Məhkəmə qərarları › İş №1(101)-144/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-144/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-144/2025 03.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü iİ tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1983-cü il tarixdə Ermənistan Respublikasında doğulmuş, ali təhsilli, evli, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü iİ tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər şəxslə ölkə ərazisində narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək onlara verilmiş göstəriş əsasında külli miqdarda – çəkisi 2010 qram təşkil edən narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə əldə etdikdən sonra Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə bükümünü özündə saxlamaqla daşımış, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 may 2023-cü il tarixdə saat 22:00-da Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev döngəsi 1 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılmış və orada Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən sonuncunun əynindəki gödəkçənin altından satış məqsədilə qanunsuz olaraq əldə etdikləri 01 ədəd bükümdə külli miqdarda – çəkisi 2010 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsi vasitəsilə aparılan danışıqlar zamanı İran vətəndaşı ona Beyləqan ərazisində yerləşdirilmiş 02 kiloqram narkotik vasitənin götürülməsini təklif etmiş, o isə Beyləqan rayonu ərazisinə getmək istəmədiyi üçün həmin təklifi rədd etmişdir. 3-4 gündən sonra İran vətəndaşı yenidən ona müraciət edərək 10 qram narkotik vasitəni özünə götürməsi müqabilində 90 qram narkotik vasitəni tapşırdığı şəxsə verilməsini təklif etmiş, həmin təkliflə razılaşdıqdan sonra ona narkotik vasitənin yerləşdirildiyi yerin ünvanın koordinatları göndərilmişdir. Lakin müvafiq ünvanda yerləşdirilmiş narkotik vasitə 100 qram deyil, 2 kiloqram olmuşdur. Qeyd olunan narkotik vasitə tərəfindən götürüldükdən sonra polis əməkdaşları onu saxlamışlar. Təqsirləndirilən şəxs2 bu işdə heç bir təqsiri yoxdur. Belə ki, sonuncu ondan “marixuana” istəməsinə və onunla birlikdə hadisə yerinə getməsinə baxmayaraq narkotik vasitə əldə etmək üçün getdiyini bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, Aydından narkotik vasitə heroin istəmişdir, Aydın ona marixuana götürmək üçün getdiklərini bildirmiş, həmçinin şəhərdə işi olduğu üçün onu özü ilə aparmışdır. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, əvvəllər Aydın ona narkotik vasitə təklif etməmişdir. Hadisə günü sonuncu ilə təsadüfən Əhmədli ərazisində görüşmüşdür. Aydın ona bir bükümdə marixuana söz vermişdir. O, Aydının hadisə yerindən narkotik vasitə götürmək üçün getdiyini, götürülən narkotik vasitənin nə qədər olduğunu bilməmişdir. Aydın tək saxlanılmışdır, sonuncu tutularkən onların arasında 200-300 metr məsafə olmuşdur. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet yoxlanılarkən üzərindən heç nə aşkar olunmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, təxminən 3-4 ildir ki, narkotik vasitələrdən, əsasən də marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs1 təqribən 2-3 aydır ki, tanıyır, onunla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs1 sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı, özünü Babək kimi təqdim edən şəxs İran İslam Respublikasından göndərilən narkotik vasitəni satıb pul qazanmağı təklif etmişdir. Aydın da ona razılıq verərək narkotik vasitəni götürüb onu aldadaraq qazanc əldə etmək istəmişdir. Babək adlı şəxs Aydınla sosial şəbəkə vasitəsilə mesajlaşaraq narkotik qoyduğu yeri və narkotik vasitənin şəklini göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə Babək adlı şəxsin Aydına göndərdiyi ünvana, yəni Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev döngəsi 1 ünvanına getmişdir. Aydın narkotik vasitə olan bağlamanı razılaşdıqları yerdən götürmək üçün yaxınlaşmışdır. O isə təqribən 10 metr kənarda kiminsə gəlib-gəlməməyini ona bildirməkdən ötrü ətrafı izləmək üçün dayanmışdır. Aydın bağlamanı götürmüş və gödəkçəsinin altında gizlətmişdir. 22 may 2023-cü il tarixdə saat təxminən 22 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev döngəsi 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərib onun və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğumu bildirmişlər. Barələrində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onları Nəsimi rayon Polis İdarəsinə aparmışlar. O və Təqsirləndirilən şəxs1 da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişlər. Polis İdarəsində olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə onun və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra o, 01 ədəd təsbehi, 01 ədəd elektron siqareti, qolunda olan qol saatın və əynindəki cins şalvarın cibindən 01 ədəd üzərində ***-***-**-** GSM nömrəsi olan “İphone 6” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd təsbeh, 01 ədəd elektron siqaret çıxararaq və qol saatı özünə qaytarılsa da, ona izah edilməklə 01 ədəd mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şifahi sorğu zamanı heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və Polis İdarəsində olan zaman üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən burada heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs2 əlavə dindirmə zamanı özünü təqsirli bilməyərək ifadəsində istintaqa verdiyi ilkin ifadəsini təkzib etdiyini, onun bu işdə heç bir təqsiri olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs1la çay evində oturan zaman Aydından çəkmək üçün narkotik vasitə marixuana istəmiş, Aydın da ona onunla birlikdə getməyi və hardansa 1 qutu narkotik vasitə olan marixuana götürəcəyini, həmin qutudan da bir büküm ona çəkmək üçün verəcəyini bildirmiş, o da Aydınla razılaşmışdır. 22 may 2023-cü il tarixdə saat təxminən 22 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev döngəsi 1 ünvanının yaxınlığına getmişlər. O, bir qədər aralıda dayanıb Aydını gözləmiş, Aydın təxminən ondan 10-15 metr aralanıb narkotik vasitəni götürdüyü yerə getmiş, bundan 3-5 dəqiqə sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərib onun və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Barələrində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onları Nəsimi rayon Polis İdarəsinə aparmışlar. O və Təqsirləndirilən şəxs1 də etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişlər. Polis İdarəsində olanda hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə onun və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra o, 01 ədəd təsbehi, 01 ədəd elektron siqareti, qol saatını və əynindəki cins şalvarın cibindən 01 ədəd üzərində ***-***- **-** GSM nömrəsi olan “İphone 6” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd təsbeh, 01 ədəd elektron siqaret və qol saatı özünə qaytarılsa da, ona izah edilməklə 01 ədəd mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şifahi sorğu zamanı heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və Polis İdarəsində olanda üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən burada heç bir zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 132-134, cild 2, iş vərəqə 154-156). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 22 may 2023-cü il tarixdə, axşam saat 9-10 radələrində iki nəfər şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev döngəsi 1 ünvanında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar hərəkətləri barədə daxil olmuş əməliyyat məlumatı əsasında 6 nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, deyilən vaxtda təqsirləndirilən şəxslərə yaxınlaşmış və onları İdarəyə dəvət etmişlər. Təhqiqatçının otağında təqsirləndirilən şəxslərin üzərinə baxış keçirilərkən Aydının üzərindən narkotik vasitə aşkar edilmişdir. Şahid1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, aşkar edilən narkotik vasitə heroin olmuşdur. Əməliyyat məlumatının məzmunu hər iki təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasından ibarət olmuşdur. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Təqsirləndirilən şəxsləri hərəkətdə olan zaman Əfəndiyev döngəsində “Vurğun Residens” yaşayış kompleksinin yaxınlığında axşam saat 9-10 radələrində saxlamışlar. Onlar təqsirləndirilən şəxslərdən birinin gödəkçəsinin altında nəsə olduğunu görmüşlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid4 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 213-217). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 22 may 2023-cü ildə daxil olmuş əməliyyat məlumatı əsasında rəhbərlik tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Daha sonra təqsirləndirilən şəxslərin əməlinin ifşa olunması üçün keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxslərin gəldiklərini görüb onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxsləri Əfəndiyev küçəsində, “Vurğun Residens” adlı yaşayış kompleksinin arxa tərəfində saxlayaraq Nəsimi rayon Polis İdarəsinə dəvət etmiş, orada videoçəkiliş vasitəsilə barələrində şəxsi axtarış istintaq hərəkəti keçirmişlər. Polis İdarəsində ancaq Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 22 may 2023-cü il tarixdə narkotik vasitələrin daşınması, istifadəsi və saxlanılması ilə bağlı təqsirləndirilən şəxslər barəsində Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. O, özü təqsirləndirilən şəxslərin saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxsləri hərəkətdə olan zaman Əfəndiyev döngəsi 1 ünvanında axşam saat 9-10 radələrində saxlayaraq, özlərini onlara təqdim etmiş, hər ikisini Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxslər saxlanıldığı yerdə barələrində şəxsi axtarış istintaq hərəkəti keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, 22 may 2023-cü il tarixdə təqirləndirilən şəxslər barəsində narkotik vasitələrin satışı ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Əfəndiyev küçəsi 1 ünvanında, təxminən axşam saat 10 radələrində təqsirləndirilən şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onları Nəsimi rayon Polis İdarəsinə dəvət etmişlər. Təhqiqatçının otağında vəkilin iştirakı ilə təqsirləndirilən şəxslərin üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni Babək adlı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1la bir yerdə olmuşdur. Təqsirləndirilən şəxslər hadisə yerinə piyada gəlmişlər. Təqsirləndirilən şəxslərin hadisə yerindən narkotik vasitə götürdüklərini görməmişdir. Əməliyyat qrupunun rəhbərini xatırlamır. Əməliyyat qrupu dörd nəfərdən ibarət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxslər, barələrində 2023-cü ilin may ayında Şahid4 daxil olan əməliyyat məlumatı əsasında tərəflərindən Nəsimi rayonu, Əfəndiyev döngəsində saxlanılmışdır. Əməliyyat məlumatı narkotik vasitələrin saxlanması, daşınması və satışı ilə bağlı olmuşdur. Onlar təqsirləndirilən şəxsləri saxladıqdan sonra özlərini təqdim edib onları Polis İdarəsinə aparıb təhqiqatçıya təhvil vermişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədlərini də sübut növləri kimi qəbul edir. 23 may 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində, paltarında, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins gödəkçəsinin qolunun altından 01 ədəd yapışqanlı lentə bükülmüş bükümü, həmin gödəkçəsinin cibindən 01 ədəd şüşə trupka, əynindəki göy rəngli cins şalvarın cibindən 01 ədəd “Mİ” markalı mobil telefon və 01 ədəd pul kisəsini çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində, paltarında, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki gödəkçəsinin cibindən 01 ədəd təsbeh,01 ədəd elektron siqaret, qolundakı 01 ədəd qol saatını, əynindəki cins şalvarının cibindən 01 ədəd “İphone 6” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd yapışqanlı lentə bükülmüş bükümə baxış keçirilmiş və həmin bükümün içərisində olan maddənin narkotik maddəyə bənzədiyi məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükümün içərisində heroin və metamfetamin olduğunu, 22 may 2023-cü il tarixdə axşam saatlarında adını Babək kimi bildiyi İran İslam Respublikası vətəndaşından satmaq adı ilə aldığını bildirsə də satmaq istəmədiyini və iranlını aldatdığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 68-72). 23 may 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №186” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd büküm saxlanılan şəxs : (imza) Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2010 qram (2kq 10qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 2009,8 qram təşkil etmişdir (cild 1, iş vərəqə 79-80). 07 avqust 2023-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 cinayəti törətdiyi anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqə 22-24). 07 avqust 2023-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cinayəti törətdiyi anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqə 26-27). Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş xx.xx.2023-ci il tarixli 20/1-7384m nömrəli məktuba əlavə edilmiş, yaddaşında SMS məlumatlarının əks olunduğu diskə baxış keçirilməsi haqqında 07 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə sorğu edilən tarixlərdə çoxsaylı telefon danışıqları aparılmış və sms mətni daxil olmuşdur. Sms mətnlərinə baxış zamanı aşkar edilmişdir ki, istifadəsində olan telefon nömrəsindən “11 mart 2023-cü il tarixdə -He qardawim gor ne deyireme sene neiwe falan alan var o tereflerde? Yeni isdiyen olsa olacaq sabah mende”, 24 fevral 2023-cü il tarixdə “25 manata alinar brat yari daw?” məzmunlu smslər göndərilmişdir(cild 2, iş vərəqə 39-40). 24 may 2023-cü il tarixli və 18 noyabr 2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı təsdiq etmişdir (cild 1, iş vərəqə 147-148, cild 2, iş vərəqə 160-162). 08 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş təmiz çəkisi 2010 qram olan narkotik vasitə heroin və 01 ədəd şüşə trupka maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2009,8 qram təşkil edən heroin və 01 ədəd şüşə trupka saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış istintaq hərəkətinin videogörüntülərini özündə əks edən 01 ədəd disk maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir (cild 2,iş vərəqə 166-178). İbtidai istintaq orqanının 08 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbəni və İran İslam Respublikasının vətəndaşının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 80-81). 09 avqust 2023-cü il tarixli Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmaları təsdiq olunmuşdur (cild 2, iş vərəqə 7). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərarı ilə cəzası 01 il müddətinə azaldılmış, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərarı ilə çəkilməmiş cəzası 11 ay 04 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarı ilə 03 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, 21 may 2023-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (cild 2, iş vərəqə 8-9). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 10-11). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 №-li qərarının 9cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X5 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci, 234.3-cü və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 16-cı bəndinin 3-cü abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında 22 may 2023-cü il tarixdə İran vətəndaşının göstərişi ilə 100 qram narkotik vasitə götürmək üçün getməsinə baxmayaraq orada 2 kq narkotik vasitə qoyulduğunu görsə də həmin maddəni götürməsinə dair ifadələrini, o cümlədən mötəbərliliyinin şübhə altına alınması üçün əsaslar olmayan ibtidai istintaq dövründə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarını, əldə edilmiş narkotik vasitənin miqdarını əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin olması işin mübahisəsiz hallarını təşkil edir. Bundan başqa Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələbləri mövqeyindən çıxış etməklə məhkəmə qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Bu və digər cinayətin törədilməsində şəxsin cinayət tərkibinin subkeytiv cəhətinin ünsürü olan məqsədi onun həm hadisədən əvvəl, həm də sonrakı davranışına, yəni hərəkət və hərəkətsizliyinə dair konkret faktlarla müəyyən edilir. Qeyd olunan səbəblərdən təqsirləndirilən şəxsin əməllərində satış məqsədinin olması barədə nəticəyə gələrkən məhkəmə həm də o hallara istinad edir ki, təqsirləndirilən şəxsin istifadəsində olan telefon vasitəsilə aparılan danışıqları özündə əks etdirən CD disk məlumatlarından görünür ki, əvvəllər də Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə məşğul olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 İran vətəndaşının göstərişinə əsasən narkotik vasitə heroin əldə etməsi barədə heç bir məlumatının olmamasını, Aydının hadisə yerindən narkotik vasitə götürmək üçün getdiyini bilmədiyinə dair həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələrini müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs2 müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürülmüş həmin mülahizələr yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, o cümlədən işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ilkin ifadələrində Təqsirləndirilən şəxs1la birgə narkotik vasitələr əldə etmək üçün getdiyini bildirmiş, sonuncunun təhlükəsizliyini təmin etmək üçün kənar şəxslərin gəlib gəlməməsinə nəzarət etmək məqsədilə qıraqda dayandığını göstərmişdir. İbtidai istintaqın sonrakı mərhələsində o, tərəfindən verilmiş ifadəni təkzib edərək təqsirləndirilən şəxs qismində ilkin dindirilmə protokolunda göstərilən ifadələri ilə mövcud ifadəsi arasındakı ziddiyyəti həmin protokolları imza etmədən oxuması ilə izah etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmin dəlili ilə əlaqədar əvvəla qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ilk dəfə təqsirləndirilən şəxs şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmişdir. Həmin dindirmə protokolu həm təqsirləndirilən şəxs, həm də müdafiəçi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin həmin protokolları oxumadan imzalaması müdafiəçini həmin protokolun mətni ilə tanış olaraq imzalamaq vəzifəsindən azad etmir. Digər tərəfdən barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə 24 may 2023-cü il tarixdə məhkəmədə baxılarkən müdafiəçi şəxsin özünü təqsirli bilməsini, bu səbəbdən barəsində həbs qətimkan tədbirinin seçilməməsini məhkəmədən xahş etmişdir. Bundan başqa ibtidai istintaq dövründə hər iki təqsirləndirilən şəxs arasında iki dəfə üzləşdirmə istintaq hərəkəti aparılmış, 24 may 2023-cü il tarixdə həyata keçirilmiş ilkin üzləşdirmə istintaq hərkəti zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşının tapşırığına əsasən narkotik vasitə götürməyə getməsi barədə halların Təqsirləndirilən şəxs2 məlum olması, Təqsirləndirilən şəxs2 rolunun kənar şəxslərin gəlib-gəlməməsini nəzarətdə saxlamasından ibarət olmasını, Təqsirləndirilən şəxs1 əldə edilmiş həmin narkotik vasitəni satacağı, əldə edilmiş gəlirdən ona da narkotik vasitə alacağını bildirmişlər. 18 noyabr 2023-cü il tarixdə həyata keçirilmiş təkrar üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ilkin ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə deyərək bir daha təsdiq etsə də sonuncu Təqsirləndirilən şəxs1 hər hansı formada kömək etmədiyini, sadəcə ona çəkmək üçün marixuana verəcəyinə dair Təqsirləndirilən şəxs1 vədinə əsasən yol yoldaşlığını etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la təsadüfən qarşılaşaraq ona yol yoldaşlığı etdiyini bildirməsi barədə məhkəmə iclasında verdiyi ifadələr isə yoxlanılarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya –Kommunikasiya İdarəsindən daxil olmuş məktuba əlavə edilmiş həm Təqsirləndirilən şəxs2, həm Təqsirləndirilən şəxs1 istifadəsində olan telefon nömrələri vasitəsilə aparılan danışıqları özündə əks etdirən CD disk tədqiq edilərək müəyyən edilmişdir ki, tutulduqları gün yəni, 22 may 2023-cü il tarixdə təqsirləndirilən şəxslər arasında 13:32:18, 13:32:05, 12:53:30, 12:53:42 radələrində dörd dəfə telefon vasitəsilə əlaqə saxlanılmışdır. Məhkəmə, yuxarıda göstərilən bütün halları məcmu şəklində qiymətləndirərək, həmçinin Təqsirləndirilən şəxs2 23 may 2023-cü il tarixli şübhəli şəxs, 24 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində dindirilmə, 24 may 2023-cü il tarixli üzləşdirmə protokollarının mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirici hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, törətdiyi cinayətin xarakteri və ictimai təlükəliliyi, İran İslam Respublikası vətəndaşı ilə razılığın onun tərəfindən alınması, narkotik vasitəni özü götürməsi və daşıması hərəkətləri ilə müşayiət edilən cinayətin törədilməsində iştirak dərəcəsinin əhəmiyyəti və xarakteri kimi hallar nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, barəsində yuxarıda göstərilən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, törətdiyi cinayətin xarakteri və ictimai təlükəliliyi, cinayətin törədilməsində iştirakının narkotik vasitə götürülməsinin təhlükəsizliyinin təmin edilməsi üçün Təqsirləndirilən şəxs1 kənar şəxslərin gəlib-gəlməməsini bildirməkdən ibarət olmasını, narkotik vasitələrin əldə edilməsi ilə bağlı danışıqlarda iştirak etməməsi kimi halları nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 22 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 23-24), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü iİ tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 may 2023-cü il tarixdən hesablanması qərara alınmış (cild 1, iş vərəqə 166-168), Təqsirləndirilən şəxs2 22 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 46-47), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü iİ tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 161-165). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 may 2023-cü il tarixdən hesablanmalıdır. 12 iyun 2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 18-19). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. 12 iyun 2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 20-21). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2009,8 qram təşkil edən narkotik vasitə heroin və 01 ədəd şüşə trupka məhv edilməli, təqsirləndirilən şəxslər barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin üzərinə qoyulmalı, başqa sözlə desək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat, Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, vərəq 78). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 15 Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 96 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 576 (beş yüz yetmiş altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2009,8 qram təşkil edən narkotik vasitə heroin və 01 ədəd şüşə trupka məhv edilsin; - Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci bölünərək Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat, Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 96 (doxsan altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi2 üçün 576 (beş yüz yetmiş altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar