Məhkəmə qərarları › İş №1(101)-1423/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1423/2024

27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1423/2024 27.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), X4, Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Suraxanı rayon məhkəməsinin xx.xx.2019cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9 nömrəsiz fərdi tikili evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirli Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan Məhəmməd adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələr və psixotrop maddələri 300 manat pul və müəyyən miqdarda öz şəxsi istifadəsi üçün verilən narkotik vasitə müqabilində deyəcəyi yerdən götürüb başqa şəxslərə verməklə satışda vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 14 sentyabr 2023-cü il tarixdə günorta saatlarında bir qrup şəxs halında həmin şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən Məscidin yaxınlığında qoyduğu 69,384 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 7,012 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 112,022 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək, 2,37 qram çəkidə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təsiredici maddəsinin təmiz çəkisi 0,28 qram olan 07 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə metadon dərman tabletləri götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək daşımış, içərisində təsiredici maddəsinin təmiz çəkisi 0,28 qram olan üzərində “Methadone 40... Faran” yazıları olan blister kəsiyində ümumilikdə 07 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə metadon dərman tabletləri, 01 ədəd sellofan bükümdə çəkisi 2,37 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, çəkisi 7,012 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, çəkisi 5,031 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini ayırıb üzərində, 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,944 qram, 12,409 qram, ümumi çəkiləri 64,353 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 01 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 112,022 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəki etibarnamə ilə idarə etdiyi “KİA RİO” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 17 sentyabr 2023-cü il tarixdə saat 00:20-də Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 01:40-dan 01:55-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən “Winston” markalı siqaret qutusunun içərisində təsiredici maddəsinin təmiz çəkisi 0,28 qram olan üzərində “Methadone 40... Faran” yazıları olan blister kəsiyində ümumilikdə 07 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə metadon dərman tabletləri, 01 ədəd sellofan bükümdə çəkisi 2,37 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, çəkisi 7,012 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, çəkisi 5,031 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra 17 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon polis idarəsinin həyətində onun idarə etdiyi “KİA RİO” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə saat 02:10-dan 02:26-a kimi keçirilən baxış zamanı avtomobilin salonunda saxlanc yerində göy rəngli əl çantasının içərisində 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,944 qram, 12,409 qram, ümumi çəkiləri 64,353 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 112,022 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək, üzərində narkotik vasitə heroinin izləri olan metal qaşıq, kiçik metal qayçı, cib bıçağı və gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə Səbail rayonunda doğum evinin qarşısında dayanan zaman polislər yaxınlaşaraq onu tutmuşlar. Onun maşınında axtarış həyata keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Onu Abşeron rayonu ərazisinə gətirmişlər. Onun üzərində cəmi 04 qram narkotik vasitə heroin olmuşdur. Həmin narkotik vasitə heroin siqaret qutusunun içərisində olmuşdur. Polis əməkdaşları ona təzyiq edərək ona məxsus olmayan narkotik maddəni boynuna götürməsini istəmişlər. Onun avtomobilində idman çantası ümumiyyətlə olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, özü kondisioner ustasıdır. O heroini ancaq çəkmək yolu ilə istifadə etmişdir. Tutulmamışdan 2 ay əvvəldən narkotik vasitə istifadə edirmiş, lakin ağrıkəsici istifadə etmir. Üzərində olan narkotik vasitəni karta pul ataraq deyilən yerdən götürmüşdür. O, Saatlı rayonuna 06 (altı) aylıq müddətə işləməyə gedirmiş deyə üzərində narkotik vasitə götürmüşdür. Narkotik vasitəni 3-4 gündən bir istifadə edirmiş. O, heç vaxt “nəşə” çəkməmişdir. Onun yanında fəhlə işləyən oğlan narkotik vasitə istifadəçisi olmuş, lakin onun bundan xəbəri olmamışdır. Həmin fəhlə onun siqaretinə heroin qatmış, o da çəkmişdir. Onun maşınında qaşıq, bıçaq və tərəzi olmamışdır. O, ağrılara dayana bilməmiş, həmin oğlanla əlaqə saxlamış və həmin oğlan bir neçə dəfə ona narkotik vasitə tapmışdır. Daha sonra həmin şəxs ona nömrə verərək həmin nömrə ilə əlaqə saxlamasını bildirmişdir. O, ilk dəfədir idi ki, narkotik vasitə almış və tutulmuşdur. Onun bədənində xəsarətləri olmuşdur. Belə ki, onun böyrəyi əzilmiş və qızdırması qalxmışdır. Bədən xəsarətləri Bakı istintaq təcridxanasında qeydə alınmışdır. O, tutulan vaxt yanında “Samir” adlı oğlan olmuşdur. Lakinin Samirin adı heç yerdə çəkilməmişdir. Samir də onlarla birlikdə işləyirmiş. Onun telefonunun kodunu Samir açmışdır. Polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitəni aldığı şəxsin tutulması üçün onlara şərait yaratsın. Polislərin ona qarşı olan qərəzli münasibətlərinin səbəbini bilmir. Onun maşınında narkotik vasitə olmamışdır. O, bölməyə gedənə qədər mobil telefonu onda olmamışdır. Şahid1 adlı polis əməkdaşı onu döymüşdür. Şahid2 adlı şəxsi isə tanımır. O nə tutulan zaman, nə də polis idarəsinə gətirilən zaman polis əməkdaşı Şahid2 orada olmamışdır. Ona Samir və Allahverdi adlı polis əməkdaşı yaxınlaşmışdır. Mobil telefonunda aşkar olunmuş sms yazışmalar onun narkotik vasitə aldığı şəxslə olan yazışmalarıdır. O, həmin şəxsin kartına pul atmış, həmin şəxs də öz növbəsində ona narkotik vasitəni qoyduğu yeri demişdir. Həmin yazışmalarda olan bəzi smslərin mətni barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, təxminən 1-2 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə hesab edilən metamfetamin istifadə edir. Təxminən 1 ay əvvəl təsadüfən İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxs onunla əlaqə saxlamış və onun narkotik vasitə alüdəçisi olduğunu bildiyini, bu səbəbdən ona iş təklif etmək istədiyini bildirmişdir. Məhəmməd ona Bakı şəhərində müxtəlif ünvanlarda gizlədilmiş narkotik vasitə və psixotrop maddələri götürməyini və daha sonra onun tapşırığı ilə götürdüyü narkotik vasitələr və psixotrop maddələri kiçik hissələrə bölərək Bakı şəhərində müxtəlif ünvanlarda gizlətməyini bildirmişdir. Bu əməlin qarşılığında hər dəfə götürəcəyi narkotik vasitələr və psixotrop maddələri lazımı yerlərə gizlətdikdən sonra ona 300 manat və götürdüyü narkotik vasitələr və psixotrop maddələrdən şəxsi istifadəsi üçün götürə biləcəyini bildirmişdir. Həmin vaxtı maddi vəziyəti pis olduğuna görə Məhəmmədin təklifi ilə razılaşmışdır. 2023-cü ilin sentyabr ayının əvvələrindən təxminən Məhəmmədin tapşırığı ilə iki dəfə Bakı şəhərindən müxtəlif ünvanlardan narkotik vasitələr və psixotrop maddələri götürüb, onun tapşırığı ilə kiçik hissələrə bölərək müxtəlif ünvanlara yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə Məhəmməd onun saat 14 radələrində Whatsap ünsiyyət proqramı vasitəsi ilə onunla əlaqə saxlamış və Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən Qəbiristanlığın yaxınlığında narkotik vasitə və psixotrop maddələr gizələdildiyini onları götürməyini bildirmişdir. Məhəmmədin tapşırığı ilə həmin ünvandan narkotik vasitə və psixotrop maddələri götürmüşdür. Götürdüyü bükümlərin içərisinə narkotik vasitə heroin, tiryək, marixuana, metodon həbləri və psixotrop maddə hesab olunan metamfetamin olduğunu aşkar etmişdir. Narkotik vasitə tiryək və psixotrop maddə hesab olunan metamfetamin çox olduğuna görə onların bir hissəsini idarə etdiyi “KİA RİO” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda saxlanc yerinə gizlətmişdir. Həmin vaxtı üzərində olan “Winston” markalı siqaret qutusunun içərisinə 07 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə metadon dərman tabletləri, narkotik vasitə heroin və marixuana, psixotrop maddə metamfetamini yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində siqaret almaq üçün idarə etdiyi “KİA RİO” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun qırağında saxlayaraq avtomobildən düşmüşdür. Avtomobildən bir neçə addım uzaqlaşdıqdan sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Abşeron RPİ-nə gətirmişlər. Polis idarəsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Abşeron RPİ-nə inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən “Winston” markalı siqaret qutusunu masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən siqaret qutusu açılmış və içərisində olan maddələrin nə olduğu soruşulmuşdur. Həmin bükümlərin içərisində narkotik vasitə heroin, marixuana, metodon tabletləri və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Əlavə olaraq polis əməkdaşlarına idarə etdiyi “KİA RİO” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları, vəkili və onun iştirakı ilə avtomobilinə baxış keçirilmişdir. Avtomobilinin salonunda olan saxlanc yerindən narkotik vasitə tiryək və psixotrop maddə hesab olunan metamfetamin, metal qaşıq, kiçik metal qayçı, cib bıçaqı və gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Avtomobildən aşkar olunmuş əşyalar zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat tədbiri keçirilmişdir Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində tərəflərindən saxlanılmış və idarəyə gətirilmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, bu zaman siqaret qutusunun içərisində heroin, metamfetamin, həblər və səhv etmirsə, marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri İran vətəndaşı “Məhəmməd” adlı şəxsdən əldə etdiyini və narkotik vasitələri payladığını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus “Kia Rio” markalı avtomobildə də çantanın içərisindən narkotik maddələr aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, 2010-cu ildən daxili işlər orqanlarında çalışır. Hazırki vəzifəsində 2023-cü ildən işləyir. Əməliyyat qrupu 2 nəfər şəxsdən ibarət olmuşdur. Qrupun rəhbəri o olmuşdur. 16 sentyabr saat 23 radələrində Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində olması ilə bağlı məlumat daxil olmuşdur. 17 sentyabr təxminən gecə saat 01-ə işləmiş Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs avtomobilinə baxış vəkilin iştirakı ilə keçirilmişdir. Şəxsin avtomobilindən aşkar edilmiş narkotik vasitələrin növlərini xatırlamır. Ancaq orada tərəzi olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olmasını özü bildirmişdir. Təqsirləndirilən şəxs telefonunda narkotik vasitələrin qoyulduğu yerlərin şəkilləri olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, lakin hadisənin üzərindən uzun müddət keçdiyi üçün hadisəni tam təfərrüatı ilə xatırlamır. İş üzrə ibtidai istintaq zamanı ifadə vermişdir. Həmin ifadəsini təsdiq edir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, təqsirləndirilən şəxsi tanıyır. Əməliyat qrupunun kimlərdən ibarət olmasını isə xatırlamır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, Abşeron RPİ-nin daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. 16 sentyabr 2023-cü il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs “Kia Rio” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olması barədə məlumat daxil olmuşdur. Bu səbəbdən qrup üzvü Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Nefçi Qurban küçəsinə gəlmişlər.17 sentyabr 2023-cü il tarixdə saat 00:20 radələrində yuxarıda göstərilən ünvanda olan zaman orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görmüşlər və həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsi ərazi aidiyyəti üzrə Abşeron RPİ-nə dəvət etmişlər. Həmin şəxs buna etiraz etmədikdən sonra şəxsi idarəyə apararaq barəsində araşdırma aparılması üçün Abşeron RPİ-nin təhqiqatçı X3 təhvil vermişlər. Təhqiqatçı Ş.Vəlişov ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən “Winston” markalı siqaret qutusunu masanın üzərinə qoymuşdur. Siqaret qutusu açıldıqda içərisində 7 ədəd həblər, içərisində kristal şəkilli maddə olan bir ədəd şəffaf rəngli sellofan büküm, içərisində qəhvəyi rəngli maddə olan bir ədəd şəffaf rəngli sellofan büküm və içərisində bitki mənşəli kütlə olan bir ədəd şəffaf rəngli sellofan aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin, 01 ədəd sellfan bükümün içərisində narkotik vasitə heroin, 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin, 01 ədəd bilister içərisində metadon həbləri olduğunu narkotik vaitələri və psixotrop maddələri İran İslam Respublikasının «Məhəmməd» adlı vətəndaşının tapşırığı ilə 14 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən Məscidin yaxınlığında sonuncunun gizlətdiyi yerdən götürdüyünü və üzərindən aşkar olunan maddələri şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, idarə etdiyi avtomobilin salonunda 14 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən Məscidin yaxınlığında sonuncunun gizlətdiyi yerdən götürdüyünü narkotik vasitə və psixotrop maddələrin bir hissəsini saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin tarixdə Abşeron rayon polis idarəsinin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla axtarış aparılmışdır. Avtomobil salonunda saxlanc yerində göy rəngli əl çantası aşkar edilmişdir. Həmin çantaya baxış keçirilən zaman içərisindən metal qaşıq, kiçik metal qayçı, cib bıçağı və gümüşü rəngli elektron tərəzi, 03 üç ədəd sellofan büküm aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs 02 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin, 01 ədəd sellofan bükümün içərisində isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr, metal qaşıq, kiçik metal qayçı, cib bıçağı və gümüşü rəngli elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikndə sonra verilən əlavə suallara cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsə tərəflərindən heç bir psixi və fiziki təsir və təzyiq olunmamış və belə bir halın şahidi olmamışdır. Təqsirləndirilən şəxs Allahverdi adlı polis əməkdaşı ilə birlikdə yaxınlaşmış və idarədə çəkiliş zamanı orada olmuşdur. Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində saxlamışlar. Şəxs saxlanılan zaman tək olmuş və yanında heç kəs olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik maddə olan heroin və metamfetamin üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Abşeron RPİ-də əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-7) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 19-20) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən çıxardığı “Winston” markalı siqaret qutusundan 7 ədəd M40 metadon həbləri, bir ədəd şəffaf rəngli sellofanda metamfetaminə bənzər maddə, bir ədəd şəffaf rəngli sellofana bükülmüş heroinə bənzər kütlə və bir ədəd şəffaf rəngli sellofana bükülmüş qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək həmin narkotik vasitələri 3 gün əvvəl “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşının həmin narkotik vasitələri Suraxanı rayon Günəşli qəsəbəsi ərazisində olduğu yerin məkanını “whatsapp”-da ona atmasını və həmin yerdən götürməsini bildirmiş, üzərində gəzdirməkdə məqsədi isə sonradan həmin İran vətəndaşının ona deyəcəyi məkanlara narkotik vasitələri yerləşdirmək olmuş, bunun müqabilində 300 manat pul alacaqmış və narkotik vasitədən bir qismindən də şəxsi istifadəsi üçün götürmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi Kia RİO markalı **- PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində də narkotik vasitə olduğunu, lakin anası dindar qadın olduğu üçün evində narkotik vasitə saxlamadığını, yalnız üzərində və avtomobilində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirmişdir. Buna görə Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən yoxlama aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd Samsung A13 markalı mobil telefon, bir ədəd avtomobil açarı, bir ədəd 50 manat pul əskinazı və bir ədəd 20 manat pul əskinazı aşkar olunmuş, iş üçün əhəmiyyət kəsb etmədiyindən pul əskinazları və avtomobil açarı özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya başqa qanunsuz hər hansı bir maddə aşkar olunmamışdır. (Cild 1, iş vərəqə 26-28) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs avtomobilin salonunda saxlanc yerində narkotik vasitələr olduğunu bildirmiş, baxış zamanı saxlanc yerindən götürülmüş göy rəngli əl çantasından 2 ədəd şəffaf rəngli sellofanda metamfetaminə bənzər maddə, bir ədəd tərəzi, bir ədəd dəmir qaşıq, bir ədəd dəmir qayçı və bir ədəd balaca dəmir bıçaq aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 3 gün əvvəl “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşının həmin narkotik vasitələri Suraxanı rayon Günəşli qəsəbəsi ərazisində olduğu yerin məkanını “whatsapp”-da ona atmasını və həmin yerdən götürməsini bildirmiş, üzərində avtomobilində gəzdirməkdə məqsədi isə sonradan həmin İran vətəndaşının ona deyəcəyi məkanlara narkotik vasitələri yerləşdirmək olmuşdur. Bundan sonra avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi Kia RİO markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya başqa qanunsuz hər hansı bir maddə aşkar olunmamışdır. Aşkar olunan 2 ədəd şəffaf rəngli sellofanda metamfetaminə bənzər maddə, bir ədəd tərəzi, bir ədəd dəmir qaşıq, bir ədəd dəmir qayçı və bir ədəd balaca dəmir bıçaq götürülərək müvafiq qaydada qablaşdırılmışdır. (Cild 1, iş vərəqə 30-32) Məhkəmə-kimyəvi ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4917 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 7,012 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 01 ədəd bükümdə təmiz çəkisi 5,031 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində “Methadone 40... Faran” yazıları olan blister kəsiyində ümumilikdə 07 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 0,28 qram metadon təsiredici maddəsi müəyyən edildi; üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” (qərara əsasən həmin şəxsin avtomobilindən aşkar olunmuş) və s. yazılar, imzalar olan paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,944 qram; 12,409 qram, ümumi təmiz çəkiləri 64,353 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; metal qaşıq, kiçik metal qayçı və cib bıçağının üzərində narkotik vasitə - heroinin izləri müəyyən edildi. Bu predmetlərdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı; üzərində “Vət. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 112,022 qram tünd qəhvəyi maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəkdir. üzərində “Vət. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə-heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Vət. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş ümumilikdə təmiz çəkiləri 69,384 qram metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. QEYD: metamfetamin ümumi miqdarı 69,384 qram, tədqiqata sərf edildi 0,12 qram, qalıq 69,264 qram. Heroin 7,012 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 6,912 qram. Asetilə edilən tiryək 112,022 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 111,022 qram. Metadon tabletləri ümumi 07 ədəd, tədqiqata sərf edildi 01 tablet, qalıq 06 tablet. (Cild 1, iş vərəqə 42-44) Cinayət işinin materiallarına əlavə edilmiş 18 sentyabr 2023-cü il tarixli, 3-16-16/2- 7/1311 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki. Vət.Təqsirləndirilən şəxs götürülmüş bir ədəd sellofan bükülüdə təmiz çəkisi 2,37qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. QEYD: Marixuananın təmiz çəkisi 2,37 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 2,35 qram (Cild 1, iş vərəqə 46-48) Tutulmuş şəxsin azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron RPİ MSY-dən azad edilmişdir. (Cild 1, iş vərəqə 64) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 66-68) Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 96-99) Mobil telefona baxış keçirilməsi haqqında 26 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 17 sentyabr 2023-cü il tarixdə üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş «Samsung A13» markalı telefona baxış keçirilmiş və baxış zamanı «Whatsapp» proqramında Z.Eİdarovun(Eldar) +98 914 152 7211(Mehemed QaqS) nömrə ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı aşağıdakı məzmunda çoxsaylı yazışmalar aparılması, həmçinin fotoşəkillər müəyyən edilmişdir: xx.xx.2023-cü il, saat 17:53-Eldar: Konuma gelir yekedasin us terefinde koluqun icinde 2k 1p xx.xx.2023-cü il, saat 18:05 Eldar: Konuma geldi turbanin dongesinde zaborun tininde 3k xx.xx.2023-cü il, saat 18:13 Eldar: Kobuma gelir sitin qabaginda koluq var 9k 2p xx.xx.2023-cü il, saat 18:38 Eldar: Konuma gelir 2 agacin arasında 3k xx.xx.2023-cü il, saat 18:47 Eldar: Konuma gelir agacin dibinde 3p xx.xx.2023-cü il, saat 18:47 Eldar: Konuma gelir turbanın dibinde 1k 3p xx.xx.2023-cü il 19:56 Eldar: Konuma gelir turbaların uaninda yogun turba vat onun dalinda 3k xx.xx.2023-cü il, saat 20:16 Eldar:Konuma gelir stolbanin yanida olan otuqda 10p xx.xx.2023-cü il, saat 20:18 Eldar: Konuma gelir koluqda 2k 1p xx.xx.2023-cü il, saat 20:21 Eldar: Konuma gelir turbanin. Tininde 4k 1p xx.xx.2023-cü il, saat 20:34 Eldar: Konuma gelir agacin dibinde 2k 1 xx.xx.2023-cü il, saat 20:39 Eldar: Konumma gelir turbanin. Tininde 4k 1p (Cild 1, iş vərəqə 106-112) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Zeynalov X5 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Həmçinin tələbnamədən və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs AR CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqə 113-124) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işindən istintaq tərəfindən şəxsiyyəti müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri iləbaşqa cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 134- 136) Məhkəmə-narkoloji ekspertizasının 04 dekabr 2023-cü il tarixli, 7934 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 139-140) Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3376 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM- nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 1, iş vərəqə 141-143) Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilib götürülmüş ümumi 69,384 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 69,264 qram çəkidə olan psixotrop maddə metamfetaminin, 7,012 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 6,912 qram çəkidə olan narkotik vasitə heroinin, 112,022 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 111,022 qram çəkidə olan narkotik vasitə asetilə edilən tiryəkin, 07 ədəd və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 06 ədəd narkotik vasitə metadon tabletkalarının, 2,37 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 2,35 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananın, 01 ədəd metal qaşığın, 01 ədəd kiçik metal qayçının, 01 ədəd cib bıçağın, 01 ədəd elektron tərəzinin, Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy A13» markalı mobil telefonun maddi sübut kimi tanınmaqla Abşeron RPİ-də saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə, avtomobilə baxış keçirmə və götürmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişlərin yazıldığı 1 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınmışdır. (Cild 1, iş vərəqə 144-146) “Sübutların qiymətləndirilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 19 sentyabr 2023-cü il tarixdə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 206.2, 206.3.2, 234.1-1, 234.4.2-ci maddələrinin tərkibi olmadığından barəsində bu hissədə cinayət işinin başlanması rədd edilsin və cinayət işindən bu barədə material ayrılaraq Abşeron rayon prokurorluğuna göndərilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilib götürülmüş ümumi 69,384 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 69,264 qram çəkidə olan psixotrop maddə metamfetaminin, 7,012 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 6,912 qram çəkidə olan narkotik vasitə heroinin, 112,022 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 111,022 qram çəkidə olan narkotik vasitə asetilə edilən tiryəkin, 07 ədəd və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 06 ədəd narkotik vasitə metadon tabletkalarının, 2,37 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 2,35 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananın, 01 ədəd metal qaşığın, 01 ədəd kiçik metal qayçının, 01 ədəd cib bıçağın, 01 ədəd elektron tərəzinin, Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy A13» markalı mobil telefonun maddi sübut kimi tanınmaqla Abşeron RPİ-də saxlanılması, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə, avtomobilə baxış keçirmə və götürmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişlərin yazıldığı 1(bir) ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılması nəzərə alınmış, 26 dekabr 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı istintaq tərəfindən şəxsiyyəti müəyyən edilməyən «Məhəmməd» adlı şəxsin barəsində ********* №-li cinayət işinin materiallarından AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* №-li cinayət işinin ayrılması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndi tədbiq edilməmişdir. (Cild 1, iş vərəqə 147-161) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən tutulan zaman üzərində cəmi 04 qram narkotik vasitə heroin olduğunu, aşkar olunmuş narkotik maddələrin və psixotrop maddələrin polislər tərəfindən qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü, polis əməkdaşları ona təzyiq edərək ona məxsus olmayan narkotik maddəni boynuna götürməsini istədiklərini və onun avtomobilində ümumiyyətlə idman çantası olmadığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-3782/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı xəsarət aşkar edilməmiş, sağ saidin ön səthində, sağ qasıqda köhnə çapıq toxuma müşahidə olunmuşdur. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2- 110/2-057738/2024 nömrəli məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə və təzyiqlərə məruz qalması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Abşeron RPİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi halları təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixdə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində tutulan zaman üzərində cəmi 04 qram narkotik vasitə heroin olduğunu, aşkar olunmuş narkotik maddələrin və psixotrop maddələrin polislər tərəfindən qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü, polis əməkdaşları ona təzyiq edərək ona məxsus olmayan narkotik maddəni boynuna götürməsini istədiklərini və onun avtomobilində ümumiyyətlə idman çantası olmadığını bildirmişdir. Şahid1 isə ifadəsində polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirildiyini, bu zaman siqaret qutusunun içərisində heroin, metamfetamin, həblər və marixuana aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin maddələri İran vətəndaşı “Məhəmməd” adlı şəxsdən əldə etdiyini və narkotik vasitələri payladığını bildirməsini və Təqsirləndirilən şəxs məxsus “Kia Rio” markalı avtomobildə də çantanın içərisindən narkotik maddələr və elektron tərəzi aşkar edildiyini, Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olmasını özü bildirdiyini, Təqsirləndirilən şəxs telefonunda narkotik vasitələrin qoyulduğu yerlərin şəkilləri olduğunu və Təqsirləndirilən şəxs tərəflərindən fiziki və psixi təsir və təzyiq olmadığını bildirmişdir. Digər Şahid2 da məhkəmədə verilən suallara cavab olaraq qeyd edilən halları təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə narkotik vasitələrin və psixotrop maddələrin polis əməkdaşları tərəfindən onun boynuna qoyulması, həmçinin avtomobilində ümumiyyətlə çanta olmaması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri, mobil telefona baxış protokolu, və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda avtomobilə baxış keçirilməsi, istintaq dövründə eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 0,28 qram olan üzərində “Methadone 40... Faran” yazıları olan blister kəsiyində ümumilikdə 07 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə metadon dərman tabletləri, 01 ədəd sellofan bükümdə çəkisi 2,37 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, çəkisi 7,012 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, çəkisi 5,031 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin, avtomobilindən ayrılıqda təmiz çəkiləri 51,944 qram, 12,409 qram, ümumi çəkiləri 64,353 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 112,022 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək, üzərində narkotik vasitə heroinin izləri olan metal qaşıq, kiçik metal qayçı, cib bıçağı, gümüşü rəngli elektron tərəzinin aşkar edilməsi, həmçinin istifadəsində olmuş mobil telefonunda narkotik vasitə və psixotrop maddələrin alış verişini əks etdiran SMS-lərin olması işin mübahisəsiz hallarıdır. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə ilə yanaşı narkotik vasitələrin və psixotrop maddələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanması, aşkar edilən narkotik vasitə və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməsini, avtomobilindən narkotik vasitələrin aşkar edilməsi, şəxsi axtarış və götürmə zamanı mobil telefonun üzərindən çıxmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən 17 sentyabr 2023-cü il tarixdə üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş «Samsung A13» markalı telefona baxış keçirilmiş və baxış zamanı «Whatsapp» proqramında Z.Eİdarovun(Eldar) +98 914 152 7211(Mehemed QaqS) nömrə ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı aşağıdakı məzmunda çoxsaylı yazışmalar aparılması, həmçinin fotoşəkillər müəyyən edilmişdir: xx.xx.2023-cü il, saat 17:53-Eldar: Konuma gelir yekedasin us terefinde koluqun icinde 2k 1p xx.xx.2023-cü il, saat 18:05 Eldar: Konuma geldi turbanin dongesinde zaborun tininde 3k xx.xx.2023-cü il, saat 18:13 Eldar: Kobuma gelir sitin qabaginda koluq var 9k 2p xx.xx.2023-cü il, saat 18:38 Eldar: Konuma gelir 2 agacin arasında 3k xx.xx.2023-cü il, saat 18:47 Eldar: Konuma gelir agacin dibinde 3p xx.xx.2023-cü il, saat 18:47 Eldar: Konuma gelir turbanın dibinde 1k 3p xx.xx.2023-cü il 19:56 Eldar: Konuma gelir turbaların uaninda yogun turba vat onun dalinda 3k xx.xx.2023-cü il, saat 20:16 Eldar:Konuma gelir stolbanin yanida olan otuqda 10p xx.xx.2023-cü il, saat 20:18 Eldar: Konuma gelir koluqda 2k 1p xx.xx.2023-cü il, saat 20:21 Eldar: Konuma gelir turbanin. Tininde 4k 1p xx.xx.2023-cü il, saat 20:34 Eldar: Konuma gelir agacin dibinde 2k 1 xx.xx.2023-cü il, saat 20:39 Eldar: Konumma gelir turbanin. Tininde 4k 1p (Cild 1, iş vərəqə 106-112) Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə və avtomobilə baxış keçirilməsi istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə və psixotrop maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanmasına, narkotik vasitələri satış məqsədi ilə əldə etməsini, həmçinin narkotik vasitələri qabaqcadan əlbir olduğu İran İslam Respublikası vətəndaşından almasına dair ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, üzərindən aşkar olunmuş mobil telefona və istifadəsində olmuş mobil telefon vasitəsilə narkotik vasitələrin və psixotrop maddələrin alış-verişini əks etdirən fotoşəkillərin və smslərin olmasına, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə və avtomobilində saxlamasına dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin növünü, çəkisini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Zeynalov X6 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsi üzrə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməli, həmçinin cəza təyin edərkən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri mütləq nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Abşeron rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 17 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Abşeron rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 69,264 qram çəkidə psixotrop maddə metamfetamin, 6,912 qram narkotik vasitə heroin, 111,022 qram çəkidə narkotik vasitə asetilə edilən tiryək, 06 ədəd metadon tabletkaları, 2,35 qram çəkidə narkotik vasitə marixuana, 01 ədəd qaşıq, 01 ədəd kiçik metal qayçı, 01 ədəd cib bıçağı, 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə, avtomobilə baxış keçirmə və götürmə aparılması zamanı aparılmış videoçəkilişlərin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, “Samsung Galaxy 113” markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-542/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət hazırki cinayət işi üzrə ona qəti olaraq təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 69,264 qram çəkidə psixotrop maddə metamfetamin, 6,912 qram narkotik vasitə heroin, 111,022 qram çəkidə narkotik vasitə asetilə edilən tiryək, 06 ədəd metadon tabletkaları, 2,35 qram çəkidə narkotik vasitə marixuana, 01 ədəd qaşıq, 01 ədəd kiçik metal qayçı, 01 ədəd cib bıçağı və 01 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə, avtomobilə baxış keçirmə və götürmə aparılması zamanı aparılmış videoçəkilişlərin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, “Samsung Galaxy 113” markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 182 (yüz səksən iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar