Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1426/2023 19.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə oğlunun iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olub həmin ünvanda da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam almaq qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 19 noyabr 2022-ci il tarixdə təxminən saat 23:00 radələrində ünvan 2 ünvanında yerləşən yaşayışın evinin qarşısında həmin evdə kirayədə yaşayan tanışı Şahid küçəyə çağıraraq bir neçə gün əvvəl təmir üçün verdiyi «MOON» markalı mopedin təmir işini başa çatdırmamasına və həmin mopedi qəsdən yararsız hala salmasına görə sonuncuya iradını bildirmiş, həmin vaxt Şahid qardaşı Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evdən çıxaraq onların yanına gəlib söhbətlərinə müdaxilə etməklə heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlədib, daha sonra isə əlləri ilə onun boğazından tutub boğduqda Təqsirləndirilən şəxs əlində olan açarla sonuncunun başından vurub özündən uzaqlaşdırmağa nail olsa da Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinə davam etməklə onu israrla yaxınlıqda olan avtomobillərin yuyulması sexinin yanma çağırmış, Təqsirləndirilən şəxs həmin yerə tərəf getdikdə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməkdə davam etməsinə görə ondan qisas almaq məqsədi ilə bıçaqla qəsdən Zərərçəkmiş şəxs sol sağrı nahiyəsindən vuraraq ona sol sağrı nahiyəsinin daxilə nüfuz edib, sidik kisəsinin zədələnməsi ilə müşayiət olunan bir ədəd və başın təpə nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadələrində göstərdi ki, hadisdən təxminən üç-dörd ay əvvəl Fəridi tanımışdır. Fəridin motosikilet təmirindən anlayışı olduğu üçün o, özünə məxsus «Moon» markalı mopedi təmir etmək üçün Fəridə vermişdir. Bu təxminən 2022-ci ilin təxmin noyabr ayının 17-da olmuşdur. Fərid mopedi sökdü. O da bundan sonra üç gün ərzində Fəridlə əlaqə saxlamışdır. Fərid də hər dəfə ona “narahat olma, mən mopedi düzəldib sənə təhvil verəcəm” demişdir. O, növbəti dəfə Fəridin yanına gedib təmirlə maraqlananda Fərid ona mopedi düzəldə bilməyəcəyini bildirib sökdüyü detalları yerinə bağladı. 19 noyabr 2022-ci il tarixdə təxminən saat 23:00 radələrində o, Fəridin yaşadığı ünvana gedib Fəridlə görüşmüşdür. Küçədə o, Fəridlə söhbət edib. Fəridə mopedi onun xarab etdiyini deyərək xarab etdiyi mopedi düzəltməyini ondan tələb etmişdir. Fərid də “heç bir problem yoxdur və mən özüm mopedi düzəldib sənə verəcəm” dedi. Həmin vaxt Fəridin qardaşı, məhkəmədə ona zərərçəkmiş şəxs kimi təqdim olunan Zərərçəkmiş şəxs onlara yaxınlaşıb anidən söhbətə qarışıb onunla mübahisə etməyə başladı. Mərhəmət əli ilə onun boğazından tutub onu boğmağa başladı. O da boğulduğunu görüb əlində olan açarla Mərhəmətin başına vurmuşdur. Bundan sonra Mərhəmət yaxınlıqda olan moykaya getdi. O, Mərhəmətin onu vurmaq üçün moykadan bıçaq götürüb onun üstünə gələcyini güman edib özünü ondan müdafiə etmək üçün mopedin üzərində olan mətbəx bıçağını götürmüşdür. Mərhəmət onun anasını nalayiq küçə söyüşləri söymüşdür. Bundan sonra o, əsəbiləşdiyi üçün əlində olan bıçaqla Mərhəmətin arxa nahiyəsindən vurmuşdur. Həmin vaxt Mərhəmətdən qan gəldi və bir neçə dəqiqə sonra oraya X7 avtomobili gələrək Mərhəməti 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. O da Mərhəmətə kömək etmək üçün xəstəxanaya getmişdir. Törətdiyi əməldən peşmandır. O özü ümumiyyətlə spirtli içki və ya narkotik vasitə qəbul etmir, lakin Mərhəmət sərxoş vəziyyətdə idi. O, ayaq üstə dayana bilmirdi. Hadisə ani bir anda baş verdi. Bir-iki dəqiqə davam etdi. Hadisəyə səbəb Mərhəmətin heç bir səbəb olmadan onun Fəridlə mopedinin təmiri ilə əlaqədar aralarında yaranmış söhbətə müdaxilə edib onu söyüb, boğması olub. Mərhəmətə bədən xəsarəti yetirdiyi bıçaq mətbəx bıçağı idi. Mopedin üstündə idi. İstintaq zamanı o, həmin bıçağın onun özünün üzərində olmasını deməyib. Mopedin üzərində olmasını deyib. O, üzərində bıçaq gəzdirməyib. Xəsarət yetirdiyi bıçağı hadisədən sonra atmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Aralarında ədavətələri yoxdur. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, hadisədən bir müddət sonra məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Vaqifi hadisə ilə əlaqədar tanıyır. Vaqif mopedini təmir etmək üçün qardaşı Fəridə vermişdi. Fərid də mopedi sökdükdən sonra mopedi düzəldə bilməyəcəyini Vaqifə bildirib sökdüyü detalları yerinə bağladı. 19 noyabr 2022-ci il tarixdə təxminən saat 23:00 radələrində Vaqif onların kirayədə yaşadıqları ünvana gələrək qardaşı Fəridi çölə çağırdı. O da həmin vaxt həyətdə olmuşdur. Vaqif Fəriddən təkidlə mopedi düzəltməyini tələb edərək həmin mopedi Fəridin xarab etdiyini bildirb Fəridlə sözlə mübahisəyə başlamışdır. O da onlara tərəf gedib nə baş verdiyini soruşub özü də mübahisəyə qoşulub əli ilə Vaqifin boğazından tutub onu boğmağa başlamışdır. Həmin vaxt Vaqif əlində olan açarla onun başına vurmuşdur. Bundan sonra o, yaxınlıqda olan moykaya gedib sonra a oradan çıxıb Vaqifə tərəf getmişdir. Vaqif də ona tərəf gəlmişdir. O da Vaqifi yenə söymüşdür. Həmin vaxt Vaqif onun arxa tərəfinə keçib onu bıçaqla onun arxa nahiyyəsinə vurmuşdur. Bir neçə dəqiqə sonra oraya X7 avtomobili gəlib onu 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Xəstəxanada onu əməliyyat etmişlər və bir neçə gündən sonra onu evə buraxmışdır. Hadisə vaxtı o özü sərxoş olumuşdur. Hadisəyə səbəb Vaqifn qardaşı Fəridin moped ilə mübahisə etdikdə onun mübahisəyyə qoşulub onun tərəfindən Vaqifin boğulub söyülməsi olub. Hadisədən qabaq onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət olmayıb. İndi də yoxdur. O, Təqsirləndirilən şəxslə barışmışdır. Ondan şikayəti və tələbi yoxdur. Şahid ifadəsində göstərdi ki, məhkəmədə ona tqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs hadisdən təxminən dörd avvəl tanımışdır. Özü motoskiletlərin təmiri ilə məşqul olur. 18 noyabr 2022-ci il tarixdə Vaqif mopedini təmir etməyə verdi. O da mopedi söküb Vaqifə mopedi düzəldə bilməyəcəyini bildirib sökdüyü detalları yerinə bağlamışdır. 20 noyabr 2022-ci il tarixdə təxminən saat 23:00 radələrində Vaqif onun yaşadığı ünvana gələrək onu çölə çağırdı. Vaqif ondan təkidlə mopedi düzəltməyini tələb edrək mopedi onun xarab etdiyini bildirb onunla mübahisə etməyə başladı. Həmin vaxt qardaşı, bu iş üzrə zərərçəkmiş şəxs kimi cəlb olunmuş Zərərçəkmiş şəxs evin həyətində idi. Mərhəmət onların mübahisə etdiklərini görüb onlara tərəf gəlib nə baş verdiyini soruşub mübahisəyə qoşuldu. Mərhəmət əli ilə Vaqifin boğazından tutub onu boğmağa başladı. Həmin vaxt Vaqif əlində olan açarla Mərhəmətin başına vurdu. Mərhəmət də Vqifi söyə-söyə yaxınlıqdakı moykaya tərəf getdi. Az sonra Vaqif qışqırdı. O da Mərhəmətin qışqırıq səsini eşidib moykaya tərəf getmişdir.Orada Mərhəmətdən qan gəldiyini görmüşdür.Bir neçə dəqiqə sonra oraya X7 avtomobili gəlib Mərhəməti 1 saylı Şəhər Kliniki Xəstəxanasına apardılar. O da onlarla birgə xəstəxanaya getmişdir. Orada Mərhəməti əməliyyat etdilər. Bir neçə gün sonra ona evə buraxdılar. Mərhəmət hadisə günü spirtli içki qəbul etmişdi. O, hadisə zamanı Təqsirləndirilən şəxs Mərhəmətə bədən xəsarəti yetirdiyi bıçağı görməmişdir. Mərhəmət hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Aralarında hər hənsı problemləri yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 20 noyabr 2022-ci il tarixdə tərəfimdən tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsi ünvan 3 ünvanda baş vermişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 30 dekabr 2022-ci il tarixli «götürmə haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs bir ədəd gödəkcə, bir ədəd cins şalvar və bir ədəd sviter baxış keçirilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkcə, bir ədəd cins şalvar və bir ədəd sviter iş üzrə maddi sübut kimi tanınıb saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 06 dekabr 2022-ci il tarixli 1233 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- sol sağrı nahiyəsinin daxilə nüfuz edib,sidik kisəsinin zədələnməsi ilə müşayiət olunan bir ədəd və başın təpə nahiyəsinin bir ədəd kəsilmiş- deşilmiş yaraları, kəsici-deşici alətin (alətlərin) təsirindən törənmiş, 19 noyabr 2022-ci il tarixdə əmələ gələ bilən,dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş kompleks məhkəmə-tibbi kriminilastik və məhkəmə- kriminilastik ekspertizasının xx.xx.2023-cü il tarixli 106/2023-MTKŞ saylı rəyindən görünür ki,ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu.Bu zədə küpü,kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (ola bilsin bıçağın) təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin ön səthində sağda cırılma zədəsi aşkar olunmuş, Bu cırılma küt yaranma mexanizminə malikdir, ola bilsin sviterin müvafiq nahiyəsinin hər hansı bir predmetə ilişib dartılması nəticəsində əmələ gələ bilər..Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcədə zədə və zədə izləri aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində olan zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə və Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs müxtəlif qarşılıqlı vəziyyətdə olması inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthində 01 ədəd deşilmiş-kəsilmiş zədə so sağrı nahiyəsinin daxilə nüfuz endib, sidik kisəsinin zədələnməsi ilə müşayiət edilən yara nisbi olaraq üst-üstə düşür.Başın təpə nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası paltarlarda öz əkini tapmamışdır.Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarət konkret olaraq bıçaq və ya dəmir parçası ilə yetirilməyə xarakterikdirmi sualına cavab verilməsi, canlı şəxsin ekspertizasını müayinə etmiş məhkəmə tibbi ekspertinin səlahiyyətindədir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 03 aprel 2023-cü il tarixli 146/2023-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupudur.O-alfa,betta/İ/. /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcə, cins şalvar və sviterin üzərində insan qan ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, əksər ləkələrdə həmçinin alfa, beta, aqqlyutininləri də alındı. Beləliklə,bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxsə,o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 mart 2023-cü il tarixli 655 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur.Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkəltərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründəöz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək,onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətiyi əməl dövründə anlaqlı hesab olunmalıdır.Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin lərinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Beləliklə, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətəinə gəlib onun törətdiyi əmələ görə təqsirli bilinib əməlini Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə təqsirli olması qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə məhkəmə ekspertizası xərci yoxdur. Məhkəmə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X5 160 manat ödənilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhər, 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 50 (əlli) saat hüquqi yardım göstərilməsi, bu səbəbdən də ona 300 (üç yüz manat ödənilməli olması müəyyən olundu. Məhkəmə müdaffiə ilə əlaqədar məblələrin dövlət büdcəsinə hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs həmin məbləqləri ödəməkdən azad olunmasını əsaslı sayır. Çünki məhkəmədə Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsinin bu məbləği ödəmək üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazıkı iş üzrə 19 aprel 2023-ci il tarixində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində “başqa yerə getməmək haqqında iltizam almaq seçilməsi müəyyən olundu. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını, gələcəkdə də olamayacağını bildirdi. Məhkmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi əvvəllər məhkum olunmaması, onun törətdiyi əməlin zərərçəkmiş şəxsin ona qarşı etdiyi qeyri hüquqi hərəkətləri nəticəsində, zərərçəkmiş şəxsin təşəbbüsü və təhriki ilə başlandığı, ittiham olunduğu cinayət əməlinin törədilməsi halları barəsində ətraflı ifadələr verməsi, cinayətin açılmasına iştirak etməsi, törətədiyi əməldən peşman olması, cinayəti törədərkən yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirli bilindiyi əməli törətməmişdən qabaq və sonrakı davranışını təhlil edib onun təqsirli bilindiyi əməli törətməmişdən qabaq hüquqa zidd əməl törətməməsi, belə əməllərə görə cəlb olunmaması, əməli törətdikdən sonra zərərçəkmiş şəxsə kömək etmək məqsədi ilə zərərçəkmişin aparıldığı xəstənaya getməsi, törətdiyi əmələ görə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində başqa yerə getməmək haqqında iltizam seçildikdən sonra ibtidai istintaq və məhkəmə baxışı zamanı qətimkan tədbirinin şərtlərini pozmaması müəyyən olundu. Birləşmiş Millətlər Təşkilatının üzv ölkələri tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvesiyanın 37-ci maddəsində 18 yaşına çatmayan uşağın azadlıqdan məhrum olunmasını yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq olunması nəzərdə tutlumuşdur. Avropa Şurasının Nazirlər Kabinetinin 17 noyabr 2010-ci tarixli uşaqlara dost ədalət məhkəməsinə tövsiyyələrində Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərin həmin öhdəliklərini təsdiq edərək yuvenal məhkəmələri həyata keçirən səlahiyyətli orqanlara uşaqlara münasibətdə ədalət məhkəməsini həyata keçirən məhkəmələrə məhkəmə baxışı və iş üzrə yekun qərarı qəbul edilərəkən uşaqların ən vacib maraqlarının təmin edilməsini, uşaqların dünyagörüşünə və fikirlərinə lazımı səviyyədə diqqət yetirməyi, uşağın ən vacib maraqları ilə bərabər onun digər maraqlarının, o cümlədən də uşağın psixoloji və fiziki rifahını, uşaq barəsində qəbul ediləcəkə qərarın uşağın ən vacib maraqlarına mütanasibliyinin uyğun olmasını və sair halları nəzərə almağı tövsiyə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” qəranda yetkinlik yaşına çatmamış şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58ci maddəsində göstərilən, törədilmiş cinayətin xarakteri, ictiami təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarllardan başqa həmçinin həmin məcəllənin 86-cı maddəsində nəzərdə tutulan yetkinlik yaşına çatmamış şəxsin həyat tərzi, tərbiyə şəraiti, əqli və fiziki inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və sair halları nəzərə almaqla, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünü nəzərə almağı tövsiyə etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən hallar Azərbaycan Resbulikasının Konstitutsiyasına və cinayət prosesini həyata keçirilməsini və cəza təyin olunmasını tənzimləyən qanunverciliyin tələbləri ilə üst-üstə düşür. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yetkinlik yaşına çatmamasını, hazırda valideynlərinin himayəsində yaşamasını, valideynlərinə bağlı olub, valideynlərindən ayrı yaşamasının onun inkişafına mənfi təsir etməsini, bu inkişafın onun gələcək davranışına neqativ təsir edə bilmə ehtimalını, habelə ümumi anlamda onun yetkinlik yaşına çatmaması səbəbindən hazırda psixoloji və fiziki inkişafda olmasını nəzərə alır. Məhkəmə, yuxarda göstərilən halları nəzərə alıb Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza təyin edilməsini mümkün hesab etmir. Çünki məhkəmənin qənaətinə görə ona bu cəzadan yüngül cəza təyin olunması onun davranışına ehtiva olunan təsirin səmərəliyini təmin etməzdi. Bu səbəbdən də məhkəmə, ona azadılıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin təyin ediləcək cəzanın Təqsirləndirilən şəxs digər hüquqa zidd əməllərdən törədə bilməsinin qoruyucu funksiyasını təmin etmək üçün yuxarıda qeyd olunan konvensiv tövsiyyələrinin ,habelə cinayət qanununun tələbələrini rəhbər tutlaraq ona aşağı həddə cəza təyin olunmasını əsaslı sayır və təyin olunacaq cəza təqsirləndirilən şəxsin islah olunub onun cəmiyyətə reintqrasiyasına xidmət etməli olmasını nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, lakin onun ittiham olunduğu əməli törədərkən və hazırda yetkinlik yaşına çatmadığını, onun ittiham olunduğu cinayət əməlinin törədilməsinin səbəblərini, zərərçəkmiş şəxsin onu bu əməlin törədilməsində rolunu nəzərərə alıb onun barəsində təyin olunmuş cəzanı ona şərti tətbiq olunmasını əsaslı sayır. Çünki məhkəmə, ona belə cəzanın təyin olunması onun cəmiyyətə reinteqrasiyasına və cəzanın məqsədinə daha səmərəli cavab verdiyi qənaətinə gəlir. Məhkəmə, bu qənəaətə gəldiyindən Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən qətimkan tədbiri qismində seçilmiş başqa yerə getməmək haqqında iltizam almağı hökm qanununi qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasının çəkilməsinin əvvəli 19 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza şərti hesab edilsin. Onun üzərində 1 (bir) il müddətə sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində o, daimi yaşayış yerində probasiya qeydiyyatına alınsın və onun üzərində nəzarəti həyata keçirən probasiya orqanının icazəsi olmadan yaşayış yerini, iş yerini dəyişməmək vəzifəsi qoyulsun, tərkibində alkoqol içkiləri olan maddələri istehlak etmək və əmək və məişət zərurəti olmadan üzərində kəsici, deşici alət və vasitələrin gəzdirməsi qadağan edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində başqa yerə getməmək haqqında iltizam hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X5 160 (yüz altımış) manat, Bakı şəhər 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməli olan 300 (üç yüz ) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləğləri ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd cins şalvar, bir ədəd sviter istehlak dəyərini itirmiş kimi məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1426/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1426/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver