Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1430/2025 18.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlunun sədrliyi Kamranov Hafiz Eldar oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Ekol” Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, məhkumluğu ödənilmiş, Ağdam rayonu, Füzuli küçəsi, ev 8-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Baba” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun göstərişi ilə satış məqsədilə istintaqla müəyyən edilməyən vaxtda və mənbədən xüsusilə külli miqdarda təmiz çəkisi 615,585 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımış və evində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində o, xx.xx.2025-ci il tarixdə, saat 19:06-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Sabunçu şossesi, “Sabunçu” dairəsinin yaxınlığında saxlanılaraq üstünün yoxlanılması zamanı əynindəki gödəkcəsinin sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqla təmiz çəkiləri 1,036 və 0,748 qram, ümumilikdə 1,784 qram, habelə həmin günü saat 19:19-da yaşadığı Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində nömrəsiz ünvanda yerləşən evində baxış keçirilən zaman yataq otağındakı çarpayının alt hissəsindən 02 ədəd bağlamada təmiz çəkiləri 8,801 qram və 605 qram, ümumilikdə 613,801 qram psixotrop maddə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ittiham aktında qeyd edilən “Baba” adlı şəxsi tanımır, ümumiyyətlə İran İslam Respublikasının heç bir vətəndaşı ilə əlaqəsi yoxdur. Tutulmamışdan iki gün əvvəl şəxsi istifadəsi üçün Bakıxanov qəsəbəsində tanıdığı şəxsdən 02 qram çəkidə metamfetamin almış, ondan bir qədər istifadə edib qalanını üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və üzərinə baxış keçirilən zaman o həmin maddəni təqdim etmişdir. Bundan sonra polislər onu maşına əyləşdirib yaşadığı evə tərəf gətirib saxlamış, özləri isə onun evinin açarlarını götürüb evə daxil olaraq çarpayının altına metamfetamin olan bağlamaları yerləşdirmişlər. Polis əməkdaşları tərəfindən ona videoçəkilişdən əvvəl təyziqlər olunduğu və ailə üzvləri ilə təhdid edildiyi üçün həmin bağlamaları satış məqsədi ilə saxladığını bildirməyə məcbur olmuşdur. Lakin, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən bunu məhkəməyə söyləmiş, hətta istintaq təcridxanasına qəbul edilərkən ona yetirilən xəsarətlər barədə məlumat vermişdir. Yazıb-oxumağı bacarmadığı üçün ibtidai istintaq zamanı müstəntiqin yazdığı ifadələrinin məzmununu bilmir. Məhkəmədə şahid Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə idarəyə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması, habelə yaşadığı Sabunçu rayonu, Elşən Mehdiyev küçəsindəki nömrəsiz fərdi yaşayış evində gizlətməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa edilməsi üçün ondan və idarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin günü saat 19:06-da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zabrat-Sabunçu şosesində “Sabunçu” dairəsinin yaxınlığında Təqsirləndirilən şəxs piyada hərətdə olarkən saxlanılıb ona məsələ barədə məlumat verilmiş və üzərində olan qanunsuz əşyaların təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs da gödəkcəsinin sağ cibindən üzərində ***-***-**-** GSM nömrə olan “Redmi Note 9” markalı mobil telefonu, sol cibindən alışqan və içərisində siqaretin gümüşü rəngli kağızında qablaşdırılmış 02 ədəd büküm olan “Winchester” markalı siqaret qutusunu təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs siqaret qutusundakı bükümlərin “patı” kimi bildiyi metamfetamin olduğunu demiş, həmin bükümlər açıldıqdan sonra içərisindən ağ rəngli kristal formalı maddə aşkar olunmuşdur. Bu bükümlər elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Xəyal, həmçinin demişdir ki, bu maddəni iki gün əvvəl telefon vasitəsilə tanış olduğu İran vətəndaşı olan “Baba” adlı şəxsin qoydurduğu “Sabunçu” dairəsindən götürmüş, onun qalan hissəsini də evində saxlayır; onları çəkilərə bölüb müxtəlif ünvanlara yerləşdirir və bunun müqabilində “Baba” ona 20-30 manat pul verir. Bundan sonra tədbirin davamı olaraq Xəyalın razılığı ilə onun yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən nömrəsiz evə getmişlər. Ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs giriş qapısının sol tərəfində olan vedrənin altından götürdüyü açarla evinin qapısını açmış və onlar evə daxil olmuşlar. Evdə baxış keçirilərkən Təqsirləndirilən şəxs yataq otağına keçmiş və çarpayının altından 01 ədəd qutunu çıxarmışdır. Həmin qutuda bir ədəd böyük və bir ədəd kiçik olan sellofan bağlamalar aşkar olunmuşdur. Bağlamalar elektron tərəzidə çəkilib qablaşdırılmışdır. Evin digər yerlərinə baxış keçirilsə də, başqa qanunsuz əşyalar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı zor tətbiq edilməmiş, qanunsuz təsir göstərilməmiş, habelə digər hərəkətlərə yol verilməmişdir. Məhkəmədə şahidlər X6 Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 Şahid3 ifadəsinə oxşar məzmunda ifadə verdilər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, atası Təqsirləndirilən şəxs narkotik istifadə etsə də, onun satışı ilə məşğul olmur. Hadisə günü saat 15-16 radələrində yaşadıqları məhəllədə yerləşən “Oba” marketin qarşısında qara rəngli “Hyundai” markalı avtomobilin saxlanıldığını görmüş və atasının onun içərisində görəndə düşünmüşdür ki, yanındakı şəxslər dostlarıdır. Buna görə həmin vaxt avtomobilə yaxınlaşmamış, evə doğru hərəkət etmişdir. Bu zaman həmin avtomobil də onun arxası ilə hərəkət etmişdir. 15-20 dəqiqə sonra avtomobildə olan şəxslər evin qapısının yaxınlığına gəlmiş, anası və ailə üzvləri evdən çıxdıqdan sonra onlar evə daxil olmuşlar. Düşünür ki, atası evdə heç vaxt narkotik saxlamamışdır. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokollara və onlara əlavə edilmiş disklərdəki olan görüntülərə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Sabunçu şossesi, “Zabrat” dairəsinin yaxınlığında saxlanılır. Saat 19:06da onun üzərində yoxlama aparılmağa başlanılır. Təqsirləndirilən şəxs sağ yan cibindən 01 ədəd “Redmi” markalı, üzərində ***-***-**-** GSM nömrəsi olan mobil telefonu, həmin gödəkçənin sol yan cibindən 01 ədəd alışqanı və 01 ədəd siqaret qutusundan 02 ədəd bükümdə ağ rangli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim edir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilir, metamfetaminə bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 2,30 qram olduğu müəyyyən edilir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılır, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənir və götürülür. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır, üzərindən başqa heç bir kütlə və ya əşya aşkar edilmir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon, 01 ədəd alışqan təhlükəsizlik baxımından götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələri İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Sabunçu rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, əvəzində “Baba” adlı şəxsin ona pul verəcəyini, əldə etdiyi kütlənin 500 qramdan çox hissəsini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən nömrəsiz fərdi evində saxladığını, həmin evə baxışın keçirilməsinə etirazının olmadığını bildirir (İ cild, i.v.08-09, 14-15, 55); • “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskdəki olan görüntüyə görə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən nömrəsiz fərdi evinə baxışın keçirilməsinə etizasının olmadığını bildirir və giriş qapısının sol tərəfində olan vedrənin altından götürdüyü açarla evin qapısını açdıqdan sonra polis əməkdaşları ilə birlikdə evə daxil olurlar. Baxış saat 19:19-da başlanılır. Baxış zamanı o, evin yataq otağında olan çarpayının alt hissəsindən 02 ədəd bükümdə ağ rəngli kristal şəkilli kütlələri təqdim edir. Sonra həmin kütlələr elektron tərazidə çəkilir, qablaşdırılır. Evin digər otaqlarına və hissələrinə baxış keçirilir, iş üzrə ehəmiyyət kəsb edən əşya, predmet və ya maddə aşkar edilmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələri çəkilərə bölüb müxtəlif ünvanlara yerləşdirəcəyini və bunun müqabilində “Baba” adlı şəxsin ona pul verəcəyini bildirir (İ cild, i.v.10-11, 56); • “Şübhəli şəxsin dindirilməsi haqqında” və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollarda Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, 2021-cİ ildən metamfetamindən istifadə edir, narkotik tərkibli maddələri Bakı şəhərinin müxtəlif ərazilərindən alır. İşləmədiyindən və işləmək istəsə də, iş tapa bilmədiyindən ailəsini dolandıra bilməmiş, həmçinin metamfetamin almağa pul tapmamışdır. Odur ki, mütəmadi olaraq sosial şəbəkə üzərindən təklif olunan iş elanlarını izləyirdi. 2025-ci ilin fevral ayının əvvəllərində ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “Redmi Note 9” markalı mobil telefonu vasitəsilə “İnstagram” proqramına baxarkən görmüşdür ki, “Baba” adı ilə qeydiyyatdan keçmiş, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən +98-***- ***-**-** nömrəsinin istifadəçisi yerləşdirdiyi elanda “800 manata iş təklif edirəm” sözlərini yazmışdır. O, həmin şəxslə “İnstagram” üzərindən danışarkən kişi cinsindən olan və İran ləhcəsi ilə danışan şəxs bir daha özünü “Baba” kimi təqdim etmiş, İran vətəndaşı olmasını bildirmişdir. “Baba” adlı şəxs demişdir ki, marixuana, heroin, metamfetamin və narkotik tərkibli həbləri bir yerdən götürməklə deyəcəyi digər yerə qoyacağı təqdirdə ona ilkin olaraq aylıq 800 manat verəcək, əgər işi xoşuna gəlsə, gələcəkdə həmin narkotik tərkibli maddələri çəkilərə bölüşdürüb qablaşdıraraq müəyyən etdiyi yerlərə qoyacağı təqdirdə pulunu 1.500 manata qədər qaldıracaq və metamfetaminə olan tələbatını ödəyəcək. O, “Baba” adlı şəxslə razılaşmış, onun +98-***-***-**-** nömrəsini telefonunun yaddaşına “Məhlə Uşagi" kimi qeyd edərək “WhatsApp” proqramı üzərindən ünsiyyətlərini davam etdirmişlər. Lakin təhlükəsizlik baxımından iz qalmasın deyə hər dəfə “Baba” ilə ünsiyyət etdikdən dərhal sonra “WhatsApp” proqramındakı yazışmalarını silmişdir. 2025-ci ilin fevral ayının əvvəllərindən başlayaraq tez tez “Baba”nın “konum” atdığı yerdən narkotik tərkibli maddələr götürərək başqa bir yerə qoyub şəkilini və məkanını ona göndərirdi. Bunun müqabilində hər dəfə Babanın ona göndərdiyi bükümün içərisində metamfetamin, həmçinin 20 və ya 30 manat pul olurdu. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində heç vaxt üzünü görmədiyi “Baba” adlı şəxs +98-***-***-**-** nömrəsi üzərindən onun ***-***-**-** nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə zəng vuraraq demişdir ki, Sabunçu dairəsinin yaxınlığına göy rəngli sellofanda 700 qramdan artıq metamfetamin qoydurmuş, cəmi 2 bükümdür, böyük bükümdəki 600 qram, balaca bükümdəki 120 qramdır. 120 qramlıq bükümdən 20 qramı onun istifadəsi üçündür, qalan 100 qramlıq bükümdə və 600 qramlıq bükümdə olan metamfetaminləri evində saxlasın, özü ona dedikdən sonra 600 qramlıq bükümdə olan metamfetamini də hər birinin çəkisi 100 qram olmaqla 6 yerə bölərək tərəzidə çəkib çəkisinin fotoşəkilini, daha sonra onun dediyi ərazilərə yerləşdirməklə məkanların fotoşəkilini və “konumu”nu ona göndərər. Söhbətlərdən sonra həmin günü “Baba” Sabunçu dairəsinin yaxınlığındakı qaz borusunun dayağının dibində, işarə ilə göstərilən göy sellofandakı bağlamanın şəkilini və həmin məkanın xəritəsini ona göndərmişdir. Bu yer onun yaşadığı evə yaxın olduğundan saat 18 radələrində piyada həmin məkana gəlmiş və göy rəngli sellofanı götürərək oradan uzaqlaşmış, daha sonra sellofanın içərisinə baxarkən içərisində şəffaf sellofanda biri balaca, digəri isə böyük olan 2 ədəd bükümləri görmüşdür. Saat 19 radələrində yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində nömrəsiz ünvanda yerləşən evinə gəlmişdir. Bükümün göy rəngli sellofanı qarlı havada islandığından sellofanı tullamış, şəffaf sellofanlarda olan bükümləri qapağı olmayan qutuya, qutunu isə yataq otağındakı çarpayının altına qoymuşdur. Bu barədə evdə heç kim bilməmişdir. 120 qramlıq balaca bükümü açaraq istifadəsi üçün üzərindən 20 qram metamfetamini götürmüş, tərəzidə çəkərək digər şəffaf sellofana yığmışdır. Özünə götürdüyü 20 qram metamfetamindən təxminən 5 qramını siqaretin gümüşü rəngli kağızında qablaşdırmış, qalan hissəsinə toxunmamışdır ki, istifadə etdikcə götürər. Həmçinin 100 və 600 qramlıq bükümləri saxlamışdır ki, “Baba” nə vaxt desə həmin vaxtda da 600 qramdan 6 ədəd 100 qramlıq büküm qablaşdırıb digər 100 qramla birgə paylaşdırar. Ötən 3 gün ərzində özünün istifadəsi üçün siqaretin gümüşü rəngli kağızında qablaşdırdığı 5 bükümdən 3 bükümünü istifadə etmiş, 2 büküm isə cibində qalmışdır. xx.xx.2025-ci il tarixdə saat 00:34-də Baba ona zəng vuraraq bildirmişdir ki, 100 qram metamfetamini səhər açıldıqdan sonra dediyi yerə qoyar. Həmin tarixdə saat 16:10-da Baba “WhatsApp” üzərindən zəng vuraraq bildirmişdir ki, həmin 100 qram metamfetamini götürdüyü yerə, yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu dairəsinin yaxınlığındakı qaz borusunun dayağının dibinə qoysun. O, 100 qramlıq metamfetamini ağ rəngli, üzərində sarı və yaşıl dairələr olan sellofanda qablaşdıraraq elektron tərəzinin üzərinə qoymuş və çəkisi 101,52 qram olmuşdur. O, metamfetaminin tərəzidə olan vəziyyətində şəkilini çəkərək Babaya göndərmişdir. Havanın qaranlıq olmasını gözləmiş, saat 18 radələrində evdən çıxaraq həmin bükümü Babanın dediyi yerə qoymuş, saat 18:13-də Babaya zəng vuraraq bu barədə məlumat vermişdir. Saat 19 radələrində evinə qayıdarkən Zabrat-Sabunçu şosesi, Sabunçu dairəsinin yaxınlığında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmamasını, vardırsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan gödəkcəsinin sağ yan cibindən üzərində 070 ***-**-** nömrəsi olan 01 ədəd “Redmi Note 9” markalı mobil telefonunu, sol yan cibindən 01 ədəd alışqanını və 01 ədəd “Winchester’’ markalı siqaret qutusunda saxladığı 02 ədəd siqaretin gümüşü rəngli kağızında qablaşdırdığı bükümlərdəki metamfetaminləri təqdim etmişdir...........Baba ilə sonuncu yazışmalarını telefonunun yaddaşından silməyə imkan tapmadığından telefonunda Babanın “Məhlə Uşagi” kimi qeyd etdiyi +98-***-***-**-** nömrəsi ilə “WhatsApp” proqramı üzərində apardıqları yazışmaları telefonun yaddaşında qalmışdır. Suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş metamfetaminin qalan hissəsi yaxınlıqda yerləşən evindədir, yerini göstərə bilər. Bundan sonra saat 19:15 radələrində o və polis əməkdaşları evinə getmişlər. Həmin vaxt evində heç kim olmamışdır. Polis əməkdaşları tərəfindən ona evində gizlətdiyi metamfetamini təqdim etməsi təklif olunmuşdur. O da evin yataq otağında olan çarpayının alt hissəsindən qutuda, şəffaf sellofanda qablaşdırılmış 2 büküm metamfetamini təqdim etmişdir........Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir (İ cild, i.v.46-51, 68-72); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/865 nömrəli rəyinə görə tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,036 qram və 0,748 qram, ümumi təmiz çəkisi 1,784 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan bağlamadakı 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,801 qram və 605 qram, ümumi təmiz çəkisi 613,801 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 615,585 qram təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Tədqiqatdan sonra metamfetaminlərin qalıq çəkiləri 1,684 qram və 613,501 qram, aparılmış tədqiqatın dəyəri isə 114 manat təşkil edir (İ cild, i.v.38-42); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X1 haqqında” xx.xx.2025-ci il tarixli, 2751 nömrəli rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.127- 128); • Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə bağlı müvafiq olaraq "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 00:18:22-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqas tema lazımdır”, xx.xx.2025-ci il tarixdə saat 00:43:21-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “WhatsApp işləmir çəki hara atım” məzmunlu mesajların göndərilməsi aşkar edilir (İ cild, i.v.105-107); • “Mobil telefon aparatından məlumatların öyrənilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş fotoşəkillərə görə Təqsirləndirilən şəxs mobil telefonun yaddaş kitabçasına “Məhlə Usagi” kimi əlavə etdiyi +98-***-***- **-** nömrəsinin istifadəçisi ilə “WhatsApp” mobil tətbiqində 24.02.25-ci il tarixdə saat 00:34-də söhbətlər aparmış, həmin tarixdə saat 16:10-da Təqsirləndirilən şəxs 02 saniyəlik səsli mesaj göndərilməklə onun hal-əhvalı soruşulmuş, saat 16:10-da 1 dəqiqə söhbət aparılmış, saat 16:27-də Təqsirləndirilən şəxs həmin şəxsə elektron tərəzi üzərində ağ rəngli sellofandakı bükümün çəkisinin 101,52 qram olması barədə şəkil göndərmiş və sonuncu dəfə saat 17:13-də 30 saniyə söhbət etmişlər (İ cild, i.v.116-119); • Məhkəmə tərəfindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon tələb edilərək ona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonun telefon kitabçası bölməsində Təqsirləndirilən şəxs İran mobil operatorlarına məxsus “Əmi oğlu” adı ilə qeyd etdiyi +98 **********, “Samir Kele” adı ilə qeyd etdiyi +98 **********, “Qəhraman” adı ilə qeyd etdiyi +98 **********, “Məhlə Usagi” adı ilə qeyd etdiyi +98 ********** mobil telefon nömrələri müəyyən olunmuşdur. Həmin mobil nömrələrin sahiblərinin kimliyi barədə X.Nəcfovdan soruşulduqda, o bu şəxsləri tanımadığını bildirmişdir (İİ cild); • Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)- 99/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs narkotiki polis əməkdaşlarının ona zorla verdiyini, zor tətbiq edildiyindən götürdüyünü bildirmişdir (İ cild, i.v.78-80); • “Təqsirləndirilən şəxsin təkrar dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolda Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq qeyd edir ki, ona heç kim zorla narkotik verməyib, əks halda bədənində xəsarətlər olardı; üzərindən və evindən aşkar olunan metamfetaminlər ona məxsusdur; “mən bilirəm ki, məhkəmədə narkotik mənə məxsus deyil, mənə zor tətbiq ediblər deyə üzərimə götürmüşəm” kimi ifadələr deyəndə hakimlər həbs seçmir (İ cild, i.v.81-82); • “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il və xx.xx.2025-ci tarixli qərarlarla Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,684 qram və 613,501 qram çəkidə psixotrop maddə metamfetaminlər, 01 ədəd “Redmi” markalı mobil telefon, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** nömrə ilə bağlı "xxxx" MMC-nin təqdim etdiyi 01 ədəd CD disk, şəxsin üstünə, evinə və telefonuna baxış keçirilməni ayrı-ayrılıqda qeydə alındığı 03 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, metamfetamin və telefon saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 04 disklər isə iş materiallarına əlavə edilmişdir (İ cild, i.v.90-91, 120-121); • “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş xüsusilə külli miqdarda psixotrop maddə metamfetaminin mənbəyinə görə İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Baba” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrılmışdır (İ cild, i.v.140-141); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 04 ay 19 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir (İ cild, i.v.143-144); • Bakı İstintaq Təcridxanasından xx.xx.2026-cı il tarixli məktubla daxil olmuş, Təqsirləndirilən şəxs barədə tərtib olunmuş tibbi kitabçanın kserosurətində “Keçirdiyi xəstəliklər barədə və vərəm amnezi məlumatları inkar edir”, “Zöhrəvi xəstəliklər barədə məlumatları inkar edir”, “Zədə almadığını bildirir”, “Sol saidin ön səthində köhnə çapıq var”, “Vəziyyəti aktivdir”, “Ağciyərlərdə patoloji kölgəliklər aşkar edilmədi, cor sərhədləri sola genişlənib”, “Beş ilə yaxındır metamfetamindən istifadə edir”, “Narkomaniya” kimi yazılar qeyd olunub (İİ cild); • “Şəxsiyyət vəsiqələrinin surətləri”ndən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü Şahid4, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013cü il təvəllüdlü X5 adlı üç uşağı var (İ cild, i.v.149). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi bu Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş (1.0.9-cü maddə), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.11-ci maddə). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir (8-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Məcəllənin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır (12-ci bənd); bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq həmin Məcəllənin 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir (16-cı bənd). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə metamfetaminin xüsusilə külli miqdarının (təmiz halda) aşağı həddi 400 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsirli olması məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və bir-biri ilə uzlaşan sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü qismən təqsirli bilərək üzərindən aşkar edilmiş 1,784 qram metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini bildirsə də, evindən aşkar edilmiş xüsusilə külli miqdarda metamfetaminin ona məxsus olmadığını, həmin maddələrin polis əməkdaşları tərəfindən yerləşdirildiyini iddia etmişdir. Lakin məhkəmə həmin ifadəni iş üzrə digər sübutların məcmusu ilə təkzib olunan və məsuliyyətdən yayınmağa yönəlmiş özünü müdafiə xarakterli mövqe kimi qiymətləndirir. Belə ki, xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi, şəxsin üstünün yoxlanılması və evə baxış protokollarından, habelə həmin hərəkətlərin video yazılarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində olan, həm də evində saxladığı psixotrop maddələri könüllü olaraq təqdim etmişdir. Bundan əlavə, o, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində “Baba” adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığını, onun göstərişi ilə psixotrop maddələri müxtəlif ünvanlara yerləşdirmək məqsədilə əldə etdiyini, bunun müqabilində pul aldığını və sonuncunun verdiyi xüsusilə külli miqdarda metamfetamini yaşadığı evdə saxladığını ətraflı şəkildə göstərmişdir. Həmin ifadələr onun mobil telefonuna baxış protokolu, “WhatsApp” tətbiqi üzrə yazışmalar, elektron tərəzi üzərində çəkilmiş psixotrop maddənin fotoşəkilləri, habelə mobil telefonunda İran mobil operatorlarına məxsus çoxsaylı nömrələrin aşkar olunması ilə tam təsdiq edilmişdir. Bununla yanaşı, mobil operator tərəfindən təqdim edilmiş məlumatlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəyə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məzmunlu mesajlar daxil olmuşdur ki, bu da onun həmin maddələrin qanunsuz dövriyyəsində iştirak etdiyini təsdiq edən əlavə sübut kimi qiymətləndirilir. Həmçinin məhkəmədə dindirilmiş polis əməkdaşları olan şahidlərin verdikləri bir-birini tamamlayan, ardıcıl və işin faktiki hallarına uyğun ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddələri könüllü təqdim etmiş, evində saxladığı maddələrin yerini özü göstərmiş və ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Məhkəmə həmin şahidlərin ifadələrini ardıcıl, ziddiyyətsiz və iş üzrə digər obyektiv sübutlarla uzlaşdığı üçün mötəbər sübut kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs psixotrop maddələrin polis əməkdaşları tərəfindən evinə yerləşdirilməsi və ona qarşı zor tətbiq olunması barədə ifadələrini inandırıcı hesab etmir. Belə ki, həmin hallar hər hansı obyektiv sübutla, o cümlədən bədənində xəsarətlərin olmasını təsdiq edən tibbi sənədlərlə təsdiq olunmur. Əksinə, o, ibtidai istintaq zamanı təkrar dindirilməsi zamanı ona qarşı zor tətbiq edilmədiyini özü də təsdiq etmişdir. Eyni zamanda, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmdə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin oğlu Şahid4 ifadəsində atasının narkotik vasitələrdən istifadə etdiyini, lakin onların satışı ilə məşğul olmadığını bildirmiş, həmçinin hadisə günü atasının naməlum şəxslərlə birlikdə avtomobildə olduğunu və sonradan həmin şəxslərin yaşadıqları evə daxil olduqlarını göstərmişdir. Məhkəmə həmin şahidin ifadəsinə tənqidi yanaşır və iş üzrə digər sübutlarla təkzib olunan, təqsirləndirilən şəxsin müdafiəsinə yönəlmiş ifadə kimi qiymətləndirir, bu ifadəni onun təqsirsizliyini təsdiq edən əsas kimi qəbul etmir. Belə ki, şahid təqsirləndirilən şəxsin oğlu olmaqla onun yaxın qohumudur və işin nəticəsində maraqlı şəxs hesab olunur. Bu səbəbdən onun ifadəsi subyektiv mülahizə kimi qiymətləndirilir. Bundan əlavə, şahid atasının evdə narkotik vasitə saxlamadığını hər hansı konkret faktla deyil, yalnız şəxsi ehtimalına əsasən bildirmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamış və buna görə də onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 maddəsi ilə düzgün tövsif edilmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsində təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayətə görə məhkum olunmasını və məhkumluğunun ödənilməsinə baxmayaraq yenidən analoji xarakterli qəsdən cinayətin törətməsini onun islah olunmamasını göstərən və şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı andan – xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi subutları saxlama otağında saxlanılan, qalıq qalan 1,684 qram və 613,501 qram çəkilərdə psixotrop maddə metamfetaminlər Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd CD disk və 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Redmi Note 9” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarından birinə qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri 114 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi 60 saat üçün nəzərdə tutulan 660 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, qalıq qalan 1,684 qram və 613,501 qram çəkilərdə psixotrop maddə metamfetaminlər məhv edilsin, 01 ədəd CD disk və 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Redmi Note 9” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarından birinə qaytarılsın, Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Ekol” Vəkil bürosunun vəkili Müdafiəçi 60 saat üçün nəzərdə tutulan 660 (altı yüz altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1430/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1430/2025
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver