Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1427/2022 02.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2010cu il tarixili hökmünə əsasn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 177.3.3 və 234.1-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Ağdam şəhəri, Nizami küçəsi, ev 9, mənzil 4-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 4,094 qram çəkidə külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş və satış məqsədi ilə bölüb ayırmaqla hər birində müvafiq olaraq 1,258 qram, 1,301 qram və 1,535 qram olmaqla üç bükümdə qablaşdırmaqla üzərində qanunsuz saxlayaraq daşımış, onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə saat 00:10-da ünvan 3 ünvanda yerləşən Bakı Slavyan Universitetinin yataqxanasının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra həmin idarədə 10 yanvar 2022-ci il tarixdə saat 01:56-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,258 qram, 1,301 qram və 1,535 qram, ümumi təmiz çəkisi külli miqdar 4,094 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 yanvar 2022-ci il tarixdə yaşadığı ünvan 5 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasında olarkən evində Şahid9, Şahid10 və Şahid11 ustalar təmir işləri ilə məşğul olmuş, həmi vaxt çox sayda polis əməkdaşları onun yaşadığı evə icazəsiz daxil olaraq, onu, Şahid11, Şahid10 və Şahid9 döyə-döyə, heç bir səbəb olmadan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar, orada polis əməkdaşlarının təyziqi ilə əvvəlcədən polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuş 3 bükümdə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və guya öz istifadəsi üçün əldə etdiyi barədə həqiqətə uyğun olmayan ifadələr verməyə məcbur edilmiş, əslində isə onda narkotik vasitə olmamış, narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır, ağır formada QİÇS xəstəsi olduğundan ağrılarını yüngülləşdirmək üçün narkotik vasitələrdən istifadə etsə də, tutulduğu gün üzərində narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən eyni qanunsuz hərəkətlər onunla birlikdə saxlanılmış Şahid11 qarşı da törədilmiş və sonuncunun üzərinə də narkotik vasitələr qoyulmuşdur. Onun istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olmuş SMS-lər barədə bildirmişdir ki, həmin SMS-lərdən məlumatı omamış, ona kim tərəfindən həmin SMS-lərin yazıldığını bilməmiş, həmin SMS-lərdən birində yazan şəxsin Orxan deyə müraciət etdiyi şəxsi tanımır, qohumları, dostları və tanışları heç vaxt ona Orxan adı ilə müraciət etməmişlər, hesab edir ki, həmin SMS-lər onun mobil telefon nömrəsinə yanlışlıqla daxil olmuş, dostları, tanışları və qohumları arasında Orxan adlı şəxs olmamışdır, 09 yanvar 2021-ci il tarixdə və ümumiyyətlə mobil telefon işlətdiyi müddətdə heç vaxt narkotik vasitələrlə bağlı danışıqları, SMS və WhatsApp yazışmaları olmamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirlmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixə keçən gecə saat 1-ə işləmiş tanışları Şahid11, Şahid9 və Şahid10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasının qarşısında olduğu zaman onlara tərəf bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onları saxlamışlar və özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər; polis əməkdaşları ona və tanışı Aslana narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqları üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməli olduqlarını demişdir; həmin vaxt onun üzərində 3 ədəd sellofan bükümdə bir qədər narkotik vasitə heroin olmuşdur; həmin heroini o, tutulmamışdan bir neçə saat qabaq, yəni 9 yanvar 2022-ci il tarixdə saat təxminən 22 radələrində Bakı şəhəri Yasamal rayonu, 20 yanvar dairəsi adlanan yerin yaxınlığındakı siqaret köşkünün arxa tərəfindən götürmüşdür; heroini həmin yerdən əldə etmək üçün əvvəldən Fuad adı ilə tanıdığı bir nəfər şəxsin bank hesabına 60 manat pul köçürmüşdür, sonradan Fuad da ona mobil telefonda WhatsApp proqramı vasitəsi ilə heroinin yerini bildirmiş, o da gedib götürmüşdür; həmin heroini özü qəbul etmək üçün almışdır; o, arabir narkotik vasitə heroin çəkib qəbul etdiyini bildirmişdir; lakin heç vaxt narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır; o, üzərində heroin olduğunu polislərə səmimi bildirmişdir; lakin o Aslanda heroin olduğunu bilməmiş, eləcə də nə Aslan, nə də tanışları Ramillə Emin onda heroin olduğunu bilməmişlər; polis əməkdaşları onu, Aslanı, Ramili və Emini özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər; həmin idarəyə gələndən sonra o və tanışı Aslan şübhəli şəxs kimi tutulmuş, onun və Aslanın hüquqlarının müdafiəsi üçün vəkillər də dəvət olunub onlara təqdim olunmuşdur; bundan sonra idarədə onun və Aslanın üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı, həmçinin Ramilin və Eminin üzərinə baxış keçiriləcəyi bildirilmiş, onlar da etiraz etməmişlər; daha sonra həmin idarədə otaqların birində vəkillərin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş edilməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır; şəxsi axtarış zamanı polis əməkdaşları onu bu barədə qərarla tanış etmişlər, ona üzərində, paltarlarının ciblərində hər-hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik və psixotrop maddə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir; o da üzərində heroin olduğunu bildirmiş, sonra əynindəki qırmızı idman paltarımın üst hissəsinin sağ yan cibindən 1 ədəd Samsung A12 markalı mobil telefonu, əynindəki tünd göy idman şalvarımın sağ yan cibində saxladığı 3 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir, polis əməkdaşları həmin sellofan bükümləri açıb içində olan heroini aşkar etmişlər; ondan bu barədə soruşduqda o da həmin heroinləri 9 yanvar 2022-ci il tarixdə saat təxminən 22 radələrində Bakı şəhəri Yasamal rayonu, 20 yanvar dairəsi adlanan yerin yaxınlığındakı siqaret köşkünün arxa tərəfindəki yerdən götürdüyünü, bunun üçün Fuad adı ilə tanıdığı şəxsin bank hesabına 60 manat pul köçürdüyünü, Fuadın da ona mobil telefonda Whatsapp proqramı ilə həmin heroinin yerini bildirdiyini, heroini öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmçinin polis əməkdaşlarına narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərində heroin olmasından tanışları Aslan, Ramil və Eminin məlumatı olmadığını bildirmişdir; sonra polis əməkdaşları ondan aşkar olunmuş həmin 3 ədəd bükümdə olan heroini zərfə qoyaraq qablaşdırmış və möhürləmişlər, onun mobil telefonu da iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür; bundan sonra polis əməkdaşları prosesi davam etdirərək Aslana üzərində, paltarlarının ciblərində hər-hansı qanunsuz saxlanılan əşya, predmet, maddə varsa çıxarıb təqdim etməsini təklif etmişlər; təklifdən sonra Aslan üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bunu deyərək Aslan əynindəki qara gödəkçəsinin sol yan cibindən 1 ədəd “Kgtel” markalı mobil telefonu və əynindəki tünd yaşıl şalvarın sol yan cibindən 2 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmiş və bükümlərdə heroin olduğunu bildirmişdir; polis əməkdaşları həmin sellofan bükümləri açıb içərisində olan heroini aşkar etmişlər. Şifahi sorğu zamanı Aslan həmin heroini 9 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may adlanan ərazidəki Dəmir yol vağzalının arxa tərəfində Rahib adı ilə tanıdığı şəxsdən 25 manata öz istifadəsi üçün aldığını bildirmişdir; Aslan özündə heroinin olmasından nə onun, nə də Ramillə Eminin məlumatı olmadığım bildirmişdir; həqiqətən də o, Aslanın üzərində heroin olduğunu bilməmişdir; Aslandan aşkar olunmuş həmin 2 ədəd büküm zərfə qoyaraq qablaşdırılmış və möhürlənmiş, mobil telefon da götürülmüşdür; daha sonra videoçəkiliş davam etdirilməklə polis əməkdaşları Ramilə üzərində, paltarlarının ciblərində hər-hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik vasitə varsa, çıxarıb təqdim etməsini təklif etmişlər; Ramil üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmiş, əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu çıxarıb təqdim etmişdir; Ramildən qanunsuz heç nə aşkar olunmamışdır; Ramil narkotik vasitələrdən istifadə etdiyini, lakin onda və Aslanda narkotik vasitə heroin olmasından xəbəri olmadığını bildirmişdir; polislər Ramilin mobil telefonunu özünə qaytarmışlar. Sonra Eminə üzərində, paltarlarının ciblərində hər-hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik vasitə varsa, çıxarıb təqdim etməsi təklif edilmişdir; Emin üzərində heç bir əşya olmadığını bildirmişdir. Eminin üzərindən heç nə aşkar olunmamışdır; Emin də narkotik vasitə istifadə etdiyini bildirmişdir; lakin onda və Aslanda narkotik vasitə olmasından xəbəri olmadığını demişdir; sonra videoçəkiliş dayandırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzlarla təsdiq edilmişdir; o, Aslanın həmin heroini kimdən necə əldə etməsini bilməmişdir; şəxsi axtarış prosesində Aslanın özünün deməsinə görə Bakı şəhərində Dəmir yol vağzalı yaxınlığında hansısa Rahib adlı şəxsdən 25 manata aldığını bilmişdir; o, həmin heroini özü qəbul etmək üçün alıb saxlamışdır, həmin heroini heç kimə nə satmaq, nə də vermək məqsədi olmamışdır; ona və onunla birlikdə Baş İdarəyə dəvət edilmiş digər şəxslərə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir; Aslanda heroin olduğundan onun məlumatı olmamışdır, polislər tərəfindən saxlanılandan sonra Aslan özü deyəndə bunu bilmişdir. Eləcə də onda heroin olmasından Aslanın, Ramilin və Eminin xəbəri olmamışdır; o, özü arabir narkotik vasitə heroin qəbul etmişdir (2-ci cild iş vərəqi 11- 15). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 9 yanvar 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs və digər şəxslərin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmələri, saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu tərəfindən 10 yanvar 2022-ci il tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs və digər şəxslər ünvan 1 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasının qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə müdafiəçi dəvət olunaraq sonuncuya təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış həyata keçirilərkən Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və sonuncu əynindəki qırmızı rəngli idman paltarının üst hissəsinin sağ yan cibindən 1 ədəd Samsung A12 markalı mobil telefonu, əynindəki tünd göy idman şalvarının sağ yan cibindən 3 ədəd sellofan bükülünü təqdim etmişdir. Sellofan bükülü açıldıqda hər birində heroinə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddəni 9 yanvar 2022-ci il tarixdə saat təxminən 22 radələrində Bakı şəhəri Yasamal rayonu, 20 Yanvar dairəsi adlanan yerin yaxınlığındakı siqaret köşkünün arxa tərəfindəki yerdən götürdüyünü, bunun üçün Fuad adı ilə tanıdığı şəxsin bank hesabına 60 manat pul köçürdüyünü, Fuadın mobil telefonun “WhatsApp” proqramı ilə heroinin yeri barədə məlumat verdiyini və heroini şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Aşkar olunmuş 3 ədəd bükümdə olan maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6, Şahid7, Şahid8, Şahid10 və ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq olunmuş Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid9 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, ev ustası olaraq fərdi əməklə məşğul olmuş, Zabratda işdə olarkən tanışı Təqsirləndirilən şəxs ona zəng edərək evində işləyən ustalara gəlib kömək etməsini xahiş etmiş, o, Bəxtiyarın yaşadığı ünvan 1 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasına getmiş, orada usta kimi işləyən Şahid9 və Şahid10 olmuş, təxminən yarım saat sonra çox sayda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qapını sındıraraq həmin ünvana daxil olmuş, onları döyə-döyə idarəyə aparmışlar, onun qarşısına 2 büküm qoyaraq təzyiq altında həmin bükümlərin ona məxsus olması barədə ifadə verməyə, tərtib edilmiş protkollara imza etməyə məcbur edilmişdir. Onun da barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə verilmiş, həmin Məhkəmənin hökmünə əsasən əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə cəza verilmişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Belə ki, işdə olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-cİ il tarixdə saat 00:10da ünvan 1 ünvanda yerləşən Bakı Slavyan Universitetinin yataqxanasının qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 3 ədəd bükümdə ümumi təmiz çəkisi 4,094 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 55-59). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 10 yanvar 2022-ci il tarixli 6/122 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..C sözləri, kağız paketdə üç ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,258 qram, 1,301 qram, 1,535 qram, ümumi təmiz çəkisi 4,094 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Şübhəli şəxs Şahid11 üzərindən...” sözləri, kağız paketdə iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,468 qram, 1,413 qram, ümumi təmiz çəkisi 2,881 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 5 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir (1-ci cild iş vərəqi 84-89). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 11 yanvar 2022-ci il tarixli 119 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddlərin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniaydan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 223- 224). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zərfdə qablaşdırılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 3,944 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cİld 2, i.v. 20-22). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (1-ci cild iş vərəqi 60, (2-ci cild iş vərəqi 55-71). İşdə olan və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” diskə keçirilmiş 2 mart 2022-ci il tarixli baxış protokolundan görünür ki, (050) ***-**-** saylı mobil nömrə istifadəçisi 17 noyabr 2021-ci il tarixdə “Ne ise saba sobet eliyeriy patin varsa balaca verde mene” məzmunlu, (055) ***-**-** saylı mobil nömrə istifadəçisi 22 dekabr 2021-ci il tarixdə “Orxan menem maliw tural, qaqa bu gun getdim sosiyala inwallah ayin 28 ne kimi pul kocecek birinci novbeda sendan goruwacam, qardawim 350 di aramiz qaqa imkan varsa iki dana kola yarim da pati ver mene ele 400 butoy verim. 28ne kimda vezyetdan cixim” məzmunlu, (077) ***-**-** saylı mobil nömrə istifadəçisi 05 yanvar 2022-ci il tarixdə “Qaqa mənəm Coşqun 2 kola lazımdı binanin qabaqindayam” məzmunlu mesajı Təqsirləndirilən şəxs istifadəsində olmuş (077) ***-**-** saylı mobil nömrəyə göndərmişdir (1-ci cild iş vərəqi 216). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən götürülməsi ilə bağlı məlumatların əks etdirildiyi 1 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (2-ci cild iş vərəqi 55- 71). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 5(005)-49/2022 saylı qərarından görünür ki, AR DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 09 yanvar 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (1-ci cild iş vərəqi 190-192). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.3.2, 177.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 24 aprel 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 10 yanvar 2022-ci il tarixli protokoldan və Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 26-29, 126-127, 164-169). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş üç bükümdə 1,258 qram, 1,301 qram və 1,535 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilmədiyindən onun əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, narkotik vasitə istifadəçisi olması, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, narkomaniya xəstəliyindən əziyyət çəkməsini bildirmiş; əməliyyat tədbiri zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 11 yanvar 2022-ci il tarixli 119 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunduğu göstərilmiş, həmin tibbi yoxlamanın anamnezində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə etirafı olmamış, narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsini, narkotik vasitə olan marixuananı siqaretə dodurub çəkməklə istifadə etdiyini, psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmiş, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona daxil olan narkotik vasitələrlə bağlı SMS-lərdən məlumatının olmadığını bildirmiş, orada Orxan kimi adı qeyd olunan şəxsi tanımalığını, ümumiyyətə heç kimin onu Orxan adı ilə çağırmadığı, dostları, tanışları və qohumları arasında Orxan adlı şəxsin olmamasını bildirmiş, bundan başqa əməliyyat və istintaq tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik və psixotrop vasitələrin satışı ilə məşgul olması təsdiqini tapmamış, aşkar edilmiş narkotik vasitə heroin cəmi 4,094 qram olmaq 3 bükümdə olmuş, istintaq orqanı tərəfindən və məhkəmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr almış şəxs yəni istehlakçı müəyyən edilməməmiş, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda narkotik vasitə satması, hansı qiymətə satması müəyyən edilməmiş, onunla əlbir olaraq narkotik vasitəni satış məqsədi ilə əldə etmiş və satmış şəxslər də müəyyən edilməmiş, ümumiyyətlə nə ibtidai istintaq zamanı və nə də məhkəmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir məlumat, sübut müəyyən edilməmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin hər biri ayrı-ayrılıqda göstərmişlər ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə heç bir məlumat olmamışdır; Təqsirləndirilən şəxs bildirmişdir ki, Orxan adlı şəxsə ünvanlanmış SMS-lərin onun mobil telefon nömrəsinə səhvən daxil olmuş, belə ki, ona «Orxan» adı ilə heç vaxt heç kim – nə qohumları, nə tanışları müraciət etməmiş, qohumları, tanışları və dostları arasında Orxan adlı şəxs olmamış, Orxan adlı şəxs tanımamış, 09 yanvar 2022-ci il tarixdə ümumiyyətlə üzərində narkotik vasitə olmamış, narkotik vasitələrin alınması və ya satılması ilə bağlı həmin tarixdə, nə də ondan qabaqki tarixlərdə heç kimlə telefon danışığı və yazışmaları aparmamışdır. Beləliklə Təqsirləndirilən şəxs nakrotik vasitələrin satışı ilə məşğul olması, həmçinin 09 yanvar 2022-ci il tarixdə üzərində aşkar edilmiş nakotik vasitəni satış məqsədi ilə əldə etməsi nə ibtidai istintaq və nə də ki məhkəmə zamanı öz tsədiqini tapmamışdır., Bu səbəbdən Təqsirləndirilən şəxs əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, onun üç bükümdə 1,258 qram, 1,301 qram və 1,535 qram olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroini mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi həmin narkotik vasitənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinin üzərindən narkotik vasitə olmaması barədə hissəsi, üzərinə şəxsi axtarış və götürmə hərəkətinin əks olunduğu videoçəkiliş və şahid ifadələri ilə təkzib olunduğundan həmin hissəyə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək qəbul etmir və ibtidai istintaq zamanı vermiş olduğu – üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi hissəsini cinayət işinin materiallarına və işin fatkiki hallarına daha uyğun hesab edərək qəbul edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilməmiş, belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir: belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istfiadəsi üçün şəxsi istehlak miqdarından artıq olan 3 ədəd bükümdə ümumi təmiz çəkisi 4,094 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 10 yanvar 2022-ci il tarixdə saat 00:10-da ünvan 1 ünvanda yerləşən Bakı Slavyan Universitetinin yataqxanasının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra 10 yanvar 2022-ci il tarixdə saat 01:56-da onun üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 1,258 qram, 1,301 qram və 1,535 qram, ümumi təmiz çəkisi külli miqdar 4,094 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. «Narkotik vasitələrin, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və narkotik vasitələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi külli miqdar təşkil edən 4,094 qram təşkil etsə də, qeyd edilən tövsiyyələrə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdar hesab edilən heroinin yalnız miqdarı, onun narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir və əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bununla da məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyətin tərkibi vardır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altıil keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2010-cu il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, narkotik vasitələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 10 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzanın çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının 10 yanvar 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertizası üzrə 10 yanvar 2022-ci ii tarixli 94 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddlərin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmadığından, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıqqalan 3,944 qram narkotik vasitə heroin məhv edilməli, 2 ədəd “CD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra 3,944 qram narkotik vasitə heroin məhv edilsin, "xxxx" MMC-dən alınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanısın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov
Məhkəmə qərarları › İş №1(101)-1427/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1427/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver