Məhkəmə qərarları › İş №1(101)-1430/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1430/2022

30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1430/2022 30.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:35-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi X1, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 02 avqust 1989-cu ildə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Qaraxanbəyli Ə/D, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra, təxminən 11 mart 2022-ci il tarixdə “Rza” adlı şəxsin göstərişi ilə narkotik vasitələri Bakı şəhəri Binəqədi rayon ərazisində əvvəlcədən qoyulan yerdən götürərək “Rza” adlı şəxsin göstərişi ilə müvafiq ünvanlara qoymaqla qarşılığında öz istifadəsi üçün narkotik vasitə almış, 26 mart 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 117 ünvanın yaxınlığında, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə külli miqdarda, yəni 33,400 qram qəhvəyi rəngli tozşəkilli çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və yaşadığı ünvan 2 ünvanında yerləşən “Aşkar” otelin 503 saylı otağında olan taxta konstruksiyalı dolabın içərisindən 02 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1005,0 qram və 965,0 qram, ümumi təmiz çəkisi 1970,0 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, o, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Bir müddət kirayə evdə dostu ilə qalmış, lakin evin pulunu ödəyə bilmədikləri üçün oteldə qalmağa başlamışdır. 26 mart 2022-ci il tarixdə saat 18:00 radələrində qaldığı otelə gələrək otelin pulunu ödəmiş və 5-ci mərtəbəyə qalxmışdır. Bu zaman liftin qarşısında bir nəfərin olduğunu görmüş, otağa girdikdən iki dəqiqə sonra qapı döyülmüş, o, kim olduğunu soruşan zaman ona otelin işçisi olduğu və pul ödəməli olduğu deyilmiş, o da pulu ödədiyini bildirmişdir. Sonra qapı açılaraq 4-5 nəfər içəri girmişdir. O, saxlanılan zaman üzərində olan bir qram narkotik vasitə ilə otelə gəlmiş, orada onun üzərinə iki kiloqram narkotik vasitə qoyulmuşdur. O, bir qram narkotik vasitə olan heroini öz istifadəsi üçün almış, narkotik vasitələrin satışı ilə məşğul olmamış, Səadət adlı tanışı olmuş, lakin tanışı ondan narkotik vasitə istəməmiş, o da heç kimə narkotik vasitə satmamışdır. O, mobil telefondan istifadə edir, ancaq onun telefonunda narkotik vasitələrin satışı ilə bağlı yazışma olmamışdır. Polislər onu 2-3 saat oteldə saxlamış, sonra onu 17-ci Polis Bölməsinə aparmış və ona təzyiq göstərib sənədə imza çəkməyini demişlər. Polis əməkdaşları onu gecə saat 15:30-da bölməyə aparmış, sonra onlar otelə gəlmiş və guya o, şkafı açaraq iki kiloqram narkotik vasitə heroini onlara təhvil vermişdir. O, saxlanılan zaman üzərində 13 manat pulun olduğunu, kartında pulun olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi – satış məqsədilə narkotik vasitə əldə etməməsi, üzərində yalnız bir qram heroinin olması, həmçinin üzərindən və yaşadığı yerdən aşkar edilmiş narkotik vasitənin ona aid olmamasına dair xüsusatları özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmağa cəhd kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 26 mart 2022-ci il tarixdə xidməti iş yerində olduğu zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs Nərimanov rayon ərazisində mütəmadi olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu barədə məlumatın yoxlanılması məqsədi ilə tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 26 mart 2022-ci il tarixdə saat 20:00 radələrində tərəfindən yaradılmış əməliyyat qrupu ilə birlikdə onlar Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski prospekti 117 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşayan şəxsi görüb ona yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib həmin şəxsdən adını, soyadını soruşmuş və şəxsiyyətini təsdiq edən hər hansısa sənədi təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs də onlar ilə razılaşaraq Nərimanov RPİ- nin 17-ci PŞ-nə getmişdir. Nərimanov RPİ-nin 17-ci PŞ-də Təqsirləndirilən şəxs şəxsiyyəti yoxlanılarkən onun xx.xx.1989-cu ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Qaraxanbəyli Ə/D, Qaraxanbəyli kəndi qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ll7 ünvanında yerləşən “Aşkar” otelin 503 nömrəli otağında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişlə dəvət edilmiş vəkilin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan "Samsung" markalı mobil telefon və 40 qəpik pul, həmin şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd üzərində 4169 7385 4399 2410 nömrəsi olan "xxxx" plastik bank kartı, 01 ədəd açar və 13 manat pul aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisi 37,3 qram olmuşdur. Sonra həmin büküm içərisi ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd "xxxx" ASC-yə məxsus 4169 7385 4399 2410 nömrəli plastik kart sonuncuya bu barədə izah verildikdən sonra götürülmüş və 01 ədəd açar və 13 manat 40 qəpik pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən çıxarıb təqdim etdiyi heroinin özünə məxsus olduğunu, həmin kütləni 4 ay əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Rza" adlı şəxsin vasitəsi ilə "on beş" gün bundan əvvəl Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə "Rza" adlı şəxsin ona narkotik vasitə istifadəçisi olduğundan narkotik vasitə verəcəyini bildirmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 117 ünvanında yerləşən "Aşkar" hotelinin 503 nömrəli otağında narkotik vasitə saxladığını, həmin otağa baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 117 ünvanında yerləşən "Aşkar" hotelinin 503 nömrəli otağında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən otaqda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs otaqda taxta konstruksiyalı dolabdan 2 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlə elektron tərəzidə çəkilmişdir. Heroinə bənzər kütlənin çəkisi ümumilikdə 1993,0 qram olmuşdur. Daha sonra həmin kütlə içərisi boş olan sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı otağın digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin kütləni 4 ay əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Rza" adlı şəxsin vasitəsi ilə "on beş" gün bundan əvvəl Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə "Rza" adlı şəxsin ona narkotik vasitə istifadəçisi olduğundan narkotik vasitə verəcəyini bildirmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təzyiq və ya təsir edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən “Aşkar” oteldə menecer vəzifəsində çalışır. Onun iş fəaliyyəti otelin işçilərinə və ümumi otelin iş fəaliyyətinə nəzarət etməkdir. 26 mart 2022-ci il tarixdə saat 20:00 radələrində oteldə olan zaman üç nəfər polis əməkdaşı sonradan adının Nail olduğunu bildiyi şəxslə otelə gəlmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə otelin 503 nömrəli otağına getmişlər. Təqsirləndirilən şəxs adlı şəxs qapını açmışdır. Polis əməkdaşları ilə birlikdə onun iştirakı ilə otağa baxış keçirilmişdir. Baxış zamanı otaqda olan dolabdan iki büküm narkotik vasitə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bildirmişdir ki, otaqda olan şəxsin icazəsi olmadan otağa daxil olmağa icazə olmadığından və həmin şəxsin otelə daxil olarkən əlində gətirdiyi çantalara baxış keçirilməsinə icazəsi olmadığından Nail adlı şəxsin oteldə narkotik vasitə saxlamasından da məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2022-ci il tarixli 6/1658 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 7 nömrəli” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən..” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 33,400 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən..” yazı və imzalar olan paketdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1005,0 qram və 965,0 qram olmaqla, ümumi təmiz çəkisi 1970,0 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş heroinlər xarici görünüşünə və kimyəvi tərkib kompanentlərinə görə eynidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən ekspert vəzifəsində çalışır, İİ dərəcəli ədliyyə qulluqçusudur. 27 mart 2022-ci il tarixli 6/1658 saylı rəy onun tərəfindən icra edilmişdir. Tədqiqat obyekti olan 03 ədəd bükümdə narkotik vasitə heroin sellofan bağlamalarda təqdim edilmişdir. Tədqiqat zamanı həmin narkotik vasitələr sellofanlardan çıxarılaraq standartlara uyğun olan elektron tərəzi vasitəsi ilə ümumi təmiz çəkisi çəkilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 7 nömrəli" dairəvi möhür əksi "Təqsirləndirilən şəxs üzərindən.." yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 33,400 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən.." yazı və imzalar olan paketdə 2 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 1005,0 qram və 965,0 qram olmaqla, ümumi təmiz çəkisi 1970,0 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Həmçinin tədqiqata təqdim edilmiş heroinlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olmuşdur. Polis əməkdaşları tərəfindən həmin narkotik vasitələr çəkilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 37,3 qram, yaşadığı mənzildən aşkar edilmiş 02 ədəd bükümün çəkisi isə 1993,0 qram olduğu məlum olmuşdur. Həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilən zaman sellofan bağalamalarda çəkildiyinə görə ekspertiza zamanı çəkildikdə müəyyən olunan çəki ilə aralarında fərq yaranmışdır. Cinayət işinə əlavə olunmuş məhkəmə narkoloji ekspertizasının 16 iyun 2022-ci il tarixli 3247 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə olunmuş Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1510 saylı rəyinə görə Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 26 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2022-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 117 ünvanının yaxınlığında piyada hərəkət edərkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-no gətirilmiş, gətirildikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Nərimanov RPİ- nin 17-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə heroiııi təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan "Samsung" markalı mobil telefon və 40 qəpik pul, həmin şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd üzərində 4169 7385 4399 2410 nömrəsi olan "xxxx" plastik bank kartı, 01 ədəd açar və 13 manat pul aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisi 37,3 qram olmuşdur. Sonra həmin büküm içərisi boş olan, ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd "xxxx" ASC-yə məxsus 4169 7385 4399 2410 nömrəli plastik kart sonuncuya bu barədə izah verildikdən sonra götürülmüş və 01 ədəd açar və 13 manat 40 qəpik pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən çıxarıb təqdim etdiyi heroinin özünə məxsus olduğunu, həmin kütləni 4 ay əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Rza" adlı şəxsin vasitəsi ilə "on beş" gün bundan əvvəl Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə "Rza" adlı şəxsin ona narkotik vasitə istifadəçisi olduğundan narkotik vasitə verəcəyini, yaşadığı otaqda da özünə məxsus narkotik maddə olduğunu, həmin narkotik maddəni təqdim edə biləcəyini, mənzilinə baxış keçirilməsinə etirazının olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 26 mart 2022-ci il tarixli “mənzilə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2022-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 117 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 117 ünvanında yerləşən "Aşkar" hotelinin 503 nömrəli otağında narkotik vasitə saxladığını, həmin otağa baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 117 ünvanında yerləşən "Aşkar" hotelinin 503 nömrəli otağında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətin əmalik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən otaqda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs otaqda taxta konstruksiyalı dolabdan 2 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlə elektron tərəzidə çəkilmişdir. Heroinə bənzər kütlənin çəkisi ümumilikdə 1993,0 qram olmuşdur. Daha sonra həmin kütlə içərisi boş olan sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı otağın digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin kütləni 4 ay əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Rza" adlı şəxsin vasitəsi ilə "on beş" gün bundan əvvəl Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə "Rza" adlı şəxsin ona narkotik vasitə istifadəçisi olduğundan narkotik vasitə verəcəyini bildirmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 14 may 2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefonun “vatsap” mesajlaşma proqramına baxış keçirilmiş, baxış zamanı ***-***-**-**, “Səadət” adı ilə qeyd edilmiş ***- ***-**-**, “Nora” adı ilə qeyd edilmiş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə abonentləri ilə narkotik vasitələrin alışı və satışı barədə sms yazışması aşkar edilmişdir. Həmin sms yazışmaları çap olunaraq protokola əlavə olunmuş, iş üzrə 01 ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 2557/2022 saylı məhkumun tibbi kitabçasından görünür ki, təcridxanaya daxil olarkən keçirilmiş tibbi baxış zamanı Təqsirləndirilən şəxs dəri səthində zədələr, çapıqlar və digər bədən xəsarətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı otaqdan aşkar edilmiş narkotik vasitə olan heroinin ayrı-ayrılıqda külli miqdarda olması, sms yazışmaları, həmçinin ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində və yaşadığı otaqda saxlaması və daşıması qənaətinə gəlməyə əsas verir. Belə ki, cinayət işinin İ cildinin 52-55-ci vərəqlərində olan, “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 27 mart 2022-ci il tarixdə müdafiəçisi Kərim Bağırovun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, o, daimi yaşayış yeri olmadığı üçün Bakı şəhərində müxtəlif yerlərdə qalmışdır. Sonuncu dəfə isə Nərimanov rayonu, F.X.Xoyski küçəsi 117 ünvanında yerləşən “Aşkar” oteldə qalmışdır. O, təxminən 2 ildir narkotik vasitələrdən istifadə edir. 26 mart 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 117 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Polis şöbəsinə dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan "Samsung" markalı mobil telefon və 40 qəpik pul, həmin şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd üzərində 4169 7385 4399 2410 nömrəsi olan "xxxx" plastik bank kartı, 01 ədəd açar və 13 manat pul aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 37,3 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri onun müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. 01 ədəd "Samsung" markalı mobil telefon, 01 ədəd plastik bank kartı və 01 ədəd ona məxsus şəxsiyyət vəsiqəsi götürülmüşdür. 01 ədəd açar və 13 manat 40 qəpik pul isə özünə geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş kütlə özünə məxsusdur, həmin kütləni 4 ay əvvəl tanıdığı İran İslanı Respublikası vətəndaşı olan "Rza" adlı şəxsin vasitəsi ilə 15 gün bundan əvvəl Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmişdir. Rza adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə "Rza" adlı şəxs ona narkotik vasitə istifadəçisi olduğundan narkotik vasitə vermişdir. Bundan başqa Nərimanov rayonunda yaşadığı otel otağında da narkotik vasitə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə Nərimanov rayonu, F.X.Xoyski küçəsi 117 ünvanında yerləşən “Aşkar” otelin 503 nömrəli otağına getmişlər. Orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzildə taxta konstruksiyalı dolabdan 02 ədəd bükümdə heroini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlə elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi ümumilikdə 1 kq 993 qram olmuşdur. Daha sonra həmin kütlə sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, möhürlənmiş və onlar tərəfindən imzalanmışdır. Sonra yaşadığı otel otağının digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, təxminən 15 gün əvvəl İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsdən 2 kq-dan artıq çəkidə narkotik vasitə götürmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitəni yaşadığı otel otağından aşkar edilmiş narkotik vasitənin üzərindən götürmüş, qalanını isə “Rza” adlı şəxsin göstərişi ilə əvvəlcədən müəyyən edilmiş ünvanlara qoymalı idi. Cinayət işinin İ cildinin 66-69-cu vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə müdafiəçisi Kərim Bağırovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 26 mart 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2003,25 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Nərimanov RPİ-də saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon cinayət işinin materiallarına əlavə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi 24 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı yerdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2003,25 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Nərimanov RPİ-də saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon cinayət işinin materiallarına əlavə olunsun. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar