Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1428/2023 07.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızının iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1989-cu ildə Bakı şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Əfəndiyev küçəsi, ev 23, mənzil 12-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 5 ünvanının qarşısında Şahid4 tərəfindən verilən külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 23:10 radələrində Binəqədi RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında saxlanılaraq ünvan 3nvanında yerləşən Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirilmiş və orada xx.xx.2022-ci il tarixdə saat 00:40 radələrində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 9,098 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. Sinif yoldaşı olan Şahid4 onun kimi narkomandır. Onunla hərdənbir birlikdə narkotik qəbul etmişlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə hava qaralandan sonra Qara Qarayev prospektində Şahid4 şəxsi istifadəsi üçün heroin almaq məqsədilə sonuncu ilə görüşmüşdür. Lətif öz maşınında olmuş və o, Lətifə yaxınlaşıb sonuncudan bir büküm 0,5 qram heroini götürüb Lətifin maşınından aralanan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin polislər Lətifi də saxlamışlar, Lətif hal-hazırda həbsdədir. Saxlanıldığı zaman əlində tutduğu bükümü polislər görmədən yerə atmışdır. Polislər onu saxlanıldığı yerdən Binəqədi RPİnin 7-ci PB-nə aparmışlar. Orada üzərində heç bir şey aşkar etməsələr də polis əməkdaşları ona demişlər ki, üzərinə qoyacaqları bir büküm heroini özünə məxsus heroin kimi etiraf etsə onu istifadəçi kimi məsuliyyətə cəlb edəcəklər. Faktiki olaraq narkotik vasitələrin istifadəçisi olduğu üçün polis əməkdaşlarının təklifini qəbul etmiş və onların onun əynində olan cins şalvarın sol yan cibinə qoyduqları bükümü üzərinə videoçəkiliş aparılmaqla keçirilən baxış zamanı cibindən çıxarıb masa üzərinə qoymuş, həmin bükümün ona məxsus olduğunu, onu xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Q.Qarayev prospekti 5 ünvanının qarşısında sinif yoldaşı Şahid4 öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Elə həqiqətən də o, Lətifə pul ödəmədən pay olaraq bir büküm heroin götürmüşdür. Lakin həmin bükümü o, yerə atmışdır. Baxış zamanı təqdim etdiyi büküm həmin büküm deyildir. Sonradan bilmişdir ki, polis əməkdaşları onu aldadaraq onu CM-nin 234.1-ci maddəsi ilə deyil, CM-nin 234.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb etmişlər, bununla da razı deyildir. Ona qarşı heç bir fiziki zor tətbiq edilməmiş, sadəcə o aldadılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ-nin KTQnun baş inspektor kriminalisti, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs apardığı videoçəkilişlə əlaqədar tanımışdır. Onun saxlanılmasında iştirak etməmişdir. Bununla bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, 09 sentyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin CAŞ və NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 5 ünvanın yaxınlığında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nə gətirilmiş, Binəqədi RPİ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngi sellofana bükülmüş, üzərində 10k yazılmış yapışqanla yapışdırılmış kağız olan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən «Samsung» markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin bükümü açdıqda bükümün içərisində açıq qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Həmin axtarışın kriminalist olaraq çəkilişini o həyata keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla sinif yoldaşı olmuşlar. O, narkotik vasitə olan heroindən istifadə edir,Təqsirləndirilən şəxs də həmin narkotik vasitədən istifadə edir. Dəfələrlə ikisi birlikdə narkotik vasitəsi olan heroindən istifadə etmişlər. Onda olanda o vermiş, Niyazidə olanda isə Niyazi vermişdir. Lakin aralarında pul söhbəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Qara Qarayev prospektində, «Ruslan -93» marketin yaxınlığında Niyaziyə bir büküm heroin vermişdir. Bu zaman o, maşında olmuş, heroini Niyaziyə pəncərədən əlini uzadaraq vermişdir. Niyazi ondan uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Niyazini bundan sonra Bakı şəhəri, Binəqədi RPİ-nin 7-ci PB-də görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edildi. Həmin ifadəsini təsdiq edir. Hal-hazırda barəsində olan cinayət işinə bu məhkəmədə başqa tərkibdə baxılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş hal-hazırda Abşeron rayonu Qobu qəsəbəsi polis şöbəsinin rəisi işləyən, hadisə vaxtı isə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, 09 sentyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin NMB-nə «Mahir», «Lətif» və «Araz» adlı şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhərinin Binəqədi, Nizami və digər rayonlarında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, alınmış məlumatla əlaqədar o və Binəqədi RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 həmin tarixdə saat 23:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 5 ünvanının yaxınlığında əməliyyat mövqeyi seçərək qeyd olunan ünvanın qarşısına «Tofaş Şahin» markalı **-HO-*** avtomobilin yaxınlaşmasını, avtomobilin dayandıqdan sonra halhazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs həmin avtomobilin sağ qabaq qapısına yaxınlaşdığını, avtomobilin qabaq sürücü oturacağında əyləşmiş şəxsdən bir büküm aldığını, həmin an avtomobilin yenidən hərəkətə gəlməklə oradan uzaqlaşmasını gördükdə Şahid2la bilrikdə dərhal Niyaziyə yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib onu saxlamışlar. Əməliyyat qrupunun digər üzvləri isə «Tofaş Şahin» markalı **-HO-*** avtomobilin içərisində olan şəxsləri saxlamaq üçün onların arxasınca getmişlər. Onlar isə Təqsirləndirilən şəxs Binəqədi RPİ-nə gətirib təhqiqatçıya təhvil vermişlər. Binəqədi RPİnin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs barəsində təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə keçirilmiş, o və Şahid2 həmin baxışda iştirak etmişlər. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhtiqatçı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngi sellofana bükülmüş, üzərində “10k” yazılmış yapışqanla yapışdırılmış kağız olan bükümü çıxararaq masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin bükümü xx.xx.2022-ci il tarixdə saat 23:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 5 ünvanının qarşısında, sinif yoldaşı Şahid4 pulsuz olaraq öz istifadəsi üçün əldə etmiş, bükümdə olan maddə isə kakosdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərində olan «Samsung» markalı mobil telefonuda təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm açıldıqda bükümün içərisində açıq qəhvəyi rəngli toz şəkilli heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra həmin büküm ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmış, şəxsi axtarış və götürmə bağlı protokoluda bütün iştirakçılar imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Bakı şəhəri Binəqədi RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, 09 sentyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin Bakı şəhərinin Nizami rayonunda qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin dövriyyəsi ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Belə ki, o və Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Şahid1 ilə birlikdə həmin tarixdə saat 23:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 5 ünvanının yaxınlığında əməliyyat mövqeyi seçərək qeyd olunan ünvanın qarşısına «Tofaş Şahin» markalı **-HO-*** avtomobilin yaxınlaşmasını, avtomobilin dayandıqdan sonra halhazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs həmin avtomobilin sağ qabaq qapısına yaxınlaşdığını, avtomobilin qabaq sürücü oturacağında əyləşmiş şəxsdən bir büküm aldığını, həmin an avtomobilin yenidən hərəkətə gəlməklə oradan uzaqlaşmasını gördükdə Şahid1la birlikdə dərhal Niyaziyə yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib onu saxlamışlar. Əməliyyat qrupunun digər üzvləri isə «Tofaş Şahin» markalı **-HO-*** avtomobilin içərisində olan şəxsləri saxlamaq üçün onların arxasınca getmişlər. Onlar isə Təqsirləndirilən şəxs Binəqədi RPİ-nə gətirib təhqiqatçıya təhvil vermişlər. Binəqədi RPİnin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs barəsində təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə keçirilmiş, o və Şahid1 həmin baxışda iştirak etmişlər. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhtiqatçı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngi sellofana bükülmüş, üzərində “10k” yazılmış yapışqanla yapışdırılmış kağız olan bükümü çıxararaq masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin bükümü xx.xx.2022-ci il tarixdə saat 23:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 5 ünvanının qarşısında, sinif yoldaşı Şahid4 pulsuz olaraq öz istifadəsi üçün əldə etmiş, bükümdə olan maddə isə kakosdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərində olan «Samsung» markalı mobil telefonuda təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm açıldıqda bükümün içərisində açıq qəhvəyi rəngli toz şəkilli heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra həmin büküm ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmış, şəxsi axtarış və götürmə bağlı protokoluda bütün iştirakçılar imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, «Mahir», «Lətif» və «Araz» adlı şəxslərin Bakı şəhərinin Nizami, Binəqədi və digər rayonlarının ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:10-da Bakı şəhəri Binəqədi RPİ-nin CAŞ-nin və NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli, saat 00:40-da başlamış axtarışa dair protokoldan müəyyən olunur ki, veoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngi sellofana bükülmüş, üzərində 10k yazısı olan yapışqanla yapışdırılmış kağız olan bükümü çıxararaq masanın üzərinə qoymuş, şalvarının sağ yan cibindən üzərində ***-***-**-** nömrəsi olan «Samsung» markalı mobil telefonu təqdim etmişdir. Büküm açıldıqda içərisində açıq qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” adlı narkotik vasitə olmasını, xx.xx.2022-ci il tarixdə saat 23:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 5 ünvanının qarşısında, sinif yoldaşı Şahid4 pulsuz olaraq öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Məhkəmə baxışı zamanı xx.xx.2022-ci il tarixli“şəxsi axtarış və götürmə aparılması haqqında” olan protokola əlavə edilmiş CD diksə baxış keçirilmiş, baxışla əlaqədar proses iştirakçıların heç bir sualı olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 10 sentyabr 2022-ci il tarixli, 6/5065 saylı rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №173” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imazlar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 9,098 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022ci il tarixli, 5917 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022ci il tarixli, 2758 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, anten dairəsi, mesajlar (məzmunla), zəngləri qəbul edən və zəng edən şəxslərin anketləri barədə məlumatların əks olunduğu diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertizanın tədqiqatından sonra qalıq qalmış 9,028 qram heroinin saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi və götürmə görüntüsü əks olan 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq edilməsi öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd ed ilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi qismən olaraq özünün və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla daşıması tam təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdikdən sonra onu gizlincə atması, tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və narkotik vasitəni polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyləri, Bakı şəhəri Binəqədi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmşdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 09 sentyabr 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan İş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - ekspertiza tədqiqatından sonra qalığı qalmış 9,028 narkotik vasitə heroin məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 3 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi Ağa-Zəki qızı müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsəibtidai istintaqda göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Ağa-Zəki qızı üçün isə 360 (üç yüz altmış) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-nin saxlanc təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,028 qram narkotik vasitə heroin məhv edilsin və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi Ağa-Zəki qızı üçün 360 (üç yüz altmış) manat pul Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1428/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1428/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver