməyə müraciət etməli olub ki, valideynləri üzərindən basqı edə bilsin. X2 rəhbəri Təqsirləndirilən şəxs həm dövlətçilik, həm də cəmiyyət üçün təhlükəli adamdır. Dəfələrlə ona fiziki zor gəlməklə hədǝ-qorxu edib, onu dövlətçilik əlehinə istifadə etməyinə çalışıb alınmadığı halda isə ona qarşı hədə-qorxu gəlməyə başlamışdır və faktiki olmayan vəsaiti hədə-qorxu vasitəsi ilə boynuna almağa məcbur etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs əməllərinin araşdırılmasını və məsuliyyətə cəlb olunmasını xahiş etmişdir (cild 1, iş vərəqi 111-113). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Mingəçevir şəhəri, Sahil küçəsi 22-də qeydiyyatda olan və İngiltərədə məskunlaşmış Zərərçəkmiş şəxs DİN-nin rəhbərliyinə müraicət edərək, faktiki borcunun 10000 manat olduğu halda X2 rəhbəri Təqsirləndirilən şəxs adlı şəxsin onu hədələyərək 30-40 min dollar pul tələb etdiyini bildirmişdir (cild 1, iş vərəqi 117). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında təhqiqatçının xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 120-121). - cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və materialın əlavə araşdırma aparılması üçün göndərilməsi haqqında Mingəçevir şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Mingəçevir ŞPŞ-nin TB-də toplanmış HK-1/1665 №-li material üzrə şəhər polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Rəşad Cəfərovun qəbul etdiyi “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir (cild 1, iş vərəqi 130-131). - Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mingəçevir şəhəri, Sahil küçəsi ev 22-də qeydiyyatda olan və İngiltərədə məskunlaşmış vətəndaş Zərərçəkmiş şəxs vǝtəndaş Təqsirləndirilən şəxs barəsində etdiyi şikayət əsasında toplanmış xx.xx.2024-cü il tarixli HK-1/1665 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 39.2-ci madələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 124). - Mingəçevir şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Mingəçevir ŞPŞ-nin TB-də toplanmış HK-1/1665 №-li material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” bölmənin təhqiqatçısı, polis kapitanı Rəşad Cəfərovun qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar şəhər prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixdə ləğv olunaraq, material TB-də araşdırmanın davam etdirilməsi üçün qaytarılır (cild 1, iş vərəqi 132). - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsi olan “cbar.az” saytından əldə edilmiş məlumata görə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində məzənnə üzrə 1 ABŞ dolları 1,7 AZN-ə bərabər olmuşdur (cild 1, iş vərəqi 137-141). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 182.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 143-144). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 185). - Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur (cild 1, iş vərəqi 202). - götürülmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid4 istintaqa təqdim etdiyi 05 vǝrǝqdən ibarət “WhatsApp” tətbiqində yazışmalardan çıxarış cinayət işi üzrə sübut əhəmiyyət kəsb etdiyindən sonuncudan götürülmüşdür (cild 1, iş vərəqi 238- 243). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü, Bakı şəhəri, ünvan 9 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 2, iş vərəqi 31). - "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs, həmçinin təsisçisi və qanuni təmsilçisi olduğu kommersiya və qeyri-kommersiya hüquqi şəxsin adına xx.xx.2025-ci il tarixinə kimi "xxxx" QSC-də bank (cari, əmanət, kart) hesabları və digər maliyyə əməliyyatları mövcud olmamışdır (cild 2, iş vərəqi 46). - Bank "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məktubda adı qeyd olunan fiziki şəxs Təqsirləndirilən şəxs adına Bank "xxxx" ASC-də bank hesabları mövcud deyildir (cild 2, iş vərəqi 47). - Bank VTB ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus hər hansı bir hesab və ya əməliyyat 03 fevral 2025-ci il tarixinə Bank VTB (Azərbaycan) ASC-də mövcud deyildir. Bundan əlavə olaraq, həmin şəxsə aid təsisçisi olduğu hüquqi şəxs 03 fevral 2025-ci il tarixinə Bank VTB (Azərbaycan) ASC-də aşkar olunmamışdır (cild 2, iş vərəqi 48). - diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 01 ədəd “345” adlı qovluq vardır. Həmin qovluğun içərisində “Mushteri zenglerinin detallashmasi_MSİSDN_993518200”, “SMS detallashmasi_MSİSDN_993518200” və “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_993518200” adlı 03 ədəd “pdf” formatlı faylların olması müəyyən edilir. Həmin fayllara ayrı-ayrılıqda baxış keçirilərkən cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə iş üzrə Təqsirləndirilən şəxs arasında telefon danışıqları və sms yazışmalarının aparılması müəyyən edilmir (cild 2, iş vərəqi 51). - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məktubda qeyd olunan fiziki şəxsin (Təqsirləndirilən şəxs) adına həmin bankda heç bir hesab mövcud deyildir, eləcə də onun təsisçisi və qanuni təmsilçisi olduğu kommersiya və qeyrikommersiya hüquqi şəxslərin adlarına heç bir hesab mövcud deyildir (cild 2, iş vərəqi 57). - xx.xx.2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X3 ilə Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hədə-qorxu ilə ondan 45.000 ABŞ dolları pul tələb etməsi, sonuncunun öz ofisində görüşərkən kənar şəxslərin iştirakı olmadan onun iradəsinə zidd olaraq 10.000 ABŞ dolları pul və 35.000 ABŞ dolları ekvivalentində bir bitkoindən ibarət olmaqla, ümumilikdə 45.000 ABŞ dolları borcunun olmasına dair həqiqətəuyğun olmayan məzmunlu etirafedici qəbz yazmağa məcbur etməsi ilə bağlı ifadəsində göstərdiklərini Şahid5 üzünə qarşı bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 58-62). - ambulator məhkəmə psixiatrik ekspertizanın xx.xx.2024-cü il tarixli, 3746 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə ona edilən ittihamın mahiyyətini dərk etmək iqtidarındadır (cild 2, iş vərəqi 66-67). - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 5(004)-9/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarda adları qeyd edilən şəxslər üçün "xxxx" ASC və onun filiallarında hesablar açılmamış və qeyd olunan əməliyyatlar aparılmanışdır (cild 2, iş vərəqi 72). - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin məlumatın təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs mülkiyyətində dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (cild 2, iş vərəqi 73). - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, adı çəkilən şəxs - Təqsirləndirilən şəxs məxsus hər hansı bank hesabı aşkar olunmamışdır (cild 2, iş vərəqi 74). - “Azericard” LLC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı aşkar olunmuş ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus 4724***2365 və 5492***6822 nömrəli kartlardan aparılmış əməliyyatların siyahısı qoşma şəklində məktuba əlavə olunur. Bildirilir ki, Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli 5(004)-9/2025 nömrəli qərarında əks olunan digər məlumatlar Azərikardın sistem bazasında mövcud olmadığından təqdim edilməsi mümkün deyil (cild 2, iş vərəqi 75-88). - sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, "Azəricard" LLC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, AZC-HSŞ-2025/86 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş 12 vərəqdən ibarət bank əməliyyatlarının siyahısına baxış keçirilərkən Təqsirləndirilən şəxs məxsus 4724****2365 vǝ 5492****6822 nömrəli kartlarından istifadə edilməklə xx.xx.2019-cu il tarixdən xx.xx.2023cü il tarixədək müxtəlif bank əməliyyatları edilməsi müəyyən edilir (cild 2, iş vərəqi 89). - götürülmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa könüllü təqdim etdiyi 01 vərəqdən ibarət "icmal.az" saytından çıxarış və 03 vǝrǝqdən ibarət pasportun surəti cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sonuncudan götürülmüşdür (cild 2, iş vərəqi 108). - cinayət işinin istintaq materillarına internet informasiya ehtiyatlarından istifadə edilməklə əldə edilmiş, 7NEWS.az xəbər portalının 07 sentyabr 2024-cü il tarixli buraxılışında “Təqsirləndirilən şəxs ölkədən qaçıb?” başlıqlı məlumatda qeyd edilmişdir ki, bu barədə tanınmış ekspert Qurbanəli Ömər (Zərərçəkmiş şəxs) məlumat paylaşıb: “3 sentyabr tarixində məhkəməmiz olmalıydı, ancaq gəlmədi. Vəkili vasitəsi ilə xəbər göndərib ki, Almaniyadayam. Burada anormal bir durum var. Dünənə kimi Ağaqasım oğlu hər tərəfdən üstümə-üstümə gəlirdi. Bir tərəfdən məni mafiyaya vermişdi, digər tərəfdən də ailəmi təhdid etdirirdi. Maraqlıdır, onun belə dönüş etməsi, ümumiyyətlə DİN-dən ərizəmə gələn məktubda da, onunla əlaqə saxlamağın mümkünsüzlüyü göstərilib. Qasımlının facebook səhifəsi isə “Rezonans” verlişini xatırladır ancaq məhbuslar haqda paylaşımlar edir, aylardır. Sanki tutulacağını bilir. Məlumat üçün deyim ki, onun rəhbərlik etdiyi X8 Fransanın Azərbaycandakı beşinci kalonluğunu edir. Neçə-neçə gənci tələyə salmaq üçün yaradılan bir təşkilatdır. Azər də, məni öz tələsinə salmaq istədi ancaq bacarmayınca, görünür yolu qaçmaqda görüb. Yəqin ki, indi QHT-si olduğu Belçikada, biznes qurduğu Çexiyada, ya da donorları olan Fransadadır. İndiki gənclərə tövsiyyəm odur ki, qətiyyən belə yalançı müxalifətlərə yaxın durmasınlar. Onların doğru görünən sözlərinə aldanmasınlar. Önəmli olan əməldir. Qarabağ müharibəsi boyu ölkəmiz əlehinə döşəyən birinin inanmıram ki, artıq yanında kimsə qala. Ona dəstək olanlar isə Fransa kimi ölkələrdə erməni lobbisinin dəstəklədiyi təşkilatlar olacaq. Bir insanı tanımaq üçün mütləq şəkildə onun başqalarına olan münasibətlərini analiz etmək lazımdı. Əks halda hər an suçsuzkən, suçlu duruma düşə bilərsən. Çünki belə adamlar xarici xüsusi xidmət orqanları tərəfindən özəl yetişdirilmiş olurlar. Nəyisə, inanıram ki, tarix belələrini öz arxivinə atacaqdır. Allah qarşınıza daimi yaxşı insanlar çıxarsın” (cild 2, iş vərəqi 109). - ifadənin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yerində Zərərçəkmiş şəxs göstərmişdir ki, 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs ona zəng edib təcili işinin olduğunu bildirib, onu Bakı şəhərinə çağırmış, o da Təqsirləndirilən şəxs həyat yoldaşı Samirə Qasımlının Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən ofisinə gedib Azərlə görüşmüş, görüş zamanı ona köçürmələr etməyi təklif etmiş, o isə Azərə kriptovalyuta alış-satışını həyata keçirəcəyini bildirmiş, Azər onunla razılaşıb birja hesabı açmağı təklif etmiş, o, Azərin şəxsiyyət vəsiqəsi ilə Azərin adına “Binance” platformasında hesab açmış, sonra Azərin təqdim etdiyi 10.000 ABŞ dollar pulu həmin hesaba yerləşdirmiş, Azər hesabın login, parol və şifrəsini ona vermiş, lakin Azərin məlumatı və istəyi olmadan heç kim hesabdan pul nağdlaşdıra bilməzmiş, onun alqı-satqı əməliyyatları nəticəsində Azər 3.000 ABŞ dolları qazanc əldə etmiş, lakin ona pul verməmiş, sonra Azərə məxsus əlavə 10.000 ABŞ dolları pulu həmin hesaba yerləşdirmişlər, həmin ərəfədə o, yaşadığı Yasamal rayonu, Həsənbəy ünvan 10 ünvanında olan zaman tanışı Rəvan Məmmədov onun evinə gəlib hesabı görmüş, hesabdan özünün xeyir qazanmağını xahiş etmiş, Azər digər cihazdan hesaba daxil olmaq üçün kodu ona demiş, o da Rəvana demiş, 2020-ci ilin sentyabr ayında ölkə ərazisində müharibə başladığından və internet verilməsi məhdudlaşdırıldığından o, hesaba nəzarət edə bilməmiş, hesabda olan pul 2-4 min ABŞ dolları həddinə qədər aşağı düşmüş, sonra Azərlə onun münasibətlərində ziddiyyətlər yaranmağa başlamış, Azər ona zəng edərək təhqir etməyə başlamış, müharibə bitdikdən sonra o, Samirənin ofisinə gəlmiş, Azər onun qolundan tutub arxa otağa keçirmiş, hesabında olan pulu bərpa etməyəcəyi halda ailəsinin, uşağının başına oyun açacağını demiş, 2-3 aydan sonra o, Azərin hesabında olan pulu 17.000 ABŞ dollarına qədər qaldırmış, Azərə məlumat verərək əvvəllər götürdüyü 3.000 ABŞ dollar qazancı çıxdıqdan sonra qalan məbləğinin artıq yerində olduğunu bildirib iş birliyini dayandırmağı təklif etmiş, lakin Azər onunla razılaşmamış, sonra o, Antalya şəhərində olarkən Azər ona zəng edib hesabdakı pulun 3.000 ABŞ dollara qədər düşdüyünü demiş, 2021-ci ilin noyabr ayınadək Azərin hesabındakı pulu 13.000 ABŞ dollara qədər qaldırmış, 3.000 ABŞ dollar qazancı da nəzərə aldıqdan sonra, 4.000 ABŞ dolları düzəldib verəcəyini Azərə demiş, sonra atasının səhhəti ilə maraqlandığından hesaba nəzarət edə bilməmiş, hesabdakı pul 2.000 ABŞ dollarına düşmüş, ona görə Azər ona zəng edib ailəsinə problem yaradacağını, əlinin uzun olduğunu, uşağını oğurlatdıracağını demiş, Azər atasının onsuz da öləcəyini, atasına məxsus evi satdıracağını, pulunu artıqlaması ilə alacağını demiş, Mingəçevir şəhərinə gəlib ailəsini tapacağını deyərək telefonu söndürmüş, sonra Azər onu Samirənin ofisinə çağırıb 45.000 ABŞ dollar pulu qaytarmayacağı halda oğlunu oğurlatdıracağını demiş, səhəri gün Azər “Axundov” bağında yerləşən ofisdə onun Azərə 10.000 ABŞ dollar və 01 bitkoin borcunun olması barədə məcburi kağız yazdırmış, sonra atası Mingəçevir şəhəri, H.Əliyev prospekti, 47/2də yerləşən, "xxxx" ASC-nin Mingəçevir filialından Azərə 3.400 manat təşkil edərək 2.000 ABŞ dollar pul göndərmiş, sonra Azər ona zəng edərək 41.000 ABŞ dollar pulu ödəməyəcəyi halda ailəsinə, uşağına və valideynlərinə problem yaradacağını bildirmiş, Azər ona hədə-qorxu gələrkən o, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 11 ünvanında olmuşdur (cild 2, iş vərəqi 114-118). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 167-168). - diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatətinə əlavə edilmiş 01 ədəd “CD” formatlı diskə baxış keçirilərkən orada “Qurbanəlİ audiosəs yazılı” adlı, 01 ədəd “doc” formatlı, “WhatsApp Audio 2025-05-03 at 10.51.36_e88d391a.dat”, “WhatsApp Audio 2025-05-03 at 10.51.37J7c0303b2.dat”, “WhatsApp Audio 2025-05-03 at 10.51.37_10b41 ae9.dat”, “WhatsApp Audio 2025-05-03 at 10.51.37_ecbe7bc4.dat”, “WhatsApp Audio 2025-05-03 at 10.51.48_9451c3bc.dat”, “WhatsApp Audio 2025-05-03 at 10.51.49_360d3173.dat”, “WhatsApp Audio 2025-05-03 at 10.51.50_4724c53e.dat”, “WhatsApp Audio 2025-05-03 at 10.51.50_d0bcc570.dat” adlı, “ınp3” formatlı 08 ədəd audİo faylın olması müəyyən edilmişdir. “Qurbanəli audiosəs yazılı" adlı faylın məzmununda aşağıdakı mətnin olması müəyyən edilmişdir: “xx.xx.2022 tarixində yazılmış audİsəs” - "Salam, müəllim. Əvvəla bir bitkoin və on min dollar məsələsini mən heç cür həll edə bilmərəm. Mən keçən səfər də sizə dedim. İyirmi min dolları da istəyirdim birjada düzəldim, düzqoş edim, verim, amma alındıra bilmədim. Orda indi bir hissəsi var. Sizə nə ziyan dəyibsə, mən onu ödəyə bilərəm. Onu da dediyim kimi hissə-hissə verə bilərəm. Bir azını bu ay, bir azını o biri ay, bax belə aylara bölüb verə bilərəm. Mən demirəm ki, sizə ziyan qoyub qaçıram. Elə söz dedim mən? Mənim torpağım da yoxdur, satılacaq heç nəyim də yoxdur. Mən bunu ancaq bu, sektorda qazanıb, edib verə bilərəm. Bax belə, mən qaçmıram, sizi də başa düşürəm. Hissə-hissə aylara bölüb o pulu yavaş-yavaş sizə qaytararam. Başqa cür edə bilmirəm. Lap Mingəçevirə gəlib, başqa cür, qanqaraçılıq, onsuz da qanqaraçılıqdır, bayramın ilk günüdür, nə deyim vallah”. “xx.xx.2022 tarixində yazılmış audiosəs” - “Mütləq görüşəcəm sizinlə. Hələ həftənin ikinci günüdür. İnşallah görüşəcəm. Belə də sizə keçən səfər dedim də, gücüm çatanı, bacaracağımı, o hesabatların indi düşən vaxtı treyd etmək çox risklidir. O hesabı əvvəlki vəziyyətinə qaytaracağam qısa bir müddətdə. Keçən səfər elə bil ki, qiymətlər üzü yuxarı gedəndə qaldırmışdım e, hə elə qaldıracam. Qalanlarını aylıqlara bölərik. Yəni onun yarısını da hissə-hissə ödəyərəm. Bilirsiniz ki, mənim burda xeyrim olmayıb. Özünüz yaxşı bilirsiniz. Mən bunu tap edib hardansa ala da bilmərəm. Mənim heç kimsəm də yoxdur. Başqa cür də alınmır. Görüşüb oturaq, məsləhətləşək. Yoluna qoyaram inşallah. Nə deyim başqa. Mən burdan xeyir olsun istədim, amma olmayıbdır. Amma sizin də ziyanınızın olmasını istəmirəm. Heç bir halda ziyanınızın olmasını istəmirəm. Bu mənim prinsiplərimə ziddir. Nə qoymusunuzsa dollar bazında, onu götürəcəksiniz. O da dediyim kimi, ancaq hissə-hissə edə bilərəm. Birdən-birə mənim ona gücüm çata bilməz. Bəlkə işim yaxşı gedər, edərəm. Mütləq görüşərik. Bu ara əsəblərim çox pozulmuşdu, üzrlü sayın. Dəli kimi olmuşdum. Pis çıxmasın dəlixanalıq olmuşdum. Mənə yazılan dərmanları görsəniz deyərsiniz ki, bu konkret dəli üçün yazılan dərmanlardı. İnşallah görüşüb danışarıq. Bir yerdə uzlaşarıq”. “28. Əlavə edilən sənədlər” adlı “PDF” formatlı faylda Təqsirləndirilən şəxsnm “Binance” birjasındakı hesabından çıxarış olması müəyyən edilmişdir. “WhatsApp Audio 2025-05-03 at 10.51.36_e88d391a.dat” adlı fayldakı səs yazısının Zərərçəkmiş şəxs aid olması müəyyən edilmiş, həmin səs yazısının məzmunu aşağıdakı kimdir: - “Mən yenə də deyirəm. Bitkoin elə bir şeydir ki, məbləğ çoxdu, mən bunu eliyə bilmirəm. Mən sadəcə olaraq sizin orda çəkdiyiniz dollar ziyanı ödəyə bilərəm. Onu da hissə-hissə. Yəni birdən-birə eləmək istəmişəm, alınmayıb. Bəli, sözümdə dura bilməmişəm, çünki çalışdım ki, o birjada olsun, o da xeyli qalxdı, birində 17-yə qalxdı, birində 13-ə qalxdı, axırıncı da 11 yarım idi, nə idi, 11 yeddi idi. Hə eliyə bilmədim, nə qədər elədim, əksinə hər dəfə ora daha da aşağı düşdü. Yəni, ona görə də bu 20.000 şey., ordan əslində siz 20.000-dən də götürmüsünüz, siz də götürmüsünüz, mən də götürmüşəm, indi onu qoyuram qırağa. Bu 20.000-i yəni bölərik aylığa, mən onu hər ay, ay şəklində sizə ödəyərəm. Ordakı, belə deyək də, 20.000 də deyil, dediyim kimi siz burdan da götürmüsünüz, indi mən də götürmüşəm, indi 5 manat, 3 manat. Ona görə də, bunu saymıram. Sizin birjada da hesabda da pulunuz var. Orda da, onu da çıxarıq 20000-dən. qalanı yavaş-yavaş verərək. Birdən-birə verə bilməmişəm, yavaş-yavaş verərəm. Mən vermirəm demirəm ki, amma birdən-birə siz məni dirəyin, mən də gedim özümü öldürüm. Burda, yəni onsuz da müalicə olunuram. Heç yeriyə bilmirəm düz əməlli, sinirim tutub. Hər dəfə elə çətin şeyə düşürəm ki, məqam ki, olmur da, heç düz əməlli əyilib-qalxa bilmirəm, müalicə olunuram. Resepti çəkib ataram, bütün bu hamısı nəyin hesabınadır? Çəkdiyim sinirin, stresin hesabınadır. Mən başa düşürəm sizi də, demirəm, siz nəyisə, mən heç vaxt istəməzdim ki, sizinlə dostluq yoldaşlıq pozulsun, mən heç vaxt istəməzdim ki, özü də nəyin üstündə, pulun üstündə. Adamlar nələrin, nələrin üstündə yer tapırlar eliyirlər, lap tutaq ki, böyütdük. Burda ikimiz də az çox ictimai, sosial bir, şeyimiz var. Bu bizə nə qazandırır? Deyirsiniz Mingəçevirə gedəcəm, gedin vallah gedin. Mingəçevirdə mənim kimim var? Bir dənə xəstə atam var da. Hə bilirsiz nətərdi, nə bilim vallah, başa düşürəm sizi. Yəqin sizin də pula ehtiyacınız var, sıxılırsız, eliyirsiz. Mən yenə deyirəm, görüşərik, o birjadakı olan, mən sizə deməmişəm, 20.000 pul düşünmüşdüm. Ordakı pulnan bir yerdə, burda nə varsa onu çıxarıb verəcəm, 2-3 min nə olarsa, indi hələ ki, bayramdı, qiymətlər çox aşağıdı, hə qalanı da geri qalmadı 18.000? Bölərik misalçün, bir il ərzində hissə-hissə hər ay sizin kartınıza ataram. Belə bunu eliyə bilərəm, buna gücüm çatar. Yoxsa ama deyək ki, misalçün 18.000 qaldı, hər ayda 1 ildə nə qədər düşür, misalçün 1.000 dollar, 1.500 dollar, nə bilim, indi baxarıq da, bəzən 2.000. Bunu ödəyib qurtararam bu şəkildə. Başqa şeyi mən nətər eliyim? Başa düşürəme güvəni, güvən itibdi. Amma yavaş-yavaş verəcəm, verdikcə görəcəksiziniz ki, bu yavaşyavaş nəsə qaytarır da". “WhatsApp Audio 2025-05-03 at 10.51.37_7c0303b2.daf’ adlı fayldakı səs yazısının Zərərçəkmiş şəxs aid olması müəyyən edilmiş, həmin səs yazısının məzmunu aşağıdakı kimdir: - “Salam məleykim, necəsiz? Nə var, nə yox? Neyniyirsiz? İşlər necədi? Hə üzürlü sayın, başım qarışıq idi. Bu 8 martda mənim əmioğlumun ilidi axı, yəqin ki, bilirdiz də. Keçən il 40 gün itkin düşmüşdü. Onun elə bilki, il gününə düşür də tapıldığı gün 8 mart günüdü, dəfn olunduğu gün. Başımız qarışıq idi orda, heç nəyə vaxtım olmayıb. Siz də e, o ərəfədə yazmısız, 7-si və 8-i. Bakıya bu gün gəlmişəm, qaça-qaçdayam, e həll eliyəcəm inşallah, yəni indi geciksə belə həll eliyəcəm. Bir az bu müharibəyə görə birjada vəziyyət o qədər ürək açan deyil, e gələn həftə bayrama qədər inşallah inanıram ki, bu məsələni də, fevraldakı qalan bağlıyarıq inşallah, Allahın izni ilə. Hə, belə. Üzrlü sayın da dayı. Vallah indi əlimdən gələni eliyirəm də, çalışıram, e, yəni həll olunacaq da indi. Demişəm, prosto keçən dəfə sizə dedim heç olmasa birini şey eliyək, o biri hesabdakım da, o elə koinlər varki, bu qiymət qalxacaq axı, yəqin ki, xəbəriniz var, o sanksiyalara görə. Deyirdim heç olmasa, onun yarısını, orda 2-3 min dollar civarında pul varda təxminən, heç olmasa onun yarısını qeydə atardıq. 10x, 20x verən koinlərə qoyardıq, ordakı koinlərin qalxma ehtimalı çoxdu, heç olmasa belə deyək də, o 10 mini, o biri 10 mini e ordan eliyim də, yəni o rahatdı, 10 min hətta bir 20x qalxsa 20 min orda pul eliyir. Heç olmasa bu orda düzələrdi. Hə bu birini də indi yavaş-yavaş bu şəkildə yəni o qrafik üzrə biraz 5 gün, 10 gün indi 15 gün gecikməynən yoluna qoyacam inşallah. Hə işlərdə biraz tərpəniş var, düzdü. Ama o bu, necə tərpəniş var, yəni sözdə var da bu fedə görə hər şey iynə deyirlər də birjada, ona iynə gözləyirlər yəni. Vurub aşağı qalxmağını gözləyirlər hər şeyin. Belədi vəziyyət. Hə yox, day üzürlü sayın cavab verə bilməmişəm. Belə də ki, şeynən bağlı bu bir dəfə sizə demişdim də, bu dediyim məsələ ilə bağlı əlaqələriniz filan olsa, mənə nəsə kömək eləmək istəsəniz də, e bu hesabdakı pulu da başqa bir yerdə nəsə açıb onu da eləməyə razı olsaz onu da danışarıq. Yenə də deyirəm 2.000 qoysaq ora yəni 10x verəndə 20 min pul eliyir, 20x verəndə 40 min pul eliyir. Ən azından orda, rahatdı da bu dəqiqə koinlər çox düşüb, həddindən artıq çox düşüb, yəqin ki, xəbəriniz var, alt koinlər, hansı ki, qalxma ehtimalı olan koinlər ən aşağı misal, mən fil almışdım, 10 dəfə düşüb aldığım koin, hə belə, gələn həftə bayrama qədər düşünürəm ki, bunu bağlıyacam. Hə üzürlü sayın, vallah mənim özüm də psixoloji olaraq, şeyə düşürəm. Sıxılıram belə olanda. Özüm istədim elə cavab verəm. Neçə gündü deyirdim ki, mesajların hamısına cavab verəcəm bir-bir. Tək sizinlə bağlı deyil problem. Bir neçə dənə problem var. Bir vaxt eləyib, bir başımın açılan vaxtı müsayit bir ortam olmayıb. Hə belə. Nə bilim indi, qoy bir dənə bunu bağlıyım, şeylər eliyim, e bu fevralıdı da. Danışarıq rahat. Sizdə nə var, yən yox? Neyniyirsiz oralarda? Nə yeniliklər var? Dünya dağılır da, nüvə-müvə, aləm qarışıb bir-birinə. O nüvə sözünə görə bir dənə, bilmirəm xəbəriniz oldu, olmadı birjada alt koinlər, yəni azı bir, belə deyək də, 2 dəfə, 3 dəfə dibə düşdülər, bilmirəm gördüz görmədiz. Hə bitkoin nə qədər düşdü, 34-ü gördü həmin gün. Ama belə e, yəni sanksiyalara görə şeyliyirlər, e binans zad rus kartlarını hamısını bloka atıbdı. Bilmirəm xəbəriniz var, yoxsa yox. Aləm qarışıb sektorda. Ama mən hər şeyə fürsət kimi baxıram, yəni inşallah daha yaxşı olacaq. Yəni bir az uzunmüddətli götürəndə, yəni önümüzdəki 3-6 ay ərzində yəni bu qiymətlər olmayacaq sektorda. Heç birində, yaşayıb görərik". "WhatsApp Audio 2025-05-03 at 10.51.37_10b41ae9.dat" adlı fayldakı səs yazısının X1 aid olması müəyyən edilmiş, həmin səs yazısının məzmunu aşağıdakı kimidir: -“Salam müəllim. Əvvəla bir bitkoin və 10 min dollar məsələsini mən heç cür həll eliyə bilmərəm. Keçən dəfə də sizə dedim. Bu 30 min dolları da, e, istəyirdim orda, birjada düzəldim, düz-qoş eliyim, verim, o da alındıra bilmədim. Orda hindi var, yəni bir hissəsi var, e, indi sizə nə ziyanlıx çəkib, dəyibsə mən onu ödəyə bilərəm, onu da dediyim kimi, hissə-hissə verə bilərəm. Yəni, bir azını bu ay verərəm, bir azını növbəti ay, belə bölüb aylara verə bilərəm. Mən demirəm ki, mən sizə ziyan vururam, qaçıram, elə söz dedim mən? Mənim torpağım da yoxdu, nəyimsə satılası heç nəyim yoxdu. Açıq deyirəm mən bunu ancaq, başqa, yəni bu sektorda başqa işlər görüb qazanıb eliyib verə bilərəm. Bax belə, e, yəni mən qaçmıram, şeyləmirəm, neynəmirəm. Sizi də mən başa düşürəm. Bax belə. Yəni, hissə-hissə aylara bölüb, yavaş-yavaş sizə o pulu qaytararam. Bax belə. Başqa cür eliyə bilmərəm. Yəni Mingəçevirə gəlib, lap gəldiz, qanqaraçılıq, yəni onsuz da qanqaraçılıqdı, bayramın ilk günüdü, yəni o nə deyim vallah". "WhatsApp Audio 2025-05-03 at 10.51.37__ecbe7bc4.dat“ adlı fayldakı səs yazısının Zərərçəkmiş şəxs aid olması müəyyən edilmiş, həmin səs yazısının məzmunu aşağıdakı kimidir: -“Mütləq görüşəcəm siznən, hələ həftənin ikinci günüdü. İnşallah görüşəcəm, belə də keçən dəfə dedim də, yəni gücüm çatanı, bacaracağımı, o hesabı indi qiymətlər düşən vaxtıdı, hələ ki, treyd etmək çox risklidi. O hesabı əvvəlki vəziyyətinə qaytaracam, qısa bir müddətdə. Keçən dəfə şey, necə ki, qiymətlər ağzı yuxarı gedəndə qaldırmışdım, elə qaldıracam, qalanını amma belə aylıqlara bölərik, yəni onu yarısını da belə, hissəhissə ödəyərəm. Yəni, bilirsiz ki, mənim burda xeyrim olmuyub, özünüz məndən yaxşı bilirsiz. Yəni, mən bunu tap deyə gedib hardansa ala da bilmərəm. Mənim kimimkimsəm, heç kimim yoxdu, yəni belədə ki, yəni başqa cür də nə isə olmur da, alınmır. Hə belə, hə görüşüb oturaq, danışaq, məsləhətləşək, yəni belə-helə eliyərəm, yoluna qoyaram, yəni inşallah. Nə deyim başqa? İndi mən burdan, yenə deyirəm, mən istəyərdim ki, xeyir olsun, amma olmuyub, bu amma sizin də ziyanınız olmasın istəmirəm. Heç bir halda ziyanınızın olmasını istəmirəm. Bu mənim prinsiplərimə ziddir. Nə qoymusuzsa dollar bazında, hə onu götürəcəksiniz. Onu da dediyim kimi, ancaq hissə-hissə eliyə bilərəm də. Yəni, belə. Birdən-birə mənim ona gücüm çata bilməz. Heç bir halda. Bəlkə işim elə yaxşı gedər ki, elə yaxşı olar ki, eliyərəm. Mütləq görüşəcəme, mütləq. Prosto əsəblərim çox pozulmuşdu. Üzürlü sayın, həqiqətən də çox pozulmuşdu. Bir ara yəni, psix kimi olmuşdum, konkret yəni belə pis çıxmasın, dəlixanalıq olmuşdum, mənə yazılan dərmanları görsəz deyərsiz ki, ə bu konkret dəli üçün yazılan dərmanlardı. Hə. üzürlü sayın, inşallah görüşüb danışarıq da dərdləşərik, bir yerə uzlaşarıq, düşünürəm ki". “WhatsApp Audio 2025-05-03 at 10.51.48_9451c3bc.dat” adlı fayldakı səs yazısının Zərərçəkmiş şəxs aid olması müəyyən edilmiş, həmin səs yazısının məzmunu aşağıdakı kimidir: -“Salam məleykim. Sizin də bayramınız mübarək olsun. Mən üstünüzə sağlıq, bir neçə gündür, papadan sonra çəkdiyim stresdən dolayı müalicə olunuram, e sinirim tutubdu, düz-əməlli tərpənə bilmirəm yerimdən. Hə çox stres, çox həyəcan keçirdim, onun birdən-birə elə olmağına görə. Hə ona görə indi yavaş-yavaş düzəlirəm demək olar ki. İndi düzdüye, indi tam davamlı müalicə olunmalıyam, yoxsa belə pis nəticə verə bilər. Yəni, ona görə başım qarışıqdı, yəqin ki, görürsünüz heç bir internetdə, sosial şəbəkələrdə yoxam, silmişəm telefondan. Stresdən uzaq durmağa çalışıram, çünki həkimlər belə məsləhət görüb, yəni inanmırsızsa resepti çəkim atım? Belə. O ki, qaldı, e pul məsələsinə, onnan bağlı danışarıq, yığaram sizə danışarıq, e, bu ay ərzində e, deyəndə ki, bunu mən birdən birə belə eliyəmmərəm, ama danışarıq da. Hə onu həll eliyərəm. Nəsə bir şey eliyərəm, qrafikə bölərik, neyniyərik. Yəni, elə eliyərik. Mən sizə əvvəldən də demişəm. Belə. Amma çox, e, nə bilim belə vəziyyətə gəlsin mən də istəməmişəm. Orda əslində gərək binansda saxlamıyardıq, sonuncu dəfə mən sizə dedim ki, başqa yerdə olsa, hə bunu qaytara bilərik. Ama binansda nə qədər elədik, eliyə bilmədik. Olsun, gələrəm indi, bir balaca yeriyə bilim, gələrəm, görüşərik, e nə lazımdı eliyərik. Ordakını da çıxardıb verərəm sizə, qalanını da bölüb verərik də, hissə-hissə verərəm yəni. Belə, başqa nə deyim? Ordan mən xeyir görməmişəm, İndi sizə də xeyir verə bilmirəm, xeyir verməmişəmsə də, nədisə hesablaşarıq, nə götürmüsünüz bu günə kimi, nə olub, nə olmayıb, haqq-hesab halallaşarıq. Yəni buna sektorda bir günlük, iki günlük gəlməmişəm ki. Yəni, belə xırda şeylərin söhbətini eliyim. Yəni, olmuyub da, qismət olmuyub. Mən buna nağara bilərəm, neyniyə bilərəm? Əlimdən nə gəlir elədim. Bir neçə dəfəyə. Neçə dəfə fürsət yarandı, hər dəfə başqa-başqa, elə ekstriınal şeylər çıxdı ki, axırıncı dəfə bitkoin bir gecədə 10 min düşdü. Heç bir şey, yəni indi necə istəyirsiz elə də fikirləşin. Hə işləmədi, neynəmədi, neynədi belə. Bu gün artıq hamı bilir ki, binansda pul yoxdu, yəni bunu hamımız bilirik. Yəni, treyd üçün gərək insayd məlumatı ötürsün süni intellekt. Olmur da, yəni mümkün deyil, bunu kim edirsə indi Allah xeyir versin. Nə deyim. İşi mən şansa buraxammaram. Bir balaca özümə gəlim, öz işlərimi yoluna qoyum, özümün işlərimdə də bir balaca sıxıntılar, problemlər var, ona görə inanırsız heç gözümə heç nə görünmür, hə birinci oları yoluna qoyum, ordan əldə elədiyim pulnan da sizin pulunuzu, yəni belə deyək də, əslində 50-nin 50-yə girmişdik əvvəldən. Amma olsun da, necə istəyirsiniz elə də eliyək. Yəni, siz nətər istəsəz elə də eliyərik. Amma pul olmuyanda mən nətər tapıb verəcəm? Hardan alıb verə bilərəm? Yəni, bu mümkün olan şey deyil. Yəni, mən onu heç cür qaytara bilmərəme, belə, yəni məni vurub öldürsəniz belə. Dediyim kimi, onsuz da stresli, həyəcanlı bir həyatım var. Seçkidə elədiyim borcları hələ də qaytara bilməmişəm vallah. Yəni, hissə-hissə hər ay. müəyyən qədər verirəm ordan. Belə". “WhatsApp Audio 2025-05-03 at 10.51.49_360d3173.dat" adlı fayldakı səs yazısının Zərərçəkmiş şəxs aid olması müəyyən edilmiş, həmin səs yazısının məzmunu diskdə olan "WhatsApp Audio 2025-05-03 at 10.51,37_ecbe7bc4.dat” adlı səs yazısının təkrarı olması müəyyən edilmişdir. “WhatsApp Audio 2025-05-03 at 10.51.50_4724c53e.dat” adlı fayldakı səs yazısının Zərərçəkmiş şəxs aid olması müəyyən edilmiş, həınİn səs yazısının məzmunu aşağıdakı kimidir: - “Salam, e, hə baxdım indi, salam da yazdım sizə, e, mən dünənlərim, xəbər eliyəcəkdim, mesajı gördüm, bir az belə mənə çox pis təsir elədi deyə salamsız zadsız bir başa mövzuya keçmək və mən təzədən Mingəçevirə gəlmişəm. Burda bir qohum var Rusiyada yaşayan, onun toyudu deyə burda tək qalmasın deyə onun yanına gəlmişəm, qayıdacam inşallah, xəbər eliyəcəm görüşəcəyik. E danışmağa gəldikdə isə siz hamısını demisiz, yəni daha sizin deməyə sözünüz yoxdu. Sözü olan bir dənə mənəm. E indi görüşərik, danışarıq, mən də əslində sözümü dedim mən də. Çünki mən e, mən də istəyirəm görüşmək, belə normal sakit bir yerdə gedib oturub söhbət eliyərik. Prosto indi bu aralar alınmadı məndə. Hə belə. Çünki çox aramızda xoş olmayan şeylər oldu. Dediyim kimi yanvarı biri o mesajı görmək mənə çox belə, yəni sizin haqqınızda mən belə çox yaxşı fikirdə olmuşam. Hə mənə çox pis təsir elədi. Onsuz da indi danışmağın mənası yoxdu, çünki indi, mən heç nə eliyə bilmirəm bu vəziyyətdə, heç bir halda indi ayın axırına kimi demisiz, yəni e ortası zadı görüşərik, e mən demişəm, hansı şəkildə mən o vəziyyətdən sizi çıxarda bilərəm. Çünki, mən ordan pul çıxartmamışam. Yəni, mən ordan pul çəkməmişəm ki, mən deyim ki, pul çəkmişəm sizin pulunuzu götürmüşəm, neynəmişəm. Mən sadəcə yenə deyirəm orda ziyannığ olub, ona kömək eliyib, onu da ancaq, yəni mərhələli şəkildə eliyə bilərəm. Da belə məndə 10 min olsa, gedərəm belə pis çıxmasın koin alaram, iki ay gözləyərəm, orda bir 5x, 10x verən nə bilim 100x verən, 500x verən koinlərİn birini tutaram pul qazanaram da. Yəni e, məndə 10 min hardandı? O keçən dəfə deyirsən ki, torpağını sat, neynə. Mənim torpağım olsa, düzdü əvvəl pandemiya dövründə nə isə bir şeylər eləməyə çalışdım, odakı sağ olsun, şey qohuməqrəba elə başımı şeylədİlər ki, heç o da qismət olmadı. Bir dənə dədədən-babadan qalma məhlədi, 29 nəfər qeydiyyatda adam var. Hə bax belə. Yəni e, mənim bu günə kimi mən neynəmişəm, hamısına özüm nail olmuşam. Yəni, mənim elə bir yaxınım yoxdur gedib hardansa borc alım neyniyim. Borc ala bilsəydim işlərimi böyüdərdim, hər işi dişimnən, dırnağımnan işimə nail olmuşam. Çox istiyərdim görüşmək bu gün, öz də ofisdə. Yəni axşam yazacaqdım, karoçe dedim mesaj biraz şey, xoşuma gəlmədi, əsəbləşdim, cavab verəmmədim. Çünki özümü zatən şəxsi məsələlərdən dolayı, məni çox narahat eləyir də şəxsi məsələlər ki, onları yola qoya bilmirəm. Çünki, rəsmən məni şantaj eləmisən, rəsmən. Konkret ki, səni sektorda biabır eliyirəm, gəlirəm Mingəçevirə. Yəni, mən belə pis çıxmasın, e demirəm ki, hələ ki, demirəm ki, get nəbilim məhkəməyə ver, filan. Bunları üzbəüz bir kafedə zadda oturarıq danışarıq. Yəni e, başa düşürəm ki, yəqin ki, nəyəsə əsəbləşmisiz, hayfını məndən çıxırsız, ya nəsə. Belə. O ki qaldı orda koini mən neçə dəfə 2 mindən 17 minə qaldırmışam, bir dəfə 3 mindən 13 minə qaldırmışam. Bir dəfə də 6 mindən 11.700-ə qaldırmışam. Yəni, bunu orda eliyə bilirəm, özünüz görmüsüz, bilirəm. Keçən il, 2021-də, nə isə. Çox əsəbiləşirəm həqiqətən. Çünki gözləmədiyim adamdan gözləmədiyim hərəkətlər, bu mənə həqiqətən çox pis təsir eliyir. Ama olsun, həyatdıda, üç günlük, beş günlük gəlmişik, onu deməyə. Mütləq görüşəcəm, mütləq, özüm çünki, mən uşaq deyiləm, mən o sözlərin yiyəsi oğlan da deyiləm. Oturarıq sakit başla hər ikimiz çox sakit başnan e rahat oturub danışarıq, mən heç kəsə ziyan vuracaq adam da deyiləm, ama belə oturarıq, yəni mən sizin həmişə xətrinizi istəmişəm, həmişə dəyər vermişəm, bir lider kimi, bir dost kimi. Sakit başnan danışarıq həll eliyərik, yəni, axırıncı dəfə uje gözlədim ki, 11 min olanda gözlədim 20 olsun elə halallaşaq, yə 17 olsun elə halallaşaq, olmadı da. O ki qaldı bitkoin məsələsinə, bitkoin zatən dünən qrafıknən analiz eliyən dostlarıma baxıram, bitkoin zatən yenə əvvəlki vəziyyətini alacaq, yəni gözlüyərəm onu da. Ama düzgün deyil də indi mən burda ziyannığ olubdu. Hə yenə deyirəm mən ordan pul çıxarmamışam, borc deyil bu. Sadəcə bir yoldaş kimi, nə bilim insan kimi istəmərəm ki, kiməsə ziyannığ dəysin, o mənim borc deyil mən sizdən borc götürüb xərcləməmişəm, bu belə. Çox əsəbiyəm həqiqətən. Qoy bir balaca özümə gəlim. Çünki, tək siznən bağlı deyildə, mənim evnən bağlı problemlərim var, yəni burda danışa bilmədim. Problemlərim var, üzbəüz görüşəndə deyəcəm. Belə. Özünüzə yaxşı baxın, Allah köməyiniz olsun, uğurlarınız bol olsun. Hərdən eşidirəm ordan burdan uğurlarınızı sevinirəm. Sosial şəbəkələrə girmək imkanım yoxdu təəssüf ki. Mütləq görüşəcəm, o gün görüşmək istəyirdim əslində, indi gözləmədiyim bir şey oldu, ona görə gələmmədim. Belə”. "WhatsApp Audio 2025-05-03 at 10.51.50_d0bcc570.dat" adlı fayldakı səs yazısının Zərərçəkmiş şəxs aid olması müəyyən edilmiş, həmin səs yazısının məzmunu aşağıdakı kimidir: - '‘Salam, sabahınız xeyir olsun, salamatçılıqdı? Zəng gəlib eşitməmişəm, yatmışdım, Hə danışarıq, görüşərik. Nə olubdu? Vəziyyət şeynən bağlıdısa, düzəlmiyibe birjada vəziyyət ki, orda nəsə hərəkət eliyə bilim. Başqadakı kriptodan başqa işnən məşğul olmuram da. Ama düzəlməlidi yaxın günlərdə. Bu gün fedin axırıncı iclası olacaq, ondan sonra düzəlməlidi, yəni kripto ilə bağlıdısa. Qazana bilmirəm. İndi sektor çöküb, hə onnan bağlıdısa, ama nəzarətimdədi, yəni bir balaca dirçəliş olan kimi başlıyacam inşallah. Lap yalançı olsa belə. Yəni, özünüz də bilirsiz ki, keçən il 2 min dolları 17-yə qaldırmışam iki də. Bu dəfə elə olan kimi düzəldəcəm vəziyyəti. Lazım kriptoda bütün işlərim dayanıb, özüm mən şeyliyəcəm, mənim bütün işlərim dayanıb. Çox pis təsir eliyir mənə. Keçən dəfə də xəstə idim, görüşə bilmədim. Bu yayın karonasından olmuşdum. Hə dayı mən indi neyniyim, axırıncı dəfə Romada bitkoin 47-dən 17-yə düşdü mayda. Yəni, mən onları sektor belədi də, heç cür eliyə bilmirəm. Heç cür şey eliyə bilmirəm. Yenə nəsə alım eliyim, belə məcburam özüm o şeyi həll eliyəm. Özüm də həll eləmək üçün sektorda bir balaca dirçəliş olmalıdı da. Ona görə gözləmirdim yanvar ayında gözləntim o idi ki, həmişəki kimi olaraq, həmişə iyun ayının axırına kimi çəkirdi sektor. Elə olsaydı normal olacaqdı, bu da bu dəfə mayda olsu, burda elədi, hər dəfə gözləntini hər dəfə çaşdırırlar. Hə, o, neçə gündü biraz həyəcanlı stresli keçir, bitkoin düşür, e istəristəməz o bütün İşlərin hamısını korlayır, görüşərik inşallah, nə oldu, salamatçılıqdı? Nə olubdu? İnternetə girə bilmirəm iki gündü, yəni pulnan bağlı məsələdisə, mən bu dəqiqə heç cür həll eliyə bilmirəm, heç cür. Nətər eliyim? Ama bir balaca tərpəniş olan kimi həll eliyəcəm. Çünki, işim düzəlsin saytımızda bağlanıbdı, uje hər tərəfdən iş dayanıbdı. Başqa problemlər yaradırlar, başqa şeylər var, ona görə gözləmədiyim şeylər olur, deyəssən ki, indi dayanıb da. Başqa cür yolu yoxdu, neyniyim vurum özümü öldürüm? Çox pis təsir edir mənə. Mən başa düşürəm, həll olunmalıdı, ama orda 2 yerə bölmüşük də, özü özünü ana məbləği qaytaracaq, qiymət düzələn kimi və buna baxmayaraq mən də bu tərəfdən eləyəcəm də, qoy mən durum üzümü yuyum özümə gəlib əlaqə saxlayarıq” (cild 2, iş vərəqi 233-238). - cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X4 yazmış olduğu vəsatətə qoşma olaraq əlavə edilmiş 01 ədǝd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 255-272, 325). - xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 21 aprel 2025-ci il tarixdə Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-151-2025 saylı qətnaməsinə əsasən iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı pul tələbinə dair iddiası rədd edilmişdir (cild 2, iş vərəqi 274). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş zərərçəkmiş şəxsə və şahidlərə bilavasitə və müdafiəçiləri vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs nə özü, nə də ki, yaxın qohumları barədə hədə-qorxu gəlmədiyini, Zərərçəkmiş şəxs və ailə üzvlərini öldürəcəyi, habelə azyaşlı övladını oğurlatdıracağı hədəsi ilə ondan hər hansı pul məbləği tələb etmədiyini, habelə bu məqsədlə hər hansı şəxslə cinayət əlaqəsinə girmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs bildirdiyinə görə, eyni siyasi təşkilatda üzv olduğu Zərərçəkmiş şəxs 2016-2017-ci illərdən tanımış və sonuncunun kriptovalyuta üzrə mütəxəssis olduğunu bildiyindən və Zərərçəkmiş şəxs bu işdə yaxşı gəlir əldə etməyin mümkünlüyünə onu inandırdığından o, bitkoin almaq qərarına gəlmiş, Zərərçəkmiş şəxsla görüşərək onun üçün hesab açmasını, bitcoin almasını xahiş etmiş, Zərərçəkmiş şəxs 10.000 ABŞ dolları vermiş, Qurbanəli də onun iştirakı ilə dünyaca tanınmış Binance platformasında hesab açmış, bitcoin almışdır. O, 10-20 gün sonra qiymətin həqiqətən yüksəldiyini görmüş və ikinci bitcoini almağa qərar vermişdir. Beləliklə, Zərərçəkmiş şəxsla görüşərək sonuncuya 10.000 ABŞ dolları vermiş, ikinci bitcoini almasını istəmişdir. Zərərçəkmiş şəxs onun razılığı ilə həmin pula bitkoin deyil, altkoinlər almışdır. Əvvəllər onun hesabındakı məbləğ artsa da, bir müddət sonra kəskin azalma baş vermiş, onun müraciəti ilə Zərərçəkmiş şəxs məbləği müəyyən qədər qaldırmağa nail olmuş, lakin sonradan məbləğ yenidən düşmüşdür. O, məbləğin düşməsində Zərərçəkmiş şəxs təqsirli hesab etdiyindən bir bitkoinin həmin məqama olan dəyər məbləğini və ikinci dəfə verdiyi məbləği, ümumilikdə 45.000 ABŞ dollarını Zərərçəkmiş şəxs tələb etmiş, həmin məbləği qaytaracağı barədə öz ofisində sonuncudan iltizam almış, bu zaman, habelə sonrakı dövrlərdə Zərərçəkmiş şəxs hər hansı hədə-qorxu gəlməmişdir. Daha sonra Zərərçəkmiş şəxs məbləği ödəmədiyindən məhkəmədə sonuncuya qarşı iddia qaldırmış və məhkəmə onun xeyrinə qətnamə qəbul etmişdir. O, Zərərçəkmiş şəxs öz vəsaitini tələb etmişdir. Hesab edir ki, onun həbsi siyasi sifarişlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməsinə tənqidi yanaşır və hesab edir ki, onun ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə uzlaşmır. Belə olan halda onun ifadəsinin həqiqiliyi şübhə doğurur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadələri zərərçəkmiş şəxsin, şahidlərin ibtidai istintaq və məhkəmədə verdikləri ifadələri, habelə işin digər materialları ilə təkzib olunmuşdur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirsizliyini sübut etmək üçün qeyd etdiyi həmin xüsusatlar əsassızdır. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə REAL Partiyasında Cumhuriyyətçi platformasında olan zaman tanışlıqları yaranmış, o, sonradan partiyadan ayrılsa belə, dostluqları davam etmişdir. Təqsirləndirilən şəxs xahişi ilə sonuncu üçün Binance platformasında hesab açmış, Təqsirləndirilən şəxs 2 dəfəyə təqdim etdiyi 20.000 ABŞ dollarını həmin hesaba yerləşdirmişdir. İlk vaxtlarda həmin hesabda apardığı əməliyyatlar zamanı hesabdakı məbləğ artmış, hətta Təqsirləndirilən şəxs 3.000 ABŞ dolları qazanc əldə etmişdir. Lakin sonradan birjalarda qiymətlərin enməsi səbəbindən hesaba yerləşdirilmiş məbləğ kəskin azalmışdır. İlk dəfə azaldıqda o, əməliyyatlar apararaq ana məbləği demək olar ki, bərpa etmişdir. Daha sonra Vətən müharibəsi dövründə internet kəsilmələri ilə bağlı o, hesaba nəzarət edə bilməmiş və məbləğ yenidən azalmışdır. Təqsirləndirilən şəxs bu məsələdə onu təqsirli bilmiş və ondan bitkoin tələb etməyə başlamış, o, Təqsirləndirilən şəxs həmin düşmənin real səbəbinin onunla bağlı olmamasını başa salsa da, sonuncu bitkoini ondan tələb etməkdə davam etmişdir. Daha sonra 2022-ci ilin yanvar ayında onlar Təqsirləndirilən şəxs arvadı Samirə Qasımlının ofisində görüşərkən Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlmiş, ertəsi gün Azər Qasmlının “Axundov parkı”nın yaxınlığında yerləşən ofisində Azərlə görüşmüşlər, o, sonuncunun hədəsi altında onun Azərə 45.000 ABŞ dolları məbləğində borcu olduğunu təsdiq edən sənədi imzalamağa məcbur olmuşdur. Bundan sonra o, iki dəfəyə Təqsirləndirilən şəxs 2.000 ABŞ dolları vermişdir. Lakin Təqsirləndirilən şəxs hədələri davam etmiş, bu səbəbdən o, Türkiyəyə getmək məcburiyyətində qalmış, daim qorxu altında yaşamışdır. Hətta bu ərəfədə viza məsələlərin həll etmək üçün Azərbaycana gəldiyi zaman ona tanımadığı Türkiyə nömrəsindən zəng gəlmiş, telefonda danışan şəxs özünü oğru aləmindən biri kimi təqdim edərək söyüş söyərək ona “bizim əlimiz hər yerə çatır, hər şeyi edə bilərik” deyə hədə-qorxu gəlmiş, ondan həmin gün 8.000 ABŞ dolları, ümumilikdə isə 43.000 ABŞ dolları məbləğində pul göndərməsini tələb etmişdir. O, zəng edən şəxsə Təqsirləndirilən şəxs adlı şəxsi tanımadığını demişdir. Bu söhbətdən sonra Azərlə yenidən əlaqəsi olmuşdur. Azərə artıq polisə şikayət edəcəyini, hüquqi yollara əl atacağını demişdir. Nəticədə, Azər ondan qabağa düşərək məhkəməyə müraciət etmişdir. Azər onu ailəsi ilə, valideynləri ilə, oğlu ilə, arvadı ilə hədələmiş, hədəsinin məzmununda isə onları öldürtmək, həyatlarını məhv etmək olmuşdur. O, məsələnin şişməməsi və sülh yolu ilə həll edilməsi üçün hətta Azərə 20.000 ABŞ dolları ödəməyə razı imiş. Lakin Azər onunla razılığa gəlməmişdir. Azərlə hələ aralarındakı münasibətlər yaxşı olan dövrdə o, “yaxşı ki, mafyanın əlinə düşməmisən, mənə xəyanət etdin, bundan sonra ortaqlıq yoxdur, mənə dəymiş zərəri tam şəkildə geri qaytar” demişdir. Təqsirləndirilən şəxs ona borcu olduğunu bildirmişdir, halbuki, o, Azərdən heç vaxt pul almamışdır, bu səbəbdən Azərə borcu ola bilməzmiş. Kommersiya Məhkəməsində də dəfələrlə Təqsirləndirilən şəxs borcu olmadığını bildirmişdir. Onların sadəcə iş birlikləri olmuş, sonradan kriptovalyutaların dəyəri düşdüyündən o da ziyan etmişdir. Onun heç bir zaman Təqsirləndirilən şəxs hesabından pul çıxarmaq imkanı olmamışdır, belə ki, hesablar 3D təhlükəsizlik kodu ilə qorunmuşdur. Hesabdan hər hansı çıxarış olan zaman mail sahibinin özünə təhlükəsizlik kodu göndərilirmiş, həmin şəxs də hesabdan hər hansı çıxarış edildiyini anlamışdır. O, bunu bildiyi halda, heç vaxt Təqsirləndirilən şəxs hesabından çıxarış etməzmiş. Azər kriptovalyuta hesabını onun üçün alqı-satqını həyata keçirməsi ilə bağlı vermiş, bu səbəbdən həmin hesabda sadəcə alqı-satqını həyata keçirmişdir. Azərin ondan tələbi daim bitcoin üzərindən olmuşdur, heç bir zaman onu pulunun mənimsənilməsi ilə ittiham etməmişdir. O, Azərə ona qarşı olan bitcoin tələbində haqsız olduğunu izah etmişdir. Təqsirləndirilən şəxs ona bitcoini hansı yolla olursa-olsun alacağını demişdir. Həmin dövrlərdə bitcoinin bir ədədinin qiyməti 35.000 ABŞ dolları imiş, Təqsirləndirilən şəxs isə qoyduğu pulun məbləği maksimum 20.000 ABŞ dolları olmuşdur. Ondan tələb etdiyi məbləğ də 45.000 ABŞ dollar olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin atası Şahid1 da ifadəsində zərərçəkmiş şəxsin ifadələrini əsasən təsdiq edərək göstərdi ki, oğlu Zərərçəkmiş şəxs ona zəng edərək, Təqsirləndirilən şəxs bir gün ərzində pulu ödəməsini tələb etdiyini, hətta hədə-qorxu gəldiyini bildirmişdir. Onun bu pulun nə məsələ olduğunu soruşduqda, Qurbanəli demişdir ki, Azərlə birgə işləyiblər, daha sonra borcu yaranıb və Azər ondan bu pulu tələb edir. Narahatlığı səbəbindən o, gəlinini və nəvəsini Mingəçevirə aparmışdır. Hətta uşağı bağçaya aparanda belə evinin yandırılmasından və uşağın oğurlanmasından qorxmuşdur. Azər onu Mingəçevir Şəhər Məhkəməsində gedən prosesə çağırmadığı halda, o, özü getmiş, pul məsələsini həll edəcəyini və hədə-qorxu gəlməməsini bildirmişdir. O, həyətində saxladığını mal-qarasını 3.400 manata sataraq Təqsirləndirilən şəxs vermiş, Azər isə “bu pul heç nədir, sən ilk olaraq 10.000 manat ver, sonra bir dəfə də 10.000 manat verərsən, növbəti ödənişlərə də baxarıq”. Lakin, sonradan məhkəmə prosesində iştirak edərkən Qurbanəlinin səsyazmaları dinlənilmiş və həmin səsyazmalardan aydın olmuşdur ki, Qurbanəlinin Azərə borcu yoxdur. O, əsəbindən ağlayaraq məhkəmədə Azərə “Allahın bəlasına rast gələcəksiniz” demişdir. Şahid1 ibtidai istintaq zamanı da, oğlu Qurbanəlinin ona zəng edərək Təqsirləndirilən şəxs borcunun olmadığı halda sonuncunun onun özünü və ailə üzvlərini öldürəcəyi ilə hədələdiyini, hətta oğlu Qurbanəlinin özünü oğru aləminin üzvü kimi təqdim edən Azərin tanışının da Qurbanəliyə zəng edərək eyni qaydada onu hədələdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin anası Şahid2 ifadəsində, Təqsirləndirilən şəxs onun oğlundan 45.000 ABŞ dolları tələb etdiyini, Qurbanəlinin isə Azərə hər hansı borcu olmadığını bildirdiyini, həyat yoldaşının olanqalan mal-qaranı sataraq pulu ödəməyə başladığını, həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən nəvələrinə xəsarət yetiriləcəyindən və evlərinin yandırılacağından qorxduğu üçün Bakı şəhərinə gəlib, nəvəni də götürərək Mingəçevir şəhərinə qayıtdığını, oğlunun atasına zəng edərək Türkiyədə olarkən Təqsirləndirilən şəxs və onun adamları tərəfindən təhdid olunduğunu deməsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin xalası oğlu Şahid3 ifadəsində, Türkiyənin Antalya şəhərində yaşayarkən Qurbanəlinin onun yanına gəldiyini və onunla bir evdə yaşadığını, Qurbanəlinin narahatçılıq içərisində olduğunu, nə baş verdiyini soruşduqda, Qurbanəlinin üstüörtülü şəkildə problemlər yaşadığını, Azərlə arasında kriptovalyuta ilə bağlı problem olduğunu, bununla əlaqədar tez-tez zənglər aldığını, Bakıya gələn zaman Qurbanəlinin kefsiz olduğunu gördüyü üçün ondan nə baş verdiyini soruşduğunu, Qurbanəlinin ailəsi ilə və uşağının oğurlanması ilə hədələndiyini, bu hədələrin telefon zəngləri vasitəsilə Təqsirləndirilən şəxs tərəfindən edildiyini qeyd etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, əlyazma şəklində tərtib edilmiş sənəddən də görünür ki, Təqsirləndirilən şəxs özünə 2022-ci ilin avqust ayınadək 45.000 ABŞ dolları ödəməyi öhdəsinə götürməsi barədə sənədi Zərərçəkmiş şəxs imzalatdırmışdır. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan üzləşdirmə protokolları və digər istintaq materialları ilə tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxsnın dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsnın ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs öz pulunu tələb etməsi iddiasını da əsassız hesab edir. Belə ki, məhkəmədə sübut olundu ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə borc və ya saxlama məqsədilə hər hansı pul məbləği verməmişdir, onun təqdim etdiyi pul isə zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs adına açılmış kriptovalyuta hesabına yerləşdirilmişdir. Bu halı o da təsdiq edir ki, cavabdeh Zərərçəkmiş şəxs 41.000 ABŞ dolları məbləğində pulun tutulub iddiaçı Təqsirləndirilən şəxs verilməsi haqqında Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(051)-630/2024 nömrəli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2(107)-878/2024-cli il nömrəli qərardadına əsasən ləğv edilərək iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmiş və Şəki Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-2(117)- 151/2025 nömrəli qətnaməsinə əsasən iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Təqsirləndirilən şəxs siyasi sifariş əsasında həbs edilməsi barədə iddiasının isə nə hüquqi, nə də ki məntiqi əsası məhkəmədə təsdiqini tapmamışdır. Belə ki, onun ittiham edildiyi cinayət ictimai və ya hər hansı digər fəaliyyəti ilə əlaqədar deyil, mülkiyyət əleyhinə olan hüquqa zidd əməl hesab olunur. Ondan şikayət verən şəxs isə Təqsirləndirilən şəxs ilə uzun müddət yoldaşlıq və dostluq münasibətində olmuş, habelə bir partiyada təmsil olunan şəxsdir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bu kimi məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, məhkəmə cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrinə və digər sübutlara əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli 2 saylı Qərarının 1-1, 3 və 3-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-in 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləcəyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd edir ki, hədəqorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Məhkəmə hazırkı iş üzrə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, eyni zamanda Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarlarındakı müddəaları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətini törətməsi tam sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Dəniz Qasımlı, xx.xx.2015-ci il təvəllüdlü Altan Qasımlı və xx.xx.2003-cü il təvəllüdlü Azərin Qasımlı adlı uşaqları vardır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını həmin Məcəllənin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəza təyin edilməsinin ümumi əsaslarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsinin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 09 dekabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 dekabr 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimə fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23, 162-169, 228- 232; cild 2, iş vərəqi 34-38, 39-45, 131-134, 240-245). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 08 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi X4 yazmış olduğu vəsatətə qoşma olaraq əlavə edilmiş 01 ədǝd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən təqdim edilmiş 01 ədǝd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın verilmədiyi və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar