Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1433/2021 15.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxx 1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29.06.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,120.2.4, 234.1-ci maddələri ilə 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07.09.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri,Yasamal rayonu, İnz.Bina, Ə.Salamzadə küçəsi 5-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 10-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq, bir ədəd bükümdə təmiz çəkisi 42,450 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini əldə edib, əynindəki gödəkçənin sol iç qoltuq cibində daşıyaraq üzərində saxlamış, 12 fevral 2021-ci il tarixdə, saat 16:10 dəqiqədə Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılıb, Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına gətirilib, həmin günü saat 17:30 dəqiqədə xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı gödəkçənin sol iç qoltuq cibində, həmin bir ədəd bükümdə təmiz çəkisi 42,450 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 12 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezident Administrasiyasının qarşısında səsküy edib özünə qəsd etmək istəmişdir. Belə ki, Prezident Administrasiyasının qarşısında öz səsini eşitdirib onu qəbul etmələrini istəmişdir. Üzərində olan bıçağla özünə bir neçə dəfə xəsarət yetirmişdir. Bu zaman bir neçə polis əməkdaşları gəlmişdir. Təcili Tibbi yardım işçiləri onu özləri ilə aparmaq istəsə də, polis əməkdaşları onu polis idarəsinə aparmalı olduqlarını bildirmişlər və onu Təcili Tibbi yardım əməkdaşları deyil, polis əməkdaşları götürərək polis idarəsinə aparmışlar. Polis İdarəsinə getdiyi zaman onun üzərində narkotik vasitə olmamışdır. Polis idarəsində olduğu zaman özündə olmamış və gözləri ala-qaranlıq görürmüş. Həmin vaxt yalnız onu görmüşdür ki, polis əməkdaşları üzərinə baxış keçirir və imza et sözünü işlədirlər. O, yaralı olduğu üçün özündə olmamışdır. Hadisədən 4 saat sonra onu Sabunçu rayon xəstəxanasına gətirmişlər və orada cərrahiyə əməliyatı etmişlər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrin qəbulu ilə məhkum olunsa da, 2019-cu ildən bu günə kimi narkotik vasitələrdən istifadə etmir. O, saxlanıldığı zaman onun üzərində narkotik vasitə olmamış və narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Belə ki, onun arvadı haqsız olaraq narkotik vasitə ilə bağlı həbs olunduğu üçün etiraz əlaməti olaraq Prezident Administrasiyasının qarşısına getmişdir. Sonradan isə arvadı intihar etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin baş təhqiqatşısı vəzifəsində işləyir. 12 fevral 2021-ci il tarixdə, saat 16:10 radələrində 9-cu PB-də xidmətdə olduğu zaman, oraya özü-özünə bıçaqla xəsarət yetirərkən saxlanılıb 9-cu PB-nə gətirilmiş Təqsirləndirilən şəxs PB-nin rəhbərliyinə raportla məruzə etməklə təhvil verilmişdir. PB-nin rəisi tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ona həvalə edildiyindən, onun tərəfindən protokolla PPXB-nin əməkdaşlarının raportla təqdim etdikləri Təqsirləndirilən şəxs aldıqları bir ədəd cib bıçağı protokolla götürülmüşdür. Sonra video-çəkiliş ilə o, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etməklə, üzərində qeyri qanuni və digər əşyalar varsa təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd boş və bir ədəd istifadə edilməmiş dolu cəmi iki ədəd “Prima” markalı siqaret qutusunu, bir ədəd təsbeh, həmin gödəkçənin sol iç qoltuq cibindən bir ədəd qulpu olmayan eynəyi, iki ədəd manatlıq pul əskinasını, içərisində tünd qəhvəyi rəngli toz şəklində narkotik vasitəyə bənzər kütlə olan bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğular zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd bükümdəki maddənin narkotik vasitə olmasını, həmin maddəni Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə, üzdən tanıdığı, adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Sonra o, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib etmiş, həmin protokol ucadan oxunduqdan sonra müdafiəçi və orada iştirak edən polis əməkdaşları imza etmişlər, Təqsirləndirilən şəxs isə həmin protokolu imza etməkdən imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Səbail RPİ-nin PPBX-nin manqa komandiri vəzifəsində xidmət edir. 12 fevral 2021-ci il tarixdə, saat 16 radələrində iş yoldaşı Şahid1la birlikdə “66-61” saylı avto-patrulla ünvan 3 ünvanda yerləşən “Respublika” otelin qarşısından keçərkən, həmin otelin qarşısında bir nəfər yaşlı kişinin yol kənarında dayanmasını və açılıb-yığılan cib bıçağı ilə öz qarın nahiyyəsinə xəsarət yetirməsini görüb, dərhal avtomobili saxlayıb həmin şəxsə yaxınlaşaraq əlindəki bıçağı almış, həmin şəxsə ilkin tibbi yardım göstərmiş və təçili yardım çağıraraq hadisə barədə ərazi üzrə Səbail RPİ-nin 9-cu PB-in növbətçi hissəyə məlumat vermişdir. Bir neçə dəqiqədən oraya təcili yardım avtomobili ilə gəlmiş həkim həmin şəxsi müayinə etmiş və bədənində ciddi xəsarət olmadığından, həkimin razılığı ilə o, iş yoldaşı ilə birlikdə xəsarət almış şəxsi Səbail RPİ-nin 9-cu PB-nə gətirib raportla həmin şəxsi və xəsarət yetirdiyi bıçağı növbətçi hissəsyə təhvil vermişdir. PB-də həmin şəxsin 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması, arvadının Yasamal rayon Polis İdarəsi tərəfindən əsassız tutulduğundan, buna etiraz olaraq bıçaqla özü-özünə xəsarət yetirməsi məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X10 şahid Valeh Yusubov ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahidlər Şahid2 və Şahid3 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzləşdirmədə dindirərkən, şahidlər Şahid2 və Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı 12 fevral 2021-ci il tarixdə, Bakı şəhəri Səbail RPİ-nin 9cu PB-nin inzibati binasında,vəkilin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən, sonuncunun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd boş və bir ədəd istifadə edilməmiş dolu cəmi iki ədəd “Prima” markalı siqaret qutusunu,bir ədəd təsbeh, həmin gödəkçənin sol iç qoltuq cibindən bir ədəd qulpu olmayan eynəyi,iki ədəd manatlıq pul əskinazını,içərisində tünd qəhvəyi rəngli toz şəklində narkotik vasitəyə bənzər kütləni çıxarıb masa üzərinə qoyması, həmin bir ədəd bükümdəki maddənin narkotik vasitə heroin olmasını bildirməsini demişlər, Təqsirləndirilən şəxs isə həmin xüsusatlar üzrə ifadə verməkdən imtina etmişdir. Cinayət işinin materiallarında olan 12 fevral 2021-ci il tarixli “CD” diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd boş və bir ədəd istifadə edilməmiş dolu cəmi iki ədəd “Prima” markalı siqaret qutusunu,bir ədəd tesbeh,həmin gödəkçənin sol iç qoltuq cibindən bir ədəd qulpu olmayan eynəyi,iki ədəd manatlıq pul əskinazını,içərisində tünd qəhvəyi rəngli toz şəklində narkotik vasitəyə bənzər kütləni çıxarıb masa üzərinə qoyması, həmin bir bükümdəki maddənin narkotik vasitə heroin olmasını bildirməsi əks olunmuşdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 fevral 2021-ci il tarixli, 6/646 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №166” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s.yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 42,450qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 mart 2021-ci il tarixli 467 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs özünə xəsarət yetirərkən qısamüddətli isterik reaksiya keçirmişdir.Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir.Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 mart 2021-ci il tarixli 647 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi üçün "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan “sms” mesajlarının siyahısına baxış zamanı, həmin nömrədən 18.01.2021-ci il tarixdə, ***- ***-**-** saylı nömrəyə,“qaqas bu nomreni yigma atamındı yoxsa poxu cıxar herşeyin qardasımsan”,19.01.2021-ci il tarixdə,“acda qaqaşda tezele”,24.01.2021-ci il tarixdə,“catiram size bidene verde catiram”,“qapıdayam”,30.01.2021-ci il tarixdə,***-***-**- ** saylı nömrəyə“Emos menem Vusal”,“Emos olurem sen Nergizin cani hardasan”“ay Emos sen anavin cani mene he yox de saat gecdi” məzmunda, Təqsirləndirilən şəxs istifadə etdiyi nömrəyə isə 19.01.2021-ci il tarixdə, ***-***-**-** saylı nömrədən “8manat duzelir”,“Yaz”,23.01.2021-ci il tarixdə,“Ya yig ya yaz vacib sozum var”,“Patı varsa patıda ver ama ceki duz olsun bawqa adam verib pulu”, 30.01.2021-ci il tarixdə,***-***-**-** saylı nömrədən “Elciin olmusune alindirmamisam Vüsal”, 03.02.2021-ci il tarixdə,***-***-**-** saylı nömrədən “O niya ela eladi” məzmunda “sms” mesajlarının göndərilməsi aşkar edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, saxlanılarkən üzərində narkotik vasitə olmaması barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizanın rəyləri, maddi sübutlar, şəxsi axtarış və götürmə aparılması protokolu, protokola əlavə edilmiş video, foto görürüntülər və üzləşmə protokollarında göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlaması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs arvadı X4 22.07.2021-ci il tarixdə saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “N.Tusi adına Klinika”dan daxil olmuş tibbi arayışdan görünür ki, təqsirləndirilən şəxs Yaqub Yusifovda müayinələr zamanı döş qəfəsində patoloji dəyişiklər aşkar edilmiş və patoloji dəyişiklikləri xroniki resriktiv proses fonunda yaranmış enfizema və opportunistik infeksiya əks edə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş 10 saylı Uşaq Poliklinikasından verilmiş tibbi arayışdan görünür ki, təqsirləndirilən şəxs Yaqub Yusifovun himayəsində olan oğlu 28.01.2001-ci il təvəllüdlü X9 MSS-nin hipoksik zədələnməsi, sağ tərəfli hemiparez diaqnozu ilə 10 saylı Uşaq Poliklinikasında nevropatoloqda qeydiyyatdadır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd edilən diaqnozla xəstə olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29.06.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,120.2.4, 234.1-ci maddələri ilə 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07.09.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.3., 18.3.2-ci maddələrinə əsasən qəsdən xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs olaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətin xüsusilə təhlükəli residivi mövcuddur. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin xüsusilə təhlükəli residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində göstərilmişdir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 65.3-cü maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ailə vəziyyətini, özünün xəstə olması, arvadının cəzaçəkmə müəssisəsində vəfat etməsi, himayəsində olan oğlunun uşaqlıqdan xəstə olması kimi halları müstəsna hallar kimi qiymətləndirməklə, hesab edir ki, onun barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə, ona CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmalı və təqsirli bilindiyi CMnin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilən azadlıqdan məhrumetmə cəzasına nisbətən daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 52-1.2.-ci maddəsinin tələbinə əsasən cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməməli; elektron nəzarət vasitəsini gəzdirməli və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli; Bakı şəhərinin ərazisini tərk etməməli və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 52-1.3, 52-1.3.3cü maddələrinin tələbinə əsasən, cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə kursu keçməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 42,370 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı çəkilmiş video görüntülər əks olunmuş iki ədəd “DVD” formatlı “CD” disk, "xxxx" və "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, “sms” mesajlarının siyahıları köçürülmüş iki ədəd “CD” disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 173,90 manat (yüz yetmiş üç manat doxsan qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X2, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X5 240 (iki yüz qırx) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə, 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə kursu keçmək və ərazi narkoloji dispanserində qeydiyyata alınmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə həvalə edilsin və cəzaçəkmə müddətinin başlanğıcı cəzanın icrasını həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 42,370 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı çəkilmiş video görüntülər əks olunmuş iki ədəd “DVD” formatlı “CD” disk, "xxxx" və "xxxx" MMCdən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, “sms” mesajlarının siyahıları köçürülmüş iki ədəd “CD” disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 173,90 manat (yüz yetmiş üç manat doxsan qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X2, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X5 240 (iki yüz qırx) manat miqdarında pul ödənilməlidir. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1433/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1433/2021
15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver