Məhkəmə qərarları › İş №1(101)-1434/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1434/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1434/2021 17.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi –X11 qızı, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Ukrayna Respublikasında anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, S.Vurğun küçəsi, dalan 2, fərdi yaşayış evlərində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı X12 ilə (Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə məhkum edilmişdir) əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Ramin Talışinski istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 23,01 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 04 ədəd həbdən ibarət narkotik vasitə metadon və 0,569 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib Təqsirləndirilən şəxs ilə birlikdə kirayə yaşadıqları ünvan 3 ünvanına daşımaqla orada saxlamış, R.Talışinski həmin narkotik vasitə heroinin 2,301 qramını bölüb bir bükümə qablaşdıraraq üzərində, həmin narkotik vasitə heroinin 2,605 qramını bölüb üç ədəd bükümə qablaşdıraraq satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə Təqsirləndirilən şəxs vermiş, qalan bir bükümdə 18,104 qram narkotik vasitə heroini, bir ədəd şəffaf polietilen kəsiyi bükümdə 4 ədəd həbdən ibarət narkotik vasitə metadonu və bir ədəd şəffaf polietilen kəsiyi bükümdə 0,569 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq yaşadıqları evdə gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 oktyabr 2018-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:30da ünvan 4 ünvanının qarşısında saxlanılıb üzərinə keçirilən baxış zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 03 ədəd şəffaf polietilen kəsiyi bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,868 qram, 0,904 qram və 0,833 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 2,605 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əlində saxladığı qara rəngli çantanın içərisindən aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ramin Talışinski 11 oktyabr 2018-ci il tarixdə saat 23:45-də yaşadığı Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsi, ev 20 ünvanının qarşısında saxlanılıb üzərinə keçirilən baxış zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı külli miqdarda 2,301 qram çəkidə narkotik vasitə heroin əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 oktyabr 2018ci il tarixdə saat 00:20-də Təqsirləndirilən şəxs və X5 yaşadıqları ünvan 3 ünvanına özlərinin icazəsi və iştirakı ilə keçirilən baxış zamanı onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladıqları bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 18,104 qram çəkidə narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen kəsiyi bükümdə təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 04 ədəd həbdən ibarət narkotik vasitə metadon və bir ədəd şəffaf polietilen kəsiyi bükümdə 0,569 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi mənzilin yataq otağında olan kosmetika çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir narkotik vasitə heroindən iyləmək üsulu ilə istifadə edir. Heroini ona Ramin Talışinski vermiş, bir dəfəlik istifadə üçün olan heroinin qiyməti 10 manat olmuşdur. Raminin heroini kimdən alması barədə məlumatı olmamışdır. 11 oktyabr 2018-ci il tarixdə o, Ramindən 500 manata ümumilikdə 20 qramdan artıq heroin, 04 ədəd metadon həbi və 0.5 qram metamfetamin almışdır. Öz istifadəsi üçün elektron tərəzidən istifadə etmişdir ki, Ramin onu heroin satanda aldatmasın. 11 oktyabr 2018-ci il tarixdə Ramindən aldığı heroindən 3 büküm götürüb özünə məxsus olan qara rəngli dəri çantanın içərisinə qoymuş, bundan sonra Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 8 saylı binanın qarşısına getmişdir. Saat təxminən 22:30-radələrində bir neçə mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirib, xidməti vəsiqələrini göstərib yanlarında olan 2 nəfər qadının hal şahidləri olduqlarını demişlər. Ona üzərində qeyri-qanuni əşya varsa özünün könüllü təqdim etməsini bildirmişlər. O, polis əməkdaşlarına heç bir müqavimət göstərmədən onların qanuni tələblərinə əməl edərək qara rəngli dəri çantadan 3 büküm heroini çıxarıb onlara təhvil vermişdir. Təqdim etdiyi heroin polis əməkdaşları tərəfindən qablaşdırılmış və üzəri möhürlənmişdir. Bundan sonra o, yaşadığı evində heroin, metadon və metamfetamin həmçinin elektron tərəzi olduğunu bildirmiş, bütün bunları ona Ramin Talışinskinin verdiyini, hətta Raminin onun evində olduğunu bildirmişdir. O, polis əməkdaşlarını evə dəvət etmiş, oraya çatdıqda saat 23:45-də Ramin evin qarşısında saxlanılmışdır. Raminə üzərində qanunsuz əşyanın təqdim edilməsi təklif edilmiş, bu zaman Ramin Talişinski əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb polislərə təhvil vermiş, sonra polis əməkdaşları həmin bükümləri qablaşdırıb möhürləmişlər. O evə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə vermiş, bundan sonra polis əməkdaşları və hal şahidləri ilə birlikdə evinə baxış keçirilərkən yataq otağında olan çarpayının altında müxtəlif rənglərdən ibarət kosmetika qabının içərisindən 03 ədəd büküm və 01 ədəd elektron tərəzini polislərə təhvil vermişdir. Həmin bükümlərdən birində təxminən 18 qram heroin, digərlərində isə müvafiq olaraq 04 ədəd metadon həbi və 0,5 qram metamfetamin olmuşdur. Bükümlər qablaşdırıb möhürləndikdən sonra Baş idarəyə getmişlər, müdafiəçi ilə təmin olunaraq hüquq və vəzifələri izah edilmiş, müvafiq sənədləşdirmə işləri aparılmışdır. Son olaraq bildirmişdir ki, narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş, narkotik vasitə satışı ilə məşğul olmamışdır, törətdiyi əməlin düzgün tövsif edilməsini, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs, yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünü qismən təqsirli bilməsinə baxmayaraq, hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, maddi sübutlar, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)703/2021 saylı 26 fevral 2021-ci il tarixli hökmündən görünür ki, həmin iş üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X12 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 ildir ki, narkotik vasitə olan heroini həm iyləmək, həm də inyeksiya üsulu ilə qəbul etmiş, həmçinin metadon və metamfetamindən də az miqdarda istifadə etmişdir. Son dövrlərdə isə maddi imkansızlıq səbəbindən ailəsini dolandıra bilmədiyi üçün narkotik vasitələrin satışı ilə məşğul olmağa başlamışdır. Narkotikləri Lənkəran şəhərində Vəssab küçəsində yerləşən “Kiçik Bazar” adlanan yerdə tanımadığı şəxslərdən almışdır. Tutulduğu gündən 2 gün əvvəl eyni qaydada təxminən 22 qram heroin, 4 ədəd metadon, 0,5 qram metamfetamini 450 manata anket məlumatlarını və telefon nömrəsini bilmədiyi şəxsdən alıb yol marşrutları ilə üzərində daşımaqla tanışı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına gətirmişdir. Orada heroindən 2 qramını özünə götürüb qalanını Sevincə 500 manata vermişdir. 11 oktyabr 2018-ci il tarixdə saat 23:45-də Sevincin evinin qarşısında olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları yanlarında olan 2 nəfər şəxsin hal şahidi olduqlarını dedikdən sonra üzərində qanunsuz əşya varsa təqdim etməyini təklif etmişlər. O da əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təxmini çəkisi 2 qramdan artıq olan heroini onlara vermiş, sonra həmin maddə qablaşdırılıb götürülmüşdür. Daha sonra evə baxış keçirilmiş və baxış zamanı Sevinc yataq otağındakı çarpayının altından kosmetika qabını çıxarmış, oraya baxış keçirildikdə qabın içərisində çəkisi 18 qram olan heroin bükümü, 4 ədəd metadon, 0,5 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Polis əməkdaşları onları da qablaşdırıb möhürlədikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər. Baş İdarədə müdafiəçi ilə təmin olunaraq ona hüquq və vəzifələri izah edilmiş, sonra da müvafiq sənədləşdirmə işləri aparılmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və fiziki təsir göstərilməmişdir. O, tutulan zaman polis əməkdaşlarına müqavimət göstərməmiş, üzərinə baxış hal şahidlərinin iştirakı ilə keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 11 oktyabr 2018-ci il tarixdə Baş İdarəyə ünvan 6 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri Nizami rayonu və Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində narkotik vasitə olan heroin, metadon və psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olması və yaşadığı evdə həmin maddələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, alınmış məlumat barədə raportla Baş İdarənin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu və Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazilərində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən onun rəhbərliyi altında Baş İdarənin baş əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı Şahid2 və polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun üzvlərinə Təqsirləndirilən şəxs xarici əlamətləri barədə məlumat verərək tədbir zamanı hərəkət ardıcıllıqlarını izah etmiş, tədbirə başlamamışdan əvvəl hal şahidi qismində iştirak etməkdən ötrü iki nəfər qadın cinsinə mənsub olan şəxsi Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə inzibati otaqların birində o, həmin şəxslərə Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini, eləcə də tədbir zamanı onların iştiraklarının nədən ibarət olacağını ətraflı izah etmişdir. Bundan sonra 11 oktyabr 2018-ci il tarixdə axşam saatlarında əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birlikdə Baş İdarədən çıxaraq Təqsirləndirilən şəxs olması ehtimal etdikləri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektinə getmişlər, orada əməliyyat mövqeyi seçərək ətrafı müşahidə etməyə başlamışlar. 11 oktyabr 2018-ci il tarixdə saat 22:30 radələrində ünvan 7 ünvanın qarşısında özünü şübhəli aparan bir qadını görüb dərhal onu saxlamışlar, həmin şəxs barəsində məlumat daxil olmuş Təqsirləndirilən şəxs çox bənzəmişdir. Saxladıqları qadından ad, soyadını, eləcə də digər anket məlumatlarını soruşarkən onlara məlum olmuşdur ki, həmin şəxs xx.xx.1972-ci ildə Ukrayna Respublikasında anadan olmuş, ünvan 13-də qeydiyyatda olan və faktiki olaraq ünvan 6-də yaşayan Təqsirləndirilən şəxsdır. Onlar Təqsirləndirilən şəxsm əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək ona narkotik vasitə heroin, metadon və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmaqda və yaşadığı mənzildə saxlamaqda şübhəli olduğunu izah etmişlər. Hal şahidlərinin yanında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr varsa təqdim etməsini təklif etmişlər, həmin vaxt Təqsirləndirilən şəxs həyəcanlansa da qaçmağa cəhd etməmiş və bildirmişdir ki, üzərində olan əl çantasının içərisində üç ədəd bükümdə narkotik vasitə olan heroin, yaşadığı evdə isə kosmetik əşyalar üçün nəzərdə tutulmuş çantanın içərisində bir ədəd bükümdə narkotik vasitə olan heroin, bir ədəd bükümdə 04 ədəd narkotik vasitə olan metadon həbləri, bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin vardır və onları təqdim edə bilər. Elə orada hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli dəri əl çantasının içərisindən üç ədəd şəffaf sellofan bükümü çıxarıb onlara təqdim etmişdir. Orada hal şahidlərinin və Təqsirləndirilən şəxs özünün iştirakı ilə həmin bükümləri açdıqda onların içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər maddələr olduğu müəyyən edilmişdir. Onlar həmin bükümləri bir ədəd zərfə qoyub qablaşdırmışlar və möhürləmişlər, zərfin üzərinə Təqsirləndirilən şəxs və hal şahidləri imza etdikdən sonra zərfi götürmüşlər. Elə oradaca hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs əl çantasına və üstünə baxış keçirərkən onun əl çantasından bir ədəd “LG” markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi və 15 manat pul aşkar olunmuş, 15 manat pulu Təqsirləndirilən şəxs qaytarsalar da, mobil telefonu və şəxsiyyət vəsiqəsini götürmüşlər. Həmçinin Sevincin qara rəngli dəri əl çantasını bir ədəd zərfdə qablaşdırıb möhürləyərək götürmüşlər. Təqsirləndirilən şəxs və hal şahidləri həmin zərfin üzərinə imza etmişlər. Təqsirləndirilən şəxs başqa heç bir əşya, predmet və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Orada şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş və evində olan narkotik vasitələri və psixotrop maddəni ona istifadə etməsi üçün Lənkəran rayon sakini Ramin Talışinski gətirib vermişdir, narkotik vasitələr və psixotrop maddələri özü yaşadığı evdə saxlamışdır, hal-hazırda Ramin Talışinski də onun evindədir. Təqsirləndirilən şəxs yaşadığı evdə olan narkotik vasitələri və psixotrop maddəni onlara təqdim etməyə heç bir etirazı olmadığını bildirmiş, X18nin cinayət əməlinin ifşa edilməsinə köməklik etməyə razı olduğunu söyləmiş, bununla yanaşı Raminin xarici əlamətləri barədə də onlara məlumat vermişdir. Onlar əvvəlcə hal şahidi qismində iştirak etməkdən Ötrü iki nəfər kişi cinsinə mənsub olan şəxs dəvət edib onlara hüquq və vəzifələrini izah etmişlər, daha sonra bütün hal şahidləri, əməliyyat qrupunun üzvləri və Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı ünvan 8 ünvanın qarşısına getmişlər. 11 oktyabr 2018-ci il tarixdə saat 23:45 radələrində həmin ünvanın qarşısında özünü şübhəli aparan, xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs təsvir etdiyi Ramin Talışinskiyə bənzəyən bir nəfər şəxsi saxlayıb özlərini ona təqdim etmişlər. Ondan ad, soyadını və digər anket məlumatlarını soruşduqda həmin şəxs özünü 24.05.1977-ci ildə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri, Vəssab küçəsi ev 14-də qeydiyyatda olan və yaşayan X2 təqdim etmişdir. X19 narkotik vasitələrin və psixotrop maddənin satışında şübhəli olduğunu izah edərək üzərində qeyri-qanuni əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif etmişlər, həmin vaxt Ramin Talışinski hal şahidlərinin yanında üzərində bir büküm narkotik vasitə heroin olduğunu bildirmiş və əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb onlara təqdim etmişdir. Elə oradaca hal şahidlərinin gözü qarşısında həmin bükümü açdıqda onlara məlum olmuşdur ki, onun içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddə vardır. Onlar həmin maddəni şəffaf sellofan bükümü ilə birlikdə bir ədəd zərfə qoyaraq qablaşdırıb möhürləmişlər, hal şahidləri və Ramin Talışinski zərfi imzaladıqdan sonra onu götürmüşlər. Daha sonra hal şahidlərinin iştirakı ilə Ramin Talışinskinin üzərini yoxladıqda onun əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Dodgee” markalı və bir ədəd “Samsung” markalı mobil telefonlar, 10 manat pul, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. 10 manat pulu özünə qaytarsalar da mobil telefonlar və şəxsiyyət vəsiqəsi onlar üçün əhəmiyyət kəsb etdiyindən özləri götürmüşlər. Ramin Talışinskinin üstündən başqa heç bir əşya, predmet və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə onların tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmaması barədə ərizə yazmış və tədbir iştirakçılarım hal şahidləri ilə birlikdə yaşadığı Əziz Əliyev küçəsi ev 20, mənzil 3 saylı ünvana dəvət etmişdir. Mənzil binanın birinci mərtəbəsində yerləşmiş və 2 otaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs onların və hal şahidlərinin gözü qarşısında yataq otağındakı çarpayının altından bir ədəd müxtəlif rəngli kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasını çıxarmış, həmin çantanın içərisindən 3 ədəd şəffaf polietilen bükümləri və bir ədəd elektron tərəzini çıxarıb onlara təqdim etmişdir. Hal şahidlərinin gözü qarşısında onlar həmin bükümləri açmışlar, bükümlərdən birinin içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddə, ikinci bükümün içərisində dörd ədəd narkotik vasitə metadon həblərinə oxşar maddə və üçüncü bükümün içərisində isə ağ rəngli, toz-kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Onlar həmin bükümləri içərisindəki maddələrlə birlikdə və elektron tərəzini bir ədəd zərfə qoyaraq qablaşdırıb möhürləmişlər, zərfin üzərinə hal şahidləri və Təqsirləndirilən şəxs imza etdikdən sonra zərfi götürmüşlər. Təqsirləndirilən şəxs kosmetik vasitələr üçün nəzərdə tutulmuş çantasına hal şahidlərinin iştirakı ilə baxış keçirsələr də, onun içərisindən əhəmiyyət kəsb edən heç bir əşya, predmet və ya maddə götürməmişlər. Lakin həmin əl çantasını bir ədəd zərfə qoyub qablaşdırıb möhürləmişlər, zərfi Təqsirləndirilən şəxs ilə yanaşı hal şahidləri də imzaladıqdan sonra özləri ilə götürmüşlər. Daha sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı həmin mənzilə ətraflı baxış keçirmişlər, lakin oradan əməliyyat marağı kəsb edən heç bir şey aşkar etməmiş və götürməmişlər. Orada şifahi sorğu-sual edərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən əl çantasından çıxarıb təqdim etdiyi üç ədəd və yaşadığı mənzildəki kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasından çıxarıb təqdim etdiyi bir ədəd bükümlərdə olan narkotik vasitə heroini 500 manata, yaşadığı mənzildəki kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasından çıxarıb təqdim etdiyi bir ədəd bükümdəki narkotik vasitə olan 4 ədəd metadon həblərini 24 manata, həmin çantadan çıxarıb təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə olan metamfetamini 80 manata saxlanıldığı vaxtdan bir gün öncə X23 istifadə etmək məqsədilə yaşadığı evdə alaraq əldə etmiş və saxlamışdır. X26 də Təqsirləndirilən şəxs dediklərini təsdiq etmiş və aşkar olunaraq götürülmüş narkotik vasitələri və psixotrop maddəni Təqsirləndirilən şəxs satdığını etiraf etmişdir. X18 bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan, eləcə də Təqsirləndirilən şəxs satdığı ümumilikdə beş ədəd bükümdə olan narkotik vasitə heroini və metadon həblərini, eləcə də bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini saxlandığı vaxtdan iki gün əvvəl yaşadığı Lənkəran şəhərində olarkən “Kiçik Bazar” adlanan yerdə əvvəllər tanımadığı, anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi bir nəfər şəxsdən ümumilikdə 500 manata almışdır. Daha sonra zəruri sənədləşmə işlərini aparmaq üçün onlar saxlanılan Təqsirləndirilən şəxs və Ramin Talışinskini, eləcə də hal şahidlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada saxlanılan şəxslərin hüquqlarını müdafiə etməkdən Ötrü vəkillər dəvət etmişlər və onlara hüquqlarını, eləcə də vəzifələrini izah etmişlər. Daha sonra keçirilmiş tədbirlə bağlı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, heç bir etiraz və əlavə olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin bildirmişdir ki, əməliyyat məlumatı Baş İdarəyə daxil olan kimi təxirəsalınmaz tədbirlərə başlanıldığından, heç bir əməliyyat-qeydiyyat işi açılmamışdır. Eləcə də onlara məlumat yalnız Təqsirləndirilən şəxs barəsində daxil olmuş, Ramin Talışinskini isə Təqsirləndirilən şəxs köməkliyi ilə ifşa etmişlər. Keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs və X7 qarşı heç bir fiziki və ya psixoloji təzyiq edilməmiş, tədbir zamanı saxlanılan şəxslər Təqsirləndirilən şəxs və Ramin Talışinski onlara qarşı heç bir müqavimət göstərməmiş və zor tətbiq etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyniməzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi və tərtib edilmiş protokollarda qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, şahid iş üzrə əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş digər şahidlər Şahid1 və Şahid2 ilə eyniməzmunlu ifadə vermiş, tərtib edilmiş protokollarda qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş keçirilmiş istintaq hərəkəti zamanı hal şahidi qismində iştirak etmiş X8 ifadəsində göstərmişdir ki, Məhkəmə iclasında şahid qismində dindirilmiş hal şahidi X13 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 11 oktyabr 2018-ci il tarixdə axşam saatlarında Badamdar qəsəbəsində olarkən ona mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək, bir nəfər qadının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda olan məlumatın yoxlanılması ilə bağlı əməliyyat tədbiri keçirəcəklərini bildirib, həmin tədbirdə hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, razı olduğunu bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmiş, oraya ondan başqa bir nəfər qadının da hal şahidi qismində iştirak etmək üçün dəvət edildiyini görmüşdür. Orada ona və digər qadına hal şahidinin hüquq və vəzifələrini və hal şahidi kimi onların işinin nədən ibarət olacağı ətraflı izah edildikdən sonra polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisinə getmişlər. Orada polis əməkdaşları bir ünvanı müşahidə etməyə başlamış, saat 22 radələrində polis əməkdaşları bir nəfər əvvəllər tanımadığı qadını saxlamışlar. O və digər hal şahidi də oraya yaxınlaşdıqda polis əməkdaşları özlərini həmin qadına təqdim edərək ondan ad, soyadını və onun barəsində digər məlumatları soruşmuşlar. Həmin qadın özünü 1972-ci il təvəllüdlü, Ağdam şəhərində qeydiyyatda olan və faktiki olaraq Abşeron rayonu, Məmmədli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onu və digər hal şahidini saxlanılan Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onu qərarla tanış etmişlər və ona narkotik vasitələrin və psixotrop maddənin satışı ilə məşğul olmaqda və yaşadığı mənzildə saxlamaqda şübhəli olduğunu söyləmişlər. Həmin xanım polis əməkdaşlarının bu sözlərindən sonra çox həyəcanlanmış, lakin heç qaçmağa cəhd etməmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs üstündə narkotik vasitələr və psixotrop maddələr varsa təqdim etməsini təklif etdikdə Təqsirləndirilən şəxs üzərində olan əl çantasının içərisində üç ədəd bükümdə narkotik vasitə olan heroin, yaşadığı evdə isə çantanın içərisində bir ədəd bükümdə narkotik vasitə olan heroin, bir ədəd bükümdə dörd ədəd narkotik vasitə olan metadon həbləri, bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu və onları təqdim edə biləcəyini söyləmişdir. Sonra isə Təqsirləndirilən şəxs onların yanında sağ əlində saxladığı qara rəngli dəri əl çantasının içərisindən üç ədəd şəffaf sellofan bükümünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümləri açdıqda onların içərisində tünd qəhvəyi rəngli, kəskin iyli maddələr olduğu müəyyən edilmişdir. Polis əməkdaşları həmin bükümləri bir ədəd zərfə qoyub qablaşdırıb möhürləmişlər, zərfin üzərinə Təqsirləndirilən şəxs, o və digər hal şahidi imza etdikdən sonra zərfi polis əməkdaşları götürmüşlər. Polis əməkdaşları orada onların yanında Təqsirləndirilən şəxs əl çantasına və üstünə baxış keçirərkən onun əl çantasından bir ədəd markasını hazırda dəqiq xatırlamadığı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi və 15 manat pul aşkar etmişlər, 15 manat pulu Təqsirləndirilən şəxs qaytarsalar da mobil telefonu və şəxsiyyət vəsiqəsini götürmüşlər. Həmçinin Sevincin qara rəngli dəri əl çantasını bir ədəd zərfdə qablaşdırıb möhürləyərək götürmüşlər. Orada Təqsirləndirilən şəxs başqa heç bir əşya, predmet və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs sorğu-sual edərkən o, bildirmişdir ki, üstündən aşkar olunmuş və evində olan narkotik vasitələri və psixotrop maddəni ona istifadə etməsi üçün Lənkəran rayon sakini Ramin adlı şəxs gətirib vermişdir, narkotik vasitələr və psixotrop maddələri özü yaşadığı evdə saxlamışdır, hal-hazırda Ramin adlı şəxs də onun evindədir. Təqsirləndirilən şəxs yaşadığı evdə olan narkotik vasitələri və psixotrop maddəni polis əməkdaşlarına təqdim etməyə heç bir etirazı olmadığını bildirmiş, bununla yanaşı Sevinc Raminin cinayət əməlinin ifşa edilməsinə köməklik etməyə razı olduğunu söyləmişdir. Sonra polis əməkdaşları iki nəfər kişini hal şahidi qismində iştirak etməkdən ötrü dəvət etmişlər. Hal şahidləri, polis əməkdaşları və Təqsirləndirilən şəxs ilə birlikdə Abşeron rayonu, Məmmədli qəsəbəsinə getmişlər. 11 oktyabr 2018-ci il tarixdə saat 23 radələrində həmin qəsəbədə bir binanın qarşısında olarkən polis əməkdaşları əvvəllər tanımadığı bir nəfər kişini saxlamışlar. Polis əməkdaşları həmin şəxsi qərarla tanış etdikdən sonra onun üstünə kişi hal şahidlərinin baxış keçirmişlər. Həmin vaxt o və digər qadın hal şahidi kənarda dayanmışlar. Sonra onlara məlum olmuşdur ki, saxlanılan şəxs X9r və baxış zamanı ondan içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd şəffaf sellofan, həmçinin iki ədəd markasım xatırlamadığı mobil telefonlar və Özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə polis əməkdaşlarının baxış keçirməsinə heç bir etirazı olmaması barədə ərizə təqdim etmiş, onlar polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığını qeyd etdiyi Əziz Əliyev küçəsindəki binanın birinci mərtəbəsində yerləşən mənzilə getmişlər. Həmin mənzildə olarkən Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının altından bir ədəd müxtəlif rəngli kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantası çıxarmış, həmin çantanın içərisindən üç ədəd şəffaf polietilen bükümləri və bir ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Onların yanında polis əməkdaşları həmin bümükləri açmışlar və məlum olmuşdur ki, bükümlərdən birinin içərisində tünd qəhvəyi rəngli, kəskin iyli maddə, ikinci bükümün içərisində dörd ədəd həb və üçüncü bükümün içərisində isə ağ rəngli, toz-kristal formalı maddə vardır. Polis əməkdaşları həmin bükümləri içərisindəki maddələrdə birlikdə və elektron tərəzini bir ədəd zərfə qoyaraq qablaşdırıb möhürləmişlər, zərfin üzərinə onlarla yanaşı Təqsirləndirilən şəxs da imza etdikdən sonra zərfi özləri ilə götürmüşlər. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs kosmetik vasitələr üçün nəzərdə tutulmuş çantasına baxsalar da onun içərisindən heç bir əşya, predmet və ya maddə götürməmişlər, lakin həmin əl çantasını bir ədəd zərfə qoyub qablaşdırıb möhürləmişlər, zərfi Təqsirləndirilən şəxs və onlar imzaladıqdan sonra özləri ilə götürmüşlər. Daha sonra polis əməkdaşları onların iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı həmin mənzilə ətraflı baxış keçirmişlər, lakin oradan heç bir şey aşkar etməmişlər və götürməmişlər. Polis əməkdaşları həmin mənzildə şifahi sorğu-sual edərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən əl çantasından çıxarıb təqdim etdiyi üç ədəd və yaşadığı mənzildəki kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasından çıxarıb təqdim etdiyi bir ədəd bükümlərdə olan narkotik vasitə heroini 500 manata, yaşadığı mənzildəki kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasından çıxarıb təqdim etdiyi bir ədəd bükümdəki narkotik vasitə olan 4 ədəd metadon həblərini 24 manata, həmin çantadan çıxarıb təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə olan metamfetamini 80 manata saxlanıldığı vaxtdan bir gün öncə X23 istifadə etmək məqsədilə yaşadığı evdə alaraq əldə etmiş və saxlamışdır. Ramin Talışinski də Təqsirləndirilən şəxs dediklərini təsdiq etmiş və aşkar olunaraq götürülmüş narkotik vasitələri və psixotrop maddəni Təqsirləndirilən şəxs satdığını etiraf etmişdir. X18 əlavə edərək söyləmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan, eləcə də Təqsirləndirilən şəxs satdığı ümümilikdə beş ədəd bükümdə olan narkotik vasitə heroini və metadon həblərini, eləcə də bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini saxlandığı vaxtdan iki gün əvvəl yaşadığı Lənkəran şəhərində olarkən “Kiçik Bazar” adlanan yerdə əvvəllər tanımadığı, anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi bir nəfər şəxsdən ümumilikdə 500 manata almışdır. Daha sonra polis əməkdaşları bütün hal şahidlərini, eləcə də saxlanılan şəxslər Təqsirləndirilən şəxs və Ramin Talışinskini Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada saxlanılan şəxslərə vəkillər təyin edilmişdir. Daha sonra keçirilmiş tədbirlə bağlı polis əməkdaşları protokol tərtib etmişlər, protokol hər kəsə ucadan oxunmuş, heç bir etiraz və əlavə olmamış, digər iştirakçılar kimi o da həmin protokolu imzalamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 ifadəsindən görünür ki, şahid iş üzrə digər hal şahidi X8 ilə eyniməzmunlu ifadə vermişdir. (Cild 01, iş və. 179-183) Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, 11 oktyabr 2018-ci il tarixdə saat 22-23 radələrində Nizami rayonu ərazisində Qara Qarayev metrosuna tərəf piyada tək gedərkən ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini Baş Narkotiklər Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərmişlər. Həmin vaxt polis əməkdaşlarının yanında əvvəllər tanımadığı üç nəfər xanım da olmuşdur. Polis əməkdaşları ona bildirmişlər ki, yanlarında olan xanımlardan ikisi hal şahididir, digəri yəni Təqsirləndirilən şəxsm narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirdikləri tədbir zamanı saxlamışlar və Təqsirləndirilən şəxs üç ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs yaşadığı mənzildə də narkotik vasitələr və psixotrop maddələr olduğunu, həmçinin qeyd olunan narkotik vasitələr və psixotrop maddəni ona satmış Ramin adlı şəxsin hal-hazırda onun yaşadığı Abşeron rayonu, Məmmədli qəsəbəsində olduğunu söyləmişdir. Polis əməkdaşları Ramin adlı şəxsin cinayət əməlinin ifşa edilməsi ilə bağh əməliyyat tədbiri keçirəcəklərini bildirib ona həmin tədbirdə hal şahidi qismində iştirak etməyi təklif etmişlər. Bu ona çox maraqlı gəldiyi üçün o, həmin tədbirdə hal şahidi qismində iştirak etməyə razı olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları başqa bir nəfər kişini də hal şahidi qismində dəvət etmişlər. Orada polis əməkdaşları ona və digər kişiyə qanunvericilikdə hal şahidi üçün nəzərdə tutulmuş hüquq və vəzifələri izah etmişlər. Polis əməkdaşları və saxlanılan Təqsirləndirilən şəxs, eləcə də digər hal şahidləri ilə birlikdə Abşeron rayonu, Məmmədli qəsəbəsinə getmişlər, 11 oktyabr 2018-ci il tarixdə saat 23.45 radələrində həmin qəsəbədə bir binanın qarşısında olarkən polis əməkdaşları əvvəllər tanımadığı bir nəfər kişini saxlamışlar. O və digər kişi hal şahidi həmin şəxsə yaxınlaşdıqda polis əməkdaşları xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Saxlanılan şəxsdən ad, soyadı və digər anket məlumatları soruşulduqda həmin şəxs özünü 1977-ci il təvəllüdlü Lənkəran şəhər sakini X3 təqdim etmişdir. Polis əməkdaşları Ramin Tahşinskiyə narkotik vasitələrin və psixotrop maddənin satışında şübhəli olduğunu izah edərək üzərində qeyriqanuni əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif etmişlər, Ramin Tahşinski onların yanında üzərində bir büküm narkotik vasitə heroin olduğunu bildirib əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü açdıqda məlum olmuşdur ki, onun içərisində tünd qəhvəyi rəngli, kəskin iyli maddə vardır. Sonra polis əməkdaşları həmin maddəni şəffaf sellofan bükümü ilə birlikdə bir ədəd zərfə qoyaraq qablaşdırıb möhürləmişlər, o və digər hal şahidi, eləcə də Ramin Tahşinski zərfi imzaladıqdan sonra onu özləri ilə götürmüşlər. Daha sonra polis əməkdaşları onların yanında Ramin Talışinskinin üst-başım yoxlamışlar, onun əynindəki göy rəngli şalvarın sol yan cibindən iki ədəd markalarını hazırda xatırlamadığı mobil telefonlar, 10 manat pul, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən isə Özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Polis əməkdaşları 10 manat pulu özünə qaytarsalar da mobil telefonları və şəxsiyyət vəsiqəsini özləri ilə götürmüşlər. Raminin üstündən başqa heç bir əşya, predmet və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmaması barədə ərizə təqdim etmişdir. O da digər tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxsmn yaşadığı Əziz Əliyev küçəsində bir binanın birinci mərtəbəsində yerləşən mənzilə getmişdir. Təqsirləndirilən şəxs həmin mənzilin yataq otağında onların yanında çarpayının altından bir ədəd müxtəlif rəngli kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasını çıxarmış, həmin çantanın içərisindən üç ədəd şəffaf polietilen bükümləri və bir ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bümükləri açdıqda bükümlərdən birinin içərisində tünd qəhvəyi rəngli, kəskin iyli maddə, ikinci bükümün içərisində dörd ədəd həb və üçüncü bükümün içərisində isə ağ rəngli, toz-kristal formalı maddələr aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümləri içərisindəki maddələrdə birlikdə və elektron tərəzini onların iştirakı ilə bir ədəd zərfə qoyaraq qablaşdırıb möhürləmişlər, zərfin üzərinə o, digər hal şahidləri və Təqsirləndirilən şəxs imza etdikdən sonra zərfi götürmüşlər. Təqsirləndirilən şəxsmn kosmetik vasitələr üçün nəzərdə tutulmuş çantasına baxış keçirilsə də onun içərisindən heç bir əşya, predmet və ya maddə götürülməmişdir. Lakin həmin əl çantasını polis əməkdaşları eyni qaydada bir ədəd zərfə qoyub qablaşdırıb möhürləmişlər, zərfi Təqsirləndirilən şəxs ilə yanaşı o və digər hal şahidləri də imzaladıqdan sonra zərfi özləri ilə götürmüşlər. Polis əməkdaşları bütün hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxsmn yaşadığı həmin mənzilə ətraflı baxış keçirsələr də oradan başqa heç bir şey götürməmişlər. Orada şifahi sorğu-sual edilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən əl çantasından çıxarıb təqdim etdiyi üç ədəd və yaşadığı mənzildəki kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasından çıxarıb təqdim etdiyi bir ədəd bükümlərdə olan narkotik vasitə heroini 500 manata, yaşadığı mənzildəki kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasından çıxarıb təqdim etdiyi bir ədəd bükümdəki narkotik vasitə olan 4 ədəd metadon həblərini 24 manata, həmin çantadan çıxarıb təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə olan metamfetamini 80 manata saxlanıldığı vaxtdan bir gün öncə X23 istifadə etmək məqsədilə yaşadığı evdə alaraq əldə etmiş və saxlamışdır. Ramin Talışinski də Təqsirləndirilən şəxs dediklərini təsdiq etmiş və aşkar olunaraq götürülmüş narkotik vasitələri və psixotrop maddəni Təqsirləndirilən şəxs satdığını etiraf etmişdir. Suallara cavab verərkən Ramin Talışinski bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan, eləcə də Təqsirləndirilən şəxs satdığı ümümilikdə beş ədəd bükümdə olan narkotik vasitə heroini və metadon həblərini, eləcə də bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini saxlandığı vaxtdan iki gün əvvəl yaşadığı Lənkəran şəhərində olarkən “Kiçik Bazar” adlanan yerdə əvvəllər tanımadığı, anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi bir nəfər şəxsdən ümumilikdə 500 manata almışdır. Daha sonra polis əməkdaşları zəruri sənədləşmə işlərini aparmaq üçün onu və digər hal şahidlərini, eləcə də saxlanılan Təqsirləndirilən şəxs və Ramin Talışinskini Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə əvvəlcə saxlanılan şəxslərə vəkillər dəvət edilmiş, sonra isə polis əməkdaşları keçirilmiş tədbirlə bağlı protokol tərtib etmişlər, protokol bütün iştirakçılara ucadan oxunmuş, heç bir etiraz və əlavə daxil olmamış, o da digər iştirakçılar kimi protokolu imzalamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 ifadəsindən görünür ki, şahid iş üzrə digər hal şahidi X22 ilə eyni məzmunlu ifadə vermişdir. (cild 01, iş vər. 192-195) Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, cinayət işində olmaqla məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin materiallarından başqa cinayət işinin ayılması və icraata qəbul edilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli qərardan görünür ki, X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Ramin Talışinski istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 23,01 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd həbdən ibarət narkotik vasitə metadonu və 0,569 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib saxlamaqla Təqsirləndirilən şəxs ilə birlikdə kirayə yaşadıqları ünvan 3 nömrəli mənzilə gətirib gizlətməklə saxlamış, həmin narkotik vasitə heroindən 2,605 qramını bölüb üç ədəd bükümə qablaşdıraraq satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə Təqsirləndirilən şəxs vermiş, həmin narkotik vasitə heroinin 2,301 qramını bölüb bir bükümə qablaşdıraraq üzərində- qalan bir bükümdə 18,104 qram narkotik vasitə heroini, bir ədəd şəffaf polietilen kəsiyi bükümdə 4 ədəd həbdən ibarət narkotik vasitə metadonu və bir ədəd şəffaf polietilen kəsiyi bükümdə 0,569 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq yaşadığı evdə gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə: məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 11 oktyabr 2018-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sevinc Əyyubova həmin gün saat 22:30-da ünvan 10 ünvanının qarşısında saxlanılmış, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 03 ədəd şəffaf polietilen kəsiyi bükümlərdə aynaynlıqda çəkiləri 0,868 qram, 0,904 qram və 0,833 qram olmaqla ümumi təmiz çəkisi 2,605 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əlində saxladığı qara rəngli çantanın içərisindən aşkar edilərək götürülmüşdür. X7 aid hissədə istintaq tamamlandığından və cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verildiyini nəzərə alaraq, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ayrıca icraata cinayət işi ayrılsın və ibtidai istintaq aparılması üçün icraata qəbul eidlməsi qərara alınmışdır. (cild 01, iş vər 01) “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 oktyabr 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, X12 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 18190034 nömrəli cinayət işi başlanması və icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərar alınmışdır. (cild 01, iş vər 4-5) 11 oktyabr 2018-ci il tarixli raportdan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 həmin İdarənin rəisinə raportla məruzə edərək bildirmişdir ki, ünvan 11 ünvanında yaşayan, 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Nizami rayonu və Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində narkotik vasitə olan heroinin, metadonun və psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olması və yaşadığı evdə həmin maddələri saxlaması barədə Baş Narkotiklərlə Mübarizə idarəsinə məlumat daxil olmuşdur. Göstərilənlərə əsasən şəxsin ifşa edilməsindən ötrü əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. (cild 01, iş vər 9) “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 11 oktyabr 2018-ci il tarixli qərardan görünür ki, ünvan 12 ünvanında yaşayan, 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs müəyyən edilməsindən ötrü 11 oktyabr 2018-ci il tarixdən etibarən Bakı şəhəri. Nizami rayonu və Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində əməliyyataxtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs saxlanıldıqda zərurət yaranarsa onun üzərinə və yaşadığı evə baxış keçirilməsi, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunmaları məqsədilə əməliyyat qrupu yaradılması, qrupun tərkibinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri, polis-polkovnik-leytenantı Şahid2, polis mayoru Şahid3 daxil edilməsi, qrupa rəhbərliyin Şahid1 həvalə edilməsi qərara alınmışdır. (cild 01, iş vər 10) Təqsirləndirilən şəxs 11 oktyabr 2018-ci il tarixli ərizəsindən görünür ki, yaşadığı mənzilə baxış keçirilməsinə heç bir etirazı olmamışdır. (cild 01, iş vər 13) “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 12 oktyabr 2018-ci il tarixli protokoldan görünür ki, 11 oktyabr 2018-ci il Azerbaycan Respublikası DİN-in BNMİ-yə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvləri dəvət edilmiş hal şahidləri ilə birlikdə 11.10.2018-ci il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhəri, Nizami rayonu ərazisinə yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. 11 oktyabr 2018-ci il tarixdə saat 22:30-da ünvan 10 ünvanının yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü xx.xx.1972-ci X24 vilayətinin Kramatorsk şəhərində anadan olmuş, subay, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 13 ünvanında qeydiyyatda olan, faktiki ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etdi. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra ona izah edilmişdir ki, o, narkotik vasitə olan heroin, metadon və psixotrop maddə olan metamfetaminin satışında və yaşadığı evdə həmin maddələri saxlamasında şübhəlidir və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində və yaşadığı evdə qeyri-qanuni nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirdi ki, üzərində olduğu əl çantasında 03 (üç) ədəd bükümdə narkotik vasitə olan heroin, yaşadığı evdə isə kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasında 01 (bir) ədəd bükümdə narkotik vasitə olan heroin, 01 (bir) ədəd bükümdə 04 (dörd) ədəd narkotik vasitə olan metadon (M40 həbləri) və 01 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamin vardır. Oraya dəvət olunmuş hal-şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli dəri əl çantasının içərisindən 03 (üç) ədəd şəffaf sellofan bükümləri tədbir iştirakçılarına təqdim etmişdir. Həmin bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Həmin bükümlər içərisində olan maddələrlə birlikdə 01 (bir) ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əl çantasına və üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun əl çantasından «LG» markalı mobil telefon, özünə məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi və 15 (on beş) manat pul aşkar olunmuş, üzərindən isə əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs əl çantasından aşkar olunmuş 15 (on beş) manat pul özünə qaytarılmış, mobil telefon və şəxsiyyət vəsiqəsi isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Qara rəngli dəri əl çantası 01 (bir) ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş maddələri və yaşadığı evdə saxladığı maddələri ona Lənkəran şəhər sakini Ramin Talışinski gətirib ki, onlardan istifadə etsin. Narkotik vasitələri və psixotrop maddəni yaşadığı evdə saxlayıb, Ramin Talışinski də onun evindədir. Təqsirləndirilən şəxs evində saxladığı narkotik vasitələri və psixotrop maddəni təqdim edilməsinə etiraz etməmiş, eyni zamanda Ramin Talışinskinin cinayət əməlinin ifşa edilməsində köməklik etməsinə razılıq vermişdir. Tədbir iştirakçıları hal-şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Məmmədli qəsəbəsi, Əziz Əliyev küçəsi ev 20 ünvanının qarşısına yollanmışlar. Oraya gəldikdə 11 oktyabr 2018-ci il tarixdə saat 23:45-də binanın qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Ramin Talışinskiyə oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü X2 təqdim etmişdir. Ona izah edilmişdir ki, o, narkotik vasitələrin və psixotrop maddənin satışında şübhəlidir və ona təklif olundu ki, üzərində qeyri-qanuni nə əşya varsa təqdim etsin. R.R.Talışinski bildirdi ki, üzərində 01 (bir) ədəd bükümdə narkotik vasitə olan heroin vardır. Oraya dəvət olunmuş hal-şahidlərinin iştirakı ilə R.R.Talışinski əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü tədbir iştirakçılanna təqdim etmişdir. Həmin büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Həmin büküm içərisində olan maddə ilə birlikdə 01 (bir) ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri kimi R.R.Talışinski də həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra R.R.Talışinskinin üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun əynində olan göy rəngli şalvarının sol yan cibindən «Dodgee» və «Samsung J6» markalı mobil telefonlar, 10 (on) manat pul, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən isə özünə məxsus AZE seriyalı 14013072 nömrəli şəxsiyyət vəsiqəsi aşkar olundu. R.R.Talışinskidən aşkar olunmuş 10 (on) manat pul özünə qaytarılmış, mobil telefonlar və şəxsiyyət vəsiqəsi isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizə vermişdir. Təqsirləndirilən şəxs təbdir iştirakçılarını hal-şahidləri ilə birlikdə yaşadığı Məmmədli qəsəbəsi, Əziz Əliyev küçəsi ev 20, mənzil 3 ünvanına dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzil birinci mərtəbədə yerləşir. Mənzil 2 otaq, mətbəx, dəhliz, sanitar qovşağı və eyvandan ibarətdir. Təqsirləndirilən şəxs yataq otağında olan çarpayının altından 01 (bir) ədəd müxtəlif rəngli kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasından 03 (üç) ədəd şəffaf polietilen bükümü və 01 (bir) ədəd elektron tərəzini tədbir iştirakçılarına təqdim etmişdir. Bükümlərdən biri açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə, digər büküm açıldıqda orada 04 (dörd) ədəd tünd qəhvəyi rəngli, narkotik vasitə olan metadon (M40) həblərinə oxşar maddələr, üçüncü büküm açıldıqda isə orada ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Həmin bükümlər içərisində olan maddələrlə birlikdə və elektron tərəzi 01 (bir) ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürləndi. Hal şahidləri kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmişdir. Sonra hal-şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs rəngli kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasına baxış keçirilmişdir. Baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Həmin çanta 01 (bir) ədəd zərfə qoyularaq DİN- in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra mənzilin 2 otağına, mətbəxinə, dəhlizə, sanitar qovşağına və eyvana keçirilən baxış zamanı əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əl çantasından təqdim etdiyi 03 (üç) ədəd və yaşadığı evdən kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasından təqdim etdiyi 01 (bir) ədəd bükümlərdəki narkotik vasitə olan heroini 500 (beş yüz) manata, kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasından təqdim etdiyi 01 (bir) ədəd bükümdə 04 (dörd) ədəd narkotik vasitə olan metadon həblərini 24 (iyirmi dörd) manata, həmin çantadan təqdim etdiyi 01 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamini 80 (səksən) manata saxlandığı vaxtdan 1 gün öncə R.R.Talışinskidən yaşadığı evdə almış və özü istifadə etmək üçün saxlamışdır. R.R.Talışinski də Təqsirləndirilən şəxs dediklərini təsdiqləyərək bildirdi ki, həmin narkotik vasitələri və psixotrop maddələri Təqsirləndirilən şəxs o satmışdır. Sorğu zamanı R.R.Talışinski bildirdi ki, üzərindən təqdim etdiyi 01 (bir) ədəd bükümdə və Təqsirləndirilən şəxs satdığı 5 (beş) ədəd bükümdə narkotik vasitələri və 01 (bir) ədəd bükümdə psixotrop maddəni saxlandığı vaxtdan 2 gün öncə Lənkəran şəhərində olarkən orada «Kiçik bazar» adlanan ərazidən tanımadığı, adını və yaşadığı ünvanını dəqiq bilmədiyi şəxsdən 500 (beş yüz) manata almışdır. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxslər Təqsirləndirilən şəxs, R.R.Talışinski və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. Oraya gəldikdə Təqsirləndirilən şəxs və R.R.Talışinskinin hüquqlarının müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri, 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs və R.R.Talışinski təqdim edilən siyahıdan istənilən vəkillərin onların hüquqlarının müdafiə edilməsinə etiraz etməmişdir. Bu səbəbdən qərar əsasında Bakı şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili X17 dəvət edilərək Təqsirləndirilən şəxs, həmin Büronun vəkili X14 isə dəvət edilərək R.R.Talışinskiyə təqdim edildi. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmişdir. Möhürlənmiş 05 (beş) ədəd zərf 03 (üç) ədəd mobil telefonlar və 02 (iki) ədəd şəxsiyyət vəsiqələri protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi 11 oktyabr 2018-ci il tarixdə saat 22:35-də başladı, saat 23:00-da başa çatmışdır. R.R.Talışinskinin üzərinə baxış keçirilməsi 11 oktyabr 2018-ci il tarixdə, saat 23:50-də başlamış, 12 oktyabr 2018-ci il tarixdə, saat 00:10-da başa çatmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi 12 oktyabr 2018-ci il tarixdə saat 00:20-də başlamış, saat 01:20-də başa çatmışdır. (cild 01, iş vər 14- 16) “Cinayət törətməkdə şübhəli edilən şəxsin tutulması haqqında” 12 oktyabr 2018-ci il protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1,234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdiur. Tutulmanın əvvəli 11 oktyabr 2018-ci il saat 22630-dan hesablanmışdır. Tutulmanın əsası kimi Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edib saxlamasında və üzərində gəzdirməsində şübhə edildiyi göstərilmişdir. (cild 01, iş vər 25) “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 12 oktyabr 2018-ci il tarixli protokoldan görünür ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 01, iş vər 41) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 oktyabr 2018-ci il tarixli 26702 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs yaşadığı., ünvandan aşkar olunmuş....” yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 18,104 qr. olan qəhvəyimtil rəngli maddə kütləsi tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə, təmiz çəkisi 0,569 qr. olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd şəffaf polietilen kəsiyi bükümdə 4 ədəd, üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formada həblər-metadon adlı dərman preparatıdır. 4 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qr təşkil edir(bir həbdə 0,04 qr metadon olmaqla). Həmin zərfdə olan bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan- heroinin izləri vardır. Metamfetamin - “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir. Tədqiqata təqdim edilmiş, üzərində : “...vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03(üç) ədəd bükümdə ...” yazısı olan zərfdəki, 3(üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 2,605 qr. olan (ayrı-ayrılıqda təmiz çəkiləri: 0,868 qr., 0,904 qr və 0,833 qr) qəhvəyimtil rəngli maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 20,709 qr. Tədqiqata təqdim edilmiş, üzərində: “...vət. X5 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 2,301 qr. olan qəhvəyimtil rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs və R.Talışinskidən götürülmüş heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. Təqdim edilmiş elektron tərəzinin üzərində heroin iz şəklində olduğu üçün, təqdim edilmiş heroinlərlə eyni olubolmamasını müəyyən etmək mümkün olmadı.(cild İ, iş vərəqə: 53-59) “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” 13 oktyabr 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar elan edilmiş, ittihamın mahiyyəti, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir.(cild 01, iş vər 82-83) Nərimanov Rayon Məhkəməsinin 4(005)-553/2018 saylı 13 oktyabr 2018-ci il tarixli “həbs qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə, həbs etmənin əvvəli 11 oktyabr 2018-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər 116-117) “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 15 aprel 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd “LG” markalı mobil telefon aparatına BMCMİ-nin inzibati binasında xidməti otaqda baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. (cild 01, iş vər 174) Bakı şəhər Nizami Rayon Məhkəməsinin 5(007)-175/2018 saylı 16 oktyabr 2018ci il tarixli qərarından görünür ki, AR DİN BNMİ əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 11 oktyabr 2018-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 01, iş vər 178) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 01.04.2019-cu il tarixli 661 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, iş vərəqə: 208-209) Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 4(005)-426/2019 saylı, 11 may 2019cu il tarixli qərardan görünür ki, CM 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilmişdir.(cild 01, iş vər 232- 235) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 17 may 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər 247-248) AR DİN BƏSİİ-nin 28 may 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkumluğu olmamışdır. (cild 02, iş vər 1-2) “Təqsirləndirilən şəxsin xəstəliyi ilə bağlı məlumat barədə” 12 iyun 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində zəruri istintaq hərəkətlərinin keçirilməsi məqsədi ilə o, istintaqa dəvət olunmuşdur, lakin Təqsirləndirilən şəxs xəstə olduğu üçün yaxın günlərdə istintaq şöbəsinə gələ bilməyəcəyini bildirmişdir. (cild 02, iş vər 8) “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 12 iyun 2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır.(cild 01, iş vər 9-10) “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 07 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, 18190354 saylı cinayət işi icraat qəbul edilmiş və iş üzrə icraat təzələnərək istintaq aparılmışdır.( cild 02, iş vər 18-19) “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 08 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığı üçün cinayət təqibi üzrə icraat dayandırılmışdır.(cild 02, iş vər 21-22) “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 20 dekabr 2020-cı il tarixli qərardan görünür ki, cinayət işinin icraatımın dayandırılması səbəb olmuş hallar aradan qaldırıldığında iş üzrə zəruri olan istintaq hərəkətləri yerinə yetirilməsindən ötrü cinayət işi üzrə icraat təzələnmişdir. (cild 02, iş vər 25) “Sübutların qiymətləndirilməsi haqqında” 21 dekabr 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs və X4 götürülmüş külli miqdarda yəni 23,01 qram çəkidə narkotik vasitə heroin, 0,569 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində “F/M 40” yazısı həkk olunmuş təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan 04 ədəd metadonun maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonrakı qalıq 22,71 qram çəkidə narkotik vasitə heroin, 0,519 qram çəkidə psixotrop maddə metamfetamin və tərkibində ümumilikdə 0,12 qram metadon olan 3 ədəd həbin DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi haqqında 13 oktyabr 2018-ci il tarixli qərarın cinayət işi üzrə nəzərə alınması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X30 tərəfindən qəbul edilmiş 16 oktyabr 2018-ci il tarixli qərar ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 11 oktyabr 2018-ci il tarixli qərarın qanuni hesab edilməsi nəzərə alınması, “LG” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınması, “Dodgee” və “Samsung” markalı mobil telefonların təqsirləndirilən şəxs X7 qaytarılmasının nəzərə alınması, X12 və Təqsirləndirilən şəxs əməlində əvvəllər satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama cinayətinin əlamətləri olmadığından qeyd olunan xüsusat üzrə barəsində cinayət təqibinin başlanılması rədd edilməsi, X12 və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulan zaman üzərində olan narkotik vasitəni polis əməkdaşlarının təklifinə əsasən onlara təqdim etməsi narkotik vasitəni könüllü təhvil vermə kimi qiymətləndirilməsinin rədd edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 13 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması və istintaq orqanına təqdim edilməsi, barəsində axtarış elan edilməsi qərar alınmışdır. (cild 02, iş vər 62) “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.41 və 234.4.3-cü maddəsinin əlamətləri ilə olan ********* nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaq orqanına təqdim edilənədək dayandırılması qərar alınmışdır. (cild 02, iş vər 67-68) “Axtarışda olan şəxsin tutulması barədə” 10.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10.06.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Savxoz Ramana qəsəbəsində saxlanılaraq DİN-in BMCMİ İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir. (cild 02, iş vər 71) “İş üzrə icraatın təzələnməsi haqqında” 11 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (cild 02, iş vər 73) “Təqsirləndirilən şəxsin tutulması haqqında” 11 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə saat 13:00-da Bakı şəhəri BMCMİ-də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 151-ci maddələrinə əsasən barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuşdur. (cild 02, iş vər 74) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 11 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yeni məzmunlu ittiham elan edilmişdir.(cild 02, iş vər 76- 77) Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 4(005)-576/2021 saylı 11.06.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 20 (iyirmi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 10 iyun 2021-ci il tarixdən hesablanmışdır. (cild 02, iş vər 96-98) “Sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, cinayət işinin materiallarından külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulan zaman üzərində olan narkotik vasitəni polis əməkdaşlarının təklifinə əsasən onlara təqdim etməsi narkotik vasitəni könüllü təhvil vermə kimi qiymətləndirilməsinin rədd edilməsi qərara alınmışdır. (cild 02, iş vər 102-119) Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)703/2021 saylı 26 fevral 2021-ci il tarixli hökmündən görünür ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X5 11 oktyabr 2018-ci il tarixdən 11 may 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 7 (yeddi) ay müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 5 (beş) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, (cild 02, iş vər 120-128) “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 21 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və X15 tərəfindən külli miqdarda 23,01 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin. Təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 04 ədəd həbdən ibarət narkotik vasitə metadon və 0,569 qram çəkidə psixotrop maddə metamfetaminin ələ edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılması və ibtidai istintaq aparılması üçün icraat qəbul edilməsi qərar alınmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilməsi qərar alınmışdır. (cild 02, iş vər 130) Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı olması, metadonun 1,6 qramdan yuxarı olması, psixotrop maddələrin siyahısında isə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünü qismən təqsirli bilməsinə baxmayaraq, hadisələrin baş vermə yeri, vaxtı və şəraiti barədə işin faktiki hallarına uyğun olan ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığı ilə bağlı hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Həmin qərarın 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında göstərilənləri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkarlanıb götürülmüş narkotik vasitələr və psixotrop maddənin miqdarını, mənzilindən bir ədəd elektron tərəzi aşkar edildiyini və iş materiallarında olan digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək, eləcə də qabaqcadan əlbir olduğu digər şəxs olan Ramin Talışinskinin barəsində çıxarılmış və qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş halların da preyudisiallığını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki təqsirləndirilən şəxs verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdləri kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs, qadın olmasını, ilk dəfə cinayət törətməklə, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş olmasını, törətdiyi cinayət əməlini mahiyyət etibarı ilə etiraf etməsini, qrupun digər üzvünün ifşa olunmasında köməklik göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxscəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı tutularaq həbsdə saxlandığı 11 oktyabr 2018-ci il tarixdən 11 may 2019-cu il tarixədək olan müddət, cəmi 7 ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində iş üzrə keçirilmiş məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar,- BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs və X4 götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq qalmış 22,71 qram narkotik vasitə heroin, 0,519 qram psixotrop maddə metamfetamin və tərkibində ümumilikdə 0,12 qram metadon olan 3 ədəd həbin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)703/2021 saylı 26 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməsinin qərara alındığı nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərclərindən 48,97 manat (qırx səkkiz manat doxsan yeddi qəpik) Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı tutularaq həbsdə saxlandığı 11 oktyabr 2018-ci il tarixdən 11 may 2019-cu il tarixədək olan müddət, cəmi 7 (yeddi) ay bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs və X4 götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq qalmış 22,71 qram narkotik vasitə heroin, 0,519 qram psixotrop maddə metamfetamin və tərkibində ümumilikdə 0,12 qram metadon olan 3 ədəd həbin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)703/2021 saylı 26 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməsinin qərara alındığı nəzərə alınsın. İş üzrə ekspertiza xərclərindən 48,97 manat (qırx səkkiz manat doxsan yeddi qəpik) Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar