Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1427/2024 19.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Namazov Fərid oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 dekabr 2024-cü il tarixdə, saat 14:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə qeyrisinin sifarişi əsasında naməlum vaxtda və şəraitdə göndərilmiş külli miqdarda 3810 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda 5869,626 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı sonuncunun göstərişi əsasında əvvəlcədən razılaşdıqları qaydada qanunsuz olaraq əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuananın 19,626 qram çəkidə hissəsini öz üzərində, qalan külli miqdarda 5850 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 3810 qram çəkidə narkotik vasitə tiryəki X6 idarə etdiyi **-NU-*** dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobilin arxa oturacağının üzərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə, saat 19:20-də Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi-Zabrat yolunda yerləşən Sabunçu qəbiristanlığının yaxınlığında X6 idarə etdiyi **-NU-*** dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobilin içərisində olduğu zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı qara rəngli şalvarının sol yan cibindən 01 ədəd sellofan bağlamada 19,626 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirinin davamı olaraq 20 iyul 2023-cü il tarixdə saat 22:30-dan etibarən Təqsirləndirilən şəxs öz könüllü razılığı və iştirakı ilə Rəhim Əzizovun idarə etdiyi Nissan markalı, **-NU-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətində baxış keçirilən zaman həmin avtomobilin arxa oturacağının üzərində olan 01 ədəd qara rəngli kisənin içərisindən 06 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 1040 qram, 990 qram, 1030 qram, 1010 qram və 730 qram olmaqla ümumi təmiz çəkisi 5850 qram həm üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə, həm də öz aralarında tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin kisənin içərisindəki 01 ədəd sellofan torbanın içərisində olan 06 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 755 qram, 540 qram, 610 qram, 635 qram, 620 qram və 650 qram olmaqla ümumi təmiz çəkisi 3810 qram öz aralarında xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Nabat adlı yaşlı qadına xidmət etməklə məşğul olarkən “Arif” adlı şəxs ona zəng edib həmin qadının oğlu Gündüz adlı şəxsə gübrənin çatdırmalı olduğu söylədikdə, Gündüzün yaşadığı evin həyətində çoxlu quş və gül olduğundan, sonuncuya gübrənin çatdırılması məsələsi onda şübhə doğurmamışdır. Gündüz həmin zəngdən 2 gün əvvəl ona zəng edib bir ədəd sellofan torbanın gələcəyini, həmin torbanı götürüb yaşadıqları evə aparmasını dediyindən, razılaşıb “Arif” adlı şəxsin söylədiyi yerə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisinə getmiş, həmin ünvana çatdıqda torbanın ağır olduğunu gördüyündən, əri işi ilə əlaqədar dənizdə olduğuna görə tanışı Şahid5 zəng edərək yükünün ağır olduğu üçün köməyə ehtiyacı olduğunu və yolda qaldığını bildirmişdir. Emin taksi ilə həmin ünvana gəlmiş, avtomobilə əyləşib bir qədər yol gedən kimi həmin şəxsləri polis əməkdaşları saxlamış, 7 nəfər polis əməkdaşı üstünə gəlib onu təhqir etmiş, saxlanıldıqdan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Həmin Baş İdarədə polis əməkdaşları saat 03-ə qədər onu təhqir edib suallar vermiş, videoçəkilişlə istintaq hərəkəti aparmaq üçün 3 dəfə hazırlaşmışlar. Götürdüyü sellofan torbanı polis əməkdaşları onun yanında açmamış, o, həmin torbada gübrə olduğunu zənn etmişdir. Polis əməkdaşları 24 qram narkotik tərkibli maddəni cibinə qoyaraq videoçəkilişdə nümayiş etdirməsini istədiyindən, qorxub bunu etmiş və o, Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ilk dəfədir ki, polis orqanına aparıldığını, həmin vaxtadək inzibati məsuliyyətə belə cəlb edilmədiyini, Gündüz adlı şəxsin 1991-ci il təvəllüdlü olduğunu, sonuncunun işləmədiyini, “Arif” adlı şəxsin ona zəng edib Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən marketin qarşısında 1 nəfər şəxsin gözləyəcəyini, gübrəni həmin şəxsdən götürməli olduğunu söylədiyini, lakin həmin ünvana getdikdə torbanın yanında heç kimi görmədiyini, qeyd etdiyi ünvana “Bolt”-dan (taksi fəaliyyəti ilə məşğul olan şirkət) sifariş etdiyi taksi ilə getdiyini, 2 ildən bəri Nabat adlı xanımın yaşadığı evdə işlədiyini, ilk dəfə Gündüzün onu hansısa yerə göndərdiyini, adına qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” tətbiqini Nabat adlı xanımın istifadə etdiyini, Gündüzün 15 gün müddətinə inzibati qaydada həbs edildiyini eşitsə də, səbəbini dəqiq bilmədiyini, “Arif” adlı şəxsin ona zəng edib Gündüzün lazım olduğunu, mobil telefonunda həmin nömrə qaldığına görə zəng etdiyini söylədiyini, hadisədən 4 gün əvvəl Gündüzün ona tanımadığı nömrədən zəng edib polis bölməsində olduğunu, Gündüzün zəng edib ona zəng olunaraq gübrə gətirələcəyini, həmin zəng edən şəxsin dediyi yerə gedib gübrəni götürdükdən sonra evə gətirməsini xahiş etdiyini, Şahid5 zəng edərək yükünün ağır olduğu üçün köməyə ehtiyacının olduğunu, yolda qaldığını söylədiyini, Şahid5 taksi ilə oraya gələn kimi taksiyə əyləşdiyini, Şahid5 isə torbanı götürüb taksinin ön oturacağında qarşısına qoyduğunu, lakin sonradan yolu görmədiyi üçün arxaya onun yanına qoyduğunu, avtomobil hərəkətə başladıqdan sonra polis əməkdaşlarının 20 iyul 2023-cü il tarixdə, saat 19:20 radələrində onu saxladıqlarını, polis əməkdaşlarının həmin torbanı götürüb öz avtomobillərinə apardıqlarını, bu halı Şahid5 və taksi sürücüsü Şahid4 da gördüyünü, tanımadığı şəxsin ona zəng edərək Gündüz Səfərova çanta verməli olduğunu dediyini, həmin şəxsə bu nömrəni onun istifadə etdiyini bildirdiyini, zəng edən şəxsin içərisində gübrə olduğunu dediyi çantanı Kürdəxanı qəsəbəsində marketin yaxınlığına qoyduğunu söylədiyini, çantanın ağzının bağlı olduğunu, polis əməkdaşlarının həmin çantanı onun yanında açmadıqlarını, polis əməkdaşlarının 2 müxtəlif avtomobillə onları saxladıqlarını, saxladıqdan sonra çantanı götürüb öz avtomobillərinə apardıqlarını, polis əməkdaşlarından Vüsal adlı şəxsin işi yüngül olsun deyə ona 24 qram narkotik vasitə marixuananı verib cibinə qoymasını tələb etdiyini, dövlət büdcəsinin vəsaiti hesabına təyin edilmiş müdafiəçisinin də orada olduğunu, barəsində həbs qətimkan tədbiri seçilərkən həmin narkotik vasitənin ona məxsus olmadığını söylədiyini, həmin narkotik vasitənin Gündüz Səfərova məxsus olduğunu, özünü təqsirli bilmədiyini, mobil telefonunda narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar heç kimlə danışmadığını bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, hərdən narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Lakin asılılığı yoxdur. X9 onun tanışıdır, sonuncu ilə münasibətləri yaxşıdır, heç bir düşmənçilik və ya ədavəti yoxdur. Gündüz Səfərov ilə münasibətləri yaxşı olduğu üçün sonuncunun narkotik vasitə istifadəçisi oduğunu bilmişdir. Lakin son zamanlar Gündüz şəxsi mobil nömrəsini istifadə etmədiyi üçün onun mobil nömrəsində “Whatsapp” tətbiqi açaraq sonuncuya vermişdir. Bundan sonra Gündüz Səfərov onun mobil nömrəsinin həmin tətbiqi ilə danışmış, Gündüz ona İran İslam Respublikasının vətəndaşı “Arif” adlı şəxslə “Whatsapp” tətbiqi vasitəsilə danışdığını, “Arif” adlı şəxsin ona narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini dedikdə, o, qorxub həmin nömrənin “Whatsapp” tətbiqini ləğv etməsini söyləmişdir. O, Gündüzün tutulmasından qorxmuşdur. Gündüz isə ona “Arif” adlı şəxs narkotik vasitə qurudulmuş marixuana göndərdikdən sonra həyatının dəyişəcəyini söyləmiş, lakin narkotik vasitənin miqdarından məlumatı olmamışdır. X15 18 iyul 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində inzibati həbs seçilmişdir. Buna görə də, mobil nömrə onun olduğu üçün “Arif” adlı şəxs ona həmin gün zəng edərək Gündüz ilə əlaqə saxlaya bilmədiyini dedikdə, o, həmin şəxsə Gündüzün tutulduğunu bildirmiş, “Arif” adlı şəxs isə Gündüzə ot, yəni narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini və həmin narkotik vasitəni Gündüzə çatdırmaq lazım olduğunu söyləmişdir. O, həmin narkotik vasitəni götürüb Gündüzə çatdıra biləcəyini demiş, həmin vaxt “Arif” adlı şəxs əlavə olaraq əmisi oğluna da narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni də götürüb Gündüzə çatdırmasını, Gündüzün isə həmin narkotik vasitəni onun dediyi ünvana qoyacağını bildirdikdə, o, razılaşmışdır. 20 iyul 2023-cü il tarixdə “Arif” adlı şəxs ona zəng edərək Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi-Zabrat yolunda yerləşən Sabunçu qəbiristanlığının yaxınlığında yol nişanının altına bir ədəd qara rəngli sellofan torbada narkotik vasitəni qoydurduğunu və həmin narkotik vasitəni götürməyini dediyinə görə, o, həmin ünvana getmiş, çatdıqda orada bir ədəd qara rəngli sellofan torba görmüşdür. O, həmin torbanı açıb orada olan bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı üzərində istifadə etməsi üçün götürmüşdür. Qalan narkotik vasitəni isə Gündüzün yaşadığı ünvana aparıb qoyacaqdır. Lakin torba ağır olduğu üçün o, tanışı Şahid5 zəng etmişdir ki, gəlib ona kömək etsin. Şahid5 əvvəl işinin çox olduğunu bildirsə də, sonuncuya yolda qaldığını, yükünün çox olduğunu və pulunun olmadığını dedikdə Şahid5 taksi ilə gələcəyini söyləmişdir. O, təxminən 2 saat orada gözləmiş, 2 saat sonra Şahid5 taksi sürücüsü ilə birlikdə “Nissan” markalı, **-NU-*** qeydiyyat nişanlı avtomobillə gəldiyini görmüşdür. Avtomobil onun yanında saxlanıldıqdan sonra o, avtomobilin arxa qapısını açaraq əyləşmiş, Emin isə düşərək qara rəngli sellofan torbanı götürmüşdür. Belə ki, yolda gələrkən Emin ilə danışanda demişdir ki, torbası ağırdır, içərisində gübrə vardır, çatıb həmin torbanı götürüb avtomobilə qoysun. Emin də onunla razılaşmışdır. O, Eminin sellofan torbanı ön sərnişin oturacağının qarşısına qoyacağını görüb, həmin sellofanı yanına qoymasını demiş, çünki Eminin həmin torbanın içərisində narkotik vasitənin olmasını başa düşəcəyini düşünmüşdür. O, Eminə narkotik vasitə ilə bağlı heç nə deməmiş, Emin sellofanı onun yanına qoyduqdan sonra ön sərnişin oturacağında əyləşmiş və ümumi söhbətlər etmişdir. O, taksi sürücüsünü isə tanımır, ilk dəfə görmüşdür. Taksi sürücüsünün narkotik vasitə ilə bağlı heç nədən xəbəri yoxdur. 20 iyul 2023-cü il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi-Zabrat yolunda yerləşən Sabunçu qəbiristanlığının yaxınlığında X6 idarə etdiyi **-NU-*** dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobildə tanışı Şahid5 ilə birlikdə olan zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim edib narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda şübhəli olduğunu bildirmişdir. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin idarəyə gətirilmişlər. Burada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməyi təklif edildiyindən, o, əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuananı, sağ yan cibindən bir ədəd “İphone” və bir ədəd “Samsung” markalı mobil telefonlarını, iki ədəd bank kartını və bir ədəd şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymuş, daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Həmçinin bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd “İphone” markalı telefonu, iki ədəd bank kartı və bir ədəd şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-in 143-cü və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 20 iyul 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən Zabrat qəbiristanlığı yaxınlığında 3 nəfərdən ibarət əməliyyat qrupunun tərkibində saat 19 radələrində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs həmin vaxt taksidə olmuş, taksi avtomobilinin arxa oturacağında bir ədəd sellofan bağlamada narkotik tərkibli maddələr aşkarlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Gündüz adlı şəxs üçün “Arif” adlı İran İslam Respublikasının vətəndaşından aldığını söyləmiş, aşkarlanmış narkotik tərkibli maddələr götürülərək qablaşdırılmaqla ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 yaradılmış əməliyyat qrupunun rəhbəri olduğunu, Təqsirləndirilən şəxs Gündüz adlı tanışına çatdırmaq məqsədilə “Arif” adlı İran İslam Respublikası vətəndaşından narkotik tərkibli maddələri əldə etdiyini, Təqsirləndirilən şəxs şəxsən özünün narkotik vasitələri əldə etməsi ilə bağlı halları etiraf etdiyini, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsirin göstərilmədiyini, əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni alışı-satışı ilə məşğul olması barədə daxil olduğunu, Təqsirləndirilən şəxs o və digər polis əməkdaşına hər hansı müqavimət göstərmədiyini, əməliyyat məlumatının yalnız Təqsirləndirilən şəxs barəsində olduğunu, Gündüz adlı şəxslə bağlı heç bir əməliyyat məlumatının daxil olmadığını, taksinin arxa və ya yan şüşələrində örtüyün olmadığını, aydın bir şəkildə avtomobilin içərisinin göründüyünü, 3 nəfərdən ibarət tərkibdə 1 avtomobillə hadisə yerinə getdiklərini, Təqsirləndirilən şəxs taksidə Baş İdarəyə gətirdiklərini, saxlanıldıqları yerdə avtomobilə baxış keçirə bilmədiklərini, çünki Zabrat yolunun avtomobili sağa çəkib saxlamaq üçün uyğun olmadığını, avtomobilə Baş İdarəyə gəldikdən təxminən 1 saat sonra baxış keçirdiklərini, narkotik tərkibli maddələrin olduğu sellofan bağlamanın taksidə qaldığını, bağlamanın Baş İdarənin inzibati binasına aparılmadığını, Baş İdarəyə gələn zaman taksidə müşahidə məqsədilə 1 nəfər polis əməkdaşının əyləşdiyini, şəxsi axtarış üçün Baş İdarənin inzibati binasına daxil olduqda avtomobil açarının taksi sürücüsündə olduğunu, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman 1 bükümdə narkotik vasitə marixuanadan başqa əlavə olaraq şəxsiyyət vəsiqəsi, bank kartı, 2 ədəd mobil telefonun aşkar edildiyini, müvafiq istintaq hərəkətlərinin bir dəfə aparıldığını, Təqsirləndirilən şəxs videoçəkilişdə nümayiş etdirməsi üçün hər hansı kütlədə narkotik vasitə təqdim edilmədiyini bildirdi. Məhkəmə iclasında verilmiş çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs taksi avtomobilində Baş İdarəyə aparılarkən sürücü kimi Vüqar adlı şəxsin avtomobili idarə etdiyini, qabaq oturacaqda Mirseyid, arxa oturacaqda isə Elnur adlı şəxsin əyləşdiyini, sellofan bağlamanın maşında qaldığını və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə qaldırdıqlarını, avtomobili bağlayıb açarını taksi sürücüsünə verdiklərini görmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 20 iyun 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri o və Şahid3, əməliyyat qrupunun rəhbəri isə Şahid1 olmuşdur. Həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisindəki qəbiristanlığın yaxınlığında Təqsirləndirilən şəxs taksidə olan zaman saxlamış, həmin vaxt avtomobildə Təqsirləndirilən şəxs əlavə 2 nəfər şəxs də olmuşdur. Avtomobilin salonundan narkotik vasitələr olan marixuana və tiryək aşkar edildikdən sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, avtomobildən aşkarlanan narkotik tərkibli maddələr götürülüb qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab kimi həmin narkotik tərkibli maddələri tanışından əldə etdiyini söyləmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs aşkarlanmış narkotik tərkibli maddələrin özünə məxsus olduğunu, könüllü şəkildə tanışından əldə etdiyini söylədiyini, videoçəkilişlə aparılan istintaq hərəkətlərində iştirak etdiyini, taksidə 3 nəfər şəxsin, yəni sürücü, Təqsirləndirilən şəxs və sonuncunun tanışı kişi cinsindən olan şəxsin olduğunu, Təqsirləndirilən şəxs avtomobilinin yanında olarkən saxladıqlarını, avtomobilin hərəkətdə olmadığını, qəbiristanlığın yanında dayandığını, həmin şəxsləri hərəkətdə olan zaman saxlamadıqlarını, hadisə yerinə öz şəxsi avtomobili olan “Hyundai” markalı avtomobillə getdiklərini, hadisə yerində ümumi neçə avtomobilin olduğunu xatırlamadığını, hadisə yerinə çatarkən Təqsirləndirilən şəxs taksinin içərisində olmadığını, artıq yerdə olduğunu xatırladığını, Təqsirləndirilən şəxs digər polis əməkdaşlarının apardığını, özünün isə şəxsi avtomobili ilə getdiyini, Təqsirləndirilən şəxs Baş İdarəyə aparan nəqliyyyat avtomobilinin sürücüsünü xatırlamadığını, Təqsirləndirilən şəxs məxsus qara sellofan bağlamaya ətrafda əhali çox olduğuna, müxtəlif şəxslərin foto və video çəkmələrinə görə saxlanıldığı yerdə baxış keçirilməsinin mümkün olmadığını, içərisində tiryək və marixuananın olduğu sellofan bağlamanın avtomobilin salonunda Təqsirləndirilən şəxs olduğunu, Baş İdarəyə gətirilənədək həmin sellofan bağlamanı Təqsirləndirilən şəxs özündə saxladığını, Təqsirləndirilən şəxs üzərinə Baş İdarədə şəxsi axtarış və baxış keçirilən zaman 01 bükümdə narkotik vasitə marixuananın aşkarlandığını, avtomobilinə baxış zamanı 6 bükümdə narkotik vasitə tiryək və 6 bükümdə marixuananın aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli maddələrin sahibinin başqa şəxs olduğu söylədiyini, lakin həmin şəxsin şəxsiyyətinin müəyyən edilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmə iclasında verilmiş çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs Şahid2 tanıdığını, həmin şəxsin onun saxlanılmasını iştirak etdiyini, sillə ilə vurub onu təhqir etdiyini, saçlarını yolduğunu, avtomobili hərəkətdə olarkən saxladıqlarını, saxlanılan yerin qəbiristanlığın yanı olmadığını, ətrafda mağazaların olduğunu söylədi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 şahidlər Şahid1 və Şahid2 məhkəmədə verdikləri ifadələrinə oxşar məzmunda ifadə verməklə müvafiq şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs üzərindən və avtomobildən bir neçə bükümdə narkotik vasitə marixuana və tiryəkin aşkarlandığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, **-NV- *** dövlət qeydiyyat nişanlı, “Nissan” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaqla Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 20 iyul 2023-cü il tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığından Sabunçu rayonu, Zabrat qəsəbəsi istiqamətində sifariş qəbul etmiş, avtomobilə əyləşən şəxs həmin ünvana çatdıqda faiz tutulmasın deyə “Bolt” proqramını söndürməsini istəmişdir. Həmin şəxs ona avtomobilə bir nəfər qadın cinsindən olan şəxsin əyləşəcəyini, həmin şəxslə birgə yenidən gəldikləri istiqamətə geri qayıdacaqlarını söylədikdə razılaşmış, ünvana çatdıqdan sonra bir nəfər qadın cinsindən olan şəxs avtomobilin arxa oturacağına əyləşmiş, həmin şəxsin yanında bir ədəd sellofan bağlama olmuş, həmin bağlamanı taksini sifariş edən şəxs qarşı oturacağa qoysa da, avtomobildə olan qadın cinsindən olan şəxs həmin bağlamanı arxaya qoymasını tələb etmişdir. Bir qədər sonra polis əməkdaşları avtomobili saxlayıb həmin şəxsləri Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada bir gün saxlanıldıqdan sonra o, buraxılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 avtomobilə əyləşən şəxsin Təqsirləndirilən şəxs olub-olmadığını xatırlamadığını, həyəcanlı vəziyyətdə olduğunu, sellofan bağlamanı avtomobilə taksi sifarişi edən şəxsin gətirib qoyduğunu, “Neftçilər” metrostansiyasının yaxınlığında qeyd olunan sifarişi qəbul edəndə saat 17:00 radələri, Sabunçu rayonunda yerləşən ünvana çatdıqda isə saat 17:40 radələrinin olduğunu, bağlamanın nə ilə bağlandığını xatırlamadığını, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən avtomobilin saxlanıldığını, avtomobildən düşüb sənədlərini təqdim etdiyini, həmin an bir neçə nəfər mülki geyimli polis əməkdaşının avtomobilə yaxınlaşıb, avtomobildə olan şəxsləri saxladıqlarını, Baş İdarəyə polis əməkdaşlarının avtomobili ilə aparıldığını, avtomobilini polis əməkdaşlarından birinin idarə etdiyini, avtomobilində olan müştərilərin də onun avtomobilində aparıldığını, avtomobilin sürücüsünün kim olduğu dəqiqləşdirildikdən sonra polis əməkdaşlarının avtomobilə baxış keçirilməsinə etirazının olub-olmadığını ondan soruşduqda etiraz etmədiyini, avtomobildə əyləşən kişi cinsindən olan şəxslə qadın cinsindən olan şəxs arasında sellofan bağlama barədə hər hansı danışıqlarının olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, baxış zamanı təqsirləndirilən şəxsin yanında olduğunu, Təqsirləndirilən şəxs avtomobilə qoyduğu sellofan bağlama ilə Baş Narkotiklərlə Mübarizə İdarəsində aşkarlanmış bağlamanın eyni olduğunu bildirdi. Məhkəmə iclasında verilmiş çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşlarının onun yanında olan bağlamanı aparıb öz avtomobillərinə qoyduqlarını söylədi. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq şahid Gündüz Səfərov Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan vaxt məlumatının olmadığını, sonradan eşitdiyini, Təqsirləndirilən şəxs saxlanıldığı tarixdə inzibati həbsdə olduğunu, həmin tarixdən əvvəl Samirə ilə mobil telefon vasitəsilə əlaqə saxladığını, “Arif” adlı şəxsi tanıdığını, sonuncunun bibisioğlu İran İslam Respublikasının vətəndaşı olan “Qasım” adlı şəxslə birgə cəza çəkdiyini, “Arif” adlı şəxsin ona müxtəlif vaxtlarda narkotik tərkibli maddələr verdiyini, özünün narkotik tərkibli maddələrin istifadəçisi olduğunu, əvvəllər ona məxsus olan mobil nömrə və telefon vasitəsilə “Arif” adlı şəxslə əlaqə saxladığını, sonradan mobil telefonu sındığına görə Təqsirləndirilən şəxs mobil nömrəsindən və telefonundan istifadə etməyə başladığını, “Arif” adlı şəxsin onu tapdığını, ilk dəfə sonuncunun onunla əlaqə saxladığını, “Arif” adlı şəxsin ona narkotik tərkibli maddə yollayacağına dair söz verdiyini, Təqsirləndirilən şəxs onun “Arif” adlı şəxslə nə haqqında danışdığını bilib-bilməməsini dəqiq bilmədiyini, lakin hər bir halda Təqsirləndirilən şəxs onun narkotik tərkibli maddə istifadəçisi olduğunu bildiyini, bildiyinə görə Təqsirləndirilən şəxs “Arif” adlı şəxslə ünsiyyətdə olmadığını, inzibati həbsə getməzdən əvvəl Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə xəbər verdiyini, çünki Təqsirləndirilən şəxs ona ailəsi qədər yaxın olduğunu, Təqsirləndirilən şəxs telefonunda olan “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxladığını, “Arif” adlı şəxsin Təqsirləndirilən şəxs yığdığını bilmədiyini, “Arif” adlı şəxsin bu haqda ona heç bir məlumat vermədiyini, “Arif” adlı şəxsin narkotik tərkibli maddələri Təqsirləndirilən şəxs çatdıracağına dair heç bir məlumat vermədiyini, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri ünvandan götürməsi ilə bağlı heç nə demədiyini, saxlanılmazdan 4-5 gün əvvəl “Arif” adlı şəxslə danışdığını, Təqsirləndirilən şəxs ilə “Arif” adlı şəxs haqqında heç bir danışığının olmadığını, sadəcə əvvəllər Təqsirləndirilən şəxs “Arif” adlı şəxsin ona narkotik tərkibli maddə göndərəcəyini dediyini, lakin gün, məkan və saat haqqında özünün də məlumatının olmadığına görə Təqsirləndirilən şəxs heç nə demədiyini, inzibati həbsdə olan zaman polis əməkdaşlarının onun ifadəsini aldıqlarını, polis əməkdaşları ilə heç bir əməkdaşlığının olmadığını, Təqsirləndirilən şəxs həbs edildikdən sonra “Arif” adlı şəxslə danışmadığını, Şahid5 adlı şəxsi tanımadığını, “Arif” adlı şəxsin onun adından istifadə edərək Təqsirləndirilən şəxs aldatdığını, ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olduğunu, həmin mobil nömrə vasitəsilə “Arif” adlı şəxslə əlaqə saxladığını, ***-***-**-** saylı mobil nömrənin də Təqsirləndirilən şəxs məxsus olduğunu, ibtidai araşdırma zamanı verdiyi izahatında ***-***-**-** saylı mobil nömrənin özünə məxsus olduğunu söyləsə də, halhazırda həmin mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olduğunu xatırladığını, Təqsirləndirilən şəxs ilə aralarında mobil nömrə ilə bağlı hər hansı mübahisənin olmadığını, narkotik vasitə istifadəçisi kimi ən çox “kakos”, yəni heroin istifadə etdiyini, “Arif” adlı şəxsin göndərdiyi narkotik tərkibli maddələrlə heç bir əlaqəsinin olmadığını, Təqsirləndirilən şəxs gedib narkotik tərkibli maddələri götürməsini demədiyini, “Arif” adlı şəxslə narkotik tərkibli maddələri Təqsirləndirilən şəxs təhvil verməsi ilə bağlı danışmadığını, baş verən proseslərin heç birindən xəbərinin olmadığını bildirdi. Məhkəmədə verilmiş çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs “Arif” adlı şəxsin ona zəng edib Gündüz Səfərovla danışdığını, sonuncunun da “Arif” adlı şəxsə həmin gübrələri onun Gündüzün evinə təhvil verməli olduğunu söylədiyini, ona sellofan bağlamanın içərisində gübrə olduğunun deyildiyini, “Arif” adlı şəxsin ona Gündüz Səfərovun hər şeydən məlumatlı olduğunu dediyini, Gündüz Səfərovun ona həmin sellofan bağlamanı götürməyi ilə bağlı heç nə söyləmədiyini, lakin əvvəllər ona “Arif” adlı şəxsin sellofan bağlama göndərəcəyini dediyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs bir xanım vasitəsilə tanımış, xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək yolda qaldığını deyib ondan kömək istədiyindən, o, “Bolt” tətbiqi vasitəsilə taksi sifariş verib Təqsirləndirilən şəxs olduğu əraziyə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisinə getmiş, orada Təqsirləndirilən şəxs yolun kənarında yanında qara rəngli bağlama ilə görüb həmin bağlamanı götürərək avtomobilə əyləşmişlər. O, qabaq oturacaqda, Təqsirləndirilən şəxs isə arxa oturacaqda oturmuşlar. Qayıdarkən polis əməkdaşları avtomobili saxlamış, Təqsirləndirilən şəxs əlindəki qara sellofan bağlama ilə avtomobildən düşürüb öz avtomobilinə əyləşdirdikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə onları aparmışlar. O, həmin sellofan bağlamanın içərisində narkotik tərkibli maddə olduğunu bilməmiş, Təqsirləndirilən şəxs ona həmin bağlamanın içərisində gübrə olduğunu söyləmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid5 Təqsirləndirilən şəxs köməklik edilməsi məqsədilə mobil telefonla ona zəng etdiyini, Zabrat qəsəbəsindən bir qədər irəlidə olan həmin əraziyə “Opel” markalı taksi ilə getdiyini, çatdıqda Təqsirləndirilən şəxs yolun kənarında tək dayandığını gördüyünü, Təqsirləndirilən şəxs həmin qara rəngli sellofan bağlama ilə birgə taksidə arxa oturacaqda əyləşdiyini, qayıdarkən polis əməkdaşlarının taksini saxladıqlarını, polis əməkdaşlarının ondan avtomobildə nə olduğunu bilib-bilmədiyini soruşduqlarını, onu taksi ilə Baş İdarəyə gətirdiklərini, təqsirsiz olduğuna görə azadlığa buraxıldığını, həmin sellofan bağlamanın içərisinə baxmadığını, Təqsirləndirilən şəxs həmin sellofan bağlama yanında olmaqla, polis əməkdaşlarının avtomobili ilə Baş İdarəyə aparıldığını, ayrı avtomobillərdə o və Təqsirləndirilən şəxs Baş İdarəyə gətirildiyini, avtomobilə baxış keçirilməsi ilə əlaqədar Baş İdarənin həyətinə düşdükdə sellofan bağlamanı avtomobilin kənarında, yerdə gördüyünü xatırladığını, aşağı düşdükdə artıq Təqsirləndirilən şəxs orada olduğunu gördüyünü, Təqsirləndirilən şəxs ona həmin sellofan bağlamanın içərisində narkotik tərkibli maddələrin olduğunu söyləmədiyini, Təqsirləndirilən şəxs avtomobilə əyləşdikdən sonra hansı istiqamətə gedəcəklərini demədiyini, Gündüz adlı şəxsi tanımadığını, həmin şəxs barədə Təqsirləndirilən şəxs eşitmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqlədiyini, həmin ifadədəki imzaların ona məxsus olduğunu, Təqsirləndirilən şəxs məxsus sellofan bağlama ilə baxış zamanı yerdəki bağlamanın eynilik təşkil etdiyini bildirdi. Məhkəmədə verilmiş çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşlarının taksi ilə onu, Şahid5 isə öz avtomobili ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardıqlarını, onu avtomobilə baxış keçirmək məqsədilə aşağı düşürdükləri zaman hər şeyin hazır olduğunu, avtomobilin səliqəyə salındığını, sellofan bağlamanın isə bir neçə bükümdə olmaqla yerdə olduğunu bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 6) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması haqqında” əmrdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Seyidov X12 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 7-8; 11) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20-də Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi-Zabrat yolunda yerləşən Sabunçu qəbiristanlığının yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 12) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, sağ yan cibindən 01 (bir) ədəd işləmədiyini bildirdiyi “İphone” markalı mobil telefon, 01 (bir) ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon, 01 (bir) ədəd üzərində **********864136 rəqəmləri yazılan “Leobank”-a məxsus bank kartı, 01 (bir) ədəd üzərində **********237539 rəqəmləri yazılmış “Kapital Bank”-a məxsus bank kartı və 01 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini masanın üzərinə qoyduqdan sonra keçirilmiş şəxsi axtarış zamanı sonuncunun üzərində qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdə 24 qram olması müəyyən edilmiş, həmin kütlə qablaşdırıldıqdan sonra “DİN-in 7 saylı” möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, mobil telefonlar, bank kartları və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni tanışı X9 vasitəsilə İran İslam Respublikasının vətəndaşı “Arif” adlı şəxsin vasitəsilə həmin gün Bakı şəhəri, Sabunçu rayonu ərazisindən götürdüyü bağlamanın içərisindən götürdüyünü, həmin maddələri Gündüz adlı şəxsə çatdırılmasını ona “Arif” adlı şəxsin bildirdiyini, həmin maddələri götürüb Gündüzə verdikdən sonra “Arif” adlı şəxsə həmin yerdə narkotik maddə tapmadığını söyləyəcəyini, Gündüz Səfərovun hazırda inzibati qaydada həbs edildiyini, “Arif” adlı şəxsin dediyi yerdə bağlamanı gördükdən sonra həmin bağlamanı götürmək üçün gücünün çatmayacağını düşündüyündən tanışı olan Şahid5 kömək üçün çağırdığını, onun isə **-NU-*** dövlət qeydiyyat nişanlı “Nissan” markalı taksi ilə gəldiyini, həmin bağlamanı götürərək taksiyə qoyduğunu, lakin Şahid5 həmin bağlamanın içərisində nə olması barədə məlumatlı olmadığını, üzərində aşkar edilmiş kütlənin qalan hissəsinin avtomobilin arxa oturacağındakı bağlamada olduğunu, həmin bağlamaya baxış keçirilməsinə etirazının olmadığını, daha əvvəl üzərinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (Cild 1, vərəqə 29; 30-32) xx.xx.2023-cü il tarixli “Avtomobilə baxış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa sağ qapısını açaraq orada saxladığı 01 (bir) ədəd əl çantasını və 01 (bir) ədəd qara rəngli kisəni təqdim etmiş, həmin əl çantasında iş üzrə əhəmiyyət kəsb edən bir əşya olmadığından baxış keçirilərək özünə qaytarılmışdır. Bundan sonra həmin kisəyə baxış zamanı içərisindən 06 (altı) ədəd sellofan bağlamada yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlə və 01 (bir) ədəd sellofan torbanın içərisindəki 06 (altı) ədəd bağlamada qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkildikdə tiryəkə bənzər kütlələrin 3,560 qram, qurudulmuş marixuanaya bənzər kütlələrin çəkisi 6,225 qram olmuş, həmin kütlələr qablaşdırılmış, “DİN-in 7 saylı” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Şahid4 taksi sürücüsü kimi Şahid5lə birgə verilən sifariş üzrə gəldiyini, Şahid5 Təqsirləndirilən şəxs xahişi əsasında ona kömək etmək üçün gəldiyini, lakin həmin bağlamada narkotik tərkibli maddələr olması barədə məlumatlı olmadığını söyləmiş, Təqsirləndirilən şəxs da saxlanılarkən onun yanında olan şəxslərin bu barədə məlumatlı olmadıqlarını, təqdim etdiyi qara rəngli kisədən aşkar edilmiş maddələrin narkotik tərkibli maddələr olduğunu bilsə də, bu miqdarda olmasını bilmədiyini, həmin maddələri saxlayıb Gündüz adlı şəxsə çatdırmaq üçün götürdüyünü, həmin maddələri Gündüzün “Arif” adlı İran İslam Respublikası vətəndaşının dediyi yerlərə çatdırması müqabilində Gündüzün narkotik maddə əldə edəcəyini bildirmiş, daha sonra avtomobildə heç nə aşkarlanmamışdır. (Cild 1, vərəqə 36; 37-38; 41) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1049 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki bir ədəd sellofan bağlamalarda təmiz çəkisi 19,626 qram və ağ kağız üzərində üzərində “Təqsirləndirilən şəxs məxsus...” yazısı və imzalar olan qara rəngli sintetik torbadakı 06 (altı) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 1040 qram, 990 qram, 1030 qram, 1010 qram, 730 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 5869,626 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 5869,626 qram olmuş, 1,4 qram tədqiqata sərf edildikdən sonra 5868,226 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 58-61) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3931 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs məxsus...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli torbadakı 6 (altı) ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 755 qram, 540 qram, 610 qram, 635 qram, 620 qram, 650 qram olmaqla, ümumi təmiz çəkisi 3810 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqdim olunmuş 6 (altı) ədəd sellofan bağlamada olan tiryək xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Tiryəkin ümumi təmiz çəkisi 3810 qram olmuş, 0,300 qram tədqiqata sərf edildikdən sonra 3809,700 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 63-66) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 92-94) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və Rəhim Əzizovun idarə etdiyi “Nissan” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 5868,226 qram çəkidə narkotik vasitə marixuana və 3809,700 qram çəkidə narkotik vasitə tiryək öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış, həmin narkotik vasitələr saxlanması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 126-127) xx.xx.2023-cü il tarixli, 5(008)-676/2023 nömrəli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovniki Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuniliyinə qiymət verilmədən geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 146) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X13 xx.xx.2023-cü il tarixli, xx/xx-9960 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (Cild 1, iş vərəqə 150) Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 05 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs haqqında hər hansı şikayət daxil olmamışdır. (Cild 1, iş vərəqə 154) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Mərkəzi” X13 xx.xx.2023-cü il tarixli, 11115 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 164) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-7/2-8082/2023 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsi müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 171) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədə iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 174) xx.xx.2023-cü il tarixli “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” və bir ədəd “İphone” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 175) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzrə qarşı demişdir. (Cild 2, iş vərəqə 27-33) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, şahid Seyidov X12 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzrə qarşı demişdir. (Cild 2, iş vərəqə 34- 40) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzrə qarşı demişdir. (Cild 2, iş vərəqə 41-47) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsinə qərar verilmiş, cinayət işinə Təqsirləndirilən şəxs aid hissədə ibtidai istintaq tamamlandığından, cinayət işinin materiallarında külli miqdarda narkotik vasitələrin mənbə xüsusatına görə X9 və “Arif” adlı İran İslam Respublikası vətəndaşının və qeyrilərinin barəsində cinayət işi ayrılmış, X4 axtarışda olması, Təqsirləndirilən şəxs üzərindən və Rəhim Əzizovun idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5868,226 qram narkotik vasitə qurudulmuş marixuana və 3809,7 qram narkotik vasitə tiryəkin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi nəzərə alınmış, şəxsi axtarış və götürmə, avtomobilə baxış keçirilməsi və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd “DVD” disk maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarında saxlanılmış, Şahid4 və Şahid5 əməllərində cinayət tərkibi olmadığından, barələrində cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin ilkin ifadələri, şahid ifadələri, ekspert rəyləri, əməliyyat tapşırığına cavab məktubu və üzləşdirmə protokolları sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqə 58-70) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində qabaqcadan əlbir olduğu X4, “Arif” adlı İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. (Cild 2, iş vərəqə 72-73) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 78-80) xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı verdiyi hallar araşdırma zamanı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1, iş vərəqə 98-102) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-3783/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilərkən ilkin tibbi müayinədən keçirilib tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs xəsarət aşkar edilməmiş, qarnın sağ aşağı nahiyəsində cərrahi əməliyyatından sonrakı çapıq toxuma müşahidə olunmuşdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı məhkəməyədək icraat zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Həmin xüsusatla bağlı məhkəmədə dindirilərkən şahidlər Şahid1, Seyidov X12 və Şahid3 Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası barəsində həbs qətimkan seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olub-olmadığını müəyyən etmək üçün həmin təcridxanaya müraciət etmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17-40/2-3783/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilərkən baxış keçirilən zaman zədə almadığını bildirmiş, bədənində yeni xəsarət izləri aşkar edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmədə elan edilərək tədqiq edilmiş 12 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı zorakılıq edilməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bildirməsi, habelə müvafiq “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməsi müəyyən edilməmişdir. Həmçinin, “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarından göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə istintaq hərəkətləri keçirilərkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə istintaq hərəkətləri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyildir. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik tərkibli maddənin olmadığını, onun yanında olan torbada gübrə olduğunu, həmin torbanı Gündüz adlı şəxsin ona zəng edərək götürüb yaşadıqları evə aparmasını istəməsi nəticəsində götürdüyünü, zorakılıq nəticəsində müvafiq istintaq hərəkəti zamanı videoçəkiliş aparılarkən narkotik tərkibli maddələrin ona məxsus olduğunu nümayiş etdirdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin həqiqət olubolmadığını yoxlamaq üçün verilmiş suallara cavab olaraq məhkəmədə şahidlər Şahid1, Şahid3 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) və Şahid2 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təkzib edib sonuncunun saxlanıldıqdan dərhal sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığını, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində və avtomobildə aşkarlanmış narkotik vasitə qurudulmuş marixuana və tiryəki təqdim etdiyini bildirmişlər. Bundan başqa şahid X9 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri qeyd olunan ünvandan götürməsi ilə bağlı heç nə demədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında”, “Avtomobilə baxış və götürmə aparılması haqqında” protokollardan, habelə məhkəmə istintaqı zamanı həmin protokollara əlavə edilmiş disklərə baxışdan müəyyən edilir ki, müvafiq istintaq hərəkətləri Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında və həyətyanı sahəsində aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, avtomobilə baxış zamanı isə Təqsirləndirilən şəxs avtomobilin arxa sağ qapısını açaraq orada saxladığı 01 ədəd qara rəngli kisəni təqdim etdikdən sonra həmin kisənin içərisindən 06 ədəd sellofan bağlamada yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 06 ədəd sellofan bağlamada qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər kütləni təqdim etmiş, prosessual hərəkətlər edildikdən sonra müvafiq bağlamalar qablaşdırılıb “7” nömrəli nömrəli möhürlə möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1049 nömrəli və həmin tarixli, 3-16-16/2-6/3931 nömrəli ekspert rəylərinə əsasən, Təqsirləndirilən şəxs üzərindən və avtomobildən aşkar edilmiş narkotik tərkibli maddələrin 5869,626 qram narkotik vasitə qurudulmuş marixuana və 3810 qram narkotik vasitə tiryək olması müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdikləri ifadələrinə münasibət bildirməyi zəruri bilir. Əvvəla, məhkəmə qeyd etməyi zəruri bilir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Müdafiə tərəfinə tarazlığın qorunması, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə sərbəst şəkildə vəsatətlə məhkəməyə müraciət edilməsinə şərait yaradılmışdır. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanıldığı yerdə 7 nəfər polis əməkdaşının onun üzərinə gəlib təhqir etdikdən sonra həmin şəxslər tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığını, saxlanıldığı gün saat 03-ə qədər təhqir edilib suallar verildiyini, videoçəkilişlə istintaq hərəkətini aparmaq üçün 3 dəfə hazırlaşdıqlarını söyləsə də, cinayət işinin materiallarının 7-8-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərar və 11-ci vərəqində olan həmin tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı yaradılmış əməliyyat qrupunun tərkibində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Seyidov X12 və Şahid3 iştirak etməsi müəyyən edilmişdir. Başqa polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs saxlanılması məhkəmə araşdırması zamanı müəyyən olunmamış, bunun əksini sübut edən hər hansı sübutu Təqsirləndirilən şəxs məhkəməyə təqdim edə bilməmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti həmin tarixdə saat 21:30-da başlamış, saat 21:44-də başa çatmışdır. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə saat 03-ə kimi təhqir edilib suallar verilməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs videoçəkilişin 3 dəfə aparılması barədə ifadəsində göstərdikləri mülahizələrə əsaslanmaqla, hər hansı sübutla möhkənməmiş, bunu təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, belə ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrini ittihama uyğun hissədə əsas götürür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ittihama uyğun hissədə ifadələrini, şahidlərin həm məhkəmə baxışı, həm də məhkəməyədək icraat zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən, narkotik vasitə olan qurudulmuş marixuana təmiz halda 5 (beş) qramdan artıq çəkidə olduqda xeyli miqdar, 500 (beş yüz) qramdan artıq çəkidə olduqda külli miqdar, 50000 (əlli min) qramdan artıq çəkidə olduqda xüsusilə külli miqdar, həmin siyahının 182-ci bəndinə əsasən, narkotik vasitə olan tiryək təmiz halda 0,5 qramdan artıq çəkidə olduqda xeyli miqdar, 50 (əlli) qramdan artıq çəkidə olduqda külli miqdar, 5000 qramdan artıq çəkidə olduqda xüsusilə külli miqdar təşkil edir. xx.xx.2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 nömrəli qərarından görünür ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. İbtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə hazırki cinayət işindən təqsirləndirilən şəxsin əlbir olduğu X4, “Arif” adlı İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin müəyyən edilərək istintaqının aparılması üçün ayrıca cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürmə, avtomobilə baxış keçirilməsi və götürmə istintaq hərəkətləri aparılan zaman Təqsirləndirilən şəxs üzərindən və avtomobildən aşkar edilərək götürülmüş cinayət məsuliyyəti yaradan ümumilikdə 3810 qram narkotik vasitə olan tiryək və ümumilikdə 5869,626 qram narkotik vasitə olan qurudulmuş marixuana təqdim etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitə olan tiryəkin təmiz çəkisi xeyli miqdar üçün nəzərdə tutulduğundan 7620 dəfə, narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi xeyli miqdar üçün nəzərdə tutulduğundan təxminən 1173,92 dəfə çoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, narkotik vasitələrin çəkisini, 2 fərqli növdə olmasını və narkotik vasitələrin satışına dair əməliyyat məlumatının mövcudluğunu nəzərə alaraq onun əməlinin Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1107/2023 nömrəli qərarı ilə onun barəsində əvvəli 20 iyul 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)-1584/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 (üç) ay, yəni xx.xx.2024-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)-189/2024 nömrəli qərarı ilə 20 (iyirmi) gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 118-122; 199-203; Cild 2, iş vərəqə 129-133) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X13 xx.xx.2023-cü il tarixli, 5807 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasa da, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 5868,226 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi qalıq çəkisi 3809,7 qram olan narkotik vasitə tiryək məhv edilməli, şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı çəkilmiş videoyazının köçürüldüyü 02 (iki) ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 143 (bir yüz qırx üç) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 20 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 5868,226 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi qalıq çəkisi 3809,7 qram olan narkotik vasitə tiryək məhv edilsin, şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı fasiləsiz çəkilmiş videoyazının köçürüldüyü 02 (iki) ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 143 (bir yüz qırx üç) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1427/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1427/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver