Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1426/2021 06.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1978-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki nəfər azyaşlı uşaqları olan, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 09 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 mart 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələr satma barədə şəxsiyyəti müəyyənləşdirilməmiş İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı “Rza” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəklində sonuncudan qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 7,882 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmçinin eyni mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda - 01 ədəd bükümdə təmiz çəkisi 1000 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 185,604 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 75,283 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ümumi miqdarı 1,16 qram olan 29 ədəd metadon tərkibli dərman preparatını əldə edib yaşadığı mənzilin qonaq otağında olan bir ədəd qara rəngli çantanın içərisində saxlamışdır. Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə (bundan sonra: DİN, BNMİ) daxil olmuş əməliyyat məlumatı əsasında həmin baş idarənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, 09.03.2021-ci il tarixdə, saat 21:30-da ünvan 2 ünvanın qarşısında piyada hərəkət edən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində yaxalanıb ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası DİN, BNMİ-nin inzibati binasına aparılaraq orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 7,882 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmçinin 10.03.2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi bina 34, mənzil 148 ünvanda videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən baxış və götürmə istintaq hərəkəti zamanı mənzilin qonaq otağında olan bir ədəd qara rəngli çantanın içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 1000 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 86,218 qram və 99,386 qram, ümumi təmiz çəkisi 185,604 qram olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 73,323 qram və 1,960 qram, ümumi təmiz çəkisi 75,283 qram olan xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ümumi miqdarı 1,16 qram olan 29 ədəd metadon tərkibli dərman preparatı (1 həbdə 0,04 qram metadon olmaqla) və 01 ədəd “Constant 14192-645 300gx0,01” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən tutulanadək “Rent A Car” işlətmiş, günə 70 manat qazancı olmuşdur. Əvvəllər içki içmiş, bir nəfər tanışı isə ona “kakos” çəkməyi öyrətmişdir. Tutulmazdan təqribən 4 ay əvvəl artıq narkotikdən istifadə etməyə başlamışdır. İstifadə etdiyi narkotiki “Rza” adlı bir iranlıdan almışdır. Belə ki, Rza ilə internetdə tanış olmuş, sonuncu ilə azərbaycanca danışmışlar. O, narkotik lazım olanda Rzaya zəng etmiş, sonuncu narkotiki bir yerə atdırıb, şəklini çəkib, ona göndərmiş, o da gedib Rzanın atdırdığı yerdən götürmüş, narkeotik vasitənin pulunu isə Rzanın Azərbaycana məxsus olan bank kartına göndərmişdir. Rzanın telefon nömrəsi isə xarici nömrələr olmuşdur. 4 ay ərzində İİR vətəndaşı Rzanın etibarını qazana bilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, polis əməkdaşları tərəfindən «Köhnə Günəşli» deyilən ərazidə “Bizim Market” marketinin qarşısındakı bankomatdan pul çıxardıqdan dərhal sonra saxlanılmışdır. Rayona ev təmir etməyə gedəcəyi üçün bankomatdan bacısı oğlunun və özünün kartında olan pulları çıxarmış, üzərində 3.400 manat pul olmuşdur. Üstündə puldan əlavə bacısı oğluna və özünə məxsus bank kartları, həmçinin 7 büküm narkotik maddə tiryək olmuşdur. Belə ki, Rzadan narkotik vasitə istədiyi zaman sonuncu ona Lökbatan yolunda sumka olduğunu demiş, gedib götürməsini istəmiş, sumkanın içində ona məxsus olan narkotik, həmçinin ona məxsus olmayan ayrıca 1 kiloqram narkotik vasitə olduğunu bildirmişdir. Rza ondan həmin sumkanı 2 gün saxlamasını xahiş etmişdir. O, Rzadan həmin sumkanı hara qoyulmasının lazım olduğunu ondan soruşduqda, Rza sumkanı aparıb həmin yerə qoymasını istəmiş, sonra sumkanın lazımi adamlar tərəfindən götürüləcəyini bildirmişdir. Bundan başqa, Rza ona özünə aid olanı da götürməsini tapşırmışdır. O da gedib həmin sumkanı götürmüş və Rzanın dediyi yerə aparıb qoymuş, həmin yerin şəklini də Rzaya sübut etmək üçün telefonu ilə çəkmişdir. Çəkilişi Rzaya göndərmiş, Rza narahatçılıq olmadığını bildirmiş, Həmin çəkiliş onun telefonunda qalmış, tutulan zaman polis əməkdaşları bu çəkilişi telefonunda aşkar etmişlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, barəsində sənədləşdirilən həmin narkotiklər onun olmamış, özündə cəmi 7 qram narkotik olmuşdur. Üstündə 3400 manat pul, özünə və bacısı oğluna məxsus plastik kartlar olmuş, pulu da, narkotiki də, kartları da polislər onun üstündən götürmüşlər. Tutulanda video çəkilişdən əvvəl cibinə 10 manat 10 qəpik pul qoyulmuş, 1 kq narkotiki isə əvvəlcədən aparıb onun evinə qoymuş və əgər bunları təsdiq edərsə, ona məxsus 3.400 manat pulu geri verəcəklərinə söz vermişlər. Ümumiyyətlə videoçəkilişdə görünən bütün narkotik vasitələri onun üzərinə qoymuşlar. Polis əməkdaşları onu saxlayarkən mobil telefonunda onun sübut kimi Rzaya çəkib ötürdüyü fotoşəkildə onun üzərindən və mənzilindən aşkar edilmiş bütün növdə narkotik vasitələrin, psixotrop maddələrin də şəkilləri olmuşdur. Lakin o tutularkən Rzanın göndərdiyi narkotik vasitələr artıq onda olmamışdır. Odur ki, polis əməkdaşları onun mobil telefonunda olan fotoşəklə uyğun narkotik vasitələr və psixotrop maddələr təşkil edib onun mənzilinə yerləşdirmişlər. O, saxlanıldıqdan sonra istifadə olunan videoçəkilişdə görünən tiryək belə, onun üstündən çıxan tiryək olmamış, başqa tiryək olmuşdur. Belə ki, özündə olmuş həmin tiryəki o, çoxdan istifadə etmişdir. O, heç kimə narkotik vasitə satmamış, lakin tanışlarına lazım olduqda o, Rzanın vasitəsilə gətirtdirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında mobil telefonunda olan sms yazışmaları ilə bağlı göstərdi ki, o, tutulmazdan 3-4 gün əvvəl telefonunu itirmiş, tutulan ərəfədə isə tapmışdır. Telefonunda “Patı” ilə bağlı tanımadığı kimsə ona sms yazmış, lakin o, tanımadığı üçün həmin şəxsə cavab verməmişdir. Fizuli adlı şəxs dükan işlətdiyindən onunla özünə şirniyyat lazım olanda danışmışdır. Belə ki, Fizuli adlı dükan işlədən qonşusuna həmişə şirniyyatla bağlı yazmış, sonuncu da onun istədiyi şirniyyatı gətirib qapının tutacağına asıb getmiş, o özü isə evinə gedəndə götürmüşdür. Fizuli ilə cəmi bir dəfə birgə iətifadələri üçün tiryək narkotiki almış, lakin tiryək yaxşı çıxmamış və buna görə də onu nəşə ilə dəyişmək istəmişlər. Sonradan bu istəkləri də baş tutmamışdır. “pati”, “kola” və “shey” kimi narkomanlar arasında terminlər heroin, metamfetamin və digər narkotik vasitələri əvəz edən sözlərdir ki, o, narkotik vasitələrdən az istifadə etdiyindən onun danışıqlarında bu terminlər işlədilməmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi, metamfetamin psixotrop maddəsi, tiryək narkotik vasitəsi və metadonu alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu etirafedici ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər sexdə müdir kimi çalışmışdır. Lakin sex yandığı üçün artıq iflasa uğramış və sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Tutulmamışdan təxminən 3-4 ay əvvəl sosial şəbəkədə “Rza” adlı İran vətəndaşı ilə tanış olmuşdur. Bir müddət sosial şəbəkədə ünsiyyət qurduqdan sonra İran vətəndaşı ona narkotik vasitələrdən istifadə etməyi təklif etmişdir. Həmin şəxsin təklifi ona cəlbedici gəldiyi üçün təklifi qəbul edib narkotik vasitələrə qurşanmışdır. Ona narkotik vasitəni həmin İran vətəndaşı təmin etmişdir. Belə ki, Rza ona sosial şəbəkədə yazaraq istifadəsi üçün lazım olan narkotik vasitəni Bakı şəhərində müxtəlif ünvanlara qoyduğunu və onun da gedib götürərək istifadə etməsini istəmişdir. Sonuncu dəfə 2021-ci ilin fevral ayının sonlarında həmin İranlı ona sosial şəbəkədə yazaraq Lökbatan yolunda narkotik vasitə qoyduğunu və ondan həmin narkotik vasitəni gedib götürməyini istəmişdir. Rza ona narkotikin bir qisminin onun (Təqsirləndirilən şəxs) öz şəxsi istifadəsi üçün olduğunu bildirmiş, bir qismini isə saxlamağı tapşırıb, bir-iki günə deyəcəyi tanımadığı adama verməsini istəmişdir. O, öz növbəsində razılaşıb həmin narkotik vasitəni Lökbatan yolunun qırağından götürüb yaşadığı ünvana gətirmişdir. Bir qismini özünün istifadəsi üçün cibində saxlamışdır. Digərini isə İranlının dediyi tanımadığı adama verməsi üçün saxlamışdır. Lakin bir neçə gün keçməsinə baxmayaraq İranlıdan xəbər çıxmamış, narkotik vasitələr də onda qalmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 09 mart 2021-ci il tarixdə, axşam saat 21:30-da Bakı şəhəri, Xətai rayonunda yaşadığı binanın yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək BNMİ-nə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini və əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən içində 3 (üç) ədəd siqaret dənəsi olan siqaret qutusunu təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd “Samsung” markalı, 01 (bir) ədəd “Poco” markalı mobil telefonlar, əynində olan şalvarın sağ yan cibindən 10 (on) manat 40 (qırx) qəpik pul, 3 (üç) ədəd açar aşkar olunmuşdur. Bundan sonra aşkar olunan 01 (bir) bükümdə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 9 (doqquz) qram olmuşdur. Sonra həmin kütlə içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, təhqiqatçı, müdafiəçi tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus olan 02 (iki) ədəd mobil telefonlar götürülmüş, içində 03 (üç) ədəd siqaret dənəsi olan siqaret qutusu, 10 (on) manat 40 (qırx) qəpik pul, 03 (üç) ədəd açar geri qaytarılmışdır. Sorğu zamanı o, həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə əldə etdiyini etiraf etmpişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, o, BNMİ-də olarkən yaşadığı mənzildə narkotik maddə saxladığını da bildirmiş, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmamış və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvan 5 ünvanına getmişdir. Həmin ünvanda olan zaman qonaq otağında saxladığı çantanı təqdim etmişdir. Həmin çantanın içindən 01 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin, 02 (iki) ədəd bükümdə kristalşəkilli, ağ rəngli, psixotrop maddə metamfetamin, 02 (iki) ədəd bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə tiryək, 29 (iyirmi doqquz) ədəd metadon həbi, 01 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra aşkar olunan maddələr hər biri ayrıayrılıqda elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 1 kq 14 qram, metamfetaminin çəkisi 190 qram, tiryəkin çəkisi 75 qram olmuşdur. Daha sonra aşkar olunmuş həmin predmetlər aşkar olunduqları çantaya da qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş, əlavə olaraq qanunsuz əşya, predmet və ya maddə aşkar olunmamışdır (iş vərəqə: səh. 201-203). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-inin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən xx.xx.1978-ci ildə Dəvəçi şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi ev 1 A, mənzil 28 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi bina 34, mənzil 148 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilmişdir. Bununla bağlı əmrə əsasən onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və BNMİ-nin əməlliyat müvəkkili, polis kapitanı Şahid2 qrupun üzvü olmuşdur. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 09 mart 2021-ci il tarixdə, saat 21:30-da Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 34 ünvanın yaxınlığında piyada olaraq hərəkət edən zaman saxlanılmışdır. BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün sonuncunu BNMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbləri izah olunmuş və şübhəli şəxs qismində sonuncuya hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, Baş İdarəyə müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, onun və Şahid2 iştirakı ilə BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşu tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı X5 özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan etmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini və saxlanılmasının səbəblərini izah edib CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah olunduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni və əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən içində 03 ədəd siqaret dənəsi olan siqaret qutusunu təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı təqdim olunan bükümdə nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş və əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd "Samsung” markalı, 01 ədəd "Poco” markalı mobil telefonlar, əynində olan şalvarın sağ yan cibindən 10 (on) manat 40 (qırx) qəpik pul, 03 ədəd açarlar aşkar olunmuşdur. Daha sonra təhqiqatçı təqdim olunan bükümdə olan maddəni elektron tərəzidə çəkisini ölçmüş və çəkisinin 9 qram olması müəyyən edilmişdir. Təhqiqatçı bükümdə olan kütləni qablaşdıraraq zərfə qoymuş, iştirakçılar tərəfindən imzalar çəkilmişdir. İmza çəkməzdən əvvəl şübhəli şəxsin vəkili Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunub-olunmadığını soruşmuşdur. Sonuncu heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Həmçinin vəkil narkotik vasitəni kimdən və hansı məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs bir həftə əvvəl Rza adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Narkotik vasitə qablaşdırıldıqdan sonra təhqiqatçı aşkar edilən pul vəsaitini, siqaretləri və açarları Təqsirləndirilən şəxs geri qaytarmışdır. Bundan sonra təhqiqatçı narkotik vasitəni haradan, hansı məqsədlə əldə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni 1 ay əvvəl sosial şəbəkədə tanış olduğu Rza adlı İran vətəndaşından şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə yekunlaşdırıldıqdan sonra o, yaşadığı Bakı şəhəri, Xətai rayonunda yerləşən mənzildə narkotik vasitə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzildə baxış keçirilməsinə etirazı olmadığı bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirmək zərurəti yarandığından ünvan 8 ünvana gedilmişdir. Baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs hazırda olduqları mənzildə yaşayıb-yaşamadığını soruşmuşdur. Cavabında Təqsirləndirilən şəxs bir həftə ərzində mənzildə kirayə olaraq yaşadığını bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs mənzildə hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsinə əsasən mənzilin qonaq otağına gedilmiş və sonuncu orada olan masanın üzərində 01 ədəd qara qırmızı rəngli idman çantasını təqdim etmişdir. Həmin çantaya təhqiqatçı tərəfindən baxış keçirilmiş və içində 01 ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, 02 ədəd bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə metamfetaminə bənzər, 02 ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər, 29 ədəd metadon həbinə bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Təhqiqatçı aşkar olunan maddələrin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs onların narkotik vasitə olduqlarını və hamısının özünə məxsus olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı həmin kütlələrə baxış keçirmiş, elektron tərəzidə aşkar olunan maddələr çəkilmişdir. Heroinə bənzər kütlənin çəkisinin 1 kq 14 qram, metamfetaminə bənzər kütlələnin ümumi çəkisinin 190 qram, tiryəkə bənzər kütlələnin çəkisinin 75 qram olması müyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin narkotik vasitələr onların aşkar olunduğu 01 ədəd idman çantasına yerləşdirilərək qablaşdırılmış, iştirakçılar tərəfindən imzalar çəkilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs mənzildə digər yerdə narkotik vasitə saxlayıbsaxlamadığını soruşmuş, sonuncu digər yerdə narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı mənzilə baxış keçirmiş, digər əhəmiyyət kəsb edə biləcək əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı narkotik vasitələri kimdən əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs cavabında bir həftə əvvəl Rza adlı İran vətəndaşından alıb əldə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri şəxsi istifadədən əlavə Rza adlı şəxsin söylədiyi ünvanlara çatdırıb əvəzində pul alacağını, lakin Rza adlı şəxsin hansı məbləğdə ona pul verəcəyini söyləmədiyini bildirmişdir. Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterlidir və özünün fantaziyasıdır. Təqsirləndirilən şəxs üzərində protokolda göstəriləndən başqa pul olmamışdır. Onun mənzilindən aşkar olunan narkotik vasitələr və psixotrop maddələrin isə mənbəyi məlum deyildir, belə bir mənbənin isə polisin özündə olması qeyri-mümkün və gülməlidir. Təqsirləndirilən şəxs qarşı hər hansı fizki zor tətbiq olunmamış və ya psixi təsir göstərilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «Axtarış və götürmə aparılması haqqında» 09 mart 2021-ci il tarixli protokoldan görünür ki, DİN-nin BNMİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə məxsus, narkotik vasitə heroinə bənzər kütləni və əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən içində 03 ədəd siqaret dənəsi olan siqaret qutusunu təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd "Samsung” markalı, 01 ədəd "Poco” markalı mobil telefonlar, əynində olan şalvarın sağ yan cibindən 10 manat (on) 40 (qırx) qəpik pul, 03 ədəd açar aşkar olundu. Daha sonra təqdim olunan bükümdə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 9 qram oldu. Sonra həmin kütlə içi boş olan, ağ rəngli zərfə qoyuldu, həmin zərf möhürləndi, üzərində müvafiq qeydlər aparıldı, şübhəli şəxs, müdafiəçi, təhqiqatçı tərəfindən imzalandı və götürüldü. İş üçün əhəmiyyət kəsb etdiyindən 02 ədəd mobil telefonlar götürüldü, içində 03 ədəd siqaret dənəsi olan siqaret qutusu, 10 manat 40 qəpik pul və 03 ədəd açar geri qaytarıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddələri İran vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə şəxsi istifadəsi üçün əldə etdiyini, əlavə olaraq Bakı şəhəri, Xətai rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir (iş vərəqə: səh. 29-31). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında» 10 mart 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi bina 34, mənzil 148 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Baxış və götürmə aparılması haqqında” 10 mart 2021-ci il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmalıdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətnə malik olan biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs mənzilin qonaq otağında saxladığı, 01 ədəd qara rəngli çantanı təqdim etdi. Həmin çantanın içindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 02 ədəd bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə metamfetaminə bənzər, 02 ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər, 29 ədəd metadon həbinə bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar olundu. Daha sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və çəkisi 1 kq 14 qram olması müəyyən edildi. Sonra metamfetaminə bənzər kütlələr elekton tərəzidə çəkildi və ümumi çəkisi 190 qram oldu. Tiryəkə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 75 qram olması müyyən edildi. Bundan sonra aşkar olunmuş predmetlər çantada qablaşdırıldı, iştirakçılar tərəfindən imzalar çəkildi. Bundan sonra evin digər otaqlarına baxış keçirildi, digər əhəmiyyət kəsb edə biləcək əşya və ya predmet aşkar olunmadı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq mənzildən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Rza” adlı şəxsin deyəcəyi ünvana çatdırıb əvəzində pul alacağını, verilən sulları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, hər hansı fizki zor və psixi probleminin olmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını bildirmişdir (iş vərəqə: səh. 34-36). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «Diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, diskin içərisində 01 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Həmin videogörüntünün adı "Təqsirləndirilən şəxs şəxsi axtarış” adı ilə qeyd olunmuşdur. “Təqsirləndirilən şəxs şəxsi axtarış" saylı fayla baxış keçirdikdə, həmin faylın 09 dəqiqə 23 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı X5 özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini və saxlanılmasının səbəblərini izah edib ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirdi. Təhqiqatçı onun Azərbaycan dilində sərbəst danışa və yaza bilib- bilmədiyini maraqlanaraq tərcüməçiyə ehtiyacı olub-olmadığını öyrənir. Təqsirləndirilən şəxs tərcüməçiyə ehtiyacı olmadığını bildirir. Daha sonra təhqiqatçı vəkil Xəyalə Babayevaya etirazının olub-olmadığını öyrənir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni və əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən içində 03 ədəd siqaret dənəsi olan siqaret qutusunu təqdim edərək masanın üzərinə qoyur. Təhqiqatçı təqdim olunan bükümdə nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitə heroin olduğunu bildirir. Daha sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirir və əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd "Samsung” markalı, 01 ədəd "Poco” markalı mobil telefonlar, əynində olan şalvarın sağ yan cibindən 10 manat (on) 40 (qırx) qəpik pul, 03 ədəd açarlar aşkar olunur. Daha sonra təhqiqatçı təqdim olunan bükümdə olan maddəni elektron tərəzidə çəkisini ölçür və çəkisinin 9 qram olması müəyyən edilir. Təhqiqatçı bükümdə olan kütləni qablaşdıraraq zərfə qoyur, iştirakçılar tərəfindən imzalar çəkilir. İmza çəkməzdən əvvəl şübhəli şəxsin vəkili X6 Güləliyevdən ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunub-olunmadığını soruşur. Sonuncu heç bir təzyiqə məruz qalmadığını bildirir. Həmçinin vəkil narkotik vasitəni kimdən və hansı məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs bir həftə əvvəl Rza adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Narkotik vasitə qablaşdırıldıqdan sonra təhqiqatçı aşkar edilən pul vəsaitini, siqaretləri və açarları Təqsirləndirilən şəxs geri qaytarır. Bundan sonra təhqiqatçı narkotik vasitəni haradan, hansı məqsdlə əldə etdiyini souruşur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni 1 ay əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonunda yerləşən mənzildə narkotik vasitə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzildə baxış keçirilməsinə etirazı olmadığı bildirir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs evinə baxış keçiriləcəyini söyləyərək videoçəkilişin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən aparıldığını qeyd etdi (iş vərəqə: səh. 140-142). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «Diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, diskin içərisində 01 ədəd “mp4” formatlı videogörüntü mövcuddur. Həmin videogörüntünün adı "Təqsirləndirilən şəxs evə baxış” adı ilə qeyd olunmuşdur. “Təqsirləndirilən şəxs evə baxış” saylı fayla baxış keçirdikdə, həmin faylın 13 dəqiqə 18 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı X5 özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi bina 34, mənzil 148 ünvanda narkotik maddə saxlaması ehtimalı olduğundan həmin mənzilə baxış keçirəcəyini elan edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs hazırda olduqları mənzildə yaşayıbyaşamadığını soruşur. Cavabında Təqsirləndirilən şəxs bir həftə ərzində mənzildə kirayə olaraq yaşadığını bildirir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs mənzildə hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməyinə əsasən mənzilin qonaq otağına gedilir və sonuncu orada olan masanın üzərində 01 ədəd qara qırmızı rəngli idman çantasını təqdim edir. Həmin çantaya təhqiqatçı tərəfindən baxış keçirilir və içində 01 ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, 02 ədəd bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə metamfetaminə bənzər, 02 ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər, 29 ədəd metadon həbinə bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar olunur. Təhqiqatçı aşkar olunan maddələrin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs onların narkotik vasitə olduqlarını və hamısının özünə məxsus olduğunu bildirir. Daha sonra təhqiqatçı həmin kütlələrə baxış keçirdir, elektron tərəzidə heroinə bənzər kütləni elektron tərəzidə çəkir və çəkisi 1 kq 14 qram olması müəyyən edilir. Metamfetaminə bənzər kütlələr elekton tərəzidə çəkildikdə ümumi çəkisi 190 qram olması müəyyən edilir. Tiryəkə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 75 qram olması müyyən edilir. Bundan sonra təhqiqatçı tərəfindən həmin narkotik vasitələr onların aşkar olunduğu 01 ədəd idman çantasına yerləşdirilərək qablaşdırılır, iştirakçılar tərəfindən imzalar çəkilir. Təhqiqatçı Təqsirləndirilən şəxs mənzildə digər yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşur, sonuncu digər yerdə narkotik vasitə olmadığını bildirir. Bundan sonra təhqiqatçı mənzilə baxış keçirdir, digər əhəmiyyət kəsb edə biləcək əşya və ya predmet aşkar olunmur. Bundan sonra təhqiqatçı narkotik vasitələri kimdən əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs cavabında bir həftə əvvəl İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsdən əldə etdiyini bildirir. Həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri şəxsi istifadədən əlavə Rza adlı şəxsin söylədiyi ünvanlara çatdırıb əvəzində pul alacağını, lakin Rza adlı şəxsin hansı məbləğdə ona pul verəcəyini söyləmədiyini bildirir. Yekunda təhqiqatçı Təqsirləndirilən şəxs evinə baxışın yekunlaşdırıldığını söyləyərək videoçəkilişin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən aparıldığını bildirir (iş vərəqə: səh. 143-144). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində və yaşadığı ünvanda aparılan baxış prosesini özündə əks etdirən iki ədəd CD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, tədqiq olunan CD disklərə yüklənmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana baxış keçirilməsi və götürmə aparılması barədə hər iki protokola və «Diskə baxış keçirilməsi haqqında» hər iki protokola uyğundur (iş vərəqə: səh. 142; 145). Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş 05 may 2021ci il tarixli, AZF/LGL-11350/21 saylı məktub və 1 ədəd CD disk, o cümlədən “Bakcell MMC”dən daxil olmuş 28 aprel 2021-ci il tarixli, BKC/LGL-7706/21 saylı məktub və 1 ədəd CD disk üzrə məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs əməlini ifşa edəcək aşağıdakı məlumatlar aşkar edilmişdir. Belə ki, ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 19 fevral 2021-ci il saat 10:16:50-də - O dediyivi gatizdirdim - 19 fevral 2021-ci il saat 10:19:29-da - Fizik o wirniyat varidiyeee alldlm sizdan onan 1 kloo gatirabilarsan olarln icinda yumurularlda var qatlwlq olsun yumurusu cox olsun olarr???? - 26 fevral 2021-ci il 22:38:49-da - Taksi gondaritam dukana ver pulu ona birdaki wirniyatdan yumurusunanda olsun uzununanda 1 kloo 6.50 dida qardawlm Həmçinin, ***-***-**-** saylı mobil nömrə kartına daxil olunan sms-lərə baxış zamanı həmin məlumatlardan aşağıdakılar müəyyən edildi. ***-***-**-** mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə kartından daxil olmuş aşağıdakı mətnlərdə: - 10 fevral 2021-ci il saat 23:45:15-də - Brat koku lazim olmadi gelirsen? - 17 fevral 2021-ci il saat 23:22:52-də - Brat shey bidene olsun - 21 fevral 2021-ci il saat 21:23:30-da - o tuhta garani mene verdin ezde 18 manata onu kimnen geturdun ona sualim var gerushe bileriy onan? ***-***-**-** mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə kartından daxil olmuş aşağıdakı mətnlərdə: - 22 fevral 2021-ci il saat 00:31:23-də - PAT laz4mdi - 25 fevral 2021-ci il saat 21:01:12-də - qaqam 3DENE KOLA BİR YERDE DUZ OLSUN QARDAWİM ***-***-**-** saylı mobil nömrə kartından xaric olunan sms-lərə baxış zamanı əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. ***-***-**-** saylı mobil nömrə kartına daxil olunan sms-lərə baxış zamanı əhəmiyyət kəsb edəcək məlumatlardan aşağıdakılar müəyyən edildi. ***-***-**-** mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə kartından daxil olmuş aşağıdakı mətnlərdə: - 14 fevral 2021-ci il saat 01:42:54-də ELSEN EWİDİRSEN PİS İDİ VEZİYET BİR NEFERDE 20DİYİB10getrdi mende o - 14 fevral 2021-ci il saat 01:42:58-də - lurdum ona gore bele alindi ama ki qardawdiq edirik arada bele 5E 3 - 14 fevral 2021-ci il saat 01:43:01-də - gore adam qutardiq diyib adam hedelemir narkamanciliqdida sene atib ***-***-**-** mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə kartından daxil olmuş aşağıdakı mətnlərdə: - 20 fevral 2021-ci il saat 01:45:11-də - Gerdew axwamun xeyir,gadasi nese goturmey olar?mumkundu? - 20 fevral 2021-ci il saat 02:37:39-da - He bawa duwdum,sadece emeliyatdan sora dadmamiwam meylim chakir ona gore,problem yoxtur..gorusharik inwallah “Zənglərin_Məxsusluq_Tarixçələri__**********1746___702227622_NAR” adlı fayla daxil olduqda ***-***-**-** saylı mobil nömrə kartının Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan X1 məxsus olması müəyyən edilmişdir. 01 ədəd diskdə olan fayllara baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartına dair məlumatları əks etdirən “Bakcell MMC”-dən daxil olmuş 28 aprel 2021-ci il tarixli 7706/21 nömrəli məktuba əlavə edilmiş 01 ədəd “CD” diskə Xətai RPİ-nin MSY-də baxış keçirdim. Baxış zamanı əhəmiyyəti kəsb edə biləcək məlumat aşkar olunmamışdır. Baxış zamanı aşkar edilmiş “pati”, “kola” və “shey” kimi terminlər heroin, metamfetamin və digər narkotik vasitələri əvəz edən şifrəli sözlər kimi işlədilmişdir. Bu faktı Təqsirləndirilən şəxs da təsdiqləmiş, lakin buna baxmayaraq narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan başqa baxış zamanı aşkar edilmiş mobil nömrələrin sahiblərinin anket məlumatları barədə Təqsirləndirilən şəxs sual verilərkən həmin mobil nömrələrin bir qisminin sahiblərinin anket məlumatları haqqında məlumatının olmadığını, bir qisminin isə kimlərə məxsus olduğunu xatırlamadığını, lakin ***-***-**-** saylı mobil nömrənin Əhmədli qəsəbəsində yerləşən balaca dükanda işləyən adını bilmədiyi şəxsə aid olduğunu söyləmişdir (iş vərəqə: səh. 161-163). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan Poco markalı mobil telefona baxış keçirilmişdir: Mobil telefonun “Whatsapp” bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan və “Poco” markalı mobil telefonunda “Rza Ureyim” adı altında qeyd olunan +**********30 mobil nömrə ilə olan yazışmalarda müxtəlif vaxtlarda narkotik vasitələrin dövriyyəsi ilə bağlı olan səs yazıları, həmçinin narkotik vasitələrin harada yerləşməsinə işarə edən fotoşəkillərin olması müəyyən edildi. Həmçinin mobil telefonun fotoşəkillər bölümünə daxil olduqda orada narkotik vasitələrin elektron tərəzidə çəkilməsinə dair videolar, həmçinin narkotik vasitələrin harada yerləşməsinə işarə edən fotoşəkillərin olması müəyyən edildi. Baxış zamanı aşkar edilmiş məlumatlar ilə bağlı Təqsirləndirilən şəxs sual verilərkən +**********30 mobil nömrənin İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxsə aid olduğunu, mobil telefonda olan videoları Rza adlı şəxs üçün çəkdiyini və həmin videolarda ona sonuncu dəfə göndərilən narkotik vasitələrin dəqiq çəkisini Rza adlı şəxsə bildirmək üçün çəkdiyini söyləmişdir (iş vərəqə: səh. 146). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 10 mart 2021-ci il tarixli 6/973 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,882 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş...” yazısı olan idman çantasındakı, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1000 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 86,218 və 99,386 qram, ümumi təmiz çəkisi 185,604 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 73, 323 qram və 1,960 qram, ümumi təmiz çəkisi 75,283 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, üzərində “Methadone” 40” yazısı olan 3 ədəd konvalyutda ümumi 29 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 29 həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı, 1,16 qramdır, bir ədəd “Constant 14192-645 300 x 0,01” markalı elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1007, 882 qramdır (1 kq 7,882qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər (iş vərəqə: səh. 44-49). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2021-ci il tarixli, 1684 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 156-157). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli 5(011)-220/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin aparılması barədə qərar qanuni hesab edilmişdir (iş vərəqə: səh. 88- 89). Cinayət işinin ibtidai istintaqı zamanı iş üzrə götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 7,882 qram olan narkotik vasitə heroin, sonuncunun yaşadığı evindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1000 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 86,218 qram və 99,386 qram, ümumi təmiz çəkisi 185,604 qram olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 73,323 qram və 1,960 qram, ümumi təmiz çəkisi 75,283 qram olan xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ümumi miqdarı 1,16 qram olan 29 ədəd metadon tərkibli dərman preparatı (1 həbdə 0,04 qram metadon olmaqla) və 01 ədəd “Constant 14192- 645 300gx0,01” markalı elektron tərəzi, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Poco” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlar keçirildikdən sonra qalıq çəkisi 1007,682 qram narkotik vasitə heroin, 185,404 qram psixotrop maddə metamfetamin, 75,083 qram narkotik vasitə tiryək, 26 ədəd metadon tərkibli dərman preparatları və bir ədəd “Constant 14192-645 300 x 0,01” markalı elektron tərəzi, bir ədəd “Poco” markalı mobil telefon saxlanması üçün Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Poco” markalı mobil telefona dair məlumatları özündə əks etdirən bir ədəd - cəmi 03 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən əldə edilmiş bir ədəd, "xxxx" MMC-dən əldə edilmiş bir ədəd - cəmi 02 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 170-189). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək və sonuncu ilə cinayət əlaqəsinə girməklə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etmiş, məhkəməyədək icraat mərhələsində şəxsiyyəti müəyyənləşdirilməmiş “Rza” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır(iş vərəqə: səh. 209-210). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, tiryək narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi isə 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 50 qram, metadon narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi isə 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilib götürülmüş narkotik vasitələrin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin və tiryək narkotik vasitələrinin və metamfetamin psixotrop maddəsinin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin və tiryək narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin külli miqdar təşkil etməsi və növ müxtəlifliyi (burada: heroin, tiryək, metadon narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi), həm narkotik vasitələrin və həm də psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlaması, xırda əşyaların çəkilməsi üçün alətin-tərəzinin olması, narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı Təqsirləndirilən şəxs və qeyriləri arasında aparılan sms yazışmaları, təqsirləndirilən şəxsə məxsus mobil telefonlarda narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı müəyyən olunan fotoşəkillər təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 138-139). Cinayət işində olan rəsmi sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, barəsində cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2021-ci il tarixli, 1684 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 09 mart 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 09 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 mart 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 mart 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 09 mart 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1007,682 qram narkotik vasitə heroin, 185,404 qram psixotrop maddə metamfetamin, 75,083 qram narkotik vasitə tiryək, 26 ədəd metadon həbləri və bir ədəd “Constant 14192-645 300 x 0,01” markalı elektron tərəzi məhv edilməlidir; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Poco” markalı mobil telefona dair məlumatları özündə əks etdirən bir ədəd - cəmi 03 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən əldə edilmiş bir ədəd, "xxxx" MMC-dən əldə edilmiş bir ədəd - cəmi 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır; - Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Poco” markalı mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114,00 (yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 09 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1007,682 qram narkotik vasitə heroin, 185,404 qram psixotrop maddə metamfetamin, 75,083 qram narkotik vasitə tiryək, 26 ədəd metadon tərkibli dərman preparatları və bir ədəd “Constant 14192-645 300 x 0,01” markalı elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Poco” markalı mobil telefona dair məlumatları özündə əks etdirən bir ədəd - cəmi 03 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən əldə edilmiş bir ədəd, "xxxx" MMC-dən əldə edilmiş bir ədəd - cəmi 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Poco” markalı mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 114,00 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1426/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1426/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver