Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1438/2022 29.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X9, müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 16 avqust 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİİ qrup gözdən əlil, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs ölkə ərazisində narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda, şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd" adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və yerdə “Məhəmməd” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. Nəsimi RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 aprel 2022-ci il tarixdə, saat 10:25-də o, ünvan 2 ünvanının qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsininin inzibati binasına gətirilmiş və orada onun üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 502,7 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, onun üzərində ittiham aktında qeyd edilən miqdarda, yəni 502 qram miqdarda narkotik vasitə heroin aşkar edilməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən yaşadığı evin içində saxlanılmışdır. Belə ki, o, polis əməkdaşları tərəfindən tutulduğu gün yaşadığı evin qapısının döyüldüyünü eşitmişdir. O, qapıya yaxınlaşıb qapının gözlüyündən baxmışdır. O, qarşı tərəfdə polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları ondan qapını açmasını tələb etmişlər. O da qapını açmışdır. Bu zaman polislər onun əllərini dərhal qandallamışlar. O, evdə tək yaşamışdır. Onun qardaşı onunla qonşu olmuşdur. Baş verənləri onun qardaşı görmüşdür. Onun evində polis əməkdaşları tərəfindən axtarış keçirilmişdir. Lakin evdə qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Bu səbəbdən də polislər onu Nəsimi rayonu ərazisində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsində onun qarşısına 1 (bir) paket qoyulmuş və ona demişlər ki, “bunun içərisindən çıxan narkotik vasitə sənindir, bunu qəbul etməlisən, yoxsa sənin qardaşını da tutacayıq”. O da qardaşının tutulacağından qorxaraq polislərin dedikləri ilə razılaşmışdır. Onun qardaşı fəhlədir. O, qardaşının tutulmasını istəməmişdir. O, özü də sənətkar, yəni qalayçı işləmişdir. O, polislər tərəfindən məruz qaldığı psixoloji təzyiqin nəticəsində polislərin dedikləri ilə razılaşmışdır. O, polislər tərəfindən saxlanıldığı zaman və sonradan döyülməmiş, o, gözdən əlil olduğundan polislər onu döyməmişlər. O, qalayçı işləmiş, yəni mis qablar hazırlamış, öz zəhməti ilə yaşamışdır. Onun bir qonşusu olmuş, adı Vüsal, soyadı isə Abdullayev olmuşdur. Həmin şəxs onunla yola getməmişdir. Vüsalın qohumları polisdə işləyir, o, səhv etmirsə Vüsalın həmin qohumu hansısa rayon Polis İdarəsində rəis müavini vəzifəsində işləyir. O, düşünür ki, bütün bu hadisələr onun başına Vüsal Abdullayevin sifarişi ilə gətirilmiş və nəticədə o, şərlənərək tutulmuşdur. Vüsal Abdullayevin ondan xoşu gəlməmiş, buna görə də onu bəlkə də Vüsal tutdurmuşdur. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Nəsimi RPİ-nin X2 əməliyyat müvəkkili işləyir. O, xx.xx.2022-ci il tarixdə xidmətdə olduğu vaxt mötəbər mənbədən “Əli” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, istifadə etməsi, üzərində saxlayaraq daşıması, tanışı narkomanlara və digər şəxslərə həmin vasitələri satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonra bu barədə rəhbərliyə raportla məruzə edilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və “Əli” adlı şəxsin qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna onunla birlikdə Nəsimi RPİ-nin X2 əməliyyat müvəkkili işləyən Şahid2 daxil olmuşdur. Həmin gün təxminən saat 10:00 radələrində o, Şahid2 birlikdə ünvan 4 ünvanın yaxınlığına getmişdir. Həmin gün saat 10:25-də onlar əməliyyat məlumatında göstərilmiş şəxsin əlamətlərinə uyğun bir nəfər şəxsin onlara tərəf gəldiyini görmüşlər. Bundan sonra o, Şahid2la birlikdə həmin şəxsə yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsdən üzərində hər hansı qanunsuz əşyanın olub-olmamasını soruşmuşlar. Həmin şəxs də üzərində qadağan olunmuş əşyanın olmadığını onlara bildirmişdir. Sonra onlar məsələnin araşdırılması məqsədi ilə həmin şəxsi Nəsimi rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxs də onlara etiraz etməyərək onlarla birlikdə Nəsimi rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində onların saxladıqları şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Sonra araşdırmanın aparılması təhqiqatçıya həvalə olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bağlamanı, 1 (bir) ədəd ödəniş kartını, 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu çıxararaq onlara təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanın içində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 2022-ci ilin aprel ayının əvvəlində üzdən tanımadığı, lakin özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən "Məhəmməd” adlı şəxsdən nisyə aldığını, yəni həmin vasitəyə görə əvvəlcədən 150 manat məbləğində pulu “Məhəmmədə” ödədiyini, qalan məbləği isə həmin vasitəni satdıqdan sonra verəcəyini, 150 manat pulu “Məhəmməd” adlı şəxsə ödədikdən sonra təqdim etdiyi narkotik vasitəni “Məhəmməd” adlı şəxsin dediyi yerdən, yəni Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Nəbz” klinikasının yanında olan zibil qutularının yanından gedib götürdüyünü bildirmişdir. Bundan sonra aşkar edilmiş vasitə qablaşdırılaraq götürülmüşdür. Sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 aprel 2022-ci il tarixli təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5) görünür ki, “Əli” adlı şəxsin barəsində əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 aprel 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 9) görünür ki, həmin Təqsirləndirilən şəxs saat 10:25 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 30 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-yə aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 20-21) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 24-25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında qərardan (cild 1, iş vərəqə 43-44) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 49-56) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd dairəvi formada sellofan bükümdə üzəri sarımtıl rəngli yapışqanlı skoçla skoçlanmış içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan büküm və göy rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd “Umico” plastik bank kartı, habelə özünə məxsus şəxsiyyət vəsiqəsi və şalvarının sağ yan cibindən “Samsung Galaxy G4” markalı mobil telefonu çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1921 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 64-65) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış....." yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 502,7 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 77-78) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 aprel 2022-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-194/2022 saylı qərarından (cild 1, iş vərəqə 99-103) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 aprel 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 aprel 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 105-116) görünür ki, baxışda ilkin olaraq "mesaj” mobil tətbiqinə baxış keçirilmiş və "rosen” adı kimi yazılan **********40 saylı mobil nömrə sahibi ilə yazışmalara diqqət yetirildikdə həmin yazışmada “Rovsen” adlı şəx X5 “smojesh mne 1 kolu, 1 patı dat?, “a dengami ili na ili 10 nujna kola”, “Ali 3 kola 2 pati nujna pridti mne ili kuk? Ya toraplus silna” “ali 10 mnat yest brat kola yest?” yazışmaları aşkar olundu. Təqsirləndirilən şəxs həm rus, həm də azərbaycan dillərini bildiyini bildirib danışıq zamanı rus dilli şəxslərlə satışı həyata keçirərəkən rus dilində də danışdığını və satışı rus dilnclo həvata keçirdiyini bildirdi. Lakin "Rosen” adlı şəxsin anket məlumatları barədə daha ətraflı məlumatının olmadığını bildirmişdir. “Maks” adı altında yazılaraq **********53 saylı mobil nömrə istifadəçisi ilə yazışma zamanı sonuncu şəxs Təqsirləndirilən şəxs “Ali kola nujna. ostalas ya pridu vazmu?, Ali kola nujna ostalas u tebya? Cavabında isə Əli “Maks” adlı şəxsə "ya na nule, u nas opyat tovar snizili ya tolko şto priexal. Maks isə cavabında "bla piz..ch poqovarı s zakladçikopm şto nenaşel tovar pust perezaklad sdelat. Daje 1 çeta netu?” Təqsirləndirilən şəxs həmin şəxslərin anket məlumatları barədə məlumat verməyərək susmuşdur. Həmin fayla baxış keçirilən zaman “Soltan” adı altında mobil telefona adı yazılan ********** saylı mobil telefon istifadəçisi "Qaqaş patı var?” deyə müraciət etməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs həmin adamı tanımadığını bildirdi. Daha sonra həmin faylda iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilmədi. Ardınca Votsap mobil tətbiqinə daxil olunaraq orada mesajlaşmalara baxıldı və "Vüsal Ako” adlı ilə yazılmış şəxslə olan danışıqlar zamanı "Salam Əli necəsən Əli bizə 1 qram lazımdı ama pulu sabah versəm olar qaqa”, daha sonra yazışmalarda "05 kola 10luq patı hansı almır de esas kolaya üstünlük ver” cavabında isə Təqsirləndirilən şəxs “Sabirli olun inşallah indi zəng edib deyərəm” deyə cavab yazır. Daha sonra səsli mesajlarda müxtəlif vaxtlarda narkotik vasitənin satışını özündə göstərən səsli yazışmalar və şəkillər öz əksini tapır. Təqsirləndirilən şəxs bir daha narkotik vasitə satdığını etiraf edərək həmin şəxs barədə məlumat verməkdən imtina etdi. Bundan sonra “Qadir” adı altında ********** saylı mobil nömrə isifadəçisi ilə olan yazışmalarına baxış keçirilən zaman sonuncu ilə aralarında olan danışıq zamanı narkotik vasitə almaq üçün pul istəməkləri öz əksini tapmışdır. Bundan başqa “edem” adı altında mobil tətbiqdə adı yazılan +**********40 saylı mobil nömrə sahibi ilə aralarında olan səsli dialoqda sonuncu ilə narkotik vasitələrin alqı satqısı öz əksini tapmış və 06 aprel 2022-ci il tarixdə olan səs yazışmasında həmin şəxs artıq Təqsirləndirilən şəxs narkotik vasitənin Məhəmməd adlı şəxsdən alıb satmasını ona məsləhət görür. Bundan başqa, Təqsirləndirilən şəxs mobil telefonunda adını yazmadığı ********** və ********** saylı mobil nömrə sahibləri ilə səsli dialoqdan görünür ki, Təqsirləndirilən şəxs həmin şəxslərə narkotik vasitə satır. Təqsirləndirilən şəxs narkotik vasitə satmasını bir daha etiraf edərək həmin narkotik vasitəni Məhəmmməd adlı şəxsdən alaraq satışını həyata keçirdiyini və əldə olunan pulu isə Məhəmməd adlı X7 vətəndaşı ilə böldüyünü bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 aprel 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 118-119) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 502,5 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, “Samsung Galaxy G4” markalı mobil telefonun maddi sübut qismində tanınması və saxlanılması üçün Nəsimi RPİ-nin Növbət Hissəsinə təqdim edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 may 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 124-126) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunsa da, hazırki cinayət işi üzrə cinayət hadisəsi baş verən zaman onun üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3014 nömrəli rəyindən (cild 1, iş vərəqə 143-144) görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 1595 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 141-142) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 148-156) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunması və ona həmin maddələr ilə ittiham elan olunması, “Məhəmməd” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işini materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 206.3.2 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanmasına xitam verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan (cild 1, iş vərəqə 164-165) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclaslarında onun əleyhinə əldə olunmuş sübutları, habelə ona qarşı irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Əliyev X8 RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 aprel 2022-ci il tarixdə, saat 10:25-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsininin inzibati binasına gətirilmiş və orada onun üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 502,7 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroini satmaq məqsədi ilə müxtəlif şəxslərlə danışıq aparması, müxtəlif şəxslərin ona narkotik vasitə və psixotrop maddələrin “alqı-satqısı” barədə mesajlar yazması, eyni zamanda müxtəlif jarqon sözlərdən istifadə olunmaqla xeyli sayda bu istiqamətdə danışıq aparması ona məxsus mobil telefonda aşkarlanmış sübutlar əsasında təsdiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsdən külli miqdarda, yəni 502,7 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsini, aşkarlanmış narkotik vasitənin ümumi çəkisinin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin istifadə dozasından həddən artıq çox olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs bu əməlləri isə özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozitiv şərtləri ilə əhatə olunduğundan, məhkəmə belə qənaətə gəlir ki, onun əməllərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin bütün zəruri tərkib əlamətləri vardır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 3-cü qrup gözdən əlil olmasını (iş materiallarında bununla bağlı sübut olmasa da, təqsirləndirilən şəxsin bir gözünün olmaması açıq-aşkar görünür) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaya əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Odur ki, ona cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan və Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy G4” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 502,5 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiirlməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan və Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy G4” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 502,5 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiirlməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1438/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1438/2022
29.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver