Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1440/2025 30.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”-nın məsul katibi Qanuni nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxx 1977-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Hüseynhacılı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə fəaliyyət qabiliyyəti olmadan anlaqsız vəziyyətdə olan Təqsirləndirilən şəxs 2 fevral 2025-ci il tarixdə, saat 13.30-da Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən evdə birlikdə kirayə yaşadığı Zərərçəkmiş şəxs1 kirayə qaldığı evin otağında olan çarpayıda uzanıb yatmış olduğu vaxt onun üçün müqavimət göstərmək imkanından tamamilə mərhum olmaqla aşkar surətdə köməksiz vəzivyətdə olduğundan istifadə edərək heç bir əsəli səbəb olmadan həmin evin həyətindən taodığı silah qismində istifadə olunan dəmir ling (mantirovka) ilə öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan anlaqsız vəziyyətdə qəsdən Zərərçəkmiş şəxs1 baş nahiyəsindən ardıcıl olaraq iki dəfə vuraraq ona bədən üzərində baş-beynin orta ağır dərəcəli əzilməsi, alın sümüyünün basılmış qəlpəli açıq sınığı, baş-beynin alın payının epidural hemotoması, alın nahiyəsinin əzilmiş yaraları, insan həyatı uçun təhlükəli olan sağlamlığa qəsdən ağır zərər vuran bədən xəsarəti yetirməsi ilə nəticələnən aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə fəaliyyət qabiliyyəti olmadan anlaqsız vəziyyətdə olan X5 2 fevral 2025-ci il tarixdə, saat 16.00-da Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağları adlanan ərazidəki yeni yaşayış massivində nömrəsiz fərdi evin həyət qapısının qarşisında küçədə gördüyü evdə yaşayan keçmiş qeyri-rəsmi ailə münasibətində olduğu Zərərçəkmiş şəxs2 onun həyətə girməsinə etiraz etməsini cüzi səbəb kimi bəhanə edib mübahisə yaradaraq həmin küçədə digər şəxslərin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmi yyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zo r tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan təhqirəramiz ifadələr işladib əxlaq və mənəviyyat normalarını, qarşılıqlı davranış və birgəyaşayış, insanların dincliyini, hamı tərəfindən qəbul olunmuş elementar davranış qaydalarını pozub yerdən götürüb əlində saxladığı silan qismində istifadə olunan daş parçası ilə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarı olmadan anlaqsız vəziyyətdə Zərərçəkmiş şəxs2 qəsdən baş nahiyyəsindən bir dəfə vuraraq, ona alın nahiyəsinin əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə zxərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə zor tətbiq olunması ilə müşayiət olunan silah qismində istifadə olunan əşyadan istiyadə edib qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə 2017-ci ildə tanış olmuş və 2022-ci ilədək birlikdə qeyri-rəsmi ailə kimi yaşamışlar. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan işləmədiyindən və Hicrana kömək etmədiyindən ayrılmışlar. 2024-cü ilin noyabr ayının sonlarında Masallı rayonundan işləmək üçün Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinə gəlmiş və kirayə ev axtaran zaman, orada fəhlə işləyən və kirayə qalan Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. İlahəddinə kirayə ev axtardığını bildirmişdir. İlahəddin ona kirayə ev yeri bilmədiyini söyləsə də, sonradan onunla kirayədə bir yerdə qalmağını bildirmişdir. O da İlahəddinlə birlikdə sonuncunun kirayə qaldığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Həci Allahverdi adlı şəxsin evində yaşamağa başlamışdır. Çox vaxt işləməmiş, yeməyi və siqaretini İlahəddin öz hesabına almışdır. xx.xx.2025-ci ildə İlahəddin yuxudan qalxaraq işləmək üçün getmiş, iş olmadığından qayıdaraq yatmışdır. Saat təxminən 13:30 radələrində həyətdən tapdığı qısa ling (mantrovka) parçası ilə yatmış vəziyyətdə olan İlahəddinin başına 2 ardıcıl zərbə vuraraq, sonuncunu o vəziyyətdə qoyub oradan uzaqlaşmışdır. İlahəddini vurduğu həmin dəmir parçasını yolda xatırlamadığı küçələrin birində atmışdır. Oradan əvvəllər qeyri-rəsmi ailə kimi bir yerdə yaşadığı Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən həyət evinə getmişdir ki, onunla birlikdə qalsın. Küçə qapısının qaşısında Hicranı görərək ondan qapını açmasını tələb etmiş, amma Hicran qapını açmaqdan imtina etmişdir. O, Hicrana «az öncə Zirə qəsəbəsində birini vurub bura gəlmişəm, elə etmə ki, səni də vurum»-desə də, Hicran ona «biz artıq ayrı adamlarıq sənin burda nə işin var?» deyə bildirmişdir. Bu sözdən sonra Hicrana əli ilə zərbələr endirmişdir. Zərbədən Hicran yerə yıxılmış, o, kənarda olan şəxslərin ora gəldiyini görərək, oradan qaçıb uzaqlaşmışdır. O, şizofreniya paranoid xəstəsidir. 2023-cü ildə bir neçə dəfə müxtəlif vaxtlarda psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. Ona görə də bəzi vaxtlar belə tutmaları olur, həmin günü də, yəni xx.xx.2025-ci il tarixdə də özündə olmadığından qeyd olunan hadisələri törətmişdir. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, İlahəddin ilə eyni evdə yaşamışlar. İlahəddini yatdığı yerdə vurmuş, sonuncunu nəyə görə vurduğunu bilmir. Əvvəllər psixatriya xəstəxanasında müalicədə olmuşdur. Hərbi xidmətdə Naxçıvanda olmuşdur. Oyun oynayan zaman başına hadisə gəldikdən sonra bu vəziyyətə düşmüşdür. Hicran ilə qeyri-rəsmi nigahda olmuşdur. Hicrana şillə vurmuşdur. Hadisə Hicranın yaşadığı evdə olmuşdur. Hadisə baş verən zaman yanlarında kimsə olmamışdır. Hicranı əli ilə vurmuşdur. Sonuncu qapını açmaq istəməmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadə ona məxsus deyil. Məhkəmədə tədqiq edilmiş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi verdiyi etirafedici ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 ilə 2017-ci ildə tanış olmuş və 2022-ci ilədək birlikdə qeyri-resmi ailə kimi yaşamıșlar. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan o, işləmədiyindən və Hicrana kömək etmədiyindən ayrılmışlar. 2024-cü ilin noyabr ayının sonlarında Masallı rayonundan işləmək üçün Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinə gəlmiş və orada kiraye ev axtaran zaman, orada fəhlə işləyən və kirayə qalan Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. O, İlahəddinə kirayə ev axtardığını bildirmişdir. İlahəddin ona kirayə ev yeri bilmədiyini söyləsə də, sonradan ona onunla birgə kirayədə bir yerdə qalmağını bildirmişdir. O da İlaheddin ile birlikdə sonuncunun kirayə qaldığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Hacı Allahverdi adlı şəxsin evində yaşamağa başlamışdır. Çox vaxt o, işləmirmiş, yeməyi və siqaretini çox vaxt İlahəddin öz hesabına almışdır. xx.xx.2025-ci ildə İlahəddin yuxudan qalxaraq işləmək üçün getmiş, sonra isə qayıdaraq iş olmadığından yatmışdır. Saat təxminən 13:30 radələrində həyətdən tapdığı qısa ling (mantrovka) parçası ilə yatmış vəziyyətdə olan İlahəddinin başına 2 ardıcıl zərbə vuraraq, İlahəddini o vəziyyətdə qoyub oradan uzaqlaşmışdır. Əlindəki İlahəddini vurduğu həmin dəmir parçasını yolda xatırlamadığı küçələrin birində atmışdır. Oradan əvvəllər qeyri-rəsmi ailə kimi bir yerdə yaşadığı Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən həyət evinə getmişdir ki, onunla birlikdə qalsın. Küçə qapısının qarşısında Hicranı görərək ondan qapını açmasını tələb etmiş, amma Hicran qapını açmaqdan imtina etmişdir. O, Hicrana “az öncə Zirə qəsəbəsində birini vurub bura gəlmişəm, elə etmə ki, səni də vurum” desə də, Hicran ona “biz artiq ayrı adamlarıq, sənin burda nə işin var?” demişdir. Bu sözdən sonra əlində olan daş parçası ilə Hicranın başına ardıcıl 2 zərbə endirmişdir. Zərbədən Hicran yerə yıxılmışdır. O, kənarda olan şəxslərin ora gəldiyini görərək, oradan qaçıb uzaqlaşmışdır. Şizofreniya paranoid xəstəsidir. 2023-cü ildə bir neçə dəfə müxtəlif vaxtlarda psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. Ona görə də bəzi vaxtlar belə “tutmalar”ı olurmuş. Həmin gün də yəni, xx.xx.2025-ci il tarixdə də o, özündə olmadığından qeyd olunan hadisələri törətmişdir. Hal-hazırda etmiş olduğu əməllərdən çox peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 başqa heç kimi vurmamış və xəsarət yetirməmişdir (cild 1, iş vərəqi 87-88). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, usta yanında işləmiş və kirayədə tək yaşamışdır. Bu vaxt Etiqad ona yaxınlaşıb qalmağa yeri olmadığını və onunla qala biləcəyini soruşmuşdur. Onun yanında olan uşaqlar qış olduğunu və ona yanında qalmağa icazə verməyini bildirmişlər. Bundan sonra o, Etiqadı yaşadığı evin sahibi ilə tanış etmişdir. Bu vaxt ev sahibi Etiqada da ayrıca otaq vermişdir. Etiqad kirayə haqqı kimi 80 manat vermişdir. Sonuncu daş karxanasında işlədiyini bildirmişdir. O biri aylarda Etiqad qaz pulunu ödəyə bilmədiyindən onun əvəzinə ödəmiş, Etiqadın pulu olmadığı üçün arada bir ona pul vermişdir. Ev sahibi Etiqadın kirayə haqqını ödəyə bilmədiyini və otaqdan çıxmağını bildirmişdir. O, Etiqada öz otağında qalmağa icazə vermişdir. Hadisə baş verən gün Etiqadla otaqda olmuşdur. Yatdığı vaxt Etiqadın ona zərbələr endirdiyini görmüşdür. Zərərçəkmiş şəxs1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, hadisə o, yuxuda olan zaman baş vermişdir. İlahəddin onu lomla vurmuşdur. O, yuxuda olan zaman başına küt nəyinsə dəydiyini hiss etmiş, bu vaxt baş verənlərin yuxu olduğunu güman etmiş, həmin vaxt ağrıyan yerini əli ilə tutmuş, sonradan başının o biri tərəfinə də zərbə dəydiyini hiss etmiş və və qapının bərk örtüldüyünü eşitmişdir. Bu vaxt baş verənlərin Etiqad tərəfindən törədildiyini bilmişdir. Hadisənin nəyə görə baş verdiyini bilmir. Onu ev yiyəsi və qonşusu xəstəxanaya aparmışlar. Hadisədən əvvəl Etiqad ilə arasında heç bir mübahisə baş verməmişdir. Etiqadın xəstə olmasını hiss etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə oğlunu əsgər göndərdikdən sonra baş vermişdir. O, işdən evə gəlmiş, qapının döyüldüyünü eşitmişdir. Etiqad gəlmişdir. Həmin vaxt sonuncu ondan qapını açmağını xahiş edib söz deyəcəyini bildirmişdir. O də qapını açan zaman Etiqad əlində olan daş ilə onun başına bir neçə dəfə zərbə vurmuşdur. Həmin zərbələrin təsiri nəticəsində yerə yıxılmışdır. Hadisədən sonra Etiqad çıxıb getmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Etiqad başına zərbələr vurmuşdur. Həmin zərbələrdən sonra görmə qabiliyyəti zəifləmişdir. Qapını açmaq istəmədiyi üçün Etiqad ona zərbələr endirmişdir. Hadisə vaxtı ətrafda heç kəs olmamışdır. Səsinə ətrafdan heç kəs gəlməmişdir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş “Məhkəmə-tibbi Ekspertiza və X4” X9 Xəzər rayon şöbəsinin 5 fevral 2025-ci il tarixli 99 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində baş-beynin orta ağır dərəcəli əzilməsi, alın sümüyünün basılmış qəlpəli, açıq sınığı, baş-beynin alın payının epidural hematoması, alın nahiyyəsinin əzilmiş yaraları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun «X10» X12 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə törənməli istisna olunmur və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir (cild 1, iş vərəqi 13-16). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş “Məhkəmə-tibbi Ekspertiza və X4” X9 Xəzər rayon şöbəsinin 3 fevral 2025-ci il tarixli 93 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində alın nahiyəsinin əzilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarət küt əşya təsirindən onun «Respublika Təcili və X2 Mərkəzi» X12 müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə törənməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk-küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir (cild 1, iş vərəqi 44-46). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş stasionar məhkəmə-psixiatrik ekspertizasının 16 may 2025-ci il tarixli 64 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs «Paranoid şizofreniya» xroniki psixi xəstəliyi müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Paranoid şizofreniya» psixi xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da «Paranoid şizofreniya» xroniki psixi xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi səbəbindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən «Paranoid şizofreniya» psixi xəstəliyindən əziyyət çəkmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür (cild 1, iş vərəqi 141-146). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqi 27). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 60). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 98-103). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir (cild 1, iş vərəqi 167-176). Beləliklə məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin törətməsi sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilməlidir. İş üzrə mülki iddianın, maddi sübutların və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1, 93.1.1, 95.0.3-cü və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməllərini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 həvalə edilsin. İş üzrə mülki iddianın, maddi sübutların və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Qərardan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1440/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1440/2025
30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver