Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1437/2023 11.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və daimi yaşayış yeri olmayan, 30 yanvar 2023-cü il tarixdə barəsində əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 1021,1 qram (1 kq 21,1qr) kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 28 yanvar 2023-cü il tarixdə saat 11:00-da Suraxanı RPl-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 2 ünvanda saxlanılaraq ünvan 3nda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilib orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli üzəri ağ-qara sapla işləməli olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 180,2 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs dediyi üzrə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində dəniz kənarında iki ədəd qaya parçasının arasımdan 01 ədəd bükümdə təmiz çəkisi 840,9 qram üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, bir müddətdir ki, narkotik maddə olan heroindən istifadə edir. Lakin, üzərində 1 kq narkotik vasitə olmayıb. İttiham aktında yazılanlar hamısı yalandır. Üzərindən çıxan narkotik vasitə ona aid olmayıb. Polislər tərəfindən təzyiqə məruz qalmış və polis bölməsində döyülmüşdür. İstintaq təcridxanasına daxil olanda üzərində xəsarətlər olmuşdur. Polislərin onun üzərinə nəyə görə narkotik vasitə qoyduğunu bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunub araşdırılmış ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə ilkin olaraq özünü qismən təqsirli bilərək göstərmişdir ki, bir müddətdir ki, narkotik maddə olan heroindən istifadə edir. Həmin narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Sonuncu dəfə təxminən bir neçə gün əvvəl adını və ünvanını bilmədiyi İİR-nın vətəndaşı mənimlə əlaqə saxlayaraq deyəcəyi yerdən narkotik maddəni götürüb Əhmədli metrostansiyasının yaxınlığında eyəcəyi başqa bir şəxsə verməyi qarşılığında 1000 manat pul ona verməyi təklif etmiş və o da bu təkliflə razılaşmışdır. Bundan sonra 27 yanvar 2023-cü ildə həmin İİR-nın vətəndaşı olan şəxsin göstərişi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olan dənizkənarına gəlmiş və orada iki ədəd iri qaya parçasının arasında onu dediyi narkotik vasitəni tapmışdır. Həmin narkotik vasitədən bi raz öz istifadəsi üçün götürmüş, qalanını da onun deycəyi vaxtda deyəcəyi şəxsə çatdırmalı olmuşdur. Biraz sonra təxminən saat 11 radələrində Surxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək 30-cu PŞ-nə getməyi təklif etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə 30-cu PŞ-nə gəlmişdir. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Dövlət hesabına müdafiəçi dəvət edildikdən sonra ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O isə əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümü və əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd üst ekranı çatmış vəziyətdə olan “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmiş və həmin bükümün içərisində heroin solduğunu, onu öz şəxsi istifadəsi üçün tanımadığı İİR-nın vətəndaşından əldə etdiyini və sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə baxış keçirildmiş, lakin qanunsuz heç bir əşya və ya maddə aşkar olunmamışdır. Ondan aşkar edilmiş 1 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib ec.ilmiş protokol və qablaşdırılmış zərf o və digər iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan sonra sorğu zamanı dəniz kənarında da İİR-nın vətəndaşına məxsus narkotik maddə olduğunu və onu da təqdim edə biləcəyini demişdir. Sonra polis əməkdaşları və vəkili ilə birlikdə Suraxanı rayonu, Hovsan qəsəbəsi, O.Şabanov küçəsində dəniz kənarına getmişlər və orada iki ədəd iri qaya parçasının arasında gizlətdiyi bir ədəd bağlamanı çıxarıb təqidm etmiş və həmin bağlamanın da içərisində heroin olduğunu, onu həmin İİR-nın vətəndaşı olan şəxsin həmin yerə qoydurduğunu, həmin İİR-nın vətəndaşı olan şəxslə bu narkotik maddəni Əhmədli qəsəbəsində deyəcəyi şəxsə çatdırmaq qarşılığında 1000 manat pul alacağı barədə razılaşdığını bildirmişdir. Həmin bağlama da polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitəni də həmin narkotik maddədən götürmüşdür ki, hissə-hissə istifadə etsin. O, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Həmin şəxsin danışığından İran İslam Respublikası vətəndaşı olduğunu bilmiş, lakin adını və digər məlumatlarını bilməmiş və onu görməmişdir. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs xidməti vəzifəsi ilə əlaqədar olaraq tanıyır, onunla heç bir ədavəti və yaxınlığı yoxdur. 28 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Bu barədə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Şöbənin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirildi. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd narkotik vasitə kakos yəni, heroin bükümü çıxarıb təqdim etdi. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşuldu. O da narkotik vasitənin heroin olduğunu və iranlı şəxsdən aldığını dedi. Bundan sonra protokol tərtib olundu. Bütün iştirakçılar protokolu imza etdilər. Qeyd və etiraz daxil olmadı. Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə onun özünün olub. Özü də bünu etiraf edib. Şahid Həmzəyev X6 RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini bildirib Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadələrində göstərdiyi halları təsdiq etdi. Məhkəmədə elan olunub araşdırılmış 26 yanvar 2023-cü il tarixli Şahid1 “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı onun əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd büküm və əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli üzəri ağ-qara sapla işləməli olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü və əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün İçərisində heroin kimi tanıdığı narkotik maddə olması və həmin narkotik maddənin 27 yanvar 2023-cü il tarixdə sosial şəbəkədə tanış olduğu İİR-nın vətəndaşı olan tanımadığı şəxsin göstərişi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində dəniz kənarında gizlədildiyi yerdən əldə etdiyini, həmin narkotik vasitədən başqa Hövsan qəsəbəsi, O.Şabanov küçəsində dəniz kənarında gizlədilmiş yerdə bir ədəd bükümdə əlavə narkotik vasitə olduğunu və həmin narkotik vasitəni də təqdim edə biləcəyini deməsi, bundan sonra aşkar edilmiş həmin bir ədəd büküm və bir ədəd mobil telefonun götürülərək qablaşdırılması, daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırlmış 28 yanvar 2023-cü il tarixli maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində dəniz kənarında iki ədəd daşın arasından bir ədəd bağlama aşkar edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırlmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/524 saylı 28 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N2İ94” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs götürülmüş maddi sübut... “ yazısı və imzalar olan iki ədəd paketdəki təmiz çəkisi 180,2 qram və 840,9 qram olmaqla, ümumi təmiz çəkisi 1021,1 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə Təqsirləndirilən şəxs bölmədə polis əməkdaşlarının ona qarşı zorakılıq etdiyini, ittihamda göstrilən narkotik vasitənin ona aid olmadığını göstərdi. Məhkəmə Təqsirləndirilən şəxs həmin iddialarını müzakirə etdikdə onun bu iddiaları təsdiqini tapmadı, əksinə onun ifadələrində göstərdiyi həmin hallar onun özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, şahidlər Şahid1 və Şahid2 oğlunun ifadələri ilə təkzib olundu. Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra zorakılıq edilmədiyini göstərdilər. Onların bu ifadələri təqsirləndirilən şəxsin özünün ibtidai istsintaq zamanı verdiyi ilkin ifadələri, “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokolla və ona əlavə edilmiş CD disklə, ekspert rəyləri, maddi sübut və işin faktiki halları sübüta yetirildi. Məhkəmə göstərilən halları nəzərə alıb, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın inkarına yönələn ifadələrini onun özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı fiziki və psixi zorakılıq edilməsi barədə məhkəmədə verdiyi ifadəsi təsdiqini tapmadı. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası 234.4.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətələrində ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə onun təqsirli bilinməsini və cinayət qanunda nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 55 (əlli beş) hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 330 (iki yüz on) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, onun müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunmasını, ekspertizasının keçirilməsinə sərf edilmiş 114 (yüz on dörd) manat vəsaitin Təqsirləndirilən şəxs məhkəmə məsrəfi qismində tutulub dövlət büdcəsinə qaytarılmasını, əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1020,8 qram narkotik vasitə olan heroinin sərəbsət dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 02 (iki) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 yanvar 2023-cü il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Məlikov X2 rayon məhkəməsinin 21 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Xəzər rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 03 ay 09 gün vaxtından əvvəl şərti azad olunmaqla məhkumluğu ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə icraata xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istsisntaq zamanı etirafedici ifadələr verib cinayət əməlinin açılmasında iştirak etməsini onun cəzasını yünülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 05 may 2023-cü il tarixli, 2375 nömrəli rəyindəndən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 28 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləğin ödənilməsindən azad olunsun, ondan 114 (yüz on dörd) manat tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddə heroin ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq qalmış 1020,8 qram heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və ünvana baxış keçirmə və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd rəqəməsal vidio disk «DVD» diskinin cinayət işinin materiallarında saxlanılsın Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1437/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1437/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver