Məhkəmə qərarları › İş №1(101)-1426/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1426/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1426/2025 16.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X19 və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X8, müdafiəçi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində «həbs» qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs xx.xx.2024-cii il tarixdə, saat 23:18-də "Bİ. B. Cl. C, Dİ, D" kateqoriyalı BB 312162 nömrəli sürücülük vəsiqəsi əsasında 025 nömrəli yol vərəqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Çinar-Trans" MMC-yə məxsus "Karsan Atak" markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ilə üzü Binəqədi kəndi istiqamətində hərəkətdə olan zaman Binəqədi şossesi ilə Zəngəzur küçəsinin kəsişməsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ei hissəsinin tələblərini pozaraq, yəni svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıcılarında isə svetofor qarşısında dayandırmalı olduğu halda həmin maddənin tələblərinə riayət etməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib idarə etdiyi avtobusla yol hərəkəti qaydalarını pozaraq svetoforun qadağanedici qırmızı işığında öz hərəkətini davam etdirib həmin vaxt svetoforun yaşıl işığında yolayrıcına daxil olan "Opel-Corsa" markalı **- BH-*** dövlət qeydiyyat nişanlı. "Changan" markalı **-YL-*** dövlət qeydiyyat nişanlı və “Hunday Santafe” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zəncirvari qəza törətməsi nəticəsində “Opel-Corsa” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 təpə-ənsə sümüklərinin kəllə əsasına keçən sınığı və baş beynin yumşaq qişasına, qişası altına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunmuş təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol tərəli i hemopnevmatoraksla və sol ağciyərin cırılması ilə müşayiət olunmuş döş sümüyünün və sol tərəfli qabırğa sümüklərinin sınıqları, sol mil-bilək oynağı sümüklərinin sınıqları, boyunun və qarının qançırları, sol bud. hər iki baldır, sağ diz və sol aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 ölümünə və həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 baş-beyinin yumşaq qişasına, toxumasına və mədəciklərinə qansızmalar, qarın boşluğuna qanaxma ilə müşayiət olunan dalağın zədələnməsi. plevra boşluğuna qanaxma ilə müşayiət olunan sol ağciyərin zədələnməsi, sağ ağciyərə qansızma ilə müşayiət olunan sağdan İ-İİİ qabırğaların sınıqları, sol ağciyərə qansızma ilə müşayiət olunan soldan İ-V qabırğaların sınıqları, sol gözün ağlı qişasına qansızma. sağ və sol baldır nahiyələrinin, sol diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin, sağ və sol əllərin səthi kəsilmiş yaraları ilə nəticələnən dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 ölümünə, eləcə də "Changan" markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 burun sümüyünün azyerdəyişən sınığı ilə müşayiət olunan burun belinin səthi əzilmiş yarası, sol gözətrafının dərialtı hematoması ilə müşayiət olunan sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ və sol said nahiyələrinin, sol baldır nahiyəsinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid və "Hunday Santafe" markalı. **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin qançır şişkİnliyi və sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur.

Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 263.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə, gecə saat 11:15 radələrində evə qayıtdığı zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. Avtobusu Sabunçudan sürərək Binəqədiyə aparıb təhvil verəcəkdi. İşıqfora yaxınlaşanda sarı ışıq yanırdı. O isə işıq sarıdan qırmızıya keçəndə tormoz tutmadığından işıqforu keçmiş və hadisə baş vermişdir. Avtobusdan düşmüş, zərərçəkmiş şəxslərin olduğu avtomobillərə yaxınlaşmışdır. Avtomobilin pəncərəsini sındırmışdır ki, onlara kömək etsin. Hadisə günü polis idarəsində qalmışdır. O vaxtdan zərərçəkmiş şəxslərin ailələri ilə əlaqə yaratmaq istəsə də, müstəntiq buna şərait yaratmamışdır. Cinayəti ehtiyatsızlıqdan törətmişdir. Əməlindən çox peşmandır.

4. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs hadisə günü sərxoş olmadığını, narkotik istifadə etmədiyini, nəinki narkotik vasitə heç pivə və araq belə içmədiyini, 25 yaşında 1-2 dəfə pivə içdiyini, narkoloji ekspert tərəfindən müayinə olunmadığını, sadəcə sual-cavab edildiyini, ondan sidik ya da qan nümunəsinin götürülmədiyini, həkimlərə bəzən pivə içdiyini, heç vaxt narkotik vasitə istifadə etmədiyini, səhhətində problemlər olduğunu dediyini, yol vərəqəsi əsasında işə başladıqlarını, hər səhər sərxoşluq vəziyyətinin müayinəsindən keçdiyini, müayinənin alkotester aparatı ilə aparıldığını, 1 ilə yaxındır "xxxx" MMCdə işlədiyini, sərxoş olduğu halda MMC tərəfindən sürücüyə yol vərəqəsinin verilmədiyini, yol vərəqəsinin bir aylıq verildiyini, sərxoşluq vəziyyətinin müayinəsinin gecə təxminən 1, 2-nin yarısı keçirildiyini, narkotikin qəbulu ilə bağlı ekspertizanın 30 oktyabr 2024-cü il tarixdə, gündüz saat 3-4 radələrində keçirildiyini, narkotik vasitəni qəbul edib-etmədiyini müayinə zamanı soruşduqlarını, müayinə edən həkimlərə heç vaxt narkotik vasitə istifadə etmədiyini bildirdiyini göstərmişdir.

5. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin dedikləri yalandır. Müstəntiq onun yanında Əkbərə zəng etmiş, Əkbər demişdir ki, o, zərərçəkmişin yaxınları ilə görüşməyə qorxur. Əkbərin qohumları bir dəfə qardaşına da zəng etmişlər, qardaşı demişdir ki, gəlin danışaq. Sonra həmin şəxsə zəng edən zaman həmin şəxs bildirmişdir ki, Əkbəri yaxşı tanımır və gələ bilməyəcək. Hadisə günü həyat yoldaşı da qardaşı ilə benzin almağa çıxmışdır. Hadisə də həmin vaxt baş vermişdir.

6. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, o, Qarayevdə yaşayır, mərhum oğlu isə başqa ərazidə yaşayırdı. Axşam ona zəng gəlmişdir ki, oğlu rəhmətə getmişdir. Hadisədən sonra onlarla heç kəs əlaqə saxlamamışdır. Oğlunun 2 övladı var və uşaqlar başsız qalmışlar.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2024-cü il tarixdə, axşam saat 23:00-23:30 radələrində işi ilə əlaqədar olaraq avtomobilində qırmızı işıqda dayanmışdır. İşıqforun yaşıl işığı yananda ayağını əyləcdən çəkməmişdir. Düşünmüşdür ki, 1-2 saniyə gec çəksin. Ayağını əyləcdən çəkəndə surəti saatda 10-11 km/saat olmuşdur. Yolun digər tərəfindən də başqa maşın gəlirmiş və bu zaman təqsirləndirilən şəxsin idarə etdiyi avtobus qırmızı işıqdan keçərək həmin avtomobili vurmuşdur. Həmin avtomobil sürüşərək onun avtomobilinə toxunmuş və o, idarəetməni itirərək 3 metr kənardakı başqa avtomobilin üstünə çıxmışdır. Ümumilikdə onun avtomobilinə 84000 manat məbləğində ziyan dəymişdir. Onun bununla bağlı ayrıca mülki iddiası da var. Həmçinin, onun sağlamlığına da zərər dəymişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü işi ilə əlaqədar bir yerə gedirdi. İşıqforda qırmızı işıqda dayanmışdı. Bu vaxt 133 nömrəli avtobus qırmızı işıqdan keçdi. Qarşıda isə “Changan” markalı avtomobil dayanmışdı. Avtobusun maşına dəydiyini hiss etmiş və başı silkələnmişdir. Avtomobilində təhlükəsizlik şarları açılmışdır. Nəticədə ona da bədən xəsarətləri də dəymişdir.

9. Məhkəmə iclasında iştirak edən Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair” protokolu imzalamış həkim X20 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair” protokolda saxlanılan şəxsin narkotik vasitədən istifadə edib-etməməsinə dair xananın boş qalmasına səbəb protokol nümunəsinin köhnə olmasıdır. Şəxsin hadisə vaxtı narkotik vasitə və ya psixotrop maddələrin təsiri altında olub-olmamasının ətraflı araşdırılması üçün şəxs saxlanıldığı zaman ilkin müayinə üçün Azərbaycan Respublikası Narkoloji Mərkəzinə aparılmalı idi. Onlar rəy verərkən Nazirlər Kabinetinin qərarını rəhbər tuturlar. Qərarın tarixi və nömrəsini xatırlamır. Həmin protokolda narkotik vasitələrdən istifadə edib-etməməsi barədə xananın boş qalmasının səbəbi həmin şəxsin narkotik vasitə istifadə edib-etməməsinə dair müayinə olunmamasıdır. Yoxlanışın aparıldığı və protokolun tərtib olunduğu yer Azərbaycan Respublikası Narkoloji Mərkəzinin bir məntəqəsidir. O, gətirilən şəxsin narkotik vasitədən istifadə edib-etməməsinin müəyyən olunmasını yoxlamadığından şəxslə bağlı həmin hissədə rəy verməmişdir. Şəxsin narkoloji müayinədən keçməsi üçün o, Azərbaycan Respublikası Narkoloji Mərkəzə aparmalı idi.

10. Məhkəmə iclasında iştirak edən həkim X14 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, rəydə Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olubolmaması barədə hissəyə o, yox, həkim məruzəçi cavab verə bilər. Onlar şəxsin narkotik vasitələrdən istifadəsi ilə bağlı müayinəni Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli, 186 nömrəli qərarına əsasən aparmışlar. Analiz sidikdən götürülmüşdür. Onlar şəxsi müayinə edərkən və rəyi tərtib edən zaman Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olub-olmamasının müəyyən edilməsi üçün artıq gec olmuşdur. Həmin vaxt onun narkotik vasitələrin təsirindən yaranmış sərxoşluq vəziyyətində olub-olmamasını müəyyən edə bilməzdilər. Rəydə qeyd edilən şəxsin sidiyindən narkotik vasitənin tərkibini aşkar edilməsi hadisə baş verən zaman onun narkotik vasitənin təsiri altında olması mənasına gəlmir. Bunun üçün o, hadisədən çox qısa müddət sonra müayinəyə aparılmalı idi. Müayinəyə gətirilən zaman onun hadisə zamanı narkotik vasitələrdən istifadə nəticəsində yaranmış sərxoş vəziyyətdə olması barədə fikir söyləmək üçün artıq gec idi. Şəxs bunun üçün vaxtında müayinəyə gətirilməli idi. Özləri tərəfindən verilmiş rəy sadəcə şəxsin narkoman olması ilə bağlıdı, hadisə zamanı həmin maddələrdən istifadə nəticəsində sərxoş olması ilə bağlı deyil.

11. Məhkəmə iclasında iştirak edən həkim X21 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxsdə klinik əlamətlərin göründüyü ilkin satlarda onun sərxoşluğunu müəyyən etmək mümkündür. Narkotikin qəbulundan uzun müddət keçdikdən sonra bu halın aydınlaşdırılması mümkün deyil. 30 oktyabr 2024-cü il tarixdə analiz alınan zaman əgər narkotik vasitə bir gün əvvəl istifadə edilibsə sərxoşluq halının müəyyən edilməsi mümkün deyil Sərxoşluq vəziyyətinin müəyyən edilməsi qəbul edilmiş narkotik vasitənin miqdarından və növündən asılıdır. Baş tutmuş laboratoriya testləri nəticəsində Təqsirləndirilən şəxs 3 ildir ki, narkotik vasitələrdən istifadə etməsi faktı məlum olmuşdur. Şəxsdən analiz qan deyil, sidikdən alınmışdır. Narkotikin həcmindən asılı olaraq onun şəxsdə təsiri qalır. Sidikdən alınan analiz zamanı şəxsin narkotik vasitədən istfadə etməsinin məlum olması onun son 7 gün ərzinə qədər narkotik vasitə istifadə etdiyini göstərir. Yəni, bu hal şəxsin bir gün əvvəl narkotik vasitə qəbul etməsi faktını təkzib etmir. Amma şəxs bir gün əvvəl, yəni 29 oktyabr tarixində hadisə zamanı həmin narkotik vasitəni qəbul etməmiş də ola bilər. Qanda təsiri ən az qalan narkotik vasitə metafetamindir. Əgər şəxs bir gün əvvəl narkotik vasitə qəbul etmiş olsa, narkotikin qəbulundan 1-2 saat ərzində bunu müəyyən etmək mümkündür. Sərxoşluq kliniki bir əlamətdir. Şəxsin koordinasiyasını qoruya bilməməsi, sözlərin ardıcıllığını itirməsi onun sərxoşluğunu ifadə edir. Bu kliniki bir mənzərədir. Şəxsi vizual olaraq izləyərək bunu bilmək olar. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyində olan yoxlanışın nəticəsi onun sərxoşluq halını təsdiq edə bilməz. Şəxsdə abstensiya əlamətləri yoxdursa onun narkotik vasitədən asılllığı olduğunu demək olmaz. Təqsirləndirilən şəxs 30 oktyabr 2024 narkoloji tibbi yoxlamadan keçmişdir, həmin vaxt şəxsin sərxoş olub-olmamasını dəqiq demək mümkün deyildi. Onun ancaq narkotik vasitələrdən istifadə edib-etməməsini demək olardı.

12. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Binəqədi şossesi ilə Zəngəzur küçəsinin kəsişməsində baş vermiş, yolun hərəkət hissəsi düz, asfalt və qurudur. Hərəkət işıqforla tənzimlənir. Küçə kənar obyektlərdən düşən işıqlarla işıqlandırılır. Toqquşma yeri yol kəsişməsidir. Hadisə yerində avtobusa məxsus tək halda 14 metr uzunluğunda tormoz izi vardır. Hadisə yerində “Opel” markalı avtomobilin yanında iki şəxsin meyitləri var (cild 01; i.v.7-15).

13. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 30 oktyabr 2024-cü il tarixli, 2/60096 saylı protokoldan görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (cild 01; i.v.18).

14. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X33 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 05 noyabr 2024-cü il tarixli, 2270 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır (cild 01; i.v.90-91).

15. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X33 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 21 noyabr 2024-cü il tarixli, 209 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş xəsarətlər-baş beyinin yumuşaq qişasına,toxumasına və mədəciklərinə qansızmalar. qarın boşluğuna qanaxma ilə müşaiyət olunan dalağın zədələnməsi, plevra boşluğuna qanaxma ilə müşayiət olunan sol ağciyərin zədələnməsi, sağ ağciyərə qansızına ilə müşaiyət olunan sağdan İ-İİİ qabırğaların sınıqları, sol ağciyərə qansızma ilə müşaiyət olunan soldan İ-V qabırğaların sınıqları, sol gözün ağlı qişasına qansızma, sağ və sol baldır nahiyələrinin, sol diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yaralan, alın nahiyəsinin sağ və sol əllərin səthi kəsilmiş yaraları; Qeyd olunan xəsarətlər həyati olub, alın nahiyəsinin, sağ və sol əllərin səthi kəsilmiş yaraları kəsici kənara malik əşyaların, digər xəsarətlər isə bərk küt əşyaların təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdilər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan samlamlığa Ağır zərər vurmaya aididirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb dalağın və sol ağciyərin zədələnməsi nəticəsində baş verən kəskin qanitirmə olmuşdur. Beləliklə mərhum Zərərçəkmiş şəxs2 yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlər onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki. Zərərçəkmiş şəxs2 ölümü onun müyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2024-cü il tarixdə, saat 09:20-də başlanmışdır.) 8-12 saat əvvəl baş vermişdir.Mərhum Zərərçəkmiş şəxs2 meyitində aşkar olunmuş xəsarətlərin xarakteri lokalİzasiyasım nəzərə alaraq demək olar ki. həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə yol nəqliyyat hadisəsi zamanı sərnişin olduğu avtomobilin toqquşması nəticəsində əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəməkimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 01; i.v.93-99).

16. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X33 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 22 noyabr 2024-cü il tarixli, 208 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər təpə-ənsə sümüklərinin kəllə əsasına keçən sınığı və baş beyin yumşaq qişasına, qişası altına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşaiyət olunmuş təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol tərəfli hemopnevmatoraksla və sol ağciyərin cırılması ilə müşaiyət olunmuş döş sümüyünün və soltərəfli qabırğa sümüklərinin sınıqları, sol mil-bilək oynağı sümüklərinin sınıqları, boyunun və qarının qançırları, sol bud, hər iki baldır, sağ diz və sol aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, heyati əlamətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümümulikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs1 Ölümünə səbəb təpə-ənsə sümüklərinin kəllə əsasına keçən sınığı nəticəsində inkişaf etmiş baş-hey inə qansızına olmuşdur. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 01; i.v.103-106).

17. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 yanvar 2025-ci il tarixli, 8/3333 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən göstərilən şəraitdə “Opel Corsa” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərini texnikinöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən göstərilən şəraitdə “Changan” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərini texnikinöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən göstərilən şəraitdə “Hundai-Santafe” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərini texnikinöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Karsan Atak” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 01; i.v.123-127).

18. Məhkəmə narkoloji ekspertizasının 30 oktyabr 2024-cü il tarixli, 7061 nömrəli ekspert rəyindən görünür ki, 30 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X27 şəxsində Ambulator məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində X10 götürülmüş sidik nümunəsində MHT(+). MTD(+) aşkar edildi. Deməsinə görə 25 yaşından narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. 3 ildir ki, psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Müayinə olunan Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v.214-215).

19. Azərbaycan Respublikası "Məhkəmə Psixiatrik ekspertiza Mərkəzi" X29 ambulator məhkəmə psixiatrik ekspertizasının 06 fevral 2025-ci il tarixli, 365 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal hazırda hər hansı X1mur. Bunu cinayət işinin materialları. anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anaqlı hesab edilməldir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür (cild 01; i.v.216-219).

20. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin DYP şöbəsi tərəfindən verilmiş 08 mart 2025-ci il tarixli, 3-13-46/2-240040909 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixdə qeydə alınmış “B1, B, C1, C, D1, D” kateqoriyalı BB312162 nömrəli (etibarlılıq müddəti 05 noyabr 2031-ci il) sürücülük vəsiqəsinin olması müəyyən edilmişdir. Onun sürücülük vəsiqəsi aktiv olmaqla hər hansı müddətdə sürücülük hüququndan məhrum edilməsi barədə məlumat mövcud deyildir (cild 01; i.v.225).

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

21. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

22. 263.3-cü maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 18 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 01; i.v.92).

24. “Şübhəli şəxsin tutulması haqqında” 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə, saat 15:50-də tutulmuşdur (cild 01; i.v.141-142).

25. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 4(001)- 82/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 fevral 2025-ci il tarixdən hesablanmaqla 03 aprel 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.183-188).

26. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 4(001)- 249/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 iyun 2025-ci il tarixədək uzadılmışdır (cild 02; i.v.66-69).

27. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 4(001)- 412/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 23 iyun 2025-ci il tarixədək uzadılmışdır.

28. Zərərçəkmiş şəxs2 hüquqi varisi (mülki iddiaçı) X9 14 oktyabr 2025-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona 5000 manat maddi zərərin ödənildiyini, maddi zərərlə bağlı şikayətinin olmadığını, maddi ziyanla bağlı hissədə mülki iddiadan imtina etdiyini qeydə edərək mənəvi zərərlə bağlı hissədə mülki iddiasının təmin edilməsini xahiş etmişdir.

29. Zərərçəkmiş şəxs1 hüquqi varisi X12 16 oktyabr 2025-ci il tarixli yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona 5000 manat ödəniş edildiyini, təqsirləndirilən şəxslə barışdığını qeyd edərək aliment tələbi ilə bağlı mülki iddiasından imtina etdiyini bildirmişdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

30. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

31. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

32. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.

33. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir;

34. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır;

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

37. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

38. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmənin hüquqi dəyərləndirməsi:

40. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan AR CM-nin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmiş cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, onun AR CM-nin 263.3.-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun etirafedici ifadəsi, şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146).

41. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs hadisə günü və vaxtı ayıq olduğunu, hər hansı narkotik vasitə və ya psixotrop maddədən istifadə etmədiyini və həmin maddələrin təsiri altında olmasının mümkün olmadığını, ona əsassız olaraq AR CM-nin 263-1.4-cü maddəsi ilə ittiham elan olunduğunu bildirmişdir.

42. Həqiqətən də, iş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 30 oktyabr 2024-cü il tarixli, 2/60096 saylı protokoldan görünür ki, hadisə günü hadisədən qısa müddət sonra həyata keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olması müəyyən edilmiş, onun qanında və ya sidiyində hər hansı narkotik vasitə və ya psixotrop maddənin aşkar olunması barədə müvafiq qeyd aparılmamaqla həmin qrafa boş saxlanılaraq şəxsin ayıq olduğu göstərilmişdir.

43. Məhkəmə iclasında həmin müayinəni həyata keçirmiş həkimin iştirakı təmin edilmiş, həkim X20 ona verilmiş suallara cavab olaraq şəxsin hadisə vaxtı narkotik vasitə və ya psixotrop maddələrin təsiri altında olub-olmamasının ətraflı araşdırılması üçün şəxsin saxlanıldığı zaman ilkin müayinə üçün Azərbaycan Respublikası Narkoloji Mərkəzinə aparılmalı olduğunu, lakin aparılmadığından bu halın müəyyən edilmədiyini, tərəfindən tərtib edilmiş protokolda narkotik vasitələrdən istifadə edib-etməməsi barədə xananın boş qalmasının səbəbinin həmin şəxsin narkotik vasitə istifadə edib-etməməsinə dair müayinə olunmamasının olduğunu, təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müayinə olunması üçün gətirilən şəxsin narkotik vasitədən istifadə edib-etməməsinin müəyyən olunması yoxlamadığından şəxslə bağlı həmin hissədə rəy vermədiyini, onun sadəcə spirtli içkilərdən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətini yoxlayaraq onun ayıq olması qənaətinə gəldiyini bildirmişdir.

44. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən uzun müddət AR CM-nin 263.3-cü maddəsi ilə istintaqın aparılmasına baxmayaraq müstəntiq bunun üçün heç bir əsas olmadığı halda formal olaraq iş materiallarına əlavə edilmiş və hadisədən sonrakı gün alınmış məhkəmə-narkoloji ekspertizasının rəyinə istinad edərək şəxsin məhz hadisə günü və hadisə vaxtı narkotik vasitə və ya psixotrop maddələrin təsiri altında həmin vasitələrdən istifadə nəticəsində yaranmış sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəsi törətməsi qənatinə gəlmişdir.

45. Halbuki, iş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 30 oktyabr 2024-cü il tarixli, 7061 nömrəli rəyi şəxsin hadisə zamanı narkotik vasitə və ya psixotrop maddələrdən istifadə nəticəsində yaranmış sərxoş vəziyyətdə olmasını deyil, müayinədən keçən şəxsin narkotik vasitə istifadəçisi olmasını və onun narkomaniya xəstəsi olmasını təsdiq edən sənəddir.

46. Məhkəmə qeyd edir ki, həmin sənədə istinadən şəxsin mütləq qaydada yolnəqliyyat hadisəsi zamanı da narkotik vasitə və ya psixotrop maddələrin təsiri altında olması və bunun nəticəsində yaranmış sərxoş vəziyyətdə hadisəni törətməsi qənaətinə gəlinməsi tamamilə əsassız və absurd olmaqla müstəntiqin şəxsi mülahizələri əsasında şəxsin AR CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir.

47. Müstəntiqin yanaşmasına əsasən istənilən narkotik vasitə və ya psixotrop maddəsi istifadəçisi olan şəxs günün 24 saatı həmin vasitələrdən istifadə nəticəsində yaranmış sərxoş vəziyyətdə olmaqla ayıq ola bilməz. Halbuki, şəxsin narkoman olması onun hər gün narkotik vasitə qəbul etməsi, günün istənilən saatında sərxoş olmasını deməyə əsas verə bilməz.

48. Məhkəmə iclasında iştirakı təmin edilmiş müvafiq narkoloji rəyi vermiş həkimlər X14 və X21 məhkəmə narkoloji ekspertizasının 30 oktyabr 2024-cü il tarixli, 7061 nömrəli rəyi əsasında təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsi zamanı sərxoş olması qəanətinə gəlinməsinin mümkün olmadığını, həmin rəyin sadəcə şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsini təsdiq edən sənəd olduğunu, Təqsirləndirilən şəxs narkoloji müayinəyə gec gətirildiyindən onun artıq sərxoş vəziyyətdə olmadığını və keçən saat fərqi nəzərə alınmaqla onun hadisə zamanı sərxoş olub-olmaması ilə rəy vermələrinin mümkün olmadığını bildirmişlər.

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının;

50. 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir; 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur; 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir; 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir; 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir; 3.5-ci bəndinə əsasən müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir.

51. Göründüyü kimi, müvafiq qaydalara görə yoxlanılan şəxsin narkotik vasitə və ya psixtrop maddələrdən istifadə nəticəsində yaranmış sərxoş vəziyyətdə olması qənaətinə gəlmək üçün ondan götürülmüş bioloji mayedə yalnız narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izinin deyil, bununla yanaşı mütləq qaydada sərxoşluğun kliniki əlamətlərinin də aşkar edilməsi zəruridir.

52. İş materiallarında olan məhkəmə-narkoloji eskpertizasının rəyi şəxsdən götürülmüş bioloji mayedə narkotik vasitə və psixotrop maddələrin izinin olmasını təsdiq etsə də, həmin rəylə şəxsdə sərxoşluğun klinik əlamətlərinin olması müəyyən edilməmiş və bununla əlaqədar müstəntiq tərəfindən ekspertlər qarşısında qoyulmuş sual cavabsız qalmış, məhkəmə iclasında isə həmin rəyi vermiş həkim-narkoloqlar təqsirləndirilən şəxs müayinəyə gec gətirildiyindən onda sərxoşluğun kliniki əlamətlərinin qalmadığını və onun hadisə zamanı sərxoş olubolmamasının müəyyən edilməsinin qeyri-mümkün olduğunu məhkəmədə xüsusilə vurğulamışlar.

53. Məhkəmə iclasında dövlət ittihamçısı da çıxış edərkən təqsirləndirilən şəxsin əməlinin AR CM-nin 263.3-cü maddəsinə tövsif edilməsini təklif etmişdir.

54. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədən zaman sərxoş olmasının təsdiq olunmadığını, bu halı təsdiq edə biləcək bir dənə də olsa sübutun iş materiallarına əlavə edilmədiyini, ibtidai istintaq orqanın bu halı təsdiq edən sübut qismində istinad etdikləri məhkəmə-narkoloji ekspert rəyinin hər hansı şəxsin sərxoş olub-olmamasını müəyyən edən sənəd olmadığını və məhkəmənin gəldiyi bu nəticənin həmin rəyi vermiş eksperlər tərəfindən də məhkəmə iclasında təsdiq edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 263-1.4-cü maddəsindən həmin Məcəllənin 263.3-cü maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli və qanuni cəza təyin edilməlidir.

55. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tam əhatə olunduğundan o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

56. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

57. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varislərinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş maddi ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.

58. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

59. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitə istifadəçisi olmasını (onun yol-nəqliyyat hadisəsi törədən zaman narkotik vasitə və ya psixotrop maddələrin təsiri altında olması iş materialları ilə öz təsdiqini tapmasa da, onun narkomaniya xəstəsi olmaqla həmin xəstəlikdən əziyyət çəkməsi iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyi ilə təsdiq olunmuşdur), avtobus sürücüsü olaraq digər sürücülərə nisbətən daha ehtiyatlı və məsuliyyətli davranmalı olduğu halda yol-hərəkəti qaydalarını kobud pozub svetaforun qırmızı işığında keçərək (Halbuki, avtobusu idarə edən şəxs bu kimi hallarda idarə etdiyi avtobusun qabarit və hündürlüyünü nəzərə alaraq yol-nəqliyyat hadisəsi baş verdikdə avtobusla toqquşan avtomobildəki şəxslərin həyat və sağlamlıqları üçün real təhlükə olduğunu bilməli və nəzərə almalıdır) həm yol hərəkəti qaydalarına, həm də yol-hərəkətinin digər iştirakçılarının həyat və sağlamlıqlarına laqeyd və etinasız münasibət bəsləyən sürücü olduğunu nəzərə alaraq ona maddənin minimum həddində cəza təyin edilməklə onun cəzasını daha yüngül cəzaçəkmə müəssəsində (məntəqə tipli cəzaçəkmə müəssisəsi) çəkməsini nə onun islah olunması, nə təqsirləndirilən şəxs, nə də başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması kimi cəzanın məqsədlərinin təmin olunması baxımından məqsədəmüvafiq hesab etmir.

60. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli onun ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" MMC-yə məxsus “Karsan” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtobusun "xxxx" MMC-yə, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Corsa” markalı, 77 BH-549 dövlət qeydiyyat nişanlı, Şahid1 idarə etdiyi “Cahangan” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı, Şahid2 idarə etdiyi “Hyundai Santafe” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1).

61. Zərərçəkmiş şəxs2 hüquqi varisi X9 mülki iddia ərizəsi təqdim edərək mərhum əri Zərərçəkmiş şəxs2 aylıq maaşının 1500 manat təşkil etdiyini, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətdə 12000 manat puldan mərhum olduqlarını, Zərərçəkmiş şəxs2 dəfn mərasiminə 1200 manat, üç mərasiminə 2500 manat, yeddi mərasiminə 1600 manat, 40 mərasiminə 1800 manat, qəbirüsta və baş daşına 2100 manat, ümumilikdə cümə axşamlarının keçirilməsinə 3000 manat, cəmi 12200 manat pul xərclədiyini, təqsirləndirilən şəxs tərəfindən ona hər hansı məbləğdə pul ödənilmədiyindən ondan 24200 manat maddi ziyan tələb etdiyini qeyd edib mənəvi zərər olaraq isə 10000 manat pul ödənilməsini xahiş etmişdir.

62. Sonrakı məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı verdiyi mülki iddiadan maddi ziyanın ödənilməsi hissəsində imtina etdiyini qeyd edərək maddi zərərin ödənilməsinə dair hissədə mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir.

63. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə baxışı zamanı mülki iddianın maddi zərərin ödənilməsinə dair hissəsindən imtina etməsinə dair ərizə təqdim etdiyini, mülki iddiadan imtinanın hüquqi nəticələrinin qanunvericiliklə konkret tənzimləndiyini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş maddi zərərin ödənilməsinə dair hissədə mülki iddia üzrə icraata xitam verilməli, AR MPM-nin 262.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ödənilmiş dövlət rüsumu ilə bağlı məsələ həll olunmalı və həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən dövlət rüsumunun 138 manat hissəsi (“Dövlət rüsumu haqqında” AR Qanunun tələblərinə uyğun hesablanmaqla) Zərərçəkmiş şəxs2 hüquqi varisi (mülki iddiaçı) X4 qaytarılmalıdır.

64. Mülki iddianın mənəvi zərərlə bağlı hissəsinə münasibətdə isə məhkəmə aşağıdakılara əsasən mülki iddianın həmin hissədə təmin edilməsini qanuni və ədalətli hesab edir.

65. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında göstərilmişdir ki; -Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. -Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. -Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. -Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. -Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. -Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. -Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. -Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir.

66. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

67. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).

68. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

69. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

70. Odur ki, məhkəmə zərərçəkmiş şəxsin ölməsinin onun yaxın qohumu olan arvadı X2 həyat yoldaşı ilə yanaşı həm də bir ailənin ailə başçısının ölməsi nəticəsində mənəvi sarsıntı və iztirablara səbəb olmasını, övladlarının ataya möhtac yaşda (13 və 15 yaşda) olmalarını nəzərə alaraq mülki iddia ərizəsinin mənəvi zərərə dair hissədə tam təmin edilməsini ədalətli və mütənasib hesab edir.

71. Zərərçəkmiş şəxs1 hüquqi varisi X12 mülki iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X25 və xx.xx.2017-ci il təvəllüdlü X18 18 yaşlarına çatanadək hər biri üçün 246 manat olmaqla, cəmi 55104 manat pul vəsaitinin X5 xeyrinə tutulmasını xahiş etmişdir.

72. Sonuncu məhkəmə iclasının keçirildiyi gün X12 yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı verdiyi mülki iddiadan imtina etdiyini bildirmişdir.

73. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiadan imtina etməsinə dair ərizə təqdim etdiyini, mülki iddiadan imtinanın hüquqi nəticələrinin qanunvericiliklə konkret tənzimləndiyini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməli, AR MPM-nin 262.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ödənilmiş dövlət rüsumu ilə bağlı məsələ həll olunmalı və həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən 255,60 manat dövlət rüsumu Zərərçəkmiş şəxs1 hüquqi varisi X7 qaytarılmalıdır.

74. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

75. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

76. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

77. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" MMC-yə məxsus “Karsan” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtobusun "xxxx" MMC-yə, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Corsa” markalı, 77 BH-549 dövlət qeydiyyat nişanlı, Şahid1 idarə etdiyi “Cahangan” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı, Şahid2 idarə etdiyi “Hyundai Santafe” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Zərərçəkmiş şəxs2 hüquqi varisi (mülki iddiaçı) X9 tərəfindən verilmiş mülki iddia üzrə icraata maddi zərərin ödənilməsinə dair hissədə xitam verilsin. Ödənilmiş dövlət rüsumunun 138 manat hissəsi Zərərçəkmiş şəxs2 hüquqi varisi (mülki iddiaçı) X3 5239 1517 4655 4669 bank hesabına (Kapital Bank) ödənilməklə qaytarılsın və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılsın. Zərərçəkmiş şəxs2 hüquqi varisi (mülki iddiaçı) X9 tərəfindən verilmiş mülki iddia mənəvi zərərin tutulması hissəsində təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 10000 manat məbləğində pul məbləği və 57 manat dövlət rüsumu, cəmi 10057 manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı X4 ödənilsin. Zərərçəkmiş şəxs1 hüquqi varisi X12 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Ödənilmiş 255,60 manat dövlət rüsumu Zərərçəkmiş şəxs1 hüquqi varisi X7 qaytarılsın və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılsın. Hökmdən elan edildiyi (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar