Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1425/2021 06.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X12 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X18, müdafiəçilər: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə 4 yanvar 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu, U.Əkbərov küçəsi 42b-də qeydiyyatda olmaqla, Sabunçu rayonu Ramana qəsəbəsi, Yeni Yaşayış massivində yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sürücülük fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, ev 131, mənzil 22-də qeydiyyatda olub, Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, «Dədə Qorqud» yaşayış massivində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 12 mart 2021-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri Yasamal rayonu, 77 nömrəli marşrut avtobusunun sonuncu dayanacağının yaxınlığında istintaqa məlum olmayan şəxsdən 700 manat məbləğində pul verməklə satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə külli miqdarda ümumi çəkisi 3,026 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə külli miqdar ümumi çəkisi 34,870 qram olan psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımış, 13 mart 2021-ci ildə həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən hərəsindən 4 büküm olmaqla satış məqsədilə ayıraraq qablaşdırmış, həmin gün saat 2:30 radələrində Bakı şəhəri Səbail rayonu Bibiheybət qəsəbəsi, Məktəbli küçəsində olan «Ay» otelin qarşısında üzərində olan bükümlərdən içində təmiz çəkisi 0,795 qram narkotik vasitə olan heroin bükümünü və içində təmiz çəkisi 1,525 qram olan psixotrop maddə matemfetamin bükümünü tanışı Təqsirləndirilən şəxs2 satmış, həmin vaxt narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əldə edilmiş əməliyyat məlumatı əsasında Səbail rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin və Səbail RPİnin 8-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq Bakı şəhəri Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən Səbail RPİ-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən ayrıayrılıqda təmiz çəkiləri 30,982 qram, 1,961 qram, 0,402 qram, ümumi təmiz çəkisi - 33,345 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan 3 ədəd şəffaf sellofan büküm və içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,737 qram, 0,784 qram, 0,710 qram, ümumi təmiz çəkisi 2,231 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan 3 ədəd şəffaf sellofan bükümləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 13 mart 2021-ci il tarixdə, saat 2:30 radələrində Bakı şəhəri Səbail rayonu Bibiheybət qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əldə edilmiş əməliyyat məlumatı əsasında Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin və Səbail RPİ-nin 8-ci Polis bölməsinin əməkdaşları tərəfindən 13 mart 2021-ci il tarixdə, saat 2:30 radələrində ünvan 2 ünvanında yerləşən «Ay» otelin qarşısında saxlanılaraq Bakı şəhəri Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən Səbail RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılmış Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən içərisində təmiz çəkisi 0,795 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan siqaretin gümüşü kağızına bükülmüş 1 ədəd büküm və içərisində təmiz çəkisi 1,525 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan şəffaf selofana bükülmüş 1 ədəd büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, səhhətində yaranmış problemə görə tutulmamışdan bir ay əvvəl narkotik vasitələr heroin, marixuana və psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 tanıyır, münasibətləri yaxşıdır. Sonuncu ilə birlikdə bir neçə dəfə narkotik vasitələr qəbul etmişdir. 11 mart 2021-ci il tarixdə Ramana qəsəbəsi ərazisində Rövşən adlı şəxsdən 50 manata təxminən bir qrama yaxın metamfetamin və bir qədər marixuana almışdır. Bundan iki gün sonra 13 mart 2021-ci il tarixdə Yusif adlı şəxs onu Bibiheybət qəsəbəsində yerləşən «Ay» otelə qonaq çağırmışdır. Həmin yerə getmək üçün Rəşada müraciət etmiş, sonuncu Anar adlı şəxsin avtomobili ilə gəlib, onu həmin otelə aparmışdır. Otelə gedərkən iki gün əvvəl aldığı metamfetamin və marixuananı özü ilə götürmüşdür. Otelə çatıb, süfrəyə əyləşən kimi polis əməkdaşları tərəfindən saxlanılmışdır. İdarədə üzərində olan metamfetamin və marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Narkotik vasitələrin təsiri altında olduğundan, nə cür ifadə verdiyini və hansı sənədlərə imza etdiyini xatırlamır. İttiham aktında göstərilənlərlə razı deyildir. Heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, himayəsində bir azyaşlı uşağı vardır. Yük avtomobili sürücüsüdür, ailəsini dolandırmaq üçün tikinti materiallarının daşınması ilə məşğul olur. 2019-cu ildə heroin və metamfetamindən istifadə etməyə başlamış, sonradan narkomaniyadan müalicə olunmuşdur və sağalmışdır. Hazırda heç bir narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir. Təqsirləndirilən şəxs1 ilə tutulmamışdan təxminən 6 ay əvvəl Ramana qəsəbəsində tanış olmuşdur. Mürşüdlə bir neçə dəfə birlikdə narkotik vasitə qəbul etmişlər. 13 mart 2021-ci il tarixdə, saat 1:30 radələrində Anar adlı tanışının idarə etdiyi «Toyota Prius» markalı avtomobillə Mürşüdün yanına getmiş, oradan isə birlikdə Bibiheybət qəsəbəsində yerləşən «Ay» otelə yola düşmüşlər. Yolda olarkən Mürşüddən istifadə etmək üçün narkotik vasitə istəmiş, sonuncu özündə olan 3-4 büküm heroindən birini təmənnasız ona vermişdir. Bir qədər sonra «Ay» otelə çatmışlar, onları 3 nəfər Mürşüdün tanışları qarşılamışdır. Saat 2:30 radələrində polis əməkdaşları onları onları saxlayıb, polis idarəsinə aparmışlar. Orada aldadılaraq adından yazılan ifadəyə imza etmişdir. Hazırda həmin ifadəni təsdiq etmir. Rəşad narkotik vasitəni ona təmənnasız vermişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Səbail RPİ-nin 8-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bölməyə «Ay» oteli yaxınlığında Təqsirləndirilən şəxs1 narkotik vasitə qəbulu ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. 13 mart 2021-ci il tarixdə Mürşüdün ifşa olunması üçün o, iş yoldaşları Şahid2, X21, X15 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 2 radələrində ünvan 3 ünvanının qarşısında Mürşüdlə birlikdə üç nəfər şəxs saxlanılaraq idarəyə dəvət edilmişdir. Səbail RPİ-də xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla Mürşüdün üzərinə şəxsi axtarış keçirmişdir. Axtarış zamanı orada o, müdafiəçi Mehman Əliyev, polis əməkdaşı Şahid2 olmuşdur. Bu zaman Mürşüd əynində olan qara rəngli gödəkçəsinin sağ iç cibindən şəffaf sellofana sarınmış vəziyyətdə olan 6 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 həmin bükümlərdən 3-də heroin, 3-də isə metamfetamin olduğunu, onları 12 mart 2021-ci ildə Yasamal rayonunda tanımadığı şəxsdən 700 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddə götürülmüş, ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Sonda protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən tanışı Təqsirləndirilən şəxs2 da verdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Səbail RPİ-nin 8-ci PB-də xidmət edir. 12 mart 2021-ci il tarixdə şöbəyə Təqsirləndirilən şəxs1 Bibiheybət qəsəbəsi Məktəbli küçəsi 37-də yerləşən «Ay» otelin qarşısına narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə edilmiş və Təqsirləndirilən şəxs1 saxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. 13 mart 2021-ci il tarixdə, saat 2:30 radələrində Təqsirləndirilən şəxs1, sonuncunun yanında olan Təqsirləndirilən şəxs2 və Şahid3 «Ay» otelin qarşısında saxlanılaraq Səbail RPİ-nə gətirilmişdir. Adları çəkilən şəxslərin üzərlərində şəxsi axtarış aparılması üçün onlar Səbail RPİ-nin inzibati binasında ayrı-ayrı otaqlara salınmış və əməliyyat qrupunun üzvləri üç yerə bölünmüşdür. O, Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən də istifadə edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün vəkil X8 müdafiəçi qismində dəvət edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçənin sol yan iç cibindən siqaretin gümüşü kağızına bükülmüş bir ədəd və şəffaf selofana bükülmüş bir ədəd bükülüləri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülülər açıldıqda şəffaf selofan bükülüdə qəhvəyi rəngli, spesifik iyə malik psixotrop maddə metamfetaminə oxşar kütlə, siqaretin gümüşü kağızı bükümündə isə kristal şəkildə şəffaf rəngli narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 onların heroin və metamfetamin olmasını, həmin bükülüləri 13 mart 2021-ci il tarixdə onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs1 aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 götürülmüş içərisində metamfetamin və heroinə bənzər kütlələr olan bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. Sonra axtarış barədə protokol tərtib edilərək oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İbtiai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, etibarnamə əsasında qırmızı rəngli «Toyota Prius» markalı, **-SX- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin maşınla «Bolt» şirkətinə qoşulmaqla taksi kimi fəaliyyət göstərmişdir. Rəşad və Mürşüdü müştəri kimi işlədiyi «Bolt» şirkətindən sifariş edən zaman tanımış, aralarında heç bir yoldaşlıq münasibəti olmamışdır. Bir neçə dəfə müxtəlif vaxtlarda idarə etdiyi həmin avtomobillə Rəşad və Mürşüdü Ramanaya, Bibiheybətə, Qaraçuxura, Yeni Suraxanıya və Günəşliyə aparmışdır. O, Rəşadla Mürşüdün kimlərlə yaxınlıq, yoldaşlıq və dostluq etmələrini bilmir. Sonuncu dəfə 13 mart 2021-ci il tarixdə, saat 00:30 radələrində Rəşadla Mürşüd onun mobil nömrəsinə zəng edərək Ramanadan Bibiheybətə aparmasını bildirmişdir. Odur ki, idarə etdiyi maşınla onları Ramanadan Bibiheybətdə Məktəbli küçəsinə aparmışdır. Buna görə Rəşad ona 15 manat yol pulu vermiş və 5-10 dəqiqəyə qayıdacaqlarını deyib, gözləməsini xahiş etmişdir. Ona görə də maşını yolun kənarına çəkib saxlayaraq onları gözləmişdir. Rəşadla Mürşüd orada olan «Ay» hotelə tərəf getmişlər. Bir qədər sonra polis işçiləri tərəfindən saxlanılmış və Səbail RPİ-nə dəvət edilmişdir. X16 narkotik vasitə istifadəçiləri olduqlarına görə saxlanıldığı bilmişdir. Təqsirləndirilən şəxs1 13 mart 2021-ci ildə üzərindən aşkar olunmuş narkotik vasitəni Yasamal rayonundan tanımadığı şəxsdən 700 manata almasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun yanında narkotik vasitə qəbul etməmişlər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, «Opel-Astra» markalı **-MS-*** nömrə nişanlı avtomobili kreditə götürüb taksi fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs1la son 2 ay olar ki, tanışdır. Onun yaşadığı ünvan «Komsomolski» deyilən yerdə olduğundan, Mürşüd də Ramana qəsəbəsində yaşadığından tanışlıqları yaxın məsafədə yaşadıqları üçün yaranmışdır. Birbirinin mobil nömrələrini götürmüşlər və tez-tez əlaqə saxlamışlar. Mürşüdlə tanış olmazdan 4 ay əvvəldən özü şəxsi olaraq narkotik vasitə olan kakosu gümüşü falqada yandırmaqla tüstüsünü siqaret kimi çəkərək qəbul etməyə başlamışdır. Mürşüdlə tanışlıq münasibəti yaranandan bir neçə gün sonra onunla görüşüb söhbət edən zaman Mürşüd özündə narkotik vasitə olduğunu dedikdə, ikisi də birlikdə onun verdiyi narkotik vasitə olan kakosu folqada yandıraraq çəkməklə qəbul etmişlər. Bundan sonra tez-tez görüşdükdə Mürşüdün verdiyi narkotik vasitə kokosu ikisinə çəkərək qəbul etmişlər. Bir neçə dəfə Mürşüdü idarə etdiyi avtomobillə onun sifarişi əsasında taksi kimi lazım olan ünvanlara apardığı üçün, o da bunun əvəzində ona özündə olan narkotik vasitə kakos verərək ikisi birlikdə çəkərək qəbul etmişlər. O, Mürüşüdə pul verib narkotik vasitə alıb qəbul etməmişdir. Sonuncu dəfə bir ay yarım əvvəl Mürşüdlə birlikdə onun yaşadığı küçədə olan zaman narkotik vasitə olan kakosu onun maşınında qəbul etmişdir. Ondan sonra narkotik vasitə qəbul etməmişdir. Narkotik vasitə olan kakosu gümüşü kağızda yandırıb tüstüsünü iyləməklə qəbul etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Anar və Rəşad adlı şəxləri tanımır. Mürşüd ona narkotik vasitəni, göstərdiyi taksi xidmətinin əvəzində vermişdir. İşin 2-ci cildinin 102-105-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi hadisə yerində yoxlanarkən o, 12 mart 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində olan 77 nömrəli Tam Orta məktəbin yaxınlığında tanımadığı şəxsdən 700 manata narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aldığı yeri, sonra tanışı Rəşadla birlikdə Şahid3 idarə etdiyi avtomobilə Səbail rayonu Bibiheybət qəsəbəsi Məktəbli küçəsində yerləşən «Ay» hotelin qarşısını göstərib, orada polis əməkdaşlarının yaxınlaşaraq onları saxladıqlarını və Səbail RPİ-nə gətirildiklərini, orada üzərlərindən narkotik vasitə və psixotrop maddəni götürdüklərini bildirdi. İfadəsi yerində yoxlanılarkən fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. İşin 1-ci cildinin 244-245-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 aralarında üzləşdirmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs1 12 mart 2021-ci il tarixdə Yasamal rayonu ərazisindən 700 manata aldığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən bir hissəsini ona verdiyini, əvvəllər də bir-birlərinə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin verib birlikdə qəbul etdiklərini Təqsirləndirilən şəxs2 üzünə demişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 də etiraf etmişdir ki, həqiqətən də 13 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona qəbul etmək üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vermiş və şəxsi axtarış zamanı üzərindən götürülən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs1 almışdır. Əvvəllər də bir-birindən narkotik vasitə və psixotrop maddə alıb birlikdə qəbul etmişlər. İşin 1-ci cildinin 34-35-ci vərəqlərindəki şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə və 2-ci cildin 1-2-ci vərəqlərindəki videogörüntülərə baxış keçirilməsi haqqında protokollardan görünür ki, diskdə olan «WhatsApp video 2021-03-13» sözləri yazılmış fayl açıldıqda ekranda kabinet şəraitində 3 saylı Vəkil Bürosunun vəkili X1 əyləşmiş vəziyyətdə, Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X5 polis mayoru geyimində, 8-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Namik oğlunun, Səbail RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 və şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs1 ayaq üstə durmaları görüntülənir. İlk olaraq təhqiqatçı İ.M. Salahov özünü və iştirakçıları təqdim edir. Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasının prosesual əsaslarını bildirir. İştirakçılardan şübhəli şəxs kimi üzərində axtarış aparılacaq Təqsirləndirilən şəxs1la münasibətləri aydınlaşdırılır. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunur və ifadə verməkdən imtina, yalan ifadə vermək barədə cinayət məsuliyyəti daşıması izah olunur. Müdafiəçi qismində iştirak edən X6 etirazı olub-olmadığı aydınlaşdırılandan sonra ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora, təhqiqat araşdırmasını aparan özünə etirazı olubolmadığı aydınlaşdırılır. Daha sonra şəxsi axtarışa başlanması elan olunmaqla ona üzərində, paltarlarında və ciblərində qanunla qadağan edilən əşyalar olub-olmadığı, vardırsa onları könüllü təqdim etməsi təklif edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təklifdən sonra əynindəki qara rəngli gödəkçəsinin sağ iç cibindən bir ədəd iri, 2 ədəd xırda şəffaf selofan bükümləri, üç ədəd xırda sarımtıl rəngdə bükümləri çıxarıb masanın üzərinə qoyur və ondan başqa hər hansı qanunla qadağan edilən əşya olub-olmadığı soruşulur və o, başqa əşya olmadığını bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışa başlanılır. İlk olaraq əynindəki qara rəngli şalvarın, sonra şalvarı üzərində olan kəmərə, ayaqqabılarına, corablarına baxılır, lakin, heç bir predmet aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarlarını geyinib səliqəyə saldıqdan sonra, ondan həmin təqdim etdiyi 6 ədəd bükümlərdəkinin nə olması soruşulur. Sonuncu bildirir ki, şəffaf selofan bükümlərdəki psixotrop maddə metamfetamindir, sarımtıl rəngdə bükümlərdəki isə narkotik vasitə-kakosdur. Ondan həmin bükülərdə olanları haradan alması soruşulduqda o, Yasamal rayonu İnşaatçılar metrosunun yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün təxminən 700 manata aldığını bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi 6 ədəd büküm açılır və sonra da bağlanaraq içərisi boş olan zərfə qablaşdırılır. Zərf kleylənib qablaşdırıldıqdan sonra iştirakçılar hamısı həmin zərfə imza edirlər. Bundan sonra təhqiqatçı elan edir ki, həmin zərfdə olan narkotik vasitə və psixotrop maddə ekspertiza tədqiqatına göndəriləcək və istintaq hərəkətinin gedişatının «Samsung» markalı mobil telefon cihazının videokamerası ilə çəkildiyini elan edərək çəkilişin başa çatdığını elan edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin gedişatı barədə təhqiqatçı tərəfindən tərtib edilmiş 13 mart 2021-ci il tarixli protokolda göstərilənlər həmin istintaq hərəkətinin videogörüntüləri köçürülmüş diskindəki görüntülərə uyğundur və protokolda göstərilənlərlə görüntülərdə əks olunanlar eyinilik təşkil edir. İşin 1-ci cildinin 197-198-ci vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında və 2-ci cildin 4-cü vərəqlərindəki videogörüntülərə baxış keçirilməsi haqqında protokollardan görünür ki, kabinet şəraitində 3 saylı Vəkil Bürosunun vəkili X3, Səbail RPİnin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X10, Səbail RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid5, Səbail RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid6 və şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs2 iştirakları ilə təhqiqatçı E.H.Həsənov özünü və iştirakçıları təqdim edir və sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasının prosesual əsaslarını bildirir. İştirakçılardan şübhəli şəxs kimi üzərində axtarış aparılacaq Təqsirləndirilən şəxs2lə münasibətləri aydınlaşdırılır. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunur. Ona ifadə verməkdən imtina, yalan ifadə vermək barədə cinayət məsuliyyəti daşıması izah olunur. Sonra müdafiəçi qismində iştirak edən X7 etirazı olub-olmadığını aydınlaşdırandan sonra ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora, təhqiqat araşdırmasını aparan özünə etirazı olub-olmadığı aydınlaşdırılır. Daha sonra şəxsi axtarışa başlanması elan olunmaqla ona üzərində, paltarlarında və ciblərində qanunla qadağan edilən əşyalar olub-olmadığı, əgər varsa, onları könüllü təqdim etməsi təklif edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təklifdən sonra əynindəki qara rəngli gödəkçəsinin sol yan iç cibindən iki ədəd büküm çıxarıb masanın üzərinə qoyur. Həmin bükümlərdən biri siqaretin gümüşü kağızına, ikincisi isə şəffaf selofan parçasına bükülmüşdür. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynində olan geyim paltarlarını və onların ciblərini axtarır, lakin, hər hansı qanunsuz predmet aşkar edilmir. Sonra təhqiqatçı tərəfindən şəffaf selofan bükülü açılır və içərisində spesifik iyə malik, qəhvəyi rəngdə narkotik vasitə-heroinə bənzər kütlə olması, digər siqaretin gümüşü kağızı bükümündə isə şəffaf rəngdə kristall şəklində psixotrop maddəmetamfetamin olması aşkar olunur. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 həmin bükülülərdə olanların nə olması, onları haradan, nə məqsədlə əldə etdiyi soruşulduqda Təqsirləndirilən şəxs2, siqaretin gümüşü kağızı bükümündəkinin narkotik vasitə-heroin, şəffaf selofan bükümündəkinin isə psixotrop maddə-metamfetamin olmasını, onları ona Təqsirləndirilən şəxs1 verdiyini, həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edib saxladığını bildirir. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs2 götürülmüş siqaretin gümüşü kağızı bükümündə olan narkotik vasitə heroinə bənzər kütlə və şəffaf selofanda olan psixotrop maddə-metamfetamin bir ədəd içi boş zərfə qoyulub konvertin qapağı kseylə yapışdırılır və həmin konvertin üstü yazılaraq iştirakçılar tərəfindən imzalanır. Bu barədə tərtib edilmiş protokol təhqiqatçı tərəfindən iştirakçılara oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanır. Bundan sonra təhqiqatçı elan edir ki, həmin zərfdə olan narkotik vasitə və psixotrop maddə ekspertiza tədqiqatına göndəriləcək və istintaq hərəkətinin gedişatının «Samsung» markalı mobil telefon cihazının videokamerası ilə çəkildiyini elan edərək çəkilişin başa çatdığını bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin gedişatı barədə təhqiqatçı tərəfindən tərtib edilmiş 13 mart 2021-ci il tarixli protokolda göstərilənlər həmin istintaq hərəkətinin videogörüntüləri köçürülmüş diskindəki görüntülərə uyğundur və protokolda göstərilənlərlə görüntülərdə əks olunanlar eyinilik təşkil edir. İşin 1-ci cildinin 40-63-cü vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. 1 fevral 2021-ci il tarixdən 14 mart 2021-cİ il tarixədək olan müddət ərzində həmin nömrədən çıxan və daxil olan zənglərin siyahısı, onların anten dairələri və anket məlumatları, SMS-lərin mətni və siyahısına dair məlumatlar "xxxx" MMC-dən götürülərək 1 ədəd diskə köçürülmüş izahlı qaiməyə baxış keçirilmişdir. Qaimədə ilk «SMS tarixçəsi» səhifəsində 5 fevral 2021-ci il saat 22:49:40-dan başlayaraq 6 mart 2021-ci il 11:52:57-ə qədər olan müddətdə ayrı-ayrı nömrələrdən ayrıayrı məzmunda SMS-lərin ***-***-**-** mobil nömrəsindən ayrı-ayrı mobil nömrələrə göndərilməsinin izahlı qaiməsi göstərilmişdir. İlk SMS ***-***-**-** mobil nömrəsinə «Gəlisənsə tez gəl yox xebər de» məzmunludur. 2-ci SMS 11 fevral 2021-ci ildə ***-***-**- ** nömrəsinə «Nömrələr güdülür Senana denənki yanındaydı məni dəli kimi buraxıblar bayıra elə biliblər havalanmışam» 3-cü SMS 11 fevral 2021-ci ildə ***-***-**-** nömrəsinə «Meni güdüllər gəl yer altı keçid tərəfə mən də gəlirəm», «Bəhruzda ora gəlir», «Gəlirəm ora»; 4-cü SMS 12 fevral 2021-ci ildə ***-***-**-** nömrəsinə «Qaqaş mesaj yazacam sənə gələsən biziynən üzbə-üz araya»; 5-ci SMS 25 fevral 2021-ci ildə ***-***-**-** mobil nömrəsinə «At pulu Elnurdan götürdün ona da at», «yeni almısansa»; 6-cı SMS 28 fevral 2021-ci ildə 99-322-25-26 mobil nömrəsinə «yazmışam VhotsApp-də sənə», «Tək gəl yuxarı moykanın aşağısına Ramanada çatanda vızv at»; 7-ci SMS 3 mart 2021-ci ildə ***- ***-**-** mobil nömrəsinə «Atas vallahi yuku atır tələsdirir burda məni də başa düş helə onu götürüb siz tərəfə gəlməkdə var»; 8-ci SMS 3 mart 2021-ci ildə ***-***-**-** mobil nömrəsinə «qaqaş bir tikə onan»; 9-cu SMS 6 mart 2021-ci ildə ***-***-**-** mobil nömrəsinə «Valehdi» məzmunludurlar. İkinci «SMS tarixçəsi» səhifəsi 2 fevral 2021-ci il tarix, saat 19:30:04-dən 12 mart 2021-ci il, saat 21:43:18-dək ayrı-ayrı mobil nömrələrdən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə göndərilən ayrı-ayrı məzmunlarda SMS siyahılarıdır: İlk olaraq 2 fevral 2021-ci ildə ***-***-**-** mobil nömrəsindən «ancaq dildə danışasan ay qardaş zad hamı xuynadı kim olur kim qalır ehh» məzmunlu; 2-ci 3 fevral 2021-ci ildə 5.0.MailRu-dan kodun bərpa edilməsi barədə; 3-cü 4 və 5 fevral 2021-ci İl tarixlərdə ***-***-**-** mobil nömrəsindən «Burdayam», «salam qaqaş zaru yoxdu yaz deymey olar ora dünənkinnen 5; 4-cü 8 fevral 2021-ci ildə ***-***-**-** mobil nömrədən «yetim 1 qram kola 1 qram pati bu dəqə lazımdı ötrə bilərsən mənə pul üstümdədi»\ 5-ci 9 fevral 2021-ci ildə 055-367- 26-31 mobil nömrəsindən «Müşviq çox böyük sehvə yol verirsən. Bu səhvin adınıda bilirsən yaxşı. Bu səhvində mənə çox baha başa gələcək. Sənin itirəcəyüvin nəqədər olacağını bilmirəm. Bildiyim odur ki, itirdiyin çoxluğundan bir o qədər də mən ziyan görəcəm. Ama eyni zamandada buna çalışacam», «Müşfiq telefonu götür. Məni məcbur etdilərüvün içində telefon da artıq eskiy şeylər yazmağım olmasın. Bu şey mənə yaddı. Sendə məcbur eləmə. Aç telini^ 6-cı VİSA ilə depozit edilə bilməsi bildirişidir; 7-ci 9 fevral 2021-ci ildə ***-***-**-** mobil nömrəsindən «Müşviq məncə sən anlasan mənim etdiyim jestin dərəcəsini sənə verdiyim qiyməti gözümdə bilmiş olardın. Qezəbim bir o qədər olub. Duran kimi yığ»; 8-ci 11 fevral 2021- ci il 55-847-87-97 mobil nömrəsindən mən burda kafedəyəm», «yeraltı Kevin haranı deyirsən», «Ok»\ 9-cu 12 fevral 2021-ci il VhatsApp bildirişi; 10-cu 18, 19, 20 fevral 2021ci il tarixlərdə ***-***-**-** mobil nömrəsindən «varyoxunu ... səbrim tükənir burda da 5 dəqiqədən bir qapıya gəlirlər», «qaqaş səni gözderəm», «sx yetim sen az qaldı», 11-ci 22 fevral 2021-ci il tarixdə 7***-***-**-** mobil nömrəsindən «Lyubimıy kak tı? Mojet SMS doydyot. Vsya duşa izbolelasə; 12-ci 24 fevral 2021-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən «Zəng elə mənə»; 13-cüt 25 fevral 2021-ci ildə Google kod yoxlanışı və bildiriş; 14-cü 26 fevral 2021-ci ildə ***-***-**-** mobil nömrəsindən «Ay yetim mən burdayam astanovkada noldu teli açda»; 15-ci 28 fevral və 1 mart 2021-ci il tarixlərdə 99- 322-25-26 mobil nömrəsindən «Gağa nağarırsan Zəngüvü gözdirəm İlhamdı qaqam», «Gağa yazda bura mq yoxdu snqnın yanındayam yaz nedi harda görüşey gəlim», «Gağa nenirsən Teli açanda yıqda məniv; 16-cı 3 mart 2021-ci ildə ***-***-**-** mobil nömrəsindən «Men bratım 10 dəqiqədə səbrin olsun», «Başuva dönərəm baş üsdə aşırdıram bu saat»; 17-ci 3 mart 2021-ci ildə ***-***-**-** mobil nömrəsindən «Qaqaş bir tikə onnan verdə pisdi vəziyət nolarki»\ 18-cİ 3 mart 2021-ci ildə ***-***-**-** mobil nömrəsindən «qaqulya çatıram da 5 dəqiqə ordayam»\ 19-cu 6 mart 2021-ci ildə ***-***-**-** mobil nömrəsindən <<Valehdbr, 20-ci 7 mart 2021-ci ildə ***-***-**-** mobil nömrəsindən ^qaqaşım gəlim»\ 21ci 7 mart 2021-ci ildə ***-***-**-** mobil nömrəsindən «qaqaş Rüfət soyuğda çöldə səni gözdeyir gijdillax olub gözledirsən özündə teli söndürmüsən zəng elə ona qağaş səni gözdüyür Rüfət snginin yanında tezol biraz»\ 22-ci 7 mart 2021-ci ildə ***-***-**-** mobil nömrəsindən «qaqaş mən sənə belə olmamışam axı. Axşama kimi gözdəmişəm indide belə eliyirsən»\ 23-cü 12 mart 2021-ci İldə 99-801-54-50 mobil nömrəsindən mən burdayamv məzmunlu SMS-lər göndərilmişdir. «Zənglərin detallaşdırılması» səhifəsi 1 fevral 2021-ci il, saat 00:00:23-dən 13 mart 2021 -ci il, saat 10:59:01-dək olan müddətdə Təqsirləndirilən şəxs1 olduğu yerin antenn dairəsi barədədir. Siyahıda 13 mart 2021-ci il, saat 00:31:58-də antenn dairəsinin Bakı şəhəri xətai rayonu Zığ şossesi, həmin tarix, saat 00:52:56-də «Şıxov» müalicə mərkəzi, Bakı şəhəri N.Quliyev küçəsi 45, saat 00:54:21-də Bibiheybət qəsəbəsi, 00:59:10-da N.Quliyev 45, saat 01:12:04-də Bibiheybət qəsəbəsi, saat 01:20:48-də xətai rayonu Zığ şossesi, saat 01:24:41-dən sonadək isə Səbail rayonu 1128-ci keçid, 504-cü məhəllə antenn dairəsində olması qeyd edilmişdir. «Zənglərin məxsusluğu» səhifəli izahlı qaimədə olan mobil telefon nömrələrinin sahiblərinin adı, soyadı, İD nömrəsi və ünvanı göstərilmişdir. Siyahıda 55-911-08-42 Əfqan Kərimov, 55- 397-40-81 Nurəddin Quliyev, 55-611-77-91 Orxan Nənəcanov, 55-518-31-04 Vaqif İsmayılov, 55-295-71-07 Təqsirləndirilən şəxs1, 55-535-81-77 Fuad Əliyev, 55-943-67-00 Kamal Qasımov, 55-881-86-89 X26, 55-679-77-62 Anar İsayev, 55-647-77-68 İrada Əliyeva, 55-405-52-15 Namiq Muxtarov, 55-995-45-73 Nikolay Kononenko, 55-728-59-68 Şəhriyar Behbudzadə, 55-218-40-72 Fazil Mehdiyev, 55-671-12-37 Əliqulu Qəhrəmanlı, 55-411-15-28 İsa Qənbərov, 55-847-87-97 Həzi Quliyev, 55-669-67-05 Zövqiyyə Soltanova, 55-438-51-38 Kamal Qasımov, 55-655-43-52 Rəşadət Qarayev, 55-832-59-45 X23, 55-837-87-70 Fərid Salamlı, 55-360-60-30 Orxan Qafarov, 99-801-54-50 Sənan Tağıyev, 55-427-90-99 Fərid Mehdiyev, 55-700-66-83 Eldəniz Güləliyev, 55-469-02-05 Anar Novruzov, 55-751-60-17 Ramil Hüseynov, 55-934-92-35 Rövşən Nağıyev, 55-631- 03-44 Elman Muradov, 55-764-62-61 Seymur Zeynalov, 55-550-21-62 Qürbət Hümbətov, 55-450-40-85 Araz Supermarket MMC, 55-649-81-43 İsmayıl Bukavadze, 55-817-92-34 Qüdrət Hümbətov, 55-757-06-14 Elvin Qəmbərov, 55-959-58-14 Pərvin Bayramov, 55- 902-25-53 Fazil Mehdiyev, 99-322-25-26 İlham Hüseynov, 55-596-03-68 Əlyar İbayev, 55- 599-25-02 Elnur Kərimov, 55-501-10-50 Əfqan Quliyev, 55-404-66-11 Ruslan Mehdiyev, 99-779-09-99 Xanım Əliyeva, 55-367-26-31 Əlyar İbayev, 55-728-26-65 Mehman Həsənov, 55-979-88-66 İntiqam Hüseynov, 55-618-98-40 Zaman Kərimov, 55-379-92-92 Elfaq İsmayılov. Diskdə olan telefon məlumatları barədə izahlı qaimənin bütün səhifələrinin yazı nümunələri printer vasitəsilə çıxarılıb bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İşin 1-ci cildinin 110-139-cu vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən istifadə etməklə 1 fevral 2021-ci il tarixdən 14 mart 2021-ci il tarixədək olan müddət ərzində çıxan və daxil olan zənglərin siyahısı, onların antenn dairələri və anket məlumatları, SMS-lərin mətni və siyahısına dair məlumatlar "xxxx" MMC-dən götürülərək 1 ədəd «CD» diskə köçürülmüş izahlı qaiməyə baxış keçirilmişdir. Qaimədə ilk «SMS tarixçəsi» 6 fevral 2021-ci il saat 16:28:14-dən başlayaraq 13 mart 2021-ci il 07:16:34-ə qədər olan müddətdə ayrı-ayrı nömrələrdən ayrıayrı məzmunda SMS-lərin ***-***-**-** mobil nömrəsindən ayrı-ayrı mobil nömrələrə göndərilməsinin izahlı qaiməsi göstərilmişdir. İlk olaraq ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə 6 fevral 2021-ci il saat 16:28:14-dən 7 fevral 2021-ci il saat 00:43:48-dək «Salam başın qarışıqdı deyəsən yatmısansa duranda əlaqə saxla mənlə qaqaşım», «Götürüm dədə fanar var əlimdə dediyi yerdəyəm bir dəqiqə səbr elə ata», «beş dəqiqə yanındayam» məzmunlu, ondan sonra ***-***-**-** mobil nömrəsinə «Kolan menədədi qoydu getdi açanda zəng elə» məzmunlu, sonra ***-***-**-** mobil nömrəsinə «yaxşı ata oldu», «qaqaşım tələsmə isində rahat qaldı», sonra ***-***-**-** mobil nömrəsinə «qaqaş mənəm ramin cavab verdə» məzmunlu, sonra ***-***-**-** mobil nömrəsinə ^qaqaşım nəsə bir şey deyə bilərsən gözleyim ya yox gec olur uje» məzmunlu və sair məzmunlu SMS-lərin göndərilməsi göstərilmişdir. Həmin bölmədə 18 fevral 2021-ci İldə, saat 20:41:30-da ***-***-**-** mobil nömrəsinə «çatanda zəng elə falqa yadından çıxmasınv məzmunlu, 1 mart 2021-ci ildə ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə, 3 mart 2021-ci ildə ***-***-**-**, 8 mart 2021-ci ildə ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə Təqsirləndirilən şəxs1 öz 4169 7413 1385 9504 hesab nömrəsini göndərməsi qeyd edilmişdir; İkinci «Zəng /SMS nömrələri» səhifəsi ***-***-**-** Sabunçu rayonu Bilgəh qəsəbəsi Zəfəran sovxozunda yaşayan X13, 2-ci Ramana qəsəbəsi 3-cü sahə ev-40 ünvanda yaşayan X2, 3-cü X17, 4-cü ünvan 4 ünvanında yaşayan X14 və sair nömrə sahiblərinin adları sadalanmışdır; «Zənglərin detallaşdırılması» səhifəsi 1 fevral 2021-ci il, saat 02:18:13-də ***-***-**-** mobil nömrəsinə edilən zənglə başlayır və 13 mart 2021-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə edilən zənglə qurtarır. Materialların-məhkəmə ekspertizasının 13 mart 2021-ci il tarixli, 6/1027 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №-51» möhür əksi, «şübhəli şəxs Təqsirləndirilən şəxs1» yazılar, imzalar olan zərfdəki 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 30,982 qram, 1,961 qram, 0,402 qram, ümumi təmiz çəkiləri 33,345 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,737 qram, 0,784 qram, 0,710 qram, ümumi təmiz çəkiləri 2,231 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Materialların məhkəmə ekspertizasının 13 mart 2021-ci il tarixli, 6/1026 nömrəli rəyindən görünür ki, «Təqsirləndirilən şəxs2 Ağadadaş oğlundan aşkar edilmiş» sözləri ilə olan 1 ədəd bükümdə təmiz çəkisi 0,795 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 1,525 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Materialların məhkəmə ekspertizasının 17 mart 2021-ci il tarixli, 6/1027 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Təqsirləndirilən şəxs2 aşkar olunmuş» qeydli zərfdəki 1 ədəd bükümdə olan narkotik vasitə heroinlə, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs1» qeydli zərfdəki 3 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və həmçinin «Təqsirləndirilən şəxs2 aşkar edilmiş» qeydli zərfdəki 1 ədəd bükümdə olan psixotrop maddə metamfetaminlə, «şübhəli şəxs Təqsirləndirilən şəxs1» qeydli zərfdəki 3 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Kompüter-texniki ekspertizasının 6 may 2021-ci il tarixli, 5/368 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı «Android 9» əməliyyat sistemi ilə təchiz olunmuş «Samsung Galaxy J5» markalı «SM-J530FM» modeli «**********50906, **********50904» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim olunan «Samsung Galaxy J5» markalı, «SM-J530FM» modeli mobil smatfonun yaddaşında (kontaktlar, zənglər, «SMS» mesajlar, multimedia (audio, foto, video) fayllar, «WhatsApp» və «WhatsApp Busines» proqram təminatları, «İnstaqram», «Facebook Messenger» sosial şəbəkələri vasitəsilə aparılmış məlumat mübadiləsi və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. Təqdim edilmiş «Samsung Galaxy J5» markalı, «SM-J530FM» modeli mobil smatfonun yaddaşında olan məlumatlar barədə rəyə əlavə olunmuş «hesabat»da öz əksini tapmışdır. Komputer-texniki ekspertizasının «Samsung Galaxy J5» markalı mobil telefonda olan məlumatların köçürüldüyü 1 ədəd xarici məlumat daşıyıcısına baxış protokolundan görünür ki, flaşkartda olan «2021-05- 06.15-50-10» papkasında «Samsung GSM_SM-J530F Galaxy J5 Pro», «AccoritPackage», «Chats», «contakts», «email», «files», «gps», «icois», «potes», «pages», «paty», «photos», «passvords», «photos», «resources», «Sosial Media», «thumblais», «pumelines», «userassourts», «users», «Samsung GSMSM-J530F-Gaİaxy J5 Pro2» səhifələri vardır. Fleşkartda göstərilən bütün səhifələrdə istintaq marağı kəsb edən yazışmalar, əməliyyatlar aparılması aşkar edilmədi, yazışmalar müxtəlif nömrələrlə və müxtəlif məzmunlarladır. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 8 aprel 2021-ci il tarixli, 1026 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 may 2021-ci il tarixli, 1453 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiıyək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 141-143-cü vərəqlərindəki maddi sübut hesab etmək haqqında qərar və raportdan görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı götürülmüş 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 30,982 qram, 1,961 qram, 0,402 qramolmaqla ümumi təmiz çəkisi 33,345 qram psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,737 qram, 0,784 qram, 0,710 qram olmaqla ümumi təmiz çəkisi 2,231 qram narkotik vasitə heroin; Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,795 qram narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 1,525 qram psixotrop maddə metamfetamin; təqsirləndirilən şəxslərin üzərlərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatının videogörüntülərinin əks olunduğu 2 ədəd disklər; Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş izahlı qaimələri köçürülmüş 2 ədəd disklər; komputer-texniki ekspertizasından daxil olmuş telefon məlumatları ilə olan 1 ədəd disk maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonra qalan 2,171 qram hissəsi, metamfetaminin tədqiqatdan sonra qalan 33,255 qram hissəsi, Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroinin tədqiqatından sonra qalan 0,715 qram hissəsi və psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalan 1,475 qram hissəsi saxlanılması üçün Səbail RPİ-nə təhvil verilmiş, disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 11-13-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər. İşin 14-15-ci vərəqindəki 22 saylı MKİS-dən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. İşin 67-ci vərəqindəki Suraxanı RİHB-nın Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X11 varəsində yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. İşin 2-ci cildinin 43-cü vərəqindəki şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 31 yanvar 2017-ci il təvəllüdlü Quliyeva Zeynəb və 26 sentyabr 2018-ci il təvəllüdlü Quliyeva Aysu adlı iki azyaşlı uşağı vardır. İşin 1-ci cildinin 21-22-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 189-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 13 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 228-ci vərəqindəki qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 14 mart 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi özündə CM-nin 234.2-ci maddəsinin də tərkib əlamətlərini əhatə etdiyindən Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan CM-nin 234.2-cü maddəsi rəqəm ifadəsi olaraq çıxarılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə özlərini qismən təqsirli bildilər. Onların bu ifadələri Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və biri-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 13 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 13 mart 2021-ci il tarixdən 14 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən cəzaya hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 6 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Səbail RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonra qalan 2,171 qram hissəsi, psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalan 33,255 qram hissəsi, Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonra qalan 0,715 qram hissəsi və psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalan 1,475 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxslərin üzərlərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatının videogörüntülərinin əks olunduğu 2 ədəd disklər, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş izahlı qaimələr köçürülmüş 2 ədəd disklər və kompüter-texniki ekspertizasından daxil olmuş telefon məlumatlarının əks olunduğu 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 329 (üç yüz iyirmi doqquz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 164 (yüz altmış dörd) manat 85 (səksən beş) qəpik olmaqla dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 13 mart 2021-ci il tarixdən 14 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 6 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonra qalan 2,171 qram hissəsi, psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalan 33,255 qram hissəsi, Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonra qalan 0,715 qram hissəsi və psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalan 1,475 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxslərin üzərlərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatının videogörüntülərinin əks olunduğu 2 ədəd disklər, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş izahlı qaimələr köçürülmüş 2 ədəd disklər və kompüter-texniki ekspertizasından daxil olmuş telefon məlumatlarının əks olunduğu 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 329 (üç yüz iyirmi doqquz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 164 (yüz altmış dörd) manat 85 (səksən beş) qəpik olmaqla dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1425/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1425/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver