Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1432/2023 26.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X6 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1983-cü il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, məhkumluğu olmayan, Siyəzən rayonu, M.Müşfiq küçəsi, ev 45-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 09 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə, saat 01 radələrində anket məlumatları naməlum olan İran İslam Respublikası (bundan sonra: İİR və ya İran ) vətəndaşının kart hesabına 50 manat pul ödədikdən sonra məhkəməyədək icraat mərhələsində müəyyənləşdirilməmiş şəxs və ya şəxslər tərəfindən əvvəlcədən qoyulmuş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsinə yaxın ərazidə ağacın dibindəki daşın yanından bir büküm narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında piyada hərəkətdə olarkən narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması və gəzdirməsində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, M.Abbas 119 nömrəli ünvanda yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına aparılmış və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd şəffat sellofan bükümdə saxladığı külli miqdarda - təmiz çəkisi 5,871 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, hadisə günü onlar 3 nəfər bir yerdə olmuş, yanında olan Rəcəb adlı şəxs mənə ona bir yerə gedib qayıtmağı təklif etmişdir. Onun dediyi yerə gədən zaman avtomobili Rəcəb idarə etmişdir. Kimsə Rəcəbgilə ünvan yollamış, onlar həmin ünvana getmişlər. Onlar avtomobildə olan zaman gecə saat təxminən 01 və ya 02 radələrində polis əməkdaşları gəlib onları avtomobildən çıxarmışlar və daha sonra onları polis bölməsinə aparmışlar. Polis bölməsində onları səhərə qədər döymüş, boynuna narkotik qoymaq istəmişlər. Təyziqə dözməyib razı olmuşdur. Həmin vaxt ərzində onun yanında vəkil olmamış, ona narkotikin ona aid olmadığını deyə bilməmişdir. O, vəkili yalnız məhkəmədə görmüş, müdafiəçi gəlib ondan heç nə soruşmamışdır. O, gecə tutulmuş, lakin üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar vidoeçəkiliş gündüz vaxtı təxminən saat 10 və ya 11 radələrində aparılmışdır. Həmin videoçəkiliş zamanı gödəkçəsinin cibindən ona verilən 1 büküm narkotiki və telefonunu çıxardıb təqdim etmiş, narkotikin “kakos” olduğunu bildirmişdir. Rəcəblə onun üzərinə baxış ayrı-ayrılıqda keçirilmişdir. O, dindirilərkən heç kimə “Həzi Aslanov” metrostansiyasının yanında kimdənsə narkotik almışam” sözləri deməməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, onu döyən şəxslər adlarını bilmədiyi əməliyyatçılar olmuş, onu döyənlər videoçəkilişdə olan 2-3 nəfər polis əməkdaşları olmuşdur. Məni döyməklə həmin narkotikə razı olmağını qəbul etməsi olmuşdur. İlk öncə bir kilo narkotikin satışı ittihamını onun boynuna qoymaq istəmiş, lakin o, razı olmadığından onu səhərə qədər döymüşlər. Döyülməsini Rəcəb gördü. Döyülməyə dözə bilmədiyindən məcbur qalıb ittihamda olan 5 qram narkotiki boynuna götürmüş, CMnin 234.1-ci maddəsinə razılıq vermiş və sənədləri imzalamışdır. Təhqiqatçı tərəfindən ona qarşı zor tətbiq edilməmiş, lakin həmin vaxt əməliyyatçılar onun başının üstündə dayanmışlar. İlk dəfə razı olmamış, daha sonra onu başqa otağa aparıb başa salmış və yenidən gətirmişlər. O, təhqiqatçıya da narkotikin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, prokurorun yanında olanda da narkotikin ona məxsus olmadığını demiş, lakin məhkəmədə döyülməyi ilə bağlı qeyd etməmiş, məhkəmədə nəsə deməyə imkanı olmamışdır. Məhkəməyə yalnız azyaşlı uşağının olduğunu demiş və buraxılmasını məhkəmədən xahiş etmişdir. 3 ay həbs seçilmiş, əməlinə münasibəti belə soruşulmamışdır. Həyat yoldaşı döyülməyi ilə bağlı şikayət etmiş, onun əsasında prokurorluqdan müstəntiq gəlmiş, işgəncə nəticəsində narkotiki boynuna götürdüyünü ona da bildirmişdir. Lakin həmin araşdırma ilə bağlı olan qərarın surəti ona göndərilməmişdir. Təcridxanaya daxil olan zaman rengendən keçmiş, döyülməyi nəticəsində qulağında xəsarətlər olduğu müəyyən edilmişdir. Lakin həkimin həmin xəsarəti qeyd edib-etməməsini o, bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə sonuncunun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, narkotik vasitə olan heroindən və ya metamfetamini vaxtaşırı istifadə etmiş, narkotik vasitəyə ehtiyacı olanda üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən və ya internet vasitəsi ilə İran vətəndaşlarından alıb əldə etmişdir. Üzdən tanıdığı şəxslərin başqa anket məlumatlarını bilməmiş və sonuncuları təsadüfən görərkən onlardan narkotik almışdır. İran vətəndaşlarını isə internetdən tapmış və onların kartına pul göndərdikdən sonra ona narkotikin yeri deyilmiş və o da gedib narkotiki götürmüşdür. Bundan sonra isə həmin şəxslərin kartlarının şəkillərini və nömrələrini, başqa profillərini də telefonundan silmişdir. Rəcəb Dəmirovu az müddətdə tanımış, Rəcəb onun yaşadığı məhəllədən 1 məhəllə kənarda yaşamış və o, Rəcəbin arabir narkotik vasitə istifadə etməsini bilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 09 fevral 2023-cü il tarixdə gün ərzində öz işləri ilə məşğul olmuş, axşam saatlarında İran vətəndaşı ilə mobil telefonla danışan zaman ondan narkotik vasitə verməsini xahiş etmişdir. O da ona «Həzi Aslanov» metrostansiyasının yaxınlığında lazım olan “kokos” kimi tanıdığı heroin narkotik vasitə gizlətdirəcəyini bildirib 50 manat pulu kartına göndərməyi istəmişdir. O da sonuncunun dediyi kimi, gecə saatlarında onun kartına 50 manat pul göndərmiş və həmin şəxs ona gizlədilən narkotik vasitənin olduğu yeri bildirmiş və o da həmin yerə getmişdir. Yolüstü o, Rəcəblə danışmış və saat 01 radələrində Rəcəb də həmin yerə gələcəyini bildirmişdir. O, narkotik vasitəni ünvanını sonradan bildiyi M.Hadi küçəsinin yaxınlığında, ağac dibindəki daşın yanından götürdükdən sonra telefonunda İran vətəndaşının nömrəsini, profilini, kartının şəklini və zəngləri silmişdir. Bundan sonra Rəcəblə görüşmüş və onlar piyada hərəkət etdikdə iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilindiklərini izah edib onları Polis şöbəsinə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 25-ci PŞ-nə getmiş, orada ona huquq və vəzifələri elan edilmiş və üzərinə baxış keçirilməsi təklif edilmişdir. O, etiraz etməmiş və PŞ-nin xidməti otaqların birində üzərinə baxış keçirilmişdir. Bu zaman o, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən az əvvəl əldə etdiyi heroin narkotik vasitəni və bir ədəd mobil telefonunu çıxararaq təqdim etmişdir. Bundan sonra üzərinə baxış olmuş və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır (iş vərəqə: səh. 111-113). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, istər Təqsirləndirilən şəxs və istərsə də X4 əvvəllər tanımamış, sonuncularla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. 09 fevral 2023-cü il tarixdə Sədyar və Rəcəb adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı barədə Şöbə rəhbərliyinə məruzə etmiş, həmin şəxslərin ifşa olunması məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsinə dair razılıq əldə edilmişdir. Bundan sonra onun rəhbərliyi ilə yaradılmış əməliyyat qrupuna əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Bundan sonra əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin ünvan 5 ünvanda olması müəyyən olunmuş və onlar həmin ünvana getmişlər. Həmin gün saat 01:30 radələrində qeyd olunan ünvanda iki nəfər şəxsin xarici əlamətlərinin Sədyar və Rəcəb adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşməsini görüb həmin şəxslərə yaxınlaraq özlərini təqdim etdikdən sonra, həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və X7 olmasını bildirmişlər. Həmin şəxslərə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olmaları bildirilərək onlarla birlikdə Nizami RPİ-nin 25-ci PŞ-nə gəlmələri təklif olunmuşdur. PŞ-də həmin şəxslərə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunduqdan sonra üzərlərinə ayrı-ayrılıqda şəxsi axtarış aparılmışdır. İlk öncə şəxsi axtarış zamanı X5 üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Rəcəb Dəmirov əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu və həmin gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, içərisində ağ rəngli maddə olan bükümü və 2 ədəd 1 manatlıq pul əskinazını çıxarıb təqdim etmişdir. Verilmiş suallara cavab olaraq həmin bükümün psixotrop maddə olmasını, sərnişin qismində «Həzi Aslanova» apardığı İran vətəndaşından pul əvəzi aldığını, 2 il ərzində psixotrop maddələrin qəbulu ilə məşğul olduğunu, tanışı Təqsirləndirilən şəxs da narkotik vasitə aludəçisi olduğunu bildiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilən Şahid1 ifadəsinin davamında göstərdi ki, daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə olduğu təqdirdə, təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd «Mİ» markalı mobil telefonu və həmin gödəkcənin sağ yan cibindən içərisində tünd qəhvəyi rəngli maddə olan 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümdəkinin «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu, 50 manata İran vətəndaşından «Həzi Aslanov» metrostansiyasının yaxınlığında gizlədildiyi yerdən götürdüyünü bildirmişdir. Bundan sonra aşkar olunmuş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilən Şahid1 ifadəsinin yekununda göstərdi ki, istər Təqsirləndirilən şəxs və istərsə də X5 qarşı hər hansı formada fiziki zor tətbiq olunmamışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsindən fərqli ifadə verib göstərdi ki, o, Sədiyarla bir yerdə tutulmuşdur. Belə ki, Sədiyar kafedən sərxoş vəziyyətdə çıxmış, həmni vaxt o, idarə etdiyi taksi ilə kafedən müştəri götürmüşdür. O, gecələr Axundov bağının yanında yerləşən gürcü kafesinin qabağında taksi kimi fəaliyyət göstərmişdir. Sədyar da sərxoş vəziyyətdə həmin vaxt gəlib maşına oturmuş və Sədyarı düşürə bilməmişdir. Belə ki, o, özündə olmamışdır. O, 3 nəfər müştərini Əhmədliyə aparıb düşürmüş, sonra Sədyarı evlərinə aparmaq istərkən o, marketə girmək üçün maşından düşmüşdür. Bundan sonra «Həzi Aslanov» metrostansiyası tərəfdə onun maşınının qabağı polislər tərəfindən kəsilmiş və maşını axtarmağa başlamışlar. Əməliyyatçılardan biri guya onun maşınından nəsə bir büküm tapdığını bildirmiş və onları şöbəyə aparmışlar. Şöbədə «Həzi Aslanov» metrostansiyasına narkotik dalınca gəldiklərini bildirmişlər. Sədyar narkotik vasitənin ona aid olmadığını dediyindən onu döyməyə başladılar. O, sürücü olduğunu dediyindən onu döyməmişlər. Şahid Rəcəb Dəmirov ifadəsinin davamında göstərdi ki, o, hazırda məhkəmədə danışdıqlarını istintaqda da demişdir. O, İçəri şəhərdən «Həzi Aslanov» metrostansiyasına İranlı aparmamış, ora apardığı şəxslər məhəllə adamları olmuşlar. Üzərinə videogörüntü ilə baxılmış, üstündən narkotik vasitə çıxmışdır. O, etiraz etmiş, narkotikin ona məxsus olmadığını bildirmişdir. Ona narkoman deyib brynuna qoymuş, o da videogörüntülərdə heç nə deməmişdir. O, həqiqətən narkoman olmuş, döyülməmiş, zorla heç nəyə imza etməmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı sonuncunun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Rəcəb Dəmirov tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxın bir müddətdə heroin və ya metamfetamindən vaxtaşırı istifadə etmişdir. Narkotik vasitə ehtiyac olduqda o, üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən narkotik maddələr alıb əldə etmişdir. Həmin şəxsi təsadüfən görən zaman ondan narkotik almışdır. Təqsirləndirilən şəxs az müddət ərzində tanımış, onunla qonşuluqda yaşamış, Sədyarı “Sədi” kimi tanımışdır. O, özü gümüşü rəngli, “Tofaş” markalı, ** ET *** dövlət qeydiyyat nömrəli avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Rəcəb Dəmirov tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 09 fevral 2023cü il tarixdə gün ərzində öz işlərilə məşğul olmuş, apxşam saatlarında bir nəfər İran vətəndaşı ona yaxınlaşaraq taksi kimi onu «Həzi Aslanov» metrostansiyasının yaxınlığına aparmağını xahiş etmişdir. Həmin vaxt o, «İçərişəhər» metrostansiyasının yaxınlığında olmuşdur. O, razılaşmış və sonuncunu «İçərişəhər» metrostansiyasının yaxınlığından götürmüş və «Həzi Aslanov» metrostansiyasının yaxınlığına aparmışdır. Gecə saat təxminən 01 radələrində yolda gedərkən Sədi ilə danışmış və Sədi də həmin yerdə olduğunu bildirib, işi olmazsa görüşmələrini demişdir. Tanımadığı həmin İran vətəndaşı «Həzi Aslanov» metrosunun yaxınlığına çatdıqda ona 12 manat yol pulu əvəzində narkotik vasitə verə biləcəyini bildirmiş, o da onunla razılaşmışdır. Həmin şəxs ona 01 ədəd şəffaf bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin vermişdir. O da narkotiki gələcəkdə özünün istifadə etməsi üçün götürüb gödəkcənin sağ yan cibinə qoymuşdur. O həmin şəxsi orada düşürdükdən sonra avtomobilini yaxınlıqda park etmiş və Sədi ilə görüşməyə getmişdir. Avtomobili orada saxlamağının səbəbi avtomobillə üzərində narkotik vasitə ilə tutulmamaq olmuşdur. Sədi ilə görüşə gedərkən külək olduğundan yavaş hərəkət edib piyada sonuncunun olduğu yerə getmişdir. O, Sədi ilə görüşmüş və onlar piyada hərəkət etdikdə iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onların narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilindiklərini izah edib onları Polis şöbəsinə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 25-ci PŞ-nə getmiş, orada ona huquq və vəzifələri elan edilmiş və üzərinə baxış keçirilməsi təklif edilmişdir. Bu zaman o əynində olan qara rəngli gödəkcəsinin sağ yan çibindən bir qədər əvvəl əldə etdiyi metamfetamin narkotikini çıxararaq təqdim etmişdir. Bundan sonra üzərinə baxış olmuş və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır (iş vərəqə: səh. 100-102). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı əldə olunmaqla tədqiq olunan X2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib olunan ittiham aktından görünür ki, həmin iş üzrə X7 dindirilərkən baxılan iş üzrə şahid qismində verdiyi və məhkəmə baxışı zamanı tədqiq edilmiş iş vərəqə 100-102-də olan ifadəsi ilə eyni məzmunlu, Təqsirləndirilən şəxs isə məhkəməyədək icraat mərhələsində vermiş olduğu və məhkəmə baxışı zamanı tədqiq olunan iş vərəqə 111-113də olan ifadəsi ilə eyni məzmunlu ifadələri vermişlər (iş materialları). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Nurlan Talıbov tərəfindən barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya saxladığı təqdirdə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd «Mİ» markalı mobil telefonu və həmin gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, içərisində tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 50 manata İran İslam Respublikası vətəndaşından «Həzi Aslanov» metrostansiyasının yaxınlığında gizlədildiyi yerdən götürdüyünü bildirmişdir (iş vərəqə: səh. 63-64). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəməyədək icraat mərhələsində iş üzrə şəxsi axtarış və götürmə götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “CD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 12 fevral 2023-ci il tarixli protokoldan görünür ki, tədqiq olunan protokolun məzmunu, yəni videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» 09 fevral 2023-cü il tarixli protokolun məzmunu ilə üst-üstə düşür, ziddiyyətlər müəyyən edilməmişdir (iş vərəqə: səh. 161). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2023-cü il tarixli, 6/798 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №165» möhür əksi olan, «…Təqsirləndirilən şəxs…» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,871 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu itlə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir (iş vərəqə: səh. 73-77). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2023-cü il tarixli, 1968 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 218-219). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə- psixiatrik ekspertizasının 18 mart 2023-cü il tarixli, 767 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Orada xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır (iş vərəqə: səh. 223-225). Məhkəmə baxışı zamanı tədqiq olunan materiallarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 5,871 qram təşkil edən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,771 qram heroin narkotik vasitəsi və şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd «DVD» formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, qalıq çəkidə narkotik vasitə maddi sübut kimi saxlanması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, «DVD» formatlı bir ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 235-247). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, cinayət işinin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən araşdırma aparılması üçün ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqə: 248-249). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 5,871 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq hesab olunan külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanılarkən onda heç bir növdən olan narkotik vasitə olmaması, ona qarşı irpəli sürülmüş ittihamda göstərilən narkotik vasitənin polis tərəfindən məcburi qəbul etdirilməsi, döyülməsi, işgəncələrə məruz qalması nəticəsində narkotik vasitəni boynuna götürməsi və etirafedici ifadələr verməsi barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Məhkəmə sorğusuna Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinimn Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 05 sentyabr 2023-cü il tarixli arayış və məhkumun tibbi kitabçası ilə müəyyən edilmişdir ki, 11 fevral 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş Təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçirilmiş, həbs edilmiş Təqsirləndirilən şəxs zədə almadığını bildirmiş, həmçinin müayinə zamanı onun bədənində yeni xəsarət izləri aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən təyin edilmiş cəza 4 ilə endirilmiş və Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı çəkmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Dəvəçi rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs ona təyin olunan həmin cəzanı da çəkmişdir (iş vərəqə: 90-91). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hər iki hökm üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından ödənilmişdir və o, məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində 2019-cu il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır və bu hal Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatəna görə ağır cinayətlərə aid olmasını, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiyanın aşağı həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun əvvəlki məhkumluğu ödənildikdən sonra, yəni məhkumluğu olmadığı müddətdə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 09 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2023-cü il tarixli, 1968 saylı rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5,771 qram heroin narkotik vasitəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 110,0 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 09 fevral 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5,771 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 110,0 (yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1432/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1432/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver