Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1431/2024 26.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 14 avqust 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 06 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 iyul 2023-cü il tarixdə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş həbs qətimkan 11 avqust 2023-cü il tarixdə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 06 oktyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs X3 qəsdən sağlamlığa ağır, yəni insan həyatı üçün təhlükəli olan zərərvurma cinayət əməlini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs X3 06 iyul 2023-cü il tarixdə, saat 01 radələrində tanışı Zərərçəkmiş şəxs ilə spirtli içki qəbul etdikdən sonra Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 55 saylı ünvnın yaxınlığında yerləşən besedkaya (burada: söhbətgah) gələrək orada əyləşib pivə içdikdən sonra Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunu vurmaqla qisas almaq məqsədi ilə özündə olan, parametrləri və təyinatı müəyyənləşdirilməmiş bıçaqla bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthində olan, döş boşluğuna keçərək perikardı zədələyən, diafraqmanı deşib qarın boşluğuna daxil olan və mədəni zədələmiş bir ədəd deşilmişkəsilmiş yara kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, zərər çəkmiş şəxslə onun arasında bu vaxta qədər, yaxud da o hadisədən sonra heç bir münaqişə, heç bir mübahisə, heç bir konflikt və ya hər hansı bir problem olmamışdır. Onlar bir məhəllədə yaşamış, çox yaxşı münasibətdə olmuşlar. Onun anası rəhmətə gedən zaman Zərərçəkmiş şəxs ona köməklik edib evinin qapısını açmışdır. O, Kənana həmişə minnətdarlığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisə günü, gecə saat 1-2 radələrində ikisi oturub kafedə pivəni araqla qarışdırıb içmiş, sonra girib dükandan meyvə, 4 litr pivə almış, besedkada oturub təkrar içmiş, həddindən ziyadə çox içmişlər. Besedkada və ətrafda ikisindən başqa heç kəs olmamışdır. Yeyib içə-içə, deyib gülə-gülə öz aralarında danışıb söhbət etmişlər. Onlar besedkaya yeyib içməyə gedərkən zərər çəkmiş şəxs yaralı olmamışdır. Onlar üzbəüz oturmuş, aralarında dəmir masa olmuşdur. O, bıçaqla meyvə doğrayarkən Kənan durub onun yanına gəlmiş, çox güman ki, zarafatla onu qucaqlamış, çox içmişlər deyə, olanları dəqiq xatırlaya bilməmişdir. Kənan onu qucaqlayarkən onun əlində meyvə doğradığı bıçaq olmuşdur. Sonra Kənan əlini qabırğasından tutmuş və ona nəsə olduğunu bildirmişdir. Kənanın əlinə baxmış və qan gəldiyini görmüşdür. Həmin vaxt Kənanın sinəsində qan olmamış, əynində qara köynək olduğundan bilinməmiş, köynəyin yaş olduğunu sonra görmüşdür. Hadisənin necə baş verməsi onun yadında qalmamışdır. Bundan sonra o, Kənanı taksiyə otuzdurmuş və o, çıxıb xəstəxanaya getmişdir. Həmin an o, məsələnin ağırlığını dərk etməmişdir. O özü isə yaşadığı evə getmişdir. Eviə getməkdə məqsədi əyin-başını dəyişib həkimə getmək istəməsi olmuşdur. Sonra ona Kənanın dostlarından zəng gəlmiş, Kənanın vəziyyətinin ağır olduğu, ölüm ayağında olması bildirilmiş, hər bir halda buna hazır olmaq ona deyilmişdir. Kənanın dostları həm də onun dostları olmuşdur. Kənanın ölüm xəbərini eşidəndən dünya başına fırlanmış, bundan sonra o, hadisənin baş verməsində özünü təqsirli bilmiş, hadisənin ortaya çıxacağını fikirləşib qorxmuş və xəstəxanaya deyil, çıxıb 26-cı polis bölməsinə getmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisədən sonra bıçağı cibinə qoymaq istəmiş, lakin bıçaq haradasa onun cibindən düşmüşdür. Sonra hadisə ilə bağlı istintaq orqanı ilə hadisə olan ərazidə olmuş, lakin bıçağı tapa bilməmişlər. Hadisə yerində butulka, yeyinti şeylərinin qalıqları, qalmamış və yığışdırılmışdır. İfadə verərkən onda bıçaq olmasını desə də, şəxsə bıçaq vurduğunu, onunla qucuqlaşmalarını deməmişdir. İstintaq zamanı zərər çəkmiş şəxslə aralarında üzləşmə keçirilmiş, həmin vaxt üzləşmədə vəkili Elşən müəllim də iştirak etmişdir. Amma hər bir halda baş vermiş hadisəyə görə peşmançılığı olmuşdur. Hadisədən sonra o, Kürdəxanıda olmuş və bu səbəbdən də zərərçəkmiş şəxsə yardım edə bilməmişdir. Zərər çəkmiş şəxslə barışmış, münasibətləri əvvəlki normal vəziyyətə qayıtmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələri elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ilk, hələ zərər çəkmiş şəxsin dindirilməsindən əvvəl vermiş olduğu ifadəsində Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yaxın dostudur, həm də qohum kimi ailəvi yaxın münasibətləri vardır. O, Kənanla bir məhəllədə böyümüş, həmçinin Kənanla qardaş kimi münasibəti olmuşdur. 06 iyul 2023-cü il tarixdə, gecə saat 01 radələrində o, yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng vuraraq onu Ə.Ələkbərov küçəsində yerləşən adını bilmədiyi kafeyə pivə içmək üçün dəvət etmiş, o da Kənana etiraz etməyib onun dediyi kafeyə getmişdir. Həmin vaxt Kənan ilə o, bir masada əyləşib araq və pivə içmiş və təxminən bir saat sonra onlar birlikdə kafedən çıxıb mağazaların birindən dörd litr pivə alıb Yasamal rayonu, Ə.Ələkbərov küçəsi ilə M.Müşfiq küçəsinin kəsməsində həyətdə olan besedkada əyləşib pivə içərək söhbət etmişlər. Söhbət əsnasında Kənan qəflətən özündən çıxaraq onu təhqir etməyə başlamışdır. O, təəcüblənib Kənandan onu təhqirtməsinin səbəblərini soruşduqda Kənan bir dəfə də şillə ilə onun üzünə vurmuş, o, Kənan sakitləşsin deyə, cavab olaraq Kənanın üz nahiyyəsindən bir dəfə şillə ilə vurmuşdur. Lakin Kənan sakitləşmək əvəzinə onun ünvanına nəlayiq ifadə işlədərək onu yenidən vurmaq üçün üstünə gəlmişdir. Həmin vaxt o, əsəbləşərək cibində olan bıçağı çıxartmış, Kənanın qorxutmaq məqsədi ilə onun bud nahiyyəsindən vurmaq istəmişdir. O, Kənanın bud nahiyyəsindən vurmaq istədikdə Kənan qəflətən aşağı əyilmiş və ona elə gəlmişdir ki, vurduğu bıçaq zərbəsi Kənanın ayaq nahiyyəsindən dəymişdir. Bundan sonra Kənan həmin yerdən yol kənarına getmək istəyəndə o, Kənanın arxası ilə qaçaraq yol kənarında dayanmış taksiyə Kənanı mindirib xəstəxanaya yola salmışdır. Bundan sonra o, özündə olan bıçağı otluq bir əraziyə ataraq oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Sonra ona məlum olmuşdur ki, o, Kənanın ayağından bıçaqla vuran zaman Kənan aşağı əyilmiş və onun vurduğu bıçaq Kənanın döş qəfəsindən dəymişdir. Bundan sonra o, özünü səliqəyə salıb könüllü olaraq Yasamal RPİ-nin 26-cı PB-nə getmiş, polis bölməsində o, etdiyi əməli etiraf edərək səmimi peşmençılığını bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində Kənanı cəzalandırmaq niyyəti ilə bıçaqla ayağından vurmaq istədiyini, lakin Kənan əyildiyi üçün bıçağın onun döş qəfəsindən dəydiyini, Kənanla qardaşdan artıq olduqlarını, aralarında mübahisə və ya düşmənçəlik olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan, ibtidai istintaqın sonrakı mərhələlərində Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməmiş, məhkəmədə verdiyi 6ifadələrinə uyğun müdafiə xarakterli ifadə vermişdir (iş vərəqə: 25-26, 40-41, 148-150). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «ifadənin yerində yoxlanılması haqqında» 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və müəyyən edilmişdir ki, sonuncu məhkəmə baxışı zamanı ilk dəfə verdiyi sərbəst ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha təsdiq edib əməlini səmimi etiraf etmişdir. (iş vərəqə: 105-107). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə günü çox içmək təklifi ondan gəlmişdir. Onun Rüfətlə bərk zarafatı olmuş, arada o, zarafatla qıçına girib güləşmişlər. O, Rüfətlə zarafat etmiş, həmin vaxt bıçağı tam görməmiş, bıçağın ona dəydiyini bilməmişdir. Biz bir az oturandan sonra qabırğasının altından sancı başlamış, əlini vurmuş, əlinin içinin qan olduğunu görmüşdür. Sonra yerə baxmış, yerin də qan olduğunu görmüş və Rüfətə “mənə deyəsən bıçaq dəydi” demişdir. Rüfət bıçağı açıb baxmış, bıçaqda qan olmadığını görmüş, bıçağın ona dəyməsinin mümkün olmadığını bildirmiş və bıçağı bağlayıb cibinə qoymuşdur. Rüfət yola çıxıb taksiyə minməyi və xəstəxanaya getməyi təklif etmişdir. O, Rüfətin xəstəxanaya getməsinə etiraz etmiş, gedib onun atasına və dayısına onun xəstəxanaya getməsini, üstündə pulunun olmadığını, ona pul gətirmələrini deməyi tapşırmış, atasına verməsi üçün maşınının açarlarını ona vermişdir. Bundan sonra o, xəstəxanaya getmişdir. Yolda gedərkən dostlarına zəng eləyib hadisə barədə məlumat vermişdir. Ondan sonrakı proseslərdən xəbərin olmamışdır. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstəərdi ki, -ibtidai istintaqda da məhkəmədə verdiyi ifadə kimi ifadə vermiş, ynkunda oxumuş və qol çəkmişdir. Rüfətlə onun arasında heç bir qəsd olmamışdır. Bütün bunlar onların içkili olmağından irəli gəlmişdir. O, zarafatla və ya qeyri zarafatla təqsirləndirilən şəxsə şillə vurmamış, amma onunla güləşmişdir. Təqsirləndirilən şəxs də ona şillə vurmamışdır. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Zərərçəkmiş şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələri elan olunmaqla tədqiq edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, uşaqlıqdan tanımış, Rüfətlə onun yaxşı münasibəti olmuş, hamı onları bibioğlu-dayıoğlu kimi tanımışdır. 05 iyul 2023-cü il tarixdə, saat 23 radələrində o, Rüfətə zəng vurub birlikdə oturub yemək yemələri üçün onu Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən "Tava" kafesinə dəvət etmişdir. Rüfət də ona etiraz etməyib həmin kafeyə gəlmişdir. Həmin vaxt onlar kafedə əyləşib yemək yemiş və spirtli içki qəbul etmişlər. Həmin vaxt onlar spirtli içki hesab edilən araq və pivə içmişlər. Onlar orada gecə saat 01 radələrənidək, yəni 06 iyul 2023-cü il tarixdə, saat 01 radələrinədək olmuş, sonra oradan çıxıb "Tadım" kafesinin arxa tərəfmdə yerləşən besedkaya gedərək orada əyləşmiş və özləri alıb gətirdikləri pivəni içmiş və meyvə yemişlər. Həmin vaxt Rüfət cibindən taxta dəstəyi olan, açılıb-bağlanan bıçağı çıxarıb meyvə soymağa başlamışdır. Həmin vaxt o, Rüfətlə zarafat edərək güləşməyə başlamışdır. Sonra isə o, Rüfətlə zarafatlaşıb qurtarandan sonra dayanıb üz-üzə söhbət etməyə başlamışlar. Həmin vaxt o, ayağının yerə yapışdığını hiss etmiş, ayağına baxanda ayağının qan olduğunu, həmçinin əlini sol tərəfinə, döş qəfəsinə vuran zaman həmin hissədən də qan axdığını görmüşdür. O, Rüfətə ona bıçaq girdiyini demiş, Rüfət əlində olan bıçağı açıb baxmış və bıçaqda qan olmadığını demişdir. Bundan sonra o, oradan ayrılıb yola çıxmış və hərəkətdhə olan taksini saxladıb taksiyə minmiş, X5 getmək istədiyini bildirmişdir. Həmin vaxt Rüfətə KTM-yə gedəcəyini demiş, ona ailəsinə məlumat verməyi tapşırmışdır. Bundan sonra o, taksiyə minib xəstəxanaya getmiş və əməliyyat olunmuşdur. Zərər çəkmiş Zərərçəkmiş şəxs tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, Rüfətin ifadəsində göstərdikləri yalandır, o, Rüfətə nə söyüş söyməmiş, nə də Rüfəti vurmamışdır. O, Rüfətlə yalnız zarafatlaşmış, Rüfətlə onun arasında heç bir münaqişə olmamış, həmçinin Rüfət onu əlində olan bıçaqla qəsdən vurmamışdır. Taksini Rüfət saxlatmış və onu xəstəxanaya yola salmışdır. O, Rüfətlə zarafat edən zaman Rüfət açılıb bağlanan bıçağı açıb meyvə soymuş və bıçaq onun əlində açıq vəziyyətdə olmuşdur. O, Rüfətlə zarafatlaşıb qurtarandan sonra Rüfət bıçağı bağlamışdır(iş vərəqə: 63-66). Məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, hər iki şəxs istintaqa vermiş olduqları sərbəst ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (iş vərəqə: 81-83). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2023-cü il tarixli, 386 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthində olan, döş boşluğuna keçərək perikardı zədələyən, diafraqmanı deşib qarın boşluğuna daxil olan və mədəni zədələyən bir ədəd deşilmişkəsilmiş yara, deşici-kəsici alətin təsirindən törənmişdir, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir(iş vərəqə: 117-120). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psiatrik ekspertizasının 27 sentyabr 2023-cü il tarixli, 2736 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: 114-116). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülən ittihamla özünü təqsirli bilməməsi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən vurmaması, Zərərçəkmiş şəxs onunla zarafat edərək güləşdiyi vaxt onun əlində olan bıçağın sonuncuya təsadüf nəticəsində batması barədə göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 54). İlk növbədə məhkəmə baxışı zamanı müəyyən olundu ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, sonuncu onu bağışlamışdır. Zərərçəkmiş şəxs bu barədə məhkəməyədək icraat mərhələsində notarial qaydada təsdiq edilmiş və məhkəmə baxışı zamanı sərbəst yazılmış ərizəsini məhkəməyə təqdim etmişdir(iş vərəqə: 66). Bundan başqa, işdə olan «Könüllü gəlmə barədə» 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisədən sonra, yəni protokol tərtib olunan tarixdə Yasamal RPİ-nin 26-cü PB-nə könüllü gələrək təqsirini boynuna almışdır(iş vərəqə: 5). Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinin tələblərinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması və həmin Məcəllənin 59.1.12-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hal hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətinkan tədbiri ilə əvəz edilərək həbsdən azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasından imtina olunduğundan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarına əsasən onun barəsində «başqa yerə getyməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq olunacaq şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 1 (bir) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1431/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1431/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver