Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-143/2025 03.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Rusiya Federasiyasının Kemerovo şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X12 Karxanası küçəsi, ev 83 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlayıb daşımışdır. Belə ki, o, satış məqsədi olmadan külli miqdarda 645 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin İdarənin əməkdaşları tərəfindən 27 iyul 2023-ci il tarixdə, saat 13:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs qeyd edilən ünvanda saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə dəvət edilmiş, orada xidməti otaqların birində 27 iyul 2023cü il tarixdə, saat 15:15-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı sellofan torbanın içərisindən bir ədəd sellofan bağlamanın içərisində qablaşdırılmış halda 645 qram çəkidə bitki mənşəli narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ittiham aktında qeyd olunan narkotik vasitə nə onun olub, nə üzərində olub, nə də narkotik vasitədən xəbəri olmuşdur. 645 qram narkotik vasitəni ona «yüklə»mişlər. BNMİ-nin əməkdaşları 28 Mayda Muğan bağı ilə üzbəüz arxa tərəfdə olan evdə onu tutmuşlar. Evə 12 nəfər girmiş, aralarında Azər, İbrahim və “Saşa” da olmuşdur. O, evdə uzanmış, evdə dava düşmüş və ona təzyiq göstərərək xəsarət yetirmişlər. Silahı başına tutub, meşədə adam güllələdiklərini bildirmişlər. Onu döyə-döyə Nəsimi RPİ-nin 22ci Polis şöbəsinə aparmışlar. orda da onu döymüşlər. Azər adlı əməkdaş müxtəlif andlar içərək onu iki gün saxlayacağını sonra buraxacağını bildirmişdir. Bunun müqabilində onun göstərdiyi kağızı imzalamağını və video çəkilişdə narkotik vasitənin onda olmağı barədə danışmağını istəmişdir. Videonu çəkən Vüqar adlı əməkdaş olmuşdur. Onu çox şiddətlə döymüşlər. Ona məcbur çəkdirdikləri imza şəxsiyyət vəsiqəsi və ona aid başqa sənədlərdə olan imzasından fərqlənir. Video çəkilişdə ona narkotik maddələri Nizami rayonundan götürdüyünü deməsini bildirmişlər. Lakin, ittiham aktında Nərimanov rayonundan götürdüyü qeyd olunmuşdur. Sonra onu BNMİ-yə gətirmişlər, orada da yenə onu döymüşlər və bədənində müxtəlif izlər qalmışdır. Onu ordan narkoloji mərkəzə, sonra isə BMCMİ-yə aparmışlar. Narkoloji mərkəzdə müayinə olunmuşdur. Cavablara görə narkotik maddə istifadə etdiyi aşkarlanmışdır. O, arada narkotik maddədən istifadə etmiş, amma psixotrop maddələrdən istifadə etməmişdir. 645 qram narkotik maddənin satışı və başqa belə maddələrin alışı, satışı ilə heç bir əlaqəsi olmamışdır. Narkotik maddə gətirib üzərinə yükləmələri üçün Nəsimi RPİ-nin 22-ci Polis şöbəsində onu yarım saat gözlətmişlər. Onu ancaq BNMİ-nin əmədaşları döymüşlər. O, suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə 28 Mayda Muğan bağı ilə üzbəüz arxa tərəfdə evdə tutulmuşdur. Həmin evdə yaşamır, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yaşayır. Xanım bir tanışı var və sonuncunun evinə gedib gəlmişdir. Saxlanıldığı vaxt günorta radələrində, təxminən saat 12:00 – 14:00 arası olardı. Həmin gün saat 12:00-dan orada olmuşdur. Şahid1 qara rəngdə olan maşınına minərək Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə getmişlər. Narkotik vasitənin gətirilməsi ilə əlaqədar olaraq, orada yarım saat, 40 dəqiqə onu gözlətmişlər. Gözləyəndə də, narkotik vasitəni gətirəndən sonra da onu döymüşlər. Videoçəkiliş və videoçəkilişdən sonra alınan izahat Nəsimi RPİ-nin 22-ci Polis şöbəsində olmuşdur. Kağız vermişlər və imzalamalı olduğunu demişlər, o da məcbur qalıb imzalamış, amma öz imzasını çəkməmişdir. Saxlanılandan videoçəkiliş olana qədər 1 saat, ya da 1 saat yarım vaxt keçmişdir. Döyənlərin arasında İ.Hümbətov və Azər də olmuşdur. Nəsimi RPİ-nin 22-ci Polis şöbəsində ondan izahat alan oranın əməkdaşlarından biri olmuşdur. Həmin əməkdaşın təhqiqatçı və ya müstəntiq olduğunu bilmir. Onu sonra BNMİ-yə, sonra narkoloji mərkəzə, sonra da BMCMİ-yə gətirilmişdir. BMCMİ-də müstəntiq E.Tağızadə ondan izahat almışdır. Saxlanılmamışdan əvvəl 21 iyul 2023-cü il tarixdə Gənclik parkda yerləşən Balla Plice restoranında olmuşdur. Dostu Günaydan zəng gəlmiş və onu tutduqlarını demişdir, o da inanmamışdır. Günay telefonu Şahid1 vermişdir. Azər ona Günayın tutulduğunu, onun yaxını olduğunu, ora gələ biləcəyini ondan soruşmuşdur. O, gələcəyini bildirərək BNMİ-yə getmişdir. Təxminən saat 15:00-16:00 olardı. Telefonunu təhvil vermiş, otağa girəndə Günayın ağladığını görmüşdür. Günayı otaqdan çıxarıb orda olan bir əməliyyatçıdan Günayın niyə saxlanıldığını soruşmuşdur. Günayın evindən 300-350 qram narkotik vasitə marixuana tapıldığını bildirmişdir. Günayın harada saxlanıldığını soruşanda Nizami rayonu, Babək prospektində olduğunu bildirmişdir. Maşını saxlayıb əyləc bəndlərin dəyişərkən tutulub, maşında da iki azyaşlı qızı da olmuşdur. Üzərinə baxış keçirilib və heç nə çıxmamışdır. Evlərinə getmişlər və oradan 300-350 qram narkotik vasitə aşkarlanmışdır. Günay ordan çıxdıqdan sonra maşını sonuncuya verilməmişdir. Şahid1 maşını Günayın atasına vermiş, atası da Günaydan maşını gizlətdiyinə görə Günay həm Azərdən, həm atasından DİN-in 102 xidmətinə, prokurorluğa şikayət etmişdir. Sonra 27 iyul 2023-cü il tarixində gəlib evdə onu saxlayıb başına silah tutaraq, qızı polis əməkdaşlarından şikayət etməsi üçün doldurduğunu bildirmişlər. Atasının mağazası var və atasının yanında işləyir. BMCMİ-də bir-iki gün saxlanılmış və 29 iyul 2023-cü il tarixdə təcridxanaya aparılmışdır. Təcridxanaya gətirilən vaxt onu müayinə etməmişlər. Həmin vaxt gözünün altı göy olmuşdur. Təcridxanaya gətirilən gün yox, ondan 7 gün sonra müayinə etmişlər. Gözünün altındakı göy olduğunu desə də, artıq keçib demişlər. Onu 12 nəfər döymüşdür. Günay da həmin vaxt evdə olmuşdur. Polis əməkdaşları onu aparanda orda dərzi işləyən kök kişi olmuş, sonuncu onu görmüşdür. Evə girəndə Günayı da vurmuşlar. Günay evdə qalmış, onu aparmışlar. Bundan sonra Günayı BMCMİ-də görmüşdür. Üzərində bir ədəd telefon, bir ədəd Leo bank kartı, bir ədəd qolbağı, bir ədəd saatı, bir ədəd üzük və bir ədəd gümüş boyunbağı olmuşdur. Telefon və bank kartından xəbəri yoxdur. Saatı, qolbağı, üzüyü və boyunbağı BMCMİ-də qutuda olmuşdur. Bundan sonra bu əşyaların hamısı təcridxanaya verilmiş və ordan valideyini götürər demişlər, eləcə yaddan çıxmışdır. Leo bank kartını gündəlik işlərində, kazinoda oynayanda istifadə etmişdir. Kiminsə ona borcu olanda həmin karta göndərərdi. Mağazada ödənişləri arada kartına göndərərdilər. Hazırda Günayla heç bir əlaqəsi yoxdur, çünki vicdansızlıq edərək yalan məlumat vermişdir. Polis əməkdaşları Günayı da döyürdülər deyə, sonuncu özünü qurtarmaq üçün onun üzünə durmuşdur. Həbs qətimkan tədbiri üçün məhkəməyə çıxarılanda da gözünün altında göy olmuşdur. Bunu qeyd etdiklərini xatırlamır. Günayı buraxmaq üçün nə etmək lazım olduğunu soruşmuşdur, həmin vaxt Günaya zəng gəlmiş və atası ilə Şahid1 danışmışdır. Azər ona çöldə gözləməyini və özünün gələcəyini bildirmişdir. Çöldə gözləyərkən Günayın atası və qardaşı gəlmiş, artıq ona ehtiyac olmamışdır. Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə aparılanda Günay evdə qalmış, sonuncunu şöbədə görməmişdir. Bundan sonra Günayı bir də BMCMİ-də görmüşdür. BMCMİ-də üzləşdiyi şəxslər Günay, E.Tağızadə, Şahid1 və İbrahim olmuşdur. Orda da ona təzyiq göstərmək istəmişlər. E.Tağızadə otaqdan çıxarkən sonuncuya çıxmamağı, çıxsa ona digərlərinin təzyiq göstərəcəyini bildirmişdir. E.Tağızadə çıxdıqdan sonra otaqda Şahid1 və İbrahim qalmış, sonuncular otağa gətirdikləri kağızlara imza çəkməyini istəmişlər. Etiraz etmiş, səs-küy salaraq imzalamayacağını bildirmişdir. Səsləri eşidən rəis gəlmiş və niyə səs-küy saldığını soruşmuşdur. Ona məcbur kağızları imzalatmaq istədiklərini, onun da imzalamaq istəmədiyini bildirmişdir. Həmin rəis polis əməkdaşlarına gedə biləcəklərini bildirmiş və sonuncular da getmişlər, beləliklə, heç nəyi imzalamamışdır. BMCMİ-yə Vüqar gəlməmiş, gəlmişdirsə də o, görməmişdir. Ümumiyyətlə BMCMİ-də Vüqarla üzləşmə olmamışdır. Dəqiq xatırlamır, deyəsən Azərlə üzləşəndə müdafiəçi yanında olmamışdır. Dostu İsmayılın əlaqələri ilə Yasamalda Asan Xidmətlə üzbəüz sağda RentaCar-dan Günayın adına qırmızı “Chevrolet Cruze” markalı avtomaşın götürmüşlər. Sonra Günayın 28 Mayda olan evinə getmişlər. Videoçəkiliş zamanı etiraz edə bilməmiş, amma başını hərəkət edərək mimikalarla narazılığını göstərmişdir. Müəyyən müddət aralığı ilə arada narkotik maddədən istifadə edir. Onun tutulmağı Günayın şikayətlərinə görə olmuşdur. Kiminləsə problemi olmamış və heç vaxt saxlanılmamışdır. Şikayətləri edən Günay olsa da sonuncunu yox, onu saxlamaqlarının səbəbini bilmir, amma Günay saxlanılan vaxt atası beş min pul vermiş, yəqin ki, bundan sonra hər şey olmuşdur. BİT-dən sorğuya gələn cavab məktubunda qeyd olunan bədənindəki izlər polis əməkdaşlarının onu döyməsi ilə bağlıdır. BİT-ə aparıldıqdan 5-6 gün sonra tibb müəssisəsinə aparılaraq müayinə olunmuş, amma bədənindəki əzintilərin izləri artıq azalmışdır. Saxlanıldığı gün polis əməkdaşlarının arasında Şahid2 da olmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilmə protokolunda olan imza ona məxsusdur. Şahid1 onu BMCMİ-yə aparıb orada hər hansı sənədləri imzalamağını tələb etmişdir. İbtidai istintaqdakı ifadələrindəki ziddiyyətlər polis əməkdaşları tərəfindən ona qarşı göstərilən fiziki təzyiqlərlə əlaqədardır. Mobil telefonundakı narkotik vasitə ilə bağlı foto şəkillər ona aid deyil. Onun mobil telefonunda Whatsapp proqramı da, mobil nömrə də olub və işlək vəziyyətdə olub. Tutulduğu vaxtdan sonra onun mobil telefonu polis əməkdaşlarında olub. Ona görə də, mobil telefonunda olan şəkillərin hansı üsulla telefonuna köçürülməsini bilmir. Onun mobil telefonunda Whatsapp proqramı işlək vəziyyətdə olub. Whatsapp proqramı işlək vəziyyətdə olmasa hər hansısa bir narkotik vasitə satışı ilə məşğul olan şəxs fikrincə narkotik vasitələri başqa yolla əldə edə bilməz. Qan analizindən müsbət cavab çıxa bilər, çünki əvvəllər məclislərdə olanda “nəşə” istifadə etmişdir. Bankamatdan çıxartdığı pulların bir qismi mobil telefonunda oynadığı mərc oyunlarında qazandığı pullardır. Şəkillərin məlumat tarixçəsindəki vaxtda o, artıq BİT-də olmuşdur. Video çəkilişdəki etirafedici sözləri çəkilişdən öncəki ona göstərilən təzyiqlərə görə demişdir. Onu polis əməkdaşları tutulduğu vaxt və video çəkilişdən əvvəl də döyüblər. Ona qarşı göstərilən təzyiqlər video çəkilişdən də göründüyü kimi sərbəst olmamağından bilinir. Məhkəmədən barəsində olan cinayət işi üzrə ona bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, bir müddət əvvəl təsadüf nəticəsində sosial şəbəkələrdə özünü ona “Mahal” kimi təqdim edən və İran İslam Respublikasının vətəndaşı olduğunu ona bildirən bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxs ona bildirmişdir ki, narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur və ona təklif etmişdir ki, bu işdə həmin şəxsə kömək edərək pul qazansın. O isə bu işdən qorxduğu üçün həmin şəxsə imtina cavabını vermişdir. Bundan bir müddət keçəndən sonra isə həmin şəxs aralarında olan danışıqların birində ona təklif etmişdir ki, Bakı şəhərində olan kiçik bir bağlamada olan “nəşə” maddəsini götürüb özündə saxlasın və ona deyiləcək vaxt aparıb lazım olan yerə qoysun ki, müştərisi gəlib götürsün. Bunun müqabilində ona bir ədəd kibrit qutusunda yerləşdirilmiş “nəşə” verəcəyini bildirmişdir. O da bunu pul müqabilində etmədiyini dərk edərək razılaşmış və iki gün əvvəl Bakı şəhərinin Nərimanov rayonu ərazisində gizlədilmiş yerdən ona göstərilən şəkilə uyğun olaraq gedib həmin bağlamanı götürmüşdür. Bu barədə Mahala da xəbər vermişdir. Həmin bağlamanı ilk əvvəl gizlətmiş və Mahalın tapşırığı ilə götürüb üzərində saxlamış ki, deyilən məqamda aparıb lazım olan ünvana yerləşdirsin. Odur ki, saat təxminən 13:00 radələrində tanışı Şahid3 ilə görüşmüşdür. Günaya üzərində narkotik maddə olması barədə heç bir şey deməmişdir. Günayla birlikdə ünvan 4 ünvanın yaxınlığında gəzişən zaman onlara mülki geyimdə olan bir neçə nəfər şəxs yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özlərini təqdim etməsini xahiş etmişlər. O və Günay özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və onunla Günayı Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər. Onlar buna etiraz etməmişlər və həmin Şöbəyə yola düşmüşlər. Onlar deyilən Şöbəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Beləliklə də onun, saxlanılan zaman iştirak etmiş polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə axtarış keçirilmiş və bu vaxt ilk olaraq ona təklif edilmişdi ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt masaya yaxınlaşıb əlində saxladığı sellofan torbada olan “nəşə”ni, daha sonra şalvarının ciblərində olan mobil telefonu ilə nağd pulu və plastik bank kartını masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə baxış keçirilmiş, əlavə olaraq hər hansı qanunsuz maddə və predmet aşkar edilməmişdir. Təqdim etdiyi əşyalara baxış keçirilmiş, nağd pul özünə geri qaytarılmış, mobil telefonla bank kartı isə özünə izah verilməklə götürülmüşdür. Daha sonra təqdim etdiyi sellofan torbaya baxış keçirilmişdir. Həmin torba açılmış, içərisindən sellofan bağlamada “nəşə” adlı maddənin olması müəyyən edilmişdir. O, həmin maddə barədə sorğu edilən zaman bildirmiş ki, bağlamanı iki gün əvvəl “Mahal” adlı İranlı tanışının vasitəsilə Bakı şəhərinin Nərimanov rayonu ərazisindən əldə edib bir kibrit qutusu “nəşə” müqabilində həmin kütləni deyiləcək yerə aparıb yerləşdirməli imiş. Bununla belə həmin maddələrin satışı və istifadəsi ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra həmin maddə kütləsi qablaşdırılaraq götürülmüş, həmin qablaşmanın üzərində müvafiq qeydiyyat aparılmışdır. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir formada təzyiqin olunmadığını, əldə etmiş olduğu narkotik vasitələri sonradan ona deyiləcək yerə aparıb qoyacağı məqsədi ilə üzərində saxladığını, narkotik vasitələri üzərində saxlaması barədə heç kimə məlumat vermədiyini, Günayın da həmin işdən heç bir xəbərinin olmadığını bildirərək narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, özünün narkotik vasitə və ya psixotrop maddələrdən heç vaxt istifadə etmədiyini, ilk dəfədir ki, “nəşə” götürdüyünü bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddənin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Tərəflərindən əməliyyat qrupu yaradılmış və həmin şəxsi Nəsimi rayonu ərazisində saxlayıb Nəsimi RPİ-nin 22-ci PŞ-yə gətirmişlər. Nəsimi RPİ-nin 22-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilmiş və Təqsirləndirilən şəxs içərisində narkotik maddə olan sellofanı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı həmin narkotik maddəni müvafiq yerlərə yerləşdirməsini Təqsirləndirilən şəxs tapşırır, Təqsirləndirilən şəxs da həmin narkotik maddəni onun qeyd etdiyi yerlərə yerləşdirirdi. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi 2023-cü ilin iyul ayında, günorta təxminən saat 11:00-12:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxsi saxlayarkən yanında bir xanım olmuşdur. Təqsirləndirilən şəxsi Nəsimi rayonu, 28 may küçəsində parkın yanında saxlamışlar. Təqsirləndirilən şəxsi saxladıqları ərazidə bank və telefon aksesuarları mağazası olmuşdur. Təqsirləndirilən şəxsi saxlayarkən yanındakı xanımla həmin ərazidə dayanmışlar. Təqsirləndirilən şəxs saxlayıb Nəsimi RPİnin 22-ci PŞ-yə aparmışlar. Təqsirləndirilən şəxs yanında olan xanım Şahid3 Nəsimi RPİnin 22-ci PŞ-yə dəvət etmişlər. Şahid3 Nəsimi RPİ-nin 22-ci PŞ-yə həmin vaxt və ya sonra gəldiyini xatırlamır. Təqsirləndirilən şəxs saxlayarkən, sonuncunu Nəsimi RPİ-nin 22-ci PŞyə apararkən narazılıq bildirməmiş və aralarında hər hansı narahatlıq olmamışdır. Şahid3 əvvəl Nəsimi RPİ-nin 22-ci PŞ-də və ya BNMİ-də görməmişdir. Şahid3 onun barəsində şikayət etməsi ilə bağlı məlumatı yoxdur. Təqsirləndirilən şəxs sonuncunu evdə saxlamaqları, sonuncuya qarşı təzyiqlər göstərməkləri bağlı bildirdikləri doğru deyil və bildirdikləri müdafiə xarakterlidir. Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatı onun adına daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatının məzmunu sonuncunun narkotik maddənin satışı ilə məşğul olması barədə olmuşdur. Daxil olan əməliyyat məlumatı yalnız Təqsirləndirilən şəxs barəsində olmuşdur. Şahid3 narkotik maddənin dövriyyəsi ilə məşğul olması, avtomobilinin BNMİ-yə aparılması, Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl Şahid3 və ya sonuncunun avtomobilinə görə BNMİ-yə aparılması ilə bağlı məlumatı yoxdur. Təqsirləndirilən şəxs saxladıqdan daha sonralar sonuncunun barəsində narkotik maddənin dövriyyəsi ilə məşğul olması barədə olan cinayət işinin araşdırılması ona tapşırılmamış və bu barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat tədbirində o və əməliyyat müvəkkili Şahid2 iştirak etmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiqləyir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilərkən əlavə olaraq 4 manat pul, mobil telefon və bank kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bank kartından hansı məqsədlə istifadə etməyi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxsi saxlamamışdan əvvəl hardasa görməmişdir. Təqsirləndirilən şəxsi saxlayarkən yanında olan xanım Şahid3 əvvəllər görməmişdir. Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl Şahid3 onun barəmdə 102 polis xidmətinə şikayət etməsi barədə bildirilənlər haqqında məlumatı yoxdur. Şahid3 Təqsirləndirilən şəxs saxlayarkən görmüş və bundan əvvəl sonuncunu görməmişdir. Şahid3 Babək prospektində saxlanılması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat tədbirində o və əməliyyat müvəkkili Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-yə apararkən avtomobildə o və Şahid2 olmuşlar. Şahid3 Nəsimi RPİ-nin 22-ci PŞ-yə dəvət etmişlər. Həmin vaxt Şahid3 onlarla birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-yə gəlməyini xatırlamır. Onlar sadəcə Şahid3 Nəsimi RPİnin 22-ci PŞ-yə dəvət etmişlər. Onlar Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-yə aparıb üzərinə şəxsi axarış keçirdikdən sonra Şahid3 orda görsələr də sonuncunun həmin vaxt yaxud sonra gəldiyini bilməmişlər. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat tədbirinə hansı avtomobillə getdiklərini xatırlamır, lakin, cinayət işi materiallarında “Prado” markalı avtomobil qeyd olunmuşdursa həmin avtomobil onun şəxsi avtomobilidir. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-yə apararkən sonuncuya hər hansı xəsarət yetirilməmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarətin olması ilə bağlı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-yə gətirdikdən sonra təhqiqatçının və onların - əməliyyat müvəkkillərinin iştirakı ilə, videoçəkiliş vasitəsi ilə sonuncunun üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Sonuncunu üzərindən aşkarlanan narkotik vasitəni İran İslam Respublikası vətəndaşından aldığını və dediyi yerlərə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik maddə ilə bağlı kuryerlik edirdi. Təqsirləndirilən şəxs narkotik vasitəni Nərimanov rayonu ərazisindən götürmüşdür. Sonuncu kuryer kimi əldə etdiyi narkotik vasitəni sifariş verilən qramlarına görə müxtəlif ünvanlara çatdırırdı. Təqsirləndirilən şəxs barəsində kuryerlik kimi qeyd etdiyi bu məlumatlar olduğundan sonuncunu saxlamışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilmiş və daha sonra barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gördüyünü xatırlamır. Şahid2 Təqsirləndirilən şəxs hər hansı təzyiq göstərməmişdir. Təqsirləndirilən şəxs saxlayarkən orada hər hansı uzun saçlı oğlanın olduğunu xatırlamır. Təqsirləndirilən şəxs tanışı Şahid3 evində saxlamaqları, guya sonuncuya onların meşədə adam öldürdüklərini deməkləri ilə bağlı bildirdikləri doğru deyil. Təqsirləndirilən şəxs saxlamamışdan 1 həftə əvvəl Şahid3 BNMİ-də onun xidməti otağında olmamışdır. Təqsirləndirilən şəxs saxlamamışdan 1 həftə əvvəl Şahid3 avtomobilinin BNMİ-nin inzibati binasının həyətində olması ilə bağlı məlumatı yoxdur. Şahid3 102 polis xidmətinə şikayət etməsi ilə bağlı hər hansı məlumatı yoxdur. Şahid3 BNMİ-nin inzibati binasında görməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik maddəni qablaşdırmaq üçün istifadə olunan ləvazimatlar təhqiqatçının bunun üçün nəzərdə tutduğu çantasında olur. xx.xx.2023-cü il tarixdə Şahid3 saxlanılması, Təqsirləndirilən şəxs həmin tarixdə BNMİ-də olması ilə bağlı bildirilənlər barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs saxlayarkən 15 nəfər polis əməkdaşı ilə evə daxil olmaqları, sonuncunu evdə saxlamaqları, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-də təzyiq göstərib hər hansı sənəd imzaladıb azadlığa buraxacaqları vədi verməkləri ilə bağlı bildirdikləri Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli verdiyi ifadəsidir və belə bir hallar baş verməmişdir. BMCMİ-də Təqsirləndirilən şəxs hər hansı sənədləri imzalatmaqları ilə bağlı hər hansı hal xatırlamır. Təqsirləndirilən şəxs saxlanılmasından sonra BMCMİ-yə getməyi, orada olmağı ilə bağlı nəsə xatırlamır. Hər hansı şəxsi saxlayarkən üzərindən külli miqdarda qanunsuz maddələr aşkar edildikdə onlar həmin şəxsi və işini BMCMİ-yə təhvil verirlər. Təqsirləndirilən şəxs və G.Mustafayevin onun barəsində, sonuncuları əvvəldən tanımağı və görməyi, təzyiqlər göstərməyi ilə bağlı bildirdikləri doğru deyil. Şahid3 Təqsirləndirilən şəxs yaxını olduğundan reallığı əks etdirməyən bu cür ifadələr səsləndirmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs və Şahid3 qarşı hər hansı təzyiq göstərilməmişdir. Müdaifə tərəfinin vəsatəti əsasında yenidən çağrılaraq şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxladığı vaxt ilk dəfə görürdü. Cinayət işi üzrə dindirilmiş Günay adlı şəxsi əvvəl tanımış, amma bu işlə bağlılığı olmamışdır. O, Günayı Babək prospektində saxlamamışdır. O, Təqsirləndirilən şəxs saxlayanda Günayı tanımamış, amma sonradan Samirin yanında olan Günayın əvvəl tanıdığı Günay olduğunu bilmişdir. Günayın yaşadığı evi tanımır. Danışıqda olan səs yazısı ona məxsusdur. Bu faktla bağlı xidmət etdiyi idarədə şikayət ərizəsi var. Həmin vaxt Günay ondan və atasından şikayət etmişdir. Xidmət etdiyi idarədə Günayın atası avtomobillə bağlı onlardan şikayətçi olmadığını və onlardan avtomobil götürmədiyini bildirmişdir. O da ona görə avtomobilin onda deyil, atasında olduğunu deyir. Şahid Günayı Təqsirləndirilən şəxs saxlanmasından 6 ay qabaq gördüyü üçün Samirin saxlanıldığı vaxt Günay xanımın həmin xanım olduğu yadında qalmamışdır. Təqsirləndirilən şəxs məhkəməsində iştirak etdikdən sonra ona səhv etmirsə zəng və ya sms-lər gəlmişdir. Həmin sms-lərdə Günay onun ünvanına nalayiq sözlər işlətmişdir. Həmin vaxtı təqsirləndirilən şəxsin yanında olan xanımın o vaxt şikayət edən xanım olduğunu bilmişdir. Səs yazılarında evinə gələrəm sözünü işlətməmiş, sadəcə söz gəlişi evdə olduğunu soruşmuş, Günayın evinə getməmişdir. Hətta səs yazısına diqqət etsək həmin sözdən sonra zəngi sonlandırır. Təqsirləndirilən şəxs saxlanılan ərəfələrdə Günay xidmət etdiyi idarənin inzibati binasında olub, amma ayrı bir məxfi işlə bağlı yanında olub. Həmin vaxtı Təqsirləndirilən şəxs görməmiş, sonuncu ilə söhbət etməmişdir. Günayın xəsarətləri ilə bağlı məlumatı yoxdur. Xİdmət etdiyi idarədə Hüseyn Quliyev adlı əməkdaş tanımır. Təqsirləndirilən şəxs xidmət etdiyi idarəyə gələ bilər, amma onun qəbulunda olmamışdır. Günay ondan səs yazısında söhbət gedən avtomobillə bağlı şikayət etmişdir. Günayın avtomobili onda olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında hərəkətdə olan zaman tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxsi saxladıqdan sonra Nəsimi RPİ-nin 22-ci PŞ-yə dəvət etmişlər. Nəsimi RPİ-nin 22-ci PŞ-də çəkiliş zamanı təqsirləndirilən şəxs sellofanda olan narkotik vasitəni təqdim etmiş və təqdim etdiyi narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi günorta radələrində saxlamışlar. Təqsirləndirilən şəxsi Şahid1la birlikdə saxlamışlar. Təqsirləndirilən şəxsi saxladıqları vaxt heç bir narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxsi saxladıqları vaxt 1 nəfər xanım yanında olmuş, amma heç kimin mənzilinə daxil olub narazılıq yaratmamışlar. Təqsirləndirilən şəxsin yanında olan xanımın əvvəllər hər hansısa polis idarəsində olub-olmaması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxsin yanında olan xanımın adı səhv etmirsə Günay olmuş, səhv etmirsə sonuncunun sevgilisi və ya arvadı olmalı idi. Həmin xanım barəsində hər hanısa bir araşdırma olub-olmaması barədə məlumatı yoxdur. Həmin xanım sonuncunun üzərinə keçirilən baxışda iştirak etməmişdir. Təqsirləndirilən şəxsi saxladıqdan sonra Nəsimi RPİ-nin 22-ci PŞ-yə kimin avtomobili ilə getməklərini bilmir. Əvvəllər DİO-da başqa xidmətdə işləmiş və işlədiyi sahə Bakı şəhərinin mərkəzi küçələri olduğu üçün təqsirləndirilən şəxsi saxladıqları vaxt əvvəllər hardasa gördüyünü xatırlamışdır. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiqləyir. Təqsirləndirilən şəxsi saxladıqları vaxt 2 nəfər olmuşlar. Təqsirləndirilən şəxsi Nəsimi rayonu, 28 May küçəsində, günorta radələrində saxlamışlar. Təqsirləndirilən şəxsi saxladıqları vaxt əlində sellofan olmuşdur. Təqsirləndirilən şəxsi saxladıqdan sonra Nəsimi RPİ-nin 22-ci PŞ-yə dəvət etmişlər. Nəsimi RPİ-nin 22-ci PŞ-də təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman video çəkilişi o, aparmışdır. Təqsirləndirilən şəxsi saxladıqları vaxt Şahid1 və ondan başqa İbrahim, Babək, 18-19 yaş aralığında olan saçlı oğlan yanlarında olmamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki, qeyri-insanı hərəkətlər olmamışdır. Təqsirləndirilən şəxsin bədənində hər hansısa xəsarətin olub-olmamasını bilmir. Təqsirləndirilən şəxsin saxlanılması ilə bağlı Nəsimi rayon Prokurorluğunun müstəntiq M.Məmmədzadə tərəfindən ola bilər ki, izahatı alınmışdır. Təqsirləndirilən şəxslə BNMİ-də üzləşməsi olub-olmaması yadında deyil. Təqsirləndirilən şəxs yəqin ki, təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs saxladıqları vaxt sellofan əlində olmuşdur. O, təqsirləndirilən şəxsə 2 gündən sonra buraxılması ilə bağlı heç bir vəd verməmişdir. Təqsirləndirilən şəxsin yanında olan xanım barəsində BNMİ-də hər hansısa araşdırmanın olub-olmamasını bilmir. Təqsirləndirilən şəxs barəsində saxlanılması ətrafında keçiriləcək əməliyyat-axtarış ilə bağlı qərarın kim tərəfindən imzalandığını bilmir. Günay adlı xanımın sonuncuya məxsus avtomobilinin BNMİ-də saxlanılması ilə bağlı DİN-nin 102 xidmətinə şikayət bildirməsi barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxsi saxladıqları gündən 1 həftə qabaq heç yerdə görməmişdir. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onları saxlayan polis əməkdaşlarından qorxur. Onun iki övladı var və polis əməkdaşlarının göstərdiyi təzyiqlərə sonuncular da məruz qalmışdır. Təqsirləndirilən şəxs və ona göstərilən təzyiqlərə iki övladı da şahid olmuşdur. Təqsirləndirilən şəxs yaxşı insan kimi tanımış, ailəvi münasibətləri də olmuşdur. Polis əməkdaşları onu və Təqsirləndirilən şəxs saxlamışlar. Saxlayan polis əməkdaşları 25-30 nəfər olardı. Təxminən 25 nəfər olduqlarını saymış, amma başqaları da gəlib getmişdir. Polis əməkdaşları övladlarının önündə ona təzyiqlər göstərib ona qarşı qeyri-etik hərəkətlərə yol vermişlər. O, bunları deməyə qorxur. O, bu barədə DİN-ə, Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmiş, lakin müraciətlərinə baxılmamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayıb aparmışlar. Daha sonra Təqsirləndirilən şəxs görəndə ağzından qan gəlmiş və üzü göyərmişdir. Polis əməkdaşları tərəfindən həmin şiddətlərə o da məruz qalmışdır. Polis əməkdaşları onu çox döymüşlər və döydükdən sonra videoçəkiliş olmuşdur. O qədər döyülmüşdür ki, orada dediklərini xatırlamır. Kazımovu ayrı avtomobilə, onu da 4 nəfər polis əməkdaşı ayrı avtomobilə mindirmişdir. Avtomobildə olarkən ön oturacaqda olan, adını bilmədiyi polis əməkdaşı BNMİ-yə zəng edərək bir kiloqram tapmağı bildirmişdir. O, ifadəsində də bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs onun evinə qalmaq üçün gələndə çantada paltarla gəlirdi, lakin o, Təqsirləndirilən şəxs narkotik maddə görməmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları Təqsirləndirilən şəxsla onu onun evində olarkən saxlamışlar. Polis əməkdaşları evinə daxil olarkən Samirin yanına Səttar adlı polis əməkdaşı və sonuncunun yanında olanlar Samir olan otağa, Şahid1 və yanında olan polis əməkdaşları isə onu saxlamışlar. Evin dəhlizində də polis əməkdaşları olmuşdur. Şahid1 ona övladlarının yanında təzyiqlər göstərib əxlaqsız hərəkətlər etmişdir. Həmin vaxt digər polis əməkdaşları Samiri də döymüşlər. xx.xx.2023cü il tarixdə Şahid1 və sonuncunun yanında iki nəfər polis əməkdaşı ilk dəfə onu maşın bazarında saxlamış və BNMİ-yə aparmışlar. Polis əməkdaşları orada onu saxlayarkən və BNMİ-də olarkən ona fiziki təzyiqlər edib döymüşlər. Bundan sonra o, müxtəlif qurumlara şikayət etmişdir. Bu şikayətlərə görə polis əməkdaşları evinə daxil olub Samir və onu saxlamışdır. Polis əməkdaşları onu maşın bazarında saxlayarkən tək olmuş və övladları avtomobilində olmuşdur. Polis əməkdaşları övladlarını onun yanına gətirib avtomobilini tanımadığı bir polis əməkdaşı BNMİ-yə aparmışdır. Polis əməkdaşları onu ilk dəfə saxlayarkən Samirə görə saxlamışlar və ondan ilk soruşduqları Samir olmuşdur. Samirə saxlanılmağı barədə məlumat vermiş və sonuncu da BNMİ-nin inzibati binasına gəlmişdir. Polis əməkdaşları maşın bazarından onu saxlayıb BNMİ-yə saat 14:00-da aparmışlar və onu 22:00 radələrində buraxmışlar. BNMİ-də olarkən Şahid1 sonuncuya ümumi etibarnamə verməyi və onun avtomobilini satmaq istədiyini bildirmişdir. Avtomobilini oradan ailəsi götürmüşdür. Avtomobilinin BNMİ-də saxlanılmağı ilə bağlı DİN-nin 102 zəng xidmətinə, Prokurorluq orqanlarına şikayət etmişdir. Bu hadisədən sonra Samir onu xəstəxanaya aparmışdır. O, hansı qurumlara şikayət etmişsə Samir də həmişə onun yanında olmuş və ona dəstək olmuşdur. Şahid1 ilk dəfə evinə girəndə Samirə ünvanlayaraq DİN-nin 102 zəng xidmətinin özü olduğunu və kimdən kimə şikayət etdiyini bildirmişdir. Evinə polis əməkdaşları gəldikdən sonra onu avtomobilə mindirib BNMİ-yə aparmışlar. BNMİ-yə gedərkən avtomobili idarə edən polis əməkdaşını tanımamış, lakin, sonuncunun yanında ön oturacaqda əyləşən Səttar adlı polis əməkdaşı olmuşdur. Avtomobildə olarkən Səttar kiməsə zəng edərək bir kiloqram narkotik maddə hazırlamağı bildirmişdir. Daha sonra Səttara geri zəng gəlmiş və Səttar nə qədər mümkün olursa o qədər hazırlamağı bildirmişdir. BNMİ-də olarkən polis əməkdaşları ona dediklərini etməyini tapşırmışlar. Yazılı kağız gətirib imzalamağını bildirmişlər. Daha sonra BNMİ-dən Şahid1 avtomobilinə mindirilərək əvvəlcə bir xəstəxananın qarşısına getmişlər və daha sonra oradan yola davam etmişlər. Şahid1 avtomobildə gedərkən ona sonuncu ilə dost olmağı, sonuncuya adamlar tapmağı və həmin adamları yükləməyi təklif etmişdir. Məlum hadisədən əvvəl nə vaxtsa polis əməkdaşları evinə gəlib Samiri soruşmamışdır. Ümumiyyətlə sonuncu hadisədən əvvəl evinə polis əməkdaşları gəlməmişdir. O, ifadəsi elan edildikdən sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründəki ifadəsində qeyd olunanlar hamısı yanlışdır. İbtidai istintaq dövründəki ifadəsində Samirin Sumqayıt şəhərinə getməyi, dostları ilə görüşməyi barədə məlumatları müstəntiqin haradan əldə edib ora qeyd etdiyini bilmir. Polis əməkdaşları ondan nəsə soruşmamışlar. Onu döymüşlər və əvvəlcədən hazırlanmış kağızda ifadəni ona təqdim edib imzalamağını tələb etmişlər. Polis əməkdaşları tərəfindən döyüldüyünə görə o da imzalamışdır. BNMİ-də Samirlə üzləşdirilmiş, amma Elxan adlı müstəntiq əvvəlcədən hazırlanmış sənədi ona vermiş və o, sənədi oxumuşdur. Şahid1la bağlı xx.xx.2023-cü il tarixindən müxtəlif qurumlara şikayətlər etməyə başlamışdır. Polis əməkdaşları avtomobilini götürüldükdən 1 ay sonra qaytarmışdır. Maşın bazarından avtomobili üçün ustanın dedikləri ehtiyat hissələri almışdır. Həmin ustanı tanımır, ehtiyat hissələri alarkən mağazanın qarşısında saxlanılmışdır. Üzləşdirmə protokolunda qeyd olunan Lalə adlı xanım həqiqətən olmuş və Samirə mesaj yazmışdır. Polis əməkdaşlarının onu və Samiri evində döyməklərinə səbəb onların sonuncuları DİN-in 102 zəng xidmətinə şikayət etməkləri olmuşdur. Samir tərəfindən hansısa quruma şikayət ərizəsi yazılmamış, amma DİN-in 102 zəng xidmətinə şikayət etmişdir. Lalənin mesajı ilə bağlı Samirdən soruşmuş və Lalənin Samiri şəxsi olaraq istədiyi üçün həmin mesajı yazdığını bildirmişdir. Müstəntiqin sualına cavab olaraq Samirlə onun arasındakı münasibətin sonuncunun ona üzük hədiyyə etməsi qədər ciddi olduğunu bildirmişdir. Müxtəlif qurumlara şikayət ərizələri onun adından verilmişdir. Samirin adından şikayət ərizələrinin verilməsini dəqiq xatırlamır. Polis əməkdaşlarının onu ilk dəfə saxlamaqlarına səbəb Samiri istəməkləri olmuşdur. Polis əməkdaşları ona şiddət göstərib Samiri sonunculara təqdim etməyini istəmişlər. İlk dəfə polis əməkdaşları tərəfindən saxlanılıb sonuncular tərəfindən xəsarətlərə məruz qaldıqdan sonra müalicə üçün 1 saylı şəhər klinik xəstəxanasında olmuşdur. Şahid1 evinə daxil olanda xəstəxanadan aldığı tibbi sənədləri götürmüşdür. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş təhqiqatçı X3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması ərəfələrində BNMİ-də çalışmışdır. Videoçəkilişdə stulun üzərindəki qara rəngli çanta ona məxsusdur. Təhqiqatçı olaraq hər an istənilən yerə çağırıla biləcəyi üçün hazırlıqlı olur. Qayçını təhlükəsizlik qaydalarına əsasən cibinə qoymuş, çünki saxlanılan şəxs hər an özünə xəsarət yetirə bilər. Təqsirləndirilən şəxs üzərində olan saatına və qolbağına zərurət olmadığı üçün baxış keçirtməmişdir. Təqsirləndirilən şəxs ayaqqabısına və corablarına isə şübhəsi olmadığı üçün baxış keçirtməmişdir. Saxlanılan şəxslərin üzərində şəxsi axtarış keçirildikdən sonra MSY-yə təhvil verilirlər. MSY-yə təhvil verilən şəxsin üzərində ümumi baxış keçirilir. Baxış zamanı qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunduqda əlavə tədbirlər görülür. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunan qanunla qadağa olunmuş maddənin tərkibi barədə ekspertizadan cavab gəldiyi an cinayət işi materiallarını və saxlanılan şəxsin üzərindən aşkar olunan digər əşyalar istintaq hərəkətlərini həyata keçirən müstəntiqə təhvil verilir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunan digər əşyalar rəy gələnə qədər, təxminən bir neçə saat onun nəzarətində olub. Saxlanılan şəxsin üzərindən aşkar olunan mobil telefona baxış keçirtməyə haqqı var, amma baxış keçirtməmiş və bununla bağlı iş materiallarında müvafiq sənədlər var. Təqsirləndirilən şəxsin mobil telefonunu materialla birlikdə müstəntiqə təhvil vermişdir. Müstəntiqə materialları təhvil verdiyi vaxt materialdan əlavə verəcəyi əşyaları da sənədləşdirib təhvil vermişdir. Video çəkilişi Vüqar Qəmbərli həyata keçirib. Təqsirləndirilən şəxs saxlanmasında iştirak etmədiyi üçün yanında digər şəxsin olubolmamasından xəbərsizdir, amma tutulmasında isə video çəkilişdə olan şəxslər olublar. Video çəkiliş zamanı Təqsirləndirilən şəxs ondan öncə kiminsə onun üzərində baxış keçirib-keçirtmədiyini və üzərində şəxsi axtarış keçirilən vaxtadək təzyiqlərə məruz qalıbqalmamasını soruşmuş və cavabını almışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiqin şahidi olmamışdır. Məhkəmə baxışı zamanı ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verilmiş suallara cavab olaraq bildirmişdir ki, cinayət işi təqsirləndirilən şəxs tutulandan sonra onun icraatına daxil olmuşdur. Şəxs saxlanıldıqdan sonra maddi sübutlar, yəni telefon və narkotik vasitə ona təqdim olunur. Narkotik vasitə dərhal saxlanca verilir. Mobil telefon isə zərurət olduğundan özündə seyfdə saxlayır. Cinayət işi bitib məhkəməyə təqdim olunduqdan sonra maddi sübut saxlanca verilir. Təqsirləndirilən şəxs barəsində cinayət işi iş materiallarında yazılan tarixdə icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxsə məxsus mobil telefona ancaq baxış keçirtmişdir. Müəyyən mobil telefon modellərində baxış keçirdəndə həmin telefondakı şəkilləri telefonun üzərindən foto şəkillərini təhrif olunmasın deyə çəkmirlər. Ona görə də, həmin şəkilləri ekran görüntüsü (screenshot) edib bluetooth proqramı ilə kompüterlərinə köçürdürlər. Tərəzi üzərində narkotik vasitə olan foto şəkilləri mobil telefonun içərisindən götürmüşdür. Foto şəkillərin həqiqiliyini sübut etmək üçün məhkəmə texniki komputer ekspertizası təyin edilə bilər. Cinayət işinin materiallarına əlavə etdiyi şəkillər qaleriya qovluğunda yoxdur. Həmin şəkillər Whatsapp proqramında göndərilən foto şəkillər qovluğundadır. Təhqiqatçı təqsirləndirilən şəxsin mobil telefonunda Whatsapp proqramının olmadığını deyə bilər. Təqsirləndirilən şəxsin mobil telefonunda Whatsapp proqramı olmamışdır. Təqsirləndirilən şəxsin mobil telefonu onda olmuş, heç kim müdaxilə etməmişdir. O, təqsirləndirilən şəxsin mobil telefonunda fotoşəkillərin tarixi ilə bağlı məsələlərə cavabdehdir, heç kim həmin hissəyə müdaxilə etməmişdir. Mobil telefonda nəyəsə baxmaq üçün mobil telefonun tarixini dəyişmişdir. Ona görə tarixlərdə ziddiyyətlər var. O, mobil telefon mütəxəssisi olmadığından tarixlə bağlı hissələrə tam cavab verə bilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (l cild i.v. 5) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 6-7) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:30-da CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 13:00-da tutulmuş hesab edilmişdir. (l cild i.v. 22) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı 1 ədəd sellofan torbanı, əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd içərisində (099)-810-19-95 GSM nömrə olan Samsung markalı mobil telefonunu, sağ yan cibindən 4 manat pulu və 1 ədəd üzərində **********79292 rəqəmləri əks olunmuş leo banka məxsus bank kartını təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan torbaya baxış keçirilən zaman içərisində 1 ədəd sellofan bağlama olması müəyyən edilmiş, həmin sellofan bağlamanın içərisinə baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və çəkisinin qablaşdırlma ilə birlikdə 690 olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbadakı maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni X6 vətəndaşı “Mahal” adlı şəxsin vasitəsilə 2 gün öncə Bakı şəhəri, Nərimanov rayonu ərazisindən götürərək ona deyiləcək yerə qoyaraq 1 kibrit qutusu qurudulmuş marixuana əldə etmək məqsədilə götürdüyünü, başqa heç bir yerdə narkotik maddə saxlamadığını, özünün narkotik vasitə istifadəçisi olmamasını, bu əməlindən heç kimin məlumatının olmadığını saxlanılan zaman və polis şöbəsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. (l cild i.v. 31-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/1088 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs əlində saxladığı və təqdim etdiyi kütlə” yazılar və imzalar olan üzəri skoçla bağlanış polietilen bağlamada 1 ədəd ağ rəngli sellofan torbadakı üzəri skoçla bağlanmış çəhrayı rəngli sellofan bağlamada təmiz çəkisi 645,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (İ cild i.v. 43-46) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 63-64) xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, şahidlər Şahid3, Şahid1 və Şahid2 ifadələrində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər. (İ cild i.v. 81-85, 94-99) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(006)-510/2023 saylı qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 27 iyul 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. (İ cild i.v. 111) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1146/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 13:00dan hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)-1583/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 02 ay, yəni 27 yanvar 2024-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 112-116, 227-231) xx.xx.2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunmuş, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin əlavə olunduğu 01 ədəd DVD disk, "xxxx" ASC-dən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 645 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 644,95 qramı maddi sübut kimi tanınmış və saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (İ cild i.v. 126-127, 183-196) xx.xx.2023-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefonun daxili yaddaşında olan fotogörüntülər qovluğuna keçirilən baxış zamanı fotogörüntülərin içərisində yaşıl rəngli qurudulmuş ot formasında, zahiri görünüşünə görə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin, habelə hər birinin üzərində qramlarla müvafiq qaydada müxtlif çəkiləri göstərilməklə “ot” yazısı olan bir neçə ədəd sellofan bağlamaların və ayrıca olaraq elektron tərəzinin üzərinə qoyulmaqla şəkli çəkilmiş bağlamaların görüntülərinin olması məlum olmuşdur. (İ cild i.v. 134-136) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 139) xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 156) xx.xx.2023-cü il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə aktiv olmuş və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. (İ cild i.v. 163) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X11 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4791 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 171-172) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 xx.xx.2023-cü il tarixli, 301/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. (İ cild i.v.173-175) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 xx.xx.2023-cü il tarixli, 2763/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edildi. Qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri sə salisilatlar aşkar edilmədi. (İ cild i.v.176-179) xx.xx.2023-cü il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli HTİD-OUT-03359-2023 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunan fotogörüntülər və hesab üzrə məxaric-mədaxil əməliyyatlara dair elektron çıxarışlara keçirilmiş baxış zamanı məlum olmuşdur ki, araşdırma zamanı sorğu edilən 4098 **** **** 9292 nömrəli plastik kartın bağlı olduğu hesab Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmişdir. Təqdim edilmiş elektron çıxarışa nəzər salınan zaman məlum olmuşdur ki, sözügedən plastik bank kartı üzrə elektron hesaba müvafiq dövrü əhatə etməklə terminallardan və digər köçürmə üsullarından istifadə etməklə xırda ödənişləri istisna etməklə ayrı-ayrı vaxtlarda 120, 40, 80, 80, 50, 340, 200, 40, 40, 40, 150, 80, 70, 100, 80, 70, 70, 250, 55, 40, 80, 40, 50, 40, 300, 100, 300, 40, 45, 40, 40, 500, 300, 200, 120, 55, 75, 40, 100, 60, 80, 70, 60, 100, 180, 78, 81, 200, 70, 40, 50, 60, 100, 150, 50, 50, 190, 150 ,80, 180, 130, 50, 270, 50, 70, 110, 400, 305, 300, 150, 60, 60, 100 və 90 manat məbləğində pul köçürmələri əməliyyatları edilmişdir. Bundan başqa, diskdə təqdim olunan fotogörüntülərdə pulu nağdlaşdıran şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. (İ cild i.v.180-182) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 198-200) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı sağ saidin ön səthində və qarının sol yan tərəfində 4-5 sm ölçüdə tünd sarımtıl rəngli qançır müşahidə olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1280 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(101)-1099/2024 nömrəli cinayət işinin 1-ci cildinin 13-cü vərəqində olan xx.xx.2023-cü il tarixli Ərizədə “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 15-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "Şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında” protokolda “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 20-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 21-ci vərəqində olan xx.xx.2023cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərarda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 22-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 25-26-cı vərəqində olan xx.xx.2023-cü il tarixli"Şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında” bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 27-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında” bildirişdə “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 28-ci vərəqində olan xx.xx.2023cü il tarixli “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındaki imza, 29-cu vərəqində olan xx.xx.2023cü il tarixli “etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 30-cu vərəqində olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərarda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 31-33-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun 1-ci vərəqinin aşağı hissəsində “3” rəqəmi qarşısındaki imza, 2 vərəqinin yuxarı hissəsində "Təqsirləndirilən şəxs" qrafasındakı imza və aşağı hissəsində “3” rəqəmi qarşısındakı imza, 3-cü vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 36-cı vərəqində olan xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 38-39-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixli izahatın 1-ci vərəqində “İmza: / Təqsirləndirilən şəxs” qrafasındakı və həmin vərəqin aşağı hissəsindəki imzalar, 2-ci vərəqində sonuncu “Cavab:” qrafasındakı “İzaxatı oxudum mənim sözlərimlə dorğu yazılıb heç bir əlavəm yoxdur imzamla təstiq edirəm” əlyazmaları və “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 47-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 49-cu vərəqində olan xx.xx.2023-cü il tarixli bildirişdə “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 50-51-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli bildirişin 1-ci vərəqinin aşağı, hissəsində və 2-ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzalar, 52-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsə şübhəli olduğu əməllərin mahiyyətinin, onun hüquq və vəzifələrinin izah edilməsi, hüquq və vəzifələri barədə bildirişin surətinin ona verilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 53-cü vərəqində olan xx.xx.2023-cü il tarixli “cinayət prosesi iştirakçılarına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 54-cü vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsə ekspertiza təyin etmək barədə qərarı təqdim etmək və hüquqlarını izah etmək haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 55-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsə ekspert rəyinin təqdim edilməsi və hüquqlarını izah olunması haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 56-58-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokolun 1-ci vərəqin aşağı hissəsindəki 2 ədəd imza, 2-ci vərəqin aşağı hissəsindəki imza və 3-cü vərəqin sonuncu “Cavab:” qrafasındakı “Oxudum əlavəm yoxdur imzamla təstiq edirəm” əlyazmaları və “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 78- 80-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolunun 1-ci vərəqində 4 ədəd imza və “Təqsirli bilmirəm” əlyazmaları, 2-ci vərəqinin aşağı hissəsindəki imza, 3-cü vərəqinin sonuncu “Cavab:” qrafasındakı “İfadəmi oxudum heç bir əlavəm yoxdur doğruluğunu imzamla təstiq edirəm" əlyazmaları və “Təqsirləndirilən şəxs: ” qrafasındakı imza və “Təqsirləndirilən şəxs” əlyazması, 81-85-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli Üzləşdirmə protokolunun 1-ci vərəqinin aşağı sağ hissəsindəki imza, 2-ci vərəqində 2-ci “İmza:” qrafasındakı və aşağı sağ hissəsindəki imzalar, 3-4-cü vərəqlərinin aşağı sağ hissəsindəki imzalar, 5-ci vərəqində “Cavab:” qrafasındakı “Oxudum sözlərimlə düzgün yazılıb imzamla təstiq edirəm Kazımov.S” əlyazmaları və “Kazımov.S” yazısının əvvəlindəki imza, 210-211-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli "Təqsirləndirilən şəxsin dindirilməsi” protokolunun 1-ci vərəqində 4 ədəd imza və “təqsirli bilmirəm” əlyazmaları, 2-ci vərəqinin sonuncu “Cavab:” qrafasındakı "Əlavəm yoxdur. Sözlərimlə düzgün yazılıb. Doğruluğunu imzamla təstiq edirəm.” əlyazmaları və “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındaki imza, 239-240-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında” protokolun 2-ci vərəqinin yuxarı hissəsində “Təqsirləndirilən şəxs vəsatəti:” qrafasındakı əlyazmalar, “.... cinayət işinə xitam verəsiniz” əlyazması qarşısındakı imza, “Təqsirləndirilən şəxs:” qrafasındaki imza və “Kazımov.S” əlyazması - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xəsarət yetirilməsi öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən toplanmış 398-c-23 №-li material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamağa, daşımağa görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olubolmaması ilə bağlı qənaətə gəlmək üçün vacib məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu halla əlaqədar ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut belə əldə olunmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Lakin hazırkı iş üzrə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş narkotik vasitənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefonun daxili yaddaşında olan fotogörüntülər qovluğuna məhkəmə iclasında baxış keçirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş fotogörüntülərin məlumat tarixçəsindən aydın olmuşdur ki, həmin fotogörüntülər Təqsirləndirilən şəxs saxlanıldıqdan sonraki tarixdə (xx.xx.2023-cü il tarix) ekran görüntüsü (schreenshot) formasında mobil telefonun yaddaşında olduğu müəyyən olunmuşdur. Belə bir halın müəyyən olunması iş materiallarına əlavə olunmuş həmin fotoşəkilləri və mobil telefon aparatına baxış keçirilməsi barədə protokolu şübhə altına alınması üçün əsas verir. Məhkəmə hesab edir ki, qeyd olunan halı nəzərə alaraq müvafiq sübutu Təqsirləndirilən şəxs ittiham edildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər sübut kimi qəbul edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və şəraitdə qanunsuz olaraq külli miqdarda 645 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşlarının fiziki təzyiqlər göstərmələri və üzərinə narkotik vasitə qoymaları və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, məhkəmənin sorğusu əsasında alınmış Nəsimi rayon Prokurorluğundan daxil olmuş cavab məktubu, ona əlavə olunmuş sənədlər, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri (narkotik maddənin ona məxsus olmasına dair hissədə) iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Bundan başqa Təqsirləndirilən şəxs ifadələrində ona məcbur çəkdirdikləri imza şəxsiyyət vəsiqəsi və ona aid başqa sənədlərdə olan imzasından fərqlənməsi, kağız vermişlər, imzalamalı olduğunu demişlər, o da məcbur qalıb imzalamış, amma öz imzasını çəkməmiş kimi verdiyi ifadələr münasibətdə məhkəmə qeyd edir ki, müdafiə tərəfini vəsatəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1280 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə tam təkzib olunur, belə ki, həmin rəydə sadalanan sənədlərdəki imzaların Təqsirləndirilən şəxs tərəfindən icra olunduğu qeyd olunmuşdur. Eyni zamanda dindirilmiş Şahid3 oğlunun məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə həmin ifadəyə də tənqidi yanaşır və hesab edir ki, şahidin Təqsirləndirilən şəxs ilə yaxın münasibətdə olması onun xeyrinə məhkəmədə ifadə verməsini anlaşılan edir. Ona görə də, məhkəmə şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin vəsatəti təmin edilərək qəbul edilmiş qərar əsasında “Azercell Telekom” və "xxxx" MMC-dən məhkəməyə daxil olmuş məktublara əlavə olunmuş disklərdəki məlumatlardan görünür ki, müdafiə tərəfinin qeyd etdiyi hallar öz təsdiqini tapmamış, eyni zamanda iş üzrə hər hansı əhəmiyyətli yeni bir hal da aşkar edilməmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.1 və 234.4.3cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:30-da şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 13:00-da tutulmuş hesab edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1146/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)-1583/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 02 ay, yəni 27 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 198 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 644,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin əlavə olunduğu 01 ədəd DVD disk, "xxxx" ASC-dən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış: Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 644,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin əlavə olunduğu 01 ədəd DVD disk, "xxxx" ASC-dən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 198 (yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-143/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-143/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver