Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1429/2024 14.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X5 ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, 14 avqust 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 03 radələrində yaşadığı ünvan 2 ünvanın qonşuluğunda yerləşən yarımtikili qarajdan dəmir və taxta parçaları götürən Zərərçəkmiş şəxs və istintaqa məlum olmayan “Natiq” adlı şəxsin oğurluq etməklərindən şübhələnərək onlardan gecə saatlarında qonşusunun qarajında nə etdikləri ilə maraqlanmasına aqresiv qarşılıq verməklə dəmir parçası ilə hədələyərək üzərinə gələn Zərərçəkmiş şəxs sifətindən qəsdən yumruq zərbəsi ilə vuraraq sonuncunun boynundan tutub yerə yıxmaqla sağ almacıq və boyun nahiyələrinin qançırları, sol dirsək oynağı nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığına zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən fiziki ağrı yetirərək Zərərçəkmiş şəxs əlindən aldığı dəmir parçası ilə, iki dəfə sonuncunun qarın nahiyəsindən qəsdən vurmaqla, sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan sol Vİ, Vİİ, Vİİİ qabırğalarının yerini dəyişən, həmçinin sağ tərəfli hemopnevmotoraksla (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan sağ Vİİİ, İX, X qabırğalarının yerini dəyişməyən qapalı sınıqları ilə nəticələnən, dərəcələrinə görə ümumilikdə və hər biri ayrı-ayrılıqda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin iyul ayında dayısının evində olan zaman, əsgər gedən dostu ona görüşüb, evdə çay içməyi təklif etmişdir. Onlar evə gedən zaman 3 nəfərin qarajda dayandığını görmüş və nə baş verdiyini anlamaq üçün həmin qonşunun həyətinə yaxınlaşmışlar. Qonşularının qarajında dayanan şəxslər işlərinin olduğunu və onlara getmələrini demişlər. Daha sonra sözləri çəpləşmiş, həmin şəxslərdən biri ilə dava etməyə başlamışdır. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə onların məhəlləsində, lakin onların deyil,qonşularının həyətində baş vermişdir. Hadisənin baş verdiyi həyət qazinin həyəti olmuş, həmin şəxs maşın ustası olmuş, həyətində maşın düzəltmək üçün servisi olmuşdur. İfadəsində qeyd etdiyi üş nəfər şəxs həmin qarajda dayanmış, o da həmin şəxslərin oğurluq etmək məqsədi ilə orada olduqlarını zənn etmiş və Vüsala yaxınlaşaraq orada nə etdiklərini soruşmuşdur. O, yaxınlaşan zaman Vüsal orada tək olmuş, onun yanında isə dostu Sadiq olmuşdur. O, Vüsal adlı şəxsi tanımamış, uzaqdan-uzağa görmüşdür. O, Vüsaldan orada nə etdiyini soruşmuş, Vüsal da işinin olduğunu deyib, onun getməsini istəmişdir. O, qonşusunun həyəti olduğunu, gecə yarısı orada nə işi olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs onun bu sualına aqresiv cavab verib, qışqıraraq onu vurmuş və getməsini tələb etmişdir. O da qarşılıq olaraq həmin şəxsi yumruqla vurmuşdur. Daha sonra Vüsal dəmir parçası çıxarıb, onu dəmirlə vurmuş, o da dəmir parçasını Vüsalın əlindən alıb bir dəfə həmin şəxsi vurub, kənara atmışdır. Həmin dəmir parçası dəmir materialdan olan boru olmuşdur. Vüsal onu qolundan vurmuş, o da dəmir parçasını alıb 1-2 dəfə Vüsal adlı şəxsi vurmuş, daha sonra dəmiri atıb, əli ilə vurmağa davam etmişdir. Sadiq və onun yanında olan şəxslər onları ayırmış, həmin şəxslər dava etçməmişlər. O, hadisə günü içkili olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, bu il 11-ci sinifdə oxumalı olmuş, lakin 9-cu sinifdən məktəbdən çıxmışdır. Atası çayçı işləyir, o da atasına kömək edir. İlkin hərbi qeydiyyata düşmüşdür. Zərərçəkmişlə hadisənin səhərisi gün barışmışdır. Zərərçəkmiş xəstəxanada müalicə alanda atası onun yanına gedib-gəlmişdir. Aralarında narazılıq yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlaraq obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, keçən ilin yay aylarında gecə saatlarında o, narkotik vasitə almaq üçün başqa bir şəxsin həyətinə girmişdir. O, bu hadiənin baş verməsində təqsiri özündə görür. Belə ki, o, başqa şəxsin həyətinə girmişdir. Həmin zaman pul verib, narkotik vasitəni gətirmələrini gözləmişdir. Təqsirləndirilən şəxs ona yaxınlaşanda sözləri düz gəlməmiş və hadisə baş vermişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Natiq adlı şəxsi üzdən tanıyır, məqsədləri bir olduğuna görə orada bir yerdə olmuşlar. Onlar həmin yerə narkotik vasitə almaq üçün getmiş, gecə saat 3-də heç kimi tapa bilməmişlər, bir nəfərə pul verib, qaraja narkotik vasitə gətirməsini gözləmişlər. Hadisə baş verən gün narkotik vasitə qəbul etməmişdir. Qeyd olunan dəmir parçası dava etdikləri yerdə olmuş, o da dəmiri oradan götürmüşdür. Birinci o, təqsirləndirilən şəxsin üstünə hücum çəkmiş, “get, işimizi görək” deyərək ondan getməsini tələb etmişdir. İlk zərbəni təqsirləndirilən şəxsə o vurmuşdur. Həmin ağır dəmir əvvəlcə onun əlində olmuş, daha sonra təqsirləndirilən şəxs həmin dəmir parçasını onun əlindən alıb onu vurmuşdur. Dəmir parçası ilə vurulan zərbələr onun qabırğalarına dəymiş və daxili qanaxma yaranmışdır. Onun yanında olan Natiq həmin vaxt qaçıb getmiş, Samirin yanında olan digər uşaqlar isə onları ayırmağa çalışmışlar. Onun üstündə qan izi olmamış, qanaxma daxildə olmuşdur. Oradan bir neçə şəxs olsa da, onlardan heç biri onu vurmamış, yalnız təqsirləndirilən şəxslə mübahisəsi və davası olmuşdur. O, hadisə yerindən uzaqlaşaraq evinə getmiş, onu xəstəxanaya taksi ilə atası aparmışdır. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, onun oğurluq etmək niyyəti olmamış, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxsin valideynləri onun müalicə xərclərini ödəmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, o, məhlədə bərbərxanada işləyir. Bərbərxananı bağlayan vaxtı gecə saat 3-də dayısı oğlu Şahbala gəlib saçını qaydaya salmasını xahiş etmiş. O da yorğun olduğundan sabah gəlməsini təklif etmiş, Şahbala da razılaşmışdır. Həmin vaxt onlar 2 nəfərin irəlidə qaçdığını görmüş, arxada gələn şəxslər isə qaçan şəxslərin oğru olduqlarını deyib, tutmalarını xahiş etmişlər. O, qaçan şəxslərdən birini, yəni Vüsalı tutmuş, digəri isə qaçıb getmişdir. Daha sonra Vüsalın halı pisləşmiş, onu buraxmışlar. Şahid2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Vüsalı tutan zaman həmin şəxsin üzərində xəsarət görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, hadisə günü o, gecə saat 3 radələrində çayxanadan gəlmiş, yolda bir neçə şəxsin qaçaqaça gəldiyini görmüş, arxadan gələn şəxslər “tutun bunları” demiş, İbrahimgil də Vüsalı tutmuşlar. O, yol gələn zaman Vüsalı tutduqlarını görmüşdür. Şahid3 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, tərəflərin dava etdiyini görməmiş, o, Vüsalı görəndə, Vüsal qaçmış, Vüsalı o, tutub saxlamamış, İbrahim tutmuşdur. O da orada olmuş, kənardan baxmışdır. O, orada kimisə kiminsə vurduğunu görməmiş, Vüsal qaçmış, Samir onun ardınca qaçmış, İbrahim Vüsalı tutmuşdur. O, Vüsalın üstündə xəsarət görməmiş, əlində və üzərində qan izi görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, hadisə günü gecə saatlarında bərbərxanada işləyən bibisi oğlu İbrahimin yanına getmiş və saçını qaydaya salmasını xahiş etmişdir. Belə ki, o, özü taksi kimi fəaliyyət göstərmiş, şəhərdən gəlmiş, bərbərxananın açıq olduğunu, İbrahimin axırıncı adamı yola saldığını görüb, İbrahimə yaxınlaşaraq saçını qaydaya salmasını xahiş etmişdir. İbrahim də gec olduğunu, deyib, səhər gəlməsini təklif etmişdir. O, birlikdə getmələri üçün İbrahimin bərbərxananı bağlamasını gözləmişdir. Bu zaman 2 nəfərin qaça-qaça gəldiklərini görmüşlər. Həmin şəxslərin arxalarınca qaçan şəxslər isə onalrın oğru olduqlarını deyib, onları saxlamalarını demişlər. Bu zamanda həmin şəxslərdən biri qaçıb getmiş, onu heç kim saxlaya bilməmiş, digəri isə Vüsal olmuş, onlar Vüsalı tutub saxlamışlar. Daha sonra Vüsal özünü pis hiss etdiyini demiş, lakin döyüldüyünü deməmiş və qaçıb getmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, öz ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs və ya “Natiq” adlı şəxsi hadisə baş verən günədək tanımamış, ədavətləri və ya düşmənçilikləri olmayıb. Təqsirləndirilən şəxs, X2, Şahid1 və Şahid3 onun qonşularıdır, Şahid2 və Şahid4 isə qəsəbə sakinləridir, hər biri ilə mehriban münasibətləri var. xx.xx.2023-cü il tarixdə qonşusu və dostu Sadiq Salamov əsgər getdiyi üçün həmin tarixdə Sadiqin evində qonaqlıq olmuşdur. Lakin o, dayısının evində olduğundan qonaqlıqda iştirak etməmişdir. Həmin tarixdə saat 03 radələrində yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dərə Məhəlləsi adlanan yaşayış sahəsinə, yəni məhəlləyə gələrkən görmüşdür ki, Samir əlində dəmir parçası sonradan adını bildiyi Vüsalı vurur, onların yanında isə Sadiqlə sonradan adını bildiyi Natiq sözlə mübahisə edirlər. O, Samirlə Sadiqə yaxınlaşaraq onları sakitləşdirmiş, bundan istifadə edən Vüsal oradan qaçmış, Sadiqlə mübahisə edən Natiqdə Vüsalla birgə qaçmağa başlamışlar. Samir ona bildirmişdir ki, Vüsalla Natiq qazinin nəzarətsiz qalan qarajına girərək dəmir və taxta oğurlayırdılar. Samir əlindəki dəmiri tullayaraq Sadiqlə birgə Vüsalla Natiqi təqib etdiklərindən, o da həmin istiqamətdə qaçmışdır. Samir ona bildirmişdir ki, Vüsal da onu dəmir parçası ilə vurmuşdur. Hadisə yerindən təxminən 100 metr uzaqlaşaraq İbrahimin işlədiyi bərbərxanaya çatarkən bərbərxananın qarşısında dayanan İbrahim, Şahbala və Əminağaya qışqırmışlar ki, “tutun oğruları”. Vüsal qaçaraq İbrahim, Şahbala və Əminağanın yanından keçərkən sürətini azaltmış, lakin Natiq dayanmadan qaça bilmişdir. Həmin anda İbrahim Vüsalın yaxasından tutaraq Vüsalı dayandırmışdır. Vüsal sol əli ilə İbrahimin əlini yaxasından çəkmək istəyərkən İbrahim digər əli ilə Vüsalın sol əlindən tutmuş, Vüsal əlini İbrahimin əlindən çıxararkən Vüsal “ay əlim” deyib qışqırmış və yerə çönbəlmişdir. Vüsalın ağrıdığını görüb Vüsaldan uzaqlaşmışlar. O, Vüsalla barışmış, Vüsalın ondan şikayəti yoxdur, bu barədə valideyinləri razılaşmışlar. Daha sonra bildirmişdir ki, Samir Vüsalı vurmaqda davam edə bilərdi, lakin vurmamış, Vüsalı qovmaqda isə niyyətləri Vüsalın şəxsiyyətini müəyyən etmək olmuşdur. (i/v: 89-91) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin xx.xx.2023-cü il tarixli raportlarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 06.05 radələrində 3 saylı ŞKX-dan tibb bacısı Quliyeva məlumat verərək bildirmişdir ki, Maştağa qəsəbəsi İ.Həsənov küçəsi, ev 25-də yaşayan xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs altı (6) qabırğasının sınığı ilə müraciət etmişdir. (i/v: 2) - Zərərçəkmiş şəxs 17 iyul 2013-cü il tarixli ərizəsindən və izahatından görünür ki, o, 16 iyul 2023-cü il tarixdə saat 03.00 radələrində 5-6 nəfər tanımadığı şəxslər tərəfindən döyülərək ona xəsarət yetirildiyini bildirmişdir. (i/v: 3; 7-8) - «Hadisə yerinə baxış keçirilməsi haqqında» 16 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs öz ərizəsində hadisənin baş verdiyi yer kimi qeyd etdiyi yerə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (i/v: 4-6) - “İfadənin yerində yoxlanılması haqqında” 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanuni nümayındəsinin iştirakı ilə hadisənin baş verdiyi yeri əyani olaraq göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (i/v: 92; 93-94). - Məhkəmə Tibbi Ekspertiza və X4-Təcrübi və tədris birliyinin Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 1703 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan sol Vİ, Vİİ, Vİİİ qabırğaların yerini dəyişən; sağ tərəfli hemopnevmotoraksla (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan sağ Vİİİ, İX, X qabırğaların yerini dəyişməyən; sol əlin V barmağının əsas falanqasının yerini dəyişən qapalı sınıqları; sağ almacıq və boyun nahiyələrinin qançırları, sol dirsək oynağı nahiyəsinin sıyrığı müəyyən edilir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə törənə bilər. Dərəcəsinə görə xəsarətlərdən sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan sol Vİ, Vİİ, Vİİİ qabırğaların yerini dəyişən; sağ tərəfli hemopnevmotoraksla (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan sağ Vİİİ, İX, X qabırğaların yerini dəyişməyən qapalı sınıqları ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya; sol əlin V barmağının əsas falanqasının yerini dəyişən qapalı sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Sağ almacıq və boyun nahiyələrinin qançırları, sol dirsək oynağı nahiyəsinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i/v: 45-47) - Kompleks ambulator-məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 393 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir, öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak edə bilər. - Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır, əqli imkanları normaya uyğundur, etdiyi hərəkətləri adekvat olaraq qavramaq və bu barədə düzgün məlumat vermək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilmir, onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilmədi. (i/v: 143-146) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: cild İ, səh.148). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə ittihama daxil olan cinayət əməlinin tövsifi məsələsini təhlil etməyi zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə aralarında yaranmış mübahisə nəticəsində Zərərçəkmiş şəxs əlindəki dəmir parçasını alaraq, həmin dəmir parçası ilə ona bir neçə dəfə zərbə vurmaqla dərəcəsinə görə ağır xəsarət yetirmişdir. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin yetirdiyi zərbə nəticəsində almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə zərərçəkmiş şəxsin ilkin olaraq onu 5-6 nəfərin döyüb xəsarət yetirməsi ilə bağlı ərizə və ifadələrinə münasibət bildirərək qeyd edir ki, istintaq orqanının 12 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə qeyd olunan xüsusata hüquqi qiymət verilmiş, Şahid2ı oğlunun əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif edilməklə Zərərçəkmiş şəxs ilə barışması və dəymiş ziyanı tamamilə ödəməsi nəzərə alınaraq barəsində olan cinayət təqibinə xitam verilmiş, X2, Şahid1, Şahid2ı oğlu, Şahid3, Şahid4 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. (i/v: 102-109) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiqini tapmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddini və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamış olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən peşman olmasını, onun cinayət əməlini məhz zərərçəkmiş şəxsin ona qarşı qanunsuz hərəkətləri nəticəsində törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, habelə ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatamayan şəxs olmasını, qeyd olunan cinayət əməlini zərər çəkmiş şəxsin ona qarşı qanunsuz əməllərinin təsiri altında törətməsini, habelə zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və digər yüngülləşdirici halların məcmusunu nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edər, yetkinlik yaşına çatmamış bir şəxs üçün kifayət qədər ağır cəza olar, habelə təqsirləndirilən şəxsin gələcəkdə sosial həyat və cəmiyyətdən tamamilə uzaqlaşmasına, geri dönüşü olmayan kriminal bir şəxsiyyət olaraq formalaşmasına və nəticədə dövlətin cəmiyyətə faydalı ola biləcək bir gənci şəxsiyyət olaraq itirməsinə gətirib çıxara bilər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (i/v: 125) və həmin tarixli qərarla təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v: 137-139). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, maddi sübut yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat məbləğində pul ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1429/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1429/2024
14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver