Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1439/2021 04.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X36 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 (xx.xx.1978-ci il tarixdə İsmayıllı rayonunun Burovdal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 (xx.xx.1993-cü il tarixdə Salyan rayonu, Şikarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, məhkumluğu olmayan, Səbail rayon, 7 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyində fəhlə işləyən, Salyan rayonunun Şəkərli kəndində qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 , qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini vahid niyyətlə təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən vahid niyyətlə təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Belə ki, o özbaşına özünü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, özü barəsində yaratdığı etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə, 2020-ci ilin iyul ayının əvvəllərində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 9 ilə endirilmiş qohumu X8 cəza müddətinin azaldılmasında köməklik göstərilməsi üçün 2020-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs2 vasitəsi ilə özünə müraciət etmiş Şahid1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu, həmin münasibətlərdən istifadə edərək Anar Əhədov barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını 2 il 4 ay müddətində azaltmaq imkanına malik olmalarına dair yalan vəd edib həmin məsələnin müsbət həll olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar Anar Əhədovun xeyrinə edəcəyi hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 11.000 (on bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, Şahid1 özləri barəsində yaratdıqları inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Şahid4 küçəsində Təqsirləndirilən şəxs2 vasitəsi ilə 600 (altı yüz) manat, eyni niyyətlə 2020-ci ilin iyul ayının əvvəllərində Kürdəmir şəhərinin mərkəzi dairəsinin yaxınlığında yerləşən “Dost” kafesində 5.000 (beş min) manat, eyni niyyətlə 2020-ci ilin iyul ayının ortalarında ünvan 5 ünvanında Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2.000 (iki min) manat məbləğində Anar Əhədovun arvadı Şahid2 məxsus pul vəsaitini Şahid1 aldıqdan sonra, 2020-ci ilin noyabr ayının əvvəllərində Şahid2 yaşadığı ünvan 6 ünvanında Anar Əhədovun məsələnin müsbət həlli üçün sonuncuya hüquqi yardımın göstərilməsi ilə bağlı əlavə olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaitinin vəkilə verilməsi zərurətinin yarandığı aldatmaqla bildirib, özləri barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək Şahid2 ilə razılaşıb, həmin adla 2020-ci ilin noyabr ayının əvvəllərində ünvan 6 ünvanında Şahid2 500 (beş yüz) manat məbləğində pul vəsaitini alaraq, aldıqları pul vəsaitlərini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə Şahid2 məxsus cəmi 8.100 (səkkiz min bir yüz) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Anar Əhədovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə Şahid2 və Şahid1 təhrik etmiş, sonuncular aldadıldıqlarını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid2 məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus cəmi 11.000 (on bir min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, həmin hərəkətləri ilə xüsusi xidmət orqanı qismində Dövlət Təhlükəsizliyi Xidmətini əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, özbaşına özünü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə ünvan 7 ünvanda yerləşən yaşayış sahəsinin özəlləşdirilməsində köməklik göstərməsi üçün 2020-ci ilin iyul ayının əvvəllərində özünə müraciət etmiş Şahid1 Bakı şəhər İcra Hakimiyyətində yüksək vəzifədə işləyən şəxslə yaxın münasibətinin olduğunu bildirib, həmin münasibətlərdən istifadə edərək qeyd olunan yaşayış sahəsinin rəsmi qaydada sənədləşdərilməsini həyata keçirmək imkanına malik olmasına dair yalan vəd edib, qeyd olunan məsələnin müsbət həll olunması üçün Bakı şəhər İcra Hakimiyyətində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 26 iyul 2020ci il tarixdə ünvan 8 ünvanında yerləşən Bakı şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında 7.000 (yeddi min) manat, eyni niyyətlə, 2020-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Əziz Əliyev küçəsində yerləşən «Qoşa qala qapıları» adlanan ərazidə 5.000 (beş min) manat, eyni niyyətlə, 2020-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nizami küçəsi ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən “Nərgiz” TM-nin yaxınlığında 1.800 (bir min səkkiz yüz) manat, eyni niyyətlə, 2020-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində 1.700 (bir min yeddi yüz) manat pul vəsaitini Şahid1 şəxsən alıb, eyni niyyətlə 14.09.2020-ci il tarixdə özünün tapşırığı ilə cinayətdən xəbərsiz X12 adına "xxxx" Kommersiya Bankı ASC-yə aid 5243 **** **** **29 nömrəli plastik kartına ünvan 10 ünvanında yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Şahid1 tərəfindən köçürülməsinə nail olub həmin pul vəsaitini Bakı şəhərinin ərazisində yerləşən bankomatdan nağdlaşdırıb çıxarmaqla, eyni niyyətlə, 2020-ci ilin sentyabr ayının ortalarında Səbail rayonu, Badamdar qəsəbəsi, İpək Yolu ünvanında yerləşən “Avtomobil” bazarının yanında tərəfindən göndərilmiş istintaqla şəxsiyyəti müəyyən edilməyən taksi sürücüsü vasitəsi ilə Şahid1 1.500 (bir min beş yüz) manat alıb, eyni niyyətlə, 21.09.2020-ci il tarixdə özünün tapşırığı ilə cinayətdən xəbərsiz X12 adına "xxxx" Kommersiya Bankı ASC-yə aid 5243 **** **** **29 nömrəli plastik kartına ünvan 10 ünvanında yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə 500 (beş yüz) manat, 05.10.2020-ci il tarixdə özünün tapşırığı ilə cinayətdən xəbərsiz X12 adına olan "xxxx" Kommersiya Bankı ASC-yə aid həmin plastik karta ünvan 10 ünvanında yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Şahid1 tərəfindən köçürülməsinə nail olub həmin pul vəsaitini Bakı şəhərinin ərazisində yerləşən bankomatdan nağdlaşdırıb çıxarmaqla, eyni niyyətlə, 12.11.2020-ci il tarixdə özünün tapşırığı ilə cinayətdən xəbərsiz Şahid5 adına olan "xxxx" ASC-yə aid 5103 **** **** **04 nömrəli plastik kartına Bakı şəhəri, Neftçilər prospekti 77 ünvanında yerləşən A.Şaiq adına “Kukla” Teatrının yaxınlığında olan “Milliön” ödəmə terminalı vasitəsi ilə 1.500 (bir min yeddi yüz) manat məbləğində pul vəsaitinin Şahid1 tərəfindən köçürülməsinə nail olub həmin pul vəsaitini 12.11.2020-ci il tarixdə ünvan 13 ünvanında yerləşən bankomatdan nağdlaşdırıb çıxarmaqla, eyni niyyətlə, 2020-ci ilin noyabr ayının ortalarında Qaradağ rayonu, Lökbatan dairəsinin yaxınlığında tərəfindən göndərilmiş istintaqla şəxsiyyəti müəyyən edilməyən sürücü vasitəsi ilə Şahid1 1.500 (bir min beş yüz) manat almaqla, həmçinin, eyni niyyətlə, 2020-ci ilin noyabr ayının sonlarında Daşınmaz Əmlak Xidmətində yüksək vəzifədə işləyən şəxslə yaxın münasibətlərinin olduğunu bildirib, həmin münasibətlərdən istifadə edərək qeyd olunan yaşayış sahəsinə dair çıxarış almaq imkanına malik olmasına dair Şahid1 yalan vəd edib, qeyd olunan məsələnin müsbət həll olunması üçün Daşınmaz Əmlak Xidmətində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 11.000 (on bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncuya aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin noyabr ayının 27-də özünün tapşırığı ilə cinayətdən xəbərsiz X12 adına olan "xxxx" Kommersiya Bankı ASC-yə aid 5243 **** **** **29 nömrəli plastik kartına Bakı şəhəri, Bül-bül prospekti 13 ünvanında yerləşən “Sahil” metrostansiyasının yaxınlığında olan “Milliön” ödəmə terminalı vasitəsi ilə 10.800 (on min səkkiz yüz) manat məbləğində pul vəsaitinin Şahid1 tərəfindən köçürülməsinə nail olub həmin pul vəsaitini Bakı şəhərinin ərazisində yerləşən bankomatdan nağdlaşdırıb çıxarmaqla, ümumilikdə qeyd edilən qaydada Şahid1 məxsus cəmi 32.300 (otuz iki min üç yüz) manat məbləğində pul vəsaitini ələ keçirib, şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla aldatma və etibardan sui-istifadə etmə yolu ilə əmlakını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə vahid niyyətlə sonuncunu təkrarən təhrik etmiş, həmin hərəkətləri ilə xüsusi xidmət orqanı qismində Dövlət Təhlükəsizliyi Xidmətini əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri vahid niyyətlə törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, özbaşına özünü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X5 əlillik qrupu ilə bağlı müavinətin düzəldilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin iyul ayında cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə özünə müraciət etmiş Şahid3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu, həmin münasibətlərdən istifadə edərək, Rəsmiyyə İsparovaya müavinətin verilməsini təmin etmək imkanına malik olmasına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Rəsmiyyə İsparovanın xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 05.10.2020-ci il tarixdə özünün tapşırığı ilə cinayətdən xəbərsiz X12 adına olan "xxxx" Kommersiya Bankı ASC-yə aid 5243 **** **** **29 nömrəli plastik kartına ünvan 10 ünvanında yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə 1.000 (bir min) manat məbləğində pul vəsaitinin cinayətdən xəbərsiz Şahid1 tərəfindən köçürülməsinə nail olduqdan sonra, eyni niyyətlə, guya Rəsmiyə İsparovanın tibbi müayinədən keçirilməsi üçün əlavə olaraq ƏƏSMN-da yüksək vəzifədə işləyən yaxın münasibətlərinin olduğunu şəxsə özü vasitəsi ilə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu aldatmaqla 20 noyabr 2020-ci il tarixdə Şahid3 bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin adla, 20.11.2020-ci il tarixdə özünün tapşırığı ilə cinayətdən xəbərsiz Şahid5 adına olan "xxxx"-ASC-yə aid 5103 **** **** **04 nömrəli plastik kartına Cəlilabad şəhərində yerləşən “Rəmzi” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Şahid3 tərəfindən köçürməsinə nail olaraq, həmin pul vəsaitini 23 noyabr 2020-ci il tarixdə ünvan 13 ünvanında yerləşən bankomatdan nağdlaşdırıb çıxarmaqla, sonuncuya məxsus cəmi 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib, şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus əmlakı vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Rəsmiyyə İsparovanın xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə vahid niyyətlə Şahid3 və Şahid1 təkrarən təhrik etmiş, həmin hərəkətləri ilə xüsusi xidmət orqanı qismində Dövlət Təhlükəsizliyi Xidmətini əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri vahid niyyətlə törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini vahid niyyətlə təhrik etmişdir. Belə ki, o, özbaşına özünü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, özü barəsində yaratdığı etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə, 2020-ci ilin iyul ayının əvvəllərində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 9 ilə endirilmiş qohumu X8 cəza müddətinin azaldılmasında köməklik göstərilməsi üçün 2020-ci ilin iyul ayının əvvəllərində özünə müraciət etmiş Şahid1 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işləyən kimi təqdim etdiyi tanışı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə guya yaxın münasibətlərinin olduğunu, həmin münasibətlərdən istifadə edərək Anar Əhədov barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını 2 il 4 ay müddətində azaltmaq imkanına malik olmalarına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar Anar Əhədovun xeyrinə edəcəyi hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 11.000 (on bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, Şahid1 özləri barəsində yaratdıqları inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Şahid4 küçəsində 600 (altı yüz) manat, eyni niyyətlə 2020-ci ilin iyul ayının əvvəllərində Kürdəmir şəhərinin mərkəzi dairəsinin yaxınlığında yerləşən “Dost” kafesində Təqsirləndirilən şəxs1 vasitəsi ilə 5.000 (beş min) manat, eyni niyyətlə 2020-ci ilin iyul ayının ortalarında ünvan 5 ünvanında 2.000 (iki min) manat məbləğində Anar Əhədovun arvadı Şahid2 məxsus pul vəsaitini Şahid1 aldıqdan sonra, 2020-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 vasitəsi ilə Şahid2 yaşadığı ünvan 6 ünvanında Anar Əhədovun məsələnin müsbət həlli üçün sonuncuya hüquqi yardımın göstərilməsi ilə bağlı əlavə olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaitinin vəkilə verilməsi zərurətinin yarandığı aldatmaqla bildirib, özləri barəsində yaratdığı inam və etibardan suiistifadə edərək Şahid2 ilə razılaşıb, həmin adla 2020-ci ilin noyabr ayının əvvəllərində ünvan 6 ünvanında Şahid2 500 (beş yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 vasitəsi ilə alaraq, aldıqları pul vəsaitlərini qabaqcadan əlbir olduğu sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə Şahid2 məxsus cəmi 8.100 (səkkiz min bir yüz) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Anar Əhədovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə Şahid2 və Şahid1 təhrik etmiş, sonuncular aldadıldıqlarını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid2 məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus cəmi 11.000 (on bir min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ilk gündən ibtidai istintaqın gedişindən narazı olmuş və müstəntiq çox səhvlər etmişdir. Şahid1 onunla Mərhəmət tanış etmişdir. Samirin qohumu Mətanətin yoldaşı Anar həbs olunmuş, onun cəzasını qanuni yolla aşağı saldırmaq istəmişdir. Bununla bağlı Samir “Dost kafesində” ona 5000 manat pul vermişdir. Lakin sonradan Samir həmin işi görməyini dayandırmağı deməsinə görə həmin işlə məşğul olmamışdır. 2020-ci ilin iyul ayında Şahid1 onunla əlaqə saxlayaraq, yaşadığı Səbail rayonu ərazisində yerləşən keçmiş Gürcüstan səfirliyinin inzibati binasında olan yaşayış sahəsini özəlləşdirmək istədiyi bildirmişdir. Özəlləşdirmə ilə əlaqədar Samirdən 35000 manat pul almışdır. O həmin ünvanla bağlı məlumat topladıqda, həmin binanın FHN-də qəzalı vəziyyətdə olmasının qeydə alındığını öyrənmişdir. O özünü heç kimə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin işçisi kimi təqdim etməmişdir Samirdən aldığı pulları hissə-hissə qaytarmaq istəmiş, lakin Samir pulu almaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 7 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyində işləyən Təqsirləndirilən şəxs2 ilə 2019-cu ildə tanış olmuş və həmin zamandan aralarında dost münasibətləri yaranmışdır. Adlarını bildirmək istəmədiyi DTX-in əməkdaşları ilə münasibəti olduğundan Təqsirləndirilən şəxs2 onun da həmin qurumda işlədiyini fikirləşmiş, lakin o, DTX-də işləməmiş, nə də ki, qeyd olunan qurumda işləməsini Mərhəmətə bildirməmişdir. 2020-ci ilin iyun ayında Təqsirləndirilən şəxs2 ona iş yoldaşı Şahid1 işdən çıxarıldığını və sonuncuya kömək olmaq üçün Birliyin rəisi ilə danışmağını istəmişdir. O da Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi ilə əlaqə saxlamış və Şahid1 işə bərpa olunmasını xahiş etmişdir. Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi təmənnasız olaraq Şahid1 işə bərpa etmişdir. O, Samir Səfərldiyə də özünü DTX-nın əməkdaşı kimi təqdim etməmişdir. Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi öz istəyi ilə Şahid1 işə qəbul etmiş, o, yalnız şifahi qaydada sonuncudan xahiş etmişdir. 2020-ci ilin iyul ayında Təqsirləndirilən şəxs2 qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş Şahid1 qohumu, Anar Əhədovun azadlığa buraxılmasında köməklik etməyini ondan istəmişdir. Bununla bağlı o, Təqsirləndirilən şəxs2 həmin məsələnin həll olunması üçün 32.000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Lakin Şahid1 həmin məbləğini verməyə razı olmadığı üçün Təqsirləndirilən şəxs2 11.000 manat müqabilində Anar Əhədov barəsində təyin olunmuş cəzanın 2 il 4 ay müddətində azalda biləcəyini və ilkin olaraq 5000 manat məbləğində vəsaitin əvvəlcədən verilməli olduğunu demişdir. Anar Əhədovun məsələsini məhkəmə vasitəsi ilə həll etməyi fikirləşmiş, lakin dəqiq yolunu əvvəlcədən bilməmişdir. 2020-ci ilin iyul ayında Kürdəmir şəhərində yerləşən kafedə Şahid1 ilə görüşmüş, görüş zamanı sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs2 və tanımadığı daha bir şəxs də gəlmişdir. Qeyd olunan zaman Şahid1, Anar Əhədovun işi bağlı ona 5000 manat pul vermişdir. Bununla yanaşı, 2020-ci ilin sentyabr ayında həmin məsələ ilə bağlı Şahid1 3000 manat əvəzinə Təqsirləndirilən şəxs2 vasitəsi ilə ona 1300 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs2 həmin vəsaiti Xırdalan qəsəbəsində yerləşən Avtovağzalın yaxınlığında ona vermişdir. Daha sonra, o, Anar Əhədovun arvadı Şahid2 Salyan şəhərində yerləşən evinə getmiş və həmin zaman sonuncu ərinin işi ilə bağlı ona 500 manat pul vermişdir. Anar Əhədovun məsələsi ilə bağlı iş görməməsinin səbəbi Şahid1 özünün sonuncuya kömək etməyi dayandırmağını istəməsi olmuşdur. Anar Əhədovun işi ilə bağlı o, ümumilikdə 6800 manat məbləğində pul almışdır. 2020-ci ilin iyul ayında Şahid1 yaşadığı Səbail rayonunda ərazisində yerləşən keçmiş Gürcüstan səfirliyinin inzibati binasında olan yaşayış sahəsini özəlləşdirmək istədiyini bildirmişdir. Həmin ünvanla bağlı məlumat topladıqda, qeyd olunan binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar FHN-də qeydiyyata alındığını öyrənmişdir. Həmin məsələsini qeyd olunan sahəyə nəzarəti keçirərən, dəqiq bilmədiyi müvafiq dövlət qurumu vasitəsi ilə həll etmək istəmişdir. 2020-ci ilin iyul ayında Şahid1 tanımadığı şəxslə birlikdə yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Bakı şəhər icra hakimiyyətinin yanında 7000, bundan sonra həmin ayda “Qoşa Qala” adlanan ərazidə 4000 manat ona pul vermişdir. 2020-ci ilin avqust ayında Bakı şəhərində ünvanını xatırlamadığı yerdə Şahid1 ilə görüşmüş və sonuncu ona 1500 manat məbləğində pul vermişdir. Həmin məsələ ilə bağlı Şahid1 pulu göndərməsi üçün qeyri rəsmi qaydada ər-arvad münasibətlərində olduğun Nazlı Rüstəmlinin övladı Kamal Rüstəmlinin və sonuncun tanışı Şəhriyar adlı şəxsin kartlarının şəkillərini göndərmişdir. Şahid1 bir necə dəfə dəqiq məbləğini xatırlamadığı pulları kartlara vəsait köçürtmüş və həmin məbləğlərin hamısı ona aid olmuşdur. X35 nə də ki, Şəhriyar adlı şəxs özlərinə pul götürməmişlər, eləcə də o, sonunculara pul verməmişdir. Sonuncu dəfə Şahid1 ona çatması üçün karta 10800 manat məbləğində pul köçürtmüşdür. Ümumilikdə mənzilin özəlləşdirilməsi ilə bağlı Şahid1 ona təxminən 26.000 manat pul göndərmişdir. Bundan başqa, 2020-ci ilin iyul ayında Şahid1 qohumu Rəsmiyyə İsparovanın əlillik dərəcəsi ilə bağlı aldığı müavinətin dayandırıldığını və ümumilikdə aldığı müavinətin geri qaytarılmaması üçün sonuncuya köməklik etməyini istəmişdir. O da Şahid1 ilə müavinətin bərpa olunması barədə deyil, alınmış müavinətin geri qaytarılmaması ilə bağlı razılaşmışdır. Rəsmiyyə İsparovanın məsələsi ilə bağlı xatırlamadığı şəxslə əlaqə saxlamış və sonuncudan Rəsmiyyə İsparovanın daha narahat etməmələrini xahiş etmişdir. Əlaqə saxladığı şəxsin harada işləməsi barədə məlumatı olmamış və həmin şəxsi səciyyələndirə bilməmişdir. 2020-ci ilin noyabr ayında Rəsmiyyə İsparovanın məsələsi ilə bağlı Şahid1 Kamal Rüstəmlinin adına olan karta 1000 manat pul göndərmişdir. 2020-ci ilin noyabr ayında Şahid1 ondan X4 İsparovla əlaqə saxlayaraq əlavə olaraq 500 manat pul istəməyini və həmin vəsaiti mənzil işinə əlavə etməyini istəmişdir. Lakin o, bunu etməmiş və Şahid1 əlavə olaraq 500 manatın ödənilməsinin zəruri olduğunu özü Şahid3 bildirmişdir. Bundan sonra, Şahid3 Kamal Rüstəmlinin adına olan karta 500 manat pul göndərmişdir. Həmçinin, o, Şahid3 bank kartının şəklini göndərməmiş və Rəsmiyyə İsparovanın məsələsi ilə bağlı ümumilikdə 1000 manat pul almışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Samir Səfərinin işə bərpa olunması üçün 7 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisinə hər hansı bir məbləğdə pul verməmiş, ilkin olaraq Anar Əhədovun məsələsi ilə bağlı 32000 manat pul verilməsini istəmiş və Anar Əhədovun barəsində məhkəmə vasitəsi ilə icbari cəza təyin edilməsinə nail olacağını fikirləşmiş, Anar Əhədovun məsələsinin həll olunması üçün Kürdəmir şəhərində 5000 manat pul almışam, lakin Təqsirləndirilən şəxs2 həmin məsələ ilə bağlı 600 manat pul alması barədə məlumatı olmamış, Şahid1 5000 manatdan sonra, ona 2000 manat deyil, Təqsirləndirilən şəxs2 vasitəsi ilə 1300 manat pul göndərmiş, o, vəkil adı ilə deyil, özü Şahid2 yaşadığı Salyan şəhərində yerləşən evinə getmiş və həmin zaman sonuncu ərinin işi ilə bağlı ona 500 manat pul vermiş, onun Təqsirləndirilən şəxs2 ümumiyyətlə borcu olmamış və sonuncu ona Samir Səfərəliyevdən 2000 manat pul alıb, 700 manatı özünə götürməsi barədə bir söz deməmişdir. Həmçinin, Şahid1 yaşayış sahəsinin özəlləşidirilməsi ilə bağlı 2020-ci ilin sentyabr ayında “Nərgiz” TM-nin yanında ona 1800 manat, Əziz Əliyev küçəsində 1700 manat pul verməmiş, sürücü vasitəsi ilə 1500 manat pul göndərməmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN -244A, 90603018 nömrəli şəhadətnamə onun qeyri rəsmi ər-arvad münasibətlərində olduğu Nazlı Rüstəmovaya aid olmuş, həmin torpaq sahəsi Kürdəmir rayonunda yerləşməklə, sonuncun valideynləri Tacəddin Xələfov, Nahidə Xələfovaya məxsus olmuş, qeyd olunan sənəddə o, mülkiyyət sahibinin adını ağardaraq, Yusif Heydərin adını yazıb, Şahid1 nümunə kimə göndərmiş ki, işin sonunda sonuncuya belə bir sənəd təqdim ediləcəyini göstərmək istəmiş, habelə o, Şahid3la Rəsmiyyə İsparovanın müayinədən keçirilməsi üçün əlavə olaraq 500 manat məbləğində pul ödəməsi ilə bağlı əlaqə saxlamamış və 500 manat pulun köçürülməsini Şahid1 özü Şahid3 bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsinin düz olduğunu bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Səbail rayon, 7 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyində fəhlə kimi işləyir. Təqsirləndirilən şəxs1 ilə təxminən 2019-cu ildə tanış olmuş və həmin zaman Təqsirləndirilən şəxs1 DTX-da regionlar üzrə baş əməliyyatçı vəzifəsində işlədiyini, rütbəsinin mayor olduğunu bildirmişdir. Şahid1 uzaq qohumu olmaqla, onunla birlikdə 7 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyində işləmişdir. 2020-ci ilin iyun ayında 7 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi şifahi qaydada Şahid1 işdən azad olunduğunu bildirmişdir. Fərdi qaydada fəhlə qismində işləyən zaman, Təqsirləndirilən şəxs1 iş icraçısında əmək haqqını almağında kömək etdiyi üçün, sonuncuya zəng edib Birliyin rəisi ilə əlaqə saxlayaraq, Şahid1 ilə bərpa olunmasında kömək etməyini istəmişdir. Şahid1 bu barədə ondan xahiş etməmiş və o, özü Təqsirləndirilən şəxs1 MKTB-in rəisinə zəng etməsini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 MKTB-in rəisinə zəng etmiş və Şahid1 işə bərpa olunmuşdur. Sonuncu işə bərpa olunması müqabilində Təqsirləndirilən şəxs1 və ya başqa şəxsə pul verməmişdir. Təqsirləndirilən şəxs1 MKTB-in rəisi ilə danışdıqdan sonra o, bu barədə Şahid1 məlumat vermişdir. 2020-ci ilin iyul ayında Şahid1 barəsində azadlıq məhrum etmə cəzası təyin olunmuş qohumu Anar Əhədovun cəzadan azad olunmasında köməklik göstərə biləcək şəxs axtardığını ona bildirmişdir. O, bu barədə Şahid1 yanında Təqsirləndirilən şəxs1lə danışdıqda, sonuncu iki dəfə ayrılıqda məhkəməyə müraciət olunacağını, ilk dəfə Anar Əhədovun cəzasının azaldılacağını, ikinci dəfə isə sonuncunun ümumiyyətlə azadlığa buraxılacağını və bunun müqabilində özü vasitəsi ilə adını xatırlamadığı müvafiq qurumda işləyən yaxın münasibətinin olduğu vəzifəli şəxsinə ümumilikdə 32 000 manat məbləğində pul verilməli olduğunu qeyd etmişdir. Sonradan Şahid1 həmin məbləği verməyə razı olmadıqda, Təqsirləndirilən şəxs1 Anar Əhədova təyin olunmuş cəzanın 2 il 4 ay müddətinin azaldılmasına da kömək edə biləcəyini və bunun üçün isə 11.000 manat özü vasitəsi ilə pul verilməli olduğunu demişdir. Şahid1 Anar Əhədovun ailəsi ilə əlaqə saxladıqdan sonra, Təqsirləndirilən şəxs1lə 11 000 manat məbləğində vəsaitə razılaşmışdır. Anar Əhədovun məsələsi ilə bağlı Şahid1 sonuncunun arvadından 5600 manat pul almışdır. Sonra 2020-ci ilin iyul ayının əvvəllərində şəxsi işi ilə bağlı Şahid1 ona 600 manat məbləğində borca pul vermişdir. Təqsirləndirilən şəxs1 görüşərək pulun özünə verilməsi üçün onları Kürdəmir rayonuna dəvət etmiş və o, Şahid1, eləcə də sonuncunun adını xatırlamadığı qohumu ilə birlikdə Kürdəmir rayonuna getmişdir. 2020-ci ilin iyul ayının əvvəllərində Kürdəmir şəhərinin mərkəzi dairəsinin yaxınlığında yerləşən “Dost” kafesində Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər və həmin zaman Təqsirləndirilən şəxs1 Anar Əhədov barəsində qarşı tərəfdən şikayət olmadığından, sonuncunun məsələsini rahat həll olunacağını qeyd etmişdir. Görüş zamanı Şahid1 onun və adını xatırlamadığı qohumunun yanında Anar Əhədovun məsələsi ilə bağlı Təqsirləndirilən şəxs1 5000 manat pul vermişdir. Bununla yanaşı, həmin görüş zamanı Şahid1 Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin özəlləşdirilməsində də köməklik etməsini istəmiş və sonuncu bu məsələ ilə maraqlanacağını cavab olaraq bildirmişdir. 2020-ci ilin iyul ayının oralarında ünvan 5 ünvanında Şahid1 Təqsirləndirilən şəxs1 çatdırmağı üçün ona 2000 manat pul vermişdir. Həmin gün Biləcəri qəsəbəsində yerləşən “Avtovağzalın” qarşısında Təqsirləndirilən şəxs1lə görüşmüş və Şahid1 2000 manat pul göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 əvvəlcədən ona 5000 manat məbləğində pul borcu olduğundan, Şahid1 aldığı 2000 manat puldan 700 manat məbləğində pulu özünə götürmüş və 1300 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 700 manat məbləğində pulu özünə götürməsini demiş və Şahid1 sonuncuya 2000 manat pul göndərməsi barədə məlumatı olmuşdur. Bununla yanaşı Təqsirləndirilən şəxs1 vəkil adı ilə Anar Əhədovun arvadından 500 manat pul almasını sonradan bilmiş və Təqsirləndirilən şəxs1 Anar Əhədovun məsələsini həll etməmişdir. Şahid1yin bildirməsinə əsasən yaşayış sahəsini özəlləşdirmək üçün Təqsirləndirilən şəxs1 təxminən 33 000 manat pul vermiş, həmin məsələ ilə bağlı Şahid1 Təqsirləndirilən şəxs1 pul verən zaman o, heç vaxt iştirak etməmiş və Təqsirləndirilən şəxs1 qeyd olunan məsələni də həll etməmişdir. Təqsirləndirilən şəxs1 Şahid1 qohumuna müavinət düzəltmək adı ilə 1500 manat məbləğində pul almış, lakin həmin məsələni də həll etməmişdir. 2020-ci ilin iyul ayının əvvəllərində o, Anar Əhədovun məsələsində Təqsirləndirilən şəxs1lə birlikdə köməklik göstərməsilə bağlı deyil, şəxsi işi ilə əlaqədar olaraq Şahid1 600 manat məbləğində borca pul almış və həmin vəsaiti ona qaytarmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, ittihamda göstərilən məbləğlərdə pulları Təqsirləndirilən şəxs1 vermiş, lakin verdiyi pulların rüşvət kimi yox, dövlət rüsumu kimi vermişdir. Bu səbəbdən özünün zərərçəkmiş şəxs və mülki iddaçı qismində tanınmasını məhkəmədən xahiş etmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Səbail rayon, 7 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyində sahə bələdçisi vəzifəsində işləyir. 2020-ci ilin iyun ayında 7 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi işdə buraxdığı nöqsanlarla bağlı şifahi qaydada ona işdən azad olunduğunu bildirmişdir. Həmin gün iş yoldaşı Təqsirləndirilən şəxs2 ona tanışı olan, Dövlət Təhlükəsizliyi Xidmətində işləyən sonradan tanıdığı Təqsirləndirilən şəxs1 onun işə bərpa olunmağını xahiş etdiyini və sonuncunun bununla bağlı 7 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisinə zəng etdiyini demiş, həmçinin iş yerinə yenidən bərpa olunduğunu əlavə etmişdir. O, Təqsirləndirilən şəxs2 işə bərpa olunmağını xahiş etməmiş və sonuncu öz istəyi ilə Təqsirləndirilən şəxs1 zəng etmişdir. Sonra 7 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi onu yanına çağıraraq, işdən çıxarılmağı ilə bağlı özünə zəng olunduğunu və yenidən işə bərpa edildiyini bildirmişdir. 2020-ci ilin iyul ayının əvvəllərində Salyan şəhərində olan zaman xalası qızı Şahid2, qəsdən adam öldürdüyünə görə barəsində azadlıqdan məhrum etmə cəzası təyin olunmuş əri Anar Əhədovun azad olunmasında köməklik göstərə biləcək adam axtardığını ona demiş və ondan bu məsələdə kömək edə biləcək tanışının olub-olmamasını soruşmuşdur. Anar Əhədov məhkəmə hökmü ilə təxminən 9 il müddətində azadlıqdan məhrum edilmiş və həmin zaman sonuncunun təxminən 5 il 6 ay cəza çəkmə müddəti qalmışdır. Sonra o, bu barədə iş yoldaşı Təqsirləndirilən şəxs2la danışdıqda, sonuncu onun yanında 2020-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs1 zəng edərək Anar Əhədovun məsələsi barədə bildirmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iki dəfə ayrılıqda məhkəməyə müraciət olunacağını və ilk dəfə Anar Əhədovun cəzasının azaldılacağını, ikinci dəfə isə sonuncunun ümumiyyətlə azadlığa buraxılacağını qeyd etmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs1 həmin məsələni yaxın münasibətlərinin olduğu Ədliyyə Nazirliyində rəhbər vəzifədə işləyən şəxslər vasitəsi ilə həyata keçirəcəyini bildirmişdir. Anar Əhədovun azadlığa çıxması və hər iki məhkəmədə müsbət nəticənin əldə olunması üçün Təqsirləndirilən şəxs1 ümumilikdə 32000 manat məbləğində pul vəsaitinin özü vasitəsi ilə Ədliyyə Nazirliyində işləyən vəzifəli şəxslərə verilməli olduğunu qeyd etmişdir. O, bu barədə xalası qızı Şahid2 ilə danışdıqda, sonuncu 32000 manat məbləğində pul vəsaitinin olmadığını bildirmişdir. Sonradan 2020-ci ilin iyul ayının ortalarında həmin məbləği verməyə imkanlarının olmamasını Təqsirləndirilən şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxs1 dedikdə, sonuncu Anar Əhədova təyin olunmuş cəzanın 2 il 4 ay müddətinin azaldılmasına da, kömək edə biləcəyini qeyd etmiş və bunun üçün isə 11.000 manat pul verməli olduğunu əlavə etmişdir. O, yenidən Şahid2 ilə danışdıqda, sonuncu ərinin məsələsi ilə bağlı 11.000 manat məbləğində pul ödəməyə razı olmuşdur. Sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilkin olaraq Anar Əhədov barəsində istintaq olunan cinayət işi üzrə qəbul olunmuş məhkəmə hökmünü və 5600 manat məbləğində pul verilməsini istədiyini bildirmişdir. Həmin zaman, Təqsirləndirilən şəxs2 5000 manat pulun Təqsirləndirilən şəxs1 çatacağını, 600 manat məbləğində pulun isə Anar Əhədovun işində sonuncu ilə birlikdə köməklik göstərməsi müqabilində özünə götürəcəyini demişdir. 2020-ci ilin iyul ayının əvvəllərində Salyan şəhərində Şahid2 yaşadığı evdə, sonuncudan 5600 manat məbləğində pul götürmüşdür. Sonra, 2020-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Şahid4 küçəsində Anar Əhədovun məsələsində Təqsirləndirilən şəxs1lə birlikdə köməklik göstərdiyindən Təqsirləndirilən şəxs2 600 manat pul vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 Bakıdan gedən hərbi təyinatlı raketlərdə nasazlığın yarandığını, bu məsələni araşdırması üçün Təqsirləndirilən şəxs1 Kürdəmir rayonuna getdiyini demiş və sonuncu ilə görüşmək üçün həmin rayona getməli olduqlarını əlavə etmişdir. 2020-ci ilin iyul ayının əvvəllərində qohumu X13 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Kürdəmir şəhərinin mərkəzi dairəsinin yaxınlığında yerləşən “Dost” kafesində Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər. Həmin zaman Təqsirləndirilən şəxs1 Anar Əhədov barəsində qarşı tərəfdən şikayət olmadığından, sonuncunun məsələsini rahat həll olunacağını demişdir. Görüş zamanı o, Əlimərdan Əliyev və Təqsirləndirilən şəxs2 yanında Anar Əhədovun məsələsi ilə bağlı Ədliyyə Nazirliyinin əməkdaşına çatdırması üçün Təqsirləndirilən şəxs1 5000 manat pul vermişdir. Bununla yanaşı, həmin görüş zamanı yaşadığı, lakin rəsmi qaydada çıxarışı alınmamış Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində yerləşən mənzilini sənədləşdirmək istədiyini Təqsirləndirilən şəxs1 bildirmiş və sonuncu bu məsələ ilə maraqlanacağını cavab olaraq qeyd etmişdir. Sonra 2020-ci ilin iyul ayının oralarında ünvan 5 ünvanında Şahid2 məxsus 2000 manat pulu Anar Əhədovun məsələsi ilə bağlı Təqsirləndirilən şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxs1 göndərmişdir. Sonradan Təqsirləndirilən şəxs1 2000 manat vəsaitdən ona yalnız 1300 manat pul çatdığını bildirmişdir. Bununla yanaşı, 2020-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 vəkil adı ilə Şahid2 yaşadığı evə gedib, Anar Əhədovun işinin məhkəmədə həll olunması üçün 500 manat pul almışdır. Belə ki, o, Şahid2 Təqsirləndirilən şəxs1 şəklini göstərdikdə, xalası qızı sonuncuya 500 manat pul verdiyini bildirmiş, lakin Təqsirləndirilən şəxs1 bunu inkar edərək, vəkilin həmin pulu götürdüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxs1 Anar Əhədovun məsələsində hər hansı bir hərəkət etmədiyindən və yalanları ifşa oldunduğundan, Şahid2 daha Təqsirləndirilən şəxs1 verməsi üçün ona pul verməmişdir. Anar Əhədovun məsələsi ilə bağlı verilmiş bütün məbləğdə pul vəsaitləri Şahid2 məxsus olmuşdur. 2020-ci ilin iyul ayının əvvəllərində Kürdəmir rayonundan qayıtdıqdan bir müddət sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək yaşadığı mənzili sənədləşdirilə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Bakı şəhər icra hakimi ilə yaxın münasibətdə olduğunu və sonuncu vasitəsi ilə həmin mənzili ümumilikdə 23.000 manat məbləğində pul müqabilində özəlləşdirə biləcəyini telefon vasitəsi ilə ona demiş və ilkin olaraq məbləğin yarısının, təxminən 11000 manat məbləğində vəsaitin özünə verilməsini istəmişdir. 2020-ci ilin iyul ayının sonlarında, təxminən ayın 26-sı, yaşadığı mənzilin özəlləşdiriməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin qarşısında Əlimərdan Əliyevin iştirakı ilə Təqsirləndirilən şəxs1 7000 manat məbləğində pul təqdim etmişdir. Təqsirləndirilən şəxs1 başqa bir etibarlı tanışının adına rəsmləşdirmənin qanuni olacağını bildirmiş və o, kirvəsi Şahid6 adına mənzilin özəlləşdirilməsinin aparıla biləcəyini qeyd etmişdir. Lakin, Təqsirləndirilən şəxs1 hansı səbəbdən mənzilin onun adına rəsmiləşdirilməsinin qanunsuz olacağı barədə bir söz deməmişdir. Sonra avqust ayının əvvəllərində, həmin məsələ ilə bağlı İçəri şəhərin girişi olan “Qoşa Qala” qapıları adlanan ərazinin yaxınlığında 5000 manat məbləğində pulu Əlimərdan Əliyevin iştirakı ilə Təqsirləndirilən şəxs1 vermişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində Nizami küçəsinin N.Rəfibəyli küçəsinin kəsilişməsində “Nərgiz” TM-nin yaxınlığında Təqsirləndirilən şəxs1lə görüşmüş və həmin zaman mənzilin özəlləşdirilməsi üçün Təqsirləndirilən şəxs1 1800 manat pul vermişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 tək görüşmək istədiyindən, Əlimərdan Əliyev kənardan ondarı müşahidə etmişdir. Sonra Təqsirləndirilən şəxs1 eyni məsələsi ilə bağlı təcili olaraq İcra Hakimiyyətinə ümumilikdə 3500 manat pul verilməli olduğunu bildirmiş və buna görə, həmin gün axşam saatlarında Səbail rayonu, Əziz Əliyev küçəsində, “Güllər Bağı” adlanan ərazidə şəxsən Təqsirləndirilən şəxs1a 1700 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 pulun bir qismini tanımadığı Kamal Rüstəmlinin adına olan bank kartına göndərməyini istəmiş və sonuncunun adına olan bank kartının fotoşəklini “Whatsapp” proqramı vasitəsi ilə ona göndərmişdir. 14.09.2020-ci il tarixdə R.Rza küçəsi 20/26 ünvanında yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1a çatması üçün Kamal Rüstəmlinin adına olan karta 500 manat pul köçürmüşdür. Bundan başqa, 2020-ci ilin sentyabr ayının ortalarında eyni məsələ ilə bağlı Səbail rayonu, Badamdar qəsəbəsi, Avtomobil bazarının yanında Təqsirləndirilən şəxs1 göstərişinə əsasən onun tərəfindən göndərilmiş, tanımadığı taksi sürücünə 1500 manat pul vermişdir. Daha sonra, R.Rza küçəsi 20/26 ünvanında yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1a çatması üçün Kamal Rüstəmlinin adına olan karta 21.09.2020-ci il tarixdə 500 manat, 05.10.2020ci il tarixdə 500 manat pul göndərmişdir. Eləcə də, Təqsirləndirilən şəxs1 1500 manat məbləğində pulu göndərmək üçün tanımadığı Şahid5 adına olan bank kartının şəklini “Whatsapp” proqramı vasitəsi ilə ona göndərmiş və 12.11.2020-ci il tarixdə Neftçilər prospektində, “Kukla” Teatrının yanında yerləşən keçiddə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1a çatması üçün Şahid5 adına olan karta 1500 manat pul köçürmüşdür. 2020-ci ilin noyabr ayının ortalarında Bakı Salyan şosesi, Lökbatan dairəsinin yaxınlığında yaşadığı mənzilin özəlləşdirilməsi üçün, Təqsirləndirilən şəxs1 tərəfindən göndərilmiş şəxsiyyəti ona məlum olmayan sürücüyə 1500 manat məbləğində pul vermişdir. Sonra 2020-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 mənzilə çıxarışın alınması üçün yaxın münasibətdə olduğu Daşınmaz Əmlak Xidmətinə işləyən tanışına 11 000 manat pul ödənilməli olduğunu bildirmiş və o, 27.11.2020-ci il tarixdə Zərifə Əliyeva küçəsində, Sahil metrostansiyasının yaxınlığında yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1a çatması üçün Kamal Rüstəmlinin kartına 10800 manat pul göndərmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin özəlləşdirilməsi üçün 32.300 manat məbləğində pul vermişdir. Bir müddət keçdikdən sonra təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 işin həll olunduğunu demiş və mülkiyyət haqqında şəhadətnaməni ona göndərəcəyini əlavə etmişdir. 2020-ci ilin dekabr ayının 5-də Təqsirləndirilən şəxs1 tanımadığı şəxs vasitəsi ilə yaşadığı ünvana zərfin daxilində torpağın mülkiyyətinə verilməsi barədə şəhadətnaməni göndərmişdir. Evdə həmin zərfi açdıqda şəhadətnamənin saxta olduğunu, orada qeyd edilən torpaq sahəsinin Kürdəmir rayonunda yerləşdiyini və mülkiyyətçinin adının ağardılaraq kirvəsi Şahid6 adının yazıldığını aşkar etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 verdiyi pulu geri qaytarmasını tələb etmiş, lakin, Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. 2020-ci ilin iyul ayının sonlarında Əlimərdan Əliyev və Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsinin ərazisində Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin yaxınlığında yerləşən kafedə görüşən zaman Əlimərdan Əliyev bibisi X5 müavinətin düzəlməsində köməklik edə biləcək şəxs axtardığını bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs2 Zaur X6 məsələsində də köməklik edə biləcəyini qeyd etmişdir. Sonradan iyul ayının sonlarında Təqsirləndirilən şəxs1 ona zəng edərək, ƏƏSMN-da yaxın münasibətdə olduğunu tanışın işlədiyi və sonuncu vasitəsi ilə Rəsmiyyə İsparovanın müavinət məsələsini həll edə biləcəyini bildirmiş və bunun müqabilində özü vasitəsi ilə 1000 manat məbləğində həmin tanışına pul verilməli olduğunu əlavə etmişdir. O, bu barədə X4 İsparova bildirmiş və sonradan sonuncu Təqsirləndirilən şəxs1 təqdim etməsi üçün ona 1000 manat pul vermişdir. 05.10.2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs1 çatması üçün Kamal Rüstəmlinin adına olan karta 1000 manat pul göndərmişdir. Sonra, Təqsirləndirilən şəxs1 20 noyabr 2020-ci il tarixdə ƏƏSMN-də işləyən tanışın, Rəsmiyyə İsparovanı müayinədən keçirtmək üçün əlavə olaraq 500 manat pul istədiyi Şahid3 demiş və həmin gün Şahid3 “Milliön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 çatması üçün Şahid5 adına olan karta 500 manat pul köçürtmüşdür. Lakin, Təqsirləndirilən şəxs1 həmin xüsusat üzrə də vədinə əməl etməmiş və aldığı pulu geri qaytarmamışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs1 işi ilə əlaqədar Şuşa şəhərində olduğunu bildirmiş və sonradan sonuncu ilə əlaqə tam kəsilmişdir. Ona vurulmuş ümumi ziyandan Təqsirləndirilən şəxs2 tərəfindən 600 manat, Təqsirləndirilən şəxs1 tərəfindən isə 200 manat pul qaytarılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 və Əlizadə X11 Samir Əlisahib oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, X9 onun doğma anasıdır və sonuncu “Böyrək çatışmazlığı” xəstəliyindən əziyyət çəkir. 2020ci ilin ortalarınadək anası İ qrup əlilliklə bağlı sosial müavinət almışdır. Sonradan anasına əlillik qrupu ilə bağlı müavinətin ayrılması dayandırıldığından, sosial müavinətin bərpa olmasında ona kömək ola biləcək şəxs axtarmışdır. 2020-ci ilin iyul ayının sonlarında dayısı oğlu X26 Səfərlinin tanışı sonradan tanıdığı Təqsirləndirilən şəxs1 ona bu məsələdə köməklik edə biləcəyini bildirmişdir. Daha sonra Şahid1 onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs1 ƏƏSMN-da yaxın münasibətdə olduğu tanışının işlədiyi, sonuncu vasitəsi ilə Rəsmiyyə İsparovanın müavinət məsələsini həll edə biləcəyini qeyd etmişdir. Şahid1 sonra Təqsirləndirilən şəxs1 özü onunla əlaqə saxlayaraq, anasının xəstəliyi ilə bağlı maraqlanmış və məlumat verəcəyini bildirmişdir. Sonra, Şahid1 onunla əlaqə saxlayaraq anasına müavinətin düzəldilməsi müqabilində 1000 manat məbləğində Təqsirləndirilən şəxs1 vasitəsi ilə sonuncunun ƏƏSMN-da işləyən tanışına pul verilməli olduğunu demişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində o, Şahid1 ilə Səbail rayonunun ərazisində yerləşən H.Z.Tağıyevin ev muzeyinin yaxınlığında görüşmüş və anasının müavinət məsələsinin həll olunması üçün sonuncuya 1000 manat məbləğində pul vermişdir. Sonradan Şahid1 ilə əlaqə saxlayan zaman, sonuncu həmin vəsaiti Təqsirləndirilən şəxs1 çatdırdığını bildirmişdir. 2020-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs1 ona zəng edərək, anasına aid yaşayış yerindən arayışı, xəstəlik aktını, fotoşəkillərini özünə verilməsini istəmiş və o, həmin sənədləri Şahid1 vasitəsi sonuncuya göndərmişdir. Daha sonra, 20 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq ƏƏSMN-də işləyən tanışın, Rəsmiyyə İsparovanı müayinədən keçirtmək üçün əlavə olaraq 500 manat pul istədiyi qeyd etmiş və pulu köçürtmək üçün Şahid5 adına olan bank kartının şəklini ona “Whatsapp” proqramı vasitəsi ilə göndərmişdir. Həmin gün o, Cəlilabad şəhərində yerləşən “Rəmzi” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 çatması üçün sonuncu tərəfindən ona göndərilmiş Şahid5 adına olan karta 500 manat pul göndərmiş, lakin, Təqsirləndirilən şəxs1 vədinə əməl etməyərək, anasına müavinət düzəltməmişdir. Rəsmiyyə İsparovanın işi bağlı Təqsirləndirilən şəxs1a verilmiş ümumilikdə 1500 manat məbləğində pul vəsaiti ona məxsus olmuş və Təqsirləndirilən şəxs1 tərəfindən həmin məsələ ilə bağlı ona vurulmuş ziyan qaytarılmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes və menecment” fakültəsində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə bakalavr təhsili alır, 4-cü kurs tələbəsidir. Onun Təqsirləndirilən şəxs1lə münasibəti və şəxsi tanışlığı olmamış, sonuncunu Kürdəmir rayon sakini Kamal Rüstəmlinin anası ilə qeyri rəsmi qaydada bir yerdə yaşayan şəxs kimi tanımışdır. Kamal Rüstəmli ilə dost münasibətlərindədir və sonuncu ilə bir yerdə dəfələrlə Kürdəmir şəhərində yerləşən “Dostlar” adlanan kafedə olmuşdur. X34 X7 Xidmətində işlədiyi bildirmiş, lakin sonuncunun hansı işlə məşğul olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1lə o, heç vaxt görüşməmiş, eləcə də ünsiyyəti olmamış və sonuncu ona hər hansı bir işi görməyi təklif etməmişdir. 12 noyabr 2020-ci il tarixdə saat 12 radələrində Kürdəmir şəhərində, “Dostlar” adlanan kafedə Kürdəmir rayonunun Atakişili kənd sakini Tural Əliyev və Kamal Rüstəmli ilə bir yerdə olan zaman, Kamal Rüstəmli özünə pul göndərilməsi üçün adına olan kartının nömrəsini istəmişdir. O, istifadəsində olan "xxxx" tərəfindən verilmiş 5103 0715 0923 7604 nömrəli tələbə kartının, nömrəsini Kamal Rüstəmliyə bildirmişdir. Təxminən 10 dəqiqə sonra, həmin karta 1500 manat məbləğində pul köçmüş və o, pulu çıxartması üçün kartı Kamal Rüstəmliyə verərək, sonuncuya kartın şifrəsini də bildirmişdir. "xxxx" ASC-nin Kürdəmir filialı əyləşdikləri “Dostlar” adlanan kafenin yanında, eyni küçədə yerləşirmiş və Kamal Rüstəmli pulu bankomatdan nağlaşdırdıqdan sonra, kartı ona qaytarmışdır. Kartından istifadə etməsi müqabilində Kamal Rüstəmli ona pul verməmiş və sonuncu pulun kim tərəfindən göndərməsi barədə ona bir söz deməmişdir. Bundan başqa, 20 noyabr 2020-ci il tarixdə saat 18 radələrində bir yerdə “Dostlar” adlanan kafedə olan zaman Kamal Rüstəmli yenidən özünə pul göndərilməsi üçün ona aid kartın nömrəsini istəmiş və o, kartın nömrəni sonuncuya bildirdikdən təxminən 10 dəqiqə sonra, kartına 500 manat məbləğində vəsait köçürülmüşdür. Sonra o, "xxxx"ın Kürdəmir filialının bankomatından, kartına köçürülmüş 500 manat məbləğində vəsaiti çıxarıb Kamal Rüstəmliyə vermişdir. Həmin zaman da Kamal Rüstəmli adına olan karta pul köçürülməsi ilə bağlı ona pul verilməmiş, eləcə də pulun kim tərəfindən göndərməsi barədə məlumatı olmamışdır. Sonradan, araşdırma aparılan zaman həmin vəsaitlərin Təqsirləndirilən şəxs1 adına göndərildiyini öyrənmişdir. Məhkəmədə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 1990-cı ildən etibarən qeyri-rəsmi qaydada X20 ilə birlikdə yaşamış və 28 fevral 2018-ci il tarixdə sonuncu ilə rəsmi nikaha daxil olmuşdur. Anar Əhədov 22 avqust 2017-ci il tarixdə şəxsi münasibətlər zəminində bacısı Gülnar Qurbanovanı qətlə yetirmiş və Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Anar Əhədov barəsində yekun olaraq 9 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. 2020-ci ilin iyul ayının əvvəllərində xalası oğlu Şahid1 Salyan şəhərində olan zaman sonuncudan Anar Əhədovun cəzadan azad olunmasında köməklik göstərə biləcək tanışın olub-olmamasını soruşmuşdur. Bir necə gün sonra, Şahid1 onunla əlaqə saxlayaraq, tanışı DTX-in əməkdaşı kimi özünü təqdim edən Təqsirləndirilən şəxs1 32000 manat müqabilində Anar Əhədovu azadlığa buraxılmasında köməklik edə biləcəyini bildirmiş və bununla bağlı iki dəfə ayrılıqda məhkəməyə müraciət olunacağını, ilk dəfə Anar Əhədovun cəzasının azaldılacağını, ikinci dəfə isə sonuncunun ümumiyyətlə azadlığa buraxılacağını əlavə etmişdir. 32 000 manat məbləğində pul vəsaitinin olmadığı üçün, razılıq verməmişdir. Sonra Şahid1 onunla yenidən əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs1 Anar Əhədova təyin olunmuş cəzanın 2 il 4 ay müddətinin azaldılmasına da, kömək edə biləcəyini və bunun üçün isə 11.000 manat pul verməli olduğunu qeyd etmiş və o, Şahid1 ilə razılaşmışdır. Daha sonra, Şahid1 Təqsirləndirilən şəxs1 çatması üçün Anar Əhədovun barəsində istintaq olunan cinayət işi üzrə qəbul olunmuş məhkəmə hökmünü və 5600 manat məbləğində pul verməyini istəmişdir. 2020-ci ilin iyul ayının əvvəllərində yaşadığı ünvanda ərinin məsələsinin həll olunması üçün Şahid1 5600 manat pul vermişdir. Sonradan Şahid1 ondan aldığı pulu Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Daha sonra Anar Əhədovun məsələsi ilə bağlı 2020-ci ilin iyul ayının oralarında Şahid1 2000 manat pul vermiş və Şahid1 həmin vəsaitin Təqsirləndirilən şəxs1 çatdırıldığını qeyd etmişdir. Bununla yanaşı, o, daim özü Təqsirləndirilən şəxs1lə əlaqə saxlayaraq, Anar Əhədovun məsələsinin hansı yerdə olması ilə maraqlanmış və Təqsirləndirilən şəxs1 daim işin yaxın müddətdə həll olunacağını bildirmişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində Şahid1 onunla əlaqə saxlayaraq, Anar Əhədov məsələsi ilə bağlı tutulmuş vəkilin iş barədə məlumat almaq üçün yaşadığı evə gələcəyini demişdir. Sonra 2020-ci ilin noyabr ayının əvvəllərində adını xatırlamadığı vəkil yaşadığı evə gəlmiş və hadisənin baş vermə şəraiti ilə maraqlanmışdır. Yaşadığı evdə olarkən o, vəkilə Anar Əhədovun işi ilə 500 manat pul vermişdir. Lakin, Təqsirləndirilən şəxs1 Anar Əhədovun məsələsində hər hansı bir hərəkət etmədiyindən o, daha kimsəyə pul verməmiş və Şahid1 aldığı pulları qaytarmasını istəmişdir. Təqsirləndirilən şəxs1 yalanı ifşa olunduqda, Şahid1 Təqsirləndirilən şəxs1 şəklini ona göstərək, həmin şəxsin vəkil adı ilə yaşadığı evə gəlib 500 manat alıb-almamasını soruşmuşdur. Vəkil adı ilə ondan şəkildə qeyd olunmuş şəxs pulu almış və bundan sonra vəkil adı ilə 500 manat pulu ondan Təqsirləndirilən şəxs1 aldığı müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 alçaq boylu, ağbəniz, qısa saç düzümünə sahib biri olmuş və o, sonuncunu üz quruluşuna əsasən tanımışdır. Anar Əhədovun məsələsi ilə bağlı verilmiş bütün məbləğdə pul vəsaitləri ona məxsus olmuş və həmin məsələ ilə bağlı ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları özlərinin qismən etirafedici ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 23 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Xudabaxış oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 4(001)-182/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Xudabaxış oğlu barəsində həbsetmənin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 25 iyun 2021-ci il tarixli qərardan məlum olur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs kimi cəlb edilmiş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan “Sənədlərə baxış keçirilməsi haqqında” 07 may 2021-ci il tarixli protokola əsasən Şahid1 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş "xxxx" MMC-yə və "xxxx" MMC-yə aid ödəniş qəbzlərinə, Bakı şəhər İcra Hakimiyyətinin rəis müavini Ruslan Şahbazlı adından verilmiş məktuba, JN-244A, KOD 90603018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə, Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında olan “Whatsapp” proqramı vasitəsi ilə aparılmış danışıqların mətnlərinə baxış keçirilmişdir. Şahid1 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş "xxxx" MMC-yə aid 27.11.2019-cu il tarixli 8 ədəd ödəniş qəbzlərindən görünür ki, son 8 rəqəmi 1055 7829 olan X14 adına olan karta 7 halda 1000 manat, 1 halda 781 manat məbləğində vəsait köçürülmüşdür. Bununla yanaşı, 02.10.2019-cu il tarixli 2 ədəd ödəniş qəbzlərindən görünür ki, son 8 rəqəmi 1055 7829 olan X14 adına olan karta 1 halda 1000 manat, 1 halda 500 manat məbləğində vəsait köçürülmüşdür. Həmçinin, həmin protokolda əsasən cinayət işinə əlavə olunmuş "xxxx" MMC-yə aid 27.11.2019-cu il tarixli 3 ədəd ödəniş qəbzlərindən görünür ki, son 8 rəqəmi 1055 7829 olan X14 adına olan karta 3 halda 1000 manat məbləğində vəsait ödənilmişdir. Bundan başqa, cinayət işinə əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyətinin rəis müavini Ruslan Şahbazlı adından verilmiş məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Səbail rayonu Yusif Məmmədəliyev 30-38 ünvanında yerləşən binaya baxış keçirilərək binanın yararlı olduğunu planlı sxemin Şahid6 adına rəsmiləşməsi qanunvericiliyə uyğun olunmasına qərar verilərək, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinə təsdiq olunması üçün təqdim olunması və icra olunması qərara alınmışdır. Bununla yanaşı istintaq materiallarına əlavə olunmuş “JN-244A, KOD 90603018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, həmin şəhadətnamə Kürdəmir rayonunun ərazisində yerləşən xüsusi mülkiyyətdə olmaqla, 0.2482 ha sahəsi olan torpaq sahəsinə aiddir və şəhadətnamədə Dövlət Reyestri Xidmətinin Ərazi idarəsinin nömrəsi – “161 saylı”, hüquqi sahibi, eləcə də torpaq mülkiyyətçisinin adı və soyadı “Şahid6” çap üzərindən əllə yazılmışdır. Həmçinin, Şahid1 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş onunla Təqsirləndirilən şəxs1 arasında olan “Whatsapp” proqramı vasitəsi ilə aparılmış danışıqların mətnindən görünür ki, Şahid1 yaşayış sahəsinin özəlləşdirilməsi, həmin məsələnin həllinin yubanması və pulunun geri qaytarılması ilə bağlı yazışma aparmışdır. Yazışma zamanı Şahid1 tərəfindən ödəniş qəbzləri qarşı tərəfə göndərilmiş və həmin şəxs tərəfindən Şahid1 Kamal Rüstəmlinin adına olan bank kartının fotoşəkili və 5243 **** **** 7829 nömrəli kart hesabının nömrəsini göndərilmişdir. Cinayət işinin materiallarında olan “Sənədlərə və mobil telefonlara baxış keçirilməsi haqqında” 11 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadığı Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evində baxış keçirilən zaman 2015-ci il təvəllüdlü X10 adına şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikasının gerbi və bayrağı üzərində əks olunmuş sol tərəfdən diyircəkli göy rəngli qələmlə əl yazısı ilə “Azerbaycan Respublikasi Dovlet Təhlükəsizliyi Nazirliyi” yazısı olan 19,5 x 6,0 sm ölçülərdə qalın kağız nümunəsi, Kürdəmir rayonunun Aqrar İslahatlar Komissiyasının 14 avqust 1998-ci il tarixli 08 nömrəli qərarı 0.31 hektar torpaq sahəsinin X15 və X1 mülkiyyətinə verilməsi barədə JN 244A, KOD 90603018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə, 1 ədəd qovluqda - əri Anar Əhədovun barəsində seçilmiş cəzanın daha yüngül cəza ilə əvəz olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin adına Şahid2 tərəfindən yazılmış və sonunda “15.10.2020, Mən şəxsən izahatı alarkən heç bir problem aşkar etmədim. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliy Xidmətinin əməlyat istintaq şöbəsinin rəis köməycisi mayor Təqsirləndirilən şəxs1, DTX-nin rəis mavini Təqsirləndirilən şəxs1” yazıları və adların qarşısından imzalar olan ərizə, Anar Əhədovun Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökm, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2017-ci il tarixli qərarı, Anar Əhədovun, Şahid2, Anar Qurbanovun, Seymur Qurbanovun şəxsiyyət vəsiqələri, Anar Əhədova aid tibbi arayış, hərbi bilet, xasiyyətnamə, nikah haqqında şəhadətnamə, qəyyumluq sənədi, Gülnar Qurbanovanın ölüm haqqında şəhadətnaməsi, 1 ədəd qovluqda X2 şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayış. sonuncuya aid ƏƏSMN-nin Tibbi-sosial Ekspert Komissiyanın sonuncu müayinəyə dair məlumat vərəqi, fotoşəkilləri, bundan başqa daxilində “1) X20, 5000m + 1500 + 500 (vəkilə 200AZN), 2) İsparova Rəsmiyə 1000 + 500, 3) Şahid6 Samir (EV) 7000+4000+3000+1300+1700+1500+(qalıq 2000 + 100), 10.700 son, hesab faizi 214, qonaqlıq 230, cəmi 41.644+200 vəkil, verdiyim 1300+1700+2000+100+214+230=5744+200 vəkil, 5944 manat” yazıları olan qara rəngli kitabça aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Kürdəmir rayonunda müvəqqəti yaşadığı evdə baxış keçirilən zaman aşkar olunmuş “Torpağın mülkiyyətə verilməsinə” dair JN -244A, 90603018 nömrəli şəhadətnamə, üzərində əl yazısı ilə yazılmış “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Nazirliyi” yazılmış vəsiqə içliyi, X3 aid hərbi bilet, tam orta təhsil haqqında attestat, şəxsiyyət vəsiqəsi, İbrahim Rüstəmli adına olan şəxsiyyət vəsiqəsi və Cəlal Səmədli adına olan “Access Bank” a aid kart əşyalarla bağlı Təqsirləndirilən şəxs1 ifadələrində qeyd etmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN -244A, 90603018 nömrəli şəhadətnamə onun qeyri rəsmi ər-arvad münasibətlərimdə olduğu Nazlı Rüstəmovaya aid olmuş, üzərində “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Nazirliyi” yazılmış vəsiqə içliyini o, hazırlamamış, Rəsmiyyə İsparovaya aid şəxsiyyət vəsiqəsi, yaşadığı ünvanda, habelə Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsinə dair arayışlar və fotoşəkil ilə bağlı, Rəsmiyyə İsparovanın işini görmək üçün həmin sənədləri istədiyini və Şahid1 həmin sənədləri ona təqdim etdiyini bildirmişdir. Eləcə də, baxış zamanı aşkar olunmuş daxilində Anar Əhədov, Rəsmiyə İsparova, Şahid6, Samir (ev) yazıları olan kitabça ilə bağlı Təqsirləndirilən şəxs1 göstərmişdir ki, həmin kitabçada olan əl yazısı ona məxsudur, “1) X20, 5000m + 1500 + 500 (vəkilə 200AZN), 2) İsparova Rəsmiyə 1000 + 500, 3) Şahid6 Samir (EV) 7000+4000+3000+1300+1700+1500+(qalıq 2000 + 100), 10.700 son, hesab faizi 214, qonaqlıq 230, cəmi 41.644+200 vəkil, verdiyim 1300+1700+2000+100+214+230=5744+200 vəkil, 5944 manat” yazıları onun tərəfindən icra olunmuş və həmin yazılarda X8 işi bağlı aldığı, 5000, 1500, 500 məbləğləri göstərmiş və həmin işdə vəkilə verməyi fikirləşdiyi 200 manatı qeyd etmişdir. Rəsmiyyə İsparovanın məsələsi ilə bağlı 1000 manat almasına baxmayaraq, yazıda “1000+500” qeyd olunmuşdur. Yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı, Şahid1 adlığı 7000, 4000, 3000, 1300, 1700, 1500, 1500, 1900 (2000 manatdan 100 qalıq), 10700 manat yazıda əks olunmuşdur. Hesab faiz mənasında, bank tərəfindən köçürməyə görə ümumilikdə tutulmuş vəsait əks etmiş, qonaqlıq mənasında şəxsi xərcinə istifadə etdiyi 230 manatı göstərmiş, cəmi yazısı altında isə ümumi aldığı, 41,644 manat məbləği qeyd etmişdir. Bununla yanaşı, baxış zamanı aşkar olunmuş Anar Əhədova aid məhkəmə hökmləri, şəxsiyyət vəsiqələrinin sürətləri, DTX-yə ünvanlanmış ərizə ilə bağlı bildirmişdir ki, Anar Əhədovun məsələsini həll etmək üçün Şahid1 sonuncuya aid məhkəmə hökmlərini, şəxsiyyət vəsiqəsinin sürətlərini və digər sənədləri ona vermişdir. DTX-yə ünvanlanmış ərizə Şahid2 tərəfindən yazılmış, həmin ərizənin sonu isə DTX-nin əməkdaşı kimi onun tərəfindən tərtib olunmuş və qeyd olunan hissədə olan imza və Təqsirləndirilən şəxs1 adından yazılmış yazı onun tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarında olan 15 iyun 2021-ci il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, tanıyan şəxs Şahid2 ona təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib, masa üzərində Təqsirləndirilən şəxs1 əks olunduğu “3” sıra nömrəsi altında olan şəkildə olan şəxsi tanımış və o, Təqsirləndirilən şəxs1 üz quruluşundan, saç düzümündə həmçinin qaşlarının, gözlərinin və çənə nahiyəsinin formasından tanıdığını bildirmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş “CD” daşıyıcısına baxış keçirilməsi haqqında” 19 iyun 2021-ci il tarixli protokoldan görünür ki, “SMS tarixçələri” adlı 1-ci faylda Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsi vasitəsi ilə 01.05.2020-ci il tarixdən 23.02.2021-ci il tarixədək aparılan yazışmalar barədə məlumatlar 3 səhifədə əks olunmuşdur. Həmin faylda olan məlumatlara əsasən görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan 050 433 33 72 mobil telefon nömrəsi arasında 20.10.2020-ci il tarixdən 26.10.2020-ci il tarixədək şəxsi məzmunda yazışmalar aparılmışdır. “SMS tarixçələri” adlı 2-ci faylda Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsi vasitəsi ilə 01.05.2020-ci il tarixdən 23.02.2021-ci il tarixədək aparılan yazışmalar barədə məlumatlar 11 səhifədə əks olunmuşdur. Qeyd olunan fayla baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan 051 882 74 16 mobil telefon nömrəsi arasında 05.10.2020-ci il tarixdə saat 18:52:42-də “Salam gelib oturub qapida atamin şəkəri qalxıb özüm bogullam kucede” məzmunlu yazışma, 05.10.2020-ci il tarixdə saat 18:52:48-də “qalmışam eve gede bilmirem mene bi xeber deyin saat necede olsa de” məzmunlu yazışma, 05.10.2020-ci il tarixdə saat 18:52:53-də “yin gəlim göturum” məzmunlu yazışma, 05.10.2020-ci il tarixdə saat 18:55:56-da “Xaos edirem çox pis vezyetdeyem mene köməklik edin” məzmunlu yazışma, 05.10.2020-ci il tarixdə saat 06.10.2020-ci il tarixdə saat 11:16:50-də “Salam məllim uzurlu sayın zeng vurdum evdekiler danışmag isteyirdi.” məzmunlu yazışma, 06.10.2020-ci il tarixdə saat 11:16:55də “Mənə inanmirdilar pul yiyesi zeng vurub saat 1 kimi vaxt qoyub” məzmunlu yazışma, 14.10.2020-ci il tarixdə saat 15:37:22-də “(borclu olan) Məmmədov Nərman rəhman oğlu 050 *** ** ** maşının nöm” məzmunlu yazışma, 14.10.2020-ci il tarixdə saat 15:37:23-də “rəsi 10HK775 (dayım) X16 **********” məzmunlu yazışma, 02.12.2020-ci il tarixdə saat 16:40:32-də “Məllim mən boguluram hami ustumə gelir ne oldu bular” məzmunlu yazışma, 02.12.2020-ci il tarixdə saat 18:40:33-də “Məllim eleqa yardin zehmet olmasa” məzmunlu yazışma, 02.12.2020-ci il tarixdə saat 18:40:34-də “Mənlə əlaqə saxlayın veziyyet pisdi size vacib söz var” məzmunlu yazışma aparılmışdır. Bununla yanaşı, “SMS tarixçələri” adlı 2-ci fayla əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi arasında (lakin yazışmanın məzmunundan göründüyü kimi bəzi yazışmalarda Şahid1 tərəfindən) 26.10.2020-ci il tarixdə saat 18:10:54-də “Salam mellim samirdi olar menim basimi xarab edib evdede soz sohbet dusub evde mene deyirler bes deyirdin mellim kupcani goturub cox pis veziyetdeyem men” məzmunlu yazışma, 26.10.2020-ci il tarixdə saat 18:10:55-də “e zeng vurub deyirler firildag adamsiz zeng vurun olari basa salin xais edirem bize zeng vurmasinlar birde o adama deyin sabah gelsinde” məzmunlu yazışma, 26.10.2020-ci il tarixdə saat 18:21:19-da “lmir bu isi duzun qosun sizden kicik qardasiniz kimi xais edirem” məzmunlu yazışma, 26.10.2020-ci il tarixdə saat 18:27:27-də “Allah hakki borcun icinde boguluram maas kartdarin qoyub pul goturmusem metanete vermeye maasimizida o pul yiyesi goturecey uje tay corey almagada pul qa” məzmunlu yazışma, 26.10.2020-ci il tarixdə saat 18:59:25-də “lmir bu isi duzun qosun sizden kicik qardasiniz kimi xais edirem mesajda olsa atn mene bir xeber deyersiz” məzmunlu yazışma, 27.10.2020-ci il tarixdə saat 10:21:11-də “Samirdi Mellim menle 2 deqiqelik elaqeye cixin” məzmunlu yazışma, 27.10.2020-ci il tarixdə saat 17:30:54-də “alam mellim bu nomre zeng vurdu doxturun ogluyam dedi vaxt qoydu mene pul catmasa gel evi adima kecirt sohbet baglansin bilirem sizde vaxtiniz yoxdu a” məzmunlu yazışma, 28.10.2020-ci il tarixdə saat 11:28:06-da “Salam bu gune mene vaxt qoyublar atam anam men pis veziyetdedi e olara bir sey olsa kim cavab verecey telefonu acin sozum var size” məzmunlu yazışma, 02.12.2020-ci il tarixdə saat 18:40:35-də “Məllim mənim masinim samirin evi gedir bulardan xeber cixmadi” məzmunlu yazışma aparılmışdır. “SMS tarixçələri” adlı 2-ci fayldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsi ilə Şahid3 istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsi arasında 18.11.2020-ci il tarixdə saat 11:28:52-də “Salam Mellim necesiz Elvindi Anamin işine gore narahat edirem Anam” məzmunlu yazışma, 18.11.2020-ci il tarixdə saat 11:28:53-də “bakidadi bu hefde inşallah duzeler işi size qurban gor ne edirsiz veziyet cox pisdi zeng vurdim acmadiz ozumde utaniram tez tez sizi narahat edirem” məzmunlu yazışma aparılmışdır. SMS tarixçələri” adlı 3-cü faylda Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi vasitəsi ilə 01.05.2020-ci il tarixdən 23.02.2021-ci il tarixədək aparılan yazışmalar barədə məlumatlar 18 səhifədə əks olunmuşdur. “SMS tarixçələri” adlı 3-cü fayla əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsi arasında 14.10.2020-ci il tarixdə saat 19:04:00-da “Salam axşamın xeyir Mətanət deyir 5 gun həl elmsiz 6 gün pulmu ver” məzmunlu yazışma, 14.10.2020-ci il tarixdə saat 19:04:02-də “xəritə cəkmə nevaxt gələcək borc yiyeleri məni bogur ayın 6 sına so” məzmunlu yazışma aparılmışdır. Həmçinin həmin fayla əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi arasında 05.10.2020-ci il tarixdə saat 17:56:01-də “Melim telefonu besdeyqeliy telefonu acardiz” məzmunlu yazışma, 05.10.2020-ci il tarixdə saat 18:01:20-də “Melim heden yoxdan denen bilsin bu” məzmunlu yazışma, 05.10.2020-ci il tarixdə saat 20:35:14-də “Melim dedesi alem usaqiyla evden çıxardır bunun” məzmunlu yazışma və digər şəxsi məzmunlu yazışmalar aparılmışdır. Bununla yanaşı həmin fayla əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi arasında 08.10.2020-ci il tarixdə saat 08:49:07-də “gün aydin anarin işinen ne xeber ne dedi” məzmunlu yazışma, 08.10.2020-ci il tarixdə saat 08:50:54-də “O yalaci vekildi o hecne edmiyecek aladib pulumuzu aldi lazim.deyir qaytarsin istemirem” məzmunlu yazışma, 15.10.2020-ci il tarixdə saat 08:49:22-də “umet pulumu qaytarsin versin samire istemirsem lazim deyir” məzmunlu yazışma, 15.10.2020-ci il tarixdə saat 08:50:40-da “Pulumu qaytarsin” məzmunlu yazışma, 16.10.2020-ci il tarixdə saat 12:08:26-da “Selam samir anarin pulun verdi bes mene niy demirdin” məzmunlu yazışma və digər şəxsi məzmunlu yazışmalar aparılmışdır. SMS tarixçələri” adlı 4-cü faylda Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi vasitəsi ilə 01.05.2020-ci il tarixdən 23.02.2021-ci il tarixədək aparılan yazışmalar barədə məlumatlar 6 səhifədə əks olunmuşdur. “SMS tarixçələri” adlı 4-cü faylda qeyd olunan məlumatlara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi arasında 25.11.2020-ci il tarixdə saat 13:09:12-də “Zeng edecem” məzmunlu yazışma aparılmışdır. Həmin fayla əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi arasında 14.08.2020-ci il tarixdən 10.10.2020-ci il tarixədək şəxsi məzmunlu yazışmalar aparılmışdır. “Zənglərin detallaşması” adlı 1-ci faylda Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsi vasitəsi ilə 01.05.2020-ci il tarixdən 23.02.2021-ci il tarixədək aparılan danışıqlar barədə məlumatlar 756 səhifədə əks olunmuşdur. “Zənglərin detallaşması” adlı 1-ci faylla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsi arasında 20.07.2020-ci il tarixdən 02.12.2020-ci il tarixədək 93 dəfə danışıq aparılmışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsi arasında 01.08.2020-ci il tarixdən 14.12.2020-ci il tarixədək 48 dəfə danışıq aparıldığı müşahidə edilmişdir. Həmçinin, həmin fayla əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi arasında 23.08.2020-ci il tarixdən 02.12.2020-ci il tarixədək 45 dəfə danışıq aparılmışdır. “Zənglərin detallaşması” adlı 1-ci faylda həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsi ilə Şahid3 istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsi arasında 31.07.2020-ci il tarixdən 18.11.2020-ci il tarixədək 10 dəfə danışıq aparılmışdır. Bundan başqa, həmin fayla əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsi ilə Şahid3 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi arasında 29.07.2020-ci il tarixdən 30.07.2020-ci il tarixədək 5 dəfə danışıq aparılmışdır. “Zənglərin detallaşması” adlı 1-ci faylda olan məlumatlara əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi arasında 05.06.2020-ci il tarixdən 28.12.2020-ci il tarixədək 91 dəfə danışıq aparması müəyyən edilmişdir. Bununla yanaşı məlumatlara əsasən görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi arasında 17.07.2020-ci il tarixdən 30.10.2020-ci il tarixədək 96 dəfə danışıq aparılmışdır. “Zənglərin detallaşması” adlı 2-ci faylda Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi vasitəsi ilə 01.05.2020-ci il tarixdən 23.02.2021-ci il tarixədək aparılan danışıqlar barədə məlumatlar 4887 səhifədə əks olunmuşdur. “Zənglərin detallaşması” adlı 2-ci fayla əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsi arasında 19.08.2020-ci il tarixdən 18.12.2020-ci il tarixədək və Şahid1 istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsi arasında 05.09.2020-ci il tarixdən 07.12.2020-ci il tarixədək mütəmadi olaraq danışıqlar aparılmışdır. “Zənglərin detallaşması” adlı 2-ci fayla əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi arasında 13.11.2020-ci il tarixdən 05.12.2020-ci il tarixədək mütəmadi olaraq danışıq aparılmışdır. Bununla yanaşı qeyd olunan faylda Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi ilə Şahid3 istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsi arasında 30.07.2020-ci il tarixdən 20.11.2020-ci il tarixədək mütəmadi olaraq danışıq aparılmışdır. Həmçinin “Zənglərin detallaşması” adlı 2-ci faylından görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi ilə Şahid3 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi arasında 29.07.2020-ci il tarixdə1 dəfə danışıq aparılmışdır. “Zənglərin detallaşması” adlı 2-ci fayla əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi arasında 01.05.2020-ci il tarixdən 23.02.2021-ci il tarixədək mütəmadi olaraq danışıq aparması müəyyən edilmişdir. “Zənglərin məxsusluq tarixçələri” adlı 1-ci faylda Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsinin danışıqlar apardığı nömrələrin hansı şəxslərə məxsus olduğu 2 səhifədə əks olunmuşdur. “Zənglərin məxsusluq tarixçələri” adlı 1-ci faylda 070 *** ** ** mobil telefon nömrəsinin həqiqətən də Şahid3 məxsus olduğunu, 070 *** ** ** mobil telefon nömrəsinin həqiqətən də Təqsirləndirilən şəxs2 məxsus olduğu əks olunmuşdur. “Zənglərin məxsusluq tarixçələri” adlı 2-ci faylda istintaq əhəmiyyəti kəsb edən məlumatlar müşahidə edilməmişdir. Cinayət işinin materiallarında olan “Sənədlərə baxış keçirilməsi haqqında” 21 iyun 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-də Şahid5 adına açılmış 5103 **** **** 7604 nömrəli kart hesabına 12 noyabr 2020-ci il tarixdə 1.500 manat daxil olmuş, 12 noyabr 2020-ci il tarixdə “Kurdemir sheh.Babek kuch.47 Kurdemir” adlı bankomatdan 1.480 manat çıxarılmış, 20 noyabr 2020-ci il tarixdə 500 manat köçürülmüş, 23 noyabr 2020-ci il tarixdə “Kurdemir sheh.Babek kuch.47 Kurdemir” adlı bankomatdan 495 manat çıxarılaraq nağlaşdırılmışdır. Bununla yanaşı, "xxxx" Kommersiya Bankı” ASC-də X12 adına açılmış 5243 **** **** 7829 nömrəli kart hesabına 14 sentyabr 2020-ci il tarixdə ödəniş terminalı vasitəsilə ( paypoint_KOMTEK ) 498.50 manat, 21 sentyabr 2020-ci il tarixdə ödəniş terminalı vasitəsilə ( Modenis –eManat sistemi ) 498.50 manat, 5 oktyabr 2020-ci il tarixdə ödəniş terminalı vasitəsilə ( paypoint_KOMTEK ) 995.98 manat, 5 oktyabr 2020-ci il tarixdə ödəniş terminalı vasitəsilə ( paypoint_KOMTEK ) 497.50 manat, 27 noyabr 2020-ci il tarixdə ödəniş terminalı vasitəsilə ( paypoint_KOMTEK ) 996 manat, 27 oktyabr 2020-ci il tarixdə ödəniş terminalı vasitəsilə ( paypoint_KOMTEK ) 995 manat, 27 oktyabr 2020-ci il tarixdə ödəniş terminalı vasitəsilə ( paypoint_KOMTEK ) 995 manat, 27 oktyabr 2020-ci il tarixdə ödəniş terminalı vasitəsilə ( Modenis –eManat sistemi ) 996 manat, 27 oktyabr 2020-ci il tarixdə ödəniş terminalı vasitəsilə ( Modenis –eManat sistemi ) 995 manat, 27 oktyabr 2020-ci il tarixdə ödəniş terminalı vasitəsilə (paypoint_KOMTEK) 995 manat, 27 oktyabr 2020-ci il tarixdə ödəniş terminalı vasitəsilə ( paypoint_KOMTEK ) 995 manat, 27 oktyabr 2020-ci il tarixdə ödəniş terminalı vasitəsilə ( paypoint_KOMTEK ) 995 manat, 27 oktyabr 2020-ci il tarixdə ödəniş terminalı vasitəsilə ( paypoint_KOMTEK ) 995 manat, 27 oktyabr 2020-ci il tarixdə ödəniş terminalı vasitəsilə ( Modenis –eManat sistemi) 995 manat, 27 oktyabr 2020-ci il tarixdə ödəniş terminalı vasitəsilə (paypoint KOMTEK ) 777.09 manat köçürülmüşdür. Cinayət işinin materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017-ci il tarixli hökmünə əsasən X20 Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək azadlıqdan məhrum etmə cəzasının müddəti 9 ilə endirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş 22 iyun 2021-ci il tarixli **********8 nömrəli məktubda qeyd olunmuşdur ki, Nazirliyin “Sosial ödənişlər” və “Əlillik” altsistemlərinin məlumat bazalarına əsasən X2 21 fevral 2018-ci il tarixli rəsmi müraciətinə əsasən 12 fevral 2018-ci il tarixindən ona təyin olunmuş ümumi səbəbdən İ dərəcə əlilliyə görə aylıq 150 manat məbləğində (1 aprel 2019-cu il tarixindən artırılaraq 150 manat) sosial müavinətin və aylıq 100 manat məbləğində (1 aprel 2019-cu il tarixindən artırılaraq 100 manat) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənişləri əlilliyinin etibarsız hesab edilməsi səbəbindən 1 iyun 2020-ci il tarixindən dayandırılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş Salyan rayon İcra Hakimiyyəti Başçısının Yenikənd kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin verdiyi arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs2 himayəsində 2016-cı il təvəllüdlü X17, 2018-ci il təvəllüdlü X18 adlı 2 azyaşlı övladı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs1 himayəsində 2015-ci il təvəllüdlü X21 adında bir övladı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Salyan rayon İcra Hakimiyyəti Başçısının Yenikənd kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin verdiyi xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə CM-in 310-cu maddəsinə münasibətdə cinayət təqibindən imtina etmişdir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Məhkəmə hesab edir ki, həmin əsaslara görə Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə CM-in 310-cu maddəsinə xitam verilməlidir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.4, 310 və 32.4,312.2-ci, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.4, 32.4,312.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirlərini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmədə dindirilərkən şəxsi işi ilə əlaqədar olaraq Şahid1 600 manat məbləğində borca pul alması və qaytarması kimi ifadələrini işin faktiki hallarına uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadələrini də işin faktiki hallarına uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar lik dəfə cinayət məsuliyyətinə cəlb olunması və himayəsində bir azyaşlı övladının olmasıdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində iki azyaşlı övladının olmasıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. "xxxx" MMC-yə aid 27.11.2019-cu il tarixli 8 ədəd ödəniş qəbzi, "xxxx" MMC-yə aid 27.11.2019-cu il tarixli 3 ədəd ödəniş qəbzi, Bakı şəhər İcra Hakimiyyətinin rəis müavini Ruslan Şahbazlı adından verilmiş məktub, “JN-244A, KOD 90603018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə, Şahid1 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş onunla Təqsirləndirilən şəxs1 arasında olan “Whatsapp” proqramı vasitəsi ilə aparılmış danışıqlarım mətni, Azərbaycan Respublikasının gerbi və bayrağı üzərində əks olunmuş sol tərəfdən diyircəkli göy rəngli qələmlə əl yazısı ilə “Azerbaycan Respublikasi Dovlet Təhlükəsizliyi Nazirliyi” yazısı olan 19,5 x 6,0 sm ölçülərdə qalın kağız nümunəsi, Kürdəmir rayonunun Aqrar İslahatlar Komissiyasının 14 avqust 1998-ci il tarixli 08 nömrəli qərarı 0.31 hektar torpaq sahəsinin X15 və X1 mülkiyyətinə verilməsi barədə JN 244A, KOD 90603018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə, 1 ədəd qovluqda - əri Anar Əhədovun barəsində seçilmiş cəzanın daha yüngül cəza ilə əvəz olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin adına Şahid2 tərəfindən yazılmış və sonunda “15.10.2020, Mən şəxsən izahatı alarkən heç bir problem aşkar etmədim. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliy Xidmətinin əməlyat istintaq şöbəsinin rəis köməycisi mayor Təqsirləndirilən şəxs1, DTX-nin rəis mavini Təqsirləndirilən şəxs1” yazıları və adların qarşısından imzalar olan ərizə, Anar Əhədovun Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökm, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2017-ci il tarixli qərarı, Anar Əhədovun, Şahid2, Anar Qurbanovun, Seymur Qurbanovun şəxsiyyət vəsiqələri, Anar Əhədova aid tibbi arayış, hərbi bilet, xasiyyətnamə, nikah haqqında şəhadətnamə, qəyyumluq sənədi, Gülnar Qurbanovanın ölüm haqqında şəhadətnaməsi, 1 ədəd qovluqda X2 şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayış. sonuncuya aid ƏƏSMNnin Tibbi-sosial Ekspert Komissiyanın sonuncu müayinəyə dair məlumat vərəqi, fotoşəkilləri, bundan başqa daxilində “1) X20, 2) İsparova Rəsmiyə 3) Şahid6 Samir (EV) yazıları olan qara rəngli kitabça, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” daşıyıcısı, "xxxx" ASC-də Şahid5 adına açılmış 5103 **** **** 7604 nömrəli kart hesabına dair məlumatlar, "xxxx" Kommersiya Bankı” ASC-də X12 adına açılmış 5243 **** **** 7829 nömrəli kart hesabına dair məlumatlar maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun, bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan məsuliyyətini yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun islah olunması cəza çəkmədən mümkündür və barəsində cəza təyin edilərək həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət, onun daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “barəsində polisin nəzarəti altına vermə» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət ağır cinayətlər kateqoriyasına aid olduğu üçün və o ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. İş üzrə maddi sübut tanınmış və iş materiallarına əlavə olunmuş "xxxx" MMC-yə aid 27.11.2019-cu il tarixli 8 ədəd ödəniş qəbzi, "xxxx" MMC-yə aid 27.11.2019-cu il tarixli 3 ədəd ödəniş qəbzi, Bakı şəhər İcra Hakimiyyətinin rəis müavini Ruslan Şahbazlı adından verilmiş məktub, “JN-244A, KOD 90603018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə, Şahid1 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş onunla Təqsirləndirilən şəxs1 arasında olan “Whatsapp” proqramı vasitəsi ilə aparılmış danışıqlarım mətni, Azərbaycan Respublikasının gerbi və bayrağı üzərində əks olunmuş sol tərəfdən diyircəkli göy rəngli qələmlə əl yazısı ilə “Azerbaycan Respublikasi Dovlet Təhlükəsizliyi Nazirliyi” yazısı olan 19,5 x 6,0 sm ölçülərdə qalın kağız nümunəsi, Kürdəmir rayonunun Aqrar İslahatlar Komissiyasının 14 avqust 1998-ci il tarixli 08 nömrəli qərarı 0.31 hektar torpaq sahəsinin X15 və X1 mülkiyyətinə verilməsi barədə JN 244A, KOD 90603018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə, 1 ədəd qovluqda - əri Anar Əhədovun barəsində seçilmiş cəzanın daha yüngül cəza ilə əvəz olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin adına Şahid2 tərəfindən yazılmış və sonunda “15.10.2020, Mən şəxsən izahatı alarkən heç bir problem aşkar etmədim. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliy Xidmətinin əməlyat istintaq şöbəsinin rəis köməycisi mayor Təqsirləndirilən şəxs1, DTX-nin rəis mavini Təqsirləndirilən şəxs1” yazıları və adların qarşısından imzalar olan ərizə, Anar Əhədovun Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökm, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2017-ci il tarixli qərarı, Anar Əhədovun, Şahid2, Anar Qurbanovun, Seymur Qurbanovun şəxsiyyət vəsiqələri, Anar Əhədova aid tibbi arayış, hərbi bilet, xasiyyətnamə, nikah haqqında şəhadətnamə, qəyyumluq sənədi, Gülnar Qurbanovanın ölüm haqqında şəhadətnaməsi, 1 ədəd qovluqda X2 şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayış. sonuncuya aid ƏƏSMN-nin Tibbi-sosial Ekspert Komissiyanın sonuncu müayinəyə dair məlumat vərəqi, fotoşəkilləri, bundan başqa daxilində “1) X20, 2) İsparova Rəsmiyə 3) Şahid6 Samir (EV) yazıları olan qara rəngli kitabça, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” daşıyıcısı, "xxxx" ASC-də Şahid5 adına açılmış 5103 **** **** 7604 nömrəli kart hesabına dair məlumatlar, "xxxx" Kommersiya Bankı” ASC-də X12 adına açılmış 5243 **** **** 7829 nömrəli kart hesabına dair məlumatlar cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı tutulduqları vaxtdan- 23 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 310-cu maddəsi ilə 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4, 312.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cazasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– 23 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.4, və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cazasına məhkum edilsin. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittiham üzrə CM-in 310-cu maddəsinin təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarətinə vermə” qətimkan tədbiri dəyişdirilsin, hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut tanınmış və iş materiallarına əlavə olunmuş "xxxx" MMC-yə aid 27.11.2019-cu il tarixli 8 ədəd ödəniş qəbzi, "xxxx" MMC-yə aid 27.11.2019-cu il tarixli 3 ədəd ödəniş qəbzi, Bakı şəhər İcra Hakimiyyətinin rəis müavini Ruslan Şahbazlı adından verilmiş məktub, “JN-244A, KOD 90603018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə, Şahid1 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş onunla Təqsirləndirilən şəxs1 arasında olan “Whatsapp” proqramı vasitəsi ilə aparılmış danışıqlarım mətni, Azərbaycan Respublikasının gerbi və bayrağı üzərində əks olunmuş sol tərəfdən diyircəkli göy rəngli qələmlə əl yazısı ilə “Azerbaycan Respublikasi Dovlet Təhlükəsizliyi Nazirliyi” yazısı olan 19,5 x 6,0 sm ölçülərdə qalın kağız nümunəsi, Kürdəmir rayonunun Aqrar İslahatlar Komissiyasının 14 avqust 1998-ci il tarixli 08 nömrəli qərarı 0.31 hektar torpaq sahəsinin X15 və X1 mülkiyyətinə verilməsi barədə JN 244A, KOD 90603018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə, 1 ədəd qovluqda - əri Anar Əhədovun barəsində seçilmiş cəzanın daha yüngül cəza ilə əvəz olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin adına Şahid2 tərəfindən yazılmış və sonunda “15.10.2020, Mən şəxsən izahatı alarkən heç bir problem aşkar etmədim. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliy Xidmətinin əməlyat istintaq şöbəsinin rəis köməycisi mayor Təqsirləndirilən şəxs1, DTX-nin rəis mavini Təqsirləndirilən şəxs1” yazıları və adların qarşısından imzalar olan ərizə, Anar Əhədovun Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökm, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2017-ci il tarixli qərarı, Anar Əhədovun, Şahid2, Anar Qurbanovun, Seymur Qurbanovun şəxsiyyət vəsiqələri, Anar Əhədova aid tibbi arayış, hərbi bilet, xasiyyətnamə, nikah haqqında şəhadətnamə, qəyyumluq sənədi, Gülnar Qurbanovanın ölüm haqqında şəhadətnaməsi, 1 ədəd qovluqda X2 şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayış. sonuncuya aid ƏƏSMN-nin Tibbi-sosial Ekspert Komissiyanın sonuncu müayinəyə dair məlumat vərəqi, fotoşəkilləri, bundan başqa daxilində “1) X20, 2) İsparova Rəsmiyə 3) Şahid6 Samir (EV) yazıları olan qara rəngli kitabça, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” daşıyıcısı, "xxxx" ASC-də Şahid5 adına açılmış 5103 **** **** 7604 nömrəli kart hesabına dair məlumatlar, "xxxx" Kommersiya Bankı” ASC-də X12 adına açılmış 5243 **** **** 7829 nömrəli kart hesabına dair məlumatlar cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1439/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1439/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver