Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1436/2024 15.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X10 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 2003-cü il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri 01 oktyabr 2003-cü il tarixdə Beyləqan rayonu Bünyadlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmayan, Beyləqan rayonu, Bünyadlı Ə/D Bünyadlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək təkrarən quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı “Məhəmməd” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 09 may 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi ünvan 3 ünvanda yerləşən “Sarmaşıq” ətir mağazasının qarşısına gəlib kənar şəxslərin olmadığı şəraitdə ilkin olaraq “Məhəmməd” adlı şəxs dirsəyi ilə mağazanın şüşə materialdan olan giriş qapısını sındırdıqdan sonra birlikdə oraya qanunsuz daxil olub mağazadan Zərərçəkmiş şəxs1 məxsus hər biri 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində 02 ədəd Çin istehsalı "Naviforce" markalı NF9068 nömrəli qol saatlarını, hər biri 15 manat olmaqla ümumilikdə 75 manat dəyərində 05 ədəd Çin istehsalı "Curren" markalı M:8110 nömrəli qol saatlarını, 01 ədəd 10 manat dəyərində "Emporio Armani" markalı qol saatını, 01 ədəd 10 manat dəyərində "Orient" markalı qadın qol saatını, 01 ədəd 350 manat dəyərində Çin istehsalı "HP" markalı, 15-r197nr modelli notbuku, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər biri 10 manat olmaqla ümumilikdə 80 manat dəyərində 08 ədəd müxtəlif markalı kişi və qadın qol saatlarını, 01 ədəd 70 manat dəyərində ətiri, 01 ədəd 83 manat dəyərində ətiri, 01 ədəd 100 manat dəyərində "Samsung" markalı mobil telefonu gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs1 ümumilikdə 808 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 10 oktybar 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yeraltı keçidində aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 planlaşdırdıqları cinayət əməlinin törədilməsi niyyətilə kənarda dayanaraq müşahidə aparmış, o isə həmin yerdən keçən Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncuya ona köməklik etməsini xahiş edib razılığını aldıqdan sonra Zərərçəkmiş şəxs2la birlikdə piyada ünvan 4 ünvanda yerləşən 12 nömrəli uşaq poliklinikası istiqamətində gedərkən əli ilə Təqsirləndirilən şəxs2 yaxınlaşması üçün işarə edib daha sonra Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2la qeyd olunan ünvanda yerləşən poliklinikanın arxa hissəsinə çatdıqda orada Zərərçəkmiş şəxs2 guya sonuncunun 7 nəfər tanışı ilə digər 3 nəfər şəxsi döyüb telefonunu ələ keçirmələrini bildirib həmin şəxsə zəng edib dəqiqləşdirmək adı ilə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 500 manat dəyərində “X14 10” markalı mobil telefonunu götürüb guya zəng etmək görüntüsü yaradaraq zəng etdiyi şəxsin cavab vermədiyini və yaşadığı evdən çağırmaq üçün gedəcəyini bildirərkən Zərərçəkmiş şəxs2 mobil telefonunu geri qaytarması ilə bağlı tələbinə əhəmiyyət verməyib Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağını götürüb həmin bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib sonuncuya məxsus 500 manat dəyərində “X14 10” markalı mobil telefonu ələ keçirərək hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq quldurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 11 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yeraltı keçidində aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 planlaşdırdıqları cinayət əməlinin törədilməsi niyyətilə kənarda dayanaraq müşahidə aparmış, o isə həmin yerdən keçən Zərərçəkmiş şəxs3 Məsum oğluna yaxınlaşıb sonuncuya işi olduğunu bildirərək onunla birlikdə getməsini xahiş edib razılığını alaraq Zərərçəkmiş şəxs3 ilə birlikdə piyada ünvan 4 ünvanda yerləşən 12 nömrəli uşaq poliklinikasının qarşısına çatıb Təqsirləndirilən şəxs2 də oraya yaxınlaşmasından sonra o, Zərərçəkmiş şəxs3 guya sonuncunun 9 nəfər tanışı ilə birgə digər 3 nəfər şəxsi döyüb telefonlarını ələ keçirmələrini bildirib həmin şəxsə zəng edib dəqiqləşdirmək adı ilə Zərərçəkmiş şəxs3 280 manat dəyərində “Xiaomi” markalı “2109119DG” (11 Lite 5G) modelli mobil telefonunu götürüb özündə saxlamış, Təqsirləndirilən şəxs2 isə özünə məxsus mobil telefonla guya kiminləsə danışmaq görüntüsü yaradaraq “neyləyək indi səni gözləyək ya hərəkətimi edim” kimi sözlərdən istifadə etməklə əlini bel hissəsində saxladığı silah qismində istifadə olunan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağına atıb zərərçəkmiş şəxsə silah tətbiq etmə görüntüsü yaratmaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib sonuncuya məxsus 280 manat dəyərində “Xiaomi” markalı “2109119DG” (11 Lite 5G) modelli mobil telefonu ələ keçirməklə birlikdə hadisə yerindən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək təkrarən quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 10 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yeraltı keçidində aralarında olan rolların bölgüsünə əsasən o, planlaşdırdıqları cinayət əməlinin törədilməsi niyyətilə kənarda dayanaraq müşahidə aparmış, Təqsirləndirilən şəxs1 isə həmin yerdən keçən Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncuya köməklik etməsini xahiş edib razılığını aldıqdan sonra Zərərçəkmiş şəxs2la birlikdə piyada ünvan 4 ünvanda yerləşən 12 nömrəli uşaq poliklinikası istiqamətində gedərkən əli ilə ona yaxınlaşması üçün işarə edib, daha sonra birlikdə Zərərçəkmiş şəxs2la qeyd olunan ünvanda yerləşən poliklinikanın arxa hissəsinə çatdıqda orada Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2 guya sonuncunun 7 nəfər tanışı ilə digər 3 nəfər şəxsi döyüb telefonunu ələ keçirmələrini bildirib həmin şəxsə zəng edib dəqiqləşdirmək adı ilə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 500 manat dəyərində “X14 10” markalı mobil telefonunu götürüb guya zəng etmək görüntüsü yaradaraq zəng etdiyi şəxsin cavab vermədiyini və yaşadığı evdən çağırmaq üçün gedəcəyini bildirərkən Zərərçəkmiş şəxs2 mobil telefonunu geri qaytarması ilə bağlı tələbinə əhəmiyyət verməyib Təqsirləndirilən şəxs1 ondan silah qismində istifadə olunan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağını götürüb həmin bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib sonuncuya məxsus 500 manat dəyərində “X14 10” markalı mobil telefonu ələ keçirərək hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq quldurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 11 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yeraltı keçidində aralarında olan rolların bölgüsünə əsasən o, planlaşdırdıqları cinayət əməlinin törədilməsi niyyətilə kənarda dayanaraq müşahidə aparmış, Təqsirləndirilən şəxs1 isə həmin yerdən keçən Zərərçəkmiş şəxs3 Məsum oğluna yaxınlaşıb sonuncuya işi olduğunu bildirərək onunla birlikdə getməsini xahiş edib razılığını alaraq Zərərçəkmiş şəxs3 ilə birlikdə piyada ünvan 4 ünvanda yerləşən 12 nömrəli uşaq poliklinikasının qarşısına çatıb onun da həmin yerə yaxınlaşmasından sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 guya sonuncunun 9 nəfər tanışı ilə birgə digər 3 nəfər şəxsi döyüb telefonlarını ələ keçirmələrini bildirib həmin şəxsə zəng edib dəqiqləşdirmək adı ilə Zərərçəkmiş şəxs3 280 manat dəyərində “Xiaomi” markalı “2109119DG” (11 Lite 5G) modelli mobil telefonunu götürüb özündə saxlamış, o isə özünə məxsus mobil telefonla guya kiminləsə danışmaq görüntüsü yaradaraq “neyləyək indi səni gözləyək ya hərəkətimi edim” kimi sözlərdən istifadə etməklə əlini bel hissəsində saxladığı silah qismində istifadə olunan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağına atıb zərərçəkmiş şəxsə silah tətbiq etmə görüntüsü yaratmaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib sonuncuya məxsus 280 manat dəyərində “Xiaomi” markalı “2109119DG” (11 Lite 5G) modelli mobil telefonu ələ keçirməklə birlikdə hadisə yerindən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-ci maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü tam, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə özünü təqsirli bilir. Belə ki, o tanışı Məhəmmədlə birlikdə oğurluq cinayətini törətmişdir. Oğurluq etməyi Məhəmmədə o təklif etmiş sonuncu ilə razılığa gəldikdən sonra pul, kompyüter, telefon və saatlar oğurlamışlar. 15 manat nağd pul vəsaiti və qol saatlarının bir hissəsi istisna olmaqla oğurladığı əşyaların hamısını qaytarmışdır. Kompyüter və telefon qaytarılmışdır. Qalanını qaytarmamışdır. Bundan başqa o, CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə özünü təqsirli bilməyərk üzərində bıçaq olmadığını bildirmişdir. Digər Təqsirləndirilən şəxs2 ilə qonşu olmuş, eyni zamanda sonuncu ilə birlikdə “Millenium” şadlıq sarayında ofisiant işləmişlər. Gördüyü işin müqabilində gündəlik 10 manat əmək haqqı almışdır. Sonradan həmin işdən çıxmışdır. O, 10 oktyabr 2023-cü il tarixli epizod üzrə bildirmişdir ki, Vilayətlə birlikdə əvvəlcə tanımadığı şəxsə yaxınlaşmışdır. Sonradan həmin şəxsin adının Anar olduğunu öyrənmişdir. Anara yaxınlaşaraq tanışını döydüyünü demişdir. Anar isə heç kəsi döymədiyini bildirmişdir. Bundan sonra, tanışına zəng etmək bəhanəsi ilə Anarın telefonunu almışdır. Lakin tanışına zəng çatmadığını deyərək sonuncunun yaxın ərazidə yaşadığını bildirmiş, onu çağırmaq məqsədilə hadisə yerindən uzaqlaşmışdır. Lakin Anardan aldığı telefonu satmamışdır. Həmin şəxsin telefonunu əlindən almış və qaytarmamışlar. Bu zaman hadisədən əvvəl aldığı bıçaq üzərində olsa da, həmin bıçağı zərərçəkmiş şəxsə qarşı istifadə etməmişdir. Zərərçəkmiş şəxsdən telefonu oğurladıqdan sonra həmin telefonu 130 manata satmışdır. O, 11 oktybar 2023-cü il tarixli epizod üzrə də bıçaqdan istifadə etmədiyini bildirmişdir. Həmin tarixli cinayəti də Bakı Metropliteninin “20 Yanvar” stansiyası yaxınlığında törətmişlər. Cinayət hadisəsi törədilən zaman üzərində bıçaq olmuşdur. Həmin bıçağı “Şamaxinka” adlı ərazidə yerləşən köşkdən 8-9 manata almışdır. Həmin tarixdə axşam saatlarında tanımadığı bir şəxsə yaxınlaşmışdır. Sonradan həmin şəxsin adının Murad olduğunu öyrənmişdir. Murada yaxınlaşaraq poliklinikanın arxasına aparmışdır. Orada Murada sonuncunun tanışını döydüyünü demişdir. Murad isə heç kəsi döymədiyini bildirmişdir. Bundan sonra, tanışına zəng etmək bəhanəsi ilə Muradın telefonunu almışdır. Lakin tanışına zəng çatmadığını deyərək sonuncunun yaxın ərazidə yaşadığını bildirmiş, onu çağırmaq məqsədilə hadisə yerindən uzaqlaşmışdır. Lakin Muraddan aldığı telefonu satmamışdır. Bu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinə aparılmışlar. Polis bölməsində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən bıçaq aşkar edilmişdir. Bundan başqa şəxsi axtarış zamanı zərərçəkmiş şəxs onun bıçaqdan istifadə etdiyini bildirmişlər. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, Vilayətlə quldurluq cinayətinin törədilməsini planlaşdrmamışdır. 11 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Vilayət işdən çıxdıqdan sonnra zəngləşərək Bakı Metropliteninin “Memar Əcəmi” stansiyasının qarşısında görüşmüşlər. Bu zaman ona zəng gəlmiş və həbsdə olan qardaşına sovqat aparılması üçün pul lazım olduğu deyilmişdir. Üzərində pul olmadığı üçün tanımadığı şəxslərin telefonunu alıb satdıqdan sonra həmin pulları qardaşına göndərmək qərarına gəlmişdir. Bu məqsədlə tanımadığı şəxsə yaxınlaşmışdır. Vilayət isə onun tanışı olduğunu zənn etmişdir. Tanımadığı şəxslərdən aldığı mobil telefonları satması barədə Vilayətə məlumat verməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu, lakin məhkəmə istintaqı zamanı təsdiq etmədiyi ifadəsindən görünür ki, 10 oktyabr 2023-cü il tarixdə yaşadığı Hökməli qəsəbəsində qonşusu Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən Vilayətdən borca pul istədi, lakin Vilayət maddi vəziyyətinin zəif olduğunu bildirdi. Vilayətin üzərində bıçaq gəzdirdiyini bildiyi üçün ona təklif etdi ki, həmin bıçaq vasitəsilə qanunsuz yolla pul qazansınlar, yəni Vilayətin üzərində olan bıçaqla başqa şəxsləri hədələyərək üzərlərində olan mobil telefonları əllərindən alaraq satıb gəlir əldə etsinlər. Vilayət onun təklifi ilə razılaşdı. Bundan sonra həmin gün saat 18 radələrində Vilayət ilə birlikdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən “20 Yanvar dairəsi” adlı əraziyə getdilər. Həmin ərazidə olarkən ətrafda şəxslərə nəzər yetirərək fiziki cəhətdən zəif olan şəxs axtarmağa başladılar. Daha sonra yeraltı piyada keçidinə endilər və orada ətrafa nəzər yetirdikdən sonra saat 18:30 radələrində tanımadığı, adı ona sonradan məlum olan, fiziki cəhətdən zəif olan Zərərçəkmiş şəxs2 mobil telefonunu ələ keçirmək məqsədilə yaxınlaşdı. Bu zaman Vilayət onlardan bir qədər aralı dayanmışdı. Zərərçəkmiş şəxs2 vacib işinin olduğunu bildirərək köməklik etməsini xahiş etmişdir. Anar ona kömək edəcəyini bildirərək birlikdə 20 Yanvar metrosransiyasının “Kontakt Home” mağazası tərəf olan çıxışından çıxaraq 12 nömrəli uşaq poliklinikası tərəfə getməyə başlamışdırlar. Bu zaman o, əli ilə işarə edərək yaxınlıqda olan Vilayəti də çağırmışdır. Məhkəmə baxışında da təsdiq etdiyi kimi Anarla yuxarıda göstərilən məzmunda söhbət olmuş və sonuncudan telefonu aldıqdan sonra aralarında mübahisə olmuş və mübahisə zamanı o, Vilayətə yaxınlaşaraq əvvəlcədən razılaşdıqları kimi ondan bıçağı istəmiş, Vilayət bıçağı ona verdikdən sonra Zərərçəkmiş şəxs2 üzərinə gedərək əlində olan bıçağı Anara tərəf uzadıb telefonu geri istəyəcəyi təqdirdə onu vuracağını bildirmişdir. Bundan sonra Anar qorxduğu üçün heç bir söz deməmiş və Vilayət ilə oradan uzaqlaşmışdır və yaşadıqları evlərə getmişdirlər. 11 oktyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində “20 Yanvar dairəsi” adlı ərazidə “Velotrek” deyilən ticarət mərkəzindəki telefon mağazalarından birinə getmişdirlər və Nicat “Redmi Note 10” markalı mobil telefonu telefon mağazasına 130 manata satmışdır. Bundan sonra həmin pulu öz aralarında bölməli idilər, lakin, onun borcu olduğundan 120 manatı “20 Yanvar dairəsi” adlı ərazidə yeraltı keçitdə olan “Milli ön” ödəmə terminalı vasitəsi ilə Sumqayıt qəsəbəsində yaşayan Hüseyn adlı şəxsin ona təqdim etdiyi xatırlamadığı bank kartına göndərmişdir. Nicat və Vilayətə isə pulu anasının kartına göndərdiyini, kartdan pulu çıxartdıqdan sonra onlara öz paylarını verəcəyini bildirmişdir. Həmin gün saat təxminən 20 radələrində yeraltı keçidə enmişlər. Yeraltı keçitdə olarkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 Vilayət və Nicat ilə birlikdə yaxınlaşmış, Vilayət ilə birlikdə əvvəldən uydurduqları bəhanə ilə Muradı yeraltı keçitdən çıxartmağı planlaşdırmışdır. Belə ki, o Murada yalandan bildirmişdir ki, “bizim uşaqları təkləmisən, buna görə bizimlə gəlməlisən”. Murad belə bir hadisənin olmadığını bildirsə də, onlarla birlikdə yeraltı keçitdən çıxaraq kənar bir yerə getməyə razılaşmışdır. Bundan sonra birlikdə metrostansiyanın “Şamaxinka” tərəf olan yeraltı keçidindən çıxaraq Cavadxan küçəsi ilə hərəkət edib yaxınlıqdakı binalardan birinin həyətinə getmişlər. Bu zaman o mobil telefonunda iş yoldaşlarından hal-hazırda xatırlamadığı birinin şəkilini Murada göstərib həmin şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. Murad bu zaman həmin şəxsi tanımadığını bildirmişdir. Həmin yerdə olarkən, o Zərərçəkmiş şəxs3 mobil telefonunu guya zəng etmək adı ilə istəmiş, Zərərçəkmiş şəxs3 da “Xiaomi Mi 11 Lite” markalı mobil telefonunu ona vermişdir. Daha sonra Vilayət, özünə məxsus mobil telefonla Muradın şəkilini çəkmişdir. Murad hansı səbəbə şəkilini çəkdiyini Vilayətdən soruşan zaman isə Vilayət şəkili döyülən dostuna göndərəcəyini və onu tanıyıb tanımayacağını dəqiqləşdirəcəyini bildirmişdir. O, döyülən dostunu çağırdığını tezliklə olduqları yerə gələcəyini bildirmişdir. Bu zaman Vilayət əlində mobil telefonla danışaraq danışdığı adama “bu odur, səni döyən budur?” demiş, Murad isə Vilayətə haqqında danışılan şəxsin o olmadığını bildirmişdir. Bu zaman Vilayət telefonda danışdığı şəxsə “Neyniyəy indi səni gözdüyəy ya hərəkətimi eliyim?” demiş və əlini belinə aparmışdır. Muradın, Vilayətin belində bıçaq olduğunu bilərək qorxduğunu başa düşdükdən sonra, döyülən dostunun yaxınlıqda yaşadığını və onu çağırmağa getdiyini bildirərək onlardan uzaqlaşmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Cabbarla birlikdə “Millenium” şadlıq sarayında ofisiant işləmişlər. 10 oktyabr 2023-cü il tarixdə mobil telefonunu təmir etdirmək məqsədilə Təqsirləndirilən şəxs1la birlikdə Bakı Metropliteninin “20 Yanvar” stansiyası yaxınlığına getmişdir. Lakin telefonun təmir xərcləri barədə telefon ustası ilə razılığa gələ bilmədiyindən oradan ayrılmış və Cabbarla birlikdə metroya daxil olmuşdur. Bu zaman Cabbar ondan bir qədər uzaqlaşmışdır. Sonradan Cabbarın başqa bir şəxsə yaxınlaşdığını görmüşdür. Cabbardan həmin şəxsin kim olduğunu soruşduqda sonuncu tanışı olduğunu bildirmişdir. Onların arasında baş tutan söhbətdən xəbəri olmamışdır. Sonradan həmin şəxsin adının Anar olduğunu, sonuncunun telefonunun Cabbarda olduğunu öyrənmişdir. Cabbar ondan həmin telefonu satmaqda köməklik etməsini xahiş etmişdir. Bu məqsədlə o, telefonu tanışı Nicata təqdim edərək həmin telefonun dostu tərəfindən hədiyyə edildiyini demişdir. Lakin ehtiyacı olduğu üçün həmin telefonu satmaq məcburiyyətində olduğunu bildirmişdir. Həmin telefonu satmaq məqsədilə sonuncuya məxsus şəxsiyyət vəsiqəsini istəmiş, Nicat da etiraz etməmişdir. Həmin günün səhəri, 11 oktyabr 2023-cü il tarixdə telefonu satdıqdan sonra üçü də birlikdə metroya daxil olmuşlar. Nicatla “eManat” ödəniş terminalı vasitəsilə pul köçürməsi edən zaman Cabbar onlardan 30 metr uzaqlaşmışdır. Cabbarın kişi cinsindən olan başqa bir şəxsə yaxınlaşaraq sonuncu ilə söhbət etdiyini, sonradan həmin şəxsin telefonunu əlindən aldığını görmüşdür. O, Cabbarla əvvəlcədən cinayət törətməyi planlaşdırmamış, həmin telefonların satışından pul əldə etməmişdir. Cabbarın üzərində olan bıçağı 12 oktyabr 2023-cü il tarixdə “Şamaxinka” kimi tanınan ərazidə yerləşən köşkdən almışlar. Təqsirləndirilən şəxs2 oğlunun ibtidai istintaq zamanı vermiş olduğu, lakin məhkəmə istintaqı zamanı təsdiq etmədiyi ifadəsindən görünür ki, 10 oktyabr 2023-cü il tarixdə yaşadığı Hökməli qəsəbəsində Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən Cabbar maddi imkanının zəif olduğunu, bu səbəblə onda olan bıçaq ilə qanunsuz yolla, yəni ki, tanımadıqları şəxs taparaq zor ilə mobil telefonlarını əlindən alaraq satıb pul əldə etməyi təklif etmişdir. Maddi imkanı zəif olduğu üçün Cabbar ilə razılaşmışdır. Həmin gün saat 18 radələrində Cabbar ilə birlikdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən “20 Yanvar dairəsi” adlı əraziyə getmişdirlər. Həmin ərazidə olarkən ətrafda şəxslərə nəzər yetirərək fiziki cəhətdən zəif olan şəxs axtarmağa başlamışdırlar ki, tapdıqları şəxsə yaxınlaşıb onun üzərində olan bıçaq ilə hədələyərək mobil telefonunu ələ keçirsinlər. Daha sonra yeraltı piyada keçidinə enmiş və orada ətrafa nəzər yetirdikdən sonra saat 18:30 radələrində tanımadığı adı ona sonradan məlum olan fiziki cəhətdən zəif olan Zərərçəkmiş şəxs2 görmüşdürlər. Əvvəlcədən də razılaşdıqları kimi ilkin olaraq Anara Cabbar yaxınlaşmışdır. Bu zaman onlardan bir qədər aralı dayanmışdır. Bir qədər sonra hər ikisi birlikdə 20 Yanvar metrosransiyasının “Kontakt Home” mağazası tərəf olan çıxışından çıxaraq 12 nömrəli uşaq poliklinikası tərəfə getməyə başlamışdırlar. Cabbarın əl işarəsi ilə onu çağırdığını görüb onların arxası ilə getmişdir. Daha sonra məhkəmə baxışında da təsdiq etdiyi məzmunda Anarla aralarında söhbət olmuş və Cabbar ona yaxınlaşaraq əvvəlcədən razılaşdıqları kimi ondan bıçağı istəmişdir. Bıçağı Cabbara verdikdən sonra Cabbar Anarın üzərinə gedərək əlində olan bıçağı Anara tərəf uzadıb telefonu geri istəyəcəyi təqdirdə onu vuracağını bildirmişdir. Bundan sonra Anar qorxduğu üçün heç bir söz deməmiş və Cabbar ilə oradan uzaqlaşmış və yaşadıqları evlərə getmişdirlər, Anara məxsus olan “Redmi Note 10” markalı mobil telefon isə Cabbarda qalmışdır. Cabbar ilə razılaşmışdır ki, mobil telefonu sataraq pulunu yarıya bölsünlər. 11 oktyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində “20 Yanvar dairəsi” adlı ərazidə “Velotrek” deyilən ticarət mərkəzindəki telefon mağazalarından birinə getmişdirlər və “Redmi Note 10” markalı mobil telefonu Nicat telefon mağazasına 130 manata satmışdır. Bundan sonra həmin pulu öz aralarında bölməli idilər. Lakin, Təqsirləndirilən şəxs1 razılaşmaya əməl etməmiş, belə ki, pulu anasının kartına göndərməli olduğunu bildirmiş, “20 Yanvar dairəsi” adlı ərazidə yeraltı keçitdə olan “Milli ön” ödəmə terminalına 120 manat pulu daxil etmiş və özünün deməsinə görə anasının kartına göndərmişdir. Qalan 9 manat pul isə Cabbarın özündə qalmışdır. Həmin vaxt Cabbar yenidən həmin əməli davam etdirməyi ona təklif etmiş, o da bu təklif ilə razılaşmış, lakin həmin vaxt Nicat yanlarında olmadığı üçün bu razılaşmadan xəbəri olmamışdır. Bundan sonra saat təxminən 21 radələrində yeraltı keçitdə fiziki cəhətdən zəif olan tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs3 Cabbar və Nicat ilə birlikdə yaxınlaşmışlar. Cabbar ilə əvvəldən uydurduqları bəhanə ilə Muradı yeraltı keçitdən çıxartmağı planlaşdırmışdır. O və Cabbar Murada yalandan bildirmişdir ki, “bizim uşaqları təkləmisən, buna görə bizimlə gəlməlisən”. Murad belə bir hadisənin olmadığını bildirsə də, onlarla birlikdə yeraltı keçitdən çıxaraq kənar bir yerə getməyə razılaşmışdır. Bundan sonra birlikdə metrostansiyanın “Şamaxinka” tərəf olan yeraltı keçidindən çıxaraq Cavadxan küçəsi ilə hərəkət edərək yaxınlıqdakı binalardan birinin həyətinə getmişlər. Bu zaman Cabbar mobil telefonunda olan şəkili Murada göstərib həmin şəxsi tanıyıbtanımadığını soruşmuşdur. Murad bu zaman həmin şəxsi tanımadığını bildirmişdir. Daha sonra o, özünə məxsus mobil telefonla Muradın şəkilini çəkmişdir. Murad hansı səbəb şəkilini çəkdiyini ondan soruşan zaman isə şəkili döyülən dostuna göndərəcəyini tanıyıb tanımayacağını dəqiqləşdirəcəyini bildirmişdir. Cabbar, döyülən dostunu çağırdığını tezliklə olduqları yerə gələcəyini bildirmişdir. Bu zaman o, guya mobil telefonla danışaraq danışdığı adama “bu odur, səni döyən budur?” demişdir. Murad isə ona haqqında danışdığı şəxsin o olmadığımı bildirmişdir. Bu zaman o, telefonda danışdığı şəxsə “Neyniyəy indi səni gözdüyəy ya hərəkətimi eliyim?” demiş və əlini belinə aparmışdır. Bu zaman Murad, onun belində bıçaq olduğunu bilmiş və qorxmuşdur. Muradın qorxduğunu görən Cabbar oradan uzaqlaşmağa başlamış və o da Cabbarın arxası ilə getmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməlini törətmələri özlərinin ifadələrindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni hadisə yerinə baxış protokolları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, tanınmaya təqdim etmə protokolları, ifadənin yerində yoxlanılması protokolları, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 10 oktyabr 2023-cü il tarixdə Bakı Metropliteninin “20 Yanvar” stansiyasında olan zaman adı sonradan məlum olan Cabbar ona yaxınlaşaraq köməklik istəmişdir. O da Cabbara kömək edə biləcəyini demişdir. Cabbarla metrostansiyanın “Kontakt Home” mağazası tərəf olan çıxışından çıxaraq 12 nömrəli uşaq poliklinikası tərəfə getmişlər. Bu zaman Cabbar əli ilə adı sonradan məlum olan Vilayətə işarə edib onu çağırmışdır. 12 nömrəli uşaq poliklinikasına çatmağa az qalmış Cabbar ona “Siz 7 nəfər olub, 3 nəfər döymüsünüz və 1600 manatlıq mobil telefonunu oğurlamısınız” deyə bildirmişdir. O isə belə bir hadisə olmadığını, Cabbarın onu kiminləsə səhv saldığını demişdir. Cabbar hadisəni dəqiqləşdirmək məqsədilə ondan mobil telefonunu istəmiş, o, telefonu Cabbara vermişdir. Cabbar mobil telefonla kiməsə zəng etmiş, həmin şəxsə zəng çatmamışdır. Daha sonra Cabbar həmin tanışını yaşadığı evdən çağıracağını demişdir. Bu zaman o, Cabbardan mobil telefonu tələb etsə də sonuncu telefonu verməyəcəyini bildirmiş və aralarında mübahisə yaranmışdır. Bundan sonra Cabbar Vilayətə yaxınlaşıb sonuncudan bıçağı istəmişdir. Vilayət bıçağı Cabbara verdikdən sonra Cabbar onun üzərinə gedərək əlindəki bıçaqla sonuncuya tərəf doğruldaraq onu vurmaqla hədələmişdir. O, qorxduğu üçün telefonunun Cabbarda qalmasına razılıq vermişdir. Daha sonra o, Nəsimi RPİ-nin 19-cu PB-nə şikayət etmişdir. Həmin telefonun qiyməti 500-600 manat məbləğindədir. Lakin, həmin telefonu ikinci əl olduğu üçün daha ucuz qiymətə əldə etmişdir. Cinayət hadisəsi ilə bağlı ona vurulmuş zərərin bir qismi, yəni 150 manat məbləğində pul vəsaiti ödənilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 11 oktyabr 2023-cü il tarixdə Bakı Metropliteninin “20 Yanvar” stansiyasında olan zaman adı sonradan məlum olan Cabbar adlı şəxs ona yaxınlaşmışdır. O Cabbarla metronun “Şamaxinka” çıxışından çıxıb evlərin arası ilə hərəkət etmişlər. Bir qədər gedib binaların yanına çatdıqda Vilayət və Nicatın da oraya gəldiyini görmüşdür. Cabbar telefonunu çıxardıb şəkil göstərmiş və şəkildə olan şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. O, həmin şəxsi tanımadığımı bildirmişdir. Cabbar ona “Siz 9 nəfər olub, dostum olan 3 nəfəri Lökbatanda döymüsünüz və 1600 manatlıq telefonunu əlindən almısınız” deyə bildirmişdir. O isə elə bir hadisə olmadığını demişdir. Daha sonra Cabbar döyülən şəxsi çağırdığını, həmin şəxsin bir azdan yanlarına gələcəyini demişdir. O, buna etiraz etməyərək gözləmişdir. Cabbar konturunun olmadığını bildirərək ondan zəng etmək məqsədilə telefonunu istəmişdir. O da telefonunu Cabbara vermişdir. Vilayətin əlində olan mobil telefonla onun şəkilini çəkdiyini görmüş və Vilayətdən şəkilini çəkməsinin səbəbini soruşmuşdur. Vilayət də çəkdiyi şəkili döyülən şəxsə göndərəcəyini demişdir. Bu zaman Vilayət əlində mobil telefonla danışaraq danışdığı adama “səni döyən budur?” deyə soruşmuşdur. Daha sonra Vilayət telefonda danışdığı şəxsə “Nə edək indi səni gözləyək yoxsa hərəkətmi edim?” deyə soruşmş və əlini belinə aparmışdır. O, Vilayətdən əlini belinə niyə apardığını və belində nə olduğunu soruşmuşdur. Vilayət ona “çıxaranda görərsən” deyə cavab vermişdir. O, Vilayətin belində bıçaq olduğunu düşünmüşdür. O, Vilayətlə danışan zaman Cabbarın ordan uzaqlaşdığını görmüşdür. Vilayətdən Cabbarın hara getdiyini soruşduqda sonuncu Cabbarın döyülən dostunu çağırmaq üçün getdiyini bildirmişdir. Bundan sonra Vilayət də hadisə yerindən uzaqlaşmışdır. O, orada Nicatla qalmışdır. O, Nicatdan dostlarının hara getdiyi soruşmuş, Nicat dostlarının hara getmələri barədə məlumatının olmadığını bildirmişdir. O, telefonunun Cabbarda qaldığı üçün polisə şikayət edəcəyini bildirmiş və Nicatdan onunla birlikdə Polis Bölməsinə getməyi təklif etmişdir. Nicat onunla razılaşmış və şikayət ərizəsi yazmaq məqsədilə Polis Bölməsinə getmişlər. O, Cabbarla Vilayət tərəfindən ona qarşı hədə qorxu, təzyiq olmadığını, aldadılaraq telefonunu aldıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərin ona məxsus olan mobil telefonu qaytardıqlarını, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, İ.Paşazadə küçəsidə mağaza işlədir. Mağazada ətir və qol saatlarının satışı ilə məşğul olur. Mağazada özünə məxsus olan kompüter və telefon da olmuşdur. 09 may 2023-cü il tarixdə axşam saat 21-22 radələrində mağazanı bağlayaraq evə getmişdir. Səhəri gün mağazanın qarşısına çatdıqda mağazanın qapısının üzərindəki şüşənin, eləcə də, pəncərənin sındırıldığını görmüş, mağazadan oğurluq edildiyindən şübhələnmişdir. Mağazadan notebook, mobil telefon, 15-20 ədəd qol saatı və 30-40 manat pulu oğurlanmışdır. O, bu barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Oğurlanmış əşyalardan şəxsi komputeri və 04 ədəd qol saatı qaytarılmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərərk onlara yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işlədiyi “Millenium” şadlıq sarayından tanıyır. Hər üçü “Millenium” şadlıq sarayında ofisiant işləmiş və gündəlik 10 manat əmək haqqı almışlar. Zərərçəkmiş şəxsləri tanımır. 11 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Cabbar zəng edərək görüşmək istəmişdir. Sonuncu 1 saat sonra Vilayət ilə birlikdə Nicatın işlədiyi şadlıq sarayına gəlmişdir. Cabbar mobil telefonu satmaq üçün şəxsiyyət vəsiqəsinə ehtiyaclarının olduğunu demişdir. O, bununla bağlı heç bir problem olmadığını demişdir. Bakı Metropliteninin “20 Yanvar” metrostansiyasının yaxınlığında şəxsiyyət vəsiqəsini təqdim edib mobil telefonu 130 manata satmışdır. Həmin 130 manatın 1 manatını şəxsiyyət vəsiqəsinin suərtini çıxarmaq üçün xərcləmiş, qalan hissəsini Cabbara vermişdir. Cabbar həmin pulun 120 manatını başqa karta atmışdır. Pulun hamısını Cabbara vermişdir. Cabbardan həmin mobil telefonu necə əldə etdiklərini soruşmamışdır. Səhəri gün həbs edilmişdir. Telefonu satdıqdan sonra metroda Cabbarın bir oğlana yaxınlaşıb, söhbət edə-edə onlardan uzaqlaşdığını görmüş, Vilayətlə onların axrasınca getmişdir. Əvvəlcə həmin şəxsin Cabbarın tanışı olduğunu düşünmüşdür. Cabbargili arxasınca yaxınlıqdakı binalardan birinin həyətinə getmişdir. Cabbar həmin şəxsin mobil telefonunu zəng etmək üçün istəmişdir. Sonuncu mobil telefonunu Cabbara vermişdir. Cabbar kiməsə zəng vurduqdan sonra həmin şəxsin telefonunu götürüb getmişdir. Vilayət də Cabbarla birlikdə getmişdir. Cabbarın və Vilayətin əlində bıçaq olmamış, Vilayətin əlini belinə apardığını görməmişdir. Həmin şəxs ona tanışlarının telefonunu apardıqlarını demişdir. Daha sonra sonuncu ilə birlikdə polis bölməsinə getmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilərək araşdırılmış ifadəsində telefonun satılması xüsusatı ilə bağlı hər hansı ziddiyyət olmamış, digər hal ilə bağlı, yəni Muradın telefonunun ələ keçirilməsi ilə bağlı məhkəmə baxışındakı ifadəsi arasında ziddiyyətlər olmuşdur. Belə ki, istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 11 oktyabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində Cabbar və Vilayət bir nəfər şəxsə, əvvəllər tanımadığı araşdırma zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs3 yaxınlaşmışlar və nəsə söhbət etmişlər. O isə Vilayət və Cabbarın nə etdiklərini dərk etmgmişvşk. Daha sonra isə yaxınlıqdakı binalardan birinin həyətinə getmişlər və o da onlarla birlikdə getmişdir. Binanın həyətində olarkən Cabbar Muraddan mobil telefonunu zəng etmək üçün istəmiş və Murad mobil telefonunu Cabbara vermişdir. Daha sonra Murad mobil telefonu geri istədikdə Təqsirləndirilən şəxs2 əlini belinə aparmış və Murad qorxduğu üçün bir söz deməmişdir. Vilayət və Cabbar həmin yerdən uzaqlaşaraq getmiş, o isə onların arxasınca getməmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilərək araşdırılmış ifadəsindən görünür ki, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla ünvan 5 ünvanında ailəmlə birlikdə yaşayır. Beş ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Velotrek” adlanan ərazidə “Amin Telekom” adı ilə fəaliyyət göstərən mağazanı icarə müqaviləsi əsasında işlədir. Həmin mağazada telefon və telefon aksessuarlarının ticarəti ilə məşğul olur və əldə etdiyi gəlir ilə də öz ailəsini dolandırır. 13 oktyabr 2023-cü il tarixdə təxminən saat 18 radələrində mağazada olan zaman tanımadığı və adı ona sonradan məlum olan Nicat adlı şəxs mağazaya daxil olaraq əlində olan “Redmi Note 10” markalı mobil telefonu göstərmiş, həmin mobil telefonu satmaq istədiyini bildirmişdir. Mobil telefonu götürmüş və baxış keçirmişdir. Mobil telefona baxış keçirdikdən sonra Nicata mobil telefonu 130 manata ala biləcəyini demişdir. Nicat həmin qiymətlə razılaşmışdır. İlkin olaraq Nicatdan şəxsiyyət vəsiqəsinin surətini istəmiş, Nicat mağazadan çıxaraq təxminən 3-4 dəqiqə sonra əlində şəxsiyyət vəsiqəsinin surətinin əks olunduğu vərəqlə mağazaya daxil olmuşdur. Həmin vərəqə baxdıqdan sonra mağazada olan şəxsin Şahid2 olduğu ona məlum olmuşdur. Razılaşdıqları kimi 130 manat pulu Nicata verərək mobil telefonu götürmüşdür. Həmin mobil telefonun yaddaşında əks olunan məlumatları silərək təmizləmiş və İMEİ kodunu Nicatın təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətinin əks olunduğu vərəqin üzərinə yazmış və mobil telefonu vitrinə yerləşdirmişdir. Təxminən 2 gün sonra yəni, xx.xx.2023-cü il tarixdə mağazaya müştəri daxil olaraq Nicatın ona satdığı mobil telefonu göstərərək qiymətini soruşmuşdur. Mobil telefonu 150 manata saxtdığını bildirmişdir. Həmin şəxs ilə razılaşmış və “Redmi Note 10” markalı mobil telefonu həmin şəxsə 150 manata satmışdır. Mobil telefonu alan şəxsin kim olduğunu bilmir. Üzərində Şahid2 şəxsiyyət vəsiqəsinin surəti, mobil telefonun markası, İMEİ kodu, Şahid2 təqdim etdiyi əlaqə nömrəsi və Şahid2 imzasının əks olunduğu vərəqi istintaqa təqdim edə bilər. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Nicat həmin mobil telefonun dostunun olduğunu satmaq üçün dostunun şəxsiyyət vəsiqəsi olmadığı üçün ona verdiyini bildirmişdir. Şahid2 şəxsiyyətini təsdiq edən sənədin surətini götürsə də mobil telefonu satdığı şəxsin şəxsiyyətini təsdiq edən sənədin surətini götürməmişdir. Bu səbəbdən də mobil telefonu satdığı şəxsin şəxsiyyəti barəsində heç bir məlumatım yoxdur. 26 iyul 2023-cü il tarixli “cinayət işi başlama və icraata götürmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 adı istintaqa Məhəmməd kimi məlum olan şəxs ilə etmiş olduğu oğurluq faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanması qərara alınmışdır. (Cild 2 i.v. 49) İş materiallarında olan 10 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında 2 (iki) nəfər tanımadığı şəxsin ona yaxınlaşdığını, həmin şəxslərdən birinin danışmaq adı ilə ondan “Redmi” markalı mobil telefonu aldığını, danışa-danışa 12 nömrəli poliklinikanın arxasına getdiyini, oradan mobil telefonu istəyən zaman həmin şəxsin bel nahissəsində, əynində olan şalvarın altından bıçaqı çıxardaraq onu bıçaqla vurmaqla hədələdiyini, daha sonra hər ikisinin oradan qaçaraq uzaqlaşdığını bildirmişdir. (Cild 1 i.v. 4) İş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 11 oktyabr 2023-cü il tarixdə Nəsimi rayonu, Cavadxan 1-5 ünvanında tanımadığı 3 nəfər şəxsin ona məxsus olan “Redmi Mİ 11 lite” markalı **********99121 və **********99139 imei kodlu mobil telefonunu əlindən alaraq həmin ünvanda qaçmalarını bildirmişdir. (Cild 1 i.v. 29) 09 may 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 icarədarı olduğu ünvan 8 ünvanında yerləşən “Sarmaşıq” ətir mağazasından bir ədəd "HP" markalı notebook və 20 ədəd qol saatının oğurlanmasını aşkar etmişdir. (Cild 2 i.v. 55) İş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs2 məxsus mobil telefonu ələ keçirən zaman istifadə etdiyi 1 ədəd bıçağın ondan təhvil alınaraq cinayət işinə əlavə edilməsini xahiş etmişdir. (Cild 1 i.v. 15) İş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 cinayət yolu ilə əldə etdiyi “Xiaomi Mİ 11 lite” markalı mobil telefonun üzərində olduğunu və həmin mobil telefonu könüllü şəkildə təqdim etdiyini, həmin telefonun ondan təhvil alınaraq cinayət işinə əlavə edilməsini xahiş etmişdir. (Cild 1 i.v. 41) 26 iyul 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 18:00-da Qafarov X5 RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Ceyhun Əsgərov tərəfindən şübhəli şəxs qisində tutulmuşdur. (Cild 2 i.v. 82) 10 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. (Cild 2 İ.v. 189-190) 10 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində cinayət işi üzrə icraat dayandırılmışdır. (Cild 2 İ.v. 192) 13 oktyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 19:10da (faktiki saxlanılma saat 18:50-də) Əliyev X6 RPİ-nin İş-nin müstəntiqi, polis kapitanı Əli Məmmədov tərəfindən şübhəli şəxs qisində tutulmuşdur. (Cild 1 i.v. 112) 13 oktyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 20:45də (faktiki saxlanılma saat 20:20-də) Təqsirləndirilən şəxs1 Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Əli Məmmədov tərəfindən şübhəli şəxs qisində tutulmuşdur. (Cild 1 i.v. 144) 27 iyul 2023-cü il tarixli Binəqədi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə barəsində 03 ay müdətə, 26 oktyabr 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (Cild 2 İ.v. 126-130) 14 oktyabr 2023-cü il tarixli Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (Cild 2 i.v. 16-19) 14 oktyabr 2023-cü il tarixli Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (Cild 2 i.v. 20-23) 25 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi rayonu ərazisində cinayət törətdiyi üçün barəsində həbs qətimkan tədbiri seçildiyindən onun barəsində olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (Cild 2 İ.v. 192) 27 iyul 2023-cü il tarixli Suraxanı rayon məhkəməsinin 10 yanvar 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməklə 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhukum edilmişdir. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza CM-nin 70-ci maddəsinə əsasən ona şərti hesab edilməklə 01 il 06 ay müddətə sınaq müddəti müəyən edilmişdir. (Cild 2 İ.v. 143-149) 25 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-9/5922/2023 saylı rəyindən görünür ki, bir ədəd çin istehsalı "NAVİFORCE" markalı NF9068 nömrəli qol saatı 15 manat, bir ədəd Çin istehsalı "CURREN" markalı M:8110 nömrəli qol saatı 15 manat, bir ədəd "EMPORİO ARMANİ" markalı qol saatı 10 manat, bir ədəd "ORİENT" markalı qadın qol saatı 10 manat və bir ədəd Çin istehsalı "HP" markalı, 15-r197nr modelli notebook kompüteri 350 manat olmaqla ekspertiza tədqiqatına təqdim edilmiş həmin malların 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 400 manat müəyyən edilir. (Cild 2 İ.v. 151- 154) 25 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Qocayev X4 Nazirliyi “Respublika Psixatriya Xəstəxanasında” müalicə almamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-psixiatrik ekspertiza mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3117 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2 i.v. 229-230) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-psixiatrik ekspertiza mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 13.11,2023-cü il tarixli, 3119 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2 i.v. 231-232) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1868 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. (Cild 2 i.v. 233-235) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/8583 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı olan “Xiaomi” markalı, "2109119DG" (11 Lite 5G) model, qara rengli, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenali, foto, kameralı mobil telefonun satış üçün komplektləşdirilməsinə aid edilən aksessuarların olmaması, istifadədə olması və arxa gövdəsində olan zədə nəzərə alınmaqla orta bazar qiyməti təxminən 280,0 manat müəyyən edilir. (Cild 2 i.v. 238-239) 11 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət hadisəsinin törədilmə yeri kimi Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsini göstərmişdir. (Cild 1 i.v. 8-11) 13 oktyabr 2023-cü il tarixli təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş bıçaq Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis mayoru Seydi Quliyev tərəfindən götürülmüş və baxış keçirilmişdir. Həmin bıçağa baxış keçirilən zaman müəyyən edilmişdir ki, 1 (bir) ədəd bıçaq tiyə və dəstək hissə olmaqla 2 hissədən ibarətdir. Tiyə və dəstək hissə qızılı rəngdə olmaqla ümumi uzunluğu 22 sm-dir. Tiyənin uzunluğu 10 sm, dəstək hissəsinin uzunluğu isə 12 sm-dir. Tiyənin bir tərəfi kəsici, digər tərəfi isə kütdür. Dəstək bir-birinə paralel olan 2 ədəd metaldan hazırlanmışdır, hər iki metal bərkidici ilə tiyəyə bərkildilmişdir. (Cild 1 i.v. 18-20) 09 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Sarmaşıq” ətir mağazasının qapısının şüşə hissəsinin kənar müdaxilə nəticəsində sındırılması müəyyən edilmişdir. (Cild 2 i.v. 56-64) 27 iyul 2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Məhəmməd adlı şəxs ilə ünvan 9 ünvanda yerləşən ətir mağazasından cinayət yolu ilə ələ keçirdiyi 04 ədəd qol saatı və bir ədəd notbuku sonuncu yaşadığı ünvan 10 ünvanda yerləşən evdən könüllü olaraq təqdim etdiyindən qeyd olunan əşyalar götürülmüşdür.(Cild 2 i.v. 94) Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Baxış” protokolundan ‘görünür ki, Zərərçəkmiş şəxs1 İbrahin oğlunun iştirakı ilə 1 (bir) ədəd "NAVİFORCE" markalı NF9068 nömrəli, 1 (bir) ədəd "CURREN" markalı M:8110 nömrəli,1 (bir) ədəd "EMPORİO ARMANİ" markalı, 1 (bir) ədəd "ORİENT" markalı qadın qol saatına baxış keçirilən zaman Zərərçəkmiş şəxs1 sadalanan əmlakların ona məxsus olduğunu bildirmişdir. (cild 3, i.v. 63-64) 13 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət hadisəsinin törədilmə yeri kimi ünvan 11 ünvanını göstərmişdir. (Cild 1 i.v. 34-36) 13 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd mobil telefon Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı polis kapitanı Elçin Bədəlzadə tərəfindən götürülmüş və baxış keçirilmişdir. Həmin mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, 1 (bir) ədəd mobil telefon “Xiaomi Mi 11 Lite” markalı mobil telefondur. Mobil telefonun ekran hissəsi qara rəngdədir, arxa hissəsində 2 ədəd kamera vardır. Bundan başqa mobil telefonun gövdəsi plasmas və metaldan ibarətdir, sensor dizaynlıdır. Həmçinin mobil telefon **********99121 və **********99139 İMEİ kod altında istifadə olunur. (Cild 1 i.v. 44-46) 13 avqust 2023-cü il tarixli “Əşyaların tanınmaya təqdim edilməsi barədə” protokoldan görünür ki, istintaq zamanı əldə edilmiş bir ədəd "HP" markalı 15-r197nr modelli notebook kompüter başqa 3 ədəd eyni markalı notebook kompüterlər arasında Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, sonuncu ümumilikdə 4 ədəd notebook kompütər arasında 2-ci sıraya qoyulmuş kompüteri əli ilə göstərib ona məxsus olmasını və mağazadan oğurlanan kompüter olduğunu demişdir. Zərərçəkmiş şəxs1 notebook kompüteri rənginə, şifrəsinə və digər əlamətlərinə görə tanıdığını demişdir. Bu barədə protokol tərtib olunmuşdur. (Cild 2 i.v. 155-156) 13 oktyabr 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs2, məlum cinayət hadisəsi zamanı istifadə olunmuş 1 (bir) ədəd bıçaq tanınmaya təqdim edilmişdir. Həmin bıçaqın Zərərçəkmiş şəxs2 tanınmaya təqdim olunması üçün 3(üç) ədəd digər oxşar bıçaqlar arasında yerləşdirilmişdir. Həmin bıçaqlar stol üzərinə qoyulmuş və şərti “ 1, 2, 3 ” rəqəmləri ilə Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən bıçaq isə şərti olaraq ”4 “ rəqəmi ilə işarələnmişdir. Sonra bıçaqlar tanıyan şəxs Zərərçəkmiş şəxs2 təqdim olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs2 ona təqdim olunan bıçaqları nəzərdən keçirib bildirmişdir ki, “1, 2, 3, 4” rəqəmləri ilə işarələnmiş bıçağlar arasında 4-cü yerdə olan bıçaq Təqsirləndirilən şəxs1 tərəfindən ona qarşı istifadə edilən bıçağdır. Bıçağı rəngindən və quruluşundan tanımışdır. (Cild 1 i.v. 66- 68) 13 oktyabr 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 01 ədəd mobil telefon tanınma üçün təqdim edilmişdir. Həmin mobil telefonun Zərərçəkmiş şəxs3 tanınmaya təqdim olunması üçün 3(üç) ədəd digər oxşar mobil telefonlar arasında yerləşdirilmişdir. Həmin mobil telefonlar stol üzərinə qoyulmuş və şərti “ 1 , 2 , 3 ” rəqəmləri ilə Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilən mobil telefon isə şərti -olaraq ”4 “ rəqəmi ilə işarələnmişdir. Sonra mobil telefonlar tanıyan şəxs Zərərçəkmiş şəxs3 təqdim olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs3 ona təqdim olunan mobil telefonları nəzərdən keçirib, mobil telefonların İMEİ kodlarını yoxladıqdan sonra bildirmişdir ki, “1, 2, 3, 4” rəqəmləri ilə işarələnmiş mobil telefonlar arasında 4-cü yerdə olan mobil telefon ona məxsusdur. Mobil telefonu rəngindən, telefonun arxa hissəsində olan kiçik zədədən, ən sonda isə İMEİ kodunu yoxlamaqla tanmışdır. (Cild 1 i.v. 80-82) 13 oktyabr 2023-cü il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 fotoşəkili Zərərçəkmiş şəxs2 tanınmaya təqdim olunması üçün 3(üç) ədəd oxşar fotoşəkil arasında yerləşdirilmiş, həmin fotoşəkillər stol üzərinə qoyulmuş və şərti “ 1 , 2 , 3 ” rəqəmləri ilə Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən Təqsirləndirilən şəxs2 fotoşəkili isə şərti olaraq “4” rəqəmi ilə işarələnmişdir. Sonra fotoşəkillər tanıyan şəxs Zərərçəkmiş şəxs2 təqdim olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs2 ona təqdim olunan fotoşəkilləri nəzərdən keçirib bildirmişdir ki, “1, 2, 3, 4” rəqəmləri ilə işarələnmiş fotoşəkillər arasında 4-cü yerdə olan fotoşəkildəki şəxs Vilayət adlı şəxsdir. Vilayət adlı şəxsi baş vermiş hadisə zamanı görmüş, adı PB-də olan zaman ona məlum olmuşdur. Fotoşəkili ona təqdim olunan Vilayət, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 12 nömrəli uşaq poliklinikasının yaxınlığında üzərində olan bıçağı Cabbarın istəyi ilə ona vermiş, Cabbar isə üzərinə gələrək əlindəki bıçağı ona tərəf uzadıb “Vuraram səni” demişdir. Bu üsulla fotoşəkili ona təqdim olunan Vilayət və Cabbar ona məxsus olan “Redmi note 10” markalı mobil telefonu ələ keçirərək hadisə yerindən uzaqlaşmışdır.. (Cild 1 i.v. 82-85) 13 oktyabr 2023-cü il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 fotoşəkili Zərərçəkmiş şəxs2 tanınmaya təqdim olunması üçün 3(üç) ədəd oxşar fotoşəkil arasında yerləşdirilmişdir. Həmin fotoşəkillər stol üzərinə qoyulmuş və şərti “ 1, 2, 3 ” rəqəmləri ilə Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən Təqsirləndirilən şəxs1 fotoşəkili isə şərti olaraq “ 4 ” rəqəmi ilə işarələnmişdir. Sonra fotoşəkillər tanıyan şəxs Zərərçəkmiş şəxs2 təqdim olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs2 ona təqdim olunan fotoşəkilləri nəzərdən keçirib bildirmişdir ki, “1, 2, 3, 4” rəqəmləri ilə işarələnmiş fotoşəkillər arasında 4-cü yerdə olan fotoşəkildəki şəxs Cabbar adlı şəxsdir. Cabbar adlı şəxsi baş vermiş hadisə zamanı görmüş, adı isə PB-də olan zaman ona məlum olmuşdur. Fotoşəkili ona təqdim olunan Cabbar, xx.xx.2023- cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 12 nömrəli uşaq poliklinikasının yaxınlığında Vilayətə yaxınlaşaraq ondan bıçağı götürmüş, üzərinə gələrək əlindəki bıçağı ona tərəf uzadıb “Vuraram səni” demişdir. Bu üsulla fotoşəkili ona təqdim olunan Cabbar və Vilayət ona məxsus olan “Redmi note 10” markalı mobil telefonu ələ keçirərək hadisə yerindən uzaqlaşmışdır. (Cild 1 i.v. 86-89) 13 oktyabr 2023-cü il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 fotoşəkili Zərərçəkmiş şəxs3 tanınmaya təqdim olunması üçün 3(üç) ədəd oxşar fotoşəkil arasında yerləşdirilmişdir. Həmin fotoşəkillər stol üzərinə qoyulmuş və şərti “ 1, 2, 3 ” rəqəmləri ilə Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilən Təqsirləndirilən şəxs2 fotoşəkili isə şərti olaraq “4” rəqəmi ilə işarələnmişdir. Sonra fotoşəkillər tanıyan şəxs Zərərçəkmiş şəxs3 təqdim olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs3 ona təqdim olunan fotoşəkilləri nəzərdən keçirib bildirmişdir ki, “1, 2, 3, 4” rəqəmləri ilə işarələnmiş fotoşəkillər arasında 4-cü yerdə olan fotoşəkildəki şəxs Vilayət adlı şəxsdir. Vilayət adlı şəxsi baş vermiş hadisə zamanı görmüş, adı isə PB-də olan zaman ona məlum olmuşdur. Fotoşəkili ona təqdim olunan Vilayət xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 12 nömrəli uşaq poliklinikasının yaxınlığında əlində olan mobil telefonla danışaraq danışdığı adama “bu odur, səni döyən budur?” demişdir. Vilayət telefonda danışdığı şəxsə “Neyniyəy indi səni gözdüyəy ya hərəkətimi eleyim?” demiş və əlini belinə aparmışdır. Bu zaman Vilayətin belində bıçaq olduğu ona məlum olmuşdur. Daha sonra isə fotoşəkili ona təqdim olunan Vilayət və Cabbar oradan qaçaraq uzaqlaşmış, ona məxsus Xiaomi Mi 11 Lite” markalı mobil telefonu ələ keçirmişdir. (Cild 1 i.v. 90-93) 13 oktyabr 2023-cü il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 fotoşəkili Zərərçəkmiş şəxs3 tanınmaya təqdim olunması üçün 3(üç) ədəd oxşar fotoşəkil arasında yerləşdirimişdir. Həmin fotoşəkillər stol üzərinə qoyulmuş və şərti “ 1, 2, 3 ” rəqəmləri ilə Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilən Təqsirləndirilən şəxs1 fotoşəkili isə şərti olaraq “ 4 ” rəqəmi ilə işarələndi. Sonra fotoşəkillər tanıyan şəxs Zərərçəkmiş şəxs3 təqdim olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs3 ona təqdim olunan fotoşəkilləri nəzərdən keçirib bildirmişdir ki, “1, 2, 3, 4” rəqəmləri ilə işarələnmiş fotoşəkillər arasında 4-cü yerdə olan fotoşəkildəki şəxs Cabbar adlı şəxsdir. Cabbar adlı şəxsi baş vermiş hadisə zamanı görmüş, adı isə PB-də olan zaman ona məlum olmuşdur. Fotoşəkili ona təqdim olunan Cabbar xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 12 nömrəli uşaq poliklinikasının yaxınlığında mobil telefonunda olan şəkili göstərmiş və həmin şəxsi tanıyıb tanımadığını soruşmuşdur. Vilayət əlində olan mobil telefonla danışaraq danışdığı adama “bu odur, səni döyən budur?” demişdir. Vilayət telefonda danışdığı şəxsə “Neyniyəy indi səni gözdüyəy ya hərəkətimi eleyim?” demiş və əlini belinə aparmışdır. Bu zaman Vilayətin belində bıçaq olduğu ona məlum olmuşdur. Daha sonra isə fotoşəkili ona təqdim olunan Cabbar və Vilayət oradan qaçaraq uzaqlaşmış, ona məxsus Xiaomi Mi 11 Lite” markalı mobil telefonu ələ keçirmişdir. (Cild 1 i.v. 94-97) 15 dekabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 keçirilən istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 “Redmi note 10”, Zərərçəkmiş şəxs3 “Xiaomi Mi 11 Lite” markalı mobil telefonunu ələ keçirdiyi yeri və ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərmişdir. (Cild 3 i.v. 44-48) 15 dekabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması protkolundan görünür ki, Təqsirləndirilən şəxs2 keçirilən istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 “Redmi note 10”, Zərərçəkmiş şəxs3 “Xiaomi Mi 11 Lite” markalı mobil telefonunu ələ keçirdiyi yeri və ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərmişdir. (Cild 3 i.v. 49-55) 14 dekabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzləşdirmə istintaq hərəkəti zamanı, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadəsində Zərərçəkmiş şəxs3 mobil telefonunu cinayət yolu ilə Şahid2, Təqsirləndirilən şəxs2 ilə birlikdə ələ keçirməsi və Zərərçəkmiş şəxs2 mobil telefonunu satdıqdan sonra əldə edilmiş 130 manat puldan özünə 70 manat götürdüyünü, Təqsirləndirilən şəxs2 30 manat, Şahid2 30 manat pul verdiyini bildirməsi xüsusatlarını təkzib etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, Şahid2 “Redmi Note 10 ” markalı mobil telefonu telefon mağazasına 130 manata satdıqdan sonra, həmin pulun 120 manatını “20 Yanvar dairəsi” adlı ərazidə yeraltı keçiddə olan “Milli ön” ödəmə terminalı vasitəsi ilə Sumqayıt qəsəbəsində yaşayan Hüseyn adlı şəxsin ona təqdim etdiyi, xatırlamadığı bank kartına göndərdiyini, Şahid2 və Təqsirləndirilən şəxs2 isə pulu anasının kartına göndərdiyi barədə yalan məlumat verdiyini, kartdan pulu çıxartdıqdan sonra onlara öz paylarını verməyi planlaşdırdığını, Təqsirləndirilən şəxs2 60 qəpik pulu Şahid2 şəxsiyyət vəsiqəsinin kserosurətini çıxartmaq üçün xərclədiyini, 40 qəpiyin isə Təqsirləndirilən şəxs2 özündə, 9 manat pulun isə onda qaldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs3 mobil telefonunu ələ keçirilməsində Şahid2 iştirak etmədiyini, hadisənin baş verdiyi yerdə olmasına baxmayaraq, nə etdiklərindən, Təqsirləndirilən şəxs2 ilə onun niyyətlərinin nə olduğundan Şahid2 məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzləşdirmə istintaq hərəkəti zamanı ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ilkin ifadəsində Şahid2, Zərərçəkmiş şəxs3 ilə PŞ-yə gedərək Vilayət ilə onun şəxsiyyəti barədə polisə məlumat verdiyi üçün Şahid2 əsəbi olduğundan bu məzmunda ifadə vermiş, daha sonra isə Şahid2 baş verən hadisədən məlumatı olmadığı üçün onlarla gəlmədiyini və PŞ-yə getməkdən başqa yolunun olmadığını dərk etmişdir. Yəni Zərərçəkmiş şəxs3 mobil telefonunu Təqsirləndirilən şəxs2 ilə birlikdə ələ keçirmişdir, Şahid2 hadisə yerində olmağına baxmayaraq baş vermiş hadisədən heç bir məlumatı olmamışdır. (Cild 3 i.v. 32-36) 14 dekabr 2023-cü il tarixli Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ibidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. (Cild 3 i.v. 37-41) 15 dekabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, bir ədəd çin istehsalı "NAVİFORCE" markalı NF9068 nömrəli qol saatı, bir ədəd Çin istehsalı "CURREN" markalı M:8110 nömrəli qol saatı, bir ədəd "EMPORİO ARMANİ" markalı qol saatı, bir ədəd "ORİENT" markalı qadın qol saatı və bir ədəd Çin istehsalı "HP" markalı, 15-r197nr modelli notebook kompüteri Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. (Cild 2 i.v. 63) 02 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, bir ədəd çin istehsalı "NAVİFORCE" markalı NF9068 nömrəli qol saatı, bir ədəd Çin istehsalı "CURREN" markalı M:8110 nömrəli qol saatı, bir ədəd "EMPORİO ARMANİ" markalı qol saatı, bir ədəd "ORİENT" markalı qadın qol saatı və bir ədəd Çin istehsalı "HP" markalı, 15-r197nr modelli notebook maddi sübut kimi tanınmış və tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra sahibinə qaytarılmışdır. (Cild 2 İ.v. 162-173) 15 dekabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, bir ədəd “Xiaomi 11 lite” markalı **********99121 və **********99139 imei kodlu mobil telefon maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. (Cild 2 i.v. 71) 15 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 bir ədəd çin istehsalı "NAVİFORCE" markalı NF9068 nömrəli qol saatı, bir ədəd Çin istehsalı "CURREN" markalı M:8110 nömrəli qol saatı, bir ədəd "EMPORİO ARMANİ" markalı qol saatı, bir ədəd "ORİENT" markalı qadın qol saatı və bir ədəd Çin istehsalı "HP" markalı, 15-r197nr modelli notebook kompüteri işlək və saz vəziyyətdə təhvil aldığını, heç bir şikayət və və ya tələbinin olmadığını bildirmişdir. (Cild 3 i.v. 67) 23 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (Cild 3 i.v. 140) 23 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (Cild 3 i.v. 141) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə sınaq müddəti müəyyən edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 2 i.v 140-141) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (Cild 2 i.v 33) 24 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmiş, Şahid2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmiş, tədqiqatdan sonra Çin istehsalı “Xiaomi” markalı “2109119DG” (11 Lite 5G) modelli mobil telefonun zərərçəkmi şəxs Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmış, tanınmış zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı, soyuq silah hesab edilməyən 01 (bir) ədəd turist bıçağı maddi sübut kimi tanınaraq Nəsimi RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, bir ədəd Çin istehsalı "NAVİFORCE" markalı NF9068 nömrəli qol saatı, bir ədəd Çin istehsalı "CURREN" markalı M:8110 nömrəli qol saatı, bir ədəd "EMPORİO ARMANİ" markalı qol saatı, bir ədəd "ORİENT" markalı qadın qol saatı və bir ədəd Çin istehsalı "HP" markalı, 15-r197nr modelli notebook kompüteri Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmışdır. (Cild 3 i.v 142-171) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs1 törətmiş olduğu oğurluq cinayətini tam şəkildə etiraf etmiş, hər hansı halı mübahisələndirməmişdir. Cabbarın bu etirafı zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, birincinin yaşadığı evə baxış protokolu və həmin vaxt evdən çıxan əşyalarla, zərərçəkmişin həmin əşyaları tanıması ilə də təsdiq olunmuşdur. Bu xüsusat üzrə əməlin tövsifində də heç bir problem yoxdur. Belə ki, onun əməlində CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri vardır. O, oğurluq cinayəti törədərək mülkiyyət münasibətlərinə qəsd etmişdir. Həmçinin oğurluq cinayətinin obyektiv cəhətin əlamətlərini törətmişdir. Belə ki, əldə etdyi əmlak özgəsinə, yəni Zərərçəkmiş şəxs1 məxsus olmuş və həmin əmlakı kənar şəxslərin görməsindən kənar götürmüş və daha sonra üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etmişdir. Həmçinin o, subyektiv cəhətdən həmin əməli birbaşa qəsdlə törətmiş, yəni törətdiyi oğurluq cinayətinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 7-ci bəndində göstərilir ki, oğurluq cinayəti talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi andan bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Təqsirləndirilən şəxs1 daxil olaraq içərisindən oğurluq etdiyi mağaza da məhz bina anlayışına daxildir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 üzərinə bıçaq çıxartmadığını, eləcə də bıçaq çıxarmaqla hədələmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 kənarda olmasını, heç kimi üzərinə bıçaq çıxartmadığını, eləcə də, bıçaq çıxarmaqla hədələmədiyini bildirmişdir. Yəni onlar əməlin tövsifini mübahisələndirmişlər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 quldurluq cinayətini törədibtörətməməsinin sübuta yetirilib yetirilməməsini araşdırmağı zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. Həm məhkəmə baxışı zamanı, həm də ibtidai istintaq zamanı zərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs1 telefonunu ələ keçirərkən qızılı rəngli bıçağı Təqsirləndirilən şəxs2 alaraq onu hələməsini göstərmiş, Zərərçəkmiş şəxs3 isə Cabbarın telefonu alarkən Vilayətin əlini belinə ataraq bıçaq çıxarmaqla hədələməsini göstərmişlər. Sonradan həmin bıçaq şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və Zərərçəkmiş şəxs2 həmin bıçağı tanınmaya təqdim etmə zamanı tanımışdı. Hətta Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 də ibtidai istintaq zamanı zərərçəkmişlərin ifadələrinə uyğun ifadələr vermişlər. Məhkəmə də hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadələr mötəbər və inandırıcı hesab edilməlidir. Belə ki, hər iki şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərdikləri digər sübutlarla - zərərçəkmiş şəxslərin, şahid ifadələri, Təqsirləndirilən şəxs1 üzərindən bıçağın aşkar edilərək götürülməsi protokolu, tanınmaya təqdim etmə protokolları, hadisə yerinə baxış və ifadəninin yerində yoxlanılması protokolları də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan şəxsin hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı vermiş olduğu ifadələrində ayrıntılı şəkildə əvvəlcə ayrı-ayrı şəxsləri bıçaqla hədələyib mobil telefonlarını ələ keçirib satıb pul qazanmaq barədə razılaşmalarını, bunun üçün 20 yanvar metro stansiyası yaxınlığında adamlar tapmalarını və həmin şəxsləri bir bahənə ilə kənara aparmalarını, Zərərçəkmiş şəxs2 qarşı Vilayətdə olan bıçağın Cabbara verilməsini və sonuncunun Anarı hədələməsini, Zərərçəkmiş şəxs3 isə Vilayətin əlini belinə ataraq bıçaq çıxaracağı ilə hədələməsini bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamda onların quldurluq cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs, təkrar, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməsi ittihamları verilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərində quldurluq cinayətinin qeyd olunan tövsifedici əlamətlərinin olmasını araşdırmağı zəruri hesab edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 11-ci bəndinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Cinayət hüququ nəzəriyyəsinə görə iştirakçılığın “qabaqcadan əlbir olan bir qrup” formasında mümkünlüyü yalnız birgə icraçıların iştirakı ilə əlaqələndirilir və iştirakçılığın bu formasının zəruri əlaməti kimi onların hərəkətlərinin “məkan və zaman ümumiliyi” əlaməti zəruri hesab edilir. Yəni, cinayət əməlinin tövsifedici əlaməti kimi “qabaqcadan əlbir olan bir qrup” dedikdə, cinayətin iki və daha çox şəxs tərəfindən birgə (eyni vaxtda və yerdə) icra edilməsi nəzərdə tutulur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayətləri törədərkən hər ikisinin hakimiyyət altında olmuş, yəni hər ikisi cinayətin başa çatdırmaq, ona yön vermək imkanına malik olmuşlar. Bu özünü hər ikisinin qabaqcadan razılaşıb, daha sonra Zərərçəkmiş şəxs2 münasibətdə Cabbarın telefonu alması, daha sonra bıçağı istəməsi müqabilində Vilayətin bıçağı Cabbara verməsində, Zərərçəkmiş şəxs3 münasibətdə isə Cabbarın telefonu alması, daha sonra Muradın telefonu geri qaytarmasını bildirməsi qarşılığında Vilayətin əlini belinə ataraq bıçaq çıxaracağını deməsində göstərir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Yuxarıda göstərilən Plenum qərarının 17-ci bəndinə əsasən şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CMnin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Plenum qərarının 17-ci bəndində daha sonra qeyd edilmişdir ki, əsasən quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Beləliklə, yuxarıda sadalananlardan aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində quldurluq cinayətinin təkarlıq tövsifedici əlaməti vardır. Məhkəmə silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməsi ittihamı ilə bağlı qeyd edir ki, cinayət qızılı rəngli bıçaqdan istifadə etməklə töərdilmiş, bu təqsirləndirilən şəxslərin istintaq zamanı verdikləri ifadələr, zərərçəkmişlərin ifadələri, Təqsirləndirilən şəxs1 üzərindən həmin bıçağın aşkar edilərək götürülməsi protokolu, tanınmaya təqdim etmə protokolu ilə təsdiq olunmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onlar tərəfindən törədilmişdir. Həmçinin onlar cinayət əməllərini təqsirli olaraq törətmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini qəsdən törətmişlər. Onların hər bir əməli ayrı-ayrılıqda başa çatmış cinayətdir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 oğurluq cinayətini törətməsini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın bir hissəsini ödəməsini, yaşayış yeri üzrə müsbət xarkterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi hesab edir. Təqsirləndirilən şəxs1 əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarkterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrinin və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödədikdə və ya aradan qaldırdıqda və qismən ödədikdə və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin etdikdə əgər onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin ediləcək cəzanın müddəti 3 (üç) il 09 (doqquz) aydan, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təyin ediləcək cəza 09 (doqquz) ildən, Təqsirləndirilən şəxs2 isə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 09 (doqquz) ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 26 iyul 2023-cü il tarixdən tutulduğu, 27 iyul 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixədək ev dustaqlığında olduğu müddət ona təyin ediləcək cəza zamanı nəzərə alınmalı və Təqsirləndirilən şəxs1 təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 iyul 2023-cü tarixdən, digər Təqsirləndirilən şəxs2 cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 13 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Nəsimi RPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı, soyuq silah hesab edilməyən 01 (bir) ədəd turist bıçağı məhv edilməli, 01 ədəd Çin istehsalı "Naviforce" markalı NF9068 nömrəli qol saatı, 01 ədəd Çin istehsalı "Curren" markalı M:8110 nömrəli qol saatlarını, 01 ədəd "Emporio Armani" markalı qol saatını, 01 ədəd "Orient" markalı qadın qol saatını, 01 ədəd Çin istehsalı "HP" markalı, 15-r197nr modelli noutbukun Zərərçəkmiş şəxs1 qaytarılması, 01 ədəd “Çin istehsalı olan “Xiaomi” markalı “2109119DG” (11 Lite 5G) modelli mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə ballistik və məhkəmə-əmtəəşünaslıq ekspertizalarına sərf edilmiş ümumilikdə 164 (yüz altmış dörd) manat məbləğində ekspertiza xərcinin 107 (yüz yeddi) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs1, 57 manat məbləğində məbləğində hissəsi təqsirləndirilən şəxslərdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müvafiq olaraq Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat, 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 26 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 13 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra Nəsimi RPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd turist bıçağı məhv edilsin, 01 ədəd Çin istehsalı "Naviforce" markalı NF9068 nömrəli qol saatı, 01 ədəd Çin istehsalı "Curren" markalı M:8110 nömrəli qol saatlarını, 01 ədəd "Emporio Armani" markalı qol saatını, 01 ədəd "Orient" markalı qadın qol saatını, 01 ədəd Çin istehsalı "HP" markalı, 15r197nr modelli noutbukun Zərərçəkmiş şəxs1 qaytarılması, 01 ədəd “Çin istehsalı olan “Xiaomi” markalı “2109119DG” (11 Lite 5G) modelli mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ballistik və məhkəmə-əmtəəşünaslıq ekspertizalarına sərf edilmiş ümumilikdə 164 (yüz altmış dörd) manat məbləğində ekspertiza xərcinin 107 (yüz yeddi) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs1, 57 manat məbləğində məbləğində hissəsi Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 üçün 240 (iki yüz qırx) manat, Müdafiəçi2 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1436/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1436/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver