Məhkəmə qərarları › İş №1(101)-1431/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1431/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1431/2021 15.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 1984-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2012-ci il tarixli, 1(101)- 943/2012 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29 may 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.5 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2012-ci il tariixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 dekabr 2017-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanun tətbiq edilərək əməli Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə tövsif edilərək cəzası 04 il 11 ay 28 günə endirilmiş, 25 dekabr 2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, döngə 2, ev 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq, saxlamış, həmçinin tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talama məqsədilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs ona miras qalan 1 ədəd çəhrayı rəngli şəffaf korund daşını satmaq istəməsi barədə məlumat alaraq, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs tanışı Şahid2 ilə əlaqə saxlayıb sonuncuya özünü Türkiyə Respublikasında yaşayan daşı almaq istəyən müştərinin daşa baxmaq və onun orijinal olduğunu yoxlamaq üçün Bakıya göndərdiyi «Çağdaş» adlı ekspert kimi təqdim edərək, 09 mart 2021-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1la birlikdə sonuncunun idarə etdiyi “BMW” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanının qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 orada idarə etdiyi avtomobilin içərisində Təqsirləndirilən şəxs2 gözləmiş, Təqsirləndirilən şəxs2 isə cinayətkar niyyətlərini həyata keçirmək üçün Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən “Bazarstore” supermarketinin qarşısında olan avtomobil dayanacağına gedib orada Zərərçəkmiş şəxs və onun tanışları olan Şahid2 və Şahid1 ilə görüşüb müxtəlif alət və məhlullardan istifadə edib daşı yoxlaması görüntüsünü yaratdıqdan sonra Zərərçəkmiş şəxs və Şahid1 bir az kənarda dayanıb söhbət etməsindən, Şahid2 isə supermarketə getməsindən istifadə edərək onların gözü qarşısında qiyməti 17000 manat olan 1 ədəd 2,98 qram kütləli, 14,9 karat ölçüdə, karaşon cilalı, markiz formalı, həndəsi ölçüləri 178,33 mm x 12,32 mm x 7,42 mm olan çəhrayı rəngli, şəffaf korund daşını götürüb qaçmaqla açıq yolla talayıb Zərərçəkmiş şəxs 17.000 (on yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq soyğunçuluq cinayəti törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda 4010 qram (4 kq 10 qram) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq kirayə yaşadığı ünvan 4 ünvanında saxlamış, 09.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə törətdiyi soyğunçuluq cinayəti ilə əlaqədar şübhəli olduğundan 12 mart 2021-ci il tarixdə Xətai RPİ-nin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 15:45də yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 5 ünvanının yaxınlığında saxlanılmış, saat 16 radələrində yaşadığı mənzildə axtarış keçirilən zaman mənzildə olan güzgülü divar dəstinin üzərindən cinayət yolu ilə satış məqsədi ilə əldə edilmiş 1 ədəd çəhrayı rəngli şəffaf korund daşı, paltar dolabının içərisindən isə göy rəngli sellofan torbada 4010 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını açıq talama məqsədilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs ona miras qalan 1 ədəd çəhrayı rəngli şəffaf korund daşını satmaq istəməsi barədə məlumat alaraq, aralarında olan razılığa əsasən Zərərçəkmiş şəxs tanışı Şahid2 ilə əlaqə saxlayıb sonuncuya özünü Türkiyə Respublikasında yaşayan daşı almaq istəyən müştərinin daşa baxmaq və onun orijinal olduğunu yoxlamaq üçün Bakıya göndərdiyi «Çağdaş» adlı ekspert kimi təqdim edərək, 09 mart 2021-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1la birlikdə sonuncunun idarə etdiyi “BMW” markalı **-XY- *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanının qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 orada idarə etdiyi avtomobilin içərisində gözləmiş, özü isə cinayətkar niyyətlərini həyata keçirmək üçün Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən “Bazarstore” supermarketinin qarşısında olan avtomobil dayanacağına gedib orada Zərərçəkmiş şəxs və onun tanışları olan Şahid2 və Şahid1 ilə görüşüb müxtəlif alət və məhlullardan istifadə edib daşı yoxlaması görüntüsünü yaratdıqdan sonra Zərərçəkmiş şəxs və Şahid1 bir az kənarda dayanıb söhbət etməsindən, Şahid2 isə supermarketə getməsindən istifadə edərək, Zərərçəkmiş şəxs və Şahid1 gözü qarşısında qiyməti 17000 manat olan 1 ədəd 2,98 qram kütləli, 14,9 karat ölçüdə, karaşon cilalı, markiz formalı, həndəsi ölçüləri 178,33 mm x 12,32 mm x 7,42 mm olan çəhrayı rəngli, şəffaf korund daşını götürüb qaçmaqla açıq yolla talayıb Zərərçəkmiş şəxs 17.000 (on yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq soyğunçuluq cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər külli miqdarda narkotik vasitə satışı və qaçaqmalçılıq cinayətləri törətdiyinə görə məhkum olunmuşdur. Hal-hazırda o, narkotik vasitə marixuanadan istifadə edir. Cəzaçəkmə müəssisəsində cəza çəkərkən Təqsirləndirilən şəxs2lə orada tanış olmuşdur. Təxminən 15 ildən çoxdur ki, atası Şahid6 anasından ayrılaraq Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır. Atasının Bakı şəhərində yaşayan Zəlimxan adlı uzun illərdir ki, tanıdığı dostu var. Zəlimxanı o da tanımış, lakin Zəlimxanla təsadüfi hallarda rastlaşanda görüşmüşlər. Zəlimxan atasına bir nəfər şəxsdə bahalı qaş olmasını demişdir. Həmin qaşın şəklini atasına göndərmişdir. O da təsadüfən həmin daşın fotoşəklini görüb maraqlandıqda, atası həmin daşın qiymətinin 1 milyon manat omasını, qaşı satan şəxsə isə 100.000 manat veriləcəyini bildirmişdir. Atası bunu onunla izah etmişdir ki, həmin şəxs Bakı şəhərində müxtəlif zərgərlərə müraciət etmiş və ona demişlər ki, daşa təqribən 50.000-100.000 arasında pul verə bilərlər, lakin xarici ölkələrdə həmin daşı çox baha satmaq olar. Atası qaşı sata bilsəydi, yəqin ki, o da qazanacaqmış. O da atasına həmin qaşın şəklini ona göndərməsini xahiş etmişdir. Atası da qaşın şəklini onun telefonuna göndərmişdir. Onun tanışı Təqsirləndirilən şəxs2 uzun illər xaricdə işləmiş və Röyalın xarici ölkələrdə yaxşı əlaqələri olduğunu bilmişdir. Fikirləşmişdir ki, Röyal həmin daşı xaricdə yaşayan tanışlarına baha qiymətə sata bilər, onlar isə daşı satan şəxsə 100.000 manat verib yaxşı gəlir əldə edərlər. O, həmin qaş barədə tanışı Təqsirləndirilən şəxs2 demiş və daşın fotoşəklini göstərmişdir. Röyal bildirmişdir ki, maraqlanar, lakin sonra heç bir nəticə olmamış və o, bir daha bu söhbətə qayıtmamışdır. 09 mart 2021-ci il tarixdə saat 20 radələrində Röyalla birlikdə onun yaşadığı evdə olmuşdur. Röyal ona işi ilə bağlı bir yerə getməli olduğunu bildirmiş və onu avtomobillə bir yerə aparıb orada gözləməyini xahiş etmişdir. O, etiraz etməmişdir. Özünə məxsus “BMW” markalı avtomobilə əyləşib Röyalla birlikdə «Xətai» metrostansiyasının arxa küçəsinə gəlib avtomobili orada saxlamışdır. Röyal demişdir ki, onu maşında gözləsin və özü maşından düşüb getmişdir. Təxminən bir saat sonra Röyal qayıdıb avtomobilə əyləşərək getməyi istəmişdir. Avtomobildə, yolda olan zaman Röyal həmin kişi, yəni qiymətli daşı satan şəxslə görüşdüyünü və daşa baxdıqdan sonra götürüb qaçdığını bildirmişdir. Röyaldan etdiyi hərəkətin səbəbini soruşduqda Röyal bildirmişdir ki, qiymətli daşlardan həmin adamda çoxdur, bu səbəbdən bu daşı götürüb qaçmışdır. Sonra Röyalla birlikdə yaşadığı evə gəlmişlər. Röyal yaqut daşını saxlamaq üçün evdə ona vermişdir. O da həmin daşı evdə kamodun üzərinə qoymuşdur. 12 mart 2021-ci İl tarixdə o, evində olanda polis əməkdaşları gəlib onu Xətai Rayon Polis İdarəsinə aparmışlar. O, qaşı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra evə baxış keçirilmişdir. Evdən ona məxsus olan narkotik vasitə olan marixuana aşkar edilib götürülmüşdür. Lakin, onun evindən 4 kq deyil, cəmi 400 qram qurudulmuş marixuana aşkar olunmuşdur. O, xeyli vaxtdır ki, marixuananı çəkmə yolu ilə qəbul etmiş, evində olan marixuananı da özü istifadə etmək üçün saxlamış və hər gün istifadə etmişdir. Röyal əvvəlcədən ona bildirməmişdir ki, gedib daşa baxacaq. Sonradan bilmişdir ki, Röyal qaşa baxanda avtomobildən qaşı oğurlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 118-120-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokolda olan ifadəsində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «... Sonra mən dostum, əvvəllər bir yerdə 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyim Röyal adlı oğlana Zəlimxanın nömrəsini verib dedim ki, onunla əlaqə saxlayıb Türkiyədə qaşa baxmaq üçün gələn mütəxəssis olduğunu desin və görüş təyin etsin. Röyalla belə planlaşdırdıq ki, o, türk dilində danışsın. Zəlimxangillə görüşüb qaşı yoxlamağa başlasın və imkan olan kimi qaşı götürüb qaçsın. Dediyim kimi Röyal özünün xarici dövlətə məxsus «vhatsapp» nömrəsi ilə Zəlimxanla telefonla danışıb qaşa baxmaq üçün görüş təyin etdi və razılaşdığımız kimi görüş Babək prospektində yerləşən «Bazarstore» marketin dayanacağına təyin edildi. Zəlimxan ora qaşın sahibi Mirtofiqi gətirəcəkdi. 09 mart 2021-ci il tarixdə saat təxminən 19 radələrində mən Röyalla birlikdə mənim idarə etdiyim özümə məxsus olan BMV markalı **-XC-*** nömrəli avtomobillə «Bazarstore» marketə yaxın yerə gəldik və Röyal düşüb piyada marketin həyətinə getdi. Röyal çamadanı da götürüb Zəlimxangillə görüşə getdi. Təxminən 1 saat sonra Röyal qayıdıb gəlib mənim maşınıma əyləşdi və dedi ki, sür gedək. Röyal əlində bir ədəd çəhrayı rəngli qaşı göstərib dedi ki, Mirtofiqgildən qaşı götürüb qaçıb... Həmçinin, mənim razılığımla evə baxış zamanı evdən mənə məxsus olan xeyli çəkidə narkotik vasitə olan marixuana aşkar edilib götürüldü. … » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, elan olunmuş ifadəsini təsdiq etmir. İfadənin sonunda olan imza onun imzasıdır. İfadəni oxumadan imza etmişdir. Hazırda məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, X4 5 il müddət ərzində yaşamış və orada müxtəlif restoranlarda aşbaz işləmişdir. Həmin dövrdə müxtəlif zərgərlərlə tanış olmuş və onlarla münasibət saxlamışdır. İşləri pis getdiyi üçün sonra o, Azərbaycan Respublikasına qayıtmışdır. 2011-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR CM-nin 178.2.4-cü maddəsi ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 cəza çəkərkən 2011-ci ildən Kürdəxanı istintaq təcridxanasından tanımışdır. Sonradan onların hər ikisi 2 saylı cəza çəkmə müəssisəsində cəza çəkmişlər. Cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra Ruslanla yenə münasibət saxlamışlar, mütəmadi olaraq görüşmüşlər. Ruslanın atası Şahid6 da tanımışdır. Ariflə də yaxşı münasibəti olmuşdur. 2020-ci ilin təxminən oktyabr-noyabr aylarında Ruslan ona qiymətli bir daş olduğunu və həmin daşı satmaq lazım olduğunu və həmin daşa xaricdə yaşayan tanışları vasitəsilə müştəri tapmağını istəmişdir. O, müştəri axtarmağa başlamış, lakin tapa bilməmişdir. Yanvar ayının axırlarında maddi vəziyyəti pisləşdiyindən həmin daşla bağlı daha ciddi planlar qurmağa başlamış və daşı görmək qərarına gəlmişdir. Həmin şəxslərlə görüşmək üçün plan qurmuşdur. Planı ilə bağlı Ruslana heç nə deməmişdir. İnternet vasitəsi ilə bu işlərlə məşğul olan Özgür adlı bir şəxs tapmışdır. Özgürə qiymətli daş olduğunu və daşı satmaq lazım olduğunu bildirmişdir. Özgür Azərbaycanda nümayəndəsinin olmadığını, həmin daşa yalnız Türkiyədə baxa biləcəyini söyləmişdir. O, Özgürə yalandan onun Çağdaş adında Türk vətəndaşı olan tanışının olduğunu və bu işlərdən yaxşı başı çıxdığını söyləmişdir. Özgür Çağdaşla danışmaq istəmişdir. O, türk dilini sərbəst bildiyi üçün Çağdaş adı ilə Özgürlə özü danışmışdır. Özgür Çağdaş bildiyi ona daşa baxmağa razılıq vermişdir. Bir neçə gün sonra Ruslanla telefon danışığı zamanı Türkiyədə Özgür adlı bir nəfər tapdığını və həmin daşla maraqlandığını söyləmiş və Ruslana Özgürün nömrəsini vermişdir. Ruslan həmin nömrəni atası Arifə göndərmişdir. Bir müddət sonra “Whatsapp” vasitəsi ilə onu bir nəfər şəxs yığmışdır. Özünü Zəlimxan kimi təqdim etmiş və ona güya türk vətəndaşı olduğu kimi müraciət etmişdir. Zəlimxan nömrəni Özgür adlı şəxsin verdiyini bildirmişdir. Zəlimxan ona Çağdaş bəy deyə müraciət etmişdir. O, Zəlimxanla türk ləhçəsi ilə danışmış və telefon danışığı zamanı Zəlimxana Türkiyədə olduğunu və yaxın günlərdə Bakı şəhərinə gələrək daşa baxacağını bildirmişdir. 09.03.2021-ci il tarixdə Zəlimxanla telefon əlaqəsi yaratmış və Zəlimxana Bakı şəhərində olduğunu söyləmişir. Saat təxminən 16 radələrində Zəlimxanla yenidən telefon əlaqəsi yaratmışdır. Zəlimxan Şərq bazarı tərəfdə olduğunu və onunla orada görüşmək istədiklərini bildirmişdir. O, Zəlimxanla razılaşmış və Xətai rayonu ərazisində “Bazarstore”-un avtodayanacağında görüşmək barədə razılaşmışlar. Sonra Zəlimxanın adını bilmədiyi dostu onunla telefon əlaqəsi yaratmışdır. Həmin şəxs də «Şərq» bazarının yanındakı iş yerlərində görüşmək təklifini etmişdir. O, yenə razılaşmamış və saat 19-a görüş təyin etmişlər. Həmin günü saat təxminən 18 radələrində Ruslana zəng etmiş və onunla bir yerə gedib gəlməsini xahiş etmişdir. Ruslan da etiraz etməmişdir. Ruslana «Xətai» metro stansiyasının yaxınlığında işi olduğunu və onu oraya aparmağını xahiş etmişdir. Ruslanı «Xətai» metro stansiyasının arxa tərəfində olan “50 qəpik” kafesinin yanına sürdürmüşdür. Əlində çanta olmuşdur. Ruslan ona çanta barədə sual verdikdə, o, içərisində kompüter olduğunu bildirmişdir. Orada Ruslan avtomobili saxlamış, o, avtomobildən düşüb avtodayanacağa tərəf getmişdir. Həmin vaxt Zəlimxan onu yığmışdır. Zəlimxanla danışa-danışa bir-birlərini tapmışlar. Onlar «Vaz 2106» markalı avtomobillə gəlmişlər və 3 nəfər imişlər. Həmin vaxt o, keçib avtomobildə əyləşmişdir. Sol arxa tərəfdə o, yanında Zəlimxan kimi tanıdığı şəxs, sükan arxasında adını bilmədiyi bir nəfər şəxs, sərnişin oturacağında isə yaqut daşının sahibi kimi özünü təqdim edən şəxs oturmuşdur. O, onlara özünü türk vətəndaşı olan Çağdaş kimi təqdim edərək türk dilində danışmağa başlamışdır. O, fikirləşmişdir ki, azərbaycanlı olduğunu bilsələr onun daşa baxıb qiymət verməyinə inanmaycaqlar, ona görə də türk dilində danışmışdır ki, ona inanıb daşı göstərsinlər. Daşın sahibi həmin daşı 1.000.000 manata satmaq istədiyini bildirmişdir. O, daşı əlinə alıb özü ilə gətirdiyi spirt və adi sularla daşı guya yoxlamağa başlamışdır. Bir az söhbət etdikdən sonra həmin şəxslər ona etibar etməyə başlamışlar. O, həmin şəxslərdə rahatlıq yaratmışdır. Daşın üzərinə suya qatdığı yodu vurmuşdur. Pis qoxu gəldiyindən hamısı avtomobildən düşmüşdür. Daş həmin vaxt avtomobildə oturacağın üzərində açıq vəziyyətdə olan çantanın içərisində imiş. Zəlimxan marketə su almağa getmiş, digər iki nəfər də avtomobildən kənarda durub söhbət edirmişlər. Avtomobilin yanında heç kimin olmadığını görüb, avtomobilin içərisində, arxa oturacağın üzərində olan çantanın içərisindəki daşı götürüb qaçmışdır. Bu vaxt Ruslan onu maşında gözləmiş, o, tez Ruslanın yanına gedib avtomobildə arxa tərəfdə əyləşmişdir. Onlar Ruslanın evinə getmişlər. Götürdüyü daşı Ruslana vermiş və həmin daşı bir nəfərin satmaq məqsədi ilə ona verdiyini, onun saxlamağa yeri olmadığından daşı saxlamasını Ruslana demişdir. Həmin günü elə Ruslangildə qalmışdır. Səhəri gün çıxıb getsə də, daş Ruslanda qalmışdır. Təxminən 1-2 gün sonra Ruslana yığmış, lakin zənginə cavab verməmiş, sonra Ruslanın qardaşına yığmışdır. Ruslanın qardaşı onu polislərin tutduğunu bildirmişdir. O, dərhal Ruslanın yaşadığı evin yaxınlığına getmişdir. Həmin vaxt həyətdə polislərin olduğunu görmüşdür. O, təxmin etmişdir ki, Ruslanı onun törətdiyi əmələ görə tutmuşlar. Bir neçə gün sonra internetdə onun törətdiyi əməllə bağlı Ruslanın tutulduğunu görmüşdür. O, da Ruslanla danışana qədər gizlənmək qərarına gəlmişdir. Müxtəlif yerlərdə, müxtəlif rayonlarda gizlənmişdir. Sonuncu dəfə Astara rayonunda olan zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. Hərəkətindən peşman olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, təqsirləndirilən şəxslərdən tələbi olmadığını, qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, ulu babasından ona miras olaraq 01 ədəd 14.88 qram çəkidə “çəhrayı yaqut” qaşı qalmışdır. O, həmin qiymətli qaşa 10 oktyabr 2011-ci il tarixdə müvafiq sertifikat almaqla özündə saxlamışdır. Uzun müddətdir ki, həmin qaşı münasib qiymətə satmaq istəmişdir. O, maraqlanıb bilmişdir ki, bu qaşı xarici dövlətlərdə çox baha qiymətə, yəni təxminən 2-3 milyon manata satmaq olar. Lakin onun xarici dövlətə getmək və orada müştəri tapmaq imkanı olmadığı üçün həmin qaşı sata bilməmiş, Respublika ərazisində isə həmin qaş müqabilində ona 100.000-200.000 manat təklif edildiyi üçün, həmin qiymətli qaşı satmayıb özündə saxlamışdır. Bununla belə qaşın alqı-satıqısını həyata keçirmək üçün Bakı şəhərində yaşayan yaxın tanışı Şahid1 və bir neçə digər tanışlarına müraciət etmiş, çəhrayı yaqutun baha qiymətlə satışının təşkil edilməsində köməklik göstərmələrini xahiş etmişdir. 08 mart 2021-ci il tarixdə qızı Nahidə və nəvəsi Mirçingiz Cəlilabad rayonuna onun evinə qonaq gəlmişdir. Həmin gün axşam saatlarında tanışı Şahid1 ona zəng edərək, onda olan çəhrayı yaqutun 1.000.000 manat müqabilində alqı- satqısı üçün Türkiyə Respublikasında yaşayan müştəri tapdığını deyib, həmin müştərinin Bakı şəhərində olan nümayəndəsinin çəhrayı yaquta baxaraq, həqiqiliyini müəyyən etmək istədiyini demişdir. O da etiraz etməyib razılaşmışdır. Aydınla razılaşmışlar ki, növbəti günü Bakıda görüşsünlər. 09 mart 2021-ci il tarixdə o, qızı və nəvəsi ilə birlikdə Bakıya, qızının Yasamal rayonunda yerləşən evlərinə getmişlər. Həmin qaşı da özü ilə götürmüşdür. Həmin günü Aydın ona zəng edib saat 18 radələrində işlədiyi yerin yaxınlığında yəni, Çapayev küçəsində yerləşən hündürmərtəbəli binanın qarşısında görüş təyin etmişdir. O da öz növbəsində çəhrayı yaqutu özü ilə götürüb, taksi avtomobili ilə həmin ünvana getmişdir. Avtomobildən düşdükdə Aydının yanında olan əvvəllər tanımadığı, sonradan adını öyrəndiyi Zəlimxan adlı şəxslə birgə onu gözlədiklərini görmüşdür. Aydına yaxınlaşıb, görüşdükdən sonra, Aydın müştərinin nümayəndəsinin onları Bakı Əyləncə Mərkəzinin yaxınlığına yerləşən “Bazarstore” mağazasında gözlədiyini deyib, həmin ünvana getməli olduqlarını bildirmişdir. O, etiraz etməyib Aydının idarə etdiyi “Vaz 2106” markalı avtomobillə birgə həmin ünvana getmişlər. Aydın yolda demişdir kİ, yaqut qaşa baxan nümayəndə qaşı alacaq müştərinin ekspertidir və həmin şəxs qaşa baxıb dərhal Türkiyəyə qayıtmalıdır. Qeyd edilən ünvana çatdıqda, Aydın və Zəlimxan avtomobildən enib, qiymətli qaşı alacaq müştəri ilə əlaqə saxlamağa başlamışlar. Bir neçə dəqiqə sonra, bir nəfər təxminən 45-50 yaşında, qaraşın, üzü az tüklü, kök bədən quruluşlu, tibbi maska geyinmiş şəxs onlara yaxınlaşaraq görüşmüşdür. Artıq saat təxminən 20:00 radələri olmuşdur. Sonra onlar hamısı avtomobilə əyləşmişlər. Avtomobildə qabaq sağ yan oturacaqda o, sükan arxasında Aydın, arxa sol tərəfdə tanımadığı şəxs, arxa sağ tərəfdə isə Zəlimxan əyləşmişdir. Tanımadığı şəxs türk dilində danışıb onda olan qiymətli qaşa baxmaq istədiyini bildirmiş və əlinə əlcək geyinmişdir. O da özündə olan qaşı təqdim etdikdə, həmin şəxsə özü ilə gətirdiyi əl çantasını açıb, avtomobilin qoltuqaltı hissəsi üzərinə qoyaraq ondan götürdüyü yaqut qaşı həmin çantanın içərisindən çıxartdığı şüşə qaba qoymuşdur. Daha sonra həmin şəxs şüşə qabın içərisində olan qaşın üstünə müxtəlif maddələr tökməyə başlamış, daha sonra qaşı qabdan çıxardıb balaca güzgünün üstünə qoymuş və çantadan nazik uzun işıq fənəri çıxardıb qaşa işıq salmağa başlamışdır. Qaş çox güclü formada ətrafa işıq salmışdır. Həmin şəxs demişdir ki, bu əla qaşdır. Bundan sonra həmin şəxs qaşı başqa bir balaca qaba qoymuş və üzərinə məhlul töküb demişdir ki, artıq sonuncu əməliyyatı edir və qaş bu məhlulda 15-20 dəqiqə qalmalıdır. Həmin şəxsin istifadə etdiyi məhlulların çox kəskin iyi olmuş və onların səhhətlərinə pis təsir etiyindən ilk əvvəl tanımadığı şəxslə Aydın, ardınca Zəlimxan, sonda isə o, özü avtomobildən aşağı düşmüşdür. Qaş isə maşında qabın içərisində olmuşdur. Həmin ərəfədə Zəlimxan su almaq üçün marketə getmiş, o isə Aydınla birgə avtomobilin qarşısında dayanıb söhbət etməyə başlamışdır. Tanımadığı şəxs isə maşının sol tərəfində dayanmışdır. O, maşının qabaq tərəfinə keçən kimi həmin tanımadığı şəxs qəflətən maşının arxa sol qapısını açıb salondan içərisində yaqut qaş olan qabı götürüb qaçmışdır. Aydının arxası həmin oğlan tərəfə olduğundan o, qışqırmışdır ki, oğlan qaşı götürüb qaçmışdır. Aydın cəld həmin oğlanın arxasınca qaçmış, lakin bir müddət sonra Aydın tər içində təngnəfəs halda qayıdıb gəlib həmin oğlana çata bilmədiyini demişdir. Aydın qayıdana kimi Zəlimxan marketdən əlində aldığı sularla birlikdə bayıra çıxmışdır. O, Zəlimxana gətirdiyi adamın qaşı götürüb qaçdığını demişdir. Zəlimxan çox pis olmuşdur. Bundan sonra onlar 37-ci Polis Bölməsinə getmişlər və o, hadisə barədə ərizə yazmışdır. Həmin qaşın yan tərəfində səthi cızıq olmuşdur. O, bildiyi qədər həmin müştərini Zəlimxan tapmış və Zəlimxan danışıb və müştəri də Türkiyədə olmuşdur. Lakin müştərinin kim olmasını və müştəri ilə Zəlimxanın hansı şəraitdə tanış olmalarını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımamışdır. Şahid2 təxminən 40 ilə yaxındır ki, tanıyır. Belə ki, Zəlimxanla əvvəllər iş yoldaşı olmuşlar, münasibətləri yaxşı olmuşdur. Təxminən 1 il əvvəl Zəlimxanla söhbət zamanı Cəlilabad rayonunun, Göytəpə kəndində Mirtofiq adlı yaxın dostunun ulu babasından ona qalan yaqut qaşı oduğunu, Mirtofiqin həmin yaqutu 1.000.000 manata satmaq istədiyni, bu məqsədlə də ona müraciət etdiyini demişdir. Zəlimxan Türkiyədə yaşayan Arif adlı dostunun olduğunu və bu məsələdə köməklik edə biləcəyini demişdir. Təxminən 5-6 ay sonra Zəlimxan ona Arif adlı dostunun Bakıda olduğunu və yaqut qaşla bağlı görüşmək istədiyini bildirmişdir. Bu söhbətdən təxminən 3 gün sonra o, Arif və Zəlimxan Nərimanov rayonu ərazisində görüşmüşlər. Arif həmin bahalı daş-qaşa ekspertin baxmağının vacib olduğunu və Türkiyəyə qayıtdıqdan sonra orada bu məsələ ilə bağlı maraqlanacağını bildirmişdir. 2021-ci ilin fevral ayının axırlarında Zəlimxan Arifin həmin qiymətli daşa müştəri tapdığını və daşın satılmasında köməklik göstərəcəyini demişdir. 2021-ci ilin mart ayının 8-də Zəlimxan ona zəng edərək Türkiyədən həmin daşla bağlı sabah mütəxəssisin gələcəyini bildirmiş və Mirtofiqlə danışıb daşı Bakıya gətirməsini demişdir. O da Mirtofiqə zəng etmiş və bu barədə məlumat vermişdir. 09.03.2021-ci il tarixdə saat təxminən 11 radələrində Mirtofıq ona zəng edərək Bakıda olduğunu bildirmişdir. Bundan sonra Zəlimxan saat təxminən 16 radələrində türk vətəndaşı olan Çağdaş adlı şəxsin Bakı şəhərində olduğunu bildirmişdir. Zəlimxan onun yanında Çağdaşla danışaraq görüş yerini təyin edərkən, Çağdaş Bakını tanımadığını və ancaq onun dediyi yerdə görüşə biləcəyini bildirmişdir. O, özü də Çağdaşla telefonla danışıb onların dediyi yerə gəlməsini desə də, Çağdaş razı olmamışdır. Çağdaş görüşü saat 19:00 keçmiş “Ramstore” deyilən, indiki “Bazarstore” olan marketin avtodayanacağına təyin etmişdir. Onlar da Çağdaşın dediyi görüş yerinə getməyi razılaşmışlar. Mirtofiqə zəng edib onunla da görüşmüşlər və birlikdə saat 19-da hər üçü ona məxsus avtomobillə “Bazarstore”-nin avtodayanacağına gedərək orada özünü Türk vətəndaşı Çağdaş kimi təqdim edən Təqsirləndirilən şəxs2lə görüşmüşlər. Təqsirləndirilən şəxs2 həmin yerə piyada gəlmişdir. Röyalın əlində qara rəngli çanta olmuşdur. Bundan sonra avtomobilə əyləşmişlər. Sükan arxasında o, qarşı tərəfdə Mirtofıq, sol arxa hissədə Təqsirləndirilən şəxs2, Röyalın yanında isə Zəlimxan oturmuşdur. Röyal türk dilində onlarla danışmışdır. Mirtofıq cibindən çıxartdığı “çəhrayı yaqutu” Röyal İmamvıerdiyevə vermişdir. Röyal yaqut daşını çantasından çıxartdığı məhlulları üzərinə tökərək guya yoxlamağa başlamışdır. Bu sahədə mütəxəssis olduğunu və heç bir narahatlığa səbəb olmadığını söyləmiş və təxminən 40 dəqiqə avtomobildə oturub həmin daşı təhlil etmişdir. Onun hövsələsi daraldığı üçün avtomobildən yerə düşmüşdür. Zəlimxan da avtomobildən düşərək marketə getmişdir. Az keçmiş Mirtofıq də avtomobildən düşüb onun yanına gəlmişdir. Həmin vaxt Röyal avtomobildən düşüb qaçmağa başlamışdır. O da Röyalın arxası ilə qaçsa da, Röyala çata bilməmiş və sonradan da Röyalın hansı istiqamətə getdiyini bilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, Mirtofiq onun yaxın dostu olduğundan, ona güya ulu babasından qalan yaqut qaşı oduğunu demişdir. Həmin daşın qiymətinin 1.000.000 manat olmasını ona Mirtofiq özü demişdir. Həmin qiyməti Mirtofiqin haradan götürdüyünü bilmir. Təqsirləndirilən şəxs2 daşı yoxlamaq üçün cürbəcür sulardan istifadə etməyə başlamış, onlar da həqiqətən daşı yoxlamasına inam yaratmışdır. O, Təqsirləndirilən şəxs1 tanımamışdır. Təqsirləndirilən şəxs2 oraya tək və piyada gəlmişdir. Özünü onlara türk vətəndaşı Çağdaş kimi təqdim edən şəxsin adının Röyal olmasını, türk vətəndaşı deyil, əslində azərbaycanlı olduğunu polis bölməsində bilmişlər. Təqsirləndirilən şəxs2 türk dilində danışdığı üçün onun həqiqətən də türk vətəndaşı olmasına inanmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. İş üzrə Şahid1 tanımışdır. Belə ki, Şahid1la 40 ildir bir-birilərini tanıyırlar, uzun illər bir yerdə işləmişlər. 2020-ci ilin təxminən noyabr ayında Aydın söhbət əsnasında Mirtofiq adlı dostunda ulu babasından qalma “çəhrayı yaqut” daşı olduğunu və həmin yaqutu 1.000.000 manata satmaq istədiyini demişdir. Aydın ondan həmin yaqutu satmaq üçün müştəri tapmağını xahiş etmişdir. O, bu barədə Türkiyə Respublikasında yaşayan, həmin vaxt Bakıda olan Arif adlı dostuna demişdir. Təxminən 3 gün sonra o, Arif və Aydın görüşmüşlər. Arif həmin bahalı daş-qaşa ekspertin baxmağının vacib olduğunu və Türkiyəyə qayıtdıqdan sonra orada bu məsələ ilə bağlı maraqlanacağını bildirmişdir. Arif Türkiyəyə gedəndən sonra 2021-ci ilin fevral ayının axırlarında ona “Whatsapp” vasitəsi ilə zəng edərək Türkiyədə Özgür adlı bir şəxs tapdığını, onun nömrəsini ona verdiyini bildirmiş və Özgürün yaqut daşının satılmasında köməklik göstərəcəyini demişdir. Elə həmin günü “Whatsapp” proqramı ilə ona zəng gəlmişdir. Zəng edən şəxs türk dilində danışaraq adının Özgür olduğunu bildirmiş və onun telefon nömrəsini Arifin verdiyini bildirərək yaqut daşı ilə bağlı narahat etdiyini, təxminən 1 həftə ərzində Bakı şəhərinə mütəxəssis göndərəcəyini və həmin mütəxəssisin daşa baxacağını söyləmişdir. Özgür ona Çağdaş adında bir nəfərin nömrəsini göndərmişdir. Təxminən bir neçə gün sonra özünü Çağdaş kimi təqdim edən bir şəxs ona zəng edərək nömrəsini Özgürün verdiyini və yaqutla bağlı zəng etdiyini bildirmişdir. Çağdaş danışıq zamanı təxminən 1 həftəyə Bakıya gələcəyini demişdir. 07 mart 2021-ci il tarixdə Çağdaş adlı şəxs mesaj yazaraq bilet aldığını və ayın 9-da Bakıya gələcəyini yazmışdır. Mart ayının 9-u Çağdaşa zəng etmiş, lakin Çağdaş cavab verməmişdir. Bir neçə saat keçmişdir ki, Çağdaş özü ona zəng edərək artıq Bakıda olduğunu, bir az işlərinin olduğunu və gün ərzində onunla əlaqə yaradacağını bildirmişdir. Həmin gün saat təxminən 16 radələrində Çağdaşla yenidən telefon əlaqəsi yaratmış və saat 18-də Çağdaşı işlədiyi ofisdə görüşəcəklərini demişdir. Lakin Çağdaş onun dediyi ünvana gəlmək istəməmiş və “Ramstore” deyilən, indiki “Bazarstore” olan marketin avtodayanacağında görüş təyin etmişdir. Bundan sonra saat 19:00-da o, Mirtofiq Aydına məxsus avtomobilə əyləşərək “Bazarstore”-nin avtodayanacağına getmişlər. Oradan Çağdaşa zəng edib orada olduqlarını və Çağdaşı gözlədiklərini demişlər. Təxminən bir neçə dəqiqə sonra özünü onlara türk vətəndaşı Çağdaş kimi təqdim edən şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs2 piyada onların yanına yaxınlaşmışdır. Röyalın əlində qara rəngli çanta var imiş. Röyalla görüşüb avtomobilə əyləşmişlər. Sükan arxasında Aydın, qarşı tərəfdə Mirtofıq, sol arxa hissədə Röyal, Röyalın yanında isə o, oturmuşdur. Mirtofıq cibindən çıxartdığı “çəhrayı yaqutu” Röyala vermişdir. Röyal Mirtofıqdən götürdüyü yaqutu çantasından çıxartdığı məhlulları üzərinə tökərək guya yoxlamağa başlamışdır. Bu sahədə mütəxəssis olduğunu və heç bir narahatlığa səbəb olmadığını bildirmişdir. Bir müddət sonra o, avtomobildən düşərək su almaq üçün marketə getmişdir. Təxminən 5 dəqiqə sonra marketdən qayıdanda Mirtofıqin iti addımlarla ona tərəf gəldiyini görmüşdür. Mirtofıq həyəcanlı şəkildə Çağdaşın yaqutu götürüb qaçdığını söyləmişdir. Aydının da Çağdaşın arxası ilə getdiyini deyib, onun da onların arxası ilə getməyini xahiş etmişdir. Bir az keçmiş Aydın tənginəfəs onlara tərəf gələrək çata bilmədiyini demişdir. Arifi uzun illərdir ki, tanıyır. Arif Türkiyədə yaşayır. Həmin söhbət olan ərəfədə Arif Bakıda imiş. Onun Ruslanla bağlı bu barədə heç bir söhbəti olmamışdır. Röyal daşı yoxlamaq üçün sulardan istifadə etməyə başlamışdır. Həm də təmiz türk dilində danışdığı üçün Röyalın türk olmasına və X11 adlı şəxsin göndərməsinə inanmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, o, Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və Ruslanla faktiki ailə münasibətində yaşamağa başlamışlar. Ruslanla Xətai rayonu ərazisində 3 otaqlı kirayə mənzildə yaşamışlar. Onun valideynləri Biləsuvar rayonunda yaşayır, əvvəlki ərindən olan qızı da valideynləri ilə rayonda yaşadığından, o da ayda bir dəfə gedir rayona və sonra gəlib ayda təxminən 10 gün Ruslanla kirayədə yaşadığı evdə qalmışdır. O, sonuncu dəfə təxminən hadisədən bir həftə əvvəl, yəni mart ayının 3-5-i arası Bakıya gəlmiş və Ruslanla birlikdə kirayə mənzilində yaşamışdır. 12 mart 2021-ci il tarixdə Ruslan evdə olanda polis əməkdaşları gəlib Ruslanı tutmuşlar. Ruslan evdən polis əməkdaşlarına bir ədəd çəhrayı rəngli kiçik ölçülü qaş və xeyli çəkidə ot şəklində narkotik vasitə təqdim etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Ruslan həmin çəhrayı qaşı kimdənsə ələ keçirmiş və evdə gizlətmişdir. Lakin, o, Ruslanın həmin qaşı evdə konkret harada gizlətməsini bilməmişdir. Eləcə də Ruslanın evdə narkotik gizlətməsini də bilməmişdir. Ümumiyyətlə, o, həmin evə gələndə Ruslanın əşyalarına baxmamış və əşyalarla maraqlanmamışdır. Bir neçə dəfə Ruslanın kağıza büküb siqaret kimi nə isə çəkdiyini görüb soruşsa da, Ruslan ot çəkdiyini demiş, amma narkotik olduğunu deməmişdir. Röyal adlı şəxsi Ruslanın dostu kimi tanımış, bir neçə dəfə onlara gəlib-gedəndə Röyalı görmüşdür. 09 mart 2021-ci il tarixdə gecə saatlarında Ruslan Röyalla birlikdə evə gəlmiş və həmin gecə Röyal onlarda qalmış və səhər birlikdə çıxıb getmişlər. O, Ruslanın evində qaldığı müddətlərdə evdə daş olmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyir. 09.03.2021-ci il tarixdə X1 məxsus dəyəri 1.000.000 manat olan 1 ədəd çəhrayı rəngli yaqut daşının naməlum şəxslər tərəfindən ələ keçirilməsi barədə Xətai RPİ-nin 34-cü PŞ-nə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı əməliyyat axtarış-tədbirləri keçirilmişdir Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxslərdən birinin Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələri istifadə etməsi və satışı ilə məşğul olması barədə də məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar 12 mart 2021-ci il tarixdə 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid5 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Ondan və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid5 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanının qarşısına getmişlər və orada özlərinə mövqe seçib gözləmişlər. Bir qədər sonra xarici əlamətlərinə görə Ruslanın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin binanın qarşısına gəlməsini və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən özünü təqdim etməsini bidirdikdə həmin şəxs özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Onlar Ruslana narkotik vasitələrin qanunsuz dövriyyəsində və 09.03.2021-ci il tarixdə X1 məxsus yaqut daşının ələ keçirilməsində şübhəli olduğunu bildirib Ruslanı saxlayaraq Xətai RPİ-nin 34cü PŞ-nə aparmışlar. Sorğu zamanı Təqsirləndirilən şəxs1 09.03.2021-ci il tarixdə Tofiq Mürsəlova məxsus yaqut daşını kirayədə yaşadığı ünvan 4 ünvanında saxladığını bildirmişdir. Bundan sonra axtarışın keçirilməsinə Təqsirləndirilən şəxs1 etirazı olmadığından Təqsirləndirilən şəxs1 yaşadığı ünvana getmişlər. Orada onlarla birlikdə gedən təhqiqatçı İsaq Həsənov Təqsirləndirilən şəxs1 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş və mənzildə axtarışın keçirilməsinə başlanılmışdır. Axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə dövriyyəsi qanunla qadağan olunmuş maddə və ya əşya varsa onları təqdim etməsi təklif edilmişdir. Ruslan mənzilin otaqlarının birini göstərib orada çəhrayı rəngli yaqut daşını və narkotik vasitə olan marixuananı saxladığını bildirərək həmin otağa daxil olaraq güzgülü divar dəstinin üzərindən şəffaf rəngli sellofan torbada olan çəhrayı rəngli yaqut daşını, həmin otaqda olan dolabın içərisindən göy rəngli sellofan torbada olan narkotik vasitə olan marixuananı və 02 ədəd elektron tərəzini təqdim etmişdir. Bundan sonra Ruslanın yaşadığı mənzildə axtarış keçirilmiş və axtarış zamanı mənzildən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Axtarış zamanı Ruslanın yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə və çəhrayı rəngli yaqut daş təhqiqatçı İsaq Həsənov tərəfindən götürülmüşdür. Bundan sonra sənədləşdirmə işlərinin aparılması üçün Xətai RPİ-nin 34-cü PŞ-nə getmişlər. Orada Təqsirləndirilən şəxs1 iştirakı ilə bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitəni Maştağa qəsəbəsində yaşayan Fariz adlı şəxsdən 100 qramını 750 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs özü narkotik vasitəni və tərəziləri təqdim etmişdir. Narkotik vasitə 400 qram deyil, 4 kq olmuşdur. Təqsirləndirilən şəxs1 qarşı heç bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 oğludur. O, təxminən 13 ildir ki, Türkiyədə yaşayır. Türkiyədə yaşasa da ailəsi Bakıda yaşadığı üçün tez-tez Azərbaycana gəlb gedir. Tələbə yoldaşı Şahid2 bir ədəd çəhrayı rəngli yaqut daşı mobil telefonla videoya çəkərək ona göndərmiş və həmin daşın qiymətinin ******* manat olduğunu, həmin daşı satacaqları təqdirdə daş sahibinin onlara 100000 manat verəcəyini bildirmişdir. O da həmin daşın videosunu Türkiyədə, Ukraynada və Rusiyada yaşayan dost-tanışlarına göndərmiş, lakin tanışlarından bir xəbər çıxmamışdır. Bu söhbətdən təxminən 6 ay sonra, 2020-ci ilin payızında o, Bakıya gəlmişdir. Bakıda Zəlimxanla bir neçə dəfə görüşmüşlər. Hər dəfə Zəlimxan ondan daşa müştəri tapmağı xahiş etmişdir. Daşın videosunu mobil telefonundan sildiyi üçün o, Zəlimxandan həmin daşın videosunu təkrar ona göndərməsini xahiş etmişdir. Həmin gün axşam Zəlimxan «Whatsapp»-la daşın videosunu ona göndərmişdir. Həmin vaxt o, ailəsiylə birlikdə evdə imiş. O, həmin videonu açıb baxanda oğlu Ruslan həmin video ilə maraqlandıqda, o, Ruslana dostu Zəlimxanın həmin yaqut daşının satılmasında köməklik göstərməyini xahiş etdiyini bildirmişdir. Ruslan həmin videonu ona göndərməyini xahiş etdiyindən, o, həmin videonu Ruslana göndərmişdir. 2021-ci ilin yanvar ayında o, Türkiyəyə qayıtmışdır. Bundan bir müddət sonra Ankarada olanda ona bir nəfər türk əsilli şəxs türk nömrəsindən zəng edərək adının Özgür olduğunu, onun nömrəsini daş-qaş alveri ilə məşğul olan bir qadından götürdüyünü və yaqut daşına baxmaq istədiyini bildirmişdir. Özgür daşın İstanbula gətirilməsini xahiş etmişdir. O, Özgürə daş sahibini tanımadığını və həmin şəxsin Türkiyəyə gəlməyəcəyini bildirmişdir. Eyni zamanda o, Özgürə bu işdə dostu Zəlimxanı tanıdığını bildirmişdir. Bundan sonra o, Zəlimxanla danışıb ona Özgür haqda məlumat vermiş və Özgürün mobil nömrəsini Zəlimxana göndərmişdir. Zəlimxanın mobil nömrəsini isə Özgürə göndərmişdir. Sonra Özgür və Zəlimxan öz aralarında ünsiyyət yaradaraq danışmışlar. Sonradan Zəlimxanla danışanda Zəlimxan ona Özgürün yaqut daşına baxmaq üçün Bakıya Çağdaş adlı ekspert göndərəcəyini bildirmişdir. Söhbət zamanı Zəlimxan dostu Aydının da bu işdə olduğunu və daş satılacağı təqdirdə daş sahibinin onlara verəcəyi 100000 manat pulun üç yerə bölünəcəyini demiş, yəni həmin pul Zəlimxan, Aydın və onun arasında bölünəcəkmiş. O, buna etiraz etməmişdir. 09 mart 2021 -ci il tarixdə axşam saatlarında Zəlimxan ona zəng edərək Türkiyədən daşa baxmaq üçün gələn ekspertin Bakıda olduğunu, lakin ekspertin onun dediyi yerə gəlmək istəmədiyini bildirmişdir. O, Zəlimxana bildirmişdir ki, ekspert Türkiyədən Bakıya gəlibsə məcbur olub Zəlimxanın dediyi yerə gələcəkdir. Həmin gün bir neçə saatdan sonra Zəlimxan ona zəng edərək daşa baxmaq üçün gələn ekspertin daşı götürüb qaçdığını bildirmiş və ondan bu haqda Özgürlə danışmağını xahiş etmişdir. O, Özgürə zəng etsə də, həmin şəxsə artıq zəng çatmamışdır. O, Zəlimxana zəng edib bu haqda demişdir. Zəlimxana ekspertə də zəng etməyi, ekspert cavab verməyəcəyi təqdirdə isə hadisə barədə polisə məlumat verməyini demişdir. Bir neçə dəqiqədən sonra Zəlimxan ona zəng edərək ekspertə zəng çatmadığını bildirmişdir. O, Zəlimxana hadisə barədə polisə məlumat verməyini demişdir. 12 mart 2021-ci il tarixdə axşam saatlarında kiçik oğlu Orxan ona zəng edərək polis əməkdaşlarının Ruslanı saxlayıb şöbəyə apardıqlarını, Ruslanın yaşadığı evdən yaqut daşının və narkotik vasitənin aşkar olunduğunu bildirmişdir. Ruslanın dostu Royalla birlikdə yaqut daşını ələ keçirmək niyyətində olduqlarını ümumiyyətlə bilməmişdir. Onun Ruslanın dostu Röyalla bu planı necə düzüb qoşduqları barədə məlumatı yoxdur. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-4-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 10 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ərizə yazaraq, 09.03.2021-ci il tarixdə tanımadığı şəxs tərəfindən ona məxsus olan yaqut daşın ələ keçirildiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 47-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik leytenantı Əflatun Səlimovun 13 mart 2021-ci il tarixli materialın cinayət işinə birləşdirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılan cinayət işinə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən narkotik vasitə aşkar edilməsi və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus çəhrayı yaqut daşı ələ keçirməsi faktı üzrə toplanmış material birləşdirilmişdir. Cinayət işinin 1-ci cild 53-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 12 mart 2021-ci il tarixli raportundan görünür ki, Ruslan adlı şəxsin 09.03.2021-ci il tarixdə vət. Tofiq Mürsəlova məxsus çəhrayı rəngli yaqut daşını dələduzluq yolu ələ keçirməsi və qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 54-55-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 12 mart 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Ruslan adlı şəxsin 09.03.2021-ci il tarixdə vət. Tofiq Mürsəlova məxsus Çəhrayı rəngli yaqut daşını dələduzluq yolu ələ keçirməsi və qanunsuz olaraq narkotik vasitə satışı ilə məşğul olması, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edərək yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 58-59-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin rəisi Məhşur Hüseynovun 12 mart 2021-ci il tarixli Əmrindən görünür ki, Ruslan adlı şəxsin 09.03.2021-ci il tarixdə vət. Tofiq Mürsəlova məxsus Çəhrayı rəngli yaqut daşını dələduzluq yolu ələ keçirməsi və qanunsuz olaraq narkotik vasitə satışı ilə məşğul olması, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edərək yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 70-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 mart 2021-ci il tarixli axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 həmin mənzilin giriş qapısından solda yerləşən yataq otağında kamodun üzərində şəffaf rəngli kiçik sellofan torbada saxladığı cinayət yolu ilə əldə etdiyi “sapfir daşı” kimi adlandırdığı, çəhrayı rəngli qiymətli daşı və həmin otağın dolabının orta hissəsində göy rəngli, üzərində “adel” yazılı sellofan torbanın içərisində saxladığı ot tərkibli, marixuana adlandırdığı maddəni təqdim etmişdir. Həmin sellofan torba ilə birlikdə dolabın içərisindən biri ağ rəngli, üzərində “SF-400” yazılmış, digəri isə kiçik ölçülü qara və metal rəngli olmaqla iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. Aşkar edilmiş “sapfir daşı” kimi adlandırılan daş, bir ədəd sellofan bükümdə olan ot tərkibli maddə və iki ədəd elektron tərəzi götürülmüşdür. Axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 92-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2021-ci il tarixli, 7/265 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd göy rəngli polietilen bağlamadakı təmiz çəkisi -4010 qram (4 kq 10 qram) olan bitki mənşəli kütlə tərkibində nrkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 1-ci cild 99-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 mart 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş, sonuncunun cinayət yolu ilə ələ keçirdiyi bir ədəd çəhrayı yaqut qaşa Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs həmin qaşı nəzərdən keçirərək daşın ona məxsus olduğunu, qaşı rəngindən, ölçüsündən, parlaqlığından, ən əsası yan hissəsində olan cızıqdan tanıdığını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilmişdir. Cinayət işinin 1-ci cild 107-108-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 mart 2021-ci il tarixli CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, 12 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda axtarış keçirilən zaman qeydə alınmış video görüntünü özündə əks etdirən CD-R diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 həmin mənzilin giriş qapısından solda yerləşən yataq otağında kamodun üzərində cinayət yolu ilə əldə etdiyi çəhrayı rəngli yaqut qaşını və narkotik vasitə olan marixuananı və 02 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin sellofan torbada olan narkotik vasitə marixuana elektron tərəzidə çəkilən zaman 4 kq 30 qram olması müəyyən edilir. Daha sonra mənzilə axtarış aparılması müşahidə olunur. Cinayət işinin 1-ci cild 141-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 mart 2021-ci il tarixli təqsirləndirilən şəxsin ittiham elan etmək üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cild 143-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 mart 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs bir ədəd çəhrayı yaqut qaşını təhvil almışdır. Cinayət işinin 1-ci cild 176-177-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 30 mart 2021-ci il tarixli, 016-36112-1221 nömrəli məktubdan və məktuba əlavə edilmiş məlumatdan görünür ki, “BMW” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 mart 2021-ci il tarixdə hərəkət trayektoriyası saat 21:30:04-də H.Əliyev pros, Sefa stadionu yaxınlığı, Nəqliyyat Tablosu; saat 21;01;40-da Babək pr-28, Qələbə rest, yaxınlığı; saat 18:20:39-da H.Əliyev pros, Şəfa stadionu yaxınlığı, Nəqliyyat Tablosu; saat 18:00:55-də Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsi, Qaraçuxur qəsəbəsi; saat 17:57:09-da Elşən Süleymanov -124 AzPetrol YDM ist; saat 01:30:03-də Babək pr 54, Esmiralda s.s, Masin bazarı ist; saat 01:27:17-də Babək pr-28, Qələbə rest, yaxınlığı, S.Vezirov və ya maşın bazarı ist. olmuşdur. Cinayət işinin 2-ci cild 44-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 may 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 20.02.2021-ci il tarixdən 12.03.2021- ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı olan 1 ədəd “CD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055-244-43- 60 saylı "xxxx" MMC-yə məxsus nömrə arasında 08.03.2021-ci il tarixdə saat 12:43:04-də 197 saniyə, saat 14:52:56-da 37 saniyə, saat 20:08:12-də 131 saniyə, saat 22:47:10-da 32 saniyə, saat 23:45:18-də 17 saniyə, saat 23:45:53-də 50 saniyə, saat 23:55:44-də 8 saniyə, 09.03.2021-ci il tarixdə saat 13:00:59-da 173 saniyə, saat 13:08:05-də 30 saniyə, saat 14:44:20-də 10 saniyə telefon danışıqları olmuşdur. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050- ***-**-** saylı mobil nömrənin 09.03.2021ci il tarixdə saat 20:50:25-dən saat 20:52:58-ə kimi “Babek pr” anten dairəsində olması aşkar olunmuşdur. Cinayət işinin 2-ci cild 49-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 may 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş olmuş ***-***-**-** saylı "xxxx" MMCyə məxsus nömrəsinə 20.02,2021-ci il tarixdən 12.03.2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı olan 1 ədəd “CD” diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055-244- 43-60 saylı nömrənin arasında 01.03.2021-ci il tarixdə saat 16:26:55-də 194 saniyə telefon danışığının olması aşkar olunmuşdur. Cinayət işinin 2-ci cild 76-80-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2021-ci il tarixli, 6/1098-3/551-9/1617 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2,98 qram kütləli, 14,9 karat ölçüdə, kabaşon cilalı, markiz formalı, həndəsi ölçüləri 18,33 mm x 12,32 mm x 7,42 mm olan 1 ədəd çəhrayı rəngli, şəffaf qaş korunddur. Təqdim edilmiş 1 ədəd qaşın kifayət qədər xüsusi əlamətləri olmadığına görə onun hansı üsulla, hansı zavodda, neçənci ildə hazırlanmasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş bir ədəd qırmzıımtıl rəngli şəffaf daşın səthində hər hansı predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik rəyin tədqiqi hissəsində təsvir edilmiş cızılma zədələri vardır. Həmin zədələrdə xüsusi əlamət əks olunmadığından təqdim edilən bir ədəd qırmızımtıl rəngli şəffaf daşın səthindəki zədələrin konkret hansı predmetlə kontakt təsirindən yaranmasını müəyyən etmək mümkün deyil. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş 2,98 qram kütləli, 14,9 karat ölçüdə, kabaşon cilalı, markiz formalı, həndəsi ölçüləri 18,33 mm x 12,32 mm x 7,42 mm olan 1 ədəd çəhrayı rəngli, şəffaf korund qaşının qiyməti barədə Respublikada ticarət şəbəkələrində, zərgərlik məmulatlarının satışı mağazalarında və eləcə də Mərkəzdə məlumat olmadığından məhkəmə-əmtəəşünas ekspertinin qarşısına qoyulmuş suala cavab vermək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 95-98-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 iyun 2021-ci il tarixli şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 2-ci cild 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs2 19 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs1 ilə üzləşdirmədən imtina etmişdir. Cinayət işinin 2-ci cild 103-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 iyun 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid4 istintaq zamanı verdiyi ifadəsini təkrar təsdiq edərək, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 6 ünvanına baxış zamanı Təqsirləndirilən şəxs1 mənzildən şəffaf rəngli sellofan torbada olan çəhrayı rəngli yaqut daşı və göy rəngli sellofan torbada olan narkotik vasitə olan marixuananı və iki ədəd elektron tərəzini təqdim etdiyini bildirərək, Təqsirləndirilən şəxs1 ifşa etmişdir. Cinayət işinin 2-ci cild 107-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 iyun 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid5 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid4 istintaq zamanı verdiyi ifadəsini təkrar təsdiq edərək, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 6 ünvanına baxış zamanı Təqsirləndirilən şəxs1 mənzildən şəffaf rəngli sellofan torbada olan çəhrayı rəngli yaqut daşı və göy rəngli sellofan torbada olan narkotik vasitə olan marixuananı və iki ədəd elektron tərəzini təqdim etdiyini bildirərək, Təqsirləndirilən şəxs1 ifşa etmişdir. Cinayət işinin 2-ci cild 116-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 iyun 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaq zamanı verdiyi ifadəsini “....qarşımda əyləşən şəxs Təqsirləndirilən şəxs2 9 mart 2021-ci il tarixdə Babək prospekti yaxınlığında fəaliyyət göstərən Bazarstore marketinin avtodayanacğına gələrək özünü türkiyəli kimi təqdim edib adının Çağdaş olduğunu bildirdi. Həmin görüş əvvəlcədən plnlaşdırılmışdır və görüş yerini və saatını Çağdaş kimi tanıdığım şəxs özü təyin etmişdir. ...Çağdaş ondan götürdüyü yaqutu çantasından çıxartdığı məhlulları üzərinə tökərək güya yoxlamağa başladı. Bu sahədə mütəxəssis olduğunu və heç bir narahatlığa səbəb olmadığını söylədi. ...Hövsələm daraldığı üçün avtomobildən yerə düşdüm. Zəlimxan da avtomobildən düşərək marketə getdi. Az keçmiş Mirtofiq də avtomobildən düşüb yanıma gəldi. Bu vaxt Çağdaş avtomobildən düşüb qaçmağa başladı. Mən də Çağdaşın arxası ilə qaçdım, hətta həmin vaxt onun ünvanına söyüş söyüb dayanmağını tələb etdim, lakin qarşımda əyləşən şəxs məni eşitsə də sözlərimə əhəmiyyət vermədi. ...” hissəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı deyib bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 110-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 iyun 2021-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid2 ona təqdim edilmiş şəxslər arasından əlində üç rəqəmi ilə dayanmış şəxsi göstərərək, onun 9 mart 2021-ci il tarixdə ona özünü Çağdaş kimi təqdim edən və yaqut daşını ələ keçirən şəxs olduğunu bildirmişdir. Cinayət işinin 2-ci cild 113-115-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 iyun 2021-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid1 ona təqdim edilmiş şəxslər arasından əlində bir rəqəmi ilə dayanmış şəxsi göstərərək, onun 9 mart 2021-ci il tarixdə ona özünü Çağdaş kimi təqdim edən və yaqut daşını ələ keçirən şəxs olduğunu bildirmişdir. Cinayət işinin 2-ci cild 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 iyun 2021-ci il tarixli mütəxəssis X3 rəyindən görünür ki, sonuncu ona təqdim edilmiş 2,98 qram kütləli, 14,9 karat ölçüdə, kabaşon cilalı, markiz formalı, həndəsi ölçüləri 18,33 mm x 12,32 mm x 7,42 mm olan 1 ədəd çəhrayı rəngli, şəffaf korund daşının 2021-ci ilin mart ayına Azərbaycan Respublikasında fəaliyyət göstərən ticarət mərkəzlərində orta bazar qiymətinin 17.000 (on yeddi min) manatdır. Cinayət işinin 2-ci cild 128-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai Rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X6 05 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində xəsarət aşkar edilməsi faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən, 92-C-1 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 2-ci cild 129-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-dən daxil olmuş 25 iyun 2021-ci il tarixli, ***-**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müsbət nəticə əldə edilməmişdir. Cinayət işinin 2-ci cild 143-145-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2021-ci il tarixli, 9/4281 nömrəli ekspert rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlarda, Respublikada yerləşən ticarət şəbəkələrində, zərgərlik mağazalarında, yerli internet saytlarında ekspertiza təyini haqqında qərarda qeyd edilən 1 ədəd 2,98 qram kütləli, 14,9 karat ölçüdə, karaşon cilalı, markiz formalı, həndəsi ölçüləri 18,33 mm x 12,32 mm x 7,42 mm olan çəhrayı rəngli, şəffaf korund daşının orta bazar qiyməti barədə məlumat əldə etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş 21,06.2021-ci il tarixli mütəxəssis “RƏY”- inə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 1 ədəd 2,98 qram kütləli, 14,9 karat ölçüdə, karaşon cilalı, markiz formalı, həndəsi ölçüləri 18,33 mm x 12,32 mm x 7,42 mm olan çəhrayı rəngli, şəffaf korund daşının 2021-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 17.000 (on yeddi min) manat müəyyən edilir. Cinayət işinin 2-ci cild 183-185-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X5 01 iyul 2021ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı aldığı mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan olunmuş ittihamda özlərini qismən təqsirli bilərək, Təqsirləndirilən şəxs2 yaqut daşını götürüb qaçdığından Təqsirləndirilən şəxs1 məlumatı olmadığını bildirmiş, həmçinin, Təqsirləndirilən şəxs1 yaqut daşın qaçırılmasından məlumatı olmadığını, onda 4 kq deyil, yalnız 400 qram narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmə kollegiyası, ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş şəxsin elan olunmuş ifadəsini, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.5 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli isə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının və Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Plenum qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 5-ci bəndində qeyd edilmişdir ki, oğurluq edilərkən təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndində qeyd edilmişdir ki,təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Həmçinin, həmin qərarın 10-cu bəndinə əsasən, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Bundan başqa, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən qurudulmuş marixuananın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 192-194-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Orucov X9 Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; cinayət işinin 1-ci cild 199-204-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2012-ci il tarixli, 1(101)-943/2012 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29 may 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə görə Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və cinayətin təhlükəli residivini yaradır. Cinayət işinin 1-ci cild 214-cü vərəqəsində olan 13 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilmişdir. Cinayət işinin 2-ci cild 31-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, Təqsirləndirilən şəxs1 U.S.İ qalıq əlamətləri. Şəkərli diabet İİ tip. Yuxarı ətrafların hərəkət məhdudluğu xəstəliyi var, üçüncü qrup müddətsiz əlildir. Cinayət işinin 2-ci cild 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 08 may 2021-ci il tarixli, 1429 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilməsini və İİİ qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun vəziyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin təhlükəli residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməli cinayətlərin təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Cinayət işinin 1-ci cild 195-197-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 aprel 2021-ci il tarixli tələbnamədən və cinayət işinin 2-ci cild 57-71-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2012-ci il tarixli, 1(101)-520/2012 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2012-ci il tariixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 dekabr 2017-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanun tətbiq edilərək əməli Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə tövsif edilərək cəzası 04 il 11 ay 28 günə endirilmiş, 25 dekabr 2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə görə Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 72-ci vərəqəsində olan şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 19.12.2008-ci il təvəllüdlü X2 adlı uşağı vardır. Cinayət işinin 2-ci cild 74-cü vərəqəsində olan Binəqədi RİH başçısının M.Ə.Rəsulzadə QİƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Cinayət işinin 2-ci cild 102-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 17 iyun 2021-ci il tarixli, 2083 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 BŞNM-də qeydiyyatda yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən və müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun vəziyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslərə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən, cinayətlərin residivi zamanı, qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, digər Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 12 mart 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 79-cu vərəqəsində olan 12 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 128-132-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2021-ci il tarixli, 4(011)-102/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 12 mart 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 28 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 237-ci vərəqəsində olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 28 aprel 2021-ciil tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 8-13-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 4(011)-170/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 4010 qram narkotik vasitə olan qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 180 (yüz səksən) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2021-ci il tarixli, 7/265 nömrəli ekspert rəyinə əsasən ekspertiza xərci olan 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.5 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 12 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 4010 qram narkotik vasitə olan qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 180 (yüz səksən) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2021-ci il tarixli, 7/265 nömrəli ekspert rəyinə əsasən ekspertiza xərci olan 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar