Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1432/2022 20.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1981-ci ildə Ermənistan Respublikası, Masis şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2007 və 2017-ci il təvəllüdlü uşaqları olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi, döngə 3, ev 3D-də qeydiyyatda olan və yaşayan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,880 qram narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,484 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edərək üzərində saxlıyaraq daşımış və xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi, döngə 3 nömrəsiz fərdi tikilmiş evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 12-ci PŞ-nın əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİnin 12-ci PŞ-nın inzibati binasına gətirilmiş və inzibati binada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 4,880 qram olan qəhvəyi rəngli maddə kustar vüsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,103 qram, 0,115 qram, 0,155 qram, 0,111 qram olmaqla, ümumi təmiz çəkisi 0,484 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və həmin gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli 8*12 sm ölçüdə üzərində narkotik vasitə olan heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü ona görə qismən təqsirli bilir ki, o narkotik vasitələrin istifadəçisidir, satıcısı deyil. Belə ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nın 221-ci maddəsi ilə məhkum olmuş, məhkumluğu ödənilmiş, 2 ilə yaxındır ki, psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə istifadə edirdi. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində polis əməkdaşları onu yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi döngə 3 nömrəsiz fərdi evin qarşısında saxlayaraq polisə aparmışlar. Həmin vaxt onun üzərində 03 büküm “patı” olmuşdur. Həmin “patını” şəxsi istifdadəsi üçün 20 manata Sirac adlı şəxsdən Sabunçu rayonu “Komsomol” dairəsi yaxınlığında əldə etmişdir. Lakin üzərində heroin olmamışdır. 12-ci PŞ-nə gətirildikdə ona qarşı fiziki zor tətbiq olunmuş, döyülmüş və qabırğasını sındırmışlar. Döyülməsi istintaq təcridxanasına daxil olduğu zaman həkimlər tərəfindəndə müəyyən edilmişdir. Polis əməkdaşları onu döyərək “patı” ilə yanaşı heroini də üzərinə götürməyi tələb etmiş, o da qorxusundan razı olmuşdur. Formal olaraq üzərinə video çəkilişlə baxış aparılmış, ona məxsus olan 03 büküm “patı” ilə yanaşı polislərin cibinə qoyduqları tərəzi və heroini də təqdim etmişdir. Onun üzərində elektron tərəzi və 01 ədəd bükümdə heroin olmamışdır. Həmin heroini və elektron tərəzini onun cibinə polis əməkdaşları qoymuşdular. Ona qarşı edilən qanunsuzluq barəsində prokurorluğa və Ombudsmana müraciət etmiş, prokurorluqda onun döyülməsi ilə bağlı araşdırma aparılmış, lakin nəticəsindən məlumatı yoxdur. Onun iki az yaşlı övladı vardır, məhkəmədən bunu nəzərə almasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və müəyyən edilmişdir ki, o ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi döngə 3 nömrəsiz fərdi tikilmiş evin qarşısından piyada hərəkətdə olan zaman iki nəfər şəxsi görmüşdür. Onlar ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdilər və xidməti vəsiqələrini göstərərək şəxsiyyəti təsdiq edən sənədi istəmişlər. Üzərində heç bir sənəd olmadığından və ifşa olunmağından qorxaraq onlardan yayınmağa çalışmışdır. Onlar ondan şübhələnmiş və o, 12-ci PŞ-ya dəvət etmişlər. 12-ci PŞ-də inzibati otaqların brində ona hüquq və vəzifələri izah olunmuşdur. Bildirmişdir ki, həmin zaman onun üzərində 04 ədəd bükümdə metamfetamin olmuşdur. Bildirmişdir ki, “sənin maddən 234.1-dir, narahat olma sənə problem olmayacaq”, hətda bir nəfər bildirmişdir ki, “məhkəmə səni tutan deyil səni bıraxacaqlar”. Ona görə o, razı olmuş həmin heroini və elektron tərəzini cibinə qoysunlar. Ona görədə o, həmin narkotik vasitəni o, götürüb cibinə qoymuşdur. Onun üzərində aşkar olunmuş narkotik vasitələrdən yalnız 03 ədəd siqaretin qara kağızına bükülmüş və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş metamfetamin olmuşdur. Bundan sonra onun üzərinə video çəkilişnən şəxsi axtarış keçirilmişdir. Bu zaman onun üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olubolmaması sorğu sual edimişi və o, üzərində olan qolsuz gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin və 04 ədəd bükümdə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Sol yan cibindən isə 01 ədəd telefon və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Lakin qeyd etmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin və elektron tərəzi ona məxsus olmamışdır. Üzərində aşkar edilənlərdən yalnız mobil telefon və 04 ədəd bükümdə metamfetamin ona məxsus olmuşdur. O, biləndə ki, onun maddəsi CM-nin 234.1-ci maddəsi deyil, Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsidir, artıq həqiqəti bildirmişdir. Müstəntiqə bildirmişdir ki, o, metamfetamini tutulmamışdan iki gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında üzdən tanıdığı Sirac adlı şəxsdən Sabunçu rayonu, Komsomol dairəsi deyilən yerdən 70 manata almış, lakin Siracdan heroini almamışdır. Bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, metamfetamini öz istifadəsi üçün almışdır. Üzərindən çıxan metamfetamin ona məxsus olmuş ,heroin və elektron tərəzi ona məxsus olmamışdır.Polis tərəfindən ona heç bir fiziki zor tətbiq edilməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, “Bakcell MMC”dan daxil olmuş diskdən çıxarılmış mesajlar ona məxsusdur. Lakin uzun müddət keçdiyindən satışla bağlı mesaj yazdığı şəxsləri tanımadığını, əvvəllər narkotik vasitənin satışı ilə məşğul olduğunu, lakin hal-hazırda satışı ilə məşğul olmadığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ilə əlaqədar Təqsirləndirilən şəxs göstərmişdir ki, həmin ifadəsi ilə qismən razıdır, həmin ifadə də ona qarşı fiziki zor tətbiq edilmədiyini göstərmiş, lakin həqiqətdə o döyülmüş və bununla bağlı prokurorluğa və Ombudsmana müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspekoru Şahid2 ifadəsində göstəmişdir ki, 02 mart 2022-ci il tarixdə saat 20 radələrində iş yoldaşı Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru polis leytenantı Şahid1 ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi döngə 3 fərdi tikilmiş evin qarşısında inzibati ərazidə ixdmət aparılarkən hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs küçədə “hallı” vəziyyətə oxşar vəziyyətdə, yəni narkotik sərxoşluğu halına oxşar vəziyyətdə olduğunu görmüşlər. Belə ki, Təqsirləndirilən şəxs gözləri “axır”, yerişi isə sərbəst deyildir. Təqsirləndirilən şəxs yaxınlaşaraq polis olduqlarını bildirib şəxsiyyət vəsiqəsini təqdim etməyi təklif etmişlər. Sonuncu isə sənəd təqdim etmək əvəzinə onlardan qaçaraq yayınmaq istəmiş, lakin o və həmkarı Şahid1 Təqsirləndirilən şəxs qaçmaq cəhdininqarşısını alaraq onu 12-ci PŞnə gətirib təhqiqatçıya təhvil vermişlər. Bu məqama qədər o və Şahid1 Təqsirləndirilən şəxs üzərinə baxış keçirməmiş, ona qarşı heç bir fiziki zor tətbiq etməmişlər. Lakin Təqsirləndirilən şəxs onlardan qaçmaq istədikdə onu saxlamışlar. Şöbədə Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilmiş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üçün müdafiəçi dəvət olunmuş, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qeyriqanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 4-5 qrama yaxın heroinə bənzər maddə və 04 ədəd bükümdı psixotrop maddə metamfetamin və elektron tərəzini özü könüllü təqdim etmişdir. Aşkar olunan narkotik vasitə və psixotrop maddə barəsində Təqsirləndirilən şəxs o vasitələrin ona məxsus olmasını, həmin əşyaları şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər və tərəzi zərfə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxışa dair protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, baxışın iştirakçıları o cümlədən Təqsirləndirilən şəxs könüllü və sərbəst olaraq həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Onun üzərində heroindən daha ağır maddə olduğu halda cibinə nə isə qoymağın heç bir mənası yoxdur. Ona qarşı heç kəs fiziki zor tətbiq etməyib, qabırğasını sındırmaıb və cibinə metamfetaminlə yanaşı heroin qoyulmayıb, tərəzidə öz cibində aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspekoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadıığı ərazi onun xidməti sahəsidir. 02 mart 2022-ci il tarixdə saat 20 radələrində iş yoldaşı Sabunçu RPİ-nin 12ci PŞ-nin sahə inspektoru Şahid2 ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi döngə 3 fərdi tikilmiş evin qarşısında inzibati ərazidə ixdmət aparılarkən hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs küçədə “hallı” vəziyyətə oxşar vəziyyətdə, yəni narkotik sərxoşluğu halına oxşar vəziyyətdə olduğunu görmüşlər. Belə ki, Təqsirləndirilən şəxs gözləri “axır”, yerişi isə sərbəst deyildir. Təqsirləndirilən şəxs yaxınlaşaraq polis olduqlarını bildirib şəxsiyyət vəsiqəsini təqdim etməyi təklif etmişlər. Sonuncu isə sənəd təqdim etmək əvəzinə onlardan qaçaraq yayınmaq istəmiş, lakin o və həmkarı Şahid2 Təqsirləndirilən şəxs qaçmaq cəhdinin qarşısını alaraq onu 12-ci PŞ-nə gətirib təhqiqatçıya təhvil vermişlər. Bu məqama qədər o və Şahid2 Təqsirləndirilən şəxs üzərinə baxış keçirməmiş, ona qarşı heç bir fiziki zor tətbiq etməmişlər. Lakin Təqsirləndirilən şəxs onlardan qaçmaq istədikdə onu saxlamışlar. Şöbədə Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilmiş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üçün müdafiəçi dəvət olunmuş, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 4-5 qrama yaxın heroinə bənzər maddə və 04 ədəd bükümdə psixotrop maddə metamfetamin və elektron tərəzini özü könüllü təqdim etmişdir. Aşkar olunan narkotik vasitə və psixotrop maddə barəsində Təqsirləndirilən şəxs o vasitələrin ona məxsus olmasını, həmin əşyaları şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər və tərəzi zərfə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxışa dair protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, baxışın iştirakçıları o cümlədən Təqsirləndirilən şəxs könüllü və sərbəst olaraq həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Onun üzərində heroindən daha ağır maddə olduğu halda cibinə nə isə qoymağın heç bir mənası yoxdur. Ona qarşı heç kəs fiziki zor tətbiq etməyib, qabırğasını sındırmaıb və cibinə metamfetaminlə yanaşı heroin qoyulmayıb, tərəzidə öz cibində aşkar edilmişdir. Şahidlərin verdiyi ifadələr ilə əlaqədar əlavə ifadə verən Təqsirləndirilən şəxs göstərmişdir ki, şahidlərin ifadələri ilə razıdır, həqiqətən onun üzərindən metamfetaminlə yanaşı heroin və tərəzi də aşkar olunmuş və bu əşyaların hamısı ona məxsus olmuşdur. Polis əməkdaşlarından heç bir narazılığı və şikayəti yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu Pİ-nin 12-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Sabunçu Pİ-nin 12-ci PŞ-nin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi döngə 3 nömrəsiz fərdi evin qarşısında inzibati ərazidə xidmət apararkən Təqsirləndirilən şəxs hərəktəlrindən şübhələnərək onu həmin tarixdə saat 20.00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkilişlə aparılan baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroini və 04 ədəd bükümdə psixotrop maddə metamfetamini və həmin gödəkçənin sol yan cibindən 01 ədəd elektron tərəzini və 01 ədəd “HTC” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini və metmafetamini satmaq məqsədi ilə iki gün əvvəl Bakı şəəhəri, Sabunçu qəsəbəsi, Komsomol dairəsi “Sirac” adlı şəxsdən 70 manata aldığını bildirmişdir. Təxminən 05 aydır ki, həmin maddənin satışı və bir il altı aya yaxındır ki, istifadə etməsi ilə məşğul olduğunu bildirmişdir. Tərəzəni isə narkotik vasitələri alanda və satanda istifadə edirdi. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 mart 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1295 saylı ekspert rəyindən müəyyən olunur ki, “Azərbaycan Respublikası DlN Zərflər üçün N159” dairəvi möhür əksi “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 4,880 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,103 qr, 0,115 qr və 0,155 qram və 0,111 qram omaqla, ümumi çəkisi 0,484 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Həmin zərfdə olan bir ədəd qara rəngli 8*12 sm ölçüdə elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində oduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Sİyahı-İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Sİyahı-İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3430 saylı rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış «mobil telefona baxış keçirilməsi haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş **********42835 imei kodlu tünd göy rəngli “HTC” markalı üzərində ***- ***-**-** olan mobil telefona baxış zamanı narkotik vasitələrin satışı ilə əlaqədar mesajları olduğu müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dan daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsindən çıxan sms mesajların siyahısı və mətnlərində xx.xx.2021-ci il tarixdə “Mal nə gəzir ay həci birdənədə olsun çetim yoxdur Allahaanolsun”, xx.xx.2021-ci il tarixdə “hec olmasa mal ver”, xx.xx.2021-ci il tarixdə”qaqaş10 pati düzələr” yazıları əks edilmişdir. SMS Tarixçəsi xx.xx.2021-ci il tarixdə “ salam qardaş 10 daş lazımdı”, xx.xx.2021-ci il tarixdə “Ataş Rafiqin telefonudu yaz 20 manatı verim”, xx.xx.2021-ci il tarixdə “ Qaqa Rəmişdi qaqa 20 kola 5 pati”, xx.xx.2021-ci il tarixdə “qardaş bir telefon aç söz demək istərdik 10 pati”, xx.xx.2021-ci il tarixdə “salam qaqa necəsən atəş mənə 10 patı lazımdı”, xx.xx.2022-ci il tarixdə” yarı kola 5 patı”. xx.xx.2022-ci il tarixdə “ 10 kakos”, xx.xx.2022-ci il tarixdə “Ataş natiqdən 20 manat göndərim olüəm mən”, xx.xx.2022-ci il tarixdə “Ataş kişi ol birdənəyarı lazımdı” əks etdirən mesaj yazışmaları əks edilmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış cəmi 4,830 qram narkotik vasitə heroin, 0,484 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “HTC” markalı mobil telefon Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bakcell MMC-dan daxil olmuş 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə barəsində 1 il 2 ay 18 gün islah işləri cəzası təyin edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 132, 67.1-ci maddəsi ilə 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmədə elan edilib araşdırılmış şəxsiyət vəsiqələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 2007 və 2017-ci il təvəllüdlü iki uşağı vardır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon prokurorluğundan məhkəməyə daxil olmuş C-175/22 saylı, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edidlməsi haqqında» qərardan müəyyən olunur ki, araşdırma zamanı Təqsirləndirilən şəxs xəsarət alması faktında cinayət hadisəsi müəyyən olunmamış, yoxlama materialı üzrə cinayət işi başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində elektron tərəzi 04 büküm metamfetamin və 01 ədəd bükümdə heroin olmasını özü etiraf etmiş, onun əməli əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş DVD diskdəki görüntülərlə, mobil telefona və Bakcell MMCdən daxil olmuş diskə baxış keçirilmə protokolları, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən Təqsirləndirilən şəxs götürülmüş 4,880 qram narkotik vasitə heroin və 0,484 qram psixotrop maddə metamfetamin istehlak miqdarı çəkisindən dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 02 mart 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 4,830 qram narkotik vasitə heroin, 0,484 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd HTC markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı və 01 DVD disk cinayət işinin materiallarında saxlanılmaldır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçiğ oğlu üçün 240 AZN (iki üz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 4,830 qram heroin, 0,484 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd HTC markalı mobil telefon yaxın qohumlarına qaytarılsın və 01 DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1432/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1432/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver