Məhkəmə qərarları › İş №1(101)-143/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-143/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-143/2023 31.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 Alihüseyn oğlunun, Bakı şəhər 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi3, iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxx 1991-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkum olunmayan, Kürdəmir rayonu, Şıxımlı kəndində qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib Bakı İstintaq təcridcanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 200-1.2.2, 200-1.2.3, 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 xx xxxx 1976-cı Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3, 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, 07 iyül 1995-ci ildə Lənkəran rayonu, Girdəni kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayonu, Gülçülük sovxozunda yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 200-1.2.2, 200-1.2.3, 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2021-ci ilin sentyabr ayının təxminən birinci ongünlüyündə Bakı şəhərində külli miqdarda psixotrop maddə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışını təşkil etmək barədə başqa şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib külli miqdarda, yəni təmiz çəkisi 35 qram olan psixotrop maddə klonazepamın, 17,5 qram çəkidə psixotrop maddə alprazolamın, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda, yəni 25 qram güclü təsir edən maddə baklofenin, külli miqdarda, yəni 29040 manat dəyərində qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən “Viribit” adlı dərman vasitələrini Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin yaxınlığında başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilinə daşayıb orada saxlamış, Təqsirləndirilən şəxs2 həmin maddələri 16856 manat müqabilində satmaq üçün Şahid6 müştəri tapmasını xahiş etmiş, Şahid6 bu barədə Daxili İşlər Nazirliyinə müraciət etmiş, həmin məlumat əsasında polis əmkdaşları tərəfindən 10 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 tapşırığı ilə Təqsirləndirilən şəxs1 külli miqdarda, yəni təmiz çəkisi 32 qram psixotrop maddə klonazepam, külli miqdarda, yəni 17,5 qram psixotrop maddə alprazolam, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda, yəni 25 qram güclü təsir edən maddə baklofeni, külli miqdarda, yəni 29040 manat dəyərində qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən “Viribit” adlı dərman vasitələrini Təqsirləndirilən şəxs3 yaşadığı evdən götürüb Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin maddələri Nərimanov rayonu, A.Məmmədov küçəsi, 30 saylı ünvanın yaxınlığında əməliyyat tədbirində şərti alıcı qismində iştirak edən Şahid6 16856 manata satdıqdan sonra saxlanılmış, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə Təqsirləndirilən şəxs3 ünvan 5 ünvanında yerləşən mənzilinə baxış keçirilərkən həmin mənzildən külli miqdarda, yəni 3 qram psixotrop maddə klonazepamın aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs2 onun həyat yoldaşı, Təqsirləndirilən şəxs3 isə onun qayınanasıdır. Aralarında ədavət yoxdur. 2021-ci ilin Təqsirləndirilən şəxs3 dedi ki, dərman gətirilibdir, həmin dərmanları götürüb bir nəfər müştəriyə vermək lazımdır. O da tutulan gün, yəni 10 sentyabr 2021-ci ildə bilmişdir ki, həmin dərmanlar İrandan gəlibdir. Həmin dərmanlar Aynurun evində olubdur. O da Aynurun yaşadığı Nərimanov rayonunda yerləşən evinə gedib orada Aynurla görüşmüşdür. Evdə Aynur tək idi. Aynur dərmanları verdi. O da dərmanları götürüb Aynur ilə birlikdə evdən çıxıb dərmanları istəyən şəxslərə vermək üçün getmişdir. Dərmanı götürmək istəyən şəxslər də Aynurun evinin yanında idilər. O, dərmanları həmin adamlara verəndə polislər onları tutmuşlar. Bundan sonra o, bilmişdir ki, satdığı dərmanların satışı qadağan olan dərmanlar olubdur. Həmin dərmanları da Nərminin babası İsmayıl İrandan sifariş edib gətirmişdi. Onun özü narkomaniya xəstəliyindən əziyyət çəkmir. Nərminin babasının dərman vasitələrinin dövriyyəsi ilə məşğul olmasından məlumatı olmayıb. Ona dərman şifarişçinin nömrəsini qayınanası vermişdi. Sifarişçinin adı Rəşad idi. Dərmana görə Rəşad ona 16.856 manat pul verilməli idi. Onun dərmanların xaricdən hansı qaydada gətirilməsindən xəbəri olmamışdır. O, tutulduğu tarixdə dərmanları Rəşada vermək üçün qayınanası ilə birlikdə piyada Nərimanova rayonunda yerləşən “Zəfəran” apetekinin qarşısına getmişlər. Nərminin heç nədən məlumatı olmayıb. Gətirilən dərmanların nə olduğunu nə özü, nə də Nərmin bilmir. Dərmanları Rəşada verməyə görə nə qayınanası, nə də yoldaşı ona pul verməli deyildi. Onun yanında dərmanın göndərilməsi və qarşılayıb alınması barədə heç bir danışıq olmayıb. Onun yanında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dərmanlara baxış keçirilməyib. Müstəntiq onları buraxmağı vəd etdiyiynə görə o, müstəntiqə inanıb istintaqda başqa ifadələr vermişdir. O, həmin ifadələrini təsdiq etmir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir: “Arvadı Təqsirləndirilən şəxs2 və qayınanası Təqsirləndirilən şəxs3 3-4 ildir ki, instaqram sosial şəbəkəsində “iran_kremleri8” adlı profil ilə İran məhsulları olan kremlər, şampunlar, saç losyonları və saç maskaları satmaqla məşğul olmuş, Nərmin və Aynur həmin məhsulları İran vətəndaşı olan Mənsur adlı şəxsdən almışlar. Sonuncu dəfə Mənsur adlı iranlı qaçaq yolla Azərbaycana psixotrop maddə və güclü təsir edən maddələr olan baklofen, alprazolam və klonozepam adlı dərmanları keçirmiş və həmin dərmanları Nərminə çatdırmış, Nərmin də həmin dərmanların satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. Mənsurun qaçaq yolla keçirdiyi həmin dərmanları Aynur Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində «Sədərək» ticarət mərkəzinin yanında tanımadığı bir taksi sürücüsündən götürmüş, həmin dərmanları götürdükdən sonra onları özünün yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsində yaşadığı evinə gətirib orada saxlamışdır. Bir neçə gün sonra arvadı Nərmin həmin dərmanları Fərid adlı bir nəfər şəxsə pul müqabilində satmaq lazım olduğunu ona bildirmiş, belə olduğu halda dərmanların hər qutusundan onlara 01 manat xeyir qalacağını demişdir. 10 sentyabr 2021-ci ildə yoldaşı həmin dərmanları qayınanasının yaşadığı evdən götürməsini və həmin dərmanları Fəridə 16856 manata satmasını tapşırmışdır. Beləliklə də, o, qayınanasının yaşadığı evdən həmin dərmanlardan götürmüş, lakin bir qədər klonozepam dərmanı qayınanasının evində qalmışdır. Dərmanları götürdükdən sonra o və qayınanası Aynur evdən çıxmış, evin yanında o, Fəridlə görüşmüş, Fəridə həmin dərmanları vermiş və Fəriddən 16.856 manatı almış, bu zaman polislər onları saxlamışdır. Baxış keçirilərkən onun üstündən Fəriddən aldığı pul vəsaitləri aşkar edilmişdir. Həmçinin Fəridin üstünə də baxış keçirilmiş, baxış zamanı Fəriddən həmin psixotrop maddələr və güclü təsir edən maddələr aşkar edilmişdir. Həmin vaxtı polislər onun yanında olan qayınanasının evinə baxış keçirmiş, baxış keçirilərkən evdən də əlavə olaraq psixotrop maddə klonazepam aşkar edilmişdir.“ Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi zamanı o, özünü ittiham üzrə qismən təqsirli bilib, iranlı vətəndaşla İnstaqram sosial şəbəkəsində tanış olmasını, klonozepam adlı dərmanı ilk dəfə sifariş etdiyini, aralarında olan razılığa əsasən görülən işin müqabilində 16.856 manat məbləğində qazanc əldə etməyə razılaşdıqlarını, həmin dərmanların qayınanası tərəfindən götürüldüyünü, iranlının həmin maddələrin «Sədərək» bazarının yanında olan taksi sürücüsündə olduğunu bildirdiyiyni, dərmanların həcminin ağır olduğundan qyınanasının ona bu işdə kömək etməyə cəlb etdiyini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı, 11 aprel 2022-ci il tarixdə və 18 may 2022-ci il tarixdə ifadələrində müştəriyə satdığı dərmanların dövriyyəsinin qanunsuz olduğunu bilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs3 ifadələrində ona elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib göstərdi ki, polis əməkdaşları tərəfindən onlardan götürülən məhsulları onun atası İsmayıl vəfat etməmişdən qabaq İrandan gətirib. Gətirilən malın içərisində narkotik vasitə və ya psixotrop maddə olmayıb. Onun atası narkotikdən istifadə etməyib. Atası rəhmətə gedəndən sonra atasının telefonuna zəng ediblər. Atası rəhmətə gedən sonra atasının telefonunu o, işlətmişdir. Zəng edən şəxs malı atasına sifariş verən Rəşad olduğunu dedi. Rəşad telefonda dedi ki, malları gəlib onları istəyir. Atası demişdi ki, malları onun telefonuna zəng edib istəyəcəklər, lakin o, malı istəyən şəxsin adının kim olduğunu deməmişdi. O, atasına göndərilən malların içərsində psixotrop maddə olduğunu bilməmişdir. Atası da ona bu barədə heç nə deməmişdir. O özü malın haradan və kim tərəfindən və necə göndərilməsini bilmir, o, həmin adamla nə görüşməmiş, nə də onunla telefonla danışmamışdır. Onun dərman vasitələrinin miqdarı və növləri barədə barədə məlumatı olmayıb. Malları atasının necə sifariş etdiyini bilmir. Dərmanların tərkiblərində nə olduğunu bilməmişdir. Yasin də dərmanların içində narkotik vasitə olduğunu bilməyib. Yasin həmin gün ona kömək etmək üçün onlarla olub. Onların bu işdə heç bir iştirakları olmayıb. İşin təşkilatçısı özünü Rəşad kimi təqdim edən Fərid olub. Məhkəmədə elan olunub araşdırdmış ifadələrində Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir: « qızı Nərmin 3-4 ildir ki, instaqram sosial şəbəkəsində “iran_kremleri8” adlı profil ilə İran məhsulları olan kremlər, şampunlar, saç losyonları və saç maskaları satmaqla məşğul olmuşdur. O özü 2021-ci ilin may ayında Rəşad adlı şəxslə tanış olmuş, söhbətlərinin birində Rəşad xeyli sayda apteklərinin olduğunu bildirmiş və buna görə də xeyli sayda dərmanlar lazım olduğunu demişdir. Rəşad dərman siyahısını ona vermiş, o da həmin siyahını atası X5 vermiş və atasından həmin dərmanları İrandan sifariş etməsini xahiş etmişdir. Belə ki, atası əvvəllər alqı-satqı ilə məşğul olmuş, ona görə də iranlı Mənsurdan dəfələrlə müxtəlif xırdavat məhsulları almışdır. Atası da Mənsurla danışıb siyahıda olan dərmanları Azərbaycana göndərməsini xahiş etmişdir. Mənsur da həmin siyahıda olan dərmanlara baxmış və həmin dərmanların bir neçəsinin psixotrop maddələr olduğunu demişdir. Bundan sonra Mənsur həmin dərmanları İrandan Bakı şəhərinə göndərmiş, atası da həmin dərmanları 2021-ci ilin avqust ayında «Sədərək» ticarət mərkəzində tanımadıqları taksi sürücüsündən götürmüş və həmin dərmanları onun yaşadığı evə gətirmiş, həmin dərmanlar uzun müddət onun yaşadığı mənzildə qalmışdır. Lakin atası xəstə olduğuna görə başları qarışmış və həmin dərmanları Rəşada sata bilməmişdir, sonradan atası 26 avqust 2021-ci ildə vəfat etmiş, bundan sonra 2021-ci ilin sentyabr ayında o, Rəşadın nömrəsini qızı Nərminə vermiş və Nərminə Rəşadla danışmasını xahiş etmişdir. Nərmin də telefonla Rəşadla danışıb dərmanların onlarda olduğunu bildirmişdir. Nərmin də əri Yasinə həmin dərmanları onun, yəni Aynurun evindən götürməsini və Rəşada satmasını xahiş etmiş, Yasin də onun yaşadığı evdən dərmanları götürmüş, amma dərmanlardan bir qədəri onun evində qalmışdır. Dərmanları götürdükdən sonra hər ikisi evdən çıxmış, Yasin həmin dərmanları pul müqabilində satmış, bu zaman polislər Yasini tutmuş, sonra onun, yəni Aynurun evinə baxış keçirilmiş, bu zaman evindən digər dərmanlar da aşkar edilmişdir.» Məhkəmədə elan olunub araşdırdmış ifadələrində Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 10 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilmiş, 23 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilməyərək göstərmişdir ki, 2021-ci ilin may ayında Rəşad adlı şəxslə tanış olmuş, söhbət zamanı qızı Nərminin instagram səhifəsi vasitəsi ilə kremlər, şampunlar, saç losyonları və saç maskaları satmaqla məşğul olduğunu bildirmişdir. 2021-ci ilin avqust ayında söhbət zamanı Rəşad apteklərinin olduğunu bildirmiş və xeyli sayda dərman lazım olduğunu bildirmişdir. Rəşad ona dərman siyahısı vermiş və həmin siyahıda olan dərmanları gətizdirməsini xahiş etmiş, o da həmin dərmanları İrandan gətizdirə biləcəyini bildirmişdir. Belə ki, onun atası X4 İran İslam Respublikasında Mənsur adlı tanışı olmuş, atası əvvəllər alqı-satqı ilə məşğul olmuş, ona görə də iranlı Mənsurdan dəfələrlə müxtəlif xırdavat məhsulları almış və həmin məhsulları «Sədərək» ticarət mərkəzində satmaqla məşğul olmuşdur. Rəşad da ondan dərman gətirilməsini xahiş edəndə onun ağlına atası gəlmiş, ona görə də Rəşadın təklifini qəbul etmişdir. Rəşad ona dərman siyahısını vermiş, o da həmin siyahını atasına vermiş və həmin dərmanların göndərilməsini Mənsurdan xahiş etmişdir. Atası da Mənsurla danışıb siyahıda olan dərmanları Azərbaycana göndərməsini xahiş etmişdir. Mənsur da həmin siyahıda olan dərmanlara baxmış və dərmanların bir neçəsinin psixotrop maddələr olduğunu bildirmiş, həmin dərmanlardan başqa yerdə qalan dərmanları göndərə biləcəyini demişdir. Mənsur həmin dərmanları İrandan Bakı şəhərinə göndərmiş, atası da həmin dərmanları 2021-ci ilin avqust ayında «Sədərək» ticarət mərkəzində tanımadıqları taksi sürücüsündən götürmüş və həmin dərmanları yaşadığı evə, yəni Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30 ünvanına gətirmişdir. Dərmanlar uzun müddət onun yaşadığı mənzildə qalmış, atası xəstə olduğuna görə başları qarışmış və həmin dərmanları Rəşada sata bilməmişdir. Sonradan atası 26 avqust 2021-ci ildə vəfat etmiş, 2021-ci ilin sentyabr ayında Rəşadın nömrəsini qızı Nərminə vermiş, Nərmin də telefonla Rəşadla danışıb dərmanların onlarda olduğunu bildirmiş, həmin dərmanları götürə biləcəyini demişdir. Nərmin həm də Yasinə zəng edərək həmin dərmanları onun yaşadığı evdən götürməsini və Rəşada verməsini xahiş etmişdir. Sonra Yasin onun yaşadığı evə gəlmiş, onun evindən bütün dərmanları götürmüş, lakin həmin dərmanlardan bir neçəsi onun evində qalmışdır. Yasin dərmanları götürəndən sonra onunla birlikdə evdən çıxmış, ikisi də onun evindən çıxmış, dərmanlar Yasinin əlində olmuşdur. Yasin həyətdə həmin dərmanları Rəşada satıb pulu Rəşaddan götürəndə polislər onları saxlamış, onun evinə baxış keçirərkən 10 ədəd balaca qutu dərman həyətdə stolun üstündə olmuş, polislər həmin maddələri götürmüşlər.» Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 onun həyat yoldaşı, Təqsirləndirilən şəxs3 anasıdır. Ədavətləri yoxdur. 14 sentyabr 2021-ci ildə o, anası Aynurun Nərimanov rayonunda yaşadığı evə getmişdir. Söhbət zamanı anasına tez-tez telefon zəngləri gəlirdi. O da anasından soruşmuşdur ki, “kim zəng edir?” Anası ona demişdir ki, Rəşad adlı şəxs onun atası İsmayıl vasitəsi ilə İrandan dərman gətirməyi sifariş edibdir, həmin sifariş əsasında atası da Rəşada dərman gətizdiribdir. Bundan sonra anası ona həmin dərmanları göstərdi. Dərmanlar anasının yaşadığı evdə idi. Anası bildirdi ki, həmin dərmanları anasının atası İsmayıl gətizdiribdir. Babası İsmayıl 2021-ci ilin avqust ayının 26-da vəfat etmişdir. Anası bildirdi ki, onun telefonla danışmağa halı yoxdur, ona görə də xahiş etdi ki, onun telefonu ilə Rəşadla danışıb, dərmanların gəldiyini deyim. O da anasının istifadə etdiyi telefon vasitəsi ilə Rəşadla danışıb dərmanların anasının evinə gəldiyiyni, sadəcə olaraq anasının danışmağa halının olmadığını, bu səbəbdən də onun yerinə özünün danışdığını demişdir. Rəşad özü həmin dərmanların ümumi qiymətinin 16.856 manat olduğunu bildirdi. Onun bunu haradan bildiyini o, bilmir. O da anasından bu barədə soruşanda anası da dərmanların ümumi qiymətinin 16.856 manat olduğunu təsdiq etdi. Rəşad dərmanları götürmək istədiyini dedi. O da anasına Rəşadın dərmanları almaq istədiyiyni demişdir. Anası da Yasinə zəng edib gəlib dərmanları evdən götürüb Rəşada verib Rəşaddan pulu götürməyi tapşırdı. Yasin də onun anasının qaldığı evə gəldi və onun anası ilə birlikdə dərmanları götürüb evdən çıxdılar. Onun özü isə həmin vaxtı evdən çıxıb öz qaldığı evə getmişdir. Yasin həyətdə həmin dərmanları Rəşadın göndərdiyi adama verəndə polis əməkdaşları Yasini tutublar. Bundan sonra polis əməkdaşları onun anasının qaldığı evə baxış keçirəndə evdən də dərmanlar aşkar olunub götürülübdür. Dərmanların sifarişçisi Rəşad zəng vuranda anası danışa bilmədiyinə görə o, danışmışdır. Anası ona dedi ki, malı sifariş edən zəng edib. Sifarişçi ilə danışanda mallara görə zəng etdiyini dedi. Zəng edən dərman sifariş etdiyini dedi. Anası dedi ki, dərmanları sifariş edən Rəşad adlı şəxsdir. O, Həmin şəxsi tanımayıb. İstintaq zamanı dərmanları Rəşad adı ilə sifariş edən şəxsin Fərid adlı şəxs olduğunu bilmişdir. Onlara belə dərmanlar lazım olmayıb. Dərmanlar Rəşada, yəni Fəridə adlı şəxsə onları tutdurmaq üçün lazım olub. Məhkəmədə elan olunub araşdırılmış izahatlarında və ifadələrində Təqsirləndirilən şəxs2 dindirilərkən ibtidai istintaq zamanı ifadələrində göstərmişdir: “ 3-4 ildir ki, instaqram sosial şəbəkəsində “iran_kremleri8” adlı profil ilə İran məhsulları olan kremlər, şampunlar, saç losyonları və saç maskaları satmış, daha sonra İran vətəndaşı olan Mənsur adlı şəxs ona mesaj yazaraq həmin məhsulları İrandan ucuz qiymətə göndərə biləcəyini demişdir. Mənsur həmin məhsulları göndərəcəyini bildirmiş, həmin məhsulları baha qiymətə satmasını və malların pulunu sonradan ona göndərməsini xahiş etmiş, o da Mənsurun təklifi ilə razılaşmışdır. Bundan sonra Mənsur adlı şəxs İrandan müxtəlif kremlər, şampunlar göndərməyə başlamış, o da məhsulları satdıqdan sonra pulunu vermişdir. Mənsur həmin məhsulları tanımadığı adamlar vasitəsi ilə Azərbaycana gətizdirmiş, o da “Sədərək” ticarət mərkəzinin yaxınlığına gedib həmin məhsulları müxtəlif taksi sürücülərindən götürmüşdür. Bəzən onun özünün vaxtı olmamış, buna görə də onun xahişi əsasında anası Təqsirləndirilən şəxs3 gedib məhsulları “Sədərək” ticarət mərkəzinin yaxınlığında maşından götürmüşdür. 2021-ci ilin may ayında bir nəfər oğlan onun anası Aynurla tanış olmuşdu, həmin şəxs adının Rəşad olduğunu bildirmişdir. Rəşad Aynurla söhbət edərkən xeyli sayda dərman lazım olduğunu bildirmiş və lazım olan dərmanların siyahısını Aynura vermişdir. Anası Aynur da həmin siyahını ona vermiş, o da öz növbəsində iranlı Mənsura həmin siyahını göndərmiş və Mənsurdan həmin dərmanları göndərməsini xahiş etmişdir. Mənsur siyahıya baxdıqdan sonra həmin siyahıda olan dərmanların narkotik tərkibli olduğunu bildirmiş, lakin həmin dərmanları göndərə biləcəyini demişdir. xx.xx.2021-ci il tarixdə Mənsur həmin dərmanları ona göndərmiş və dərmanların Sədərək ticarət mərkəzinin yaxınlığında maşında olduğunu bildirmişdir. O, evdən çıxa bilmədiyinə görə anası Aynurdan həmin dərmanları götürməsini xahiş etmişdir. Aynur da oraya getmiş və üzərində “VİRİBİT” sözü yazılmış 1584 ədəd konvolyutda ümumilikdə 15840 ədəd, üzərində “Baclofen 10” sözü yazılmış 250 ədəd konvolyutda ümumilikdə 2500 ədəd, üzərində “Clonazepam-Sobhan 2” sözü yazılmış 950 ədəd konvolyutda ümumilikdə 17500 ədəd, üzərində “Alprazolam 1” sözü yazılmış 1750 ədəd konvolyutda ümumilikdə 17500 ədəd dərman həblərini taksi ilə götürüb yaşadığı ünvan 6 ünvanındakı evinə aparmışdır. Bundan sonra o, dərmanları istəyən Rəşad adlı şəxsə zəng vurmuş və dərmanları sata biləcəyini demişdir. Sonra o, əri Yasinə zəng edərək anası Aynurun evindən dərmanları götürüb Rəşada satmasını xahiş etmiş, Yasin də Aynurun evindən dərmanları götürüb 16.856 manat pul müqabilində satdıqdan sonra polislər tərəfindən saxlanılmış, daha sonra isə polislər anasının evinə baxış keçirmiş, baxış zamanı anası Aynurun evindən də klonozepam dərmanları aşkar edilmişdir. » Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs2 10 may 2022-ci il tarixli və 23 may 2022-ci il tarixli ifadələində təqsirləndirilən şəxs qismində dindirilərkən ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında anası Aynurun Bakı şəhəri Nərimanov rayonunda yaşadığı evə getmiş, söhbət zamanı anasına tez-tez telefon zəngləri gəlmiş, o, anasından zəng edən şəxsin kim olduğunu soruşmuş, anası Rəşad adlı şəxsin dərman sifariş etdiyini, Rəşadın sifarişi əsasında dərman gətizdirdiyini bildirmişdir. Anası ona həmin dərmanları göstərmiş, həmin dərmanlar anasının yaşadığı evdə olmuşdur. Anası Aynur həmin dərmanların atası, yəni babası İsmayıl tərəfindən gətizdirildiyini bildirmişdir. Babası İsmayıl 2021-ci ilin avqust ayının 26-da vəfat etmişdir. Anası telefonla danışmağa halının olmadığını bildirmiş, onun Rəşadla danışmasını və dərmanların gəldiyi barədə Rəşada məlumat verməsini xahiş etmişdir. O da anasının istifadə etdiyi telefon vasitəsi ilə Rəşadla danışmış, dərmanların anasının evində olduğunu bildirmişdir. Rəşad həmin dərmanların ümumi qiymətinin 16.856 manat olduğunu bildirmiş , o da həmin dərmanların ümumi qiymətinin 16.856 manat olduğunu təsdiq etmişdir. Rəşad dərmanları götürmək istəmiş, anası da Yasinə zəng etmiş və Yasinə gəlib dərmanları evdən, yəni Aynurun qaldığı evdən götürməsini və həmin dərmanları Rəşada verməsini, Rəşaddan pulu götürməsini xahiş etmişdir. O da həmin vaxtı evdən çıxmış və öz qaldığı evə getmişdir. Sonradan Yasin onun anasının qaldığı evə getmiş, Yasin Aynurla birlikdə həmin dərmanları götürüb evdən çıxmış, Yasin həyətdə həmin dərmanları Rəşadın göndərdiyi adama satanda polislər Yasini tutmuş, polislər Yasin və Aynurun iştirakı ilə Aynurun qaldığı evə baxış keçirəndə evdən də dərmanlar aşkar olunub götürülmüşdür. Şahid6 ifadələrində göstərdi ki, 2021-ci ilin sonlarında instaqram sosial şəbəkəsi vasitəsi ilə Nərmin adlı şəxslə tanış olmuş, Nərmin İran vətəndaşı olan Mənsur adlı şəxsdən müxtəlif dərman vasitələri gətizdirdiyini və həmin dərman vasitələrinin satışı ilə məşğul olduğunu bildirmişdi. Nərmin ona İrandan 16.856 manat dəyərində dərmanlar gətizdirəcəyini bildirmiş həmin dərmanların satılmasına köməklik etməsini ondan xahiş edib həmin dərmanların siyahısını da ona vermişdir. O da həmin siyahıda olan dərmanlara baxmış, dərmanların içərisində psixotrop tərkibli dərmanlar olduğunu görüb bu barədə polisə şikayət etmək qərarına gəlmişdir. O, danışıq zamanı özünü Nərminə Rəşad kimi təqdim etmişdir. Belə deməkdə məqsədi Nərmindən əsl adını gizlətmək olmuşdur. O, polisə şikayət etdikdən sonra polis əməkdaşları tərəfindən keçiriləcək əməliyyat tədbirində könüllü olaraq şərti alıcı qismində iştirak edə biləcəyini bildirmişdir. 10 sentyabr 2021-ci ildə əməliyyat xərclərindən 16.856 manat pul vəsaiti ayrılıb ona verilmişdir. O da 10 sentyabr 2021-ci ildə Nərmin də onunla «Whatsapp» proqramı ilə danışıb dərmanları ona sata biləcəyini deyib əri Təqsirləndirilən şəxs1 nömrəsini verib Yasinlə görüşüb və dərmanları Yasindən ala biləcəyini dedi. O da Yasinlə danışıb onunla ünvan 7 ünvanını yaxınlığında görüş təyin edib təyin olunmuş vaxtda polis işçiləri də birlikdə ünvan 8 ünvanının yanına gedib orada polis əməkdaşlarının nəzarəti altında həmin ünvana doğru yaxınlaşıb Təqsirləndirilən şəxs1 dərmanları istədikdə, Yasin də dərmanların onun qayınanası Aynurun evində olduğunu deyib Aynurun evinə gedib həmin dərmanları götürüb gətirəcəyini deyib ondan ayrılıb yaxınlıqdakı evə daxil oldu. O da Yasini həyətdə gözləmişdir. Bir az sonra Yasin və adını sonradan bildiyi və məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan X6 ilə birlikdə evdən çıxdılar. Onların hər ikisinin əllərində dərman bağlamaları var idi. Yasin Aynurun əlində olan dərmanları da götürüb ona yaxınlaşdı. Aynur isə kənarda dayandı. Yasin dərmanları verdi. O da Yasinə 16.856 manat pul vermişdir. Bundan sonra polis əməkdaşları Yasini saxlayıb onun üzərinə baxış keçirdilər. Yasinin üzərindən nömrələnmiş pullar aşkar edildi. Yasin polis işçilərinin suallarını cavablandıraraq dedi ki, həmin dərmanları onun arvadı Nərmin İrandan gətizdirdikdən sonra Aynurun Bakı şəhəri, Nərimanov rayonunda yaşadığı evində satmaq üçün saxladığını dedi. Bundan sonra polis işçiləri Aynurun evinə baxış keçirdilər. Baxış keçirilərkən Aynurun evindən klonazepam adlı dərman aşkar edildi. Polislər həmin dərmanı da götürüb bu barədə protokol yazdılar. Şahid1 ifadələrində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xidmət etdiyini bildirib ifadələrində göstərdi ki, Şahid6 baş idarəyə ərizə yazıb bildirmişdir ki, tanışı Nərmin adlı şəxslə «votsap» proqramı ilə danışarkən Nərmin ona psixotrop tərkibli dərmanlar və güclü təsir edən maddələri 16.856 manata sata biləcəyini, dərmanları əri Təqsirləndirilən şəxs1 vasitəsi ilə satacağını dediyi barədə məlumat verdi. Buna görə də 10 sentyabr 2021-ci ildə əməliyyat qrupu yaradıldı. Əməliyyat xərclərindən Şahid6 16.856 manat pul vəsaiti verildi. Həmin pulların seriya və nömrələri protokolda yazıldı. Bundan sonra Şahid6 Təqsirləndirilən şəxs1la telefonla «votsap» proqramı vasitəsi ilə danışdı. Təqsirləndirilən şəxs1 görüş yeri kimi ünvan 8 ünvanının yaxınlığını təyin etdi. Təyin olunmuş vaxtda əməliyyat qrupunun üzvləri ilə həmin yerə gedib görüş yerini müşahidəyə götürmüşlər. Müşahidə zamanı Təqsirləndirilən şəxs1 Şahid6lə görüşüb bir az söhbət edib Fəriddən ayrılıb həmin ünvanda yerləşən bir evə daxil oldu. Sonradan onlar həmin evin Yasinin qayınanası Təqsirləndirilən şəxs3 evi olduğunu müəyyən etmişlər. Yasin Fəriddən ayrıldıqdan az sonra qayınanası Təqsirləndirilən şəxs3 ilə birlikdə evdən çıxdı. Yasinin əlində üç qutu, Aynurun əlində isə bir qutu var idi. Onların hər ikisi Şahid6 yaxınlaşdılar. Təqsirləndirilən şəxs1 Şahid6 pulu aldı və dörd qutunu Fəridə verdi. Bundan sonra onlar Yasini saxlayıb onun üzərinə baxış keçirmişlər. Baxış keçirərkən Yasinin üzərindən on altı min səkkiz yüz əlli altı manat aşkar edilib götürüldü. Həmin pullar onların Şahid6 verdikləri nömrələnmiş pullar idi. Təqsirləndirilən şəxs1 qutuda qeydiyyatsız dərmanlar olduğunu, həmin dərmanların satışı ilə bağlı olaraq arvadı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən danışıb razılaşdığını, həmin dərmanları isə qayınanası Aynurun evindən götürdüyünü bildirmişdi. Bundan sonra onlar Təqsirləndirilən şəxs3 yaşadığı evə baxış keçirmişlər. Aynurun yataq otağında stolun üzərindən klonazepam adlı dərman preparatı aşkar edildi. Təqsirləndirilən şəxs1 həmin dərmanları onun arvadı Nərminin inalı Mənsur adlı şəxsdən əldə edib Aynurun yaşadığı evində saxladığını dedi. Şahid3 və Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadələr verib onun ifadələrində göstərdiyi halları təsdiq etdilər. Şahid4 Mənaf oğlu ifadələrində göstərdi ki, 10 sentyabr 2021-ci ildə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirində hal şahidi kimi iştirak etmişdir. Həmin tarixdə keçirilmiş əməliyyat tədbirində istifadə edilməsi üçün Şahid6 adlı şəxsə əməliyyat xərclərindən on altı min səkkiz yüz əlli altı manat verildi. Həmin pulların seriya və nömrələri protokolda yazıldı. Bundan sonra Şahid6 Yasin adlı şəxslə telefonla danışdı. Yasin görüş yerini təyin etdi. Onlar ünvan 8 ünvanının yaxınlığında görüşməyi razılaşdılar. Polis əməkdaşları da həmin yerə gedib oranı nəzarətə götürdülər. O, müşahidə zamanı məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Yasin adlı şəxs Fəridlə görüşüb bir az söhbət etdikdən sonra, Yasin həmin ünvanda yerləşən evə daxil oldu və az keçmiş Yasin adı sonradan məlum olan Təqsirləndirilən şəxs3 ilə birlikdə evdən çıxdığını görmüşdür. Yasinin əlində üç qutu, Aynurun əlində isə bir qutu var idi. Onların hər ikisi Şahid6 yaxınlaşdılar. Təqsirləndirilən şəxs1 Şahid6 pulu alıb dörd qutunu Fəridə verdi. Bundan sonra polis əməkdaşları Yasini saxlayıb baxış keçirdilər. Baxış zamanı Yasinin üzərindən on altı min səkkiz yüz əlli altı manat pul aşkar edildi. Həmin pullar onların polis əməkdaşlarının əməliyyatdan qabaq Şahid6 verdikləri nömrələnmiş pullar idi. Təqsirləndirilən şəxs1 Fəridə verdiyi qutuda dərmanlar olduğunu, həmin dərmanların arvadı Təqsirləndirilən şəxs2 ilə birlikdə satdığını və dərmanları isə qayınanası Aynurun evindən götürdüyünü dedi. Polis əməkdaşları bundan sonra Təqsirləndirilən şəxs3 yaşadığı evə baxış keçirdilər. Aynurun yataq otağında stolun üzərindən klonazepam adlı dərman preparatı aşkar edildi. Təqsirləndirilən şəxs1 da həmin dərmanları onun arvadı Nərminin iranlı Mənsur adlı şəxsdən alıb qayınanası Aynurun yaşadığı evində saxladığını bildirdi. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid5 da ifadələrində Şahid4 Mənaf oğlu oğlu ilə eyni məzmunlu ifadələr verib onun ifadələrində göstərdiyi halları təsdiq etdi. Məhkəmədə elan olunub məhkəmə-kimyəvi ekspertizasının 13 sentyabr 2021-ci il tarixli, 6/4006 nömrəli rəyindən görünür ki, «Təqsirləndirilən şəxs1 satdığı 160 paçka «klonozepam» dərman preparatı» yazısı və imzalar olan qutudakı üzərində Clonazepam- Sobhan 2 (2 mq, seriyası 400001, yararlılıq müddəti 2023/04/01) markalanma göstəricisi olan 160 ədəd qutuda, hər qutuda 5 ədəd konvalyutda, hər konvalyutda 20 həb olmaqla ümumilikdə 800 ədəd konvalyutda 16000 ədəd ağ rəngli dairəvi formalı həblər klonazepam tərkibli dərman preparatıdır və 16000 ədəd həblərdə klonazepam təsiredici maddəsinin ümumi miqdarı 32 qramdır (üzərindəki göstəricisinə əsasən bir həbdə 0,002 qram klonazepam olmaqla),«Təqsirləndirilən şəxs1 satdığı 25 paçka (2500 həb) «Baclofen» dərman preparatı» yazısı və imzalar olan qutudakı üzərində Baclofen 10 (seriyası 109, yararlılıq müddəti 2022/12/30) markalanma göstəricisi olan 25 ədəd qutuda, hər qutuda 10 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla ümumilikdə 250 konvalyutda 2500 ədəd ağ rəngli dairəvi formalı həblər baklofen tərkibli dərman preparatıdır və 2500 ədəd həblərdə baklofen təsiredici maddəsinin ümumi miqdarı 25 qramdır (üzərindəki göstəricisinə əsasən bir həbdə 0,01 qram baklofen olmaqla), «Təqsirləndirilən şəxs1 satdığı 175 paçka (17500 həb) «Alprazolam 1» dərman preparatı» yazısı və imzalar olan qutudakı üzərində «Alprazolam 1» (veriyası 0,06, yararlılıq müddəti 2023/04/12) markalanma göstəricisi olan 175 ədəd qutuda, hər qutuda 10 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla ümumilikdə 1750 konvalyutda 17500 ədəd mavi rəngli ellips formalı həblər alprazolam tərkibli dərman preparatıdır və 17500 ədəd həblərdə alprazolam təsiredici maddəsinin ümumi miqdarı 17,5 qramdır (üzərindəki göstəricisinə əsasən bir həbdə 0,001 qram alprazolam olmaqla). Tədqiqata təqdim edilmiş üzərində «ünvan 6 ünvanda yerləşən evdə Təqsirləndirilən şəxs3 könüllü olaraq təqdim etdiyi 15 qutu (1500 həb) Klonazepam 2 dərman həbləri yazısı və imzalar olan qutudakı üzərində «Clonazepam Sobhan 2 (2mq, seriyası 400001, yararlılıq müddəti 2023/04/01)» markalanma göstəricisi olan 15 ədəd qutuda, hər qutuda 5 ədəd konvalyutda, hər konvalyutda 20 həb olmaqla ümumilikdə 75 ədəd konvalyutda 1500 ədəd ağ rəngli dairəvi formalı həblər klonazepam tərkibli dərman preparatıdır və 1500 ədəd həblərdə klonazepam təsiredici maddəsinin ümumi miqdarı 3 qramdır (üzərindəki göstəricisinə əsasən bir həbdə 0,002 qram klonazepam olmaqla) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yaşadığı ünvandan aşkar edilərək götürülmüş klonazepam tərkibli dərman preparatı tərkibində olan təsiredici maddəsinin miqdarına və qablaşdırılmanın üzərindəki markalanma göstəricilərinə görə (seriyası, yararlılıq müddəti, həblərin forması və s.) eynidirlər.Klonazepam təsiredici maddəsinin ümumi miqdarı 35 qram təşkil edir. 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş baklofen tərkibli dərman preparatları «güclü təsir edən və onların külli miqdarının siyahısı» na daxildir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 satdığı 528 paçka (15840) Viribit» dərman preparatı» yazısı və imzalar olan qutudakı «Viribit terofovir disoproxil fumarate 300 mq» (seriyası 0211220, yararlılıq müddəti 20232/12/31), markalanma göstəricisi olan 528 ədəd qutudakı 15840 ədəd mavi rəngli ellips formalı həblər 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar»ın siyahılarına və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanun ilə təsdiq olunmuş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» daxil deyildir. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 25 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 satdığı “Viribit 300 mg” adlı dərman vasitələri İran İslam Respublikasında istehsal olunmuşdur, lakin dövlət qeydiyyatına alınmamışdır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 may 2022-ci il tarixli, 9/2624 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir qutu «Viribit mg/30 F.C.Tablets» markalı dərman preparatının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 55 manat, 528 qutunun dəyəri 29040 manat olmuşdur. Məhkəmədə elan olunub araşdırıdmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd «Samsung» markalı mobil telefonun «Whatsapp» ani mesajlaşma mübadilə proqramına keçirilmiş baxış protolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 055 383 11 60 nömrəsindən arvadı Təqsirləndirilən şəxs2 istifadəsində olan və «Heyatım» adı ilə qeyd etdiyi 055 866 78 62 mobil nömrəsinə «tutulsam sizlikdi haaa» məzmunlu mesaj yazmış, 055 866 78 62 mobil nömrəsindən isə ona «narahat olma, ölməmişəm ki» məzmunlu mesaj yazılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 476 78 06 nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 055 383 11 60 nömrəsinə «çünki narkamansan, qala bilmirsən» məzmunlu mesaj yazılmışdır. Məhkəmədə elan olunub araşdırıdmış cinayət işinin materiallarına əlavə olunmuş Şahid6 DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı ərizəsindən görünür ki, X2 İslam Respublikasından qaçaqmalçılıq yolu ilə keçirilmiş psixotrop maddələri və qeydiyyatsız dərman vasitələrini satmaqla məşğuldur. Məhkəmədə elan olunub DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 tərəfindən tərtib edilmiş «pul vəsaitinin verilməsi barədə» 10 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin əməliyyat xərclərindən 16856 (on altı min səkkiz yüz əlli altı) manat pul vəsaiti keçiriləcək əməliyyat-axtarış tədbirində istifadə edilməsi üçün Şahid6 verilmişdir. Məhkəmədə elan olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 tərəfindən qəbul edilmiş qərar qanunauyğun hesab edilsin. Məhkəmədə elan olunub araşdırıdmış cinayət işinin materiallarına DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 tərəfindən tərtib edilmiş «əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» 10 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 Şahid6 külli miqdarda psixotrop maddə və güclü təsir edən maddə satdıqdan sonra saxlanılmışdır. Məhkəmədə elan olunub araşdırıdmış cinayət işinin materiallarından görünür ki, iş üzrə ümumi təmiz çəkisi 35 qram psixotrop maddə klonazepamın, külli miqdarda, 17,5 qram psixotrop maddə alprazolamın, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda, 25 qram güclü təsir edən maddə baklofenin, dövlət qeydiyyatından keçməyən külli miqdarda “Viribit” adlı dərman vasitələrinin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissələri, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd «Samsung» markalı mobil telefon, əməliyyat-axtarış tədbirinin keçirilməsində istifadə edilmiş 16.856 manat pul vəsaiti iş üzrə maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 İman oğlu ibtidai istintaq və məhkəmə baxışı zamanı ifadələrində qeyri-ardıcıl mövqe nümayiş etdirib bu cinayət işinin peremetini təşkil edən psixotrop maddələri, güclü təsir edici maddələrini, o cümlədən də belə maddələrə ail edilməyən dərman preparatlarının İrandan mərhum Hüsyenov İsmayılın sifarişi ilə iranlı Mansur adlı şəxsin göndərdiyini, lakin Hüseynov İsmayılın xəstə oluğundan və avqust ayında vəfat etdiyi səbəbindən dərman preparatlarının satılmayıb qaldığını göstərdilər. Təqsirləndirilən şəxs1 İman oğlu bundan əlavə həmin dərman prepartlarının dövriyyəsinin qadağan olunduğunu polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bildiyini göstərdi. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 İman oğlunun bu iddiaları araşdırılarkən həmin iddiaları təsdiq edən sübüt müəyyən olunmadı. Əksinə cinayət əməlinin predmetini təşkil edən vasitələrin, maddələrin və prepartların başqa şəxsə, o cümlədəndə də təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs3 atasına deyil, təqsirləndirilən şəxslərə məxsus olması təqsirləndirilən şəxslərin özələrinin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə, hamin hallar üzrə dindirilmiş Şahid6 və digər şahidlərin ifadələri ilə, başqa sübütlarla, işin faktiki halları ilə təsdiqini tapdı. Məhkəmənin gəldiyi bu qənaət hadisədən qabaq Təqsirləndirilən şəxs1 məxsus «Samsung» markalı mobil telefonun «Whatsapp» istifadəsində olan 055 383 11 60 nömrəsindən arvadı və bu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan və «Heyatım» adı ilə qeyd etdiyi 055 866 78 62 mobil nömrəsinə «tutulsam sizlikdi haaa» məzmunlu mesaj yazması, 055 866 78 62 mobil nömrəsindən «narahat olma, ölməmişəm ki» məzmunlu mesaj aldıqdan təsdiq edən texniki məlumaların fonunda ağlabatan və inandıcı deyildir. Məhkəmə, göstərilən bu halları nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 İman oğlunun bu iddialarını faktiki əsası olmayan işin faktiki hallarına uyğun olmayan özlərinin müdafiəsinə yönələr ifadələr kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X9rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. İstintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3, 32.5, 206.3.2-ci, 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələri, Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3, 32.5, 206.3.2-ci, 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməllərini Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3, 32.5, 206.3.2-ci, 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələri tövsif etmişdir. Məhkəmə, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin Azərbaycan Respublikası CMin 200-1.2.2, 200-1.2.3, 234.4.1, 234.4.3, 240.2.1, 240.3.2-ci maddələri ilə tövsif olunmasını nəzərə alır və onlara Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda nəzərdə tutulan əməllərin onların ittiham olunduqları maddələrin sırasında CM-nin 240.3.2-ci maddəsinin mövcud olduğunu və həmin maddənin 240.2.1-ci maddəsinin dispozisiyasını əhatə etdiyinin qənaətinə gəlib, onlara qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 240.2.1-ci maddəsini xaric edilməsini və onların əməllərinin Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə tövsif olunmasını əsaslı sayır. İstintaq orqanı göstərilənlərlə bərabər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əməllərini Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə tövsif etmişdi. Məhkəmədə, ittiham tərəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə ittihamın həmin hissəsindən imtina etdi. Məhkəmədə həmin halı nəzərə alıb, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi hissəsinin ittihamdan xaric edilməsini əsaslı sayır və xaric edir. Məhkəmə, göstərilən halları nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməlləri qəsdən törətədikləri qənaətinə gəlib onların qanunla müəyyən olunmuş qaydada cəzalandırılmalarını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyətlərini xarakterizə edən məlumatları nəzərə alıb, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə onlara azadlıqdan məhrumetmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müsadirə edilə bilən əmlakları müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb, saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ümumi təmiz çəkisi 35 qram psixotrop maddə klonazepamın, külli miqdarda, 17,5 qram psixotrop maddə alprazolamın, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan 25 qram güclü təsir edən maddə baklofenin məhv edilməsini, dövlət qeydiyyatından keçməyən külli miqdarda “Viribit” adlı dərman vasitələrinin dövlət nəfinə müsadirə olunmasını, müsadirə oluan “Viribit” dərmanlarınını realizə edilməmişdən qabaq istifadə üçün yararlı olub-olmamasını müəyyən etmək məqsədi ilə farmokoloji ekspertiza keçirilməsinin müəyyən olunmasını, istifadəyə yararsız olması müəyyən olduğu halda məhv edilməsini, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd «Samsung» markalı mobil telefon sonuncunun iradəsinə uyğun onun qohumlarına qaytarılmasını əsaslı sayır. Məhkəmədə ibtidai istisntaq zamanı hazırkı cinayət işi üzrə materialların ekspertizasının keçirilməsinə 164 (yüz altmış dörd ) manat xərcələnməsi müəyyən olundu. Məhkəmə həmin məbləğin məhkəmə xərci kimi təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 60 (altmış) saat hüquqi yardım göstərilməsi müəyyən olundu. Bu səbəbdən məhkəmə ona 360 (üç yüz altmış) manat ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs2 həmin məbləği ödəməsi üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 14 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 15 sentyabr 2021-ci il tarixdə qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılır. Təqsirləndirilən şəxs2 10 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 10 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi ibtidai istintaq zamanı ittiham olunduğu əməllərin törədilməsi barəsində ətəraflı ifadələr verib cinayətin açılmasında iştirak etməsi, onun törətdiyi əməl nəticəsində ağır nəticələrin baş verməməsi müəyyən olndu. Məhkəmədə Təqsirləndirilən şəxs1 oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkmədə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi ibtidai istintaq zamanı ittiham olunduğu əməllərin törədilməsi barəsində ətraflı ifadələr verib cinayətin açılmasında iştirak etməsi, onun törətdiyi əməl nəticəsində ağır nəticələrin baş verməməsi müəyyən olndu. Məhkəmədə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi ibtidai istintaq zamanı ittiham olunduğu əməllərin törədilməsi barəsində ətraflı ifadələr verib cinayətin açılmasında iştirak etməsi, onun törətdiyi əməl nəticəsində ağır nəticələrin baş verməməsi müəyyən olndu. Məhkəmədə, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaların onlar tərəfindən Azərbaycan Respublikası CMnin 56.2.1-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmalarını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, onlar barəsində istintaq orqanı tərəfindən seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilib onlar barəsində qətimkan tədbiri qismində həbsin seçilməsini və hökm qanuni qüvvəyə minənə qədər onlar barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə cəzasını təyin edərkən onlardan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ər-arvad olmalarını, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 anası olmasını nəzərə alıb təyin olunacaq cəzalarının onlara təsir imkanlarını nəzərə alıb təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərədə tutulan aşağı hədlərinə yaxın cəza təyin etlməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onlar tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, onların cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına, həyat və ailə şəraitlərinə təsirini, onların cəmiyyətə reinteqrasiası hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3, 234.4.1, 234.4.3 -cü və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin in 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə 2 (iki) il müddətə dövlət orqanlarında müəyyən vəzifə tutmaq və yerli özünü idarə orqanlarında müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında müəyyən vəzifə tutmaq və yerli özünü idarə orqanlarında müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin, 32.5, 206.3.2-ci və 240.2.1-ci maddələri xaric olunsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın başlanğıcı 14 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin in 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə 2 (iki) il müddətə dövlət orqanlarında müəyyən vəzifə tutmaq və yerli özünü idarə orqanlarında müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında müəyyən vəzifə tutmaq və yerli özünü idarə orqanlarında müəyyən fəaliyyətlə məşqul olmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin, 32.5, 206.3.2-ci və 240.2.1-ci maddələri xaric olunsun. Təqsirləndirilən şəxs3 barəsində qətimkan tədbiri qismində seçilmiş başqa yerə getməmək haqqında iltizam ləğv edilsin və onun barəsində qətimkan tədbiri qismində həbsə alma seçilsin. O, dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs3 qızi barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin Təqsirləndirilən şəxs3 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 31 may 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin in 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə 2 (iki) il müddətə dövlət orqanlarında müəyyən vəzifə tutmaq və yerli özünü idarə orqanlarında müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 4 (dörd ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında müəyyən vəzifə tutmaq və yerli özünü idarə orqanlarında müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin, 32.5, 206.3.2-ci və 240.2.1-ci maddələri xaric olunsun. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş başqa yerə getməmək haqqında iltizam ləğv edilsin və onun barəsində qətimkan tədbiri qismində həbs seçilsin. O, dərhəl məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 qızi barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 31 may 2023-cü ildən hesablansın İş üzrə maddi sübut kimi tanınıb, saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ümumi təmiz çəkisi 35 qram psixotrop maddə klonazepamın, külli miqdarda, 17,5 qram psixotrop maddə alprazolamın, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan 25 qram güclü təsir edən maddə baklofenin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, dövlət qeydiyyatından keçməyən külli miqdarda “Viribit” adlı dərman vasitələrinin dövlət nəfinə müsadirə olunsun, müsadirə oluan “Viribit” dərmanlarınının resalizə edilməmişdən qabaq istifadə üçün yararlı olub-olmamasını müəyyən etmək məqsədi ilə farmokoloji ekspertiza keçirilsin, dərmanlar istifadəyə yararsız olması müəyyən olunduğu halda məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd «Samsung» markalı mobil telefon sonuncunun iradəsinə uyğun onun qohumlarına qaytarılsın. Dövlət büdcəsindən 164 (yüz altmış dörd) manat Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ təqsirləndirlən şəxslərdən bərabər hissələrlə tutulub dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsindən Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 həmin məbləği ödəməkdən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar