Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1429/2023 20.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında saat 15:25-də açıq məhkəmə iclasında baxaraq. m ü ə y y ə n etdi: İttiham aktına görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə-heroini və psixotrop maddəni satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Səbuhi” adlı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 09 fevral 2023-cü il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən naməlum vaxt və şəraitdə "Səbuhi" adlı şəxs tərəfindən Fatmayi bağlarında gizlədilmiş 10,656 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və 0,951 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, daşımaqla üzərində saxlamış, 12 fevral 2023-cü il tarixdə, saat 23:40-da Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şossesi 1 ünvanında yerləşən “Socar YDM”-in yaxınlığında Bakı şəhəri, Binəqədi Rayonu Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 5 ünvanında yerləşən 6-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənın sağ yan cibindən qara rəngli əl çantasının içərisində olan “Prima” markalı siqaret qutusundan 06 ədəd şəffaf sellofan bükümdə, onlardan 03 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,463 qram, 5,576 qram və 4,617 qram olmaqla, ümumi təmiz çəkisi 10,656 qram xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin, 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,356 qram və 0,595 qram olmaqla, ümumi təmiz çəkisi 0,951 qram xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan psixotrop maddə-metamfetamin, 01 ədəd bükümdə dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin güclü təsir edən maddələrin, habelə zəhərli maddələrin siyahılarına daxil olmayan təmiz çəkisi 4,016 qram sikloheksanamin-benzoat maddəsi və üzərində narkotik vasitə-heroin izləri olan gümüş korpuslu elektron tərəzi aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə axşam radələrində taksi ilə yol gedərkən, polis əməkdaşları hərəkət etdiyi taksini saxlayıb üzərini yoxladığı zaman üzərindən 0,5 qram narkotik vasitə çıxdıqdan sonra sürücüyə zəng gəlmiş, sürücüyə zəng edən adamla birlikdə hər üçünü polis bölməsinə aparıb maşından 2 büküm narkotik vasitə çıxdığını, həmin narkotik vasitənin ona məxsus olduğunu söyləmişlər. Həmin vaxt üzərində 0,5 qram narkotik vasitə, yəni heroin olsa da, polis əməkdaşları ona üzərindən 2 büküm, yəni hər birində 5 qram heroin, 5 qram metamfetamin olmaqla, narkotik vasitə və psixotrop maddə çıxdığını bildirmişlər. O, əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifinə razılıq vermişdir. Narkotik vasitə istifadə etdiyinə görə polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq tətbiq edildiyindən, habelə gətirilən digər şəxslər günahsız olduğundan, polis əməkdaşlarının nümayiş etdirməsi üçün təqdim etdikləri narkotik vasitə olan heroin və metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, yalnız narkotik vasitədən istifadə etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində sosial şəbəkədə özünü İran İslam Respublikasının vətəndaşı “Səbuhi” kimi təqdim edən şəxslə tanış olmuş, söhbət əsnasında “Səbuhi” ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, istədiyi təqdirdə, narkotik vasitə və psixotrop maddə təşkil edə biləcəyini dedikdə, razılaşaraq narkotik vasitə və psixotrop maddə lazım olduğu vaxtlarda “Səbuhi” adlı şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrə ilə “Whatsapp” tətbiqi vasitəsilə özünün istifadəsində olan “***-***-**-**” saylı mobil nömrədən əlaqə saxlamış, “Səbuhi” adlı şəxsin göndərdiyi bank kartına pul köçürdükdən sonra ona əvvəlcədən metamfetamin atılmış xüsusi yerlərin şəklini və ünvanını göndərərək əldə edə biləcəyini söylədiyindən, həmin yerlərə gedərək psixotrop maddə olan metamfetamini əldə etmiş, sonuncu dəfə 09 fevral 2023-cü il tarixdə “Səbuhi” adlı şəxsin kartına 470 manat pul vurmuş, ardınca isə “Səbuhi” adlı şəxs onu “Fatmayi bağları” adlanan ünvanda tanımadığı, əvvəlcədən xüsusi işarələnmiş yerə göndərdikdə, həmin yerə gedərək “Səbuhi” adlı şəxsin göndərdiyi narkotik vasitə və psixotrop maddəni əldə etmiş, əldə etdiyi narkotik vasitə və psixotrop maddəni “Prima” markalı siqaret qutusunun içərisinə qoymuş, həmin siqaret qutusunu isə qara rəngli əl çantasına qoymuş, əl çantasını isə qara rəngli gödəkçəsinin sağ yan cibinə yerləşdirmişdir. 12 fevral 2023-cü il tarixdə, saat təxminən 23:40-da Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən Bakı-Sumqayıt şossesi 1 ünvanında yerləşən “Socar YDM”-nin yaxınlığında piyada hərəkət edərkən tanımadığı iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdikdən sonra polis əməkdaşları onu barəsində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə dəvət etmişlər. Orada hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı qara rəngli əl çantasının içərisindən “Prima” markalı siqaret qutusunu çıxarıb içərisində olan 06 ədəd şəffaf sellofan bükümü və 01 ədəd elektron tərəzini, həmin gödəkçənin sol yan cibindən 01 ədəd ”Samsung” markalı mobil telefonunu çıxarıb təqdim edərək üzərindən aşkar edilmiş maddələri əldə etdiyi şəraiti, həmin bükümlərin 03 ədədinin içərisində narkotik vasitə-heroin, digər 03 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisindəki maddənin isə psixotrop maddə-metamfetamin olduğunu, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölmədə olarkən ona qarşı zorakılıq edilmədiyini, çıxılmaz vəziyyətdə qaldığına görə psixotrop maddə-metamfetamini və narkotik vasitə-heroin könüllü olaraq çıxarıb polis əməkdaşlarına təhvil verdiyini, həmin metamfetamin və heroini şəxsi istifadəsi üçün əldə etdiyini, heç kimə narkotik vasitə və psixotrop maddə satmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra əməliyyat tədbirinin keçirilməsi üçün o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şossesində yerləşən “SOCAR" yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə 6-cı Polis Bölməsinə dəvət etmişlər. Həmin polis bölməsində videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçədən qara rəngli çantanı çıxarıb içərisindəki şəffaf sellofana bükülmüş bükümləri və 1 ədəd elektron tərəzini könüllü şəkildə təqdim edərək həmin 06 ədəd bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin bükümlər özünə məxsus olmaqla İran İslam Respublikası vətəndaşından aldığını bildirmiş, habelə 1 ədəd mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən fiziki və ya psixoloji zorakılıq edilməmiş, videoçəkiliş zamanı nümayiş etdirməsi üçün əlavə kütlə təqdim olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri gəzdirməsi barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6; 7) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 23:40 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şossesində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 8) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə saat 23:40 dəqiqədən hesablanmışdır. (Cild 1, iş vərəqə 20; 21) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati binasında xidməti iş otağında həmin bölmənin əməkdaşları Şahid1 və Şahid2 iştirakları ilə videoçəkiliş aparılmaqla keçirilmiş istintaq hərəkəti zamanı hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən çıxardığı qara rəngli əl çantasının içərisindən “Prima” markalı siqaret qabında olan 06 ədəd şəffaf sellofana bükülmüş bükümü və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etdikdən sonra, həmin bükümlərdən 03 bükümünün içərisində narkotik vasitə olan heroin, 03 ədəd bükümünün içərisində isə psixotrop maddə olan metamfetaminin olduğunu, həmin narkotik vasitə və psixotrop maddələri xx.xx.2023-cü il tarixdə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən, tanımadığı və sosial şəbəkədə tanış olduğu “Səbuhi” adlı şəxsin qoyduğu “Fatmayi bağları” deyilən ərazidən 470 manat müqabilində götürdüyünü və üzərində saxladığını bildirmiş, bundan başqa üzərində 01 ədəd “Samsung” markalı mobil telefon aşkarlanmış, bütün aşkarlananlar götürülərək zərflərə qoyulub qablaşdırılmışdır. (Cild 1, iş vərəqə 31; 32-34) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/874 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübut...” və s. soyadlar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,463 qram, 5,576 qram və 4,617 qram olmaqla, ümumi təmiz çəkisi 10,656 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,356 qram və 0,595 qram olmaqla, ümumi təmiz çəkisi 0,951 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 ədəd bükümdə olan metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 4,016 qram şəffaf, rəngsiz, kristalşəkilli kütlə nəzarətdə olmayan sikloheksanamin-benzoat maddəsidir. Üzərində “Təqsirləndirilən şəxs oğ. Aşkar edilmiş tərəzi...” və s. soyadlar, imzalar olan zərfdəki gümüşü korpuslu elektron tərəzinin üzərində narkotik vasitə-heroinin izləri müəyyən edilmiş, elektron tərəzinin səthində olan heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Heroinin ümumi təmiz çəkisi 10,656 qram olmuş, tədqiqata 0,12 qram sərf edildikdən sonra 10,536 qram qalıq qalmış, metamfetaminin ümumi təmiz çəkisi 0,951 qram olmuş, tədqiqata 0,1 qram sərf edildikdən sonra 0,851 qram qalıq qalmışdır. Sikloheksanaminin-benzoatın ümumi təmiz çəkisi 4,016 qram olmuş, tədqiqata 0,1 qram sərf edildikdən sonra 3,916 qram qalıq qalmışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Sikloheksanamin-benzoat qeyd edilən siyahılara və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”-na, habelə “Zəhərli maddələrin siyahıları”-na daxil deyildir. (Cild 1, iş vərəqə 48-49) xx.xx.2023-cü il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “X8 Prime” markalı mobil telefonun üzərində “Bakcell” mobil operatoruna aid “***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrələr olması müəyyən edilmişdir. Telefonun yaddaşına baxış keçirildikdə “Whatsapp” tətbiqetməsində xx.xx.2023-cü il tarixdə, saat 16:02-də “***-***-**-**” saylı mobil nömrədən göndərilmiş “elşad dolmısan məni, gəlmirsən denən gəlmirəmdə. saat 5 dən gözləyirəm, telefonu da açmırsan, senə nə pislik etmişəm mən… gədələrə 20 manatdan verirsən mən 25 dən 1 qəpiy də əskik verməmişəm indiyənə kimi, budu sənin mənə hörmətin” kimi mesajın olması və xx.xx.2023-cü il tarixdə, saat 14:00-da “***-***-**- **” saylı mobil nömrəyə tərəzi üzərində şəffaf sellofanda narkotik maddəyə bənzər 01 ədəd bükümün çəkilərək 0,40 qram göstərilməsi vəziyyətində çəkilmiş şəklin göndərilməsi aşkarlanmışdır. Telefonun yaddaşına baxış keçirildikdə "Mesaj" bölməsində xx.xx.2023-cü il tarixdə, saat 10:02-də “+99***-***-**-**” saylı mobil nömrədən göndərilmiş "Elşad mənəm Orxan 2 qram kola, yarım patı lazımdır, haradasan” kimı mesajın, “Qalareya” bölməsinə daxil olduqda orada tərəzi üzərində şəffaf sellofanda narkotik maddəyə bənzər 01 ədəd bükümün çəkilərək 0,40 qram göstərilməsi vəziyyətində şəklin olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 64-65) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 68-69) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-119/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 94-98) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.02 2023-cü il tarixli, 5(001)-423/2023 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" xx.xx.2023-cü il tarixli qərarın qanuniliyinin yoxlanılması ilə bağlı müraciət geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 53-55) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, xx.xx.2023-cü il tarixli, 5394 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə əsasən xx.xx.2022-ci il tarixdə, saat 22:29:46-da “+994-55-304-70-40” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrəyə “2 dənə yarı düzəlt”, xx.xx.2022-ci il tarixdə, saat 14:52:47-də “+994-70- 777-70-01” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335- 40-89” saylı mobil nömrəyə “Salam qaqaw necesen? niye menim nomremi acmirsanki, noldu bes sen ne qederki tutulmamısan çoldesen menim maldan problemim olmuyacgdi, eziyyet cekmiyeceydim noldu bes”, xx.xx.2022-ci il tarixdə, saat 22:01:45-də “+994-77- 717-51-31” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335- 40-89” saylı mobil nömrəyə “Yarı daş da qoyarsan qapidayam.tez cix”, xx.xx.2022-ci il tarixdə, saat 00:01:26-da “+994-70-344-03-35” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrəyə “Sene balavin canina and verirem, ac telfonu Elsad, varyoxun .... hormetsizdiy eiiyirsen, qeyretin .... yalan deyenin, seni tapmağ hec nedi menim ucun prosda”, “isdemirem gunu sabah seni gorerem, menim xlebnikim var a fexi, kesdiymiz coreye qiymet qoysaydi sen çoxdan cavab vererdin mene, gorursen getir tanis ele sey”, həmin gün saat 00:01:27-də “sen kanal ver ona, soram sen qal agrida zulm cek, fexide gelsin rahat gotursun getsin, hec ... almasin ki, elcin agridadi, ezyet cekir, gor vezyet ne yere gelib ki, fexiye yalvariramki goturmeye gedende mene xeber ele mende gelim pul verim menede gotur, gelir goturur gedir mene demir allah komeyniz olsun elsad”, xx.xx.2022-ci il tarixdə, saat 19:55:33-də “+994-70-291-46-43” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrəyə “Elşad sən öl bunun yeri yoxdu, telofonu ac, deki alınmır, məndə bilim işimi, gördün ki, mən nə gündəyəm”, xx.xx.2022-ci il tarixdə, saat 14:10:46-da “+994-55- 213-00-78” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335- 40-89” saylı mobil nömrəyə “Qaqas mən catmisam, galib qalmısam burda, teli acda niya bela edirsanki, Kebleyi sen balavin cani, ac teli yeke oğlansan niye bele eiiyirsen, canim ağrıyır, bilmirsen agri nedi, balavin canina and veririrem, balavi isdiyirsense ac teli”, xx.xx.2022-ci il tarixdə, saat 19:23:46-da “+994-50-858-06-83” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrəyə “BRAT TEL AÇ SROÇNA, BRAT SANA QUZU KASARAM MANA ZANQ VUR SROÇNA VAZİYƏT PİSDİ”, xx.xx.2022-ci il tarixdə, saat 23:17:36-da “+994-50-528-30-94” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrəyə “Sen cox cirig adamsan, seni seni o qeder vuracam, salvarva sicanacan, bu elediyin qehbeliyleri sene gosderecem, qehbe qan icen bariqa, qehbesen sen saliva”, xx.xx.2022-ci il tarixdə, saat 20:12:56-da “+994-55-304-70-40” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrəyə “BRAT SAN MANA NİƏ AZİYƏT VERİRSAN”, xx.xx.2022-ci il tarixdə, saat 22:33:13-də “+994-77- 304-86-75” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335- 40-89” saylı mobil nömrəyə “kəbleyi naxax belə elədün, camahatı 2 sahat saxlamışam evdə axı”, xx.xx.2022-ci il tarixdə, saat 21:06:04-də “+994-55-213-00-78” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrəyə “Qaqas bele olmaz axi, 1 saatdan- çoxdu biz burdayiq, bu adam dolamaq oldu axi”, xx.xx.2022-ci il tarixdə, saat 19:12:41-də “+994-50-602-60-20” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrəyə “Salam qaqa, geleceysen? Gelmesen de mene, men gelim qaqa”, xx.xx.2022-ci il tarixdə, saat 15:07:58-də “+994-55-213-00-78” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrəyə “Ay qaqas tele cavab ver de biz cixmaq istiyirdik”, xx.xx.2022-ci il tarixdə, saat 15:00:48-də “+994-70-863-32-62” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrəyə “Salam menim qardawim. Eli mamacani rovnu 10 man. pul varımdi, seherde mualiceye gedrem bratka”, xx.xx.2022-ci il tarixdə, saat 17:03:07-də “+994-70-863-32-62” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrəyə “5 manat da duzeltmiwem, versin sene qardawim”, həmin tarixdə, saat 18:10:50-də “Eli senin qadan alaram, qardawcani seher mualiceye gedirem,qaqawun 5 m da duzeldib. Bir azdan cixamiyacam evden, Elwad qardawimsan cavab ver mene, Bu 10 cu mesajdi ki, yazıram, qurban olum, bawuva donum, xais eliyirem, insafun olsun cavab ver,say adami, Sen balovun cani cavab ver, məni müalicəyə aparirlar, atamin qabrina and olsun, draznit olmusam, xais eliyram azda olsa hormat qoyursnsa mana lomkda getmiyim Eli”, xx.xx.2022-ci il tarixdə, saat 14:36:20-də “+994-50-528-30-94” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrəyə “Kəbleyi açda teli, başna dönüm ağrıdayam”, xx.xx.2022-ci il tarixdə, saat 19:06:52-də “+994-77- 250-16-53” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335- 40-89” saylı mobil nömrəyə “20 var telefonu aç gelim”, xx.xx.2022-ci il tarixdə, saat 19:50:55-də “+994-70-344-03-35” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrəyə “Kebleyi sen menim ağrımı bilirsən, bu ne hereketdi eliyirsen, soyuğun altinda meni saxlamisan, telfonuda sondurmusen, ağrıda olan adama bele eliyeler birdefe olar, iki defe olar, besdi de ayibdi, varyoxun s... her defe bele elemey olar, donuram burda, lomkada ozde”, xx.xx.2023-cü il tarixdə, saat 21:44:23-də “+994-70-344-03-35” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994- 50-335-40-89” saylı mobil nömrəyə “Ay kəbleyi mən gəlmişəm, adboy niyə verirsən, taksiynənəm”, xx.xx.2023-cü il tarixdə, saat 21:30:17-də “+994-50-602-60-20” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrəyə “Elİw burdayam 44 m var”, xx.xx.2023-cü il tarixdə, saat 23:02:25-də “+994-55- 285-27-20” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335- 40-89” saylı mobil nömrəyə “Salam qaqa menem orxandı, telefon ac zehmet olmasa isim var qaqa”, xx.xx.2023-cü il tarixdə, saat 14:37:23-də “+994-70-606-10-11” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrəyə “Elsad tel acanda menle elaqe saxla qaqaw, iwim var” kimi mesajların olması və digər məlumatlar müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 133-135) Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 8146-1223 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Səbuhi” adlı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək sonuncudan aldığı külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsi barədə məlumat əldə edilmişdir. (Cild 1, iş vərəqə 136) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-126/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə əsasən azad olunmuşdur. (Cild 1, iş vərəqə 143-151) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 xx.xx.2023-cü il tarixli, 1669 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 159-160) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 943 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyıni dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 1, iş vərəqə 162-163) xx.xx.2023-cü il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ümumi təmiz çəkisi 10,656 qram kustar üsulla hazırlanmış narkotik vasitəheroin, ümumi təmiz çəkisi 0,951 qram psixotrop maddə-metamfetamin və 01 ədəd gümüşü korpuslu elektron tərəzi maddi sübut kimi tanınmış, qalıq qalmış 10,536 qram narkotik vasitə-heroin, 0,851 qram psixotrop maddə-metamfetamin, 01 ədəd gümüşü korpuslu elektron tərəzi və 3,396 qram sikloheksanamin-benzoat maddəsi saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, "xxxx" MMC-dən daxil olmuş, xx.xx.2023-cü il tarixli, 5394 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk, 01 ədəd “X8 Prime” markalı mobil telefon, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 174-190) 18 may 2023-cü il tarixli “Cinayət işin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, hazırki cinayət işindən “Səbuhi” adlı şəxs və qeyriləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 191-193) “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, X2 aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbə, yəni “Yavər” adlı şəxs və qeyriləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 233-234) Bakı şəhəri Binəqədi Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli, 1111 Xid-23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona fiziki zorakılıq edilməsi ilə bağlı Binəqədi Rayon Prokurorluğuna hər hansı məlumat daxil olmamış və bununla bağlı araşdırma aparılmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin ********* nömrəli tibb kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə almadığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “Hər iki yuxarı və aşağı ətraflarda narkotik inyeksiyasından sonrakı tropiki yaralar və çapıqlaşmış sahələr” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “Vəziyyəti kafidir” yazısı qeyd edilmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüqucunu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilmərnəsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz yolla əldə edilibedilməməsinin. Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini döyülməsi, həmçinin ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində və bölmədə polis əməkdaşlarının ona qarşı zorakılıq etdiyini desə də, şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir fiziki və ya psixi zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Bakı şəhəri Binəqədi rayon prokurorluğuna sorğu ünvanlamış, həmin prokurorluğun xx.xx.2023-cü il tarixli, 1111-xid-23 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğuna hər hansı məlumat daxil olmadığından bununla bağlı araşdırma aparılmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 1800/2023 nömrəli tibb kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə almadığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “hər iki yuxarı və aşağı ətraflarda narkotik inyeksiyasından sonrakı yaralar və çapıqlaşmış sahələr” yazısı qeyd edilmişdir. Məhkəmə baxışı zamanı həmin xüsusatın aydınlaşdırılması üçün şahidlər Şahid1 və Şahid2 suallar verilmiş, şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra zorakılıq edilmədiyini bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində piyada deyil, taksidə hərəkətdə olarkən saxlanıldığını, həmin vaxt üzərində ittihamda qeyd edilən miqdarda narkotik vasitə və psixotrop maddənin, eləcə də elektron tərəzinin olmadığını, polis əməkdaşlarının əlavə bükümlərdə, yəni 2 bükümdə, hər biri 5 qram olmaqla narkotik vasitə və psixotrop maddəni gətirərək ona qarşı fiziki və psixi təsir göstərməklə özünə məxsus olmasını videoçəkiliş zamanı nümayiş etdirməsini tələb etdiklərinə görə, məcbur qalıb razılaşdığını söyləsə də, şahidlər Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs “Socar” yanacaq-doldurma məntəqəsinin yaxınlığında piyada hərəkət edən saxlanıldığını, polis bölməsinin inzibati binasındakı xidməti otaqda şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs könüllü olaraq 06 ədəd büküm və 01 ədəd elektron tərəzini təqdim etdiyini, Təqsirləndirilən şəxs videoçəkilişdə nümayiş etdirməsi üçün əlavə bükümlər təqdim edərək özünə aid olduğunu etiraf etməsini tələb etmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs həmin polis əməkdaşları tərəfindən “Socar” yanacaq-doldurma məntəqəsinin yaxınlığında ərazisində piyada olarkən saxlanılması xx.xx.2023-cü il tarixli, cinayət işinin materiallarının 4-cü vərəqində olan raportdan da görünür. Cinayət işinin materiallarının 32-34-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 06 ədəd büküm və 01 ədəd elektron tərəzi olmuş, başqa büküm olmamış və o, həmin 06 ədəd bükümü istintaq hərəkəti zamanı könüllü olaraq təqdim etmişdir. Habelə, adları qeyd edilən protokollarda, eləcə də məhkəmə baxışında müvafiq videçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə şəxsi istifadəsi üçün “Səbuhi” adlı şəxsdən əldə etdiyini deməsi müəyyənləşmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı yerlə bağlı ziddiyətli ifadəsi, polis əməkdaşlarının ona videoçəkilişdə bildirməsi üçün əlavə bükümlərin verilərək fiziki və psixi təsir göstərməklə özünə aid olduğunu etiraf etməsini tələb etdiklərini bildirməsi, eləcə də üzərindən elektron tərəzinin aşkarlanmadığını qeyd etməsi mötəbər sübutlarla təkzib edilmişdir. Habelə, məhkəmə baxışı zamanı cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş və diskdə olan videoçəkilişə əsasən, Təqsirləndirilən şəxs cibindəki 06 ədəd bükümü və 01 ədəd gümüşü korpuslu elektron tərəzini könüllü olaraq təqdim etmiş, həmin bükümlər və 01 ədəd gümüşü korpuslu elektron tərəzi kağız zərflərdə qablaşdırılıb götürüldükdən sonra ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 6/874 nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübut...” və s. soyadlar, imzalar olan bir ədəd kağız zərfdə təqdim edilmiş, zərfi açdıqda içərisində üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,463 qram, 5,576 qram və 4,617 qram olmaqla, ümumi təmiz çəkisi 10,656 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,356 qram və 0,595 qram olmaqla, ümumi təmiz çəkisi 0,951 qram olan ağ rəngli kristalşəkilli kütlə və 01 ədəd bükümdə təmiz çəkisi 4,016 qram olan şəffaf, rəngsiz, kristalşəkilli kütlə aşkarlanmışdır. Daha sonra keçirilmiş ekspertizanın nəticəsində həmin maddələrdən ümumi təmiz çəkisi 10,656 qram olan qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitəheroin olması, ümumi təmiz çəkisi 0,951 qram ağ rəngli kristalşəkilli kütlənin psixotrop maddə olan metamfetamin olması və təmiz çəkisi 4,016 qram şəffaf, rəngsiz, kristalşəkilli kütlənin isə nəzarətdə olmayan sikloheksanamin-benzoat maddəsi olması müəyyənləşmiş, rəyin nəticə hissəsində bu barədə qeyd edilmişdir. Habelə, üzərində “Təqsirləndirilən şəxs oğ. Aşkar edilmiş tərəzi...” və s. soyadlar, imzalar olan bir ədəd zərf açıldıqda zərfdə 01 ədəd gümüşü korpuslu elektron tərəzi aşkarlanmış və ekspertizanın nəticəsində həmin tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri olması müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və raportlar müvafiq qaydada qeydiyyatdan keçirilmiş, həmin əməliyyat qərarı qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, qərarın qanuniliyi yoxlanılmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini, şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- MT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 5 və 67-ci bəndlərinə əsasən - narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman cinayət məsuliyyəti yaradan 03 ədəd bükümdə 10,656 qram narkotik vasitə olan heroin, 02 ədəd bükümdə 0,951 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitə olan heroinin təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 71,04 dəfə, psixotrop maddə olan metamfetaminin təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 6,34 dəfə çoxdur. Bundan başqa, cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5394 nömrəli məktuba əlavə edilmiş diskdən və həmin diskə baxış keçilməsi ilə bağlı tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “+994-50-335-40-89” saylı mobil nömrə vasitəsilə müxtəlif şəxslərlə “sms” yazışmaları aparmışdır. Belə ki, müxtəlif şəxslərin fərqli tarixlərdə ona “2 dənə yarı düzəlt” məzmununda, “Salam qaqaw necesen? niye menim nomremi acmirsanki, noldu bes sen ne qederki tutulmamısan çoldesen menim maldan problemim olmuyacgdi, eziyyet cekmiyeceydim noldu bes” məzmununda, “Yarı daş da qoyarsan qapidayam.tez cix” məzmununda, “Sene balavin canina and verirem, ac telfonu Elsad, varyoxun...hormetsizdiy eliyirsen, qeyretin... yalan deyenin, seni tapmağ hec nedi menim ucun prosda” məzmununda, “isdemirem gunu sabah seni gorerem, menim xlebnikim var a fexi, kesdiymiz coreye qiymet qoysaydi sen çoxdan cavab vererdin mene, gorursen getir tanis ele sey” məzmununda, “sen kanal ver ona, soram sen qal agrida zulm cek, fexide gelsin rahat gotursun getsin, hec ... almasin ki, elcin agridadi, ezyet cekir, gor vezyet ne yere gelib ki, fexiye yalvariramki goturmeye gedende mene xeber ele mende gelim pul verim menede gotur, gelir goturur gedir mene demir allah komeyniz olsun elsad” məzmununda, “Elşad sən öl bunun yeri yoxdu, telofonu ac, deki alınmır, məndə bilim işimi, gördün ki, mən nə gündəyəm” məzmununda, “Qaqas mən catmisam, galib qalmısam burda, teli acda niya bela edirsanki, Kebleyi sen balavin cani, ac teli yeke oğlansan niye bele eiiyirsen, canim ağrıyır, bilmirsen agri nedi, balavin canina and veririrem, balavi isdiyirsense ac teli” məzmununda, “BRAT TEL AÇ SROÇNA, BRAT SANA QUZU KASARAM MANA ZANQ VUR SROÇNA VAZİYƏT PİSDİ” məzmununda, “Sen cox cirig adamsan, seni seni o qeder vuracam, salvarva sicanacan, bu elediyin qehbeliyleri sene gosderecem, qehbe qan icen bariqa, qehbesen sen saliva” məzmununda, “BRAT SAN MANA NİƏ AZİYƏT VERİRSAN” məzmununda, “kəbleyi naxax belə elədün, camahatı 2 sahat saxlamışam evdə axı” məzmununda, “Qaqas bele olmaz axi, 1 saatdan- çoxdu biz burdayiq, bu adam dolamaq oldu axi” məzmununda, “Salam qaqa, geleceysen? Gelmesen de mene, men gelim qaqa” məzmununda, “Ay qaqas tele cavab ver de biz cixmaq istiyirdik” məzmununda, “Salam menim qardawim. Eli mamacani rovnu 10 man. pul varımdi, seherde mualiceye gedrem bratka” məzmununda, “5 manat da duzeltmiwem, versin sene qardawim” məzmununda, “Eli senin qadan alaram, qardawcani seher mualiceye gedirem,qaqawun 5 m da duzeldib. Bir azdan cixamiyacam evden, Elwad qardawimsan cavab ver mene, Bu 10 cu mesajdi ki, yazıram, qurban olum, bawuva donum, xais eliyirem, insafun olsun cavab ver,say adami, Sen balovun cani cavab ver, məni müalicəyə aparirlar, atamin qabrina and olsun, draznit olmusam, xais eliyram azda olsa hormat qoyursnsa mana lomkda getmiyim Eli” məzmununda, “Kəbleyi açda teli, başna dönüm ağrıdayam” məzmununda, “20 var telefonu aç gelim” məzmununda, “Kebleyi sen menim ağrımı bilirsən, bu ne hereketdi eliyirsen, soyuğun altinda meni saxlamisan, telfonuda sondurmusen, ağrıda olan adama bele eliyeler birdefe olar, iki uefe olar, besdi de ayibdi, varyoxun s... her defe bele elemey olar, donuram burda, lomkada ozde” məzmununda, “Ay kəbleyi mən gəlmişəm, adboy niyə verirsən, taksiynənəm” məzmununda, “Elİw burdayam 44 m var” məzmununda, “Salam qaqa menem orxandı, telefon ac zehmet olmasa isim var qaqa” məzmununda, “Elsad tel acanda menle elaqe saxla qaqaw, iwim var” məzmununda mesajlar yazması müəyyən edilir. Həmin mesajların mətnindən də görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs fərqli tarixlərdə narkotik vasitə və ya psixotrop maddələr istəmiş, istədikləri narkotik vasitə və ya psixotrop maddənin məbləğini, çəkisini və sayını yazmışlar. Habelə, xx.xx.2023-cü il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan da görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “X8 Prime” markalı mobil telefonda olan “Whatsapp” tətbiqetməsi vasitəsilə müxtəlif şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar aparmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin çəkisinin külli miqdarda, metamfetaminin çəkisinin isə birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, müxtəlif şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı məqsədilə “sms” və “whatsapp” tətbiqi vasitəsilə yazışmaların, elektron tərəzinin mövcudluğuna, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair müvafiq əməliyyat məlumatının olmasına və işdə olan digər sübutlara əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.04 2021-ci il tarixli, 1(001)- 126/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin müvafiq hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-cı il tarixli, 395-VİQR nömrəli Qərarın 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Həmin qərarın 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunmalı və o, məhkumluğu olmayan kimi qəbul edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-119/2023 saylı qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki nəhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,536 qram narkotik vasitə olan heroin, 0,851 qram psixotrop maddə olan metamfetamin, 3,916 qram sikloheksanamin-benzot maddəsi və 01 (bir) ədəd gümüşü korpuslu elektron tərəzi məhv edilməli, 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd “X8 Prime” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli, 1669 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 12 fevral 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,536 qram narkotik vasitə olan heroin, 0,851 qram psixotrop maddə olan metamfetamin, 3,916 qram sikloheksanamin-benzot maddəsi və 01 (bir) ədəd gümüşü korpuslu elektron tərəzi məhv edilsin. “Şəxsi axtarış və götürmə aparılması” istintaq hərəkətini özündə əks etdirən və "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 5394 nömrəli məktubla daxil olmuş, ümumilikdə 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “X8 Prime” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1429/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1429/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver