Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1424/2025 16.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X12 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi “A.İ.M” vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Beyləqan rayonu, Bünyadlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Matadrom qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1995-ci il tarixdə Cəlilabad rayonu, Privolnoye kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, usta işləmiş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Privoinoye kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır.
2. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bundan başqa, satış məqsədi olmadan qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır.
İşin faktiki halları
3. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün idarə etdiyi “Toyota-Prius” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu ərazisinə gedib istintaqa məlum olmayan mənbədən 01 ədəd bağlamada təmiz çəkisi 520 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib avtomobilin qabaq sağ oturacağın alt hissəsində saxlamaqla daşımış, 01 noyabr 2024-cü il tarixdə, saat 01:55 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən statsionar postun yaxınlığında Azərbaycan Respublikası DİN-nin Narkotiklərlə Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq orada videoçəkiliş vasitəsi ilə üzərlərinə və avtomobilə baxış keçirilən zaman onun idarə etdiyi “Toyota-Prius” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağının alt hissəsindən külli miqdarda 01 ədəd bağlamada təmiz çəkisi 520 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
4. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və yerdə şəxsiyyəti məlum olmayan şəxsdən 60 manat müqabilində xeyli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 1,044 qram psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, bundan başqa, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan “Hüseyn” adlı şəxsin Beyləqan rayonu ərazisində yerləşdirdiyi külli miqdarda narkotik vasitə, qurudulmuş marixuananı götürmək üçün Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota-Prius” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu ərazisinə gedib istintaqa məlum olmayan mənbədən 01 ədəd bağlamada təmiz çəkisi 520 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib avtomobilin özünün oturduğu qabaq sağ oturacağın alt hissəsində saxlamaqla daşımış, 01 noyabr 2024-cü il tarixdə, saat 01:55 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən statsionar postun yaxınlığında Azərbaycan Respublikası DİN- nin Narkotiklərlə Baş Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq orada videoçəkiliş vasitəsi ilə üzərlərinə və avtomobilə baxış keçirilən zaman əynində olan gödəkçənin sağ üst cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,044 qram qram olan psixotrop maddə-metamfetamin, daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota-Prius” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sağ oturacağının alt hissəsindən külli miqdarda 01 ədəd bağlamada təmiz çəkisi 520 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxslərin təqsirliliyinə dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar aşağıdakılardan ibarətdir:
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslər daxil olmuş məlumat əsasında Qaradağ Rayon Dövlət Yol Polisi postunda saxlanılmışlar. Onlara hüquq və vəzifələri izah edilmiş, əvvəlcə Həsrətəli, sonra Əlisanın üzərinə baxış keçirilmişdir. Həsrətəlinin üzərindən qanunla qadağan olunmuş hər hansı predmet çıxmasa da, Əlisanın üzərindən bir büküm metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı Əlisa onu 60 manata Həsrətəlidən əldə etdiyini bildirmişdir. Sonradan Həsrətəlidən avtomobilində qanunla qadağan olunmuş hər hansı predmetin olubolmaması soruşulmuş, olduğu təqdirdə onu təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Həsrətəli idarə etdiyi “Prius” markalı avtomobilin sağ qabaq oturacaq hissəsindən sellofan torbada çəkisi təxminən 520 qram olan qurudulmuş marixuana aşkar olunmuş, Təqsirləndirilən şəxs1 onu İranlı olan bir şəxsdən aldığını və Beyləqandan götürdüyünü bildirmişdir. Həsrətəli narkotik vasitəni 1000 manata aldığını qeyd etmişdi.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər.
7. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin üstlərinin yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” 01 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən 01 ədəd üzərində ***-***-**-** və ***-***-**-** sim kart nömrələri olan “Redmi” markalı mobil telefonu, saqqızı, 03 ədəd ev açarını və əynində olan gödəkçənin sağ üst cibindən bir ədəd bükümdə ağ rəngli kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, verilmiş suallara cavab olaraq həmin maddəni Təqsirləndirilən şəxs1 istifadə etmək məqsədi ilə 60 manat qarşılığında əldə etdiyini bildirmiş, X11 Rəsulovun yalan danışdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən qanunsuz predmet aşkar olunmamış, o, idarə etdiyi “Toyota Prius” markalı, **-CY-*** dövlə qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağının alt hissəsindən bir ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, həmin ketləni İran Respublikası vətəndaşı “Hüseyn” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisindən istifadə etmək məqsədi ilə 1000 manat pul qarşılığında əldə etdiyini bildirmişdir (cild 01; i.v.12-15).
8. «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 1 ədəd mobil telefon, Təqsirləndirilən şəxs2 isə 01 ədəd mobil telefon götürülmüş, sonuncudan 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobildən 01 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 01 ədəd zərfdə və 01 ədəd sellofan aşkar olunaraq götürülməsini əks etdirən görüntülər olan bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş və istintaq zamanı həmin DVD diskə baxış keçirilərək müvafiq protokol tərtib olunmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01; i.v.18-19).
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 01 noyabr 2024-cü il tarixli, 3-16-16/2-6/5095 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vət.Təqsirləndirilən şəxs2 aşkar olunmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,044 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01; i.v.60-64).
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 01 noyabr 2024-cü il tarixli, 3-16-16/2-7/1810 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd sellofan bağlamada təmiz çəkisi 520,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 01; i.v. 65-68).
11. “Maddi sübut kimi tanıma haqqında” 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 1,044 qram psixotrop maddə metamfetamin və X2 idarə etdiyi avtomobildən aşkar edilmiş 520 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilmiş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,944 qram psixotrop maddə metamfetamin və 519,95 qram qurudulmuş marixuana saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir (cild 01; i.v.165).
12. Məhkəmə-narkoloji ekspertizasının 02 dekabr 2024-cü il tarixli, 7592 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Psixostimulyatorlarin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02; i.v. 01-02).
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli, 3299 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olnan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X8 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02; i.v.3-5).
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli, 3300 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olnan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı heab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02; i.v.6-8).
15. Məhkəmə-narkoloji ekspertizasının 02 dekabr 2024-cü il tarixli, 7593 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02; i.v. 39-40).
16. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 15 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünün və Təqsirləndirilən şəxs2 üstünün yoxlanılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və diskin cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 02; i.v.107-108).
17. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 15 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitələrə baxış və götürmə istintaq hərəkəti zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 02; i.v.109-110).
Təqsirləndirilən şəxslərin müdafiələri üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
18. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında qeyd olunan miqdar düzgün deyildir. “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Hüseyn adlı şəxs ona yazaraq dəfələrlə istifadə etməsi üçün narkotik vasitə verməyi təklif etmiş, lakin o, razılıq verməmişdir. Əlisa ilə birlikdə çay içən zaman Hüseyn ona yenidən mesaj yazmışdır. Həmin vaxt sənədləri ilə bağlı Beyləqan rayonuna getməli idi. Düşünmüşdür ki, elə gedəndə narkotik vasitəni də götürər. Ona görə Hüseynlə razılaşmışdır. Qayıdarkən Qaradağ rayonunda olan zaman inspektor maşını saxlayaraq sənədlərinin qaydasında olmasını soruşmuş, o, sənədləri ona təqdim etmək istədikdə ehtiyac olmadığını bildirmişdir. Maşının niyə əzildiyini soruşduqda o, avtomobilində əzik olmadığını bildirmiş, bu zaman həmin şəxs ondan avtomobildən düşməsini istəmişdir. Maşından düşüb inspektora yaxınlaşan zaman 6 nəfər polis əməkdaşı onu tutmuşlar. Əlisanı da tutub öz avtomobillərinə aparmışlar. Avtomobildə axtarış aparan zaman narkotik vasitəni aşkar etmişlər. Həmin narkotik vasitə qurudulmuş marixuananı aparıb arxa tərəfdə kiməsə göstərdikdən sonra qaytarıb yerinə qoymuşlar. Avtomobili postun ərazisinə apararaq baxış keçirmişlər. Videoçəkiliş aparılan zaman narkotik vasitəni tərəziyə qoyduqda çəkisinin 529 qram olduğunu demişlər. O, etiraz edərək narkotik vasitənin 204 qram olduğunu bildirmişdir. Bundan sonra onlar ilk çəkilişi ləğv edərək ona “narahat olma tərəzi düz işləmir, ekspetiza təyin ediləndə düzgün qram bilinəcək, biz bunu rəisimizə göstərmək üçün çəkirik” demişlər. Ondan narkotik vasitənin ona məxsus olmasını bildirməsini istəmişlər. İttiham aktındakı ifadəsində qeyd olunanların sadəcə 20%-i onun dediklərindən ibarətdir, qalanlarını müstəntiq özü yazmışdır.
19. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 Əlisanın üzərindən aşkar edilmiş psixotrop maddənin ona aidiyyətinin olmadığını, Əlisanın həmin metamfetamini ondan almadığını, özünün narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Əlisa ilə dost olduqlarını, polis əməkdaşlarının avtomobillindən aşkar etdikləri narkotik vasitə ilə çəkilişdə olan narkotik vasitənin eyni çəkidə olmadığını, çəkilişdə olan bükümün həcminin çox daha böyük olduğunu, polis əməkdaşlarının narkotik vasitəni onun idarə etdiyi avtomobildən götürdükdən sonra arxa tərəfdə digər maşına apardıqlarını, daha sonra gətirib yerinə qoyan zaman narkotik vasitəni görmədiyini, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin İran vətəndaşından 5-6 qram narkotik vasitə qurudulmuş marixuananı 2-3 dəfəyə istifadə etmək üçün istədiyini, həmin narkotik vasitənin 204 qram olduğunu bildikdə bunun onun üçün çox olduğunu bildirdiyini, lakin buna baxmaraq həmin narkotik vasitəni götürdüyünü, satış məqsədinin olmadığını, həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, İran vətəndaşına 204 qramın ödənişini edə bilməyəcəyini dedikdə, iranlının ona daha sonra ödəniş etməsinin mümkün olduğunu bildirdiyini, Əlisanın həmin narkotik vasitədən xəbərinin olmadığını, çəkiliş aparılana qədər Əlisa ilə onun ayrı-ayrı maşınlarda saxlanıldıqlarını, imzaladığı sənədləri oxumadan imzaladığını, müstəntiqə ona polis əməkdaşları tərəfindən göstərilmiş təzyiqlər barədə məlumat verdiyini, lakin heç bir tədbir görülmədiyini, BİT-ə daxil olan zaman bədənində görünən xəsarətlərin olmadığını, təcridxanada olan zaman ona göstərilmiş təzyiqlərlə bağlı heç bir orqana rəsmi məlumat vermədiyini, təcridxanaya daxil olan zaman xəsarətləri bağlı ona sual ünvanlanmadığını, narkotik vasitəni götürdükdən sonra İran vətəndaşının nömrəsini silib bloka atdığını, onun pulunu ödəmək niyyətinin olmadığını bildirmişdir.
20. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona təzyiqlər olduğundan ittihamda qeyd edilən məzmunda ifadə vermişdir. İttiham aktında onun Həsrətəli ilə 1 gündür tanış olması qeyd olunsa da, bu da yanlışdır. Həsrətəli onunla birlikdə Zabratda çay içən zaman sənəd götürmək üçün Beyləqana getdiyini və onun da yol yoldaşı olmasını təklif etmiş, o isə razılaşmışdır. Geri qayıdarkən Qaradağda polis əməkdaşları onları saxlamışlar. Onu ailəsi ilə hədələdikləri üçün polis əməkdaşlarının dediklərini etməyə məcbur qalmışdır. Üzərindən aşkar olunan psixotrop maddəni Mərdəkandan əldə etmişdir. Həsrətəlidən heç vaxt narkotik vasitə və ya psixotrop maddə almamışdır.
21. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Rəsulov X6 Həsrətəlinin sənəd götürməsi üçün getdiklərini, Həsrətəlinin narkotik vasitə götürəcəyini bilmədiyini, ona narkotik vasitə verməsi ilə bağlı Həsrətəlinin ona hər hansı söz demədiyini və bu barədə əvvəlcədən danışıqlarının olmadığını, üzərindən aşkar edilmiş metamfetamini Mərdəkandan əldə etdiyini, tanışlıqları uzun müddət olmasa da, Həsrətəlinin narkotik vasitə satmasını görmədiyini və eşitmədiyini, onun sadəcə narkotik vasitə istifadəçisi olduğunu bildiyini, Həsrətəlinin narkotik vasitə qurudulmuş marixuananı Beyləqandan götürdükdən sonra ona bu barədə məlumat verdiyini, öz üzərindən aşkar edilmiş psixotrop maddəni Beyləqana getməmişdən bir gün əvvəl Mərdəkandan aldığını və artıq bir hissəsini istifadə etdiyini bildirmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
22. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
23. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
24. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.
25. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
26. “Şübhəli şəxsin tutulması haqqında” 01 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 noyabr 2024-cü il tarixdə, saat 01:55-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.28).
27. “Şübhəli şəxsin tutulması haqqında” 01 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 01 noyabr 2024-cü il tarixdə, saat 01:55-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.46).
28. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 noyabr 2024-cü il tarixli, 4(002)-267/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.159-161).
29. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 noyabr 2024-cü il tarixli, 4(002)-268/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.162-164).
30. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (cild 01; i.v.188).
31. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, AR CM-nin 73.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir (cild 01; i.v.189-190).
32. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 4(002)-52/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 01 may 2025-ci il tarixədək uzadılmışdır (cild 02; i.v.42-44).
33. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 4(002)-51/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 may 2025-ci il tarixədək uzadılmışdır (cild 02; i.v.57-59).
34. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 4(002)-113/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 01 iyun 2025-ci il tarixədək uzadılmışdır (cild 02; i.v.83-85).
35. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 4(002)-114/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 iyun 2025-ci il tarixədək uzadılmışdır (cild 02; i.v.88-91).
36. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2025-ci il tarixli, 4(002)-154/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 21 iyun 2025-ci il tarixədək uzadılmışdır.
37. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2025-ci il tarixli, 4(002)-155/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 21 iyun 2025-ci il tarixədək uzadılmışdır.
38. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il təvəllüdlü (X10) uşağı var.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
39. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
40. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
41. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.
42. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
43. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
44. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
46. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
47. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
48. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
49. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 234.1-1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə AR CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə tövsif edilməli və onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində qanuni və ədalətli cəza təyin edilməlidir.
50. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş AR CM-nin 234.4.2-ci maddəsi, yəni digər Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetamin satmasına dair epizodla bağlı gəldiyi qənaətin ayrıca əsaslandırılmasını zəruri hesab edir.
51. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 psixotrop maddə satması qənaətinə gələrkən istinad etdiyi yeganə sübut Təqsirləndirilən şəxs2 ifadəsində bununla bağlı göstərdiyi xüsusat olmuş, istintaq orqanı həmin halı təsdiq edən hər hansı əlavə sübut olmadan, Təqsirləndirilən şəxs2 ifadəsindəki xüsusatı təsdiq edən heç bir hal müəyyən edilmədən nədənsə Təqsirləndirilən şəxs1 saxlanıldığı ilk gündən bu halı təkzib etməsinə baxmayaraq heç bir əsas gətirmədən təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 ifadəsinə üstünlük verərək hansı səbəbdən Təqsirləndirilən şəxs2 ifadəsini şübhə altına almadan Təqsirləndirilən şəxs1 ifadəsindəki həmin xüsusatı həqiqətəuyğun olmayan hal kimi qiymətləndirdiklərini əsaslandırmaq zərurəti belə görməmişdir.
52. Halbuki, iş materiallarında olan şəxsi axtarış və götürmə, o cümlədən, avtomobilə baxış istintaq hərəkətini özündə əks etdirən videodiskdə olan görüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş psixotrop maddəni Təqsirləndirilən şəxs1 60 manat müqabilində aldığını bildirsə də, elə həmin vaxt Təqsirləndirilən şəxs1 Əlisanın yalan dediyini, heç vaxt ona psixotrop maddə satmadığını bildirmiş, buna baxmayaraq ibtidai istintaq orqanı onun həmin iddiasını görməzdən gələrək heç bir mötəbər sübut əldə etmədən (onunla Təqsirləndirilən şəxs2 arasında bununla bağlı hər hansı yazışma, Əlisanın ona 60 manat pul verməsini təsdiq edən hər hansı sübut (belə ki, Əlisanın iddiasına görə o, həmin gün 60 manat pulu Həsrətəliyə verərək ondan psixotrop maddə götürmüşdür, buna baxmayaraq şəxsi axtarış və götürmə zamanı Həsrətəlinin üzərindən həmin məbləğdə pul aşkar olunmamış, ona həmin pulun harada olması, əgər xərcləmişdirsə nəyə xərcləməsi ilə bağlı hər hansı sual da ünvanlanmamışdır)) Təqsirləndirilən şəxs2 heç bir sübuta əsaslanmayan sözlərini əsas götürərək Təqsirləndirilən şəxs1 psixotrop maddə satması nəticəsinə gəlməyi məqbul etmişdir.
53. Bundan savayı, Təqsirləndirilən şəxs1 ilkin izahatından başlayaraq ibtidai istintaqın sonunadək verdiyi ifadələrindən görünür ki, o, həmin izahat və ifadələrində də Təqsirləndirilən şəxs2 psixotrop maddə satmadığını, Təqsirləndirilən şəxs2 yalan dediyini təkidlə bildirsə də, müstəntiq bir dəfə də olsun həmin xüsusatla bağlı ona hər hansı sual ünvanlamadan, hər hansı dəqiqləşdirmə aparmaq zərurəti görmədən, hər iki təqsirləndirilən şəxsin komputer vasitəsi ilə ifadələrini olduğu kimi kopyalamaqla formal üzləşdirmə protokolunu iş materiallarına əlavə etməklə kifayətlənərək birmənalı şəkildə onun Təqsirləndirilən şəxs2 psixotrop maddə satması qənaətinə gəlmişdir.
54. Bununla yanaşı, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ifadə verərək ibtidai istintaq zamanı polis əməkdaşlarının sözlərindən psixotrop maddəni Həsrətəlidən aldığını bildirdiyini, onları saxlayan zaman polis əməkdaşlarının onu ayrıca avtomobilə apararaq üzərindəki psixotrop maddəni Həsrətəlidən aldığını bildirməsini dediklərini, qorxusundan polis əməkdaşları ilə razılaşdığını, əslində həmin maddəni Həsrətəlidən deyil, Xəzər rayonu ərazisində olan həmişə psixotrop maddəni aldığı şəxsdən əldə etdiyini, Həsrətəlinin narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını görmədiyini və eşitmədiyini, ondan heç vaxt narkotik vasitə və ya psixotrop maddə almadığını bildirmişdir ki, bu da ibtidai istintaq orqanının istinad etdiyi yeganə “sübut”un da məhkəmə iclasında təkzib edilməsinə və öz təsdiqini tapmamasına dəlalət edir.
55. Məhkəmə iclasında ittiham tərəf Təqsirləndirilən şəxs2 fiziki təsir-təzyiq yetirilməsinin təsdiq edilmədiyinə istinad edərək onun şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilmiş psixotrop maddəni məhz Təqsirləndirilən şəxs1 əldə etməsinə dair xüsusatın həqiqiliyin şübhə doğurmadığını bildirsə də, həmin dəlilə münasibətdə məhkəmə onu qeyd edir ki, hətta Təqsirləndirilən şəxs2 hər hansı təsir-təzyiqə məruz qalmadan göstərilən xüsusatı qeyd etməsi qəbul olunsa belə, digər Təqsirləndirilən şəxs1 saxlanıldığı ilk gündən bu günədək həmin xüsusatı təkzib etdiyi, Təqsirləndirilən şəxs2 ifadəsindəki xüsusatın həqiqiliyini, Təqsirləndirilən şəxs1 isə həmin xüsusatla bağlı ifadələrində səmimi olmamasının əksini təsdiq edəcək hər hansı sübutun olmadığı halda sadəcə və yalnız Təqsirləndirilən şəxs2 ifadəsindəki həmin hala istinadən şəxsə ittiham verilməsi qəbuledilməz və yolverilməzdir.
56. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin dediyi bir söz əsasında həmin halı təsdiq edən heç bir sübut olmadan, Təqsirləndirilən şəxs1 ilk gündən həmin halı təkzib etməsini nəzərə almadan, təqsirləndirilən şəxslər arasında real üzləşdirmə aparmaqla həmin xüsusatı dəqiqləşdirmək naminə bir sual belə vermədən formal mülahizələr əsasında bir təqsirləndirilən şəxsin bir cümləsi əsasında digər təqsirləndirilən şəxsə ittiham elan edilməsi əsassız və qanunsuz olmaqla AR CPM-nin tələbləri ilə bir araya sığmır.
57. Sözügedən 01 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxslərin üzləşdirilməsinə dair protokoldan görünür ki, müstəntiq təqsirləndirilən şəxsləri üzləşdirdiyi təəssüratı yaratmaq üçün formal olaraq müvafiq protokolu iş materiallarına əlavə etsə də, təqsirləndirilən şəxslərin daha öncəki iş vərəqələrində olan ifadələrini olduğu kimi, sözbəsöz, bir söz belə fərq olmadan eynilə kopyalamış, üzləşdirmə səbəbi olan halla bağlı (Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş psixotrop maddəni Təqsirləndirilən şəxs1 aldığını deməsi, Təqsirləndirilən şəxs1 isə saxlanıldıqları ilk gündən etibarən bunu halı inkar edərək Təqsirləndirilən şəxs2 hər hansı psixotrop maddə satmamasını bildirməsi) onlara heç bir sual ünvanlanmadan, heç bir dəqiqləşdirmə aparmaq zərurəti görmədən üzləşdirmə istintaq hərəkətini bitirmişdir ki, belə olan halda müstəntiqin həmin istintaq hərəkətini hansı məqsədlə keçirməsi məhkəmə üçün müəmmalı qalmışdır (Belə ki, müstəntiqin üzləşdirmə protokoluna kopyalandığı ifadələr təqsirləndirilən şəxslərin ifadələrində öz əksini tapmaqla iş materiallarına hər bir halda əlavə edilmişdir).
58. Bundan savayı, Təqsirləndirilən şəxs1 iş materiallarında olan ifadələrinə nəzər yetirdikdə görünür ki, onu biri digəri ilə eyni olan ifadələrində göstərilən epizodla bağlı sadəcə bu ifadəni qeyd etmişdir-“polis əməkdaşlarının yanında Əlisa üzərindən aşkar edilmiş bir ədəd bükümdə psixortop maddə metamfetamini 60 manat müqabilində məndən əldə etdiyini dedi. Mən də cavab olaraq Əlisanın yalan danışdığını, ona narkotik vasitə satmadığımı bildirdim”.
59. Maraqlıdır ki, təqsirləndirilən şəxs hazırki epizodla bağlı verilmiş ifadəsində sadəcə şəxsi axtarış və götürmə zamanı olan halı təsvir edərək həmin epizodla bağlı hər hansı ifadə verməməsinə baxmayaraq müstəntiq bu hala da əhəmiyyət vermədən ibtidai istintaqın ilk günündən son gününədək eyni ifadəni kopyalaraq həmin ifadənin iş materiallarına əlavə edilməsini, həmin epizodla bağlı Təqsirləndirilən şəxs1 ifadəsi alınmadan onun təqsirləndirilməsini məqbul hesab etmişdir.
60. Göstərilənləri təhlil edərək məhkəmə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 almasını təsdiq edən sübutların olmamasını, ibtidai istintaq orqanın istinad etdiyi yeganə sübut növünün həqiqiliyi yoxlanılmayan Təqsirləndirilən şəxs2 ifadəsində bu barədə göstərdiyi xüsusatın olduğunu, həmin xüsusatın düzgünlüyünün yoxlanılması istiqamətində hər hansı araşdırma aparılmamasını və həmin halı təsdiq edə biləcək bir dənə də olsun sübutun əldə edilmədiyini, Təqsirləndirilən şəxs1 saxlanıldığı gündən etibarən Təqsirləndirilən şəxs2 psixotrop maddə satmadığını iddia etdiyini, bu halın ibtidai istintaq orqanı tərəfindən görməzdən gəlindiyini, bir şəxsin bir cümləsi əsasında (Nəzərə alınsa ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, üzərindən aşkar edilmiş psixotrop maddəni Həsrətəlidən deyil, Xəzər rayonu ərazisində həmişə psixotrop maddə aldığı şəxsdən əldə etdiyini bildirmişdir) digər şəxsə hər hansı sübut olmadan ittiham verilməsinin qanunvericiliyin tələblərinə zidd olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddənin X1 əldə edilməsi, bununla da Təqsirləndirilən şəxs1 AR CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən həmin maddə və həmin maddə ilə ittihamın verilməsinə əsas olmuş epizod X3 verilmiş ittihamdan xaric edilməlidir.
61. Bununla yanaşı, ibtidai istintaq orqanının təqsirləndirilən şəxslərə AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddələrlə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir və aşağıdakıları qeyd edir:
62. -İlk növbədə 31 oktyabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərara münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlayıb daşıması ilə əlaqədar əməliyyat məlumatının daxil olması hələ özü-özlüyündə həmin məlumatın birmənalı şəkildə doğru olmasına qənaətinə gəlmək üçün əsas olmamaqla yalnız bu halı təsdiq edən sübutların müəyyən edildiyi və daxil olmuş məlumatın həqiqiliyi öz təsdiqini tapdığı halda şəxsi narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar ittihamın verilməsi ilə nəticələnə bilər. Hazırki halda isə cinayət işinin materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi məşğul olması öz təsdiqini tapmadığından sadəcə daxil olmuş əməliyyat məlumatına istinad olunaraq təqsirləndirilən şəxslərə ağır maddə ilə ittihamın irəli sürülməsi yolverilməzdir.
63. Bununla yanaşı, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əsk etdirən videodiskdə olan görüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs1 ona ünvanlanmış suala cavab olaraq avtomobildən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşı “Hüseyn” adlı şəxs vasitəsi ilə Beyləqan rayonu ərazisindən əldə etdiyini bildirmiş, 01 noyabr 2025-ci il tarixli ilkin izahatında da eyni halı təkrarlamış, digər Təqsirləndirilən şəxs2 da həmin tarixli izahatında Həsrətəli Bəhmənovun avtomobildən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyini göstərmişdir.
64. Buna baxmayaraq iş materiallarında olan eyni tarixli, yəni 01 noyabr 2024-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi”nə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi fərqli məzmunda göstərilmişdir-“2024-cü ilin iyun ayının əvvəllərində “instagram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı «Hüseyn» adlı şəxslə tanış olmuşdur. Tanışlıq ərəfəsində “Hüseyn” adlı şəxs ona bildirmişdir ki, narkotik vasitənin külli miqdarda satışı ilə məşğul olur, məhz onun üçündə Azərbaycanın istənilən regionunda narkotik vasitə təşkil edə bilər. İran İslam Respublikası vətəndaşı «Hüseyn» adlı şəxs təklif etmişdir ki, ona külli miqdarda qurudulmuş marixuana versin, o, onun malını satıb qazanc əldə etsin. Lakin o, həmin səxsə narkotik o, yenə “instagram” sosial şəbəkəsinə daxil olanda İran İslam Respublikası vətəndaşı «Hüseyn» adlı şəxsin ona yazdığı mesajları oxumuş, həmin mesajlarda Hüseyn adlı şəxs yenə də ona təklif etmişdir ki, onun göndərdiyi narkotik vasitəni Azərbaycanda satıb qazanc əldə etsinlər. Lakin o, Hüseyn adlı şəxsin təklifi ilə razılaşmamışdır. 31 oktyabr 2024- cü il tarixdə günorta saatlarında “instagram” sosial şəbəkəsinə daxil olmuşdur. Həmin vaxt İran İslam Respublikası vətəndaşı «Hüseyn» adlı şəxsin ona yenə mesaj yazdığını görmüşdür. Bildirmişdir ki, təxminən 2000 manata yaxın borcları var idi. Düşünmüşdür ki, İran İslam Respublikası vətəndaşı «Hüseyn» adlı şəxsin təklifi ilə razılaşsın. Həmin vaxt o, İran İslam Respublikası vətəndaşı «Hüseyn» adlı şəxsin “instagram” sosial şəbəkəsinə mesaj yazıb bildirmişdir ki, onun təklifi ilə razıdır. İran İslam Respublikası vətəndaşı «Hüseyn» adlı şəxs “instagram” sosial şəbəkəsində dərhal ona cavab yazıb sevindiyini və ikisinin də bu işdən xeyli gəlir əldə edəcəklərini demişdir. Söhbət əsnasında Hüseyn adlı şəxsə hazırda pulu olmadığını, onun göndərdiyi narkotik vasitəni satıb pulunu verəcəyini demiş, Hüseyn adlı şəxsdə onunla razılaşaraq göndərdiyi narkotik vasitənin 1000 manat təşkil etdiyini, narkotik vasitəni satdıqdan sonra 1000 manat pulu onun dediyi hesaba göndərəcəyini və onu aldatmamasını mesajında bildirmişdir. O, Hüseyn adlı şəxsdən narkotik vasitəni bu gün, yəni 31 oktyabr 2024-cü il tarixdə əldə etmək istədiyini deyəndə «Hüseyn» adlı şəxs ona həmin narkotik vasitəni Beyləqan rayonunun Bünyadlı kəndi ərazisinə qoyacağını demişdir. Onu da qeyd etmişdir ki, İran İslam Respublikası vətəndaşı «Hüseyn» adlı şəxs artıq onun Beyləqan rayonu, Bünyadlı kəndindən olduğunu bilmişdir. Həmin gün tanışı Əlisa ilə Bakı şəhərində görüşmüş, söhbət əsnasında Əlisaya bildirmişdir ki, “instagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı «Hüseyn» adlı şəxsin bu gün Beyləqan rayonu, Bünyadlı kəndinin ərazisinə narkotik vasitə qurudulmuş marixuana qoyacağını, həmin narkotik vasitəni gedib götürəcəyini bildirmişdir. Əlisa da özü ona təklif etmişdir ki, o, da onunla birlikdə Beyləqan rayonuna getmək istəyir. Hətta Əlisa təklif etmişdir ki, «narkotik vasitəni götürək yarıya bölərik, sata bildiyimizi satarıq, qalanını da istifadə edərik». O, Əlisanın hal əhli olduğunu, yəni onun kimi narkotik vasitə aludəçisi olduğunu və az bir müddətdə tanış olsalarda normal münasibətlərinin olduğunu düşünüb onunla razılaşmışdır”.
65. Məhkəmə iclasında təqsirləndirilən şəxs həmin ifadəsini oxumadığını, ifadəsinin müstəntiq tərəfindən komputer vasitəsi ilə yazıldığını, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını və belə bir fikrinin olmadığını, həmin ifadədə göstərilənləri təsdiq edə biləcək hər hansı sübutun olmadığını bildirmişdir.
66. Məhkəmə təqsirləndirilən şəxsin saxlanılan zaman üzərinə və avtomobilinə baxış zamanı avtomobilindən aşkar edilmiş narkotik vasitəni Beyləqan rayonundan şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini bildirdiyini, ilkin izahatında da hər iki təqsirləndirilən şəxsin bu xüsusatı təsdiqlədiklərini, özünün kannabioidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, onun müstəntiq tərəfindən komputer vasitəsi ilə yazılmış ifadəsində narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dair xüsusatı təsdiq edə biləcək hər hansı bir sübutun ibtidai istintaq orqanı tərəfindən iş materiallarına əlavə edilmədiyini nəzərə alaraq təqsirləndirilən şəxsin əsas və mötəbər sübut növü olan şəxsi axtarış və avtomobilə baxış istintaq hərəkətini həyata keçirən zaman, o cümlədən, məhkəmə istintaqı zamanı narkotik vasitəni şəxsi istifadəsi məqsədi ilə əldə etməsinə dair göstərdiyi xüsusatı daha inandırıcı hesab edir.
67. Məhkəmə 01 noyabr 2024-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi”nə dair protokolda narkotik vasitələrin satışı ilə bağlı göstərilmiş xüsusatın işin həqiqi halları ilə uzlaşmayan və iş materiallarında olan digər sübutlarla təsdiq olunmayan xüsusat olması qənaətinə gələrkən AR CPM-nin 126.6-cı maddəsinin (Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər) tələblərini, o cümlədən, müstəntiqin həmin xüsusatla bağlı formal araşdırma apararaq onun ilkin izahatı ilə ifadələri arasındakı fərqlərlə bağlı dəqiqləşdirmə aparmadığını, həmin xüsusatla bağlı digər təqsirləndirilən şəxslə Təqsirləndirilən şəxs1 ifadələri arasında olan fərqli məqamları araşdırmaq zərurəti görmədiyini, onun adından komputer vasitəsi ilə yazılmış ifadəni sonrakı ifadəsinə və üzləşdirmə protokoluna sözbəsöz bir cümlə belə əlavə etmədən olduğu kimi kopyaladığını və bu halın müstəntiqin həmin xüsusatı araşdırmaqda maraqlı olmadığına dəlalət etdiyini, Təqsirləndirilən şəxs1 öz sözlərindən olan xüsusatları özündə əks etdirən əsas sübut növü olan videodiskdə onun şəxsən göstərdiyi halları, orada göstərilən xüsusatla bağlı qeyd etdiyi halın (həmin narkotik vasitəni şəxsi istifadəsi məqsədi ilə əldə etməsinə dair) onun məhkəmə iclasında ifadəsindəki halla da uzlaşdığını nəzərə alır.
68. Maraqlı bir məqam da ondan ibarətdir ki, müstəntiq tərəfindən alınmış ifadələrə əsasən Təqsirləndirilən şəxs1 ifadəsində hadisə günü tanışı Əlisa ilə Bakı şəhərində görüşdüklərini, söhbət əsnasında Əlisaya “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı «Hüseyn» adlı şəxsin bu gün Beyləqan rayonu, Bünyadlı kəndinin ərazisinə narkotik vasitə qurudulmuş marixuana qoyacağını, həmin narkotik vasitəni gedib götürəcəyini bildirdiyini, Əlisanın ona onunla birlikdə Beyləqan rayonuna getmək istədiyini, narkotik vasitəni götürüb yarıya bölmələrini, sata bildiklərini satmalarını, qalanını da istifadə etmələrini təklif etdiyini bildirmiş, eynilə yenə də müstəntiq tərəfindən alınmış və komputer vasitəsi ilə yazılmış ifadələrə əsasən Təqsirləndirilən şəxs2 isə ifadəsində həmin xüsusatla bağlı fərqli ifadə verərək söhbət əsnasında Həsrətəlinin ona “İnstagram” sosial şəbəkəsində tanış olduğu İİR vətəndaşı “Hüseyn” adlı şəxsin bu gün Beyləqan rayonu, Bünyadlı kəndi ərazisinə narkotik vasitə qurudulmuş marixuana qoyacağını, həmin narkotik vasitəni gedib götürəcəyini, Həsrətəliyə onunla birlikdə rayona getmək istədiyini bildirdiyini, Həsrətəlidən ona da pay verməsini xahiş etdiyini, Həsrətəlinin onunla razılaşdığını bildirmişdir.
69. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ifadəsində Təqsirləndirilən şəxs1 fərqli məqamları qeyd etməsinə baxmayaraq həmin ziddiyyətlə də bağlı müstəntiq dəqiqləşdirmə aparmamış, üzləşdirmə zamanı eyni ifadələr köçürülsə də, həmin ziddiyyət yenə də aradan qaldırılmamış qalmışdır ki, bütün bu hallar qeyd olunan ifadələrə istinadən şəxslərə ağır ittiham verilməsinin qanunazidd olması qənaətinə gəlməyə imkan verir.
70. Təqsirləndirilən şəxs2 həmin ifadəsində onun Təqsirləndirilən şəxs1 götürəcəyi narkotik vasitə qurudulmuş marixuanadan ona pay verməsini bildirməsinə münasibətdə isə məhkəmə qeyd edir ki,Təqsirləndirilən şəxs2 ümumiyyətlə kannaboidlərin istifadəçisi olmamış (iş materiallarında müvafiq narkoloji ekspertizasının rəyinə əsasən), həmin vaxt üzərində istifadə etdiyi psixotrop maddə metamfetamin olduğu halda Təqsirləndirilən şəxs1 istifadə etmədiyi narkotik vasitədən pay istəməsi real və inandırıcı olmamaqla həmin hal təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə də öz təsdiqini tapmamışdır.
71. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadələrində İİR vətəndaşının narkotik vasitələri satmasına dair təklifinə “İnstagram” sosial şəbəkəsində yazaraq razılıq verdiyini bildirməsi göstərilsə də, ibtidai istintaq zamanı onun telefonuna baxış keçirilən zaman onun telefonunda bu faktı təsdiq edə biləcək hər hansı hala rast gəlinməmişdir.
72. Həmçinin, cinayət işinin materiallarında olan “İttihamın elan edilməsi, təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi, qərarın surətinin verilməsi”nə dair 27 may 2025-ci il tarixli protokoldan (cild 02; i.v.168) görünür ki, Təqsirləndirilən şəxs1 öz xətti ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini, əldə edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini xüsusi olaraq qeyd etmişdir.
73. Nəzərə alınsa ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilməsinin əsasında Təqsirləndirilən şəxs1 “satış” məqsədi ilə narkotik vasitə əldə etmək istəməsini bildikdən sonra onunla birgə narkotiki götürməyə getməsi və narkotikin yarısının satış üçün ona verilməsini deməsi olmuşdur və hazırki halda Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan əldə edərək daşıması müəyyən olunmuşdur, bu da Təqsirləndirilən şəxs2 AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri irəli sürülmüş ittihamın aradan qalxmaqla onun Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup şəxs halında satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə edərək daşıması qəanətinə gəlməyə əsas verir.
74. -Təqsirləndirilən şəxsin idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitənin miqdarına, yəni külli miqdar təşkil etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, narkotik vasitənin külli miqdar təşkil etməsi həmin maddənin satışına və ya həmin maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı təqdirdə özü-özlüyündə həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz.
75. Məhkəmə qeyd edir ki, avtomobildən aşkar edilmiş narkotik vasitənin miqdarının külli miqdarda olması onun həmin maddəni satış məqsədi ilə əldə etməsinə dəlalət etməməklə şəxsin öz şəxsi istifadəsi üçün də həmin miqdarda narkotik vasitəni əldə edərək saxlaması mümkündür.
76. Bunu təsdiq edən sübut növlərindən biri iş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 02 dekabr 2024-cü il tarixli, 7593 saylı rəyidir ki, həm rəy ilə Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromunun aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması müəyyən olunmuşdur.
77. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhz kannabioidlərin qəbulu nəticəsində yaranmış asıllıq sindromumun müvafiq ekspert rəyi ilə müəyyən olunması, onun idarə etdiyi avtomobildən də məhz narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi, o cümlədən, narkotik vasitənin miqdarının şəxsi istifadə üçün (daha uzun müddətə istifadə etmək məqsədi ilə) mümkün olan miqdarda olması onun həmin maddəni şəxsi istifadəsi məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə imkan verən hallardandır.
78. Göstərilən bu hallar onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair nəticəyə gələrkən həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır.
79. Belə ki, həmin Plenum qərarının 9-cu bəndinin 2-ci abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
80. Göründüyü kimi, Plenum qərarında narkotik vasitə və ya psixotrop maddənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin miqdarı həmin maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz.
81. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobildən götürülmüş narkotik vasitənin külli miqdar təşkil etməsi müəyyən edilsə də, nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 digər istehlakçılarla razılıq əldə etməsi, həmin maddəni satış üçün xırda bükümlərə qablaşdırması, həmin maddənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir.
82. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onların narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, həmin maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” həmin maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir.
83. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır.
84. Bununla yanaşı, təqsirləndirilən şəxslərin istifadələrində olmuş mobil nömrələrə daxil olan və həmin nömrədən göndərilmiş SMS-lər və o cümlədən, həmin nömrə ilə aparılmış zənglərə baxış zamanı həmin telefon zəngləri və yazışmaların heç birində Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hər hansı bir hala rast gəlinməmişdir (cild 01; i.v.134).
85. Məhkəmə qeyd edir ki, şəxsin idarə etdiyi avtomobildən külli miqdarda narkotik vasitənin aşkar olunması olması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin maddələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz.
86. -Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Həsrətəli Bəhməzadə və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər, hətta ifadələrində saxlanılan zaman Təqsirləndirilən şəxs1 narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyini təsdiq etmişlər.
87. Həmin şahid ifadələrinə münasibətdə məhkəmə həmin şahidlərin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsləri saxladıqlarını, təqsirləndirilən şəxslərin hər hansı şəxsə narkotik vasitə satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etmələrinə dair hər hansı fakta istinad etmədiklərini, sadəcə təqsirləndirilən şəxsin idarə etdiyi avtomobildən narkotik vasitənin aşkar edilməsinə və həqiqiliyi sübuta yetirilməyən narkotik vasitələrin dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsaslanaraq ifadə verdiklərini nəzərə alaraq həmin şahid ifadələrinin şəxslərə AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir.
88. Göründüyü kimi, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslərin əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında təqsirləndirilən şəxslərə AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında nəinki çoxsaylı sübutlara, narkotik vasitələrin satılmasını və ya satış məqsədi ilə əldə edilməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə təqsirləndirilən şəxsin avtomobilindən aşkar edilmiş narkotik vasitənin miqdarına istinad etməklə kifayətlənmişdir.
89. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
90. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
91. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 qeyd edilən narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun əməlini idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi, Təqsirləndirilən şəxs2 əməlini isə Təqsirləndirilən şəxs1 ilə birlikdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir.
92. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğu əməl CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir.
93. Məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 234.1-1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə AR CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə tövsif olunmalı, onların birlikdə qabaqcadan razılaşmaqla satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edərək daşımaları ilə onların cəzalarını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır.
94. Təqsirləndirilən şəxslərə verilmiş ittihamda onların şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikası vətəndaşı “Hüseyn” adlı şəxslə də qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışı məqsədi ilə onu əldə edib saxlayaraq daşımaları əks olunsa da, məhkəmə təqsirləndirilən şəxslərin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmələrinin iş materialları ilə öz təsdiqini tapmamaqla yanaşı, onların İİR vətəndaşı ilə qabaqcadan əlbir olmalarına dair hər hansı sübutun da cinayət işinin materiallarına əlavə edilmədiyini və bu halın məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmadığını nəzərə alaraq verilmiş ittihamdan İİR vətəndaşı “Hüseyn” adlı şəxslə də qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin törədilməsinə dair müddəaların da xaric edilməsini məqsədəmüvafiq hesab edir.
95. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda təqsirli bilmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman idarə etdiyi avtomobildə 204 qram qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən döyüldüyündən videoçəkiliş zamanı avtomobildən aşkar edilmiş narkotik vasitələrin onlara aid olduğunu bildirdiyini, çəkiliş zamanı dediklərinin polis əməkdaşlarının sözləri olduğunu, fiziki təzyiqlərə dözmədiyindən onların dediklərini təkrarladığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini işin faktiki halları və iş materiallarında olan mötəbər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.
96. Belə ki, istər təqsirləndirilən şəxslərin üzərlərinə baxış və götürmə, istər avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 tam sərbəst şəkildə avtomobildən aşkar edilmiş narkotik vasitənin ona İran Respublikası vətəndaşı tərəfindən göndərildiyini, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, onların iştirakı ilə narkotik vasitə tərəziyə qoyularaq çəkilmiş, tərəzidə olan narkotik vasitənin miqdarının 500 qramdan artıq olması əməliyyatçı tərəfindən səsləndirilsə də, bu zaman təqsirləndirilən şəxslərdən heç biri narkotik vasitənin miqdarına etiraz edərək bunu mübahisələndirmədən polis əməkdaşları tərəfindən qablaşdırılmış narkotik vasitənin üzərində olan sənədi imzalamışlar.
97. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyündən videoçəkiliş zamanı narkotik vasitənin miqdarı ilə bağlı bir söz deyə bilmədiyini iddia etsə də, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli, 8607/2024 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasına daxil olan zaman zədə almadığını bildirmiş, onun bədəninə baxış zamanı sol saidin ön səthində və bel nahiyyəsində köhnə çapıqlar aşkar edilmiş, başqa hər hansı xəsarət aşkar edilməmişdir.
98. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq onda olan xəsarətlərin istintaq təcridxanasına daxil olan soruşulmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsdə həqiqətən də xəsarətlərin olduğu halda həmin xəsarətlərin qeydə alınmamasının mümkün olmadığını və tibbi müayinədən sonra yoxlanılan hər bir təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin mütləq qaydada istintaq təcridxanası tərəfindən qeydə alındığını xüsusi olaraq vurğulayır.
99. Bununla yanaşı, təqsirləndirilən şəxslərin üzərlərinə şəxsi axtarış və götürmə, o cümlədən, avtomobilə baxış aparılmasına dair videodiskdə olan görüntülərlə də təqsirləndirilən şəxsdə hər hansı xəsarətin olması öz təsdiqini tapmamışdır.
100. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərin edilməsini iddia etsə də, məhkəmə onun tibb kartına əsasən onda xəsarətlərin olmasının müəyyən edilmədiyini, onun tərəfindən bu halı təsdiq edə biləcək hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.
101. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 özünü ona AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Həsrətəlinin Beyləqan rayonuna narkotik vasitə götürmək üçüm getdiyini bilmədiyini, onun sənəd götürəcəyini zənn edərək onunla birlikdə getdiyini, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığından videoçəkiliş zamanı Həsrətəlinin narkotik vasitə götürəcəyini bilərək onunla birlikdə getdiyini qeyd etdiyini bildirsə də, məhkəmə Təqsirləndirilən şəxs2 da hazırki ifadəsini işin faktiki halları və iş materiallarında olan mötəbər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli və qeyri-səmimi ifadə kimi qiymətləndirir.
102. Belə ki, təqsirləndirilən şəxslərin üzərlərinə baxış və götürmə, o cümlədən, avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 tam sərbəst şəkildə öncədən Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək üçün Beyləqan rayonuna getdiyini bilərək onunla birlikdə həmin narkotik vasitəni götürmək üçün oraya getdiyini bildirmiş və bu xüsusatı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən vurğulamışdır.
103. Bununla yanaşı, iş materiallarında olan videodiskdən görünür ki, sözügedən narkotik vasitə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə sürücünün yanında olan qabaq oturacağın alt hissəsindən aşkar edilmiş, Təqsirləndirilən şəxs2 isə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ona ünvanlanmış suala cavab olaraq hadisə günü Həsrətəlinin idarət etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşdiyini bildirmişdir ki, bu da digər təqsirləndirilən şəxslə gecə radələrində rayona getmiş, oturduğu oturacağın altına içərisində narkotik vasitə büküm qoyulmuş şəxsin həmin narkotik vasitədən məlumatsız olmasının qeyri-mümkün olmasına dəlalət etməklə Təqsirləndirilən şəxs2 məsuliyyətdən kənarda qalmaq naminə göstərilən halı təkzib etməsinin göstəricisidir.
104. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs1 onlar polis əməkdaşları tərəfindən saxlanılanadək Təqsirləndirilən şəxs2 avtomobildə olan narkotik vasitədən məlumatsız olduğunu bildirsə də, məhkəmə onun həmin ifadəsini işin həqiqi halları ilə uzlaşmayan sadəcə onun tanışının xeyrinə və mənafeyi naminə verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin, həmin xüsusatla bağlı məhkəmə onu da qeyd edir ki, əgər həqiqətən də, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məlumatsız və ondan gizlədərək narkotik vasitəni əldə edib daşımaq niyyəti olsa idi, o, əldə etdiyi narkotik vasitəni avtomobilin baqajına və arxa oturacağına qoya biləcəyi halda onu Təqsirləndirilən şəxs2 oturduğu oturacağın altına qoymaz və ya ümumiyyətlə narkotik vasitəni götürməyə Təqsirləndirilən şəxs2la birlikdə getməzdi.
105. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyüldüyündən avtomobildə aşkar edilmiş narkotik vasitədən məlumatlı olduğunu bildirdiyini iddia etsə də, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli, 8606/2024 saylı məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasına daxil olan zaman zədə almadığını bildirmiş, onun bədəninə baxış zamanı hər hansı xəsarət aşkar edilməmişdir.
106. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq digər təqsirləndirilən şəxslə eyni cavabı verərək onda olan xəsarətlərin istintaq təcridxanasına daxil olan zaman qeydə alınmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsdə həqiqətən də xəsarətlərin olduğu halda həmin xəsarətlərin qeydə alınmamasının mümkün olmadığını və tibbi müayinədən sonra yoxlanılan hər bir təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin mütləq qaydada istintaq təcridxanası tərəfindən qeydə alındığını xüsusi olaraq vurğulayır.
107. Bununla yanaşı, təqsirləndirilən şəxslərin üzərlərinə şəxsi axtarış və götürmə, o cümlədən, avtomobilə baxış aparılmasına dair videodiskdə olan görüntülərlə də təqsirləndirilən şəxsdə hər hansı xəsarətin olması öz təsdiqini tapmamışdır.
108. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsini iddia etsə də, məhkəmə onun tibb kartına əsasən onda xəsarətlərin olmasının müəyyən edilmədiyini, onun tərəfindən bu halı təsdiq edə biləcək hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.
109. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
110. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxslər onlara qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə aidiyyəti orqanlara müraciət etməmişlər, istintaq təcridxanasına daxil olan zaman bədənlərində hər hansı xəsarətin olmadığını bildirmişlər, məhkəmə iclasında isə ümumi sözlərlə polis bölməsində fiziki təsirə məruz qaldığını iddia etmişlər ki, məhkəmə təqsirləndirilən şəxslərin ifadələrini, şəxsi axtarış və götürmə, o cümlədən, avtomobilə baxış istintaq hərəkəti aparılan zaman özlərinin göstərdikləri xüsusatları, şahid ifadələrini, digər istintaq hərəkəti protokollarını nəzərə alaraq təqsirləndirilən şəxslərin arqumentlərinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxslərin polis bölməsində təsir-təzyiqə məruz qalmasına dair məhkəmə iclasında irəli sürdükləri dəlil onların sadəcə AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cəzaya məruz qalmasından yayınmalarına yönəlik dəlil kimi qiymətləndirilməklə həmin xüsusatla bağlı məhkəmə iclasında verdikləri ifadələrində səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır.
111. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl AR CM-nin 234.1-1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməllər isə AR CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə əhatə olunduğundan onlar həmin maddələrlə təqsirli bilinərək cəzalanmalıdırlar.
112. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
113. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini qismən etiraf edərək səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
114. AR CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır (CM-61.1.3).
115. Məhkəmə Təqsirləndirilən şəxs2 AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini etiraf etməsini, əvvəllər məhkum olunmamasını (CM-59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır.
116. AR CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır (CM-61.1.3).
117. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxslərə AR CM-nin 234.1-1-ci maddəsi ilə cəza təyin edərkən onların hər birinin cinayətin törədilməsində iştirakının dərəcə və xarakterini, yəni cinayətin Təqsirləndirilən şəxs1 təşəbbüsü ilə törədilməsini (onun İİR vətəndaşı ilə danışaraq (bu halı o, özü də məhkəmə iclasında təsdiq etmişdir) narkotik vasitəni götürməyə razılıq verməsi, sonradan bu barədə Təqsirləndirilən şəxs2 məlumat verərək onunla birlikdə həmin narkotik vasitəni götürməsi) nəzərə alınaraq AR CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın differensasiyalaşdırılmasını qanuni və ədalətli hesab edir.
118. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır.
119. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 AR Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi hər iki maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır.
120. İş üzrə maddi sübut narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalıdır.
121. Ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməlidir.
122. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
123. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-1-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
124. İş üzrə mülki iddia yoxdur.
125. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
126. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaqla ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Qaradağ RPİ-nin maddi sübutların saxlanılması yerinə verilmiş 0,944 qram psixotrop maddə metamfetamin və 519,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs2, 72 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2-hər birindən 36 manat tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov