Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1435/2022 17.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ölkə ərazisində narkotik vasitələrin satışını həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əşrəf’ adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan vaxtda və yerdə “Əşrəf’ adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq çəkisi istintaqla müəyyən edilməyən külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 mart 2022-ci il tarixdə saat 15:20-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 21-ci polis bölməsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman üzərində olan boz rəngli çantanın cibindən 01 bükümdə ümumi təmiz çəkisi 610 qram təşkil edən külli miqdarda həmin narkotik vasitə heroin və narkotik vasitənin satışında istifadə etmək məqsədilə saxladığı üzərində heroin izləri olan 01 ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, bir qadınla birgə yaşayırmış, öz istifadələri üçün 1-2 qram narkotik vasitə gedib götürmüşdür. 05 mart 2022-ci il tarixdə günorta saatlarında onu polis əməkdaşları tutmuşlar. O, görmüşdüt ki, artıq həmin qadın həbs olunacaq, ona görə də polis əməkdaşlarına hər şeyi özü boynuna götürəcəyini, nə desələr imzalayacığını bildirib, həmin qadının əməlini öz boynuna götürmüşdür. Hazırda qadın azadlıqdadır, həmin qadının məhkəməyə dəvət olunub dindirilməsinə ehtiyac yoxdur, onun anket məlumatlarını məhkəməyə verməyinə zərurət yoxdur. Əşrəf adlı şəxsi tanımır, gün ərzində 3-4 qram vururmuş. Narkotik vasitəni hər dəfə puluna uyğun olaraq təqribən 5 qram miqdarda alırmış. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Nəsimi rayonu ərazisində Haciməmməd adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunda o və digər əməkdaş Şahid1 iştirak edirmiş. 05 mart 2022-ci il tarixdə təqribən günorta saatlarında Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 84 ünvanı qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Ona özlərini təqdim edib, onu barəsində daxil olmuş əməliyyat məlumatı ilə tanış edib polis bölməsinə dəvət etmişlər. Polis bölməsində videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan boz rəngli çantanın cibindən 500 qramdan çox miqdarda narkotik vasitə aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüş və müvafiq protokol tərtib edilərək şəxsi axtarışın keçirilməsində iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qadınla birgə saxlamamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Belə ki, ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuşdur. Təxminən 10 il olar ki, narkotik vasitə heroindən istifadə edir, onda asılılıq yaranmışdır, narkotik vasitələr ona sakitləşdirici təsir göstərir. Whatsapp ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə təsadüfən tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Əşrəf adh şəxsdən narkotik vasitə olan heroin alıb satı. Həmçinin narkotik vasitə olan heroindən özü üçün istifadə edir. 05 mart 2022-ci il tarixdə saat 15:20-də yaşadığı ünvan 5 ünvanın qarşısında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirdikdən sonra onun ad və soyadını soruşmuşlar. Sonra onlar onun hərəkətlərimin şübhəli olduğunu, həmçinin narkotik vasitələrin istifadəsində və satışında şübhəli olduğunu bildirib üzərində hər hansı qanunsuz əşya olub olmadığım soruşmuşlar. O isə polis əməkdaşlarına üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə Nəsimi RPİ-nin 21-ci PB-nə getməyi bildirmiş, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 21-ci PB-nə gəlmişdir. Polis bölməsində xidməti otaqlardan birinə dəvət etmişlər. Xidməti otaqda onun üzərinə və əşyalarına videoçəkilişlə baxış keçirəcəklərini bildirib vəkilinin olub olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına maddi imkanının olmadığını və dövlət hesabına vəkil ilə təmin olunmaq istədiyini bildirmiş, bundan sonra ona dövlət hesabına vəkil təyin edilmişdir. Baxışda iştirak etmək üçün 2 nəfər şahid yəni polis əməkdaşları, video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət edilmişdir. Ondan üstündə, paltarında və paltarlarının ciblərində, bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, sağ çiynindən asdığı boz rəngli əl çantasım çiynindən çıxararaq masanın üzərinə qoyduqdan sonra ondan üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını demişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmışdır: Əynində olan qara rəngli dəri qolsuz gödəkçənin boyun və papaqlıq, həmçinin həmin gödəkçənin sağ-sol yan və sağ-sol iç ciblərinə baxılmış, heç bir əşya aşkar edilməmişdir. Bundan əlavə əynində olan qara rəngli idman üst geyiminin boyun hissəsinə və sağ-sol yan ciblərinə, həmçinin əynində olan idman şalvarının sağ-sol yan ciblərinə baxılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Daha sonra isə ayağında olan ayaqqabılarını çıxarıb silkələmiş, həmçinin corbalarımı çıxarıb silkələmiş, heç bir əşya aşkar edilməmişdir. Sonra masanın üzərinə qoyduğu boz rəngli əl çantasının iri cibi açıldıqda içərisindən 01 ədəd skoçla sarılmış bir ədəd iri büküm aşkar edilmişdir. Əl çantasının ön cibinə baxıldıqda içərisindən qara rəngli plasmas qapaqlı "TRİTON T3" yazısı olan eleltron tərəzi olduğu aşkar edilmişdir. Əl çantasının digər ciblərindən heç bir əşya aşkar edilməmişdir. Ona məxsus əl çantasından aşkar edilmiş 01 ədəd skoçla bükülmüş, büküm açılaraq içərisində baxıldıqda tünd qəhvəyi rəgli maddənin nə olduğu ondan soruşulduqda narkotik vasitələrdən istifadə etdiyini və narkotik vasitələrin satışı ilə məşğul olduğunu, həmin maddənin heroin adlanan narkotik vasitə olduğunu, saxlanılmamışdan təxminən 1 ay əvvəl İran Respublikası vətəndaşı Əşrəf adlı şəxsdən online vasitəsi ilə 500 (beş yüz) manata aldığını bildirmişdir. Elektron tərəzinin isə satdığı narkotik vasitənin miqadarım çəkmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara üzərimdən aşkar olunan narkotik vasitəyə bənzər vasitənin və bir ədəd qara rəngli elektron tərəzinin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra narkotik vasitəyə bənzər narkotik vasitə və bir ədəd qara rəngli elektron tərəzi zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 21ci PB-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Əşrəf adlı şəxsdən həmin narkotik vasitəni 500 manata almış, narkotik vasitəni həm satmış, həm də özü istifadə etmişdir. Hal hazırda onun pul köçürdüyü kartın şəkli onda yoxdur. İran İslam Respublikası vətəndaşı Əşrəf adlı şəxsdən aldğı narkotik vasitənin qramını dəqiq bilməsə də təxminən 800-900 qram miqdarında narkotik vasitə aldığını bildirmişdir. Aldığı narkotik vasitədən özü çəkməklə istifadə etmiş, həmçininin narkotik vasitənin bir hissəsini satmış, qalıq hissəsi isə üzərində olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində maddi durumu aşağı olduğuna görə narkotik vasitələrin satışı ilə özünü dolandırmaq üçün məşğul olduğunu, 2022-ci ilin fevral ayının əvvəllərində onlayn yolla İran İslam Respublikası vətəndaşı Əşrəf adlı şəxsdən narkotik vasitəni aldığını, Əşrəfə 500 manat pulu kart vasitəsilə göndərəcəyini, heç vaxt İran İslam Respublikasına getmədiyni, ruhi dispanserdə qeydiyyatda olmadığını, əməlindən peşiman olduğunu bildirmişdir. Cinayət işində olan 05 mart 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 05 mart 2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üstündə, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs sağ çiynindən asdığı boz rəngli əl çantasını çiynindən çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərinə baxış keçirilmiş, lakin sübut əhəmiyyətinə malik heç bir əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu boz rəngli əl çantasına baxış keçirilmiş, çantanın iri cibi açıldıqda içərisindən 01 ədəd skoçla sarılmış bir ədəd büküm aşkar edilmişdir. Əl çantasının ön cibinə baxıldıqda içərisindən qara rəngli plasmas qapaqlı TRİTON T3 yazısı olana elektron tərəzi aşkar edilmişdir. Əl çantasından sübut əhəmiyyətinə malik heç bir əşya aşkar olunmamışdır. Aşkar olunan 01 ədəd büküm açılaraq içərisinə baxıldıqda tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan maddə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs oğlu şifahi sorğu zamanı həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, təxminən 1 ay əvvəl İran əsilli Əşrəf aslı şəxdən onlayn vasitəsilə 500(beş yüz) manata nisyə aldığını bildirmişdir. Təxminən 5-10 ildir ki, narkotik vasitədən istifadə etdiyini, həmçinin onda aşkar edilmiş narkotik vasitəni satmaq məqsədilə əldə etdiyini bildirmişdir. Sörğu-sual zamanı evində narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra 01 ədəd bükümün içərisində olan tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Zərf möhürləndikdən sonra iştirakçılar tərəfindən imzaanmışdır. Şəxsi axtarış və götürmə həyata keçirilən zaman qeydə alınmış videogörüntülər 01 ədəd DVD Diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2022-ci il tarixli 6/1351 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN Zərflər üçün №189” möhür əksi olan “saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 610,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heorindir. (Qeyd: Ekspertiza tədqiqatı zamanı narkotik vasitə heroinin təmiz çəkisi 610,0 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş və 609,95 qram qalıq qalmışdır. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd qara rəngli elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən edərək və bir ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Qeyd: heroinin ümumi təmiz çəkisi: 610 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 609,95 qram.(ekspertiza tədqiqatın dəyəri 65 (atmış beş) manat. Cinayət işində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 mart 2022-ci il tarixli, 4(006)-141/2022 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 mart 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının 29 iyun 2022-ci il tarixli 3537 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixi vəziyyəti: huşu aydin, bələdliliyi bütün növlərdə saxlanilib. suallara düzgün cavab verir. produktiv pisxopatoloji simptomatika aşkar olunmur, emosional iradi sferasi dəyişkəndir, əhvalruhiyyəsi aşağidir. öz psixi vəziyyətinə tənqidi münasibəti kifayət qədər deyildir, müayinə zamani Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir, ərazi narkoloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Nəsimi rayon məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2017-ci il tarixdə Nəsimi rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni 05 mart 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində iş üzrə cəzasını yüngülləşdirən halllar müəyyən etməmişdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Nəsimi rayon Polis İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülürmüş ümumi təmiz çəkisi qalı 609,95 qram heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılmasının videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınaraq dövlət büdcəsinə verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Nəsimi rayon polis şöbəsinin növbətçi hissəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülürmüş ümumi təmiz çəkisi qalıq 609,95 qram heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılmasının videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1435/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1435/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver