Məhkəmə qərarları › İş №1(101)-1433/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1433/2025

03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1433/2025 03.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi - atası Qanuni nümayəndə, Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olur, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Üçtəpə qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dmitrov küçəsi, fərdi evdə yaşayır və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 25 mart 2025-ci il tarixdə saat 17.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən “Pro Gym” idman zalının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq təhqiredici sözlər işlətməsindən özünü təhqir olunmuş hesab edərək üzərində gəzdirdiyi istintaqa məlum olmayan deşici-kəsici alətlə qəsdən Zərərçəkmiş şəxs bir dəfə vuraraq ona böyük piyliyin eventerasiyası (qarın boşluğundan xaricə çıxması) nazik və siqmavari bağırsaqların zədələnməsi ilə müşayiət olunan qarın boşluğunun daxilə nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası xəsarətini yetirməklə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Vəli ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən “Pro Gym” idman zalına getmişdir. Onlar Vəli ilə birlikdə idman zalına daxil olanda orada Kamalın olduğunu görmüş və ona tərəf getmişlər. Sonra idman zalında Vüsalın olduğunu görmüşdürlər. Vüsalın yanında onun bir nəfər dostu olmuşdur. Onlar Vəli ilə birlikdə Kamalın yanına yaxınlaşan zaman Vüsal onlara səslənərək “niyə salam vermirsiz?” ifadəsini işlətmişdir. Onlar Vüsal ilə bir qədər idman zalında mübahisə etdikdən sonra o, mübahisəni davam etmək üçün idman zalından çölə çıxmaqlarını tələb etmişdir. İdman zalının çölündə onlar Vüsal ilə mübahisə edərkən o, onlara qarşı nalayiq ifadələr işlətmiş və bu səbəbdən o, Vüsala üzərində olan bıçaqla xəsarət yetirmişdir. Vüsala xəsarət yetirdikdən sonra hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, idman zalına Vəli adlı dostu ilə birlikdə getmişdir. Vüsal ilə aralarındada ancaq salamsağol olmuşdur. Onun 17, Vüsalın isə 23 yaşı vardır. Vüsal hərdən bir həmin idman zalına məşq etmək üçün gəlmişdir. Vüsal onlarla mübahisə edərkən ona və Vəliyə qarşı “sizin ağzıvızı cıraram” ifadəsini, həmçinin nalayiq ifadələr işlətmişdir. Mübahisə zamanı o, Vəlinin yanında dayanmış, Vüsalın dostu Əli adlı şəxs isə Vüsalın yanında dayanmışdır. Mübahisə zamanı o, Vüsal ilə üzbəüz dayanmamışdır. Vüsal Vəli ilə mübahisə etmiş, ancaq nalayiq ifadələri işlədərkən həmin ifadələri hamıya şamil etmişdir. Vüsala xəsarət yetirdikdən sonra hadisə yerindən uzaqlaşmışdır. Sonra yaşadığı Cəlilabad rayonuna qayıtmışdır. Vəlinin Vüsala yumruqla vurub-vurmamasını görməmişdir. Mübahisə zamanı orada Aqil və Kamal adlı şəxslər olmuşlar. Onların mübahisəyə heç bir aiddiyyatı olmamışdır. Vüsal onlarla bir qədər mübahisə etdikdən sonra “gəlin çıxaq çölə” deyib mübahisəni çöldə davam etdirməklərini bildirmişdir. Vəli ilə hadisədən əvvəl həmin əməli törədəcəkləri barədə razılaşmaları olmamışdır. Əvvəllər Vüsal ilə aralarında baş verən mübahisələrin vacib bir səbəbi olmamış, sadəcə olaraq ona və Vəliyə ilişmişdir. Vüsala xəsarət yetirməyinə onu heç kəs təhrik etməmişdir. Onlar Vəli ilə birlikdə idman zalına daxil olan zaman Vüsal və onun dostuna uzaqdan salam vermişdirlər. Ancaq Vüsal onlara tərəf gələrək “niyə salam vermirsiz?” ifadəsini işlətmişdir. Güman edir ki, o, onlardan yanına gələrək salamlaşmalarını istəmişdir. Vüsal ilə aralarında hadisədən qabaq 3 dəfə mübahisələri olmuşdur. Vüsal ancaq onunla və Vəli ilə mübahisə etmişdir. İbtidai istintaq zamanı müstəntiqə ifadə vermişdir. Vüsal ilk başda Vəlini təhqir etmiş və bu səbəbdən onlar mübahisəni idman zalının çölündə davam etdirmişdir. Vüsal mübahisə zamanı onu təhqir etmişdir. Hadisə 25 mart 2025-ci il tarixdə, “Pro Gym” idman zalında baş vermişdir. Mübahisə zamanı Vəli ilə Vüsalın arasında dava olmamışdır. İman həmin idman zalını işlədən şəxsdir. Vüsala xəsarət yetirdiyi bıçağı rayona qayıdarkən gölə atmışdır. Bıçağı rayonda olan zaman almışdır. Həmin bıçaq uzun müddətdir onda olmuşdur. Mübahisə zamanı Zərərçəkmiş şəxs onlara qarşı təzyiq göstərdiyindən və nalayiq ifadələr işlətdiyindən sonuncuya bıçaqla xəsarət yetirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı ünvanda qonşuluqda yaşayan Nihat və Vəli adlı şəxsləri tanımış, əvvəllər aralarında heç bir problem və ya dava-dalaş olmamışdır. Həmin şəxslər ondan balacadırlar, hətta həmin şəxslərin valideynlərini belə tanımışdır. 25 mart 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən “Pro Gym” adlı idman zalına məşq etmək üçün getmişdir. Həmin vaxt, təxminən saat 17 radələrində çoxdan tanıdığı Nihat və Vəli adlı şəxslər yanlarında əvvəllər tanımadığı, hadisədən sonra adını istintaqdan öyrəndiyi və ilk dəfə gördüyü Aqil adlı şəxslə məşq etmək üçün həmin sözügedən, məşq etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən “Pro Gym” adlı idman zalına gəlmişdilər. Onlar içəri daxil olmuş və ona salam vermədən məşq etməyə başlamışlar. Bu zaman onlar onu görsələr də salam verməmişlər. Onlara əsəbləşərək niyə salam vermədiklərini bildirmişdir. Bu zaman həmin şəxsləri söhbət etmək üçün çölə dəvət etmiş və onlar hamısı idman zalından çölə çıxmışdırlar. Çöldə ikən o Vəli, Nihat, Kamal, dostum Əli və Aqil adlı şəxslə birlikdə söhbət edən zaman həmin şəxsləri, yəni Vəli və Nihatı danlamış və ondan çox balaca olduqlarını, ümumiyyətlə uşaq olduqlarını və Vəliyə gedib işləri ilə məşğul olmalarını bildirmiş, o əsas Vəli ilə söhbət etmişdir. Söhbət əsnasında əsəbləşdiyi üçün Vəliyə dedimişdir ki, “sənin başıvı partdadaram”. Bu zaman Vəli ona cavab qaytaranda Vəliyi və yanında olan uşaqları nalayiq ifadələrlə təhqir etmişdir. Onu da qeyd etmişdir ki, o yalnız həmin şəxslərin özlərini söymüşdür. Bu zaman söhbət əsnasında, heç gözləmədiyi anda Nihat onu qəfildən bıçaqla qarın nahiyəsindən vurmuşdur. Bundan sonra həmin şəxsləri qovalamışdır və həmin şəxslər də qaçıb hadisə yerindən getmişdilər. Bundan sonra dostu Əli həmin sözügedən idman zalını işlədən, adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsin avtomobili ilə onu xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Nihat ilə bir məhəllədə yaşamış və dost münasibətləri var idi. Hadisə günü Nihatın yanında Aqil və Vəli var idi. Hadisə idman zalının həyətində baş vermişdir. O həmin zala məşq etmək üçün tez-tez gedib-gəlmişdir. Nihatgil ona salam vermədikləri üçün dava yaranmışdır. Söhbət etmək üçün çölə çıxmışdırlar. O həmin vaxt Vəli ilə üzbəüz durub söhbət etmişdir. O söhbət zamanı orada olan Vəli, Nihat və onlarla gələn hər bir şəxsi ümumi olaraq söymüşdür. Söhbət zamanı orada olanların özlərini söymüşdür. Söhbət edən zaman heç kəs ona təpik və yumruqla vurmamışdır. Hadisə baş verdikdən sonra orada olanların hamısı qaçmışlar. Nihatgil 4 nəfər idilər. Orada olanların hamısını tanımamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni qismən təsdiq edir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Kəlbəcər rayonu, Keştək kəndində qeydiyyatda olsa da Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dimitrov küçəsi, fərdi evdə ailəsilə birlikdə yaşamışdır. Heç bir yerdə işləməmiş, ali təhsillidir, əvvəllər məhkum olunmamış, idmanla məşğul olmuşdur. Bildirmişdir ki, yaşadığı ünvandan onunla qonşuluqda yaşayan Nihat və Vəli adlı şəxsləri tanıyır, əvvəllər aralarında heç bir problem və ya dava-dalaş olmamışdır. Həmin şəxslər ondan çox balacadırlar, hətta həmin şəxslərin valideynlərini belə tanıyır. Mahiyyəti üzrə bildirmişdir ki o, 25 mart 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Büııyatzadə küçəsində yerləşən “Pro Gym” adlı idman zalına məşq etmək üçün getmişdir. Həmin vaxt, təxminən saat 17 radələrində çoxdan tanıdığı Nihat və Vəli adlı şəxslər yanlarında əvvəllər tanımadığı, hadisədən sonra adını istintaqdan Öyrəndiyi və ilk dəfə gördüyü Aqil adlı şəxslə məşq etmək üçün həmin sözügedən, onun məşq etdiyim Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Büııyatzadə küçəsində yerləşən “Pro Gym” adlı idman zalma gəlmişdirlər. Bunlar içəri daxil olmuş və onun üzünə baxmışdırlar, ona salam vermək istəmişdirlər, bu zaman o, iizünü başqa istiqamətə çevirib işi ilə məşğul olmağa davam etmiş, həmin şəxslərə salam verməmiş, ümumiyyətlə o, həmin şəxslər ilə görüşmək və salamlaşmaq istəməmiş, bu isə, lıəmin şəxslərin xətrinə dəymiş və buna görə bərk əsəbləşdirlər və ona öz etirazlarını bildirərək, ondan niyə həmin şəxslərə salam vermədiyini soruşmuşdurlar. Bu zaman o, həmin şəxsləri söhbət etmək üçün çölə dəvət etmiş və onlar hamısı idman zalından çölə çıxmışdırlar. Çöldə ikən o, Vəli, Nihat, Kamal, dostu Əli və bayaq dediyi kimi tanımadığı, adını hadisədən sonra istintaqdan öyrəndiyi, əvvəllər heç görmədiyi Aqil adlı şəxslə birlikdə söhbət edən zaman o, həmin şəxsləri, yəni Vəli və Nihatı danlamış və ondan çox balaca olduqlarını, ümumiyyətlə uşaq olduqlarını və Vəliyə gedib işləri ilə məşğul olmağını bildirmiş, o, əsas Vəli ilə söhbət etmişdir. Söhbət əsnasında o, əsəbləşdiyi üçün Vəliyə demişdir ki, “sənin başıvı partdadaram”. Bu zaman Vəli ona cavab qaytaranda o, Vəli və yanında olan uşaqları nalayiq ifadələrlə təhqir etmişdir. Onu da qeyd etmişdir ki, onun təhqiri və həmin şəxslərə söydüyü söyüş yalnız həmin şəxslərin özünə qarşı olmuşdur, həmin şəxslərin ailə üzvlərini söyməmişdir. Bu zaman söhbət əsnasında, heç gözləmədiyi anda Nihat onu qəfildən bıçaqla qarın nahiyəsindən vurmuşdur. Bu zaman Vəli ona yumruq atsa da o, başını geri çəkdiyi üçün yumruq ona dəyməmişdir. Bundan sonra o, həmin şəxsləri qovalamış və həmin şəxslər də qaçıb hadisə yerindən getmişdirlər. Bundan sonra dostu Əli həmin sözügedən idman zalını işlədən, adını bilmədiyi, lakin üzdən tanıdğı şəxsin avtomobili ilə, ikisi də birlikdə onu Sabunçu xəstəxanasına aparmışdırlar. Hadisə 25 mart 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən “Pro Gym” adlı idman zalında baş vermişdir. Hadisəyə səbəb konkret olaraq, onun həmin şəxslərə salam verməməyi üstündə başlamış, mübahisəyə səbəb onn həmin şəxslərə qarşı nalayiq ifadələr işlətməsi olmuşdur. Нadisə zamanı əvvəllər heç vaxt görmədiyi və adını hadisədən sonra istintaqdan öyrəndiyi Aqil adlı şəxs olmuşdur. Həmin şəxslər ilə əvvəllər aralarında hər hansısa bir dava-dalaş və mübahisə olmamışdır (cild 1, iş vərəqi 39-42). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yeni Ramana qəsəbəsində yerləşən idman kompleksinə məşq etmək üçün getmişlər. İdman zalına daxil olan zaman orada Zərərçəkmiş şəxs ilə sözləri üst-üstə düşmədiyinə görə mübahisə etməyə başlamış və sonra mübahisəni davam etdirmək üçün çölə çıxmışlar. Zərərçəkmiş şəxs idman zalının çölündə onların ünvanlarına nalayiq ifadələr işlətdiyi üçün dostu Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən sonra onlar hadisə yerindən uzaqlaşmışlar. Təqsirləndirilən şəxs polis əməkdaşlarına təslim olması onlara sonradan məlum olmuşdur. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, idman zalına hadisəyə qədər təxminən 6-7 ay getmişdir. İdman zalının adı “Pro” idi. Vüsalı tanımışdır, sonuncu onun dostu olmuşdur. Nihat məhlə uşağı olmuşdur. Vüsal ilə salamlaşmadıqları üçün sonuncu onlardan hansı səbəbə görə onunla salamlaşmadığını soruşmuş, bu səbəbdən aralarında mübahisə başlamışdır. Vüsal onları təhqir edən zaman, təhqiredici sözləri orada olan hamıya ünvanlamışdır. Vüsal ilə mübahisə zamanı o, söhbət etmiş, Nihat onun yanında dayanmışdır. Vüsal onlara qarşı nalayiq ifadələr işlətdiyinə görə Nihat ona bıçaqla xəsarət yetirmişdir. O, Nihatdan Vüsalı hansı səbəbdən vurduğunu hadisə yerində soruşmuşdur. Nihatla birlikdə polis əməkdaşlarına təslim olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə idman zalında baş vermişdir. Hadisə günü onlar idman zalına məşq etmək üçün getmişlər. Zalda Zərərçəkmiş şəxs onlara baxmış, onlar da sonuncuya baxmış və sonra sözümüz üst-üstə düşmədiyinə görə mübahisəni çöldə davam etdirmişlər. Şahid2 Zərərçəkmiş şəxs ilə söhbət etmişdir. Zərərçəkmiş şəxs onları təhqir etdiynə görə Nihat Vüsala bıçaqla xəsarət yetirmişdir. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, 17 yaşı var. Mübahisə zamanı Zərərçəkmiş şəxs onlara qarşı təzyiq göstərdiyindən və nalayiq ifadələr işlətdiyindən mən ona bıçaqla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs onların hamısına qarşı nalayiq ifadələr işlətmişdir. İbitidai istintaq zamanı verdiyi ifadəni təstiq edir. Məhkəmə istintaqında ifadəsi tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 1 ünvanında ailəsilə birlikdə yaşamışdır. Bildirmişdir ki, yaşadığı ünvandan uşaqlıq illərindən Vəli, Nihat və Aqil adlı şəxsləri tanıyır, həmin şəxslər ilə aralarında dost münasibətləri var, eyni zamanda ailələri də bir-birini tanıyır. Bildirmişdir ki, İbrähimzadə Vüsalı da üzdən tanıyır, yaşadıqları ərazidə aradabir təsadüfən görmüş, adını hadisə zamanı öyrənmiş, əvvəllər aralarında heç bir münasibət və ya dava-dalaş olmamışdır. Vüsalın dostu Əlini tanıyır, ancaq həmin şəxslə aralarında heç bir münasibət və yaxınlıq olmamış, qarşılaşanda sadəcə salamlaşmışdırlar. Vüsal ilə Vəlinin arasında keçmişdə dostluq münasibətləri olması, lakin sonradan münasibətləri pozulmasını da baş vermiş hadisədən sonra öyrənmişdir. Hadisə günü öyrəndiyinə görə Vüsal ilə Vəlinin arasında hadisədən bir neçə gün əvvəl sözlü mübahisə yaranmış, münasibətləri pozulmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, hadisə baş verən gün, yəni 25 mart 2025-ci il tarixdə saat təxminən 17 radələrində o, dostları Vəli və Nihat birlikdə məşq etmək üçün idman zalına gedən zaman Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində, yaşadıqları yerə yaxın ərazidə yerləşən avtobus dayanacağında təsadüfən ortaq dostları olan Aqili görmüş, onlar görüşmüş, əllərində də idman sumkası olmuş, həmin vaxt onlar birlikdə idman zalına məşq etməyə getmişdirlər. Onu da qeyd etmişdir ki, onlar həmin hadisə baş verən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən “Pro Gym” adlı idman zalına hadisəyə qədər 1 il olardı ki, məşq etmək üçün gedib-gəlmişdirlər. Bu zaman Aqil də həmin şəxslərə qoşulmuş və onlar, birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən ‘Tro Gym” adlı idman zalına məşq etmək üçün getmiş və həmin sözügedən idman zalına daxil olmuş, həmin vaxt Vüsalı da orada görmüşdürlər. Bu zaman Vüsalın yanında, Vüsalın dostu Əli də orada olmuş, birlikdə məşq etmişdirlər. Bu zaman onlar həmin şəxslər ilə salamlaşmışdırlar. Bundan sonra Vəli və Vüsalın dostu Əli bir-biri ilə baxışmış. Vəli Əlidən nə üçün baxdığını soruşmuş, Əli isə, dillənməmiş, həmin şəxsin əvəzinə X3 ilə nə işi olduğunu soruşmuş və Əlidən aralı durmasını tələb etmişdir. Daha sonra Vüsal Vəlini idman zalından çölə dəvət etmiş, birlikdə çölə çıxmaqlarını bildirmiş. Vəli Vüsal ilə çölə çıxmaq istəməsə də, Vüsal təkidlə Vəlini çölə dəvət etmiş və sonda Vəli, Vüsal ilə çölə çıxmağa razılaşmış, həmin şəxslər birlikdə çölə çıxmış, ardınca da Aqil, Nihat, o və həmin sözügedən idman zalında işləyən İman adlı şəxs birlikdə çölə çıxmışdırlar. Çöldə ikən Vüsal ilə Vəli mübahisə etmiş, bu zaman Vüsal Vəlini və Nihatı təhqir etmiş, Vəli isə cavabında, Vüsala onunla heç bir işi olmadığını bildirmiş və onunla niyə belə aqressiv danışdığını Vüsaldan soruşmuş, bu zaman Vüsal cavabında Vəliyə yanındakı Əli adlı dostu ilə bir daha nəsə işi olarsa, onu vuracağı ilə hədələmiş, Vəli və Nihatı yenidən təhqir etmişdir. Bu zaman heç gözləmədikləri anda Nihat Vüsalı, qəfildən bıçaqla qarın nahiyəsindən vurmuş və bıçağın Vüsala xəsarət yetirdiyini o, görməmişdir. Bundan sonra onlar, bir-birilərinin üstünə cummaq istəmiş, qarışıqlıq yaranmış, bundan sonra Aqil başqa istiqamətdə qaçmış, o, Vəli və Nihat isə, tamam başqa istiqamətə getmişdirlər. Bundan sonra həmin sözügedən idman zalına yaxın ərazidə olan əlillər deyilən yerdə dördü görüşmüş, daha sonra isə, sağollaşaraq hamısı ayrılmış və müxtəlif istiqamətlərdə getmişdirlər. Bildirmişdir ki, onu polis şöbəsinə çağırdıqdan sonra o, Vüsalın xəsarət aldığını bilmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. O, Nihatın Vüsala ağır xəsarət yetirdiyini bilməmiş, çünki hadisədən sonra Vüsal Nihatın dalınca qaçmış və o, düşünmüşdür ki, ağır xəsarət alan şəxs Nihatın dalınca qaça bilməz. Bildrmişdir ki, həmin hadisənin əvvəlcədən baş verəcəyindən nə onun nə də əvvəllər üzdən tanıdığı, lakin adını hadisə zamanı öyrəndiyi Vüsal adlı şəxsin belə orada olacağından heç birilərinin məlumatı və ya xəbəri olmamışdır. Bir daha qeyd etmişdir ki, onun Vüsal adlı şəxslə əvvəllər aralarında heç bir dava-dalaş, ədavət, olmamışdır. O, bu hadisədə günahsızdır. Hadisə 25 mart 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən “Pro Gym” adlı idman zalında baş vermişdir. Hadisəyə səbəb konkret olaraq Vüsalın nalayiq ifadələrlə Vəli və Nihatı təhqir etməsi olmuşdur. Hadisə zamanı orada o, dostları Aqil, Vəli, Nihat və bayaq yuxanda qeyd etdiyi kimi Əli və dostu Vüsal olmuşdurlar. Onun Vüsal ilə aralarında əvvəllər heç bir şey olmamış, əvvəllər Vəli ilə Vüsalın arasında sözlü mübahisə olduğunu, lakin heç bir dava-dalaş olmadığım bilmişdir. Onlar bu hadisəni qabaqcadan planlaşdırmamış, Nihatın Vüsalı bıçaqla vurub xəsarət yetirəcəyini qabaqcadan bilməmişdirlər (cild 1, iş vərəqi 15-19). Məhkəmə istintaqında ifadəsi tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid6 və Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onlar Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqi 115-122). Məhkəmə istintaqında ifadəsi tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır, orta təhsillidir. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən “Pro Gym” adlı idman zalı ona məxsusdur. O, özünə məxsus həmin idman zalında mütəmadi olaraq axşamlar olmuş, oranı o, bacısı oğlu Şahid4 tapşırıb getmiş, həm də həmin şəxs orada məşqçi olaraq fəaliyyət göstərmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 25 mart 2025-ci il tarixdə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Btinyatzadə küçəsində yerləşən “Pro Gym” adlı idman zalına, təxminən saat 17 radələrində baş vermiş bıçaqlanma hadisəsi zamanı o, orada olmamışdır. Hadisə barədə məlumat aldıqdan, təxminən 1 sonra o, oraya gəlmiş və həmin orada polis əməkdaşları var olmuşdur. Hadisə iştirakçılarını Vüsaldan başqa digərlərini nə əvvəllər tanımış, nə də ki, indi tanımır, Vüsalı da yaşadığı ərazidə üzdən tanımış, adını isə, baş vermiş hadisədən sonra öyrənmişdir. Bir daha qeyd etmişdir ki, hadisənin baş vermə səbəbini bilmir, həç nədən xəbəri yoxdur. Hadisə 25 mart 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu. Sabunçu qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən “Pro Gym” adlı idman zalında baş vermişdir. Hadisənin səbəbini bilmir, çünki hadisə baş verən an orada olmamışdır. Hadisə zamanı orada kim və ya kimlərin olmasını bilmir, çünki bir daha qeyd etmişdir ki, orada olmamamışdır. Həmin sözügedən idman zalı faktiki olaraq onun özünə məxsusdur və özü işlətmişdir. Şahid4 orada hadisəyə qədər 1 ildir ki, işləsə də bacısı oğlu olduğu üçün həmin şəxslə arasında heç bir əmək müqaviləsi yoxdur (cild 1, iş vərəqi 124-127). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs xəsarət yetirməsi görüntülərini özündə əks etdirən 1 ədəd CD disk iş üzrə Şahid5 protokol tərtib edilməklə götürülmüşdür (cild 1, iş vərəqi 10-11). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs xəsarət yetirməsi görüntülərini özündə əks etdirən 1 ədəd CD diskə baxış zamanı 1 ədəd CD diski açarkən orada 3 ədəd fayl olduğu aşkar edilmişdir. Həmin diskdə olan “VİD-20250510-WA0001” adlı fayla baxış keçirilən zaman həmin görüntünün 18-ci saniyəsində iş üzrə Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vuraraq lıadisə yerindən qaçması Zərərçəkmiş şəxs da onun arxasınca qaçması görüntüləri aşkar edilmişdir. “VİD-20250510-WA0002” adlı fayla baxış keçirilən zaman həmin görüntünün 28-ci saniyəsində iş üzrə Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vuraraq hadisə yerindən qaçması Zərərçəkmiş şəxs da onun arxasınca qaçması görüntüləri aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs həmin videogörüntüdəki şəxsin özü olduğunu və 25 mart 2025-ci il tarixdə iş üzrə Zərərçəkmiş şəxs xəsarət yetirən zaman orada olan kamera vasitəsilə çəkilmiş görüntülər olduğunu bildirmişdir (cild 1, iş vərəqi 89). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs 25 mart 2025-ci il tarixdə saat 17.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən “Pro Gym” idman zalının qarşısında Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi yeri əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 112-114). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 aprel 2025-ci il tarixli, 825 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs böyük piyliyin eventerasiyası (qarın boşluğundan xaricə çıxması) nazik və siqmavari bağırsaqların zədələnməsi ilə müşayiət olunan qarın boşluğunun daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2025-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 69-71). Cinayət işinin materiallarında olan ambulator kompleks məhkəmə psixoloji və psixiatrik ekspertizasının 15 may 2025-ci il tarixli, 1568 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxshazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Hadisə zamanı öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafı normaya uyğundur. Onda xasiyətin psixopatik cizgiləri aşkar olunur. Özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmədi. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psix-emosional vəziyyətdə olmamışdır (cild 1, iş vərəqi 128-132). Cinayət işinin materiallarında olan 27 may 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs xəsarət yetirməsi görüntülərini özündə əks etdirən 1 ədəd CD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 134-146). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 123). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Cinayət işinin materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 60). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 23 aprel 2025-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 100-108). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2 və 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və etirafedici ifadə verərək səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və etirafedici ifadə verərək səmimi peşman olmasını müstəsna hallar hesab edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və onun törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilən azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanların cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1, 158.2.2 və 158.6-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 23 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia və ekspertiza xərclərinin olmadığı nəzərə alınmalıdır. İş üzrə maddi sübut: -Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs xəsarət yetirməsi görüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar Müəssisəsinə göndərilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 23 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia və ekspertiza xərclərinin olmadığı nəzərə alınsın. İş üzrə maddi sübut: -Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs xəsarət yetirməsi görüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Eldar İsmayılov Cavid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar