Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1424/2021 28.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasiətəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 11 yanvar 2021-ci il tarixdə səhər saatlarında sonuncu tərəfindən Masallı rayonu ərazisində gizlədilmiş külli miqdarda 2373,417 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 0,423 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayaraq daşımış, 11 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 17 radələrində o, ünvan 3 ünvanında saxlanılaraq ünvan 4ən Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən külli miqdarda 3 (üç) bükümdə ayrı ayrılıqda 9,630 qram, 1,005 qram, 1,230 qram, ümumi təmiz çəkisi 11,865 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,423 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində psixotrop maddə metafetamenin izləri olan elektron tərəzi aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 18:45-də “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin yük yerindən külli miqdarda 6 ədəd torbada ayrı-ayrılıqda təmiz çəkiləri 495 qram, 495 qram, 500 qram, 490 qram, 196,730 qram, 184,822 qram, ümumi təmiz çəkisi 2361,552 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 11 yanvar 2021-ci il tarixdə Binəqədi rayonuna müştərini çatdırıb evə qayıdıb yemək yemiş, saat 1-2 radələrində evdən çıxıb şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olmaq üçün maşınla irəliləyən zaman yolda onu yol polisləri saxlamış və saxladıqdan sonra dərhal onu tutmuşlar. Saxlanılan zaman onun üzərində 1 qram metamfetamin və 1 ədəd mətbəx bıçağı olmuşdur. Onu bölməyə aparmışlar və orada onu döyüb atası, qardaşı ilə təhdid etmişlər. O da məcbur olub polislərin əlavə olaraq üzərinə qoyduqları ilə razılaşmışdır. O, “Whatsapp” mobil tətbiqi vasitəsilə İran İslam Respublikası vətəndaşı olan şəxslə əlaqə saxlayıb onun tərəfindən qoyulmuş metamfetamini dediyi yerdən götürmüş, 1 qram metamfetamin üçün 40 manat ödəmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, iranlının adı Mehdi olmuş, Mehdi həm istifadəçilər, həm də narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər üçün narkotik vasitələr satmışdır. O, 1 ildir ki ancaq psixotrop maddə olan metamfetamin istifadə edir, 1 il ərzində iranlı ilə əlaqə saxlayıb hər dəfə onun dediyi yerlərə gedib metamfetamini götürmüşdür. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Videoçəkilişdən əvvəl polis işçiləri onu döydüklərinə görə o, qorxudan polislərin öyrətdiklərini demişdir. Dindirmədə vəkil iştirak etsə də, o, heç bir şey etməmişdir. O, heç bir orqana döyülməsi barədə şikayət etməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 11 yanvar 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb Masallı rayonuna getmişdir. İran İslan Respublikasının vətəndaşı, adını Mehdi kimi bildiyi şəxs onunla “Whatsapp" proqramı vasitəsi ilə əlaqə saxlayaraq ona narkotik vasitələr göndərmiş, o, həmin narkotik maddələri Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərə vermiş və bunun müqabilində Mehdi adlı şəxs ona məxsus plastik karta pul göndərmişdir. O, 11 yanvar 2021-ci il tarixdə Masallı rayonundan narkotik maddələri götürüb Bakı şəhərinə gəlmişdir. Həmin gün təxminən saat 17:00 radələrində o, özünə məxsus “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsi, 92-ci korpusun yaxınlığından keçdiyi zaman X14 avtomobili ona dayanmaq üçün işarə vermiş və o, idarə etdiyi avtomobili yolun kənarında saxladığı zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər öncə ondan anket məlumatlarını soruşduqdan sonra, o, polis əməkdaşlarına adının Ruslan, soyadının isə Cavadov olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onu Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə dəvət etmişlər və o da buna etiraz etməyib, idarə etdiyi avtomobillə birlikdə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında olan xidməti otaqlardan birində ona hüquq, vəzifələri izah olunmuş və bundan sonra hüquqlarının müdafiə olunması üçün Polis bölməsinə müdafiəçi dəvət olunmuşdur. Daha sonra polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması, olduğu halda könüllü təqdim etməyini təklif etmişlər. Həmin vaxt videoçəkiliş aparılmaqla ona hüquq və vəzifələri izah olunmuş və o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 3 (üç) bükümdə olan ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetamini, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 1 ədəd elektron tərəzini, 1 ədəd bıçağı, bundan sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən qara rəngli, özünə məxsus “Samsung” markalı mobil telefonu, avtomobilinin açarını, 5 (beş) AZN pulunu, 1 ədəd içərisində siqaret dənələri olan siqaret qutusunu, 1 ədəd **********04201 nömrəli “Bank Respublikaya” məxsus, 1 ədəd **********42C6226 nömrəli “Kapital Bank”a məxsus plastik kartlarını, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim elmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılsa da, başqa heç bir əşyanın olması müəyyən olunmamışdır. Polis bölməsində onun üzərindən aşkar olunaraq götürülmüş narkotik maddələrə baxış keçirildikdən sonra bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, doğruluğu o və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik maddələr isə qablaşdırılaraq möhürlənmiş bağlamalara qoyulmuşdur. Sorğu zamanı o, bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələri İran İslan Respublikasının vətəndaşı Mehdi adlı şəxs ona göndərmiş və o da həmin narkotik maddələri Mehdinin sifarişi ilə satacaqdı. Polis əməkdaşları avtomobilində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını ondan soruşan zaman, o bildirmişdir ki, özünə məxsus avtomobilinin yük hissəsində narkotik maddə vardır. Həmin gün, yəni 11 yanvar 2021-ci il tarixdə saat 18:45 radələrində ona məxsus “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış zamanı avtomobilin yük hissəsindən 6 ədəd torbada ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin vaxt ona məxsus avtomobilin yük hissəsindən 1, 7, 8 rəqəmləri də aşkar olunaraq götürülmüşdür. Eyni zamanda o, yenə də polis əməkdaşlarına bildirmişdir ki, avtomobilindən aşkar olunan narkotik maddələri də İran İslam Respublikasının vətəndaşı olan Mehdi adlı şəxs Masallı rayonuna qoymuş və o da həmin yerdən götürüb Bakı şəhərinə gətirmişdir. O, Mehdinin sifarişi ilə narkotik maddələri daşımağına görə bu günə qədər ona kart vasitəsi ilə təxminən 2000 (iki min) manat pul göndərmişdir. O, Mehdi adlı şəxsin anket məlumatlarını bilməsə də, İran İslam Respublikasının vətəndaşı olduğunu bilmişdir. Mehdi adlı şəxs onunla həmişə "Whatsapp" proqramı vasitəsi ilə əlaqə saxlamış və Mehdinin işlətdiyi mobil nömrəsi İran İslan Respublikasının nömrəsi olduğu üçün həmin nömrə onun yadında qalmamışdır. Mehdi adlı şəxs həmişə özü onun istifadəsində olan nömrəyə zəng edərək onunla əlaqə saxlamış və o, Mehdi ilə əlaqə saxlayandan sonra nömrəni telefonundan silmişdir. O, ***-***-**-** nömrəli mobil nömrənin "Whatsapp" zəngi ilə Mehdi ilə əlaqə saxlamış və həmin nömrəni istifadə elmişdir. Mehdi ona həmin narkotik maddələri müəyyən yerlərə qoymağını bildirmiş və o da Mehdinin sifarişi ilə həmin narkotik maddələri sonuncunun qeyd elədiyi yerlərə qoymuşdur. Həmin narkotikləri kimlərin götürməsi barəsində onun heç bir məlumatı olmamışdır. O, narkotik vasitələrin daşınması və üzərində gəzdirməyi barəsində heç kimin heç bir məlumatı olmamışdır. O, bu barədə heç kimə heç bir məlumat verməmişdir (cild 2, iş vərəqi 101-104). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 yanvar 2021-ci il tarixdə tərəflərindən Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmiş, bununla əlaqədar daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də, o, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, Mehman və Mirsəməd birlikdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanına gəlmiş, həmin vaxt xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üstüstə düşən bir nəfər şəxsin idarə etdiyi “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə orada olmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə dəvət etmişlər, Ruslan da buna etiraz etmədikdən sonra idarə etdiyi etdiyi “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Polis bölməsinə getmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş və həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmış, müvafiq təklifə Ruslan da əynində olan gödəkçənin cibindən 3 ədəd içərisində ağ rəngli kristallik maddələr olan bükümü, 1 ədəd içərisində bitki mənşəli kütlə olan bükümü, 1 ədəd elektron tərəzini və 1 ədəd bıçağı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan şalvarın cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd avtomobil açarı, 1 ədəd “Bank Respublika”ya məxsus və 1 ədəd “Kapital Bank”a məxsus plastik kartlar və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə keçirilmiş baxış zamanı həmin 3 bükümün içərisində metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Baxış zamanı həmin 1 bükümün içərisində isə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxs vasitəsilə Masallı rayonu ərazisindən götürdüyünü, idarə etdiyi “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitə saxladığını və həmin maddələri də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Ruslanın üzərindən aşkar olunmuş kütlə zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-ST- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Ruslan da avtomobilin arxa yük yerindən 1 ədəd ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin 1 ədəd sellofan torbanın içərisinə baxış keçirilən zaman oradan 6 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin 6 ədəd büküm elektron tərəzi ilə çəkilmiş və çəkisinin 2 kiloqramdan çox olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 6 ədəd bükümlərin içərisində olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxs vasitəsilə Masallı rayonu ərazisində qoyulduğu yerdən Mehdi adlı şəxsin deyəcəyi ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Bundan sonra Ruslanın idarə etdiyi avtomobildən aşkar olunmuş kütlə zərfə qoyaraq möhürlənmiş və müvafiq protokol tərtib olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni öz istifadəsi üçün, maşındakı narkotik vasitəni isə başqa şəxslərə vermək üçün saxladığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən tərəzi də aşkar olunmuş, Təqsirləndirilən şəxs tərəzidən narkotik vasitənin çəkisini müəyyənləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11.01.2021-ci il tarixli, 008-297-1221 saylı raportdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib idarə etdiyi **-ST-*** dövlət qeydiyyat nişanlı “Opel-Astra” markalı avtomobilində saxlaması və Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild , iş vərəqi 7-8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11.01.2021-ci il tarixli, 16 saylı raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, M.Ələkbərov küçəsi, döngə 1, ev 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək Binəqədi rayonu ərazisində qanunsuz dövriyyəsində şübhəli olduğu üçün idarə etdiyi **-ST-*** dövlət qeydiyyat nişanlı “Opel-Astra” markalı avtomobillə birlikdə Binəqədi rayon ərazisində saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 11). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.01.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuna uyğun hesab edilmişdir (cild 1, iş vərəqi 97-98). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 11.01.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 17:45də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 3 (üç) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 1 (bir) bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, 1 (bir) ədəd elektron tərəzini və 1 (bir) ədəd soyuq silaha bənzər bıçağı təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynindəki cins şalvarın sol yan cibindən 1 (bir) ədəd "Samsung" markalı, qara rəngli mobil telefon, 1 (bir) ədəd avtomobil açarı, 5 (beş) AZN pul, 1 (bir) ədəd içində siqaret dənələri olan siqaret qutusu, 1 (bir) ədəd **********804201 nömrəli “Bank Respublika”ya məxsus, 1 (bir) ədəd **********276226 nömrəli “Kapital Bank”a məxsus plastik kartlar, 1 (bir) ədəd sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, avtomobilin sürətlər qutusunun qabağı aşkar olunmuşdur. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır. Sonra həmin 3 (üç) ədəd, içində metamfetaminə bənzər kütlə olan bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 13 (on üç) qram olmuşdur. Sonra 1 (bir) ədəd, içində qurudulmuş marixuanaya bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,82 (sıfır tam yüzdə səksən iki) qram olmuşdur. Həmin bükümlər, elektron tərəzi və soyuq silaha bənzər bıçaq içi boş olan zərfə qoyulmuş, zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, proses iştirakçıları tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı, qara rəngli mobil telefon, 1 (bir) ədə Təqsirləndirilən şəxs özünə məxsus olan şəxsiyyət vəsiqəsi, 2 (iki) ədəd plastik kart götürülmüşdür (cild 1, iş vərəqi 31-33). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi avtomobilə baxış və götürmə aparılması haqqında 11.01.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 18:45də Təqsirləndirilən şəxs idarə etdiyi **-ST-*** dövlət qeydiyyat nişanlı “Opel-Astra” markalı avtomobilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerindən 1 ədəd ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə baxış keçirilən zaman oradan 6 (altı) ədəd bükümdə psixotrop maddə metamfetminə bənzər kütlələr və 1 (bir), 7 (yeddi) və 8 (səkkiz) rəqəmləri olmaqla dövlət nömrə nişanının hissələri aşkar olunmuşdur. Həmin 6 (altı) ədəd içində metamfetaminə bənzər kütlə olan bükümlər, elektron tərəzi ilə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 2 (iki) kq 410 (dörd yüz on) qram olmuşdur. Metamfetaminə bənzər kütlə olan bükümlər qablaşdırılaraq götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilmiş və hər hansı əhəmiyyət kəsb edən predmet aşkar edilməmişdir. 1 (bir), 7 (yeddi) və 8 (səkkiz) rəqəmləri olmaqla dövlət nömrə nişan hissələri götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxs vasitəsilə Masallı rayonu ərazisində qoyulduğu yerdən Mehdi adlı şəxsin deyəcəyi ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, sözügedən avtomobili özündən başqa heç kimin idarə etmədiyini bildirmişdir (cild 1, iş vərəqi 36-38). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 12.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 04 ədəd şəffaf rəngli sellofan bükümləri, 01 ədəd elektron tərəzini və 1 ədəd bıçağı çıxarıb masanın üzərinə qoyması, həmin bükümlərdən 03 ədədin içərisində psixotrop maddə olan metamfetamin, 1 ədəd bükümdə isə narkotik vasitə olan marixuana olmasını, həmin maddələri Mehdi adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə Masallı rayonu ərazisində qoyulan yerdən Mehdi adlı şəxsin deyəcəyi ünvana çatdırmaq məqsədi ilə götürdüyünü, həmçinin idarə etdiyi "Opel Astra" markalı avtomobilin yük yerində narkotik vasitə saxlamasını bildirməsi müşahidə olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd şəffaf rəngli sellofan bükümlərdə olan maddələr şəxsi axtarışda iştirak edən şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir (cild 1, iş vərəqi 63-64). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 12.01.2021-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerini açaraq oradan 1 ədəd ağ rəngli sellofan torbanı təqdim etməsi və həmin sellofan torbanın içərisinə baxış keçirən zaman oradan 6 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr, 1, 7 və 8 rəqəmləri olmaqla dövlət nömrə nişanının hissələrinin aşkar olunması, aşkar olunmuş 6 ədəd sellofan torbalarda olan maddələrin elektron tərəzi ilə çəkilən zaman çəkisinin 2 kq 410 qram olması müşahidə olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddələri Mehdi adli İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə Masallı rayonu ərazisində qoyulan yerdən Mehdi adlı şəxsin deyəcəyi ünvana çatdırmaq məqsədi ilə götürdüyünü bildirməsi müşahidə olunur. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş 6 ədəd bükümlərdə olan maddələrin baxışda iştirak edən şəxslərin gözü qarşısında qablaşdırılıb möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması müşahidə olunur (cild 1, iş vərəqi 65-66). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materalların məhkəmə ekspertizasının 12.01.2021-ci il tarixli, 6/121 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs üzərindən..." sözləri olan kağız paketdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,630 qram, 1,005 qram, 1,230 qram, ümumi təmiz çəkisi 11,865 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindır. Bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminin izləri vardır. İz hissəcikləri cüzi miqdarda olduğu üçün nümunələrin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Üzərində "...Təqsirləndirilən şəxs..." sözləri olan bağlamadakı 6 ədəd torbada ayrıayrılıqda təmiz çəkiləri 495 qram, 495 qram, 500 qram, 490 qram, 196,730 qram, 184,822 qram, ümumi təmiz çəkisi 2361,552 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə melamfetamindir. Kağız paketdəki və bağlamadakı metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat 82 qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 50-55). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-biololji ekspertizasının 12.01.2021-ci il tarixli, 7/47 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə skoçla bağlanmış bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 0,423 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 58-59). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 22.01.2021-ci il tarixli, 3/74 saylı rəyindən görünür ki, təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, zavod üsulu ilə hazırlanmış turist bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (cild 2, iş vərəqi 8-9). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 01.03.2021-ci il tarixli, 605 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 5-6). İşdə olan maddi sübut kimi tanıma haqqında 18.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunaraq götürülmüş 09 ədəd bükümdə ilkin çəkisi 2373,417 qram olmuş psixotrop maddə olan metamfetamin, 01 ədəd bükümdə çəkisi 0,423 qram olmuş narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və qalıq qalmış 2361,552 qram çəkidə psixotrop maddə olan metamfetamin, qalıq qalmış 0,403 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məsul saxlanış üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 102-103). İşdə olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 24.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanıınmış və iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd turist bıçağı saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 2, iş vərəqi 49-70). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 24.06.2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından aşkar edilmiş külli miqdarda psixotrop maddə, eləcə də narkotik vasitənin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 79-81). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 119-120). İşdə olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2009-cu ildə X3 ilə nikaha daxil olmuş, birgə nikahdan 29.05.2010-cu il təvəllüdlü X4 və X5 adlı azyaşlı övladları vardır (cild 2, iş vərəqi 33-40). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 17.06.2021-ci il tarixli, 5190 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicə olunmamışdır (cild 2, iş vərəqi 44). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən üzərində 1 qram metamfetamin aşkar edilməsi, onun Polis bölməsində polis əməkdaşları tərəfindən döyülübb atası, qardaşı ilə təhdid edilməsi, bunun nəticəsində məcbur olub polislərin əlavə olaraq üzərinə qoyduqları ilə razılaşması, üzərindən aşkar edilmiş metamfetamini satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut kimi qəbul edərək, müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi maşından aşkar edilmiş psixotrop maddələri məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda prixotrop maddəni əldə etməsi, saxlaması və daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavanlığını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 yanvar 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 yanvar 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 86-90, cild 2, iş vərəqi 28- 32). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 11 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2361,552 qram çəkidə psixotrop maddə metamfetamin, qalıq qalmış 0,403 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi, həmçinin maddi sübut olmayan 1 ədəd turist bıçağı məhv edilməlidir. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 234,82 (iki yüz otuz dörd manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaqı aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru X6 barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, məhkəmədə müəyyən edildi ki, iş üzrə Təqsirləndirilən şəxs 11.01.2021-ci il tarixdə idarə etdiyi **-ST-*** dövlət qeydiyyat nişanlı “Opel-Astra” markalı avtomobillə birlikdə Binəqədi rayon ərazisində saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə gətirilmiş, onun üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki cins şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı qara rəngli mobil telefon, “Bank Respublika”ya məxsus 1 (bir) ədəd **********804201 nömrəli, “Kapital Bank”a məxsus 1 (bir) ədəd **********276226 nömrəli plastik kartlar aşkar olunaraq götürülmüşdür. Qeyd edilən əşyaların iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, cinayət prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müstəntiq tərəfindən onlara baxış keçirilməmiş, işərisində psixotrop maddələr daşınan avtomobilin kimə məxsusluğunun müəyyən edilməsi üçün ona dair sənədlər tələb edilməyərək iş materiallarına əlavə edilməmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iranlı Mehdinin sifarişi ilə narkotik maddələri daşımağına görə ona kart vasitəsi ilə təxminən 2000 (iki min) manat pul göndərməsi barədə ifadəsinə baxmayaraq bank kartlarına dair məlumatlar, o cümlədən mədaxil-məxaric çıxarışları əldə edilməmiş, onlardan sübut kimi istifadə olunmamışdır. Yuxarıda qeyd edilən avtomobilin, “Samsung” markalı mobil telefonun, plastik kartlarların hazırda olma yeri barədə cinayət işinin materiallarında heç bir məlumat olmadığından məhkəmənin həmin əşyalar barədə qərar qəbul etməsi mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 355-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair məhkəməyədək icraat üzrə bu Məcəllənin tələblərinin pozulmasına yol verildiyi müəyyən edildikdə məhkəmə xüsusi qərar çıxara bilər. Müstəntiqlər barəsində çıxarılmış xüsusi qərar müvafiq tədbir görülməsi üçün tabeçilik qaydasında Azərbaycan Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2361,552 qram psixotrop maddə metamfetamin, 0,403 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi, həmçinin maddi sübut olmayan 1 ədəd turist bıçağı məhv məhv edilsin. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 234,82 (iki yüz otuz dörd manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1424/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1424/2021
28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver