Məhkəmə qərarları › İş №1(101)-1441/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1441/2024

09.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1441/2024 09.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X7, X1, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə msüşaviri Dövlət ittihamçısı, ədliyyə müşaviri X5, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 15 avqust 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, 21 oktyabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 oktyabr 2023cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli mqdarda 3,123 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin”-i əldə edərək üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ev 15A ünvanınadək daşımış, barəsində daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin (bundan sonra: RPİ, PB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 21 oktyabr 2023-cü il tarixdə, saat 11:39-da yaşadığı ünvanın yaxınlığında saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 15-ci PB-nin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində 3,123 qram təmiz çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 21 oktyabr 2023-cü il tarixində, səhər saat 10-da 1-ci Zabrat qəbirstanlığında həmkarları Allahverdi və Nəbati ilə bir yerdə söhbət edən zaman ağ rəngli “Niva” markalı maşın gəlib saxlamış, maşıqnda olan şəxslər onların adlarını soruşmuşdur. O, adını dedikdə, ona maşına oturmaq təklif olunmuş, onlarla birlikdə getməli olduğu bildirilmişdir. Maşına otirduqdan sonra şəxsi mobil telefonu əlindən alınmışdır. Onu maşınla 15-ci PB-nə aparmışlar. Bölmədə mülki geyimli polislər ondan hansı ziyarətgahlarda olmağını ondan soruşmuşlar. Ona bir büküm narkotiki boynuna götürmək təklif olunmuş, əks halda evinə gedib oradan kilo narkotik vasitə çıxaracaqlarını və ailə üzvlərini də bölməyə gətirib sənədləşdirəcəklərini bildirmişlər. Odur ki, qorxusundan təklif olunan narkotiki boynuna götürmüş və sənədlərə imza etmişdir. Hansı ki, o, saxlanılarkən üstündə həqiqətən narkotik vasitə olmamış, ömründə siqaret belə, çəkməmişdir. O, üzərində narkotik vasitə olmasını ona olunan hədələrə görə etiraf etmişdir. Formal olaraq videoçəkiliş aparılmış və ona təklif olunan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərində vəkili olmamış, vəkil yaşlı bir kişi olmuş, sonradan gəlmişdir. Sonra ifadələr vermiş, lakin ifadələrinin heç birini oxumamış, lakin imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 22 ildir namaz qılır, ibadətlə məşğuldur, 1-ci Zabrat qəbirstanlığında dini ayinləri yerinə yetirməklə məşğuldur. 2014-cü ildən ziyatələrə getmişdir. Dini inancıma görə məni tutublar. O, polislər tərəfindən döyülməmiş, yalnız hədələnmişdir. Polislər onu qəbirstanlıqdan, mollaların yanından götürülmüşdür. O, bölməyə aparılarkən yanında heç kim oturmamışdır. X8 qəbirstanlıqdan 2 km uzaqlıqda olmuşdur. Ona təzyiqlər olması barədə barəsində həbs qətimkan tədbiri seçilən vaxt da, nakoloji ekspertiza keçirilərkən də bildirmiş, ombudsmana şikayətlər etmişdir. O, saxlanılarkən işdə adı şahid olaraq keçən sahə müvəkkilini orada görməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun cinayət işinin ibtidai istintaqı zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi müvafiq olaraq 22, 23 oktyabr 2023-cü il tarixli ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, özü narkotik vasitələrin aludəçisidir, artıq xeyli vaxtır ki, narkotik vasitələrin qəbulu ilə məşğul olur. 21 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında öz istifadəsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindən üzdən tanıdığı, lakin dəqiq anket məlumatlarını, ünvanını və telefonunu bilmədiyi şəxsdən 30 manata özü üçün bir bükümdə təxminən 3 qram çəkidə «kakos» adlanan narkotik vasitə heroin alaraq yaşadığı ünvana qayıdarkən evinin yaxınlığında onu 15-ci PB-nin əməkdaşları saxlayaraq barəsində onlara məlumat daxil olduğunu və bununla əlaqədar onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci PB-nə getməyi təklif etmiş, orada üzərinə baxış keçiriləcəyini bildirmişlər. Etiraz etməmiş və polislərlə birlikdə PB-nə getmişdir. Orada onu nəzarət altında saxlayaraq hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkilin gəlməsini gözləmişlər. Vəkil gəldikdən sonra ona təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri ona izah olunaraq üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan olunmuş, həmin prosessual hərəkətdə müdaifəçinin iştirak edib-etməməsinə dair münasibəti aydınlaşdırılmışdır. O, şəxsi axtarış zamanı üzərində olan narkotik vasitənin aşkar olunacağını fikirləşib, vəkilin buna şahid olmaması üçün ərizə yazaraq üzərinə şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda o, özü könüllü olaraq əynindəki şalvarının sağ yan cibindən içərisində narkotik vasitə «heroin» olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün içərisindəki kütlələrin «kakos» adlanan narkotik vasitə «heroin» olmasını təsdiq etmişdir. Ondan, həmçinin bir ədəd mobil telefon cihazı götürülmüşdür. Üzərindən aşkar olunmuş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, bu barədə protokol tərtib olunmuşdur. O da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində daha sonra göstərmişdir ki, o, polis tərəfindən tutulmamaq üçün narkotik vasitələri əsasən Bakı şəhərinin müxtəlif rayonlarından müəyyən yerlərdən təsadüfən rastlaşdığı tanımadığı şəxslərdən alıb əldə etmişdir. Narkotik satanlar və narkotik alüdəçiləri bir-birini uzaqdan, xarici görünüşlərindən tanıdıqları üçün narkotik vasitə almaq heç bir problem yaratmamışdır. Üzərində aşkar olunaraq götürülmüş narkotik vasitəni satan şəxsi və onun ünvanını dəqiq bilməsə də, onu sifətdən tanımışqdır. Həmin şəxs alış-veriş etdiyi ərazinin ətrafında yaşadığı üçün daima oralarda olmuş, həmin əraziyə gedib həmin şəxsi orada tapmağa cəmi 15-20 dəqiqə vaxt sərf etmiş, həmin şəxsi tapa bilməsi üçün onunla əvvəlcədən heç bir əlaqə qurmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni sırf öz şəxsi istifadəsi üçün almışdır. Uzun illər narkotik aludəçisi olduğundan gündəlik narkotik tələbatının həcmi təxminən yarım qram təşkil etmişdir. Hər dəfə narkotik arxasınca getməmək, buna vaxt sərf etməmək və polislər tərəflərindən tutulmaq təhlükəsi ilə üzləşməmək üçün bir neçə gün ərzində qəbul etməsi məqsədilə hər dəfə narkotik alarkən imkanı çatan qədər çox miqdarda narkotik vasitə almışdır(iş vərəqə: 46-49, 67-69). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 21 oktyabr 2023-cü il tarixdə xidmət etdiyi PB-nə baxılan iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyəti msüəyyənləşdirilmiş, onun Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan şəxs olduğu məlum olmuşdur. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs yaşadığı ərazidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilmişdir. O, daxil olmuş məlumat barədə rəhbərliyə məruzə etmiş və məlumatın yoxlanılması məqsədi ilə «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» qərar qəbul etmişdir. Onun rəhbərliyi ilə Polis Bölməsinin polis sahə inspektoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu 21 oktyabr 2023-cü il tarixdə, saat təqribən 12 radələrində məlumatda göstərilən Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında saxlamış, özlərini təqdim etməklə barəsində məlumat daxil olduğunu bildirmiş və onu Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına aparmışlar. Araşdırmanın aparılması təhqiqatçı Ramil Mehdizadəyə tapşırılmış, sonuncu Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağını bildirilərək üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim olunan sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli kütlənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin sellofan bükümün içərisində aşkar olunmuş kütlənin narkotik vasitə olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün həmin gün səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Qeyd olunan prosesin hamısı videokamera vasitəsi ilə videolentə alınmış, saxlanılan şəxsin təqdim etdiyi kütlə qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, saxlanılan Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə olsa da, üzərindən aşkar olunmuş narkotik vasitəni əldə etdiyi mənbə, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğu konkret şəxslər barədə məlumatda heç nə qeyd olunmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 15-ci PB-nin polis sahə inspektoru Şahid1 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun iş üzrə qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 21 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin protokol Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı X6 tərəfindən tərtib edilmiş, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid2, sahə inspektoru Şahid1, şübhəli şəxs – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4 ünvanda yaşamış Təqsirləndirilən şəxs sonuncunun üzərində şəxsi axtarış aparılmasında iştirak etmişlər. Tədqiq olunan həmin protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında 21 oktyabr 2023-cü il tarixdə həyat keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 11:39-da Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş, onun paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını etimal etməyə kifayət qədər əsaslar olduğundan Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə saat 13:01-dən başlayaraq, saat 13:19-adək şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş əşyanı könüllü çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş predmet açılmaqla baxış keçirilmiş, həmin predmetin açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyənləşdirilmiş və həmin maddə bükülü ilə birlikdə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in 161 saylı möhürü ilə möhürlənərək götürülmüş, zərfin üzəri bütün proses iştirakçıları, o cümlədən şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, təhqiqatçının suallarına cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş predmetin heroin narkotik vasitəsi olduğunu, xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apaırması və götürmə prosesi «XİAOMİ» markalı videokameradan istifadə olunmaqla video lentə alınmış və bir ədəd CD formatlı diskə yüklənməklə iş materialarına əlavə edilmişdir (iş vərəqə:27-28). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş keçiriməsi götürmə prosesinin videogörüntülərinin yüklədiyi 01 (bir) ədəd CD formatlı diskdə mövcud olmuş videogörüntülərə baxış keçirilməsi haqqında 29 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, zamanı müəyyən edilmişdir ki, CD formatlı həmin diskdə müəyyən olunan “VİD_20231021_125806” adlı, “Video (MP4) (.mp4)” tipli 752 MB (788 594 688 bayt) faylda 05 dəqiqə 12 saniyyə həcmli videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 21 oktyabr 2023-cü il tarixli protokolun məzmununda işin halları ilə bağlı qeyd edilmiş mətnin məzmunu ilə üst-üstə düşür və ziddiyyətlər müəyyən edilməmişdir(iş vərəqə:87-88). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskdə olan videogörüntülər nümayiş olundu və müəyyən edildi ki, nümayiş olunan videogörüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” 21 oktyabr 2023-cü il tarixli və şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 29 oktyabr 2023-cü il tarixli protokolların məzmununa tam uyğundur və hər hansı prosessual pozuntuya yol verilməmişdir(iş materialları). Məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 29 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 88). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 21 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5678 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdəki qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, təmiz çəkisi 3,123 qram təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, ümumi təmiz çəkisi 3,123 qram təşkil edən heroin narkotik vasitəsinin 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 3,073 qram hissəsi qalıq qalmışdır(iş vərəqə: 37-40). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 23 oktyabr 2023-cü il tarixli qərarından və eyni tarixli müşaiyət məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, bir ədəd bükümdə olan təmiz çəkisi 3,123 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,073 qram çəkidə narkotik vasitə heroin saxlanılması ücün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir(iş vərəqə: 85, 86). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 7588 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan “asılılıq sindromu” - narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 119-120). Daha sonra, cinayət işinə məhkəmə baxışı zamanı edilmiş məhkəmə-psixiatrik ekspertizasının 27 noyabr 2023-cü il tarixli, 3296 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda halhazırda və törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmur, həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur, cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək iqtidarına malikdir(iş vərəqə: 121-123). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə ibtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına əməliyyat orqanının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş narkotik vasitə heroinin əldə olunma mənbəyini, onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyənləşdirmək, onun yaşadığı ünvanın ətrafında quraşdırılmış müşahidə kameralarına, uzun müddət keçməsi ilə əlaqədar baxış keçirmək mümkün olmamışdır (iş vərəqə: 118). Məhkəmə baxışı zamanı, həmiçinin müəyyən edildi ki, ibtidai istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 03 fevral 2024-cü il tarixli qərarına əsasən baxılan cinayət işinin materiallarından aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə ayrıca material ayrılmışdır(iş vərəqə: 124-132). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 3,123 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Bununla da məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq hesab olunan külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanılarkən onda heç bir növdən olan narkotik vasitə olmaması, ona qarşı irpəli sürülmüş ittihamda göstərilən narkotik vasitənin polis tərəfindən məcburi qəbul etdirilməsi, onun psixoloji təzyiqlərnə və hədələrə məruz qalması nəticəsində narkotik vasitəni boynuna götürməsi və etirafedici ifadələr verməsi, məhkəmə-narkoloji ekspertiza keçirilərkən ondan heç bir nümunə (qan və ya sidik) götürülməməsi barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Məhkəmədə təqsirləndirilən X3 əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 134, 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (iş vərəqə: 103-105). Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təsnifatına görə ağır cinayət törətməyə görə məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən (burada:xx.xx.2012-ci il) altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya hədlərində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, məhkumluğu ödənilmiş şəxs kimi onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 21 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7588 nömrəli rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na əsasən Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,073 qram heroin narkotik vasitəsi məhv edilməli; - təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 21 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,073 qram heroin narkotik vasitəsi məhv edilsin; - təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar