Məhkəmə qərarları › İş №1(101)-1442/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1442/2021

25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1442/2021 25.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1980-cı il tarixdə Astara rayonunun, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, bina 51C, mənzil 240 ünvanında yaşamış və hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Əli” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Salyan rayonu ərazisində gizlətməklə saxladıqları külli miqdarda 4739,6 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 988,5 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 1028,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 310 ədəd olmaqla ümumilikdə külli miqdarda 12,4 qram çəkidə narkotik vasitə metadon həbini, külli miqdarda 193,9 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda 940 qram çəkidə narkotik vasitə həşiş qatranını cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, bina 51C, mənzil 240 ünvanında yerləşən mənzilə qanunsuz daşımış, yuxarıda qeyd edilən çəkidə narkotik vasitələrdən və psixotrop maddələrdən bir bükümdə 36,7 qram çəkidə narkotik vasitə heroini, bir ədəd bükümdə 47,6 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd bükümdə 29,8 qram çəkidə psixotrop maddə metamfetamini, 10 ədəd olmaqla ümumilikdə 0,4 qram çəkidə narkotik vasitə metadon həbini ayırmaqla satış məqsədi ilə üzərində qanunsuz saxlamış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 04 mart 2021-ci il tarixdə saat 13.30-da Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, bina 51 ünvanının qarşısında saxlanılaraq Baş İdarədə saat 16.00-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı üzərində olan bir ədəd qəhvəyi rəngli dəri çantadan 1 ədəd bükümdə təmiz çəkisi külli miqdar 36,7 qram narkotik vasitə heroin, 1 ədəd bükümdə 47,6 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə 29,8 qram çəkidə psixotrop maddə metamfetamin, 10 ədəd 0,4 qram çəkidə narkotik vasitə metadon həbi daha sonra Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, bina 51C, mənzil 240 ünvanına sonuncunun razılığı və iştirakı ilə həmin gün saat 18.30-dan etibarən keçirilmiş baxış zamanı mənzilin girişdən sağ tərəfdə yerləşən yataq otağında gizlətməklə saxladığı 01 ədəd boz rəngli çantadan 5 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 992,5 qram, 732,7 qram, 988,5 qram, 995,7 qram, 993,5 qram, ümumi təmiz çəkisi külli miqdar 4702,9 qram narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi külli miqdar 958,7 qram psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə çəkisi külli miqdar 980,8 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə çəkisi külli miqdar 193,9 qram narkotik vasitə tiryək, 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 495 qram və 445 qram, ümumi təmiz çəkisi külli miqdar 940 qram narkotik vasitə həşiş qatranı, ümumi sayı 300 ədəd olmaqla 12 qram çəkidə narkotik vasitə metadon həbi, 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, “Əli” adlı şəxsi tanımış, narkotik vasitəni Əli adlı şəxs vasitəsilə əldə etmişdir. Əli “Whatsap” şəbəkəsi vasitəsilə ona narkotik vasitənin qoyulduğu yeri göstərmiş, təqribən tutulmamışdan bir neçə gün öncə Əlinin göstərişi ilə narkotik vasitə olan heroini götürmüş, həmin narkotik vasitəni gətirib evdə saxlamışdır. 04 mart 2021-ci il tarixdə Əlinin göstərişi ilə həmin narkotik vasitəni harasa qoymalı idi lakin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu yaşadığı evə gələrək saxlamışlar. Özünü təqdim etdikdən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Onun evində yalnız təxminən 100-200 qram çəkidə narkotik vasitə heroin olmuş, digər növdə narkotik vasitələr və ya psixotrop maddələr olmamışdır. Həmçinin yaşadığı evdən elektron tərəzi aşkar edilməmiş, Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, bina 51C, mənzil 240 ünvanında yerləşən yaşadığı evdə aşkarlanmış 24.000 ABŞ dolları pul onun özünə məxsus olmuş, həmin pulu narkotik vasitələrin satışından əldə etməmiş, usta kimi fəaliyyət göstərərək qeyd edilən pulları qazanmış, 18 ildir ki, usta kimi fəaliyyət göstərmişdir. O, qeyd edilən mənzildə tək yaşadığından orada narkotik vasitə olan heroini saxlaması barədə heç kimin məlumatı olmamışdır. Ümumiyyətlə Əli adlı şəxsin hansı ölkənin vətəndaşı olmasını bilməmiş, onunla narkotik vasitələrin satışı ilə bağlı hər hansı razılıq əldə etməmişdir. Əli adlı şəxsin narkotik vasitəni haradan alması barədə də məlumata sahib olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, Əlinin qeyd etdiyi yerə narkotik vasitəni qoymağa imkanı olmamış, belə ki, polis əməkdaşları tərəfindən tutulmuşdur. İbtidai istintaq zamanı, eləcə də üzərinə və mənzilinə baxış keçirilməsi zamanı ifadələrini polis əməkdaşlarının fiziki və psixi təsiri nəticəsində vermişdir. Ona qarşı irəli sürülmüş qaçaqmalçılıq, əlbirlik ittihamları üzrə ümumiyyətlə özünü təqsirli bilmir, onda yalnız 100-200 qram çəkidə narkotik vasitə heroin olmuş, digər növdə narkotik vasitələr və ya psixotrop maddələrdən məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 04 mart 2021-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə, 10 mart1980-ci il tarixdə Astara rayonunda anadan olmuş, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, ev 51C, mənzil 240 ünvanında yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 04 mart 2021-ci il tarixli qərar çıxarılmış və BNMİ-nin əməkdaşları - baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Xətai rayonu, X1 küçəsinə yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 13:30 radələrində Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, ev 51 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması Təqsirləndirilən şəxs bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkilin hüquqlarını müdafiə etməsinə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuş, Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmamışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, Azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının aydın olduğunu bildirmiş, şəxsi axtarış və götürmə 04.03.2021-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan bir ədəd qəhvəyi rəngli dəri materiallı çantanı təqdim etmiş, həmin çantanın içərisindən bir bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, bir bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə, bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, on ədəd narkotik vasitə metadon həbinə bənzər kütlələr, iki ədəd qara rəngli “Samsung” markalı mobil telefon, iki ədəd plastik bank kartı, bir ədəd “Milliön” qəbzi, bir ədəd açar, bir ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 125 (yüz iyirmi beş) manat məbləğində pul aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçrilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonra aşkar edilmiş kütlələr tərəzidə çəkilmiş və ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd qara rəngli “Samsung” markalı mobil telefon, iki ədəd plastik bank kartı, bir ədəd “Milliön” qəbzi, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, eləcə də 125 (yüz iyirmi beş) manat məbləğində pul götürülmüş, bir ədəd açar və dəri çanta sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə Salyan rayonu ərazisindən əldə etdiyini, həmin narkotik vasitələri “Əli” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində müxtəlif məbləğlərdə pul aldığını, təxminən altı ay ərzində narkotik vasitələrin dövriyyəsini təşkil etdiyini, 125 (yüz iyirmi beş) manat məbləğində pulu narkotik vasitələrin satışından əldə etdiyini, əlavə olaraq yaşadığı Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mənzildə narkotik vasitə saxladığını, mənzildə saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçrilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra şəxsi axtarışın gedişinə və nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs ərizə verərək yaşadığı Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, bina 51C, mənzil 240 ünvanında baxış aparılmasına etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, bina 51C, mənzil 240 ünvanına yollanmışlar. Həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə videoçəkilişlə baxış keçiriləcəyi bildirmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs baxışın keçirilməsi barədə qərarla tanış edilmiş, sonra videoçəkilişdən istifadə edilməklə qeyd olunan ünvanda yerləşən mənzilə baxış keçirilməsinə başlanılmışdır. İlk olaraq Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin girişindən sağ tərəfdə olan yataq otağında saxladığı bir ədəd boz rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içərisindən beş ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, bir ədəd bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə, bir ədəd bükümdə açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, bir ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə həşiş qətranına bənzər maddə, 300 ədəd metadon həbinə bənzər kütlələr, bir ədəd elektron tərəzi və 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində pul aşkar olunmuşdur. Sonra aşkar edilmiş maddələr tərəzidə çəkilərək qablaşdırılmış və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 24.000 (iyirmi dörd min) ABŞ dolları pul zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş, lakin əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə əldə etdiyini, həmin narkotik vasitələri “Əli” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, təxminən altı ay ərzində narkotik vasitələrin dövriyyəsini təşkil etdiyini, aşkar olunmuş 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində pulu narkotik vasitələrin satışından əldə etdiyini, polis əməkdaşları tərəfindən zor tətbiq olunmadığını bildirmişdir. Mənzildə əlverişli şərait olmadığından Baş İdarəyə qayıtdıqdan sonra mənzilə baxış keçirilməsinin gedişinə və nəticələrinə dair protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirinin keçirilməsi barədə 04 mart 2021-ci il tarixli qərar çıxarılmış və BNMİ-nin əməkdaşları - baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Xətai rayonu, X1 küçəsinə yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 13:30 radələrində Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, ev 51 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması Təqsirləndirilən şəxs bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkilin hüquqlarını müdafiə etməsinə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuş, Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmamışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, Azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının aydın olduğunu bildirmiş, şəxsi axtarış və götürmə 04.03.2021-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan bir ədəd qəhvəyi rəngli dəri materiallı çantanı təqdim etmiş, həmin çantanın içərisindən bir bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, bir bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə, bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, on ədəd narkotik vasitə metadon həbinə bənzər kütlələr, iki ədəd qara rəngli “Samsung” markalı mobil telefon, iki ədəd plastik bank kartı, bir ədəd “Milliön” qəbzi, bir ədəd açar, bir ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 125 (yüz iyirmi beş) manat məbləğində pul aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçrilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonra aşkar edilmiş kütlələr tərəzidə çəkilmiş və ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd qara rəngli “Samsung” markalı mobil telefon, iki ədəd plastik bank kartı, bir ədəd “Milliön” qəbzi, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, eləcə də 125 (yüz iyirmi beş) manat məbləğində pul götürülmüş, bir ədəd açar və dəri çanta sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə Salyan rayonu ərazisindən əldə etdiyini, həmin narkotik vasitələri “Əli” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində müxtəlif məbləğlərdə pul aldığını, təxminən altı ay ərzində narkotik vasitələrin dövriyyəsini təşkil etdiyini, 125 (yüz iyirmi beş) manat məbləğində pulu narkotik vasitələrin satışından əldə etdiyini, əlavə olaraq yaşadığı Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mənzildə narkotik vasitə saxladığını, mənzildə saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçrilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra şəxsi axtarışın gedişinə və nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs ərizə verərək yaşadığı Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, bina 51C, mənzil 240 ünvanında baxış aparılmasına etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, bina 51C, mənzil 240 ünvanına yollanmışlar. Həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə videoçəkilişlə baxış keçiriləcəyi bildirmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs baxışın keçirilməsi barədə qərarla tanış edilmiş, sonra videoçəkilişdən istifadə edilməklə qeyd olunan ünvanda yerləşən mənzilə baxış keçirilməsinə başlanılmışdır. İlk olaraq Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin girişindən sağ tərəfdə olan yataq otağında saxladığı bir ədəd boz rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içərisindən beş ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, bir ədəd bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə, bir ədəd bükümdə açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, bir ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə həşiş qətranına bənzər maddə, 300 ədəd metadon həbinə bənzər kütlələr, bir ədəd elektron tərəzi və 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində pul aşkar olunmuşdur. Sonra aşkar edilmiş maddələr tərəzidə çəkilərək qablaşdırılmış və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 24.000 (iyirmi dörd min) ABŞ dolları pul zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş, lakin əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə əldə etdiyini, həmin narkotik vasitələri “Əli” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, təxminən altı ay ərzində narkotik vasitələrin dövriyyəsini təşkil etdiyini, aşkar olunmuş 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində pulu narkotik vasitələrin satışından əldə etdiyini, polis əməkdaşları tərəfindən zor tətbiq olunmadığını bildirmişdir. Mənzildə əlverişli şərait olmadığından Baş İdarəyə qayıtdıqdan sonra mənzilə baxış keçirilməsinin gedişinə və nəticələrinə dair protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 da Şahid1 və Şahid2 ifadələri ilə eyni məzmunlu ifadə verərək, onların göstərikləri xüsusatları bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 05 mart 2021-ci il tarixli 6/895 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 36,7 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 29,8 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və üzərində “Methadone 40” yazısı olan 2 ədəd konvalyutda ümumi 10 ədəd üzərində “F/M 40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır. 10 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 0,4 qramdır. Tədqiqata təqdim edilmiş üzərində: “ şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş...” yazısı olan çantadakı, - 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 992,5 qram, 732,7 qram, 988,5 qram, 995,7 qram, 993,5 qram, ümumi təmiz çəkisi 4702,9 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 ədəd bükümdə təmiz çəkisi 958,7 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - 1 ədəd bükümdə təmiz çəkisi 193,9 qram tünd qəhvəyi rəngli qatranabənzər spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir. - üzərində “Methadone 40” yazısı olan 30 ədəd konvalyutda hər konvalyutda 10 həb olmaqla, ümumi 300 ədəd üzərində “F/M 40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 300 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 12 qramdır. - bir ədəd “SF-40 5000g× 1g” markalı eletron tərəzinin üzərində heroinin, tiryəkin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin, tiryəkin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə, tiryəklə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 4739,6 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 988,5 qramdır və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzəridən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metadon həblərinin ümumi miqdarı 12,4 qramdır və həblər tərkiblərindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 05 mart 2021-ci il tarixli 7/244 №-li rəyində göstərilir ki, təqdim olunmuş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı...” yazıları və imzalar olan sintetik çantadakı 01 ədəd sarı rəngli sellofan bağlamada təmiz çəkisi- 980,8 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin sinteik çantada aliminium folqa paketdəki 02 ədəd nazik göy rəngli sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 495 qram, 445 qram olan maddələr tərkiblərinə görə eyni olub, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranıdır. Ümumi çəkisi- 940 qramdır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən ...” yazıları və imzalar olan kağız paketdəki 01 ədəd sellofan bükülüdə təmiz çəkisi- 47,6 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş bir ədəd sintetik çantada və bir ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzi üzərində narkotik maddə olan həşiş qatranının izləri vardır. Həmin maddə iz şəklində olduğu üçün onun çəkisini və eyniliyini müəyyən etmək mümkün deyil. (İş vərəqə 48-52, 54-61) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 iyun 2021-ci il tarixli 1888 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İş vərəq 159-160) Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 1028,2 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 939,96 qram qalmış həşiş qətranı, 299 ədəd metadon həbi, 4739,35 qram qalmış heroin, 193,8 qram qalmış tiryək, 988,3 qram qalmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (İş vərəq 127-130) İş materiallarında olan, 16 iyun 2021-ci il tarixli nağd pulun maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması və depozit hesabına təhvil verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş 125 manat və 24.000 ABŞ dolları məbləğində pul vəsaitləri maddi sübut kimi tanınmış və təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış zamanı, eləcə də ifadələrində, aşkar edilmiş pul vəsaitlərini narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə etdiyini, 6 aydır bu işlə məşğul olduğunu, narkotik vasitə və psixotrop maddələrin daşınması müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsin həmin pulları ona göndərdiyini bildirmişdir. (İş vərəq 161-163, 245) DİN-in BNMİ-nin təhqiqatçısı Nəcəf Aburşu tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 mart 2021-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdə saat 13.30 radələrində Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, bina 51 ünvanının yaxınlığında küçədə saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı üzərində olan bir ədəd qəhvəyi rəngli dəri çantadan 1 ədəd bükümdə 36,7 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd bükümdə 47,6 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə 29,8 qram çəkidə psixotrop maddə metamfetamin, 10 ədəd 0,4 qram çəkidə narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür. DİN-in BNMİ-nin təhqiqatçısı Nəcəf Aburşu tərəfindən tərtib edilmiş “baxış və götürmə aparılması haqqında” 04 mart 2021-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdə saat 13.30 radələrində Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, bina 51 ünvanının yaxınlığında küçədə saxlanılaraq yaşadığı Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, bina 51C, mənzil 240 ünvanına keçirilən baxış zamanı mənzilin girişdən sağ tərəfdə yerləşən yataq otağında gizlətməklə saxladığı 01 ədəd boz rəngli çantadan ümumi təmiz çəkisi külli miqdar 4702,9 qram narkotik vasitə heroin, təmiz çəkisi külli miqdar 958,7 qram psixotrop maddə metamfetamin, çəkisi külli miqdar 980,8 qram narkotik vasitə qurudulmuş marixuana, çəkisi külli miqdar 193,9 qram narkotik vasitə tiryək, ümumi təmiz çəkisi külli miqdar 940 qram narkotik vasitə həşiş qatranı, ümumi sayı 300 ədəd olmaqla 12 qram çəkidə narkotik vasitə metadon həbi, 01 ədəd elektron tərəzi və 24000 (iyirmi dörd min) ABŞ dolları pul aşkar edilərək götürülmüşdür. (İş vərəq 31-33, 37-39) Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən olunması məqsədilə BNMİ-yə ünvanlanmış 09.03.2021-ci il tarixli tapşırığa cavab olaraq verilmiş 09.04.2021-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilən narkotik vasitə və psixotrop maddələri də satış məqsədi ilə əldə edib saxlaması aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdikləri narkotik vasitə və psixotrop maddələri nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etmələri istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (İş vərəq 133) Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. (İş vərəq 34, 40, 164-180) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının birinci bəndinin ikinci abzasında qeyd edilir ki, nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və bu məcəllədə nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. X3 13-cü bəndinə əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. X3 19-cu bəndinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qeyd edilən Plenum Qərarının 26-cı bəndinin 4-cü abzasına əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar (narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və sair), CPM-nin 132.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, yaxud da məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X3 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X3 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. X3 6-cı bəndinin 4-cü abzasına əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun gəlməyərək, ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri ilə, ekspert rəyləri ilə, şəxsi axtarış və baxış protokolları ilə və iş materiallarında olan digər sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, o narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Təqribən 4 il olardı ki, İran İslam Respublikasının vətəndaşı olan “Əli” adlı şəxsi tanımışdır. Təxminən 6 ay əvvəl Əli ilə telefonda danışarkən Əli ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-ola bilməyəcəyini soruşmuş, o da maddi vəziyyəti yaxşı olmadığı üçün Əliyə ona bu işin müqabilində pul verərsə məşğul ola biləcəyini demişdir. Bundan sonra Əli ona narkotik vasitə və psixotrop maddələri Əlinin dediyi yerdən götürməsini və daha sonra həmin əşyaları Əlinin dediyi yerlərə qoymasını bildirmişdir. Əli özünün İran nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsap” şəbəkəsi vasitəsilə ona müxtəlif yerlərin şəkillərini göndərirmiş və həmin şəkillərdə müəyyən işarələrlə (oxla və s.) narkotik vasitə və ya psixotrop maddələrin qoyulduğu yeri göstərmişdir. O da həmin narkotik vasitələri Əlinin dediyi yerlərdən götürüb evə aparıb saxlayırmış, daha sonra Əlinin dediyi yerlərə həmin narkotik vasitə və ya psixotrop maddələri qoymuşdur. Bəzən həmin malları evə aparmadan, bir yerdən götürüb başqa bir yerə apararaq qoymuşdur. Malı müəyyən yerə qoyduqdan sonra həmin malın şəklini çəkib Əliyə “Whatsap” sistemi vasitəsilə göndərmiş, həmçinin səsli mesaj yollayaraq həmin malın qoyulduğu yerin dəqiq ünvanını təfsilatı ilə Əliyə çatdırmış, bunun da müqabilində Əli ona pul vermişdir. Müəyyən məbləğdə pulun verilməsi ilə bağlı aralarında razılaşma olmamış, ancaq o, Əlinin göstərişi ilə malları müştərilərin götürməsi üçün payladıqca Əli ona pul göndərmişdir. Ona pulun göndərilməsi narkotik vasitə və psixotrop maddələrin göndərilməsi kimi olmuş, Əli ona müəyyən yerin şəklini göndərərək həmin yerdən pulun götürməsini demişdir. İlk əvvəllər o bu işə başladıqda Əli onun paylaması üçün az miqdarda mal göndərmiş, ancaq müəyyən müddət keçdikdən sonra Əli ona göndərdiyi malın miqdarını artırmışdır. Çünki o Əli ilə düzgün qaydada işləmiş, Əlini aldatmamış və buna görə də Əlidə ona qarşı inam yaranmışdır. Təqribən tutulmamışdan bir neçə gün öncə Əlinin göstərişi ilə Salyan rayonu ərazisindən gedib bağlama götürmüş, həmin bağlamanı gətirib evdə saxlamış, 04 mart 2021-ci il tarixdə Əlinin göstərişi ilə həmin malın bir hissəsini paylamaq üçün bir bükümdə qurudulmuş marixuana, bir bükümdə heroin, bir bükümdə metamfetamin və 10 ədəd metadonu götürüb evdən çıxmışdır. Həmin malları qəhvəyi rəngli çantasına qoymuş, 04 mart 2021ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, bina 51C ünvanının yaxınlığında piyada hərəkət edərkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini istəmişlər. Özünü təqdim etdikdən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra burada müdafiəçi ilə təmin olunmuş, sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, üzərində olan qəhvəyi rəngli dəri çantadan 3 ədəd bükümü və 10 ədəd həbi, iki ədəd “Samsung” markalı mobil telefonu, iki ədəd plastik bank kartlarını, bir ədəd “Milliön” çekini, bir ədəd açarı, şəxsiyyət vəsiqəsini və 125 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin bükümlərə və həblərə şahidlərin iştirakı ilə keçirilən baxış zamanı bükümlərin içərisində narkotik vasitə heroin, qurudulmuş marixuana, psixotrop maddə metamfetamin, həblərin isə metadon həbləri olması məlum olmuşdur. Daha sonra üzərində şəxsi axtarış keçirilsə də hər-hansı əşya aşkar edilməmiş, təqdim etdiyi narkotik vasitələr və psixotrop maddə tərəzidə çəkilmiş və sonra həmin kütlələr kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri onun və müdafiəçisinin, digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra 2 ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, plastik kartlar, 125 manat pul, “Milliön” çeki iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə ona izah verildikdən sonra götürülmüş, dəri çanta və açar özünə geri qaytarılmışdır. O, sorğu zamanı üzərindən aşkar olumuş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə Salyan rayonu ərazisindən əldə etdiyini, həmin malları Əlinin deyəcəyi ünvanlara çatdırıb əvəzində müxtəlif məbləğlərdə pul aldığını, təxminən altı ay ərzində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, 125 manat pulu narkotik vasitələrin satışısından əldə etdiyini, əlavə olaraq Bakı şəhəri, Xətai rayonunda yerləşən yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddələr saxladığını, həmin malları təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, tərtib edilmiş həmin protokolu imzalarla təsdiq edilmişdir. Sonra yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmaması ilə bağlı ərizə vermiş, bundan sonra, Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 29/42, bina 51C, mənzil 240 ünvanına getmişlər. O, həmin mənzilin girişindən sağ tərəfdə olan yataq otağında saxladığı bir ədəd boz rəngli çantanı onlara təqdim etmişdir. Həmin çantanın içərisindən 5 bükümdə narkotik vasitə heroin, bir bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə qurudulmuş marixuana, bir bükümdə narkotik vasitə tiryək, bir bükümdə narkotik vasitə həşiş qatranı, 300 ədəd metadon həbi, bir ədəd elektron tərəzi və 24.000 ABŞ dolları pul aşkar olunmuşdur. Sonra aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr tərəzidə çəkilmiş, daha sonra aşkar olunmuş predmetlər həmin çantada qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 24.000 ABŞ dolları pul zərfə qoyulmuş, qablaşdırılaraq götürülmüşdür. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Yaşadığı mənzildən aşkar olumuş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə əldə etdiyini, həmin malları Əlinin deyəcəyi ünvana çatdırıb əvəzində pul alacağını, təxminən altı ay ərzində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, aşkar olunmuş 24.000 ABŞ dolları pulu narkotik vasitələrin satışısından əldə etdiyini bildirmişdir. Daha sonra Baş idarəyə gəldikdən sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmişdir. Düzdür, aşkar edilmiş malları o özü almasa da həmin maddələri “Əli” adlı şəxsin tapşırığı ilə götürmüşdür. Əlinin də tapşırığı ilə həmin maddələri müvafiq yerə qoymalı olduğunu bildirmişdir. O narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün deyil, satış məqsədi ilə saxlamışdır. Əlinin tam anket məlumatlarını bilməmişdir. Ancaq üzərindən aşkar edilmiş ona məxsus olan “Samsung” markalı mobil telefonda “Əli”-nin İran mobil operatoruna məxsus olan nömrəsi olduğunu bildirmişdir. Ancaq həmin nömrəni dəqiq xatırlamamışdır. O qeyd edilən mənzildə tək yaşadığından orada narkotik vasitə və psixotrop maddə saxlaması barədə heç kimin məlumatı olmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 01.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 112). Astara rayon İHB-nın Ərcivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 140) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin, cəza təyin edərkən təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: Azərbaycan Respublikası CM-nin 99-1.1.1 maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2 maddəsinə əsasən, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3 maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4 maddəsinə əsasən, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Azərbaycan Respublikasının CM-nin 99-1.2 maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 125 manat və 24.000 ABŞ dolları cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri olduğundan, yəni narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə edildiyindən, AR CM-in 99-1.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməli və həmin pul vəsaitləri dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 1028,2 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 939,96 qram qalmış həşiş qətranı, 299 ədəd metadon həbi, 4739,35 qram qalmış heroin, 193,8 qram qalmış tiryək, 988,3 qram qalmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 192,82 (yüz doxsan iki manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 04 mart 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 mart 2021-ci il tarixli, 4(005)-248/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 mart 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 22, 100-103). Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 13 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş qalıq çəkiləri 1028,2 qram narkotik vasitə qurudulmuş marixuana, 939,96 qram həşiş qətranı, 299 ədəd metadon həbi, 4739,35 qram heroin, 193,8 qram tiryək, 988,3 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş materiallarına əlavə olunmuş 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. AR CM-in 99-1.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilsin, onun üzərindən və yaşadığı mənzildən götürülmüş Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 125 manat və 24.000 ABŞ dolları pul dövlət nəfinə alınsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 192,82 (yüz doxsan iki manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar