Məhkəmə qərarları › İş №1(101)-1433/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1433/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1433/2022 17.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Şahid1, Şahid2, Şahid3, Şahid4 Müseyib oğlunun, Şahid6 və Şahid10, müdafiəçi - “Verdiktum” Vəkil Bürosunun vəkili X10 iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Y.Remeşin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, Şahbuz rayonunun Güney Qışlaq kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.2-ci, 29,178.2.4-cü, 310-cu, 32.4, 312.2-ci və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmiş, hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X30 polis nəfəri kimi işə qəbul olunmasında köməklik göstərilməsi barədə 2021-ci ilin avqust ayının əvvəllərində sonuncunun atası Şahid6 cinayətdən xəbərsiz tanışı Şahid10 vasitəsi ilə özünə müraciəti ilə əlaqədar görüşləri zamanı, Şahid6 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yüksək məsul vəzifədə çalışan, polkovnik rütbəli əməkdaşı kimi təqdim edib, özünün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində və Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən qurumlarda müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu ona yalandan bildirib, özünə olan inam və etibardan sui- istifadə edərək guya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik X27 Nuriyevin polis nəfəri kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Daxili İşlər Nazirliyinin yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Yusif Nuriyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin avqust ayında cinayətdən xəbərsiz Şahid10 iştirakı ilə Şahid6 yalandan bildirməklə, görəcəyi işlə bağlı özünə inam yaradaraq, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Nəriman Nərimanov” parkının qarşısında özünün idarə etdiyi “Chevrolet” markalı avtomobilində Şahid6 inandırmaq üçün Yusif Nuriyevin şəxsiyyət vəsiqəsi və hərbi biletinin surətlərini, habelə 6000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, Şahid6 məxsus 6000 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar həmin hərəkətləri ilə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Yusif Nuriyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunun atası Şahid6 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid10 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə sıravi işçi kimi işə qəbul olunmasında köməklik göstərilməsi barədə 2021-ci ilin avqust ayında özünə müraciəti ilə əlaqədar görüşləri zamanı, Şahid10 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yüksək məsul vəzifədə çalışan, polkovnik rütbəli əməkdaşı kimi təqdim edib, eyni zamanda özünün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən qurumda müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu ona yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə sıravi işçi kimi işə götürüləcəyinə nail olacağını Şahid10 yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin avqust ayının sonlarında Şahid10 yalandan bildirməklə, görəcəyi işlə bağlı özünə inam yaradaraq, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2021-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində özünün idarə etdiyi “Chevrolet” markalı avtomobilində Şahid10 inandırmaq üçün şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətlərini, habelə 5000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, Şahid10 məxsus 5000 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar həmin hərəkətləri ilə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin İmişli rayon şöbəsinə zabit kimi işə qəbul olunmasında köməklik göstərilməsi barədə 2021-ci ilin avqust ayında sonuncunun atası Şahid2 cinayətdən xəbərsiz tanışları Şahid6 və Şahid11 vasitəsi ilə özünə müraciəti ilə əlaqədar, sonuncuların vasitəsi ilə Şahid2 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yüksək məsul vəzifədə çalışan, polkovnik rütbəli əməkdaşı kimi təqdim edib, eyni zamanda özünün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən qurumda müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu ona yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin İmişli rayon şöbəsinə Şahid7 zabit kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 9000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin avqust ayında cinayətdən xəbərsiz Şahid6 vasitəsi ilə Şahid2 yalandan bildirməklə, görəcəyi işlə bağlı özünə inam yaradaraq, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2021-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, metronunn “Qara Qarayev” stansiyasının yaxınlığında özünün idarə etdiyi “Chevrolet” markalı avtomobilində Şahid6 vasitəsi ilə Şahid2 inandırmaq üçün Şahid7 şəxsiyyət vəsiqəsi və hərbi biletinin surətlərini, habelə 9000 manat məbləğində pul vəsaitini, habelə 2021-ci ilin sentyabr ayında Şahid7 Fövqəladə Hallar Nazirliyinin xidməti geyim formasının veriləcəyi adı ilə Bakı şəhəri, Nizami rayonu ərazisində özünün idarə etdiyi “Chevrolet” markalı avtomobilində cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə Şahid2 xidməti forma pulu üçün 200 manat pul vəsaitini alıb, ümumilikdə Şahid2 məxsus cəmi 9200 manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar həmin hərəkətləri ilə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunun atası Şahid2 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid9 Bariz oğlunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Füzuli rayonu ərazisində yeni inşa edilmiş hava limanı bölməsinə sıravi işçi kimi işə qəbul olunmasında köməklik göstərilməsi barədə 2021-ci ilin avqust ayının sonlarında sonuncunun atası Şahid3 cinayətdən xəbərsiz tanışı Şahid5 vasitəsi ilə özünə müraciəti ilə əlaqədar, Şahid3 özbaşına özünü həm Şahid5 vasitəsi ilə, həm də şəxsən vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yüksək məsul vəzifədə çalışan, polkovnikleytenant rütbəli əməkdaşı kimi təqdim edib, eyni zamanda özünün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən qurumda müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu ona yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Füzuli rayonu ərazisində yeni inşa edilmiş hava limanı bölməsində Şahid9 aylıq 741 manat əmək haqqı olmaqla, sıravi işçi kimi işə götürüləcəyinə və 6 sentyabr 2021-ci il tarixdə əmrinin veriləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 7000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin avqust ayının sonlarında cinayətdən xəbərsiz Şahid5 vasitəsi ilə Şahid3 yalandan bildirməklə, görəcəyi işlə bağlı özünə inam yaradaraq, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 30 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında özünün idarə etdiyi “Chevrolet” markalı avtomobilində Şahid5 və Şahid3lə görüşərək sonuncudan inandırmaq üçün Şahid9 şəxsiyyət vəsiqəsi, hərbi bilet və sürücülük vəsiqəsinin surətlərini, habelə 6000 manat məbləğində pul vəsaitini alıb, bir müddət sonra Şahid3 oğlu Şahid9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə qəbul edilməsinə inandırmaq məqsədi ilə həmin müddətdə istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə özü tərəfindən eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmiş Azərbaycan Respublikasının Dövlət Gerbinin əks olunduğu, mətnində Şahid9 Azərbaycan Respublikası Fövqəladə Nazirliyinin Füzuli rayonu İlkin yanğından mühafizə xidmətinə xx.xx.2021-ci il tarixdən işə çıxmasının əmr edilməsinə dair bilə-bilə yalan məlumatların əks olunduğu, Azərbaycan Respublikası Fövqəladə Hallar naziri və Kadrlar şöbəsinin rəisi qrafalarında özünün qəsdən oxşatmaqla imzaladığı hüquq verən rəsmi sənəd olan 24 nömrəli əmri saxtalaşdırmaqla hazırlayaraq Şahid3 aralarında “WhatsApp” proqramı vasitəsi ilə baş tutmuş videogörüntülü zəng zamanı göstərib, habelə, 2021-ci ilin oktyabr ayında həmin saxta sənədin şəklini Şahid5 “WhatsApp” proqramı vasitəsi ilə göndərib Şahid3 inandırmaqla, sonuncuya məxsus 6000 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar həmin hərəkətləri ilə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunun atası Şahid3 təkrarən təhrik etmiş, Şahid3 aldadılmasını müəyyən edib qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, aldatma və etibardan sui- istifadə etmə yolu ilə Şahid3 məxsus 7000 manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş və hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin İmişli rayon şöbəsinə sıravi işçi kimi işə qəbul olunmasında köməklik göstərilməsi barədə 2021-ci ilin sentyabr ayında cinayətdən xəbərsiz tanışı Şahid2 vasitəsi ilə özünə müraciəti ilə əlaqədar, Şahid1 özbaşına özünü həm Şahid2 vasitəsi ilə, həm də şəxsən vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yüksək məsul rütbəli əməkdaşı kimi təqdim edib, eyni zamanda özünün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən qurumda müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu ona yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin İmişli rayon şöbəsində Şahid1 sıravi işçi kimi işə götürüləcəyinə və 13 dekabr 2021-ci il tarixdə işə çıxma ilə bağlı əmrinin veriləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin sentyabr ayında cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə, həm də şəxsən Şahid1 yalandan bildirməklə, görəcəyi işlə bağlı özünə inam yaradaraq, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2021-ci ilin sentyabr ayında Bakı şəhəri, Nizami rayonu ərazisində özünün idarə etdiyi “Chevrolet” markalı avtomobilində Şahid1la görüşərək sonuncudan inandırmaq üçün şəxsiyyət vəsiqəsi və hərbi biletinin surətlərini, habelə 4000 manat məbləğində pul vəsaitini, bundan təxminən 2- 3 gün sonra isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xidməti geyim formasının veriləcəyi adı ilə Bakı şəhəri, Nizami rayonu ərazisində özünün idarə etdiyi həmin avtomobilində Şahid1 xidməti forma pulu qismində 200 manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, Şahid1 məxsus cəmi 4200 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar həmin hərəkətləri ilə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmiş, Şahid1 aldadılmasını müəyyən edib qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, aldatma və etibardan sui- istifadə etmə yolu ilə Şahid1 məxsus 5200 manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid12 Təvəkgül oğlunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Füzuli rayonu ərazisində yerləşən yeni inşa edilmiş hava limanı bölməsinə sıravi işçi kimi işə qəbul olunmasında köməklik göstərilməsi barədə 2021-ci ilin sentyabr ayının sonlarında sonuncunun atası Şahid4 Müseyib oğlunun cinayətdən xəbərsiz tanışı Şahid3 vasitəsi ilə özünə müraciəti ilə əlaqədar, Şahid4 özbaşına özünü həm Şahid3 vasitəsi ilə, həm də şəxsən vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yüksək məsul vəzifədə çalışan, polkovnik-leytenant rütbəli əməkdaşı kimi təqdim edib, eyni zamanda özünün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən qurumda müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu ona yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Füzuli rayonu ərazisində yerləşən yeni inşa edilmiş hava limanı bölməsində Şahid12 aylıq 741 manat əmək haqqı olmaqla, sıravi işçi kimi işə götürüləcəyinə və bir ay ərzində işə çıxma ilə bağlı əmrinin veriləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin sentyabr ayının sonlarında Şahid4 yalandan bildirməklə, görəcəyi işlə bağlı özünə inam yaradaraq, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 5 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində özünün idarə etdiyi “Chevrolet” markalı avtomobilində Şahid4la görüşərək sonuncudan inandırmaq üçün Şahid12 şəxsiyyət vəsiqəsinin surətini, habelə 6000 manat məbləğində pul vəsaitini, bundan bir neçə gün sonra isə Fövqəladə Hallar Nazirliyinin xidməti geyim formasının veriləcəyi adı ilə 300 manat pul vəsaitini, eyni zamanda, inandırmaq üçün Şahid12 barəsində olan sağlamlıq haqqında arayış, yaşayış yerindən arayış, ailə tərkibi haqqında arayış və 6 ədəd fotoşəkili Bakı şəhəri, metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşısında özünün idarə etdiyi həmin avtomobilində Şahid4 oğlu Şahid12 alıb, ümumilikdə Şahid4 məxsus cəmi 6300 manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar həmin hərəkətləri ilə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunun atası Şahid4 təkrarən təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 2021-ci ilin təxminən iyulavqust ayında Şahid10 tanımış və münasibətləri yaranmışdır. Şahid10la söhbətləri zamanı özünü Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yüksək məsul vəzifədə işləyən, polkovnik rütbəli bir əməkdaş kimi təqdim etmiş, eyni zamanda yalandan müəyyən pul müqabilində vətəndaşları Fövqəladə Hallar Nazirliyində işləyən tanışları vasitəsilə rahat şəkildə nazirliyə işə düzəldə biləcəyini bildirmişdir. X21 Nazirliyində Yanğından Mühafizə Xidmətində işləmək istədiyini demişdir. O da başqa şəxsləri 6000 manat və ya 7000 manat müqabilində Fövqəladə Hallar Nazirliyinə işə düzəltdiyini, amma münasibəti olduğuna görə onu 5000 manat müqabilində işə düzəldəcəyini bildirmişdir. Vüqar isə hazırda pulunun olmadığını, amma pul tapan kimi ona xəbər edəcəyini demişdir. Bir müddət sonra isə pula ehtiyacı olduğu üçün Vüqara zəng edərək nazirlikdə Yanğından Mühafizə Xidmətində guya bir-iki boş yer olduğunu, əgər tanışları varsa xəbər eləməyini, işə düzəltmə imkanının olduğunu demişdir. Vüqar da tanış olarsa, xəbər edəcəyini demişdir. Sonra Vüqar onunla əlaqə saxlayaraq Şöhrət adlı tanışının olduğunu, sonuncunun oğlunun iş məsələsi ilə bağlı görüşmək istədiklərini demiş və o da razılaşmışdır. Bundan bir neçə gün sonra Bakı şəhərində metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən kafelərin birində Vüqar və Şahid6lə görüşmüşdür. Görüş zamanı həmin şəxslərə bir daha özünü Fövqəladə Hallar Nazirliyində yüksək məsul vəzifədə çalışan, polkovnik rütbəli əməkdaş kimi təqdim etmiş, ona daha da inanmaları üçün arvadı tərəfdən nazirlə qohumluq əlaqələrinin olduğunu, ona görə də müəyyən pul müqabilində tanış adamları nazirliyə rahat şəkildə işə düzəldə bildiyini demişdir. Şöhrət oğlu X28 Nazirliyində çevik polis alayında işləmək istədiyini, mümkün olarsa həmin quruma oğlunu işə düzəltməyini bildirmişdir. O da yalandan həmin qurumda da yüksək vəzifədə işləyən tanışlarının olduğunu, 6000 manat müqabilində oğlunu X30 polis nəfəri kimi işə düzəldəcəyini demişdir. Şöhrət də onunla razılaşmış, bir neçə gün sonra isə metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında olan “Nərimanov” parkının yanında görüşmüşlər. O, “Chevrolet” markalı, **-PB-*** qeydiyyat nişanlı avtomobili ilə gedib parkın qarşısında saxlamış, Şöhrət də yaxınlaşaraq onun avtomobilinə əyləşmişdir. O, razılaşdıqları kimi 6000 manat pulu, o cümlədən əvvəlcədən işə qəbul üçün istədiyi oğlunun şəxsiyyət vəsiqəsi, hərbi biletinin suətlərini də Şöhrətdən götürmüş, təxminən 1 ay ərzində Yusifin işə təyin olunma əmrinin veriləcəyinə söz vermişdir. Bundan sonra, Şahid10 Şöhrətin oğlunun iş məsələsini düzəldəcəyinə inanaraq, onunla əlaqə saxlayıb bir daha iş barədə danışmış və 5000 manat pul verməyə razılaşmışdır. O da yalandan Vüqara sonuncunu Fövqəladə Hallar Nazirliyində Yanğından Mühafizə Xidmətində sıravi bir işçi kimi düzəldəcəyinə söz vermişdir. 2021-ci ilin təxminən avqust ayının axırlarında Vüqarla Azadlıq prospektində yerləşən “White villa” adlanan ərazidə, Daxili İşlər Nazirliyinin X29 keçmiş inzibati binasının arxasında görüşmüşlər. O, öz avtomobili ilə oraya getmiş, Vüqar da yaxınlaşaraq onun avtomobilinə əyləşmişdir. O, bir daha iş məsələsini həll edəcəyini yalandan bildirərək Vüqardan 5000 manat pulu, ona daha da inanması üçün şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərini də almış və təxminən 2 ay ərzində əmrinin veriləcəyini demişdir. Şahid6 onun Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğuna, oğlunu işə düzəldəcəyinə tam inandığı üçün onun barəsində bildiklərini tanışlarına da danışmışdır. Nəticədə Şöhrətin tanışı İmişli rayon sakini Şahid2 da oğlu Şahid7 Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istəmiş, Şöhrət də buna görə onunla əlaqə saxlamışdır. O da Şöhrətə yalandan X22 Nazirliyində Yanğından Mühafizə Xidmətinin İmişli rayon şöbəsinə sıravi işçi kimi işə düzəldə biləcəyini, amma bu işin alınması üçün 10000 manat pul verilməli olduğunu, pulun yüksək vəzifədə işləyən Fövqəladə Hallar Nazirliyinin tanış əməkdaşlarına çatacağını demişdir. Şöhrət də bundan sonra Şahid2la İmişli rayonunda görüşərək Arifin oğlunun zabit kimi işə düzəlməsini xahiş etdiyini, 9000 manat pulunun olduğunu demişdir. O da 9000 manat pula razılaşmışdır. Bundan sonra 2021-ci ilin avqust ayının sonlarında Şöhrətlə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında görüşmüş, Şöhrətdən Şahid2 verdiyi 9000 manat pulu və əvvəlcədən inandırmaq üçün istədiyi Asimin şəxsiyyət vəsiqəsi, hərbi biletin surətlərini götürmüşdür. Bir daha Şöhrətə həm oğlu Yusifin işinin, həm də Arifin oğlu Asimin işinin tez bir zamanda həll ediləcəyini, uzağı 1 aya kimi əmrlərinin veriləcəyini demişdir. Amma onların heç birini işə düzəltməmiş, pula ehtiyacı olduğu üçün həmin şəxsləri aldatmışdır. Təxminən 2021-ci ilin sentyabr ayında Şahid2 onunla telefon əlaqəsi saxlayıb oğlunun iş məsələsi ilə maraqlanmış, o da işlərin qaydasında getdiyini, dediyi vaxtda oğlunun işə çıxacağını demişdir. Söhbətləri zamanı həmçinin Arifə guya bir nəfər şəxsi də Fövqəladə Hallar Nazirliyində Yanğından Mühafizə Xidmətinin İmişli rayon şöbəsinə sıravi əməkdaş kimi işə düzəltmək imkanın olduğunu, tanışı olarsa ona deməsini xahiş etmişdir. Bir müddət sonra isə Arif ona qohumu Şahid1 işsiz olduğunu, 37 yaşının olduğunu və işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. O da Arifə yalandan yaşın problem olmadığını, Şahid1 da işə düzəldə biləcəyini demişdir. Bir müddət sonra “WhatsApp” proqramı vasitəsilə Ariflə görüntülü video zənglə danışan zaman Arif qohumu Zülfiqarı ona göstərmiş, bir daha 37 yaşı olduğunu və yaşı ilə bağlı problem olub-olmayacağını soruşmuşdur. O da heç bir problem olmadığını, belə şeylərin öz əlində olduğunu, Zülfiqarı işə düzəldə biləcəyini demişdir. Həmçinin Zülfiqarın da ona inanması üçün yalandan Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli əməkdaşı olduğunu, hətta nazirlə qohumluq əlaqələrinin də olduğunu, arvadının Fövqəladə Hallar Nazirliyində həkim işlədiyini, nazirin əmisiqızı olduğunu demişdir. O, iş məsələsi ilə bağlı 5000 manat pul verilməli olduğunu, həmin pulun yüksək vəzifədə işləyən Fövqəladə Hallar Nazirliyinin tanış əməkdaşlarına çatacağını, guya həmin puldan ona 250 manat qalacağını demişdir. Sonra Zülfiqarla əvvəlcə ona 4000 manat pul verilməyi, əmri veriləndən sonra isə yerdə qalan 1000 manat pulu da verməyi barədə razılaşmışlar. O, Zülfiqarın inanması üçün pulun uzağı sabaha çatdırılmasını, əks halda işin əldən çıxa biləcəyini demişdir. Növbəti gün X11 Həsənovla birlikdə Nizami rayonunda yerləşən “YAP”ın Nizami rayon şöbəsinin inzibati binasının yaxınlığında onunla görüşmüşlər və “Chevrolet” markalı avtomobilində əyləşmişlər. Zülfiqar avtomobildə Asimin yanında ondan bu işin dəqiq olub-olmadığını soruşmuş, o da Arif müəllimi tanıdığı üçün köməklik etdiyini demişdir. Sonra Zülfiqardan 4000 manat pulu, hərbi biletinin və şəxsiyyət vəsiqəsinin surətlərini götürmüşdür. O, Zülfiqara yalandan 2021-ci ilin dekabr ayının 13-ünədək işə təyin olunma əmrinin veriləcəyini demişdir. O, həmin 4000 manat pulu öz şəxsi ehtiyaclarına xəcləmişdir. Pulu qurtardığı üçün təxminən bir neçə gün sonra Şahid2 və Şahid1 zəng edərək hər birinin əlavə 200 manat pul verməli olduğunu demiş, ondan səbəbini soruşanda isə guya Fövqəladə Hallar Nazirliyinin xidməti geyim formasının veriləcəyini, həmin pulun da ona görə lazım olduğunu demişdir. Zülfiqar və Arif də ona inanaraq Bakı şəhərinə gəlmişlər və cəmi 400 manat pulu “YAP”ın Nizami rayon şöbəsinin inzibati binasının qarşısında avtomobilində ona vermişlər. Bundan başqa, Şahid10 vasitəsilə Şahid5 ilə tanış olmuşdur. Vüqar onu həmin şəxsə Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli vəzifəli əməkdaşı kimi təqdim etmişdir. Bir neçə dəfə Vüqarın iştirakı ilə təsadüfən Şahid5la görüşmüşlər, beləcə münasibətləri yaranmışdır. Görüşlərin birində o, həm Vüqara, həm də Tapdığa bir daha Fövqəladə Hallar Nazirliyində yüksək məsul vəzifədə çalışdığını, arvadı tərəfdən nazirlə qohumluq əlaqələrinin olduğunu, arvadının Fövqəladə Hallar Nazirliyinin hospitalında həkim işlədiyini demişdir. Ona görə də müəyyən pul müqabilində adamları nazirliyə tanış yüksək vəzifəli şəxslər vasitəsilə rahat şəkildə işə düzəldə biləcəyini, həmçinin artıq bir neçə nəfəri Fövqəladə Hallar Nazirliyinə işə düzəltdiyini də demişdir. O, nazirliyə işə düzəlmək istəyən tanışları olarsa, ona bu barədə xəbər vermələrini xahiş etmişdir. Təxminən 2021-ci ilin avqust ayının sonlarında Tapdıq onunla əlaqə saxlayaraq qohumu Şahid3 oğlu Şahid9 yaxşı iş axtardığını və ondan Fövqəladə Hallar Nazirliyinə işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. O da yalandan problem olmadığını, əvvəlcə 6000 manat, 1000 manat isə əmr verildikdən sonra verilməsi şərti ilə Şahid9 Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Füzuli rayonu ərazisində yeni inşa edilmiş hava limanı bölməsinə sıravi işçi kimi işə düzəldə biləcəyini demişdir. Onların yaşadıqları Xocavənd rayonu, Füzuli rayonuna yaxın olduğu üçün ona inanmalarına görə bu cür yalan danışmışdır. O, 30 avqust 2021-ci il tarixdə Bakı şəhərində metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında Şahid5 və Şahid3lə görüşmüşdür. O, görüşə öz avtomobili ilə getmiş, həmin şəxslər də onun avtomobilinə əyləşmişlər. O, bir daha nazirlikdə polkovnik-leytenant rütbəsində olduğunu, yüksək məsul vəzifədə çalışdığını, guya arvadının nazirin qohumu olduğunu demişdir. Bundan sonra Bariz 6000 manat pulu, habelə ona inanmaları üçün əvvəlcədən istədiyi oğlu Hüseynin şəxsiyyət vəsiqəsi, hərbi bileti, sürücülük vəsiqəsinin surətlərini də ona vermişdir. O da pulu, sənədləri götürüb Hüseynin 2021-ci ilin sentyabr ayının 6-sı işə çıxması ilə bağlı əmrinin veriləcəyini və 741 manat əmək haqqı da alacağını demişdir. O, həmçinin Şahid3 inandırmaq üçün sonuncunun evinə 2021-ci ilin sentyabr ayının təxminən sonlarında Fövqəladə Hallar Nazirliyinin xidməti formasını göndərmişdir. Həmin formanı Bakı şəhərində yerləşən xatırlamadığı hərbi geyim mağazalarının birindən almışdır. O, Barizi inandırmaq üçün sonuncu ilə Elbrus adı ilə danışmış, guya X24 Fövqəladə Hallar Nazirliyinin bölməsinin qərargah rəisi olduğunu demişdir. Həmçinin Barizi inandırmaq üçün oğlu Hüseynin işə təyin olunması barədə əmr formasını özü internetə baxaraq hazır sənədin üzərində kompüterdə düzəltmiş, imzaları da internet vasitəsi ilə taparaq sənədin üzərində yerləşdirmişdir. Daha sonra isə internetdə düzəltdiyi formanın şəklini çəkərək “WhatsApp” proqramı vasitəsi ilə görüntülü danışarkən Barizə göstərmiş, sonuncu da ona inanmışdır. Həmçinin həmin düzəltdiyi əmrin şəklini bir müddət sonra 2021-ci ilin oktyabr ayında qohumu Şahid5 göndərmiş, Tapdıq da şəklini çap edərək Barizə təqdim etmişdir. 2021-ci ilin sentyabr ayında Şahid3lə oğlu Hüseynin iş məsələsi ilə bağlı danışan zaman oğlunun tez bir zamanda işə çıxacağı barədə yalan vədlər vermiş, eyni zamanda bir nəfər şəxsin də Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin X24 bölməsinə sıravi əməkdaş kimi işə götürmək imkanının olduğunu, tanışı olduğu halda ona bildirilməsini xahiş etmişdir. Şahid3 də ona iş yoldaşı Xocavənd rayon sakini Şahid4 Müseyib oğlunun da öz oğlunu işə düzəltmək istədiyini demişdir. O da heç bir problem olmadığını, həmin şəxsin də övladını işə düzəldə biləcəyini demiş və telefon nömrəsini həmin şəxsə verməyini xahiş etmişdir. O, həmçinin məsələnin daha çox yayılmaması üçün Barizə məsələdən Tapdığın xəbərinin olmamasının, belə işlərin gizli qalsa yaxşı oluğunu bildirmişdir. Bundan sonra Şahid4 onunla əlaqə saxlamış, ondan oğlu Şahid12 Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin X24 bölməsinə sıravi əməkdaş kimi işə götürülməsinə köməklik etməyini xahiş etmişdir. O da həmin işin həll edilməsi üçün 6000 manat pul lazım olduğunu, iş yoldaşı Barizin də oğlu üçün eyni məbləğdə pul verdiyini demişdir. O, həmin 6000 manat pulun Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifədə işləyən əməkdaşlarına çatacağını, həmin pul müqabilində oğlunun Yanğından Mühafizə Xidmətinin X24 bölməsində sıravi əməkdaş kimi işə başlayacağını və 741 manat əmək haqqı alacağını bildirmişdir. O, pulu tez bir zamanda Bakı şəhərində ona çatdırmağını xahiş etmiş, Təvəkgül də razılaşmışdır. O, 05 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında “YAP”ın inzibati binasının qarşısında Şahid4la təklikdə görüşmüşdür. O, bir daha yalandan Fövqəladə Hallar Nazirliyində polkovnik-leytenant rütbəsində, məsul yüksək vəzifədə işlədiyini, hətta guya arvadının nazirlə qohumluq əlaqələrinin olduğunu demişdir. Təvəkgül də ona tam inanaraq 6000 manat pulu və oğlunun şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. O da pulu və sənədi qəbul etdikdən sonra bir ay ərzində oğlunun əmrinin veriləcəyini demişdir. Təvəkgüldən aldığı 6000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra yenə pula ehtiyacı olduğu üçün bir neçə gün sonra Təvəkgüllə telefon əlaqəsi saxlamış, yalandan sağlamlıq haqqında arayış, yaşayış yerindən arayış, ailə tərkibi haqqında arayış, 6 ədəd fotoşəkil və Fövqəladə Hallar Nazirliyinin xidməti geyim formasının verilməsi üçün 300 manat da pul lazım olduğunu bildirmişdir. Təvəkgül də razılaşdıqdan sonra oğlu İftixar Bakı şəhərinə gələrək onunla metronun “20 yanvar” stansiyasının yaxınlığında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşısında özünün “Chevrolet" markalı avtomobilində görüşmüş və sənədlərlə birlikdə 300 manat pulu İftixardan almışdır. O, pulları aldıqdan bir müddət sonra həmin şəxslər onunla əlaqə saxlayıb işlə bağlı maraqlanmışlar, o da hər dəfə səbrli olmalarını, guya işlərin qaydasında olduğunu, yaxın zamanda vəd etdiyi iş məsələsinin həll ediləcəyini, işə çıxma barədə əmrlərin tezliklə veriləcəyini demişdir. O, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışmışdır ki, bəlkə həmin şəxslər zaman keçdikcə ondan əl çəksinlər. Amma həmin şəxslər aldadıldıqlarını başa düşüb verdikləri pulları geri tələb etməyə başlamışlar. O da pulu qaytaracağına söz verib müəyyən müddət deyərək vaxtı uzatmış, müddət gəlib çatanda isə pulu qaytarmamış, çox vaxt isə ona edilən telefon zənglərini də açmamışdır. 2022-ci ilin yanvar ayının 17-də Şahid1, Şahid3, Şahid5, Şahid6, Şahid2 və sonuncunun oğlanları Asim, Anar onunla metronun “Nəriman Nərimanov” stansiyasının yanında görüşmüşlər. Həmin görüş zamanı o, Şahid2, Şahid1, Şahid3 öz xətti ilə yazaraq yazılı iltizam vermişdir ki, 24 yanvar 2022-ci il tarixinə kimi onların pullarını qaytaracaq. O, həmin şəxslər, eyni zamanda Şahid6, Şahid5 da kağızı imzalamışlar. Amma həmin vaxtda da maddi durumu yaxşı olmadığı üçün həmin şəxslərin pulunu qaytara bilməmişdir. Bundan sonra isə Şahid2, Şahid1, Şahid6 birlikdə hətta onun Bakı şəhəri, Binə qəsəbəsində yerləşən evinə gəlmişlər. O, həmin şəxsləri qarşılamış, hətta qaynanası da həyətə çıxaraq nə üçün gəldiklərini biləndə ona çox əsəbləşmiş, həmin şəxslərə onun heç bir yerdə işləmədiyini, taksi sürücüsü olduğunu demişdir. O, yenə də həmin şəxsləri sakitləşdirərək pullarını qısa zamanda qaytaracağına söz vermişdir. Amma həmin şəxslərin pulunu qaytara bilməmişdir. O, həmin günün səhərisi Bakı şəhərində Şahid1 400 manat, 2 gündən sonra isə 1000 manat pul vermiş, daha sonra isə yerdə qalan 2800 manat pulunu qaytaracağını demişdir. 04 fevral 2022-ci il tarixdə isə Şahid3lə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında görüşərək sonuncuya 700 manat pul vermiş, qalan pulu da qaytaracağına söz vermişdir. Amma həmin pulları qaytara bilməmiş, ona görə də Şahid3, Şahid1 və digərləri onun barəsində 2022-ci ilin fevral ayından etibarən Fövqəladə Hallar Nazirliyinə şikayət etməyə başlamışlar. Etdiyi əməllərə görə çox peşmandır. Vurulmuş ziyanı ödəmək üçün bu vaxtadək bütün imkanlarını səfərbər etsə də hələlik bunu edə bilməmişdir. Amma özü də bu şəxslərə borclu qalmaq istəmir. Ən son məqam kimi yaşadığı mənzilini də olsa satıb zərərçəkmiş şəxslərin ziyanını ödəmək niyyətindədir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 göstərdi ki, uzun müddət işsiz olduğuna görə özünə iş axtarmış, İmişli rayonu, Şahverdili kəndində yaşayan qohumu Şahid2 bu barədə demiş və münasib iş olsa xəbər etməsini xahiş etmişdir. 2021-ci ilin təxminən sentyabr ayında Arif ona zəng edərək tanışı Təqsirləndirilən şəxs onu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini demişdir. Arif Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli əməkdaşı olduğunu, hətta nazirlə qohumluq əlaqələrinin də olduğunu demişdir. O da Arifə 37 yaşının olduğunu, bildiyinə görə Fövqəladə Hallar Nazirliyinin bu yaşda işə qəbul aparmadığını demiş, Arif də Raminlə yaş məsələsi barədə danışıb məlumat verəcəyini bildirmişdir. Sonra Arif yenidən ona zəng edərək Raminin yaşın önəmi olmadığını dediyini və onu rahat şəkildə Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o, ətraflı söhbət etmək üçün Şahid2 evinə getmiş, Ariflə yenidən bu barədə danışmışlar. Elə həmin vaxt Ramin “WhatsApp” proqramı vasitəsi ilə Arifə görüntülü zəng etmişdir. Arif salamlaşaraq onu Raminə göstərmiş, 37 yaşının olduğunu və yaşı ilə bağlı problem olub-olmayacağını soruşmuşdur. Ramin isə heç bir problem olmadığını, onu Yanğından Mühafizə Xidmətinin İmişli rayon şöbəsinə işə düzəldə biləcəyini demişdir. Ramin iş məsələsi ilə bağlı 5000 manat pul verilməli olduğunu, həmin pulun Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifədə işləyən əməkdaşlarına çatacağını, həmin puldan özünə yalnız 250 manat pul qalacağını demişdir. O da Arifdən sonra Raminlə görüntülü danışmış, əvvəlcə Raminə 4000 manat, əmri veriləndən sonra isə yerdə qalan 1000 manat pulu verəcəyi barədə razılaşmışlar. Ramin pulun səhəri gün çatdrılmalı olduğunu demiş, o da növbəti gün Arifin oğlu Şahid7la birlikdə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə çatdıqdan sonra Raminə zəng etmiş, Ramin də Nizami rayonunda yerləşən Yeni Azərbaycan Partiyasının Nizami rayon şöbəsinin inzibati binasının qarşısına gəlmələrini demişdir. Ramin “Chevrolet” markalı avtomobili ilə həmin yerə gəlmiş, o və Asim maşına əyləşmişlər. Onun durduğu yer Yeni Azərbaycan Partiyasının Nizami rayon şöbəsinin inzibati binasının mühafizə kameralarına düşdüyü üçün Ramin biraz deyinmiş, ona görə də avtomobili sürərək təxminən 100 metr irəlidə saxlamışdır. O, avtomobildə Asimin yanında bir daha Ramindən bu işin dəqiq olubolmadığını soruşmuş, Ramin isə “mən küçə uşağı deyiləm, Arif müəllimi tanıyıram, ona görə köməklik edirəm. Verdiyin pulu da nazirlikdə tanışım olan vəzifəli şəxslərə verəcəm, onlar da bunun müqabilində sənin Yanğından Mühafizə Xidmətinin İmişli rayon şöbəsinə sıravi kimi işə düzəlməyini təşkil edəcəklər” demişdir. O da Raminə inanmış və 4000 manat pulu, həmçinin Raminin əvvəlcədən ondan istədiyi hərbi biletinin, şəxsiyyət vəsiqəsinin surətlərini də Asimin iştirakı ilə Raminə avtomobildə vermişdir. Ramin pulu və sənədləri götürdükdən sonra 2021-ci ilin dekabr ayının 13-ünədək işə təyin olunması ilə bağlı əmrinin veriləcəyini demişdir. Bu hadisədən təxminən 2 gün sonra Ramin ona zəng edərək Bakı şəhərinə gəlməyini xahiş etmiş, telefonda “Arif özü bilir, 200 manat alsın, həmçinin özü də 200 manat pul gətirsin, xidməti forma üçün bu pul lazım olacaq” demişdir. O da bundan sonra Ariflə bu barədə danışmış və həmin vaxt Arifin də oğlu X12 Xidmətinin İmişli rayon şöbəsinə zabit kimi işə düzəlməsindən ötrü Raminə 9000 manat pul verdiyini bilmişdir. O bundan sonra Raminə daha da inanmışdır. Həmin günün səhərisi tək halda Bakı şəhərinə getmiş və əvvəlcədən danışdıqları kimi Yeni Azərbaycan Partiyasının Nizami rayon şöbəsinin inzibati binasının qarşısında Raminin avtomobilində görüşmüşlər. O, Arifin 200 manat pulunu, həmçinin özünün də 200 manat pulunu Raminə vermişdir. O, Raminin dediyi müddətə kimi gözləmiş, sonra isə artıq işin alınmadığını görüb zəng etməyə başlamışdır. Ramin əvvəllər onun zənginə cavab verərək hər dəfə müxtəlif bəhanələr gətirib tezliklə işə düzələcəyini demiş, amma vaxt keçdikcə aldadıldığını başa düşüb verdiyi 4200 manat pulunu geri tələb etməyə başlamışdır. Ramin də artıq elədiyi dələduzluğun başa düşüldüyünü anlamış və pulu qaytaracağına söz vermişdir. O, Raminlə təxminən 2021-ci ilin yanvar ayının ortalarında Bakı şəhərində görüşmüşdür. Onunla yanaşı, Bariz, Tapdıq, Şöhrət adlı şəxslər, Arif və sonuncunun oğlanları Asim və Anar da orada olmuşdur. Orada ona məlum olmuşdur ki, Ramin həmin şəxsləri də işə düzəltmək adı altında pullarını alaraq aldatmışdır. Həmin görüşləri zamanı Ramin ona və digər şəxslərə 24 yanvar 2022-ci il tarixinə kimi pullarını qaytaracağına dair yazılı iltizam vermişdir. Amma həmin vaxt tamam olsa da Ramin pulu qaytarmamışdır. Onlar da bundan sonra Arif və Şöhrət adlı şəxslə birlikdə Raminin Binə qəsəbəsində yerləşən evinə getmişlər. Orada Ramin onları qarşılamış, qaynanası nə üçün gəldiklərini biləndə isə Raminin heç bir yerdə işləmədiyini və taksi sürücüsü olduğunu demişdir. Ramin yenə də söz vermiş və pulu qısa zamanda qaytaracağına dair söz vermişdir. Həmin günün səhərisi Ramin 400 manat, 2 gündən sonra isə 1000 manat pulu ona əlbəəl Bakı şəhərində qaytarmışdır. Amma yerdə qalan 2800 manat pulu qaytarmamışdır. Buna görə də o, Raminin barəsində Fövqəladə Hallar Nazirliyinə şikayət etmişdir. Ona dəymiş ziyanın ödənilməsini, pulunun tam qaytarılmasını tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 göstərdi ki, özü təqaüdçüdür. Oğlu Şahid7 işsiz olduğuna görə övladını münasib bir işlə təmin etmək üçün çalışmışdır. Bu məqsədlə qohum-əqrəbaya da münasib iş olsa ona xəbər vermələrini bildirmişdir. 2021-ci ilin təxminən avqust ayında oğlu Asim İmişli rayon mərkəzində fəaliyyət göstərən avtomobil təmiri məntəqəsində olan zaman taksi sürücüsü işləyən tanışı Şahid11 ilə işsizliyi barədə söhbət etdiyini demişdir. Söhbət zamanı Şahid11 Şahid6 adlı tanışının olduğunu, Şöhrətin Təqsirləndirilən şəxs adlı şəxsi tanıdığını və sonuncunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə adam düzəldə bildiyini demişdir. Oğlu ona bu məsələni danışdıqdan sonra Şahid6 və Şahid11 adlı şəxslərlə görüşmək qərarına gəlmişdir. Həmin günün səhərisi İmişli rayonu, Şahverdili kəndinin yaxınılığında fəaliyyət göstərən kafedə Şöhrət və Fuadla görüşmüşlər. Görüş zamanı Şöhrət və Fuad qonşu olduqlarını bilmişdir. Oğlu Asimin iş məsələsi ilə bağlı söhbət açanda Şahid6 Təqsirləndirilən şəxs adlı tanışının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə çalışdığını, hətta nazirlə qohumluq əlaqələrinin, eləcə də Raminin arvadının nazirin əmisi qızı olduğunu demişdir. Şöhrət həmçinin həmin şəxs vasitəsilə Fövqəladə Hallar Nazirliyinə bir neçə nəfər tanışını da işə düzəltdiyini, hazırda öz oğlunun da iş məsələsinə Raminin köməklik etdiyini bildirmişdir. O, söhbət əsnasında Şöhrətə oğlu X17 Nazirliyinə işə götürülməsini istədiyini, Şöhrət də Raminlə bu barədə danışıb məlumat verəcəyini demişdir. Fuad da söhbət zamanı Şöhrəti tanıdığını, oğlunun iş məsələsində köməklik edə biləcəyini bildirmişdir. Növbəti gün Şöhrət onunla eyni yerdə görüşmüş, görüşdə Fuad da iştirak etmişdir. Görüş zamanı Şöhrət Təqsirləndirilən şəxsla oğlu Asimin iş məsələsi ilə bağlı danışdığını, X18 Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin İmişli rayon şöbəsinə sıravi işçi kimi işə düzəldə biləcəyini demişdir. O da bunla razılaşmamış, oğlunun ali təhsilli olduğunu və zabit kimi işə götürülməsini xahiş etmişdir. Şöhrət də Raminlə danışmış və Ramin oğlunun zabit kimi işə götürüləcəyini, oğlu Asimin həmin işə düzəlməsindən ötrü 10000 manat pul verilməli olduğunu, həmin pulun Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifədə işləyən əməkdaşlarına çatacağını bildirmişdir. O, Şöhrətə 9000 manat pulu olduğunu demişdir. Şöhrət də Raminlə bu barədə danışdıqdan sonra Raminin həmin məbləğə razılaşdığını demişdir. Bundan bir neçə gün sonra, 2021-ci ilin avqust ayının sonlarında oğlu Asim Bakı şəhərində metronun “Koroğlu” stansiyasının yaxınlığında 9000 manat pulu, eyni zamanda əvvəlcədən Raminin istədiyi şəxsiyyət vəsiqəsi, hərbi biletin surətlərini Şahid11 iştirakı ilə Şahid6 vermiş, sonuncu da həmin pulu Raminə çatdıracağına söz vermişdir. Daha sonra Şöhrət 9000 manat pulu Raminə verdiyini, Raminin də təxminən 15-20 gün ərzində Asimin işə qəbul edilməsi ilə bağlı nazirliyin əmri olacağını dediyini bildirmişdir. O, oğlunun işə düzəlməsi üçün Raminə 9000 manat pul verdikdən sonra, həmin ərəfədə Raminlə əlaqə saxlayıb işin gedişatı ilə bağlı məlumat alarkən sonuncu bir nəfər şəxsi də Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin İmişli rayon şöbəsinə sıravi əməkdaş kimi işə düzəltmək imkanı olduğunu və tanışı olduğu halda bildirməyini xahiş etmişdir. Buna görə o, atasıgil tərəfdən qohumu olan Şahid1 bu barədə danışmışdır. Şöhrətin və Raminin ona dediklərinə görə X7 Hallar Nazirliyinin yüksək rütbəli əməkdaşı olduğunu, hətta nazirlə qohumluq əlaqələri də olduğunu və onu işə düzəldə biləcəyini demişdir. Zülfiqar da ona 37 yaşı oluğunu və Fövqəladə Hallar Nazirliyinin bu yaşda işə qəbul aparmadığını demişdir. Raminlə yaş məsələsi barədə danışmış, Ramin də yaşın önəmi olmadığını, Zülfiqarı rahat şəkildə Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini demişdir. Bundan sonra Zülfiqara məlumat vermiş, sonuncu da onun evinə gəlmişdir. Həmin vaxt Ramin “WhatsApp” proqramı vasitəsi ilə ona görüntülü videozəng etmişdir. Raminlə salamlaşaraq Zülfiqarı göstərmiş, bir daha yaşı ilə bağlı problem olub-olmayacağını soruşmuşdur. Ramin isə heç bir problem olmadığını, belə şeylərin öz əlində olduğunu və Zülfiqarı işə düzəldə biləcəyini demişdir. Ramin iş məsələsi ilə bağlı 5000 manat pul verilməli olduğunu, həmin pulun Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifədə işləyən əməkdaşlarına çatacağını bildirmişdir. Zülfiqar da Raminlə görüntülü danışmış, nəticədə əvvəlcə Raminə 4000 manat pul, əmri veriləndən sonra isə yerdə qalan 1000 manat pulu verməyi barədə razılaşmışlar. Ramin pulun uzağı sabah çatdırılmalı olduğunu dedikdən sonra, Zülfiqar növbəti gün onun oğlu Asimlə birlikdə Bakı şəhərinə getmişlər. Onlar Bakı şəhəri, Nizami rayonunda yerləşən Yeni Azərbaycan Partiyasının Nizami rayon şöbəsinin inzibati binasının yaxınlığında Raminlə görüşmüşlər. Zülfiqar Raminlə sonuncunun “Chevrolet” markalı avtomobilində görüşərək Raminə 4000 manat pul vermişdir. Oğlu Asim də bunun şahidi olmuşdur. Ramin pulu və sənədləri götürdükdən sonra 2021-ci ilin dekabr ayının 13ünədək Zülfiqarın işə təyin olunması ilə bağlı əmrinin veriləcəyini demişdir. Bu hadisədən təxminən 2 gün sonra Ramin ona zəng edərək oğlu Asimin iş məsələsi üçün 200 manat pul lazım olduğunu, xidməti forma veriləcəyini demişdir. Həmçinin Zülfiqar da Bakı şəhərinə getdiyini və Raminin 200 manat pul istədiyini demişdir. O da bundan sonra Zülfiqara oğlunun iş məsələsi üçün də Raminə 9000 manat pul verdiyini demiş, daha sonra 200 manat pulu verərək Raminə çatdırmasını xahiş etmişdir. Zülfiqar Bakıya gedərək 400 manat pulu Yeni Azərbaycan Partiyasının Nizami rayon şöbəsinin inzibati binasının qarşısında Raminə vermişdir. Raminin ona oğlunun və Zülfiqarın işə düzəlməsi üçün vəd etdiyi müddət keçsə də, Ramin onlara heç bir köməklik etməmiş, oğlunu və Zülfiqarı işə düzəltməmişdir. O, ilk vaxtlar artıq işin alınmadığını görüb Raminə zənglər etməyə başlamışdır. Hətta Raminlə “WhatsApp” proqramı vasitəsi ilə dəfələrlə görüntülü söhbət etmişdir. Ramin ilk əvvəllər zənglərə cavab verərək hər dəfə müxtəlif bəhanələr gətirərək tezliklə oğlunun işə düzələcəyini demiş, Şöhrətin 9000 manat pulu verdiyini təsdiq etmişdir. Sonralar isə vaxt keçdikcə artıq Raminin onu aldatdığını başa düşmüş və verdiyi 9200 manat pulunu tələb etməyə başlamışdır. Ramin də artıq onlara qarşı etdiyi dələduzluğun başa düşüldüyünü anlamış və pulu qaytaracağına söz vermişdir. Ramin çox vaxt onun telefon zənglərini açmamışdır. Onlar nəhayət 2021-ci ilin yanvar ayının təxminən ortalarında Raminlə Bakı şəhərində görüşmüşlər. Onunla yanaşı, oğlanları Asim və Anar, eləcə də Zülfiqar orada olmuşdur. Həmçinin Bariz, Tapdıq, Şöhrət adlı şəxslər də gəlmişlər və məlum olmuşdur ki, Ramin həmin şəxsləri də işə düzəltmək adı altında pullarını alaraq aldatmışdır. Həmin görüş zamanı Ramin ona və digər şəxslərə 24 yanvar 2022-ci il tarixinə kimi pulu qaytaracağına dair yazılı iltizam vermişdir. Amma həmin vaxt tamam olsa da Ramin onun pulunu qaytarmamışdır. Onlar bundan sonra Zülfiqar, Şöhrət adlı şəxslə birlikdə Raminin Binə qəsəbəsində yerləşən evinə getmişlər. Orada Ramin onları qarşılamış, qaynanası nə üçün gəldiklərini biləndə Raminin heç bir yerdə işləmədiyini, taksi sürücüsü olduğunu demişdir. Ramin yenə söz vermiş və pulu qısa zamanda qaytaracağına dair möhlət istəmişdir. Amma yenə də onun pulunu qaytarmamışdır. O da buna görə Raminin barəsində 2022-ci ilin fevral ayında Fövqəladə Hallar Nazirliyinə şikayət etmişdir. Raminlə söhbəti zamanı sonuncu adını demədiyi qardaşının X13 işlədiyini bildirmişdir. Özünü Raminin qardaşı kimi təqdim edən həmin şəxs hətta bir dəfə Raminin telefonundan ona zəng edərək özünü polis polkovnik-leytenantı kimi təqdim etmiş, Raminin tezliklə ziyanı qaytaracağına vəd vermiş, amma bu da bir nəticə verməmişdir. Ona dəymiş ziyanın tam həcmdə ödənilməsini, pulunun geri qaytarılmasını tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 və Şahid8 zərərçəkmiş şəxs Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid6 göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin təxminən avqust ayında dostu Şahid10 vasitəsilə tanış olmuşdur. Vüqar söhbətləri zamanı oğlu Yusif Nuriyevin işsiz olduğunu bildiyi üçün ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işlədiyini bildirmişdir. Vüqar Raminin iş məsələsində köməklik edə biləcəyini, hətta özünün də iş məsələsi üçün Raminə müraciət etdiyini demişdir. O da Vüqarla razılaşmış və onu Raminlə görüşdürməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra Vüqarın iştirakı ilə Bakı şəhəri, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən kafelərin birində Raminlə görüşmüşlər. Görüşləri zamanı Ramin ona Fövqəladə Hallar Nazirliyində yüksək məsul vəzifədə çalışdığını, polkovnik rütbəsində olduğunu, arvadı tərəfdən nazirlə qohumluq əlaqələrinin də olduğunu bildirmişdir. Ona görə də müəyyən pul müqabilində tanış adamları nazirliyə tanış yüksək vəzifəli şəxslər vasitəsilə rahat şəkildə işə düzəldə biləcəyini demişdir. O da Raminə oğlunun X13 çevik polis alayında çalışmaq istədiyini, mümkün olarsa həmin quruma oğlunu işə düzəltməyini bildirmişdir. Ramin də problem olmadığını, həmin qurumda da yüksək vəzifədə işləyən tanışlarının olduğunu, cəmi 6000 manat pul müqabilində oğlu Yusifi X30 polis nəfəri kimi işə düzəldəcəyini bildirmiş, o da Raminlə razılaşmışdır. Bir neçə gün sonra 6000 manat pulu hazırlayıb Raminlə əlaqə saxlamış və metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında olan “Nərimanov” parkının yanında görüşmüşlər. Ramin “Chevrolet” markalı avtomobillə gəlmiş, parkın qarşısında saxlamış, o da yaxınlaşaraq avtomobilə əyləşmişdir. Ramin bir daha onun oğlunun iş məsələsini həll edəcəyini bildirərək ondan 6000 manat pulu götürmüş, həmçinin Raminə əvvəlcədən işə qəbul üçün istədiyi oğlunun şəxsiyyət vəsiqəsi, hərbi biletinin surətlərini də vermişdir. Ramin pulu və sənədləri götürdükdən sonra təxminən 1 ay ərzində oğlunun işə təyin olunması ilə bağlı əmrinin veriləcəyinə söz vermişdir. O, Raminin həqiqətən də Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğuna, oğluna iş məsələsində köməklik edəcəyinə inandığı üçün özünə yaxın bir neçə tanış insana da bu barədə məlumat vermişdir. Təxminən bir neçə gün sonra qonşusu olan taksi sürücüsü Şahid11 onunla İmişli rayonunda görüşlərinin birində Şahid7 adlı dostu olduğunu və münasib işə düzəlmək istədiyini bildirmişdir. Onun oğlunun Ramin vasitəsilə işə düzəldiyini bildiyi üçün dostu Asimə də bu barədə danışmış, Asim də iş məsələsində köməklik etməyini xahiş etmişdir. O da Fuada Raminlə danışıb xəbər edəcəyini demişdir. Sonra Raminlə danışmış, sonuncu da X22 Nazirliyinə işə düzəldə biləcəyini demişdir. Bundan sonra Asimin atası Şahid2 onunla və Fuadla İmişli rayonu, Şahverdili kəndinin yaxınlığında fəaliyyət göstərən kafedə görüşmüşdür. O, Arifə Raminin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə çalışdığını, hətta nazirlə qohumluq əlaqələrinin də oluğunu, öz oğlu Yusifin də iş məsələsinə Raminin hazırda köməklik etdiyini demişdir. Söhbət əsnasında Arif ona oğlu X17 Nazirliyində işə götürülməsini istədiyini demiş, o da Raminlə bu barədə danışıb məlumat verəcəyini bildirmişdir. Ramin ona X22 Nazirliyinin Yanğından Mühafizə Xidmətinin İmişli rayon şöbəsinə sıravi işçi kimi işə düzəldə biləcəyini, həmin işə düzəlməsindən ötrü 10000 manat pul verilməli olduğunu, həmin pulun Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən əməkdaşlarına çatacağını demişdir. Bundan sonra növbəti gün Ariflə yenə eyni yerdə görüşmüş, Raminin dediklərini Arifə çatdırmışdır. Arif oğlunun zabit kimi işə düzəlməyini xahiş etmiş və 9000 manat pul verə biləcəyini demişdir. O da Raminlə əlaqə saxlayıb məlumat vermiş və sonuncu da razılaşmışdır. Ramin özünün vaxtının olmadığını, Arifdən 9000 manat pulu alıb ona çatdırmağını demiş, o da razılaşıb Arifə bu barədə bildirmişdir. 2021-ci ilin avqust ayının sonlarında Arifin oğlu Şahid7 və Şahid11 Bakı şəhərində metronun “Koroğlu” stansiyasının yaxınılığında onunla görüşmüşlər. Asim 9000 manat pulu, Raminin əvvəlcədən istədiyi şəxsiyyət vəsiqəsi, hərbi biletin surətlərini də ona vermişdir. O da həmin günün axşamı Raminlə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında görüşmüş, Raminin avtomobilində 9000 manat pulu və sənədləri sonuncuya vermişdir. Ramin də bir daha həm onun oğlu Yusifin işinin, həm də Arifin oğlu Asimin işinin tez bir zamanda həll ediləcəyini, uzağı 1 aya kimi əmrlərin veriləcəyini demiş və onu arxayn salmışdır. O, pulu verdikdən sonra Arifə zəng edərək pulu Raminə verdiyini demişdir. Sonradan eşitmişdir ki, Şahid2 Ramin barəsində qohumu Şahid1 da danışmışdır. Zülfiqar da Raminlə danışıb razılaşdıqdan sonra özünün Yanğından Mühafizə Xidmətinin İmişli rayon şöbəsinə sıravi kimi işə düzəlməyindən ötrü 4000 manat pulu Raminə vermişdir. Raminin onun oğlunun və Arifin oğlu Asimin işə düzəlməsi üçün vəd etdiyi müddət keçsə də, Ramin onlara heç bir köməklik etməmiş, Yusif və Asimi işə düzəltməmişdir. O, əvvəlki vaxtlarda artıq işin alınmadığını görüb Raminə zənglər etməyə başlamış, Ramin də hər dəfə müxtəlif bəhanələr gətirərək tezliklə oğlunun, eyni zamanda Asimin də işə düzələcəyini demişdir. Sonralar isə vaxt keçdikcə Raminin onları aldatdığını başa düşmüş, ona görə də həm özünün pulunu, həm də Arifin pulunu geri tələb etməyə başlamışdır. 2021-ci ilin yanvar ayının 17-də Bakı şəhərində metronun “Nəriman Nərimanov” stansiyası yaxılığında Raminlə görüşmüşlər. Onunla yanaşı, Şahid2, oğlanları Asim, Anar, Zülfiqar, Bariz və Tapdıq da orada olmuşdur. Tapdığın dostu Şahid10la münasibətləri olduğu üçün, Tapdıq da Ramin barəsində Vüqardan eşidib inanaraq qohumu Barizin oğlunun iş məsələsi üçün həmin şəxsləri tanış etmiş, Ramin Barizin də pulunu ələ keçirdərək aldatmışdır. Həmin görüşləri zamanı Ramin Arifə və digər şəxslərə 24 yanvar 2022-ci il tarixinə kimi pulları qaytaracağına dair yazılı iltizam vermişdir. Amma həmin vaxt tamam olsa da Ramin pullarını qaytarmamışdır. O da bundan sonra Zülfiqar və Ariflə birlikdə Raminin Binə qəsəbəsində yerləşən evinə getmişdir. Orada Ramin onları qarşılamış, qaynanası nə üçün gəldiklərini biləndə Raminin heç bir yerdə işləmədiyini, sadəcə taksi sürücüsü olduğunu demişdir. Ramin yenə də pulu qısa zamanda qaytaracağına dair möhlət istəmiş, amma bu vaxta kimi onun pulunu qaytarmamışdır. O da buna görə Raminin barəsində 2022-ci ilin fevral ayında Fövqəladə Hallar Nazirliyinə şikayət etmişdir. Ona dəymiş ziyanın ödənilməsini, pulunun geri qaytarılmasını tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 zərərçəkmiş şəxs Şahid6 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid3 göstərdi ki, oğlu Şahid9 2019-cu il tarixdən “Səba” şirkətində texniki işçi kimi çalışmış, amma oğlunun əmək haqqısı onları qane etmədiyi üçün övladının daha yaxşı işdə çalışmasını istəmişdir. Hüseyn 2019-cu il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində X8 keçirilən Fövqalədə Hallar Nazirliyinin müsabiqəsində iştirak etmiş, amma normativ tələblərə uyğun olmadığı üçün müsabiqədən keçə bilməmişdir. 2021-ci ilin avqust ayının 26-da qohumu Şahid5 ilə telefonda oğlunun iş məsələsi ilə bağlı danışmışlar. Həmin vaxt Tapdıq ona Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyində polkovnik-leytenant rütbəli yüksək vəzifədə işləyən Təqsirləndirilən şəxs adlı tanışının olduğunu demişdir. Tapdıq Raminin nazirlə qohumluq əlaqələrinə malik olduğunu, ona görə də Fövqalədə Hallar Nazirliyinə işə adam düzəldə bildiyini demişdir. Tapdıq həmçinin Raminin bir neçə nəfəri də nazirliyə işə düzəltdiyini, habelə Raminin söhbətləri zamanı tanış şəxs olarsa Fövqalədə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Füzuli rayonu ərazisində yeni inşa edilmiş hava limanı bölməsinə sıravi işçi düzəldə biləcəyini dediyini bildirmişdir. O da bu söhbətdən sonra Tapdığı uzun müddət Xocavənd rayon sakini kimi tanığından, həmçinin qohum olduqları üçün dediklərinə inanmış və Tapdıqdan oğlu Hüseyni işə düzəltməsi ilə bağlı Raminlə danışmağını xahiş etmişdir. Həmin gün axşam saatlarında Tapdıq yenidən onunla əlaqə saxlayaraq Raminin razılığını aldığını, Hüseynin işə düzəlməsi üçün Raminin 7000 manat pul istədiyini, həmin pulun Fövqalədə Hallar Nazirliyinin yüksək vəzifədə işləyən əməkdaşlarına çatacağını və 6000 manatı əvvəlcədən, 1000 manatını isə əmr verildikdən sonra ödəməyin lazım olduğunu demişdir. O da razılaşaraq 27 avqust 2021-ci il tarixdə 6000 manat pulu hazırlayıb Tapdığa zəng edib pulun hazır olduğunu və nə vaxt Bakı şəhərinə gələ biləcəyini soruşmuş, Tapdıq da 30 avqust 2021-ci il tarixdə gəlməyini demişdir. O da həmin tarixdə Bakı şəhərinə gəlmiş və Tapdıqla birlikdə metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında Raminlə görüşmüşdür. Ramin “Chevrolet” markalı avtomobillə gəlmiş və onlar həmin avtomobilə əyləşmişlər. Onlar bir daha oğlunun iş məsləsini Raminlə danışmışlar və sonuncu Fövqalədə Hallar Nazirliyində polkovnikleytenant rütbəsində yüksək məsul vəzifədə çalışdığını, arvadının nazirin qohumu olduğunu demişdir. O, bu sözləri Raminin dilindən də eşitdikdən sonra daha da inanaraq 6000 manat pulu və Hüseynin şəxsiyyət vəsiqəsini, hərbi biletini, sürücülük vəsiqəsinin surətlərini Raminə şəxsən avtomobilində vermişdir. Ramin də sənədləri ondan alıb pulu saymış və oğlu Hüseynin 2021-ci ilin sentyabr ayının 6-da əmrinin veriləcəyini, 741 manat əmək haqqı alacağını demişdir. Tapdıq da bu söhbətin şahidi olmuşdur. Amma Raminin vəd etdiyi müddət başa çatsa da oğlu işə düzəlməmişdir. Sonradan o, həm Raminlə, həm də qohumu Tapdıqla dəfələrlə telefon əlaqəsi saxlamışdır. Ramin ilk əvvəllər telefonu açaraq hər dəfə müxtəlif bəhanələr gətirərək tezliklə oğlunun işə düzələcəyini demişdir. Amma vaxt keçdikcə Raminin onu aldatdığını başa düşmüş və 2022-ci ilin yanvar ayından etibarən pulunu tələb etməyə başlamışdır. 2021-ci ilin sentyabr ayının təxminən sonlarında Ramin evlərinə tanımadığı bir taksi ilə Fövqalədə Hallar Nazirliyinin xidməti formasını göndərmiş və onları özünə inandırmışdır. Ramin həmçinin başqa şəxsin də adından istifadə edərək onunla danışmış, onu aldatmağa çalışmışdır. Belə ki, özünü X24 Fövqalədə Hallar Nazirliyinin bölməsinin qərargah rəisi kimi təqdim edən, soyadını bilmədiyi Elbrus adlı şəxs onunla əlaqə saxlayıb tezliklə oğlunun işə düzələcəyinə vəd vermişdir. Sonrandan həmin nömrənin sahibinin Ramin olduğunu və Raminin Elbrus adlı şəxsin adı ilə səsini dəyişərək özünün onunla danışdığını bilmişdir. Bundan başqa, həmin ərəfələrdə Hüseynin işə təyin olunması barədə əmrini Ramin “WhatsApp” proqramı vasitəsilə görüntülü danışarkən ona göstərmiş, amma o əmrin mətninə fikir verməmişdir. Ramin həmçinin həmin əmrin şəklini bir müddət sonra 2021-ci ilin oktyabr ayında qohumu Tapdığa da göndərmiş, Tapdıq da həmin əmrin şəklini çap edərək ona vermişdir. 2021-ci ilin sentyabr ayının təxminən sonlarında Raminlə oğlunun iş məsələsi ilə bağlı danışarkən Ramin bir nəfər şəxsin də Fövqalədə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin X24 bölməsinə sıravi əməkdaş kimi götürmək imkanının olduğunu demiş, tanışı olduğu halda bildirməyini xahiş etmişdir. Buna görə də o, Raminə inandığı üçün, iş yoldaşı Şahid4 Müseyib oğluna bu barədə danışmış və Raminin nömrəsini vermişdir. Ramin də ona bu məsələdən Tapdığın xəbəri olmamasını, belə işlər gizli qalsa yaxşı olduğunu demişdir. Həmçinin o, X2 artıq X24 bölməsinə sıravi əməkdaş kimi işə düzəltdiyini demiş və əmri də göstərmişdir. Sonradan isə Təvəkgülün oğlu Şahid12 işə düzəltmək üçün Raminə 6000 manat pul verdiyini bilmişdir. O, pulunun qaytarılması ilə bağlı 2022-ci ilin yanvar ayının 17də Raminlə əlaqə saxlayaraq Bakı şəhərində Tapdıqla birlikdə Raminlə görüşmüşdür. Həmin görüşə ondan və Tapdıqdan başqa, Şahid2, oğlanları Asim, Anar adlı şəxslər, Zülfüqar Həsənov, Şöhrət adlı şəxslər də gəlmişlər. Orada Raminin həmin şəxsləri də işə düzəltmək adı altında pullarını alaraq aldatdığını bilmişdir. Həmin görüşdə Ramin ona və digər şəxslərə 24 yanvar 2022-ci il tarixinə kimi pulları qaytaracağı ilə bağlı yazılı iltizam vermişdir. Həmin vaxt da tamam olmuş, amma Ramin pulunu qaytarmamışdır. Ramin 04 fevral 2022-ci il tarixdə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında ona 700 manat pul vermiş və verdiyi pulun 6000 manat pula daxil olmadığını, bu vaxta kimi onu saldığı ziyana görə 700 manat pul verdiyini, yaxın zamanda isə 6000 manat pulu tam olaraq ona qaytaracağını demişdir. Amma uzun müddət keçsə də, Ramin onun pulunu qaytarmamışdır. Ona görə Raminin barəsində Fövqalədə Hallar Nazirliyinə şikayət etmişdir. Ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 və Şahid5 zərərçəkmiş şəxs Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid4 Müseyib oğlu göstərdi ki, oğlu Şahid12 2018-ci il tarixdən Xocavənd rayonu, Mədəniyyət mərkəzində texniki işçi kimi çalışmış, amma oğlunun aldığıəmək haqqı qane etmədiyi üçün övladının daha yaxşı işdə çalışmasını istəmişdir. 2021-ci ilin təxminən sentyabr ayının sonlarında iş yoldaşı Şahid3 ilə danışarkən Bariz ona oğlu X16 Nazirliyində polkovnik-leytenant rütbəli, yüksək məsul vəzifədə işləyən Təqsirləndirilən şəxs vasitəsilə Fövqalədə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Füzuli rayonu ərazisində yeni inşa edilmiş hava limanı bölməsinə sıravi işçi kimi işə düzəltdiyini, hətta bu barədə artıq əmr də olduğunu demişdir. Ramin Barizin oğlu ilə yanaşı, bir nəfər şəxsi də Yanğından Mühafizə Xidmətinin X24 bölməsinə sıravi əməkdaş kimi işə götürmək imkanının olduğunu və tanışı olduğu halda bildirməyini Barizdən xahiş etmişdir. O da Barizin dediklərindən sonra oğlu Şahid12 da eyni işə düzəlməsi üçün Raminlə danışmasını xahiş etmişdir. Bir müddət sonra Bariz onunla görüşərək Raminin razılıq verdiyini bildirib, sonuncunun mobil nömrəsini ona vermişdir. Bundan sonra o, özü Raminlə danışmış və oğlunun işə götürülməsinə köməklik etməyini xahiş etmişdir. Ramin həmin işin həll edilməsi üçün 6000 manat pul lazım olduğunu, həmin pulun Fövqalədə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanış əməkdaşlarına çatacağını, həmin pul müqabilində oğlu X5 Xidmətinin X24 bölməsində sıravi əməkdaş kimi işə başlayacağını və 741 manat əmək haqqı alacağını bildirmişdir. O da Raminlə razılaşmış və 05 oktyabr 2021-ci il tarixdə Bakı şəhərinə gedərək metronun “Qara Qarayev” stansiyasının yaxınlığında Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısında Raminlə təklikdə görüşmüşdür. Ramin “Chevrolet” markalı avtomobillə gəlmiş, o da avtomobilə yaxınlaşaraq əyləşmiş, Raminlə oğlu İftixarın iş məsələsi ilə bağlı danışmışdır. Ramin bir daha telefonda dediklərini ona təkrarlamış və nazirlikdə polkovnikleytenant rütbəsində məsul yüksək vəzifədə işlədiyini, hətta arvadının nazirlə qohumluq əlaqələrinin olduğunu vurğulamışdır. O, Raminə daha da inanaraq 6000 manat pulu və oğlu İftixarın şəxsiyyət vəsiqəsinin surətini Raminə vermiş, Ramin də bir ay ərzində oğlunun əmrinin veriləcəyini demişdir. 2021-ci il oktyabr ayının əvvəllərində Ramin onunla əlaqə saxlayaraq İftixar üçün sağlamlıq haqqında arayış, yaşayış yerindən arayış, ailə tərkibi haqqında arayış, 6 ədəd fotoşəkil və Fövqalədə Hallar Nazirliyinin xidməti geyim formasının verilməsi üçün 300 manat da pul lazım olduğunu bildirmişdir. Onlar da həmin günü qeyd olunan sənədləri toplamışlar və oğlu İftixar səhəri günü Bakı şəhərinə gedərək həmin sənədləri, 300 manat pulu Raminə vermişdir. Bundan sonra Raminin onlara vəd etdiyi müddətin keçməsinə baxmayaraq oğlu işə düzəlməmişdir. Ramin ilk əvvəllər zənglərə cavab verərək müxtəlif bəhanələr gətirib tezliklə oğlunun işə düzələcəyini demiş, amma sonralar vaxt keçdikcə telefonları gec-gec açmışdır. O da artıq aldadıldığını başa düşmüş və 2022-ci ilin yanvar ayından etibarən Ramindən 6300 manat pulunu geri tələb etməyə başlamışdır. Ramin də hər dəfə müxtəlif bəhanələr gətirərək tezliklə pulunu verəcəyinə söz vermiş, amma buna əməl etməmişdir. Ramin onunla yanaşı, iş yoldaşı Şahid3 də aldatmış və Barizin də pulunu ələ keçirərək oğlunu işə düzəldəcəyinə söz vermişdir. O, sonradan Barizdən 17 yanvar 2022-ci il tarixdə Raminlə Bakı şəhərində görüşdüklərini, həmin vaxt Raminin başqa şəxsləri də aldatdığının müəyyən olunduğunu, Raminin Barizə və digər şəxslərə yazılı iltizam verərək pulları qaytaracağına söz verdiyini eşitmişdir. Daha sonra o, Raminin barəsində Fövqalədə Hallar Nazirliyinə şikayət etmişdir. Ona dəymiş ziyanın ödənilməsini, pulunun geri qaytarılmasını tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 zərərçəkmiş şəxs Şahid4 Müseyib oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid10 göstərdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən avqust ayında təsadüf nəticəsində tanımış və münasibətləri yaranmışdır. Raminlə söhbətləri zamanı sonuncu özünü ona Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yüksək məsul vəzifədə işləyən, polkovnik rütbəli bir əməkdaş kimi təqdim etmiş, eyni zamanda müəyyən pul müqabilində vətəndaşları Fövqəladə Hallar Nazirliyində işləyən tanış adamları vasitəsilə nazirliyə rahat şəkildə işə düzəldə bildiyini demişdir. O da X19 Nazirliyində Yanğından Mühafizə Xidmətində işləmək istədiyini demişdir. Ramin başqa şəxsləri 6000 manat və ya 7000 manat müqabilində işə düzəltdiyini, amma onu tanıdığı üçün 5000 manat müqabilində işə düzəldəcəyini bildirmişdir. O, maddi durumu yaxşı olmadığına görə Raminə biraz fikirləşəcəyini və pul tapan kimi xəbər edəcəyini demişdir. Ramin də razılaşmış və istədiyi vaxt müraciət edə biləcəyini demişdir. Bir müddət sonra Ramin ona zəng edərək Yanğından Mühafizə Xidmətində bir-iki boş yer olduğunu və tanışları varsa işə düzəltmə imkanının olduğunu demişdir. O da bundan sonra tanışı Şahid6 oğlu Yusifin işsiz olduğunu bildiyi üçün bu barədə Şöhrətlə danışmışdır. O, Şöhrətə Ramin adlı tanışının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işlədiyini, iş məsələsində köməklik edə biləcəyini və özünün iş məsələsi üçün də Raminə müraciət etdiyini demişdir. Şöhrət də onunla razılaşmış, Raminlə özünü görüşdürməyini xahiş etmişdir. Bundan bir neçə gün sonra metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən kafelərin birində Şöhrətlə birlikdə Raminlə görüşmüşdür. Görüş zamanı Ramin onlara bir daha nazirlikdə yüksək məsul vəzifədə çalışdığını, arvadı tərəfdən nazirlə qohumluq əlaqələrinin olduğunu, ona görə də müəyyən pul müqabilində tanış adamları nazirliyə özünə tanış olan yüksək vəzifəli şəxslər vasitəsilə rahat şəkildə işə düzəldə bildiyini demişdir. Şöhrət Raminə oğlunun X13 çevik polis alayında çalışmaq istədiyini, mümkün olarsa, oğlunu həmin quruma işə düzəltməyini istəmişdir. Ramin də problem olmadığını, həmin qurumda da yüksək vəzifədə işləyən tanışlarının olduğunu, cəmi 6000 manat pul müqabilində Yusifi X30 polis nəfəri kimi işə düzəldəcəyini demişdir. Şöhrət də Raminlə razılaşmış, bundan bir neçə gün sonra Şöhrətdən 6000 manat pulu metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı “Nərimanov” parkının yanında Raminlə görüşərək sonuncunun “Chevrolet” markalı avtomobilində verdiyini eşitmişdir. Sonradan Şöhrət də qohumlarına Ramin barəsində danışmış və həmin şəxslər də Raminə işə düzəlmələri üçün pul vermişlər. Bundan sonra, o, Raminin Şöhrətin oğlunun iş məsələsini düzəldəcəyinə inanmış və Raminlə bir daha özünün iş məsələsi barədə danışmışdır. O, 5000 manat pul verilməsinə razılaşmış, Ramin də onun Yanğından Mühafizə Xidmətinə sıravi bir işçi kimi düzələcəyinə söz vermişdir. 2021-ci ilin təxminən avqust aynın sonlarında Raminlə Azadlıq prospektində yerləşən “White villa” adlanan ərazidə - Daxili İşlər Nazirliyinin X29 keçmiş inzibati binasının arxasında görüşmüşdür. Ramin “Chevrolet” markalı avtomobillə gəlmiş, o da yaxınlaşaraq avtomobilə əyləşmişdir. Ramin bir daha onun iş məsələsini həll edəcəyini bildirərək ondan 5000 manat pulu, şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərini götürmüş və uzağı 2 ay ərzində əmrinin veriləcəyini bildirmişdir. Bundan başqa usta kimi çalışdığı vaxtlarda dostu Şahid5 ilə təxminən 2021-ci ilin avqust ayında söhbətləri zamanı Ramin barədə danışmışdır. Hətta Tapdıqla birlikdə Raminlə bir-iki dəfə görüşmüş, hər görüş zamanı da Ramin həm ona, həm də Tapdığa nazirlikdə yüksək məsul vəzifədə çalışdığını, arvadı tərəfdən nazirlə qohumluq əlaqələrinin olduğunu, müəyyən pul müqabilində adamları nazirliyə tanış yüksək vəzifəli şəxslər vasitəsilə rahat şəkildə işə düzəldə biləcəyini demişdir. O, sonradan Tapdığın da öz qohumlarının işə düzəlməsi üçün Raminlə danışdığını eşitmişdir. Raminin ona işə düzəlməyi üçün vəd etdiyi müddət keçsə də, Ramin ona heç bir köməklik etməmiş, onu işə düzəltməmişdir. Əvvəlki vaxtlarda artıq işin alınmadığını görüb zəng etməyə başlamış, Ramin hər dəfə müxtəlif bəhanələr gətirərək tezliklə işə düzələcəyini demişdir. Sonralar isə Raminin onu aldatdığını başa düşmüş və pulunu geri tələb etməyə başlamışdır. O, 2022-ci ilin yanvar ayının sonlarında Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə şikayət də etmişdir. Ona dəymiş ziyanın ödənilməsini, pulunun geri qaytarılmasını tələb edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ilə Şahid1, Şahid2, eləcə də Şahid3 arasında imzalanmaqla tərtib edilmiş 1 səhifədən ibarət kağız vərəqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdə Şahid1, Şahid2, Şahid3, Şahid6 və Şahid5la görüşmüş, Şahid1, Şahid2, Şahid3 işə düzəltmək adı altında aldığı pul vəsaitlərini 24 yanvar 2022-ci il tarixdə qaytaracağı barədə üzərinə yazılı öhdəlik götürmüş, aralarında tərtib edilmiş kağızı imzalamışdır (cild 1, iş vərəqə 16, 30, 35, 89). Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən Şahid3 verilmiş əmr formasının surətindən görünür ki, 24 nömrəli əmrdə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1 bəndini rəhbər tutaraq, Şahid9 Azərbaycan Respublikası Fövqəladə Nazirliyinin Füzuli rayonu İlkin yanğından mühafizə xidmətinə xx.xx.2021-ci il tarixdən işə çıxmasına əmr edirəm. Əmr əsli ilə düzdür” cümlələri yazılmış, aşağı hissədə isə “Azərbaycan Respublikası Fövqəladə X25-polkovnik X1”, “Kadrlar şöbəsinin rəisi General-mayor Sevda Şirinova” sözləri yazılmış və hər iki şəxsin ad, soyad, ata adının qarşısında imzalar vardır (cild 1, iş vərəqə 90). Diskə baxış keçirilməsi barədə 07 may 2022-ci il tarixli protokoldan görünür ki, 1 ədəd CD diskdə 3 faylda səs yazısı vardır. “Voice020.wav" faylında ümumi müddəti 1 dəqiqə 29 saniyə olan səs yazısı, “Voice021.wav” faylında ümumi müddəti 58 saniyə olan səs yazısı, “Voice025.wav” faylında ümumi müddəti 2 dəqiqə 40 saniyə olan səs yazısı aşkar edilmişdir. Aşkar edilmiş “Voice020.wav” faylında bir nəfər kişi cinsindən olan şəxsin mobil telefonla zəng edərək digər bir nəfər kişi cinsindən olan şəxslə telefon danışığı apardığı müəyyən edilmişdir: 1-ci şəxsin səsi: Alo. 2-ci şəxsin səsi: Salam müəllim, axşamın xeyir.

1. Axşamın xeyir, qardaş, axşamın xeyir.

2. Mənəm e, Təvəkgül, nə var nə yox?

1. Hə, Təvəkgül dayı, necəsən?

2. Çox sağol, o günü mən bir şey, məəttəl qaldım e, mənə dedin zəng vur.

1. Dedim, gəl də qardaş.

2. Yox e, yox, danışmadın axı. Dedin ki, yanımda adam var. Danışa bilmirəm.

1. Bariz zəng elədi ki, dedi ki, Təvəkgüllə 2-ci gün gələciyik, dedim gəlin, problem yoxdur.

2. Yox e, o mənə dedi, dedim nəyə gedək. Nədən ötrü gedirik, bilmirəm mən.

1. Necə? O hazırdı e, sabah səhər-səhər qalxacam kadrlara, problem deyil, yerlər hamısı boşdur, şapbaşap onları sənədləşdirək, tezbazar, məsələ qurtarsın.

2. Yox e, Bariz özü gedib nağaracaq? Bariz özü gedəcək? Elə dedi?

1. Yox, dedim uşağı göndər.

2. Uşağı göndər?

1. Hə, hə. Qoy uşaq gəlsin də.

2. Qoy Barizlə danışacam, görüm onun uşağı gedirsə.

1. Danış mənə bir şey denən.

2. Uşağı gedirsə, mənimki də getsin. Yox getmirsə.

1. Hə, hə, ikisi də.

2. Hə, indi danışıb, indi bir söz deyəcəm sənə, görüm bu nə deyir, oldu.

1. Yaxşı, oldu. Aşkar edilmiş “Voice021.wav” faylında bir nəfər kişi cinsindən olan şəxsin mobil telefonla zəng edərək digər bir nəfər kişi cinsindən olan şəxslə telefon danışığı apardığı müəyyən edildi: 1-ci şəxsin səsi: Hə, Təvəkgül dayı. 2-ci şəxsin səsi: Hə, danışdım müəllim.

1. Aha.

2. O, hansı günə demisiniz? Elə bil 2-ci gün, 2-ci gün eləmi?

1. Bəli.

2. Hə danışdım, özüm gələ bilmiyəcəm, işdən qoymurlar. Amma Barizdi, Barizin oğludur Hüseyn, bir də mənim uşağım. Bax bunlar gələcəklər.

1. Hə, qoy gəlsinlər, qurtarsın e bu məsələ.

2. Qurtarmalıdır, əlbət ki.

1. Hə, mən də darıxıram.

2. Müəllim bu uşaq işdən ayrılıb gəlirlər.

1. Bildim, narahat olma qardaş. Sabah dəqiqdi də. Dəqiliklə deyəcəm.

2. Ayıs sağol, sabah dəqiqliklə danışarıq, vaxtı sabah dəqiq de, boş gedib, boş gəlməsin.

1. Oldu, qadan alım, yes.

2. Getdiyinə görə içindən bir şey çıxsın.

1. Oldu, qadan alım.

2. Hə, oldu.

1. Oldu. Aşkar edilmiş “Voice025.wav” fayhnda bir nəfər kişi cinsindən olan şəxsin mobil telefonla zəng edərək digər bir nəfər kişi cinsindən olan şəxslə telefon danışığı apardığı müəyyən edildi: 1-ci şəxsin səsi: Alo. 2-ci şəxsin səsi: Salam müəllim, Təvəkgüldür. Alo.

1. Alo.

2. Təvəkgül müəllimdi e, nətərsən? Eşidirsən məni? Alo, alo. Alo, alo.

1. Bəli.

2. Mənəm e, Təvəkgül müəllimdi, nə var nə yox?

1. Sağol, ömrün uzun, sən necəsən qardaş?

2. Çox sağol, müəllim bir söz demək istəyirəm.

1. De, qadan alım, de.

2. Qadan alım, bax mən sənə 6300 manat pul vermişəm, o işlə mən bilirəm bu iş düzələn deyil. O pulnan. Oranın qiyməti çox bahadır. Mən uşağıma bir iş tapmışam, onun xərci var, səndən xahiş edirəm, o pulu düzəlt, 1-ci gün gələn olacaq.

1. Mənim gözüm üstdə. Gözüm üstdə.

2. Ya özüm gələcəm, bir dəqiqə, ya da adam göndərəcəm. 1-ci gün xahiş edirəm. 1.4-cü gün gəl.

2. Yox e, 1-ci gün düzəldə bilmirsən?

1. Yox, o paylanıb orda, hamısını alaram, problem yoxdur, 4-cü gün.

2. 4-cü gün lap olsun, xahiş eliyirəm, uşağım avara qalmasın.

1. Mənim gözüm üstdə.

2. Yaşı da keçib gedir, day 3-4 aydır, mən bilirəm e, çətin işdir. Ora o pula iş düzəlməz. Bilmirəm, nəyə arxayn oldunuz, o pula o iş düzəlməz. Oranın qiyməti yüksəkdir.

1. Nə qədərdi?

2. Oranın qiyməti, lap belə sənə hörmət eləsələr, 8-10. Hörmət eləsələr.

1. Mümkün deyil.

2. Mümkün deyil?

1. Hə, mümkün deyil.

2. Bəs neçiyədi?

1. O heçnədi.

2. Heçnədi? Heçnəyə düzəlir?

1. Bəli.

2. Heçnəyə düzəlirsə, onda alma bizdən, hörmət elə bizə, heçnəyə düzəlt. Onu ver, burda uşağın işini aşırım, uşağın yaşı keçib gedir, 30 yaşdan sonra ora məncə qəbul eləmirlər.

1. Gözüm üstdə, gözüm üstdə, yes.

2. Hə, onu hazırla, gəlib götürək.

1. Yaxşı.

2. Hə, oldu, sağol (cild 1, iş vərəqə 145-148). Diskə baxış keçirilməsi barədə 10 may 2022-ci il tarixli protokoldan görünür ki, CD diskdə 5 faylda videogörüntü vardır. “WhatsApp Video 2022-02-18 at 14.35.51.mp4” faylında ümumi müddəti 2 dəqiqə 35 saniyə olan videogörüntü, “WhatsApp Video 2022- 02-18 at 14.37.47.mp4" faylında ümumi müddəti 29 saniyə olan videogörüntü, “WhatsApp Video 2022-02-18 at 14.39.07.mp4” faylında ümumi müddəti 1 dəqiqə 2 saniyə olan videogörüntü, “WhatsApp Video 2022-02-18 at 14.39.34.mp4” faylında ümumi müddəti 42 saniyə olan videogörüntü, “WhatsApp Video 2022-02-18 at 14.39.59.mp4” faylında ümumi müddəti 41 saniyə olan videogörüntü aşkar edilmişdir. “WhatsApp Video 2022-02-18 at 14.35.51.mp4” faylında görüntülü şəkildə bir nəfər kişi cinsindən olan şəxsin “Nokia” markalı telefon vasitəsi ilə adını telefonun kontaktında “ElburusMü” kimi qeyd etdiyi şəxsin ***-***-**-** saylı telefon nömrəsinə zəng etdiyi və telefona cavab verən bir nəfər kişi cinsindən olan şəxslə söhbəti müəyyən edilmişdir: 1-ci şəxsin səsi: Bəli. 2-ci şəxsin səsi: Sabahınız xeyir, müəllim.

1. Sabahınız xeyir, sabahınız xeyir, müəllim.

2. Elburus müəllim, dünəndən elə dediniz düzələcək, niyə nouldu çıxmadı üzə.

1. Ramin müəllimə dedim, problem deyil, And ola Allaha, dedim bayramdan sonra gəlsin, 802 manat da maaşdı, narahat olmayın, heç bir şey yoxdur, Ramin müəllim də deyibdi, başımıznan cavabdehik.

2. Siz deyəni mənə o deməyibdir.

1. Yəqin ki yadından çıxıb, Ramin müəllimə dedim ki, bu məsələni Ramin müəllim tapşırıb, problem yoxdur, nə olubsa aranızda, hərşey öz qaydasındadır.

2. Ola bilər, sizdən bir-iki söz soruşmaq istəyirəm. WhatsAppla danışaq, telefonla istəmirəm soruşmaq.

1. Yox bu nömrənin whatsapı yoxdur, dövlət nömrəsidir.

2. Hə, di yaxşı sağol.

1. Narahat olmayın, bayramdan sonra geyindirib, 802 manat da maaşdı, Ramin müəllimə də söz vermişəm ki, o uşağa görə nədisə mən cavabdehəm. Narahat olmayın.

2. Nə bilim Vallah, mən çox narahatam.

1. Mən özüm başımla cavabdehəm, Ramin müəllimə demişəm, narahat olmayın. Ramin müəllim sizə deməyib? Zəng etməli idi axı.

2. Yox demiyib ki, yeni ildən sonradır. Heç o ifadəni işlətməyibdir.

1. Adınız nə oldu, bağışlayın.

2. Mənim adım Barizdir.

1. Bariz müəllim, biləsiniz ki, ilin sonudur, sistem bağlanır, yəni sənədlər burdadır, heç bir sıxıntı yoxdur.

2. Müəllim, əmr sizdədir?

1. Əmr bizdədir, bəli.

2. Nə bilim Vallah, inamım itibe 4 aydıre müəllim.

1. Əmr bizdədir, heç bir sıxıntı yoxdur,o uşaq getsin yatsın, 1 həftə, 10 gün istirahət etsin, geyindiriləcək, Ramin müəllim forma da veribdir, səf etmirəmsə.

2. Hə.

1. Hə, narahat olma. Geyinəcək, maaş da alacaq, özüm də əlim üstündə, heç bir problem yoxdur.

2. İnsAllah siz deyən olsun, ay müəllim.

1. Ramin müəllim elə tapşırıb ki, guya ki Raminin yaxın dostu o uşağın dayısıdır.

2. Hə. Oldu.

1. Oldu.

2. Sağolun müəllim. Aşkar edilmiş “WhatsApp Video 2022-02-18 at 14.37.47.mp4” faylında WhatsApp proqramında görüntülü şəkildə bir nəfər kişi cinsindən olan şəxs başqa bir nəfər kişi cinsindən olan şəxslə videogörüntülü formada söhbəti müəyyən edilmişdir: 1-ci şəxsin səsi: Salam. 2-ci şəxsin səsi: Salam.

1. Nə var nə yox?

2. Necəsən dayı?

1. Allaha şükür.

2. Var olasan, sən nətərsən?

1. Salamatçılıq, sağol.

2. Bu müəllimin bağına gedirəm, bir dəqiqə səbr elə, bağdan çıxım, sənə yığacam. Sənə şad xəbərim var, müəllimin bağına girirəm, telefonu açmıyacam, çıxandan sonra yığacam. Səbr elə, nazirin bağına girirəm.

1. Hə, nə deyirəm ki, yaxşı.

2. Yaxşı səbr elə, mən sənə zəng eliyəcəm.

1. Yaxşı, yaxşı.

2. Bağa girirəm. Aşkar edilmiş “WhatsApp Video 2022-02-18 at 14.39.07.mp4” faylında WhatsApp proqramında görüntülü şəkildə bir nəfər kişi cinsindən olan şəxs başqa bir nəfər kişi cinsindən olan şəxslə videogörüntülü formada söhbəti müəyyən edilmişdir: 1-ci şəxsin səsi: Alo, sabahınız xeyir, müəllim. 2-ci şəxsin səsi: Ə, necəsən kişi?

1. Salam müəllim, yaxşıyam, siz nətərsiz?

2. Nə var nə yox?

1. Şükür Allaha, salamatçılıqdı, siz nətərsiz?

2. Səni 1-ci gün bu idarədə gözləyirəm, normativə girəsdən, tez gələrsən bura.

1. Keçən dəfə getdiyimiz yer? Yoxsa.

2. Yox, yox, bu başqa idarədir, normativ.

1. 1-ci gün saat neçədə?

2. 1-ci gün saat 12 tamamda sənə zəng eliyəcəm, gələrsən.

1. Müəllim, mən bir söz deyim, məni diqqətlə dinləyin, ondan sonra yenə siz deyən olsun. Bax, nə az, nə çox, Allah and olsun, 6000 manat puldur, özünüz bilirsiz də, pulu biz verəndən, ayda 240 manat, 260 manat kredit ödəyərik.

2. Mənə burda o şeydən danışma. Yanımda adam var. Sonra zəng eliyəcəm.

1. Nəyi deyirəm, əsas fikrim nədir. Çünki bu saat elə bir vəziyyətdəyik ki, az qala yəni maşını satmaq istəyirəm.

2. Darıxma, darıxma.

1. Bu işi çalışın həll eliyin. Çıxsın getsin qadan alım.

2. Yaxşı.

1. Oldu müəllim. Aşkar edilmiş “WhatsApp Video 2022-02-18 at 14.39.34.mp4” faylında telefonun özü ilə (WhatsApp proqramından kənar) səsli şəkildə bir nəfər kişi cinsindən olan şəxsin başqa bir nəfər kişi cinsindən olan şəxslə telefonun ekranının görüntüsü düşən formada söhbəti müəyyən edilmişdir: 1-ci şəxsin səsi: Siz nətərsiz? 2-ci şəxsin səsi: Axşamın xeyir.

1. Hərvaxtınız xeyir.

2. Atana zəng çatmır.

1. Yəqin evdə də zəng çatmır, atam sabah gələcək şəhərə, sizinlə görüşməyə.

2. Gəlməsin.

1. Niyə gəlməsin?

2. Bakıda deyiləm, mən də siz tərəfdəyəm.

1. Biz tərəfdəsən, gəl burda biryerdə görüşək.

2. Sənin işini həll eliyəcəm, sonra qayıdacam.

1. Yox müəllim, mənim işimi həll eləmə, lazım deyil ta. Mən başqa iş tapmışam uje.

2. Tapmısan?

1. Hə, tapmışam, yəni özüm gedib fəhlə kimi işləyəcəm, 5-10 manat çörək pulumu qazanacam, bu günə kimi mən bu qədər geri düşmüşəm, ta geri düşmək istəmirəm.

2. Qoy atana zəng eliyim, 1 dəqiqə gözlə.

1. Zəng eliyin, danışın, özü də bilir.

2. Gözdə, gözdə.

1. Yaxşı. Aşkar edilmiş “WhatsApp Video 2022-02-18 at 14.39.59.mp4” faylında telefonun özü ilə (WhatsApp proqramından kənar) səsli şəkildə bir nəfər kişi cinsindən olan şəxsin başqa bir nəfər kişi cinsindən olan şəxslə telefonun ekranının görüntüsü düşən formada söhbəti müəyyən edilmişdir: 1-ci şəxsin səsi: Necəsən qardaş? 2-ci şəxsin səsi: Şükür Allaha, müəllim, salamatçılıqdır.

1. Bazar günü gələ bilərsən bura? Yol pulu versəm.

2. Hara? hara?

1. Yol pulu verəcəm, gələsdən, yol pulunu da verəcəm. Bazar günü gələrsən bura, Bakıya.

2. Xeyir olsun, müəllim.

1. Gələsdən, pul verəcəm də, nə xeyir olsun.

2. Yəni. Məbləğ deyilib də sənə, pul yarı-yarıdır, yoxsa, bütövdür?

1. Yarı-yarı.

2. Biz yarı-yarı pul vermişdik?

1. Yaxşı, qaqaş, qoy çatım evə zəng eliyəcəm sənə. Gözdə.

2. Yaxşı. (cild 1, iş vərəqə 160-163). Telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında 11 may 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi, Şahid6 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi, Şahid2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi, Şahid4 Müseyib oğlunun istifadəsində olan ***-***-**-** saylı və ***- ***-**-** saylı telefon nömrələri, Şahid3 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 01 may 2021-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək olan dövrdə çoxsaylı telefon danışıqları həyata keçirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan digər ***-***-**-** saylı telefon nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 01 may 2021-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək olan dövrdə çoxsaylı telefon danışıqları aparılmışdır (cild 1, iş vərəqə 169-171). Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 05 may 2022-ci il tarixli, 14/xx-xx/01535 nömrəli məktubundan görünür ki, Şahid9 (xx xxxxxx 1997-ci il təvəllüdlü) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar 19 aprel 2019-cu il tarixdə www.fhn.qov.az rəsmi internet səhifəsində dərc olunmuş elan əsasında 24 aprel 2019-cu il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində, X8 keçirilən müsabiqədə iştirak etmiş, fiziki hazırlığının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 21 fevral tarixli, 41s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və hüquq mühafizə orqanlarının şəxsi heyətinin fiziki hazırlıq normativləri”nin tələblərinə uyğun olmadığı səbəbindən müsabiqədən kənarlaşdırılaraq sonrakı yoxlamalara buraxılmamışdır. Təqsirləndirilən şəxs, Şahid12, Şahid1, Şahid7, X15 ilə bağlı Nazirliyin Kadr Siyasəti Baş İdarəsində məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 174). Telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında 13 may 2022-ci il tarixli protokoldan görünür ki, Şahid5 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə 1041 dəfə, Şahid6 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Şahid5 istifadəsində olan ***-***-**- ** saylı telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə 244 dəfə, Şahid6 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Şahid5 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə 76 dəfə, Şahid3 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Şahid5 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə 15 dəfə telefon danışıqları aparılmışdır (cild 1, iş vərəqə 182-184). Telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında 16 may 2022-ci il tarixli protokoldan görünür ki, Şahid6 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə 661 dəfə, Şahid6 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**- ** saylı telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə 75 dəfə, Şahid6 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixədə 2 dəfə telefon danışıqları aparılmışdır (cild 1, iş vərəqə 194-196). Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 24 may 2022-ci il tarixli 14/xx-xx/01908 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında şəxsin Fövqəladə Hallar Nazirliyində və tabeli qurumlarında işləməsi barədə, eləcə də Şahid9, Şahid1, Şahid7, X15 adında şəxslərin Fövqəladə Hallar Nazirliyində xidmətə qəbulla bağlı müraciət etmələri barədə Nazirliyin Kadr siyasəti Baş idarəsində heç bir məlumat yoxdur. 17 mart 2021-ci il tarixdə Şahid12 atası Şahid4 Müseyib oğlu Nazirliyin rəsmi internet informasiya portalına müraciət etmişdir və 02 aprel 2021-ci il tarixdə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən vakant vəzifə olan zaman növbəlilik prinsipi əsasında işlə təmin olunması məsələsinə baxılacağı barədə cavab məktubu göndərilmişdir (cild 1, iş vərəqə 234-237). Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 06 iyun 2022-ci il tarixli 14/xx-xx/02153 nömrəli məktubundan görünür ki, vətəndaş Şahid9 Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin Füzuli rayon X14 hissəsinin yanğınsöndürəni vəzifəsinə təyin olunması ilə bağlı heç bir əmr verilməmişdir. Eləcə də, Fövqəladə Hallar Nazirliyində şəxsi heyətlə bağlı əmrlər təkcə rəqəmlərlə nömrələnmir və xx.xx.2021-ci il tarixində 24 nömrəli əmr qeydiyyata alınmamışdır (cild 2, iş vərəqə 7). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 16 aprel 2022-ci il tarixli, 3208 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 98). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 iyul 2010-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 3). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib 02 il sınaq müddəti ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdir (cild 1, iş vərəqə 186, 220- 230). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 27-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə, bu halda Cinayət Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir. Belə ki, Cinayət Məcəlləsinin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, belə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilmiş cəza ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 1(101)-458/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 il sınaq müddəti müstəqil olaraq icra edilməlidirlər. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.2-ci, 29,178.2.4-cü, 310-cu, 32.4, 312.2-ci və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 310-cu, 32.4,312.2-ci və 320.1-ci maddələrində nəzərdə tutulan əməllər başa çatmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.2-ci və 29,178.2.4-cü maddələrində nəzərdə tutulan əməllər başa çatmamış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.2-ci, 29,178.2.4-cü və 310-cu maddələrində nəzərdə tutulan əməllər az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.2-ci, 29,178.2.4-cü, 310-cu, 32.4, 312.2-ci və 320.1-ci maddələri maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, 07 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin 02 noyabr 2022-ci il tarixli, 090-100067 saylı məktubunda Təqsirləndirilən şəxs 02 noyabr 2022-ci il tarixdə həmin Polis Şöbəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində müəyyən edilib tutularaq Nizami rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verildiyi göstərilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı axtarışda olarkən tutulduğu 02 noyabr 2022-ci il tarixindən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, telefon və “WhatsApp” proqramı ilə aparılan danışıqları özündə əks etdirən 2 ədəd “CD” disk, “Bakcell”, “Azercell” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim edilmiş telefon danışıqları ilə bağlı statistik məlumatları özündə əks etdirən 3 ədəd “CD” disk, Təqsirləndirilən şəxsla digərləri arasında tərtib edilərək imzalanmış müvafiq qeydlərin olduğu 3 ədəd kserosurət olan vərəqələr, 1 ədəd müvafiq qeydlər yazılmış vərəqənin əsli və Təqsirləndirilən şəxs tərəfindən istintaqla müəyyən edilməmiş şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə özü tərəfindən saxtalaşdırlmaqla hazırlanıb hüquq verən rəsmi sənəd kimi qələmə verdiyi 24 nömrəli “ƏMR” cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər cinayət əməli nəticəsində onlara vurulmuş ziyanla bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə əsasən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.2-ci, 29,178.2.4-cü, 310-cu, 32.4, 312.2-ci və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.2-ci, 29,178.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 18 fevral 2022-ci il tarixli, 1(101)-458/2022 saylı hökm müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: telefon və “WhatsApp” proqramı ilə aparılan danışıqları özündə əks etdirən 2 ədəd “CD” disk, “Bakcell”, “Azercell” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim edilmiş telefon danışıqları ilə bağlı statistik məlumatları özündə əks etdirən 3 ədəd “CD” disk, Təqsirləndirilən şəxsla digərləri arasında tərtib edilərək imzalanmış müvafiq qeydlərin olduğu kserosurət olan 3 ədəd vərəqələr, müvafiq qeydlər yazılmış əsli olan 1 ədəd vərəqə, Təqsirləndirilən şəxs tərəfindən istintaqla müəyyən edilməmiş şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə özü tərəfindən saxtalaşdırlmaqla hazırlanıb hüquq verən rəsmi sənəd kimi qələmə verdiyi 24 nömrəli “ƏMR” cinayət işinin materiallarında saxlanılsın. Cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş iş üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə onlara vurulmuş ziyanı tələb etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar