Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-144/2023 24.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər – «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi1, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi5, Bakı şəhəri, 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3, “Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi4, “Arbitrum» Vəkil Bürosunun vəkili Müdafiəçi7, Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi6 iştirakı ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanda yaşamış, 16 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1991-ci ildə Tərtər rayonunun Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Tərtər rayonu, Köçərli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 15, ev 84, mənzil 2-də yaşamış, 16 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 2022-ci ilin fevral ayının 16-da qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti məlum olmayan “Vəli” adlı İran İslam Respublikası vətəndaşı və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uygun olaraq, İran İslam Respublikasının vətəndaşı «Vəli» adlı şəxs vasitəsilə Yasamal rayonunun ərazisində yerləşən ASAN xidmət mərkəzinin yaxınlığında əvvəlcədən təyin edilmiş yerdə gizlədilmiş narkotik vasitələri onun götürəcəyindən Təqsirləndirilən şəxs2 məlumatı olaraq, “Vəli” adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən və məlum olmayan vaxtda əldə edərək müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən ASAN xidmət mərkəzinin yaxınlığında əvvəlcədən təyin edilmiş yerdə yerləşdirdiyi külli miqdarda - təmiz çəkisi 1350 qram tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütlələri xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda - təmiz çəkisi 2023,256 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini, üzərində “Methadone 20...Faran" yazılan olan 10 ədəd blisterdə ümumilikdə 100 ədəd bozumtul- qəhvəyi rəngli, səthlərində “F/M20” yazısı həkk olunmuş qəhvəyimtil-boz rəngli dairəvi dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi təmiz çəkisi 2 qram təşkil edən külli miqdarda narkotik vasitə olan metadonu Təqsirləndirilən şəxs2 ilə birgə həmin yerdən götürüb əldə edərək, sonradan «Vəli» adlı şəxsin tapşırığına əsasən ona narkotik vasitə verəcəyi şərtilə məlum olmayan şəxslərə satmaq niyyəti ilə deyəcəyi yerə qoymaq üçün daşıyaraq Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub razılaşmaqla, sonuncunun idarə etdiyi "Toyota Prius’’ markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, həmin narkotik vasitə heroinin təmiz çəkisi 3,875 qram olan hissəsini bir ədəd bükümdə ayırıb Təqsirləndirilən şəxs2 vermiş, 4,381 qram olan hissəsini bir ədəd bükümdə ayırıb əynindəki şalvarın sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 21:20 dəqiqədə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı hər ikisi ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Yasamal rayon Polis idarəsinin 28-ci Polis bölməsinə gətirilmiş, orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən külli miqdarda - bir ədəd bükümdə təmiz çəkisi 4,381 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin sağ yan cibindən külli miqdarda - bir ədəd bükümdə təmiz çəkisi 3,875 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi "Toyota Prius” markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa sol oturacağının alt hissəsində olan 1 ədəd selofan torbanın içərisindəki 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 740 qram və 610 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 1350 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütlələri xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 ədəd bağlamada külli miqdarda - təmiz çəkisi 2015 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Methadone 20...Faran" yazıları olan 10 ədəd blisterdə ümumilikdə 100 ədəd bozumtul-qəhvəyi rəngli, səthlərində “F/M20” yazısı həkk olunmuş qəhvəyimtil-boz rəngli dairəvi dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi təmiz çəkisi 2 qram təşkil edən külli miqdarda narkotik vasitə olan metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona qarşı irəli sürülmüş ittiham şər və böhtandır. Polis əməkdaşları onu saxlayarkən üzərində narkotik vasitə olmamışdır. Həmin gün o, narkotik almaq üçün getmiş və onu saxlamışlar. Polis əməkdaşları onu ittihamda göstərilən yerdə yox, başqa məhəllədə tutmuşlar. Tutulandan sonra 3 saat ərzində onu maşında saxlamışlar və onu döyərək cinayəti boynuna qoymuşlar. O da, məcbur olub 4 kq narkotiki boynuna almışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, istintaq vaxtı o, heç bir sənədə imza etməmişdir. Saxlanılarkən onun üzərindən 16 manat pul çıxmışdır. Çəkiliş vaxtı üzərindən 4 qram narkotiki çıxarmış və döyüldüyünə görə həmin narkotikin özünə məxsus olduğunu demişdir. Ona 5 ədəd metadon həblərini Babək adlı polis işçisi vermiş, o, həmin həbləri qəbul etdikdən sonra bir də «Semaşko» xəstəxanasında ayılmışdır. Sonra koronavirus xəstəliyinə yoluxduğuna görə onu vərəm dispanserinə göndərmişlər. Özü 6-7 ildir ki, narkotiklərdən istifadə edir, nəşə kimi tanıdığı narkotik qəbul edir. Narkotikdən asılılığı yoxdur, istintaq vaxtı onu ekspertizaya göndərmişlər, ekspert rəyində isə narkotikdən asılı olduğu göstərilmişdir. Həmin gün narkotik vasitə almaq üçün taksi sürücüsü kimi Elçinlə getmişdir. Polis işçiləri onu «Asan xidmət»in yanında saxlamışlar. Bu zaman onlar mülki geyimdə 10-15 nəfər olmuşlar. O, maşından düşüb gedəndə polislər onu saxlamış, sonra isə Elçinin maşını ilə aparmışlar. Polis işçiləri onu saat doqquza işləmiş tutmuş, lakin saat 4-də sənədləşdirmişlər. Onu döyməyiblər, lakin avtoqəza nəticəsində ayağından xəsarət aldığına görə polislər onun həmin ayağını sıxaraq ona işgəncə vermişlər. Əvvəllər özü avtoqəza keçirmiş və belindən xəsarət almışdır. O, yalnız 28-ci Polis bölməsində izahat vermiş, ondan başqa heç kimə ifadə verməmişdir. Döyülməyi və işgəncəyə məruz qalması ilə bağlı heç yerə şikayət etməmiş, hazırkı məhkəmənin başlanmasını gözləmişdir. Tutulana qədər o, mobil telefondan istifadə etmiş, lakin heç kimə «sms» yazmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 fevral 2022-ci il tarixdə saat 21 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 157 ünvanının yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi “Toyota Prius” markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olarkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək, onların qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirib Yasamal RPİ 28-ci Polis bölməsinə dəvət etmişlər. Avtomobil isə Polis bölməsinin həyətinə yerləşdirilmiş, PB-də hüquqlarını müdafiə edən vəkillərin iştirakı ilə o və Elçin şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş təqdim edilmiş, bundan sonra videoçəkilişdən istifadə edilməklə onun və Elçinin üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı ona və Elçinə üzərlərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuş, bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində 070 *** ** ** nömrəsi olan "Redmi” markalı mobil telefon və 16 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birgə çəkisi 5 qram olmuş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd ‘‘Redmi” markalı mobil telefon götürülmüş, 16 manat pul isə özünə qaytarılmışdır. Sonra isə Elçinə üzərində olan qanunla qadağan olunmuş əşya varsa, təqdim etmək təklif olunmuş, bu təklifdən sonra Elçin əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd bükümdə heroini və şalvarın sol yan cibindən 51 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Elçinin üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki gödəkcənin sol yan cibindən 1 ədəd avtomobil açarı, gödəkcənin iç sol cibindən 1 içərisində 070 *** ** ** nömrəsi olan «Samsung» markalı və 1 ədəd içərisində 055 *** ** ** nömrə olan “Redmi” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Daha sonra Elçinin təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birgə çəkisi 4 qram olmuş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Elçin, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, 2 ədəd mobil telefon götürülmüş, 51 manat pul və avtomobil açarı isə Elçinə qaytarılmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinin özünə məxsus olduğunu, həmin kütləni xx.xx.2022-cİ il tarixdə ondan əldə etdiyini, özünün 5 aydır ki, narkotik vasitədən istifadə etməsini, pulların özünə məxsus olduğunu, narkotik vasitə dövriyyəsinə aidiyəti olmadığını, başqa yerdə narkotik vasitə saxlamadığını, məhkumluğunun olmadığını, heç bir zorakılığa məruz qalmadığını və verilən sualları tam başa düşüb səmimi cavablandırdığını bildirmişdir. O da, verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş heroin ona məxsusdur, həmin kütləni bu gün, yəni xx.xx.2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı «Vəli» kimi təqdim etmiş şəxsin vasitəsilə Yasamal rayonu ərazisində yerləşən ASAN xidmət mərkəzinin yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən öz şəxsi istifadəsi üçün əldə etmiş, Elçinin üzərində aşkar edilmiş narkotik vasitəni də o, Elçinə vermişdir. Həmçinin Elçinə məxsus avtomobildə narkotik vasitə saxladığını, həmin narkotik vasitələri də təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Avtomobilə baxış keçirilməzdən əvvəl ona avtomobildə saxladığı narkotik vasitələri təqdim etmək təklif olunmuş, bu təklifdən sonra Elçin avtomobilin açarı ilə qapıları açmış və o, avtomobilin arxa sol oturacağının altından 1 ədəd selofan torbanı təqdim edərək, içərisində narkotik vasitə olduğunu demiş, həmin selofan torbaya baxış zamanı narkotik vasitə aşkar edilmiş və həmin torba elektron tərəzidə çəkilərək qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. O, avtomobildən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, həmin kütləni xx.xx.2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı «Vəli» kimi təqdim etmiş şəxsin vasitəsilə Yasamal rayonu ərazisində yerləşən ASAN xidmət mərkəzinin yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən sonradan deyiləcək ünvanlara qoymaq məqsədilə əldə etdiyini, heç bir zorakılığa məruz qalmadığını və verilən sualları tam başa düşüb səmimi cavablandırdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 avtomobilə onun tərəfindən narkotik vasitə dolu selofan torba qoyulduğunu sonradan bildiyini qeyd etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, 28-ci PB-də və hazırda ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlamış, Elçinin avtomobilində aşkar olunmuş narkotik vasitə və psixotrop maddə ona məxsusdur, üzərindən və avtomobildən aşkar edilmiş həmin kütlələri xx.xx.2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı «Vəli» kimi təqdim etmiş şəxsin vasitəsilə Yasamal rayonu ərazisində yerləşən ASAN xidmət mərkəzinin yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən sonradan deyiləcək ünvanlara qoymaq məqsədilə əldə etmişdir. İran İslam Respublikası vətəndaşı "Vəli” adlı şəxslə internet vasitəsilə tanış olmuş, Vəlidən narkotik vasitələr əldə edib kuryer kimi sonradan deyəcəyi yerə aparıb qoyacaqmış, özü üçün də istifadə etmək üçün pul əvəzinə narkotik vasitə götürmüşdür. Qeyd etmişdir ki, onun istifadəsində 070 *** ** ** saylı nömrə var, bu nömrə ilə “Vəli” adlı şəxslə “WhatsAPP” sosial şəbəkəsində danışıb narkotik vasitəni əldə etdikdən sonra həmin danışıqları telefonundan silmişdir. Bu hadisəyə qədər İran İslam Respublikası vətəndaşı “Vəli” adlı şəxsdən narkotik vasitə almamış, xx.xx.2022-ci il tarixdə Vəli əvvəlcədən narkotik vasitəni gizlətdiyi yeri ona “WhatsAPP" sosial şəbəkəsində demiş və həmin yerdən narkotik vasitəni götürdükdən sonra Vəlinin deyəcəyi yerə aparıb qoyacaqmış, əvəzində isə özü üçün narkotik vasitə qazanırmış. Vəlinin həmin narkotik vasitəni kimin vasitəsilə gətirməsini, gizlətməsini bilmədiyi üçün və Vəli də bu barədə nəsə demədiyi üçün bu barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 qısa müddətdə tanımış, aralarında tanışlıq münasibəti var, sonradan bilmişdir ki, Elçin də narkotik vasitə aludəçisidir. O, əldə etdiyi narkotik vasitədən Elçinə vermiş, Yasamal rayonu ərazisində yerləşən ASAN xidmət mərkəzinin yaxınlığından həmin kütlələri götürərkən Elçinlə birlikdə olmuş, Elçin onun götürdüyü həmin kütlələrin narkotik vasitə olduğunu və İİR vətəndaşı Vəli kimi tanıdığı şəxs vasitəsilə qeyd edilən yerə qoyulduğunu bilmişdir, əvvəllər Elçinin idarə etdiyi avtomobildə narkotik vasitə daşımamışdır (cild 1, iş vərəqi 96-98). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 həmin protokolları imzalamadığını, çünki həmin ifadə ilə razı olmadığını, saxlanılarkən onun üstündə narkotik vasitə olmadığını, şəxsi axtarış zamanı cibindən çıxarıb təqdim etdiyi narkotik vasitəni ona adını bilmədiyi polis əməkdaşının verdiyini bildirdi. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun heç nədən xəbəri yoxdur. O, taksi sürücüsü işləyir, Maarifi də müştəri kimi tanımışdır. Hadisə günü Maarif ona zəng edərək Yasamala getmək lazım olduğunu, orada bir adam olduğunu və həmin şəxsdən pul götürəcəyini, oradan isə Sumqayıta gedəcəklərini bildirmişdir. O da, Maarifə müştəri ilə olduğunu, onu düşürəndən sonra əlaqə saxlayacağını demişdir. Bir qədər sonra yenə Maarif ona zəng edərək «20 Yanvar» metrostansiyasının yanında olduğunu bildirmiş, oradan onu götürməsini istəmişdir. O da, həmin yerə gedib Maarifi götürmüş və birlikdə Yasamala getmişlər. Binaların yanında maşını saxlamış, Maarif maşından düşüb getmiş, o da, Maarif gələnə qədər siqaret çəkmək üçün maşından yerə enmişdir. Bu vaxt mülki geyimli şəxslər Maarifi və onu tutub maşına mindirərək Polis bölməsinə gətirmişlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsini təsdiq etmədiyin, həmin ifadənin ondan təzyiq altında alındığını, Maarifi bir müştəri kimi tanıdığını, Maarif maşına minəndə əlində heç nə olmadığını, narkotik vasitənin maşına 28-ci polis bölməsində qoyulduğunu, bölmədə əvvəlcə onun üzərinə narkotik vasitə qoyduqlarını, sonra isə çəkiliş apardıqlarını, o, taksi fəaliyyəti ilə məşğul olandan sonra narkotik vasitələrdən istifadə etməyə başladığını, 070 393 97 96 və 055 214 18 06 mobil nömrələrin ona məxsus olduğunu, həmin nömrələrdə narkotik vasitlərlə bağlı yazışmalar olduğunu, özünün narkotik vasitə almaq barədə danışıqlar apardığını və gündəlik 16 saat ərzində taksi fəaliyyəti ilə məşğul olduğunu, bu müddətdə işləmək üçün məcbur olub narkotikdən istifadə etdiyini, onun 16 fevral 2022-ci il tarixdə gecə saat 9-da tutulduğunu, Vəli adlı şəxsi tanımadığını, Maarifi maşına götürəndə əlində hər hansı bir bağlama olmadığını, Yasamala gələndən sonra Maarifin düşüb getdiyini, bundan sonra onun da, maşından düşdüyünü və həmin vaxt tutulduğunu, Maarifi təxminən saat 21 radələrində maşına götürdüyünü, Maarifin ona zəng edərək pul götürməyə getməməy, onu «20 Yanvar» metrostansiyasının yanından götürüb bərabər getməyi təklif etdiyini, onları Yasamalda «Asan xidmət»lə üzbəüz beşmərtəbəli binanın həyətində saxladıqlarını, 28-ci Polis bölməsindəki xidməti otağa girəndə orada heç kimin olmadığını, tutulduğu yerdə onu başqa maşına mindirdiklərini, onun maşınına isə Maarifi mindirib apardıqlarını, sonradan onun maşınına baxış keçirdiklərini, maşından aşkar olunan narkotik vasitənin ona məxsus olmadığını, aşkar olunan iki bükümü açmadıqlarını, polis əməkdaşlarının narkotik vasitəni maşına yerləşdirəndə görmədiyini, həmin narkotik vasitənin bölmədə olduğunu və polis işçilərinin ona əgər 4 qramı götürməsə, maşından götürülmüş 4 kq narkotikə şərik edəcəklərini bildirdiklərini, bundan sonra ona təzyiqlər olunduğunu, o da, məcbur olub narkotiki boynuna götürdüyünü, ona göstərilən narkotik vasitənin qara torbanın içində olduğunu və maşından da həmin qara torbadakı narkotikin çıxdığını, maşına baxış keçirilməsində özünün də iştirak etdiyini, döyülməyi ilə bağlı heç yerə şikayət etmədiyini, məhkəmənin başlanmasını gözlədiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 fevral 2022-ci il tarixdə saat 21 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 157 ünvanının yaxınlığında idarə etdiyi “Toyota Prius” markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında tanışı Təqsirləndirilən şəxs1lə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək, onların qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirib onları Yasamal RPİ 28-ci Polis bölməsinə dəvət etmişlər. Avtomobil isə Polis bölməsinin həyətinə yerləşdirilmiş, PB-də hüquqlarını müdafiə edən vəkillərin iştirakı ilə o və Maarif şübhəli şəxs qismində tutulmuş, onlara hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə onun və Maarifin üzərinə şəxsi axtarış aparılmış, ona və Maarifə üzərlərində qanunla qadağan olunmuş əşya varsa, təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra Maarif əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində 070 *** ** ** nömrəsi olan “Redmi" markalı mobil telefon və 16 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birgə çəkisi 5 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Maarif, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra isə ona üzərində qanunla qadağan olunmuş əşya varsa, təqdim etmək təklif olunmuş, bu təklifdən sonra əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd bükümdə heroini və şalvarın sol yan cibindən 51 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki gödəkcənin sol yan cibindən 1 ədəd avtomobil açarı, gödəkcənin iç sol cibindən 1 ədəd 070 *** ** ** nömrəsi olan “Samsung” markalı və 1 ədəd 055 *** ** ** nömrə olan “Redmi” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birgə çəkisi 4 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd mobil telefon götürülmüş, 51 manat pul və avtomobil açarı isə ona qaytarılmışdır. Onun üzərindən aşkar edilmiş heroin ona məxsusdur, həmin kütləni xx.xx.2022-ci il tarixdə Maarifdən əldə etmiş, pullar da ona məxsusdur, narkotik vasitə dövriyyəsinə aidiyyəti yoxdur, başqa yerdə narkotik vasitə saxlamamış, heç bir zorakılığa məruz qalmadan verilən sualları tam başa düşüb səmimi cavablandırmışdır. Maarif də verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş heroin ona məxsusdur, həmin kütləni xx.xx.2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı «Vəli» kimi təqdim etmiş şəxsin vasitəsilə Yasamal rayonunun ərazisində yerləşən ASAN xidmət mərkəzinin yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən öz şəxsi istifadəsi üçün əldə etmiş, onun üzərində aşkar edilmiş narkotik vasitəni də özünün verdiyini bildirmişdir. Həmçinin ona məxsus avtomobildə narkotik vasitə saxladığını, həmin narkotik vasitələri də təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə etirazın olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməzdən əvvəl Maarifə avtomobildə saxladığı narkotik vasitələri təqdim etmək təklif olunmuş, bu təklifdən sonra avtomobilin açarı ilə qapıları açmış və Maarif avtomobilin arxa sol oturacağının altından 1 ədəd selofan torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu demiş, həmin selofan torbaya baxış zamanı narkotik vasitə aşkar edilmiş və həmin torba elektron tərəzidə çəkilmiş, çəkisi qablaşdırma ilə birlikdə 3 kq 390 qram olmuşdur. Sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Maarif, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Maarif avtomobildən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu, həmin kütləni xx.xx.2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı «Vəli» kimi təqdim etmiş şəxsin vasitəsilə Yasamal rayonunun ərazisində yerləşən ASAN xidmət mərkəzinin yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən sonradan deyiləcək ünvanlara qoymaq məqsədilə əldə etdiyini, heç bir zorakılığa məruz qalmadığını və verilən sualları tam başa düşüb səmimi cavablandırdığını bildirmişdir. O, avtomobilə Maarif tərəfindən narkotik vasitə dolu selofan torba qoyulduğunu sonradan bilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, 28-ci PB-də və hazırda polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlamış, həmin narkotik vasitəni Maarif ona vermişdir. Avtomobilində aşkar olunmuş narkotik vasitə və psixotrop maddə Maarifə məxsusdur, Maarif həmin kütlələri xx.xx.2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı «Vəli» kimi təqdim etmiş şəxsin vasitəsilə Yasamal rayonunun ərazisində yerləşən ASAN xidmət mərkəzinin yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən sonradan deyiləcək ünvanlara qoymaq məqsədilə əldə etmişdir. Təqsirləndirilən şəxs1 qısa müddətdə tanımış, aralarında tanışlıq münasibəti var, sonradan bilmişdir ki, Maarif narkotik vasitə aludəçisidir və o da, narkotik vasitə aludəçisi olduğu üçün Maarifə ona da narkotik verməsini xahiş etmiş və Maarif ona da narkotik vasitə vermişdir. Yasamal rayonunun ərazisində yerləşən ASAN xidmət mərkəzinin yaxınlığından Maarif həmin kütlələri götürərkən onunla birlikdə olmuşdur. Maarif götürdüyü həmin kütlələrin narkotik vasitə olduğunu və İİR vətəndaşı Vəli adlı şəxs vasitəsilə əldə etdiyini ona danışmışdır (cild 1, iş vərəqi 106-108). Elan olunmuş ifadə ilə bağlı suallara cavab verən Təqsirləndirilən şəxs2 həmin ifadədə yazılanlarla razı olmadığını, onu döydüklərinə və təzyiq göstərdiklərinə görə bu cür ifadə verdiyini, ona görə də istintaqdakı ifadəsini təsdiq etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 16 fevral 2022-ci il tarixdə Baş idarəyə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı onun rəhbərliyi ilə, Baş idarənin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 16 fevral 2022-ci il tarixdə saat 21 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi 157-nin yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncuya məxsus '‘Toyota Prius” markalı avtomobilin yanında olarkən onları saxlamışlar. Həmin şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları bildirilmiş və onları şəxsi axtarış keçirilməsi üçün Yasamal RPİ, 28ci Polis bölməsinə dəvət etmişlər. Avtomobil də polis bölməsinin həyətinə gətirilmişdir. Orada xidməti otaqların birində təhqiqatçı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə hər ikisinin müdafiəçilərinin və əməliyyat qrupu üzvlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, sonuncu, əynindəki şalvarın sağ yan cibindən 1 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Onun üzərindən həmçinin 1 ədəd mobil telefon və 16 manat pul da aşkar edilmiş, mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, 16 manat pul isə şübhəli şəxsin özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, Elçin əynindəki gödəkcənin sağ yan cibindən 1 ədəd bükümdə heroini və şalvarın sol yan cibindən 51 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Elçinin üzərinə şəxsi axtarış keçirilmiş və 1 ədəd avtomobil açarı, 2 ədəd mobil telefonlar aşkar edilmişdir. Elçinin təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birgə çəkisi 4 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. 2 ədəd mobil telefon götürülmüş, 51 manat pul və avtomobil açarı isə Elçinə qaytarılmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinin özünə məxsus olduğunu, həmin kütləni tutulduğu tarixdə Maarifdən əldə etdiyini, özünün 5 aydır ki, narkotik vasitədən istifadə etdiyini, başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Maarif də suallara cavabında bildirmişdir ki, üzərindən aşkar edilmiş heroin özünə məxsusdur, həmin kütləni 16 fevral 2022-ci il tarixdə İran vətəndaşı «Vəli» kimi təqdim etmiş şəxsin vasitəsilə Yasamal rayonu ərazisində yerləşən ASAN xidmət mərkəzinin yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən öz şəxsi istifadəsi üçün əldə etmiş, Elçinin üzərində aşkar edilmiş narkotik vasitəni də özü Elçinə vermişdir. Həmçinin Elçinə məxsus avtomobildə narkotik vasitə saxladığını, həmin narkotik vasitələri də təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Bundan sonra avtomobilə baxış keçirilməzdən əvvəl Maarifə avtomobildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olundu. Bu təklifdən sonra Elçin avtomobilin açarı ilə qapılan açmış və Maarif avtomobilin arxa sol oturacağının altından 1 ədəd selofan torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu demişdir. Həmin torbaya baxış zamanı narkotik vasitə aşkar edilmiş və həmin torba elektron tərəzidə çəkilərək çəkisi qablaşdırma ilə birlikdə 3 kq 390 qram olmuşdur. Həmin kütlələr qablaşdırılıb möhürlənmiş, üzəri Maarif, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmış, sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus avtomobildən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni və üzərindən aşkar edilmiş kütləni eyni vaxtda İran vətəndaşı “Vəli” adlı şəxsin vasitəsi ilə 16 fevral 2022-ci il tarixdə Yasamal rayonundə yerləşən Asan Xidmətin yaxınlığından deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, özünə istifadə etməyə narkotik vasitə əldə etmək müqabilində bu işi gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 ilkin olaraq idarə etdiyi avtomobildə narkotik vasitə olduğundan xəbərsiz olduğunu bildirsə də, sonradan avtomobilə Maarif tərəfindən narkotik vasitə qoyulmasını bildiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edilərək saxlanılması, üzərlərinə şəxsi axtarış və avtomobilə baxış keçirilməsində əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə idarəsinin təhqiqatçısı vəzifəsində işləmiş Şahid4 göstərdi ki, o, hazırkı iş üzrə təqsirləndirilən şəxslərin şəxsi axtarışında və avtomobilə baxışda iştirak etmişdir. Onların şəxsi axtarışı zamanı hər ikisinin üzərindən narkotik vasitə aşkar olunmuş, lakin üstündən uzun müddət keçdiyi üçün dəqiq hansı növ və nə qədər narkotik aşkar olunduğunu xatırlamır. Lakin onun tərəfindən keçirilmiş istintaq hərəkətlərinin hamısı videoçəkilişlə aparılmışdır və bu hərəkətlərin nəticələri videogörüntülərdə görünür. Həmin görüntülər müvafiq protokollarda öz əksini tapmışdır. Belə ki, videoçəkilişdə nəyi görüb nə aşkar etmişdirsə, onları vizual şəkildə göstərmiş, kameraya müraciət edərək saxlanılan şəxslərdən soruşmuş və hansı cavablar verilmişdirsə, o cür də protokolda fiksə edilmişdir. Avtomobilə baxış keçirilərkən aşkar olunmuş selofan bağlamanın kənarını açmış, bağlamanın içərisində narkotik vasitə heroinə və tiryəkə bənzər maddələrin olduğunu müəyyənləşdirdikdən sonra yenidən tamlığını qorumaq üçün skoçla bağlamış, onları qablaşdırmış və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Götürülmüş kütlələr ekspertizaya təqdim edilməli olduğundan həmin selofan bağlamaları bütöv şəkildə açmağa zərurət görməmişdir. O, təqsirləndirilən şəxslərin saxlanılmasında iştirak etməmiş, tutulmasında və üzərinə şəxsi axtarış, həmçinin avtomobilə baxış keçirilməsində iştirak etmişdir. Polis bölməsinə gətirildikdən sonra təqsirləndirilən şəxslərə qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamışdır. Şəxsi axtarış və baxış zamanı iştirak edən hər iki şəxsin vəkilləri narkotik vasitələrin onlara məxsus olub-olmamasını dəfələrlə soruşmuş, hər iki şübhəli şəxs aşkar olunmuş narkotik vasitələrin özlərinə məxsus olduğunu etiraf etmişlər. Təqsirləndirilən şəxslərin üzəorində gözlə görünən hər hansı xəsarət izləri görməmişdir. Həmçinin şübhəli şəxs qismində tutularkən və digər istintaq hərəkətləri aparılarkən nə Maarif, nə də ki, Elçin onlara qarşı fiziki və ya psixi təsir və təzyiq olmaları barədə müraciət etməmişlər. Avtomaşına baxış keçirilən zaman maşının açarı Təqsirləndirilən şəxs2 olmuş, qapını Elçinin özü pult vasitəsilə açmış, Maarif özü isə narkotik vasitəni təqdim etmişdir. İstintaq hərəkətlərinin nəticələrinə dair protokolları o, tərtib etmiş, həmin protokolu ucadan iştirakçılara oxumuş və hamı tərəfindən protokollar imzalanmış, heç kimin protokola dair qeydləri olmamışdır. Şahid4 şübhəli şəxs Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar olunmuş bir ədəd selofan bağlamada yalnız narkotik vasitə heroin olması barədə videoçəkiliş zamanı bildirməsi, ekspertiza zamanı isə həmin bağlamanın içərisindən həm heroin, həm tiryək, həm də metadon həblərinin aşkar olunması barədə sualı cavablandırarkən, həqiqətən də həmin vaxt fevral ayı olduğuna və gecə saatları olduğundan havanın soyuq olması səbəbindən həmin torabaya ətraflı baxış keçirilməsinin və torbanın içərisindəki hər bir kütlənin iştirakçılara təqdim olunmasının diqqətindən yayındığını, lakin bununla belə həmin selofan torbanın bütün iştirakçıların və vəkillərin iştirakı ilə tamlığı pozulmadan yapışqan lentlə qablaşdırılaraq möhürləndiyini, onun üzərinin bütün iştirakçılar tərəfindən imzalandığını, selofan torbanın elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisinin 3 kq 390 qram olduğunun və həmin çəkinin də ekspert rəyində göstərilən çəki ilə uyğun gəldiyini, həmin halın hələ istintaq zamanı müstəntiq tərəfindən araşdırıldığını və müstəntiqə də bu cür ifadə verdiyini bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş 16 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında, habelə xx.xx.2022-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokollara əsasən, həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Bakı şəhəri, Yasamal RPİ-nin 28-ci Polis bölməsində üzərilərinə şəxsi axtarış, həmçinin Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius’’ markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirələrkən, külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 47-51, 54-57). İş materiallarına əlavə edilmiş 14 mart 2022-ci il tarixli protokollardan görünür ki, həmin istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış, həmçinin Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius" markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 2 ədəd DVD disklərə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və X5 üzərilərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair görüntülər 23 dəqiqə 25 saniyədən ibarətdir. Videogörüntüdən görünür ki, həmin istintaq hərəkəti Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Şahid4 tərəfindən BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 və baş əməliyyat müvəkkili Şahid3, Bakı şəhəri, “Mərkəz” vəkil bürosunun vəkilləri X3 və X1 iştirakı ilə aparılır. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq şübhəli şəxs qismində tutulmaları, CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra onlara qanunla qadağan edilmiş əşyaları könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur, həmin bükümün «kokos» olmaqla özünə məxsus olduğunu bildirir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən içərisində ***-***-**-** mobil nömrə olan «Redmi» markalı mobil telefon və 16 (on altı) manat pul aşkar olunaraq götürülmuüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və kütlənin çəkisi qablaşdırma ilə birlikdə 5 qram olmuşdur. Sonra həmin kütlə içərisi boş kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün «Redmi» markalı mobil telefon götürülmüş, 16 (on altı) manat pul isə şübhəli şəxsə qaytarılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan gödəkcənin sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni və şalvarın sol yan cibindən 51 (əlli bir) manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkcənin sol yan cibindən 1 ədəd avtomobil açarı, həmin gödəkcənin iç sol cibindən 1 ədəd içərisində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı və 1 ədəd içərisində ***-***-**-** mobil nömrə olan «Redmi» markalı mobil telefonlar aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və kütlənin çəkisi qablaşdırma ilə birlikdə 4 qram olmuşdur. Həmin kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd mobil telefon götürülmüş, 51 manat pul və 1 ədəd avtomobil açarı şübhəli şəxsə qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs1 bu gün, yəni xx.xx.2022-ci il tarixdə əldə etdiyini, özünün 4-5 aya yaxındır ki, narkotik vasitə aludəçisi olduğunu, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Vəli” adlı şəxsin vasitəsi ilə bu gün, yəni xx.xx.2022-ci il tarixdə Yasamal rayonundə yerləşən «Asan Xidmət»in yaxınlığında öz şəxsi istifadəsi üçün əldə etdiyini, özünün narkotik vasitələrin aludəçisi olduğunu, əvvəllər bir neçə dəfə məhkum olunduğunu, həmçinin onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs2 məxsus “Toyota Prius" markalı **-UN-*** nömrəli avtomobildə narkotik maddə saxladığını, Təqsirləndirilən şəxs2 bu barədə xəbəri olmadığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitəni həqiqətən də özünün ona verdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Sonda iştirakçıların hər hansı bir sualının olubolmaması soruşulduqda, vəkil X8 Babayevdən kütləni Elçinə verdikdə bunun müqabilində nəsə alıb-almadığını soruşmuş, Maarif qarşılığında heç bir şey almadan çəkməyə verdiyini bildirmişdir. Həmçinin Elçindən idarə etdiyi avtomobildə narkotik vasitə olmasından xəbəri olub-olmadığı soruşulduqda, Elçin bu barədə xəbəri olmadığını bildirmişdir. Ona qarşı saxlanılarkən heç bir zorakılıq və təzyiq olmadığını, üzərindən çıxan narkotik vasitəni Maarifdən heç nə vermədən özünün çəkməsi üçün aldığını, taksi sürdüyü üçün 2-3 aydır ki, Maarifi tanıdığını bildirmişdir. Həmçinin vəkil X7 üzərində və ya avtomobildə 51 manatdan başqa digər pul və qiymətli əşya olubolmamasını soruşduqda, Elçin avtomobilində 650 manat pul olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı videokameradan istifadə etməklə BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius" markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı çəkilmiş videogörüntülərin olduğu DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə əks edilmiş görüntülər 16 dəqiqə 58 saniyə təşkil edir. Videogörüntüdən aydın olur ki, təhqiqatçı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 və baş əməliyyat müvəkkili Şahid3, Bakı şəhəri, “Mərkəz” vəkil bürosunun vəkilləri X3 və X1 iştirakı ilə sonuncunun idarə etdiyi “Toyota Prius" markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir və götürmə aparılır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-UN-*** nömrəli avtomobildə narrkotik vasitə saxladığını, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 də “Toyota Prius” markalı **-UN-*** nömrəli avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus qeyd edilən avtomobildə olan narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 açarla qapıları açmış, Təqsirləndirilən şəxs1 avtomobilin arxa sağ qapısını açıb sol oturacağın alt hissəsindən 1 ədəd selofan torbanı təqdim etmişdir. Həmin selofan torbaya baxış zamanı içərisində açıq qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə selofan torbanın içərisində elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 3 kq 390 qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 məxsus avtomobildən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni və üzərindən aşkar edilmiş kütləni eyni vaxtda İran İslam Respublikası vətəndaşı “Vəli” adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Yasamal rayonundə yerləşən «Asan Xidmət»in yaxınlığından deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, özünə istifadə etməyə narkotik vasitə əldə etmək müqabilində bu işi gördüyünü, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq, ilkin olaraq avtomobilində narkotik vasitə olması barəsində məlumatının olmadığını bildirsə də, ona məxsus avtomobilə Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitə qoyulduğunu sonradan bildiyini qeyd edərək, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı avtomobilində 650 manat pul olması barədə göstərməsinə baxmayaraq, həmin pulu təqdim etməsi təklif edildikdə, Elçin həmin pulu evə qoyduğunu, xatırlamadığına görə yalnışlıqla pulun avtomobildə olduğunu bildirdiyini, hazırda xatırlayıb pulu bir gün əvvəl evə qoyduğunu qeyd etmişdir. İstintaq hərəkətinin sonunda iştirakçıların hər hansı sualının olub-olmaması soruşulduqda, vəkil X8 Babayevdən kütlənin ona məxsus olub-olmadığını soruşmuş, Maarif özünə məxsus olduğunu, bir hissəsini istifadə edəcəyini, bir hissəsini deyiləcək yerə qoyacağını bildirmişdir. Avtomobilə baxış və götürmə zamanı «Sony» markalı videokameradan istifadə edilməklə BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır (cild 1, iş vərəqi 192-196). Məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2022-ci il tarixli 6/975 saylı rəyindən görünür ki, üzərində “Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi” sözləri yazılmış kağız paketdəki: - 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 740 qram və 610 qram olmaqla, ümumi təmiz çəkisi 1350 qram təşkil edən tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütlələri xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 2 ədəd bağlamadakı tiryək kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; - 1 ədəd bağlamada təmiz çəkisi 2015 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - üzərində “Methadone 20...Faran” yazıları olan 10 ədəd blisterdə ümumilikdə 100 ədəd bozumtul-qəhvəyi rəngli, səthlərində “F/M20’’ yazısı həkk olunmuş qəhvəyimtil-boz rəngli dairəvi dərman həblərinin tərkibində metadonun təsiredici maddəsinin ümumi təmiz çəkisi 2 qram təşkil edir. - üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi” sözləri yazılmış kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 3,875 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi” sözləri yazılmış kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 4,381 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - Təqsirləndirilən şəxs1 avtomobilə baxış zamanı və öz üzərindən təqdim etdiyi, həmçinin Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin və tiryək xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Rəyə əsasən, avtomobildə aşkar edilmiş heroinin təmiz çəkisi - 2015 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 2014,9 qram. Tiryəkin təmiz çəkisi - 1350 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 1349,8 qram. Metadon həbləri - 100 ədəd, tədqiqata sərf edildi - 4 ədəd, qalıq - 96 ədəd. Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş heroinin təmiz çəkisi - 3,875 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 3,825 qram. Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş heroinin təmiz çəkisi - 4,381 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 4,331 qramdır (cild 1, iş vərəqi 68-74). Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 79). Ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair xx.xx.2022-ci il tarixli 2485 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair xx.xx.2022-ci il tarixli 2496 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 227-230). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1229 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda həmçinin ona ittham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1230 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Onda həmçinin ona ittham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 231-236). Cinayət işində olan 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi Redmi” markalı, “Samsung” markalı və Təqsirləndirilən şəxs1 məxsus “Xiaomi Redmi” markalı mobil telefonlara baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 məxsus “Xiaomi Redmi” markalı mobil telefonda 1 ədəd 070 *** ** ** saylı nömrə vardır, telefon sensor ekranlı, arxa markalanma göstəricisinə görə M2004J19G modelli bənövşəyi rəngli **********78182/01 İMEİ 1, **********63175/01 İMEİ 2 kodludur. Mobil telefonun zənglər, mesajlar, qeydlər, qalereya bölmələrində, “WhatsApp” sosial şəbəkəsində iş üçün əhəmiyyət kəsb edəcək dəlillər aşkar edilməmişdir. Qeyd edilən bölmələrdə özünə məxsus və digər şəkillər, videolar, sosial şəbəkədə də həmçinin ümumi söhbətlər müəyyən edilmişdir. Qeyd edilməlidir ki, 16 fevral 2022-cı il tarixdə təhqiqatçı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi «Redmi» markalı mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrənin olmasını bildirmiş, lakin həmin mobil telefona baxış zamanı telefonun içərisində ***-***-**-** saylı mobil nömrə deyil, 070 *** ** ** saylı nömrənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi Redmi” markalı mobil telefonda 1 ədəd 055 *** ** ** saylı nömrə vardır, telefon sensor ekranlı, arxa markalanma göstəricisinə görə M1906G7G modelli mavi rənglidir, “Samsung” markalı mobil telefonda 1 ədəd 070 *** ** ** saylı nömrə var, telefon sensor ekranlı, arxa markalanma göstəricisinə görə SM-315F/DS modelli İMEİ 3565xx/xx/218711/0 kodlu qırmızı rənglidir. Hər iki telefona xüsusi qrafik təsvirlə və parolla mühafizə olunan ekran kilidi tətbiq edilməsi müəyyən edilmişdir. Həmin kilidin ləğv edilməsi mümkün olmamaması səbəbindən Təqsirləndirilən şəxs2 məxsus 2 ədəd mobil telefona baxış keçirilməmiş, məhkəmə kompüter-texniki ekspertizası təyin edilməsi barədə qərar qəbul edilmişdir. Mobil telefonlar cinayət işi üzrə sübutedici əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 113). Məhkəmə kompüter-texniki ekspertizasının 22 aprel 2022-ci il tarixli 5/382 saylı rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung galaxy A31” markalı arxa markalanma göstəricisində olan SM-A315F/DS modelli 3565xx/xx/218711/0 İMEİ kodlu mobil smartfon hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş 1 ədəd sensor ekranlı "Android” əməliyyat sistemi ilə təchiz olunmuş “X14 8 Pro” markalı arxa markalanma göstəricisində olan M1906G7G mobil smartfon hazırda işlək vəziyyətdədir. Texniki imkan olmadığına görə tədqiq olunan “Samsung galaxy AZQ» markalı SM- A315F/DS modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik təsvirlə (parol) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmamışdır. Akitivləşdirmə üçün tələb olunan əmrlər ekspertin səlahiyyətinə aid olmadığına görə təqdim edilmiş “X14 8 Pro” markalı M1906G7G modelli mobil smartfonda olan “Mİ” hesabının keçilməsi üzrə tədqiqat işləri aparılmamışdır. Təqdim edilmiş “X14 8 Pro” markalı M1906G7G modelli mobil smartfonun arxa markalanma göstəricisində və “SİM" danışıq kartının yerləşdiyi yuvada İMEİ kodunun göstərilməməsi səbəbindən həmin mobil smartfonun İMEİ kodunu müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 222-226). İbtidai istintaq zamanı"xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli BKC/LGL- 5922/22 saylı məktuba qoşma olan 1 ədəd CD diskdə “SMS_Tarixçəsi __ **********0758__552141806” adlı fayla baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs2 055 ******* saylı nömrəsindən göndərilmiş mesajlarda narkotik vasitələr ilə əlaqəli söhbətlərin olmasını təsdiq edən SMS mətnlər öz əksini tapmışdır. Belə ki, «Şahin» adlı şəxsin istifadəsində olan **********13 saylı nömrəyə xx.xx.2021-ci il tarixdə “Qaqa kartiva 17 atim onu at oralara bir yere keçim goturum. Mende kimese soz vermisəm. Oda ecemiden durub gelir yoldadi”, xx.xx.2021-ci il tarixdə "İmnakn varsa 1 q goturum sabah saat 2de maksimum 3de mene sene kecen defeki kimi adiva gonderim. burda qapidayam totuynan”, xx.xx.2021-ci il tarixdə “Qaqa men cixdim mehleden onu yari yox butov elede” məzmunlu mesajlar göndərilmişdir. “SMS_Tarixçəsi ______________________ **********0800_552141806” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs2 055 ******* saylı nömrəsinə göndərilmiş mesajlarda narkotik vasitələr ilə əlaqəli söhbətlərin olmasını təsdiq edən SMS mətnlər öz əksini tapmışdır. Belə ki, «Şahin» adlı şəxsin istifadəsində olan **********13 saylı nömrədən xx.xx.2021-ci il tarixdə “4169. 7385. 7967. 4874. Kapital kərimduxt Elşad qaqa çəki at mənə”, “Qaqa çəki bu nömrənin vatsapina atarsan *** *** ** **”, xx.xx.2021-ci il tarixdə “41 69 74 13 52 51 79 30 kapital perviz yusifov” məzmunlu mesajlar göndərilmişdir. “Zənglərin_Detallaşması__**********1526______ 552141806" adlı fayla baxış zamanı 055 ******* saylı nömrədən və həmin nömrəyə zəng olunan nömrələr, zəngin tarixi və müddəti, “Zənglərin_Məxsusluq_Tarixçələri **********1529 552141806_BKC” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055 *** ** ** saylı nömrənin onun istifadəsində olmasına baxmayaraq, kiminsə adına rəsmiləşdirilməməsi, sms-də qeyd edilən 055 *** ** ** saylı nömrənin Bərdə şəhəri, Bakı küçəsi, ev 35-də qeydiyyatda olan Hümbət Cəfərova (********) və Zaqatala şəhəri, Vidadi küçəsi, ev 1, mənzil 11-də qeydiyyatda olan Sevinc Süleymanovaya (********) məxsus olması müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli İş № 5(004)-254/2022 nömrəli qərarı əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli AZF/LGL- 7990/22 saylı məktubda 070 ******* saylı nömrənin sorğulanan müddətdə şəbəkədə istifadə edilməməsi qeyd edilmiş və məktuba qoşma olan 1 ədəd CD diskdə “SMS_Tarixçəsi **********3213 _______________ 705090087” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs1 070 5090087 saylı nömrəsinə göndərilmiş mesajlar, “SMS_Tarixçəsi **********3217 705090087” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs1 070 ******* saylı nömrəsindən göndərilmiş mesajlar, “SMS_Tarixçəsi _______________ **********3226_____ 703939796” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs2 070 3939796____ saylı____________ nömrəsindən göndərilmiş mesajlar,___ SMS_Tarixçəsi _______________ **********3229_____ 703939796” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs2 070 ******* saylı nömrəsinə göndərilmiş mesajlarda əhəmiyyət kəsb edən danışıqlar aşkar edilməmişdir. “Zənglərin_Detallaşması_**********1203___ __703939796J 0.4765" adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs2 070 *** ** ** saylı nömrəsindən və həmin nömrəyə zəng olunan nömrələr, zəngin tarixi və müddəti, “Zənglərin_Detallaşması **********1232 705090087_10.4765" adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs1 070 *** ** ** saylı nömrəsindən və həmin nömrəyə zəng olunan nömrələr, zəngin tarixi və müddəti, “Zənglərin_Məxsusluq_Tarixçələri___**********1415 _______________________________________ 703939796_NAR_10.4765” adlı fayla baxış zamanı 070 *** ** ** saylı nömrənin Təqsirləndirilən şəxs2 öz adına rəsmiləşməsi, “Zənglərin_Məxsusluq_Tarixçələri ____ ********************087_NAR_10.4765” adlı fayla baxış zamanı 070 *** ** ** saylı nömrənin Təqsirləndirilən şəxs1 qeyri-rəsmi nikah münasibətində yaşadığı Qubadlı rayonu, Başarat kəındində qeydiyyatda olan X4 adına rəsmiləşməsi müəyyən edilmişdir. Bu barədə müvafiq protokollar tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmiş və "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd CD disk, “Azerfon" MMC tərəfindən təqdim edilmiş 1 ədəd CD disk cinayət işi üzrə sübutedici əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 213-218). İbtidai istintaq orqanının 19 mart 2022-ci il tarixli qərarı ilə məhkəmə kimyəvi ekspertizasının 17 fevral 2022-ci il tarixli 6/975 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 4,381 qram heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 3,875 qram heroin, avtomobildən aşkar edilmiş 2015 qram narkotik vasitə heroin, 1350 qram narkotik vasitə tiryək, təsiredici maddəsinin ümumi təmiz çəkisi 2 qram təşkil edən psixotrop maddə 100 ədəd metadon həbləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2023,056 qram heroin, 1349,8 qram tiryək, 96 ədəd metadon həbləri məhkəmənin yekun qərarı qəbul edilənədək saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 199-203). Cinayət işində olan 02 mart 2022-ci il tarixli tələbnaməyə əsasən, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. İşə əlavə edilmiş 05 mart 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər dörd dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 167-169, 187-191). Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittihamla təqsirli bilməyərək, ona qarşı irəli sürülmüş ittihamın şər və böhtan olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını, həmin gün narkotik vasitə almaq üçün getdiyini və polis əməkdaşları tərəfindən saxlanıldığını, tutulandan sonra 3 saat ərzində polis işçilərinin onu maşında saxladıqlarını və onu döyərək cinayəti boynuna qoyduqlarını, buna görə də məcbur olub 4 kq narkotiki boynuna aldığını bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, onun heç nədən xəbəri olmadığını, taksi sürücüsü kimi fəaliyyət göstərdiyini və Maarifi də müştəri kimi tanıdığını, hadisə günü Maarifin ona zəng edərək Yasamala getmək lazım olduğunu bildirdiyindən sonuncunu maşınına mindirib deyilən istiqamətdə getdiklərini, binaların yanında maşını saxladığını, Maarifin maşından düşüb getdiyini, özünün isə Maarif gələnə qədər siqaret çəkmək üçün maşından yerə endiyini, bu zaman mülki geyimli şəxslərin Maarifi və onu tutub maşına mindirərək Polis bölməsinə gətirdiklərini, istintaqa verdiyi ifadəsini təsdiq etmədiyin, həmin ifadənin ondan təzyiq altında alındığını, Maarif maşına minəndə əlində heç nə olmadığını, narkotik vasitənin maşına 28-ci polis bölməsində qoyulduğunu, bölmədə əvvəlcə onun üzərinə narkotik vasitə qoyduqlarını, sonra isə çəkiliş apardıqlarını, özünün taksi fəaliyyəti ilə məşğul olandan sonra narkotik vasitələrdən istifadə etməyə başladığını, 070 393 97 96 və 055 214 18 06 mobil nömrələrin ona məxsus olduğunu, həmin nömrələrdə narkotik vasitlərlə bağlı yazışmalar olduğunu və həmin yazışmaların özünün narkotik vasitə almaq barədə apardığı danışıqlara aid olduğunu, Vəli adlı şəxsi tanımadığını, Maarifi maşına götürəndə əlində hər hansı bir bağlama olmadığını, polis bölməsində döyüldüyünə və işgəncələrə məruz qaldığına görə etirafedici ifadələr verməyə məcbur olduğunu bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin gətirdikləri həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulub müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarışları zamanı özləri heç bir kənar təsir olmadan üzərilərində aşkar olunması ittihamda qeyd olunmuş narkotik vasitələri, həmçinin Təqsirləndirilən şəxs1 etirafından sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildəki külli miqdarda narkotik vasitələri təqdim etmişlər. Həmin maddi sübutlar videoçəkiliş altında prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İbtidai istintaq zamanı sorğu zamanı və ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 avtomaşından aşkar edilmiş narkotik vasitələri, həmçinin üzərindən aşkar edilmiş kütləni eyni vaxtda İran İslam Respublikası vətəndaşı “Vəli” adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Yasamal rayonundə yerləşən «Asan Xidmət»in yaxınlığından deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, özünə istifadə etməyə narkotik vasitə əldə etmək müqabilində bu işi gördüyünü, tutulduqları gün Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin verdiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə əldə etdiyini, özünün 4-5 aya yaxındır ki, narkotik vasitə aludəçisi olduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, ilkin olaraq avtomobilində narkotik vasitə olması barəsində məlumatının olmadığını bildirsə də, ona məxsus avtomobilə Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitə qoyulduğunu sonradan bildiyini qeyd etmişdir. Həmin videogörüntülərə məhkəmə iclasında baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin istintaq hərəkətləri zamanı özlərini sərbəst aparmaqla cinayət əməlləri barədə etirafedici izahatlar verir, onların üz nahiyəsində və ya bədəninin görünən hissələrində fiziki zorakılığa xas hər hansı izlər müşahidə edilmir. Şəxsi axtarış zamanı yalnız Təqsirləndirilən şəxs1 əsadan istifadə etməklə dayandığı və hərəkət etdiyi görünür ki, məhkəmədə verdyi ifadəsində o, tutulmamışdan öncə avtoqəza keçirdiyini, ayaqlarından xəsarət aldığını və buna görə də əsadan istifadə etdiyini bildirmişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edib özünü təqsirli bilmişdir. Cinayət işində olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iştirak etməmiş, məhkəmə onun ərizəsini nəzərə alaraq təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla bağlı məhkəməyə sorğu edilərək müvafiq sənədlərin surətləri əldə olunmuş və məhkəmə iclasında tədqiq edilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 «kovid» xəstəliyinə tutulması ilə əlaqədar işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, həmçinin xx.xx.2022-ci il tarixli Mərkəzi laboratoriya test nəticə hesabatına əsasən, Təqsirləndirilən şəxs1 verdiyi analiz pozitiv nəticələnmişdir. Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, onlar seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə apellyasiya şikayətini geri götürərək baxılmamış saxlanılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətindən imtina qəbul edilmiş və Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Bundan əlavə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılarkən döyülmələri və fiziki təzyiqlərə məruz qalmaları barədə gətirdikləri dəlilləri yoxlamaq məqsədilə təcridxanaya yerləşdirilən zaman üzərində xəsarət izlərinin olub-olmamasının müəyyən edilməsi üçün tibbi kitabçalarının surətləri Bakı İstintaq Təcridxanasından tələb edilərək məhkəmədə baxışı keçirilmişdir. Bakı İstintaq təcridxanasının xx.xx.2022-ci il tarixli xx/xx-8761 saylı məktubu ilə daxil olmuş tibbi kitabçalardakı məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 həbs olunan zaman xəsarət aldığını bildirsə də, onda sağ said və qarnın ön divarında köhnə çapıq toxumaları izlənilmişdir, hazırda şikayəti olmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 tibbi kitabçasındakı qeydlərə görə, o da, həbs olunan zaman xəsarət aldığını bildirsə də, onda təzə zədə izləri aşkar olunmamış, sağ said nahiyəsində və qarnın ön divarında köhnə çapıq toxumaları izlənilmişdir, hal-hazırda şikayəti olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin demək olar ki, bütün mümkün vəsatətləri təmin olunmuş, həmin vəsatətlər üzrə əldə edilmiş sübutlar cinayət işi üzrə digər sübutlarla müqayisəli şəkildə təhlil edilmişdir. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olmuş mobil telefon nömrələrinə 01 yanvar 2022-ci il saat 00:00-dan 17 fevral 2022ci il saat 06:00-dək zaman intervalında daxil olan və çıxan zənglər, həmin nömrələr daxil olan və çıxan mesajlar, həmçinin anten dairələri barədə məlumatlar "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş, qeyd olunan məlumatlar müdafiə tərəfinə və prosesin digər iştirakçılarına təqdim olunmaqla məhkəmədə tədqiqi aparılmışdır. Lakin bu zaman həmin məlumatlarda təqsirləndirilən şəxslərin təqsirsizliyini sübut edə biləcək hər hansı hal müəyyən edilməmişdir. Əksinə, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055 ******* saylı nömrəsindən göndərilmiş mesajlarda narkotik vasitələrlə əlaqəli söhbətlərin olması təsdiq edilmişdir. Belə ki, «Şahin» adlı şəxsin istifadəsində olan **********13 saylı nömrəyə xx.xx.2021-ci il tarixdə “Qaqa kartiva 17 atim onu at oralara bir yere keçim goturum. Mende kimese soz vermisəm. Oda ecemiden durub gelir yoldadi”, xx.xx.2021-ci il tarixdə "İmnakn varsa 1 q goturum sabah saat 2de maksimum 3de mene sene kecen defeki kimi adiva gonderim. burda qapidayam totuynan”, xx.xx.2021-ci il tarixdə “Qaqa men cixdim mehleden onu yari yox butov elede” məzmunlu mesajlar göndərilmişdir. Həmçinin, «Şahin» adlı şəxsin istifadəsində olan **********13 saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrəyə xx.xx.2021-ci il tarixdə “4169. 7385. 7967. 4874. Kapital kərimduxt Elşad qaqa çəki at mənə”, “Qaqa çəki bu nömrənin vatsapina atarsan *** *** ** **”, xx.xx.2021-ci il tarixdə “41 69 74 13 52 51 79 30 kapital perviz yusifov” məzmunlu mesajların göndərildiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan məzmunlu SMS yazışmaları Təqsirləndirilən şəxs2 narkotik vasitələri satış məqsədilə əldə edib saxlamasını təsdiq edən yanakı sübutlar kimi qiymətləndirilməlidir. Bundan başqa, müdafiə tərəfinin vəsatəti ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan «Toyota Prius» markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomaşının 16 fevral 2022-ci saat 19:00-dan 17 fevral 2022-ci il saat 06:00-dək olan intervalda keçdiyi yolların istiqaməti və olduğu yerlərin ünvanları xəritəsi "xxxx" MMC-dən götürülmüş, qeyd olunan məlumatlar məhkəmə iclasında tədqiq edilmişdir. Müdafiə tərəfi məhkəmə çıxışlarında həmin məlumatlara əsasən qeyd olunan avtomaşının müvafiq protokollarda göstərilən ünvanlarda deyil, şəhərin digər ərazilərində hərəkətdə olmasını iddia etsələr də, məhkəmə kollegiyası cinayət işində olan şübhəli şəxs qismində tutulma haqqında, şəxsi axtarış və götürmə aparılması haqqında, həmçinin avtomaşına baxış keçirilməsi haqqında protokollardakı yer və vaxt barədə məlumatları "xxxx" MMC-dən alınmış məlumatlarla müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, müdafiə tərəfinin iddiaları əsassızdır və müvafiq istintaq hərəkətlərinin protokollarını şübhə altına almaq üçün heç bir əsas vermir. Belə ki, məlumatlarda həmin nəqliyyat vasitəsinin 16 fevral 2022-ci il tarixdə saat 21:20 radələrindən sonra əsasən Yasamal rayonu ərazisindəki Mətbuat prospekti, Həsən bəy Zərdabi prospekti, X11 küçəsi və digər küçə, prospektlərdə hərəkət etməsi göstərilir. İş materiallarına görə nəqliyyat vasitəsinin Yasamal rayonu ərazisindəki ASAN Xidmət mərkəzinin yanında saxlanılması, daha sonra müxtəlif küçələrdən keçərək Yasamal RPİ-nin 28-ci Polis bölməsinə gətirilməsi və bölmənin həyətinə yerləşdirilərək 16 fevral 2022-ci il saat 23:45-dən 17 fevral 2022-ci il saat 00:02dəqiqəyədək avtomaşına baxış keçirilməsi şübhə doğurmur və tam təsdiq olunur. Həmçinin müdafiə tərəfinin vəsatəti ilə 17 fevral və 18 fevral 2022-ci il tarixlərdə Yasamal RPİ-nin Növbətçi hissəsində qeydə alınmış kamera görüntülərinin və TŞ2-084 nömrəli Təhlükəsiz şəhər kamerası ilə 16 fevral 2022-ci il saat 18:00-dan 17 fevral 2022-ci il tarixə saat 06:00-dək qeydə alınmış videogörüntülərin əldə edilməsi ilə bağlı müvafiq sorğular verilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təhlükəsiz şəhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən sorğuda göstərilən məlumatların təqdim edilməsi mümkün deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və müdafiə tərəfinin gətirdikləri dəlilləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli ifadələr verməsini, istintaq zamanı etirafedici ifadələri polis əməkdaşları tərəfindən döyülmələri və işgəncəyə məruz qalmaları səbəbindən vermələri barədə məhkəmədə gətirdikləri dəlilləri əsaslı hesab etmir, onlar tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlamaları və daşımaları nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı üzərilərindən və avtomaşından aşkar olunmuş narkotik vasitələrin onlara məxsus olduğunu səmimi etiraf etmələrini, həmçinin aşkar olunmuş maddələrin heroin, tiryək və metamfetamin narkotik vasitələri olmaqla 3 növdə olmasını, onların hər birinin çəkilib ayrıayrı bağlamalarda olmasını, həmçinin aşkar olunmuş narkotik vasitələrin kütləsinin külli miqdar təşkil edən minimum miqdardan dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi, həmçinin Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməsi cinayətlərin residivini yaradır və bu hal onun barəsində cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətdiyinə görə məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Bu isə təqsirləndirilən şəxsə münasibətdə cinayətlərin residivi kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasısı ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi, həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə isə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılırlar. Həmçinin hər iki təqsirləndirilən şəxsin ibtidai araşdırma və hazırkı iş üzrə məhkəmə baxışı zamanı həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2485 saylı və 2496 saylı rəylərini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində, Təqsirləndirilən şəxs2 isə opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, məcburi müalicəyə əks göstərişləri olmadığından, onların hər ikisi barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və onlar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən, həmçinin sonuncunun idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2023,056 qram çəkidə narkotik vasitə heroin, 1349,8 qram çəkidə narkotik vasitə tiryək, 96 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən, həmçinin Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitələrin götürülməsinin videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd CD disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı; - Təqsirləndirilən şəxs2 götürülmüş “Xiaomi Redmi” markalı və "Samsung” markalı mobil telefonlar, Təqsirləndirilən şəxs1 götürülmüş "Xiaomi Redmi” markalı mobil telefon onların ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə kompüter-texniki ekspertizası tədqiqatları 190 (yüz doxsan) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 190 (yüz doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 95 (doxsan beş) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən, həmçinin sonuncunun idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2023,056 qram çəkidə narkotik vasitə heroin, 1349,8 qram çəkidə narkotik vasitə tiryək, 96 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən, həmçinin Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitələrin götürülməsinin videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd CD disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs2 götürülmüş “Xiaomi Redmi” markalı və "Samsung” markalı mobil telefonlar, Təqsirləndirilən şəxs1 götürülmüş "Xiaomi Redmi” markalı mobil telefon onların ailə üzvlərinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 190 (yüz doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 95 (doxsan beş) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-144/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-144/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver