Məhkəmə qərarları › İş №1(101)-1424/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1424/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1424/2022 06.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X11 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1982-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 7 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 14 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş), məhkumluğu ödənilməmiş, Füzuli rayonu, Horadiz şəhəri, Puşkin küçəsi, ev 42-də qeydiyyatda olmaqla ünvan 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 2,881 qram çəkidə külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş, əldə etdiyi narkotik vasitə heroini satış məqsədi ilə bölüb ayırmaqla hər birində müvafiq olaraq 1,468 qram və 1,413 qram olmaqla 2 bükümdə qablaşdırmaqla üzərində qanunsuz saxlayaraq daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə saat 00:10-da ünvan 1 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra həmin idarədə 10 yanvar 2022-ci il tarixdə saat 1:56-dan etibarən üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd yaşıl rəngli şalvarın sol yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,468 qram və 1,413 qram, ümumi təmiz çəkisi 2,881 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulanadək usta işləmişdir. 10 yanvar 2022-ci il tarixə keçən gecə saat 1 radələrində tanışları Şahid11, Şahid9 və Şahid10 ilə birlikdə Şahid11 bibisinə məxsus evin təmiri ilə məşğul olmuşdur. Həmin vaxt saylarını dəqiq bilmədiyi, lakin çox olduqlarını xatırladığı polis əməkdaşları evin qapısını qırıb içəri daxil olmuşlar. Həmin polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib dördünün də üzərində aştarış etmiş, lakin heç birinin üzərindən qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Buna baxmayaraq polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişdir. İdarədə 2 ədəd narkotik vasitə bükümünü göstərib videoçəkiliş zamanı həmin bükümlərin özünə məxsus olmasını bildirməyini tələb edib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona ittiham irəli sürüləcəyini demişlər. Həmin bükümlərdə neçə qram narkotik vasitə olması barədə məlumatı olmamışdır. Polis əməkdaşlarının dedikləri ilə razılaşmayıb etiraz etmiş, lakin daha sonra etirazının bir nəticə verməyəcəyini görüb onlarla razılaşmış və videoçəkiliş zamanı həmin 2 büküm narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Həmin vaxt Bəxtiyarın da önünə 2 büküm narkotik vasitə qoyulduğunu görmüşdür. Başa düşmüşdür ki, Bəxtiyara da onun kimi qanunsuz ittiham irəli sürüləcək. İdarədə olarkən polis əməkdaşlarının Ramili “bizə narkobaronlar var, gəlin tutun demişdin, budur narkobaron?” deyərək döydüklərini görmüşdür. Beləliklə, Bəxtiyarla o tutulsa da, Şahid10 və Ramin Atakişiyev azad edilmişlər. Narkotik vasitə istifadəçisidir, narkotik vasitə heroindən həftədə 1 dəfə istifadə etmişdir. Narkotik vasitəni, əsasən, “28 May” metrostansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən almışdır. Bəxtiyar və o, əvvəllər məhkum olunmuşlar. Polis əməkdaşları Bəxtiyar, Ramil, Emin və onu birlikdə idarəyə aparmışlar. ünvan 3 ünvanında yaşayır. Polis əməkdaşları evə daxil olan zaman Şahid9 üçün gədiklərini bildirmişlər. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Mobil nömrəsində olan sms mətnlərinin məzmununu dəqiq xatırlamır. Hər dəfə öz istifadəsi üçün narkotik vasitə əldə etmiş və özü istifadə etmişdir. Heç kimə narkotik vasitə satmamış və verməmişdir. Tutulan gün Bəxtiyarın bibisinə məxsus evdə ev sahibləri də olmuş, ev sahibləri polis əməkdaşları tərəfindən qapının qırıldığının şahidi olmuşlar. Üzərində keçirilən axtarış zamanı qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Narkotik vasitədən heç kimlə birlikdə istifadə etməmişdir. Bəxtiyar, Emin və Ramilin narkotik vasitə istifadəçisi olubolmaması barədə məlumatı olmamışdır. Ehtimal edir ki, polis əməkdaşları Bəxtiyarla onun əvvəllər məhkumluqları olduğu üçün onları qanunsuz tutub, Ramil və Emini isə azad etmişlər. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilib göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixə keçən gecə saat 1-ə işləmiş tanışları Şahid11, Şahid9 və Şahid10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasının qarşısında dayandıqları zaman onlara tərəf bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onları saxlamış, həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinavətkaıiıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona və tanışı Bəxtiyara onların narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib Baş İdarəyə dəvət etmişlər. Həmin vaxt onun üzərində öz istifadəsi üçün saxladığı 2 ədəd sellofan bükümdə bir qədər narkotik vasitə heroin olmuşdur. Həmin heroini özü qəbul etmək üçün almışdır. O, arabir narkotik vasitə heroin çəkmişdir. Lakin heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, polis əməkdaşlarına üzərində heroin olduğunu bildirmişdir. Polislər saxlayarkən tanışı Bəxtiyar da özündə bir qədər heroin olduğunu demişdir. Lakin o, Bəxtiyarda heroin olduğunu əvvəlcədən bilməmiş, eləcə də nə Bəxtiyar, nə də tanışları Ramillə Emin onda heroin olduğunu bilməmişlər. Polis əməkdaşları onu Bəxtiyarı, Ramili və Emini özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər, həmin idarəyə gələndən sonra o və tanışı Bəxtiyar şübhəli şəxs kimi tutulmuş, onun və Bəxtiyarın hüquqlarının müdafiəsi üçün vəkillər dəvət olunub onlara təqdim olunmuşdur. Bundan sonra İdarədə onun və Bəxtiyarın üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı, həmçinin Ramilin və Eminin üzərinə baxış keçiriləcəyi bildirilmiş, onlar da buna etiraz etməmişlər. Daha sonra həmin idarədə otaqların birində vəkillərin iştirakı ilə videoçəkiliş vasitəsilə əvvəlcə Bəxtiyarın üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsİ axtarış zamanı polis əməkdaşları Bəxtiyarı bu barədə qərarla tanış etmişlər. Bəxtiyara üzərində, paltarlarının ciblərində hər-hansı qanunsuz, saxlanılan əşya, predmet, narkotik və psixotrop maddə varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Bəxtiyar da üzərində heroin olduğunu bildirmiş, sonra əynindəki qırmızı idman paltarının üst hissəsinin sağ yan cibindən 1 ədəd “Samsung A12” markalı mobil telefonu, əynindəki tünd göy idman şalvarının sağ yan cibindən isə 3 ədəd sellofan bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Həmin sellofan bükümlərini açıb hər birində heroin olduğunu aşkar etmişlər. Bəxtiyardan bu barədə soruşduqda Bəxtiyar həmin heroinləri 9 yanvar 2022-ci il tarixdə saat təxminən 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi adlanan yerin yaxınlığındakı siqaret köşkünün arxa tərəfindəki yerdən götürdüyünü, bunun üçün Fuad adı ilə tanıdığı şəxsin bank hesabına 60 manat pul köçürdüyünü, həmin şəxsin də ona mobil telefonda “Whatsapp” proqramı ilə həmin heroinin yerini bildirdiyini, heroini qəbul etmək üçün alıb saxladığını bildirmişdir. Bəxtiyar özünün heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, nə də üzərində heroin olmasından Aslanın, Ramilin və Eminin məlumatı olmadığını bildirmişdir. Sonra polis əməkdaşları Bəxtiyardan aşkar olunmuş 3 ədəd bükümdə olan heroini zərfə qoyaraq qablaşdırmış və möhürləmiş, mobil telefon da iş üzrə əhəmiyyət kəsb edəcəyindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları ona üzərində, paltarlarının ciblərində hər-hansı qanunsuz, saxladığı əşya, predmet, maddə varsa çıxarıb təqdim etməsini təklif elmişlər. O da üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra əynindəki qara gödəkcənin sol yan cibindən 1 ədəd "Kgtel" markalı mobil telefonu və əynindəki tünd yaşıl şalvarın sol yan cibində saxladığı 2 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmiş və bükümlərdə heroin olduğunu demişdir. Polis əməkdaşları həmin sellofan bükümləri açıb hər iki bükümün içərisindən heroin aşkar etmişlər. Şifahi sorğu zamanı heroini 9 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may adlanan ərazidəki Dəmir yol vağzalının arxa tərəfində Rahib adı ilə tanıdığı şəxsdən 25 manata aldığını bildirmişdir. Heroini həmin şəxsdən özü qəbul etmək üçün almışdır. Həmçinin onda heroinin olmasından nə Bəxtiyarın, nə də Ramillə Eminin məlumatı olmadığını bildirmişdir. Polis əməkdaşları ondan aşkar etdikləri həmin 2 ədəd heroin bükümünü zərfə qoyaraq qablaşdırmış və möhürləmişlər, mobil telefon da götürülmüşdür. Daha sonra Ramilə üzərində, paltarlarının ciblərində hərhansı qanunsuz saxlanılan əşya, predmet, narkotik vasitə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Ramil üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmadığını bildirmiş, əynindəki gödəkcənin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ramildən qanunsuz heç nə aşkar olunmamışdır. Ramil narkotik vasitələrdən istifadə etdiyini, lakin onda və Bəxtiyarda narkotik vasitə heroin olmasından xəbəri olmadığını bildirmişdir. Mobil telefon Ramilə qaytarılmışdır. Sonra Eminə üzərində, paltarlarının ciblərində hər-hansı qanunsuz saxlanılan əşya, predmet. narkotik vasitə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Emin üzərində heç bir əşya olmadığını bildirmişdir. Eminin üzərindən heç nə aşkar olunmamışdır. Emin də narkotik vasitə istifadə eldiyini bildirmişdir. Lakin onda və Bəxtiyarda narkotik vasitə olmasından xəbəri olmadığını demişdir. Sonra videoçəkiliş dayandırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, diizgün tərtib edildiyindən imzlarla təsdiq edilmişdir. Onun Bəxtiyarın həmin heroini haradan, necə əldə etməsindən xəbəri olmamışdır. Tutulandan sonra Baxtiyann özünün dediklərinə görə eşidib bilmişdir. O həmin heroini özü qəbul etmək üçün alıb saxlamışdır, heroini heç kimə nə satmaq, nə də vermək məqsədi olmamışdır. Ona və onunla birlikdə Baş İdarəyə gətirilmiş şəxslərə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. O, burnundakı həmin xəsarəti təxminən tutulmazdan bir həftə qabaq sifariş üzrə təmir işləri apardığı evlərin birində burnuna lambir əşyasının dəyib toxunması nəticəsində almışdır, heç kim onu vurmamış, döyməmişdir, xəsarəti özü almışdır. Onda heroin olmasından Bəxtiyarın, Ramilin və Eminin xəbəri olmamışdır. O arabir narkotik vasitə heroindən istifadə etmişdir (cild 1, iş vərəqə 113-117 və 150-155). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 9 yanvar 2022-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Ağdam şəhəri, Nizami küçəsi, ev 9, mənzil 4-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasında yaşayan Şahid11 və xx.xx.1982-ci il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmələri, özlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Alınmış məlumat raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Şahid11 və Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 9 yanvar 2022-ci il tarixli qərar çıxarıldı və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 10 yanvar 2022-ci il tarixdə saat 00:10 radələrində Şahid11 və Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasının qarşısında yanlarında olan tanışları Şahid9 və Şahid10 Müiəllim oğlu ilə birlikdə olduqları zaman saxlanılmışlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və həmin şəxslərdən özlərini təqdim etmələrini tələb etmişlər. Şahid11 və Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edilmiş, narkotik vasitə və psixotrop maddələr əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olmaqda şübhəli olmaları bildirilmiş və üzərlərində şəxsi axtarış və götürmə aparılması üçün Şahid9 və Şahid10la birlikdə Baş İdarənin İnzibati binasına dəvət edilmişlər. Baş İdarəyə gəldikdən sonra Şahid11 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X6, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə X4 dəvət olunaraq təqdim olunmuşdur. Şahid11 və Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkillər tərəfindən müdafiə edilməsinə etirazları olmadığını bildirmiş və konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və Şahid11 müdafiəçiləri ilə konfidensial ünsiyyət saxladıqdan sonra şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Şahid11 və Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərlərinin və əynindəki paltarın yoxlanılacağı, üzərlərində olan əşyalara baxış keçiriləcəyi, Şahid9 və Şahid10 üzərində baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs, Şahid11, Şahid9 və Şahid10 buna etiraz etmədiklərini, şəxsi axtarış, baxış və götürmə keçirilməsinə razı olduqlarını bildirmişlər. Şəxsi axtarış, baxış və götürmə videoaparat vasitəsilə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şahid11, Təqsirləndirilən şəxs, Şahid9 və Şahid10 şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qəbul edilmiş qərarla tanış edildi, aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şahid11, Təqsirləndirilən şəxs, Şahid9 və Şahid10 etiraz etməmişlər. Şahid11 üzərində, paltarlarının ciblərində hər-hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik və psixotrop maddə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Şahid11 üzərində heroin olduğunu bildirmiş, sonra əynindəki qırmızı rəngli idman paltarının üst hissəsinin sağ yan cibindəki 1 ədəd “Samsung A12” markalı mobil telefonu, əynindəki tünd göy idman şalvarının sağ yan cibində saxladığı 3 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda hər birində heroinə bənzər maddə aşkar edilmişdir. Şahid11 həmin maddəni Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi adlanan yerin yaxınlığındakı siqaret köşkünün arxa tərəfindəki yerdən götürdüyünü, bunun üçün Fuad adı ilə tanıdığı şəxsin bank hesabına 60 manat pul köçürdüyünü, Fuadın da ona mobil telefonda “Whatsapp" proqramı ilə həmin heroinin yerini bildirdiyini, heroini öz istifadəsi üçün saxladığını bildirmişdir. Şahid11 heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, nə də üzərində heroin olmasından tanışları Aslan, Ramil və Eminin məlumatı olmadığını bildirmişdir. Sonra aşkar olunmuş həmin 3 ədəd bükümdə olan maddələr zərfə qoyaraq qablaşdırılmış və möhürlənmiş, mobil telefon da iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində, paltarlarının ciblərində hər hansı qanunsuz saxlanılan əşya, predmet. maddə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əynindəki qara gödəkcəsinin sol yan cibindən 1 ədəd "Kgtel" markalı mobil telefonu və əynindəki tünd yaşıl şalvarının sol yan cibindən 2 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmiş və bükümlərdə heroin olduğunu demişdir. Həmin sellofan bükümləri açdıqda içində narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin heroini 9 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may adlanan ərazidəki Dəmiryol vağzalının arxa tərəfində Rahib adı ilə tanıdığı şəxsdən 25 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində heroin olması barədə Bəxtiyar, Ramil və Eminin məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin 2 ədəd bükümdə olan maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, mobil telefonu götürülmüşdür. Daha sonra videoçəkiliş davam etdirilməklə Şahid9 üzərində, paltarlarının ciblərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik vasitə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Şahid9 üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynindəki gödəkcəsinin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ramildən qanunsuz heç nə aşkar olunmamışdır. Şahid9 narkotik vasitələr istifadə etdiyini, lakin Şahid11 və Təqsirləndirilən şəxs narkotik vasitə heroin olmasından xəbəri olmadığını bildirmişdir. Şahid9 mobil telefonu özünə qaytarılmışdır. Şahid10 üzərində, paltarlarının ciblərində hər-hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Şahid10 üzərində, ümumiyyətlə, heç bir əşya olmadığını bildirmişdir. Eminin üzərindən heç nə aşkar olunmamışdır. Emin də narkotik vasitə istifadə etdiyini, həqiqətən də Şahid11la birgə əvvəllər narkotik vasitə qəbul etdiyini, lakin Şahid11 və Təqsirləndirilən şəxs narkotik vasitə olmasından xəbəri olmadığını bildirmişdir. Sonra videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış Baş İdarədə həyata keçirilmişdir. Şahid9 əvvəllər tanımamışdır. Şahid9, Şahid10, Şahid11 və Təqsirləndirilən şəxs eyni vaxta tutub Baş İdarəyə gətirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olsa da, həmin maddələri kiməsə satmasını müəyyənləşdirmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2, Şahid7, Şahid4 və Şahid8 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid3, Şahid5 və Şahid6 ibtidai araşdırma orqanına verdiyi ifadələrindən görünür ki, onlar Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 39-42, 47-50 və 51-54). Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid11 ifadəsində göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixə keçən gecə saat 1-ə işləmiş tanışları Təqsirləndirilən şəxs, Şahid9 və Şahid10 ilə birlikdə Ramilin bibisinə məxsus evdə olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs həmin evi təmir etmişdir. Orada bir müüdət olduqdan sonra bir neçə şəxs evin həyət qapısını qıraraq içəri daxil olmuşlar. Onlar narahat olub həmin şəxslərdən kim olmalarını soruşduqda həmin şəxslər polis əməkdaşı olduqlarını bildirmiş və onların üzərlərini axtarmağa başlamışlar. Həmin vaxt dördünün də üzərindən qanunla qadağan olunan heç nə aşkar olunmamışdır. Buna baxmayaraq polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. İdarədə 3 ədəd narkotik vasitə bükümünü göstərib videoçəkiliş zamanı həmin bükümlərin özünə məxsus olmasını bildirməyini tələb etmişlər. İdarədə olarkən eyni ilə Təqsirləndirilən şəxs də önünə 2 büküm narkotik vasitə qoyulduğunu görmüşdür. Polis əməkdaşlarının aralarında olan söhbətdən belə başa düşmüşdür ki, onlar Şahid9 onlara verdiyi yanlış məlumat əsasında evə daxil olmuşlar. Bundan sonra o və Təqsirləndirilən şəxs tutulmuş, Şahid10 və Ramin Atakişiyev isə azad edilmişlər. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satmasının şahidi olmamışdır. Polis əməkdaşları evə daxil olmaq üçün çöl qapısını təpiklə qıraraq açmışlar. Qonşular və ev sahibləri polis əməkdaşlarının evə daxil olub onları aparmalarının şahidi olmuşlar. Narkotik vasitə istifadəçisi deyil və heç vaxt satışı ilə məşğul olmamışdır. Aslan, Emin və Ramilin narkotik vasitə istifadəçisi olub-olmaması barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid11 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Şahid11 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixə keçən gecə saat 1-ə işləmiş tanışları Təqsirləndirilən şəxs, Şahid9 və Şahid10 ilə birlikdə ünvan 9 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasının qarşısında olduğu zaman onlara tərəf bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onları saxlamış və özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona və tanışı Aslana narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqları üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməli olduqlarını demişlər. Həmin vaxt onun üzərində 3 ədəd sellofan bükümdə bir qədər narkotik vasitə heroin olmuşdur. Həmin heroini o tutulmamışdan bir neçə saat qabaq, yəni 9 yanvar 2022-ci il tarixdə saat təxminən 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi adlanan yerin yaxınlığındakı siqaret köşkünün arxa tərəfindən götürmüşdür. Heroini həmin yerdən əldə etmək üçün əvvəldən Fuad adı ilə tanıdığı bir nəfər şəxsin bank hesabına 60 manat pul köçürmüş, sonradan Fuad da ona mobil telefonda "Whatsapp“ proqramı vasitəsi ilə heroinin yerini bildirmiş, o da gedib götürmüşdür. Həmin heroini özü qəbul etmək üçün almışdır. O arabir narkotik vasitə heroini çəkməklə qəbul etmişdir. Lakin heç vaxt narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, üzərində heroin olduğunu polislərə səmimi bildirmişdir. Lakin o, Aslanda heroin olduğunu bilməmiş, eləcə də nə Aslan, nə də tanışları Ramillə Emin onda heroin olduğunu bilməmişlər. Polis əməkdaşları onu, Aslanı, Ramili və Emini özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Həmin idarəyə gələndən sonra o və tanışı Aslan şübhəli şəxs kimi tutulmuş, onun və Aslanın hüquqlarının müdafiəsi üçün vəkillər də dəvət olunub onlara təqdim olunmuşdur. Bundan sonra idarədə onun və Aslanın üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı, həmçinin Ramilin və Eminin üzərinə baxış keçiriləcəyi bildirilmiş, onlar da etiraz etməmişlər. Daha sonra həmin idarədə otaqların birində vəkillərin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş edilməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşları onu bu barədə qərarla tanış elmişlər, ona üzərində, paltarlarının ciblərində hər-hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik və psixotrop maddə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. O da üzərində heroin olduğunu bildirmiş, sonra əynindəki qırmızı idman paltarının üst hissəsinin sağ yan cibindən 1 ədəd “Samsung A12” markalı mobil telefonu, əynindəki tünd göy idman şalvarının sağ yan cibində saxladığı 3 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin sellofan bükümləri açıb içərisində heroin aşkar etmişlər. Ondan bu barədə soruşduqda o həmin heroinləri 9 yanvar 2022-ci il tarixdə saat təxminən 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi adlanan yerin yaxınlığındakı siqaret köşkünün arxa tərəfindəki yerdən götürdüyünü, bunun üçün Fuad adı ilə tanıdığı şəxsin bank hesabına 60 manat pul köçürdüyünü, Fuadın da ona mobil telefonda “Whatsapp” proqramı ilə həmin heroinin yerini bildirdiyini, heroini öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmçinin polis əməkdaşlarına narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərində heroin olmasından tanışları Aslan, Ramil və Eminin məlumatı olmadığını bildirmişdir. Sonra polis əməkdaşları ondan aşkar olunmuş həmin 3 ədəd bükümdə olan heroini zərfə qoyaraq qablaşdırmış və möhürləmişlər. Onun mobil telefonu da iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları prosesi davam etdirərək Aslana üzərində, paltarlarının ciblərində hər-hansı qanunsuz saxlanılan əşya, predmet, maddə varsa çıxarıb təqdim etməsini təklif elmişlər. Təklifdən sonra Aslan üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bunu deyərək Aslan əynindəki qara gödəkcəsinin sol yan cibindən 1 ədəd "Kgtel" markalı mobil telefonu və əynindəki tünd yaşıl şalvarın sol yan cibindən 2 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmiş və bükümlərdə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları həmin sellofan bükümləri açıb içərisində olan heroini aşkar etmişlər. Şifahi sorğu zamanı Aslan həmin heroini 9 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may adlanan ərazidəki Dəmir yol vağzalının arxa tərəfində Rahib adı ilə tanıdığı şəxsdən 23 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Aslanda heroinin olmasından nə onun, nə də Ramillə Eminin məlumatı olmadığını bildirmişdir. Həqiqətən də o, Aslanın üzərində heroin olduğunu bilməmişdir. Aslandan aşkar olunmuş həmin 2 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, mobil telefon da götürülmüşdür. Daha sonra videoçəkiliş davam etdirilməklə polis əməkdaşları Ramilə üzərində, paltarlarının ciblərində hər-hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik vasitə varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Ramil üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmiş, əynindəki gödəkcənin sağ şan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ramildən qanunsuz heç nə aşkar olunmamışdır. Ramil narkotik vasitələrdən istifadə etdiyini, lakin onda və Aslanda narkotik vasitə heroin olmasından xəbəri olmadığını bildirmişdir. Polislər Ramilin mobil telelonunu özünə qaytarmışlar. Sonra Eminə üzərində, paltarlarının ciblərində hər-hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik vasitə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Emin üzərində heç bir əşya olmadığını bildirmişdir. Eminin üzərindən heç nə aşkar olunmamışdır. Emin narkotik vasitə istifadə etdiyini bildirmiş, lakin onda və Aslanda narkotik vasitə olmasından xəbəri olmadığını demişdir. Sonra videoçəkiliş dayandırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O, Aslanın həmin heroini kimdən necə əldə etməsini bilməmişdir. Şəxsi axtarış prosesində Aslanın özünün deməsinə görə Bakı şəhərində Dəmir yol vağzalı yaxınlığında hansısa Rahib adlı şəxsdən 25 manata aldığını bilmişdir. O həmin heroini özü qəbul etmək üçün alıb saxlamışdır, həmin heroini heç kimə nə satmaq, nə də vermək məqsədi olmamışdır. Ona və onunla birlikdə Baş İdarəyə dəvət edilmiş digər şəxslərə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. Aslanda heroin olduğundan onun məlumatı olmamışdır, polislər tərəfindən saxlanılandan sonra Aslan özü deyəndə bunu bilmişdir. Həmçinin onda heroin olmasından Aslanın, Ramilin və Eminin xəbəri olmamışdır. O özü arabir narkotik vasitə heroin qəbul etmişdir (cild 1, iş vərəqə 102-106 və 137-142). Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixə keçən gecə saatlarında o tanıdığı Bəxtiyar, Aslan və Eminlə birlikdə yaşadığı ünvan 11 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasının qarşısında olduqları zaman onlara tərəf bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq saxlamış, həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları həmin vaxt Bəxtiyara və Aslana narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhə olmalarını demişlər. Bəxtiyar və Aslandan üzərlərində narkotik vasitə və psixotrop maddələr olub-olmaması barədə soruşduqda Bəxtiyar da, Aslan da üzərilərində bir qədər heroin olduğunu demişlər. O həmin ana qədər Bəxtiyar və Aslanda heroin olmasını bilməmişdir. Polis əməkdaşları onların hamısını özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət elmişlər, onun üzərində isə qanunsuz heç bir əşya olmamışdır. Həmçinin Emin üzərində heç nə olmadığını bildirmişdir, idarəyə gələndən sonra Bəxtiyar və Aslan şübhəli şəxs kimi tutulmuşlar. Bəxtiyar və Aslanın hüquqlarının müdafiəsi üçün vəkillər də dəvət olunub təqdim olunmuşdur. Sonra idarədə Bəxtiyarın və Aslanın üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı, həmçinin onun və Eminin üzərinə baxış keçiriləcəyi polislər tərəfindən bildirilmiş, onlar da etiraz etməmişlər, idarədə otaqların birində vəkillərin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş edilməklə Bəxtiyarın üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşları Bəxtiyarı bu barədə qərarla tanış etmişlər, üzərində, paltarlarının ciblərində hər-hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik vasitə və psixotrop maddə varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Bəxtiyar üzərində heroin olduğunu bildirərək əynindəki qırmızı idman pallarının üst hissəsinin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, əynindəki tünd göy idman şalvarının sağ yan cibindən 3 ədəd sellofan bükümlərdə olan narkotik vasitə heroini çıxarıb təqdim elmişdir. Polis əməkdaşları həmin sellofan bükümləri açdıqda, həmin bükümlərdə heroinə bənzər maddə olduğu aşkar edilmişdir. Bəxtiyar həmin heroini 9 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi yaxınlığındakı siqaret köşkünün arxa tərəfindəki yerdən götürdüyünü, bunun üçün Fuad adlı şəxsin bank kartına 60 manat pul köçürdüyünü, Fuadın da ona mobil telefonda “Whatsapp” proqramı ilə həmin heroinin verini bildirdiyini demişdir. Bəxtiyar heroini öz istifadəsi üçün alıb saxladığını, satışı ilə məşğul olmadığını bildirmişdir. Sonra polis əməkdaşları həmin 3 ədəd bükümdə olan heroini zərfə qoyaraq qablaşdırmışdır. Bəxtiyarın mobil telefonu da götürülmüşdür. Sonra Aslana üzərində, paltarlarının ciblərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Aslan üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Aslan özü əynindəki qara gödəkcəsinin sol yan cibindən 1 ədəd "Kgtel“ markalı mobil telefonu və əynindəki tünd yaşıl şalvarının sol yan cibindən 2 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və bükümlərdə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları həmin sellofan bükümləri də açmışlar, hər ikisinin içində heroinə bənzər maddə olduğu aşkar edilmişdir. Aslan həmin heroini 9 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may adlanan ərazidə Dəmir yol vağzalının arxasında Rahib adlı şəxsdən 25 manata özü istifadə etməsi üçün aldığını, heroinin satışı ilə məşğul olmadığını bildirmişdir. Aslandan aşkar olunmuş həmin 2 ədəd heroin bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Aslanın mobil telefonu əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra ona üzərində, paltarlarının ciblərində qanunsuz saxlanılan əşya, predmet, narkotik vasitə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. O da üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişdir. O, əynindəki gödəkcənin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmiş, ondan qanunsuz heç nə aşkar olunmamışdır. O, arabir narkotik vasitə qəbul etdiyini, lakin onun Bəxtiyarda və Aslanda narkotik vasitə heroin olmasından xəbəri olmadığını bildirmişdir. Polislər onun mobil telefonunu özünə qaytarmışlar. Sonra Eminə üzərində, paltarlarının ciblərində hər-hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik vasitə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Emin üzərində, ümumiyyətlə, heç bir əşya olmadığını bildirmişdir. Eminin üzərindən heç nə aşkar olunmamışdır. Emin narkotik vasitə istifadə etdiyini, lakin Bəxtiyarda və Aslanda narkotik vasitə olmasından məlumatı olmadığını bildirmişdir. Sonra videoçəkiliş dayandırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzlarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan ana qədər onun Bəxtiyarın və Aslanın üzərilərində narkotik vasitə heroin bükümləri olmasından qəti xəbəri olmamışdır. Nə Bəxtiyarın, nə də Aslanın həmin heroinləri kimdən necə əldə etdiklərini o bilməmişdir. Ona, Bəxtiyara, Eminə və Aslana qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və zorakılıq edilməmişdir (cild 1, iş vərəqə 189-193). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid10 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid9 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 184-188). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2022-ci il tarixli 6/122 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №6” dairəvi möhür əksi olan 2 ədəd zərfdə olan: -üzərində “Şübhəli şəxs Şahid11 üzərindən...” sözləri, kağız paketdə 3 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,258 qram, 1,301 qram, 1,535 qram, ümumi təmiz çəkisi 4,094 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, kağız paketdə 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,468 qram, 1,413 qram, ümumi təmiz çəkisi 2,881 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Təqdim edilmiş 5 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir (Qeyd: heroinin təmiz çəkisi 2,881 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,781 qram, cild 1, iş vərəqə 89-92). Cinayət işinin materiallarında olan “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə saat 00:10-da ünvan 1 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasının qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli şalvarın sol yan cibindən 2 ədəd bükümdə ümumi təmiz çəkisi 2,881 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 59-64). Cinayət işinin materiallarında olan “Bakcell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrədən 7 aprel 2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Qaqa salam menem eliw burda sizin mehledeyem 15-20 manat pul var biraz pat duz qoş ede bi lerik” məzmunlu mesaj göndərilmişdir (cild 1, iş vərəqə 214). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 11 yanvar 2022-ci il tarixli 118 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 2008-ci ildən narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. Narkotik vasitə olan heroini inyeksiya yolu ilə yuxarı ətraf venalarına, son zamanlar isə əsasən dərialtına vurmuş, müəyyən müddətdir ki, psixotrop maddə olan metafetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir (cild 1, iş vərəqə 223-223). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 2,881 qram çəkidə külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş, əldə etdiyi narkotik vasitə heroini satış məqsədi ilə bölüb ayırmaqla hər birində müvafiq olaraq 1,468 qram və 1,413 qram olmaqla 2 bükümdə qablaşdırmaqla üzərində qanunsuz saxlayaraq daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə saat 00:10-da ünvan 1 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra həmin idarədə 10 yanvar 2022-ci il tarixdə saat 1:56-dan etibarən üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli şalvarın sol yan cibindən 2 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,468 qram və 1,413 qram, ümumi təmiz çəkisi 2,881 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Lakin ibtidai istintaq orqanı narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməmiş, məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı gəldiyi nəticəni həm də təkzibedilməz sübutlar kimi sadaladığı şahid ifadələri, əməliyyat məlumatı, tərtib olunmuş protokollar və məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə də təsdiq edildiyini vurğulamışdır. Ancaq həmin sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınmasını təsdiq edən hallar mövcud deyildir. Beləliklə, faktiki olaraq ibtidai istintaq orqanının qiymətləndirdiyi sübutlar əslində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” protokolda Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən 7 aprel 2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Qaqa salam menem eliw burda sizin mehledeyem 15-20 manat pul var biraz pat duz qoş ede bi lerik” məzmunlu mesajı ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürərkən təkzibedilməz sübut kimi qiymətləndirmişdir. Qeyd edilən “sms”-in məzmunundakı “patı” kimi nəzərdə tutulan psixotrop maddə olan metafetamindən bəhs edildiyini nəzərə alıb məhkəmə hesab edir ki, həmin “sms” mətni Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroinin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur və məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə bu halı da nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin onun şəxsi istifadəsi ilə bağlı olmuşdur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, baxış zamanı Təqsirləndirilən şəxs hər birində müvafiq olaraq 1,468 qram və 1,413 qram olmaqla 2 bükümdə 2,881 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrə aidiyyəti barədə məlumatı əldə etmiş və narkotik vasitənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirinə rəhbərlik edərək həyata keçirmiş polis əməkdaşı Şahid1 və digər polis əməkdaşları məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kiməsə satmasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin həmin şahidlər Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyini qeyd etmişlər. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin yalnız külli miqdarda 2,881 qram olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir istintaq orqanının mülahizəsidir ki, o da ittihamın əsasına qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,781 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 3 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 63-79). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 7 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 14 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 207-209). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən yenidən qəsdən az ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 49-50). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 yanvar 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 174-179). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələbinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 yanvar 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Təqsirləndirilən şəxs və digər cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid11 hər birinin üzərindən aşkar edilərək götürülmüş bükümlər ilə əlaqədar keçirilən məhkəmə ekspertizası tədqiqatın dəyəri 65 manat təşkil etdiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 38 manat tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 2,781 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 38 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 2,781 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar