Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1435/2021 22.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçi: Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə2 Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1965-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Bakı şəhəri, 2-ci Salyan döngəsi, ev 8-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində kirayədə yaşamış və hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 10 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 906 ünvanında yerləşən X2 **********44-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan sahəsi 0,1 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş sahəsi 231,6 kvadrat metr olan fərdi yaşayış evini Zərərçəkmiş şəxs göstərərək torpaq sahəsi və fərdi yaşayış evinin faktiki olaraq özünə məxsus olmasını və yeznəsi kimi təqdim etdiyi Şahid5 adına rəsmiləşdirməsini bildirməklə, həmin torpaq sahəsi və fərdi yaşayış evinin alqı-satqısını 238.000 manata həyata keçirəcəyi ilə bağlı Zərərçəkmiş şəxs yalan vədlər verərək, faktiki olaraq qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evinin alqı-satqısını həyata keçirmək niyyətində olmadan Zərərçəkmiş şəxsla Şahid5 arasında sonuncunun **********82-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olmaqla "xxxx" BOKT ASC-də 10 iyul 2018 və 24 aprel 2019-cu il tarixli kredit müqavilələrinin təminatı kimi qeyd olunan tarixlərdə tərəflər arasında imzalanan İpoteka və sonrakı İpoteka müqavilələrinin predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1522V ünvanında yerləşən və əvvəlcədən qiymətini Şahid5la 115.000 manata razılaşdığı sahəsi 0,022 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş sahəsi 120 kvadrat metr olan fərdi yaşayış evi ilə bağlı 17 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, 14 saylı notariat ofisində 4Ə-781 reyestr nömrəli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə nail olmaqla Zərərçəkmiş şəxs notariusun "xxxx" ASC-nin 5 saylı şöbəsində olan **********00001AZM38 nömrəli depozit hesabına keçirdiyi ümumilikdə 238.000 manat puldan "xxxx" BOKT ASC-yə ödəniləcək kredit məbləği 49525 manat 81 qəpik, alqı-satqı müqaviləsinə əsasən tutulmuş vergi olaraq 3438 manat çıxıldıqdan sonra Şahid5 həmin hesabdan çıxardığı ümumilikdə 185.036 manat 19 qəpik puldan 62.000 manat pulu sonuncuya verməklə həmin pulun qalan hissəsini, yəni 123.036 manat 19 qəpik pulu ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda, yəni 123.036 manat 19 qəpik ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2019cu ilin noyabr ayının axırlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 195C ünvanında yerləşən X3 **********40-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan sahəsi 0,03 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş sahəsi 236,8 kvadrat metr olan fərdi yaşayış evini Zərərçəkmiş şəxs göstərərək torpaq sahəsi və fərdi yaşayış evinin faktiki olaraq özünə məxsus olmasım və xalası oğlu kimi təqdim etdiyi Şahid2 adına rəsmiləşdirməsini bildirməklə, həmin torpaq sahəsi və fərdi yaşayış evinin alqı- satqısını 250.000 manata həyata keçirəcəyi ilə bağlı Zərərçəkmiş şəxs yalan vədlər verərək, faktiki olaraq qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evinin alqı-satqısını həyata keçirmək niyyətində olmadan Zərərçəkmiş şəxs oğlu Şahid1 ilə Şahid2 arasında sonuncunun **********77- 10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 75İD ünvanında yerləşən və əvvəlcədən qiymətini Şahid2la 55.000 manata razılaşdığı sahəsi 0,02 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş sahəsi 89,5 kvadrat metr olan fərdi yaşayış evi ilə bağlı 03 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, 14 saylı notariat ofisində 4Ə- 1058 reyestr nömrəli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə nail olmaqla Zərərçəkmiş şəxs notariusun "xxxx" ASC-nin 5 saylı şöbəsində olan **********00001AZM38 nömrəli depozit hesabına keçirdiyi 250.000 manat puldan alqı-satqı müqaviləsinə əsasən tutulmuş vergi olaraq 2597 manat çıxıldıqdan sonra Şahid2 həmin hesabdan çıxardığı ümumilikdə 247.403 manat puldan 55.000 manat pulu sonuncuya verməklə həmin pulun qalan hissəsini, yəni 192.403 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda, yəni 192.403 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin yanvar aymın əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1522V ünvanında yerləşən Şahid5 **********82-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan sahəsi 0,022 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş sahəsi 120 kvadrat metr olan fərdi yaşayış evinin Zərərçəkmiş şəxs ilə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 75İD ünvanında yerləşən Şahid2 **********77-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan sahəsi 0,02 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş sahəsi 89,5 kvadrat metr olan fərdi yaşayış evinin Şahid1 ilə alqı-satqısının rəsmiləşdirilməsinə nail olmasına baxmayaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 906 ünvanında yerləşən X2 **********44-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan sahəsi 0,1 hektar torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş sahəsi 231,6 kvadrat metr və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 195C ünvanında yerləşən X3 **********40-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan sahəsi 0,03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş sahəsi 236,8 kvadrat metr olan fərdi yaşayış evlərini real dəyərindən ucuz qiymətə satmasını Zərərçəkmiş şəxs bildirib, sonuncuya həmin torpaq sahələri və evlərin real dəyəri kimi əlavə olaraq 15000 manat da ödəməli olduğuna inandırıb aldatmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 195C ünvanında yerləşən X4 məxsus fərdi yaşayış evinin qarşısında küçədə Zərərçəkmiş şəxs 15.000 manat pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 15.000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o əvvəllər Dövlət Əmlak Komitəsində işləmişdir, sonra isə Badamdar qəsəbəsi ərazisində evlər tikib satırdı. Faizlə pul borc verən axtarırdı. Röya adlı qadınla tanış oldu və o ona faizlə pul borc verən tapmaqda kömək edəcəyini dedi. Bundan sonra bir gün Röya ona zəng edib dedi ki, faizə pul borc verən tapıb, lakin bunun müqabilində girova ev qoymaq lazımdır. O da ona bildirdi ki, ev tapa bilər. Bundan sonra Badamdar ərazisində bir həyət evinin satıldığını öyrəndi. Evin sahibi Şahid5 idi. Vasiflə əlaqə saxlayıb onunla görüşdü. O, ona banka borcu olduğu üçün, evin evin bankda girova qoyulduğunu bildirdi. Onlar evin alışından 115.000 manata razılaşdılar. Vasifə bildirdi ki, “sənin evini alıram, pulunu da verirəm, lakin ev başqa bir şəxslə alqı-satqı müqaviləsi əsasında girova qoyulacaqdır və notariatda müavilə bağlanarkən borcun olduğu bank və ya digər təşkilat tərəfindən olan borcun tutular və nəticədə evin gorovdan çıxarılar”. Vasif də onunla razılaşdı. Bundan bir müddət keçdikdən sonra Röyanın ona faizlə pul vermək üçün tapdığı şəxslə birgə Vasifin evinə getlər. Həmin şəxsin adı Zərərçəkmiş şəxs idi. Nəbiyə evi göstərdi və evin içərisində əşyalar da var idi. Ona evin xalasıoğluna məxsus olduğunu və dəyəri 200-250 min manat aralığında olduğunu bildirdi. Evə baxdıqdan sonra Nəbi ilə aralarında razılılıq oldu və bu razılaşmaya əsasən o ona aylıq 4%-lə 200.000 manat pul borc verəcəkdi, əvəzində ona göstərdiyi evi girova qoyacaqdı. Lakin Nəbi bu razılaşmanı notariat kontorunda müqavilə bağlanılarkən müqavilədə razılaşdıqları qiymətdən daha çox yazdıracağı ilə şərtləndirdi və o da razılaşdı. Bundan sonra o, Vasif, Nəbi, Röya, Raci notariat kontoruna getdilər. Nəbi ona 200.000 manat verməli olduğu halda 170.000 manat pul verdi. O bu 170.000 manat puldan 115.000 manatını Vasifə verdi, 5.000 manatını notariatda rüsumlar üçün, 20.000 manatını isə Röya və onun qohumu Raciyə verdi. Çünki Röya və Raci aralarında olan razılığa görə onlar ona faizə pul borc verən tapacaqdılar və o həmin pulun müəyyən hissəsini onlara verəcəkdi. Bu müqavilə bağlandıqdan sonra bir ayın sonunda o Nəbiyə 5.000 manat pul qaytardı. Lakin növbəti iki ayda heç bir ödəniş etmədi, Nəbiyə demişdi ki, gözlə, bir ev var onu satıb pulunu verəcək. Nəbi də onu gözləyirdi. Bu üç ay müddətdən sonra Nəbi onunla yenidən əlaqə saxlayaraq əlində pul olduğunu və ehtiyacı varsa yenə eyni qaydada ona vermək istədiyini, başqa şəxs tapa bilmədiyini deyəndə, ona bildirdi ki, əlində yalnız yarımtikili bir ev var. O Nəbiyi aparıb ona həmin evi göstərdi və aralarında olan razılaşmaya görə Nəbi ona 250.000 manat pul verəcəkdi. Nəbiyə göstərdiyi ev Şahid2 məxsus idi. Həmzəyə de yenə Vasifə izah etdiyi qaydada vəziyyəti izah etdi və ona evini girova qoyacağını, evinin dəyəri olan pulu özünə verəcəyini dedi. Həmzə ilə 55.000 manata razılaşdılar. Bundan sonra yenə o, Həmzə və Nəbi notariat kontoruna getdilər. Lakin Nəbi orada razılaşdıqları 250.000 manatı verməkdən imtina edərək, əvvəlki borcundan yaranmış faizləri və komissiyon haqları çıxmaqla 150.000 manat ona pul verdi. Lakin bağlanılmış müqavilədə Nəbi 250.000 manat kimi qeyd etdirdi. Həmin ona verilən 150.000 manat puldan 55.000 manatı Həmzə ilə razılaşya uyğun olaraq ona verdi, 5.000 manatını isə yenə notarius rüsumlarını ödədi və özündə 90.000 manat pul qaldı. Onun umumilikdə 320.000 manat Nəbiyə borcu var idi. Nəbi pulunu ödəməyini tələb edirdi. O Nəbiyə dedi ki, ona 80.000 manat əlavə edilərək, 400.000 manat pul verəcək, təki gözləsin. O da bununla razılaşmayaraq əlində varsa, başqa evi yenə ona eyni qaydada verməyini istədi. O da bunun mümkün olmadığını, maddi baxımdan çətinlik çəkdiyini bildirdi. Bundan sonra da Nəbi onun barəsində şikayət etdi. O əlavə olaraq Nəbidən 15.000 manat pul almamışdır, Nəbi pulu ona həmişə bankda verirdi, banka pulu qoyurdu və bir gün sonra onu götürüdülər. Faziləri hər dəfə 1 aydan sonra ödəməli idi. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayı idi və bir dəfə qohumu Raci ilə bir çayxanada ona əlində pulun olduğunu və obyekt almaq istədiyini dedi. Raci isə ona ev almağını , bir evin olduğunu və gedib ona baxmağını məsləhət gördü. Bundan sonra onlar bir kafeyə getdilər və biz orada olarkən oraya iki qadın gəldi. Onlardan biri kimləsə telefonla danışdı və Badamdar qəsəbəsində satılıq ev olduğunu və evi satan şəxsin onları orada gözlədiyini dedi. Onlar həmin ünvana getdilər. Ev böyük villa idi. Sözün düzü, onun ev almaq fikri yox idi amma evə də baxmaq istədi. Orada İbrahim və yanında başqa bir şəxs var idi və onları ilk dəfə idi ki, görürdü. İbrahim əlindəki açarla qapını açdı. İbrahim evin qiymətinin 250.000 manat olduğunu, evin ona məxsus olduğunu və istirahət etmək üçün bura gəldiyini, özünün tikinti işi ilə məşğul olduğunu, işlərini davam etdirmək üçün təcili pula ehtiyacı olduğunu və buna görə də bu qiymətə satdığını dedi. Raci həmin evin dəyərinin 350-400.000 manat olduğunu dedi. Həqiqətən də, ev çox gözəl idi və təklif edilən qiyməti çox aşağı və münasib idi. Düzü, buna görə də qərarını dəyişərək, evi almaq istədi. O evin şəkillərini də çəkdi. Bundan 4-5 gün sonra Raci ona zəng edərək, son qərarını soruşdu. Növbəti gün o ailəsiylə həmin evə yenidən baxmağa getdi və onlara evi göstərdi. Bundan sonra bir dəfə də, o, Raci və İbrahimlə birgə evə baxmağa getdilər. O 238.000 manat pulun olduğunu bildirdi və evin satışı üçün bu məbləğə razılaşdılar. Bundan sonra notariusa getdilər. İbrahim evin yeznəsinin adına olduğunu dedi. Yeznəsi kimi təqdim etdiyi şəxs Vasif idi. Vasif özü də İbrahimin qohumu olduğunu bildirdi. İbrahim xahiş etdi ki, yeznəsigil mart ayında Türkiyəyə gedəcək və ona qədər onlara möhlət verisin. O da razılaşdı. O evin satışı ilə bağlı razılaşmağa uyğun olaraq başqa şəxsin adına banka əvvəlcə 170.000 manat, növbəti gün isə 68.000 manat pul köçürdü. Bundan 1 ay sonra da evin çıxarışını aldı. Bundan üç ay sonra İbrahim zəng edərək bir evin ucuz qiymətə və təcili satıldığını dedi. O əvvəlcə bu təkliflə razılaşmadı. İbrahim isə həmin evin birinci aldığı evə yaxın olduğunu dedikdə gələcəkdə iki oğlu öz ailələri ilə yaşaya biləcəkləri bir ev olacağını düşünüb İbrahimlə razılaşdı və evə baxmağa getdilər. Yenə İbrahim əlindəki açarla evin qapısını açdı və evə baxdılar. İbrahim həmin evin xalasının oğluna məxsus olduğunu dedi. Bu ev əvvəlkindən də yaxşı idi. İbrahim evi 300.000 manata satıldığını dedi, lakin 250.000 manata razılaşdılar. İbrahim hər iki evi martda, bayramdan əvvəl ona təhvil verəcəyini dedi. İkinci evi yenə birincidə olduğu qaydada aldı. Bundan bir müddət sonra İbrahimə qohumlarının evdən daha tez çıxmasını istədiyini bildirdi. İbrahim isə buna razılaşmadı və bəzi ifadələr işlətməyə başladı. O, hər iki evin ona satış qiymətindən daha baha olduğunu dedi və ondan əlavə 20.000 manat pul tələb etdi. O da halallıq olsun deyə əlavə pul vermək barəsində İbrahimlə razılaşdı. Ona 10.000 manat verməyi təklif etsə də, İbrahim xahiş edərək, 15.000 manat istədi. O da də onunla razılaşıb həmin məbləğdə pulu ona verdi. Bundan əlavə İbrahim pulu aldıqdan sonra xahiş etdi ki, marta qədər evdən çıxmaq üçün möhlət versin. O da mart ayına az vaxt qaldığını düşünüb onunla razılaşdı. Mart ayında o müddətin bitməsi ilə əlaqədar dəfələrlə İbrahimlə əlaqə saxlamağına baxmayaraq, o müəyyən bəhanələrlə ona yola verirdi. Karantin rejimi ilə əlaqədar o da Ağcabədiyə getdi və bir neçə ay orda qaldı. Təqribən 1-2 aydan sonra İbrahimlə yenidən əlaqə saxladı və o yenə evlərin açarlarını vermirdi. Bundan sonra aldığı birinci evə getdi və özü ilə gətirdiyi çəkic və dəmir parçası ilə qapını açmaq istəyəndə orada yaşayan və tanımadığı bir nəfər şəxs ona yaxınlaşdı və nə səbəbə görə başqasının evinə daxil olmaq istədiyini soruşanda, o ona bu evi aldığını, lakin evi ona satan şəxsin açarları ona vermək istəmədiyini dedi. Həmin şəxs də bu evin başqa şəxsə məxsus olduğunu dedi. Dərhal digər evə gedib baxdı, həmin evin də qapıları bağlı olduğundan evə daxil ola bilmədi. Bundan sonra o narahat oldu və yaxınlıqda yerləşən evlərin alqı-satqısı ofisinə yaxınlaşaraq onlara vəziyyəti izah etdi. Evlərin əlamətləri barədə onlara dedikdə onlar həmin evlərin hansılar olmasını bildilər və həmin evlərin kiməsə satılmadığını və sahibinin olduğunu bildirdilər. Həmin gün dayısı oğlu Aqilə zəng vurub onda olan çıxarışların şəklini çəkib göndərdi. Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətindən GPRS vasitəsilə həmin evlərin koordinatları çıxartdılar və dayısı oğlu Aqillə birlikdə səhəri gün koordinatlar əsasında ona satılmış evləri tapdılar. Həmin evlərdən biri tam tikilməmiş, qapı-pəncərəsi qoyulmamışdır, içərisində yaşayış olmayan kiçik ölçüdə, birmərtəbəli ev olmuşdur, əlverişsiz ərazidə tikilmişdir. Digər evi tapdıqda isə gördü ki, həmin ev iki mərtəbəlidir. İbrahim ona ümumlikdə 503.000 manat ziyan vursa da, faktiki olaraq aldığı evlər hazırda onun istifadəsindədir və əlavə olaraq İbrahimin onu aldadıb aldığı 330440 manatı İbrahimdən alıb ona ödənilməsi barədə qərar qəbul edilməsini və eyni zamanda əlavə olaraq ona dəymiş mənəvi ziyan olan 10000 manatı da İbrahimdən alınması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. O, 2019-cu ilin may ayında Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmışdır. Əri Nəbi 2019-cu ilin sentyabr ayında obyekt almaq qərarına gəlmişdi. Həmin vaxtlarda əri Nəbi uzaq qohumu Racinin vasitəsilə tanıdığı və adı sonradan ona məlum olan İbrahim adlı şəxslə birlikdə bir həyət evinə baxdılar və çox xoşuna gəldi. Həmin vaxtlar xəstə və yeni əməliyyat olunduğuna görə və evi ərinin bəyənməsinə görə bu məsələylə bağlı heç bir münasibət bildirmədi. Artıq evi aldıqdan sonra Nəbi onu və oğlu Raufu həmin evə baxmaq üçün apardı. Evə daxil olmasalar da, uzaqdan Nəbi həmin evi onlara göstərdi. Evin kənardan iki mərtəbəli olduğu görünürdü. Evə kənardan baxdılar və evi yerləşdiyi yerə, həmçinin, xarici görünüşünə görə bəyəndilər. Nəbi bildirmişdi ki, İbrahim ona deyib ki, əslində ev bahadır, lakin tikinti işləri ilə əlaqədar təcili pul lazım olduğu üçün ona 250000 manata satacaqdır. İbrahim adlı şəxs Nəbiyə həmin evin yeznəsinin adına olduğunu, evin alqı-satqısını həyata keçirdikdən sonra yeznəsinə evdən çıxması üçün 6 ay vaxt verməsini xahiş etmişdi. Nəbi də onunla razılaşmışdı. Düşünürdülər ki, həmin evi 6 aydan sonra təmir etdirərlər. Həmin evi 238.000 manata aldılar. 2019-cu ilin noyabr ayının axırlarında İbrahim əri Nəbiyə zəng edərək, yenə də tikinti işləri yarımçıq qaldığı üçün təcili olaraq ucuz qiymətə ev satdığını dedi. Nəbi də onunla görüşərək, həmin evə baxıb bəyənmişdi. Nəbinin deməsinə görə İbrahim yenə də tikinti işləri yarımçıq qaldığı üçün həmin evi dəyərindən aşağı qiymətə ona satacağını demişdi. Nəbi onu həmin evə də baxmaq üçün apardı. Evə daxil olmasalar da, uzaqdan Nəbi həmin evi göstərdi. Evə kənardan baxdılar və evi yerləşdiyi yerə, həmçinin, xarici görünüşünə görə bəyəndi. Bundan sonra həmin evi 250.000 manata aldılar. Sonradan məlum oldu ki, İbrahim ərini aladadaraq başqa evləri ona satmışdır və ona ümumilikdə 503.000 manat ziyan vurmuşdur. Evlərə aldıqdan sonra baxmışdır, İbrahimi aldıqları evlərin yanında görməmişdir. Umumiyyətlə İbrahimi heç vaxt görməmiş, sadəcə olaraq ev satan şəxsin adının İbrahim olduğunu bilirdi. Həmin vaxtlar xəstə olduğu üçün özünü yaxşı hiss etmədiyindən evlərin içərisinə daxil olub baxmadı Nəbi yalnız çöldən evi göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, atasının xəstəliyi ilə əlaqədar onun müalicəsinə görə xeyli borcu var idi və qərara gəlmişdi ki, evi satsın. Evi "xxxx" BOKT-a girova qoymuşdu. Ona görə də, qeyd olunan evi satmaq üçün evin həyət hasarına elan vurmuşdu. 2019-cu ilin sentyabr ayının əvvəllərində ona zəng gəldi və zəng edən şəxs nömrəni evin qarşısına vurduğu elandan götürərək, onunla əlaqə saxladığını, adının da İbrahim olduğunu bildirdi. Həmin şəxs telefonda evi neçəyə satdığını soruşanda ona evi 130.000 manata satdığını dedi. Həmin şəxs dəfələrlə zəng edib bir qədər aşağı qiymətə evi satmağını xahiş edirdi. Buna görə də, nəticədə İbrahimlə evi 115.000 manata satmağa razılaşdılar. İbrahim dedi ki, evi razılaşdıqları qiymətdən yuxarı satsa, o yalnız razılaşdırılmış məbləğdə, yəni 115.000 manatını götürəcəkdi və digər məsələlərə qarışmayacaqdı. O səbəbini soruşduqda isə İbrahim daha baha satmaqda məqsədinin pulun qalan hissəsini evin təmirinə xərcləyəcəyi ilə izah etmişdi. İbrahim onunla söhbət zamanı bildirdi ki, böyük bir tikinti şirkətində işləyir və evi həmin şirkətin adına alaraq, təmir edib yüksək qiymətə xarici şirkətlərə kirayə verəcəklər. İbrahim xahiş etdi ki, şirkətin nümayəndəsinə evi baha qiymətə satacaq, çünki pul şirkət tərəfindən veriləcəkdir. Lakin ona razılaşdıqları kimi, 115.000 manat pul verəcəkdir. Vergi və digər ödənişlərdə ona çatacaq puldan çıxılacaqdır. Həmin vaxt pula ehtiyacı olduğundan İbrahimlə razılaşdı və ona söz verdi ki, evi hansı qiymətə satarsa o bankdan çıxardığı pulun 115.000 manatını özü götürəcək, qalan pulu da ona verəcək. Həmin vaxt 49.500 manat kredit borcu qalmışdı. Düşünürdü ki, ona çatacaq 115.000 manat pulun "xxxx" BOKT-a 49.525 manatı olan borcu ödəyəcək, vergi və digər rüsumlar çıxdıqdan sonra qalan pulu götürüb İbrahimin pulunu verəcək. 16 sentyabr 2019-cu il tarixdə İbrahimlə birlikdə onun dediyi kimi, 14 saylı notariat ofisinin qarşısında görüşdülər. Oraya İbrahimlə birlikdə bir nəfər qadın və iki nəfər kişi gəlmişdi. Onlardan biri hal-hazırda zalda gördüyü zərərçəkmiş şəxs idi. Borclu olduğu BOKT-un nümayəndəsi də orada idi. Orada müvafiq müqavilələri bağladılar. İbrahim dedi ki, evi 235.000 manata satır, ona 115.000 manat verəcək, qalan pulu isə evin təmirinə xərcləyəcək. Belə də oldu, Nəbinin verdiyi 235.000 manatı bankdan götürüb 115.000 manatını özünə götürdü və qalan hissəini İbrahimə verdi. Həmin pulun 49.500 manatı borclu olduğu kredit təşkilat tərəfindən tutuldu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, pula ehtiyacı olduğundan özünə məxsus evi satmaq qərarına gəlmişdi və bu barədə Badamdar qəsəbəsində olan maklerlərə məlumat vermişdi və evi 55.000 manata satmaq istəyirdi. 2019-cu ilin avqust ayında ona zəng gəldi və zəng edən şəxs nömrəmi Badamdar qəsəbəsində maklerlərdən alıb onunla əlaqə saxladığını, adının da İbrahim olduğunu və bir şirkət üçün evlər aldıqlarını bildirdi. Həmin şəxs telefonda ondan evi neçəyə satdığını soruşanda ona evi 55.000 manata satdığını dedi. İbrahimlə evin qiyməti barədə razılığa gəldilər. İbrahim ondan xahiş etdi ki, şirkətin nümayəndəsinə evi baha qiymətə satacaq, ona görə ki, evin tikinti-təmir xərcləri var. Lakin ona razılaşdıqları kimi, 55.000 manat pul verəcəkdir. Həmin vaxt pula ehtiyacı olduğundan İbrahimlə razılaşdı və ona söz verdi ki, evi hansı qiymətə satarsa o bankdan çıxardığı pulun 55.000 manatını özü götürəcək, qalan pulu da ona verəcək. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə onun dediyi kimi, 14 saylı notariat ofisinin qarşısında görüşdülər. Oraya İbrahim və başqa bir nəfər şəxs gəlmişdi. Həmin şəxs hal-hazırda zərərçəkmiş şəxs olan Nəbinin oğlu idi və bu sonradan ona məlum oldu. İbrahim təklikdə ona bildirdi ki, həmin şəxs şirkətin nümayəndəsidir. Bundan sonra alqı-satqı müqaviləsi bağladılar və adına bankın depozit hesabına köçürülmüş 250.000 manatdan vergi ödənişləri çıxıldıqdan sonra İbrahimlə danışığqlarına uyğun olaraq 55.000 manatını özü götürdü, qalanını isə İbrahimə verdi. Evinin satış qiyməti ilə bağlı onda şübhə yaranmadı, çünki İbrahim dedi ki, bu şirkətin prinsipidir və qalan pulla evləri təmir edəcəklər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Lətafət adlı bir xanım vasitəsilə tanıyır. Həmin xanım makler fəaliyyəti ilə məşğul olurdu və ona demişdi ki, Təqsirləndirilən şəxs Bayraq meydanında evi var və onu girova qoyub kreditlə pul götürmək istəyir. Həmin xanım bu barədə Təqsirləndirilən şəxs köməklik lazım olduğunu bildirdi. O da razılaşıb həmin şəxsə köməklik etmək qərarına gəldi. Onun Təqsirləndirilən şəxslə görüşü zamanı o, ona 80.000 manat pul kredit götürmək istədiyini və evinin dəyərinin isə 80.000 manatdan azca çox olduğunu bildirdi. O ona evinin dəyərinin onu girov qoyub 80.000 manat kredit götürməyə kifayət etməyəcəyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs ona telefon nömrəsini verərək, özünün də makler kimi fəaliyyət göstərdiyini, Badamdar qəsəbəsində də evlərinin olduğunu və müştərilər olarsa, onlara da onun evləri barədə məlumat verməyini xahiş etdi. Bundan sonra bir dəfə ona zəng vuraraq, Badamdar qəsəbəsində olan evini satmaq istədiyini bildirdi. Onun Raco adlı bir tanışı var idi və o da makler fəaliyyətilə məşğul olurdu. O ona zəng edərək, Badamdar qəsəbəsində satılıq ev olduğunu və əgər müştəriləri olsa, onları ona yönləndirməsini xahiş etdi. Bundan sonra Raco vasitəsi ilə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə tanış etdilər. Təqsirləndirilən şəxs sonuncu dəfə Badamdar qəsəbəsində yerləşən evi onlara təqdim etdi. Təqsirləndirilən şəxs Badamdar qəsəbəsində yerləşən evin özünə məxsus olmasını və təqribən 300.000 manata təklif etmişdi demişdi, həmin evin kimin adına olmasını xatırlamır. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs həmin ev barəsində razılığa gəlib-gəlməmələrindən xəbəri yoxdur. X7 qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs məxsus evin satışından ona müəyyən qədər pul verdi. Badamdar qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs məxsus evin notariat kontorunda olan alqı-satqısında iştirak etmişdi. Ondan əlavə orada Raco, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və tanımadığı bir qadınla kişi də var idi. Tanımadığı həmin kişinin satılan evin adına olan şəxs olduğunu dedilər. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında ikinci evin alqı-satqısında iştirak etməmiş və bu barədə məlumatı yoxdur. Raco bir dəfə ona zəng edib Badamdar qəsəbəsində satılmasında iştirak etdiyi evlə çıxarışda göstərilən evin eyni olmadığını bildirdi. Evin həqiqi dəyərindən bu qədər aşağı qiymətə satılması onda şübhə yaratmadı. Ona göstərilən evlə çıxarışda göstərilən evin eyni olmamasından satış zamanı məlumatı yox idi, evlərin satışında vasitəçiliyinə görə adətən evin satış qiymətinin 1 və ya 2%-i ona çatırdı. Raco Badamdar qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs məxsus evin satışından ona səhv etmirsə, 2.000 manat pul verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 8 nəfərdən ibarət ailəsi var və maddi vəziyyəti ilə əlaqədar kirayə evdə yaşaya bilmirdi. Təqsirləndirilən şəxs ona onda bir evin olmasını, içərisinin boş olduğunu və orada müvəqqəti ailə üzvləri ilə birgə yaşaya biləcəyini bildirdi. O ondan həmin evdə 1-2 il yaşaya biləcəyinin mümkün olub-olmamasını soruşduqda, o heç bir etiraz etmədi. Bundan sonra orada yaşamağa başladı. Bir dəfə Nəbi adlı şəxs ona həmin evin ona məxsus olmasını bildirdi. O da bu barədə Təqsirləndirilən şəxs zəng edib soruşdu. Təqsirləndirilən şəxs ona anlaşılmazlığın olduğunu və özünün həll edəcəyini bildirdi. O da bundan sonra Nəbiyə dedi ki, bu məsələni araşdırsınla. Ona həqiqətən həmin evin Nəbiyə məxsus olması məlum olduqdan sonra həmin evdən çıxdı və hal-hazırda orada yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə makler tanışı Röya vasitəsilə tanış olmuşdur. Nəbi isə onun həm həmkəndlisi, həm də qohumudur. Bir gün Nəbi ilə kafedə çay içərkən Nəbi obyekt almaq istədiyini ona bildirəndə, ona obyekt almaq əvəzinə ev almağının daha faydalı olacağını bildirdi. Bundan sonra bir dəfə Röya tanışı Təqsirləndirilən şəxs ev satdığını ona demişdi. O da Nəbiyə almaq üçün ev tapdığını dedi və o da əgər bəyənsə ala biləcəyini bildirdi. Bundan sonra Röya, o, Nəbi və başqa bir xanım kafedə görüşdülər və bundan sonra Təqsirləndirilən şəxs evinə baxmağa getdilər. Evə baxmağa getdikdə Təqsirləndirilən şəxs əlindəki açarla evin qapısını açdı. Evə baxddıqdan sonra Nəbi evin həm qiymətini, həm də görünüşünü bəyəndi. Təqsirləndirilən şəxs evi 250.000 manata satdığını bildirdi, lakin sonda Nəbi ilə İbrahim 238.000 manata razılaşdılar. Bundan bir müddət sonra notariat kontorunda alqı-satqı oldu və Nəbi ona şirinlik kimi 2.000 ABŞ dolları verdi, o d də həmin puldan 1.000 ABŞ dolları Röyaya verdi. Həmçinin Təqsirləndirilən şəxs satılan evdə yeznəsi və ailəsinin əşyaları olduğunu və əşyaları boşaltmaq üçün 6 ay möhlət verilməsini Nəbidən xahiş etdi və Nəbi də razılaşdı. Bundan bir müddət sonra Nəbi ona zəng edərək, ona satılan evin müqavilədə göstərilən evlə eyni olmadığını, ona faktiki satılan evə getdiyini və içərisində başqa şəxslərin yaşadığını bildirdi. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 18 iyun 2021-ci il tarixli 4/753-7/754 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnləri aşağıdakı kimi verilmişdir: “WhatsAppAudio 2021-04-30 at 11.00.44 (1)”Kİ- ///K2- Nəbi, ay Nəbi Kİ-Hə, hə K2- Nəbi, balalarımın canı deyirəm işdiyirəm e, ki, sən mənə şərait yaratmırsan e, şəraiti yaradsan mən həqiqətən iki ayın içində sənin pulunu verəcəm. Bax balalarım ölsün verəcəm Kİ- Qardaş ver də ver, gənə ver. Mən prosdaüzbəsuratgələy bu söhbəti eliyəy K2- İpotekaynanuje danışmışam bir iş var, onnan sora bir nəfər yaxın qohumuz var, uzaq qohumdu, onun evini qoyacam. Başa düşürsənmi, hardan olur olsun /// Kİ- A qoyassan lap yaxşı da görüşək qoy da, mənim adıma qoy. Nə fərqi var, keçir mənim adıma qoy da, nə var ki, burda? K2- (Çox?) banknaneliyirəmbularm hamısını. Banknaneliyirəm, banknan Kİ- Banknan fərqi nədi ki, adıma qoy. Nətəri məni alladın 3 mərtəbəni görsəddin gətirdin məni bir dənə daxmaya soxdun. İndi mən də deyirəm ki, gəl onu keçir adıma. Seravno səndə bir heylə pulum var K2- Mən səni başa düşürəm e. Mənə bi balaca köçə/// Mən sənnən bir il vaxdisdəmirəm, 6 ay vaxdisdəmirəm. İkicə aya o evləri də satacam, banklardan da pul çıxardacam. Sən mənə şərait yarat, möhlət ver. Mən sənnən onsuz da yüz dəfə görüşəcəm. O evə sən ... gəlməlisən aformıta, o birisənə gəlməlisən aformıta. Sənə pul verməliyəm, görüşməliyəm. Gənciyəkeçəcəm orda görüşməliyəm. Yəni, mən sənnən onsuz da yüz dəfə görüşəciyik. Yəni quran haqqı deyirəm gəl mən, sən məni vadar eləmə, mən sənin üzünə baxa bilmərəm. Qoy pulnan çıxım qabağıva ...Kİ- Qardaş mənnən görüş e, görüş, mənnən görüş. Mənnən görüş, beş dəyqə görüş. Beş dəyqə görüş. Mənim uje ürəyim partdıyır. Beş dəyqəmənnən görüş görüm ki, mənnən qaçmırsan da gənə, görüm ki, mənnən qaçmırsan K2- X8 and olsun sənnən qaçmıram e, prosda görüşməyə xəcalət çəkirəm Kİ- Ayə xəcalət, beş dəyqəliy xəcalətindən xəcalət çək də K2- Beş dəyqə ya beş saat, fərqi nədi ki? Kİ- Qardaş mən burda oturmuşam sənnən görüşməyə, başqa yolu yoxdu. Mənnəngörüşəy K2- Niyə ki, axı? Sənə pul lazımdı yoxsa mən? Neynirsən e, məni sən axı? Kİ- Ayə beş dəyqəsənnən bir söhbət eliyim də, beş dəyqə bir absudeliyək ki, bu nətərolacağ, nağarersan, hansı yolnangedeysən. Bu telefon söhbəti döyül K2- Dedim də, yolların sənə demişəm ki, bax bu de, banklardan çıxıram, iki banka gedmişəm tezdən saat 9-un yarısından işdiyirəm bu işdərinüsdündə. Yəni hammısmı şey eliyirəm ki, mən sənə təcili pul ... Prosda dolusuna iki ay vaxd götürürəm, dolusuna. Mənə iki ay heç ehtiyac da yoxdu, tez verəcəm, dolusuna götürürəm. Belə də ki, sənə natariusdan da kağız verim, neynirsəneliyim ki, inam olsun səndə /// “WhatsAppAudio 2021-04-30 at 11.00.44” K2- Baxdınmı qardaş? Kİ - İbrahim bizim başımıza bu oyunu açırsan K2- Üzr isdiyirəmsənnən əvvəlcədən Kİ- Üzr isdəmirsənneynirsən elə gəl bu söhbətimizi bağlıyaq, oturaq qabaq qarşı adam kimi söhbət eliyək K2- Ay Nəbi onun fərqi nədi ki? Kİ- Fərqi çoxdu da qardaş, gəlmişik bura. Rayonnanbunnan ikinci dəfədi gətizdirirsən. Yaxşı, gəlmişik. Mən sənə yüz fayizdığatveçat gedirəm ki, and olsun Allaha əgər sabahları görüşməsək başqa cür görüşəciyik. Prosda mən sənə deyirəm ki, gəl görüşək, bir-birimizin hörmətsizliyi olmasın, bir-birimiznən münasibətimiz qalsın. Olufkeçif gedib. Bildik. Bu oldu. Məni apardın villanı görsəddin gətirdin mənə daxmanı soxdun. Bildim, uje bunu bilirəm. Amma sabahdan ayana keçməsin. Gəl oturaq ...K2- Müşfıqnən danışanda yəqin sən eşiddin Kİ- Müşfıqnən nə danışmışan bilmirəm qardaş. Müşfıqnən borc müqaviləsi bu zada,Hacıyanəynənsə zad göndərirsən. Eylə şey olmuyub. Gəl oturaq bir söhbət eliyək. Bir qabaq qarışıq söhbət eliyək. Vallah, billah lişni hərəkət olsa onnan sora mənim adım deyəcəmNəbi qoymaram K2- Nəbi mən xəcələt çəkirəm e Kİ - Xəcələt çəkməlisən. Sən mən boyda kişini /// K2- Necə gəlim gözünün içinə baxım? Necə baxım, necə? Kİ- A qardaş baxmaq lazım döyül e, nə baxmaq? Burda nə var ki? Oldu də, oldu K2- Bi dənə sual verirsən bax məni niyə alladıbsan? Nə deyim... Kİ- A o suah vermiyəcəm sənə. Mən sənə o sualı da vermiyəcəm. Mən sənə deyirəm bir dənə bu yoldan çıxışı müzakirə eliyək K2- Vallah çıxışdarınhamısm dedim də sənə ay Nəbi, ikicə ay vaxd verin qardaş. Borc müqaviləsi dedim... Kİ - Mən yüzə-yüz inanmıram K2- Borc müqaviləsinə inanmırsan? Kİ – İnanmıram K2- Niyə ki, verim bax da, get yoxlat da. Bi dənə natarisudan verim də, mənim o qədər natarius/// Qeyd olunan rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: .Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalıDVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlar 2 nəfər kişi cinsinə məxsus şəxs tərəfindən aparılmışdır. Mübahisəli fonoqramlarm tədqiqi hissədə verilən yazılı mətnlərində «Kİ» kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlar ilkin deyil. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlar təkrar səsləndirmə yolu ilə əldə olunduğundan, həmçinin fonoqramlarm qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından mübahisəli fonoqramlarda montaj əlamətlərinin olub-olmaması barədə ətraflı və dəqiq tədqiqatın aparılması mümkün olmamışdır. Cinayət işindən müəyyən olunur ki, DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********77-10301 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 751D ünvanında yerləşən sahəsi 0,02 hektar olan torpaq sahəsi və sahəsi 89,5 kvadrat metr olan fərdi yaşayış evinin 04.10.2019-cu il tarixdən Şahid1 xüsusi mülkiyyətində qeydiyyatdan keçmişdir. Cinayət işindən müəyyən olunur ki, DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********82-10301 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1522V ünvanında yerləşən sahəsi 0,022 hektar olan torpaq sahəsi və sahəsi 120 kvadrat metr olan fərdi yaşayış evinin 07.10.2019-cu il tarixdən Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində qeydiyyatdan keçmişdir. Cinayət işindən müəyyən olunur ki, DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********44-10301 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 906 ünvanında yerləşən sahəsi 0,1 hektar olan torpaq sahəsi və sahəsi 231,6 kvadrat metr olan fərdi yaşayış evinin 06.11.2015-ci il tarixdən X2 xüsusi mülkiyyətində qeydiyyatdan keçməsi müəyyən edilir. Cinayət işindən müəyyən olunur ki, DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********40-10301 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 195C ünvanında yerləşən sahəsi 0,03 hektar olan torpaq sahəsi və sahəsi 236,8 kvadrat metr olan fərdi yaşayış evinin 14.12.2016-cı il tarixdən X3 xüsusi mülkiyyətində qeydiyyatdan keçməsi müəyyən edilir. Cinayət işindən müəyyən olunur ki, “VAZ 2101” markalı **-OH-*** dövlət nömrə nişanlı avtomobil 2005-ci il tarixdən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. Cinayət işindən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 08 may 2021-ci tarixli qərarı ilə zərərçəkmiş şəxsə vurulmuş ziyznın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs adına olan “VAZ 2101” markalı **-OH-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və həmin qərar icra olunması üçün DİN-in BDYPİ-nin Qeydiyyat imtahan idarəsinə göndərilmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. İş materiallarında olan 28 aprel 2021-cı il tarixli tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 28 aprel 2021-cı il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs oğlunun Təqsirləndirilən şəxs 330.440 manat (üç yüz otuz min dörd yüz qırx) manat və mənəvi ziyan kimi 10000 (on min) manat tələb edilməsi barədə mülki iddianı müzakirə edib, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında tam və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs oğluna dəymiş ziyanın ödənilməmiş hissəsi 330.440 manat (üç yüz otuz min dörd yüz qırx) manat Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməli və tələb Təqsirləndirilən şəxs adına olan olan “VAZ 2101” markalı **-OH-*** markalı minik avtomobilə yönəldilməlidir. Zərərçəkmiş şəxs-mülki iddiaçı mülki iddiada qeyd olunan əlavə pul vəsaitinin təqsirləndirilən şəxslərdən hansı meyarla hesablanmasını əsaslandıra bilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə müsadirə ediləsi əmlak müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 300 (üç yüz) manat alınıb dövlət büdcəsinə verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə maddi sübut yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 aprel 2021-cı il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 330.440 manat (üç yüz otuz min dörd yüz qırx) manat tutularaq Zərərçəkmiş şəxs oğlunun xeyrinə ödənilsin. Tələb Təqsirləndirilən şəxs adına olan olan “VAZ 2101” markalı **-OH-*** markalı minik avtomobilə yönəldilsin. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 300 (üç yüz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1435/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1435/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver