Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1428/2025 28.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X11 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibləri – X3 və X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxslərin etibarnamə üzrə nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Nümayəndə və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4- 1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 noyabr 2025-ci il tarixdə, saat 14:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs tamah məqsədi ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə qeyrisi ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının sonlarında ünvan 2 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs4 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona Türkiyə Respublikasının İğdır şəhərində qeyrisinin restoranında xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 30 dekabr 2022-ci il tarixdə, saat 06:08-də Azərbaycan Respublikasının dövlət sərhədinin Bakı Hava Limanından keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb həmin şəhərdə yerləşən qeyrisinin kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra ona əlaqələrindən istifadə edərək məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə-qorxu gəlmə və məcburetmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs4 məxsus pasportu götürüb saxlamaqla qeyrisi ilə birlikdə 30 dekabr 2022-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək olan müddət ərzində qeyrisinin İğdır şəhərində icarə əsasında işlətdiyi restoranda kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir.
2. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə qeyrisi ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının ortalarında ünvan 3 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona Türkiyə Respublikasının İğdır şəhərində qeyrisinin restoranında xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 19 yanvar 2024-cü il tarixdə, saat 07:43-də Azərbaycan Respublikasının dövlət sərhədinin Bakı Hava Limanından keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən qeyrisinin kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra ona əlaqələrindən istifadə edərək məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə-qorxu gəlmə və məcburetmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsini götürüb saxlamaqla qeyrisi ilə birlikdə 19 yanvar 2024-cü il tarixdən 19 fevral 2024-cü il tarixədək olan müddət ərzində qeyrisinin İğdır şəhərində icarə əsasında işlətdiyi restoranda kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
3. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə qeyrisi ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının sonlarında ünvan 4 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona Türkiyə Respublikasının İğdır şəhərində qeyrisinin restoranında xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 05 mart 2024-cü il tarixdə, saat 02:53-də Azərbaycan Respublikasının dövlət sərhədinin Bakı Hava Limanından keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən qeyrisinin kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra ona əlaqələrindən istifadə edərək məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə-qorxu gəlmə və məcburetmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus ümumvətəndaş pasportunu götürüb saxlamaqla qeyrisi ilə birlikdə 5 mart 2024-cü il tarixdən 8 iyul 2024-cü il tarixədək olan müddət ərzində X14 şəhərində icarə əsasında işlətdiyi restoranda kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
4. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qadını hədə-qorxu və məcbur etmə vəsitəsilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə qeyrisi ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qeyrisi Türkiyə Respublikasının İğdır şəhərindən 2024-cü ilin mart ayının əvvəllərində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq onun 19 yanvar 2024-cü il tarixdən 19 fevral 2024-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İğdır şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu və məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 05 mart 2024-cü il tarixdə, saat 02:52-də Azərbaycan Respublikasının dövlət sərhədinin Bakı Hava Limanından keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən qeyrisinin kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra ona əlaqələrindən istifadə edərək məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə- qorxu gəlmə və məcburetmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsini götürüb saxlamaqla qeyrisi ilə birlikdə 05 mart 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək olan müddət ərzində qeyrisinin İğdır şəhərində icarə əsasında işlətdiyi restoranda kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
5. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə qeyrisi ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qeyrisi Türkiyə Respublikasının İğdır şəhərindən 2024-cü ilin aprel ayının ortalarında ünvan 5 ünvanı dəqiq məlum olmayan evdə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona Türkiyə Respublikasının İğdır şəhərində icarə əsasında işlətdiyi restoranında xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 18 aprel 2024-cü il tarixdə, saat 21:14-də Azərbaycan Respublikasının dövlət sərhədinin Bakı Hava Limanından keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən qeyrisinin kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra ona əlaqələrindən istifadə edərək məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə-qorxu gəlmə və məcburetmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsini götürüb saxlamaqla qeyrisi ilə birlikdə 18 aprel 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək olan müddət ərzində qeyrisinin İğdır şəhərində icarə əsasında işlətdiyi restoranda kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
6. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qadını hədə-qorxu və məcbur etmə vəsitəsilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə qeyrisi ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qeyrisi Türkiyə Respublikasının İğdır şəhərindən 2024-cü ilin iyun ayının ortalarında ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq onun 05 mart 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İğdır şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu və məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 27 iyun 2024-cü il tarixdə, saat 03:04-də Azərbaycan Respublikasının dövlət sərhədinin Bakı Hava Limanından keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən qeyrisinin kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra ona əlaqələrindən istifadə edərək məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə- qorxu gəlmə, məcburetmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsini götürüb saxlamaqla qeyrisi ilə birlikdə 27 iyun 2024-cü il tarixdən 4 oktyabr 2024-cü İl tarixədək olan müddət ərzində qeyrisinin İğdır şəhərində icarə əsasında işlətdiyi restoranda kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
7. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qadını hədə-qorxu məcbur etmə vəsitəsilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə qeyrisi ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qeyrisi Türkiyə Respublikasının İğdır şəhərindən 2024-cü ilin oktyabr ayının ortalarında ünvan 4 ünvanında yaşayan qeyrisi ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq onun 5 mart 2024cü il tarixdən 8 iyul 2024-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İğdır şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu və məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 28 oktyabr 2024-cü il tarixdə, saat 03:06-da Azərbaycan Respublikasının dövlət sərhədinin Bakı Hava Limanından keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən Nəzakət Məmmədovanın kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra ona əlaqələrindən istifadə edərək məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə-qorxu gəlmə və məcburetmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət vəsiqəsini götürüb saxlamaqla qeyrisi ilə birlikdə 28 oktyabr 2024-cü il tarixdən 2024-cü ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində qeyrisinin İğdır şəhərində icarə əsasında işlətdiyi restoranda kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
8. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144- 1.2.5 və 144-3.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Nəzakət Məmmədova onun doğma bibisidir, sonuncu türk vətəndaşı ilə şərikli restoran işlətməklə 2022-ci ilin noyabr ayından Türkiyədədir və Bakıya giriş-çıxışı yoxdur. X21 İbrahimlinin 2018-ci ildən münasibətləri olmuş, Şəbnəm onu tanımamışdan əvvəl bibisi Nəzakətin qadın gözəllik salonuna dəfələrlə getmişdir. Nəzakət Şəbnəmin şəklini ona göstərdikdə Şəbnəmi kollecdən tanıdığını bildirmişdir. Həmçinin bibisi ona şəklini Şəbnəmə göndərib qardaşı qızı olduğunu deməsi ilə Şəbnəmin də onu tanıdığını bildirmişdir. O, ilk dəfə 19 yanvar 2024-cü il tarixdə Şəbnəmlə birlikdə Türkiyəyə getmiş, sonuncu ilə kollecdən sonra 2024-cü ildə birlikdə ilk dəfə Türkiyəyə gedənədək hər hansı əlaqəsi olmamışdır. Nəzakət Şəbnəmə onun da (Ayşənin) Türkiyəyə fahişəliklə məşğul olmağa gedəcəyini bildirmiş, Şəbnəm də onunla birlikdə getməyə razılaşmış, o da Şəbnəmlə hava limanında görüşüb Türkiyəyə getmişdir. Şəbnəm Türkiyəyə hansı məqsədlə getdiklərini bilmiş, hətta bu barədə birincidən soruşduqda Şəbnəm Türkiyəyə getmə səbəbini bildiyini demişdir. Türkiyəyə gedərkən Şəbnəmə verilən qadın geyim paltarınlardan sonuncu məhz hansı işlə, yəni fahişəliklə məşğul olacağını əvvəlcədən bilmişdir. Şəbnəmlə onun biletini bibisi Nəzakət almışdır. Şəbnəm çamadanda müştərilərə cinsi xidmət göstərmək üçün açıq-saçıq paltarlar olduğunu görmüşdür. Halbuki, həmin paltarlarla xadimə işinə getmək mümkün deyildir. Bibisi Nəzakətin işlətdiyi restoranda hansısa qadını fahişəliklə məşğul olmağa məcbur etmə halı olmamış, orada fəaliyyət göstərən bütün qadınlar könüllü olaraq həmin işi görmüşdür. O, Türkiyəyə ilk dəfə bibisi ilə 2022-ci ilin noyabr ayında salonda işləmək məqsədilə getmiş, 10 gün orada qaldıqdan sonra oradakı vəziyyəti hiss edib geri qayıtmış, lakin həmin ilin dekabr ayında bibisi onu yenidən çağırmış və bu zaman o, məqsədin nədən ibarət olmasını bilərək bibisinin yanına getmişdir. Bibisi Türkiyədə əvvəllər müxtəlif - “Arena”, “Şahmaran” və s. adlı restoranlarda işləmişdir. Görüşdükləri müştərilər əsasən türk vətəndaşları olmuşdur. X8 əvvəl danışmış, Şəbnəm də Türkiyəyə məhz nə iş görəcəyini bilərək getmişdir. O hər hansı digər şəxsi, o cümlədən Şəbnəmi fahiləşliklə məşğul olması üçün cəlb etməmiş, sonuncu sadəcə onunla birlikdə Türkiyəyə getmişdir.
9. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs M.Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, Zərərçəkmiş şəxs4 tanımamış, ona bilet almamışdır. Lamiəni ilk dəfə Türkiyəyə gedərkən aeroportda görmüş, onunla “TikTok” sosial şəbəkəsində tanış olmamış, sonuncunun ifadəsində göstərdikləri doğru deyildir. Bibisi isə Lamiəni daha əvvəldən tanımışdır. Lamiə ilə Türkiyəyə gedərkən ondan nə üçün getdiyini soruşmuş, sonuncu Türkiyəyə görəcəyi işin nədən ibarət olduğunu bilərək getmiş, o cümlədən buna hər hansı etirazını bildirməmişdir. O, Xəyaləni də aeroportda görüb tanımış, Lamiə Şəbnəmi ondan əvvəl tanımaqla fahiləşliklə məşğul olması üçün cəlb etmişdir. Zərərçəkmiş şəxs2 Şəbnəmlə birlikdə 29 apreldə Bakıya qayıtmış, Suğranı da Şəbnəmin tanışı kimi tanımışdır. O, Suğra ilə videogörüntülü danışmamışdır. Bibisi ona Şəbnəmin tanışı olan Səbinə adlı qızın və Səbinənin yanında da Reyhan adlı qızın gələcəyini bildirmişdir. 28 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 ilə birlikdə “Gənclik Mall”dan çıxarkən Şahid və onun yanında olan 2 nəfər İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin polis əməkdaşları onların qollarına girib telefonunu əlindən alaraq onları avtomobilə əyləşdirmiş, avtomobil dayanacağında 10 dəqiqə gözləmişlər. Daha sonra saat 17:00-18:00 radələrində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə aparılmış, həmin gün o, saat 00:00-dək Baş İdarədə saxlanılmışdır. Şahid ona qarşı hər hansı fiziki təzyiq göstərməmiş, Elnur adlı polis əməkdaşı isə başına qalın kitabla vuraraq qızları onun aparmasına dair ifadə verməyə məcbur etmişdir. Ona qarşı olan fiziki təzyiqlər nəticəsində bədənində hər hansı xəsarət yaranmamışdır. Baş İdarədə ona işlərinin onunla deyil, bibisi ilə olduğunu deyib ondan bibisini tapıb gətirməsini tələb etmişlər. Daha sonra azadlığa buraxılmaqla 3 ay müddətində azadlıqda olmuşdur. 20 aprel 2025-ci il tarixdə ona zəng edilərək 21 aprel 2025-ci il tarixdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə gəlməli olması bildirilmişdir. O, saxlanılaraq buraxıldıqdan sonra azadlıqda olduğu 3 ay ərzində barəsində cinayət təqibinin aparılmasını bilməmiş, Şahid ona dəfələrlə cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındığını bildirmişdir. 52 yaşlı Bibisi Nəzakəti buraxıldıqdan sonra Azərbaycan Respublikasına gəlməyə razı sala bilməmişdir. Lakin bibisi ilə dəfələrlə danışmış, sonuncuya barəsində cinayət işinin olduğunu, ona problem olmaması üçün gəlməyini xahiş etmişdir. Sonradan bir evdə qaldığı 4 nəfər qadının ondan şikayətçi olduqlarını öyrənmiş və barəsində hazırkı iş başlanılaraq istintaqı aparılmışdır.
10. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs M.Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, cinayət işinin materiallarında əlyazma ilə olan izahatı özü tərəfindən yazılmış, lakin həmin izahatda qeyd olunanlar əməliyyat müvəkkillərinin təkidi ilə yazıldığından doğru deyildir. Bibisi Nəzakət onun özünü də cinsi istismara məruz qoymuşdur. O, əlyazma ilə izahatını yazarkən fərqli ifadə verməyə məcbur edilərək başından 10 dəfə kitabla vurulmuş, o da həmin vaxt ağlamışdır. İzahatını yazarkən orada ən azı 5 nəfər əməliyyat müvəkkili olmuş, ona həmin izahatı yazdıqdan 1 saat sonra buraxılacağı bildirilmişdir. Ona “xanımları mən aparmışam” ifadəsini yazmasını desələr də, o, cümlələrdə bilərəkdən “getmişik” ifadəsini işlətmişdir. Başına vuran şəxslər barəsində şikayət etməmişdir. 27 yanvar 2025-ci il tarixdə rəfiqəsi Xəyalə ilə “Gənclik Mall”dan çıxarkən saxlanılmaqla Baş İdarəyə aparılmış, Xəyalə ondan ayrı otaqda dindirilmişdir. O, buraxılarkən Xəyalə ilə əlaqə yaratmamasını, telefonunun dinlənildiyini bildirmişlər. Onun xəsarəti olmasa da, təzyiqlərə məruz qalmış, lakin bu barədə hazırkı dövrədək hər hansı hüquq-mühafizə orqanına, barəsində qətimkan tədbiri məsələsini həll edən məhkəməyə və ya digər quruma şikayət etməmişdir. O, Lamiə ilə ibtidai istitnaq zamanı üzləşdirilmiş, sonuncu həmin vaxt da hazırda göstərdiyi xüsusatları onun üzünə qarşı demişdir. Müstəntiq üzləşmə zamanı ona sakit durmasını və qızların dediklərinə qulaq asmasını bildirmiş, daha sonra özü danışmağa başlamışdır. O, əvvəlcə şahid kimi dindirilmişdir. 21 apreldə 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasına aparılmışdır. Üzləşdirmə istintaq hərəkəti 21 apreldə həyata keçirilmişdir. O, ilk dəfə saxlanılıb buraxıldıqdan sonra bibisi Nəzakətlə danışmış, sonuncu ona narahat olmamağını, qızları özünün apardığını və qızlardan soruşulanda olduğu kimi danışacaqlarını bildirmişdir. Yanvar ayından aprel ayınadək o hər gün bibisi Nəzakətlə danışmışdır. O, Türkiyədə bir şəxslə nişanlı olmaqla aprel ayında toy etməyi planlaşdırdığından 24 fevral 2025-ci ildə Türkiyəyə getmək istəmiş, lakin həmin tarixdə hava limanına gedərkən ölkədən çıxışına DİN tərəfindən məhdudiyyət qoyulduğunu öyrənmişdir. O, əməliyyat müvəkkili Şahidla əlaqə saxlayaraq ölkədən çıxışına məhdudiyyət qoyulmasının səbəbini soruşmuşdur. Hazırkı cinayət işi onun barəsində aparılmış ilk cinayət təqibi olduğundan belə hallardan məlumatı olmamışdır. Bibisi Nəzakət öz istəyi ilə Azərbaycan Republikasına gəlmək istəmir. Belə ki, Nəzakət onun saxlanıldığını bilsə də, məsələyə qarışmamasını bildirmişdir. O, ibtidai istintaq dövründə vəkillə müqavilə bağlamaq üçün atasının Sumqayıt RPİ-də Şamxal adlı müstəntiq tanışı ilə məsləhətləşmiş, sonuncu həbs ediləcəyini bildirərək ona vəkillə müqavilə bağlamağı məsləhət görmüş, 20 martda vəkillə görüşmüş, lakin vəkil ondan müqavilə bağlamaq üçün 4000 manat pul istəmiş, o isə maddi sıxıntılarına görə müqavilə bağlamamışdır. O, barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə məhkəmədə baxılarkən, o cümlədən ibtidai istintaqı aparan müstəntiqə də bibisi Nəzakəti Bakıya gətirməyə kömək edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin və onun biletlərini bibisi Nəzakət “online” formada almışdır. Zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin hamısının bibisi Nəzakətlə əlaqəsi olmuş, o heç kimi cinsi istismara məruz qoymamışdır. O, ilk dəfə Türkiyəyə gedərkən cinsi istismar ediləcəyini bilmədən getmiş, lakin sonradan maddi sıxıntılarına görə könüllü olaraq getmişdir. Bibisi ona maddi köməklik etməmişdir. Son iki ayda atası ilə bibisinin əlaqəsi yoxdur. O, həbs olunanadək atası ilə bibisinin əlaqəsi olmuşdur. Yanvar ayından aprel ayınadək barəsində cinayət təqibinin aparılması barədə ona məlumat verilməmiş, bibisinin cinayət işi üzrə şahid qismində iştirak edəcəyi bildirilmişdir. Hazırda məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxslər İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən öyrədilməklə yalan ifadə vermişlər. Zərərçəkmiş şəxslərlə bibisi Nəzakət danışmış, sonuncuları bibisi Nəzakət cinsi istismara məruz qoymuşdur. Onun həmin qadınlarla əlaqəsi olmamışdır. Müstəntiq Şamxal ona qarşı olunan fiziki təzyiqlər barədə məhkəmədə nəsə deməməsini, onun buraxılacağını bildirdiyinə görə o, məhkəmədə təzyiqlərə məruz qalması barədə hər hansı söz deməmişdir. Həmin dövrdə hazırda da məhkəmə icraatında müdafiəçisi qismində iştirak edən vəkil onu müdafiə etməmişdir. Qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmədə iştirak edərkən cinayət işini aparan müstəntiq də orada olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs 24 yaşında olmaqla gənc olmasını, anasının vəfat etdiyini, atasının ağır xəstəlikdən əziyyət çəkməklə özünün ailədə yeganə gəlir gətirən şəxs olduğunu, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.
11. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi izahatları, 21 aprel 2025-ci il tarixli şahid qismində ifadəsi, o cümlədən müdafiəçisinin, habelə onun hüquqlarını məhkəmə istintaqı zamanı da müqavilə əsasında müdafiə etmiş müdafiəçisinin iştirakı ilə 21 aprel 2025 və 16 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin izahat və ifadələrdə göstərmişdir ki, tutulmamışdan əvvəl heç yerdə işləməmiş, hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, subaydır. 2023-cü ildə Bakı Biznes Universitetini bitirmişdir. X12 onun bibisidir. Nəzakət Bakı şəhərində yaşadığı müddət ərzində gözəllik salonunda saç ustası kimi fəaliyyət göstərmiş, 2022-ci ilin noyabr ayında Nəzakət işləmək məqsədilə Türkiyə Respublikasının İğdır şəhərinə gedəcəyini bildirmiş, sonuncudan orada hansı işlə məşğul olacağını soruşduqda İğdırda gözəllik salonunda işləyəcəyini, orada həmin işə tələbat olduğunu demiş, həmçinin ona da getməyi təklif etmişdir. Belə ki, Nəzakət ona işi öyrədəcəyini, orada gözəllik salonunda işləməklə yaxşı pul qazana biləcəyini demiş, həmin vaxtlarda maddi cəhətdən sıxıntıları olduğundan onun dedikləri ilə razılaşmışdır. Beləliklə, 8 noyabr 2022-ci il tarixdə bibisi Nəzakətlə birlikdə ilk öncə Gürcüstan Respublikasının Tbilisi şəhərinə, oradan da taksi ilə İğdır şəhərinə getmiş, İğdır şəhərində onları bir nəfər əvvəllər tanımadığı kişi qarşılamış, həmin şəxs ilk öncə onları evə, daha sonra isə restorana aparmışdır. Restorana daxil olduqdan sonra orada fahişəliklə məşğul olan müxtəlif qadınların olduğunu görmüş, təxminən 10 gün ərzində orada qaldıqdan sonra gözəllik salonunda işə düzələ bilməyəcəyini və pul qazanmaq üçün fahişəliklə məşğul olacağını başa düşmüş, belə olan halda geri dönməyə qərar vermiş və 19 noyabr 2022-ci il tarixdə Bakı şəhərinə geri qayıtmışdır. Nəzakət isə orada qalmış, lakin bibisi ilə tez-tez əlaqə saxlamış, 2022-ci ilin dekabr ayının sonlarında Nəzakət ona yeni ili orada qeyd etmək məqsədilə öz yanına çağırmış, razılıq verdikdən sonra onun gediş biletini də almışdır. Zərərçəkmiş şəxs4 2022-ci ilin dekabr ayında tanımış, Lamiənin şəklini bibisi Nəzakət ona göndərərək birincinin də İğdır şəhərinə gedəcəyini və orada işləyəcəyini demişdir. Bundan sonra Lamiə ilə Bakı hava limanında görüşmüş, həmin vaxt gecikdiyi üçün Nəzakət ona və Lamiəyə Gürcüstan Respublikasının Tbilisi şəhərinə bilet almışdır. 30 dekabr 2022-ci il tarixdə Lamiə ilə Gürcüstan Respublikasının Tbilisi şəhərinə, oradan da Nəzakətin göndərdiyi taksi ilə İğdır şəhərinə getmiş, Nəzakət onları kirayə tutduğu evə aparmış, səhəri gün isə Nəzakətlə restoranda olan zaman mübahisə etmiş, bu səbəbdən gecə oteldə qalaraq “Yeni ili” orada qeyd etdikdən sonra 2 yanvar 2023-cü il tarixdə geri qayıtmışdır. Orada olduğu müddətdə Lamiənin nə işlə məşğul olması barədə məlumatı olmamış, həmin vaxtlarda Nəzakət orada sevgi münasibətində olduğu bir nəfər kişi ilə yaşamışdır. 2023-cü ilin oktyabr ayında Nəzakət ilə danışan zaman ona maddi cəhətdən sıxıntılarının olduğunu demiş, Nəzakət onun yanına gedib fahişəliklə məşğul olmaqla pul qazana biləcəyini demiş, məcburiyyət qarşısında qalıb maddi vəziyyətinin düzəlməsi üçün onun təklifi ilə razılaşmışdır. 30 oktyabr 2023-cü ildə Nəzakət biletini aldıqdan sonra onun yanına, yəni İğdır şəhərinə getmişdir. Orada Nəzakət onu qarşılayıb öz evinə aparmış, daha sonra isə işləyəcəyi restorana aparmış, razılaşmaya əsasən pul qazandıqdan sonra biletin pulunu ona geri ödəməli olmuş, keçən müddət ərzində hər gün 2-4 nəfər ilə pul müqabilində cinsi əlaqədə olmuş, 22 noyabr 2023-cü il tarixədək həmin restoranda işlədikdən sonra yenidən Bakı şəhərinə geri qayıtmışdır. Bundan sonra 19 yanvar 2024-cü il tarixdə yenidən fahişəliklə məşğul olmaq üçün Nəzakətin yanına getmiş, Nəzakətin yanına getməmişdən öncə sonuncu kollecdə birlikdə oxuduğu Şəbnəm adlı qadının şəklini ona göndərmiş, onu tanıyıb-tanımadığını soruşmuş, Nəzakət onunla birlikdə kollecdə oxuduğunu demiş, Nəzakət Şəbnəmi tanıdığını, onunla birlikdə İğdır şəhərinə getməyini ona demişdir. Belə olan halda o, Şəbnəmlə danışıb razılaşdıqdan sonra onunla biirikdə 19 yanvar 2024-cü il tarixdə İğdır şəhərinə Nəzakətin yanına getmiş, 4 fevral 2024-cü il tarixədək Nəzakətin onları apardığı restoranda fahişəliklə məşğul olub pul qazandıqdan sonra yenidən Bakı şəhərinə geri qayıtmış, Şəbnəm isə Nəzakətin yanında qalmışdır. Lakin bir müddət sonra o da geri qayıtmış, daha sonra Nəzakət ona zəng vuraraq Şəbnəmə də bilet alacağını onunla birlikdə İğdır şəhərinə qayıtmağını ona bildirmiş, belə olan halda 5 mart 2024-cü il tarixdə Şəbnəm, o və Xəyalə adlı qadın birlikdə İğdır şəhərinə getmişlər. Nəzakət onları özünün yaşadığı evə yerləşdirmiş, oraya getdikdən sonra Şəbnəm və Xəyalə də, onunla birlikdə Nəzakətin apardığı restoranda fahişəliklə məşğul olmağa başlamış, Nəzakət ondan pul almasa da, Xəyalə və Şəbnəmdən pul almış, onların da biletini Nəzakət aldığından onlar Nəzakətə borclu olmuş və sənədləri Nəzakətdə olmuşdur. Həmçinin Nəzakət onları müştərilərə yönləndirmiş, pulu isə cinsi əlaqədə olduqdan sonra özləri almış, bundan əlavə Nəzakət yanında olan qadınlara nəzarət etmişdir. Onun sözlərinə əməl etmədikləri təqdirdə onların üstünə qışqırırmış təhqir etmiş, təxminən iki ay sonra Şəbnəm geri qayıtmış, Xəyalə isə onunla birlikdə təxminən 4 ay ərzində orada Nəzakətin nəzarəti altında fahişəliklə məşğul olmuş, Şəbnəm isə 2024-cü ilin iyun ayında yenidən İğdır şəhərinə geri qayıtmışdır. 8 iyul 2024-cü il tarixdə Xəyalə ilə birlikdə Bakı şəhərinə geri qayıtmış, 28 oktyabr 2024-cü il tarixdə isə Xəyalə ilə birlikdə Nəzakət biletilərini aldıqdan sonra yenidən İğdır şəhərinə Nəzakətin yanına getmiş, 2024cü ilin dekabr ayının əvvəllərində Xəyalə orada tanış olduğu oğlanla Kars şəhərinə getmiş, 23 yanvar 2025-ci il tarixədək keçən müddət ərzində yenidən İğdır şəhərində yerləşən müxtəlif restoranlarda fahişəliklə məşğul olmuş, həmin restoranlara onları Nəzakət aparmışdır. 23 yanvar 2025-ci il tarixdə Bakı şəhərinə geri qayıtmış, həmin vaxtdan etibarən Xəyalə və Şəbnəmlə hər hansı münasibəti olmamışdır. Zərərçəkmiş şəxs2 2024cü ilin aprel ayında bibisi Nəzakət Məmmədova ilə mobil telefon vasitəsilə danışdıqdan sonra Türkiyə Respublikasının İğdır şəhərinə rəfiqəsi Reyhanla birlikdə gəlmiş, Reyhan və Nəzakətin necə tanış olması barədə isə hər hansı məlumatı olmamış, onların biletini də Nəzakət almış, onlar İğdır şəhərinə gəldikdən sonra onunla bir evdə qalmışlar. Gəldikdən sonra Nəzakət onların sənədlərini alıb özündə saxlamış, eyni zamanda Nəzakət onları İğdır şəhəri ərazisində yerləşən restoranda fahişəliyə cəlb etmiş, Suğra ağlayaraq geri qayıtmaq istədiyini desə də, Nəzakət onu geri qaytarmamış, həmin vaxt özü də fahişəliklə məşğul olmuş, lakin onların hər hansı bir şəxslə cinsi əlaqədə olmasında onun hər hansı bir rolu olmamışdır. Suğra təxminən 10 gün ərzində orada kişi müştərilərlə cinsi əlaqədə olduqdan sonra geri qayıtmaq istədiyini, daha işləyə bilmədiyini demiş, o, çox ağladığına görə Nəzakət onun sənədini özünə geri qaytarmış, bundan sonra Suğra Bakı şəhərinə geri qayıtmış, Reyhan isə orada qalaraq fahişəliklə məşğul olmağa davam etmiş, həmin vaxtdan sonra Suğra ilə hər hansı əlaqəsi olmamışdır bax iş vərəqi (bundan sonra mətndə-i.v.) 25-27; 50-53; 156-160; 222-226; 269-273;).
12. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
13. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
14. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, hazırda heç yerdə işləmir. Təqsirləndirilən şəxs onunla eyni kollecdə təhsil almış, həmin vaxtdan onunla yaxşı münasibətləri olmuşdur. 2024-cü ilin yanvar ayının əvvəllərində Ayşənlə görüşərkən ona Türkiyə Respublikasına gedib-gəldiyini, orada yaxşı pul qazandığını demiş, Ayşəndən orada nə işlə məşğul olduğunu soruşduqda o, İğdır şəhərində yaşayan bibisinin restoranının olduğunu, həmin restoranda xidmətçi işləməklə özünə avtomobil aldığını, həmin işlə yaxşı pul qazanmağın mümkün olduğunu, orada bu işə tələbat olduğunu bildirmiş, həmin vaxtlarda onun maddi sıxıntıları yaranmış və müxtəlif yerlərə müraciət etsə də, heç bir yerdə iş tapıb işləyə bilməmişdir. Əvvəllər Bakı şəhərində restoranda işləmiş, təxminən 2024-cü ilin yanvar ayının ortalarında həmin vaxt kirayədə yaşadığı ünvan 3 ünvanında olan zaman Ayşən ilə mobil telefon vasitəsilə danışarkən ona maddi sıxıntıları olduğunu və iş tapıb işləyə bilmədiyini yenidən deyərək ona bu barədə özü məlumat vermiş, bundan sonra o, Türkiyə Respublikasına gedib orada işləməyi təklif etmişdir. Təklifə əsasən orada restoranda işləməli və bunun müqabilində hər ay 4000-5000 manatdan çox pul qazanmalı olmuş, belə olan halda məcburiyyət qarşısında qalıb onunla razılaşmış, məqsədi pul qazanıb maddi ehtiyaclarını qarşılamaq olmuşdur. Bilet almağa pulunun olmadığnı dedikdə, Ayşən şəxsiyyət vəsiqəsinin şəklini ona göndərməyini və ona bilet alacağını demiş, belə olan halda şəxsiyyət vəsiqəsinin şəklini ona göndərmiş, daha sonra Ayşən onunla əlaqə saxlayaraq 19 yanvar 2024-cü il tarixə Bakı Hava limanından Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün bilet aldığını demiş, eyni zamanda İstanbul şəhərindən də, təyyarə ilə İğdır şəhərinə gedəcəklərini bildirmişdir. 19 yanvar 2024-cü il tarixdə Bakı Hava limanından Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, İğdır şəhərinə çatdıqdan sonra Ayşənin bibisi Nəzakətin tanışı olan taksi sürücüsü qarşılamış, bundan sonra taksi onları Nəzakətin orada kirayə tutduğu evə aparmış, ilk dəfə İğdır şəhərinə həmin vaxt getmiş, ona görə də orada heç bir yeri tanımamış, həmin günü yol yorğunu olduqları üçün biraz istirahət etmiş, orada başqa 4-5 nəfər qadın olmuş, daha sonra Nəzakət onların otaqlarına gəlmişdir. O, ilk öncə vəsiqələrini almış və işləmək üçün qeydiyyata aldıracağını demiş, bir qədər söhbət etdikdən sonra ondan harada işləyəcəkləri barədə soruşmuş, Nəzakət onlara rahat pul qazanmaq üçün kişi müştərilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olacaqlarını və bunun qarşılığında qazanc əldə edəcəklərini bildirmiş, ona etiraz edərək bura o səbəbdən gəlmədiklərini və işləmək üçün gəldiklərini və geri qayıtmaq istədiyini bildirmişdir. Nəzakət onun dediklərini etməyəcəyi təqdirdə ona problemlər yaradacağını, orada çoxlu tanışlarının olduğunu və onların vasitəsi ilə böyük problemlər yaradacağını, polislər tərəfindən tutduracağı ilə hədələmişdir. İlk dəfə İğdır şəhərində olduğundan və oranı tanımadığından qorxduğu üçün təzyiqlər qarşısında Nəzakətin dedikləri ilə razılaşmaq məcburiyyətində qalmış, həmin vaxtan etibarən Nəzakət və Ayşən onu Nəzakətin işlətdiyi hazırda adını xatırlamadığı restoranında gün ərzində 5-6 kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdürmüş, həmin restoranın otaqlarında müştəri ilə cinsi əlaqədə olmuş, Nəzakət və Ayşən bunun qarşılığında qazanc əldə etmiş və həmin pulun bir hissəsini də ona vermişlər. Ayşən onları ora apardığına görə ev pulu və yemək pulu ödəməmiş, həmçinin Nəzakət ona qazanc olaraq pul da vermiş, onlara işləmək istəmədiyini bildirib çıxıb getmək istədiyini dedikdə Nəzakət onun üstünə qışqıraraq nalayiq ifadələrlə onu təhqir edib işləməyə məcbur olduğunu bildirmiş, əks halda isə onun dediklərini etməsə ailəsinə və yaxınlarına olanlar barədə hər şeyi açıb deyəcəyi ilə hədələmişdir. Olanları heç kimin bilməməsi üçün onun təzyiqləri qarşısında susub və dediklərini etməyə davam etmiş, Nəzakətə hər dəfə işləyə bilmədiyini dedikdə, o, dediklərini ciddiyə almayaraq təhqir etmiş, yenidən onun dediyi kimi işləməyə məcbur olmuşdur. Olanlar qarşısında nə edəcəyini bilməmiş, Nəzakətin etdiyi zülmlərə məcburiyyət qarşısında qalaraq dözmüş, bunun əsas səbəblərindən biri də yuxarıda qeyd etdiyi kimi ilk dəfə İğdır şəhərində olmağı və heç bir yeri tanımamağı olmuşdur. Getdikdən təxminən bir ay sonra ailə vəziyyəti ilə əlaqədar olaraq geri qayıtmalı olduğunu demiş, Nəzakət ilk öncə razılıq verməsə də, sonradan israr etdiyini görüb onunla razılaşmış, belə olan halda 19 fevral 2024-cü il tarixdə Bakı şəhərinə geri qayıtmışdır. Azərbaycana qayıdan zaman Nəzakət orada baş verənlər barədə hər hansı bir şəxsə və hüquqmühafizə orqanlarına məlumat verəcəyi təqdirdə ailə üzvlərinə fahişəliklə məşğul olmağı barədə məlumat verəcəyini və problemlər yaradacağını demiş, onunla məcburiyyət qarşısında qalıb razılaşmış, Azərbaycana qayıtdıqdan sonra Nəzakət tez-tez zəng vuraraq ona geri qayıtmağını, əks halda onu rüsvay edəcəyini demişdir. Qorxduğu üçün məcbur qalıb onun dediyi ilə razı olmuş və bir müddət vaxt verməsini ondan istəmişdir. 2024-cü ilin mart ayının əvvəllərində rəfiqəsi Suğra ilə Bakı şəhəri ərazisində yerləşən restoranların birində olan zaman Nəzakət ona zəng etmiş, Suğra həmin qadının kim olduğunu soruşduqda o, Nəzakət adlı qadının işlə bağlı Türkiyə Respublikasına çağırdığını demiş və bu barədə ona başqa məlumat verməmiş, çünki baş verənləri onun bilməsini istəməmişdir. Suğra Türkiyə Respublikasına getmək istədiyini desə də, Nəzakətin onu işə düzəldə bilməyəcəyini demişdir. Keçən müddət ərzində Nəzakət və Ayşən tez-tez ona zəng etmiş və geri qayıtmağını tələb etmiş, sonda məcburiyyət qarşısında qalıb onlarla razılaşmış və 5 mart 2024-cü il tarixdə Ayşən və Xəyalə adlı qadınla birlikdə yenidən İğdır şəhərinə getmişdir. Xəyalə adlı qadın birinci dəfə İğdır şəhərinə getmiş, yenidən Ayşən və Nəzakət əvvəllər olduğu kimi onu nəzarətləri altında pul qarşılığında cinsi əlaqədə olmaq məqsədi ilə kişilərlə görüşdürməyə başlamışlar. 2024-cü ilin aprel ayının ortalarında Suğra da, onların yanına gəlmiş, ondan nə üçün gəldiyini soruşduqda onun mobil telefonundan Nəzakətin mobil nömrəsini götürüb ona iş üçün zəng etdiyini demiş, bundan sonra onlar Suğranı da onun kimi müştərilərə təqdim etməyə başlamışlar. 2024-cü ilin aprel ayının sonlarında Nəzakətə səhhətində problem olduğunu, həmçinin ailə üzvlərinin də xəstə olduğunu bildirmiş və geri qayıtmalı olduğunu demiş, yenə Nəzakət onu təhdid edərək getməyə icazə verməmiş, lakin əl çəkmədikdə getməyinə icazə vermişdir. Həmin vaxt Suğra da övladının xəstə olduğunu, bu səbəbdən necə olursa olsun geri qayıdacağını demiş, Nəzakət əl çəkmədiklərini görüb daha sonra qayıtmaq şərtilə onları buraxmış və 29 aprel 2024-cü il tarixdə Suğra ilə birlikdə Bakı şəhərinə qayıtmışlar. Geri qayıtdıqdan sonra Nəzakət tez-tez zəng vuraraq geri qayıtmağını əks halda onu rüsvay edəcəyini demiş, qorxduğu üçün məcbur qalıb onun dediyi ilə razı olmuş, belə olan halda 27 iyun 2024-cü il tarixdə yenidən İğdır şəhərinə geri qayıtmış, Nəzakət onu yenidən kişi müştərilərə təqdim etməyə başlamışdır. 2024-cü ilin sentyabr ayının sonlarınadək keçən müddət ərzində Nəzakət və Ayşən onu Nəzakətin işlətdiyi hazırda adını xatırlamadığı restoranında gün ərzində 5-6 kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdürmüş, 2024-cü ilin iyul ayında Ayşən Bakı şəhərinə geri qayıtmışdır. 2024-cü ilin oktyabr ayının əvvəllərində Nəzakət ona problem yaratdığına və mübahisə etdiyinə görə onu polisə vermiş və müddətdən artıq qaldığını demiş, belə olan halda o, 4 oktyabr 2024-cü il tarixdə deport olunaraq Bakı şəhərinə geri qayıtmışdır. Azərbaycana qayıdan zaman Nəzakət orada baş verənlər barədə hər hansı bir şəxsə və hüquq-mühafizə orqanlarına məlumat verəcəyi təqdirdə ailə üzvlərinə fahişəliklə məşğul olmağı barədə məlumat verəcəyini və ona problemlər yaradacağını demişdir. Onunla məcburiyyət qarşısında qalıb razılaşmış, Bakı şəhərinə gəldikdən bir müddət sonra onlarla əlaqəsini təmiz kəsmişdir. Keçən müddət ərzində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi haqqında məlumat alaraq orada hər şeyin gizli saxlanıldığını öyrənmiş və buna görə Nəzakət və Ayşən barəsində şikayət etmək qərarına gəlmiş, belə olan halda qeyd olunan Baş İdarəyə gedərək bu barədə ərizə yazmışdır.
15. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə olaraq göstərdi ki, Türkiyədə onları qarşılayan şəxs Təqsirləndirilən şəxs doğma bibisi Nəzakət Məmmədova olmuşdur. O, Nəzakətlə Ayşənin ailəsinə gördükləri iş barəsində deməklə hədələndiklərinə görə məcbur olub orada qalmışdır. İlk dəfə 19 yanvar 2024-cü il tarixdən 2 fevral 2024-cü il tarixədək Türkiyədə qalmış, onun ikinci dəfə yenidən Türkiyəyə getməsinə səbəb isə ona aid videoların Nəzakətlə Ayşənin əlində olması, o cümlədən ailəsinə deyəcəkləri ilə hədələmələri olmuşdur. O, tək başına Türkiyəyə gələ bilməyəcəyini dedikdə Zərərçəkmiş şəxs3 ilə əlaqələndirəcəklərini və onunla gələcəyini bildirmiş, Xəyalə ilə hava limanında görüşmüş və o, ilk dəfə Xəyaləni orada tanımışdır. Xəyalə Türkiyəyə nə üçün getdiyini bilməmişdir. Üçüncü dəfə Türkiyəyə özünün pula ehtiyacı olduğundan getmişdir. Müştəriləri özü tapmamış, restoranda qadınların olduğu ayrıca yer olmuşdur ki, kişilər gəlib ödəniş edərək qadınlar arasında seçim etmişdir. Qadınların müştəri ilə görüşməsi üçün qiyməti Nəzakət Məmmədova müəyyən etmiş, ödənilən pulu Nəzakət almış, ona isə ödənilən pulun yarı məbləği çatmışdır. Ayşən bibisinin köməkçisi kimi orada olmuşdur. O, hansısa müştəri ilə görüşmək istəməmiş, məcbur görüşdürülmüşdür. Ayşən müştərilərin tapılmasında iştirak etmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçidir. O, Ayşənlə 2 dəfə Türkiyəyə getmiş, üçüncü dəfə pula ehtiyacı olduğundan Ayşən Türkiyəyə gəlməsini deyərək onu başqa işə düzəldəcəyini bildirmişdir. O, əvvəlcə Ayşəni tanımış, sonra Ayşənin bibisi Nəzakəti Nərimanov rayonunda yerləşən gözəllik salonunda tanımışdır. Üçüncü dəfə Türkiyəyə tək halda şəxsiyyət vəsiqəsi ilə getmişdir. Onun xarici pasportu olmamışdır. Şəxsiyyət vəsiqəsini ondan alan Nəzakət Məmmədova olmuşdur. Nəzakət ona aid videoların və şəkillərinin özündə olduğunu, Azərbaycanda kiməsə məlumat verdiyi halda ailəsinə deyəcəklərini, tanış polis əməkdaşlarının olduğunu bildirmişdir. Onu hədələmələri ilə bağlı, yəni ailə üzvlərinə məlumat verməklə bağlı hal baş verməmiş, onun ailə üzvlərini tanımamış, lakin ailə üzvləri ilə görüntülü danışarkən Nəzakətlə Ayşən gördüklərindən hədə-qorxunun real olduğunu hesab etmişdir. Sonuncu dəfə İnsan Alverinə qarşı Mübarizə İdarəsinin olduğunu bilib Ayşənlə bibisini şikayət etmişdir. Digər zərərçəkmiş şəxsləri əvvəlcədən tanımamış, sonralar onları İnsan Alverinə qarşı Mübarizə İdarəsinə gələrkən görmüş, amma onlarla görüşməmiş və hər hansı əlaqəsi olmamış, eləcə də sövdələşib şikayət etməmişlər. O, zərərçəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs3 hava limanında ilk dəfə görmüş və Türkiyədə bir evdə qalmışlar. O, İnsan Alverinə qarşı Mübarizə İdarəsinə şikayət etmək üçün gedərkən ona Ayşənin barəsində iş olduğu bildirilmiş, sonradan onunla əlaqə saxlanılmış, beləliklə, digər zərərçəkmiş şəxslər də ora gəlmişdir. X27 dəvət etmişdir. O, Ayşənlə görüntülü danışarkən Nəzakətin də Türkiyədə olduğunu bilmişdir. Ayşən Türkiyədə yaxşı pul qazandığını, özünə avtomobil aldığını, habelə ev də alacağını bildirib onu da ora dəvət etmişdir. Türkiyəyə getməmişdən əvvəl onun şəkilləri Nəzakətdə olmuş, Nəzakət onun şəkillərini restoran sahibinə göstərmək üçün istəmişdir. Onun hazırda ailəsi ilə əlaqəsi yoxdur, onlarla danışmır. Amma hadisə baş verən dövrdə ailəsi ilə əlaqəsi olmuşdur. Ayşən ona Türkiyədə restoranda yaxşı pul qazanacağını, orada imkanlı kişilərin olduğunu demişdir, lakin hər hansı şəxslərdən cinsi yolla pul qazanacağını deməmişdir. Nəzakətin müştərilərlə görüşə görə müəyyən etdiyi məbləğlər fərqli olmaqla 2000-4000-6000 türkiyə lirəsi məbləğlər arası dəyişmişdir. Həmin məbləğlərdən ***-**** türk lirəsi, bəzən də 2000 türk lirəsini onlara vermişdir. Nəzakət Yasamal rayonunda polis tanışının olduğunu və onlara deyəcəyi ilə hədələmişdir. O, 2 fevral 2024-cü il tarixdə 700-800 manat pulla Azərbaycana qayıtmışdır. O, ölkəyə qayıtdıqdan sonra qorxduğuna görə şikayət etməmişdir. Nəzakət tez-tez ona videogörüntülü zəng edərək kiməsə deməməsini, ölkəyə giriş-çıxışda problem yaşamamaları barədə tənbehləyib hədələmişdir. O, ilk dəfə Xəyaləni 5 mart 2024-cü il tarixdə Türkiyəyə getmək üçün hava limanında olanda görmüş, ondan hara və nə üçün getdiyini qorxduğuna görə soruşmuşdur. O, Suğra ilə kafedə görüşmüş, sonuncu ondan xəbərsiz Nəzakətin nömrəsini telefonundan götürüb və Nəzakətlə əlaqə saxlayaraq Türkiyəyə getmişdir. Ayşənin ifadəsində göstərdikləri doğru deyildir. O, Türkiyəyə getməmişdən əvvəl Bakıda “pub”,restoranlarda və mağazada satıcı olaraq işləmişdir. “Pub” və restoranlarda günlük qazancı 80-100 manat təşkil etmişdir. O həmin restoranlarda işlədiyi vaxtlarda ailəsi ilə yaşamamışdır. Türkiyədə olduğu vaxtda ailəsi ilə danışmış, onu ailəsi ilə hədələmişlər. Onun atası və qardaşı vardır, qardaşı hazırda həqiqi hərbi xidmətdədir. O, hədə-qorxuya məruz qalması barədə ibtidai istintaq dövründə müstəntiqə məlumat vermişdir. Türkiyədə qaldığı evdə 4 xanım olmuş, oradakı restoran 2 mərtəbəli olmuşdur. Birinci mərtəbə restoran, ikinci mərtəbə isə otel otaqları kimi olmuşdur. Həmin restoranda 10-15 otaq, 40-50 nəfər fərqli ölkə vətəndaşlarının qızları olmuşdur. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu bildirərək məhkəmədən təqsirləndirilən şəxsə qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi.
16. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, hazırda heç yerdə işləmir. 2010-cu ildə Malik adlı şəxslə ailə qurmuş, həmin ildə Malik ilə boşanmış, boşandıqdan sonra nənəsi ilə birlikdə Bakı şəhərində yaşamışdır. Həmin vaxtlarda bir neçə kafe və restoranlarda xidmətçi kimi işləmiş, 2022-ci ilin dekabr ayının sonlarında “Tiktok” sosial şəbəkəsində Ayşən adlı qadınla tanış olmuş, həmin vaxtdan etibarən onunla aralarında yaxşı münasibətləri yaranmışdır. Ayşən ona Türkiyə Respublikasına gedib-gəldiyini, orada yaxşı pul qazandığını demiş, Ayşəndən orada nə işlə məşğul olduğunu soruşduqda o, İğdır şəhərində yaşayan bibisinin restoranının olduğunu, həmin restoranda xidmətçi işlədiyini, həmin işlə yaxşı pul qazanmağın mümkün olduğunu, orada bu işə tələbat olduğunu bildirmişdir. Həmçinin ona da, İğdır şəhərində yerləşən həmin restoranda işləməyi təklif etmiş, o isə fikirləşib cavab verə biləcəyini demiş, həmin vaxtlarda maddi cəhətdən sıxıntıları yaranmış, belə ki, aldığı məvacib ehtiyaclarını ödəməmişdir. 2022-ci ilin dekabr ayının sonlarında həmin vaxt kirayədə yaşadığı ünvan 2 ünvanında olan zaman Ayşən ilə mobil telefon vasitəsilə danışarkən ona maddi sıxıntıları olduğunu demiş, ona bu barədə özü məlumat vermiş, bundan sonra o yenidən Türkiyə Respublikasına gedib orada işləməyi təklif etmiş, təklifə əsasən orada restoranda işləməli və bunun müqabilində hər ay 2500-3000 manatdan çox pul qazanmalı olmuş, belə olan halda pul qazanmaq üçün onunla razılaşmış, məqsədim pul qazanıb maddi ehtiyaclarını qarşılamaq olmuşdur. Bilet almağa pulunun olmadığnı dedikdə, Ayşən pasportunun şəklini ona göndərməyini və bilet alacağını demiş, belə olan halda şəxsiyyət vəsiqəsinin şəklini ona göndərmiş, daha sonra Ayşən onunla əlaqə saxlayaraq 30 dekabr 2022-ci il tarixdə ona Bakı Hava limanından Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün bilet aldığını demiş, eyni zamanda İstanbul şəhərindən də, təyyarə ilə İğdır şəhərinə gedəcəklərini bildirmişdir. 30 dekabr 2022-ci il tarixdə Bakı Hava limanından Türkiyə Respublikasının İğdır şəhərinə getmiş, İğdır şəhərinə çatdıqdan sonra Ayşənin bibisi Nəzakətin tanışı olan taksi sürücüsü qarşılamış, həmin gün o, Ayşənlə birlikdə oteldə qalmış, həmin günün səhəri isə Nəzakət onları orada kirayə tutduğu evə aparmış, ilk dəfə İğdır şəhərinə getmiş, ona görə də orada heç bir yeri tanımamış, orada başqa 3 nəfər qadın olmuş, daha sonra Nəzakət otaqlarına gəlmiş, ilk öncə ondan pasportunu almış və onu işləmək üçün qeydiyyata aldıracağını demişdir. Bir qədər söhbət etdikdən sonra ondan harada işləyəcəyi barədə soruşmuş, Nəzakət orada rahat pul qazanmaq üçün kişi müştərilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olacağını və bunun qarşılığında qazanc əldə edəcəyini bildirmiş, o isə etiraz edərək geri qayıtmaq istədiyini dedikdə, Nəzakət bilet aldığı üçün ona borclu olduğunu, dediklərini etməyəcəyi təqdirdə problemlər yaradacağını, orada çoxlu tanışlarının olduğunu və sonuncuların vasitəsi ilə ona böyük problemlər yaradacağını, onu polislər tərəfindən tutduracağı ilə hədələmişdir. İlk dəfə İğdır şəhərində olduğundan və oranı tanımadığından qorxduğu üçün təzyiqlər qarşısında Nəzakətin dedikləri ilə razılaşmaq məcburiyyətində qalmış, həmin vaxtan etibarən Nəzakət və Ayşən onu Nəzakətin işlətdiyi hazırda adını xatırlamadığı restoranında gün ərzində 1-2 kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdürmüş, həmin restoranın otaqlarında müştəri ilə cinsi əlaqədə olmuşdur. Nəzakət və Ayşən isə qazanc əldə edərək həmin pulun bir hissəsini də ona vermiş, Ayşən isə onu müştərilərə apardığına görə Nəzakətdən əlavə pul almış, həmçinin Nəzakət ona qazanc olaraq pul da vermişdir. Onlara işləmək istəmədiyini bildirib çıxıb getmək istədiyini dedikdə Nəzakət onun üstünə qışqıraraq nalayiq ifadələrlə onu təhqir edib işləməyə məcbur olduğunu bildirib əks halda isə onun dediklərini etməsə ailəsinə və yaxınlarına olanlar barədə hər şeyi açıb deyəcəyi ilə hədələmişdir. Olanlar barəsində heç kimin bilməməsi üçün təzyiqlər qarşısında susaraq tələb edilənləri etməyə davam etmiş, Nəzakətə hər dəfə işləyə bilmədiyini dedikdə, onun dediklərini ciddiyə almayaraq təhqir etmiş, yenidən Nəzakətin dediyi kimi işləməyə məcbur olmuşdur. Olanlar qarşısında nə edəcəyini bilməmiş, Nəzakətin etdiyi zülmlərə məcburiyyət qarşısında qalaraq dözmüş, bunun əsas səbəblərindən biridə yuxarıda qeyd etdiyi kimi ilk dəfə İğdır şəhərində olmağı və heç bir yeri tanımamağı olmuşdur. Nəzakətin nəzarəti altında təxminən 2 ay ərzində İğdır şəhərində birincinin tapdığı kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmuş, 2023-cü ilin fevral ayının sonlarında evdə heç kəs olmadığı vaxtda pasportu tapıb taksi ilə hava limanına qaçmış, 28 fevral 2023-cü il tarixdə Bakı şəhərinə qayıtmışdır. Azərbaycana qayıdan zaman Nəzakət ona zəng vuraraq orada baş verənlər barədə hər hansı bir şəxsə və hüquq-mühafizə orqanlarına məlumat verəcəyi təqdirdə ailə üzvlərinə fahişəliklə məşğul olmağı barədə məlumat verəcəyini və ona problemlər yaradacağını demiş, məcburiyyət qarşısında qalıb razılaşmış, Azərbaycana qayıtdıqdan bir müddət sonra Nəzakət ona yenidən zəng vuraraq geri qayıtmadığı halda onu rüsvay edəcəyini demiş, qorxduğu üçün heç kəsə heç nə deyə bilməmişdir. Bakı şəhərinə gəldikdən bir müddət sonra Nəzakət və Ayşənlə əlaqəsini tamamilə kəsmişdir. Belə ki, mobil telefon nömrəsini və s. dəyişərək ona zəng etmələrinin qarşısını almışdır. Daha sonra Bakı şəhərində yaşadığı müddətdə Bəxtiyar adlı şəxslə tanış olub ailə qurmuş, hazırda həmin evlilikdən bir övladı vardır. Keçən müddət ərzində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi haqqında məlumat alaraq orada hər şeyin gizli saxlanıldığını öyrənmiş və buna görə Nəzakət və Ayşən barəsində şikayət etmək qərarına gəlmiş, belə olan halda qeyd olunan Baş idarəyə gələrək bu barədə ərizə yazmışdır.
17. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs4 ifadəsinə əlavə edərək göstərdi ki, Türkiyədə Ayşən onu bibisi Nəzakətə təhvil verdikdən sonra Ayşəni görməmişdir. Pulu Nəzakət almış, həmin pulu kirayə və digər xərclərə bölmüş, qalan pulu isə onlara vermişdir. O, Türkiyədəki vəziyyəti görüb Ayşənə belə danışmadıqlarını dedikdı Təqsirləndirilən şəxs ona narahat olmamasını, hər şeyin yaxşı olacağını bildirmişdir. O, Türkiyəyə 2022-ci ilin sonunda getmiş, 2023-cü ildə yeni ili orada qeyd etmiş, Təqsirləndirilən şəxs də yeni ili onlarla birlikdə qeyd etmiş, sonradan Təqsirləndirilən şəxs görməmişdir. O, iki ay Türkiyənin İğdır şəhərində qalıb işləmişdir. Nəzakət təyyarə biletinin qiymətinin 1000 manat olduğunu bildirmişdir. Bir gün qaldığı evdə heç kimin olmadığı vaxtda sənədlərinin şüşədən olan yerdə saxlanıldığını görüb oradan götürərək aeroporta gəlmiş, orada kiməsə məlumat vermədən çıxıb Azərbaycana gəlmiş və bir daha ora qayıtmamış, yalnız istirahət üçün Türkiyəyə getmişdir. O, ailə qurduqdan sonra bu barədə şikayət etmişdir. Müştərilərin tapılmasını və onlarla görüşdürülməsini Nəzakət həyata keçirimişdir. Nəzakət onun müştərilərlə görüşməsindən əldə etdiyi puldan kirayə haqqını və təyyarə biletinə verdiyi pulu çıxdığını və yerdə qalan pulu ona verdiyini bildirmişdir. Ayşən onu Türkiyəyə apararkən Nəzakətə onun əmanətini çatdırmasını bildirmişdir. Nəzakət onun əlindən şəxsiyyət vəsiqəsini almış, etiraz edib evə qayıtmaq istədiyini bildirdikdə isə orada qalıb işləyəcəyini və bu barədə harasa məlumat verəcəyi halda oradan sağ çıxmayacağını bildirmişdir. O, bəzən xəstələndiyindən işləyə bilməmiş, Nəzakət belə olan halda ona qazana biləcəyi pulu ona verməsini və işləməməsini bildirmişdir. Ayşən onu Türkiyəyə apardığına görə ondan şikayətçidir. İlk dəfə Türkiyəyə getdiyi gün Ayşənin müştərilərlə görüşdüyünü görmüşdür. O, Ayşənin bibisini əvvəllər tanımamış, Nəzakətə onun nömrəsini Ayşən vermiş, Nəzakət də onunla əlaqə saxlayaraq bir ana kimi olduğunu, Türkiyəyə gəlib restoranda işləməsini təklif etmişdir. O, Türkiyədən qayıdarkən Naxçıvandan keçərək Azərbaycana qayıtmışdır. Azərbaycandan Türkiyəyə gedərkən şəxsiyyət vəsiqəsi ilə getmiş, lakin Türkiyədən Azərbaycana qayıdarkən pasportla qayıtmışdır. Nəzakət həm vəsiqəsini, həm də pasportunu onun əlindən almışdır. O, Azərbaycana qayıtdıqdan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumatı olmamış, sonradan bu barədə məlumat almışdır. Onu Ayşəndən şikayət etməyə heç kim çağırmamış, ailə qurduğundan, eləcə də onun üçün problem yaranmasını istəmədiyindən özü gedib şikayət etmişdir. Onun Azərbaycanda qazancı 450 manat, Türkiyədə isə 2500-3000 manat olmuşdur. Ayşənin ifadəsində danışdıqları doğru deyildir. “662 42 70” mobil telefon nömrəsi əvvəllər onun istifadəsində olmuş, o, sonradan mobil telefon nömrəsini dəyişərək Ayşən və Nəzakətlə əlaqəsini kəsmişdir. O, Ayşənin bibisini əvvəlcədən tanımamışdır. O, hava limanına Ayşənin evindən getmişdir. Digər zərərçəkmiş şəxsləri tanımır. Sonda Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi.
18. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə bir qız vasitəsilə telefonda tanış olmuş, daha sonra Təqsirləndirilən şəxs bibisi ilə danışmağa başlamışdır. Təqsirləndirilən şəxs ilə 2 dəfə Türkiyəyə birlikdə gedib-qayıtmışlar. O, Türkiyəyə fahişəliklə məşğul olacağını bilərək getmişdir. Şəbnəmi Təqsirləndirilən şəxs ilə eyni vaxtda tanımış, Şəbnəm də onlarla birlikdə Türkiyəyə getmişdir. O, 2 gün işləməmiş, Azərbaycana qayıtmaq istədiyini bildirmiş, lakin bundan sonra bütün əşyaları oğurlanmışdır. Nəzakət dəmir dabankeşlə onu döymüş, məcburən onu işlətmişdir. Ayşənlə Türkiyədə təxminən bir ay eyni evdə yaşamışdır. O, iki dəfə Türkiyəyə getmişdir. Türkiyəyə getdikdən sonra oradakı vəziyyətin iyrənc olduğunu, yəni hamının çılpaq və iyrənc vəziyyətdə olmasını görüb işləmək istəməmişdir. O, Ayşənlə bir həftə görüntülü danışmış, həmçinin Ayşən onu bibisi ilə videokonfrans formatında əlaqələndirmiş, təxminən 1 həftə-10 gün fikirləşdikdən sonra getməyə razı olmuşdur. O, bir müştəri ilə görüşə 2 000 türk lirəsi almış, pulun hamısı onun özünə qalmış, aylıq olaraq Nəzakətə 150-200 manat məbləğlərində pul vermişdir. Ayşən onu hər hansı işə məcbur etməmiş, onu döyməmiş, onu döyən Nəzakət olmuş, sonuncu onu orada məcburən işlətmişdir. Onlardan başqa restoranda ayrı-ayrı ölkələrdən təxminən 200 qız da fahişəliklə məşğul olmuşdur. O, polis orqanına Nəzakətin ev ünvanını və restoranın ünvanını bildirmişdir. Nəzakət Şəbnəmi də çox döymüşdür. O, Ayşənin sözünə inanıb getdiyindən sonuncudan şikayətçidir, onunla barışmamışdır. Belə ki, Nəzakət onu döyərkən Ayşən görməsinə baxmayaraq heç nə etməmişdir. Ayşən Türkiyədə çox qalmamış, orada, adətən, 10 gün qalıb geri qayıtmışdır. Bəzən Ayşənlə birlikdə müştərilərlə görüşmüş, sonuncu iş olmadıqda restoranda oturmuşdur. O, sonradan Nəzakətin əlindən qaça bilmiş, Qars şəhərində olarkən Ayşən onu aldadaraq yenidən İğdır şəhərinə getməyə razı salmış, orada onu bibisi Nəzakətə təhvil vermiş, Nəzakət də onu döymüşdür, məhz bu səbəbdən Ayşəndən şikayətçidir. O, Türkiyədə 5 ay yarım qalmış, orada işləmək istəmədiyini Ayşənə də, Nəzakətə də, digər qızlara da bildirmiş, bundan sonra onun bütün əşyaları, həmçinin şəxsiyyət vəsiqəsi də oğurlanmışdır. O isə pasportunu çantasında gizlətmiş, Azərbaycana pasportla qayıtmışdır. İkinci dəfə Nəzakət ona oğlunun əməliyyatına görə 4 min manat göndərmiş, o da bunun qarşılığında Ayşənlə birlikdə Türkiyəyə gedib onunla birlikdə geri qayıtmışdır.
19. Zərərçəkmiş şəxs3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələri arasında ziddiyyətlər olduğundan həmin izahat və ifadələri elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs3 həmin izahat və ifadələrində göstərmişdir ki, o, hazırda heç yerdə işləmir. 2003-cü ildə Şahin Abışovla ailə qurmuş, həmin evlilikdən bir övladı vardır. Övladı 1-ci qrup əlildir. 2006-cı ildə Şahinlə boşanmış, daha sonra Roma adlı şəxslə qeyri-rəsmi olaraq ailə kimi birlikdə yaşamış, həmin münasibətdən də, bir övladı vardır. 2016-cı ildə Roma ilə də ayrılmış, həmin vaxtdan etibarən müxtəlif işlərdə işləməklə ailəsini dolandırmışdır. Belə ki, övladı 1-ci qrup əlil olduğundan və müalicəsi üçün pul lazım olduğundan bir neçə kafe və restoranlarda xidmətçi kimi işləmiş, sonradan gözəllik salonlarına getməklə lazeroloq kimi fəaliyyət göstərməyə başlamış, 2024-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri ərazisində yerləşən hazırda adını xatırlamadığı restoranda olan zaman Ayşən adlı qadınla tanış olmuş, həmin vaxtdan etibarən onunla aralarında yaxşı münasibət yaranmış, Ayşən ona Türkiyə Respublikasına gedib-gəldiyini, orada yaxşı pul qazandığını demiş, Ayşəndən orada nə işlə məşğul olduğunu soruşduqda sonuncu İğdır şəhərində yaşayan bibisinin restoranının olduğunu, həmin restoranda xidmətçi işləməklə özünə avtomobil aldığını, həmin işlə yaxşı pul qazanmağın mümkün olduğunu, orada bu işə tələbat olduğunu bildirmişdir. 2024-cü fevral ayında maddi sıxıntıları yaranmış və müxtəlif yerlərə müraciət etsə də, heç bir yerdə iş tapıb işləyə bilməmiş, əvvəllər Bakı şəhərində restoranda və gözəlik salonunda işləmişdir. Təxminən 2024-cü ilin fevral ayının sonlarında yaşadığı ünvan 4 ünvanında olan zaman Ayşən ilə mobil telefon vasitəsilə danışarkən ona maddi sıxıntıları olduğunu və iş tapıb işləyə bilmədiyini yenidən demişdir. Belə ki, ona bu barədə özü məlumat vermiş, bundan sonra ona Türkiyə Respublikasına gedib orada işləməyi təklif etmişdir. Təklifə əsasən orada restoranda işləməli və bunun müqabilində hər ay 3000-4000 manatdan çox pul qazanmalı olmuş, belə olan halda məcburiyyət qarşısında qalıb onunla razılaşmış, məqsədi pul qazanıb maddi ehtiyaclarını qarşılamaq olmuş, bilet almağa pulunun olmadığını dedikdə, Ayşən şəxsiyyət vəsiqəsinin şəklini ona göndərməyini və ona bilet alacağını demişdir. O, şəxsiyyət vəsiqəsinin şəklini Ayşənə göndərmiş, daha sonra Ayşən onunla əlaqə saxlayaraq 5 mart 2024-cü il tarixə ona Bakı Hava limanından Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün bilet aldığını demiş, eyni zamanda İstanbul şəhərindən də, təyyarə ilə İğdır şəhərinə gedəcəyini bildirmişdir. 5 mart 2024-cü il tarixdə Bakı Hava limanından Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, həmin vaxt Şəbnəm adlı qadın da onunla getmiş, Ayşən onun da işləmək üçün getdiyini demiş, İğdır şəhərinə çatdıqdan sonra Ayşənin bibisi Nəzakətin tanışı olan taksi sürücüsü qarşılamışdır. Bundan sonra taksi onları Nəzakətin orada kirayə tutduğu evə aparmış, ilk dəfə İğdır şəhərinə getmiş, ona görə də orada heç bir yeri tanımamışdır. Həmin günü yol yorğunu olduğu üçün biraz istirahət etmiş, orada başqa 4 nəfər qadın olmuş, daha sonra Nəzakət otağa gəlmiş, o, ilk öncə pasportlarını almış və onları işləmək üçün qeydiyyata aldıracağını demişdir. Bir qədər söhbət etdikdən sonra ondan harada işləyəcəyi barədə soruşmuş, Nəzakət onlara burada rahat pul qazanmaq üçün kişi müştərilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olacaqlarını və bunun qarşılığında qazanc əldə edəcəklərini bildirmiş, ona etiraz edərək bura o səbəbdən gəlmədiklərini və işləmək üçün gəldiyini və geri qayıtmaq istədiyini bildirmiş, Nəzakət onun dediklərini etməyəcəyi təqdirdə problemlər yaradacağını, orada çoxlu tanışlarının olduğunu və onların vasitəsi ilə böyük problemlər yaradacağını, polislər tərəfindən tutduracağı ilə hədələmiş, ilk dəfə İğdır şəhərində olduğundan və oranı tanımadığından qorxduğu üçün təzyiqlər qarşısında Nəzakətin dedikləri ilə razılaşmaq məcburiyyətində qalmışdır. Həmin vaxtan etibarən Nəzakət və Ayşən onu Nəzakətin işlətdiyi “Eskitepe” restoranında gün ərzində 1-2 kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdürmüş, həmin restoranın otaqlarında müştəri ilə cinsi əlaqədə olmuş, Nəzakət və Ayşən qarşılığında qazanc əldə edərək həmin pulun bir hissəsini də ona vermişdir. Ayşən onları ora apardığına görə ev pulu və yemək pulu ödəməmiş, həmçinin Nəzakət ona qazanc olaraq pul da vermiş, onlara işləmək istəmədiyini bildirib çıxıb getmək istədiyini dedikdə Nəzakət onun üstünə qışqıraraq nalayiq ifadələrlə təhqir edib işləməyə məcbur olduğunu bildirmiş, əks halda isə onun dediklərini etməsə ailəsinə və yaxınlarına olanlar barədə hər şeyi açıb deyəcəyi ilə hədələmişdir. Olanları heç kimin bilməməsi üçün onun təzyiqləri qarşısında susub və onun dediklərini etməyə davam etmiş, Nəzakətə hər dəfə işləyə bilmədiyini dedikdə, onun dediklərini ciddiyə almayaraq təhqir etmiş, yenidən onun dediyi kimi işləməyə məcbur olmuş, olanlar qarşısında nə edəcəyini bilməmiş, Nəzakətin etdiyi zülmlərə məcburiyyət qarşısında qalaraq dözmüşdür. Bunun əsas səbəblərindən biri də ilk dəfə İğdır şəhərində olmağı və heç bir yeri tanımamağı olmuş, getdikdən təxminən bir ay sonra Şəbnəm anasının vəziyyəti pis olduğundan geri qayıtmış, təxminən 4 ay ərzində İğdır şəhərində kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmuşdur. 2024-cü ilin iyul ayının əvvəllərində xəstə övladanı müalicə etdirməli olduğunu deyərək Nəzakətə Bakı şəhərinə qayıtmalı olduğunu demiş, ilk öncə o, etiraz etsə də, israr edib özünə xəsarət yetirəcəyini demişdir. 08 iyul 2024-cü il tarixdə o, Ayşənlə Bakı şəhərinə göndərmiş, Azərbaycana qayıdan zaman Nəzakət orada baş verənlər barədə hər hansı bir şəxsə və hüquq-mühafizə orqanlarına məlumat verəcəyi təqdirdə onun ailə üzvlərinə fahişəliklə məşğul olmağı barədə məlumat verəcəyini və problemlər yaradacağını demiş, onunla məcburiyyət qarşısında qalıb razılaşmışdır. Azərbaycana qayıtdıqdan sonra Nəzakət tez-tez ona zəng vuraraq ona geri qayıtmağını, əks halda onu rüsvay edəcəyini demiş, qorxduğu üçün məcbur qalıb onun dediyi ilə razı olmuş və ona bir müddət vaxt verməsini istəmişdir. Nəticədə Ayşən və onun dedikləri ilə razılaşmış, bundan sonra onlar geri dönmək üçün bilet almış, 18 oktyabr 2024-cü il tarixdə yenidən Ayşənlə birlikdə Bakı hava limanından Türkiyə Respublikasının İğdır şəhərinə getmişdir. Ayşən və Nəzakət əvvəllər olduğu kimi nəzarətləri altında pul qarşılığında cinsi əlaqədə olmaq məqsədi ilə kişilərlə görüşdürməyə başlamışdır. 2024-cü dekabr ayında restorana gələn Eren adlı Türkiyə Respublikasının vətəndaşı ilə tanış olmuş, Eren ona zülm etdiklərini gördükdən sonra birlikdə Kars şəhərinə getməyi təklif etmiş, canını qurtarmaq üçün onun təklifi ilə razılaşmış və 2024-cü ilin dekabr ayının əvvələrində Erenlə birlikdə restorandan qaçaraq Kars şəhərinə getmiş, orada olduğu müddət ərzində Nəzakət və Ayşən tez-tez ona zəng edərək geri qayıtmağını tələb etmiş, lakin onların dediklərinə əhəmiyyət verməmişdir. Belə ki, Eren ona narahat olmamağını, dəstək olacağını demiş, 2025-ci ilin yanvar ayınadək keçən müddət ərzində Kars şəhərində Erenlə birlikdə qaldıqdan sonra Azərbaycana geri dönməyə qərar vermiş, bu barədə Ayşənə sonuncu dəfə onunla danışan zaman məlumat vermiş, Ayşən ona bilet alacağını onunla birlikdə qayıdacağını demişdir. O, biletin şəkilini ona atdıqdan sonra Erenlə birlikdə İğdır şəhərinə geri qayıtmış, bir gün orada qaldıqdan sonra Ayşənlə birlikdə Bakı şəhərinə qayıtmışdır. Geri qayıtdıqdan sonra Ayşən orada olanlar barədə heç kəsə heç nə deməməyini və deyəcəyi halda orada pul qarşılığında kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmağını ailəsinə və yaxınlarına deyəcəyi ilə onu hədələmişdir. Qorxduğu üçün heç kəsə heç nə deyə bilməmiş, Bakı şəhərinə gəldikdən sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi haqqında məlumat alaraq orada hər şeyin gizli saxlanıldığını öyrənmiş və buna görə Nəzakət və Ayşən barəsində şikayət etmək qərarına gəlmişdir. Qeyd olunan Baş idarəyə gələrək bu barədə ərizə yazmışdır (Cild 1, i.v. 66-69;).
20. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, hazırda heç yerdə işləmir. 2018-ci ildə Şəkər adlı şəxslə ailə qurmuş, 2022ci ildən etibarən Şəkərlə rəsmi olaraq boşanmasa da faktiki olaraq ayrılmışdır. Həmin evlilikdən bir övladı vardır. Ayrıldıqdan sonra Bakı şəhərində bir neçə kafe və restoranlarda xidmətçi kimi işləmişdir. 2024-cü ilin mart ayının əvvəllərində rəfiqəsi Zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri ərazisində yerləşən restoranların birində olan zaman ona Türkiyə Respublikasında yaşayan Nəzakət adlı qadın zəng etmiş, Şəbnəmdən həmin qadının kim olduğunu soruşduqda o həmin qadının onu işlə bağlı Türkiyə Respublikasına çağırdığını demiş və bu barədə ona başqa məlumat verməmişdir. Şəbnəmə Türkiyə Respublikasına getmək istədiyini desə də, o həmin qadının onu işə düzəldə bilməyəcəyini demiş, bir az sonra Şəbnəm əlini yumaq üçün gedən zaman onun mobil telefonundan həmin qadının mobil telefonu götürüb özündə qeyd etmiş, lakin bu barədə onun xəbəri olmamışdır. Bir müddət sonra həmin vaxt kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu Qara Qarayev küçəsi ərazisində yerləşən evdə olan zaman Nəzakət adlı qadınla əlaqə saxlamış, söhbət əsnasında onun kim olduğunu və nə üçün zəng etdiyini soruşduqda mobil nömrəsini rəfiqəsi Şəbnəmin mobil telefonundan götürdüyünü, lakin onun bu barədə məlumatının olmadığını, Türkiyə Respublikasında işləmək üçün ona zəng etdiyini demiş, Nəzakət Türkiyə Respublikasında yaşadığını, orada yaxşı pul qazandığını demiş, ondan orada nə işlə məşğul olduğunu soruşduqda Nəzakət İğdır şəhərində restoranının olduğunu, həmin işlə yaxşı pul qazanmağın mümkün olduğunu, orada bu işə təlabat olduğunu bildirmişdir. Həmçinin ona da İğdır şəhərində yerləşən həmin restoranda işləməyi təklif etmiş, həmin vaxt onunla birlikdə yaşayan Reyhan da onun yanında olmuş, o da, işləmək üçün Türkiyə Respublikasına getmək istəmiş, məhz buna görə də, Reyhan da Nəzakətlə telefonda danışmış, bir az söhbət etdikdən sonra fikirləşib ona cavab verə biləcəklərini demişlər. Həmin vaxtlar maddi cəhətdən sıxıntıları yaranmışdır. Belə ki, aldığı məvacib ehtiyaclarını ödəməmişdir. 2024-cü ilin aprel ayının ortalarında həmin vaxt kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi ərazisində yerləşən evdə olan zaman Nəzakət ilə mobil telefon vasitəsilə danışarkən ona maddi sıxıntıları olduğunu demiş, ona bu barədə özü məlumat vermiş, bundan sonra o yenidən Türkiyə Respublikasına gedib orada işləməyi təklif etmiş, təklifə əsasən orada restoranda işləməli və bunun müqabilində hər ay 2000-2500 manatdan çox pul qazanmalı olmuşdur. Pul qazanmaq üçün onunla razılaşmış, məqsədi pul qazanıb maddi ehtiyaclarını qarşılamaq olmuşdur. Həmçinin Reyhan da, onun təklifi ilə razılaşmış, bilet almağa pulunun olmadığını dedikdə, Nəzakət pasportlarının şəklini ona göndərmələrini və onlara bilet alacağını demiş, pasportlarının şəklini Nəzakətə göndərmiş, daha sonra Nəzakət onlarla əlaqə saxlayaraq xx.xx.2024-cü il tarixə Bakı Hava limanından Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün bilet aldığını demişdir. Eyni zamanda İstanbul şəhərindən də təyyarə ilə İğdır şəhərinə gedəcəklərini bildirmiş, xx.xx.2024-cü il tarixdə Bakı Hava limanından Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, İğdır şəhərinə çatdıqdan sonra Nəzakətin tanışı olan taksi sürücüsü onları qarşılamış, həmin gün Nəzakətin evində qalmış, ilk dəfə İğdır şəhərinə getmiş, ona görə də orada heç bir yeri tanımamışdır. Orada onlardan başqa 3 nəfər qadın olmuş, Şəbnəm də həmin qadınların arasında olmuş, daha sonra Nəzakət onların otağına gəlmiş, o, ilk öncə pasportunu almış və onu işləmək üçün qeydiyyata aldıracağını demiş, bir qədər söhbət etdikdən sonra ondan harada işləyəcəyi barədə soruşmuş, Nəzakət orada rahat pul qazanmaq üçün kişi müştərilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olacağını və bunun qarşılığında qazanc əldə edəcəyini bildirmiş, ona etiraz edərək geri qayıtmaq istədiyini bildirmişdir. Nəzakət bilet aldığını, ona görə də ona borclu olduğunu, onun dediklərini etməyəcəyi təqdirdə problemlər yaradacağını, orada çoxlu tanışlarının olduğunu və onların vasitəsi ilə ona böyük problemlər yaradacağını, onu polislər tərəfindən tutduracağı ilə hədələmişdir. İlk dəfə İğdır şəhərində olduğundan və tanımadığından qorxduğu üçün təzyiqlər qarşısında Nəzakətin dedikləri ilə razılaşmaq məcburiyyətində qalmış, orada olan zaman Şəbnəm ona məhz buna görə Nəzakətin mobil nömrəsini ona vermədiyini demiş, Nəzakətin qohumu Ayşən də onun yanında olmuş və ona bu işlərdə köməklik etmişdir. Həmin vaxtan etibarən Nəzakət və Ayşən onu Nəzakətin işlətdiyi “Arena" restoranında gün ərzində 1-2 kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdürmüş, həmin restoranın otaqlarında müştəri ilə cinsi əlaqədə olmuş, Nəzakət və Ayşən bunun qarşılığında qazanc əldə etmiş və həmin pulun bir hissəsini də ona vermiş, həmçinin Nəzakət Ayşənə qazanc olaraq pul da vermişdir. Onlara işləmək istəmədiyini bildirib çıxıb getmək istədiyini dedikdə Nəzakət onun üstünə qışqıraraq nalayiq ifadələrlə təhqir edib işləməyə məcbur olduğunu bildirmiş, əks halda isə onun dediklərini etməsə ailəsinə və yaxınlarına olanlar barədə hər şeyi açıb deyəcəyi ilə hədələmişdir. Olanları heç kimin bilməməsi üçün onun təzyiqləri qarşısında susub və onun dediklərini etməyə davam etmiş, Nəzakətə hər dəfə işləyə bilmədiyini dedikdə, sonuncu onun dediklərini ciddiyə almayaraq təhqir etmiş, yenidən işləməyə məcbur olmuş, olanlar qarşısında nə edəcəyini bilməmiş, Nəzakətin etdiyi zülmlərə məcburiyyət qarşısında qalaraq dözmüşdür. Bunun əsas səbəblərindən biridə qeyd etdiyi kimi ilk dəfə İğdır şəhərində olmağı və heç bir yeri tanımamağı olmuşdur. Nəzakətin və Ayşənin nəzarəti altında təxminən 10 gün ərzində İğdır şəhərində onların tapdığı kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmuş, 2024-cü ilin aprel ayının sonlarında Şəbnəm Nəzakətə səhhətində problem olduğunu, həmçinin ailə üzvlərinin də xəstə olduğunu bildirmiş və geri qayıtmalı olduğunu demişdir. O da övladının xəstə olduğunu, bu səbəbdən necə olursa olsun geri qayıdacağını demiş, Nəzakət əl çəkmədiyini görüb daha sonra qayıtmaq şərtilə onları buraxmış, Azərbaycana qayıdan zaman Nəzakət orada baş verənlər barədə hər hansı bir şəxsə və hüquq-mühafizə orqanlarına məlumat verəcəyi təqdirdə ailə üzvlərinə fahişəliklə məşğul olmağı barədə məlumat verəcəyini və ona problemlər yaradacağını demişdir. Nəzakətlə məcburiyyət qarşısında qalıb razılaşmış, xx.xx.2024-cü il tarixdə Şəbnəmlə birlikdə geri qayıtmış, lakin Reyhan orada qalmışdır. Azərbaycana qayıtdıqdan sonra Nəzakət tez-tez zəng vuraraq geri qayıtmağını, əks halda onu rüsvay edəcəyini demiş, qorxduğu üçün heç kəsə heç nə deyə bilməmiş, Bakı şəhərinə gəldikdən bir müddət sonra onlarla əlaqəsini tamamilə kəsmişdir. Keçən müddət ərzində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi haqqında məlumat alaraq orada hər şeyin gizli saxlanıldığını öyrənmiş, buna görə Nəzakət və Ayşən barəsində şikayət etmək qərarına gəlmiş, qeyd olunan Baş idarəyə gələrək bu barədə ərizə yazmışdır.
21. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, o, Şəbnəmlə rəfiqə olmuş, Şəbnəmlə kafedə olarkən Nəzakət Şəbnəmə zəng edib onun barəsində maraqlanaraq iş təklif etmişdir. O, Şəbnəmdən Nəzakətin onunla niyə maraqlanmasını soruşduqda Şəbnəm ona hər hansı bir söz demədən “onluq iş olmadığını” bildirmiş, bu səbəbdən Şəbnəmdən gizli onun telefonundan Nəzakətin nömrəsini götürüb sonuncuya zəng etmişdir. Nəzakət ondan nə işləməsi ilə bağlı soruşduqda ona ofisiant işlədiyini bildirmişdir. Nəzakət ona Türkiyədə obyektlərinin olduğunu və orada ofisiant işləməyi, qarşılığında 1500-2000 manat maaş alacağını təklif etmişdir. O, Türkiyəyə getməmişdən əvvəl fahişəliklə məşğul olmamışdır. Onu müştərilərlə görüşdürən Təqsirləndirilən şəxs olmuş, sonuncu ilə Nəzakət müştərilərdən pulu alıb yarısını ona vermişdir. Türkiyədə olarkən yemək-içmək və orada qalmaq pulu özü tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Onun Türkiyəyə gediş biletinin pulunu Nəzakət vermişdir. O, ilk dəfə Nəzakətlə danışmış, Türkiyəyə gedənədək videogörüntülü danışarkən Təqsirləndirilən şəxs də görmüşdür. O, Şəbnəmə bilet alıb qayıtmaq istədiyini bildirmiş və bilet alıb qayıtmışlar. O, ölkəyə geri qayıtmaq istədikdə ona ailəsi və uşaqları ilə hədə-qorxu gəlmişlər. O, Azərbaycana qayıtdıqdan sonra bir neçə dəfə ona zəng gəlmiş, sonda hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Nəzakət ona Türkiyəyə getmək təklifini etdikdə Ayşən də yaxşı olacağını bildirib bibisinin dediklərini təsdiq etmiş, bu səbəbdən təklifi qəbul etmiş, biletini isə Nəzakət almışdır. Ayşəni ilk dəfə videogörüntülü danışıq zamanı görmüş, ikinci dəfə isə Türkiyədə olan evdə görmüşdür. O, Türkiyəyə Ayşənlə deyil, burada birlikdə yaşadığı Reyhan adlı qızla getmişdir. Reyhanı Türkiyəyə özü aparmamış, Nəzakətlə videogörüntülü danışarkən Reyhan da yanında olmuşdur. 11 gün Türkiyədə işləmişdir. Ona işləyib bilet pulunu qaytarmalı olması bildirilməklə məcburi işlədilmişdir. Onu Türkiyədə işləməyə məcbur edən şəxslər Nəzakət və Ayşən olmuşdur. Ayşən müştərilərlə danışmış, alınan pulu bölüşdürmüşdür. Ayşən hətta onu müştərilərin qarşısında oynamağa məcbur etmişdir. O, Türkiyəyə ilk dəfə hazırkı məsələ ilə bağlı getmiş, başqa hər hansı xarici ölkəyə getməmişdir.
22. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş İAMBİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 28 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Baş İdarəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs və Nəzakət adlı qadın tərəfindən Türkiyə Respublikasının İğdır şəhərinə aparılaraq, həmin şəhərdə cinsi istismara məruz qaldıqlarını, onların barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görülməsini xahiş etmiş, Baş İdarə rəhbərliyi tərəfindən ərizələr üzrə araşdırmanın aparılması ona həvalə edildiyindən tərəfindən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 mahiyyəti üzrə izahatı alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs xx xxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs, Nəzakət adlı qadının isə sonuncunun bibisi olması müəyyən edilərək tərəfindən Baş İdarəyə dəvət edilməklə qeyd edilənlərlə bağlı izahatı alınmışdır. Daha sonra toplanmış material prosessual qərar qəbul olunması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinə göndərilmişdir. Bundan əlavə 3 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs4 ərizə ilə Baş İdarəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs və Nəzakət adlı qadın tərəfindən Türkiyə Respublikasının İğdır şəhərinə aparılaraq, həmin şəhərdə cinsi istismara məruz qaldığını, onların barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görülməsini xahiş etmişdir. Həmin ərizə də toplanmış materiala əlavə edilib baxılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinə göndərilmişdir. Nəzakət Məmmədovanın hazırda Azərbaycan Respublikası ərazisində deyil, Türkiyə ərazisində olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxslərin izahatları alınarkən onlara qarşı hər hansı təzyiq və ya təsirlər olmamış, eləcə də hər hansı istiqamət verilməmişdir. Suğra, Xəyalə və Şəbnəmin eyni tarixdə Baş İdarəyə sözləşib gəlmələri barədə hər hansı məlumatı yoxdur. Nəzakət adlı şəxsin şəxsiyyəti aydınlaşdırılmaqla yeri müəyyən edilmiş, lakin onun hazırkı tarixədək cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmamışdır.
23. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə üzləşdirmə protokollarını, Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış protokolu və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
24. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan və bu barədə toplanmış materiallardan görünür ki, 25 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra mətndə - BMCMİ-nin) İstintaq İdarəsinin baş müstəntiqi polis polkovnikleytenantı Şamxal Nəcəfov tərəfindən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs və Nəzakət adlı şəxs tərəfindən aldadılaraq Türkiyə Respublikasının İğdır şəhərində cinsi istismar olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə (bundan sonra mətndə-İAQMBİ) müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (Cild 1, i. v. 1-31;).
25. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 4 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışlar (Cild 1, i.v. 61; 76;).
26. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 5 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışlar (Cild 1, i.v. 91; 104;).
27. “Azemis” elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2025 və 1 iyul 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri – valideynləri X18 və X5 ilə birlikdə həmin ünvanda yaşamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (Cild 1, i. v. 137-138; Cild 2;).
28. İAQMBİ-nin xx.xx.2025-ci il tarixli 3-13-10-2-464/2025 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Reyhan” adlı şəxsin – xx.xx.2001-ci il təvəllüdlü X9 olduğu müəyyən olunmuş, o, 10 aprel 2024-cü il tarixdə ölkə hüdudlarını Türkiyə Respublikası istiqamətində tərk etdiyindən dindirilməsi mümkün olmamışdır. “Nəzakət” adlı şəxsin – xx.xx.1970-ci il təvəllüdlü X12 olduğu müəyyən olunmuş, o, 10 aprel 2022-ci il tarixdə ölkə hüdudlarını Türkiyə Respublikası istiqamətində tərk etdiyindən dindirilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs haqqında məlumatlar “Çıxış qadağandır” statusuna daxil edilmişdir (Cild 1, i. v. 141;).
29. “Kompleks ambulator komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji” ekspertizasının 6 mart 2025-ci il tarixli, 737 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Zərərçəkmiş şəxs4 dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışının iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs4 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs4 əqli-intellektual imkanlarına, fərdipsixoloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə müqavimət göstərə bilərdi. Lakin ailəsinin yanında rüsvay ediləcəyi, çılpaq şəkillərinin yayılacağı ilə təhdid olunması, borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu) məcburiyyətində qoyulması ilə əlaqədar müqaviməti psixoloji cəhətdən sındırılmaqla qeyd edilən şəxslərə tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs4 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri törədilən yeri tərk etmək qabiliyyətinə malik olmuşdur. Lakin məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar insan alveri törədilən yeri tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs4 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təzyiq və təsirinə qarşı müqavimət göstərməsinə imkan versə də, məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxsin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs4 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir (Cild 1, i. v. 143-145;).
30. “Kompleks ambulator komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji” ekspertizasının 6 mart 2025-ci il tarixli, 738 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Zərərçəkmiş şəxs2 dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünisyyətcildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışının iradı olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs2 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanlarına, fərdipsixoloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə müqavimət göstərə bilərdi. Lakin ailəsinin yanında rüsvay ediləcəyi, çılpaq şəkillərinin yayılacağı ilə təhdid olunması, borcunu, qaytarmaq (ona alınmış təyyarə biletinin pulu) məcburiyyətində qoyulması ilə əlaqədar müqaviməti psixoloji cəhətdən sındırılmaqla qeyd edilən şəxslərə tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri törədilən yeri tərk etmək qabiliyyətinə malik olmuşdur. Lakin məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar insan alveri törədilən yeri tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təzyiq və təsirinə qarşı müqavimət göstərməsinə imkan versə də məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxsin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs2 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir (Cild 1, i. v. 146-148;).
31. “Kompleks ambulator komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji” ekspertizasının 6 mart 2025-ci il tarixli, 739 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Zərərçəkmiş şəxs1 dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışının iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanlarına, fərdipsixoloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə müqavimət göstərə bilərdi. Lakin ailəsinin yanında rüsvay ediləcəyi, çılpaq şəkillərinin yayılacağı ilə təhdid olunması, borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu) məcburiyyətində qoyulması ilə əlaqədar müqaviməti psixoloji cəhətdən sındırılmaqla qeyd edilən şəxslərə tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri törədilən yeri tərk etmək qabiliyyətinə malik olmuşdur. Lakin məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar insan alveri törədilən yeri tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təzyiq və təsirinə qarşı müqavimət göstərməsinə imkan versə də məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxsin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs1 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir (Cild 1, i. v. 149-151;).
32. “Kompleks ambulator komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji” ekspertizasının 6 mart 2025-ci il tarixli, 740 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Zərərçəkmiş şəxs3 dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışının iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs3 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs3 əqli-intellektual imkanlarına, fərdipsixoloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə müqavimət göstərə bilərdi. Lakin ailəsinin yanında rüsvay ediləcəyi, çılpaq şəkillərinin yayılacağı ilə təhdid olunması, borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu) məcburiyyətində qoyulması ilə əlaqədar müqaviməti psixoloji cəhətdən sındırılmaqla qeyd edilən şəxslərə tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs3 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri törədilən yeri tərk etmək qabiliyyətinə malik olmuşdur. Lakin məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar insan alveri törədilən yeri tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs3 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təzyiq və təsirinə qarşı müqavimət göstərməsinə imkan versə də məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxsin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs3 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir. Həmin rəydən görünür ki, Zərərçəkmiş şəxs3 psixiatrik və psixoloji müayinələr zamanı ibtidai istintaq orqanına verdiyi ifadələrlə eyni məzmunlu ifadələr vermişdir(Cild 1, i. v. 152-154;).
33. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 17 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 155;).
34. “Üzləşdirmə” 21 aprel 2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı onların hər biri ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək təqsirləndirilən şəxsin üzünə qarşı bildirmişlər. (Cild 1, i. v. 161-189;).
35. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” və “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 aprel 2025-ci il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsindən həmin Məcəllənin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4cü maddələrinə tövsif edilərək Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i. v. 199-207;).
36. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 4(005)- 504/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 21 aprel 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, i. v. 237-244;).
37. “Baxış keçirilməsi haqqında” 17 may 2025-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Daxili İşlər Nazirliyinin İAMAS məlumat sistemindən götürülmüş MAPSuçot xəritələrinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 xx.xx.2024cü il tarixdə, saat 02:52 dəqiqədə “AA*******” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X16 keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində tərk etmiş, xx.xx.2024-cü il tarixdə, saat 17:16 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini X25 Buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə, saat 03:04 dəqiqədə “AA*******” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X16 keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində tərk etmiş, xx.xx.2024-cü il tarixdə, saat 15:34 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini X25 Buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə, saat 06:08 dəqiqədə “C01677607” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X16 keçməklə Gürcüstan Respublikasının Tbilisi şəhəri istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə, saat 00:09 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini X25 Buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə, saat 02:53 dəqiqədə “AA*******” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X16 keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində tərk etmiş, xx.xx.2024-cü il tarixdə, saat 22:21 dəqiqədə “C03490018” nömrəli pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini X25 Buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə, saat 03:06 dəqiqədə “AA6201385” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X16 keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində tərk etmiş, xx.xx.2025-ci il tarixdə, saat 13:25 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini X25 Buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə, saat 21:14 dəqiqədə “AA*******” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X16 keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində tərk etmiş, xx.xx.2024-cü il tarixdə, saat 17:18 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini X25 Buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 06:07 dəqiqədə “C02337649” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X16 keçməklə Gürcüstan Respublikasının Tbilisi şəhəri istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə saat 01:35 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini X25 Buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə, saat 02:57 dəqiqədə “C02337649” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X16 keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində tərk etmiş, xx.xx.2024-cü il tarixdə, saat 22:21 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini X25 Buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə, saat 02:57 dəqiqədə “AA*******” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X16 keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində tərk etmiş, xx.xx.2025-ci il tarixdə, saat 13:26 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini X25 Buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur (Cild 1, i. v. 277-278;).
38. “Sübutların qiymətləndirilməsi haqqında” 19 may 2025-ci il tarixli qərardan görünür ki, X9, Reyhan, Lalə, Şahnaz, Nuray, Şahzadə adlı şəxslərin şəxsiyyətinin müəyyən edilərək istintaqa təqdim edilməsi mümkün olmadığından həmin xüsusatlar üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməməsi, ********* nömrəli cinayət işinin materiallarından X6 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılması qərara alınmışdır (Cild 1, i. v. 279-297;).
39. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144- 3.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin materialarından X6 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılaraq icraata qəbul edilməsi qərara alınmışdır (Cild 1, i. v. 289-302;).
40. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ş.R.Nəcəfov tərəfindən 4 iyun 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 5 iyun 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.328-349;).
41. Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdən həmin təcridxanada saxlanılır. Saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiq edilməmişdir Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Nümunəvi davranışlarına görə ona rəhbərlik tərəfindən iki dəfə “Təşəkkür” elan edilmişdir (Cild 2;).
43. AZ-İİ 525796 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs anası X7 24 avqust 2025-ci il tarixdə ağciyər-ürək çatışmazlığından vəfat etmişdir (Cild 2;).
44. Müdafiə tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş tibbi sənədlərdən və fotocədvəldən görünür ki, Ayşən Məmmədzadınin atası 1963cü il təvəllüdlü X18 müxtəlif ağır xəstəliklərdən əziyyət çəkməklə hazırda mütəmadi müayinə olunur (Cild 2;).
45. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi tərəfindən verilmiş 20 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və X6 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144- 1.2.5 və 144-3.4-cü maddələri ilə ********* nömrəli cinayət işinin istintaqı aparılaraq 22 may 2025-ci il tarixdə iş üzrə istintaq Təqsirləndirilən şəxs barəsində tamamlanıb baxılması üçün ittiham aktı ilə birlikdə məhkəməyə göndərilmiş, Nəzakət Məmmədova barəsində isə iş materiallarından ********** nömrəli başqa cinayət işi ayrıca icraata ayrılmışdır. ********** nömrəli cinayət işi üzrə Nəzakət Məmmədova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilərək axtarış elan olunmuş, hazırda tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
46. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
47. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
48. CM-in 12.1-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
49. CM-in 12.3-cü maddəsinin tələbinə görə həmçinin insan alveri cinayəti törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
51. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
52. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
53. “Rantsev Kiprə və Rusiyaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, qlobal fenomen kimi insan alveri son illərdə əhəmiyyətli şəkildə artmışdır. Avropada onun artması keçmiş Kommunist blokların dağılması ilə vüsətlənmişdir. 2000-ci ildə Palermo Protokolunun və 2005-ci ildə İnsan alverinə qarşı Konvensiyanın imzalanması beynəlxalq müstəvidə insan alverinin çox geniş yayılmasının və onunla mübarizə aparılması üçün müvafiq tədbirlərə zərurətin artan tanınmasını göstərir. Məhkəmə hesab edir ki, insan alveri özünün mahiyyəti və istismar məqsədi mülkiyyət hüququna aid olan səlahiyyətlərin həyata keçirilməsinə əsaslanır. O, insanları alınan və adətən cinsi industriyada, lakin həm də başqa sahələrdə bir çox vaxtlarda kiçik ödənişlə və ya ödənişsiz məcburi əməyə məruz edilən istifadə predmeti kimi qəbul edir. O, hərəkətləri adətən məhdud olan qurbanın fəaliyyətinə sıx müşahidəni nəzərdə tutur. O, pis vəziyyətdə yaşayan və işləyən qurbanlara qarşı zorakılıqdan və təhdidlərdən istifadəni ehtiva edir. O, İnterayts tərəfindən və İnsan alverinə qarşı Konvensiyaya əlavə olunan izah hesabatında köhnə dünya miqyaslı kölə ticarətinin müasir forması kimi təsvir edilmişdir. İnsan alverinin öz qurbanlarının insan ləyaqətinə və fundamental azadlıqlarına təhdid olması şübhəsizdir və demokratik cəmiyyətlə və Konvensiyanın təsbit etdiyi dəyərlərlə uyğun hesab edilə bilməz. Məhkəmə hesab edir ki, milli qanunvericilikdə təsbit olunmuş təminatların spektri insan alveri qurbanlarının və ya potensial qurbanların hüquqlarının praktiki və səmərəli müdafiəsini təmin etmək üçün adekvat olmalıdır. Müvafiq olaraq, insan alveri ilə məşğul olanların cəzalandırılması üçün cinayət hüquqi tədbirlərə əlavə olaraq, Konvensiyanın 4cü maddəsi üzv Dövlətlərdən tələb edir ki, insan alveri üçün pərdə kimi adətən istifadə olunan biznesləri tənzimləyən adekvat tədbirləri görsünlər. Bundan başqa, Dövlətin immiqrasiya qaydaları insan alverinin həvəsləndirilməsinə, asanlaşdırılmasına və ya ona qarşı tolerantlığa aid əhəmiyyətli narahatlıqlara münasibət bildirməlidir. Siliadinin işi üzrə qərarında məhkəmə təsdiq etmişdir ki, Konvensiyanın 4-cü maddəsi üzv Dövlətlər üzərində spesifik pozitiv öhdəliyi ehtiva edir ki, köləlik, əsarət və ya məcburi, yaxud icbari əmək vəziyyətində şəxsin saxlanmasına yönəlmiş hər hansı hərəkət üçün səmərəli cəzalandırsın və mühakimə etsin. Bu öhdəliyə riayət etmək üçün üzv dövlətlərdən tələb olunur ki, insan alverinin qadağan edilməsi və cəzalandırılması üçün qanunverici və inzibati çərçivəni yaratsınlar. Məhkəmə qeyd edir ki, Palermo Protokolu və İnsan alverinə qarşı Konvensiya insan alveri ilə mübarizə üçün onunla məşğul olanların cəzalandırılmasına əlavə olaraq onun qarşısının alınması və qurbanların müdafiəsi tədbirlərini daxil etdirən kompleks yanaşma zərurətinə istinad edir. Bu iki vasitənin müddəalarından aydındır ki, Avropa Şurasının demək olar bütün üzv Dövlətləri daxil olmaqla, Müqavilə Tərəfləri belə mövqeyi formalaşdırmışlar ki, yalnız bütün üç aspektə aid olan tədbirlər məcmusu insan alverinə qarşı mübarizədə səmərəli ola bilər. Müvafiq olaraq, insan alverini cəzalandırmaq və mühakimə etmək öhdəliyi insan alveri ilə mübarizə üçün üzv Dövlətlərin ümumi öhdəliyinin yalnız bir aspektidir. Konvensiyanın 4-cü maddəsinə əsasən ortaya çıxan pozitiv öhdəliyin dairəsi daha geniş kontekst daxilində qiymətləndirilməlidir. Konvensiyanın 2 və 3-cü maddələri kimi 4-cü maddə də müəyyən hallarda Dövlətdən tələb edə bilər ki, insan alveri qurbanlarının və ya potensial qurbanların müdafiəsi üçün operativ tədbirlər görsün.
54. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, “İnsanlarla ticarətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2 dekabr 1949-cu ildə qəbul edilmiş Konvensiya və həmin Konvensiyaya qoşulmaq barədə 31 may 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun, Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyanı tamamlayan, insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” 15 noyabr 2000-ci il tarixli Protokolu (Palermo Protokolu) və həmin protokola qoşulmaq haqqında 13 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununun, “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun, Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının təsdiq edilməsi barədə 11 may 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının müddəalarını da nəzərə alır.
55. CM-in 144-1.1-ci maddəsi insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin Məcəllənin 144-1.2.1, 144-1.2.2,144-1.2.4-1 və 144-1.2.5-ci maddələrində isə qeyd edilən əməllərin iki və ya daha çox şəxs barəsində törədilməsi, təkrar törədilməsi, insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədilməsinə və qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildilməsinə görə tövsifedici-ağırlaşdırıcı hallarda cinayət məsuliyyətini nəzərdə tutur. Qeyd edilən maddələrin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
56. CM-in 144-3.4-cü maddəsi insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetməyə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında iki ildən dörd iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
57. CM-in 144-1-ci maddəsinin qeydinə əsasən həmin maddədə “insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür.
58. CM-in 144-1-ci maddəsində insan alverinə verilən anlayış “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində insan alverinə verilən anlayışla eynidir.
59. Azərbaycan Respublikasının da qoşulduğu “İnsanlarla ticarətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında” Konvensiyanın 1-ci maddəsinə əsasən, bu Konvensiyanın Tərəfləri başqasının eyş-işrətini təmin etmək üçün digər şəxsə, hətta həmin şəxsin razılığı ilə, fahişəlik məqsədilə vasitəçilik edən, onu fahişəliyə sövq edən, yoldan çıxaran və digər şəxsin, hətta həmin şəxsin razılığı ilə, fahişəliyini istismar edən hər bir şəxsi cəzalandırmağı öhdələrinə götürürlər.
60. Şəxsin istismar məqsədi ilə cəlb edilməsi CM-in 144-1.1-ci maddəsinin dispoziyasında göstərilən üsullardan hər hansı biri vasitəsilə şəxsin razılığının alınmasını ifadə edir. İnsan alveri cinayətindən zərərçəkmiş şəxs istismar məqsədi ilə cəlb edildikdə onun razılığını bildirməsi cinayətin başa çatması anını ifadə edir. Başqa sözlə, CM-in 144- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət formal tərkibli cinayət olmaqla maddənin dispoziyasında qeyd edilən əməllərin törədildiyi andan başa çatmış hesab edilir. Qeyd edilən əməllərin nəticəsi olaraq insan alveri cinayətindən zərərçəkmiş şəxsin fahişəliklə məşğul olub-olmamasının, cinsi istismara, yaxud işgəncəyə və digər qeyri-insani rəftara məruz qalıb-qalmamasının və s. halların təqsirli şəxsin əməlinin CM-in 144-1-ci maddəsi ilə tövsif edilməsinə təsiri yoxdur. Hökmün 58-ci bəndində göstərilən qanunun 1.0.2-ci maddəsinin tələbinə görə CM-in 144-1.1-ci maddəsində göstərilən hərəkətlərin törədilməsi halında insan alveri qurbanının istismar olunmağa dair razılığının olub-olmamasının əməlin insan alveri cinayəti kimi tövsif edilməsinə heç bir təsiri yoxdur. Bu cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilməklə cinayətin məqsədi cinayət tərkibinin zəruri tərkib əlamətidir. Başqa sözlə, insan alveri cinayəti şəxsin istismar edilməsi məqsədi ilə törədilə bilər. Digər hər hansı məqsəd həmin maddə ilə cinayət məsuliyyətini istisna edir. Cinsi istismar şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsini, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsini nəzərdə tutur.
61. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
62. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, ümumilikdə 7 (yeddi) epizod üzrə 4 (dörd) nəfər zərərçəkmiş şəxsə münasibətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin şəxsləri aldatma, hədə-qorxu və məcburetmə yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyətini təsdiq edən sənədi götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə dörd şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir.
63. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 münasibətdə törətdiyi əməlləri düzgün tövsif edilmişdir.
64. Belə ki, cinayətlərin çoxluğu anlayışına aydınlıq gətirən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halları başa düşülür. Sadə konkret cinayət bir hərəkətin (və ya hərəkətsizliyin) və bir nəticənin və ya bir hərəkətin və bir neçə nəticənin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Mürəkkəb konkret cinayətlər sadə konkret cinayətlərlə müqayisədə daha qəliz struktura malikdirlər. Bu cinayətlərdə törədilmiş əməlin mürəkkəb obyektiv və subyektiv tərəfi olur. Nəzəriyyədə mürəkkəb konkret cinayətlərin növü kimi uzanan, davam edən, mürəkkəb tərkibli cinayətlər, həmçinin, əlavə ağır nəticələrin baş verməsi ilə tövsif olunan cinayətlər (onları bir çox hallarda nəticələrinə görə tövsif olunan cinayətlər də adlandırırlar) qəbul edilirlər. Davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər, bu cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir və həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Beləliklə, həmin qərara əsasən CM-in 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur.
65. İnsan alveri cinayətinin iki və ya daha çox şəxs barəsində törədilməsi davam edən cinayətdir. Şəxsin əməlində insan alveri cinayətinin iki və ya daha çox şəxs barəsində törədilməsi əlamətinin mövcud olması üçün təqsirkarın CM-in 144-1.1-ci maddəsində göstərilən hərəkətlərin törədilməsinə qədər iki və ya daha çox şəxs barəsində belə hərəkətləri törətmək niyyəti olmalıdır. Başqa sözlə, insan alveri cinayətinin iki və ya daha çox şəxs barəsində törədilməsi təqsirkarın vahid niyyəti ilə əhatə olunmalıdır. Əgər təqsirkar bir şəxs barəsində insan alveri cinayətini törətdikdən sonra başqa şəxs barəsində də həmin cinayəti törədərsə (davam edən cinayətin əlamətləri olduqda), birinci cinayətə görə cinayətin hüquqi nəticələri aradan qalxmamışdırsa, onun əməli CM-in 144-1.2.1-ci maddəsi ilə tövsif edilməlidir. İnsan alveri cinayətinin iki və ya daha çox şəxs barəsində törədilməsi həm eyni vaxtda, həm də müxtəlif vaxtlarda törədilə bilər. Əsas məsələ təqsirkarda insan alveri cinayətinin iki və ya daha çox şəxs barəsində törədilməsi niyyətinin birinci insan alveri cinayətini törətməzdən əvvəl yaranmış olmasıdır.
66. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
67. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
68. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
69. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
70. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı zamanı ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini, bibisi Nəzakət Məmmədovanın fahişəliklə məşğul olmaqla ayrı-ayrı qızları müştərilərlə görüşdürdüyünü, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 bibisi Nəzakət Məmmədova tərəfindən cinsi istismara məruz qaldığını, özü də daxil olmaqla zərərçəkmişlərin biletlərinin bibisi tərəfindən alındığını, özünün Türkiyə Respublikasında zərərçəkmiş şəxslərdən daha qısa müddətdə qaldığını, şəxsiyyətlərini təsdiq edən sənədlərinin əllərindən alınmadığını və onlara qarşı zorakılıq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ilkin izahatı ilə ibtidai istintaqın sonrakı dövründə verdiyi ifadələri və məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq bildirdiyi izahlarında kəskin ziddiyyətlər vardır. Belə ki, Təqsirləndirilən şəxs ilkin izahatında bibisi Nəzakət Məmmədova tərəfindən Türkiyə Respublikasının İğdır şəhərində Azərbaycan Respublikası vətəndaşı olan qadınların kişilərlə pul müqabilində cinsi istismar edildiyini, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə Nəzakət Məmmədovanın yanına getdiklərini, özü istisna olmaqla Şəbnəm və Xəyalənin başına gələcəklərdən xəbərsiz olmalarını, onlara fahişəliklə məşğul olacaqları barədə məlumatın özü tərəfindən bilərəkdən verilmədiyini (onların Nəzakət Məmmədovanın yanına çatdırılması məqsədinə görə), ora özü tərəfindən aparılan qadınların maddi cəhətdən çətinlik çəkdiklərini bildiyini və bu səbəbdən onları işə düzəlmək adı ilə İğdır şəhərinə apararaq bibisi Nəzakətə təhvil verdiyini qeyd etmişdir. İbtidai istintaqın sonrakı dövrlərində isə ifadələrində özünün Nəzakətin təklifi əsasında könüllü olaraq İğdır şəhərində fahişəliklə məşğul olduğunu, özünün bu işdən əldə etdiyi gəlirdən Nəzakətə pul vermədiyini, Şəbnəm və Xəyalədən isə pul alındığını, orada heç kimi cinsi istismara məruz qoymadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı isə Zərərçəkmiş şəxs1 ilə Bakı Biznes Kooperasiya Kollecində birlikdə oxuduqlarını, bibisi X1 əvvəl tanımasını, Nəzakət Məmmədovanın ona Zərərçəkmiş şəxs1 ilə birlikdə gedəcəklərini, Şəbnəmin İğdır şəhərində hansı işlə məşğul olacağını, bibisinin bu barədə ondan razılıq aldığını, Şəbnəmi özünün cəlb etmədiyini, Zərərçəkmiş şəxs4 “TikTok” sosial şəbəkəsindən tanıdığını, bibisinin Lamiəni əvvəldən tanıdığını, Lamiənin də İğdır şəhərində hansı işlə məşğul olacağını bildirmiş, Xəyalənin ondan əvvəl Şəbnəmi tanıdığını və Şəbnəmin onu bu işə cəlb etdiyini, Zərərçəkmiş şəxs2 Şəbnəmin tanışı olaraq tanığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı zamanı yuxarıda qeyd olunan xüsusatlarla bağlı ifadələri və izahları zərərçəkmiş şəxslərin bir-birinə uyğun və bir-birini tamamlayan ərizələri, ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, şahid ifadələri, Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin sərhədkeçmə məlumatları və həmin məlumatların bir-biri ilə üst-üstə düşməsi, ekspertiza rəyləri ilə, həmçinin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri və cinayət işinin digər materialları ilə tam şəkildə təkzib edilməklə işin faktiki halları ilə uyğunluq təşkil edən qeyd edilən sübutları Təqsirləndirilən şəxs əməllərinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən və ona qarşı irəli sürülmüş ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qəbul edir.
71. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri işin faktiki hallarına uyğun olmayan hallar onun ağır və az ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıdığından və başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur.
72. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi və işin faktiki halları ilə uyğun olmayan ifadələrinin həqiqəti əks etdirməməklə uydurma olduğunu, özünü müdafiə xarakteri daşıdığını və sübut əhəmiyyətinə malik olmadığı qənaətinə gəlir.
73. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
74. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
75. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
76. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 aldatma yolu ilə, həmçinin hədə-qorxu və məcbur etmə vəsitəsindən istifadə etməklə, cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədləri götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri, eyni zamanda insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir.
77. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144- 3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. CM-in 144-3.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlər – az ağır, CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlər isə ağır cinayətlər kateqoriyasına aid edilir.
78. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
79. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
80. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
81. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs 24 yaşında olmaqla əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, valideynlərindən anasının vəfat etməsini, atasının isə ağır xəstəlikdən əziyyət çəkməklə təqsirləndirilən şəxsin ailədə yeganə gəlir gətirən şəxs olmasını, qeydiyyatda olmaqla yaşadığı yer və həbsdə saxlanıldığı müəssisə üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını və məhkəmə icraatındakı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
82. Məhkəmə cinayətin tamah məqsədi ilə törədilməsini CM-in 61.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır.
83. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
84. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.
85. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 144-3.4-cü maddəsinin sanksiyasında isə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
86. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayətlər kimi təsnif edilmişdir.
87. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.
88. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
89. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
90. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
91. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 21 aprel 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədibiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2025-ci tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.
92. İş üzrə maddi sübutun, mülki iddianın, məhkəmə xərclərinin, xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.
93. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
94. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
95. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə mülki iddianın, maddi sübutun, xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.