Məhkəmə qərarları › İş №1(101)-1440/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1440/2022

16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1440/2022 16.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X17 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1972-ci il tarixdə Lənkəran rayonu, Darquba kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Lənkəran rayonu, Kərgəlan ərazi dairəsi, Darquba kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 2942, mənzil 89-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə edilməsi, saxlanması və daşınması barədə şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra aralarındakı rol bölgüsünə uyğun olaraq sonuncuların istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dəmiryolu stansiyası ərazisində gizlətdikləri külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmək üçün 11 mart 2022-ci il tarixdə idarə etdiyi “Mazda 6” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dəmiryolu stansiyası ərazisinə gəlib avtomobildən enərək yaxınlıqda olan piyadalar üçün nəzərdə tutulmuş körpünün altından təmiz çəkisi 1100 qram (1 kq 100 qram) olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, ayrı-ayrılıqda təmiz çəkiləri 8,957 qram və 1,147 qram olmaqla ümumi çəkisi 10,104 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 1,752 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib üzərində daşıyaraq saxlamış, 11 mart 2022-ci il tarixdə saat 22:30 radələrində Biləcəri st. XPŞ-nin əməkdaşlarının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dəmiryolu stansiyası ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 12 mart 2022-ci il tarixdə saat 00:10-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən Biləcəri st. XPŞ-nin inzibati binasına gətirilmiş və orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcəsinin sol içəri tərəfindən mavi rəngli olmaqla üzərində “SAMURAY Firması” sözləri yazılmış sellofan torba aşkar edilmiş, həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən 1 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 1100 qram (1 kq 100 qram) olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 1 qutu “LD” markalı siqaret qutusunda 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,957 qram və 1,147 qram olmaqla ümumi çəkisi 10,104 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 bükümdə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış 1,752 qram psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulana qədər narkotik vasitə istifadəçisi olmuşdur. 5 mart 2022-ci il tarixdə saat 15:56-da istifadəsində olan +99451 ***-**-** saylı mobil nömrəyə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə +62 *** **** 51-55 saylı mobil nömrədən özünü İran İslam Respublikası vətəndaşı “Seyid” adlı şəxs kimi təqdim edən tanımadığı bir nəfər şəxs mesaj yazmışdır. Həmin şəxs İran İslam Respublikası vətəndaşı olduğunu bildirsə də, onunla əlaqə saxladığı nömrə İran nömrəsi olmamışdır. Daha sonra həmin şəxsin İran İslam Respublikası vətəndaşı olmasını dəqiqləşdirmək üçün həmin şəxsə farsca yazmağa başlamış, lakin həmin şəxs ona cavab yaza bilməmişdir. Beləliklə, onda artıq həmin şəxsin İran İslam Respublikası vətəndaşı olmadığına dair şübhələr yaranmağa başlamışdır. Seyid söhbət əsnasında birlikdə işləmək istədiyini deyib təklif etmişdir ki, müxtəlif növ narkotik vasitələri qeyd etdiyi ünvandan götürüb müxtəlif ünvanlara çatdırsın, o da bunun müqabilində ona xeyli miqdarda pul versin. Həmçinin “Seyid” “yazışma zamanı onu gördüyü işin müqabilində “pula boğacağını” bildirmişdir. “Seyid” adlı şəxsə dəqiq cavab vermədən məsələni danışıb məsləhət almaq üçün Baş Narkotiklərlə Mübarizə İdarəsində çalışan tanışı Vasif Bədəlovla görüşmüşdür. Görüş zamanı Vasif Bədəlov ondan həmin İran İslam Respublikası vətədaşı ilə əlaqə saxlamağını, onun təklifini qəbul etməyini və həmin şəxs Bakıda olduğundan onun tutulmasında idarəyə kömək etməyini istəmişdir. O da Vasiflə razılaşmış və “Seyid” adlı şəxslə əlaqə saxlayıb onun təklifini qəbul etdiyini bildirmişdir. 11 mart 2022-ci il tarixdə saat 16:45-də “Seyid” “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə ona hazır olmağını, ünvan göndərəcəyini bildirmiş və ondan Biləcəriyə nə qədər yolunun olduğunu soruşmuşdur. O da “Seyid”ə Biləcəriyə 1 saatlıq yolu olduğunu demişdir. Sonra isə “Seyid” ona xəbər edəcəyini bildirmişir. Saat 20:44-də “Seyid” Biləcəri tərəfə yollanmağını bildirmişdir. “Seyid”dən nə qədər “yük”ün olduğunu soruşduqda 300 qr olduğunu bildirmişdir. Bundan sonra “Seyid” adlı şəxs ona həmin narkotik vasitələrin olduğu yerin məkanını və fotoşəkillərini “Whatsapp” vasitəsi ilə göndərmişdir. O da həmin ünvana yollanmışdır. Təxminən saat 22:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən piyadalar üçün nəzərdə tutulmuş körpünün alt tərəfindən bükülmüş halda olan mavi rəngli sellofan torbanı görmüşdür. Həmin bükümə yaxınlaşdıqda iri həcmli olduğunu görüb 300 qr olmadığını anlamış və onu götürməzdən əvvəl bükümün böyük olduğunu bildirmək üçün Vasif Bədəlovla telefon əlaqəsi yaratmağa çalışmışdır. Bu məqsədlə idarə etdiyi “Mazda 6” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf hərəkət etməyə başlamışdır. Elə həmin vaxt 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək X15 Şöbəsinin əməkdaşları olduqlarını deyib ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağından şübhələndiklərini bildirmişlər. O da həmin vaxt Baş Narkotiklərlə Mübarizə İdarəsindən Vasif Bədəlovu tanıdığını, idarənin bükümü götürəcəyindən məlumatlı olduğunu bildirmişdir. Lakin həmin şəxslər dediklərinə məhəl qoymayıb onu X15 Şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkilişlə üzərində şəxsi axtarış aparılaraq həmin götürəcəyi bükümün ona məxsus olmasını bildirməyi tələb edilmişdir. “Seyid” adlı şəxslə telefonda yazışmaları olmuşdur. “Seyid” adlı şəxslə ona məxsus +99451 ***-**-** saylı mobil nömrə vasitəsilə əlaqə saxlamışdır. Vasif Bədəlovla tanışlığı sonuncunun əvvəllər onu tutmasından sonra yaranmışdır. Vasifin təklifi ilə “Seyid” adlı şəxsin mesajlarına cavab yazmış və bükümü götürməyə getmişdir. Seyid ona götürəcəyi bükümün ümumilikdə 300 qram olacağını demiş, bükümün iri olduğunu gördükdə onu götürüb-götürməməklə bağlı Vasiflə məsləhətləşmək istəmişdir. Vasifə tanışlığı olduğu üçün onunla razılaşmışdır. Tutulan zaman üzərində qanunla qadağan olunan heç nə olmamışdır. Vasif Bədəlovla telefon danışıqları olmuşdur. Narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmiş, heç kimə narkotik vasitə satmamışdır. Tutulan zaman tək olmuşdur. Pandemiya başlayanadək Bakı-Lənkəran yolu üzrə avtobus sürücüsü işləmişdir. Pandemiyadan sonra tutulanadək işləməmişdir. Narkotik vasitəni ailə üzvlərinin qazancı ilə almış, lakin ailəsinin narkotik vasitə istifadəçisi olmasından xəbəri olmamışdır. Onu tutan polis əməkdaşlarına Vasif Bədəlovu tanıdığını bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 5 mart 2022-ci il tarixdə, saat 15:56-da istifadəsində olan +99451 ***-**-** saylı mobil nömrəsinə “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə +62 *** **** 51-55 saylı mobil nömrədən özünü İran İslam Respublikası vətəndaşı “Seyid” adlı şəxs kimi təqdim edən tanımadığı bir nəfər şəxs mesaj yazmışdır. “Seyid” söhbət əsnasında ona birlikdə işləmək istədiyini təklif etmiş və ona müxtəlif növ narkotik vasitələri qeyd etdiyi ünvandan götürüb müxtəlif ünvanlara çatdırmalı olduğu halda xeyli miqdarda pul verəcəyini vəd vermişdir. Həmçinin “Seyid” onunla “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə yazışma zamanı onu gördüyü işin müqabilində “pula boğacağını” bildirmişdir. O da işsiz və pula ehtiyacı olduğundan “Seyid”in təklif etdiyi işi görməyə razılıq vermişdir. “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə “Seyid” adlı şəxslə söhbət əsnasında sonuncu ondan narkotik vasitələri müxtəlif ünvanlara çatdırmaq üçün avtomobilinin olub-olmadığını soruşmuş, o isə özünə məxsus qara rəngli “Mazda 6” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin olduğunu bildirmiş və avtomobilinin şəkilini “Seyid”ə göndərmişdir. Bundan sonra isə sonuncu ona ünvan deyəcəyini və həmin ünvandan narkotik vasitələri götürəcəyini bildirmişdir. O da “Seyid”lə razılaşaraq “Seyid”dən xəbər gözləmişdir. 11 mart 2022-ci il tarixdə saat 16:45-də “Seyid” adlı şəxs “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə ona hazır olmağını, ünvan göndərəcəyini bildirmiş və ondan Biləcəriyə nə qədər yolunun olduğunu soruşmuşdur. O “Seyid”ə cavab olaraq Biləcəriyə 1 saatlıq yolu olduğunu demişdir. Sonra isə “Seyid” ona xəbər edəcəyini bildirmişdir. Saat 20:44-də “Seyid” adlı şəxs ona Biləcəri tərəfə yollanmağını bildirmişdir. O “Seyid”dən nə qədər “yük”ün olduğunu soruşmuş, “Seyid” isə ona “300 otdu 300 torpaq 100 pt” deyə cavab yazmışdır. Yəni Biləcəri qəsəbəsindən götürəcəyi narkotik vasitələr 300 qram “nəşə” adlandırılan narkotik vasitə “marixuana”, 300 qram “kakos” adlandırılan narkotik vasitə “heroin” və 100 qram “patı” və ya “şüşə” adlandırılan psixotrop maddə “metafetamin” olmalı imiş. Bundan sonra “Seyid” adlı şəxs ona həmin narkotik vasitələrin olduğu yerin məkanını və fotoşəkillərini “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə göndərmişdir. O, “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə “Seyid” adlı şəxslə danışa-danışa həmin ünvana yollanmışdır. Təxminən saat 22:20 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən piyadalar üçün nəzərdə tutulmuş körpünün alt tərəfindən bükülmüş halda olan mavi rəngli sellofan torbanı götürüb əynindəki qara rəngli gödəkcənin sol içəri tərəfinə keçirib idarə etdiyi “Mazda 6” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf hərəkət etməyə başlamışdır. Təxminən saat 22:30 radələrində 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək X15 Şöbəsinin əməkdaşları olduqlarını deyib ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağından şübhələndiklərini bildirmişlər. O isə əvvəlcə üzərində narkotik vasitə olmadığını demiş, lakin polis əməkdaşları ona inanmayıb bunu yoxlamaq üçün onu X15 Şöbəsinə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol içəri tərəfinə keçirilmiş vəziyyətdə 1 ədəd üzərində “SAMURAY Firması” sözləri yazılmış, mavi rəngli sellofan torba, həmin torbanın içərisindən isə 1 ədəd qara rəngli sellofan torba aşkar edilmişdir. Həmin qara rəngli sellofan torba açıldıqda içərisindən 1 ədəd qara rəngli, yapışqanlı lentlə sarılmış vəziyyətdə olan sellofan büküm və yuxarı hissəsi cırılmış halda “LD” markalı siqaret qutusu aşkar edilmişdir. Qara rəngli, yapışqanlı lentlə sarılmış vəziyyətdə olan sellofan büküm açıldıqda içərisindən yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Yuxarı hissəsi cırılmış halda “LD” markalı siqaret qutusunun içərisindən isə 1 ədəd yapışqanlı lentlə sarılmış vəziyyətdə, qara rəngli sellofan büküm, həmin bükümün içərisindən isə 2 ədəd şəffaf rəngli və 1 ədəd qara rəngli olmaqla, ümumilikdə 3 ədəd sellofan büküm aşkar edilmişdir. Şəffaf rəngli sellofan bükümlərdən biri açıldıqda içərisindən ağ rəngli, kristall formasında olan kütlə, digər şəffaf rəngli sellofan büküm açıldıqda isə içərisindən qəhvəyimtil rəngli, toz və kristalşəkilli kütlə aşkar edilmişdir. Sonuncu qara rəngli sellofan büküm açıldıqda isə içərisindən şəffaf rəngli sellofana bükülmüş halda qəhvəyi rəngli, plastlin formasında olan kütlə aşkar edilmişdir. O, şifahi sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş yaşıl rəngli ot kütləsi “nəşə” adlandırılan “marixuana”, ağ rəngli, kristall formasında olan kütlə “şüşə” və ya “patı” adlandırılan psixotrop maddə “metafetamin”, qəhvəyimtil rəngli, toz və kristalşəkilli kütlə “kakos” adlandırılan narkotik vasitə “heroin” və qəhvəyi rəngli, plastlin formasında olan kütlə isə “kakos” adlandırılan narkotik vasitə “heroin”dir. Həmin narkotik vasitələri və psixotrop maddəni əvvəllər tanımadığı və 5 mart 2022-ci il tarixdə “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı “Seyid” adlı şəxs kimi təqdim edən şəxsin sifarişi ilə Biləcəri dəmiryolu stansiyasının ərazisində, piyadalar üçün nəzərdə tutulmuş körpünün altından götürmüş və “Seyid” adlı şəxsin deyəcəyi ünvanlara çatdırmaq məqsədi ilə əynindəki qara rəngli gödəkcənin sol içəri tərəfinə yerləşdirib üzərində saxlamışdır. Bundan sonra isə ondan aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə ayrı-ayrılıqda zərflərə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olmuşlar, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Əldə etdiyi narkotik vasitələrdən və ya psixotrop maddədən istifadə etməmişdir. "Seyid" adlı şəxs ona gördüyü işin müqabilində pul verməmişdir, lakin bu işin müqabilində xeyli miqdarda pul verəcəyi barədə qabaqcadan vəd vermişdir. “Seyid” adlı şəxsi, ümumiyyətlə, görməmiş, sonuncu ilə yalnız “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə əlaqə saxlamışdır. Əldə etdiyi narkotik vasitələrdən və ya psixotrop maddədən hər hansı bir ünvana çatdırmamış və ya onları hansı ünvana çatdıracağını da bilməmişdir. Çünki “Seyid” adlı şəxs həmin narkotik vasitələri və psixotrop maddələri hansı ünvanlara çatdıracağı barədə sifarişi onları əldə etdikdən sonra verəcəkmiş (cild 1, iş vərəqə 78-81 və 92-95). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 mart 2022-ci il tarixdə qərəzsiz və mötəbər mənbədən “Şövqi” adlı şəxsin arabir Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisinə gəlib- getməsi, eləcə də üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatının yoxlanılması, eləcə də “Şövqi” adlı şəxsin cinayət əməlinin ifşa olunması məqsədi ilə onun, Biləcəri st. XPŞ-nin Xırdalan st. XPM-nin rəisi, polis mayoru Şahid2 və Biləcəri st. XPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən 11 mart 2022-ci il tarixdə saat 22:20 radələrində əməliyyat qrupu ilə birgə narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılmasında şübhəli bilinən “Şövqi” adlı şəxsin cinayət başında ifşa edilməsi məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisi əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün, yəni 11 mart 2022-ci il tarixdə saat 22:30 radələrində “Şövqi” adlı şəxsin Biləcəri dəmiryolu stansiyasının ərazisində piyada hərəkət etməsini görüb sonuncuya yaxınlaşmışlar. “Şövqi” adlı şəxsə özlərini təqdim edib sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanıldığını bildirmişlər. Şifahi sorğu zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu və yaxınlıqda saxlamış olduğu özünə məxsus “Mazda 6” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə doğru getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşduqda sonuncu üzərində narkotik vasitə olmadığını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Təqsirləndirilən şəxs Biləcəri st. XPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyindən sonuncuya məxsus “Mazda 6” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə 11 mart 2022-ci il tarixdə saat 22:50-də Biləcəri st. XPŞ-nə gətirilmişdir. Şöbənin növbətçi hissəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Biləcəri st. XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı Nurəli Qurbanov tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra onun, Biləcəri st. XPŞ-nin Xırdalan st. XPM-nin rəisi, polis mayoru Şahid2 və Biləcəri st. XPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı X7 Polis İdarəsinin KTQ-nin inspektorkriminalisti, polis kapitanı X6 tərəfindən “İPHONE” markalı mobil telefonun videokamerası vasitəsilə çəkiliş aparılmışdır. Şəxsi axtarış keçirilməsinə başlanmadan öncə baş təhqiqatçı X11 Həsənzadəyə üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd “Samsung Galaxy A30” markalı mobil telefonu, 1 ədəd Bakı kartını və özünə məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsini, AC 098775 nömrəli sürücülük vəsiqəsini, şalvarın sol yan cibindən 90 qəpik məbləğində pulu, əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 1 qutu tamlığı pozulmamış halda “Prima” markalı siqareti və həmin gödəkcənin sol içəri tərəfinə keçirilmiş vəziyyətdə isə 1 ədəd üzərində “SAMURAY Firması” yazılmış, mavi rəngli sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin torbaya baxış zamanı içərisindən 1 ədəd qara rəngli sellofan torba aşkar edilmişdir. Həmin qara rəngli sellofan torba açıldıqda içərisindən 1 ədəd qara rəngli, yapışqanlı lentlə sarılmış vəziyyətdə olan sellofan büküm və yuxarı hissəsi cırılmış halda “LD” markalı siqaret qutusu aşkar edilmişdir. Qara rəngli, yapışqanlı lentlə sarılmış vəziyyətdə olan sellofan büküm açıldıqda içərisindən yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Yuxarı hissəsi cırılmış halda “LD” markalı siqaret qutusunun içərisindən isə 1 ədəd yapışqanlı lentlə sarılmış vəziyyətdə, qara rəngli sellofan büküm, onun içərisindən isə 2 ədəd şəffaf rəngli və 1 ədəd qara rəngli olmaqla, ümumilikdə 3 ədəd sellofan büküm aşkar edilmişdir. Şəffaf rəngli sellofan bükümlərdən biri açıldıqda içərisindən ağ rəngli, kristall formasında olan kütlə, digər şəffaf rəngli sellofan büküm açıldıqda isə içərisindən qəhvəyimtil rəngli, toz və kristalşəkilli kütlə aşkar edilmişdir. Sonuncu qara rəngli sellofan büküm açıldıqda isə içərisindən şəffaf rəngli sellofana bükülmüş halda qəhvəyi rəngli, plastlin formasında olan kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş yaşıl rəngli ot kütləsi “nəşə” adlandırılan “marixuana”, ağ rəngli, kristall formasında olan kütlə “şüşə” və ya “patı” adlandırılan psixotrop maddə “metafetamin”, qəhvəyimtil rəngli, toz və kristalşəkilli kütlə “kakos” adlandırılan narkotik vasitə “heroin” və qəhvəyi rəngli, plastlin formasında olan kütlə isə “kakos” adlandırılan narkotik vasitə “heroin”dir. O həmçinin biıldirmişdir ki, həmin narkotik vasitələri və psixotrop maddəni əvvəllər tanımadığı və 5 mart 2022-ci il tarixdə “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı “Seyid” adlı şəxs kimi qələmə verən şəxsin sifarişi ilə Biləcəri dəmir yolu stansiyasının ərazisində, piyadalar üçün nəzərdə tutulmuş körpünün altından götürərək əldə etmiş və “Seyid” adlı şəxsin deyəcəyi ünvanlara çatdırmaq məqsədi ilə əynindəki qara rəngli gödəkcənin sol içəri tərəfinə yerləşdirib üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələr şəxsi axtarışda iştirak edən şəxslərin iştirakları ilə ayrı-ayrılıqda zərflərə qoyularaq möhürlənib götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan digər əşya və ya predmet aşkar edilməmiş, ondan aşkar edilmiş digər əşyalar isə özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümləri İran İslam Respublikası vətəndaşı vasitəsilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tutulan zaman və ya şəxsi axtarış zamanı heç nəyə etiraz etməmiş və müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs yaxınlaşan zaman əlində nəsə olduğunu və ya əlindən yerə hər hansı əşya atdığını görməmişdir. Təqsirləndirilən şəxs daxil olan əməliyyat məlumatı əsasında tutmuşlar. Təqsirləndirilən şəxsə 3 nəfər yaxınlaşmışlar. Təqsirləndirilən şəxs tutulan zaman onlara Vasif Bədəlovu tanıdığı və ya BNMİ ilə əlaqəli olması barədə heç nə deməmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxsin üzərində iri həcmli büküm olması aşkar görünmüş, sonuncu bükümü gödəkcəsinin iç hissəsində saxlamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2022-ci il tarixli 6/1438 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,957 qram, 1,147 qram, ümumi təmiz çəkisi 10,104 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 1,752 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metafetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 10,104 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 10,004 qram, metafetaminin təmiz çəkisi 1,752 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,702 qram, cild 1, iş vərəqə 57-61). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2022-ci il tarixli 7/242 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1100 qram (1 kq 100 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuananın təmiz çəkisi 1100 qram, tədqiqata istifadə olundu 0,2 qram, qalıq 1099,8 qram, cild 1, iş vərəqə 65-66). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” və “CD-də olan görüntülərə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, 12 mart 2022-ci il tarixdə saat 00:10-da Biləcəri st. XPŞ-nin İstintaq və Təhqiqat qrupunun baş təhqiqatçısı, polis kapitanı Nurəli Qurbanovun xidməti otağında Nurali Qurbanov tərəfindən Biləcəri st. XPŞ-nin CAB-nin rəisi, polis kapitanı Şahid1, Biləcəri st. XPŞ-nin Xırdalan st. XPM-nin rəisi, polis mayoru Şahid2 və Biləcəri st. XPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakları ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmetlərin olub-olmaması soruşulur, əgər varsa həmin əşyaları könüllü surətdə təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd “Samsung Galaxy АЗО” markalı mobil telefonu, 1 ədəd Bakı kartı və özünə məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsini, AC 098775 nömrəli sürücülük vəsiqəsini, şalvarın sol yan cibindən 90 qəpik məbləğində pulu, əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 1 qutu tamlığı pozulmamış halda “Prima” markalı siqareti, həmin gödəkcənin sol içəri tərəfinə keçirilmiş vəziyyətdə isə 1 ədəd üzərində “SAMURAY Firması” yazılmış, mavi rəngli sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin torbaya baxış zamanı içərisindən 1 ədəd qara rəngli sellofan torba aşkar edilmişdir. Həmin qara rəngli sellofan torba açıldıqda onun içərisindən 1 ədəd qara rəngli, yapışqanlı lentlə sarınmış vəziyyətdə olan sellofan büküm və yuxarı hissəsi cırılmış halda “LD” markalı siqaret qutusu aşkar edilmişdir. Qara rəngli, yapışqanlı lentlə sarınmış vəziyyətdə olan sellofan büküm açıldıqda onun içərisindən yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Yuxarı hissəsi cırılmış halda “LD” markalı siqaret qutusunun içərisindən isə 1 ədəd yapışqanlı lentlə sarınmış vəziyyətdə, qara rəngli sellofan büküm, onun içərisindən isə 2 ədəd şəffaf rəngli və 1 ədəd qara rəngli olmaqla, ümumilikdə 3 ədəd sellofan büküm aşkar edilmişdir. Şəffaf rəngli sellofan bükümlərdən biri açıldıqda onun içərisindən ağ rəngli, kristall formasında olan kütlə, digər şəffaf rəngli sellofan büküm açıldıqda isə onun içərisindən qəhvəyimtil rəngli, toz və kristalşəkilli kütlə aşkar edilmişdir. Sonuncu qara rəngli sellofan büküm açıldıqda isə onun içərisindən şəffaf rəngli sellofana bükülmüş halda qəhvəyi rəngli, plastlin formasında olan kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş yaşıl rəngli ot kütləsi “nəşə” adlandırılan “marixuana”, ağ rəngli, kristall formasında olan kütlə “şüşə” və ya “patı” adlandırılan psixotrop maddə “metafetamin”, qəhvəyimtil rəngli, toz və kristalşəkilli kütlə “kakos” adlandırılan narkotik vasitə “heroin” və qəhvəyi rəngli, plastlin formasında olan kütlə isə “kakos” adlandırılan narkotik vasitə “heroin”dir. Həmin narkotik vasitələri və psixotrop maddəni əvvəllər tanımadığı və 5 mart 2022-ci il tarixdə “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı “Seyid” adlı şəxs kimi qələmə verən şəxsin sifarişi ilə Biləcəri dəmiryolu stansiyasının ərazisində, piyadalar üçün nəzərdə tutulmuş körpünün altından götürərək əldə etmiş və “Seyid” adlı şəxsin deyəcəyi ünvanlara çatdırmaq məqsədi ilə əynindəki qara rəngli gödəkcənin sol içəri tərəfinə yerləşdirib üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələr şəxsi axtarışda iştirak edən şəxslərin iştirakları ilə ayrı-ayrılıqda zərflərə qoyularaq möhürlənib götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan digər əşya və ya predmet aşkar edilməmiş, ondan aşkar edilmiş digər əşyalar isə özünə qaytarılmışdır (cild 1, iş vərəqə 129-135). Cinayət işinin materiallarında olan “Mobil telefon aparatına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan və üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş “Samsung A30” markalı mobil telefon aparatının zənglər, kontaktlar, sms-lər və qalereyasına, həmçinin “WhatsApp”, “İnstagram” və “Telegram” proqramlarında olan yazışmalara, videolara, fotoşəkillərə və digər zəng və yazışma məlumatlarına baxış keçirilmişdir. Baxış zamanı “WhatsApp” proqramından başqa iş üçün əhəmiyyət kəsb edən zəng, yazışma, kontakt məlumatı, video və fotoşəkil müəyyən olunmamışdır. Belə ki, 5 mart 2022-ci il saat 15:56-dan başlayaraq Təqsirləndirilən şəxs istifadəsində olan +99451 *** ** ** saylı mobil nömrə ilə kontaktında “bibi” kimi qeydiyyata alaraq saxladığı +62 *** **** 5155 saylı mobil nömrə arasında gedən yazışmalara, fotoşəkillərə və videogörüntüyə baxış keçirilmişdir. Həmin yazışmalar, fotoşəkillər və videogörüntüdən məlum olmuşdur ki, 5 mart 2022-ci il tarixdə saat 15:56-da özünü İran İslam Respublikasının vətəndaşı “Seyid” adlı şəxs kimi qələmə verən şəxs Təqsirləndirilən şəxs “Salam qardaş”, “X16”, “Nömrəni götürdüm işləyək” və s. yazıları vardır. Yazışmalara baxış zamanı məlum olmuşdur ki, özünü “Seyid” kimi qələmə verən şəxs Təqsirləndirilən şəxs ona məxsus olan narkotik vasitələri qeyd etdiyi ünvandan götürüb deyəcəyi ayrı-ayrı ünvanlara çatdırmasını tapşırmış, bunun müqabilində “Səni pula boğacam” yazaraq xeyli miqdarda pul verəcəyini vəd etmiş və Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Sonra isə “Seyid” adlı şəxs Təqsirləndirilən şəxs nə vaxt və haradan narkotik vasitələri əldə edəcəyi barədə xəbər verəcəyini bildirmiş, aralarında razılaşma baş tutduqdan sonra 11 mart 2022-ci il tarixdə “Seyid” adlı şəxs narkotik vasitələrin yerləşdirildiyi ünvanın və sellofan torbanın şəkillərini, həmçinin də məkanını “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Qeyd edilən videogörüntüyə baxış zamanı isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “Seyid” adlı şəxsə sadiq qalacağına və onu aldatmayacağına inandırmaq məqsədi ilə özü-özünün videoçəkilişini aparmaqla “Qurani-Kərim” kitabına əl basır (cild 1, iş vərəqə 39-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 18 aprel 2022-ci il tarixli 1885 nömrəli rəyində qeyd olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 191-192). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 13 iyun 2022-ci il tarixli 1529 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs 11 və 12 mart 2022-ci il tarixlərində törətdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Hal-hazırda da öz hərəkətlərini qavramaq və anlamaq qabiliyyətinə malikdir (cild 1, iş vərəqə 188-190). Cinayət işinin materiallarından görünür ki, 12 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürümüş tədqiqatdan sonra qalıq çəkiləri 1099,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 10,004 qram olan narkotik vasitə heroin və 1,702 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq saxlanması üçün Biləcəri st. XPŞ-nin maddi sübutların saxlanılması anbarına verilmiş, “Şəxsi axtarış və götürmə haqqında” 12 mart 2022-ci il tarixli və “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 12 mart 2022-ci il tarixli istintaq hərkətlərinin videoçəkilişi əks etdirilmiş 2 ədəd “DVD” formatlı disk və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd “Samsung A30” markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 211-226). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 7 aprel 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,206.3.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 5 noyabr 2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 154-155). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 24- 25). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 13 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 mart 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 106-109). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 mart 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 159 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Biləcəri st. XPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 12 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürümüş tədqiqatdan sonra qalıq çəkiləri 1099,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 10,004 qram olan narkotik vasitə heroin və 1,702 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd “Samsung A30” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməli; -“Şəxsi axtarış və götürmə haqqında” 12 mart 2022-ci il tarixli və “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 12 mart 2022-ci il tarixli istintaq hərkətlərinin videoçəkilişi əks etdirilmiş 2 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarınada saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 159 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Biləcəri st. XPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 12 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürümüş tədqiqatdan sonra qalıq çəkiləri 1099,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 10,004 qram olan narkotik vasitə heroin və 1,702 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd “Samsung A30” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin; -“Şəxsi axtarış və götürmə haqqında” 12 mart 2022-ci il tarixli və “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 12 mart 2022-ci il tarixli istintaq hərkətlərinin videoçəkilişi əks etdirilmiş 2 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarınada saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar