Məhkəmə qərarları › İş №1(101)-143/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-143/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-143/2022 24.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X11 və X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi İmaməddin oğlunun iştirakları ilə xx.xx.1978-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24.11.2020-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırma cəzasına məhkum olmuş, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, ünvan 2nında yaşamış və hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan zamanda qanunsuz olaraq satış məqsədi ilə bir ədəd bükümdə təmiz çəkisi 106,745 qram olan qəhvəyimtil rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 28 yanvar 2021-ci il tarixdə saat 20:15 dəqiqədə Yasamal rayon polis idarəsinin X2 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşıdığı l (bir) ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümdə təmiz çəkisi 106,745 qram olan qəhvəyimtil rəngli toz şəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin əynindəki qara rəngli, qolsuz dəri gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Şahid5 oğlu Şahid4lə münasibətdə olduğuna görə dəfələrlə münasibətlərinə son qoymaq üçün ondan hüquq mühafizə orqanlarına şikayət etmişdir ki, qardaşı narkotikə görə tutulub, qardaşının kimlərlə iş görməsindən xəbəri var. Bununla bağlı onu Yasamal Rayon Polis İdarəsinə çağıraraq əməkdaşlıq etməsini istəmiş, vaxt qoyaraq demişlər ki, əməkdaşlıq etməsə, onu məsuliyyətə cəlb edəcəklər. 29 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Yasamal Rayon Polis İdarəsinin X2 əməkdaşları onu götürüb Yasamal Rayon Polis İdarəsinə gətirmişlər. Gecə saat 12-yə qədər, yəni saat 24-ə qədər onu əməkdaşlıq etmək üçün təzyiq göstərmişlər. O polis əməkdaşlarına heç nə bilmədiyini demiş, sonra isə ona müxtəlif sənədlərə imza etməyi təklif etmişlər, o isə vəkilini tələb etmişdir. Bundan sonra vəkilinin gəlməsinə baxmayaraq, həmin vəkili deyil, başqa vəkili ona təqdim etmişlər. Həmin vəkildən imtina etməsinə baxmayaraq həmin vəkil baxışda iştirak etmişdir. Onun üzərində hər hansı bir narkotik olmamış, videoçəkilişdən əvvəl sol tərəfində duran polis əməkdaşı narkotik vasitəni onun cibinə qoymuş, lakin, onda hər hansı bir narkotik olmamışdır. Onun üzərində içərisində 830 manat olan pul kisəsi olmuş, həmin pul kisəsini də polis əməkdaşları götürmüşlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində gösərmişdir ki, o, Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin TİQ-nin inspektoru vəzifəsində çalışır. 28 yanvar 2021-ci il tarixdə xidməti otağında olarkən Yasamal Rayon Polis İdarəsinin baş təhqiqatçısı, polis mayoru X20 onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar onu otağına dəvət etmişdir. Bu zaman onun əynindəki qara rəngli, qolsuz dəri gödəkçənin sağ yan cibindən 01 ədəd uzunsov tünd rəngli sellofan paketə bükülmüş və üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış kütlə aşkar edilərək götürülmüşdür. Həmçinin, saxlanılan şəxs Təqsirləndirilən şəxs əynindəki həmin gödəkçənin sol yan cibindən birinin arxası qırmızı rəngli olan «Samsung» markalı, digərinin isə arxası qara rəngli olan «Redmi» markalı smart mobil telefonlar aşkar edilərək götürülmüşdür. Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların nədən ibarət olması barədə sual verildikdə, o, iki ədəd mobil telefonun özünə məxsus olduğunu, digər 01 ədəd uzunsov tünd rəngli sellofan paketə bükülmüş kütlənin isə nədən ibarət olması barədə məlumatı olmadığını və həmin bükülünün ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd uzunsov tünd rəngli bükülü baş təhqiqatçı Əli Məmmədov tərəfindən açıldıqda, içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmin maddə qablaşdırılaraq, möhürlənmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısından heç bir vəkili seçməyərək maddi vəziyyətinin ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını bildirmiş, dövlət hesabına onun üçün vəkilin dəvət olunmasını xahiş etmişdir. Buna görə də ona dövlət büdcəsi hesabına Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Cavadov soyadlı biri Səadətin vəkili təyin edilmiş və o, buna etiraz etməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs öz vəkilin iniştirakını tələb etmişdir. Həmin şəxs saat 23 radələrində idarəyə gəlmiş və Əli Məmmədov ondan order və sənədlərini tələb etdikdə o, olmadığını bildirmişdir. Sonra müdafiəçinin orderini təqdim etməsi üçün müəyyən müddət gözlədikdən sonra müdafiəçi orderini təqdim emişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28 yanvar 2021 -ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vastənin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və müvafiq əmrə əsasən ona həvalə edilmişdir. Onun rəhbərliyi altında və Yasamal Rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı 28 yanvar 2021-ci il tarixdə polis əməkdaşı Şahid2la birlikdə idarədən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirmiş və həmin gün saat 20:15-də əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsin təxminən 29-30 yaşlı oğlanla ünvan 4 ünvanının qarşısında dayandıqlarını müəyyən edərək dərhal yaxınlaşıb onları saxlamışlar və xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olmasında şübhəli olduqlarını bildirərək Səadət və Vüsalı Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid4 də razılışaraq onlarla birgə Yasamal Rayon Polis İdarəsinə gəlmişlər. Orada baş təhqiqatçı X14 xidməti iş otağında Təqsirləndirilən şəxs və Şahid4 üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onları müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısını onlara təqdim etmişlər. Təqsirləndirilən şəxs və Şahid4 vəkillərin siyahısından heç bir vəkili seçməyərək maddi vəziyyətləri ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanları olmadığını bildirib, dövlət hesabına onlar üçün vəkilin dəvət olunmasını xahiş etmişlər. Şübhəli şəxs qismində tutulmaları haqqında müvafiq qərar və protokollar tərtib edərək onlara hüquq və vəzifələrini izah etmiş. Şahid4 həmin protokola imza etmiş, Təqsirləndirilən şəxs isə səbəb göstərmədən həmin protokola imza etməkdən imtina etmişdir. Daha sonra isə ayrıayrılıqda onların üstünə hər birinin vəkilinin iştirakı ilə axtarış və götürmə keçirməyə başlanmışdır. Belə ki, Şahid4 üzərinə videoçəkiliş vasitəsilə onun, onun vəkilinin və Şahid2 iştirakı ilə şəxsi axtarış keçirilmiş və götürmə aparılmışdır. Bu zaman onun üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs vəkil Arzu Cavadovdan imtina edərək öz vəkilinin prosesdə iştirak etməsini istədiyini bildirdiyindən baş təhqiqatçı X32 Sadıqovaya şərait yaratmışdır ki, istədiyi vəkili dəvət etsin. Təqsirləndirilən şəxs da «Vasif» adlı şəxslə əlaqə saxlayaraq vəkil kimi prosesdə iştirak etməsini xahiş edib onu Yasamal Rayon Polis İdarəsinə çağırmışdır. Həmin gün təxminən saat 23:40 radələrində bir nəfər Yasamal Rayon Polis İdarəsinin binasına gələrək adının Vasif olduğunu və Təqsirləndirilən şəxsmn vəkili olduğunu bildirmişdir. Əli Məmmədov isə həmin şəxsdən həqiqətən vəkil olması barədə sənədlərini və prosesdə iştirak etmək üçün vəkil orderini təqdim etməsini təklif etmişdir. Lakin həmin şəxs prosesdə iştirak etmək üçün vəkil orderini və sənədlərini təqdim etmədiyinə görə təhqiqatçı Əli Məmmədov onun prosesdə iştirak etməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra həmin şəxs Yasamal RPİ-nin inzibati binasıın tərk etmiş, belə ki, Təqsirləndirilən şəxs üzərinə videoçəliş vasitəsilə şəxsi axtarış keçirilməsi və götürmə aparılması bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X3 imtina etdiyini və özünün vəkilinin prosesdə iştirak etməsini istədiyini bildirmişdir. Bundan sonra Əli Məmmədov Təqsirləndirilən şəxs və Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X3 onların aralarında hər hansı bir qohumluq və ya tanışlıq əlaqəsinin olub-olmamasını soruşmuş, lakin hər ikisi heç bir əlaqələrinin olmadığını, ümumiyyətlə bir-birini tanımadıqlarını bildirmişlər. Bundan sonra qadın cinsindən olan Yasamal Rayon Polis İdarəsinin Təhqiqat İstintaq Qrupunun İnspektoru polis kapitanı Şahid3 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynindəki qara rəngli, qolsuz dəri gödəkçənin sağ yan cibindən 01 ədəd uzunsov tünd rəngli sellofan paketə bükülmüş və üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış kütlə aşkar edilərək götürülmüş və ondan həmin kütlənin nə olduğu soruşulduqda o, bükülünün ona məxsus olmadığını bildirmişdir. Həmin bükülüdən içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən axtarış və götürmədə iştirak edən bütün şəxslər protokolu imza etmiş, lakin Səadət üzürlü səbəb göstərmədən protokolu imza etməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 əməliyyat müvəkkili Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş X5 ifadəsində göstərmişdir ki, 2016-cı ildə Masazır kəndi, Nazim Əsədəov küçəsi ev 25 ünvanını Təqsirləndirilən şəxs qızma kirayə vermişdir.Sonradan öyrənmişdir ki. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs kirayədə yaşadığı dövr ərzində 1992-ci il təvəllüdlü oğlu Şahid4 da narkotik vasitə aludəçisi etmişdir. Oğlu Vüsal narkotik vasitə aludəçisi olduqdan sonra Səadət ondan əl çəkməmişdir. Ona narkotik vasitə sataraq onun həyatını məhv etmişdir. Bundan başqa onda olan məlumata görə əvvəllər də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında şübhəli bilinərək həbs edilmiş və daha sonra azadlığa buraxılmışdır. Əlavə olaraq da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun oğlundan başqa tanımadığı şəxslərə də narkotik vasitə sataraq onları narkotik vasitə aludəçisi etmişdir. Səadət narkotik vasitə satmaqla gənclərimizi narkotik vasitə aludəçisi edir. Onun oğlu Vüsala da narkotik vasitə sataraq onu özündən asılı edərək onunla birgə yaşamışdır. Həmçinin Səadəti axşam saatlarında ona yaşamağa kirayə verdiyi evdən çıxaraq tanımadığı şəxslərlə görüşərək narkotik vasitə satdığını adını bilmədiyi və tanımqadığı şəxslər görmüşlər. Onun 28.0! .2021-ci il tarixdə tutulmasından xəbəri olmasa da, daha sonra Yasamal RPİ-nin İŞ-də Səadətin barəsində cinayət işi başlanması və həbs edilməsi barədə məlumatı olmuşdur. Onda olan məlumata görə Təqsirləndirilən şəxs barəsində bundan əvvəl narkotik vasitələrin qanunsuz dövriyəsi ilə əlaqədar Nəsimi RPİ-nin İŞ-də Təqsirləndirilən şəxsmn barəsində Azərbaycan Respublikası CM-nn 234.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin istintaqı aparılmış və daha sonra cinayət işinin icraatına xitam verilmişdir. O, heç kimə Səadətin tutulması ilə bağlı heç bir sifariş verməmişdir. İş üzrə şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş X6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Kazımzadə küçəsi, ev 18, mənzil 6-da qeydiyyatda olsa da, ünvan 5 ünvanda yaşayır. Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır və aralarında normal münasibət vardır. Buna görə də, bəzi vaxtlarda Səadətlə görüşür və birlikdə vaxt keçirirlər. 28 yanvar 2021-ci il tarixdə axşam saatlarında Səadətlə Yasamal rayonu ərazisində görüşmüşlər, həmin tarixdə saat 20:15 radələrində Səadətlə birlikdə ünvan 6 ünvanın qarşısında dayanıb söhbət edən -zaman 2 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, daha sonra onları narkotik vasitələrin əldə olunması və istifadə olunmasında şübhəlii olduqlarını deyərək onları Yasamal RPİ-nin İnzibati binasına dəvət etmişlər. Onlar da, polis əməkdaşları ilə razılaşmışlar və Yasamal Rayon Polis idarəsinə gəlmişlər. Polis idarəsində xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin və digər şəxslərlə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Lakin həmin vaxt onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya p red m et aşkar edilməmişdir. Narkotik vasitələrdən istifadə etmir və satışı ilə məşğul olmur. O, Təqsirləndirilən şəxs ilə görüşsə də, onun üzərində narkotik vasitə olan heroin olmasından, həmçinin onun narkotik vasitələrin alışı və ya satışı ilə məşğul olub-olmaması barədə heç bir məlumatı olmamışdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının təyin olunması haqqında 28.01.2021-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/406 nömrəli 29.01.2021-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunubgötürülmüş l (bir) ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümdə təmiz çəkisi 106,745 qram qəhvəyimtil rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına həmin heroinin ümumi 0,2 qram hissəsi sərf edilmiş, qalıq 106,545 qram çəkidə heroinin qalığı zərfə qoyularaq möhürlənib qaytarılmışdır. Təqsirləndirilən şəxs barəsində toplanmış təhqiqat materialı aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilərək, yuxarıda göstərilən narkotik vasitə heroinin qalıqları əşyayidəlil kimi istintaqa təqdim olunmuş və buna görə də Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümdə təmiz çəkisi 106.745 qram qəhvəyimtil rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin tərəfimdən 05.04.2021-ci il tarixli qərara əsasən cinayət işi üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatdan qalıq qalmış narkotik vasitə heroinin 106,545 qram çəkidə olan hissəsi məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nə təhvil verilmişdir. İş üzrə ambulator məhkəmə-narkoloji ekspertizasının təyin olunması haqqında 30.01.2021-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X28 şəxsin Ambulator X1 1361 saylı 03.05.2021-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Ambulator məhkəmə psixiatrik ekspertizasının 09.06.2021-ci il tarixli 1044 saylı rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri qeyd olunur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs üzərində «Şəxsi axtarış və götürmə aparılması haqqında» 28 yanvar 2021-ci il tarixli qərara əsasən aparılmış axtarış zamanı Təqsirləndirilən şəxsnm üzərindən aşkar edilərək götürülərək istintaq təqdim edilmiş «Samsung» və «Redmi» adlanan smart mobil telefonlara tərəfimdən baxış keçirilərkən «Redmi» adlanan smart mobil telefon “Redmi Note 8” markalı, **********88060 və **********88078 imei kodlu olması içərisində 050 ***-**-** və (.***-***-**-** sim kart nömrələri olması, həmin telefonun yaddaşında iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar olmamışdır «Samsung» adlanan smart mobil telefon «Samsung J6+» markalı **********59053 və **********59051 imei-kodlu. korpusunun arxa tərəfi qırmızı plastik materialından, üz tərəfi açıq rəngli materialdan hazırlanması, içərisində 050 ***-**-** və ***-***-**-** sim kart nömrələri olması , "Whatsap" proqramına daxil olduqda tutulmamışdan əvvəl istifadə etdiyi ***-***-**-** ’’Whatsapr” nömrəsi ilə «Fatooooooo» kimi qeyd edilən müraciət etdiyi şəxsin ***-***-**-**, «Elmar» kimi müraciət etdiyi şəxsin ***-***-**-** və «Toni-cin» kimi qeyd edilən müraciət etdiyi şəxsin ***-***-**-** ’’Whatsap» mobil telefon nömrələri ilə danışıq və yazışmalar qeydə alınmışdır. Belə ki, «Fatooooooo» kimi qeyd edilən şəxs ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxsnm istifadə etdiyi ***-***-**-** nömrəsinə «20 Yanvardan qalxarsan Yasamala, getdin uzu Yasamal Bazarı terefe gunes petrolu keçdin insatcılar metrosundan kecen kimi saqda 9 mərfebe gorecegsen, donursen o 9 mertebcnin qabaqma 3 cu bulok giren kimi sola donursen, solda rcsotka var orada elini salarsan sol terefde gotur get qapının kodu 20 xeyirli olsun» məzmunlu tərkibli narkotik vasitələrin alqı satqısı ilə əlaqədar yazışma və yazışmada göstərilən yerin həmin fotoşəkilləri, narkotik vasitələrin və psixotrop maddələrin elektron tərəzidə çəkilməsi ilə bağlı fotoşəkillər qeydə alınmışdır. Həmin fotoşəkillərdən 12 ədədi HP kompüterə ötürməklə A4 formatlı kağıza çıxarılıb protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs götürülmüş «Samsung J6+» və «Redmi» markalı mobil telefonlar 01.07.2021-ci il tarixli qərarımla iş üzrə maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nə təhvil verilmişdir. Bundan başqa, "xxxx" MMC-dən 03.03.2021 -ci il tarixli 4414 saylı məktubla daxil olmuş CD diskdə olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ********* və ********* saylı telefon nömrələri ilə 01.10.2020-ci il tarixdən 29.01.2021-ci il kimi olan müddət ərzində daxil olan və çıxan SMS yazışmaları və zənglər barədə məlumatlar qeydə alınmışdır. "xxxx" MMC-dən 03.03.2021-ci il tarixli AZF/LGL-6739/21 saylı məktubla daxil olmuş CD diskdə olan məlumatlar baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etmiş olduğu ********* simkart nömrəsi ilə 04.10.2020-ci il tarixdən 28.01.2021-ci il saat 22:25:37-dək olan müddət ərzində daxil olan və çıxan SMS yazışmalarının və zənglər və anten dairəsi barədə məlumatlar qeydə alınmışdır. "xxxx" MMC-dən 26.02.2021-ci il tarixli BKC/LGL-3741/21 sayh məktubla daxil olmuş CD diskdə olan məlumatlar əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etmiş olduğu ********* sim-kart nömrəsinə 01-10- 2020-ci il tarixdə saat 12:26:01dən 26.01.2021-ci il saat 05:33:10-a kimi olan müddət ərzində «.Apple» və «WhatsApp» sosial proqramları vasitəsilə SMS yazışmaları aparılmışdır, həmçinin müxtəlif simkart nömrələri ilə narkotik vasitə və psixoprop maddənin dövriyyəsi ilə əlaqədar aşağıdakı SMS yazışmaları aparılmışdır "xxxx" MMC-dən 26.02.2021-ci il tarixli BKC/LGL-3741/21 saylı "xxxx" MMC-dən 03.03.2021-ci il tarixli 4414 sayh və "xxxx" MMC-dən 03.03.2021-ci i! tarixli AZF/LGL- 6739/21 saylı məktublarla Yasamal RPİ-nin İŞ-nə təqdim olunmuş 03 ədəd «CD» disk elektron maqnit daşıyıcısı olduğundan 01.07.2021-ci il tarixli qərara əsasən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Aparılmış istintaq və keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi naməlum şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri keçirilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Bundan başqa qərəzsiz və etibarlı mənbələrdən daxil olmuş əməliyyat məlumatlarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə olunması, qəbulu və satışı ilə məşğuldur. Həmçinin, aparılmış istintaq və keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs istifadə etmiş olduğu qeyd olunan mobil telefon nömrələri ilə telefon danışıqları aparmış ********* simkart nömrəsinin sahibi Baki şəhəri, Yasamal rayonu, Z.Xəlilov küç, ev.54-də qeydiyyatda olan Elçin Ağalarzadəni, ********* simkart nömrəsinin sahibi Haciqabul şəhəri, H.Aslanov küç, ev 1, mənzil 1-də qeydiyyatda olan Rövşən Quliyevi. ********* simkart nömrəsinin sahibi 'Tovuz rayonu, Qovlar qəsəbəsi, 28 May küçəsi, ev 49da qeydiyyatda olan İbrahim Kazimovu, ********* simkart nömrəsinin sahibi Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi. Ev 4\l, mənzil 24-də qeydiyyatda olan Pərviz İbrahimovu, ********* simkart nömrəsinin sahibi Jalə Şıxıyevanı, ********* simkart nömrəsinin sahibi Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 26A/26, mənzil 8-də qeydiyyatda olan Mayıl Bəşirovu, ********* simkart nömrəsinin sahibi Qaradağ rayonu, Qizildaş ərazi dairəsi. Qizildaş qəsəbəsi, ev 37, mənzil 5 qeydiyyatda olan X7, ********* simkart nömrəsinin sahibi Baki şəhəri, Yasamal rayonu, 2-Ci Alatava küçəsi, ev 83Q- də qeydiyyatda olan X8, ********* simkart nömrəsi Tovuz şəhəri, Nəriman Nərimanov küçəsi, ev 50 qeydiyyatda olan X12, ********* simkart nömrəsi Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi yataqxana ev 14, otaq 7A-da qeydiyyatda olan X9. ********* simkart nömrəsinin sahibi ünvan 7 ünvanında qeydiyyatda olan X16. ********* simkart nömrəsinin sahibi Ağdaş rayonu Arablar kəndində qeydiyyatda olan X13, ********* simkart nömrəsinin sahibi Bakı şəhəri Balandı № 40 ünvanında qeydiyyatda olan X10 və 055-668- 55-48 saylı "Whatsap” mobil telefon nömrəsindən istifadə edən «Fatooooooo», 070- ***-**-** saylı ’’Whatsap” mobil telefon nömrəsindən istifadə «Elmar» və 099-872-00- 07 saylı "Whatsap” mobil telefon nömrəsindən istifadə edən «Toni-cin» adlı şəxslərin şəxsiyyətlərini və olduğu yerləri müəyyən etmək mümkün olmamışdır, həmçinin qeyd olunan mobil telefon nömrələrinə tərəfimdən dəfələrlə zənglər olunmasına baxmayaraq telefonlar bağlı olduğundan onlarla əlaqə saxlamaq və istintaqa dəvət edib cinayət işi üzrə ifadələrinin alınması mümkün olmamışdır. 30.01.2021-ci il tarixdə Yasamal rayon məhkəməsində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsində dair təqdimata baxılarkən məhkəmə iclası zamanı polis əməkdaşları tərəfindən 28.01.2021-ci il tarixdə tutularkən fiziki və psixi təsirlərə məruz qalması, üzərinə narkotik vasitənin qoyulması və 830 manat pulunun polis əməkdaşları tərəfindən ələ keçirilməsi ilə bağlı müraciəti üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə 23 aprel 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilməmiş, eləcə də, tərtib olunmuş protokolları imza etməkdən imtina etmiş, verdiyi ifadəsində də öz müdafiəsi üçün dəlillər gətirməklə üstünə keçirilən axtarış və götürmə zamanı üzərində aşkar edilən həmin narkotik vasitə heroini 28.01.2021-ci il tarixdə üzərinə keçirilmiş şəxsi axtarış vaxtı videoçəkilişdən əvvəl sol tərəfində duran polis əməkdaşı onun cibinə qoymasını və üzərindən isə içərisində 830 manat pul və pul kartları olan pul kisəsini götürülməsi, üstündə aşkar edilmiş həmin narkotik vasitənin ona məxsus olmamasını qeyd etmişdir. Həmin dəlillər istintaq zamanı yoxlanılmış və toplanmış sübutlarla şəxsi axtarış və götürmə barədə protokol, şahidlərin ifadələri, iş üzrə təyin edilmiş məhkəmə kimyəvi, narkoloji və psixiatrik ekspertizalarının rəyləri, maddi sübutlar, Təqsirləndirilən şəxs müraciəti əsasında Yasamal rayon prokurorluğunda aparılmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərarla və və digər istintaq sənədələri ilə təkzib olunmuşdur. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, telefon mesajları, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olmuşdur. Bakı Apellyasiya məhkəməsinin 26.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24.11.2020-cı il tarixli hökmündən verilmiş şikayət təmin edilməmiş və həmin hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli 7(001)45/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Probasiya İdarəsində qeydiyyatda alınmamışdan əvvəl Yasamal rayon Məhkəməsinin 4(001)-56/2021 saylı 30.01.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 05.11.2021-ci il tarixə cəzanın çəkilməmiş hissəsi 02 il 11 ay 26 gün təşkil edir. Binəqədi Rayon Məhkəməsinin 1(001)-260/2020 saylı 24.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli 7(001)45/2022 saylı qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il azaldılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda üzərində çəkilməmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və üzərində çəkilməmiş cəzası qalmışdır, odur ki, ona hazırkı cinayət işi üzrə cəza təyin edilərkən hökmlərin məcmusu üzrə cəza təyin edilməli və ona təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24.11.2020-cı il tarixli hökmü ilə birləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmə cəzasının 01 gününə hesablanmaqla 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cinayət üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar zamanı residiv nəzərə alınmadan cəza təyin edilir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmədiyindən ona cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları müəyyən olmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 28 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər yasamal Rayon Polis İdarəsində saxlanılan 0l (bir) ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümdə təmiz çəkisi 106,745 qram qəhvəyimtil rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış, ekspertiza tədqiqatdan sonra qalıq qalmış narkotik vasitə heroinin 106,545 qram çəkidə olan hissəsi məhv edilməlidir. «Samsung J6+» və «Redmi» markalı mobil telefonlar Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalıdır. 05 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 114 ( yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Binəqədi Rayon Məhkəməsinin 1(001)-260/2020 saylı 24.11.2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməyən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 günü, azadlıqdan məhrum etmə cəzasının 01 gününə hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cinayət üzrə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti olaraq Təqsirləndirilən şəxs 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər yasamal Rayon Polis İdarəsində saxlanılan 0l (bir) ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümdə, ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 106,545 qram çəkidə olan narkotik vasitə heroin məhv edilsin. «Samsung J6+» və «Redmi» markalı mobil telefonlar Təqsirləndirilən şəxs qohumlarına qaytarılsın. 05 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə evkspertiza xərcləri 114 ( yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar