Məhkəmə qərarları › İş №1(101)-1434/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1434/2025

10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1434/2025 10.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Kamil Çingiz oğlunun sədrliyi, hakimlər İmanova Nigar Arzu qızı və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 22 saylı vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1995-ci ildə Cəlilabad rayonu, Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən və ya götürülməyən, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat təyinatlı soyuq silah hesab edilməyən turist bıçağını tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:05-də tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla Yasamal rayonu, «20 Yanvar» metrostansiyasından “Şamaxinka” adlanan istiqamətə Moskva prospekti ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs yaxınlaşıb, heç bir söz demədən qəflətən ona basqın edib, əli ilə onun ağzını tutaraq üzərində gəzdirdiyi və silah qismində istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat təyinatlı soyuq silah hesab edilməyən turist bıçağını sonuncunun boğaz nahiyyəsinə dirəyib, onu yolun sağ kənarındakı şam ağaclarının arasına aparıb orada yerə uzatdıqdan sonra ona sağ qulaqlığının sıyrığı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirib, onun qulağındakı üzərində rəngsiz şəffaf qaşları və 585 həkk damğası olan, sarı rəngli 1,03 qram çəkidə bir cüt 300 manat dəyərində qızıl sırğanı, bir cüt 2 manat dəyərində sadə sırğanı, üzərində rəngsiz şəffaf qaşları və «S.STEEL» yazısı olan, 3,67 qram çkidə sarı rəngli, 6 manat dəyərində sadə boyunbağını və pul kisəsində olan 5 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 313 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hadisə zamanı içkili olduğundan heç nəyi xatırlamır. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hazırda zərərçəkmiş şəxslə barışmamışdır, hadisənin necə baş verməsi yadında qalmamışdır, ibtiadi istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisə zamanı Nəzrin xanımın üzərində pul olub-olmamasını ondan soruşub - soruşmadığı, xanımın üzərində nə olduğu, xanımdan nə tələb etdiyi, onu qorxutduğunu xatırlamadığını bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, hadisə zamanı özündə olmamış, içkili olmuş, zərərçəkmiş şəxs yaşında bacısı vardır, əvvəllər bu əməli heç kimə qarşı törətməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunda yaşasa da ailəsini dolandırmaq üçün, iş tapmaq məqsədilə 11 fevral 2025-ci il tarixdə dostu Hikmətin yanına gəlmiş, Hikmət onu işlədiyi Binə Ticarət Mərkəzində öz yanına aparmış, onunla birlikdə araba sürməyə kömək etməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə işdən sonra Hikmətlə birlikdə Xocasən qəsəbəsində yerləşən kafelərdən birində yemək yemək qərarına gəlib, axşam saat 20 radələrində “Xocahəsən” metrosu yaxınlığında yerləşən kafələrdən birində onunla birlikdə yeyib 6 ədəd hər biri 0,500 ml olmaqla 3 litr həcmində spirtli “GO” energetik içkisi, 5 ədəd hər biri 0,300 ml olmaqla 1,500 litr həcmində pivəni müxtəlif pivə məzələri ilə içmiş, Hikmət isə orada yalnız 4 ədəd hər biri 0,300 ml olmaqla 1,200 litr həcmində pivəni müxtəlif məzələrlə içmişdir. Kafedə ikisinə ümumilikdə 27 manat hesab verdikdən sonra 21:30 radələrində duraraq şəhərdə gəzmək məqsədilə “20 yanvar” metrosuna gəlmişlər. “20 yanvar” metrosu yaxınğılığında bir az fırlanaraq özlərinə uyğun qadın axtarmışlar. Hikmətlə piyada “Şamaxinka”dan “Azərsu” istiqamətində hərəkət edərkən Hikmət bildirmişdir ki, “hava soyuqdur, acmışdır, yolun o biri tərəfində yaxşı dönərxana var, orada dönər yeyməyə gedir”, Hikmət orada ondan ayrılaraq yolun o biri tərəfinə keçmiş, o isə dayanacaqda 2-3 dəqiqə dayanmış bir az halı pisləşən kimi olmuş, ürəyi bulandığı üçün qaytarmaq istəmiş, yolun qırağında olan şam ağaclarının arasına keçib ağacların dibinə qaytarmış və bir az havada durub, mağazadan nəm salfetka alaraq üst başını silib təmizləmişir. Saat 21:50 radələrində “Şamaxinka”dan yolun qırağı ilə “Azərsu” istiqamətinə gedərkən qarşıdan 23-24 yaşlarında olan bir xanımın gəldiyini görüb, anidən ona yaxınlaşaraq ağzından tutub, dərhal onu şam ağacları olan hissəyə doğru aparmış, əlində qara rəngli dəstəyi olan bıçağı həmin xanımın boğaz nahiyyəsinə dirəyərək ondan üzərində olan pulları verməsini tələb etmişdir. Bundan sonra həmin qız üzərində olan pul kisəsini çıxarıb 5 manat pul olduğunu bildirib həmin 5 manatı ona vermiş, ona 1 manat vermişdir ki, yol pulu eləsin, gecə vaxtı pulsuz yolda qalmasın. Bundan sonra qızdan əlavə pul istədikdə o, pulunun olmadığını üzərində olan sırğa və boyunbağını verə biləcəyini bildirmişdir. Ondan sırğaları və boyunbağını tələb etmiş, o, sırğaları və boyunbağını çıxarıb vermişdir. Bundan sonra ona yalvarıb bildirmişdir ki, anası xəstədir, bütün bunları anasına görə edir. Qızın əlindən öpüb ona yalvarmışdır ki, şikayət etməsin, şikayət edəcəksə qızılları qaytarsın. Qız isə ona şikayət etməyəcəyini, qızılların halal xoşu olmasını demiş, bundan sonra kolluqdan çıxıb, qıza demişdir ki, o, xəbər edəndə çıxsın, özünü elə aparsın ki, guya sevgilidirlər. Orada qızın əlindən tutub öpərək ağlamış, elə görüntü yaratmışdır ki, guya onlar sevgilidirlər. Həmin anda 1 mopeddə 2 nəfər onlardan təxminən 3-4 metrlikdə dayanmış, bu zaman ani olaraq özünü itirmiş, narahat olduğu üçün oradan “Azərsu” istiqamətində metroya tərəf qaçmış, oradan Lökbatan qəsəbəsi istiqamətinə gedən 1 manatlıq taksiyə minərək yaşadığı evə getmişdir. Yaşadığı evdə olarkən xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində Hikmət evə gəlmiş, Hikmətə hadisə barədə heç nə danışmamışdır. xx.xx.2025-ci tarixdə səhər 10 radələrində Hikmət ilə Binə bazarına araba sürməyə getmiş, axşam 17 radələrində bazardan çıxarkən Hikmətə bildirmişdir ki, axşam “20 Yanvar” metrosu tərəfdə sırğa tapmış, onu satmaq istəyir, tanışı varsa kömək etsin. Hikmət isə bildirmişdir ki, “saxla özündə bəlkə sahibi çıxar, verib şirinliyini alarsan”. Səhəri gün Hikmətə bildirmişdir ki, “adamın varsa bunu sataq yoxdursa mənə de işimi bilim”, Hikmət isə cavabında ona bildirmişdir ki, “tanış qız var o, pul lazım olanda həmişə veribdir, ona deyək bəlkə o, aldı”. Hikmət öz tanışı Gülü adlı xanımla danışmış, Gülü ona bildirmişdir ki, “belə pulum yoxdur, amma tanış lombarda girov kimi qoyaq, pul götürək, sırğanın sahibi müəyyən olunsa lombardın pulunu ödəyib, lombardan həmin qızılları götürüb sahibinə verərik”. Bu ağlabatan fikir olduğundan razılaşmışdır. Özlərinin sənədi olmadığından Gülü adlı xanımın sənədi ilə həmin sırğaları lombarda qoyaraq 42 manat pulu hər ay 8 manat 39 qəpik faiz ödəməklə götürmüşlər. Həmin puldan nə Gülüyə, nə də Hikmətə pul verməmiş, onlara bildirmişdir ki, həmin pula anasına dərman alacaqdır (c.1, i/v. 101-106). İfadə elan olunduqdan sonra məhkəmə tərəfindən verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs növbəti gün səhər yuxudan oyandıqdan sonra qızılların onda olmasını və həmin qızılların lombarda qoyulması ilə bağlı söhbətləri xatırladığını, qızılı necə əldə etdiyini isə xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə belə bir hadisənin olmasını istəmədiyini, özünün də iki bacısının olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 22:05 radələrində “20 yanvar” metrosundan yuxarı qalxanda təqsirləndirilən şəxslə üz-üzə gəlmiş, Təqsirləndirilən şəxs bıçaq çıxararaq onun boğazına dirəməklə kolluqların arasına çəkərək onu yerə yıxmışdır. Təqsirləndirilən şəxs onun qulağından qızıl sırğasını, boğazından boyunbağını və qulağında əlavə bir ədəd olan sadə sırğasını götürmüş, sonra çantasını açıb 5 manat pulu götürmüşdür. Təqsirləndirilən şəxs sırğanı götürən zaman sırğanı aça bilmədiyinə görə qulağı qanadığından ona sığanı özünün açmasını demişdir. Onun bir qulağı və sırğası qan olmuş, o biri qulağındakı sırğanı isə özü açmışdır. Təqsirləndirilən şəxs daha sonra onun şəxsiyyət vəsiqəsinə baxıb adını öyrənmişdir. Təqsirləndirilən şəxs birinci onu kolluqlardan çıxmağa qoymamış, sonra durana yaxın “sən durma, gözlə mən baxım adam var yoxsa yox” demişdir. Durandan sonra əmin olmuşdur ki, ətrafda adam yoxdur. Sonra yanlarına adamlar gəldikdə, onu qucaqlayaraq, “əgər səsin çıxsa səni elə burdaca öldürəcəm, qoy bizim sevgili olduğumuzu düşünsünlər” demişdir. Bıçağı gözünə və boğazına dirəmiş “əgər səsin çıxsa gözünü çıxaracam, boğazını üzə bilərəm, amma eləməyəcəm” demişdir. Təqsirləndirilən şəxs çox əlaqəsiz danışmağa başlamış, qarşısında diz çökmüş, ona evlənmək təklifi etmiş, anasının xəstə olduğunu demişdir. Təqsirləndirilən şəxs ona gözəl qız olması, bütün pis vərdişlərini atacağı kimi sözlər deməyə başlamış, yanağından və alnından öpmüşdür. Daha sonra həmin o hadisələr olan vaxtı 2 nəfər cavan oğlan motosikletlə yanlarından keçərkən şübhələnərək təzədən geri qayıtdıqda Təqsirləndirilən şəxs bunu görüb onu buraxaraq qaçmışdır. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı şikayətçidir, onunla barışmamışdır. Sırğanı götürəndən, hadisə olandan sonra kolluğun içindən çıxanda Təqsirləndirilən şəxs onu qucaqlamış, qarşısında diz çökərək yalvarmağa başlamış, onu bağışlamağını istəmişdir. Anasının xəstə olduğunu, bunu eləməyə məcbur olduğunu bildirmişdir. Fariz onu da qeyd etmişdir ki, bu hərəkətləri təkcə ona yox, onun kimi qızlara dəfələrlə etmişdir. Təqsirləndirilən şəxsin üzərindən içki iyi hiss etməmiş, tütün iyi gəlmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, lombard əməkdaşıdır, Lökbatan qəsəbəsində lombard işlədərək, zərgər kimi fəaliyyət göstərir. xx.xx.2025-ci il tarixdə saat təxminən 16 radələrində tanımadığı sonradan adının Gülnarə olduğunu bildiyi bir xanım mağazaya yaxınlaşmış, həmin xanım ona qızıl 1 cüt sırqa təqdim etmiş, o da baxıb qızıl olub-olmadığını yoxlamışdır. Qızılın qiyməti 42 manat olmuş, qiyməti xanıma bildirəndən sonra razılaşmış və həmin əşya girov qoyulmaqla adına kredit açılaraq, 6 aylıq kredit götürmüşdür. O, gələn müştəridən qızılı hardan əldə etdiyini soruşa bilmədiyinə görə də həmin qızılın oğurluq qızıl olduğunu bilməmişdir. Lombarda yüzlərlə belə qızıl gəlir, Yasaml RPİ-dən zəng ediləndən sonra həmin qızılın oğurluq olduğunu bilmişdir və qızılı da qaytarmışdır. Məhkəmə iclasında verilənsuallara cavab olaraq Şahid3 təqsirləndirilən və zərərçəkmiş şəxsi tanımadığını, qızılı Gülnarə adlı xanımın təqdim etdiyini, buna dair sənədlər olduğunu, zərərçəkmiş şəxsin cinayət əməlinə məruz qalmasını görmədiyini bildirmişdir. Gülnarə xanım qızılı qoyub, kredit götürmək istəmiş, o da ondan adını soruşaraq vəsiqəsini tələb etmiş, vəsiqəyə də baxanda görmüşdür ki, adı Gülnarədi. Xanım tək gəlmiş, yanında təqsirləndirilən şəxs olmamışdır. Həmin qızıl üçün 1,8 faizlik kedit ayırmış, 42 manat kreditə 2 manat xidmət haqqı olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2025-ci ilin fevral ayında axşam saat 10 ya da 11-ə işləmiş radələrdə işdən çıxmışdır. İşdən çıxdıqdan sonra Nəzrin ona zəng edib ağlayaraq “tez yanıma gəl” demişdir, çünki onun işdən çıxdığı yol ilə Nəzrinin işdən qayıtmaq yolu üst-üstə düşmüş, o, da həmin saatda işdən çıxmışdır. O, Nəzrin danışa bilmədiyi üçün qaça-qaça yanına getmiş və pis vəziyyətdə olduğunu, üst-başının palçıq içində, qulağının qanadığını görmüşdür. Həmin vaxt Nəzrinin yanında yerdə olduğunu görüb ona kömək etmiş 2 oğlanın olduğunu görmüşdür. Təqsirləndirilən şəxs Nəzrini “yenidən qarşına çıxacam, səni tapacam” deyərək hədələdiyi üçün Nəzrin qorxaraq polisə gedib hadisə barədə demək istəməmişdir. Saat 11-ə qalmış evə çatandan sonra hadisə barədə valideynlərinə bildirmişlər və sonra da polisə şikayət etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 Farizi tanımamışdır. Nəzrinin ona zəng edərək sadəcə ağladığını, üstünə bıçaq çəkildiyini, onun tez yanına gəlməyini istədiyini bildirmişdir. Bildiyinə görə Nəzrin hadisədən sonra yerə yıxılmış, onun yerdə oturmağından şübhələnən və həmin vaxt ordan keçən 2 oğlan Nəzrinə yaxınlaşanda, Fariz adlı şəxs qaçmışdır. Həmin oğlanlar Nəzrinə kömək edərək, ona su vermişlər. Nəzrin yerdə oturduğu üçün üstü-başı palçıq olmuş və təqsirləndirilən şəxs Nəzrinin sırğalarını dartıp çıxartdığı üçün qulaqları da qan olmuşdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirərək Nəzrinin Farizin içkili olması barədə ona heç nə demədiyini, Farizin ona üzrxahlıq elədiyini, yalvardığını, anasına pul lazım olduğunu, buna ehtiyacı olduğunu söyləməsini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Farizi yaşadıqları kəntdən tanımış, birlikdə işləmişlər. 15 fevral 2025-ci il tarixdə Xocasəndə Farizlə yemək yeyib, pivə içmişlər, sonra isə 20 yanvara getmişlər. O, Farizə acdığını bildirib, dönər yeməyə getmişdir. Farizin telefonu olmadığına görə onunla əlaqə saxlaya bilməmiş biraz gəzişərək evinə getmişdir. Sonra Fariz də evə gəlmişdir. Səhər açılanda Fariz ona “sırğa tapmışam, onu satmaq istəyirəm, kimə verə bilərik” demiş, o da Farizə “satmayaq, sahibi çıxar, verərik, sənə qarşılığında mükafat verər” demişdir. Bir gün keçmiş, ikinci gün Fariz ona “tanışın varsa, qızılı lombarda verək” demişdir. O, bir tanışı olduğunu bildirərək, ona zəng etmişdir. Onun və Farizin şəxsiyyət vəsiqəsi olmadığına görə həmin tanışının şəxsiyət vəsiqəsi ilə qızılı lombarda qoymuş, 42 manat pul götürmüşlər. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Farizi kəntdən tanımış, yaxın münasibətləri olmuşdur. O, Farizlə Xocasəndə yemək yeyib spirtli içki qəbul etmişlər, çoxlu pivə, kola içmişlər. Fariz ona kiminsə qabağını kəsdiyini deməmiş, hadisədən sonra Farizlə görüşmüş, Farizdə nədənsə peşmançılıq, narahatçılıq hiss etmişdir. Farizdən niyə narahat olduğunu soruşduqda səbəbini deməmiş. O, dönər aldıqdan sonra Farizi axtarmış, tapa bilməmiş, sonra isə evə qayıtmışdır. Farizi polislər aparanda onun hadisədən xəbəri olmamış. O, Gülnarə adlı tanışına zəng etmiş, onlar birlikdə lombarda getmışər, onun və Farizin şəxsiyyət vəsiqəsi olmadığına görə Gülnarənin vəsiqəsi ilə qızılı lombarda qoyub 42 manat pul götürmüşlər. İstintaq zamanı verdiyi ifadə ona məxsus olduğunu və həmin ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 6-7 ildir ki, qonşu kimi tanıyır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Hikmət zəng vurub ondan 50-70 manat borca pul istəmiş, səbəbini soruşduqda bildirmişdir ki, evin kirayə pulunu verə bilmirlər, ev yiyəsi onu və dostunu evdən çıxardır. Ona pulunun olmadığını bildirmiş, həmin günü axşam məhlədə Hikmət və dostu olan hürdür oğlanla görüşmüş, Hikmət dostunun qızıl sırğa tapdığını satmaq istədiyini bildirmiş, həmin vaxtı cibində olan 1 cüt sırğanı göstərərək bunu almağını ona bildirmişdir. Yenə pulunun olmadığını, pulu olsaydı borc verəcəyini demiş, Hikmət isə bildirmişdir ki, bunu tapmışlar, satmağa tanış lombard olsaydı girov qoyub pul götürərdilər, sırğanın sahibi çıxarsa lombardın pulunu bağlayıb sırğaları sahibinə qaytarardılar. Bu söhbətin ağıla batan olduğunu və tanış lombardın olduğunu bildirmişdir. Lökbatan qəsəbəsində yerləşən «Ave Qroup» lombardına yaxınlaşıb, qızıl sırğaları onun şəxsiyyət vəsiqəsi ilə girov qoyaraq 42 manat pul götürmüş, kredit müqaviləsi bağlanmış, 6 ay müddətində 50,31 manat ödəmək şərtilə qızıl sırğaları lombarda təhvil verib 42 manat pulu götürmüş, həmin pulu Hikmətə vermişdir. Hikmətə kömək etməyinin səbəbi onunla qonşu olması, onun yetim uşaq olması, qardaşının rəhmətə getməsi, qardaşının ailəsinə onun baxması olmuşdur. Onun şəxsiyyət vəsiqəsi ilə qızıl sırğanın lombarda qoyulma səbəbi isə Hikmət və onun dostunun şəxsiyyət vəsiqələrinin olmaması olmuşdur. Hikmət vəsiqəsinin dəyişilməyə verdiyini, o biri dostu isə vəsiqəsinin rayonda qaldğını bildirmişdir. Həmin qızılın pulundan özünə pul götürməmiş, həmin qızıl sırğanın cinayət yolu ilə əldə olunduğunu bilməmişdir (c.1, iş/ v 74-76). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 01); Vətəndaş Zərərçəkmiş şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nə ünvanlanmış xx.xx.2025ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:05-də 20 yanvar metro stansiyasından Şamaxinka adlanan istiqamətdə piyada gedərkən təxmiən 30-35 yaş həddində olan bir kişi ona yaxınlaşaraq bir əli ilə ağız nahiyyəsini tutub, digər əlində isə olan kəsici aləti boğaz nahiyyəsinə sıxaraq onu yolun kənarındakı şam ağaclarının arasına yerə uzadıb, qulağında olan 1 dəst qızıl, 1 dəst isə qızıl olmayan sırğasını, boynundakı qızıl olmayan boyunbağı və pul kisəsində olan 5 manat pulu götürərək hadisə yerini tərk edərək qaçmışdır (cild 1, iş vərəqə 5); “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, araşdırma zamanı Zərərçəkmiş şəxs müraciəti əsasında onun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, hadisə yeri Yasamal rayonu Moskva prospektinin kənarıdır. Hadisə yerində şam ağacları vardır. Baxış zamanı hadisə yerində hər hansı şübhəli əşya predmet yoxdur. Baxış açıq hava altında süni işıqlandırma yolu ilə keçirilmişdir. Hadisə yerindən hər hansı predmet aşkar olunmadı. Bununla bağlı protokol tərtib olundu (cild 1, iş vərəqə 7-10); “Zərərçəkmiş şəxs qimsində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqə 16-17); Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ-nin 20 fevral 2025-ci il tarixli 164 №-li “Canlı şəxsin məhkəmə tibbi ekspertiza” barədə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ qulaq sırğalığın sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqə 28-30); “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 36-39); “Təqdim etmə və götürmə barədə” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd qara rəngli dəstəyi olan bıçağı və 01 ədəd sarı rəngli boyunbağını təqdim edərək hadisəni həmin bıçaqla törətdiyini, zərərçəkmiş şəxsdən götürdüyü boyunbağının göstərdiyi boyunbağı olduğunu bildirmişdir (cild 1, iş vərəqə 64-64a); “Şəxsin tanınmasının aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş şəxslərin arasından soldan 2-ci dayanan Təqsirləndirilən şəxs göstərərk, xx.xx.2025-ci il tarixdə saat 22:05-də ona qarşı quldurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu təsdiqlədi (cild 1, iş vərəqə 66-69); “Götürmə keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs quldurluq yolu ilə əldə etdiyi bir cüt qızıl sırğanı girov qoyaraq 42 manat pulu götürdüyü Qaradağ rayonu Lökbatan qəsəbəsində fəaliyyət göstərən lombardda qiymətləndirici işləyən Şahid3 təqdim etdiyi bir cüt qızıl sırğa və sırğanın girov götürülməsinə dair tərtib edilmiş sənədlərin (razılıq ərizəsi, qiymətləndirmə aktı və ödəniş cədvəli) kserosurəti götürüldü (cild 1, iş vərəqə 83-89); “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqə 90-91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 % məbləğdə pul tutulmaqla 06 ay 18 gün müddətinə islah işləri cəzasına məhkum olunmuş və xx.xx.2024-cü ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 135-136); “Materialların məhkəmə ekspertizası”nın xx.xx.2025-ci il tarixli, 6/1160 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərgərlik məmulatlarının ayrı-ayrılıqda tərkbibi, əyarı və digər digər göstəriciləri (damğası, adları, qaşları və s.) Cədvəl 1-də göstərilmişdir. Üzərində rəngsiz şəffaf qaşları və “S.STEEL” yazısı olan sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanan 3,67 qr çəkisi olan 1 ədəd boyunbağı və üzərində rəngsiz şəffaf qaşları və “585” damğası olan sarı rəngli əyarı 583/585 qızıldan hazırlanan 1,03 qr çəkisi olan 1 cüt sığa. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manatdır (cild 01, iş vərəqə 146-149); “Məhkəmə ballistik ekspertizası”nın xx.xx.2025-ci il tarixli, 3/337 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manatdır (cild 01, iş vərəqə 150-152); Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 1(002)-42/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 18 gün həbsdə saxlamanın 1 gününə islah işləri cəzasının 4 gün hesabı islah işləri cəzasına hesablanmaqla üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay 18 (on səkkiz) gün islah işləri cəzası saxlanilmışdır. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verməmişdir (cild 01, iş vərəqə 141-145); “Kompleks ambulator məhkəmə-psixiartik və psixoloji ekspertiza”sının xx.xx.2025-ci ilş tarixli, 1218 №-li rəyindən görünür ki, məhkəmə –psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə – psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs ifadəsində cinayət haqqında göstərmiş olduğu halların həqiqətə uyğun olub-olmamasını müəyyən etmək istintaqın səlahiyyətinə uyğundur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman yüksək ruhi-həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır (cild 01, iş vərəqə 153-156); Ədliyyə Nazirliyi Cəlilabad rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 173099/2023-30-11 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 1(002)-42/2023 saylı hökmü ilə ona təyin olunmuş islah işləri növündə cəzasını tam çəkərək bitirdiyindən o, xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır (cild 01, iş vərəqə 157); Xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin 4-cü motoatıcı taborun 12-ci motoatıcı bölüyündə xidmətə başladığı ilk gündən özünü nizamintizamlı, bacarıqlı, dözümlü bir hərbi qulluqçu kimi göstərməyə çalışmışdır. Tutduğu vəzifəyə məsuliyyətli, yoldaşlarına qarşı davranışı yaxşı olmağa çalışmışdır. Hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində çalışmışdır. Çətin anlarda düzgün qərarlar verməyi bacarmır. Silahlardan düzgün istifadə etməyi bacarır, nizamnamənin tələblərini gündəlik xidmətində tətbiq etməyə səy göstərmişdir, dövlət sirrini qorumağı bacarmışdır (cild 1, iş vərəqə 158); Cəlilabad rayon Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi H.T.Əliyev tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kəntdə yaşadığı müddət ərzində qonşuları ilə də mehriban, səmimi əlaqəsi olmuşdur. Təqsirləndirilən şəxs barəsində ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqə 159); Cəlilabad rayon Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi H.T.Əliyev tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası 1962-ci il təvəllüdlü X5, 1971-ci il təvəllüdlü X9 və qardaşı 1993-cü il təvəllüdlü X4 ibarətdir (cild 1, iş vərəqə 162); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli teleqramda sonuncu növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini və Təqsirləndirilən şəxs ilə aralarında barışığın olmadığını, habelə gələcəkdə də olmayacığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsə onun əleyhinə olan sübutlara etiraz etmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək üçün məhkəmə prosesində imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda həmin sübutlara dair öz fikirlərini bildirmişlər, o cümlədən təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı bötüvlükdə qəbul etsə də, baş vermiş hahisəni xatırlamadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:05-də Yasamal rayonu, “20 Yanvar” metrostansiyasından “Şamaxinka” adlanan istiqamətə Moskva prospekti ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs yaxınlaşıb, heç bir söz demədən qəflətən ona basqın edib, əli ilə onun ağzını tutaraq üzərində gəzdirdiyi və silah qismində istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat təyinatlı soyuq silah hesab edilməyən turist bıçağını sonuncunun boğaz nahiyyəsinə dirəyib, onu yolun sağ kənarındakı şam ağaclarının arasına aparıb orada yerə uzatdıqdan sonra ona sağ qulaqlığının sıyrığı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək, onun qulağındakı üzərində rəngsiz şəffaf qaşları və 585 həkk damğası olan, sarı rəngli 1,03 qram çəkidə bir cüt 300 manat dəyərində qızıl sırğanı, bir cüt 2 manat dəyərində sadə sırğanı, üzərində rəngsiz şəffaf qaşları və «S.STEEL» yazısı olan, 3,67 qram çəkidə sarı rəngli, 6 manat dəyərində sadə boyunbağını və pul kisəsində olan 5 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 313 manat məbləğində ziyan vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq çıxararaq, onun boğazına dirəyərək onu kolluqların arasına çəkərək yerə yıxaraq qulağından qızıl sırğasını, boğazından boyunbağını və qulağında əlavə bir ədəd olan sadə sırğasını, sonra çantanı açıb 5 manat pulu götürərək, bıçağı gözünə və boğazına dirəməklə əgər səsini çıxararsa gözünü çıxaracağı və boğazını üzəcəyi ilə hədələməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2025-ci il tarixdə saat 22:05-də radələrində məhz özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə etdiyi bıçaqdan istifadə etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Məhkəmə kollegiyası qeyd edilən nəticəyə gələrkən ona istinad etmişdir ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi baş verdikdən sonra polis orqanına müraciət edərək ona basqın edən şəxsin əlində bıçaq olduğunu, həmçinin basqın edən şəxsin onun zinət əşyalarını və pulunu ələ keçirdiyini, əlindəki bıçaqla hədələdiyini bildirmiş, Təqsirləndirilən şəxs isə məhkəmə istintaqı zamanı baş vermiş hadisələri xatırlamadığını bildirsə də, ibtidai istintaq zamanı bu halları təsdiq etmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilsə də, baş verən hadisələri xatırlamadığını, ümumiyyətlə hadisə baş verərkən sərxoşluğu səbəbindən özündə olmadığını bildirsə də, məhkəmədə ona verilmiş suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləmişdir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin sözügedən ifadəsini özünümüdafiə xarakterli və işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir. Belə ki, yuxarıda sadalanan məhkəmə iclasında və ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahid ifadələri ilə təqsirləndirilən şəxsin ifadələrində səmimi olmaması açıq aşkar görünməkdədir. Məhkəmə kollegiyası yuxarıda izahı verilən və məhkəmə istintaqında müəyyən edilmiş halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə - quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 23-cü bəndində, həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Sözügedən qərarın 25-ci bəndində göstərilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və sair), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn: silah maketi, oyuncaq xəncəl), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə kollegiyası ibtidai istintaq orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün tövsif edilməsi qənaətindədir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qəsdən törətmiş və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli başa çatmış cinayətdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə sanksiya həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cavan olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən göründüyü kimi Təqsirləndirilən şəxs həmin məhkəmənin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 % məbləğdə pul tutulmaqla 06 ay 18 gün müddətinə islah işləri cəzasına məhkum olunmuş və Ədliyyə Nazirliyi Cəlilabad rayon icra və probasiya şöbəsinin rəsmi məlumatına əsasən xx.xx.2024-cü ildə islah işləri cəzasının müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətməsi cinayəttin residivini yaratmır (c.1,i/v 134-136, 142-145). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıda göstərilən halları və maddi hüquq nomalarının imperativ tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 24 fevral 2025-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 36-38, 122-126). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 fevral 2025-ci il il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 1(bir) ədəd qara dəstəkli qatlanan cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməsi müəyyən olunmuş, daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 işlədiyi «M.B.M» Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi müddətinin başlanğıcı 24 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanısın. İş üzrə maddi sübut - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 1(bir) ədəd qara dəstəkli qatlanan cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamil Əliyev Hakimlər Nigar İmanova Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar