Məhkəmə qərarları › İş №1(101)-1439/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1439/2024

09.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1439/2024 09.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, müdafiəçi, “De Fendo” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, Maşad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq, xuliqanlıq niyyətilə xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 02 noyabr 2023-cü il tarixdə saat 06:40 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində spirtli içki qəbul edib, əvvəllər onunla qeyri-rəsmi nikah münasibətlərində yaşamış arvadı Zərərçəkmiş şəxs uzun müddətdir ondan ayrı yaşaması, restoranda işləməsi, mobil telefon istifadə etdiyini güman etməsi kimi cüzi səbəblərlə sonuncunun yad kişilərlə münasibətdə olduğunu düşünərək, bunu bəhanə edib Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə qəsdən öldürmək qərarına gələrək həmin evdən bir ədəd soyuq silah hesab olunmayan dəstəyi ağ-göy-qırmızı rəngli plastik materialdan olan qatlanmayan mətbəx bıçağını götürüb ikisinin birgə münasibətlərindən doğulmuş və bir yerdə yaşadığı oğulları - Şahid6 “ananı öldürməyə gedirəm” deyərək, eyni tarixdə saat 07:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində olan birmərtəbəli tikiliyə gəlib Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan həmin tikilidə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə, sonuncunun hər hansı razılığı olmadan tikilinin qapısını təpiklə zərbə vurmaqla açaraq anidən içəri daxil olub, qapının çırpılma səsinə yuxudan oyanan Zərərçəkmiş şəxs əziz yaxınları olan, ikisinin birgə münasibətlərindən doğulmuş qızları – azyaşlı Şahid5, o cümlədən Zərərçəkmiş şəxs orada gecələmiş bacısı oğlu - azyaşlı Şahid4 gözləri qarşısında, azyaşlıların və Zərərçəkmiş şəxs ona yalvarışlarına, aman diləmələrinə məhəl qoymadan öz cinayətkar hərəkətlərini davam etdirib ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə və öz şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoymaqla hər hansı əsaslı və tutarlı səbəb olmadan müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, əzab və işgəncə verdiyini dərk edib arzulamaqla, özü ilə gətirdiyi bıçağı sağ əlində tutaraq Zərərçəkmiş şəxs qəsdən öldürməklə bağlı niyyətini başa çatdırmaq məqsədilə sonuncunun sifət nahiyəsinə yumruq və bədəninin müxtəlif nahiyələrinə ardıcıl bıçaq zərbələri vurmuş, Zərərçəkmiş şəxs onun zərbələrindən özünü xilas edərək həmin tikilinin yanında yerləşən və sonuncunun bacısı Qanuni nümayəndə2 öz ailə üzvləri ilə birgə yaşadığı evin pilləkənlərinin üzərində taqətdən düşərək müvazinətini itirib yıxıldığını gördükdə isə artıq Zərərçəkmiş şəxs öldüyünü və öz məqsədinə çatdığını başa düşərək sonuncunun və hadisənin şahidlərinin ünvanına “Zülfiyyə ölməli idi, yaxşı eləyib vurmuşam, indi də kişi kimi gedirəm polisə təslim olmağa” deməklə soyuqqanlılıqla oradan uzaqlaşaraq, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı payının (4,0 x 2,0 sm ölçüdə), döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna nüfuz edərək sağ ağciyərin yuxarı payının (2,8 x 0,6 sm ölçüdə) zədələnməsi ilə müşayiət olunan və kəskin qanitirmə ilə nəticələnərək ölümünə səbəb olan hər biri ayrı-ayrılıqda yetirmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik deşilmiş-kəsilmiş yaralar, bundan başqa döş qəfəsinin sol yarısının arxa səthinin (3,4 x 1,0 sm ölçüdə), döş qəfəsinin sağ yarısının arxa səthinin (3,2 x 1,2 sm ölçüdə), döş qəfəsinin sağ yarısının arxa səthinin (3,7 x 1,2 sm ölçüdə), sağ bazu oynağı nahiyəsinin (4,7 x 1,2 sm ölçüdə) daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, o cümlədən sağ çiyin qurşağı nahiyəsinin (4,0 x 1,0 sm ölçüdə), sağ çənə bucağı nahiyəsinin (1,5 x 0,6 sm ölçüdə), ənsə nahiyəsinin (1,7 x 0,8 sm ölçüdə), sol bazu nahiyəsinin (3,0 x 1,0 sm ölçüdə) hər biri ayrıayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik kəsilmiş yaraları, bundan başqa burun belinin və sağ almacıq nahiyəsinin hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən qançırlarından ibarət çoxsaylı bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq, xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 157.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxs Zülfiyyə ilə 16 il evli olmuşdur. Bakının müxtəlif yerlərində kirayədə yaşamışlar. Son dəfə Xocasən qəsəbəsində qaldıqları evdə ev sahibi birdən evi satmaq qərarına gəlmiş, onlar da oradan çıxmaq məcburiyyətində qalmışlar. O, kirayə ev axtarmağa başlamış, lakin boş ev tapa bilməmişdir. Məcburiyyət qarşısında qalıb uşaqlarını anasıgilə yerləşdirmiş, özü isə İlqar adlı bacanağıgildə qalmağa başlamışdır. Bacanağı ilə birlikdə tikintidə işləməyə gedib bir qədər pul yığmış və əvvəl kirayədə qaldığı Xocasən qəsəbəsindən yenə bir ev kirayələmişdir. Daha sonra həyat yoldaşını gətirmək üçün onun yanına getmişdir. Zülfiyyə isə ona şikəst, vərəm olduğu üçün yanına gəlməyəcəyini demişdir. Bu söz ona çox pis təsir etmiş və onda şübhə yaranmışdır. Hadisə günündən 2-3 ay əvvəl həmin qəsəbədə olan arxa bir yolda həyat yoldaşını avtobusdan düşəndə görmüşdür. Həyat yoldaşı qabaqda getmiş, o da yavaş-yavaş həyat yoldaşının arxasınca gedib çatmağa çalışmışdır. Bu zaman həyat yoldaşı telefon ilə danışmışdır. Onu da qeyd edir ki, həyat yoldaşının heç vaxt telefonu olmamış, anasıgilə gedəndən sonra telefondan istifadə etməyə başlamışdır. Bir dəfə də qapıdan çıxanda qızı ilə həyat yoldaşını yenə görmüş, Zülfiyyəyə telefonu gördüyünü, çantasını verməsini demişdir. Zülfiyyə isə verməyib, qaça-qaça gedib telefonu anasına vermişdir. Anası da bu işlərə göz yummuşdur. Bir dəfə də metronun yanında Zülfiyyənin telefon işlətdiyini görmüş, o, telefonu istəmiş, Zülfiyyə yenə də telefonu gizlətmişdir. Bir dəfə həyat yoldaşının qohumlarına Zülfiyyənin ondan gizli telefon işlətdiyini, bu qızın öləcəyini demişdir. Sonra Zülfiyyə ilə “WhatsApp”da danışmağa başlamışlar. Həyat yoldaşı ona səslər atmış, onu onsuz da əvvəldən istəmədiyini demişdir. Sonuncu dəfə də yoldaşının restoranda işləməsi onu lap dəli etmişdir. Həyat yoldaşı, restoranda işləməyə başlayandan bir müddət sonra o, evdən bıçaq götürüb Zülfiyyəgilin həyətlərinə daxil olmuşdur. Zülfiyyə, qızı və bacanağı orda olmuşdur. O, qapını açmaq istəyəndə qapının içəridən bağlı olduğunu görmüşdür. O, qapıya təpik vurub içəri girmişdir. Bir otaqda qızı ilə həyat yoldaşı Zülfiyyə, digər otaqda bacanağı ilə oğlu yatmışdır. Həyat yoldaşı qışqırmış, bacanağı ilə oğlunu köməyə çağırmaq üçün qaçmış, həmin vaxt o, həyat yoldaşına 2 bıçaq zərbəsi vurmuşdur. Zülfiyyə qaçmağa başlamışdır. Sonra hər kəs otaqlardan çıxmışdır. Bacanağının həyat yoldaşı gələrək niyə belə etdiyini söruşmuşdur. Ondan sonra o, gedib bölməyə təslim olmuşdur. O, bıçağı hadisə günü yaşadığı evdən yoldaşını öldürmək məqsədi ilə götürmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs spirtli içkidən istifadə etdiyini, həyat yoldaşının spirtli içki içməyi ilə bağlı ona irad tutmadığını, onun əlində yoldaşının başqa kişilərlə münasibətdə olduğuna dair faktlar olduğunu, lakin bunları açıqlamaq istəmədiyini, həyat yoldaşını öldürməyi planlaşdırdığını, hadisə baş verən gün onun yanında sadəcə oğlunun qaldığını, oğluna anasını öldürməyə getdiyini dediyini, həyat yoldaşını bıçaqlayanda uşaqların orada olmadıqlarını, qaçdıqlarını, yoldaşına birinci sağ çiynindən, sonra sol çiynindən bıçaq zərbəsi vurduğunu, hadisəni 2-3 dəqiqə ərzində törətdiyini, yoldaşı ilə əvvəllər qısqanclıq zəminində problemləri olmadığını, uşaqların onun həyat yoldaşına bıçaq zərbəsi vurduğunu görmədiklərini, hadisədən dərhal sonra polis bölməsinə gedib təslim olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, onun qızı Zülfiyyə 16 il Qədirlə ailəli olmuşdur. Qızı ona öz ailəsində olan davadalaşdan danışmamışdır. Qızı, yoldaşı Qədir yola vermədiyinə görə son 11 ay ərzində onun yanında qalmış, qızına da, qızının övladına da o baxmışdır. Qədir dəfələrlə bıçaqla onun evinə gəlib, amma bunu ona deməyiblər. Qızı ona dəfələrlə bu işə qarışmamasını demişdir. O, qızına gedib şikayət etməyi məsləhət görmüş, amma qızı ortada balasının olduğunu bildirərərək barışmağa ümid etmişdir. Hadisə olan vaxtı qızı 15 gün olarmış ki, işləmişdir. 15 gün tamam olan gün qızı ona müraciət edərək onun gedib xalasıgildə qalmasını, özünün isə işlədiyi yer yaxın olduğuna görə bacısıgilə qalacağını demişdir. Qızı bacısıgilə getməmişdən əvvəl Qədir o evə gəlmiş, qızı evə gələndə görmüşdür ki, Qədir evdə oturub, onlar hətta bir-birilərinə baxıb deyib-gülmüşlər. Sonra Qədir getmişdir. Səhərə yaxın Qədir evə gəlmiş, qapıya təpik vurmuş, bu zaman onun nəvəsi İslam kim olduğunu soruşmyuşdur. Qədir cavab verməmiş, qapını bir də çırpmışdır. İslam sonra ona bildirmişdir ki, gözünü açanda qapının qırıldığını, Qədirin xalası Zülfiyyəyə bıçaq zərbələri endirdiyini görmüşdür. Xalasını bıçaqlayanda Qədirin qızı Şəbnəm atasının qarşısına keçmiş, bu zaman Qədir Şəbnəmdən çəkilməsini tələb etmiş, əks halda Şəbnəmi də bıçaqlayacağını bildirmişdir. Şəbnəm yalvarıb ağlamış, növbəti dəfə İslam Qədirin qolundan tutub qırağa atmış, onda Zülfiyyə Qədirin əlindən çıxıb bacısının otağına qaçmışdır. Zülfiyyə bacısı Sitarənin yanına çatanda başını bacısının qolunun üstünə qoyub, orada da canını tapşırmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X7 göstərdi ki, Qədirlə qızının tez-tez mübahisələri olmuş, Zülfiyyə Nərimanovda “Çanaqqala” restoranında qabyuyan işləmiş, Qədir də bunu istəməmişdir. Qədir hər gün spirtli içki içmiş, hadisə baş verən gün də Qədir çox içkili olmuşdur. Zülfiyyə rəhmətə gedəndən bir gün qabaq Qədirin oğlu Hüseyn onlara gəlmiş, anasına özünü gözləməyi, atasını gündə bıçaq itilədiyini, bıçaqla anasının başını kəsəcəyini dediyini bildirmişdir. Hadisədən sonra Qədir əliqanlı içəri girib, onunla qalan Hüseynə anasını öldürdüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin bacısı Qanuni nümayəndə2 ifadəsində göstərdi ki, ailəsi Xocəsən qəsəbəsində qalarkən Qədir və Zülfiyyə onların yanına köçmüşlər. Qədir həmişə içki içmişdir. Bacısı Zülfiyyə səhər saat 6da evdən çıxıb dilənməyə gedib, saat 10-da evinə qayıtmış, əziyyətlə 2 balasını böyütmüşdür. Qədir öz yoldaşının gətirdiyi yeməyin içinə tüpürmüş, arvadına içki butulkaları ilə hədə-qorxu gəlmiş, bacısı da qaçıb onlara gəlmişdir. O, Qədirdən nə vaxta kimi belə olacağını soruşmuş, Qədir də belə adam olduğunu, öz ağlının özünə bəs elədiyini, heç kimin ağlına ehtiyacı olmadığını demişdir. Hadisə günü axşam axşam 10-11 arası uşaqları ilə evə gələndə bacısı Zülfiyyəni metroda görmüş və sevinmişdir. Həmin vaxtı Qədirlə Zülfiyyə ayrı yaşayırmışlar. O, Zülfiyyəyə evinə qayıtmasını demiş, Zülfiyyə də yoldaşı gəlsə, gedəcəyini bildirmişdir. Bacısı ilə evə gəlmişlər, bu vaxt Qədirin də onlarda oturduğunu görmüşlər. O, bacısına içəri keçməsini, Qədiri görüb dava çıxarmamasını demişdir. Bacısı da heç nə olmayacağını, hətta bacısının Qədirin üzünə güldüyünü, Qədirin də güldüyünü görmüşdür. Bir az keçəndən sonra Qədir çıxıb getmişdir. Gecə saat 12-yə kimi onlar söhbət eləmişlər. Zülfiyyənin qızı lobya qızdırıb anasına vermiş, anası da yeyəndən sonra çox yorulduğunu demiş, gedib yatmışdır. Zülfiyyə onlardan ayrı otaqda yatmışdır. Qədir zəng vurub Zülfiyyənin işləməməsini, işləyən qadınların abırsız olduqlarını demişdir. Zülfiyyə, İslam, Şəbnəm üçü bir otaqda yatmışlar. Səhərə yaxın saat təxminən 6-da, çığırışma səsi gəlmiş, o, qəfildən qaçmışdır. O, Qədirin əlində bıçaq görmüş, bacısı həmin bıçağın qarşısında onun üstünə qaçmışdır. O, bacısının öləcəyini düşünməmişdir. Bacısı ondan kömək istəmiş, amma o, kömək edə bilməmişdir. Zülfiyyə gəlib qapısının ağzında düz əlinin üstünə yıxılmışdır. Zülfiyyənin boynundan dəhşət qan axdığını görmüşdür. O, İslamdan hadisənin necə olduğunu soruşmuşdur. İslamın dediyinə görə, Qədir qapını vuranda kim olduğunu soruşmuş, səs gəlməmiş, sonra qapı bərkdən vurulub sındırılmışdır. Qədir içəri girmiş, girən kimi xalası Zülfiyyənin üstünə hücum etmişdir. İslam xalasını vurduğunu görmüşdür. Həmin vaxt İslam və Şəbnəm orada olmuşlar. Şəbnəm qorxusundan donub yerində qalmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Qədir onun bacanağıdır. Zülfiyyə qızı ilə birlikdə onların evinin yaxınlığıda bir tikilidə qalmışdır. Hadisə günündən bir gün əvvəl Qədir onların evində olmuş, evdə həmçinin anası Pəri, yoldaşı Sitarə və mərhum baldızı Zülfiyyə olmuşdur. Qədir yoldaşının dalınca gəlmişdir ki, onu evlərinə aparsın, lakin onlar arasında dəfələrlə mübahisələr olduğu üçün Zülfiyyə Qədirlə getmək istəməmişdir. Qədir içki aludəçisi olmuş, Zülfiyyə də Qədirin içkini buraxacağı təqdirdə Qədirlə gedəcəyini dermişdir. Axşam Qədir evinə getmişdir. Səhər o, hay-küy, qışqırıq səsinə oyanmışdır. Zülfiyyənin qaldığı evə tərəf gedəndə Zülfiyyəni yaralı vəzyyətdə yerə yıxılmış görmüşdür. Qədir əlində bıçaq dayanmışdır. Həmin gecə mərhumla birgə onun oğlu İslam və qızı Şəbnəm qalmışlar. Onlar təcili yardım çağırmış, Qədir isə çıxıb getmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 hadisə gününədək Zülfiyyə tərəfindən əxlaqsız hərəkət görmədiyini, Qədirlə Zülfiyyə arasında mübahisənin telefon üstündə olduğunu, Qədirin dəfələrlə Zülfiyyə ilə barışmaq üçün təkid etdiyini, hadisə vaxtı Zülfiyyənin yaralı vəziyyətdə onun qarşısına çıxdığını, hadisəyə Şəbnəmin və oğlu İslamın şahid olduqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Qədir mərhum xalası Zülfiyyənin həyat yoldaşıdır. Xalası Zülfiyyə, yoldaşı Qədirlə yola getmədiyinə, sözsöhbətləri çox olduğuna görə onlarla birgə yaşamışdır. Hadisə günü evdə atası Raqif, anası Sitarə, nənəsi Pəri, qardaşı Vaqif, xalası Zülfiyyə və sonuncunun qızı Şəbnəm olmuşlar. O, xalası Zülfiyyə və qızı Şəbnəmlə birgə həyətdə xırda tikilidə qalmışlar. O, təxminən gecə vaxtı birdən qapının zərbə ilə açılmasının şahidi olmuş, bu vaxt xalası oyanmış, Qədirin xalasını vurduğunu görmüşdür. O, Qədirin belindən tutub fırladıb kənara çəkmiş, onda Qədirin əlində bıçağı görmüşdür. Axırıncı bıçaq zərbəsindən sonra xalası Zülfiyyə pilləkənlərə tərəf qaçmış elə oradaca da yıxılmışdır. Qədir Zülfiyyəyə təxminən 7- 8 bıçaq zərbəsi endirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisə vaxtı Qədirin Zülfiyyəyə dəfələrlə sağdan və soldan zərbələr endirdiyini, sonuncu zərbəni isə arxadan belindən vurduğunu bildirdi. Məhkəmədə Şahid4 şahid qismində ifadə verdikdən sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq hadisə vaxtı özünün qapının cəftəsini çəkib otağa girəndə uşaqların Zülfiyyənin yanında yatdıqlarını, səs-küyə oyanıb qaçdıqlarını və o, zərbələri endirəndə uşaqların onun əlində bıçağın olmasını görməklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qızı Şahid5 ifadəsində göstərdi ki, hadisə baş verən gün anası Zülfiyyə, xalasıoğlu İslam və o, otaqda yatarkən gecə saat 5-6 radələrində atası bağlı qapını qıraraq içəri daxil olmuşdur. O, qapının qırılmadığını eşitməmiş, lakin ayıldıqda atasının anasını bıçaqla vurmasını görmüşdür. O, atasına anasını öldürməsin deyə yalvarmış, amma atası ona qulaq asmamışdır. Bu zaman İslam atasını itələmiş və anası çölə qaçmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid5 bildirdi ki, atası onlara qarşı pis olmuş, içib onları döymüş, anasının bişirdiyi yeməkləri çölə tökmüşdür. Hadisə vaxtı o, anasının səsinə ayılmış, atasına yalvaranda sonuncu əlindəki bıçağı gizlətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Qədir onun oğlunun bacanağıdır. O, Zülfiyyəgillə qapı qonşusu olan oğlunun evinə qonaq gəlmişdir. Gecə vaxtı Zülfiyyə evinə gedərkən, o, Zülfiyyəyə qalmasını demiş, lakin Zülfiyyə qalmamış və getmişdir. Onun nəvəsi İslam və Zülfiyyənin qızı Şəbnəm də Zülfiyyə ilə getmişlər. O, səhərə yaxın qışqırığa oyanmış, çölə qaçmış, Zülfiyyənin artıq öldüyünü görmüşdür. Bu vaxt Qədir içəridə durmuş, o da Qədiri bir böyük kimi danlamışdır. Qədir Zülfiyyəni vurduğunu və gedib polisə təslim olacağını demişdir. Qədir Zülfiyyəni işə girməyin üstündə öldürmüşdür. X3rın gözünün qabağında öldürdüyünü demişlər. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində təqsirləndirilən şəxsin oğlu Şahid6 bildirmişdir ki, atası ilə mərhum anası Zərərçəkmiş şəxs 10-15 il əvvəl ailə qurmuş, həmin evlilikdən o və bacısı Şahid5 doğulmuşlar. Əvvəllər atası, anası, bacısı və o, birgə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamışlar. Sonradan ev sahibi evi satdığı üçün o, atası ilə birlikdə xalası Simagildə, anası ilə bacısı isə birlikdə Sitarəgildə yaşamağa başlamılar. Əvvəllər özü də bir müddət anasıgillə birgə yaşasa da, sonradan atası xəstə olduğundan ona qulluq etmək üçün atasının yanına köçmüşdür. Bir müddət sonra atası Sitarəgilin evinə yaxınlıqda başqa bir ev kirayəyə götürüb onunla birgə ora köçmüşdür. Anası ilə bacısı isə Sitarəgilin evinin yanında düzəltdikləri taxta tikilidə yaşamağa davam etmişlər. Əvvəllər anası ilə atası tez-tez mübahisə etmiş, atası tez-tez spirtli içki qəbul etmiş və anasını nalayiq sözlərlə təhqir etmişdir. Atası yeni ev kirayəyə götürdükdən sonra anasına bir neçə dəfə öz yanına köçməsini desə də, anası razılaşmamış, spirtli içki içməyi tərgitsə onunla yaşamağa davam edəcəyini demiş, atası isə hər dəfə anasını təhqir etmişdir. Həmçinin anası hadisədən bir ayadək əvvəl restoranların birində qabyuyan kimi işləməyə başlamış və atası anasını qısqandığı üçün işləməsinə razı olmamışdır. Hadisə barədə bildirmişdir ki, 01 noyabr 2023-cü il tarixdə gün ərzində evdə olmuş, saat 16 radələrində “İçərişəhər” metrostansiyasının yanına getmiş və bir qədər fıstıq satıb saat 22 radələrində evə qayıtmış, evə qayıtdıqdan sonra özünə məxsus mobil telefonla oyun oynayıb yatmışdır. Bir qədər gec saatlarda yatmış, həmin müddətdə atası evdə spirtli içki içirmiş. 02 noyabr 2023-cü il tarixdə təxminən saat 5-6 radələrində atasının gündəlik məişət işlərində istifadə etdiyi dəstəyi ağ-göy-qırmızı rəngli olan bıçağı götürüb çıxdığını görmüş, atasından hara getdiyini soruşduqda atası “ananı öldürməyə gedirəm” deyib gülmüş, atası əvvəllər də bir neçə dəfə zarafatla bu cür sözlər dediyi üçün onun yenə zarafat etdiyini düşünmüşdür. Bundan sonra atası evdən çıxıb getmiş, o isə yatmağa davam etmişdir. Saat 07:30 radələrində atası gəlib onu səsləmiş, yuxudan oyandıqda atası ona “ananı öldürmüşəm, get bax, mən də polisə gedirəm” demiş, həmin vaxt atasının əlində evdən götürdüyü bıçaq da olmuşdur. O, tez yerindən durub anası yaşadığı yerə getmiş, ora çatdıqda görmüşdür ki, anası xalası Sitarəgilin evinin pilləkənlərinin üzərində uzanıbdır, bədənindən qan axır. Bir qədər sonra hadisə baş verən yerə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər gəlmişlər. Anası restoranda işlədiyi üçün, həm də atası ilə yaşamaq istəmədiyi üçün atası anasının başqa kişilərlə münasibəti olduğunu düşünmüşdür. Atasının anasını öldürməsinin səbəbi onu qısqanmağı olmuş, nə atası, nə də anası telefon işlətməmişdir, bəzən atası ona məxsus “Samsung A23” markalı mobil telefonu işlətmiş, hadisə baş verən gün və əvvəlki günlərdə atası həmin telefondan ümumiyyətlə istifadə etməmişdir (cild 1, iş vərəqi 192-195). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş; - xx.xx.2023-cü il tarixli, C - 591 nömrəli təqrirdən görünür ki, həmin tarixdə saat 07:30-da Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin Növbətçi hissəsindən xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Motodrom qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində üzərində çoxsaylı xəsarət izləri olan meyitinin aşkar olunması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 3). - hadisə yerinə baxış keçirmə və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Motodrom qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən bir mərtəbəli tikilidir. Yaxınlıqda yaşayış evlərindən başqa hər hansı tanınmış obyekt olmadığından ünvanı ətraflı təsvir etmək mümkün deyildir. Küçə ilə hərəkət etdikdə yolun sağ və sol tərəfində fərdi yaşayış evləri yerləşir. Hadisə yerində polis əməkdaşları və mülki geyimli şəxslər vardır. Küçədə insanların və avtomobillərin passiv hərəkət etdiyi müşahidə olunur. Hadisənin baş verdiyi yaşayış evinin həyətyanı sahəsinin ətrafı 02 metr hündürlüyündə kubiklərlə hörülmüş hasarla əhatə olunmuşdur. Həyətyanı sahənin girişi üzəri paslanmış ağ rəngli dəmir materialdan olan darvazadandır. Həyətyanı sahəyə daxil olduqda darvaza ilə üzbəüzdə 15 metr irəlidə sol tərəfdə bir mərtəbəli tikili və sağ tərəfdə isə bir mərtəbəli fərdi ev vardır. Sağ tərəfdəki evin qarşısında olan kubiklərlə düzəldilmiş pilləkənlərin üzərində bir nəfər insan meyiti vardır. Meyitin üzərinə üstündə göy rəngli naxışları olan ağ rəngli yorğan örtülmüşdür. Yorğanı qaldırdıqda meyitin qadın cinsli olduğu görünür. Meyitin başı evin girişinə doğru olmaqla pilləkənlərin yuxarı hissəsinə istiqamətlənmiş, qolları bədənə bitişik, ayaqları başının əksi istiqamətində bir-birinə bitişik vəziyyətdədir. Meyitin bədən səthində, əsasən də kürək, boyun və çiyin nahiyələrində kəsici- deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri müşahidə olunur, üzərində paltar olduğundan xəsarətləri tam şəkildə görmək mümkün deyildir. Meyitin ətrafında pilləkənlərin üzərində qanabənzər ləkələr vardır. Həmin ləkələrdən 01 ədəd tampon nümunə müvafiq qaydada qablaşdırılaraq götürüldü. Meyitin əynində sarı-yaşıl rəngli naxışları olan qara rəngli uzunqol don, qara rəngli büstqalter olduğu görünür. Don arxa hissədən yırtılmışdır. Hadisə yerinə baxışda iştirak edən Qanuni nümayəndə2 həmin meyitin bacısı Zərərçəkmiş şəxs meyiti olduğunu, sonuncunun şəxsiyyət vəsiqəsinin itdiyini, Zərərçəkmiş şəxs sonuncunun əvvələr qeyri-rəsmi nikah münasibətlərində olduğu əri Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs yaşadığı - həyətyanı sahənin qurtaracağında olan bir mərtəbəli tikilidə bıçaqla öldürüldüyünü, onların övladları azyaşlı Şahid5 və öz azyaşlı oğlu Şahid4 hadisənin şahidi olduqlarını, Zərərçəkmiş şəxs əynindəki donu qanı dayandırmaq üçün özünün yırtdığını, sonuncunun yıxılıb qaldığı pilləkənlərin aid olduğu evdə özünün ailə üzvləri ilə birgə yaşadığını bildirdi. Həyətyanı sahənin sol tərəfində olan birmərtəbəli tikili taxta parçalarını mismarla bir-birinə bərkitməklə düzəldilmiş və ətrafına qara rəngli sellofan dolanmışdır. Tikilinin girişi nazik taxta materialdan olan qapıdandır. Qapının aşağı hissəsində zədə müşahidə olunur. Qapı açıq vəziyyətdədir və içəri tərəfdən rəzə ilə kilidlənir. Həmin rəzə də çərçivədən çıxmış vəziyyətdədir. Tikiliyə daxil olduqda bir otaqlı olmaqla döşəmədə yorğan, döşək, yastıq, geyim və başqa məişət əşyaları olduğu görünür. Otağın eni 285 sm, uzunluğu 400 sm, hündürlüyü 70 sm-dir. Otaqda olan əşyalar dağınıq vəziyyətdədir. Giriş qapısının içəri tərəfdən üzərində qanabənzər ləkərər vardır. Həmin ləkələrdən 01 ədəd tampon nümunə müvafiq qaydada qablaşdırılaraq götürüldü. Döşəmədə bir neçə yerdə də qanabənzər ləkələr olduğu görünür. Həmin ləkələrdən də 01 ədəd tampon nümunə müvafiq qaydada qablaşdırılaraq götürüldü. Qeyd olunanlardan başqa tikilidə istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmadı. Meyitin olduğu pilləkənləri qalxdıqda orada olan birmərtəbəli evin giriş hissəsində yerləşən arakəsmədə müxtəlif geyim əşyaları olduğu görünür. Evin girişi çəhrayı rəngli dəmir materialdan olan qapıdandır. Qapı açıq vəziyyətdədir. İçəri daxil olduqda evin bir otaqlı olmaqla, otaqda ikimərtəbəli taxta yataq, qaz sobası, döşəmədə yorğan, döşək və digər məişət əşyaları olduğu, əşyaların ümumilikdə səliqəsiz düzüldüyü görünür. Qanuni nümayəndə2 Təqsirləndirilən şəxs yaxınlıqda yerləşən başqa bir nömrəsiz fərdi evdə yaşadığını bildirdi və baxış iştirakçıları ilə birgə həmin evə gedildi. Həmin ev sarı rəngə boyanmışdır və ətrafı hasarla əhatə olunmuşdur. Həyətyanı sahənin girişi qara rəngli dəmir materialdan olan qapıdandır. İçəri daxil olaraq arakəsmə ilə hərəkət edib sol tərəfə dönüb irəlilədikdə sağ tərəfdə bir ədəd otaq olduğu görünür. Otağın girişi qara rəngli dəmir materialdan olan qapıdandır. Qapı açıqdır. İçəri daxil olduqda otaqda iki ədəd yataq, stol, stul və başqa səliqəsiz düzülmüş məişət əşyaları olduğu görünür. Giriş qapısından solda divarda içərisinə qab-qacaq, o cümlədən məişət bıçaqları yığılmış rəflər vardır. Giriş qapısı ilə üzbəüzdə döşəmədə çoxlu sayda spirtli içki butulkaları olduğu görünür. Qanuni nümayəndə2 Təqsirləndirilən şəxs həmin evdə sonuncunun oğlu Şahid6lə birgə yaşadıqlarını bildirdi. Bundan sonra Zərərçəkmiş şəxs hadisə yerində olan meyiti daxili və xarici müayinə olunması üçün MTE və PA Birliyinin Binəqədi rayon şöbəsinə göndərildi. Yuxarıda qeyd olunanlardan başqa istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilmədi, bununla da hadisə yerinə baxış istintaq hərəkəti başa çatdı (cild 1, iş vərəqi 4-27). - meyitə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, meyitə baxış zamanı aşağıdakılar müəyyən edildi: meyitin əynində aşağıdakı paltarlar vardır: üzərində ağ-yaşıl damaları olan don, qara rəngli büsqalter. Donun üzərində çoxsaylı kənarları nahamar və hamar zədələr vardır. Don və büsqalter qana hopmuşdur. Meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 168 sm-dir. Meyit əllə toxunduqda soyumuşdur, qoltuqaltı və aralıq nahiyələrində istihaldır, dəri örtüyü solğundur. Meyitin arxa səthində çətinliklə seçilən qırmızımtıl göyümtül rəngli, barmaqla təzyiq etdikdə rəngi itən, 20-30 saniyədən sonra bərpa olunan zəif intensivlikli meyit ləkələri vardır. Meyit qacıması çeynəmə əzələlərində kafi, əl barmaqlarında zəif inkişaf etmişdir, yoxlanılan digər əzələ qruplarında inkişaf etməmişdir. Baş tükləri qara rəngdədir, 36-38 sm-ə qədər uzunluqdadır. Kəllə sümükləri əllədikdə tamdırlar. Gözləri qapalıdır, bəbəklərin diametri 0,5 sm-dir, buynuz qişa parlaqdır. Qulaq seyvanları tamdırlar, xarici qulaq keçəcəkləri sərbəstdirlər. Burun sümükləri əllədikdə tamdırlar, burun dəlikləri sərbəstdirlər. Ağzı yarımaçıqdır, üst çənədə 6 ədəd, alt çənədə 6 ədəd dişlər təbii və tamdırlar, üst və alt çənədə digər dişlər tökülmüş, diş yataqları hamarlaşmışdır. Dili ağız boşluğunda sərbəst yerləşmişdir. Boynu orta uzunluqda və köklükdədir. Döş qəfəsi silindr formasındadır, simmetrikdir, qabırğalar əllədikdə tamdırlar. Qarının səviyyəsi qabırğa qövsləri səviyyəsindən bir qədər yuxarıdır. Xarici cinsiyyət üzvləri qadın tiplidir, düzgün inkişaf etmişdir. Böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarını və cinsiyyət yarığını tam örtürlər. Qızlıq pərdəsinin tamlığı pozulmuşdur, saat siferblatının "5" və "7" rəqəmlərinə müvafiq sahədə ağımtıl rəngli çapıq toxuması ilə əvəz olunmuşdur. Yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdırlar. Arxa keçəcək dəliyi qapalıdır, təmiz və zədəsizdir. Şüavari büküşləri nahamardır, yaxşı nəzərə çarpırlar. Meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: 1) Döş qəfəsinin sol yarısının arxa səthində ayaqaltından 132,5 sm yuxarıda çəp istiqamətdə yerləşmiş 4,0 x 2,0 sm ölçüdə aşağı sol ucu iti, yuxar sağ ucu küt olan kənarları hamar yara vardır. Yaranın kənarlarını yaxınlaşdırdıqda uzunluğu 4,5 sm-dir. Yara kanalının dərinliyi təxminən 7,5 sm-ə qədərdir. Yara kanalının istiqaməti arxadan-önə, sağdan-sola, yuxarıdan-aşağıya doğrudur. Yara döş boşluğuna nüfuz edir. 2) Döş qəfəsinin sol yarısının arxa səthində Vİİ qabırğa proyeksiyasında ayaqaltından 117,5 sm yuxarıda şaquli istiqamətdə yerləşmiş 3,4 x 1,0 sm ölçüdə yuxarı ucu küt, aşağı ucu iti olan kənarları hamar yara vardır. Yaranın aşağı kənarından 2,0 sm uzunluqda cızıq ayrılır. Yaranın kənarlarını yaxınlaşdırdıqda uzunluğu 3,7 sm-dir. Yara kanalının dərinliyi 4,5 sm-ə qədərdir. Yara kanalının istiqaməti arxadan-önə, soldan-sağa, yuxarıdan aşağıya doğrudur. Yara kanalının dibini sümük toxuması təşkil edir və boşluğa nüfuz etmir. 3) Döş qəfəsinin sağ yarısının arxa səthində Vİİ qabırğa proyeksiyasında ayaqaltından 117,5 sm yuxarıda çəp istiqamətdə yerləşmiş 3,2 x 1,2 sm ölçüdə sol aşağı ucu küt, sağ yuxan ucu iti olan kənarları hamar yara vardır. Yaranın kənarlarını yaxınlaşdırdıqda uzunluğu 3,5 smdir. Yara kanalının dərinliyi 5,0 sm-ə qədərdir. Yara kanalının istiqaməti arxadan-önə, sağdan-sola, yuxarıdan-aşağıya doğrudur. Yara kanalının dibini sümük toxuması təşkil edir və boşluğa nüfuz etmir. 4) Döş qəfəsinin sağ yarısının arxa səthində ayaqaltından 133,5 sm yuxarıda çəp istiqamətdə yerləşmiş 2,8 x 0,6 sm ölçüdə yuxarı və aşağı ucu iti olan kənarları hamar yara vardır. Yaranın kənarlarını yaxınlaşdırdıqda uzunluğu 3,2 smdir. Yara kanalının dərinliyi 6,5 sm-dir. Yara kanalının istiqaməti arxadan-önə, soldan-sağa, bir qədər aşağıdan-yuxarıya doğrudur. Yara döş boşluğuna nüfuz edir. 5) Döş qəfəsinin sağ yarısının arxa səthində arxa qoltuqaltı xətt üzrə V qabırğa proyeksiyasında ayaqaltmdan 127,5 sm yuxarıda şaquli istiqamətdə yerləşmiş 3,7 x 1,2 sm ölçüdə aşağı ucu iti, yuxarı ucu küt olan kənarları hamar yara vardır. Yaranın kənarlarını yaxınlaşdırdıqda uzunluğu 3,9 sm-dir. Yara kanalının dərinliyi 5,0 sm-ə qədərdir. Yara kanalının istiqaməti arxadan-önə, sağdan-sola, yuxarıdan-aşağıya doğrudur. Yara kanalının dibini sümük toxuması təşkil edir və boşluğa nüfuz etmir. 6) Sağ bazu oynağı nahiyəsinin arxa-bayır səthində çəp istiqamətdə yerləşmiş 4,7x1,2 sm ölçüdə aşağı ucu iti, yuxarı ucu küt olan kənarları hamar yara vardır. Yara kanalının istiqaməti yuxarıdan-aşağı, arxadan-önə və bir qədər sağdan-sola doğrudur. Yara kanalının dərinliyi 5,5 sm-ə qədərdir. Yara kanalının dibini sümük toxuması təşkil edir və boşluğa nüfuz etmir. 7) Sağ çiyin qurşağı nahiyəsinin arxa səthində 4,0 x 1,0 sm ölçüdə çəp istiqamətdə yerləşmiş aşağı sol ucu iti, yuxarı sağ ucu küt olan kənarları hamar yara vardır. 8) Sağ çənə bucağı nahiyəsində 1,5 x 0,6 sm ölçüdə kənarları hamar bucaqları iti yara vardır. 9) Ənsə nahiyəsində sağda 1,7 x 0,8 sm ölçüdə bir qədər çəp istiqamətdə yerləşmiş aşağı sol ucu iti, yuxarı sağ ucu küt olan kənarları hamar yara vardır. 10) Sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthində 3,0 x 1,0 sm ölçüdə çəp istiqamətdə yerləşmiş yuxarı sağ ucu iti, aşağı sol ucu küt olan kənarları hamar yara vardır. 11) Burun belində 1,5 x 1,0m, sağ almacıq nahiyəsində 3,7 x 3,2 sm ölçülərdə qırmızımtıl rəngli qeyri-müəyyən formalı qançırlar vardır. Meyitin bədən səthində digər xəsarət aşkar olunmadı. Baxış zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd üzərində ağ-yaşıl damaları olan don; 01 ədəd qara rəngli büsqalter, o cümlədən meyitə məxsus 01 klapan qan nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürüldü (cild 1, iş vərəqi 29-35). - təqsirini boynuna almaqla könüllü gəlmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Qasımov X9 RPİ-nin 40-cı Polis bölməsinə gələrək 02 noyabr 2023-cü il tarixdə qeyri-rəsmi nikah münasibətlərində olduğu arvadı xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqlayaraq öldürdüyünü bildirmiş və Zərərçəkmiş şəxs öldürdüyünü bildirdiyi dəstəyi ağ-göy-qırmızı rəngli plastik materialdan olan bıçağı təqdim etmişdir (cild 1, iş vərəqi 37). - xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi bıçağa baxış protokolundan və fotoşəkildən görünür ki, bıçaq qatlanmayan olmaqla, tiyə və dəstək hissəsindən ibarətdir. Bıçağın ümumi uzunluğu 260 mm, tiyəsinin uzunluğu 150 mm-dir. Bıçağın dəstəyi ağ-göy-qırmızı rəngli plastik materialdan, tiyəsi gümüşü rəngli metal metaldandandır. Tiyənin üzərində “STAİNLESS STELL Shanoxing” yazıları və ay-ulduz formalı işarə həkk olunmuşdur. Tiyənin üzərində qanabənzər ləkələr vardır. Bıçağın üzərində istifadə nəticəsində yaranmaya xarakterik cızıqlar vardır. Bıçağın üzərində gözlə görünən hər hansı əhəmiyyətli zədə yoxdur (cild 1, iş vərəqi 71-72). - xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi paltarlara baxış protokolundan və fotocədvəldən görünür ki, 01 ədəd boz rəngli cins şalvarın iki yan və iki arxa cibi vardır, öndən zəncirbənd və düymə ilə bağlanılır. Şalvarın üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı zədə müşahidə olunmur. Şalvarın sol ayağının ön hissəsində, sağ cibinin astarında qanabənzər ləkələr vardır, 01 ədəd tünd göy rəngli kofta parça materialdan olmaqla uzunqolludur. Koftanın boğazı rezinlidir. Koftanın üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı zədə müşahidə olunmur. Koftanın ön hissəsində ətəyində qanabənzər ləkələr vardır, 01 ədəd xaki rəngli uzunqol gödəkçə ön tərəfdən zəncirbəndlə bağlanır. Gödəkçənin iki yan cibi var. Gödəkçənin üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı zədə müşahidə olunmur. Gödəkçənin sağ qolu üzərində qanabənzər ləkələr müşahidə olunur, 01 ədəd qara rəngli alt tumanı parça materialdandır, beli rezinlidir. Tumanın üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı zədə və ya qanabənzər ləkələr müşahidə olunmur (cild 1, iş vərəqi 115-119). - xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs meyitinin üzərində olmuş paltarlara baxış protokolundan və fotocədvəldən görünür ki, 01 ədəd üzərində sarı-yaşıl rəngli naxışları olan qara rəngli uzunqol ön və arxa tərəfində sarı-yaşıl rəngli kvadrat formalı naxışlar həkk olunmuş qara rəngli parça materialdandır, boğazı üçbucaq formalıdır. Donun üzərində qanabənzər ləkələr olduğu görünür. Don arxa hissədən yırtılmışdır, 01 ədəd qara rəngli büstqalter parça materialdandır. Büstqalterin üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı əhəmiyyətli zədə müşahidə olunmur. Büsqalterin üzərində qanabənzər ləkələr vardır (cild 1, iş vərəqi 120-122). - şübhəli şəxsin ifadəsinin yerində yoxlanması barədə xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən əyani şəkildə göstərməklə ibtidai istintaqa verdiyi ifadəsində bildirdiyi xüsusatları bir daha təsdiq etmiş, hadisə vaxtı tikilinin qapısını təpiklə vurub açdığı, içəri daxi olanda həyat yoldaşının, 10 yaşlı qızının və bacanağının 13-14 yaşlı oğlunun otaqda yatmaları, əlindəki bıçqla Zülfiyyənin boyun, çyin və kürək nahiyələrinə vurduğu, Zülfiyyənin aman diləməsi, qızının isə anasını vurmamasını deməsi və digər təfərrüatlar barədə bildirmiş, cinayəti məhz özünün törətdiyini etiraf etmişdir (cild 1, iş vərəqi 125-129). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 130-131). - zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 167). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 224 saylı rəyinin nəticə hissəsindən görünür ki:

1. Mərhumə Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı payını zədələyən deşilmiş-kəsilmiş yarası (4,0 x 2,0 sm ölçüdə). Yara kanalının istiqaməti arxadan-önə, sağdan-sola, yuxarıdan-aşağıya doğrudur. Yara kanalının dərinliyi 7,0 sm-dir. - döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna nüfuz edərək sağ ağciyərin yuxarı payını zədələyən deşilmiş-kəsilmiş yarası (2,8 x 0,6 sm ölçüdə). Yara kanalının istiqaməti arxadan-önə, soldan-sağa, bir qədər aşağıdan-yuxarıya doğrudur. Yara kanalının dərinliyi 6,5 sm-dir. - döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası (3,4 x 1,0 sm ölçüdə). Yara kanalının istiqaməti arxadan-önə, soldan-sağa, yuxarıdan- aşağıya doğrudur. - döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası (3,2 x 1,2 sm ölçüdə). Yara kanalının istiqaməti arxadan-önə, sağdan-sola, yuxarıdan- aşağıya doğrudur. - döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası (3,7 x 1,2 sm ölçüdə). Yara kanalının istiqaməti arxadan-önə, sağdan-sola, yuxarıdan- aşağıya doğrudur. - sağ bazu oynağı nahiyəsinin deşilmiş-kəsilmiş yarası (4,7 x 1,2 sm ölçüdə). Yara kanalının istiqaməti yuxarıdan-aşağıya, arxadan-önə və bir qədər sağdan-sola doğrudur. - sağ çiyin qurşağı nahiyəsinin kəsilmiş yarası (4,0 x 1,0 sm ölçüdə). - sağ çənə bucağı nahiyəsinin kəsilmiş yarası (1,5 x 0,6 sm ölçüdə). - ənsə nahiyəsinin kəsilmiş yarası (1,7 x 0,8 sm ölçüdə). - sol bazu nahiyəsinin kəsilmiş yarası (3,0 x 1,0 sm ölçüdə). - burun belinin və sağ almacıq nahiyəsinin qançırları. Qeyd olunan xəsarətlər həyatidirlər, mərhumə Zərərçəkmiş şəxs ölümündən az əvvəl əmələ gəlmişdirlər. Mərhumə Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin sol yarısının arxa səthinin 1 (bir) ədəd, sağ yarısının arxa səthinin 1 (bir) ədəd daxilə nüfuz edərək ağciyərlərin yuxarı paylarının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaralarının hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmanın, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar və kəsilmiş yaralar hər biri ayrıayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdirlər, qançırlar isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərdən daxilə nüfuz edən və nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), kəsilmiş yaralar kəsici əşyanın, qançırlar isə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər.

2. Mərhumə Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən daxilə nüfuz edən və nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, kəsilmiş yaralar qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər. Qançırlar isə insan bədəninin hissələri (əl, yumruq və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilmələri istisna olunmur.

3. Yara kanallarının dərinliyinə əsasən demək olar ki, xəsarət yetirən deşici-kəsici alətin tiyəsinin eni 4,0 sm-dən çox olmamış, uzunluğu isə 7,0 sm-dən az olmamışdır. Beləliklə, Zərərçəkmiş şəxs bədənində aşkar olunan deşilmiş-kəsilmiş yaraların və kəsilmiş yaraların ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməsi istisna olunmur.

4. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhumə Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi 02.11,2023-cü il saat 09:40-da başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir.

5. Mərhumə Zərərçəkmiş şəxs ölümünə səbəb sağ və sol ağciyərlərin yaralanması ilə müşaiyət olunan döş qəfəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralarının törətdiyi kəskin qanitirmə olmuşdur. Beləliklə, Zərərçəkmiş şəxs yetirilən bıçaq xəsarətləri ilə onun ölümü arasında səbəbli əlaqə vardır.

6. Mərhumə Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır.

7. Mərhumə Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi ətrafında və arxa keçəcək dəliyinin selikli qişasında qeyri-təbii yolla cinsi əlaqədə olma zamanı əmələ gələ bilən xəsarət və dəyişikliklər aşkar olunmadı. Mərhumənin qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti ən azı 2 həftədən artıqdır. Mərhumə Zərərçəkmiş şəxs uşaqlıq yolundan və arxa keçəcək dəliyindən götürülmüş yaxma və tamponların məhkəmə-bioloji tədqiqatı nəticəsində sperma və spermatazoid aşkar olunmadı (cild 1, iş vərəqi 242-255). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 2107 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır (cild 1, iş vərəqi 256- 258). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 4026/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar olunmuşdur. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metanfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 259-262). - kompleks komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3363 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman və hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs idrak prosesləri (yaddaş, diqqət, təfəkkür, qavrama, xarakter və s.) normaya uyğundur. İnadkarlıq, özünə qarşı hörmət tələb etmək, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. O, emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur (cild 1, iş vərəqi 263-267). - məhkəmə ballistik-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/1983 və 3/1984 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd donun səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələrdən “a” və “b” hərfləri ilə işarələnmiş zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədələridir. Təqdim edilmiş donun səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş digər zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdirlər. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən donun səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret olaraq hansı bıçağın tiyəsi ilə təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş bir ədəd donun səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Təqdim edilmiş donun səthində olan zədələr müxtəlif şəraitlərdə yarana bilər. Aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat təşkil edir (cild 1, iş vərəqi 268-272). - məhkəmə-lifli ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6184 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 N-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş yaşıl rəngli poliester lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən donun tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 273-78). - məhkəmə ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 208 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 26-28). - məhkəmə genetik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/151R saylı rəyindən görünür ki:

1. üzərlərində “tikilinin döşəməsində”, “tikilinin qapısında”, “pilləkənin üstü” qeydləri olan 03 (üç) ədəd tamponda olan, 01 (bir) ədəd dəstəyi ağ-göy-qırmızı rəngli qatlanmayan bıçağın tiyəsi üzərində aşkar edilmiş, Zərərçəkmiş şəxs meyitinə baxış zamanı üzərində olmuş 01 (bir) ədəd üzərində san-yaşıl rəngli naxışları olan qara rəngli uzunqol don üzərində aşkar edilmiş, 01 (bir) ədəd qara rəngli büstqalter üzərində aşkar edilmiş, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 (bir) ədəd boz rəngli cins şalvarın sol ayağının ön hissəsində və sağ cibinin astarında aşkar edilmiş, 01 (bir) ədəd tünd göy rəngli uzunqol koftanın ön hissədə ətəyində aşkar edilmiş, 01 (bir) ədəd xaki rəngli uzunqol gödəkcənin sağ qolu və sağ tərəfdə sinə hissəsi üzərində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan nümunəsidir;

2. Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 (bir) ədəd xaki rəngli uzunqol gödəkcənin sağ tərəfdə sinə hissəsində aşkar edilmiş ləkədə və 01 (bir) ədəd qara rəngli tuman üzərində insana məxsus qan nümunəsi mövcud deyildir;

3. 01 (bir) ədəd dəstəyi ağ-göy-qırmızı rəngli qatlanmayan bıçağın tiyəsi üzərində, tikilinin döşəməsində, tikilinin giriş qapısında, tikilinin yanında olan evin qarşısındakı pilləkənlərin üzrərində, Zərərçəkmiş şəxs meyitinə baxış zamanı üzərində olmuş 01 (bir) ədəd üzərində sarı-yaşıl rəngli naxışları olan qara rəngli uzunqol don və 01 (bir) ədəd qara rəngli büstqalter üzərində, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 (bir) ədəd boz rəngli cins şalvarın sol ayağının ön hissəsində aşkar edilmiş qan ləkələri Zərərçəkmiş şəxs məxsusdur;

4. Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş - 01 (bir) ədəd boz rəngli cins şalvarın sağ cibinin astarında, 01 (bir) ədəd tünd göy rəngli uzunqol koftanın ön hissədə ətəyində və 01 (bir) ədəd xaki rəngli uzunqol gödəkcənin sağ qolu üzərində aşkar edilmiş qan ləkələri Təqsirləndirilən şəxs məxsusdur;

5. Təqdim edilmiş 01 (bir) ədəd dəstəyi ağ-göy-qırmızı rəngli qatlanmayan bıçağın dəstəyi üzərindən götürülmüş tədqiqat nümunəsi üzərində molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş 01 (bir) ədəd dəstəyi ağ- göy-qırmızı rəngli qatlanmayan bıçağın dəstəyi üzərində müqayisəli molekulyargenetik tədqiqatın keçirilməsi mümkün olmadı. Təqsirləndirilən şəxs götürülmüş “yanaq epiteli qaşıntısı” nümunəsi tədqiqat zamanı sərf edilmişdir (cild 2, iş vərəqi 29-38). - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən xx.xx.2011-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlilliyi olan şəxsdir (cild 2, iş vərəqi 46). - sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisədən sonra təqdim etdiyi 01 ədəd dəstəyi ağ-göy-qırmızı rəngli materialdan olan bıçaq, hadisə yerindən götürülmüş hadisənin baş verdiyi tikilinin döşəməsində olan qanabənzər ləkələrdən 01 ədəd tampon, tikilinin giriş qapısında olan qanabənzər ləkələrdən 01 ədəd tampon, tikilinin yanında olan evin qarşısındakı pilləkənlərin üzərində olan qanabənzər ləkələrdən 01 ədəd tampon nümunə, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd boz rəngli cins şalvar, 01 ədəd tünd göy rəngli uzunqol kofta, 01 ədəd xaki rəngli uzunqol gödəkcə, 01 ədəd qara rəngli alt tumanı; Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd üzərində sarı-yaşıl rəngli naxışları olan qara rəngli uzunqol don, 01 ədəd qara rəngli büsqalter, o cümlədən tədqiqat üçün götürülmüş sonuncuya aid 01 ədəd klapan qan nümunəsi iş üzrə maddi sübut kimi tanınaraq Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmişdir (cild 2, iş vərəqi 52-75). - Binəqədi rayon İcra Hakimiyyəti başçısının Xocasən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndiliyindən daxil olmuş xx.xx.2023-ci il tarixli, 5-10-4/2-186/2023 saylı məktubdan görünür ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən nömrəsiz fərdi evlərdən birində oğlu Şahid6 ilə birgə qeydiyyatsız yaşamışdır. 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs (mərhum) Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən digər nömrəsiz fərdi evlərdən birinin həyətyanı sahəsində olan tikilidə qeydiyyatsız yaşamışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs əvvəllər qeyri-rəsmi nikah münasibətlərində yaşamışlar, birgə münasibətlərindən 2010-cu il təvəllüdlü Şahid6 və 2013-cü il təvəllüdlü Şahid5 doğulmuşlar. Təqsirləndirilən şəxs və ya Zərərçəkmiş şəxs haqqında qəsəbə nümayəndəliyinə heç bir şikayət və təqdimat daxil olmamışdır (cild 1, iş vərəqi 223). - Binəqədi rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 46/2-47879/23 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Maşad kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs və ünvan 1 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin şöbə və bölmələrində cinayət işi və ya təqsirləndirici material olmamışdır (cild 1, iş vərəqə 217). - Binəqədi rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 46/2-657/24 saylı məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1986cı il təvəllüdlü Zərərçəkmiş şəxs hər hansı mobil nörmrə və ya mobil telefon istifadə etmələrinə, o cümlədən Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olub-olmamasına dair hər hansı məlumat əldə etmək mümkün olmamışdır (cild 2, iş vərəqə 48). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 18781 saylı məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü, Ağdaş rayonu, Maşad kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 218). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-ci il tarixli, xx/xx-14259 saylı məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild 1, iş vərəqə 219). - təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəqiqləşdirilərək ona əlavələrin edilməsi və yenidən ittiham elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4 və 157.1-ci maddələri ilə yeni məzmunda ittiham elan olunaraq o, yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 2, iş vərəqə 83-85). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 221). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmış və o, ittihamı qismən mübahisələndirmişdir. Məhkəmə onu qeyd edir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsini və mənzildə yaşayan şəxsin iradəsinə zidd olaraq mənzilə daxil olmasını mübahisəsiz olaraq qəbul edir. Müdafiə tərəfinin mübahisələndirdiyi hallar ondan ibarətdir ki, təqsirləndirilən şəxs Qasımov X10 Xamoyevanı xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla həyatdan məhrum etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrindən görünür ki, onunla zərərçəkmiş şəxs arasında sonuncunun restoranda işləməsi, telefon işlətməsi barədə mübahisələri olmuş, zərərçəkmiş şəxsin yad kişilərlə münasibətdə olduğunu bilmiş, habelə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı bıçaq zərbələri endirərkən azyaşlı şahidlər Şahid4 və Şahid5 hadisə baş verən otaqdan çıxıb qaçmış və bilavasitə hadisəni görməmişlər. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, məhkəmədə dindirilmiş Şahid4 və Şahid5, habelə digər şahidlərin ifadələri ilə sübut olundu ki, Qasımov X10 Xamoyevanı məhz zərərçəkmiş şəxsi sonuncunun yaxınları olan azyaşlı Şahid5 və Şahid4 gözləri qarşısında öldürmüş, bu zaman o, Zərərçəkmiş şəxs və Şahid5 ona yalvarışlarına, aman diləmələriinə əhəmiyyət verməmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs restoranda işləməsi, mobil telefon istifadə etməsi kimi səbəbləri zərərçəkmiş şəxsin öldürülməsinə əsaslı səbəb kimi qəbul etmir. Belə ki, qeyd edilən hərəkətləri məhkəmə hər hansı vətəndaşın, o cümlədən zərərçəkmiş şəxsin konstitusyon hüquqları kimi qəbul edir və bu cür hərəkətlərin əxlaq normalarına zidd olmadığını bildirir. Zərərçəkmiş şəxsin yad kişilərlə görüşməsi barədə təqsirləndirilən şəxsin ifadəsini isə məhkəmə konkret fakt müəyyən edilmədiyindən sonuncunun şəxsi mülahizəsi kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə məhkəmədə göstərdiyi xüsusatlar iş üzrə şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan digər sübutlarla tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətini yüngülləşdirmək məqsədini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət tərədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 2-ci bəndində məhkəmələrə eyni zamanda tövsiyə edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini nəzərə alır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq, xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla qəsdən adam öldürməsi, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi tamamilə sübut olunmuşdur, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 157.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Şahid6 və xx.xx.2013-cü il təvəllüdlü Şahid5 adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, 3-cü dərəcəli əlil olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən, cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması, hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması hallarını Konstitusiya Məhkəməsinin Plenumu şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir. Həmin qərarın nəticə hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq xüsusilə ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Təqsirləndirilən şəxs ittiham edildiyi Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğuna görə məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsini tətbiq etməyə əsas görmür. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsində göstərilən qaydalar nəzərə alınmaqla, təyin edilmiş cəzalar həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən tamamilə toplanılmalı və qəti cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 03 noyabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 52, 156-160). Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 02 noyabr 2023cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs hadisədən sonra təqdim etdiyi 01 ədəd dəstəyi ağ-göyqırmızı rəngli materialdan olan bıçaq, hadisə yerindən götürülmüş hadisənin baş verdiyi tikilinin döşəməsində olan qanabənzər ləkələrdən 01 ədəd tampon, tikilinin giriş qapısında olan qanabənzər ləkələrdən 01 ədəd tampon, tikilinin yanında olan evin qarşısındakı pilləkənlərin üzərində olan qanabənzər ləkələrdən 01 ədəd tampon nümunə, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd boz rəngli cins şalvar, 01 ədəd tünd göy rəngli uzunqol kofta, 01 ədəd xaki rəngli uzunqol gödəkcə, 01 ədəd qara rəngli alt tumanı; Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd üzərində sarıyaşıl rəngli naxışları olan qara rəngli uzunqol don, 01 ədəd qara rəngli büsqalter, o cümlədən tədqiqat üçün götürülmüş sonuncuya aid 01 ədəd klapan qan nümunəsi məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 209 (iki yüz doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrilə 17 (on yeddi) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 157.1-ci maddəsilə qazancından dövlət nəfinə 15 faiz pul məbləği tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş qazancından dövlət nəfinə 15 faiz pul məbləği tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən dörd günə bir gün hesabı ilə hesablanmaqla 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs hadisədən sonra təqdim etdiyi 01 ədəd dəstəyi ağ-göy-qırmızı rəngli materialdan olan bıçaq, hadisə yerindən götürülmüş hadisənin baş verdiyi tikilinin döşəməsində olan qanabənzər ləkələrdən 01 ədəd tampon, tikilinin giriş qapısında olan qanabənzər ləkələrdən 01 ədəd tampon, tikilinin yanında olan evin qarşısındakı pilləkənlərin üzərində olan qanabənzər ləkələrdən 01 ədəd tampon nümunə, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd boz rəngli cins şalvar, 01 ədəd tünd göy rəngli uzunqol kofta, 01 ədəd xaki rəngli uzunqol gödəkcə, 01 ədəd qara rəngli alt tumanı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd üzərində sarıyaşıl rəngli naxışları olan qara rəngli uzunqol don, 01 ədəd qara rəngli büsqalter, o cümlədən tədqiqat üçün götürülmüş sonuncuya aid 01 ədəd klapan qan nümunəsi məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 209 (iki yüz doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar